Jump to content
Модераторы раздела Acrid, Kappo, MilanEllo, ex.director
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Тирахтор...Чемпион


Həmşəri

Recommended Posts

 Tehranın "Azadi" stadionunda "İstiqlal" - "Traktor" matçı zamanı saxlanılan azərbaycanlılar azad edilib.

 

Sportinfo.az xəbər verir ki, gərgin matç zamanı polis tərəfindən döyülərək saxlanılan 43 "Traktor" azarkeşi sərbəst buraxılıb.

 

Onların ictimai qınaq səbəbindən azad edildiyi bildirilir. Azərbaycan klubunun müdiri Sadiq Drudgər azyaşlı uşaqlar da daxil olmaqla, çoxsaylı azarkeşin polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmişdi.

 

"Traktor"un keçmiş baş məşqçisi Rəsul Xətibi isə polisin komanda tərəfdarları ilə davranışının utancverici olduğunu deyib.

 

Görüş zamanı "İstiqlal"ın tərəfdarlarının "ölüm olsun türkə" şüarı qıcıq yaradıb. Onlar Azərbaycan komandasının tərəfdarlarını daşa tutaraq, onların ünvanına müxtəlif söyüş və şüarlar səsləndiriblər.

Link to comment
Share on other sites

Sərdar Azmun ona dəstək verən “Traktorsazi”nin güney azərbaycanlı tərəfdarlarına cavab verib.

 

Sportinfo.az xəbər verir ki, İrandan olan türkmən futbolçu İnstaqram səhifəsində azərbaycanlı azarkeşlərinə təşəkkür edib.

 

Sərdar Azmun onun şəklini qaldıran “Traktor” tərəfdarlarının bu görüntüsünü sosial şəbəkədə paylaşıb və qeyd edib: “İltifatınız üçün təşəkkür edirəm. Sizi çox sevirəm, dəyərli Azərbaycan əhalisi…”.

 

İranda irqçi təhqirlərə məruz qalan Sərdar Azmuna dəstək məqsədilə qaldırılmış bannerdə “Traktor”un türk sərdarı” və ”Traktor” yalnız futbol komandası deyil, bir millətin kimlik harayıdır” sözləri yazılıb.

 

Türkmən oyunçunun şəkli Tehranda “Traktor” və “İstiqlal” komandaları arasında keçirilmiş qarşılaşmadan əvvəl nümayiş etdirilib.

 

Rusiyada keçirilən dünya çempionatı ərəfəsində Sərdar Azmun İranda təhqir edilmişdi. Fars millətçilərin təhqirlərinə cavab olaraq, Güney Azərbaycanda türkmən futbolçuya dəstək aksiyası keçirilmişdi.

 

Çempionat başa çatdıqdan sonra Sərdar Azmun etiraz olaraq, İran millisində oynamaqdan imtina edib.

Link to comment
Share on other sites

Kluba məşhur azərbaycanlı şairin adı verildi - FOTO

1534578860.jpg

Güney Azərbaycanın Təbriz şəhərini İran çempionatında təmsil edən “Qostəreşe Fulad”ın adı dəyişdirilib.

 

Sportinfo.az xəbər verir ki, klub bundan sonra “Şəhriyar Maşınsazi” adlanacaq.

 

Super liqa yarışlarına vəsiqə qazanan komandanın yeni adı rəsmiləşdirilib. “Fulad”ın adı ilə birlikdə onun loqosu və digər nişanları da dəyişib.

 

Yeni adla adlanan Təbriz komandası 18-ci super liqa yarışlarının birinci həftəsində Xuzistanın “İstiqlal” komandası ilə qarşılaşacaq.

 

Klubun adındakı “Şəhriyar” sözü Azərbaycanın mərhum şairi Məhəmməhüseyn Şəhriyarın adından götürülüb.

  • Upvote 1
Link to comment
Share on other sites

İran Futbol Federasiyasının İnzibati Komitəsi 18-ci super liqa yarışlarının 3-cü həftəsində “Traktorsazi” və “İstiqlal” görüşündə baş verən hadisələrlə bağlı hökm çıxarıb.

