Jump to content

Recommended Posts

Bir Həftə

 

05 aprel 
Səhər saat 6-da Sofi həmişə olduğu kimi yuxudan durdu. Bugünkü rejimi digər günlərdən fərqlənməliydi. İlk etdiyi durub şortikini geymək oldu. T-shirtini də geyib həyətdə qaçmağa çıxdı. 
Hava çox gözəl idi. Dərindən bir neçə dəfə nəfəs aldı. İsinmə hərəkətlərindən sonra artıq qaçmağa başladı.Qaçışa həmişə Ellie Gouldingin Burni ilə başlayardı. Yarım saat qaçdıqdan sonra duş qəbul etdi. Saat 7-də artıq kofesini içirdi. Hər şeyi planladığı vaxtda etməyi xoşlayırdı. Buna adət etmişdi. Atası hərbçi olduğu üçün kiçik yaşlarından bu rejimə öyrəşmişdi. Axşamdan hər şey hazır idi. Yola çıxmaq vaxtı idi. Taksi artıq gözləyirdi. 
Saat 10-da artıq təyyarədə gedəcəyi ölkədə dərc edilən jurnalı oxuyurdu. İlk öncə Azərbaycan barədə çox şey bilmirdi. Avropada bu kiçik ölkə barədə yalnız paytaxtının Bakı olması və neft ölkəsi olması bilinirdi. Əksəriyyət isə heç bunu da bilmirdi. Təbii ki, Sofi bundan daha çoxunu bilirdi. Hər bir normal insan kimi o da səfər edəcəyi ölkə barədə bacardığı qədər məlumat toplamağa çalışmışdı.
Sofi təyyarədə səyahəti heç xoşlamırdı. Belə səyahət ona həmişə narahat edirdi. Digər tərəfdən Bakıya ilk dəfə səfər etməsi onu həyəcanlandırırdı. Amma Bakıda onu qarşılayan şəxsin olması ona rahatlıq verirdi. 
Saat 18:00-da artıq Bakıdadır. Azərbaycan barədə ilk təəsurat heç də yaxşı olmadı. Baqajını çox gözləməli oldu. Xöşbəxtlikdən onu qarşılayan şəxs vaxtında gəlmişdi. Əlində “Sophie” yazısı olan bir oğlan onu gözləyirdi. Sofi ona yaxınlaşdı. Fransız dilində (bundan sonra Sofinin bütün sözləri fransız dilində olsa da burda azərbaycanca yazılacaq):
Sofi: Axşamınız xeyir. Mən Sofi.
Raul: Hər vaxtınız xeyir. Mənim adımı səsləndirmək sizə çətin olacaq, yaxşısı budur Siz də hamı kimi mənə Raul deyin.
Sofi: Çox şad oldum, Raul.(Gülümsəyərək sözlərinə davam edir). Niyə Sizə hamı Raul deyir? Bu mən bildiyim qədər ispan adıdır.
Raul: İcazə verin baqajınızı aparmaqda kömək edim. (Baqajı götürüb yenidən sözünə davam edir). Bəli ispan adıdır. Xarici görkəmimi Real Madridin hücumçusu Raula oxşadırdılar, ona görə məni hamı Raul deyə çağırır. Düzünü desəm öz adımı deməyi də xoşlamıram.
Söhbət sırasında Raul bir neçə dəfə “Yox, lazım deyil” sözlərini işlədir.
Sofi: Sizə yaxınlaşan o şəxslərə nə deyirsiz?
Raul: Taksi sürücüləridir. Öz xidmətlərini təklif edirlər. Mən avtomobillə gəldiyim üçün imtina etdim. Yeri gəlmişkən, mən bu bir həftə ərzində Sizin həm tərcüməçiniz, həm gidiniz və həm də şəxsi sürücünüz olacam. Qısa desək hər sahədə köməkçiniz olacam. Nəyə isə ehtiyacınız olsa çəkinmədən müraciət edə bilərsiz. Şirkət ən yaxşı otellərdən birini Sizin üçün bron edib. Yəqin ki, bir saata artıq oteldəki otağınızda olacaqsız. Bugün yəqin yorulmusuz. Oteldə dincəlmək istəyərsiz yoxsa şəhərdə bir az hava almaq istərdiz?
Sofi: Mümkünsə şəhəri gəzmək istərdim. Otellərdə dincəlmək mənə görə deyil. Mən adətən otellərə ancaq yatmaq üçün gəlirəm. ☺️
Raul: Yaxşı seçimdir. ☺️ Onda mən Sizi oteldə gözləyəcəm. İstədiyiniz qədər dincəlin. Sonra düşərsiz.
Sofi: Çox gözləməyəcəksiz. ☺️

Share this post


Link to post
Share on other sites
1 час назад, DRONGO-058 сказал:

ardi var?))

