Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Ali Təhsilə dəvam ya yox?

MasterMaN

Recommended Posts

Salam,mənim 23 yaşım var orta məktəbi 6 il əvvəl attestat ilə bitirmişəm amma çox təəssüf ki müəyyən şəxsi problemlərdən dolayı ali məktəbə daxil ola bilmədim. İndinin özündə isə çox böyük bir həvəs ilə yarıda qalmış təhsilimi dəvam etdirmək istəyirəm ki amma bəzi amillər buna təkan vermir. Ən başlıca səbəb isə budur ki özümdən yaşda kiçik olanlarla təhsil almaq barəsində biraz kompleksim var,axı hər halda özümdən 6-7 yaş kiçik olanlarla oxumaq insana çox çətin gəlir. onların sənə münasibəti və s.. Təhsilimi dəvam etdirmək mövzusunda qarşıma çıxmış ikinci maneə isə bu məsələdə özümə inamsızlıqdır. Bu inamsızlıqında əsas məğzi isə uğursuzluq hissidir. Belə deyək orta məktəb dövrü öyrəndiyim məlumatların bir çoxu yaddaşımdan bu 6 il ərzində silindiyi üçün giriş imtahanlarda uğursuzluqa düçar olmaqdanda çəkinirəm. Siz mənə bu barədə nə məsləhətlər verə bilərsiz? Xahiş edirəm dəyərli fikirlərinizi mənimlə bölüşün.

  • Upvote 1
Link to comment
Share on other sites

Sene deyerli fikirim oduki senetden baskasi yalandi onsuzda oxusan is tapa bilmiyeceksen azerbaycanda oxumagin bir menasi yoxdu xaricde oxusan derd yari azerbaycanda heyat yoxdu 6il russiyada yasadim heyatimin en gozel gunleri idi geldim azerbaycana 5 aydi iwsiz qalmisam

  • Upvote 2
Link to comment
Share on other sites

Tehsil almaq isteyiniz çox tebiidir.Her institut oxuyan tehsil almış hesab olunmur.Bunun üçün istek lazımdır.Boş boş gedib gelmek,qiymet yazdırmaq yox.

Ali tehsil müessiselerinde her yaşda telebe tapmaq olar.Bundan niye utanırsınız ki? Gör ne güne qalmışıq ki,oxumaq üçün yaşımızdan utanırıq.Özüm de tehsil alıram telebe yoldaşlarımdan en az 4 yaş böyüyem.Menden böyükler de var.

Her zaman uğur qazanmaq olmur.Uğursuzluğu da qebul edib daha da sey göstermek lazımdı.Ta ki,istediyine çatana kimi.Meqsede çatmaq bele asan olmalı deyil axı.

Men size uğurlar arzulayıram.Ne qeder bizde oxumağın bir menası yoxdur deyenler olsa da oxumağa deyer.

  • Upvote 4
Link to comment
Share on other sites

Ozunuzden 3-5 yash balacalarla oxumaq insanda kompleks yaradar . Menim wexsen unsiyyet etdiyim insanlarin demek olar ki hamisi en azi 4-5 yash boyuk olub . Cunki onlardan nelerse oyrenmek olur . Bir balaca kobud seslense de deyim ki  azerideki indiki muasir genclerin agli , meselen 20 yashdaki qizin ya oglanin  agli 15 yashdaki sagirdin aglina beraberdi . Bir defe institutlarin birine bash cekmek uchun qonaq getmishdim ,  2 ci kurs telebeleri bir birinin bashina kitab defter vururdular , muellim oz ozune danishir , telebelerse oz haylarinda , keflerinde idiler .  Yeni siz hemise onlara yuxaridan ashagiya baxib sarsinti cekeceksiniz . Hemdeki yeqinki orta mektebi bitirdiyinizden 4-5 il vaxt artiq kecib , ola biler ki bildiklerinizi de unutmusuz , bu barede ozunuz de yazmisiz . Belke de pul vasitesile instituta daxil ola bilersiz , ama ora xerclediyiniz pula oz shexsi karieranizi qura bilersiz . Ili ilden diplomu olanlara , savadlilara mesuliyyet azalir , ona gore de cekilen eziyyete deymez..