 

Sportinfo.az xəbər verir ki, hökmdə tərəfdarlarının irqçiliyə yol verdiyi “İstiqlal” deyil, Azərbaycan klubu cəzalandırılıb.

 

Federasiyanın rəsmi saytında yayılan məlumata görə, “İstiqlal” tərəfdarlarının rəqib komandanın tərəfdarlarını daşa tutduğuna və onların ünvanına söyüşlər səsləndirdiyinə görə yalnız 10 milyon tümən cərimə ödəməlidi.

 

“Traktor” isə tərəfdarları oturacaqları qırdığına, pilləkanları təxrib etdiyinə və söyüş səsləndirdiyinə görə 20 milyon tümən cərimə ödəyəcək.

 

Bundan əlavə, azarkeşləri sözdə stadionun müxtəlif təchizatlarını təxrib etdiyi üçün 42 milyon 815 min tümən məbləğində vəsait ödəməlidi.

 

Avqustun 10-u baş tutan görüş zamanı “İstiqlal” tərəfdarlarının “ölüm olsun türkə” şüarı qıcıq yaratmış, Azərbaycan komandasının tərəfdarları daşa tutulmuş, onların ünvanına müxtəlif söyüş və şüarlar səsləndirilmişdi.

Link to comment
Share on other sites

“Traktorsazi” klubu səfərdə “Sepahan” ilə qarşılaşıb. “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi, uelsli mütəxəssis Con Toşakın çalışdırdığı Təbriz təmsilçisi bu oyunda heç-heçəyə razılaşıb - 2:2.

 

5 turdan sonra 6 xala malik “Traktorsazi” 16 iştirakçı arasında 11-cidir.

Link to comment
Share on other sites

Azərbaycanlı alpinistlər Savalan dağının ən yüksək zirvəsinə yürüş etdi

1535586846.jpg

Bir qrup alpinist Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-illiyi münasibətilə Savalan dağının ən yüksək zirvəsinə çıxıb.

 

Arazın o tayında Ərdəbil şəhəri yaxınlığında, dəniz səviyyəsindən 4 min 811 metr yüksəkliyə yürüş “Everest” idman klubunun təşəbbüsü ilə həyata keçib.

 

Sportinfo.az xəbər verir ki, avqustun 25-də Bakıdan yola çıxan bizimkilərə Güney Azərbaycandan olan dağçılar da qoşulublar.

 

Savalan zirvəsinə yürüş avqustun 27-də uğurla başa çatıb. Zirvəyə çatan alpinistlər orada Azərbaycan bayrağını dalğalandırıblar.

 

Alpinistlər Cümhuriyyətin 100 illiyi münasibətilə Böyük Qafqazın ən yüksək dağ zirvələrindən olan Şahdağ zirvəsinə də yürüş ediblər.

  • Upvote 1
Link to comment
Share on other sites

İran çempionatında 6-cı turun oyunları keçirilib.

 

Sportinfo.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən klublar da növbəti matçlarına çıxıblar.

 

Təbrizi təmsil edən “Traktorsazi” ilə “Maşinsazi” bu turda bir-biri ilə üz-üzə gəlib.

 

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi, uelsli mütəxəssis Con Toşakın çalışdırdığı “traktorçular” doğma meydanda 2:1 hesabıyla üstün olublar.

 

6 turdan sonra 9 xala malik “Traktorsazi” 16 iştirakçı arasında 6-c, “Maşinsazi” isə 4 xalla 14-cü pillədə qərarlaşıb.

  • Upvote 1
Link to comment
Share on other sites

Azərbaycan derbisində İran hökumətinə mesaj - FOTO

1535762113.jpg

İran Super liqasının 6-cı turu çərçivəsində Təbriz derbisi baş tutub.

 

Sportinfo.az xəbər verir ki, Təbrizin “Səhənd” stadionunda “Traktor”la “Maşınsazi” arasında keçirilən oyun birincinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Böyük azarkeş kütləsinin izlədiyi oyunda bir qrup azərbaycanlı milli fəal “Stadiona gəlmək qadınların haqqıdı”, “Qadınlara azadlıq”, “Oğlanlar və qızlar bərabərdir” kimi ifadələr olan plakatlarla qadınların stadiona girişini qadağan edən qanunun ləğv edilməsini istəyiblər.

