Disput.Az

Jump to content

Photo

Nurçular Kimlərdi?

  • Please log in to reply
48 replies to this topic

#1 fikus elastica

fikus elastica

    Guru

  • Members
  • PipPipPipPipPipPipPipPip
  • 3693 posts
  • Offline
  • Gender:Female
  • From:Baku

Posted 11 March 2014 - 15:16

Kimdi axi onlar?

  • 0

  Be Yourself. Everyone Else Is Already Taken

#2 Museyib Elekber

Museyib Elekber

    Old & Wise

  • Members
  • PipPipPipPipPipPipPipPipPipPip
  • 7450 posts
  • Online
  • Gender:Male
  • From:Earth

Posted 11 March 2014 - 15:50

Nurçuluq Səid Nursinin yaratdığı bir cərəyandır, səhv eləmirəmsə. Dünyanın bir çox ölkələrində türk litseylərini, universitetlərini maliyyələşdirən bir təşkilata çevrilib artıq. Bildiyim qədəriylə Azersun firması, Qafqaz Universiteti də onlara məxsusdur. Təhsilinin keyfiyyətli olmasına baxmayaraq daim tələbələr arasında təbliğat yaymaqla məşğuldurlar. Özü də çox ustalıqla edirlər bunu.

  • 1

The God you have called, cannot the reach at the moment, please try again later...

#3 Elisabeth

Elisabeth

    Old & Wise

  • Members
  • PipPipPipPipPipPipPipPipPipPip
  • 7734 posts
  • Offline
  • Gender:Female

Posted 11 March 2014 - 16:09

Nurçuluq Səid Nursinin yaratdığı bir cərəyandır, səhv eləmirəmsə. Dünyanın bir çox ölkələrində türk litseylərini, universitetlərini maliyyələşdirən bir təşkilata çevrilib artıq. Bildiyim qədəriylə Azersun firması, Qafqaz Universiteti də onlara məxsusdur. Təhsilinin keyfiyyətli olmasına baxmayaraq daim tələbələr arasında təbliğat yaymaqla məşğuldurlar. Özü də çox ustalıqla edirlər bunu.

Bur növ qruplaşma gedir?
  • 0

#4 Museyib Elekber

Museyib Elekber

    Old & Wise

  • Members
  • PipPipPipPipPipPipPipPipPipPip
  • 7450 posts
  • Online
  • Gender:Male
  • From:Earth

Posted 11 March 2014 - 16:12

Bur növ qruplaşma gedir?

Demək olar. Hazırda Türkiyədə nurçularla Erdoğanın dəstəsi arasında qarşıdurma gedir. Amma əvvəllər cici-bacı idilər yaman :)

  • 0

The God you have called, cannot the reach at the moment, please try again later...

#5 Elisabeth

Elisabeth

    Old & Wise

  • Members
  • PipPipPipPipPipPipPipPipPipPip
  • 7734 posts
  • Offline
  • Gender:Female

Posted 11 March 2014 - 16:16

Demək olar. Hazırda Türkiyədə nurçularla Erdoğanın dəstəsi arasında qarşıdurma gedir. Amma əvvəllər cici-bacı idilər yaman :)

Bizim bəzi liseylərdə durum ürək açan deyil, əməlli başlı propaqanda gedir, və mən valideynləri başa düşə bilmirəm, göz görə görə, öz övladlarını bilinməyən quyuya salırlar (
  • -1

#6 Museyib Elekber

Museyib Elekber

    Old & Wise

  • Members
  • PipPipPipPipPipPipPipPipPipPip
  • 7450 posts
  • Online
  • Gender:Male
  • From:Earth

Posted 11 March 2014 - 16:29

Bizim bəzi liseylərdə durum ürək açan deyil, əməlli başlı propaqanda gedir, və mən valideynləri başa düşə bilmirəm, göz görə görə, öz övladlarını bilinməyən quyuya salırlar (

Bir vaxtlar mən də həvəsində idim. 6-cı sinifdə oxuyanda 2-3 dəfə imtahan vermişdim, hər dəfəsində də keçmişdim. Amma təhsil haqqı çox olduğundan gedə bilmədim. İndi fikirləşirəm ki, yaxşı ki də getməmişəm.

  • 0

The God you have called, cannot the reach at the moment, please try again later...

#7 Elisabeth

Elisabeth

    Old & Wise

  • Members
  • PipPipPipPipPipPipPipPipPipPip
  • 7734 posts
  • Offline
  • Gender:Female

Posted 11 March 2014 - 16:33

Bir vaxtlar mən də həvəsində idim. 6-cı sinifdə oxuyanda 2-3 dəfə imtahan vermişdim, hər dəfəsində də keçmişdim. Amma təhsil haqqı çox olduğundan gedə bilmədim. İndi fikirləşirəm ki, yaxşı ki də getməmişəm.

Yaxşı ki, doğrudanda, mən tanıdığım uşağlar var, inan ki zombi bu uşağların yanında yalandır, necə də bu cur şeyləri görməməzlikdən keçmək olar, axı uşağ deyil günahkar, valideyn hara baxır?((
  • 0

#8 gapgara

gapgara

    Guru

  • Members
  • PipPipPipPipPipPipPipPip
  • 3844 posts
  • Offline
  • Gender:Male

Posted 11 March 2014 - 19:15

Kimdi axi onlar?

Azərbaycanda fəaliyyət göstərən və müəyyən qədər insanı ətrafına toplamış İslam firqələrindən biri də nurçuluqdur. Bu cərəyan Türkiyədə yaranmışdır və dünyanın müxtəlif ölkələrində özünə dəstək qazanmışdır. Nurçuların əsas konsepsiyalarından biri, vaxtilə Osmanlı imperiyası dönəmindəki dövlət üsul-idarəsinin yenidən bərpa olunmasıdır. Nurçular üçün hazırki Türkiyə Respublikasının dövlət quruluşu Allahın (c.c.) əmrlərindən kənaraçıxma kimi qiymətləndirilir və demokratik-hüquqi dövlət olan Türkiyənin dünyəvi dövlət modeli rədd edilir. Onlar Türkiyə dövlətinin qurucusu, Atatürkü küfrdə ittiham edir və dini dövlət quruluşunu birmənalı şəkildə reallaşdırmaq istəyirlər. Nurçuluq cərəyanının tərəfdarları ötən əsrin əvvəllərində və ortalarında yaşayıb-yaratmış Səid Nursi (Kürdi) qoyub getdiyi teologiya konsepsiyasına əməl edir, onun yazdığı risalələri oxuyur və yayırlar. Maraqlı burasıdır ki, nurçular ideya və aspektlər baxımından sırf İslam çarçıları kimi görünsələr də onların dərslərində Qurani-Kərimin surə və ayələrindən daha çox, Səid Nursinin risaleyi-nur külliyatından seçmə aforizmlər oxunur. Ölkəmizdəki nurçular əsasən yaratdıqları ölkədaxili biznes şəbəkələrindən maliyyələşirlər. Dünyadakı nurçu biznes şəbəkələrinin rəhbəri isə təbii ki, hamının gözəl tanıdığı Fətullah Güləndir. Təsadüfi deyildir ki, nurçuları bəzən gülənçilər də adlandırırlar. Əsasən terror və iğtişaşdan çəkinən nurçuların əsas devizi cəmiyyətə sakit şəkildə inteqrasiya etmək və məqsədə çatmaqdır.

