Jump to content
Konfutsi

O olmasın bu olsun?

Recommended Posts

40 minutes ago, NOIR said:

Şəxsən sizin yazdığınıza qarşı sərt deyiləm, sadəcə əhvalımı biruzə verdim... Çünki bu mövzu insanda xoş ovqat yaratmır. Mən çox zaman qadını qınayıram. Gənc qız özünü bu qədər ucuz tutmamalıydı axı. Toya iki gün qalmış əl-əyağı xınalı qızın küçədə kakoy-to evli kişi ilə sözü-söhbəti olur və nəticədə qoşulub gedirlər. Qız ismətini, ailənin adını atır hansısa naməlumun ayağı altına.

Vallah belə süjet heç bir serialda yoxdu )

Siz yuxarida geyd etdiyiniz kimi,bu insan mesuliyyetsizliyinin en pik nogtesidir...Insan gerek ne geder mesuliyyetsiz olsun ki,bu cur agilsiz addim atsin..Hegigeten buna bashga ad vermekde adam cetinlik cekir..

  • Upvote 1

Share this post

Link to post
Share on other sites

qız qaçırma el adətidir, keçmiş dövrlərdə ancaq mərd kişilər qız qaçırırdılar. hər gədənin belə hünəri yox idi. el içində, bu əsl iddia idi, etiraz idi, hünər idi. kişi ölənəcən bu qadınının arxasında dururdu, xətir-hörmətini saxlayırdı. qızın valideyninə minnətcil olurdu, boyun əyib, barışıq diləyirdi. heç kim bu gəlinə tənə edə bilməzdi, çünki o məsumdu.

indi isə, bu adəti eybəcərləşdiriblər, məsuliyyətsizlik simvoludur az qala... azad sevgini əsas götürüb bu kimi davranışa haqq qazandırırlar. hər iki tərəfdən ailə üzvləri sözləşir, bir-birini hədələyir, təhqir edir. qalmaqal düşür. zaman olur hətta ər, bu əlaqəni halal arvadının başına qaxır, hörmətsizlik edir.

Share this post

Link to post
Share on other sites
1 час назад, Konfutsi сказал:

Siz yuxarida geyd etdiyiniz kimi,bu insan mesuliyyetsizliyinin en pik nogtesidir...Insan gerek ne geder mesuliyyetsiz olsun ki,bu cur agilsiz addim atsin..Hegigeten buna bashga ad vermekde adam cetinlik cekir..

əlbəttə ki bu giclikdi, məsuliyyətsizlikdi...

hər gədə-güdə qız "qaçırır", əgər belə demək mümkünsə. çünki qız özü buna şərait yaradır. eləsi var acığa, hikkəsindən, ya tərsliyindən qız qaçırır. bu vəhşilikdir, murdarlıqdı. çoxu qaçırır, evlənir amma arxa durmur, bəzisi əylənir və atır. 

mən ona heyfsilənirəm ki, bakirəlik qalsın bir yana, qızlar məsumluğa dəyər vermirlər. necə də ucuz tuturlar məsumluğu, nə tez aldanırlar, ehtiyat etmirlər, tez təslim olurlar. avam, axmaq, key və kütdülər qızlar ! ana və valideyn demə onlardan da betərmiş... bax bunlar məni məyus edir 

Share this post

Link to post
Share on other sites
3 minutes ago, NOIR said:

Belke de muasir zamanda butun bunlari bezileri gerilik kimi gebul edirler,cunki indi insanlar dogrudan tamam bashga deyerlere ustunluk verirler..Bilmirem belke de menim yeni gaydalardan xeberim yoxdur,(olke xaricinde yashamama gore) bu cur hadiseler bezileri ucun siradan bir olaydir,amma insanlig yeni bu geder ucuzlashib?B.Vahabzadenin ne vaxtsa  dedikleri deyesen oz tesdigini tapir:

Gorxuram ki,bir gun gele,

insan gala,insanlig ole......