  • Upvote 1
Link to comment
Share on other sites

  • 2 weeks later...

Güney Azərbaycanın “Traktorsazi” komandasının baş məşqçisi Con Toşak Təbrizi tərk edib.

 

Sportinfo.az xəbər verir ki, uelsli mütəxəssis sentyabrın 17-da Təbrizdən İstanbula uçub.

 

Məlumata görə, C.Toşanla birlikdə onun köməkçisi olan oğlu və proqramlarının müdiri də Güney Azərbaycanı tərk edib.

 

“Traktor”un məsulları baş məşqçinin vəzifəsindən kənarlaşdırılması və Təbrizi tərk etməsi ilə bağlı hər hansı açıqlama verməyib.

 

“Traktor” İran kubokunun 1/16 final mərhələsində “Sənət Neft”in qarşısında məğlub olduqdan sonra baş məşqçinin vəzifəsindən kənarlaşdırılacağı ilə bağlı xəbərlər yayılmışdı.

Link to comment
Share on other sites

Bakıda dünya çempionu olan: "Mən azərbaycanlıyam" - VİDEO

 

Bakıdakı dünya çempionatında 81 kq çəki dərəcəsində dünya çempionu olan İran cüdoçusu Səid Mollayinin milliyyətcə azərbaycanlı olduğu müəyyənləşib.

 

Sportinfo.az xəbər verir ki, bu barədə 26 yaşlı idmançının özü açıqlamasında bildirib.

 

Səid Mollayi "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında da qızıl medal qazanıb. O deyib ki, İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərindən olsa da, hazırda Urmiyada yaşayır. 

 

Mollayi qazandığı qızıl medalı Azərbaycan xalqına həsr etdiyini vurğulayıb: "Bakıda dünya çempionu oldum və qızıl medalı bütün Azərbaycan xalqına təqdim etdim. Mənim çəkimdə Azərbaycandan heç kim yox idi. 

 

Bu səbəbdən, öz medalımı bütün azərbaycanlılara həsr etdim. Yaxşı məşq edib 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında da qızıl medal qazanmaq istəyirəm”.

 

video: http://sportinfo.az/news/42666

  • Upvote 1
Link to comment
Share on other sites

  • 3 weeks later...

Güney azərbaycanlı gənclər Urmiya şəhərinin Təxti stadionunda keçirilən “90 Urmiya” və “Alüminium” komandalarının görüşü zamanı milli şüarlar səsləndiriblər.

 

Sportinfo.az xəbər verir ki, PKK terrorizminə qarşı şüarlar səsləndirən gənclər Türkiyə Cümhuriyyətinin qurucusu, böyük öndər Mustafa Kamal Atatürkün məşhur “Nə mutlu türkəm deyənə” kəlamına da xüsusi yer veriblər.

 

Türklərin milli kimliyinə işarə edən “Nə mutlu türkəm deyənə” şüarı bundan əvvəl də Güney azərbaycanlı gənclər tərəfindən müxtəlif stadionlarda səsləndirilib.

Link to comment
Share on other sites

Güclülər dəstəsində mübarizə aparan «Traktorsazi» Premyer Liqamızda çıxış edən futbolçularla yaxından maraqlanır.

 

«Xəzər Lənkəran»ın sabiq çalışdırıcısı Con Toşakla yollarını ayıran Cənubi Azərbaycan klubunun nümayəndələri bu həftəsonu ölkəmizə təşrif buyuracaq.

 

Onlar «Qəbələ» - «Neftçi» və «Zirə» - «Keşlə» görüşünü izləyəcək. Maraqlıdı ki, Təbriz təmsilçisinin ilgisini çəkən oyunçuların sayı 3-dü və hamısı legionerdi (Sportinfo)

Link to comment
Share on other sites

Güney azərbaycanlıi tanınmış futbolçu Rəsul Xətibi də Bakıda olarkən Şəhidlər Xiyabanını ziyarət edib.

 

Sportinfo.az xəbər verir ki, o, paytaxtımıza oktyabrın 4-də keçirilən “Qarabağ” - “Arsenal” görüşünü izləmək üçün gəlib.