Olacaq. Yazıldıqca yerləşdiriləcək.)))

Share this post


Link to post
Share on other sites
15 hours ago, Mister Elvin said:

Olacaq. Yazıldıqca yerləşdiriləcək.)))

Basha dusdum)

Bu teze bashlanilan yazidir nese?

Share this post


Link to post
Share on other sites
1 час назад, DRONGO-058 сказал:

Basha dusdum)

Bu teze bashlanilan yazidir nese?

Elədir ki var.)))

  • Upvote 1

Share this post


Link to post
Share on other sites
1 hour ago, Mister Elvin said:

Elədir ki var.)))

Xeyirli olsun) gozleyirem davamini)

  • Upvote 1

Share this post


Link to post
Share on other sites

Raul avtomobili otelin parkinqində saxladı. Otelin foyesinə gəldi. Bardan enerji içkisi sifariş etdi. Gecə də az yatmışdı. Sofinin isə onu saat neçəyə qədər saxlayacağı qeyri-müəyyən idi. Artıq axşam yeməyinin vaxtı da çatmışdı.

Bu vaxt liftdən Sofi çıxdı. Çox gözəl görünürdü. Geydiyi qısa ağ şortik onu cazibədar edirdi. Əslində ilk baxışdan da Sofi heç də fransız qadınlarına oxşamırdı. Saçları qara idi. Bədənini ideal hesab etmək olardı. Görünür Sofi buna xüsusi nəzarət edirdi. Boyunun hündür olması ona zillənən baxışların sayını daha da artırırdı. Raula o İrina Şeyxi xatırladırdı. Sakit tərzdə o Raula tərəfə yaxınlaşdı. Sofi çox cazibədar göründüyünü bilirdi, ona zillənən baxışların həzzini çıxarırdı.

Sofi: Şəhərə çıxmamışdan əvvəl bir şeylər yemək istərdim. Haranı məsləhət bilirsiz?

Raul: Axşam yeməyi üçün balığı məsləhət bilirəm. Ya da salat və sup.

Sofi: Fikrimcə salat daha yaxşıdır.

Raul: Otelin salat çeşidləri də çoxdur. Otelin yeməkləri də çox dadlı olur. Eşitdiyim qədəri ilə baş aşpaz fransızdır. J Restoran yuxarı mərtəbədədir.

Sofi başı ilə razılığını bildirdi. Liftə doğru yaxınlaşdılar və daxil oldular.

Raul restoran olan mərtəbənin nömrəsini basdı və bu yerdə kompliment deməyin lazım olduğunu hiss etdi.

Raul: Mən kompliment söyləməyi bacarmasam da qeyd etməliyəm ki, çox gözəl və cazibədarsız. Sizdən göz çəkmək olmur... J (Bu sözləri deyib yarı utancaq tərzdə yerə baxdı).

Sofi: Təşəkkür edirəm. Görünür çox da cazibədar və gözəl deyiləm ki, gözünüzü məndən çəkdiz. J

Raul: 1-0. Fransa Azərbaycana qol vurdu. J

Sofi: J

Sifarişlər verildikdən sonra Sofi sözə başladı.

Sofi: Özümüz barədə heç nə danışmamışıq. Baxmayaraq ki, Fransada doğulmuşam amma atam və anam italyan əsillidir. Ona görə də xarici görkəmimdən heç də fransız qızlarına oxşamıram. J

Raul: Bunu mən də soruşmaq istəyirdim. J Bəs ata-ananız hardadır? İndi ayrı yaşayırsız deyəsən?

Sofi: Elə də demək olar. Mən görüşdüyüm oglanla birgə yaşayırdım. Sonra bizdə alınmadı. Ayrılmaq qərarına gəldik. Ondan sonra ayrı yaşayıram.

