Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Qarşılıqsız yaxşılıq?

Igolka

Recommended Posts

Uşaqlıqdan terbiyelenme terzimizden dolayı yaxşılıq etdikde onun qarşılığını gözlememek gerekdiyini bilsek de,bugünümüzde yaxşılıq etmeye de çekinirik bezen.
Biz yaxşılıq edib unutmaq istesek de qarşıdakı insan bunu borc bilib,qaytarmaq mecburiyyeti duyur.
Bezileri ise ele davranır ki,sanki ele bele de olmalıdır.

Etdiyin yaxşılıq gerek mecburi olmasın.Yeni insan kimese yaxşılığı öz isteyi ile etsin,mecburam o etmişdi men de etmeliyem demesin.Bu halda bilmirem edene ya yaxşılıq görene acıyım.Lakin,ortada yaxşılıq varsa pozitiv de baxmaq olar ) 

Bele bir deyim de var ki,yaxşılıq et ki,yaxşılıq göresen.Buna göre de belke de insan yaxşılıq edince hardansa bunun qarşılığını gözleyir.

Herhalda bu hereket üzlerde tebessüm,ürekde ferahlıq yaradırsa,etmeye deyer.

Buyurun fikirleriniz varsa paylaşın.Eyni mezmunda mövzu varsa birleşdirin.Unutmuşam.) 

  • Like 1
  • Upvote 1
Link to comment
Share on other sites

28 минут назад, Igolka сказал:

Herhalda bu hereket üzlerde tebessüm,ürekde ferahlıq yaradırsa,etmeye deyer.

hər kəs gəldiyi son nəticəni, bir qayda olaraq fikrinin sonunda vurğulayır. bizim altşüur belə yönəldir. bu səbəbdən, siz əhəmiyyətli bildiyinizi sonunda yazmısız )) mən də adətən, sondan əvvələ oxuyuram )

insanı emosiyaları idarə edir. bizim motivlərimiz emosiyalardan qaynaqlanır. meyl, şövq, həvəs... 

qayıdacam mövzuya, hörmətli İqolka. deməyə sözüm var...

musiqili əhvaldayam hazırda, qınamayın) Röyanı dinləyirəm )

Edited by NOIR
  • Upvote 1
Link to comment
Share on other sites

Только что, gapgara сказал:

Varmı belə insanlar? Var, amma çooox çox azdır, nə görürük nə də tanıyırıq belə insanları.. Dilənçılərə pul/sədəqə verənləri nəzərə almasaq.

Nece insanlar Murad? 

Yaxşılıq edib unudan? 

Bunları nezerde tutub,görüb tanımırsansa adına üzüldüm doğrusu.

Var bele insanlar.Biraz yaxşı axtarsaq öz içimizde de taparıq.

Link to comment
Share on other sites

Только что, NOIR сказал:

hər kəs gəldiyi son nəticəni, bir qayda olaraq fikrinin sonunda vurğulayır. bizim altşüur belə yönəldir. bu səbəbdən, siz əhəmiyyətli bildiyinizi sonunda yazmısız )) mən də adətən, sonunda əvvələ oxuyuram )

insanı emosiyaları idarə edir. bizim motivlərimiz emosiyalardan qaynaqlanır. meyl, şövq, həvəs... 

qayıdacam mövzuya, hörmətli İqolka. deməyə sözüm var...

musiqili əhvaldayam hazırda, qınamayın) Röyanı dinləyirəm )

Ehvalınızı deyişmeyin.) 

Bilirem ki,yazacaqsınız.

Link to comment
Share on other sites

Edib unuduram. Və edirəm...Qarşılıq gözləmirəm.. "Sağ əlin verdiyini sol əl bilməməlidir" uşaqlıqdan bunu öyrədiblər.

Qaldı ki,mənə yaxşılıq edib -qarşılıq gözləyiblər mi?) Bunu dəqiq deyə bilmərəm. Çünki belə hal rastıma az çıxıb.)Olsa -olsa mənə hansısa kitabı,ya bitkini tapıb yaxşılıq edəcəklər)) xəcalətli qalmayım deyə birə on qat əvəzini çıxacağam)

Link to comment
Share on other sites

Yaxşılıq etmək sosiallaşma instiktinin bir təzahürüdür, məncə. Özünü cəmiyyətdə sübut etmək cəhdi kimi. Təbii ki, heç kim bunun qarşılığını açıqca və şəxsən həmin adamdan istəməz, amma şüur altında cəmiyyətin ona qarşı eyni rəftarını gözləyə bilər.

