Jump to content
Arif Raximov

Avtoqəzalar gənclərimizi bədbəxt edir

Recommended Posts

 Necə deyərlər, bütün pis hallarda bir yaxşının olduğu kimi, bütün yaxşı hallarda da bir pisin, bədbəxtliyin olması qaçılmazdır. Bakıda  avtomobil parkının artmasıı ilə paralel olaraq yol qəzalarının sayı da artır, amma bu sahədə qanunvericilik bazamız, faktiki olaraq, dəyişməz, sərt olaraq qalır. Bizdə yol-qəzalarında, demək olar ki, bütün hallarda sürücü günahkardır və ölüm halları varsa, yuxarıda deyildiyi kimi, mütləq həbs olunmalıdır. Sürücülər də əsasən gənc, həyata yeni başlayan perspektivli insanlardır... Rəsmi statistika göstərir ki, yol qəzalarında ölənlərin yarıdan çoxu, az qala üçdən ikisi piyadalardır. Piyadaların yol-hərəkəti qaydalarını pozması isə bizdə az qala normadır. Hökumətin bu məsələyə ciddi yanaşması, paytaxtda, regionlarda yeni yolların salınması, çoxlu sayda yeraltı, yerüstü piyada keçidlərinin inşa olunması, polisin bu sahəni ciddi nəzarətdə saxlaması, ardıcıl profilaktiki iş aparması, tətbiq olunan cərimələrin ciddi artırılması isə istənilən nəticəni vermir. Bu gün bu məsələ o qədər ciddidir ki, hətta Milli Məclisin tribunasından səslənir. Kişi nəslinin bütün günü küçələri, hətta prospektləri qaça-qaça keçən nümayəndələrini bir kənara qoyaq, bizdə hətta yanı, qucağı, qarnı uşaqlı analar da özlərinin “qırmızı işıq” hesab edir və küçələri istədikləri yerdən keçirlər. Bunu Bakıda maşın sürən hər bir sürücü hər gün müşahidə edə bilər. Eyni zamanda, günün qaranlıq vaxtlarında, xüsusilə yağışlı-çiskinli havada yolda görüntü imkanı azalır və qəza ehtimalı artır. Bizim insanların, əsasən qara, tünd rəngli üst geyimlərinə üstünlük verdiyini nəzərə alsaq, bu ehtimal daha da çoxalır.

 Təsəvvür edin ki, günün qaranlıq vaxtında, yağışlı-çiskinli havada iki nəfər qara paltarlı adam yolu icazə verilməyən yerdən keçir və bu zaman saatda 80 kilometr icazə verilən sürətlə gələn gənc sürücü onları görə bilmir, ehtiyatsızlıqdan qəza törədir. Maşını saxlayır, yaralıları xəstəxanaya çatdırır, amma onlardan birinin (ən pis halda hər ikisinin) həyatını xilas etmək mümkün olmur. Sürücünü dərhal həbs edirlər, məhkəmənin hökmü ilə 3-4 aylıq həbs qətimkan tədbiri seçib istintaq təcridxanasına göndərirlər. Onun doğmalarının həyatı isə əsil “cəhənnəm əzabı”na dönür. Dəfələrlə zərərçəkmişin, ölənin qapısına getmək, minnətçi düşmək, xahiş etmək, olmazın sözlər eşitmək, külli miqdarda borca və xərcə düşmək, evini satmaq, küçədə qalmaq artıq onların “tale yazısı”dır. Cinayət Məcəlləsində zərərçəkmiş tərəflə barışıq yüngülləşdirici hal hesab olunduğundan, qarşı tərəf bəzən fantastik şərtlər irəli sürür, hətta yüz minlərlə pul istəyir. Yəqin, diqqətli oxucunun yadında olar, bu yaxınlarda Bakıda baş vermiş avtoqəzada xəsarət alan və bir neçə ay sonra paytaxt xəstəxanalarının birində vəfat edən yaşlı şəxsin hüquqi nümayəndəsi qarşı tərəfdən nə az, nə çox – 250 min manat təzminat istəyirdi... Amma bir soruşan yox idi ki, rəhmətlik yolu icazə verilən yerdən, piyada keçidindən keçib, ya yox?!

