Jump to content

Anar862

Members
  • Content Count

    3771
  • Joined

  • Last visited

Community Reputation

1135 Excellent

About Anar862

  • Rank
    Guru

Profile Information

  • From
    Azerbaijan

Recent Profile Visitors

2054 profile views
  1. Səhərdən bunu axtarırdım... EY 2017-ci ildə Azəriqazda (SOCAR-a daxildir) audit aparmışdı, nəticədə 700 milyon kub metr qaz itkisi və bir çox nöqsanlar aşkarlamışdı. "Ernst and Young” şirkətinin audit hesabatında "Azəriqaz” İB-də hökm sürən korrupsiya, təsərrüfatsızlıq və yarıtmaz idarəçilik barədə başqa sensasion faktlar da yer alır. http://fins.az/aqrar/918545/azeriqazin-qazi-hara-yoxa-chixir-faktlar.html İndi nə oldu birdən-birə SOCAR güclü firma oldu)).
  2. Həm şərt deyil ki, ikranı birbaşa versinlər. SOCAR böyük firmadı, o deməkdir ki, EY üçün böyük müştəridir. Bizim ölkənin də bazarı balacadır. Qanunla məcburi audit olunmalı firmaların sayı azdır. Yəni, SOCAR elə özü ikradır. EY da bu ikranı elə-belə paylaşmaq istəməz...
  3. Demək istəyirəm - auditorlara çox da inanmayın... Xüsusən bizim ölkədə. ABŞ və Avropada auditorların özünün işlərini yoxlayırlar. Hədrənbir cərimələyirlər - külli miqdarda, məsələn milyon dollar ətrafında Bizdə isə onlara gözün üstündə qaşın var deyən yoxdur.
  4. Söhbət ikrada deyil. Söhbət "vnimatelni" olmaqdadır)). Öyrətmək olmasın, boş vaxtınızda Arthur Andersen firması haqda oxuyarsınız. O da vaxtilə sayılıb-seçilən audit firmalarından biri olub. Ta ki, "ikra" onu korlayana qədər...
  5. Beynəlxalq Bank da nə vaxtsa güclü bank idi... Onu da auditorlar yoxlamışdı... Onları heç yada salan yoxdu. Sabah biri gün Rövnəqin Londonda malikanələri üzə çıxanda EY yada düşməyəcək.
  6. Çünki Əlidə alındı, Vəlidə alındı - dedilər Mehmanda da alınar. Məncə, İnternet müxalifəti hökumətin damarını yaxşı tutub - onlar söyürlər, bunlar da emosiyalara qapılıb reaksiya verirlər. Emosiyalara qapılan isə hökmən səhv edir.
  7. Eyni ssenari - Oblomov başlayır - known as davam edir... Arada bir taktikanı dəyişsəz yaxşı olar...
  8. 2%-lik qala bilər. Çünki qanun demir ki, ümumiyyətlə hüquqi şəxslərlə əlaqələri olmasın, deyir xidmət göstərməsin.
  9. Bu hissəsi də maraqlı oldu. Doğrudanmı gömrük rəsmiləşdirilməsi - xalq arasında rastamojka -ASAN-a veriləcək ?
  10. Ola bilər dövlət notariusları bağlansın. Mən belə başa düşürəm. Çünki söhbət büdcədən maliyyələşən orqanların azaldılmasından gedir. Notariusların içində özəl olanlar da var. Onların qalmasının dövlətə ziyanı yoxdur. Üstəlik, ASAN çatdırmaz o boyda axını
  11. Nə qədər adam işsiz qalacaq. .... dövlət orqanlarının işçilərinin ümumi say həddinin azaldılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Mənbə: Prezidentin Fərmanı, maddə 8.4
  12. Notariat da siyahıda göstərilib. Burası bir az anlaşılmaz oldu. Yəni başqa notariuslar olmayacaq ? Bir az inandırıcı gəlmir. ASAN-da onsuzda notariatda növbə olurdu. Belə olsa ASAN-a girmək olmaz...
  13. Hələ ki yox. Mən təzəlikcə almışam. Amma mənim təcrübəm ayrı - sizin təcrübəniz ayrı. Mən təhsilə investisiyaya uzunmüddətli baxıram. Yəni bu il də olmasa, nə vaxtsa onun geri dönüşü olacaq.
  14. Belə bir məsləhət verə bilərəm. Bazarı araşdırmaq lazımdır. Təkcə burda yox, oxumaq istədiyiniz yerdə. Məsələn, tutalım Almaniyada Master in Psychology oxumaq istəyrisiniz. İş elanı saytlarında bu tələblərə uyğun işlərə, onların maaşlarına baxmaq olar. Sonra bir dənə CV düzəldib ora Master yapışdırıb, bir dənə uydurma alman adresi yazıb göndərirsiniz firmalara. Onsuz da ilkin olaraq çox az firma sizdən diplomun kopyasını istəyəcək. Gələn cavablardan təxmini iş tapmaq şanslarınızı biləcəksiniz. Əgər PhD oxumaq istəyirsinizsə, bu halda iş tapmaq şansları daha çox olur. Çünki PhD namizədlərin çoxu dərs deyir. Mənə dərs deyənlərin bir qismi PhD tələbələri idi. Mən özüm 35+-da işimi gücümü atıb Master degree almışam.
×