Jump to content
Waterandsun

Şahmat məsələləri)

Recommended Posts

В 15.08.2018 в 14:59, Waterandsun сказал:

Screenshot_20180815-140942_1.jpg

В 15.08.2018 в 14:49, Waterandsun сказал:

Məsələ 4

Məlumdur ki, aşağıda göstərilən partiyada Şah və Vəzirlər yerindən tərpənməmiş, onlara piyada və ya digər fiqurlarla hücum olunmamışdır. Lövhənin hansı xanasında ağların Topu yerləşə bilərdi?)

В 21.08.2018 в 12:50, Waterandsun сказал:

Yaxşı, görürəm, bir qədər çətinlik var məsələnin həllində

Bir balaca təkan verim

Göründüyü kimi lövhədə

Ağların 7 piyadası, 1 ağxanalı Fili, Vəziri və Şahı var=10 fiqur, + yeri müəyyənləşdirilən Top=11.   

5 fiquru isə yoxdur...Həmin fiqurlar ola bilərdi: 1 çatışmayan piyada, 2 At, qaraxanalı Fil, Toplar...

Qaraların bütün piyadaları yerində, Vəzir, Şah, 2 At, 1 Top=13.  

3 fiquru isə çatışmır...Həmin fiqurlar: 2 Fil, 1 Top...

Lövhənin analizi:

qaraların e6 və f6 piyadaları həmin xanalara agların 2 fiqurunu yeməklə adlayıblar...

В 21.08.2018 в 15:00, Waterandsun сказал:

- f6-da vurulan daşın ağ at ola bilməyəcəyini (o nöqtəyə gəlmiş at şah demiş olar ki, bu da şərtlərə ziddir), -:appl:

-qaralardan vurulmuş topun yerindən tərlənmədiyini (tək ehtimal at tərəfindən vurulmuş olmasıdır), -:appl:

-e6-da vurulan daşın fil ola bilməyəcəyini (orada ancaq ağ xanalar üzrə hərəkət edən ağ fil ola bilər ki, o da göründüyü kimi e4-də dayanıb) -bu da düzdür, amma isbat edilməlidir.

isbatı isə, daha doğrusu istisnası isə belədir ki, ola bilsin  e6-da vurulan elə ağxanalı Fildir, c4-dəki Fil isə ağların çatışmayan piyadanın 8-ci horizontal xəttə çatıb ağ Filə çevrilməsi ola bilər... bu halda h2 piyadası ağxanalı Filə çevrilməsi üçün ağ xanalar olan ən yaxın hesab edilən g8 və ya e8 xanalarına kimi getməli idi. bu halda h2 piyada ya 3 dəfə sola doğru vurmalı, və ya sol-sağ-sol vurmalı(g7 piyadası yerindən tərpənməyib). yəni 3 dəfə vurma. qaralarda 3 fiqur çatışmır, bunlardan biri Topdur ki, a8-b8-c8 xanalarından çıxması mümkün deyil. deməli, h2 piyadası a8-b8-c8 gedib çıxa bilməz, buna görə də nəzəri çəhətdən onun vura biləcəyi cəmi 2 fiqur qalır, bu halda piyada 2 vuruşla ağ xanaya yiyələnə bilmir. deməli, ağların c4 Fili-"orijinaldır")) yəni çevrilmə deyil

deməli belə

Share this post

Link to post
Share on other sites

ağlarda ağxanalı Fil-dönmə\piyadadan çevrilmə deyil, qaraxanalı Fil tərpənmədən yerindəcə vurulub. qalır 2 at, 2 top, 1 piyada.

qaralarda a8 də duran top a8-b8-c8 xanalarında yeyilib, deməli piyada h2 teoretik cəhətdən yalnız 2 qara fiqur yeyə bilərdi...həmin fiqurlar qaraların 2 Fili-biri qaraxanalı, biri də ağxanalı.

h2 piyadası e6 xanasına gedib çıxa bilmir (çünki 3 vurma olmalı, bu da mümkünsüz), deməli d7:e6 gedişində ya at, ya top olub.

h2 piyadası f6-ya çatması üçün vurulması mümkün olan 2 Fili- qaraxanalı və ağxanalını vurmalıdır. Lakin f8-də durmuş olan qaraxanalı Filin çixişi yalnız e7 və g7 piyadaları diaqonalı açdıqdan sonra mümkün olduğundan və lövhədə g7 tərpənmədiyindən e7:f6 vuruşu Fil yerindən tərpənməmiş həmin Filin h2 piyadası ilə vurulması da mümkünsüzdür.