Share this post


Link to post
Share on other sites

Yol nəqliyyat hadisələrində ölənlərin statistikası bütün dünya üzrə çox yüksəkdir. Azərbaycan da istisna deyil, təəssüf ki...

Share this post


Link to post
Share on other sites
4 часа назад, Arif Raximov сказал:

Cinayət Məcəlləsində zərərçəkmiş tərəflə barışıq yüngülləşdirici hal hesab olunduğundan, qarşı tərəf bəzən fantastik şərtlər irəli sürür, hətta yüz minlərlə pul istəyir. Yəqin, diqqətli oxucunun yadında olar, bu yaxınlarda Bakıda baş vermiş avtoqəzada xəsarət alan və bir neçə ay sonra paytaxt xəstəxanalarının birində vəfat edən yaşlı şəxsin hüquqi nümayəndəsi qarşı tərəfdən nə az, nə çox – 250 min manat təzminat istəyirdi... Amma bir soruşan yox idi ki, rəhmətlik yolu icazə verilən yerdən, piyada keçidindən keçib, ya yox

 @umniy Nxcivanli bu barədə rəyinizi bilmək maraqlı olardı. Bilirəm ki, bu sahədə geniş bilikləriniz var

Share this post


Link to post
Share on other sites
В 05.10.2018 в 21:18, NOIR сказал:

 @umniy Nxcivanli bu barədə rəyinizi bilmək maraqlı olardı. Bilirəm ki, bu sahədə geniş bilikləriniz var

Salam. Gec cavab verdiyim üçün bağışlayın: Azərbaycandan uzaqlarda idim.

Hüquqi biliklərim yoxdur. Ancaq forumdan və "günün tələbinə uyğun" qanunları müstəqil oxumaqla bəzi mürəkkəb olmayan məsələləri müstəqil həll edə bilirəm. Cinayət məcəlləsindən hec nə bilmirəm. 

Sualınıza cavab verə bilməməyimi üzürlü sayın.

Belə bir məlumat məndə var:

Ağır, az ağır və yüngül xəsarət növlərinin

 

SİYAHISI

 

1. Ağır xəsarətlər

 

1.1. Həyat üçün təhlükəli olan zədələnmələr bədən xəsarəti, xəstəlik və ya patoloji vəziyyət halında ola bilər.

1.2. Həyat üçün təhlükəli olan xəsarətlər aşağıdakılardır:

1.2.1. kəllə boşluğuna keçən yaralar (baş beyin toxumasının zədələnib-zədələnməməsindən asılı olmayaraq);

1.2.2. kəllə tağı və kəllə əsası sümüklərinin tam sınıqları;

1.2.3. baş beynə təzyiq edilməsi (sıxılması) və ya edilməməsi (sıxılmaması) ilə nəticələnən ağır dərəcəli beyin əzilmələri, beyin kötüyünün zədələnməsi simptomları ilə müşayiət edilən orta dərəcəli beyin əzilmələri;

1.2.4. həyat üçün təhlükəli olan kəllədaxili epidural, subdural və ya subaraxnoidal qansızmalar;

1.2.5. onurğa kanalına keçən yaralar (onurğa beyninin zədələnib-zədələnməməsindən asılı olmayaraq);

1.2.6. boyun fəqərələrinin sınıq-çıxığı, cisimlərinin və ya hər iki qövsünün sınıqları, yaxud birinci və ya ikinci boyun fəqərələrinin qövsünün birtərəfli sınıqları (onurğa beyni funksiyasının pozulmasından asılı olmayaraq);

1.2.7. boyun fəqərələrinin çıxıqları;

1.2.8. onurğa beyninin boyun şöbəsinin qapalı zədələri;

1.2.9. onurğa beyni funksiyasının pozulması ilə və ya kliniki təsdiq edilmiş ağır dərəcəli şokla nəticələnən bir və ya bir neçə döş, yaxud bel fəqərələrinin sınıqları, yaxud sınıq-çıxıqları;

