Jump to content
Nesim

Mən demişdim axı...

Recommended Posts

Bu forumda hər zaman deyirdim...Cəmiyyətin biz tərəfi ( AZSektor) bu forumda , sosial şəbəkədə, nəinki burda heç birində çox irəli gedə bilməyəcək. Heç biriniz qəbul eləməsəniz belə bu bir reallıqdı. Biz nədənsə passivik, maraqsizıq, tam deyilik

  • Upvote 1

Share this post

Link to post
Share on other sites
22 часа назад, Nesim сказал:

Bu forumda hər zaman deyirdim...Cəmiyyətin biz tərəfi ( AZSektor) bu forumda , sosial şəbəkədə, nəinki burda heç birində çox irəli gedə bilməyəcək. Heç biriniz qəbul eləməsəniz belə bu bir reallıqdı. Biz nədənsə passivik, maraqsizıq, tam deyilik

Ve buna isteyimiz yoxdu.Aktivliye,tamlığa,yeniliye istek yoxdu.

  • Upvote 1

Share this post

Link to post
Share on other sites

Yenə sektor , yenə köhnə palan içi tökmələr)

İnsan özü maraqsızdırsa sektorun nə günahı. Özümüz maraqlanmırıq, tənbəllikdən nə isə etmirik.Yaxud bir qismin vecinə deyil..Bir qism maddiyyata önəm verir.. Hərənin öz səbəbi..

Yeni user, yeni həvəs, yeni yazan barmaqlar olmadıqca, passivlik qaçılmazdır.
Biz 10-15 user eyni mövzu ətrafında fırlanıb başladığımız nöqtəyə qayıdacağıq, irəliləyiş olmayacaq.

  • Upvote 4

Share this post

Link to post
Share on other sites

Mən demişdim axi....))
Ah bu Azforumun özünə əmin, özündən razı, öncədən diaqnoz qoyan userləri olmasa) forumun istiotu, sarıköku əskik qalardı))

  • Upvote 1

Share this post

Link to post
Share on other sites

Ele TS  de bizi nezerde tutur.Bizim forumu yaşadan da ele bizik.

Düz vurğulayır.Zamanında sinesine döyenler indi sadece izleyirler.

Bizim sayımız hemişe az olub,amma aktivliyin yüksek olduğu zamanlar olub.

Ümid edirem ki,zamanla bura yeni userler geler,maraq oyadarlar.

Her hansı işinden dolayı uzaqlaşanlara işlerine uğurlar.

P.S.Ne qeder passivlik olsa da buranı hemişe gözden keçirirem.Köhne uerleri görmek hemişe xoş olur.

  • Upvote 4

Share this post

Link to post
Share on other sites
On 9/17/2017 at 8:59 PM, Nesim said:

Bu forumda hər zaman deyirdim...Cəmiyyətin biz tərəfi ( AZSektor) bu forumda , sosial şəbəkədə, nəinki burda heç birində çox irəli gedə bilməyəcək. Heç biriniz qəbul eləməsəniz belə bu bir reallıqdı. Biz nədənsə passivik, maraqsizıq, tam deyilik

səbəb bu deyil. sadəcə bu internet resurs evvelden rusdilli resurs olub və azərbaycanca buna bir qol olaraq açılıb, ona görə istfadəçilər də daha çox rusdillilərdir. bu qədər.

  • Like 1
  • Upvote 3

Share this post

Link to post
Share on other sites
2 часа назад, Grey Wolf сказал:

səbəb bu deyil. sadəcə bu internet resurs evvelden rusdilli resurs olub və azərbaycanca buna bir qol olaraq açılıb, ona görə istfadəçilər də daha çox rusdillilərdir. bu qədər.

Azərbaycandilli resurs varmı? Varsa bu qədər aktivdirmi? Məncə yox.

Share this post

Link to post
Share on other sites
3 hours ago, Nesim said:

Azərbaycandilli resurs varmı? Varsa bu qədər aktivdirmi? Məncə yox.

Olub olmadığıníı bilmirəm, amma yaratmağa heç kim mane olmur.

Share this post

Link to post
Share on other sites

Bu mövzunu təkrar təkrar açmağın nə mənası var? Dəfələrlə bu nəticəyə gəlmişik. Maraqsızıq, laqeydik və s. və s. Qoyun kim nə istəyir, ondan yazsın.

  • Upvote 1

Share this post

Link to post
Share on other sites
6 часов назад, Museyib Elekber сказал:

Bu mövzunu təkrar təkrar açmağın nə mənası var? Dəfələrlə bu nəticəyə gəlmişik. Maraqsızıq, laqeydik və s. və s. Qoyun kim nə istəyir, ondan yazsın.

Özün deyirsen qoyun kim ne isteyir ondan yazsın,özün mövzu açana irad bildirirsen.) 

O da bundan isteyib yazmaq ki,yazıb da.

Onsuz da açılan her hansı mövzu daha öncelerde de açılıb.Forumda çeynenmemiş mövzu qalıb ki?))

  • Upvote 1

Share this post

Link to post
Share on other sites

Bolmenin ilk userlerinden olmusham demek olar. Hegigeten de bolmenin chox maraqli vaxtlari var idi. Hech neyin ebedi olmadiqi kimi bu bolme de teessuf ki, uzunomurlu olmadi. 

Amma oz adima deye bilerem ki, bu bolme menim heyatima mene hal-hazirda eziz olan insanlar getirdi 😊

  • Like 1
  • Upvote 4

Share this post

Link to post
Share on other sites
On 24/09/2017 at 6:31 PM, Igolka said:

Özün deyirsen qoyun kim ne isteyir ondan yazsın,özün mövzu açana irad bildirirsen.) 

O da bundan isteyib yazmaq ki,yazıb da.

Onsuz da açılan her hansı mövzu daha öncelerde de açılıb.Forumda çeynenmemiş mövzu qalıb ki?))

O da düzdü, amma hər halda insan yorulur bir nöqtədən sonra eyni şeyləri görməkdən.

Share this post

Link to post
Share on other sites
11 час назад, Museyib Elekber сказал:

O da düzdü, amma hər halda insan yorulur bir nöqtədən sonra eyni şeyləri görməkdən.

İnsan çox şeyden yorulur,ne edek ) 

  • Upvote 1

Share this post

Link to post
Share on other sites

Yeni userlere ehtiyaci var , gundelik userlerden bir coxu  daha realdan da tanis olduqlari ucun forum cata cevrilir . yeni userlerin fikri ise movzuda oldugundan movzu etrafinda fikir bildirir. Meselen , din felsefede son zamanlarda istirak eden yuzer kimi . bu arada o da yoxa cixib .. Hardan tapaq onlari 😂Rusdilli bolmede oldugu kimi niklerinizi deyisin gelin , onsuz da admin yoxdu .)

Edited by azda

Share this post

Link to post
Share on other sites

Maraqlısı odur ki, fb-da tez tez azərbaycanca qızğın mübahisələrə rastlayıram. Amma nədənsə burada olmur. Bu onu göstərir ki, az.dilli insanların disput-a marağı yoxdur.

Edited by Grey Wolf

Sizin dediyiniz o azdillilərin çoxunun Disputdan xəbəri yoxdur..
Buranı bir toplum insan tanıyır ( söhbət azdillilərdən gedir) onlarda zamanla gəlir..Maraq itdikdə gedir..

  • Upvote 1

Share this post

Link to post
Share on other sites

Hec rus bolmesinde de aktivlik urekacan deyil..Seviyyesi de oldugca ashagi dushub..Mence burada  az.bolmesi ve ya rus bolmesi olsun dexli yoxdur,sebeb resurslarin get-gede coxalmasindadir.Yuxarida geyd edildiyi kimi FB-da herden az.dilinde cox maragli diskussiyalara tez-tez rast gelmek olur..

  • Like 2
  • Upvote 1

Share this post

Link to post
Share on other sites

Ay başiva dönüm, sebeb ölkəmizdədi. Hansi sahədə inkişaf var ki, burda müzakirə edəy? 1-2 nefer var, onlarada destek verən yox. 

Bildiyim qeder siyasətdən də yazmaq olmaz burda. Bizim ölkəmizin hansi nöqsanınnan yazsan siyasət olacaq. 

  • Upvote 4

Share this post

Link to post
Share on other sites
В 29.10.2017 в 12:02, Konfutsi сказал:

Hec rus bolmesinde de aktivlik urekacan deyil..Seviyyesi de oldugca ashagi dushub..Mence burada  az.bolmesi ve ya rus bolmesi olsun dexli yoxdur,sebeb resurslarin get-gede coxalmasindadir.Yuxarida geyd edildiyi kimi FB-da herden az.dilinde cox maragli diskussiyalara tez-tez rast gelmek olur..