Imkan varsa olkeden qac prinsipi .))

  • Upvote 3
Link to comment
Share on other sites

Mence bele cuzi komplekslere gore yani bashqa insanlara gore oz tehsilinize lageyd qalmayin.. Men Magistra girende 25 yashim var idi..qalan telebelerin 22 yashlari var idi.. aramizda 5-6 yash ferg olsaydi yenede gederdim universitete. Cammat oturur 50 yashinda Ali tehsil almaga bashlayir ve hec kompleks etmir

  • Upvote 1
Link to comment
Share on other sites

1 час назад, Igolka сказал:

Ne qeder bizde oxumağın bir menası yoxdur deyenler olsa da oxumağa deyer.

Deyirler diplom ne vaxtsa komeye catir , ola biler . Her diplomu olan savadli sayilmir , ona qalasi olsaydi olkede xestelikden olen olmazdi . Qonsu movzuda dish implanti edib damagina virus yoluxan useri misal cekim , hekim hec tapilmir , qacib gedib ) Gencedeki hekimler ise olkede en savadli hekimlerdiler . Onlardan agiz dolusu danishmaga deymez , xeste ayagi qoyub saglam ayagi kesen hekimlerimiz var . Uzun sozun qisasi olkede cox valideyn qiz ushaqlarina diplomu gelecekde qaynanaya , esl nesile gostermek , gork uchun alir , oglanlar da niye aldiqlarini hec ozleri de bilmir , hamida var mende de olsun . Ele olmasaydi duz emelli kadr ortaya cixardi . Savadli kadrlarin coxsu bashqa olkelerdedi , cunki olkenin 150 manatina gore savadlarini itirib batiracaq qeder agilsiz deyil . Hemde xaricde savadi olanlara lazimi deyeri verirler .

  • Upvote 2
Link to comment
Share on other sites

2 часа назад, azda сказал:

Men sizinle razıyam hardasa.Elbette ki,her diplomu alan insan savadlı deyil.Lakin isteyen insan oxuyar.Az deyil savadlı insanlarımız.

Düzdü hamı öz ixtisası üzre çalışmır.Şertler bele getirir.Bizde biraz çetindi bezi şeyler.Amma çetindi deye de oxumamaq olmaz axı.

Elbette ki,xaricde işçiye nece deyer verildiyini hamı bilir.Hamı da xarice qaça bilmir,ya da hamı qaçsa ölkemizde kim qalsın? Bizim de axı inkişafa ehtiyacımız var.Men razıyam ki,gedenler getsin,belke bir gün xaricde aldıqları savadla gelib burda işleyerler,burda neyese kömek olarlar.Her halda öz vetendaşlarımızdı.Könül ister ki,hamının güzeranı yaxşı olsun.

  • Upvote 2
Link to comment
Share on other sites

11 hours ago, Igolka said:

Ali tehsil müessiselerinde her yaşda telebe tapmaq olar.Bundan niye utanırsınız ki? Gör ne güne qalmışıq ki,oxumaq üçün yaşımızdan utanırıq.

Sizin dediklərinizdədə həqiqət payı var amma eyni zamanda şərhlərdə ki digər xanımdə olduqca aktual olan mövzulara toxundu. Mən özüm 4 il əvvəl peşə-ixtisas məktəbini bitirmişəm və ordakiların çoxusu 16-18 yaş arasındakı yeniyetmələr idi ki nə oyunlardan çıxdıqlarını öz gözlərimlə görmüşəm. Yani əgər digər xanımın dediyi kimi universitetdədə eyni abu-hava olacaqsa mən o abu-havanı yenidən yaşamaq istəmirəm. Əgər təhsilə dəvam etsəm düşünürəm ki bu mənim bütün əsəblərimi tarıma çəkəcək ifadəmə görə üzr istəyirəm amma 4 il ərzində uşaq-muşaqa baş yormaq da böyük məharət və səbr tələb edən bir işdi. Bəlkədə yanılıram ola bilssin unilərdə vəziyyət tamam fərqlidi, yani gənclik baxımından  ən azından kollec və peşə təhsillərini bildiyim üçün unidə eyni vəziyyətinin olmamağını ümid edirəm. sizin unidə ən yaşlı tələbənin necə yaşı var idi?