Raul: Bildiyim qədəri ilə özünüinkişaf və motivasiya mövzusunda təlimlərlə məşğulsuz. Bu sahəyə maraq hardandır?

Sofi: Uşaq vaxtından uşaqların qarşısında çıxış edirdim (gülür). Yaşımdan böyüklərə də nələrisə öyrətmək xoşuma gəlib. Universitetə qəbul olanda da bu xüsusiyyətləri nəzərə aldım və bu sahəni seçdim. Gördüm ki, yanılmamışam. Həqiqətən gördüyüm işdən bezməmişəm və həzz alıram. Bundan başqa sahədə özümü təsəvvür edə bilmirəm. İndi Siz özünüz barədə danışın. Ailəniz? İşiniz?

Raul: Mən hələ də atam və anamla yaşayıram. Heç biri işləmədiyindən onlara baxmaq mənim vəzifəmdir. Məktəb illərində xarici dilim fransız dili idi. O vaxtdan fransız dilinə həvəs olub. Universitet illərində də çox inkişaf etdirdim. Universitet təhsilim maliyyə sahəsindədir, amma mən tərcüməçiliyi seçdim. Bu mənə daha maraqlıdır, yaxındır. Yeni insanlarla tanış olursan. Daim hərəkətdə olmaq mənə xoşdur. Hərdən 4 il universitetdə boş yerə oxumağıma çox heyfislənirəm.

Artıq salatlar yeyilmiş və üstündən su da içilmişdi. Şəhəri gəzmək vaxtı idi. Hesab verildikdən sonra oteli tərk etdilər. Raul Sofiyə səhər harda qaça biləcəyini göstərirdi. Artıq “Dağüstü Park”a çatmışdılar. Sofiyə şəhərin burdan görüntüsü xüsusi həzz verdi. Raul Bakının tarixindən, gözəlliyindən ağız dolusu danışırdı. Sofi yazın gözəl axşamının həzzini çıxarmaq üçün burda oturmağı təklif etdi. Kafedə oturub bir kofe sifariş etdilər.

Sofi: Sizin qızlar çox gözəldir. Xarici görkəmlərinə fikir verirlər. Geyim tərzləri xoşuma gəlir. Təbii ki, istisnalar var. Amma ümumilikdə çox xoş təsurrat bağışladı.

Raul: Bəs kişilər? J

Sofi: J Deyəsən özünüzə kompliment dedizdirmək istəyirsiz?! Olar Sizə Sən deyim. Bu rəsmi müraciət formasını xoşlamıram. Özümü BMT-nin iclas zalında hesab edirəm. J Xahiş edirəm mənə sən deyə müraciət edin.

Raul: Əlbəttə deyə bilərsən.

Sofi: Kişilərə çox diqqət etmədim (Bunu yalan dediyi bilinirdi). Amma burda kişilər daha kökdürlər. 30 yaşına qədər kişilər nisbətən daha arıqdırlar. Sən Bakıda hələki gördüyüm ən yaraşıqlı kişisən. J Qulağını yaxına gətirsən sənə bir sirr də verəcəm. J (Raul maraq içərisində qulağını yaxınlaşdırdı). Dəhşət tualetə getmək istəyirəm. Deməzsən tualet hardadır? J

Raul özünə aid bir şey eşidəcəyi ümidi ilə qulağını yaxınlaşdırmışdı. Amma belə sual heç gözləmirdi. Düzü bir az da pərt də oldu. Amma bunu bildirməməyə çalışdı. Tualetin yerini göstərdi. Sofi tualetə gedəndə qeyri-ixtiyari onun gözəl ayaqlarına baxdı. Qısa və dar şortikdə onlar çox cazibədar idi. Müşahidə etdi ki, kafedə hər nəfəs alan canlı bu dəqiqə Sofiyə baxırdı. Qadın və kişi fərq etmədən. Hər kəsin gözü ondaydı. Təsadüf də olsa hətta qıraqda duran it belə ona baxırdı.

