Jump to content

Verman

Members
  • Content Count

    6113
  • Joined

  • Last visited

Community Reputation

337 Good

2 Followers

About Verman

  • Rank
    Old & Wise

Profile Information

  • Gender
    Male
  • From
    Deutschland

Recent Profile Visitors

5774 profile views
  1. Statistika əksini deyir. Hər iki ölkədə əsgər sayı təxminən eynidir, ermənilərdə professional əsgərlər ordunun 70%-i, Azərbaycanda isə 50%-dir.
  2. Mən də onunla razıyam. Ermənilər Qarabağda demək olar hər bir dağı və təpəni istehkama çeviriblər. Bunların hər birini almaq yaşayış məntəqəsini almağa bərabərdir. Üstəlik ermənilərdə professional əsgər sayı da xeyli çoxdur. Azərbaycanın aldığı bu qədər texnika dağlarda çox az işə yarayacaq.
  3. Girən elə həmişə kasıba girir onsuz da
  4. Rusla evlənəndə bilmirdi arvad gəzəyən çıxacaq? Yoxsa puluna güvənirdi?)) Puluna qalsa o boyda milyarder Fərhad Əhmədovun da rus arvadı gəzəyən çıxdı, hələm üstəlik nə qədər pulunu da əlindən aldı.
  5. Əhalinin siyahıya alınması aparılanda ancaq ölkədəki yerli vətəndaşlar yox, ölkədə yaşayan bütün insanlar qeydə alınır. Ona görə də rəsmi yazılanlar həqiqətə uyğundur. 2 milyon rəqəmi havadan uydurulub.
  6. Bu məlumatlar ən yeni 2010-cu ilə aid olan məlumatlardır! 2010-cu ildən bəri Rusiyaya Azərbaycandan daha az köçən olub, nəinki Rusiyadan Azərbaycana. Deməli indiki real rəqəm 600 mindən də azdır.
  7. Bu kanal Şirvan adlı azərbaycanlıya məxsusdur, 300 minə yaxın izləyicisi var, videolarına 20 milyondan çox baxış olub. Hərçənd videoları ona kifayət qədər gəlir gətirmir deyə ianə də toplayır. https://www.youtube.com/channel/UCwnKziETDbHJtx78nIkfYug
  8. Rusiyada cəmi 600.000 azərbaycanlı yaşayır. https://ru.wikipedia.org/wiki/Азербайджанцы_в_России
  9. Rəşad Sadıqov da getdi “Azərbaycan millisinin və aşağı yaş qrupları üzrə yığmaların son bir ildəki nəticələrinin müzakirəsi aparıldı. Qurban Qurbanovla bağlı da qərar qəbul olundu ki, işini bir yerdə davam etdirsin və müqaviləsinə xitam verilsin”. Bunu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov qurumun İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib. “Qarabağ"ın nəticələri də bizim üçün vacibdir. Təcrübə göstərdi ki, iki yerdə çalışmaq çox çətin işdir. AFFA İcraiyyə Komitəsi Qurban müəllimə minnətdarlıq etdi. Təəssüf ki, UEFA Millətlər Liqasında uğurlu nəticələr olmadı”, - deyə o qeyd edib. “Aşağı yaş qruplarından ibarət yığmalar tərəfindən strateji plan təqdim olunmayıb. Bu səbəbdən, U-19 istisna olmaqla, digər yığmaların baş məşqçiləri ilə müqavilələrə xitam verilib. Nəticələrə baxsaq, görərik ki, aşağı yaş qrupları üzrə yığmaların nəticələri və nizam-intizamı yoxdur. Məsələn, U-17 0:4 hesabı ilə uduzur, üstəlik, oyunlar ərzində 4 qırmızı vərəqə alır. Biz ədalətli oyuna əməl etməliyik. Vüqar Məmmədin rəhbərlik etdiyi U-19 elit-raunda vəsiqə qazandığı üçün fəaliyyətini davam etdirəcək", - deyə E.Əsədov əlavə edib. Bundan başqa, iclada klubların gəlir və xərclərinin açıqlamaları barədə qərar qəbul olunub. AFFA Hakimlər və Hakim İnspektorlar Komitəsinin sədri Frits Ştuxlikin son 3 aydakı fəaliyyətinə dair hesabat verilib. Xatırladaq ki, U-21 millisinin baş məşqçisi Rəşad Sadıqov idi. https://virtualaz.org/bugun/130879