Link to comment
Share on other sites

19 минут назад, MasterMaN сказал:

Men evvelki postumda da razılığımı bildirdim.Gelin qebul edek ki,yaşından asılı olmayaraq zarafatın heddini ve yerini bilmeyenler var.Bunu görüb göz yumanlar da.

Lakin bu axı çoxluq teşkil etmir.Bu da behane deyil axı tehsil almamağa.Özünü ve sözünü iş yoldaşları arasında bilmeyenler de az deyil.İndi işlemeyek biz? 

Her insanın bir yolu,bir meqsedi var.Bu yolda irelilemek üçün bütün baryerleri keçmek ve bezi şeyleri iqnor etmek lazımdı.

Qerar sizindi elbet ki.

Men çox vaxt fikirlerimi tam çatdıra bilmirem,biraz çetinlik çekirem.Yene de bacardığım qeder yazdım.

Menimle 30+ lar da oxuyur.

Uğurlar.

Link to comment
Share on other sites

14 minutes ago, Igolka said:

Xeyr məncə əksinə fikirlərinizi çox gözəl bir şəkildə çatdırdınız və mənə bu məsələdə cəsarət birazda stimul verdiniz. Bütün məsləhətlərinizi nəzərdən keçirəcəyəm. Təşəkkürlər!

  • Upvote 1
Link to comment
Share on other sites

103 yaşında məzun oldu

Amerika Birləşmiş Ştatlarında yaşayan yaşlı bir qadın hamının diqqət mərkəzində düşməyi bacarıb.

ABŞ-ın Viskonsin ştatının 103 yaşlı sakini Meri Hant 90 il əvvəl yarımçıq qoyduğu təhsilini tamamlayıb. Bu barədə "NYDailyNews” xəbər yayıb. 
Xəbərdə bildirilir ki, yaşlı qadın "River Valley” liseyindən məzun olaraq gənc yaşlarında ala bilmədiyi diplomu əldə edib.
Yaşlı qadının illər əvvəl təhsili yarımçıq qoymasına səbəb isə ailədəki vəziyyətləri olub. Belə ki, özündən yaşca balaca olan səkkiz bacı və qardaşlarının qayğısına qalmaq çətin olduğu üçün ailəsinə kömək etmək məqsədilə liseyə getməyib.
"Bunu həmişə etmək istəyirdim. Əvvəllər imkanım yox idi, amma indi – 100 il sonra bu fürsət yarandı və məndə alındı”, - deyə hant bildirib. 

http://xeberle.com/dunya/10648-103-yasnda-mezun-oldu.html

1429160859_88445.jpg

Link to comment
Share on other sites

Just now, gapgara said:

Müəllim ora Amerikadı bura isə Azərbaycan məncə fərq yerlə göy qədərdi.

Link to comment
Share on other sites

2 минуты назад, MasterMaN сказал:

Müəllim ora Amerikadı bura isə Azərbaycan məncə fərq yerlə göy qədərdi.

Amerika olmayıb hara olur olsun. İnsan qarşısına məqsəd qoyanda cəhd edib məqsədinə çata bilir. Söz xatirinə, mövzu xatırinə fikir eşitmək istəyirsizsə bu tam başqa bir şeydir. 

İndi qəbul olmaq üçün ən azı 1il 5 repititor yanında hazırlığa getmək lazımdır. Məktəbi əlaçı da qurtarsanız orta məktəb savadı köməyə çatmayacaq. Bu qərarı isə sizin yerinizə heç kim qəbul edə bilməz. Özünüz nə istədiyinizi daha yaxşı bilərsiz. Oxumaq, təhsil almaq qarşıya məqsəd qoyulsa kompleks, filan boş söhbətlərdir. 

Link to comment
Share on other sites

Just now, gapgara said:

Amerika olmayıb hara olur olsun. İnsan qarşısına məqsəd qoyanda cəhd edib məqsədinə çata bilir. Söz xatirinə, mövzu xatırinə fikir eşitmək istəyirsizsə bu tam başqa bir şeydir. 