Share this post


Link to post
Share on other sites

Sofinin xoşuna gəlirdi ki, onu kişilər istəsinlər, arzulasınlar. O həmişə diqqət mərkəzində olurdu. Əgər ətrafdakılar kişilər idisə bu çox aydın sezilirdi. Bakıda bu özünün maksimumuna çatdı. Ətrafdakı temperamentli kişilər Fransadakılardan çox fərqli idilər. Əgər fransız kişiləri diqqətlərini gülümsəməklə büruzə verirdisə, Bakıda kişilər onu gözləri ilə soyundururdular. Bu fərqli vəziyyət nə qədər qəribə də olsa Sofini narahat etmirdi, əksinə onu müəyyən qədər də ehtiraslandırırdı. Tualetin güzgüzüsündə gördüyü Sofi Parisdəki Sofidən fərqlənirdi. İndi daha özünəinamlı, daha cazibədar və nə edəcəyi bilinməyən Sofi vardı.

Daxilində belə bir sual yarandı. Bəs Raul? J Yaraşıqlı oğlandı. Amma bu qədər...Başqa əlavə edəcək bir şey yox idi.

Tualetdən çıxmaqla ona zillənın baxışları sinəsində, arxasında və ayaqlarında hiss etməyə başladı. Hər kəs elə bil Sofinin çıxmağını gözləyirdi. İçəridə olduğu 5 dəqiqə idi, amma bu baxışlar üçün darıxmışdı. Ətrafa göz gəzdirdikdən sonra Raulun yanına getdi.

Sofi: Darıxmamısan mənsiz. J

Raul: Yox. Sən gələnə qədər nişanlımla danışdım. O məni darıxmağa qoymadı.

Sofi: Nişanlısan? Heç mənə demədin (Bunu niyə dediyini özü də anlamadı). Səhv başa düşmə, ailənlə bağlı danışanda nişanlınla bağlı heç nə demədin. Mən də düşündüm ki, yəqin qız dostun yoxdur. Daha doğrusu nişanlın...

Raul: J. Hələ təzə nişanlanmışam. Ona görə hələ özüm də buna uyğunlaşmamışam.

Sofi: Sən valideynlərinlə yaşadığını söylədin. Nişanlınla özünüz belə qərar vermisiz?

Raul: Bizdəki kişi-qadın münasibətləri sizinkindən çox fərqlidir. Bizdə toya qədər bir yerdə yaşamırlar. Hər kəs öz evində yaşayır.Yalnız evləndikdən sonra birgə yaşamağa başlayırlar. Hətta bir çox cütlüklər toya qədər heç sevişmirlər. Sevişmək yalnız toydan sonra olur.

Sofini deyilən bu sözlər çox təəccübləndirdi.

Sofi: Düzünü desəm sizin bu həyat tərzi mənə bir az məntiqli gəlmir. Coxlu sual doğuran məqamlar var. Misal üçün deyim ki, sonuncu ayrıldığım oglanla müəyyən müddət bir yerdə yaşadıq. Mən onunla yaşamasaydım necə bilə bilərdim ki, o həyat yoldaşı kimi məni təmin edə bilər ya yox?! Yaxud onunla yatmasaydım onun yataqda necə oldugunu bilməzdim?! Toydan sonra bunlar üçün bir az gec deyil səncə? Toydan sonra bunları bilmək mənə nə verəcək və nəyi dəyişəcək???

Raul: Dediklərin məntiqlidir. Amma bizim üçün məntiq bu halda önəmli deyil. Çünki islam ölkələrində hər kəs istədiyi yerdə, istədiyi şəxslə yaşaya və sevişə bilməz. Bu bizim kimi ölkələrdə ədəbsizlik hesab olunur. Cəmiyyət də buna hazır deyil hələ. Güman edirəm ki, 20 ilə vəziyyət xeyli dəyişəcək.

Sofi Raulun yorğun olduğunu hiss etdi. Vaxt da artıq gec idi. Sabah təlimin ilk günü olduğundan bir az çətin keçəcəkdi. Qrupla tanışlıq və texniki məsələlər müəyyən vaxt aparacaqdı. Ona görə Raula və özünə istirahət vermək lazım idi. Otel istiqamətində hərəkət etdilər.