Bundan başqa, maraqlı bir araşdırma aparıblar. İnsanlar köməyə ehtiyacı olan birinə ətrafda özündən başqa heç kim olmadıqda kömək etməyə daha meyilli olurlar. Əka halda nə qədər çox adam olarsa, ona kömək etməyə heç kim cəhd etmək istəmir. Hamı bir-birinə ümidli qalır və məsuliyyət hissi insanlar arasında daha çox paylanmış olur. Mövzuya nə qədər dəxli var bilmirəm, amma hər halda maraqlıdır :) 

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

En saf yaxşılıq bele insanın özünü yaxşı hiss etmesi üçündür.
Bu baxımdan,pislik yaxşılıqdan daha dürüstce hereketdir deye bilerikmi? 

İnsan yolda bir dilençiye pul verdi,elbette ondan  qarşılığında heç bir şey gelmeyeceyini bilir,lakin içden içe özünü yaxşı insan olduğuna inandırmağa çalışır,etdiyi hereketin menevi rahatlığını yaşayır.

Yaxşılıq et denize at,balıq bilmese de xaliq bilecek deyimi var.Burda da bele neticeye gelmek olar ki,etdiyin insan yaxşılığı deyerlendire bilmese de allah görür ve seni mükafatlandıracaq.

Çox terefden baxmaq olar bu mövzuya.

Lakin her defe netice olaraq,yaxşılığın terefdarıyam.İlk postumun son fikrini tekrar etmek istemirem.)

Link to comment
Share on other sites

1 minute ago, Igolka said:

En saf yaxşılıq bele insanın özünü yaxşı hiss etmesi üçündür.
Bu baxımdan,pislik yaxşılıqdan daha dürüstce hereketdir deye bilerikmi? 

İnsan yolda bir dilençiye pul verdi,elbette ondan  qarşılığında heç bir şey gelmeyeceyini bilir,lakin içden içe özünü yaxşı insan olduğuna inandırmağa çalışır,etdiyi hereketin menevi rahatlığını yaşayır.

Bu, mənim çoxdankı fikrimdir, kiçik bir fərqlə. Mənə görə, insan hər bir hərəkəti özü üçün edir, o cümlədən yaxşılığı da. Hətta ən ekstremal özünü fəda etmək aktının da altında bu motivin olduğunu düşünürəm. İnsan kiminsə həyatını öz həyatı bahasına xilas edirsə, bunu etmədiyi halda qarşılaşacağı ictimai qınaqdan çəkindiyi üçün edir (məncə). 

Link to comment
Share on other sites

В 12.08.2018 в 17:36, Igolka сказал:

Buyurun fikirleriniz varsa paylaşın.Eyni mezmunda mövzu varsa birleşdirin.Unutmuşam.) 

yaxşılığın qarşılığına ümid etmək normaldır. diqqətin əvəzində qarşı tərəfin diqqətinə ümid etmək də normaldır və təbiidir ) gözləmək, ummaq isə sadəlövhlük olardı. hamı diqqətcil, hörmətcil, qayğıkeş, səxavətli ola bilməz ki... yaxşılıq edib rahatlıq duyursuzsa əgər, çox yaxşı. özünütəsdiq barədə həmçinin, Müseyib yuxarıda yazıb.

amma əgər insan davamlı olaraq yaxşılıq edib, xidmət edib, diqqət göstərib özündə narahatlıq duyursa, daixlində bir boşluq yaranırsa, özünü talan olunmuş kimi hiss edirsə, münasibətini dəyişsin. robota çevrilmək nəyə lazım...

Link to comment
Share on other sites

11 час назад, NOIR сказал:

Son fikrinizdeki kimi alınmaya bilir bezen.Çox vaxt bu yaxşılıq yox,artıq mecburiyyet olur.Men ne qeder heç kim heç kime heçnede mecbur deyil fikrinde qalsam da,etrafımda çox bele halla rastlaşıram.Bu özünü feda etmek kiminse yaxşılığı üçün.

Bes özüne yaxşılıq nedir? Eqoistlik? 

Yaxşılıq qarşındakına sevinc getirdiyi qeder sene getirmirse,bu yaxşılıq deyil.

Link to comment
Share on other sites

12 часа назад, Igolka сказал:

Yaxşılıq qarşındakına sevinc getirdiyi qeder sene getirmirse,bu yaxşılıq deyil.

bu başqa bir məzmunlu "yaxşılıqdı" )

İqolka, insanlar fərqlidir axı. kimisi kiçik sevinclərə sevinməyi bacarır. kiçik "yaxşılığı" yaxud diqqət əlamətini əhəmiyyətli bilir. amma insan var, onun üçün xırda sevinclər mənasızdır, əhəmiyyətsizidr. o mənada, əhəmiyyətsiz, dəyərsiz bir şeyin əvəzini gözləmək ya əvəzini vermək barədə də düşünmür