İndi qəbul olmaq üçün ən azı 1il 5 repititor yanında hazırlığa getmək lazımdır. Məktəbi əlaçı da qurtarsanız orta məktəb savadı köməyə çatmayacaq. Bu qərarı isə sizin yerinizə heç kim qəbul edə bilməz. Özünüz nə istədiyinizi daha yaxşı bilərsiz. Oxumaq, təhsil almaq qarşıya məqsəd qoyulsa kompleks, filan boş söhbətlərdir. 

sizcə bu forumda qeydiyyatdan keçib bu mövzunu açmışam söz xatirinə? burda söz vəya mövzu xatirinə ediləsi birşeylər yoxdu. hər halda söhbət mənim gələcəyimdən gedirsə bunu əsla bə əsla reklam xarakterli olaraq istifadə etmərəm. O, ki qaldi orta məktəb savadına təbii ki bununla nəsə etmək mümkün deyil və hətda o döv öyrəndiylərimdə sürətlə yaddan çıxır yani yenidən ən az 2 illik hazırlıq və s. lazımdır. mənimdə bu mövzunu açmaqda səbəbim digər insanların məsləhətlərini dinləməkdir öz yolumuda həmən məsləhətlər əsasında seçməyi düşünürəm hər halda həyat praktikası deyilən birşey var onu yaşayanlar bilir.

  • Upvote 1
Link to comment
Share on other sites

5 минут назад, MasterMaN сказал:

Tanıdığım bir insan var, adı security işləyirdi, savadı öz yerində bakalavr idi, siyası əqidəsinə görə işədən uzaqlaşdırdılar. bir neçə il evdə ibtidai sinif uşaqlarını hazırlamaqla məşğul oldu. İngilis dili də çox yaxşı idi. Boş vaxtlarını bada vermədi, çalışdı-çalışdı sonda Dövlət İdarəçılık Akademıyasını magistr kimi 2 il öncə, 36 yaşında oxuyub başa vurdu. Mənimlə oxuyan məndə 2 yaş böyük qızlar olub, 5-6 yaş böyük oğlanlar olub. Amma heç vaxt yaşla əlaqədar söz-söhbət olmayıb qrupda. Məndən 5 yaş böyük qrup yoldaşım həm də otaq yoldaşım olub, dostlaşmışıq, indi də ailəvi dost münasıbətimiz davam edir.  

Oxumaq heç vaxt gec deyil, maraq və istək olsun. İstək olsa məqsədə çatmaq olur. Ətrafdakıların münasıbətinə gəldikdə isə hər şey insanın özündən asılıdır.  

təbii ki hərşey iradədən aslıdır. Birdə Dediyim ki birçox şeyi unutmuşam deyə inamsızlıqlarım var. Mənə nə tövsiyə verərdiz hazirlig kurslari ya müəllim yanına getmək ?

Link to comment
Share on other sites

8 минут назад, MasterMaN сказал:

təbii ki hərşey iradədən aslıdır. Birdə Dediyim ki birçox şeyi unutmuşam deyə inamsızlıqlarım var. Mənə nə tövsiyə verərdiz hazirlig kurslari ya müəllim yanına getmək ?

Kurslar elə də keyfiyyətli olmur, yaxşı olar ki, 9-10-cu sinif şagirdləri ilə işləyən repititorlarla hazırlaşasız. İnstitut müəllimləri də hazırlaşdırırlar, amma onlar bir az baha hazırlaşdırırlar.

Link to comment
Share on other sites

Just now, gapgara said:

Kurslar elə də keyfiyyətli olmur, yaxşı olar ki, 9-10-cu sinif şagirdləri ilə işləyən repititorlarla hazırlaşasız. İnstitut müəllimləri də hazırlaşdırırlar, amma onlar bir az baha hazırlaşdırırlar.

Məndə elə düşünürəm. məsləhətlərə görə təşəkkür.

Link to comment
Share on other sites

Bir şey de var ki,hardasa minimum bir il hazırlığa getmelisiniz.İndi bu da az pul deyil.Buna gücünüz çatırsa ve sonra oxumağa gücünüz çatacaqsa,oxuduqdan sonra yaxşı işe ümidiniz varsa gelecek sizindi.) 

