Jump to content

NOIR

Moderators
  • Content Count

    3614
  • Joined

  • Last visited

Community Reputation

2181 Excellent

About NOIR

  • Rank
    Guru

Profile Information

  • Gender
    Female
  • From
    Noir

Recent Profile Visitors

12342 profile views
  1. necə deyim ki, xətrinizə dəyməsin... ) əsərlə tanış olmağıma peşiman deyiləm, amma "bazar günü axşam" üçün uyğun deyildi )) duyğu dilim azərbaycan dili olsa belə, oxumağa başlayanda fikir verdim ki, sözlər dərin batır, nüfuz edir. oxumağı dayandırdım və audiokitab yüklədim. dinləməyə başladım. çünki yalnız qulaq yaddaşımla qavramaq istəyirdim. göz yaddaşım daha dərin qavrayır ki, bu mənə həmin vaxt gərək deyildi, etiraf edirəm ) Kafka özü barədə yazır, bu böcək o özüdür. mən bilmirəm o uşaqlıqda nə kimi psixoloji travma alıb, amma çox küskün adam imiş... onun həyatı barədə hələ oxumamışam. (sabah davam edərəm, olar ? )
  2. NOIR

    Bizim Köşk )

    axşamınız xeyir çay süfrəsinə yığışsanız, xəbər eliyin )
  3. qısaca desəm, vəziyyətə uyğun bölgü etməliyik ) ətraflı, siz istiqamət verin... dünən əsərlə tanış oldum. əgər istərsiz, Qreqora münasibəti ümumiləşmiş obraz olaraq təhlil edək. ya istəsəz, həyati müşahidələr üzərindən müzakirəyə başlayaq. bu mövzu DNOTda olsaydı, 15 səhifə yazardılar ) məzmun olduqca aktualdır
  4. )) görürsüz, hər necə olsa, yenə də əhalini düşünürlər
  5. NOIR

    Kloun

    çox yaşa, Ceylin ) mən də belə düşünürəm. hər sənətin özəlliyi var... asan iş yoxdur, ümumiyyətlə )
  6. Rus dilidə 3 dənə söz yazırsız, o da belə...
  7. @Slay qonşu mövzuda Kafkanın "Çevrilmə" novellasından aldığı təəssürat ilə bölüşmüşdü. Onun həmin postdakı mülahizələri, gəldiyi qənaət, təəssürat və emosional nəticə mənə maraqlı gəldi... "Çevrilmə" ilə tanış oldum, bir müddət öncə ) öz həyati müşahidələrimdən gəldiyim nəticələrlə Böcəyin düşüncələri bir-birinə qarışıb hazırda ) Bununla belə, Slay ilə razılaşdığımız qaydada mövzunu açdım. həmin postu bura yerləşdirirəm : Slay Kafkanın Çevrilmə(metamarfoz) əsərini oxudum.Düşündürücü və təsirlidir. Bu əsərdən hansı nəticələr çıxır? Mən belə başa düşdüm.Zəif bir ailədir.Oğul həyatın ona bəxş etdiyi sevgi hissindən enerji alaraq özünü bütünlüklə ailəsinin xoşbəxtliyi naminə istismar edir.Yazıçı əsərdə göstərir ki, oğul sağlamlığını itirib böcəyə çevriləndə( burada fantastik metoddan istifadə olunur) ailənin əsas reaksiyası pul gətirən mexanizmin əldən getməsinə heyifslənməsidir.Ailənin mənəvi zəifliyi dəhşət doğurur.Əksinə oğul(Qreqor) isə fiziki olaraq həşərata çevrilsədə belə düşüncəsində insan qalmağa çalışaraq ailəsinə kömək edə bilməmək üçün heyifslənir. Əsərin sonunda bacısının fikirləri ürək ağrıdlcıdlr. Qardaşını digərilərindən nisbətən daha çox istəyən bacı düşünürki əgər Qreqor özünə həyatda bu ailənin qəhrəmanı olmaq missiyasını seçmişdisə məntiqi olaraq sonacan bunu etməli idi.Yəni böcək kimi bizə yük olmaqdansa ölməyi seçməliydi.Və bizimdə xatirimizdə əziz adam kimi qalmalı idi. Bu əsəri oxuyandan sonra düşünürsənki insanın özünü və başqalarını çox istəmək sərhədi hara qədər olmalıdır?
  8. NOIR

