Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Bir ailənin faciəsi..


gapgara

Recommended Posts

Deputatdan evin tək oğlunun cəbhəyə göndərilməsinə etiraz

Bir neçə gün əvvəl Goranboyda "N” saylı hərbi hissənin əsgəri Nadir Süleymanov dünyasını dəyişib. O, səhhətində yaranan problemdən dolayı noyabrın 4-də Gəncə şəhər Mərkəzi Kiliniki Xəstəxanasına yerləşdirilib. Pnevmoniya diaqnozu qoyulan əsgər səhəri gün orada vəfat edib. Oğlunun qəfil ölümünə dözməyən ana Gülbahar Süleymaova da dünyasını dəyişib. Evin tək oğlunun ölümü isə bir nəslin sonunu gətirib. Elə bu səbəbdən də tək oğulların ön cəbhəyə göndərilməməsi ilə bağlı fikirlər yenidən aktuallaşıb.
Bu məsələni parlament tribunasından dəfələrlə qaldıran deputat Zahid Oruc Modern.az-a açıqlama verib. O deyib ki, bu bir ailə faciəsidir, eyni zamanda Azərbaycan vətəndaşları ilə bağlı baş verdiyindən millətimiz üçün itkidi: "Hər birimiz bundan ötrü narahatlığımızı bildiririk. Qeyd etdiyiniz məsələnin həm də hərbi-təhlükəsizlik tərəfi var. Azərbaycan dövləti onda maraqlıdır ki, ailələr öz övladlarını könüllü şəkildə orduya xidmətə göndərməklə bir tərəfdən onların təhlükəsizliyini qoruduqlarını, o biri yandan vətənin mənafeyi üçün vuruşduqlarını ortaya qoysunlar. Bu məsələ parlamentdə dəfələrlə qaldırılıb. Problem ondadır ki, müharibə şəraitində ailələr yaşlarının kamil dövründə övladlarını xidmətə yola salırlar və hərbi şəraitdə, döyüş vəziyyətində həyatlarını itirirlərsə, o ailələr gələcək davamçılarından məhrum olurlar. Həmin vaxt ailələrin yeni bir övlad dünyaya gətirmək imkanları olmadığından o qan, o gen sanki itir, zəncir qırılır və dediyiniz kimi faciəyə yol açır”.
Deputat məsələyə aydınlıq gətirərkən, daha çox oğlu olan ailələrə haqsızlıq edilməməsi gərəkdiyini xüsusi vurğulayıb: "Problemi qeyd edərkən, "Azərbaycan 2 və 3 oğul övladlarının vətənidir” kimi mənzərəni yaratmış olur. Belə çıxır ki, daha çox sosial yük götürən, övladlar böyüdən insanlar uşaqlarının sayı çox olduğu üçün günahkardırlar, vətən yalnız onların çiynində dayanmalı və xidmətə onlar yollanmalıdır. Əgər onlardan hər hansı biri dünyasını dəyişirsə, faciə deyil, çünki yerdə biri və ya ikisi qalır. Ümumilikdə belə çox ağır nəticə ortaya qoymuş olarıq.
Nazirlər Kabinetinin xüsusi bir təlimatı vardı ki, tək uşaqlar ön cəbhəyə göndərilməsinlər. Tam arxa cəbhədə də qulluq etməsinlər. Sonra bu müddəa tamamilə aradan qalxdı. İndi qeyd etdiyimiz kimi şahidiyik ki, ailənin tək övladı döyüşə yollanıb və dünyasını dəyişib. Belə olan vəziyyətdə parlamentə çox sayda müraciətlər daxil olub, eyni zamanda mediada haqlı narazılıqlar yaranıb.
Düşünürəm ki, burada digər bir çətinliyi nəzərə almalıyıq. Azərbaycanda ailə planlaşdırılması , xüsusilə də məlum qurğuların sayəsində elə vəziyyətə gəlib ki, bir çox evlərdə tək oğul övladı var. Belə ailələrin sayı on minlərlədir. Güzəşt tətbiq olunacağı təqdirdə yarana biləcək mənzərəni göz önünə gətirə bilərsiniz.
Bildiyiniz kimi bir övlad çox əzizlənir, həyat problemlərindən kənarda saxlanır və o natamam böyüyür. Onlar hərbi xidmətdən də tamamilə kənarda saxlansalar nəticəni müəyyən etmək heç də çətin deyil.
Məsələyə daha geniş kontekstdə yanaşsaq, əsas məqsəd insanlarımızın təhlükəsizliyini qoruyub saxlamaqdır. Mənim qənaətim budur ki, qanunvericiliklə qaydasında deyil, bilavasitə hərbi çağırışla bağlı normativ aktlarda dəyişiklik etmək etmək olar. Evin tək oğulları aralıq dövrdə bilavasitə ön cəbhədə xidmətdən kənarda tutulsunlar. Amma onu da qeyd edim ki, müharibə hamı üçündür. Belə olan təqdirdə məncə problem çözülmüş olar. Evin tək oğluna güzəşt tətbiq etmək, xidmətdən tamamilə azad etmək çətin problemlər yarada bilər”.
  • Upvote 2
Link to comment
Share on other sites