Yol boyu sabahkı ilk təlim günü barədə söhbət etdilər. Məlum oldu ki, iştirakçıların 90 faizi kişi idi və əksəriyyəti də yaşı 35-ə qədər olan kişilər idi. Bu Sofi üçün çox vacib məlumat idi. Təlim iştirakçılarını ələ almaq üçün bu tip məlumatlardan istifadə edirdi. Öz işinin peşəkarı olduğu üçün hər kiçik detallara belə fikir verirdi. Görünən o idi ki, bu həftəki təlimlərdə daha cazibədar olmalı, bir az açıq- saçıq geyməli və hərdən də yüngül flirt etməli idi. Nəticədə bütün kişilər Sofi ilə söhbət etməyə çalışacaq, təlimdə daha aktiv olacaq və axırda da hamı razı qalacaq. Hər şey bu qədər asan idi. J   

Otelə çatanda saat artıq 00:30 idi. Səhər saat 09:00-da otelin yeməkxanasında görüşmək barədə razılığa gəldikdən sonra ayrıldılar.

Share this post


Link to post
Share on other sites

06 aprel

Sofi saat 06:30-da yuxudan durub oteldən çıxdı. Ətrafa göz gəzdirdi. Raulun ona dediyi yerləri yadına saldı. Yolu qarşı tərəfə keçib “Bakı Bulvarı”na (Dənizkənarı Milli Parkı) daxil oldu. Mahnıların sədaları altında bugünü fikirləşir, planlar qurur və təmiz havanın dadını çıxarırdı. Parkda gəzən və qaçan insanlar olsa da Fransadakı qədər çox deyildi. Yaşlı kişilər daha çox gəzirdilər. Qaçanlar arasında isə xarici vətəndaşlara da rast gəlmək olurdu.

7:32-da artıq otagin qapısından içəri daxil oldu. Suyu istədiyi temperatura gətirdi və duşun altına girdi. Səhər qaçışından sonra ona ən çox həzz verən şey duş almaq idi. Bədənin bütün yorğunluğunu çıxarmaqla yanaşı, ona təsvir edilməsi çətin olan xüsusi və xoş bir hiss yaşadırdı. Təbii ki, orqazm qədər güclü bir hiss deyildi, amma kifayət qədər xoş idi. Duşun altında makiyajını necə edəcəyi və nəyi geyinəcəyi barədə qərar verirdi. Həftənin birinci günü oldugundan firuzəyi rəngli çox da qısa olmayan sarafan geymək qərarına gəldi. Belə olduqda həm ciddi və konservativ, həm də gözəl görsənirdi. Ümumiyyətlə kosmetikadan çox istifadə etməyi xoşlamırdı. Təbii gözəlliyə daha çox önəm verirdi. Artıq ayaq geyimini də seçmişdi. Çox hündür ayaq geyiminə üstün verməməyə çalışdı. Çünki Bakıda kişilərin heç də hamısı hündürboylu deyildi. Sofi onları kompleksə salmamaqdn ötrü dabanı nisbətən daha alçaq ayaq geyimi seçdi.

Saat 8:30-da artıq otelin yeməkxanasında idi. Raul da orda kofesini içirdi. Sofi də həmin stolda əyləşdi və salamlaşdıqdan sonra soruşdu:

Sofi: Yadımdan çıxmamış sənin mobil nömrəni soruşum. Sən mənim nömrəmi veriblər yəqin.  Mən isə sənin nömrəni bilmirəm.

Raul: Əlbəttə. Dünən o qədər danışdıq amma nömrəni sənə vermək yadımdan çıxıb. Yaxşısı budur mən sənə zəng edim. Nömrə düşsün. Yaddaşa yazarsan.

Sofi: Əla olar.

Raul ona zəng etdi və daha sonra hal-əhval tutmağa başladı.

Raul: Gecə necə yatdın? Adətən ilk gecə öz evindən kənarda çətin olur.

Sofi: Mənim heç vaxt elə problemim olmayıb. Yastığa başımı qoyan kimi yatıram. Sən necə yatdın? Burdan gedəndə artıq gec idi. Yəqin yuxudan doymadın?

Raul: Mən az yatmağa öyrəşmişəm. Ona görə kifayət etdi. Amma bu təlimlərdən sonra yəqin iki gün özümə istirahət verəcəm. Təlimə hazırlıq və təlim dövründə çox yoruluram.

Sofi: Necə görünürəm? Xarici görünüşüm barədə heç nə demədin...