Mənbə http://www.uluturk.info/new/menu/548/

  • 1

#9 Pari***

Pari***

    Almost God

  • Members
  • PipPipPipPipPipPipPipPipPipPip
  • 5411 posts
  • Offline
  • Gender:Female
  • From:Bakım

Posted 13 March 2014 - 11:32

Təsadüfən qarşıma çıxdı, mövzuya uyğun olduğu üçün paylaşmaq istədim.

Nurçuluğun görünməyən tərəfləri - ARAŞDIRMA

Ölkəmizdə kök salan yeni təriqətlər artıq bu günümüzdə dövlətin siyasi spektrinə təsir və təzyiq etməyə başlayır. Belə ki, nurçuluqla bağlı mətbuatda yer alan materiallar və əksini tapan sənədlər məsələnin kökündə başqa məqamların dayandığını deməyə əsas verir. Həqiqətən mi, yeni Azərbaycanda qeyri-ənənəvi təriqət olan nurçuluq təhlükəlidir?

Xəzər Universitetinin fəlsəfə və sosiologiya kafedrasının müdiri Mail Yaqub bildirdi ki, nurçuların bir çox ölkələrdə, o cümlədən Azərbaycanda təhsil şəbəkəsi mövcuddur. Bu şəbəkə təxminən 1993-cü ildən etibarən ölkəmizdə fəaliyyətə başlayıb: "Bu məktəblərdən birində təhsil alan qonşumuz bir neçə aydan sonra mənimlə söhbət zamanı məzhəblərlə bağlı mübahisə etməyə başladı.
 
Milli.Az Telegraf.com-a istinadən bildirir ki, bu tip məktəblərdə məzhəblərlə bağlı məsələlər zəif şəkildə təbliğ olunsa belə, müəyyən vaxtdan sonra orada təhsil alan uşaqlar bu sahədə mübahisələr aparırdılar. Bu baxımdan deyə bilərəm ki, kənardan hansısa bir təriqətin ölkə daxilinə müdaxilə etməsi məsələni çox qəlizləşdirir və sonda faciə ilə nəticələnir. Xüsusilə, din elə bir sahədir ki, bura çox həssasdır və burada oyun oynamaq olmaz. Bu insanların inanc, etiqad məsələsidir, bura oyun səhnəsi deyil. Burada səhv addımlar çox yanlış və təhlükəli tendensiyalar yarada bilər. Necə ki, artıq yaranıb və biz son aylarda bunun şahidi olduq. Misal üçün, Suriya məsələsini diqqətinizə çatdırım. Nurçuluq da Azərbaycan düşüncəsinə, toplumuna yaddır. Əgər nurçuluq sırf təhsil məsələləri ilə bağlıdırsa, bu, başqa məsələ. Amma burada söhbət yeni dini cərəyandan gedirsə, bu, xoşagəlməz hallara gətirib çıxaracaq. Özü də bu, yaxın gələcəkdə özünü biruzə verəcək. Nurçuluq artıq məzhəbçilik məsələlərinə özünü bulaşdırıb".
 
Mail Yaqub nurçuluğun təhlükəliliyi məsələsinə toxunaraq deyib ki, təzə bir təriqət Azərbaycanın oturuşmuş təhlükəsiz dini mühitinə müdaxilə edirsə, bu gun də olmasa, sabah mütləq təhlükə yaradacaq: "Ona görə ki, tədricən ənənəvi olmayan dinin yayılması öz milli kimliyimizin unudulmasına gətirib çıxarır. Çünki bu təriqət milli kimlikdən doğan bir şey deyil, bu kənardan gətirilib. Cəmiyyətə yeni təriqət gələndə özü ilə yeni prinsiplər gətirəcək və belə olarsa, yavaş-yavaş milli kimlik məsələsi unudulacaq. Əmin olun ki, digər bir məzhəbin, ənənəvi olmayan təriqətin təsirinə düşən insan üçün tədricən Azərbaycançılıq, Vətən ideyası mənasızlaşır".
 
Azərbaycanda fəaliyyətdə olan nurçularla bağlı bir sıra sənədlərin mediada yer almasına münasibət bildirən ekspert Dilavər Əzimli bildirib ki, həmin sənəddə əksini tapan faktların olma ehtimalı böyükdür. Onun sözlərinə görə, qloballaşan dünyada Azərbaycan bu proseslərdən kənarda qala bilməz: "Ümumən nurçuluqla bağlı mövqeyim ondan ibarətdir ki, hər bir təriqət özlüyündə dini təbliğ edirsə bu ayrı məsələ. Amma bir dini təriqət siyasətə qoşularsa, bu yaxşı hal deyil. Şərq cəmiyyətlərində mövcud olan təriqətlərin əksəriyyəti Qərb institutları, Amerikadakı mərkəzlər tərəfindən idarə olunur".
 
Ekspertin fikrincə, nurçuların kimə nə qədər pul verməsi ilə bağlı məlumatı mətbuatdan əldə edib. D. Əzimlinin sözlərinə görə, hər hansı bir məsələnin həyata keçirilməsində pulun verilməsi üçün müxtəlif formalar var: "Bu maliyyəni qrant şəklində və ya konfransların keçirilməsi üçün verə bilərlər. Yaxud hər hansı din xadiminə kitabın yazılması üçün maliyyə ayrılır və s. Ümumən bu oyunu başlayan eyni "mərkəz"dir və eyni qapıya oynayırlar. Məsələ ondadır ki, hələ 1964-cü ildə Türkiyədə Nihal Atsız mətbuat vasitəsilə haray qoparırdı. O, göstərirdi ki, bu təriqət siyasi proseslərə müdaxilə edir və gələcəkdə Türkiyəyə çox böyük fəsad verə bilər. Göründüyü kimi bu məsələnin indi Türkiyədə, o cümlədən Azərbaycanda da mənfi tərəfi ortaya çıxdı".
 
Edited by Pari***, 13 March 2014 - 11:33.

  • 1

#10 Nataka

Nataka

    Almost Guru

  • Members
  • PipPipPipPipPipPipPip
  • 2574 posts
  • Offline
  • Gender:Female

Posted 13 March 2014 - 11:41

Yaxşı ki, doğrudanda, mən tanıdığım uşağlar var, inan ki zombi bu uşağların yanında yalandır, necə də bu cur şeyləri görməməzlikdən keçmək olar, axı uşağ deyil günahkar, valideyn hara baxır?((

Тамами иля Сизинля разыйам !

Валедейинлярин башы гарышыб  фейслере, лайклара, шекил йюклямяляря... ушаглары гурбан веририк.

  • 0

6:38....Мы ничего не упустили в Писании....

