Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Niyə qadınla kişi arasında həmişə konflikt olur?


Recommended Posts

Ola bilər ki hazırda aranızda heç bir problem yaşanmasın,ola bilsin hazırda ikiniz də məhəbbətin ən ali dərəcəsindəsiniz,onda bu Sizinçün deyil).

 

Qadın və kişi arasında konfliktlərin,anlaşılmazlıqların,üzüntülərin  yaşanması yəqinki zərif,incə (qadın) və güclü (kişi) varlıqların ilk öncə özlərini və daha sonra  bir birlərini anlamamasıdır.

 

Kişi ilə qadına nə çatmır?Onlara nə çatmır ki həmişə xoşbəxt ,rahat,doyumsal,harmonik,ac olmasınlar?

Təbiət onları hər bir şeylə təmin edib.Seksdən gözəl nə ola bilər?Lakin insan sekslə də robot,bir kapitalist ,yorulmuş fəhlə kimi məşğul olur.

Yəqinki qadın buna özü də icazə verməməlidir,qadın qoymamalıdır ki onunla bir qabyuyan maçalka kimi məşğul olsunlar.

Düşüncələr dəyişməli,ürəklər alovlanmalı,hisslər üçün yeni yollar açılmalıdır.

 

Qadınlar da dəyişilməlidir.Kişilərə pul ilə dolu olan,tükənməyən bankomat kimi baxmamalıdır.Kişiyə Supermen,Xalk,Spider man kimi baxmamalıdır)).

 

Ulu babalarımızdan qalan qaydaları əzib keçmək laxımdır.Köhnə normalarla yaşamaq bizə baha başa gəlir,xoşbəxtliyimiz,duyğularımız,təkrarolunmayan hisslərimiz əldən gelir,it ,pişik,canavar bizdən xoşbəxtdirlər ,çünki təbiətin qoyduqları qanundan kənara çıxmırlar.

Bizi təbiət yaradıb ,yer kürəsini bizə təbiət hədiyyə edib,günəşi,ayı,havanı,seksi,love,freedom-hepsi bizə havayı verilib.

Bütün bu gözəlliklərin içində biz hələ də savaşmaya vaxt tapırıq,qışqırırıq,içimizdə olan duyğuları,səsləri boğuruq.Nəyin naminə?

Atam belə deyirdi ona görə?Cəmiyyət məni başa düşməz ona görə?Məni öldürərlər ona görə?

Xoşbəxt insana ölüm varmı?

XOŞbəxt insana qorxu varmı?

Edited by Уленшпигель
  • Upvote 3
Link to comment
Share on other sites

Yaxşı suallardır ) amma çətin ki, sizin mövzuya Azərforumdan hay verən ola ....

 

Kişi Qadın şüurlu varlıqdır, əlbəttə aralarında konflikt olacaq ))) Əslində, elə bir dövrə gəlib çatmışıq ki, konflikt kişi ilə kişi arasında, qadınla qadın arasında da olur... Şaxta baba ilə uşaqlar arasında da konflikt yaranır ))

Edited by NOIR
  • Upvote 3
Link to comment
Share on other sites

Ana,ata,qonşu üçün evlenenler.Sonra peşman olanlar.Sonra ele ana,ata,övlad üçün ayrıla bilmeyenler.Qışqır,bağır,cehennem...

 

Xoşbext olmaqdan qorxar olduq.

 

Konflikt ise her kes arasında ola biler,ferqli şiddetde.

  • Upvote 3
Link to comment
Share on other sites

  • 1 year later...
23 часа назад, RAMIN-BMW сказал:

evde soyuducu yemekle dolu olanda, heyat elede problemli olmayanda, inanin ki kisi ve qadin arasinda hec bir sohsohbet ola bilmez. men oz milletimizi nezerde tuturam))

Evde soyuducu dolu olub ürekler boş olanda,evde soyuducu dolu olub gözler boş olanda,evde soyuducu dolu olub iki güne bir yatağın bir terefi boş olanda....ve s.ve i.