Mən hardasa 10 ildən çoxdur burdayam . Əvvəllər Azərbaycan dilində yazanı heç "aktivizasiya" etmirdilər bu forumda . .. ( Qeydiyyatdan keçirdin . Sonra 50 post yazırdın . 50 postdan sonra administrasiya qərar verirdiki bu adamı forumda saxlayaq ya yox )  :) 

Doğru qeyd etmisiz . İndi heç rus bölməsindədə aktivlik çox azalıb . FB birinci səbəbkardır .Forumlardan öncə WAP çatlar vardı . Forumlar yarandıqda onlar gündəmdən düşdü . FB isə forumların bel sütununu qırdı ... Və sair və ilaxirə ..

  • Like 1
  • Upvote 1

Share this post

Link to post
Share on other sites
On 10/30/2017 at 10:44 AM, roberto5 said:

başiva

xətrinizə dəyməsin, amma başıVa yox başıNa. bilmirəm bu 2ci şəxsin cəmində N əvəzinə V demək dəbini kim salıb dilimizə. hara baxırsan, xoşuVuza gəldi, xətriVizə dəyməsin və s., bu parazit adəti kim salıbsa onu tapıb cəzalandırmaq lazımdır.

bir daha üzr istəyirəm, birdən xətrinizə dəyər.))

On 10/30/2017 at 10:44 AM, roberto5 said:

siyasətdən də yazmaq olmaz burda.

olar. uğurlu daxili və xarici siyasətdən nə qədər istəsəniz yazmaq olar.))

12 hours ago, SAPAND said:

İndi heç rus bölməsindədə aktivlik çox azalıb

axı bu aktivlik məsələsini ümumiyyətlə nə üçün bir problem olaraq görürük, mən bunu da anlamıram. bura forumdur və vaxtaşırı aktiv də ola bilər passiv də, məncə bu normal bir haldır. əlbəttə, reklam, reytinq, gəlir baxımından sayt rəhbərliyi üçün bu məsələ aktual ola bilər, amma sadə istifadəçi baxımından bu o qədər də önəmli məsələ deyil. məsələn, mən özüm ara-sıra az.bölməsinə girirəm, mənə maraqlı, barəsində deyəcəyim olan mövzu gördükdə, fikrimi yazıram, görmədikdə çıxıram. indi bu mənim passiv istifadəçi olmağım anlamına gəlirmi? məncə yox. və müşahidə etdiyim qədər maraqlı mövzular ətrafında maraqlı müzakirələr də olub burada.

Edited by Grey Wolf
  • Upvote 2

Share this post

Link to post
Share on other sites
В 9/29/2017 в 09:52, azda сказал:

Yeni userlere ehtiyaci var , gundelik userlerden bir coxu  daha realdan da tanis olduqlari ucun forum cata cevrilir . yeni userlerin fikri ise movzuda oldugundan movzu etrafinda fikir bildirir. Meselen , din felsefede son zamanlarda istirak eden yuzer kimi . bu arada o da yoxa cixib .. Hardan tapaq onlari 1f602.pngRusdilli bolmede oldugu kimi niklerinizi deyisin gelin , onsuz da admin yoxdu .)

Təklifin ünvana çatıb axı, deyəsən ... )

  • Like 1

Share this post

Link to post
Share on other sites
В 08.11.2017 в 06:48, NOIR сказал:

Təklifin ünvana çatıb axı, deyəsən ... )

  balacaliqda bir dostumdan sorusdumki noqtelerin yerinde hansi sozlerdi dayanan.? Dedi boyuyende bilersen , boyudum de bilmedim de:posecretu: Yox ,  o deyil . biri  var . Gozume deyen kimi deyecem ki , adminsen , vesselam . :mellow:

  • Like 1

Share this post

Link to post
Share on other sites
12 часа назад, azda сказал:

  balacaliqda bir dostumdan sorusdumki noqtelerin yerinde hansi sozlerdi dayanan.? Dedi boyuyende bilersen , boyudum de bilmedim de:posecretu: Yox ,  o deyil . biri  var . Gozume deyen kimi deyecem ki , adminsen , vesselam . :mellow:

darıxmışdım sənin üçün, dəcəl qız ))

  • Like 1

Share this post

Link to post
Share on other sites
16 hours ago, azda said:

  balacaliqda bir dostumdan sorusdumki noqtelerin yerinde hansi sozlerdi dayanan.? Dedi boyuyende bilersen , boyudum de bilmedim de:posecretu: Yox ,  o deyil . biri  var . Gozume deyen kimi deyecem ki , adminsen , vesselam . :mellow:

Azda messengere bax.

  • Like 1

Share this post

Link to post
Share on other sites
В 13.11.2017 в 04:35, Metropolitik сказал:

Azda messengere bax.

😊Yox men pencereden baxacam . Ne qeder Murad var yazmisam , axir iclerinden biri sen cixacaqsan :rofl:

В 13.11.2017 в 01:20, NOIR сказал:

darıxmışdım sənin üçün, dəcəl qız ))

  Maraqli postlarincun yaman darixmishiq :rroza: Bu movzu "seni axtariram"a dondu ,  movzunun adini deyisib Xosqedem qoymaq lazimdi . :closedeyes:

  • Like 1

Share this post

Link to post
Share on other sites
13 часа назад, azda сказал:

  Maraqli postlarincun yaman darixmishiq :rroza: Bu movzu "seni axtariram"a dondu ,  movzunun adini deyisib Xosqedem qoymaq lazimdi . :closedeyes:

post - gəldi gedərdi, bir gün gələr arxivləşər. əsas - münasibətdi, səmimiyyətdi )

  • Like 1

Share this post

Link to post
Share on other sites
В 17.9.2017 в 20:59, Nesim сказал:

Bu forumda hər zaman deyirdim...Cəmiyyətin biz tərəfi ( AZSektor) bu forumda , sosial şəbəkədə, nəinki burda heç birində çox irəli gedə bilməyəcək. Heç biriniz qəbul eləməsəniz belə bu bir reallıqdı. Biz nədənsə passivik, maraqsizıq, tam deyilik

Görəsən biz kimik?

Share this post

Link to post
Share on other sites

Şəxsən mən məşhur sosial şəbəkələrdən heç birində yoxam.Bircə Odnoklassniki-də məni tapmaq olar.O da ki, ötən illərdən birində, uşaqlıq dostum və sinif yoldaşım avtomobil qəzasında həlak olmuşdu, ondan ötrü bir daha profil açmalı oldum.Dedim görüm qulağıma çatan xəbərlər doğrudurmu..Ancaq bu forumda, əsasən də "azərbaycandilli bölmədə" fəalsızlığın ən başlıca səbəbi, hara fırlatsanız da, cəmiyyətimizdəki sosial rifah halının bərbad vəziyyətdə olmasıdır.Qlobal şəkildə düşgünlük yaşayırıq.Bu da, təbii ki ümumilikdə depressiv bir vəziyyət yaradır.Zəif bənd 2012-ci ildə qırıldı və ondan sonra, həmin o xoşagəlməz mexanizm işə düşdü.Lakin məndən və bir neçə min insandan başqa, heç kimi bunu başa düşmədi.Xalqa 2013-cü ildən 2014-cü ilə doğru gedəndə isti keçməyə başladı..İndiki durumumuz da göz qabağındadır.

Edited by Deymon Salvatore
  • Like 1

Share this post

Link to post
Share on other sites

qəbul edirəm ki, forumlar cəmiyyətin simasıdır, güzgüsüdür.

bununla belə, cəmiyyətdəki sosial rifahın Azərforumdakı aktivliklə mütənasib olmasına inanmıram. axı nə əlaqəsi var ?.. DNOTdakı yazarlar məgər yüksək rifahlıdır ? elə isə aktivliyə görə həftənin, ayın, ilin userləri multimilyonçu olmalıdır ki )) soraqlayıb yoxlasan, bəlkə də həmin userlər bekarçılıqdan, boşluqdan burada vaxtlarını keçirirlər. 

Azərforumun "dərdi" isə elə köhnə dərddi. Sunyata bunu elə öz adı ilə deyirdi  : "Azərforumda yazmaq zapadlodu" vəssalam. bu dili məişət dili, mətbəx dili hesab edənlər sayca çoxdur - yeganə səbəb budur. ana dilini bəyənməyənlər, sevməyən və sevdirməyənlər  bu dildə elə yazmasalar yaxşıdır !

  • Like 2

Share this post

Link to post
Share on other sites
18 часов назад, NOIR сказал:

Əslində təəccüblü heçnə yoxdur. Disput, belə götürəndə, əvvəlcədən rusdillilər üçün nəzərdə tutulmuş bir məkan olub.Məndən əvvəl də qeyd edilib ki, "Azsektor" ayrılan bir qoldur ki, adı olsun deyə yaradılıb.

Mən deməzdim ki, DNOT əvvəlki qədər fəaldır.Orada da müəyyən passivlik hiss olunur.Sadəcə olaraq, burada hər şey o qədər sönükdür ki... Nəbilim vallah.