1.2.10. ağır onurğa şoku və ya çanaq üzvlərinin funksiyasının kəskin pozulması ilə müşayiət olunan onurğa beyninin döş, bel və oma seqmentlərinin qapalı zədələri;

1.2.11. udlağın, qırtlağın, traxeyanın və yemək borusunun daxilə keçən yaraları;

1.2.12. ağır dərəcəli şokla və tənəffüsün pozulması ilə və ya həyat üçün başqa təhlükəli təzahürlərlə müşayiət edilən, selikli qişanın cırılması ilə olan qırtlaq, traxeya qığırdaqlarının və dilaltı sümüyün qapalı sınıqları;

1.2.13. döş qəfəsinin plevra və ürək kisəsi boşluqlarına, divararalığına keçən yaraları (daxili üzvlərin zədələnib-zədələnməməsindən asılı olmayaraq);

Qeyd. Əgər hemopnevmotoraks əlamətləri yoxdursa, dərialtı emfizema məhdud xarakterlidirsə və yara kanalı plevra boşluğuna keçməmişdirsə, belə hallarda döş qəfəsi yaralanmalarında aşkar olunmuş dərialtı emfizema daxilə keçən xəsarət əlaməti kimi qiymətləndirilməməlidir.

1.2.14. qarnın periton boşluğuna keçən yaraları, o cümlədən peritonarxası üzvlərin (böyrəklərin, böyrəküstü və mədəaltı vəzilərin və s.) açıq yaraları, sidik kisəsinin, düz bağırsağın yuxarı və orta şöbələrinin həmin üzvlərin boşluğuna keçən yaraları (daxili üzvlərin zədələnib-zədələnməməsindən asılı olmayaraq);

1.2.15. döş qəfəsinin, qarnın, çanaq boşluğu üzvlərinin, eləcə də peritonarxası üzvlərin bu Siyahının 1.3-cü bəndində göstərilən xəstəliklər və patoloji vəziyyətlərdən hər hansı biri və ya bir neçəsi ilə müşayiət olunan qapalı zədələnmələri;

1.2.16. uzunborulu sümüklərin: bazu, bud və qamış sümüklərinin açıq sınıqları;

Qeyd. Mil, dirsək və incik sümüklərinin açıq sınıqlarının, bazu, bud və qamış sümüklərinin qapalı sınıqlarının, həmçinin iri oynaqların (bazu, dirsək, mil-bilək, bud-çanaq, diz və ya aşıq-baldır) açıq və qapalı zədələrinin ağırlıq dərəcəsi onların bu Siyahının 1.3-cü bəndində göstərilən vəziyyətləri törətməsi və ya əmək qabiliyyətinin dayanıqlı itirilməsi əlamətlərinə əsasən təyin edilməlidir.

1.2.17. ağır dərəcəli şok və ya çoxlu qanitirmə ilə, yaxud sidik kanalının mağaralı hissəsinin cırılması ilə müşayiət edilən çanaq sümüklərinin sınıqları;

1.2.18. ağır dərəcəli şoka və ya kollaps törətmiş çoxlu qanitirməyə, klinik nəzərəçarpan piy və ya qaz emboliyasına, kəskin böyrək çatışmazlığı əlamətləri ilə müşayiət olunan travmatik toksikoza səbəb olan zədələr;

1.2.19. iri qan damarlarının zədələnmələri: aortanın, yuxu (ümumi, xarici və daxili), körpücükaltı, qoltuqaltı, bazu, qalça, bud, dizaltı arteriyaların və onları müşayiət edən venaların zədələnmələri;

Qeyd. Digər periferik damarların (başın, üzün, boynun, saidin, əlin, baldırın, ayaq pəncəsinin) zədələnmələri həyat üçün konkret təhlükə (çoxlu qanitirmə, təsdiq olunmuş ağır dərəcəli şok) törətməsindən asılı olaraq qiymətləndirilməlidir.