    Kloun

    mümkündür insanların psixi imkanları fərqli olur. eləsi var dözümlüdür, emosional çevikdir, özünü və situasiyanı ələ ala bilir. amma elə insan da var adlaya bilmir, эмоциональная ригидность deyilər buna. təzahürləri müxtəlif olur
  9. ola bilər. kritik həddə, məsələn, biri istədiyi insanı yaşatmaq üçün ölə bilər (?) yaxud, sevdiyi insan ölərsə, onsuz mümkün olmadığı üçün ölə bilər (?) Slaay, gəlin belə edək ) mən Kafkanı oxumamışam. oxuyub, sizə geri dönərəm. Bir də, əgər istərsiz sizin postu köçürməklə ümumi bölmədə yeni bir mövzu açım... məzmun maraqlıdır, digər iştirakçıların da müzakirəyə qoşulmasını istərdim.
  10. NOIR

    Xoşladığınız Şeirlər 2

    Gərçi məhəbbət aləminin çox səfası var, Hər qarə zülfə meyl edənin min bəlası var. Aşiq şikayət eyləməz, hər cövrə səbr edər, Pərvanə sanma atəşə yansa, nəvası var. Hər aşinayə söyləmək olmaz, vəfası yox, Çək imtahanə, bəlkə, bir əhli-vəfası var. Qoyma qədəm, diyari-məhəbbət bəlalıdır, Nə ibtidası var, nə də ki intəhası var. Səbr ilə gün keçirə gərək əhli-eşq olan, Nə dərd olursa axırı bir gün dəvası var. Bir daş ürəkli dilbərə çoxdan vurulmuşam, Nə rəhmi var, nə dostluğu var, nə ədası var. Şairlər içrə sanma hünərsizdi Vahidi, Vahid nə olsa da, yenə, bil, iddiası var.
  11. özünü sevirsə başqalarını çox istəyə bilməz, yəni ? yoxsa digər bir mənada ? )
  12. NOIR

    Kloun

    düzdür. elə ona görə də yuxarıda həmin youtube çarxı yerləşdirdim. vaxtilə Çoşqun_Rafael cütlüyünü necə ələ salırdılar... onlar barədə elə təhqiramiz ifadələr işlədirdilər ki, müqayisədə təpik heç nə idi )) bir kiçik hadisəni xatırladım yaxın günlərdə Fəvvarələr meydanından keçirdim, oğlum dartıb apardı məni şirniyyatlara tərəf... ) hazırda mərkəzdə satış yarmarkaları keçirilir, bilirsiz yəqin. Çələbi brendinin şourumu diqqətimi çəkdi, yaxınlaşdım. ümumiyyətlə Сhelebi brendinin ideyası, dizaynı çox maraqlıdır, bəyənirəm. onların simvolikasında ağ pişik də var ) pişik kostyumunda, qəşəng qara mundirdə bir "obraz" dayanıb reklam edir )) şəkil çəkdirir. bir balaca oğlan, olar 3 yaşında, əlini dinc saxlamır və pişiyin uzun ağ quyruğunu dartır )))) )))) güldüm nə qədər, öz uşaqlığımı xatırladım. mən də uşaq olsaydım, dartardım bu arada, foto şəkil alınmır )) çünki pişik-adam qıcıqlanır və geri çevrilib, quyruğunu uşağın əlindən alır )) uşaq yenə əl uzadır. pişik hirslə quyruğunu çəkir.... məzəli hal yaranmışdı. vallah o balaca dələduzu başa düşürəm. dəcəldi sadəcə.
  13. NOIR

    Bizim Köşk )

    hər şeyi kəşf eləmisiz deyə, daha maraq itib )) )) əla ! lap yaxşı eləmisiz. o nə şəkillər idi, bir şoruşum ? Sizin təcrübənizə qəti şübhəm yoxdur, nüfuzlu rəyinizə də etibar edirəm... amma razılaşın ki, hazırki reallıq başqadır, daha bərbaddır. azad fikrə basqı ümumilikdə mövcuddur və dil mənsubiyyəti fərqi qoymur. gəlin etiraf edək, azərbaycanlılar sadəcə, ana dilində danışmağa utanırlar. öz analarının dilini bəyənmirlər. laylaysında yuxuya getdikləri həmin dil indi onlara çirkin gəlir. bu dil onlara yad gəlir, duyğulanmırlar. ana dili kobud, bəsit və kasıbdır. nəcib, nüfuzlu və dəbdə deyil. sevmirlər ana dilini. dilin yayılmasını istəmir və maneə törədirlər. razısuz ? ))
  14. yoox ) pul qurtaranda Vergiləri "işə salırlar"
×