#11 Nesim

Nesim

    Supreme

  • Members
  • PipPipPipPipPipPip
  • 1705 posts
  • Offline
  • Gender:Male

Posted 13 March 2014 - 12:49

Nurculara aid suallariniz olsa buyurun....5 il onlarin icinde yashamisham )

 sehv basha dushemyin  indi ateistem ))))

  • 0

#12 Nataka

Nataka

    Almost Guru

  • Members
  • PipPipPipPipPipPipPip
  • 2574 posts
  • Offline
  • Gender:Female

Posted 13 March 2014 - 13:04

Nurculara aid suallariniz olsa buyurun....5 il onlarin icinde yashamisham )

 sehv basha dushemyin  indi ateistem ))))

демек шейтан оз ишини йахшы йерине йетитир !

теригетлер ве мезхеблере болюнмяк эля затен шейтан эмелидир ... нурчулар, шиелер, сюнниляр... Аллах горусун вахабиляр... айыран да алимляр, хядисляр фетвалар шеклиндя шейтандыр!

инсана тяк бир дюз йол буйурулуб - Гуран йолу!

Аллахын  келаметини башгаларынын дейиль, инсан гяряк оз бейни ве дюшюнджяси иля гаврамага джан атсын - йохса алимляр вя моллалар бизляри беря груплашмалара, мязхябляря вя сонунда ися сийасят вя ордуйа чевиряджяк.  

баз Сизя дя эля нифрят йеридибляр ки, ахырда атеист олмусунуз - цель достигнута !

Edited by Nataka, 13 March 2014 - 13:05.

  • 0

6:38....Мы ничего не упустили в Писании....

#13 gapgara

gapgara

    Guru

  • Members
  • PipPipPipPipPipPipPipPip
  • 3844 posts
  • Offline
  • Gender:Male

Posted 13 March 2014 - 13:06

Nurculara aid suallariniz olsa buyurun....5 il onlarin icinde yashamisham )

 sehv basha dushemyin  indi ateistem ))))

Sualı müəllif qoyub, xalqın anlaya biləcəyi tərzdə qısaca aydınlıq gətirin bu təşkilat barədə, zəhmət olmasa.

  • 0

#14 Nesim

Nesim

    Supreme

  • Members
  • PipPipPipPipPipPip
  • 1705 posts
  • Offline
  • Gender:Male

Posted 13 March 2014 - 13:09

демек шейтан оз ишини йахшы йерине йетитир !

теригетлер ве мезхеблере болюнмяк эля затен шейтан эмелидир ... нурчулар, шиелер, сюнниляр... Аллах горусун вахабиляр... айыран да алимляр, хядисляр фетвалар шеклиндя шейтандыр!

инсана тяк бир дюз йол буйурулуб - Гуран йолу!

Аллахын  келаметини башгаларынын дейиль, инсан гяряк оз бейни ве дюшюнджяси иля гаврамага джан атсын - йохса алимляр вя моллалар бизляри беря груплашмалара, мязхябляря вя сонунда ися сийасят вя ордуйа чевиряджяк.  

баз Сизя дя эля нифрят йеридибляр ки, ахырда атеист олмусунуз - цель достигнута !

Maraqlidir sizce nurcular qurana zidd olanhansi fikri yurudurler ki? qurana zidd olan hansi hereketleri var?

  • 0

#15 Nesim

Nesim

    Supreme

  • Members
  • PipPipPipPipPipPip
  • 1705 posts
  • Offline
  • Gender:Male

Posted 13 March 2014 - 13:10

Sualı müəllif qoyub, xalqın anlaya biləcəyi tərzdə qısaca aydınlıq gətirin bu təşkilat barədə, zəhmət olmasa.

uzrlu hesab edin konkret suallar olsa cavab vere bilerem. uzun uzadi yazmaga heves yoxdu

  • 0

#16 Nataka

Nataka

    Almost Guru

  • Members
  • PipPipPipPipPipPipPip
  • 2574 posts
  • Offline
  • Gender:Female

Posted 13 March 2014 - 13:25

Maraqlidir sizce nurcular qurana zidd olanhansi fikri yurudurler ki? qurana zidd olan hansi hereketleri var?

нурчулар вя гейринурчулар, бютюн хядис эхли  - хамысы Гурана зиддир !

Чюнки Аллах "груплара " болюнмямяйи буйуруб !

  • 1

6:38....Мы ничего не упустили в Писании....

#17 Sunyata

Sunyata

    Old & Wise

  • Moderators
  • 8777 posts
  • Offline
  • Gender:Male

Posted 13 March 2014 - 13:43

Nurculara aid suallariniz olsa buyurun....5 il onlarin icinde yashamisham )

 sehv basha dushemyin  indi ateistem ))))

Nesim ,   Nurçuluq və  Nur surəsi arasında bir əlaqə var ?   İkinci sual  :  Nur risalələri  Quranın nurçular tərəfindən etdiyi  təfsiridir  ?  Yoxsa qurana alternativ bir kitabdır ( və ya kitablardır )  ?    Mümkünsə ,  bu suallara  cavab verərdiniz  . 

  • 0

                    http://onlinetestpad.com/ru-ru/User/25048 

#18 Nesim

Nesim

    Supreme

  • Members
  • PipPipPipPipPipPip
  • 1705 posts
  • Offline
  • Gender:Male

Posted 13 March 2014 - 13:51

Nurculuqla nur suresi arasinda hec bir elaqe yoxdur. nurcularin lideri Bediuzzaman Said Nursinin terefdaslarina nurcular deyiller. Bediuzzamanda yasadigi Nurs kendinin adini ozune texellus goturub. risaleler ise Nursinin ozunun dediyine gore quranin tefsiri ve bele demek mumkunse "heyat" kitabidir. risaleler Nursinin " felsefi" fikirlerinin efsane ve revayetlerin onlarin aciqlamalarinin yer aldigi yazi toplusudur

  • 1

#19 fikus elastica

fikus elastica

    Guru

  • Topic Starter
  • Members
  • PipPipPipPipPipPipPipPip
  • 3693 posts
  • Offline
  • Gender:Female
  • From:Baku

Posted 13 March 2014 - 13:51

Nurculara aid suallariniz olsa buyurun....5 il onlarin icinde yashamisham )

 sehv basha dushemyin  indi ateistem ))))

bele cixir ki, onlarin esas temeli dindir?

yoxsa din sadece meqsede aparan vasitedi? bes meqsed nedir?

  • 0

  Be Yourself. Everyone Else Is Already Taken

#20 Nesim

Nesim

    Supreme

  • Members
  • PipPipPipPipPipPip
  • 1705 posts
  • Offline
  • Gender:Male

Posted 13 March 2014 - 13:52

нурчулар вя гейринурчулар, бютюн хядис эхли  - хамысы Гурана зиддир !

Чюнки Аллах "груплара " болюнмямяйи буйуруб !