1.2.20. bədən səthinin 15 faizdən çox sahəsini əhatə edən III-IV dərəcəli termiki yanıqlar və donmalar, bədən səthinin 20 faizdən çox sahəsini əhatə edən III dərəcəli termiki yanıqlar və donmalar, bədən səthinin 30 faizdən çox sahəsini əhatə edən II dərəcəli termiki yanıqlar və donmalar, eləcə də az sahəsini əhatə edən, lakin ağır dərəcəli şok törədən yanıqlar və donmalar, səs yarığının ödemi və daralması əlamətləri ilə müşayiət olunan tənəffüs yollarının termiki yanıqları;

1.2.21. yerli təsirdən başqa, həyat üçün təhlükəli olan ümumi toksiki təsir göstərən qatı turşuların, aşındırıcı qələvilərin və digər kimyəvi birləşmələrin, müxtəlif yandırıcı maddələrin törətdikləri yanıqlar;

1.2.22. həyat üçün təhlükəli əlamətlər kompleksi (beyin qan dövranının pozulması, huşun itməsi, amneziya və s.) ilə aydın nəzərəçarpan və obyektiv əlamətlərlə təsdiq olunan boyun üzvlərinin sıxılması və mexaniki asfiksiyanın digər növləri.

1.3. Bu Siyahının məqsədlərinə görə həyat üçün təhlükəli olan xəstəlik və ya patoloji vəziyyətlər aşağıdakılardır:

1.3.1. müxtəlif etiologiyalı ağır dərəcəli (III-IV dərəcələr) şok;

1.3.2. müxtəlif etiologiyalı koma;

1.3.3. massiv (çoxlu) qanitirmə;

1.3.4. kəskin ürək və ya damar çatışmazlığı;

1.3.5. kəskin böyrək və ya qara ciyər çatışmazlığı;

1.3.6. ağır dərəcəli kəskin tənəffüs çatışmazlığı;

1.3.7. irinli-septik vəziyyət;

1.3.8. daxili üzvlərin infarktı, ətrafların qanqrenası, baş beyin damarlarının emboliyası (hava və piy), tromboemboliya ilə nəticələnən qan dövranı pozuntuları;

1.3.9. həyat üçün təhlükəli olan vəziyyətlərin müştərəkliyi.

1.4. Həyat üçün təhlükəli olmayan, lakin nəticələrinə görə ağır hesab edilən xəsarətlər aşağıdakılardır:

1.4.1. görmənin itirilməsi, yəni hər iki gözdə tam daimi (dayanıqlı ) korluq və yaxud 2 metr və ondan az məsafədə barmaqların sayıla bilməməsinə qədər görmənin itməsi vəziyyəti (görmə itiliyi 0,04 və daha az);

1.4.2. bir gözdə görmənin tam itməsi;

Qeydlər:

1. Kor gözün çıxarılmasına səbəb olan zədələnmə sağlamlığın pozulma müddətinə görə qiymətləndirilməlidir.

2. Görmə qabiliyyəti, əvvəldən zəifləmiş (1,0-dan aşağı) gözlərdə görmənin itirilməsi barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul olunmuş faiz cədvəlinə görə təyin edilir.

1.4.3. eşitmənin itməsi, yəni tam karlıq və yaxud zərərçəkənin danışıq nitqini hər iki qulaq seyvanından 3-5 sm məsafədə eşitməməsi kimi bərpa olunmayan vəziyyət;

1.4.4. bədənin hər hansı bir üzvünün və yaxud onun funksiyasının itirilməsi:

1.4.4.1. dilin (nitqin) itirilməsi, yəni öz fikrini ətrafdakılara başa düşülən, aydın səslərlə çatdırmağı bacarmamaq;

1.4.4.2. qol və ya qıçın itirilməsi-onların gövdədən ayrılması və ya dirsək, diz oynaqları səviyyəsindən aşağı olmamaqla amputasiyaları və yaxud funksiyasının itirilməsi (iflic və ya onların fəaliyyətini tam pozan digər vəziyyət);

Qeyd. Digər hallar isə ətrafın hissəvi itirilməsi kimi hesab edilməli və ümumi əmək qabiliyyətinin daimi (dayanıqlı) itirilməsi əlamətinə görə qiymətləndirilməlidir.

1.4.4.3. nəsiltörətmə qabiliyyətinin itirilməsi-cinsi əlaqədə olma, mayalandırma, döllənmə və doğuş qabiliyyətinin itməsi.