 

R.Xətibi Azərbaycan şəhidlərinin xatirəsini böyük ehtiramla yad edib. “Traktorsazi”nin keçmiş oyunçusu Bakı Olimpiya Stadionunda farsdilli televiziya aparıcılarının “Qarabağ”ı lağa qoymalarını da pisləyib.

 

O İran televiziyası aparıcılarının irqçi yanaşması haqda bildirib ki, aparıcı burada olub “Qarabağ” tərəfdarlarını görsəydi, heç şübhəsiz, utanardı.

 

Hazırda “Traxtur”un texniki heyətində məşqçi kimi fəaliyyət göstərən Rəsul Xətibi “Qarabağ”la “Arsenal”ın oyununa da münasibət bildirib: “Bizə udub-uduzmaq çox da mühüm deyil, əsas məsələ birliyimizdir”.

 

O, “Qarabağ”a uğurlar arzulayaraq “Yaşasın “Traxtur””, “Yaşasın “Qarabağ”” və “Yaşasın Azərbaycan” sözləri ilə fikrini tamamlayıb.

Video:

(Sportinfo)

Link to comment
Share on other sites

kubokunun növbəti mərhələsinin oyunları keçirilib.

 

Sportinfo.az xəbər verir ki, bu turda Güney Azərbaycanı çempionatda təmsil edən “Urmiya90” Tehranda “Perspolis”lə qarşılaşıb.

 

“Azadi” stadionunda baş tutan matçda Güney təmsilçisi ev sahibinə 1:0 hesabı ilə məğlub olub. Stadionda tamaşaçı qismində iştirak edən yüzlərlə “Urmiya” tərəfdarı 90 dəqiqə ərzində milli şüarlar səsləndiriblər.

 

Urmiyanın İran parlamentindəki millət vəkili Hadi Bahaduri də tamaşaçılar arasında yer alıb. Komanda tərəfdarları millət vəkilini gördükdən sonra “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” şüarı veriblər.

 

Soydaşlarımız bir neçə dəfə “Qarabağ, Qarabağ” şüarı da səsləndirib. “Azərbaycan bir olsun – Mərkəzi Təbriz olsun”, “Yaşasın Azərbaycan” və “Urmiya gölü susuzdur – Azərbaycan oyanmasa, uduzdu” da səsləndirilən şüarlar arasında yer alıb.

 

“Urmiya 90” oyunçularının formalarının üzərində Azərbaycan dilində “eşqim Urmiya” sözü yazılıb. Oyundan videogörüntüləri təqdim edirik:

 

Link to comment
Share on other sites

 
Azərbaycan klubu Asiyada hamıdan populyardı - FOTO
1541114290.jpg

Güney Azərbaycanın “Traktorsazi”  klubu Asiya qitəsinin ən populyar komandasıdı.

 

Sportinfo.az xəbər verir ki, “Football-clubs” saytının apardığı sorğuda Təbriz təmsilçisi ilk pillədə yer alıb.

 

Sayt bir neçə gündür qitənin ən populyar komandasını müəyyənləşdirmək üçün sorğu keçirir. İlkin nəticələrə görə, “Traktor” səslərin 23 faizini qazanaraq reytinq cədvəlinə liderlik edir.

 

Hazırda “Football-clubs” sorğunu davam etdirir, nəticə dəyişə bilər. Reytinq cədvəlində “Traktor”u “Perspolis”(İran) və “Al-Hilal” (Səudiyyə Ərəbistanı) komandaları izləyir. Sorğuya qatılmaq istəyənlər http://www.football-clubs.com/afc/ saytına müraciət edə bilərlər.

  • Upvote 1
Link to comment
Share on other sites

  • 2 weeks later...
  • 2 weeks later...

Cənubi Azərbaycanı təmsil edən “Traktorsazi növbəti matçına çıxıb.

 

Təbriz klubu Tehranda - "Azadi” stadionunda “Persepolis”lə qarşılaşıb. “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi, uelsli mütəxəssis Con Toşakın çalışdırdığı “traktorçular” bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

 

Hazırda “Traktorsazi” 23 xalla 3-cü pillədə qərarlaşıb. Bütün matçlarda olduğu kimi, bu derbidə də Təbriz komandasının azarkeşləri stadionda anşlaqa səbəb olub.