Hedis ehli qurana ziddir? ))) hardadi dindar qardaslarimiz ? men desem kafirsen cehennemliksen deyib kecersiniz qoy onlar desin....qurana qalsa insanlar hec ne anlaya bilmezler axi o kitabdan...tefsirsiz islami anlamaq mence cetin olar

  • 0

#21 Nesim

Nesim

    Supreme

  • Members
  • PipPipPipPipPipPip
  • 1705 posts
  • Offline
  • Gender:Male

Posted 13 March 2014 - 13:55

bele cixir ki, onlarin esas temeli dindir?

yoxsa din sadece meqsede aparan vasitedi? bes meqsed nedir?

esas meqsedlerini deye bilmerem....amma heyatlarini quranin ve peygemberin uzerine qururlar. Meselen Shrek multfilminde fionanin aciq sinesine baxmaq haramdi ))))

  • 0

#22 fikus elastica

fikus elastica

    Guru

  • Topic Starter
  • Members
  • PipPipPipPipPipPipPipPip
  • 3693 posts
  • Offline
  • Gender:Female
  • From:Baku

Posted 13 March 2014 - 14:03

Meselen Shrek multfilminde fionanin aciq sinesine baxmaq haramdi ))))

vay-vay, bes onda Gulen abinin yanindaki gozelceler kim?

  • 0

  Be Yourself. Everyone Else Is Already Taken

#23 Nesim

Nesim

    Supreme

  • Members
  • PipPipPipPipPipPip
  • 1705 posts
  • Offline
  • Gender:Male

Posted 13 March 2014 - 14:05

vay-vay, bes onda Gulen abinin yanindaki gozelceler kim?

O vaxt harun yahyani bize alimlerin alimi kimi teqdim etmisdiler )))

  • 0

#24 Sunyata

Sunyata

    Old & Wise

  • Moderators
  • 8777 posts
  • Offline
  • Gender:Male

Posted 13 March 2014 - 14:06

Nurculuqla nur suresi arasinda hec bir elaqe yoxdur. nurcularin lideri Bediuzzaman Said Nursinin terefdaslarina nurcular deyiller. Bediuzzamanda yasadigi Nurs kendinin adini ozune texellus goturub. risaleler ise Nursinin ozunun dediyine gore quranin tefsiri ve bele demek mumkunse "heyat" kitabidir. risaleler Nursinin " felsefi" fikirlerinin efsane ve revayetlerin onlarin aciqlamalarinin yer aldigi yazi toplusudur

Təşəkkür edirəm !  Onların haqqında az - maz oxuyub belə başa düşdüm ki,  onlar in əsas işi Quranı  rasionalizmlə , elmlə  əlaqədə  olduğunu göstərməkdir.  Yəni,  elmi inkişaf etdirmələrində əsas məqsəd  quranın "elmi əsaslarını"  tapmaqdır.  Digər tərəfdən isə "Allahsızlara"  qarşı mübarizə   aparmaq  və bunun üçün hətta digər dinlər ilə birləşmək təklifini də ediblər  .

Bu , bir tərəfdən məqsəd kimi dindarların elmə olan həvəsini  stimullaşdırmaqdırsa  (  buna müsbət baxıram )  digər tərəfdən isə  "Allahsızlara"   qarşı mübarizəni  başa düşümürəm  .  Belə  çıxmırmı ki , onlar aqressiv sektalara xarakterik  olan keyfiyyətləri  özündə daşıyır ?

P.S.  "Risaleyi Nur "  -  u oxumağa dəyər ? Maraqlı bir şey var orada ? ))

Edited by Sunyata, 13 March 2014 - 14:07.

  • 1

                    http://onlinetestpad.com/ru-ru/User/25048 

#25 fikus elastica

fikus elastica

    Guru

  • Topic Starter
  • Members
  • PipPipPipPipPipPipPipPip
  • 3693 posts
  • Offline
  • Gender:Female
  • From:Baku

Posted 13 March 2014 - 14:07

O vaxt harun yahyani bize alimlerin alimi kimi teqdim etmisdiler )))

bu cavab deyil axi, her sey bildiyinizi yazirsiniz, amma yazdiqlariniz her kese belli sablondan uzaga cixmir, elese daha sizi yormayim

  • 0

  Be Yourself. Everyone Else Is Already Taken

#26 Nesim

Nesim

    Supreme

  • Members
  • PipPipPipPipPipPip
  • 1705 posts
  • Offline
  • Gender:Male

Posted 13 March 2014 - 14:09

Təşəkkür edirəm !  Onların haqqında az - maz oxuyub belə başa düşdüm ki,  onlar in əsas işi Quranı  rasionalizmlə , elmlə  əlaqədə  olduğunu göstərməkdir.  Yəni,  elmi inkişaf etdirmələrində əsas məqsəd  quranın "elmi əsaslarını"  tapmaqdır.  Digər tərəfdən isə "Allahsızlara"  qarşı mübarizə   aparmaq  və bunun üçün hətta digər dinlər ilə birləşmək təklifini də ediblər  .

Bu , bir tərəfdən onların məqsədi dindarların elmə olan həvəsini  stimullaşdırmaqdırsa  (  buna müsbət baxıram )  digər tərəfdən isə  "Allahsızlara"   qarşı mübarizəni  başa düşümürəm  .  Belə  çıxmırmı ki , onlar aqressiv sektalara xarakterik  olan keyfiyyətləri  özündə daşıyır ?

P.S.  "Risaleyi Nur "  -  u oxumağa dəyər ? Maraqlı bir şey var orada ? ))

Vaxtiniza heyfiniz gelmirse oxuyun)) amma cox qeliz dilde yazilib hem dili ereb fars sozleri ile doludur hem fikri catdira bilmek qabiliyyeti yoxdur. Amma ola biler menim qavramam zeif olsun bilmirem ))) Duzdu nurcular qetiyyen aqressiv deyiller onlar istenilen teriqet mezheb hetta xristianlarla bele cox mehriban yola gede bilir. 

  • 1

#27 Nesim

Nesim

    Supreme

  • Members
  • PipPipPipPipPipPip
  • 1705 posts
  • Offline
  • Gender:Male

Posted 13 March 2014 - 14:11

bu cavab deyil axi, her sey bildiyinizi yazirsiniz, amma yazdiqlariniz her kese belli sablondan uzaga cixmir, elese daha sizi yormayim

Bu qenaete geldiyiniz menbeyi mene gosterin zehmet olmasa....gulenin yaninda qizlar ne vaxt gormusunuz?? suali duzgun verin zehmet olmasa

  • 0

#28 fikus elastica

fikus elastica

    Guru

  • Topic Starter
  • Members
  • PipPipPipPipPipPipPipPip
  • 3693 posts
  • Offline
  • Gender:Female
  • From:Baku

Posted 13 March 2014 - 14:16

Bu qenaete geldiyiniz menbeyi mene gosterin zehmet olmasa....gulenin yaninda qizlar ne vaxt gormusunuz?? suali duzgun verin zehmet olmasa

onlarla daha cox unsiyyetde olmusunuz , ona gore bele dushundum, niye son vaxtlar onlarin adi daha cox hallanir? onlar narahatciliga sebeb vere bilerlermi? 

he duz deyirsiz, qizlari sehv saldim, harun yehyaynan

Edited by fikus elastica, 13 March 2014 - 14:17.