1.5. Psixi pozuntuya və ya ruhi xəstəliyə səbəb olma.

1.6. Əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla, daimi (dayanıqlı) itirilməsi.

1.7. Peşəkar əmək qabiliyyətinin tam itirilməsi.

1.8. Xəsarətlə birbaşa səbəbli əlaqəsi olan, müddətindən asılı olmayaraq hamiləliyin pozulması.

1.9. Narkomaniya və ya toksikomaniyaya səbəb olma.

1.10. Sifətdə bərpa olunmayan xəsarətlər.

Qeydlər:

1. Sifətdə, eləcə də qulaq seyvanında vaxt keçdikcə bərpa olunmayan və onların aradan qaldırılması üçün cərrahi müdaxilə (plastik və rekonstruktiv əməliyyatlar) tələb olunan patoloji dəyişikliklər (çapıqlar, burnun və qulağın hissəvi, eləcə də tam amputasiyaları, deformasiya, mimika və çeynəmə pozuntuları, kəskin nəzərəçarpan asimmetriya və s.) nəzərdə tutulur.

2. Vaxt keçdikcə öz gedişi boyu, eləcə də qeyri-cərrahi vasitələrlə əhəmiyyətli dərəcədə bərpa olunan, çəkilib gedən xəsarətlər isə sifətin bərpa olunmayan xəsarətləri hesab edilmir və xəsarət növlərinin digər dərəcələrindən birinə aid edilir.

 

2. Az ağır xəsarətlər

 

2.1. Sağlamlığın uzun müddət pozulmasına səbəb olan aşağıdakı hallar az ağır xəsarətlərə aid edilir:

2.1.1. sağlamlığın 21 gün və daha uzun müddətdə pozulması ilə nəticələnən xəsarətlər;

2.1.2. ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla (10%-dən 33%-ə qədər), dayanıqlı itirilməsi ilə nəticələnən xəsarətlər.

 

3. Yüngül xəsarətlər

 

3.1. Yüngül xəsarətlərə aşağıdakılar aid edilir:

3.1.1. sağlamlığın qısa müddətdə (21 gündən az) pozulmasına səbəb olan xəsarətlər;

3.1.2 11-12-ci qabırğalar istisna olmaqla, bir qabırğanın fraqmentlərinin yerini dəyişməyən sınığı;

3.1.3. burun sümüyünün cərrahi müdaxilə tələb etməyən deformasiyasız sınığı;

3.1.4. əl və ayaq barmaqlarının falanqa sümüklərinin sadə (yerini dəyişməyən, qəlpəsiz) sınıqları (əllərin 1-ci barmaqları, ayaqların 1, 2 və 3-cü barmaqları istisna olmaqla);

3.1.5. cərrahi tikilən və ya cərrahi tikişə ehtiyacı olan yaralar;

3.1.6. baş beyin silkələnməsi;

3.1.7. sağlamlığı qısa müddətə pozan digər zədələnmələr;

3.1.8. əmək qabiliyyətinin cüzi (10%-ə qədər) dayanıqlı itirilməsinə səbəb olan zədələnmələr.

 

 

  • Upvote 1

Share this post


Link to post
Share on other sites
В 11.10.2018 в 11:55, umniy Nxcivanli сказал:

Salam. Gec cavab verdiyim üçün bağışlayın: Azərbaycandan uzaqlarda idim.

Hüquqi biliklərim yoxdur. Ancaq forumdan və "günün tələbinə uyğun" qanunları müstəqil oxumaqla bəzi mürəkkəb olmayan məsələləri müstəqil həll edə bilirəm. Cinayət məcəlləsindən hec nə bilmirəm. 

Sualınıza cavab verə bilməməyimi üzürlü sayın

Salam. normaldır, narahat olmayın, gec olsa belə cavab yazmısız )

diqqət yetirmişəm ki, Avtoforumdakı Hüquqi yardım mövzusunda aktivsiniz. bu səbəbdən sizi mövzuya dəvət edib münasibətinizi bilmək istədim. 

Edited by NOIR
  • Upvote 1

Share this post


Link to post
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now

×