Jump to content
  • entries
    3
  • comments
    0
  • views
    753

Tikinti materiallarının qiyməti dəyişməyib


consmat

313 views

Sentyabr ayında tikinti materiallarının pərakəndə satış qiymətlərində əhəmiyyətli dəyişiklik müşahidə olunmayıb. consmat.org internet səhifəsi tikinti materialları bazarında apardığı araşdırmaya əsaslanaraq belə qənaətə gəlib. Pərakəndə satış məntəqələri nisbi stabilliyi bir sıra amillərin təsiri ilə əlaqəndirir. “Milli valyutanın dollara qarşı məzənnəsində stabillik müşahidə olunduğuna görə idxal edilən tikinti materiallarının qiyməti dəyişməyib. Eyni zamanda tikinti işlərində, xüsusi ilə mülki tikintidə durğunluq müşahidə olunur. Buna görə tikinti materiallarına olan tələb aşağı səviyyədədir. Yaxın aylarda da tikinti materialları bazarinda qiymətlər tikinti işlərinin dinamikasından asılı olacaq”.   

 

Qeyd edək ki, avqust ayında tikinti materiallarının pərakəndə satış qiymətlərində 3,9% bahalaşma müşahidə olunmuşdur. Ay ərzində əsas tikinti materialları hesab edilən qum, çınqıl və otsevlə yanaşı olaraq dam örtüklərinin, izolyasiya materiallarının və dəmir şəbəkənin qiymətlərində bahalaşma qeydə alınmışdır.

 

Qum, çınqıl və otsevin qiymətinin artımını satıcılar topdan satış məntəqələrində (karxanalarda) qiymət artımı ilə izah etmişdir. 

İzolyasiya materiallarının avqustda bahalaşmasını isə satıcılar mövsümi amillərin təsiri ilə əlaqəndirir. “Yağışlar başlamadan öncə insanlar izolyasiya işlərini başa çatdırmağa çalışır, bu da tələbi artırır. Tələbdə artım qiymətlərə təsir edir”. Qeyd edək ki, Azərbaycanda həm yerli istehsal olan, həm də Türkiyə və Rusiya istehsalı olan izolyasiya məhsulları istifadə olunur.

 

Dəmir şəbəkənin istehsalında istifadə olunan məftil üçün xammal Ukraynadan idxal olunur. Beləliklə, dəmir şəbəkənin bahalaşması Ukraynadan idxal edilən xammalın qiymət artımı ilə izah edilmişdir.

 

Avqust ayı ərzində nisbi ucuzlaşma katinka, metlax və kafelin qiymətlərində müşahidə olunmuşdur.

0 Comments


Recommended Comments

There are no comments to display.

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
×
×
  • Create New...