Qaldı ki "zapodlo" məsələsinə.. Deməzdim ki, rusdillilərin hamısı üçün keçərlidir bu fikir.Onlar da iki düşərgəyə ayrılıb.Dilini bilmədiyi üçün utananlar və dilini bilə-bilə, bəyənməyənlər.Özüm Bakıda doğulsam da, əslim Qarabağdandır.Ancaq uşaqlıq illərim Rusiyada keçib və həmin dildə sərbəst,ləhcəsiz danışıram.Səsimi eşidib də, simamı görməyən hər insan anlamaz ki, mən azərbaycanlıyam.Bəli,dil bilmək gözəl bir şeydir və çox faydalıdır.Öyrəndiyin dillərin sayı qədər şəxsiyyətlər yatacaq içində və "hər birinin" gələcəkdə sənə köməyi olacaq.Ancaq, öz dilini bilməyən birisi - itirilmişdir.Bunu qəbul etsə də, etməsə də..Milləti yaşadan - onun dilidir.Hər kəs öz dilindən imtina edib, başqa-başqa yerlərə atılsa, gör onda nələr baş verər.Sizin toxunduğunuz bu məsələ, əslində çox aktualdır.Dəfələrlə olub ki, şəhərə çıxmışam və rusdillilərin qaşını qaldırıb da, öz doğma dilində danışan birisinə yönəlik kinayəli baxışlarını izləmişəm.Onlar özlərini çox ağıllı və intelligent hesab edirlər, amma əslində bizim o kənd-kəsəklərdə yaşayan bəzi "hır-zırlar"-dan daha çox avamdırlar.Çünki baxış bucaqları yanlışdır və burunlarından qabağı görmürlər.Baxsınlar qazaxlara və ibrət götürsünlər.Dilini itirmiş bir xalqın kənardan necə görsəndiyinin bariz nümunəsi...

Edited by Deymon Salvatore
  • Like 1
  • Upvote 2

Share this post

Link to post
Share on other sites
4 часа назад, Deymon Salvatore сказал:

Əslində təəccüblü heçnə yoxdur. Disput, belə götürəndə, əvvəlcədən rusdillilər üçün nəzərdə tutulmuş bir məkan olub.Məndən əvvəl də qeyd edilib ki, "Azsektor"ayrılan bir qoldur ki, adı olsun deyə yaradılıb.

... informasiyanın elə əvvəlcədən, rusdilli auditoriyaya ötürülməsini nəzərdə tutub, desək daha doğru olar. orada yazanların əksəriyyəti azərbaycandillidir, sadəcə istərdilər ki, "ucqar Azərbaycan kəndinin sakinini uzaq Liviya səhrasında görsünlər, eşitsinlər" (c)

bu qolu da nə səbəbdirsə, kəsib ata bilmirlər amma... müammadır ))

4 часа назад, Deymon Salvatore сказал:

Mən deməzdim ki, DNOT əvvəlki qədər fəaldır.Orada da müəyyən passivlik hiss olunur.Sadəcə olaraq, burada hər şey o qədər sönükdür ki... Nəbilim vallah.

DNOT hələ son bir ildə xeyli aktivləşib. reytinqi qaldırmaq üçün davamlı işlər görülür. Dnot üçün elədiklərinin 1/10 Azərforum üçün etsəydilər əgər, həm bölmə, həm forum çox populyar ola bilərdi. çünki indiki dövrün tələbləri başqadır, artıq. 10 il öncəki prinsiplə, strategiya ilə hazırki resursu qaldırmaq mümkün olmayacaq. fərqli yanaşma gərəkdir. nə isə, özləri bilər.

bura çoxdan forum statusunu itirib, ünsiyyət klubu formatında fəaliyyət göstərir. əslində, mənim üçün də təəccüblü heç nə yoxdur.

  • Upvote 2

Share this post

Link to post
Share on other sites
4 часа назад, Deymon Salvatore сказал:

Deməzdim ki, rusdillilərin hamısı üçün keçərlidir bu fikir.Onlar da iki düşərgəyə ayrılıb.Dilini bilmədiyi üçün utananlar və dilini bilə-bilə, bəyənməyənlər.

açığı, realda azərbaycan dilini bilmədiyi üçün utanana rast gəlməmişəm. forumdakı "dil bilməyən" bəzi  "utancaqların" isə həyası olsaydı əgər, söyuşlü postlar yazanda ana dilinindən istifadə etməzdilər, məsəlçün. nitqi təhrif edib yazmazdılar, misal olaraq : bölməyə yeni atılan bir mövzu _ adı elə bərbaddır ki, admin onu dərhal milli məhsul kimi identifikasiya edib və tələsik rezervasiyaya köçürüb. 

  • Like 1
  • Upvote 1

Share this post

Link to post
Share on other sites
4 часа назад, Deymon Salvatore сказал:

Öyrəndiyin dillərin sayı qədər şəxsiyyətlər yatacaq içində və "hər birinin" gələcəkdə sənə köməyi olacaq.Ancaq, öz dilini bilməyən birisi - itirilmişdir.Bunu qəbul etsə də, etməsə də..Milləti yaşadan - onun dilidir.Hər kəs öz dilindən imtina edib, başqa-başqa yerlərə atılsa, gör onda nələr baş verər.Sizin toxunduğunuz bu məsələ, əslində çox aktualdır.Dəfələrlə olub ki, şəhərə çıxmışam və rusdillilərin qaşını qaldırıb da, öz doğma dilində danışan birisinə yönəlik kinayəli baxışlarını izləmişəm.Onlar özlərini çox ağıllı və intelligent hesab edirlər, amma əslində bizim o kənd-kəsəklərdə yaşayan bəzi "hır-zırlar"-dan daha çox avamdırlar.Çünki baxış bucaqları yanlışdır və burunlarından qabağı görmürlər.

Postunuzdakı bu hissə diqqətimi çəkdi.təmamilə razıyam. ayrıca və geniş müzakirə oluna bilən mövzudur. vaxtım olarsa, cavab yazacam

4 часа назад, Deymon Salvatore сказал:

Çünki baxış bucaqları yanlışdır və burunlarından qabağı görmürlər.Baxsınlar qazaxlara və ibrət götürsünlər.Dilini itirmiş bir xalqın kənardan necə görsəndiyinin bariz nümunəsi...

Qazaxstanın nümunəsini yaxşı misal çəkmisiz. düzü, inanmıram ki, bizlər onların aqibətinə düçar olarıq. çünki dövlətçiliyimiz milli atributların təbliği, milli dəyərlərin inkişafına böyük əhəmiyyət verir. forumdakı min nəfər iştirakçının əhvalı milli təhlükəsizlik mənafeyi yüksəkliyindən baxanda, heç nədir, 0.000001  ))

Qazaxstan hələ SSRİ dövründən yağlı tikə idi. 2mln 700min km2 ərazisi olan çöllükdə 10mln qazaxı assimilyasiya etmək üçün 50 il bəs elədi. 30 mlrd barel neft resursu olan ərazidən imperiya imtina edə bilərdimi ? ) Nazarbayev də milli şüuru və qüruru satın verdi. tapdanmış qürur və itirilmiş milli mənsubiyyətin acısı qarşılığında - poliqon, kosmodrom, xammal bazası kimi istifadə, Aral kimi ekoloji faciə heç nədi... 100 ilə onu da unudacaqlar. 

Edited by NOIR
  • Upvote 3

Share this post

Link to post
Share on other sites

Bu forumu faydali bir foruma çevirmək lazımdı. Sunyata forumun dinamikliyini artırmışdı və onu zorla saxlayirdı. Sunyata yoxdu, həmin dinamiklik de onla çixib getdi. (Allah rəhmət eləsin). 

Biz gərək cəmiyyətdə də faydalı olaq. 

Mən Delmon Salvatore ilə razıyam. Sosial durumun pis olmasindan əlavə, cəmiyyətimiz ictimai məsələlərdə cox passivdilər. Mən qətiyyən siyasi vəziyyəti nəzərdə tutmuram. Rus dilli forum birinciden tanidilib, orda da passivlik var. Ama orda nə qədər passivlik olsa da alqi satqida olmayacaq. 

  • Upvote 3

Share this post

Link to post
Share on other sites
7 часов назад, roberto5 сказал:

Bu forumu faydali bir foruma çevirmək lazımdı

üzr istəyirəm, bu kimə lazımdır ? )

istifadəçilərdən kimsənin bu kimi öhdəliyi var bəlkə ? həmsöhbəti maraqlandırmaq, foruma cəlb eləmək kimi vəzifəsi var yoxsa ?.. bura həvəskar ünsiyyət məkanıdır. ümumi maraqlar, unsiyyət ehtiyacı olmayanda söhbət, diskussiya baş tutmur. bir kimsəni zor gücünə bölməyə bağlamaq mümkün deyil 

  • Upvote 3

Share this post

Link to post
Share on other sites
В 08.02.2018 в 07:36, NOIR сказал:

üzr istəyirəm, bu kimə lazımdır ? )

istifadəçilərdən kimsənin bu kimi öhdəliyi var bəlkə ? həmsöhbəti maraqlandırmaq, foruma cəlb eləmək kimi vəzifəsi var yoxsa ?.. bura həvəskar ünsiyyət məkanıdır. ümumi maraqlar, unsiyyət ehtiyacı olmayanda söhbət, diskussiya baş tutmur. bir kimsəni zor gücünə bölməyə bağlamaq mümkün deyil 

 Belkem xalx  biz ikimiz kimi forumcun darixib :biggrin:

В 07.02.2018 в 23:35, roberto5 сказал:

Bu forumu faydali bir foruma çevirmək lazımdı. Sunyata forumun dinamikliyini artırmışdı və onu zorla saxlayirdı. Sunyata yoxdu, həmin dinamiklik de onla çixib getdi. (Allah rəhmət eləsin). 