  • Upvote 1
Link to comment
Share on other sites

Salam. Oz fikrimi demek isteyirem. 23 yasdan sonra oxumaq ve tehsil uzerinde sonradan nese qurub yaratmaq mumkunsuz du. Eger burda sencun cetindirse yerinde olsam Amerika Birlesmis Statlarina biletini alib gedirsen duz dusursen Houston statinda. He dusen kimide pasportlari cirib tulluyursan bir qiraqa olursan orali. Ay nebilim deportasiya edirler asirlar kesirler bos sobetlerdi. 7 il qeyri qanuni lakin qanunla yasadiqdan sonra subut etsenki 7 ildir ordasan avtomatik vetendasliqivi verirler turkun meseli elive uzune gulumseyerek tebrik edirik siz dunyanin en toxunulmaz adamisiz deyirler.

Link to comment
Share on other sites

В 25.01.2017 в 10:40, Igolka сказал:

Bir şey de var ki,hardasa minimum bir il hazırlığa getmelisiniz.İndi bu da az pul deyil.Buna gücünüz çatırsa ve sonra oxumağa gücünüz çatacaqsa,oxuduqdan sonra yaxşı işe ümidiniz varsa gelecek sizindi.) 

Niyə özü hazırlaşmır ki? Əgər qavrama qabiliyyəti yaxşıdırsa, məktəb bazası normal olubsa, qöy elə özü hazırlaşsın, müəllim ekstra bilik vermir ki. Alsın TQDK-nın dərsliklərini, test toplularını, və başlasın hazırlığa. Həm də youtube-da kifayət qədər videodərslər var. Mən magistraturaya hazırlaşanda elə elədim, qəbul olundum =)

Amma, müəllif, elə bir universitet seçin ki, oradakı pedaqoji heyət sizə nəsə öyrədə bilsin, bu isə olduqca təzadlı məsələdir. Məsələn, BDU, rüşvət alınmayan fakültəsi də var, rüşvət alınan da, eynilə də ADİU.  Savadlı kadrları olan universitetlər azdır, amma var, barmaqla sayılacaq qədər az müəllimdən də faydalanmaq olar. Hər şey sizin oxumaq istədiyiniz ixtisasdan asılıdır.

Edited by Maga Qasımov
  • Upvote 1
Link to comment
Share on other sites

1 час назад, Maga Qasımov сказал:

Özü hazırlaşsın,ne deyirem ki?) 

Müellif özünüz hazırlaşın,Maga beyin dediyi kimi lazımı vesaitleri alıb hazırlaşa bilersiniz.İradeniz varsa alınacaq.

İnsan çox vaxt kenardan tekan olmasa tenbellik edir.

Link to comment
Share on other sites

  • 3 weeks later...

Dünen 3- cü kurların dersinde iştirak etdim.Kenardan müşahideme göre.Sinifde bir neçe qrup birleşmişdi,lakin az telebe var idi.Hardasa 35 nefer.Bunların içinde qulağında qulacıq olan ders erzinde,açıq şekilde musiqi dinleyen,telefonda oyun oynayan,başını qoyub yatan,bir sıradan o birine söz atan,cavab alan,aralarında 5-6 nefer müellimi dinleyen var idi..

Bir sözle,bazar idi.

Link to comment
Share on other sites

  • 2 years later...

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Проблему с нехваткой автостоянок в столице необходимо решать на государственном уровне.
      Специалист в области недвижимости Эльнур Фарзалиев считает, проблему с нехваткой автостоянок в столице необходимо решать на государственном уровне.
       
