Jump to content

ekonomiks

Almost members
  • Content Count

    95
  • Joined

  • Last visited

Community Reputation

14 Neutral

About ekonomiks

  • Rank
    Advanced Member

Profile Information

  • From
    Baku

Recent Profile Visitors

The recent visitors block is disabled and is not being shown to other users.

  1. Sabiq maliyyə naziri, professor Fikrət Yusifovun müəllifi və aparıcısı olduğu "Real İqtisadiyyat” verilişində ilin ilk həftəsinin iqtisadi yekunları müzakirə olunub. 2019-cu ilin ilk verilişində dünya bazarında neft qiymətlərində müşahidə olunan artım təhlil edilib. Tanınmış iqtisadçı Azərbaycanda ümumi daxili məhsulun həcminin ABŞ dolları ilə müqayisə etməklə azaldığını iddia edənlərə də cavab verib. O, üç Cənubi Qafqaz ölkəsinin nominal dəyərlərlə ÜDM-nin müqayisəsini aparıb və populizm naminə söylənən fikirlərin əsassız olduğunu rəqəmlərlə isbatlayıb.
  2. Son günlər mətbuat səhifələrində milli valyutamızın məzənnəsində kəskin dəyişikliklərin baş verəcəyinə dair fikirlər yer almağa başlayıb. Növbəti ilin dövlət büdcəsi zərfinin parlament müzakirələri zamanı maliyyə naziri Samir Şərifovun manatın məzənnəsi ilə bağlı söylədiyi fikirlərdən və bu günlərdə onun televiziya ilə çıxışı zamanı verdiyi açıqlamadan sonra mövzu daha geniş müzakirə predmetinə çevrilib. Əslində maliyyə nazirimiz təlaş yarada biləcək heç nə deməyib və onun səsləndirdiyi fikirlərdə narahatlıq üçün heç bir əsas yoxdur. Yeri gəlmişkən, bir qədər əvvəl manatın məzənnəsinin tədricən yumşaldılması təklifi ilə mətbuat səhifələrində biz də çıxış etmişdik. Belə bir təklifi qonşu ölkələrdə milli valyutalar kəskin ucuzlaşmağa başladığı bir dövrdə səsləndirmişdik. Məlumdur ki, iqtisadiyyatın öz qanunları var, qonşu ölkələrdə milli valyutalar kəskin ucuzlaşırsa, bu ölkələrlə kifayət qədər ciddi ticarət əlaqələri olan dövlətlərin milli valyutalarına da təzyiqləri artır. Nəticədə həmin ölkələrdə də daxili istehsal və ixracat tədricən azalır. Məhz belə məqamlarda daxili istehsalın və ixracatın qorunması naminə milli valyutanın tədricən yumşalması istiqamətində zəruri addımlar atıla bilər. Bu, olduqca normal haldır və kəskin devalvasiya deyil. Bu gün Azərbaycan manatının kəskin ucuzlaşması üçün heç bir əsas yoxdur. Bu səbəbdən də devalvasiya həvəskarlarına bir qədər təmkinli olmağı və cəmiyyətdə panika yaratmamağı tövsiyə edirik. Azərbaycanın mövcud valyuta ehtiyatları və ölkənin bütövlükdə maliyyə dayanıqlığı elə bir səviyyədədir ki, buradan hər hansı bir kəskin devalvasiyaya yol yoxdur. Kimlərsə neftin qiymətlərinin son iki ayda bir qədər ucuzlaşmasını əlində bayraq edirsə, bunun da heç bir əsası yoxdur. OPEK-in dekabrın 6-7- də Avstriyanın Vyana şəhərində keçirilən son toplantısında gündəlik neft hasilatının 1,2 milyon barel azaldılması haqqında qərar qəbul edildi. Neft bazarı artıq bir aydan çox idi ki, OPEK-dən belə bir addımın atılmasını gözləyirdi. Çünki gündəlik hasilatın bu qədər azalması neftin dünya bazarlarındakı qiymətlərini sabit saxlamaq üçün yetərlidir. Buna görə də devalvasiya həvəskarları neft amilini də əldə bayraq etmək imkanlarından məhrum olacaqlar. Azərbaycan öz iqtisadi potensialına və maliyyə imkanlarına görə hazırda Cənubi Qafqaz bölgəsinin lider dövlətidir və apardığı sürətli iqtisadi islahatlara görə dünyanın diqqət mərkəzindədir. Ölkəmizdə aparılan düşünülmüş və hərtərəfli islahatlar Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi mötəbər maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir. Ölkə parlamenti tərəfindən 2019-cu il üçün qəbul edilmiş dövlət büdcəsi və vergi islahatları zərfi gələn il Azərbaycan iqtisadiyyatının daha sürətlə inkişaf etdirilməsi üçün ciddi əsaslar yaradır. İslahatlar paketində qeyri-neft sektorunun sürətli inkişafını hədəfləyən və bu sahədə həm daxili, həm də xarici investorlara olduqca cəlbedici investisiya mühiti yaradan addımların növbəti ildə ölkə iqtisadiyyatına daxili və xarici mənbələr hesabına daha ciddi yatırımlar ediləcəyi inamını artırır. Müstəqil Azərbaycan dövlətinin əldə etdiyi uğurları qara rəngdə görən və onlara ikili standartlar prizmasından yanaşaraq gərgin zəhmət hesabına qazanılan nailiyyətləri görmək istəməyənlərə Azərbaycan hökuməti, heç şübhəsiz, növbəti illərdə də aparacağı düşünülmüş islahatlarla və əldə edəcəyi layiqli nəticələrlə cavab verəcəkdir. Fikrət YUSİFOV, iqtisad elmləri doktoru, professor http://ekonomiks.az/manshet/1216-azerbaycan-manati-sabitdir-ve-bu-sabitliyin-kifayet-qeder-ciddi-iqtisadi-ve-maliyye-esaslari-var.html
  3. цены на нефть снижаются, новые акции против Ирана, обсуждение государственного бюджета Азербайджана на 2019 год
  4. Бывший министр финансов, профессор Фикрет Юсифов является автором и ведущим программы «Реальная экономика», в данном выпуске которой говорится о налоговых реформах, которые планируется реализовать в 2019 году. Фикрет Юсифов прокомментировал ожидаемые изменения в налоговом законодательстве и проинформировал аудиторию о новых реформах. Смотрим!
  5. Как известно в UK был принят закон, который подразумевает, то, что лица, которые приобретают недвижимость и совершают какие либо покупки, на территории королевства, подтверждали, откуда у них эти суммы и подтверждали их легальность. Этот закон начал действовать с августа. В чем смысл этого закона? Правоохранительные органы Британии отслеживают все крупные покупки более 50 тысяч фунтов, и в случае, если они что-то заподозрили неладное, а именно, если покупатель бывший гос.чиновник, коррупционер, сотрудник аппарата в какой-то стране, они посылают запрос на то, чтобы человек подтвердил легальность этих денег. Зная, что Джахангир Гаджиев был осужден в Азербайджане на 15 лет, в связи с крупными хищениями, они сразу обратили на нее внимание и послали ей официальный запрос. Замира же ответила, что все эти средства были получены ее мужем до того, как он стал главой банка и деньги эти честно заработаны. Но доказательств пока не предоставила. Что же будет в случае, если Британское правосудие не получит доказательств, что все эти суммы легальны? И что от этого может приобрести Азербайджан? Об этом смотрим в аналитической передаче Фикрета Юсифова с 15 минуты http://ekonomiks.az/manshet/1199-real-qtisadiyyat-19102018.html
×