Vay Vay Sunyata deme . Her defe foruma baxanda onu axtariram , ele bilirem hardasa hacansa yazib .

Sunyatanin devrinnen yaziq rusdilli bolmedekiler herden ara sira burda yazirdi , iki kelme rusca nese yazan kimi hurreynen qovurduqki kecin oz bolmenize ne qeder isteyirsinizse sevimli dilinizde qirildayin . Kobudlugu goren deyirdiki bir daha gelmeyeceyik , ele bilib sizin kollektivinize qosulmuruq )))

  • Upvote 1

Share this post

Link to post
Share on other sites
2 часа назад, azda сказал:

Belkem xalx  biz ikimiz kimi forumcun darixib :biggrin:

darışxmışsa da, bunda forum idarəçilərinin bir xidməti yox. bizim bölməni aktual və faydalı etmək onların nəyinə gərək. bizlərin, istifadəçilərin isə  yazmaq kimi öhdəlik ya məsuliyyətimiz yox. olur ki, vaxt imkanımız yetmir, bəzən həvəs, maraq olmur. bu səbəbdən forumdan, ya bir kimsədən inciməyinə dəyməz )

)) şəxsən mən , darıxmışdım...  "Dünya mükəmməldir?" mövzusunda Müseyiblə diskussiya etdikcə, anladım ki, bu kimi söhbətlərə necə də ehtiyacım varmış )  sənin atmacaların, zarafatlarınçün də darıxmışdım, ay dəcəl qız )) şeirlər mövzusunu da təkrar-təkrar oxudum

  • Like 1
  • Upvote 1

Share this post

Link to post
Share on other sites
On 2/8/2018 at 11:35 AM, roberto5 said:

Biz gərək cəmiyyətdə də faydalı olaq. 

Mən Delmon Salvatore ilə razıyam. Sosial durumun pis olmasindan əlavə, cəmiyyətimiz ictimai məsələlərdə cox passivdilər. Mən qətiyyən siyasi vəziyyəti nəzərdə tutmuram. Rus dilli forum birinciden tanidilib, orda da passivlik var. Ama orda nə qədər passivlik olsa da alqi satqida olmayacaq. 

Passivlikdən daha çox inertlik var cəmiyyətimizdə. Bunu illərlə bizdə formalaşdırıblar, nə isə, bu ayrı mövzudur.

Rusdilli bölmədə passivlikdən başqa, müzakirə olunan mövzuların səviyyəsi problemi var. Diqqət etsəniz oradakı mövzuların əksəriyyətini bakirəlik, kiminsə qeybəti və hava haqqında mövzular təşkil edir. Hansısa ciddi bir məsələnin müzakirəsi, bir qayda olaraq, 3-4 səhifəni aşmır.

  • Like 1
  • Upvote 2

Share this post

Link to post
Share on other sites
On 2/8/2018 at 7:36 PM, NOIR said:

üzr istəyirəm, bu kimə lazımdır ? )

istifadəçilərdən kimsənin bu kimi öhdəliyi var bəlkə ? həmsöhbəti maraqlandırmaq, foruma cəlb eləmək kimi vəzifəsi var yoxsa ?.. bura həvəskar ünsiyyət məkanıdır. ümumi maraqlar, unsiyyət ehtiyacı olmayanda söhbət, diskussiya baş tutmur. bir kimsəni zor gücünə bölməyə bağlamaq mümkün deyil 

Sizin fikirlərinizə qatılıram. "Qonşuya bax və nəyin bahasına olur olsun, ondan geriyə qalma" kimi bizim evimizi yıxan həyat prinsipi burada da özünü göstərir. Rusdilli bölmə bizdən aktivdir, vəssalam, dəridən qabıqdan çıxmalıyıq ki, buranı da ən az ora qədər aktivləşdirək. Yenə də sünilik, yenə də görüntü xətrinə.

  • Like 2
  • Upvote 1

Share this post

Link to post
Share on other sites
В 09.02.2018 в 12:08, NOIR сказал:

darışxmışsa da, bunda forum idarəçilərinin bir xidməti yox. bizim bölməni aktual və faydalı etmək onların nəyinə gərək. bizlərin, istifadəçilərin isə  yazmaq kimi öhdəlik ya məsuliyyətimiz yox. olur ki, vaxt imkanımız yetmir, bəzən həvəs, maraq olmur. bu səbəbdən forumdan, ya bir kimsədən inciməyinə dəyməz )

)) şəxsən mən , darıxmışdım...  "Dünya mükəmməldir?" mövzusunda Müseyiblə diskussiya etdikcə, anladım ki, bu kimi söhbətlərə necə də ehtiyacım varmış )  sənin atmacaların, zarafatlarınçün də darıxmışdım, ay dəcəl qız )) şeirlər mövzusunu da təkrar-təkrar oxudum

Men bidene o bolmenin daimi uzvi olan xanim Sima Nagiyevadan basqasinin bu bolmeye kecmesini istemirem . Gelen kimi muqeddes mekanimizda dava dusur ))) Bir de Qreshnikimiz var idi rehmetli Sunyata ile mubahiselerinden sonra yoxa cixdi , belke de basqa nikde rus dilli bolmede firlanir , onsuz da publikasiyasi az idi melumduki esas niki sirr olaraq qalir . 😌

Men ozum de yazilarinizi oxumaqcun cox darixmisdim , siz hec getmeyin buralardan yazin ki men de oxuyam seve seve .😊

  • Like 1

Share this post

Link to post
Share on other sites
On 08.02.2018 at 7:36 PM, NOIR said:

üzr istəyirəm, bu kimə lazımdır ? )

istifadəçilərdən kimsənin bu kimi öhdəliyi var bəlkə ? həmsöhbəti maraqlandırmaq, foruma cəlb eləmək kimi vəzifəsi var yoxsa ?.. bura həvəskar ünsiyyət məkanıdır. ümumi maraqlar, unsiyyət ehtiyacı olmayanda söhbət, diskussiya baş tutmur. bir kimsəni zor gücünə bölməyə bağlamaq mümkün deyil 

Mən disput az saytini sıradan bir forum kimi qiymətləndirməmişəm. Bura daha ağıllı, dünyagörüşlü və yaxud konkret peşə ve ya sahənin adamlarının toplaşdığı bir məkan kimi təsəvvür etmişəm. Və həmişədə foruma girəndə öz maraqlarıma uyğun insanlar axtariram, azu edirem ki tez tez tapim, görüşlər edək, və s. 

Forumu faydalı etmək lazımdı. Bu insanlara fayda verməyin bir yolu ola biler. Variantlar da çoxdu. Lakin yuxarida da qeyd etiyimiz kimi, ölkənin sosial ve siyasi durumu pis vəziyyətdədi. Belə işləri görmək üçün yüksən əhval ruhiyyədə, inancda olasan gərək)).

  • Like 1
  • Upvote 1

Share this post

Link to post
Share on other sites
7 часов назад, roberto5 сказал:

Lakin yuxarida da qeyd etiyimiz kimi, ölkənin sosial ve siyasi durumu pis vəziyyətdədi. Belə işləri görmək üçün yüksən əhval ruhiyyədə, inancda olasan gərək)).

Пользователей онлайн : 1434 ana səhifədəki göstərici.

Respublika əhalisi 10mln çatıb. bunlardan 1434 olmayıb, lap olsun14340 nəfəri- foruma seçib, çağırıb dəvət etməyiblər ki... )) hər kateqoriya user var burada. hörmətli Roberto, fludxana, DNOTda, əyləncəli mövzularda gecə səhərə kimi yazanlar kafi maddi durumun təsiri ilə yazır yoxsa ? gizli milyonçulardır bəlkə, yazıqlara dəbdəbəli həyat əziyyət verir, bezikiblər, bu səbədən də forum ekzotika kimi onları cəlb edir...

bekar, işsiz-gücsüz, avara (üzr istəyirəm) toplumdur. əhval-ruhiyyələri də normaldan yüksək !