 

Konfliktin olmağı anormal deyil.Olmalıdı ve ders çıxarılmalıdı.Bir çox heqiqetler de ele bu an üze çıxır,lakin çox insan heqiqetlerden qorxur.

Belke de düz edir.

  • Upvote 1
Link to comment
Share on other sites

Konfliktsiz, münasibətləri təsəvvür etmək qeyri-mümkündür.Bir-birini sevən cütlüklər daha kəskin şəkildə mübahisə edirlər,nəyinki adi ailələr. İlk baxışdan,bir-birini dəli kimi sevən insanların, qısa müddətdən sonra tab gətirməməsi və ailəni dağıtması faktları var ortada.Şəfqət və ehtiras - ailənin stabilliyində heç bir rol oynamır.Əsas odur ki, hər iki tərəf bir-birinə qarşı anlayış göstərməyə çalışsın.Təbii ki, hər kəs istəyər ailəni sevgi üzərində qursun.Amma, bir sevgi ilə, necə deyərlər, "qarın doymaz".Bəzən yaxşı sevgili olan kişilər,görürsən ki, ailə başçısı kimi fırıq çıxır.Və yaxud da, sevdiyin qadınla ailə həyatı qurursan və bir balaca çətinliklərlə qarşılaşan kimi, səni yarı yolda atıb qaçır,.Yəni deməyim odur ki, ailə məfhumu biraz fərqli bir şeydir.Topik starterin fikirləri ayrı yerlərdə uçub dolaşır.Yəni,bir növü avantyura kimi bir şeydir.Gəzim-tozum,sevgidən başqa,seksdən başqa heçnə olmasın.Bir personajın sözləri yadıma düşdü:"Kaş ki yalnız bu yataq,sən və mən olaydıq".Yazıçı fantastların xəyallarıdır...Real həyat isə ziddiyyələrlə doludur və heç vaxt bilmirsən ki,növbəti döngədə qarşına nə çıxacaq.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

В 24.02.2018 в 13:26, Igolka сказал:

Evde soyuducu dolu olub ürekler boş olanda,evde soyuducu dolu olub gözler boş olanda,evde soyuducu dolu olub iki güne bir yatağın bir terefi boş olanda....ve s.ve i.

 

Konfliktin olmağı anormal deyil.Olmalıdı ve ders çıxarılmalıdı.Bir çox heqiqetler de ele bu an üze çıxır,lakin çox insan heqiqetlerden qorxur.

Belke de düz edir.

amma bezileri @ niye bunda var mende yoxdu@ prinsipi ile yawayirlar. bezileri yox, coxusu.......onagorede cavan aileler dagilir.....herwey elbette ki dolu soyuducudan asili deyil. aile terbiyyeside normal olmalidir

Link to comment
Share on other sites

В 23.02.2018 в 12:49, RAMIN-BMW сказал:

evde soyuducu yemekle dolu olanda, heyat elede problemli olmayanda, inanin ki kisi ve qadin arasinda hec bir sohsohbet ola bilmez. men oz milletimizi nezerde tuturam))

münaqişələrin səbəbi və nəticəsi müxtəlif olsa da, bəhanəsi çox zaman elə boş soyuducu olur ))

  • Upvote 3
Link to comment
Share on other sites

Konfilikt olar da. Meselen , yeri gelende deyirler "kisilerin qelbine yol medesinden kecir" Bu sozden ele zehlem gedirki onda nifretim artirki demeli ac olsalar gozlerine gorunme . Onlar demekki acqarnina olanda qadinlarini sevmeleri yadlarina dusmur, on plana  hec vaxt doymayan medeleri dusur. Ha terefe baxsan qalib teref , sozu kecen teref onlar olurki bu da insanda onlara qarsi kin , qiciq yaradir.Ele bil qadin hec ac olmur , esas odu onlarin yemeyi bol olsun , sonra normal danismaq olar , ona kimi yox..  yeniki yukun coxsu qadinin boynuna dusur , o da omur boyu nelerse elde etmekcun cabalamalidi . :dry:

  • Like 1
Link to comment
Share on other sites

Söhbəti hərlədiniz-fırlatdınız, yenə də yeməyə gətirdiniz.Biri soyuducudan başladı, digəri isə mədədə tamamladı)).Bilirsiniz bütün bu sadaladıqlarınızın səbəbi nədir?Kişilər həmişə qalın olub, yəni hər şeyə üzdən yanaşırlar(həmcinslər inciməyin).Qadınlar isə zərif,həssasdırlar.Analar öz ovladlarını hər cürə qəbul edə bilirlər, atalar isə daha kinli və soyuqqanlıdırlar, öz oğlunu və ya qızını birdəfəlik də silə bilərlər.Ancaq görürsünüz analar necədir... O qədər elə nümunələr var ətrafımızda.Qadınlar tanıyıram ki, övladlarının başına gətimədiyi iş qalmayıb, amma onlar yenə də onlardan üz döndərə bilmirlər.Qadınlardaki bu analıq instinkti gec və ya tez özünü təzahür etdirir haradasa.Onlar həmişə kiminsə və nəyinsə qayğısına qalmalıdırlar, bunsuz hər şey öz mənasını itirir.Hətta fikir verin tək yaşayan yaşlı nənələrə, onlar necə can fəşanlıq edirlər qonaqların qabağında, baxmayaraq ki, yaş da o yaş deyil.Ər öz qadınının bişirdiyi xörəyi tərifləyəndə, həmin o qadının ürəyinə yağ kimi yaxılır.Qadınlar qulaqları ilə sevir, onlara bir xoş sözü belə əsirgəməyəsən gərək.Yoxsa bizdə ailə başçılarına baxırsan, ancaq öz yoldaşının ya fiqurasına lağ edir,ya qohum-əqrəbanın içində hansısa başqa bir atmaca ilə pərt edir, "az tupoy" filan.Sonra da deyir "Bu arvad məndən nə istəyir ee!!".Sən ona bir nəvaziş göstər,ona qadın olduğunu hiss elətdir, gör o səndən ötrü nələr edəcək.Sevgi nəyə deyirsiniz?Sən onu daima təhqir etsən və ya ancaq elə "xadimə" gözündə görsən, onda niyə təəccüblənirsən ki, 10-15 illik evlilik həyatından sonra, o qadın sənə ya lazımsız və çürük mebel gözündə baxır, ya da düşmən.Bu şəraiti özün yaradırsan də.Ailənin bünövrəsin necə qoyursansa, o cür də gedəcək.Və sonraki peşmançılıq fayda verməz,hər şeyi vaxtında etmək lazımdır.Həddən artıq köhnə fikirli, bisavad və taktsız olmaq pis nəticələrə gətirib çıxaracaq əlbətt.Bir də ki, yenə təkrar edirəm, bu oyunu iki nəfər oynayır.Əgər, rusların sözü olmasın,"za bortom" qalmaq istəmirsənsə, kompromisslərə getməyi öyrənməlisən.Bu hər iki tərəfə aiddir.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Insanlar eyni davalari konfliktleri görür.Nese deyiwiklik hiss elemir.Ideal aile de yoxduki baxib nümune götüresen.Camaata özlerini çox xosbextdirlermis kimi gösterirler,yadaki qadin agzi qan ile dolu olsa tüpürmür. Menim baxib hesed aparacagim aile yoxdu.evlilik ele buna göre de moddan düsüb.Bütün qizlar bilirki er evine geden kimi ona verirler nöker obrazini,yaziq isleki isleyesen nedi nedi hansisa agzigöyçeyin yaninda basi uca olacaq. Azerbaycandaki ailelerin hansina baxib insanda aile qurmaq istahasina düserki?) Qizlar deyirki yaxsi oglan yoxdu,oglanlar deyir yaxsi qiz yoxdu. Sonra da ala basina kül basina kimise kimese düzeldirlerki get bala ne qederki sagiq evlen gözümüz arxada qalmasin.Adama deyerler sen öleceksen deye men evlenmeliyem? 99% insanlar sevgi olmadan aile qurur,yalandan yarsi özünü melek kimi gösterib naza qoyur,o biri teref özünü “xod geden” kimi gösterib üze çixir. Belece kenardan baxanlar da deyir ki “e bunlardan yoxdu”. Ve belelikle evlenirler,sonra görürlerki hemin deyilenlerden,ved olunanlardan eser elamet yoxdu.Oglan öz kefinde qiz öz kefinde aile sürür axirda münasibetlerinin soyumasini hiss eden kimi qirgin müsibete düsürler. Adi da olur xosbext evlilik. Indiki bezi cele cülelerin aile heyatini görende yeni  toy edenlere isteyirsen deyesenki Allah sebrini versin,Allah kömeyin olsun. 