Raul: İstədiyinə nail olacaqsan. J

Sofi: İstədiyim nədir ki? J

Raul: Təlimdəki kişilərin diqqətini cəlb etmək, gözəlliyinlə göz qamaşdırmaq. Yeri gəlmişkən qeyd edim ki, geydiklərin də çox gözəl yaraşır sənə. Sarafan bədəninə çox gözəl oturur və bədəninin bütün çizgilərini görməyə imkan yaradır. Əminəm ki, bütün təlim iştirakçıları səninlə söhbət etməkdən ötrü növbəyə duracaqlar. J

Sofi bu sözlərdən sonra gülümsədi. Kofedən bir qurtum aldı. Belini stula sökədi. Raulun onun bütün fikirlərini oxuması maraqlı gəlmişdi.

Sofi: Gördüklərin yalnız budu yoxsa əlavə nəsə görürsən? J

Raul sakitcə Sofinin düz gözlərinə baxdı. Sofi istəyirdi gözlərini çəkməsin amma bu onda alınmırdı. Yavaşca gülümsədi və ətrafa baxdı. Ona elə gəlirdi ki, Raul onun ürəyinin dərinliklərindən keçənlərin hamısını oxuyurdu. Hətta buna inandığı üçün fikirlərinin Raul tərəfindən bilinməsindən utanmışdı bir az.

Raul: Hələ ki, bu qədər kifayətdi. J

Təlim zalına getmək üçün artıq durmaq lazım idi. Texniki baxımdan hər şey hazırlanmışdı. Yalnız Sofiyə flash kartı taxıb təqdimatı keçmək qalmışdı. Zala yavaş-yavaş iştirakçılar daxil olurdu. Raul yaxınlaşan hər bir iştirakçıya Sofini təqdim edirdi.

Saat artıq 10:00 idi. Raul tərcümə kabinəsinə çəkildi. Sofi təlimə başladı. Özünü təqdimatdan sonra Sofi iştirakçıların da özünü təqdim etməsi üçün şərait yaratdı. Təlim əsasən rəhbər şəxslər üçün nəzərdə tutulduğundan iştirakçıların demək olar ki, hamısı departament, şöbə və ya idarə müdirləri idi. Hər iştirakçı özünü təqdim edəndə Sofi ona yaxınlaşırdı. Onun gözəl fransız ətirinin iyi iştirakçılar tərəfindən hiss edilirdi. Gözəlliyi və gülüşü ilə iştirakçılara təsir edə bilmişdi.

Kofe break zamanı hər kəs Sofiyə vizit kartını verirdi. Raul isə Sofiyə deyilən komplimentləri tərcümə etməklə məşğul idi. Sofi heç vaxt və heç yerdə bu qədər diqqət görməmişdi. Ona və təlimə olan maraqdan razı qalmaya bilməzdi. Kofe-breykdən sonra təlim davam etdi. Sofi təlimlərində səmimi və dost mühiti yaratmağı xoşlayırdı. Bu daha effektiv alınırdı. Təbii ki, bu işdə ona Raul kömək etməliydi. Ona görə də Rauldan xahiş etdi ki, onun yanında əyləşsin. Demək olar ki, mikrafonlardan istifadə edilmirdi. Sofi cümlələri deyirdi, daha sonra Raul tərcümə edirdi. Ya da iştirakçılar fikirlərini deyirdi, Raul tərcümə edirdi. Düzdü belə olanda bir az daha çox vaxt gedirdi, amma Sofi ilə iştirakçıları birləşdirən yeganə halqanın (Raulun) kənarda qalmasını istəmirdi. Sofi hiss etməyə başlamışdı ki, Raul onun yanında olanda daha özünəinamlı olur və özünü daha güvənli hiss edir. Hər halda Raul onun ən yaxından tanıdığı azərbaycanlı idi.