7 часов назад, roberto5 сказал:

Forumu faydalı etmək lazımdı

foruma savadlı və günyagörüşlü insanlar fayda verə bilər, düz deyirsiz. onlar da azdır. "bir gül ilə bahar olmaz " məsəli var

Edited by NOIR
  • Upvote 1

Share this post

Link to post
Share on other sites
7 часов назад, roberto5 сказал:

Mən disput az saytini sıradan bir forum kimi qiymətləndirməmişəm. Bura daha ağıllı, dünyagörüşlü və yaxud konkret peşə ve ya sahənin adamlarının toplaşdığı bir məkan kimi təsəvvür etmişəm. Və həmişədə foruma girəndə öz maraqlarıma uyğun insanlar axtariram, azu edirem ki tez tez tapim, görüşlər edək, və s.

bu barədə, bir söz deyə bilmərəm, çünki başqa bir forumla tanış deyiləm, müqayisə ya etiraz, ya təsdiq etmək imkanım yoxdur.

amma faydalılıq mənasına sizinlə həmrəyəm. sadəcə, siz də bilirsiz ki, çoxu bu foruma əylənmək üçün, ünisyyət üçün gəlir. öyrənmək üçün deyil. 

  • Upvote 1

Share this post

Link to post
Share on other sites
В 10.02.2018 в 21:16, azda сказал:

Men bidene o bolmenin daimi uzvi olan xanim Sima Nagiyevadan basqasinin bu bolmeye kecmesini istemirem . Gelen kimi muqeddes mekanimizda dava dusur ))) Bir de Qreshnikimiz var idi rehmetli Sunyata ile mubahiselerinden sonra yoxa cixdi , belke de basqa nikde rus dilli bolmede firlanir , onsuz da publikasiyasi az idi melumduki esas niki sirr olaraq qalir . 1f60c.png

Men ozum de yazilarinizi oxumaqcun cox darixmisdim , siz hec getmeyin buralardan yazin ki men de oxuyam seve seve .1f60a.png

yalnız Sima Nağıyeva gəlsin ?.. sərhəddə iri bir izdiham yığışıb. hamı bizim bölməyə keçib dava-dalaş salmaq istəyir. onlarla neyləyək bəs ? ))

bizim bölmənin qaydaları ağırdır. ana dilində ünsiyyət tələb edir. narahat olma, "başqaları" gəlməz

  • Upvote 1

Share this post

Link to post
Share on other sites
В 10.02.2018 в 10:33, Grey Wolf сказал:

Passivlikdən daha çox inertlik var cəmiyyətimizdə. Bunu illərlə bizdə formalaşdırıblar, nə isə, bu ayrı mövzudur.

Rusdilli bölmədə passivlikdən başqa, müzakirə olunan mövzuların səviyyəsi problemi var. Diqqət etsəniz oradakı mövzuların əksəriyyətini bakirəlik, kiminsə qeybəti və hava haqqında mövzular təşkil edir. Hansısa ciddi bir məsələnin müzakirəsi, bir qayda olaraq, 3-4 səhifəni aşmır.

bu fikirlərinizlə həmrəyəm. DNOTda passivlik, səviyyəsizlik və əlavə edərdim, mövqesizlik var. amma bu, forumun rusdilli olması səbəbindən deyil. sadəcə, müəyyən şərtlər daxilində savadsız, səviyyəsiz istifadəçilər toplumu forumu belə bir səviyyəyə gətirib salıb. Murenanın açdığı çirkli mövzular oxucularda ikrah hissi yaradır, bu barədə şikayətlənirlər. zorakılıq mövzuları, düz demisiz qeybət, hava haqqında mövzular üstünlük təşkil edir. bir dövr vardı, reytinqlər ləğv olunmuşdu.  forumda yazmaq üçün yaltaqların stimulu qalmamışdı, forum məhz o zaman çökdü )) düşündürücü məzmunda olan ciddi mövzular isə davamsız olur, düz deyirsiz.

  • Upvote 1

Share this post

Link to post
Share on other sites
В 10.02.2018 в 10:41, Grey Wolf сказал:

Sizin fikirlərinizə qatılıram. "Qonşuya bax və nəyin bahasına olur olsun, ondan geriyə qalma" kimi bizim evimizi yıxan həyat prinsipi burada da özünü göstərir. Rusdilli bölmə bizdən aktivdir, vəssalam, dəridən qabıqdan çıxmalıyıq ki, buranı da ən az ora qədər aktivləşdirək. Yenə də sünilik, yenə də görüntü xətrinə.

haqlısız. özümüzü qonşuya bənzətməyə dəyməz. sunilik onsuz da üzə çıxır, sezilir.

bizim bölmənin öz yeri, öz dəsti-xətti var. qruplaşma yoxdur, yaltaqlıq hiss etməmişəm, səmimilik var. sırtıqlıq, mədəniyyətsizliklə üzləşməmişəm. çirkabla oynayıb, bulaşmırıq. qeybət etmirik, hörmətsizlik etmirik. 

  • Like 1
  • Upvote 2

Share this post

Link to post
Share on other sites
14 hours ago, NOIR said:

Murenanın açdığı çirkli mövzular oxucularda ikrah hissi yaradır, bu barədə şikayətlənirlər.

amma eyni zamanda da həmən mövzularda da yazmaqda davam edirlər həmən şikayətçilər. riyakarlıqdan başqa bir şey deyil.

ümumiyyətlə bir yuzer "kastası" var burada ki, hər bir mövzuda 2 söz belə olsa, yazmağı özlərinə borcmu bilirlər, ya and mı içiblər bilmirəm, amma mütləq bunu etməlidirlər. yəni, mövzu açılır-açılmaz, girib orada nəsə yazmalıdırlar, hətta onları bu mövzu maraqlandırmasa belə. onu da qeyd etməlidirlər "bu mövzu məni maraqlandırmır" :biggrin: vallah çox komik. və yaxud, "nə iyrənc mövzudur, nə mənasız mövzudur" və s. və ilaaxır. əzizim madam maraqsızdır, səviyyəsizdir, sənə görə deyil, niyə yanından düz ötmürsən? ))))) sənin boynuna vəzifəmi qoyuldu ki, mütləq girib nəsə yazasan? bunlar gerçək həyatda nələrisə tapa bilməyən, virtual həyata, sosial şəbəkələrə mübtəla olmuş insanlardır. nə isə, mövzudan kənara çıxdım, etiraf edirəm, bal almağa hazıram:smile:

Edited by Grey Wolf
  • Upvote 1

Share this post

Link to post
Share on other sites
14 hours ago, NOIR said:

haqlısız. özümüzü qonşuya bənzətməyə dəyməz. sunilik onsuz da üzə çıxır, sezilir.

məncə bu sırf zövq məsələsidir. mən fb-da da bəzi müzakirələri oxuyuram və gəldiyim qənaət budur ki, az.dilli insanlar arasında fb daha populyardır, halbu ki, rusdillilər və ya rusca nisbətən sərbəst bilənlər arasında disput daha populyardır. bunun da obyektiv səbəbi var, bu forum təməldən rusdilli olub. buranın artıq bir neçə nəsil rusdilli istifadəçiləri olub. az.bölməni isə "radi qaloçki" bir qol kimi açılıb.

14 hours ago, NOIR said:

bizim bölmənin öz yeri, öz dəsti-xətti var. qruplaşma yoxdur, yaltaqlıq hiss etməmişəm, səmimilik var. sırtıqlıq, mədəniyyətsizliklə üzləşməmişəm. çirkabla oynayıb, bulaşmırıq. qeybət etmirik, hörmətsizlik etmirik. 

ona görə ki, burada ordakı qədər adam yoxdur, virtual da olsa "bölüşdürüləcək" bir şey yoxdur, publika üçün oynamağa, özündən nəsə düzəltməyə və sairələrə ehtiyac yoxdur :smile:

  • Upvote 1

Share this post

Link to post
Share on other sites
В 07.02.2018 в 18:25, Deymon Salvatore сказал:

Öyrəndiyin dillərin sayı qədər şəxsiyyətlər yatacaq içində və "hər birinin" gələcəkdə sənə köməyi olacaq.Ancaq, öz dilini bilməyən birisi - itirilmişdir.Bunu qəbul etsə də, etməsə də..Milləti yaşadan - onun dilidir.Hər kəs öz dilindən imtina edib, başqa-başqa yerlərə atılsa, gör onda nələr baş verər.Sizin toxunduğunuz bu məsələ, əslində çox aktualdır.Dəfələrlə olub ki, şəhərə çıxmışam və rusdillilərin qaşını qaldırıb da, öz doğma dilində danışan birisinə yönəlik kinayəli baxışlarını izləmişəm.Onlar özlərini çox ağıllı və intelligent hesab edirlər, amma əslində bizim o kənd-kəsəklərdə yaşayan bəzi "hır-zırlar"-dan daha çox avamdırlar.Çünki baxış bucaqları yanlışdır və burunlarından qabağı görmürlər.Baxsınlar qazaxlara və ibrət götürsünlər.Dilini itirmiş bir xalqın kənardan necə görsəndiyinin bariz nümunəsi..