Link to comment
Share on other sites

Kişi qadın münasibəti bir növ əksliklərin mübarizəsidir. Bütün növ münasibətlərdə qarşılıqlı güzəştlər olmalıdır. Həmdə insanlar gec və ya tez öz yerlərini tapmalıdır ki, qarşılıqlı hormoniyada yaşaya bilsinlər.

 

Ancaq ər arvad münasibərini nəzərdə tutsaq, burada coxlu yeraltı daşlara rast gələrik. Əsas məsələ dominasiyadan başlayır. Baxmayaraq ki, cox kişi özünü evində dominant alfa sayır, amma əslində arvadlar nə qədər zəif və cılız görsənsələrdə daxildə cox böyük qüvvəyə malikdirlər. Onların ilk gündən əsas missiyası kişini tabe etmək və istəklərinə nail olmaqdır. 

Sırf bu səbəbdən onlar arasında dominantlıq mübarizəsi həmişə davam edir, ilk vaxtlar cox kəskin olur. 

 

Məişət daxili problemlər isə əsasən "professor" qaynanalar qayneneler vəs. adamların ailə münasibətlərinə qarışmasından irəli gəlir. Adəti üzrə ərə getmiş qadınların cox hissəsi öz ana məsləhətinə həmişə qulaq asır, hətta bu məsləhətlər ailə dağıdıcı və subyektiv olsa belə. Bu səbəbdən,bizim cəmiyyətdə ailıəyə valideynlərin, xüsüsi ilə də subyektiv fikirləri və intellektual dünya görüşü məhdud olan qaynanaların təsiri ailələrdə çətinliklərə və münaqişələrə gətirib çıxrarır. Bir qədərdə maddi çatmamazlıqlar rol oynayır. 

 

Edited by plotophyte
  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

В 03.03.2018 в 00:57, plotophyte сказал:

Kişi qadın münasibəti bir növ əksliklərin mübarizəsidir. Bütün növ münasibətlərdə qarşılıqlı güzəştlər olmalıdır. Həmdə insanlar gec və ya tez öz yerlərini tapmalıdır ki, qarşılıqlı hormoniyada yaşaya bilsinlər.

 

Ancaq ər arvad münasibərini nəzərdə tutsaq, burada coxlu yeraltı daşlara rast gələrik. Əsas məsələ dominasiyadan başlayır. Baxmayaraq ki, cox kişi özünü evində dominant alfa sayır, amma əslində arvadlar nə qədər zəif və cılız görsənsələrdə daxildə cox böyük qüvvəyə malikdirlər. Onların ilk gündən əsas missiyası kişini tabe etmək və istəklərinə nail olmaqdır. 

Sırf bu səbəbdən onlar arasında dominantlıq mübarizəsi həmişə davam edir, ilk vaxtlar cox kəskin olur. 