      В Баку нужно строить новые парковки, в противном случае цены их услуги будут продолжать расти.
      • 1 reply
    • В Азербайджане удостоверения личности будут полностью оцифрованы
      До конца года в законодательство будут внесены изменения, которые предусматривают полную оцифровку свидетельств о рождении, браке и смерти, а также удостоверений личности в Азербайджане.
      Как сообщает Report, об этом министр цифрового развития и транспорта Рашад Набиев сказал на проходящем сегодня в Баку саммите Insurtech.
      По его словам, на выдачу данных документов приходится около 40% всех услуг, предоставляемых государством населению: «В связи с этим в законодательство будет внесено более 250 актов и изменений».
      Набиев подчеркнул, что с этими изменениями подавляющее большинство транзакций между государством и бизнесом, государством и гражданами перейдет в электронный формат.
      Media.az
        • Facepalm
        • Sad
        • Thanks
        • Like
      • 47 replies
    • Принудительная смена интернет провайдера!
      Приходят представители Бакинтернета и можно сказать угрожая отключением телефона, насаждают подключение к Бакинтернету. Правда они новую  оптическую проводят линию телефона. У нас катв1 и нас устраивает. Могут ли они отключить телефон стационарный? говорят отключим потом будете себе новый проводить за большую сумму. Насколько это реально?  Телефон я хочу оставить естественно, он нужен для катв. если кто в курсе подскажите плиз.
        • Sad
      • 70 replies
    • В Казахстане приняли «закон Салтанат» - о защите прав женщин и безопасности детей
      Президент Казахстана Касым-Жомарт Токаев подписал закон «О внесении изменений и дополнений в некоторые законодательные акты Республики Казахстан по вопросам обеспечения прав женщин и безопасности детей».
      bezopasnosti-detei
        • Upvote
        • Like
      • 9 replies
    • Вай❗Переехавший в США журналист Натик Наиляоглу обручился с мужчиной
      О помолвке Натик Наиляоглу сообщил на своей странице в социальной сети Facebook.
      Помолвка проживающего в Вашингтоне Н.Наиляоглу с риелтором Эндрю Корднером состоялась 15 февраля, но о переменах в личной жизни журналист сообщил в Facebook сегодня, указав в графе «семейное положение» имя своего партнера и дату помолвки.
      Отметим, что ряд СМИ сообщают о том, что Н.Наиляоглу и Э.Корднер поженились, но в Facebook у журналиста нет информации о вступлении в брак, а сообщается только о помолвке.
      Напомним, что журналист долгое время работал репортером в новостном эфире канала ANS – в США Н.Наиляоглу переехал сравнительно недавно.
       
      Фото: Instagram by @dr3ww___
        🤗🤗🤗
        • Facepalm
        • Confused
        • Haha
      • 254 replies
    • [VERIFIED] Строительство и ремонт домов, квартир и других объектов недвижимости  от 100 м²
      Профессиональная бригада мастеров под моим руководством производит комплексное строительство и  ремонт домов, квартир и любых других помещений . Большой опыт работы. Работаем как по Вашему проекту , так и предоставляем услуги своего дизайнера. Предоставляем весь спектр услуг :электрика,сантехник­а, декоративное покрытие, монтаж пластиковых окон и кондиционеров, малярные работы, монтаж напольных покрытий(черный пол, ламинат, паркет), любые виды работы с алчипаном(потолок, полки, перегородки), монтаж теплого пола, установка дверей.
      Работаем по договору и без договора.
      По желанию заказчика устанавливается Online-видео наблюдение(бесплатно) на объекте.
      Телефон: 070 636 53 83
      л
        • Upvote
      • 342 replies
    • Почему молодой картофель на столичных рынках стоит так дорого? - ВИДЕО
      На столичных рынках картофель из Шамкира предлагается покупателям по разным ценам.
      Как передает xezerxeber.az, одни продавцы продают 1 кг шамкирского картофеля за 3 маната, а другие - за 5.
      Граждане сообщили, что при покупке данного овоща не обращают внимания на то, из какого региона он был привезен.
      Продавцы, в свою очередь, отметили, что картофель из Шамкира продается дороже, чем привезенный из других районов страны, потому что при его выращивании не используются химикаты.
      Подробнее - в сюжете.
       
        • Milli
        • Upvote
        • Haha
        • Like
      • 64 replies
    • Чингиз Абдуллаев в больнице
      Народный писатель Чингиз Абдуллаев находится в тяжелом состоянии. Он помещен в отделение реанимации Центрального таможенного госпиталя. Сообщается, что три дня назад Чингиз Абдуллаев был госпитализирован с отравлением, но затем выписан. Сегодня его состояние вновь ухудшилось. = Здоровье Чингиза Абдуллаева - тайна за семью печатями? - обновлено — Haqqin
        • Milli
        • Confused
      • 20 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...