Azərbaycanlı üçün azərbaycan dili ana dilidir, baza dildir. rus dili regional dildir. ingilis dili beynəlmiləl dildir. düz vurğulayırsız, dil öyrənmək faydalıdır. əcnəbi dili bilməklə, öz xalqına baş ucalığı gətirmək, dövlətinə faydalı olmaq ümumiyyətlə şərəflidir. belə vətəndaşları ilə hər kəs qürur duymalıdır. onlar, digər xalqların elmini, mədəniyyətini bizə transfer edirlər, ötürürlər. bizim ədəbiyyatımızı, mədəniyyətimizi xaricdə tanıdırlar, əcnəbilərə çatdırırlar.

amma bir də var, region dilini bilməklə, özünü həmin sosial qrupa məxsus bilmək. ana dilinə mətbəx dili kimi münasibət göstərmək. tələffüzü bilərəkdən təhrif etmək, çalarları anlamamaq. nitqi təkmilləşdirməmək. istehza etmək, bəyənməmək, yaraşdırmamaq. aydın məsələdir ki, onların əvəzinə bir zamanlar valideynləri seçim ediblər. məhz valideyn rus dilindən təhsilə istiqamət verib, meyl yaradıb. hansı məntiqlə, hansı səbəbdən ?... əminəm ki, heç bir valideyn öz uşağına yalnış istiqamət verməzdi, valideyn yaxşı niyyətlə bunu edib. amma nəticədə, bəzən ana dilində ünsiyyətdən utanan, dilin koloritini, ahəngini xoşlamayan, axarını, ləhcəsini, şivəsi bəyənməyən vətəndaşlar yetişdirir - bizim təhsil sistemi.

dilini itirmiş xalqlardan biri də çox yaxşı misal çəkmisiz, qazaxlardır. qazaxlar öz milli qürurunu, dilini, deməli keçmişini itirmiş bir topluma çevrilib, itmək üzərədirdər. onlar region dilinə aludə olub, özünün ən vacib identifikasiya imkanını itirdilər. həmişəlik itirdilər. tanınmaz oldular. 

  • Upvote 2

Share this post

Link to post
Share on other sites
On 2/16/2018 at 11:56 PM, NOIR said:

hansı məntiqlə, hansı səbəbdən ?

Xatirinizdəsə, 92-ci ildə kütləvi rus məktəblərindən imtina dəbi düşmüşdü. Səbəbini bilirsinizmi?

On 2/16/2018 at 11:56 PM, NOIR said:

dilini itirmiş xalqlardan biri də çox yaxşı misal çəkmisiz, qazaxlardır. 

Bu bir zamanlar belə idi, o zamankı mərkəzin yürütdüyü siyasətin nəticəsi idi. Amma son illərdə Qazaxıstanda özünəqayıdış, milli şüurun oyanması, qazax dilinin dirçəlişi istiqamətində deyərdim titanik iş görülüb və nəticəsi də görsənir.

  • Upvote 1

Share this post

Link to post
Share on other sites
В 19.02.2018 в 11:48, Grey Wolf сказал:

Xatirinizdəsə, 92-ci ildə kütləvi rus məktəblərindən imtina dəbi düşmüşdü. Səbəbini bilirsinizmi?

92-ci bəylərin hakimiyyətə gəldiyi ildir. Xocalı faciəsinin baş verdiyi ildir. faşistlərin himayədarı olan imperiyanın dilinin nüfuzu və perspektivi yox imiş kimi görünürdü o zaman...

В 19.02.2018 в 11:48, Grey Wolf сказал:

Bu bir zamanlar belə idi, o zamankı mərkəzin yürütdüyü siyasətin nəticəsi idi. Amma son illərdə Qazaxıstanda özünəqayıdış, milli şüurun oyanması, qazax dilinin dirçəlişi istiqamətində deyərdim titanik iş görülüb və nəticəsi də görsənir.

gecdir artıq, "qatar gedib". onların "oyanması" özlərinə çox baha başa gələr. Qazaxstan çöllərini yüz Xocalı qədər qana bulaşdıracaqlar.

imperiya pəncəsini geri çəkən deyil. 

qazax dilinin dirçəlişi deyərkən, latın qrafikalı əlifbaya keçmələrini nəzərdə tutursuzsa əgər, bu sadəcə bir manevrdir. məqsəd azdırmaq, ləngitmək və geri salmaqdır. ümumiyyətlə, hər yeni əlifbaya keçid savadsızlığın səviyyəsini artırır. mütaliəyə meyli azaldır. 

  • Upvote 1

Share this post

Link to post
Share on other sites
13 hours ago, NOIR said:

92-ci bəylərin hakimiyyətə gəldiyi ildir. Xocalı faciəsinin baş verdiyi ildir. faşistlərin himayədarı olan imperiyanın dilinin nüfuzu və perspektivi yox imiş kimi görünürdü o zaman...

"faşistlərin himayədarı olan imperiyanın" - gəlin bunu kənara qoyaq, demək istədiyim odur ki, bu kütləvi rus dilindən imtina da o zamankı təbliğatın nəticəsi idi.

On 2/16/2018 at 11:56 PM, NOIR said:

...onların əvəzinə bir zamanlar valideynləri seçim ediblər. məhz valideyn rus dilindən təhsilə istiqamət verib, meyl yaradıb. hansı məntiqlə, hansı səbəbdən ?

Yəni valideynlərin seçimi də səbəbsiz deyil, hər şey təbliğata, cəmiyyətə yeridilən davranış tonuna, dəbə bağlıdır. Bəli, bugün rus məktəblərinə kütləvi axının əsas, bəlkə də yeganə səbəbi məhz dəbdir, bugünün dəbi belədir.

13 hours ago, NOIR said:

gecdir artıq, "qatar gedib".

Heç də. İnanın ki, bunu havadan demirəm.

13 hours ago, NOIR said:

qazax dilinin dirçəlişi deyərkən, latın qrafikalı əlifbaya keçmələrini nəzərdə tutursuzsa əgər

Xeyr, onu nəzərdə tutmuram. Dəqiq xatırlamıram, neçəncisə ildən artıq dövlət qurumlarına qəbul zamanı ana dilindən imtahan verirlər. 

  • Upvote 1

Share this post

Link to post
Share on other sites
В 27.02.2018 в 09:30, Grey Wolf сказал:

faşistlərin himayədarı olan imperiyanın" - gəlin bunu kənara qoyaq, demək istədiyim odur ki, bu kütləvi rus dilindən imtina da o zamankı təbliğatın nəticəsi idi.

"himayədarları" kənara qoysaq, "təbliğatı" da kənarlaşdırmaq gərək... təbliğat imkanımız olsaydı o zaman, daha nə dərdimiz vardı ki...

kəndlərimiz talanmış, insanlar evsiz- eşiksiz, ac çöllərdə. uşaqlar, qocalar, qadınlar zəlil, zillət içində. təbliğat nədi, xalqın harayını eşidən yox idi. rus dilindən imtina qorxu və nifrətdən irəli gəlirdi. 

Edited by NOIR
  • Like 1

Share this post

Link to post
Share on other sites
В 27.02.2018 в 09:30, Grey Wolf сказал:

Yəni valideynlərin seçimi də səbəbsiz deyil, hər şey təbliğata, cəmiyyətə yeridilən davranış tonuna, dəbə bağlıdır. Bəli, bugün rus məktəblərinə kütləvi axının əsas, bəlkə də yeganə səbəbi məhz dəbdir, bugünün dəbi belədir.

indi deyəcəksiz ki, Noir hər sözümə ilişir )) amma, bu gün valideynin seçim səbəbi dəb deyil, zamanın tələbidir. Azərbaycan dünyaya açılır, inteqrasiya edir. turizm biznesinin inkişafı, yeni texnologiyaların mənimsənilməsi xarici dilin tətbiqini zəruri edir. dediyim kimi, rus dili region dilidir, ingilis dili isə beynəlmiləl. 

В 27.02.2018 в 09:30, Grey Wolf сказал:

Xeyr, onu nəzərdə tutmuram. Dəqiq xatırlamıram, neçəncisə ildən artıq dövlət qurumlarına qəbul zamanı ana dilindən imtahan verirlər. 

bu kimi imtahanın tətbiqi üçün uyğun mühit var imiş, deməli....testi keçdi, dövlət dilində anlaşması qənaətbəxşdir, vəssalam.

orada dil siyasəti rus dilinin təbliğ edir, baxmayaraq ki, rəsmi dövlət dili qazax dili hesab olunur. ana dilinə dövlət dili statusu vermək azdır. ana dilinin ən fəal təbliğatçıları ilk növbədə dövlət rəsmiləri olmalıdır. yüksək kürsülərdən ana dilində səlist, rəvan, əzəmətli danışmalıdırlar. dili fəxrlə, zövqlə, qürur hissi ilə təqdim etməlidirlər. 

yoxsa, imtahan nədi ?.. yararlılıq testi keçdin, bitdi. 

  • Upvote 1

Share this post

Link to post
Share on other sites
12 hours ago, NOIR said:

təbliğat imkanımız olsaydı

Deməzdim. Türkçülük, milli şüurun oyanışı və bu fonda rus dilindən imtina məhz təbliğatın nəticəsi idi. O dediyiniz nifrət də kor-təbii yaranmamışdı.

12 hours ago, NOIR said:

zamanın tələbidir.