  • Upvote 1

Share this post

Link to post
Share on other sites
8 минут назад, Konfutsi сказал:

düşüncədə müasirik, amma belə məsələdə köhnəfikirliyik yəni ? anormalıq ? ))

mən də xalqımın qızıyam... çox istəyirəm ki, bir kimsə gəlib bu kimi dəyərlərdəki həmin üstünlüyü göstərsin, izah etsin... bəlkə onda inanım, mənə bir az təsəlli olsun )

insanlıq ölür, saflıq ölür

13 минуты назад, Konfutsi сказал:

olke xaricinde yashamama gore

bəlkə mən də köçdüm...

Share this post

Link to post
Share on other sites

Mən belə düşünürəm.

Yaşamaq üçün həyat şərtləri çox çətinləşib.Dərin düşünüb dəyərlərin mahiyyətini dərk edib ləyaqətlə yaşamaq çoxlarına sərf eləmir.Çünki bu əziyyətli yoldur.Kantın(filosof) əxlaq barəsində sözü yadıma düşdü.Əxlaqlı yaşamaq sənə çətin olacaq.Çünki sən hər şeydə düzgünlük axtaracaqsan addım başı isə yalanla,riyakarlıqla rastlaşacaqsan.Həyatın əzab əziyyətli keçəcək yeganə təsəllin isə o olacaq ki,əsl insan adına layiqsən şərəfli ömür yaşayırsan.

Buna görədə çoxları dərin düşüncəni bir kənara atıb hər şeyi səthi düşünərək yüngül həyat tərzinə üstünlük verirlər.

Belə həyatın əsas dəyəri isə bu olur.Şəxsi istehlak həzzi. Eksiztensial deviz isə budur.Həzz alıramsa deməli varam. 

Dərin düşünməkdə vicdan əzabı var qəhrəmanlıq duyğusu var.Belə hislər isə  heç kimə sərf eləmir. Problemlərin üzərinə əksəriyyət o nöqtəyəcən gedirki bundan o tərəfə mənim şəxsi həyat keyfiyyətim korlana bilər.Bundan o tərəfə mənlik deyil.

Keçmişdə isə o dediyimiz mərd kişilər dəyərləri qanları ilə yazıblar.Biz isə bu dəyərləri yaşatmağı bacarmırıq.Elə bilirik müasir oluruq.Nəticədə isə tərbiyəsiz oluruq.

Bilirəm çoxları deyəcəkki bu nə müəllimlik eliyir burda.Belə şeyləri hamı çox eşidib.Köhnəlmiş fikirlər,çeynənmiş sözlərdir. Hər halda mən ürəyimi boşaltdım. Müassir olaq amma mahiyyətimizi unutmayaq.

Yəni mərd insanların yolunu-Əməksevər,ağıllı və şərəfli ömür yolunu.

  • Like 2

Share this post

Link to post
Share on other sites

bax sonra da deyirlər ki, kişi-qadın arasındakı şəxsi münasibətlər hər bir ailənin daxili işidir. şəxsi iş olur bağlı qapı arxasında.... bu artıq cinayət işidir

" O olmasın, bu olsun"

İddialara görə, ər həyat yoldaşını başqa bir kişi ilə tutub.

Daha sonra qadının başını keçəl edərək onu telefonunun kamerasına çəkib. Şəkilləri sosial şəbəkədə paylaşıb, arvadı və ona xəyanət etdiyi kişinin ünvanına qeyri-etik ifadələr səsləndirib.

https://oxu.az/society/286908

Share this post

Link to post
Share on other sites
В 02.12.2018 в 13:43, NOIR сказал:

 Nə o olsun,nə bu olsun.:nett:

  Olduqca gənc bir xanım və ana.. bir ailə dramı.. Və qəzəb anında verdiyi cəzanı bir qəhrəmanlıq nümunəsi kimi çəkib, intiqam aləti olaraq  içtimailəşdirən həyat yoldaşı.. Qazancı nə oldu görəsən?!  Övladı üçün, cəmiyyət üçün, insanlıq üçün. Bəs bu görüntüləri üzü görülməklə yayımlayan xəbər portalları nə qazandı? - əlbəttə ki növbəti ucuz reytinq. Nəticə nə oldu?!..Günahı sübuta yetirilmədən "ədalətli" cəzanı cəmiyyət bəri başdan özü verdi, sorğusuz-sualsız, hakimsiz,qərarsız, həm də öz üsulları ilə, məhvə sürüklədikləri insanın sonrakı taleyinin necə ola biləcəyini düşünmədən və bir qadın həyatını puç edərək..