Belə haldae6 və f6 xanalarında Atlar da dura bilməzdi, əks halda Vəzir və Şaha hücum olunur.

İstisna yolu ilə həmin xanalrda vurulan fiqurların yalnız və yalknız ağların hər iki orijinal Topları ola bilər!

Share this post

Link to post
Share on other sites

şərtə görə lövhədə "gözəgörünməz" Top var. hər iki top yeyilibsə, deməli 3-cü top "dönmə" topdur

həmin top çatışmayan 8-ci piyadadan çevrilə bilər yalnız. aydın oldu ki, h2 ancaq 2 vurma edib. və mevrilmə son horizontalda olur.

deməli piyada h2  hər iki fili yeməklə h8 xanasına gəlib çıxıb.

Məlumdur ki, Şaha hücum olunmayıb, deməli f8 və\ və ya g8 xanalarında h2-h8 çatandan sonra mütləq fiqur olmalıdır, əks halda top şah elan edir. eyni zamanda Şah yerindən tərpənmədiyindən yeganə mümkün olan xana h7-dir

deməli, lövhədə ağların Topu yalnız h7 xanasında dura bilər

Share this post

Link to post
Share on other sites
13 minutes ago, Waterandsun said:

Lövhəyə əlavə daş qoyula bilər ki? Mənim bildiyimə görə, ancaq vurulmuş daşları bərpa etmək olar. Fiziki oyunda istəsən də, mümkün olmaz, çünki bir şahmat dəstində artıq daş olmur. Kompüterdə isə bu qayda necədir, bilmirəm.

Share this post

Link to post
Share on other sites

-Ay yoldaş, bir az sakit olar?

-Olar.

(C)

Share this post

Link to post
Share on other sites

Пешка при достижении последней горизонтали может превращаться только в фигуру, снятую ранее с доски.

Son horizontala çatmış piyada yalnız əvvəl vurulmuş fiqura çevrilə bilər

BU QAYDA TƏTBİQ OLUNMUR

Share this post

Link to post
Share on other sites

Превращение

Основная статья: Превращение пешки
 
Когда пешка достигает самой дальней горизонтали от своей исходной позиции, она должна быть заменена, по выбору игрока, на ферзя, ладью, слона или коня «своего» цвета, что является частью того же хода; эта замена пешки на другую фигуру называется «превращением». При этом не имеет значения, сколько таких фигур уже имеется на доске.

Share this post

Link to post
Share on other sites
23 minutes ago, Waterandsun said:

Yəni ki, fiziki olaraq dəyişmək imkanı yoxdursa, onda piyadanın roluca dəyişir, eləmi? Bu zaman lövhədə 3-cü top, fil, at, və ya 2-ci vəzir ola bilər, doğrudurmu? 

Share this post

Link to post
Share on other sites
Posted (edited)
20 минут назад, Museyib Elekber сказал:

lövhədə 3-cü top, fil, at, və ya 2-ci vəzir ola bilər, doğrudurmu? 

Eledir ki var

Hetta nezeri cehetden 9 vezir de ola biler lovhede. 8 deyisme+1 orijinal

Edited by Waterandsun

Share this post

Link to post
Share on other sites
5 minutes ago, Waterandsun said:

Eledir ki var

Hetta nezeri cehetden 9 vezir de ola biler lovhede. 8 deyisme+1 orijinal

Aydındır. Mən bir piyada üçün nəzərdə tutmuşdum. Təşəkkürlər :)

Share this post

Link to post
Share on other sites

Amma bu piyada sohbetinin meseleye aidiyyeti yox idi)

Share this post

Link to post
Share on other sites
1 hour ago, Waterandsun said:

Amma bu piyada sohbetinin meseleye aidiyyeti yox idi)

Necə yəni? )