 

Belə ki, matçın start götürməsinə 2 saatdan çox vaxt qalmasına rəğmən, artıq azərbaycanlı azarkeşlər "Traktorsazi” tərəfdarları üçün ayrılmış tribundakı yerlərini doldurublar.

 

sportinfo.az

 

Link to comment
Share on other sites

  • 1 month later...

İranın yüksək dəstəsində çıxış edən Təbriz komandası İsveçrədən - "Sion"dan ayrılan Kevin Konstantı rənglərinə bağlayıb.

 

Cənubi Azərbaycan təmsilçisi 31 yaşlı yarımmüfaiəçiylə 3,5 illik müqavilə imzalayıb.

 

Qvineya millisinin üzvü "Kyevo", "Cenoa", "Milan", "Trabzonspor" və "Bolonya" kimi klublarda çıxış edib.

  • Like 1
Link to comment
Share on other sites

  • 2 weeks later...

Сумгайыт и Тракторсази начинают сотрудничество

15 января 2019 16:16

thumb700_20190115161444639.jpg

Сегодня президент азербайджанского футбольного клуба «Сумгайыт» Риад Рафиев встретился с владельцем иранского клуба «Тракторсази» Мохаммедом Реза Зонузи.
Как сообщает azerisport.com, Рафиев и босс клуба из Табриза обсудили сотрудничество между двумя командами. Начиная с сегодняшнего дня «Сумгайыт» и «Тракторсази» будут сотрудничать. (сайт клуба)
Link to comment
Share on other sites

  • 2 weeks later...

"Sumqayıt” baxışa çağırdığı Peyman Keşavarzla bağlı qərar verib.

 

Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında sınaqdan keçirilən cənubi azərbaycanlı bəyənilib.


Ayxan Abbasovun sevgisini qazanan təbrizli ilə yaxın günlərdə müqavilə imzalanacaq. Yoxlama oyunlarında özünü yaxşı tərəfdən göstərən 22 yaşlı mərkəz müdafiəçisi ilə müqavilə 1,5 illik olacaq.


O, “Traktorsazi”nin yetirməsidi - 2014-2016-cı illərdə Təbriz komandasının şərəfini qoruyub. Sonradan “İsteqlal” və “Maşınsazi”də çıxış edən müdafiəçinin axırıncı klubu Oman “Yasan Al-Vaste”sidi.

 

Sumqayıtlılar hazırda bu ərəb klubu ilə danışıqlar aparır. Çünki omanlıların Peymanla müqavilə müddəti bitməyib.

 

Kompensasiya istəmirlər. Sadəcə, Peymanla öz aralarında müəyyən məsələlər var, onları yoluna qoymalıdılar (Sportinfo.az).

Link to comment
Share on other sites

Новичок азербайджанского футбольного клуба «Сумгайыт» Пейман Бабаи посетил Аллею Шехидов в Баку.
Как передает azerisport.com, свой визит иранский нападающий с азербайджанскими корнями совершил после возвращения команды со сборов в турецкой Анталье.
Об этом он также поделился на своей странице в Instagram, подписав свой пост следующими словами: «С разрешения наших шехидов, я отправляюсь в Сумгайыт»
  • Like 1
Link to comment
Share on other sites

  • 2 weeks later...

İran pro-liqasının 16-cü turunda Güney Azərbaycanı təmsil edən “Traktorsazi” evdə Əhvaz “Naft”ını 3:0 üstələyib.

 

Sportinfo.az xəbər verir ki, Təbrizin digər təmsilçisi “Maşinsazi” Xuzistanda “İstiqlala”a 1:0 qalib gəlib.

 

“Qırmızı qurdlar” 16 iştirakçı arasında 29 xalla 4-cü, “yaşıl maşın” 17 xalla 9-cudur.

  • Like 2
Link to comment
Share on other sites

  • 4 weeks later...

İran çempionatında keçirilən  "Traktor Sazi"- "Sepahan" matçında (2:0)  on minlərlə Azərbaycan türkü “Qarabağ bizimdir, bizim olacaq” şüarı səsləndirib.

 

Sportinfo.az xəbər verir ki, onlardan bir qrupu hətta, Ermənistanın bayrağını yandırıblar.