 

Məişət daxili problemlər isə əsasən "professor" qaynanalar qayneneler vəs. adamların ailə münasibətlərinə qarışmasından irəli gəlir. Adəti üzrə ərə getmiş qadınların cox hissəsi öz ana məsləhətinə həmişə qulaq asır, hətta bu məsləhətlər ailə dağıdıcı və subyektiv olsa belə. Bu səbəbdən,bizim cəmiyyətdə ailıəyə valideynlərin, xüsüsi ilə də subyektiv fikirləri və intellektual dünya görüşü məhdud olan qaynanaların təsiri ailələrdə çətinliklərə və münaqişələrə gətirib çıxrarır. Bir qədərdə maddi çatmamazlıqlar rol oynayır. 

oxuyam sizi, Ploto və düşünürəm, necə də düz deyirsiz həmişə.

yaxşı məsəl var, "məsləhətli don gen olar". yəni ki, məsləhət dinləmək məsləhətdi ) amma gərək insanın öz ağlı da ola. ömür boyu kor kimi kiminsə əlini tutub getmək olmaz. sizin misal çəkdiyiniz "intellektual dünya görüşü məhdud qayınanalar, bununla yanaşı hökmranlıq texnikasına yaxşı bələd olur. özünün həyatını övladının taleyinə, ailəsinə proyeksiya edirlər bir növ. həm də əmindirlər ki, çox düz eliyirlər. 

  • Upvote 2
Link to comment
Share on other sites

  • 2 weeks later...

Bəraber huquqlular arasında konflikt normaldır.

50 il mehriban yaşamış cütlükden soruşurlar neçə ildi, birge yaşayırsız necə oldu ki, bir dəfə də dalaşmayıbsınız.
— Toydan sonra Bill ilə rançodan qayıdırdıq. Birdən atın ayağı sürüşdü. Bill dedi: «Bir». At ikinci dəfə sürüşəndə Bill dedi: "İki". At üçüncü dəfə sürüşdü və Bill “üç” deyə qışqırdı və tapançanı çıxarıb atı öldürdü. Mən dedim: “Bill, sən nə etdin? Bizim ən yaxşı atımızı öldürdün!”. Bill dedi: «Bir».

Link to comment
Share on other sites

В 22.03.2018 в 00:56, Garacali сказал:

Bəraber huquqlular arasında konflikt normaldır.

50 il mehriban yaşamış cütlükden soruşurlar neçə ildi, birge yaşayırsız necə oldu ki, bir dəfə də dalaşmayıbsınız.
— Toydan sonra Bill ilə rançodan qayıdırdıq. Birdən atın ayağı sürüşdü. Bill dedi: «Bir». At ikinci dəfə sürüşəndə Bill dedi: "İki". At üçüncü dəfə sürüşdü və Bill “üç” deyə qışqırdı və tapançanı çıxarıb atı öldürdü. Mən dedim: “Bill, sən nə etdin? Bizim ən yaxşı atımızı öldürdün!”. Bill dedi: «Bir».

Sizcə ailədə sülhün qorunması və problemlərin olmaması üçün, arvad həmişə ərin onu öldürməsindən qorxmalıdır? 

Link to comment
Share on other sites

1 час назад, Garacali сказал:

))) indiki zamanda heç neden qorxmurlar. 

Qorxmurlarsa deməli dünyada baş verənlərdən xəbərsizdirlər. Bir televizoru açıb cinayət xəbərlərə fikir versinlər... Hara baxırsan kişilər qadınları öldürür, döyür, zorlayırlar. Bu üzdən demək lazımdır ki, bəzi xanımlar  tərəfindən kişilərin "qadın doğulsaydım, birbaşa intihar edərdim"-məsələsindən küsmələri əslində yersizdir: qadınların ailədə və cəmiyyətdə mövqeyini və üzləşdiklərini nəzərə alsaq, özünü öldürmək doğrudan da o qədər mənasız bir addım kimi görünmür... Mən qadın doğulsaydım, yaşamaq istəməzdim. Daha doğrusu, kişi olaraq bir ömür yaşadiğımdan sonra,  bütün hüquq və azadlıqlara malik olduğundan sonra, birdən-birə qadınların çəkdikləri əzab-əziyyətinə dözməli olmağa mənim ruhum çatmazdı)

Link to comment
Share on other sites

В 19.03.2018 в 00:55, azda сказал:

Ailelerin xosbextliyi soyuducunun dolu - bos olmasindan asilidi demekki . 