Edited by NOIR
Link to comment
Share on other sites

13 часа назад, Igolka сказал:

Men ne qeder heç kim heç kime heçnede mecbur deyil fikrinde qalsam da,etrafımda çox bele halla rastlaşıram

məncə, fikirlər dolaşıb bir qədər )

gəlin "yaxşılıq" kateqoriyasını hələlik bir kənara qoyaq....

biz iddia edə bilmərik ki, "heç kim heç kimə heç nə borclu deyil". çünki insan cəmiyyətdə yaşayır. o bəzən ümumi maraqlar xatirinə şəxsi mənafeyindən keçməli olur, yaxud əksinə şəxsi mənafeyini üstün tutaraq ümumi işə ziyan vurur, adlayıb keçir. bütün dünya mübadilə münasibətlərinə cəlb olunub. informasiya mübadiləsi, emosiya mübadiləsi, maddi mübadiləyə qatılır insanlar. hətta sevgi də qarşılıq gözləyir,hörmət də qarşlıq istəyir. bircə saf məhəbbət təmənnasız olur )

Edited by NOIR
Link to comment
Share on other sites

7 часов назад, NOIR сказал:

Özünüz qeyd edirsiniz ki,neyinse xatirine.İnsan özünü neyese borclu bilir,eslinde borclu deyil.Bezen deyirik,valideynik,borcumuzdur övladımıza qayğı gösterek.Bu da borc deyil.

Ya da eksi.Valideynim mene baxıb,böyüdüb,men de ona baxmağa borcluyam.Bu da borc deyil.

Borc olsaydı belke de yaxşı olardı,yuxarıdakı meqamlarda.Ne kimsesiz uşaq ne kimsesiz yaşlı qalmazdı.Hamı borc bilib bir birine baxardı.

Biraz fikirlerimi tam çatdıra bilmirem,özüm özümü yeyirem içimde ) 

Link to comment
Share on other sites

14 часа назад, Igolka сказал:

borc deməyək, yaxşı. amma öhdəlik və vəzifələr olmalıdır axı. 

cəmiyyətdə ictimai münasibətləri qanunlar tənzimləyir. əmək, ailə, inzibati, cinayət məcəlləsi var, müxtəlif aktlar və normativlər var ki insanın mənafeyini qoruyur. həm də ki, insanı insandan qoruyur )) məsələn, valideyn övladının ehtiyacını ödəməkdən imtina edərsə, işçi əmək intizamını pozarsa yaxud sağlamlığa, əmlaka, ərazi bütövlüyünə qəsb edilərsə, bu zaman "qanun mexanizmi" işə düşür. 

bir zaman, insanlar təbiət qanunları vasitəsilə öz yaşayışını tənzimləyirdi. indi isə artıq cəmiyyətin qanunlarına əməl etməyə borcludu. 

bəlkə siz düşünürsüz ki, insanlar yazılmış qanunlar mövcud olmadan, yəni yalnız yüksək mənəviyyat əsasında, ya özünüdərk nəticəsində cəmiyyətdə ictimai münasibətləri təmin etsəydilər, bu düzgün olardı...bəlkə siz bu fikri çatdırmaq istəyirsiz ?  bir sözlə, məcburi borc ya öhdəlik olmasın və insanlar könüllü olaraq, təmənnasız bir-birinə xidmət və anlayış göstərsinlər... eləmi İqolka ? )

Yazılmış qanunlar olsun,her ehtimala ) 

Lakin  insanlar heç o qanunlara ehtiyac duymaya biler,yuxarıda sadaladıqlarınızla )

Bu mümkünsüzdü?) Yeqin.

Link to comment
Share on other sites

14 часа назад, Igolka сказал:

Yazılmış qanunlar olsun,her ehtimala ) 

Lakin  insanlar heç o qanunlara ehtiyac duymaya biler,yuxarıda sadaladıqlarınızla )

(özümü təbrik edirəm, çünki sizin fikrə yol tapa bildim, nəhayət ki ))

14 часа назад, Igolka сказал:

Bu mümkünsüzdü?) Yeqin.

) "kiçik" bir şey tələb olunur : ictimai quruluşu dünyavi dəyişmək 

Link to comment
Share on other sites

Əslində, yaxşılıq deyilən şey qarşılıqsız olmalıdır, ya da ən azından elə görünmələdir. Ürəyində kimsə nəsə gözləyirsə, bunu bilə bilmərik, ta ki nə vaxtsa onu dilə gətirənə qədər. Qarşılıq gözlənən şey isə, sadəcə, alqı-satqı münasibətidir. Yaxşılıq olmaqdan çıxmış olur artıq.