Share this post

Link to post
Share on other sites

Məlumdur ki, bu oyunda heç bir fiqur ağ xanadan qaraya və qara xanadan ağa gediş etməmişdir. g3 xanasındakı piyada nə rəngdədir?

chess2.gif

  • Upvote 1

Share this post

Link to post
Share on other sites
3 hours ago, Waterandsun said:

Məlumdur ki, bu oyunda heç bir fiqur ağ xanadan qaraya və qara xanadan ağa gediş etməmişdir. g3 xanasındakı piyada nə rəngdədir?

chess2.gif

-atlar yerindəcə vurulub

-piyadalar yalnız ilk addımlarında düzünə getmiş ola bilər. O da ki, iki addımla lövhənin ortasına gəlir. Bundan sonrakı hərəkətləri ancaq başqa daşı vurmaqla olub. Bu zaman g3'dəki piyada heç vaxt ağ ola bilməz. Çünki belə olsa, onun g2'dən, yəni ağ xanadan indi dayandığı qara xanaya hərəkət etmiş olmalıdır. Ki bu da şərtə ziddir.

Əlavə olaraq:

-ağ şah sağ tərəfə qalaqurma ilə oradan çıxıb. Əks halda fərqli rənglərə keçməli idi.

Digər daşların hərəkəti isə hərənin öz fantaziyasına qalıb artıq :) 

Share this post

Link to post
Share on other sites
14 минуты назад, Museyib Elekber сказал:

1

Bu zaman g3'dəki piyada heç vaxt ağ ola bilməz. Çünki belə olsa, onun g2'dən, yəni ağ xanadan indi dayandığı qara xanaya hərəkət etmiş olmalıdır. Ki bu da şərtə ziddir.

2

-ağ şah sağ tərəfə qalaqurma ilə oradan çıxıb. Əks halda fərqli rənglərə kecmeli idi

1.belke g3 deki piyada h2 den gedib?

2.cox duzgun 

Share this post

Link to post
Share on other sites
22 minutes ago, Waterandsun said:

1.belke g3 deki piyada h2 den gedib?

Onda şah oradan heç cür çıxa bilməz. Yeganə yolu g1>h2>g3 istiqamətindədir. Bunun üçün də o xanalar boş olmalıdır. Yəni g3'dəki piyada oraya ancaq qaralar tərəfdən gələ bilər. Bayaq şahın buradakı rolunu tuta bilməmişdim, indi çatdı ))

  • Upvote 1

Share this post

Link to post
Share on other sites

Bu partiyanın son 5 gedişində (hər iki tərəfdən) piayadalar yerindən tərpənməmiş və heç bir fiqur vurulmamışdır.

Qaraların Şahı hansı xanadadır?

chess3.gif

Share this post

Link to post
Share on other sites
2 hours ago, Waterandsun said:

Bu partiyanın son 5 gedişində (hər iki tərəfdən) piayadalar yerindən tərpənməmiş və heç bir fiqur vurulmamışdır.

Qaraların Şahı hansı xanadadır?

chess3.gif

Dəqiq bilmirəm, belə bir qayda var idi elə bil: şahlar yanaşı dura bilməz. Bu qayda daxilində bir şey alınmır. Ona görə də bu qaydanı yox sayıram hələ ki. Deməli belə.

Piyadalar hərəkətsiz qalıbsa, ağ şah hazırkı mövqeyinə aşağıdan gəlmiş ola bilməz. Çünki əksini düşünsək, ağ şah ya e6, ya da g6'dan gəlməlidir ki, bu yerlərdə şah vəziyyəti yaranmış olur. Ona görə də ağ şah yuxarıdakı sətirdən gəlib. Amma burada h8'də bir top dayanıb. Bu halda topla ağ şah arasında başqa bir daşın olması zərurəti yaranır ki, bu da bizim axtardığımız qara şah ola bilər. Burada da h7 və h6 xanaları ehtimal daxilindədir.

Share this post

Link to post
Share on other sites
42 минуты назад, Museyib Elekber сказал:

heç nə başa düşmədim

Share this post

Link to post
Share on other sites
40 minutes ago, Waterandsun said:

heç nə başa düşmədim

Bunu yazanda başımı qatdılar. Nə yazdığıma fikir verə bilmədim.