 

İranda yaşayan azərbaycanlılar  Ermənistanın baş naziri Nikol Paşinyanın Tehranda erməni diasporunun nümayəndələri ilə görüşü zamanı “Qarabağ Ermənistanındır” şüarının qaldırılmasına narazılıqlarını bildirmək üçün  bu addımı atıblar.

 

 

 

Link to comment
Share on other sites

  • 2 weeks later...

Milyonlarla tərəfdarı olan Güney Azərbaycanın “Traktorsazi” növbəti dəfə İran mediasında təhqir edilib.

 

Sportinfo.az xəbər verir ki, İranda nəşr olunan “Həmşəhri” qəzeti klub haqda məqalə dərc edərək, komanda tərəfdarlarını aşağılayıb və komandanı ölkə üçün narahatlıq yaratmaqda ittiham edib.

 

“Nə üçün “Traktor”u sevmirik?” başlıqlı məqalə müəllif (Rəsul Behrəveş) klub azarkeşlərini “axmaq” və “fürsətçi” adlandırıb.

 

Jurnalist komanda tərəfdarlarının məşhur “Azərbaycan var olsun” şüarını sərt şəkildə pisləyib. 

 

axar.az1552647625hemis.jpg
Link to comment
Share on other sites

İran çempionatında XX turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktorsazi” evdə Xorasanın "Padideh" klubu ilə qarşılaşıb. Görüş Təbriz klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.Qələbə topunun müəllifi 22-ci dəqiqədə fərqlənən legioner Antoni Stokes olub. 
 

Bu nəticədən sonra "Traktor" xallarını 43-ə çatdıraraq liderliyə yüksəlib. "Persepolis" 42 xalla 2-ci, "Sepehan" 41 xalla  3-cüdü.

  • Like 1
  • Upvote 1
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Всплыли новые подробности в связи с подозреваемым в убийстве своих родителей в Сумгайыте - ОБНОВЛЕНО + ВИДЕО
      Стали известны новые подробности в связи с Фикретом Мамедовым, подозреваемым в убийстве членов своей семьи в Сумгайыте. 
      Согласно полученной Oxu.Аz информации, молодой человек был участником второй Карабахской войны. 
      Как стало известно Qafqazinfo, в ходе предварительного расследования было установлено, что он употреблял наркотики.
      Утверждается, что Ф.Мамедов часто требовал у родителей денег и поэтому дома между ними постоянно происходили конфликты. По аналогичной причине 8 апреля Фикрет подрался со своим другом детства. Полицейские, дежурившие рядом с местом происшествия, попытались задержать Мамедова, но тот оказал сопротивление.
      В тот же день на Фикрета Мамедова в 3-м отделении Сумгайытского городского управления полиции был составлен протокол по статьям 510 (мелкое хулиганство) и 535 (злостное неповиновение законному требованию работника полиции или военнослужащего) Кодекса об административных проступках. Суд оштрафовал подозреваемого на 150 манатов за совершенное деяние и освободил его.
      В настоящее время продолжается расследование с целью выяснения причин убийства.
      10:52
      Фикрет Мамедов подозревается в убийстве своих родителей в общежитии №18 в 41-м квартале Сумгайыта.
      Отмечается, что он предоставлял услуги такси. Некоторые из соседей заявили, что в семье время от времени возникали конфликты. 
      Однако одна из соседок сообщила Baku TV, что Фикрет был приветливым и спокойным, да и все члены семьи были очень дружелюбными.
      "Мы только услышали крики о помощи. Но когда мы пришли, было уже поздно", - сказала она.
      Подробнее - в сюжете.
      • 1 reply
    • Названы причины закрытия Бакинского французского лицея
      В Бакинском французском лицее (БФЛ) обнародовали причины приостановки деятельности спустя 10 лет работы.
      • 13 replies
    • Утопленные автомобили из Дубая могут оказаться в Азербайджане: как распознать «утопленника»? - ВИДЕО
      Интенсивные дожди, наблюдающиеся в Дубае (ОАЭ) в последние дни, затопили многие жилые районы города. Больше всего от этого пострадали автовладельцы, так как в результате природного явления множество машин разных марок оказалось под водой.
      Как сообщает Xezerxeber.az, в Азербайджан автомобили в основном импортируются с рынков США, Кореи и Дубая.
      Поскольку привезти машину из Дубая в Азербайджан можно в кратчайшие сроки, то есть за 15 дней, предприниматели предпочитают именно этот вариант. Данная ситуация говорит о том, что автомобили с «подмоченной репутацией» могут быть доставлены также и в нашу страну.
      По словам автомеханика Сахиля Агабейли, обычно бизнесмены покупают такие машины в несколько раз дешевле.
        Однако распознать такой автомобиль можно по нескольким признакам: следам плесени и ржавчины, а затем гнили, особенно в нижней части транспортного средства. Мастер отметил, что, лица, торгующие машинами, чистят и красят днище таких автомобилей. Покупатели также могут определить эти изменения.
      Автомеханик добавил, что, в отличие от автомобилей с двигателями внутреннего сгорания, стоимость ремонта «утопленников» выше. И вождение таких транспортных средств представляет риски даже после ремонта.
      Подробнее - в сюжете:
       