mətni oxudum.

bilmirəm, təsadüfdən yoxsa məqsədli olaraq burada "evin tək oğlu" və "evin tək övladı" ifadələri qarışdırılır, halbuki fərqli anlayışlardır. həmçinin, tək övladlı ailələrin sayı, tək oğul sahibi olan ailələrin sayından azdır. və ümumiyyətlə, mən diqqət yetirmişəm ki, müəmmalı və tsiklik olaraq, Nazirlər Kabinetinin həmin qərarı gah tətbiq olunur, gah aradan qaldırılır... artıq necənci dəfədir ki, sanki manipulyasiya olunur. bir qəti-qərara gələ bilmirlər.

 

 

  • Upvote 2
Link to comment
Share on other sites

Ölkədə nizami ordu mövcud olduğu halda :   peşəkar hərbiçilər Azərbaycanın quru qoşunlarında xidmət edir. milli aviasiya, hərbi donanmaya malikdir ölkəmiz. şanlı sərhəd qoşunlarımız var. xüsusi təyinatlılar,  xüsusi dövlət mühafizə xidməti var, daxili qoşunların ali hərbi məktəbi var... hərbi büdcənin vəsaiti milyardlarla ölçülür. bu qədər resurslara malik ordu, nə səbəbə hərbi xidmətə çağırdığı gənc vətəndaşını ön cəbhəyə itələməlidir ? !

Ata-ana üçün övladların hər biri əzizdir. istər tək olsun, istər beş olsun. istər qız olsun, istər oğul. nəsil, yaxşı qız övladı ilə də davam edə bilər, yaxşı oğul övladı ilə də... bir soyadı, yaxud genetikanı irsən nəsillərə ötürməklə iş bitmir hələ... tək uşaqları, tək oğulları imtiyaz vasitəsilə sığortalamaq çox asan olardı, valideynlər də arxayınlaşardı...amma bu çıxış yolu deyil.

Bu cür imtiyazlar verməklə, əslində, hərbi çağırışa məsul olan qurum özünü ifşa etmiş olur. belə ki, o vətəndaşının həyat dəyərini heç hesab edib. ailə övladını yetkinlik yaşına kimi qoruyub, dövlət məsuliyyətinə təhkim edir. dövlət qurumu bir il müddətinə həmin vətəndaşı qorumağı bacarmır və yuxarıdaki fakta əsasən, əsgər xəstəliyin ağırlaşması səbəbilə vəfat edir. bu kimi faktlar, müdafiə nazirliyinin əlaqədar strukturlarına ləkədir ! əvvəlcə, tək uşağı, daha sonra tək oğlu olan valideynlər etiraz edəcək... əlbəttə etiraz edəcəklər və haqlı olaraq...