 

https://www.facebook.com/people/Erotizm-Əsərlər/100014304031534

Share this post


Link to post
Share on other sites

Sofi təlim iştirakçılarına bir tapşırıq verdi. Yarım saat vaxt vermişdi. İştirakçılar 3 qrupa ayrıldılar və hərəsi stolun bir başında oturdular. Qruplar ayrıldıqdan sonra Sofi və Raul kofe götürüb öz yerlərinə oturdular. Raul telefonu vasitəsilə yazışırdı. Hərdən də gülürdü. Sofi isə kompyuter başında idi. Əslində kompyuterdə görüləsi bir iş də yox idi. Ürəyində Raulla danışmaq istəyirdi. Amma ona mane olmaq da istəmirdi. Raul ona maraqlı gəlməyə başlamışdı. Onun biganəliyi, digərləri kimi onunla danışmağa həvəs göstərməməyi Raula qarşı maraq oyatmışdı. Onu fərqli etmişdi.

Bunlar barədə düşünə-düşünə başını komyuterdən qaldırıb Raula baxdı. Gördüyü o oldu ki, Raul gözlərini sonuncu baxdığı yerdən çəkdi və telefonuna baxmağa başladı. Sonuncu baxdığı yer isə Sofinin ayaqları idi. Dağüstü parkda hər kəsi baxmağa məcbur edən ideal ayaqları. Sofi indi fikir verdi ki, bayaqdan ayaqlarını bir-birini üstünə aşırdığından və rahat olsun deyə sarafanın aşağı hissəsini bir az da yuxarı qaldırdığından ayaqları böyük ölçüdə kişilərin baxışları üçün açıq qalmışdı. Bugün kalqotka da geyinməmişdi. Bu gözəl “mənzərəni” Rauldan başqa heç kim görə bilmirdi. Sofi gülümsədi. J Raulun ona diqqət etməsi xoşuna gəlmişdi. Həm də əmin oldu ki, Raul “gey” deyil. Raul tərəfdən diqqətsiz qalması onda belə şübhələr oyatmışdı. Sofi əlinin içi ilə guya heç özü də bilmədən dizinə və ayaqlarının üst hissəsinə toxundu. Yenidən Raula baxdı və onun ayaqlarına baxdığını gördü. Təbii ki, Raul gözünü çəkdi. Sofi telefonu götürdü, mesengeri açdı və Raulu tapıb ona yazdı.

Sofi: Xoşuna gəlir? J

Raul başını qaldırıb Sofiyə baxdı. Tutulduğunu artıq hiss etmişdi. Amma vəziyyətdən çıxmağa çalışmaq qərarına gəldi və cavab yazdı.

Raul: Nə? ))))

Sofi: Bir dəqiqə bundan əvvəl nəyə baxırdınsa o. J

Raul: Pis deyil. J

Sofi: Pis deyil?👽 Pis deyil hələ 5 dəqiqədir gözlərini çəkə bilmirsən, əla olsaydı yəqin bütün tədbiri ora baxardın. J

Raul: Bəlkə də baxardım. Bizim tərəfdə deyirlər gözələ baxmaq lazımdır ki, o daha da gözəlləşsin. (Bu deyimi Raul özündən uydurdu. Əslində gözələ baxmaq savabdır deyimi var, amma savab sözünü izah etmək xeyli vaxt alacaqdı deyə belə bir şey dedi)

Sofi: J Baxıb nə görmək istəyirdin?

Yazandan sonra başını qaldırıb Raul tərəfə baxdı. Gözləri ilə elə bil demək istəyirdi ki, cəsarətli ol. Suyunu içə-içə düz Raulun gözlərinə baxırdı. Raul hiss edirdi ki, Sofi flirt edir. Onun nə demək istədiyini başa düşürdü. Qısa müddət fikirləşdikdən sonra yazmağa davam etdi.

Raul: Adətən mən qısa yubka geyinən qızların ayaqlarını incələdikdən sonra, ayaqlarının arasına baxıram. Geyindiyi alt paltarını rəngi maraqlı gəlir. J

Sofi: J Mənimki nə rəng idi?

Raul: Hələ görə bilməmişəm. J

Sofi: Necə kömək etməyimi istərdin? J

Raul: “Əsas instikt” fimində bir səhnə var. O səhnə həmişə mənim xoşuma gəlib. Əgər baxmısansa söhbət bildin nədən gedir. J

Sofi ətrafa baxdı. Zalın bu hissısində onlardan başqa heç kimin olmadığına əmin olduqdan sonra  ayaqlarını Raul istiqamətinə çevirdi. İndi Sofinin ayaqlarının aralasa idi Raul ayaqlarının arasındakını tam görə bilərdi. Sofi sağ ayağını digər ayağının üstündən qaldırıb yanaşı qoydu və Raula yazmağa davam etdi.