bilavasitə, dolayısı ilə asılıdır, bəli ) ailədə yaşayış minimumunu kimsə təmin eləməlidir ya yox ?  kişinin uşaqlarına verə bilməli olduğu ilkin və kiçik bir "xoşbəxlikdir" bu

 

P.S. sən "Kak oslik iskal sçastye" multikinə baxmısan ? :rolleyes:

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
      • 3 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Like
      • 147 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
      • 20 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
        • Like
      • 63 replies
    • ДРУЗЬЯ! ДАВНО МЫ НИЧЕГО НЕ ОБСУЖДАЛИ )). На ДНОТе одни страшилки...Сегодня один уважаемый форумчанин выставил высказывание умной дамы. Пост длинный, весь его выставлять не вижу смысла, но одна мысль заставила меня задуматься. Дама пишет, что брак не решит никаких ваших проблем, человек должен научиться выруливать  все сам, не надеясь на партнера. Тут я зависла ))) Родилась мысль, зачем двум автономным, самодостаточным личностям жить вместе? Можете обвинять меня в меркантильности и кидать танпками, но я в браке вижу только один смысл( кроме детей) - облегчение жизни друг друга. Все мы разные и некоторые вещи даются нам легко, а нашему супругу, например,  трудно. Вот, мы , по- умолчанию и облегчаем жизнь друг друга. Это касается всех сфер , от эмоциональной до утилитарной. Но та дама так уверенно, по пунктам все разложила в своём "учении" , что я засомневалась))) А что думаете вы , дорогие диспутчане. В чем смысл брака для вас ?
        • Haha
      • 285 replies
    • Продам. Хонда Аккорд 2009
      Очень срочно продам автомобил.
      Хонда Аккорд 2.4 лт. 2009 года.
      Куплена в салоне Хонда.
      170.000 км оригинал пробег.
      Тел. 055 7151384
      • 2 replies
    • Очередное громкое групповое изнасилование в Индии
      Испанские муж и жена, путешествующие по миру на мотоциклах, прошли через ад. В Индии семь мужчин напали на них, когда они спали в палатке, ограбили их и изнасиловали женщину на глазах у ее мужа.
      Пара попала в больницу, а дело расследует местная полиция. О шокирующем инциденте, произошедшем в пятницу вечером в деревне Думка на северо-востоке Индии, г-жа Френанда и г-н Винсент рассказали в воскресенье в социальных сетях, опубликовав видео из клиники.
      Пара направлялась в Непал, но решила остановиться на ночь в северо-восточной Индии. Когда они поставили палатку и уснули, насильники ворвались в дом и стали избивать их касками и камнями.
      К счастью, часть тела Фернанды была прикрыта курткой, которая смягчала удары. После того как преступление было завершено, группа скрылась с места преступления, и тогда Винсент связался с патрульной машиной полиции.
      "Мы не могли понять их, потому что они плохо говорили по-английски. Но когда мы увидели их травмы, то поняли, что произошло что-то необычное. Мы сопроводили их в медицинский центр, где врачи подтвердили, что это было групповое изнасилование", - подтвердил The Times of India офицер полиции, который был в составе патруля.
      Тем временем следователи сообщили, что уже установили личности всех семи подозреваемых мужчин и арестовали троих из них. Это жители близлежащих населенных пунктов.
      "Мы находимся в больнице в Индии. Полиция тоже здесь", - говорит 45-летняя Фернанда в кадре. "Я бы никому не пожелала такого. Они избили нас и украли наши вещи. Но не все, потому что главное, чего они хотели, - это изнасиловать меня", - добавляет женщина с явными следами насилия на лице.
       
       
       
        • Upvote
        • Like
      • 280 replies
    • В Баку выявлены цеха производства подпольной продукции FAIRY, DOMESTOS, ACE, IPEK, Head and Shoulders, Prill, Perwol
      В цехах, расположенных во дворе мясокомбината в поселке Кешля Низаминского района Баку, выявлена подпольная продукция.
      Об этом сообщает Государственная налоговая служба (ГНС) при Министерстве экономики.
        • Like
      • 187 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...