Zamanın tələbi filan deyil. Bütün dünya məgər rusca danışır? Zamanın tələbi ingiliscədir. Dünyada bütün xalqların yuxarı-aşağı müəyyən qismi mütləq ingiliscəni bilirlər. Rusca bugün məhz dəbdir. Bugünün özündə də fransız dilli, alman dilli ölkələr, cəmiyyətlər var, halbuki, onları bu dilləri öyrənməyə, danışmağa vadar edən yoxdur, bu sadəcə keçmişdən bunlarda qalan bir adətdir və artıq bir dəb halını alıb. Eləcə də rus dili. Rusca, almanca, ispanca və sairləri rəsmi beynəlxalq dil statusuna malik olsalar da, heç biri ingiliscə qədər yayqın və tətbiq olunan deyil. 

12 hours ago, NOIR said:

Orada dil siyasəti rus dilinin təbliğ edir, baxmayaraq ki, rəsmi dövlət dili qazax dili hesab olunur.

Nazarbayev parlamentdə rus dilindən istifadəni yasaqladı. Tak şto mənimlə mübahisə etməyin :biggrin:

  • Upvote 1

Share this post

Link to post
Share on other sites
В 01.03.2018 в 08:39, Grey Wolf сказал:

Nazarbayev parlamentdə rus dilindən istifadəni yasaqladı. Tak şto mənimlə mübahisə etməyin :biggrin:

nə danışırsız, mübahisə etməsəm olmaz )) bunun üçünsə uyğun əhvala köklənməliyəm. amma bu gün yox )

dönəcəyəm bu posta, döyüşkən ruhda olanda ))

  • Upvote 1

Share this post

Link to post
Share on other sites

tutarlı bir şey yazın, camahatın da marağına və müzakirəsinə səbəb olsun.

Share this post

Link to post
Share on other sites

@Shimon Friedman 

Azəri forumun nədər belə zəif halda olduğunu soruşmuzduz 

@Verman Sizi cavablandırdı və o doğru deyib. özümdən əlavə edim, hazırki durum sabiq Adminin məqsədli idarəçiliyinin bəhrəsidir. təsəlli üçün belə deyirlər ki, bütün azəri dilli forumların aqibəti məhz bu cür olur. bəzən səbəb kimi fikirlər səslənir ki, bəs aktual mövzular açılmır... bölmədə kifayət qədər yeni mövzu var və elə eyni istifadəçilər tərəfindən müzakirə olunur. yaxud açılan mövzular bayağıdır. razı deyiləm yenə də...hər hansı bozbaş mövzu rus dilində müzakirə olursa aktualdır deməli, amma azərbaycanca müzakirə olunarsa bayağıdır. bu qərəzli fikirdir. 

məndən öncəki moderlər kifayət qədər iş görüblər. Sunyatanın zəhməti, bölməni qaldırmaq sayənsində fəaliyyəti çox məhsuldar oldu. bölmə səhmana düşdü, keyfiyyətli mövzular açıldı, müzkirələr getdi.. Könül xanım da öz növbəsində bu durumu bacardığı kimi saxlamağa çalışdı... amma hər şeyə ramən bölməyə yeni istifadəçi axını olmadı. problemin kökü ana dilinə olan ögey münasibətdədir. ortabab yazı bacarığı olan istər azəri dilli, istər rusdilli fikrini ala-yarımcıq, qrammatikası səhv, bərbad formada bildirməyi özünə yaraşdırır, amma təki azərbaycan dilində yazmasın. azərbaycan dilində olan postlarа etinasızlıq var, saymazyanalıq var. belə bir yanlış fikir formalaşıb ki, azəri dilində yazanlar maraqsız, səviyyəsiz deməli diqqətə layiq deyillər. rus dilində yazılanlar isə yüksək əyarlı fikirdir. 

  • Like 2

Share this post

Link to post
Share on other sites

Disput kimi başqa bir forumda var.Baku365.com.  Ordada Azərbaycan dili bölməsi  sıfır vəziyyətindədir. Niyə forumlarda öz dilimizdə müzakirə etməkdən,söhbət etməkdən çəkinirlər yada utanırlar sanki.Yutubdada öz dilimizdə maraqlı verilişlər tapmaq olmur.Rus vəya Türk dilində istənilən mövzuda (elmi-fəlsəfi) maraqlı, geniş verilişlər var. 

  • Upvote 1

Share this post

Link to post
Share on other sites
13 минуты назад, Slay сказал:

istər 365 olsun, istər 666 olsun, ya disput, ya debat olsun, fərq etməz )) insanları könüllü olaraq, azərbaycan dilinə olan maraq, ünsiyyət həvəsi gətirməlidir bura. məni yaxud sizi sevdikləri üçün gəlməyəcəklər ki )) məsəlçün dedim bunu, obrazlı dedim. yəni şəxsi avtoritetə ramən kollektivçilik ruhu olmalıdır. 

disput 10-15 il öncəki forum deyil daha. onu köhnə ideyalar, qədimi üsul idarəsi ilə idarə etmək olmaz. necə deyərlər arxadan atılan daş, topuğa dəyər.. 

Edited by NOIR
  • Like 1

Share this post

Link to post
Share on other sites
11 hours ago, NOIR said:

@Shimon Friedman 

Azəri forumun nədər belə zəif halda olduğunu soruşmuzduz 

@Verman Sizi cavablandırdı və o doğru deyib. özümdən əlavə edim, hazırki durum sabiq Adminin məqsədli idarəçiliyinin bəhrəsidir. təsəlli üçün belə deyirlər ki, bütün azəri dilli forumların aqibəti məhz bu cür olur. bəzən səbəb kimi fikirlər səslənir ki, bəs aktual mövzular açılmır... bölmədə kifayət qədər yeni mövzu var və elə eyni istifadəçilər tərəfindən müzakirə olunur. yaxud açılan mövzular bayağıdır. razı deyiləm yenə də...hər hansı bozbaş mövzu rus dilində müzakirə olursa aktualdır deməli, amma azərbaycanca müzakirə olunarsa bayağıdır. bu qərəzli fikirdir. 

məndən öncəki moderlər kifayət qədər iş görüblər. Sunyatanın zəhməti, bölməni qaldırmaq sayənsində fəaliyyəti çox məhsuldar oldu. bölmə səhmana düşdü, keyfiyyətli mövzular açıldı, müzkirələr getdi.. Könül xanım da öz növbəsində bu durumu bacardığı kimi saxlamağa çalışdı... amma hər şeyə ramən bölməyə yeni istifadəçi axını olmadı. problemin kökü ana dilinə olan ögey münasibətdədir. ortabab yazı bacarığı olan istər azəri dilli, istər rusdilli fikrini ala-yarımcıq, qrammatikası səhv, bərbad formada bildirməyi özünə yaraşdırır, amma təki azərbaycan dilində yazmasın. azərbaycan dilində olan postlarа etinasızlıq var, saymazyanalıq var. belə bir yanlış fikir formalaşıb ki, azəri dilində yazanlar maraqsız, səviyyəsiz deməli diqqətə layiq deyillər. rus dilində yazılanlar isə yüksək əyarlı fikirdir. 

Təklif edirəm ki, Azərbaycan dilində forumda ən aktiv istifadəçiyə pul mükafatı verilməsi kimi kampaniya başladaq. İşi təşkil edən biri olsa sponsor mən özüm olmağa hazıram. 

  • Like 1
  • Downvote 1

Share this post

Link to post
Share on other sites
14 hours ago, NOIR said:

İcazə verin bir daha sizinlə razılaşmayım. Azərbaycan internet istifadəçilərinin böyük əksəriyyətinin disputdan xəbəri belə yoxdur, ona görə də forum onların çox kiçik hissəsini əhatə edir. Onların da əksəriyyətini sovet vaxtı rus dilində oxumuş orta yaşlı insanlar və ortaya yaxın yaşlı və yenə də əsasən rus dilində oxumuş şəxslər təşkil edir. Belə bir istifadəçi kontingenti ilə forumun azərbaycan dilli qoluna (diqqət! bu forum deyil, yalnızca forumun bir qoludur) maraq gözləmək düzgün deyil. Hə, yei gəlmişkən, istifadəçilərin böyük bir qismi də disputa yalnız alış-veriş üçün girir. O hissəni də çıxsaq, toplam forum kontingentinin sayı gülüş doğuracaq qədər kiçikdir. Ona görə də bu azdilli" forumun"(sizin tə`birinizcə) passivliyini bir problem olaraq görmürəm.