  10. Qurban Qurbanov Azərbaycanın futbol üzrə milli komandası ilə yollarını ayırıb. "Report"un xəbərinə görə, bu barədə o, özü məlumat verib. "Aşağı yaş qrupları üzrə bütün komandaların baş məşqçiləri isə istefaya gedəcək", - o, əlavə edib. "Biz sıfırdan başlamalıyıq. Futbolumuzda çatışmayan cəhət yoxdur. Biz 6 illik plan verməmişdik. Bu işləri hissə-hissə görməliyik. Ola bilsin, üzərimdən böyük yük qalxdı. Mən milli ilə klubları bir-birindən ayırmadım. Öz işimi vicdanla gördüm. Rahatam", - millinin sabiq baş məşqçisi vurğulayıb. O, nə vaxtsa yığmaya qayıda biləcəyini də istisna etməyib: "Yaxşı baş məşqçilərimiz gəlir. Məncə, ən yaxşı qərarı AFFA verəcək. Bura (AFFA İcraiyyə Komitəsinin iclasına - red.) gələndə, bilirdim ki, milli ilə vidalaşacam. Qarşılıqlı razılıq əsasında qərar qəbul olundu. Gördülər ki, iki yerdə çalışmaq çətindir. Olduğum müddətdə hər şeyi düz etməyə çalışdım. Nə vaxtsa yığmaya qayıdacağımı bilmirəm. Mən təyin olunanda da baş məşqçi üçün fikirlərini gizli bildirmişdilər. Əlavə fikir söyləmək istəmirəm. İnkişaf istəyiriksə, mütləq dəyişikliklər və daha yaxşı təkliflər olmalıdır. AFFA İcraiyyə Komitəsindən çıxarılmağımı təklif etdim. Buradan getmək istəyirəm. Çünki gərək fikrimiz öz klubumuzda olsun". https://virtualaz.org/aktual/130874
  11. Mən Azərbaycanı nəzərdə tuturdum, məntiqli xanım )))))) Sizin məntiqiniz belə nəticəyə gələ bilər, mən təəccüblənmirəm Siz mənim nəyi bilib-bilmədiyimi bilə bilməzsiz. İstənilən halda sizdən qat-qat çox Azərbaycandan gəlib xaricdə yaşayan görmüşəm.
  12. Aha, kütləvi deportasiya gedir oralarda, küçədə gəzəni güllələyirlər. Siz heç özünüz yazdığınızı özünüz oxuyanda gülməyiniz gəlmir? Elə də fikirləşənlər az deyil, amma mənim heç kimə heç nəyi sübut etmək fikrim yoxdur onsuz da. Siz özünüz məndən 100 qat artıq zəhər yağdırırsız burada başqalarına qarşı, birinci özünüzdən başlayın. Amma bu mənə maraqlı deyil onsuz da. Mən isə bilirəm. Vaxt gələr siz də bilərsiz. Bilməmək ayıb deyil, öyrənməmək ayıbdır. Heç kimə heç nəyi sırımıram, forumdur, hərə mövzuya dair fikrini yazır, mən də həmçinin.
  13. Faşistlər hakimiyyəti başqa, Almaniya başqa. Çünki mən "lazımsız adam" sayılmıram, ona görə də apriori ac-yalavaclardan biri ola bilmərəm. Siz özünüz də məndən yaxşı bilirsiz bu ac-yalavaclar nəyə görə xaricə getmək istəyirlər. Gettolarda zəncilərin və qaraçıların arasında yaşayıb dövlətin verdiyi tulapayını almaq, vergidən yayınmaqla qara işlərdə işləmək, arabir də junk food restoranlarında check-in edib qohum-qonşuya acıq vermək üçün. Yoxsa elə bilirsiz onlar gəlib NASA-da kosmik aparatların idarəolunması üzrə mühəndis yaxud Airbusda Chief Technology Manager işləyəcəklər? Ay hay Piket xanım, bu arqument deyil, reallıq belədir. :)
×