Jump to content

gulnara2008

Members
  • Content Count

    588
  • Joined

  • Last visited

Community Reputation

10 Neutral

4 Followers

About gulnara2008

  • Rank
    Almost Profi
  • Birthday 08/27/1980

Contact Methods

  • MSN
    gulnara_aliyeva@rambler.ru
  • ICQ
    0

Profile Information

  • Gender
    Female
  • From
    Baku

Recent Profile Visitors

1737 profile views
  1. Salam NOİR, Əmək Məcəlləsinə əsasən yaşı 15 -ə çatmış şəxslərlə əmək müqaviləsi bağlamaq olar lakin müəyyən şərtlər var onları qeyd edəcəyəm. 15-dən az olan şəxslərlə əmək müqaviləsi bağlamaq qadağandır. Dəqiqləşdirmək lazımdır həmin elanda verilən yaş həddini və işin şəraitini. Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü bəndinə əsasən On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Məcəllənin 249-cu maddəsində qeyd edilib: Maddə 249. İşə qəbul zamanı yol verilən yaş həddi 1. Yaşı 15-dən az olan şəxslərin işə qəbul edilməsinə yol verilmir. Maddə 250. Yaşı 18-dən az olan işçinin əməyinin tətbiqi qadağan olunduğu işlər Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərən amilli gecə klublarında, barlarında, kazinolarda, o cümlədən spirtli içkilərin və toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır. İcbari ümumi orta təhsil haqqında qanunvericiliyin şamil edildiyi yaşı 18-dən az olan şəxslərin bu təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə götürülməsi qadağandır. Əmək qanunvericiliyi üzrə işçi statusu yalnız 15 yaşı tamam olmuş şəxslər üçün əldə edilir. Belə ki, ƏM-nin 249-cu maddəsi üzrə yaşı 15-dən az olan şəxslərin, bir qayda olaraq, işə qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqaviləsi işçi və işəgötürən arasında bağlanır və 15 yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Bununla belə nəticəyə gəlmək olar ki, Əmək Məcəlləsinin 38-ci fəslində tənzimlənən əmək münasibətləri 15-18 yaş aralığı işçilərə şamil edilir.15 yaşından 18 yaşınadək şəxslərlə əmək müqaviləsi bağlanarkən onların qanuni nümayəndələrindən, yəni valideynlərindən və ya övladlığa götürənlərdən, qəyyumlarından birindən və yaxud qanunla onları əvəz edən şəxslərdən yazılı razılıq alınmalıdır. Mülki qanunvericiliyə əsasən yalnız şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada 18 yaşından əvvəl tam fəaliyyət qabiliyyəti əldə edərsə, uşaq üçün nəzərdə tutulmuş hüquq və vəzifələrə xitam verilir və əmək müqaviləsi bağlamaq üçün qanuni nümayəndələrin razılığı tələb olunmur. AR ƏM-in “Yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri”adlı 38-ci fəsli bu qrup şəxslərin əmək münasibətlərinin mühafizəsi təminatlarını tənzimləyir.Bu təminatlar aşağıdakılardır: Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərən amilli gecə klublarında, barlarında, kazinolarda, o cümlədən spirtli içkilərin, narkotik vasitələrin və toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiqinin qadağan edilməsi; Yaşı 18-dən az olan işçilərin qanunvericiliklə ilə müəyyən edilmiş normalardan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsinin qadağan edilməsi; Yaşı 18-dən az olan şəxslərin işə yalnız tibbi müayinə keçirildikdən sonra qəbul edilməsi; 18 yaşına çatmamış işçilərin qısaldılmış iş vaxtı şəraitində əmək haqları müvafiq vəzifələr, peşələr üzrə işləyən yaşlı işçilər üçün müəyyən edilmiş tam məbləğdə ödənilməsi; Yaşı 18-dən az olan işşiləri gecə vaxtı işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsi, habelə onların ezamiyyətə göndərilməsinin qadağan edilməsi(axşam saat 20-dən səhər saat 7-dək olan müddət yaşı 18-dən az olan işзilər üзün gecə vaxtı hesab edilir); Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığı üçün tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə yaşı 18- dən az olan işçinin əmək müqaviləsinin ləğv ediləsinin yolverilməzliyi; Yaşı 18-dən aşağı olan işçilərin attestasiya olunmaması Yaşı 18-dən az olan şəxslər yalnız tibbi müayinədən keçirildikdən sonra işə qəbul edilə bilər və 18 yaşı tamam olanadək hər il işəgötürənin hesabına tibbi müayinədən keçməlidirlər. Eyni zamanda qeyd edək ki, yaşı 18-dən az olan şəxslərin azyaşlı olduğuna və ya əmək vərdişlərinin, yaxud peşəkarlıq səviyyəsinin aşağı olmasına görə işə qəbul olunmasından imtina edilə bilməz ƏM-nin 251-ci maddəsi üzrə 16 yaşından 18 yaşadək olan işçilərin bu maddə ilə qeyd edilmiş normadan artıq ağır əşyaların qaldırılmasına və daşınması işlərinə cəlb edilməsinə yol verilmir:
  2. Salam, Əmək qanunvericiliyinə əsasən siz işəgötürəni bir ay əvvəlcədən xəbərdar etməlisiz yəni işdən çıxma ərizəsi yazaraq rəhbərliyə təqdim etməlisiniz. Əgər başqa şirkətlə müqavilə bağlamısınızsa o zaman siz ərizənizdə yazılan tarixə işdən azad ola bilərsiz. Xahiş edirəm aşağıda qeyd olunan maddəni diqqətlə oxuyun. Suallarınıza cavab tapacaqsız. Əgər sizin işdə heç bir nöqsanınız olmayıbsa sizi maddə ilə çıxarmağa heç kimin haqqı yoxdur. Siz bu maddəni oxyun və öz hüquqlarınızı bilin. Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası 1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 3. İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. [82] 4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. 6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir. 7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
  3. напишите пожалуйста отзывы кто побывал Вьетнам.
  4. Salam Sizin əmək müqavilənizin şərtlərindən asılıdır. Əksər hallarda işçinin Vəzifə öhdəlikləri punktunda qeyd edilir ki rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək. Buna əsaslanıb sizə əlavə iş verilə bilər.
  5. Salam, İnsan resurlarının idarəedilməsi sistemində bilik və bacarıqların bölüşdürülməsi anlayışı mövcuddur. Yəni işçinin digət işçiləri təlimləndirməsi, öz bilik və bacarıqlarının digər işçilərlə bölüşdürülmmməsi. Buna ingilis dilində "Mentoring", "Coaching" deyilir. Yəqin ki praktikada rast gəlmisiz. Sizin öz işinizi başqasına iş vaxtı öyrətməniz isə "On the job training" adlanır ki, bu da qısa vaxt sərf edərək işçiyə treyninq keçmə nəzərdə tutulur. Yəni tam şəffaf bir prosedurdur.
  6. Salam, 14 yaşadək 2 uşağı olan analara 2 gün əlavə məzuniyyət verilir, 3 və daha çox uşaqlı analara isə 5 gün əlavə məzuniyyət verilir. Maddə 117. Uşaqlı qadınların əlavə məzuniyyətləri 1. Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. [133] 2. Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin bu maddənin birinci hissəsində nəzərdə tutulan əlavə məzuniyyət hüququ vardır. 3. Bu maddə ilə müəyyən edilmiş əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır. 4. Bu maddə ilə müəyyən edilmiş əlavə məzuniyyətlər bu Məcəllənin 118, 119, 120 və 121-ci maddələrində göstərilən işçilərə verilmir. Maddə 115. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin müddətləri 1. Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.
  7. Salam, Əmək qanunvericiliyinə əsasən siz işəgötürəni bir ay əvvəlcədən xəbərdar etməlisiz yəni işdən çıxma ərizəsi yazaraq rəhbərliyə təqdim etməlisiniz. Əgər başqa şirkətlə müqavilə bağlamısınızsa o zaman siz ərizənizdə yazılan tarixə işdən azad ola bilərsiz. Müqaviləniz 3 aylığa bağlanıb və ilin əvvəlində bitibdir məsləsinə gəldikdə isə - Müqavilə müddətiniz bitəndən sonra hələ də işə davam edirisnizsə deməli müqaviləniz avtomatik olaraq həmin müddətə uzadılıb.
  8. Əmək Məcəllləsi və Kadr işlərinə aid suallariniz varsa yazın. Bilənlər cavablandırsın.
×