Link to comment
Share on other sites

В 16.08.2018 в 23:10, Museyib Elekber сказал:

Əslində, yaxşılıq deyilən şey qarşılıqsız olmalıdır, ya da ən azından elə görünmələdir. Ürəyində kimsə nəsə gözləyirsə, bunu bilə bilmərik, ta ki nə vaxtsa onu dilə gətirənə qədər. Qarşılıq gözlənən şey isə, sadəcə, alqı-satqı münasibətidir. Yaxşılıq olmaqdan çıxmış olur artıq.

düzdü, bu artıq istehlak münasibətidi. 

amma  bir şey də var, yaxşılıq tam cavabsız da qala bilməz. bir əks-səda olsa, yaxşı olardı. bilirəm ki, siz bu kimi şeylərə inanmırsız, Müseyib ) lakin qəbul etdiyi yaxşılıq əvəzində, xeyir -dua etmək yaxşı əlamətdi. hər hansı formada tanrı həmişə olub, sözün, duanın enerjisi, qüvvəsi də var. "Allah əvəzini versin"," Allah qabağına çıxarsın" kimi xeyir-duaları  etdikdə qarşı tərəf bir növ, ruhən sakitlənir. 

Edited by NOIR
  • Upvote 1
Link to comment
Share on other sites

2 hours ago, NOIR said:

O heç. Yaxşılığın əvəzində xoş bir söz demək ən azı mədəniyyət göstəricisidir. Olar ki, çox da rəğbət bəsləmədiyiniz birinə kiçik bir köməklik göstərəsiniz, amma ondan bir qarşılıq gəlməməsi sizə heç təsir də etməz. Bu zaman həmin yaxşılıq, sizin, sadəcə daxili mənəvi tələbatınız kimi ortaya çıxmış olur.

Link to comment
Share on other sites

11 час назад, Museyib Elekber сказал:

O heç. Yaxşılığın əvəzində xoş bir söz demək ən azı mədəniyyət göstəricisidir. Olar ki, çox da rəğbət bəsləmədiyiniz birinə kiçik bir köməklik göstərəsiniz, amma ondan bir qarşılıq gəlməməsi sizə heç təsir də etməz. Bu zaman həmin yaxşılıq, sizin, sadəcə daxili mənəvi tələbatınız kimi ortaya çıxmış olur.

:nett: belə bir mənəvi tələbatım olmur axı

çox nadir hallarda mənim kiməsə qarşı antipatiyam olar və olubsa da bu atıq həmişəlikdi ) bu tip adamlardan uzaq durmağı çalışıram, nə yaxşılıq edirəm, nə də pislik. 

Link to comment
Share on other sites

2 hours ago, NOIR said:

:nett: belə bir mənəvi tələbatım olmur axı

çox nadir hallarda mənim kiməsə qarşı antipatiyam olar və olubsa da bu atıq həmişəlikdi ) bu tip adamlardan uzaq durmağı çalışıram, nə yaxşılıq edirəm, nə də pislik. 

Bu dediyim çox nadir hallarda ola bilər, onsuz da. "Böyüklük məndə qalsın" deyib kömək etdiyimiz vaxtlar. Bunu yalnızca öz daxili rahatlığımız üçün edirik.

Link to comment
Share on other sites

3 часа назад, Museyib Elekber сказал:

Bu dediyim çox nadir hallarda ola bilər, onsuz da. "Böyüklük məndə qalsın" deyib kömək etdiyimiz vaxtlar. Bunu yalnızca öz daxili rahatlığımız üçün edirik.

mən müqəddəs deyiləm və məndə belə hallar olmur ) xoşlamadığım və üz çevirdiyim insanlar çox azdır, bir neçə nəfər. heç bir halda "böyüklük" etmərəm.

Link to comment
Share on other sites

  • 2 weeks later...

Yaxşılıq eləmək insana balıq alıb vermək yox balıq tutmağı öyrətməkdir.Yaxşılıq eləməyi hərə bir şeydə görür.Biri var zəif olana ehtiyacı olana yaxşılıq eliyirsən indisinə,bu gününə xeyri olur.Amma sabahı yenədə həmin zəiflikdədir.Biridə varki sən yaxşılığı elə etməyə çalışırsanki  bu yaxşılıq zəifin indisində,mövcud durumunda hiss olunmur amma gələcəyinə xeyri olur.Ləyaqətli insan dərk edirki yaxşılıq etməkdə heç bir minnət  qoymaq və heç bir minnət götürmək yoxdur.Bu sadəcə olaraq insanlığın yaşaması üçün qanundur.

  • Upvote 2
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    •  Кровати односпальные, двуспальные и двухъярусные
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 10 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Haha
        • Like
      • 61 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Thanks
        • Like
      • 639 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
      • 25 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
        • Like
      • 64 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...