  • 0

  Be Yourself. Everyone Else Is Already Taken

#29 Sunyata

Sunyata

    Old & Wise

  • Moderators
  • 8777 posts
  • Offline
  • Gender:Male

Posted 13 March 2014 - 14:22

Vaxtiniza heyfiniz gelmirse oxuyun)) amma cox qeliz dilde yazilib hem dili ereb fars sozleri ile doludur hem fikri catdira bilmek qabiliyyeti yoxdur. Amma ola biler menim qavramam zeif olsun bilmirem ))) Duzdu nurcular qetiyyen aqressiv deyiller onlar istenilen teriqet mezheb hetta xristianlarla bele cox mehriban yola gede bilir. 

 Bediuzzaman Said Nursi  "həqiqətin qısa yolla dərkini"  təbliğ edib .  Özü də  dərvişlik də edib .  Maraqlıdır , sufizmlə bir əlaqə var onlarda  ?   Siz onların arasında olmusunuz ,  maraqlıdır  ,hansısa bir ruhi texnikaları var ?  Meditasiya , xüsusi treninglər və s.  ?    

P.S.  Suallarımla sizi yorsam ,  xəbər edin ))

  • 0

                    http://onlinetestpad.com/ru-ru/User/25048 

#30 Museyib Elekber

Museyib Elekber

    Old & Wise

  • Members
  • PipPipPipPipPipPipPipPipPipPip
  • 7450 posts
  • Online
  • Gender:Male
  • From:Earth

Posted 13 March 2014 - 14:29

Nurçularda xüsusi təyinatlı şəxslər var. Həm məktəblərdə (litseylərdə), həm universitetlərdə. Oğlanlar üçün "abi", qızlar üçün "abla" təyin olunur. Bir də "hoca" olur. Əslində, üzdən baxanda adi sözlərdir, amma altında yatan məna dərindir. Universitet tələbələri bir yerdə gəzməyə, ya da harasa tədbirə gedəndə mütləq onların yanında abi və ablaları da getməlidir. Yoxsa icazə verilmir. İstifadə etdikləri vasitələr də ayrıca təyin olunub. Zaman qəzeti, Xəzər TV (Türkiyədə Samanyolu TV), Burc FM, Nil kitab mağazaları onların əsas informasiya ötürücü vasitələridir. Öz tərəflərinə çəkmək istədikləri şəxslərə də bu vasitələri məsləhət görürlər.

Edited by Museyib Elekber, 13 March 2014 - 14:30.

  • 2

The God you have called, cannot the reach at the moment, please try again later...

#31 Nesim

Nesim

    Supreme

  • Members
  • PipPipPipPipPipPip
  • 1705 posts
  • Offline
  • Gender:Male

Posted 13 March 2014 - 14:53

onlarla daha cox unsiyyetde olmusunuz , ona gore bele dushundum, niye son vaxtlar onlarin adi daha cox hallanir? onlar narahatciliga sebeb vere bilerlermi? 

he duz deyirsiz, qizlari sehv saldim, harun yehyaynan

ona gore cox hallanir ki evvel Erdoganla Fetullah Gulenin co isti munasibeti var idi ...indi ise aralari deyib. Gulen de Nursi kimi nurcularin lideridir. Azerbaycanda hec kim narahatciliga sebeb ola bilmez neinki nurcular )))

  • 1

#32 gapgara

gapgara

    Guru

  • Members
  • PipPipPipPipPipPipPipPip
  • 3844 posts
  • Offline
  • Gender:Male

Posted 13 March 2014 - 14:54

Həm də bu nurçular ancaq öz ablaları və ya abiləri ilə evlənməlidirlər. Ya da onların tapdıqları adamla - çərçıvıdın kənara çıxmaq olmaz.

  • 0

#33 fikus elastica

fikus elastica

    Guru

  • Topic Starter
  • Members
  • PipPipPipPipPipPipPipPip
  • 3693 posts
  • Offline
  • Gender:Female
  • From:Baku

Posted 13 March 2014 - 14:55

 Azerbaycanda hec kim narahatciliga sebeb ola bilmez neinki nurcular )))

algish.gif

  • 0

  Be Yourself. Everyone Else Is Already Taken

#34 Nesim

Nesim

    Supreme

  • Members
  • PipPipPipPipPipPip
  • 1705 posts
  • Offline
  • Gender:Male

Posted 13 March 2014 - 14:56

 Bediuzzaman Said Nursi  "həqiqətin qısa yolla dərkini"  təbliğ edib .  Özü də  dərvişlik də edib .  Maraqlıdır , sufizmlə bir əlaqə var onlarda  ?   Siz onların arasında olmusunuz ,  maraqlıdır  ,hansısa bir ruhi texnikaları var ?  Meditasiya , xüsusi treninglər və s.  ?    

P.S.  Suallarımla sizi yorsam ,  xəbər edin ))

Xususi ozel bir meditasiyalari yoxdu....sadece namaz dua...herden teleb olunandan artiq) meselen gulenin videoyazilarini izleyerken honkur honkur aglamaq ) ozu de gulen haqqinda melumat almaq ucun mueyyen seviyyeye gelmeli idin yoxsa Fetullah Gulen personaji teze vaxtlarinda senin ucun sirr olaraq qalir )

  • 1

#35 fikus elastica

fikus elastica

    Guru

  • Topic Starter
  • Members
  • PipPipPipPipPipPipPipPip
  • 3693 posts
  • Offline
  • Gender:Female
  • From:Baku

Posted 13 March 2014 - 14:58

 Zaman qəzeti, Xəzər TV (Türkiyədə Samanyolu TV), Burc FM, Nil kitab mağazaları onların əsas informasiya ötürücü vasitələridir.

http://dogru.tv/fakt...-foto-fakt.html

bunu deyirsiniz yeqin

  • 0

  Be Yourself. Everyone Else Is Already Taken

#36 Museyib Elekber

Museyib Elekber

    Old & Wise

  • Members
  • PipPipPipPipPipPipPipPipPipPip
  • 7450 posts
  • Online
  • Gender:Male
  • From:Earth

Posted 13 March 2014 - 15:26

http://dogru.tv/fakt...-foto-fakt.html

bunu deyirsiniz yeqin

Düzü, bu yazıdan heç xəbərim yox idi, amma məlumatım var idi ki, bunlar hamısı Nurçuların "zibili"dir.

  • 0

The God you have called, cannot the reach at the moment, please try again later...

#37 _Aries_

_Aries_

    Guru

  • Members
  • PipPipPipPipPipPipPipPip
  • 3539 posts
  • Offline
  • Gender:Male

Posted 14 March 2014 - 10:17

Bu cereyanla 1998-ci ilden tanisham. Ve o dovrden indiyecen etrafimda bu cereyandan olan insanlar cox zaman olub. Meni oz tereflerine cheke bilmediler,eksine men bezilerini oz terefime cheke bildim)

Nurchular ve bu cereyani yaradan S.Nursi barede internetden kifayet qeder melumat tapmaq olar. Men basqa meseleye toxunmaq isteyirem. Olkemizde nurchular kimi taninananlarin boyuk qismi eslinde nurchu deyil, gulenchilerdir(ve ya fetullahchilar) Bu insanlar Fetullah Gulenin cereyanina aiddir. Gulen ozunu evveller nurchu kimi qeleme verse de eslinde ozu ayrica bir cereyan yaradib. Turk litseyleri,Qafqaz Universiteti.Nil.Chag ve s. Bu cereyan siyesete nufuz edir. Son dovrler Turkiyede bash veren hadiselere zamani biz buna shahid olduq. 