Şahların yanaşı durması məsələsi elə də çətin olmamalıdır ). Yəni iki şah arasında ən azı bir xana olmalıdır. Bəlkə də belə bir qayda heç yoxdur, səhv eşitmiş ola bilərəm.

g8 və f8 yazmaq istəmişdim. Oriyentasiyanı itirmişəm ))

Share this post

Link to post
Share on other sites
3 минуты назад, Museyib Elekber сказал:

Bunu yazanda başımı qatdılar. Nə yazdığıma fikir verə bilmədim.

Şahların yanaşı durması məsələsi elə də çətin olmamalıdır ). Yəni iki şah arasında ən azı bir xana olmalıdır. Bəlkə də belə bir qayda heç yoxdur, səhv eşitmiş ola bilərəm.

g8 və f8 yazmaq istəmişdim. Oriyentasiyanı itirmişəm ))

Bir birine zidd muhakimeler deyilmi?

Share this post

Link to post
Share on other sites
1 minute ago, Waterandsun said:

Bir birine zidd muhakimeler deyilmi?

Mən də ona görə belə bir qaydanın olmadığını hesab edərək yazdığımı bildirdim ən başda. Yoxsa bu qayda ilə məntiqli bir cavabım yoxdur hələ ki

Share this post

Link to post
Share on other sites

Sahlar bilavasite yan yana dura bilmezler.

Butun sahmat meselelerinde qaydalara riayet olunur.

Share this post

Link to post
Share on other sites
8 minutes ago, Waterandsun said:

Sahlar bilavasite yan yana dura bilmezler.

Butun sahmat meselelerinde qaydalara riayet olunur.

Yəni düz bilirmişəm. Onda icazə ver, açıq bir sual verim: e8, f8, g8 xanalarında qara şah dura ola bilməz?

Share this post

Link to post
Share on other sites
31 минуту назад, Museyib Elekber сказал:

Yəni düz bilirmişəm. Onda icazə ver, açıq bir sual verim: e8, f8, g8 xanalarında qara şah dura ola bilməz?

Bilmez,tebii ki

Share this post

Link to post
Share on other sites
1 minute ago, Waterandsun said:

Bilmez,tebii ki

Nəsə birdən elə gəldi ki, diaqonal istiqamət yanaşı hesab olunmur ))

Share this post

Link to post
Share on other sites
5 hours ago, Waterandsun said:

Bu partiyanın son 5 gedişində (hər iki tərəfdən) piayadalar yerindən tərpənməmiş və heç bir fiqur vurulmamışdır.

Qaraların Şahı hansı xanadadır?

chess3.gif

Tapdığım cavab c8.

Son gediş: ağ şah-g8>f7, qara top-d8>h8

Sondan əvvəlki gediş: ağ şah-h8>g8, qara top və qara şahın uzun qalaqurma gedişi. Yəni qara şah e8>c8, qara top a8>d8. Bu gedişdən əvvəl ağ şah yalnız h8'də ola bilərdi. Yerdə qalan hallarda qara şahla üzbəüz dayanmalı olardı. Əslində, bunun məsələyə elə də təsiri yoxdur, məncə. Əvvəlki gedişlərdə də ağ şah h8 və g8 arasında vargəl edib. Qaralarda da atın yerdəyişməsi olub, çox güman ki.

  • Like 1

Share this post

Link to post
Share on other sites
12 минуты назад, Museyib Elekber сказал:

Tapdığım cavab c8.

Son gediş: ağ şah-g8>f7, qara top-d8>h8

Sondan əvvəlki gediş: ağ şah-h8>g8, qara top və qara şahın uzun qalaqurma gedişi. Yəni qara şah e8>c8, qara top a8>d8. Bu gedişdən əvvəl ağ şah yalnız h8'də ola bilərdi. Yerdə qalan hallarda qara şahla üzbəüz dayanmalı olardı. Əslində, bunun məsələyə elə də təsiri yoxdur, məncə. Əvvəlki gedişlərdə də ağ şah h8 və g8 arasında vargəl edib. Qaralarda da atın yerdəyişməsi olub, çox güman ki.

əla

  • Upvote 1

Share this post

Link to post
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now

  • Recently Browsing   0 members, 0 guests

    No registered users viewing this page.

×