      • 6 replies
    • Эксперты ВОЗ обеспокоены по поводу возможности распространения птичьего гриппа среди людей
      Глобальное распространение вируса птичьего гриппа среди млекопитающих, включая людей, представляет собой серьезную проблему для общественного здравоохранения.
      • 17 replies
    • Отца и друга азербайджанца, подозреваемого в убийстве москвича из-за парковки, задержали
      Отца и приятеля мужчины, которого подозревают в убийстве жителя Москвы возле дома в
        • Like
      • 113 replies
    • Почему результаты выпускного экзамена у мальчиков ухудшились по сравнению с девочками? - ВИДЕО
      Согласно статистике Государственного экзаменационного центра, результаты тестов у девочек выше, чем у мальчиков.
      Было отмечено, что начиная с 2001-2009 годов поступление девочек-абитуриентов в высшие учебные заведения стремительно росло.
      В 2010-2022 годах девочки превзошли мальчиков в этом соотношении.
        Эксперт по образованию Адиль Велиев считает, что причиной этого может быть то, что мальчики больше отвлекаются.
      Подробнее - в видео Xəzər TV.
       
      • 25 replies
    • Брат жестоко убитой в Казахстане Салтанат Нукеновой дал эксклюзивное интервью - ВИДЕО
      Жуткая, потрясшая всех история убийства хрупкой женщины ее мужем, возможно, не получила бы такой огласки, если бы не ее семья и брат. 
      Речь идет о громком деле об убийстве Салтанат Нукеновой ее мужем, экс-министром экономики Казахстана Куандыком Бишимбаевым. Внимание людей по всему миру сейчас приковано к трансляции судебного заседания - сможет ли влиятельный, состоятельный убийца избежать справедливого наказания? 
      Baku TV Ru поговорил с Айтбеком Амангельды, братом Салтанат, о погибшей сестре, о ее взаимоотношениях с мужем и семьей, о ее прошлом, о семьях Нукеновой и Бишимбаева, и о многом другом.
      В эксклюзивном интервью он также рассказал о том, повлияло ли данное дело на изменение взглядов общества, о психологе преступника, поступали ли угрозы ему от семьи Бишимбаева и т.д.
        Подробнее - в сюжете.
       

       
      • 6 replies
    • Буллинг в школах и агрессия в обществе. Новый выпуск «Поговорим?» - ВИДЕО
      Журналист Гамид Гамидов в новом выпуске программы «Поговорим?» представил очередное видеоинтервью. И на этот раз формат передачи несколько отличался от предыдущих выпусков - кроме знакомого ведущего в данном выпуске приняли участие его коллеги – журналисты Джамиля Алекперова, Джавид Османов и Mick Bloom.
      Журналисты обсудили насущные социальные темы, связанные с насилием. Возникает ощущение, что с начала года количество новостей, которые «пугают», стало расти.
        Комментируя данную тенденцию, собеседники в своих обсуждениях затронули буллинг в школах, уважение к старшим и тему безнаказанности, поговорили о том, нужно ли закрывать тик-ток и, как можно сократить уровень агрессии в обществе...
      • 24 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...