Esl nurchilar ise siyasetden uzaqdirlar. Onlarin meqsedi insanlara dinc yolla,kitablarla,tefsirlerle dini ashilamaqdir. Yeni bu islamin bir cox cereyanlarindan ferqli olaraq aqressiv deyil,motedil cereyandir.

  • 1

#38 HPTRUEVISION

HPTRUEVISION

    Wise

  • Members
  • PipPipPipPipPipPipPipPipPip
  • 4075 posts
  • Offline
  • Gender:Male
  • From:Baku city

Posted 18 March 2014 - 20:55

Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov tutduğu vəzifədən azad edilib. APA-nın məlumatına görə, ölkə başçısı martın 16-da bununla bağlı sərəncam imzalayıb. Bəzi mülahaizələrə görə, Elnur Aslanov nurçularla əlaqədə olması barədə iddialardan dolayı işdən çıxarılıb. Qeyd edək ki, Azərbaycanda nurçularla bağlı məsələ Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanla Fətullah Gülən arasında ziddiyyətlərin yaranmasından sonra gündəmə gəlib. Elnur Aslanov nurçularla əlaqədə adı ən çox hallanan məmur idi. Hətta o, Fətullah Gülənin Azərbaycan hakimiyyətindəki əsas adamı kimi xarakterizə edilirdi.
Təsadüfi deyil ki, Ərdoğana yaxınlığı ilə seçilən Türkiyənin “Yeni Şafak” qəzeti Elnur Aslanovun işdən çıxarılması ilə bağlı xəbəri “Əliyev ”Gülən camaatı"nın ən önəmli adamını işdən çıxardı" başlığı ilə verib. “Azərbaycan prezidenti Ilham Əliyev Fətullah Gülən camaatının Azərbaycandakı ən yüksək vəzifəli siyasətçisi kimi göstərilən Elnur Aslanovu işdən çıxardı. Aslanovun adı Azərbaycan medyasında ”paralel yapının" ölkədəki ən önəmli adamı olaraq qeyd edilirdi. Aslanovun vəzifədən çıxarılması son dəqiqə xəbəri olaraq mətbuatda yer alıb", - deyə xəbərdə bildirilir.

Elnur Aslanovun həbsinə hazırlıq gedir?

Bu arada axar.az saytı etibarlı mənbəyə istinadən məlumat yayıb ki, Elnur Aslanov barəsində Ağır Cinayətlərə dair Istintaq Idarəsində cinayət işi qaldırılıb. Mənbə Elnur Aslanovun artıq telefonlara cavab vermədiyini deyib. Onun həmçinin “camaat” liderlərinə canlarını qurtarmaqla bağlı xəbər göndərdiyi də bildirilib. Mənbə qeyd edib ki, Elnur Aslanovun həmin liderlərə 30 martdan sonra çoxunun maliyyə fırıldağı ilə həbs olunacağı ilə bağlı məlumat göndərib.    Məlumata görə, paralel olaraq “Gülən camaatı”nın dini, biznes, təhsil və bütün fəaliyyətlərinin araşdırıldığı söylənilib. Məlumatda araşdırmanın artıq bir aya yaxındır davam etdiyi, araşdırmaların xüsusilə xaricdə təhsil alan gənclərlə bağlı (ASAIF və s.) müxtəlif tədbirlərin təşkilindəki maliyyə məsələlərini əhatə etdiyi bildirilir. Baş Prokurorluğun mətbuat katibi Eldar Sultanov onda bununla bağlı hər hansı məlumat olmadığını deyib.

Azərbaycandakı nurçu şəbəkə ilə bağlı ilginc məlumatlar

“Yeni Müsavat” qəzeti isə Azərbaycandakı nurçu şəbəkəsi ilə bağlı ilginc məlumatlar yayıb. Həmin məlumatlarda deyilir ki, martın 12-də London Kino və Televiziya Sənəti Akademiyasında (BAFTA) təqdimatı keçirilən Azərbaycanın “Osmanlı Film” və Türkiyənin “GülerYüz Film”lə birgə istehsalı olan “Qafqaz” bədii filmi nurçuların layihəsidir. Qeyd edək ki, rəsmi məlumata görə, film Xəzər Strateji Institutu (HASEN), Azərbaycanın Gənclər və Idman Nazirliyi və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib. Millət vəkili Ceyhun Osmanlı filmin ssenaristlərindən biri və əsas prodüseridir. Filmin recissoru və baş rolun ifaçıları isə Ərhan Güləryüz və türkiyəli aktrisa Tuğçe Kazazdır.
Təqdimat mərasimində HASEN-in baş katibi Haldun Yavaş, Türkiyənin Böyük Britaniyadakı səfiri Əhməd Ünal Çeviköz, Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, millət vəkili Ceyhun Osmanlı və digər şəxslər iştirak ediblər. 
Qəzet yazır ki, Xəzər Strateji Institunun baş katibi Türkiyə vətəndaşı Haldun Yavaş “Hizmət” hərəkatının fəal simalarından biri hesab olunur: “Maraqlıdır ki, bu qurumda həm də Azərbaycan vətəndaşları çalışır. Məsələn, Emin Axunzadə akademik məsələlər üzrə əlaqələndirici, Rüfət Ağayev redaktor, Əfqan Niftiyev isə HASEN-in Elmi Şurasının və Ekspertlər Şurasının koordinatorudur. Sonuncu, həm də  Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı, ”Todays Zaman" qəzetinin yazarıdır. Əfqan Niftiyevin adı “Todays Zaman”ın əməkdaşı Mahir Zeynalovla bağlı qalmaqalda da hallanmışdı... 
HASEN Türkiyədəki “Hizmət” fəalları ilə Azərbaycandakı nurçu şəbəkənin birgə layihəsidir. Bu təşkilatın saytından da göründüyü kimi, Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, millət vəkili Ceyhun Osmanlı, hətta Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov müntəzəm şəkildə qurumun tədbirlərində iştirak edirlər. HASEN-in ARDNŞ-in törəmə şirkəti olan “SOCAR Türkiyə” tərəfindən maliyyələşdirildiyi barədə məlumatlar dolaşır. “SOCAR Türkiyə” şirkəti sədrinin müavini və faktiki olaraq qurumu idarə edən Samir Kərimlinin də qatı nurçu olduğu iddia edilir. Elə “Qafqaz” filminin əsas sponsorunun da məhz “SOCAR Türkiyə” şirkəti olduğu barədə məlumatlar var... 
Bu günlərdə ölkə mediasında yayılan digər xəbərə görə, Ceyhun Osmanlı ilə yaxın dostluq əlaqələri olan və “Qafqaz” filminin çəkilməsində iştirak edən “Gülərüz Film” şirkətinin sahibi Ərhan Güləryüz  “Hizmət” hərəkatının incəsənət adamları içərisindəki əsas kadrı olmaqla bərabər, nurçuların liderinin sözlərinə yazılmış bir neçə mahnının da müəllifidir. Deputat Osmanlıya aid olan “Osmanlı film” şirkəti ilə “Gülən hərəkatı”na bağlı olan və nurçuluğun yaradıcısı Səid Nursi haqqında filmlər çəkən, Fətullah Gülənin şeirlərinə mahnılar bəstələyən Ərhan Gülərüzün ortaqlığı diqqət çəkməyə bilməz. Onu da qeyd edək ki, bu məlumat mediada yayıldıqdan sonra Ceyhun Osmanlı ciddi cəhdlə onun yığışdırılmasına çalışsa da, buna nail ola bilməyib".