Sofi: Belə deyirdin? J

Raul: Belə deyirdim. (Raulun boğazı qurumuşdu, amma büruzə verməməyə çalışırdı).

Sofi: Yəqin ki, indi heç nə görünmür. J

Raul sadəcə başı ilə “yox” göstərdi, Sofi sarafanın aşağısından tutub yuxarı qaldırdı, amma ayaqları hələ də yanaşı idi.

Sofi: Bəs indi? J

Raul: Bir az da yuxarı qaldırmaq lazımdır. JJJ

Sofi ayaqlarını aralamadan o səviyyəyə qaldırdı ki, geydiyi mavi alt paltarının az bir hissəsi görsəndi. Raul görən kimi gülümsədi, azca qızardı və başını kənara çevirdi. Artıq Sofinin nəsə soruşmasına ehtiyac qalmamışdı.O sarafanı aşağı endirdi və ayağa qalxdı. İştirakçıların yanına yaxınlaşdı. Adətən belə olan halda Raul da yaxınlaşırdı, amma bu dəfə bunu edə bilmək üçün bir az vaxt lazım idi. J Kişinin belə hallarda mənfi xüsusiyyəti o idi ki, ehtiraslı olduğu dərhal büruzə verirdi. Başqa şeylər fikirləşirdi ki, ayağa qalxmaq mümkün olsun. Qısa vaxtdan sonra o da iştirakçılara yaxınlaşdı.

Artıq bütün qruplar verilən tapşırıqların öhdəsindən gəlmişdilər. 10 dəqiqə istirahətdən sonra hər kəs çıxış və müzakirələr aparmaq üçün təlim zalına gəlməli idi.

10 dəqiqədən sonra hər kəs yerinə oturmuşdu. Ayrılan qruplar da çıxış edəcək şəxsləri artıq seçmişdilər. Çıxışlar başlamaq üzrə ikən Sofi əlini Raulun əlinin içinə yaxınlaşdırdı və əlinin içinə bir şey sıxdı və yavaşca dedi “bu mənim hədiyyəmdir, sonra baxarsan”. J

Birinci qrup artıq sözə başlamışdı. Çıxışı Raul tərcümə edirdi amma fikri əlindəkində idi. Artıq təxmin etmişdi amma inana bilmirdi ki, Sofi bunu edib. Birinci qrupun çıxışından sonra qısa bir fasilə yarandı.Dərhal əlinin içinə baxdı, əlindəki Sofinin mavi bikinisi idi. İndi ona çatdı ki, Sofi bikini geyinməyib və Sofidən başqa bunu zalda bilən yeganə adam o idi. Bu onu ehtiraslandırırdı. Yenə bayaqkı vəziyyətə düşmüşdü. Bu fikirlər içərisində Sofiyə baxdı. Sofi onun ehtiraslandığını hiss etmişdi, qəribə də olsa ondan gələn bu ehtirası hiss edirdi. Daha də qəribəsi odur ki, bu qədər qarışıqlığın içərisində o da ehtiraslanırdı. Bikinini cibinə qoydu.

İkinci qrup çıxışına başlamışdı. Raul özü də hiss edirdi ki, tərcüməsi getdikcə çətinləşir, fikri yayınırdı. Sofi çıxış edəndə ümumiyyətlə ona baxmaq istəmirdi. İşi çətinləşdirən digər məqam da Sofinin tam yanında oturması idi. Onun bədənindən gələn ətirin iyi onsuz da gözəl idi, amma baş verənlər fonunda Raula daha çox təsir etməyə başlamışdı. Çalışırdı ki, ayaqlarına baxmasın. Bilirdi ki, baxsa tərcümə daha da çətinləşəcək. Tərcümə edən zaman hərdən əlin cibindən bir az hiss edilən bikiniyə şalvarın üstündən toxunulması belə onun fikrini yayındırırdı. Çox çətinliklə bu qrupun da fikirlərini tərcümə etdi. Sofi getdikcə ayaqlarını Raulun ayaqlarına dogru yaxınlaşdırırdı

Share this post


Link to post
Share on other sites

  • Recently Browsing   0 members, 0 guests

    No registered users viewing this page.

×