Lap tutaq ki, ailənin beş oğlu var. hər biri öz növbəsində, hərbi xidmətə çağırış zamanı cəbhə bölgəsindəki hərbi hissədə xidmət etməli olacaq. peşəkar hərbiçilər olduğu halda, o nə üçün döyüşlərdə iştirak etməlidir ?! axı hər kəsin buna qabiliyyəti yetməyə bilər... bəlkə, həmin uşaqlardan biri gələcəyin alimi olacaqdı, ya musiçisi, ya müəllimi, həkimi... bəlkə, sadəcə yaxşı ata olacaqdı. hərbi xidmət sınaq meydanı olmalıdır. daha fəciəvi və təsadüfü ölüm meydançası olmamalıdır. orada gənclərın hərb üçün qabiliyyətini aşkar olunmalıdır.

Amma hazırda, elə şərait yaradıblar ki, ailə öz tək oğul övladını xidmətə yollamaqdan qorxur.

  • Upvote 3
Link to comment
Share on other sites

Insan ne qeder agilsiz ola ki tek oglu cut oglu deye ordudan danisha . orda adam balasi kimi esgere yemek verilse , eyin bashlari isti olsa herbi xidmete cagirilanin da canina qorxu dushub velveleye dushmez . Menim emimoglu hal hazirda esgerlikdedi , dediyine gore it yemi verirler . Yaziqlar elacsizliqdan olmesin deye hemin yemi yeyirler , ancaq kimin pulu varsa seherden lahmacun , doner sifarish edib yeyir . Adice deyisgmek uchun ayda 1 defe futbolka verirler , o daki Allah elememish yagis yagsa islaq islaq geceni sehere acirsan hacan quruyar quruyar . Belece esgerlerin coxusu da evlerine tuberkulez dioqnozu ile qayidir . Gucu catan yashayir , ayaqlasha bilmeyen xestelikden dunyasini deyishir . Hemdeki on cebhede qanun elediki olene yaxin sancasta xeber verirler ki esger yararsizdi uje .

Edited by azda
  • Upvote 2
Link to comment
Share on other sites

7 минут назад, azda сказал:

Insan ne qeder agilsiz ola ki tek oglu cut oglu deye ordudan danisha . orda adam balasi kimi esgere yemek verilse , eyin bashlari isti olsa herbi xidmete cagirilanin da canina qorxu dushub velveleye dushmez . Menim emimoglu hal hazirda esgerlikdedi , dediyine gore it yemi verirler . Yaziqlar elacsizliqdan olmesin deye hemin yemi yeyirler , ancaq kimin pulu varsa seherden lahmacun , doner sifarish edib yeyir . Adice deyisgmek uchun ayda 1 defe futbolka verirler , o daki Allah elememish yagisg yagsa islaq islaq geceni sehere acirsan hacan quruyar quruyar . Belece esgerlerin coxusu da evlerine tuberkulez dioqnozu ile qayidir . Gucu catan yashayir , ayaqlasha bilmeyen xestelikden dunyasini deyishir . Hemdeki on cebhede qanun elediki olene yaxin sancasta xeber verirler ki esger yararsizdi uje .

Düzgün mühakimə deyil. İnsanlar illərlə cürbəcür müalicələrlə zülm-zillətlə bir uşaq gətirilər dünyaya, 18 il əziyyət çəkib uşaq böyüdürlər. Xidmət vaxtı çatanda hamı tərəddüd edir. Ordudakı vəziyyət hamıya məlumdur. əgər inam olsa heç kim tərəddüd etməz. Yuxarıdan aşağıya doğru insanların haqqı tapdalanır. Bir neçə göz qabağında olan hissələrdə elə maskirovka edirlər ki, adamın ağzı açıla qalır, gözdən uzaq yerlərdən isə heç danışmağa dəymir. "Burda mən, Bağdadda kor xəlifə" 

  • Upvote 1
Link to comment
Share on other sites

Только что, gapgara сказал:

Düzgün mühakimə deyil. İnsanlar illərlə cürbəcür müalicələrlə zülm-zillətlə bir uşaq gətirilər dünyaya, 18 il əziyyət çəkib uşaq böyüdürlər. Xidmət vaxtı çatanda hamı tərəddüd edir. Ordudakı vəziyyət hamıya məlumdur. əgər inam olsa heç kim tərəddüd etməz. Yuxarıdan aşağıya doğru insanların haqqı tapdalanır. Bir neçə göz qabağında olan hissələrdə elə maskirovka edirlər ki, adamın ağzı açıla qalır, gözdən uzaq yerlərdən isə heç danışmağa dəymir. "Burda mən, Bağdadda kor xəlifə" 

 

Evin tek oglu esgere getmez deye qanun hec yerde yoxdu . Onda sizin mentiqinizle gotursek Az-nin oglanlarinin 90%-i esgere getmemelidir , cunki evin tek ogludur . Indi Haminin 1 qizi 1 oglu var . Azusaqli aileler coxushaqli ailelerden coxluq teskil edir . Niye bashqa olkelerde esger olumu olmur ancaq bizim olkede esgere gedenin gunu qara olur , hele ustelik coxumuzda esger anasina Allahdan sebr dileyirik , beyem olume gonderirik ? Oz agillarina gore indi guyaki yeni qanun cixarirlar . Bir ananin 3 oglu varsa , 1-i herbide dunyasini deyisherse demelidiki " esi bashimiz sagolsun , onsuz da hele 2 denesi var ?" :praygg:  

 

  • Upvote 1
Link to comment
Share on other sites

В 11/15/2016 в 22:39, azda сказал:

 

Evin tek oglu esgere getmez deye qanun hec yerde yoxdu . Onda sizin mentiqinizle gotursek Az-nin oglanlarinin 90%-i esgere getmemelidir , cunki evin tek ogludur . Indi Haminin 1 qizi 1 oglu var . Azusaqli aileler coxushaqli ailelerden coxluq teskil edir . Niye bashqa olkelerde esger olumu olmur ancaq bizim olkede esgere gedenin gunu qara olur , hele ustelik coxumuzda esger anasina Allahdan sebr dileyirik , beyem olume gonderirik ? Oz agillarina gore indi guyaki yeni qanun cixarirlar . Bir ananin 3 oglu varsa , 1-i herbide dunyasini deyisherse demelidiki " esi bashimiz sagolsun , onsuz da hele 2 denesi var ?" :praygg:  

Tək oğlu yox, tək övlad. Aralarında böyük fərq var. 

  • Upvote 1
Link to comment
Share on other sites

В ‎15‎.‎11‎.‎2016 в 21:54, azda сказал:

Insan ne qeder agilsiz ola ki tek oglu cut oglu deye ordudan danisha . orda adam balasi kimi esgere yemek verilse , eyin bashlari isti olsa herbi xidmete cagirilanin da canina qorxu dushub velveleye dushmez . Menim emimoglu hal hazirda esgerlikdedi , dediyine gore it yemi verirler . Yaziqlar elacsizliqdan olmesin deye hemin yemi yeyirler , ancaq kimin pulu varsa seherden lahmacun , doner sifarish edib yeyir . Adice deyisgmek uchun ayda 1 defe futbolka verirler , o daki Allah elememish yagis yagsa islaq islaq geceni sehere acirsan hacan quruyar quruyar . Belece esgerlerin coxusu da evlerine tuberkulez dioqnozu ile qayidir . Gucu catan yashayir , ayaqlasha bilmeyen xestelikden dunyasini deyishir . Hemdeki on cebhede qanun elediki olene yaxin sancasta xeber verirler ki esger yararsizdi uje .

vaxtaşırı bu "dalğa qalxıb-enirsə", deməli görünən ağılsızlıqda nəsə də var ...

  • Upvote 1
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    •  Кровати односпальные, двуспальные и двухъярусные
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 10 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Haha
        • Like
      • 61 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Like
      • 638 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
        • Like
      • 25 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
        • Upvote
        • Sad
        • Like
      • 64 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...