Gənclər və İdman Nazirliyi nurçulara qrant ayırır?

Məlumatda daha sonra deyilir ki, Gənclər və Idman Nazirliyi son illər hakimiyyətdəki nurçu şəbəkənin nəzarətində olan bir neçə QHT-yə hər il iri məbləğdə qrant ayırır. Hər bir quruma verilən qrantın məbləğinin isə 400-500 min manat olduğu iddia edilir. Elə bu günlərdə nazirlik nurçu təşkilatın birinin “Azəriqazbank”dakı hesabına 300 min manat köçürüb. Təxminən bu qədər məbləğ də millət vəkili Ceyhun Osmanlının şəxsi hesabına transfer edilib. Lakin bu və digər qrantlar ictimaiyyətdən gizli saxlanılır və heç bir açıqlama verilmir. Hər halda QHT-lərin fəaliyyətinin şəffaflaşdırılması iddiası ilə “QHT haqqında” qanunu son dərəcə sərtləşdirən Azərbaycan hakimiyyəti nümunə göstərərək öz nəzarətində olan ictimai təşkilatların və onları maliyyələşdirən dövlət orqanlarının qrant əməliyyatlarını ictimailəşdirsə, daha anlaşılan olar.
Başqa bir məlumata görə, 2012-ci ilin fevralında  Istanbulun Taksim meydanında Xocalı soyqırımı ilə bağlı keçirilmiş çoxminlik aksiyanın təşkilinə Azərbaycan hakimiyyəti tərəfindən bir milyon manat ayrılıb və tədbirin əsas təşkilatçılarından biri olan Ceyhun Osmanlı bu vəsaitin 700 min manatını nurçulara məxsus “Samanyolu” telekanalına ötürüb. Bu fakt tədbiri təmənnasız işıqlandıran digər telekanalların diqqətindən yayınmayıb və onlardan bəzilərinin ciddi etirazına səbəb olub. Lakin tədbir kifayət qədər həssas mövzu ilə bağlı olduğundan, ictimailəşdirilməyib.

Rəbiyyə Aslanova və Fərhad Məmmədov danışmaq istəmədi

Elnur Aslanovun nurçularla əlaqəsi olması barədə məlumatlar yayılanda onu müdafiə edən anası deputat Rəbiyyət Aslanova oğlunun işdən çıxarılmasına münasibət bildirməyib. Deputat “Media forum” saytına deyib ki, xaricdə səfərdədir: “Oğlumun işdən azad olunmasını indi eşidirəm. Ona görə də bu barədə nəsə deyə bilməyəcəyəm”.
Elnur Aslanovun dostu, adı nurçularla əlaqədə hallanan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov da bu barədə danışmaq istəməyib. O, publika.az-a açıqlamasında deyib: “Mən ümumiyyətlə bu barədə danışmaq istəmirəm”.
Lent.az saytı özəl mənbələrə istinadən xəbər yayıb ki, Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) bu il martın 31-i, aprelin 1-də Berlində nəzərdə tutulan forumu təxirə salınıb.
Məlumatda deyilir ki, ASAIF-in növbəti forumunun yeri, vaxtı və gündəliyi yenidən müzakirə olunaraq müəyyənləşdiriləcək.
Qeyd edək ki, bu təşkilat Elnur Aslanova yaxınlığı ilə seçilir.

  • 0

Dizlərimin üzərində yaşamaqdansa, ayaqlarımın üzərində ölməyi seçərəm.   Ernesto Çe Gevara

#39 HPTRUEVISION

HPTRUEVISION

    Wise

  • Members
  • PipPipPipPipPipPipPipPipPip
  • 4075 posts
  • Offline
  • Gender:Male
  • From:Baku city

Posted 19 March 2014 - 17:25

http://www.youtube.c...B6kyrf_dQ#t=927

  • 0

Dizlərimin üzərində yaşamaqdansa, ayaqlarımın üzərində ölməyi seçərəm.   Ernesto Çe Gevara

#40 _Aries_

_Aries_

    Guru

  • Members
  • PipPipPipPipPipPipPipPip
  • 3539 posts
  • Offline
  • Gender:Male

Posted 19 March 2014 - 22:19

Yene de Gulenin Hizmet herekati ile nurchulari qatiblar bir-birlerine...

Fetullah Gulen nurchudursa bes onda Erdogan kimdir?

Onlar evveller bir cebhede idiler. Cunki o vaxt Gulen de ozunu nurchu kimi gosterirdi. Hetta Erdoganin hakimiyyete gelmesinde o vaxt F.Gulenin boyuk rolu olmushdu.Lakin men hele o vaxtlar nurchulara deyirdim ki,ister Gulen,ister Harun Yehya dini yox siyasi fiqurlardir. Nece ola biler ki,missiyasi dunyada islami yaymaq olan bir shexs Amerikada rahat yashayib fealiyyet gostersin? Indi hemen dovre gelib catib. Erdoganin siyaseti(xususile de Israile qarshi) Amerikanin xoshuna gelmediyi ucun artiq Gulenin eli ile onu vururlar. 

Novbeti seckilerde Erdoganin qelebe qazanma shansi azdir. Cunki ona qarshi hem Gulen terefdarlari,hem Qerb,hem de Turkiyede yashayan ve Ataturk terefdari olan dindar olmayan tebeqe olacaq. Gezi parki hadiseleri de buna subut idi...

  • 0

#41 HPTRUEVISION

HPTRUEVISION

    Wise

  • Members
  • PipPipPipPipPipPipPipPipPip
  • 4075 posts
  • Offline
  • Gender:Male
  • From:Baku city

Posted 19 March 2014 - 23:49

Men hele de anlamiram Erdogan niye Israille munasibetleri bu derecede gerginleshdirdi? Bele boyuk guce qarshi cixanda anlamirdi ki, veziyyet bu hedde gelib chatacaq?  Islamchilarin gozunde qalxmaqcun Turkiye maraqlarini atdi ayaqlar altina indi de gece-gunduz bagirir ki Turkiyeni parcalayirlar qoymayin.