Edited by Grey Wolf
  • Upvote 1

Share this post

Link to post
Share on other sites
4 часа назад, Grey Wolf сказал:

İcazə verin bir daha sizinlə razılaşmayım. 

icazə verirəm, razılaşmayın )

4 часа назад, Grey Wolf сказал:

Azərbaycan internet istifadəçilərinin böyük əksəriyyətinin disputdan xəbəri belə yoxdur, ona görə də forum onların çox kiçik hissəsini əhatə edir. Onların da əksəriyyətini sovet vaxtı rus dilində oxumuş orta yaşlı insanlar və ortaya yaxın yaşlı və yenə də əsasən rus dilində oxumuş şəxslər təşkil edir.

bu barədə isə, izacə verməsəz belə )) sizinlə razıyam 

həqiqətən də, mənim ahatəmdə disputdan məlumatlı olan və burada yazan çox az nəfər var, 3-4 olar. bəzən elə hallar baş verir ki, "buranı elə tanımasalar yaxşıdı" ifadəsi uyğun gəlir.

bu yaxınlarda bir rəfiqəm diskussiya üçün maraqlı məkan barədə soruşurdu. mən də, açığı Azəri forumu nişan verməyə utandım... ))) xanım rus dillidir, mən onu disputla ümumi tanış etdim, qeydiyyata saldım, qaydalarla tanış olmağı məsləhət bildim və s. xanım filologiya və tarixşünaslıq üzrə təhsil alıb və pedaqoji fəaliyyətlə məşğuldur. onu da deyim ki gənc olmasına ramən çox savadlıdır,  prezident administrasiyası səviyyəsində iş təklifi alıb.  nə isə, mən rəfiqəmi disputla tanışdırdım və uğurlar dilədim. ötən həftə zəngləşmişdik, sözarası forum barədə rəyini soruşdum. cavabı təəssüf doğurdu, amma təəccübləndirmədi. savadsız, mənasız postlar, təhqir, həqarət, istehza, söyüşlü leksika. tərslikdən xanım disputa pis vaxtda gəmişdi... azərbaycan dilində aforizmlər məzmunlu bir mövzu onu lap acığına gəlibmiş. xanım milliyətcə ləzgi olsa da, heyrətlənirdi. yəni ki, mən ləzgi ola-ola belə mahiyyətli mövzunu  azərbaycan xalqının adına təhqir kimi qəbul edirəm. amma siz azərbaycanlı millətindən olanlar bu kimi mövzunu müzakirəyə çıxarırsız. əgər orada müzakirə olunası bir məqam olasaydı, özüm ilk olaraq ədəbiyyatçı mövqeyimdən çıxış edirb, cavablandırardım. amma belə səviyyəsizliyik mənə görə deyil. ümumiyyətlə çox keyfiyyətsiz bir məkandır, mənə uyğun deyil. 

(xanım hələ bilmir ki, mən moderəm )) 

Share this post

Link to post
Share on other sites
7 часов назад, Verman сказал:

Təklif edirəm ki, Azərbaycan dilində forumda ən aktiv istifadəçiyə pul mükafatı verilməsi kimi kampaniya başladaq. İşi təşkil edən biri olsa sponsor mən özüm olmağa hazıram. 

)) mən isə öz növbəmdə, DNOTdan gəlib Azəri bölməsində yazan bütün aktiv istifadəçilərə sponsorluq etməyə hazıram 

(belə şərtə gəlməyi xəyal edənlərə bir qara qəpik də vermərəm) 

dilin gözəlliyini sevən, nitq mədəniyyətini təbliğ və təqdim edən, ifadə gözəlliyi, məntiq, savad daşıyıcıları yaraşır bizim bölməyə !  

yoxsa ki, sən Allah orada 10 post yazanda, 11-ni də Azəri bölməsində yaz, bonus qazan ! yox bir...  yoldaş Qaramallının monoloqu yadıma düşdü : "Yoldaşlar ! bu gündən qarşımıza məqsəd qoyuruq. hər inəkdən 1 buzov 2 cücə almalıyıq. Biz maldarlığın sayəsində toyuqçuluğu da inkişaf etdirməlik !"

Edited by NOIR
  • Like 3

Share this post

Link to post
Share on other sites
5 часов назад, Grey Wolf сказал:

Belə bir istifadəçi kontingenti ilə forumun azərbaycan dilli qoluna (diqqət! bu forum deyil, yalnızca forumun bir qoludur) maraq gözləmək düzgün deyil.

5 часов назад, Grey Wolf сказал:

Ona görə də bu azdilli" forumun"(sizin tə`birinizcə) passivliyini bir problem olaraq görmürəm.

Altbölmənin adı "Azərbaycan dilində forumdur"

mənim təbirim deyil,  bəzi "təsəlli verənlərin" fikri, sözüdür. deyilənlərə görə, azərbaycan dilində yaradılan istənilən resurs uğuruzluğa düçar olacaq. Vanqa belə deyib )

sözün açığı, mən də özüm üçün heç bir problem görmürəm.

sadəcə, bu mövzu ilə vaxtaxşırı maraqlanan istifadəçilər olur. 

Edited by NOIR
  • Like 1

Share this post

Link to post
Share on other sites
2 hours ago, NOIR said:

)) mən isə öz növbəmdə, DNOTdan gəlib Azəri bölməsində yazan bütün aktiv istifadəçilərə sponsorluq etməyə hazıram 

(belə şərtə gəlməyi xəyal edənlərə bir qara qəpik də vermərəm) 

dilin gözəlliyini sevən, nitq mədəniyyətini təbliğ və təqdim edən, ifadə gözəlliyi, məntiq, savad daşıyıcıları yaraşır bizim bölməyə !  

yoxsa ki, sən Allah orada 10 post yazanda, 11-ni də Azəri bölməsində yaz, bonus qazan ! yox bir...  yoldaş Qaramallının monoloqu yadıma düşdü : "Yoldaşlar ! bu gündən qarşımıza məqsəd qoyuruq. hər inəkdən 1 buzov 2 cücə almalıyıq. Biz maldarlığın sayəsində toyuqçuluğu da inkişaf etdirməlik !"

Elə mən də onu nəzərdə tuturdum, ancaq Azərbaycan bölümündə yazılan yazılara görə aktivliyə əsasən mükafatlandırmaq. Mənasız yazılardan, klonlardan söhbət getmir. Ona görə dedim, təşkilatçılıq işini də görən adam olsa yaxşı olar, belə məsələlərlə məşğul olar.  

  • Downvote 1

Share this post

Link to post
Share on other sites

Forumda passivlik problemini yalnız bir səbəbin üstünə atmağa cəhd edirik. O deyil, budur. Elə deyil, belədir... Deyilənlərin hamısı az və ya çox dərəcədə səbəbdir. Bunu bu qədər uzatmağa ehtiyac yoxdur.

Ya məcburən, ya xoşluqla, həvəsləndirməklə filan kimlərisə bura toplamaq da mənasız gəlir artıq mənə. Bir vaxt girişmiş olduğum şəbəkə marketinqi (network marketing) fəaliyyəti zamanı bu cür söhbətlərə qarşı elə iyrənmə hissi yarandı ki, o gündən bəri hara olur olsun, kimisə dəvət etmək cəhdindən qaçıram. Elə bilirəm, yenə oradakı kimi bir yerə çağırıram ) 

Share this post

Link to post
Share on other sites
В 01.10.2018 в 21:38, Verman сказал:

Elə mən də onu nəzərdə tuturdum, ancaq Azərbaycan bölümündə yazılan yazılara görə aktivliyə əsasən mükafatlandırmaq. Mənasız yazılardan, klonlardan söhbət getmir. Ona görə dedim, təşkilatçılıq işini də görən adam olsa yaxşı olar, belə məsələlərlə məşğul olar.  

elə bilirdim, zarafat edirsiz... açığı, mən bunun qəti əleyhinəyəm. pul mükafatı ilə aktivliyə həvəsləndirmək saxtakarlığa bərabərdir. 

Share this post

Link to post
Share on other sites
В 01.10.2018 в 22:09, Museyib Elekber сказал:

Forumda passivlik problemini yalnız bir səbəbin üstünə atmağa cəhd edirik. O deyil, budur. Elə deyil, belədir... Deyilənlərin hamısı az və ya çox dərəcədə səbəbdir. Bunu bu qədər uzatmağa ehtiyac yoxdur.

Ya məcburən, ya xoşluqla, həvəsləndirməklə filan kimlərisə bura toplamaq da mənasız gəlir artıq mənə. Bir vaxt girişmiş olduğum şəbəkə marketinqi (network marketing) fəaliyyəti zamanı bu cür söhbətlərə qarşı elə iyrənmə hissi yarandı ki, o gündən bəri hara olur olsun, kimisə dəvət etmək cəhdindən qaçıram. Elə bilirəm, yenə oradakı kimi bir yerə çağırıram ) 

bakılılar demişkən, ya zəlzələdən ya vəlvələdən... )) yəni ki səbəbindən asılı olmayaraq, nəticəsi belə oldu. 

.... başa düşürəm sizi, Müseyib. mənim mənfi təcrübəm olmayıb deyə, ziyanlı məkan deyildir deyə təklif eləmişdim. amma bu ilk və son dəfədir, yəqin ki. təmamilə kənar, yad insanlar azərbaycan dilinə olan münasibəti görür, anlayır, xoşlanmır və uzaqlaşır. bu bir günün, bir ayın işi deyil, illərin bəhrəsidir. 

Share this post

Link to post
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now