  • Like 3

Share this post

Link to post
Share on other sites
В 04.12.2018 в 19:16, ceylin сказал:

Nə o olsun,nə bu olsun.:nett:

Olduqca gənc bir xanım və ana.. bir ailə dramı.. Və qəzəb anında verdiyi cəzanı bir qəhrəmanlıq nümunəsi kimi çəkib, intiqam aləti olaraq  içtimailəşdirən həyat yoldaşı.

) taylı tayını tapmasa, günü ah-vayla keçər ...

В 04.12.2018 в 19:16, ceylin сказал:

Günahı sübuta yetirilmədən "ədalətli" cəzanı cəmiyyət bəri başdan özü verdi, sorğusuz-sualsız, hakimsiz,qərarsız, həm də öz üsulları ilə, məhvə sürüklədikləri insanın sonrakı taleyinin necə ola biləcəyini düşünmədən və bir qadın həyatını puç edərək..

nifrət eləməyi, düşmənçilik eləməyi də "bacarmaq" lazımdır... lap qadın namərddirsə, kişi mərd olardı.

məncə, elə ikisi də bir-birinə tay imiş

Share this post

Link to post
Share on other sites
В 08.12.2018 в 19:56, NOIR сказал:

) taylı tayını tapmasa, günü ah-vayla keçər ...

Ona görədir ki,bu 9 milyonluq əhali arasında axtarıb bir-birini tapıblar.

В 08.12.2018 в 19:56, NOIR сказал:

nifrət eləməyi, düşmənçilik eləməyi də "bacarmaq" lazımdır... lap qadın namərddirsə, kişi mərd olardı.

məncə, elə ikisi də bir-birinə tay imiş

Nəticəni bu vəziyyətə gətirib çıxarmaqdansa vaxtında münasibətləri nöqtələmək lazım idi.Bəzən ailəni qorumaq üçün sonuna qədər mübarizə aparılır, xüsusən də uşaq  naminə,amma bəzən də qarşısı alınmaycaq bu kimi ağır nəticələr də olur. Düşünürəm ki, ciddi ailə probləmləri ilə (təkcə xəyanət deyil) qarşı-qarşıya qalan cütlüklərdən birini haqlı çıxaracaq şəkildə doğruluğunu irəli sürmək yanlış olardı, səhv hər iki tərəfdə mütləq ki var, nə qədər də günahları bütünlüklə qarşı tərəfin üzərinə yükləməyə çalışsalar belə.

Edited by ceylin

Share this post

Link to post
Share on other sites
10 часов назад, ceylin сказал:

Nəticəni bu vəziyyətə gətirib çıxarmaqdansa vaxtında münasibətləri nöqtələmək lazım idi.Bəzən ailəni qorumaq üçün sonuna qədər mübarizə aparılır, xüsusən də uşaq  naminə,amma bəzən də qarşısı alınmaycaq bu kimi ağır nəticələr də olur.

uşağa görə, uşaq naminə ailəni saxlayıb, qoruyan görməmişəm, açığı. yəni belə bir hal müşahidə etməmişəm. amma pula görə, material asılılıq ucbatından dözən, qonşuluq münasibətində yaşayışı qəbul edən çox qadınlar və ailələr görmüşəm. 

10 часов назад, ceylin сказал:

Düşünürəm ki, ciddi ailə probləmləri ilə (təkcə xəyanət deyil) qarşı-qarşıya qalan cütlüklərdən birini haqlı çıxaracaq şəkildə doğruluğunu irəli sürmək yanlış olardı, səhv hər iki tərəfdə mütləq ki var, nə qədər də günahları bütünlüklə qarşı tərəfin üzərinə yükləməyə çalışsalar belə.

əlbəttə dil nifrətlə danışanda, xain ürəkdə kin olanda hər şey çirkaba bulaşmış olur. axmaqlığı ucbatından yalan , böhtan danışan da olur.

belə də ki, eliçi hər kəs sözünün göyçəyini danışar - atalar sözü )

Share this post

Link to post
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now

×