  • -1

Dizlərimin üzərində yaşamaqdansa, ayaqlarımın üzərində ölməyi seçərəm.   Ernesto Çe Gevara

#42 _Aries_

_Aries_

    Guru

  • Members
  • PipPipPipPipPipPipPipPip
  • 3539 posts
  • Offline
  • Gender:Male

Posted 20 March 2014 - 10:44

Men hele de anlamiram Erdogan niye Israille munasibetleri bu derecede gerginleshdirdi? Bele boyuk guce qarshi cixanda anlamirdi ki, veziyyet bu hedde gelib chatacaq?  Islamchilarin gozunde qalxmaqcun Turkiye maraqlarini atdi ayaqlar altina indi de gece-gunduz bagirir ki Turkiyeni parcalayirlar qoymayin.

Cunki Erdogan ozu de islamchidir. Hem de Islam olkeleri qarshisinda xal yigmaq ucun bu addimi atdi. Amma bir mesele de var ki,esas Islam dovleti olan Seudiyye Erebistanin bashinda duranlar ozleri Qerbin dedikleri ile oturub durur. Siyaset qarishan yerde Islamdan sohbet gede bilmez...Hem de Mavi Mermere gemisi sohbetinde gunah Israilde idi. Onlar ozlerini cox saymazyana apardilar bu meselede.

Erdoganin son vaxtlar olan esas sehvlerinden biri de Suriya meselesine qarishmaq oldu. O gormeli idi ki,Suriya meselesinde Rusiya-Iran koalisiyasi Qerbe ustun gelirdi. Aciq-ashkar bu meseleye qoshulmamali idi. Cunki ozunun olkedaxili problemi kifayet qeder idi.

Edited by _Aries_, 20 March 2014 - 10:44.

  • 0

#43 HPTRUEVISION

HPTRUEVISION

    Wise

  • Members
  • PipPipPipPipPipPipPipPipPip
  • 4075 posts
  • Offline
  • Gender:Male
  • From:Baku city

Posted 20 March 2014 - 11:45

Cunki Erdogan ozu de islamchidir. Hem de Islam olkeleri qarshisinda xal yigmaq ucun bu addimi atdi. Amma bir mesele de var ki,esas Islam dovleti olan Seudiyye Erebistanin bashinda duranlar ozleri Qerbin dedikleri ile oturub durur. Siyaset qarishan yerde Islamdan sohbet gede bilmez...Hem de Mavi Mermere gemisi sohbetinde gunah Israilde idi. Onlar ozlerini cox saymazyana apardilar bu meselede.

Erdoganin son vaxtlar olan esas sehvlerinden biri de Suriya meselesine qarishmaq oldu. O gormeli idi ki,Suriya meselesinde Rusiya-Iran koalisiyasi Qerbe ustun gelirdi. Aciq-ashkar bu meseleye qoshulmamali idi. Cunki ozunun olkedaxili problemi kifayet qeder idi.

Erdogan islamci yox lap ateist olsa bele dovlet bashcisidirsa dovletin maraqlarini her sheyden ustun tutmali idi. Guclu yahudi lobbisini satilmish ereblerle deyishmek Turkiyeye ne verdi? Erdogan bu addimiyla islamcilar yaninda nufuzunu artirsa da dovletin maraqlarini saldi ayaqlari altina ve bu da neticeleri. Onsuz da dushmenden bol olan Turkiyeye daha bir guclu dushmen qazandirdi. 

  • -1

Dizlərimin üzərində yaşamaqdansa, ayaqlarımın üzərində ölməyi seçərəm.   Ernesto Çe Gevara

#44 _Aries_

_Aries_

    Guru

  • Members
  • PipPipPipPipPipPipPipPip
  • 3539 posts
  • Offline
  • Gender:Male

Posted 21 March 2014 - 13:43

Erdogan islamci yox lap ateist olsa bele dovlet bashcisidirsa dovletin maraqlarini her sheyden ustun tutmali idi. Guclu yahudi lobbisini satilmish ereblerle deyishmek Turkiyeye ne verdi? Erdogan bu addimiyla islamcilar yaninda nufuzunu artirsa da dovletin maraqlarini saldi ayaqlari altina ve bu da neticeleri. Onsuz da dushmenden bol olan Turkiyeye daha bir guclu dushmen qazandirdi. 

Erdogan guclu orator olsa da,guclu siyasetchi deyil. Lazim olmayan yerde artiq addimlar cox atib. Osnuz da olkede son zamanlar nufuzu evvelkine nisbeten azalmishdi. Seckilerden sonra facebooku baglayacagi hedesi,indi ise twitteri baglamasi Turkiye genclerinin xoshuna gelmeyecek. Cunki turk genclerinin boyuk bir qismi az qala bu sosial shebekelerle nefes alir. Hem de ki,Erdogan son iller islamchiligi bir qeder cox qabartmasi Turkiye ehalisinin Avropa yonumlu hissesine xosh deyildi. Umumiyetle Turkiye ehalisini 2 qisme bolmek olar: Dindarlar ve Avropa yonumlu olanlar. Birincilerin Erdogandan xoshu gelir,Ataturkden yox. Ikincilerin ise eksine. Indi ise F.Gulen birinci qrupun da bir qismini Erdogana qarshi qaldirdi. Hizmetxanalarin baglanmasi da cox insani Erdogana qarshi qaldiracaq.

  • 0

#45 Museyib Elekber

Museyib Elekber

    Old & Wise

  • Members
  • PipPipPipPipPipPipPipPipPipPip
  • 7450 posts
  • Online
  • Gender:Male
  • From:Earth

Posted 04 April 2014 - 18:47

Rəcəb Tayyib Ərdoğan Azərbaycandakı “nurçular”ın siyahısını təqdim edib

“Nurçular”la bağlı məsələ prezident İlham Əliyevlə baş nazir Rəcəb Tayyip Ərdoğanın görüşündə müzakirə edilib.

Etibarlı mənbədən APA-ya daxil olan məlumata görə, Türkiyənin baş naziri “nurçular”ın hər iki ölkədə təhlükə olduğunu bildirib, onların Azərbaycanda da şəbəkələşməsindən narahatlığını ifadə edib. Məlumata görə, prezident İlham Əliyevə Azərbaycandakı “nurçular”la bağlı siyahı təqdim edilib.

Həmçinin, Ərdoğan mümkün təhlükənin qarşısını vaxtında almasının zəruriliyini vurğulayıb.

Qeyd edək ki, prezident İlham Əliyevlə baş nazir Rəcəb Tayyip Ərdoğanın birgə mətbuat konfransında da bu məsələ ilə bağlı suallar verilib. Prezident İlham Əliyev bildirib ki, Türkiyə-Azərbaycan münasibətlərinə zərər verə biləcək istənilən qüvvənin qarşısı alınır: “Biz imkan vermərik ki, iki dost, qardaş ölkənin arasında kimlərsə nifaq salsın”.

R.T.Ərdoğan isə suala cavabında bildirib ki, ortada bir sıxıntı var və hər iki ölkəni narahat edəcək durum varsa, demək, müzakirə də edilib.

http://az.apa.az/news/337564

  • 0

The God you have called, cannot the reach at the moment, please try again later...

0 user(s) are reading this topic

0 members, 0 guests, 0 anonymous users

Администрация сайта не несёт ответственности за сообщения на форуме и содержание рекламных баннеров.
Всё написанное является частным мнением независимых пользователей форума.

Copyright © 2009-2014 Disput.Az