Disput.Az

Jump to content


Photo

Dəm Qazı Öldürür.


  • Please log in to reply
14 replies to this topic

#1 gapgara

gapgara

    Wise

  • Members
  • PipPipPipPipPipPipPipPipPip
  • 4044 posts
  • Online
  • Gender:Male

Posted 15 January 2014 - 18:29

Hər il qış mövsümü gələndə xəbərlərin əsas başlıqlarından biri dəm qazının nəticələrindən olur. Nə qədər günahsız insanlar bu gözəgörünməzın qurbanı olur...

 

Siz necə, dəm qazından qorxursunuzmu?  Özünüzü bu təhlükədən sığortalamısınızmı?

 

 


  • 1



#2 Museyib Elekber

Museyib Elekber

    Old & Wise

  • Members
  • PipPipPipPipPipPipPipPipPipPip
  • 7775 posts
  • Offline
  • Gender:Male
  • From:Earth

Posted 15 January 2014 - 18:53

Nə yalan deyim, indiyə qədər ətrafımda bu cür hadisə baş vermədiyi üçün ciddi bir qorxu hiss eləmirəm. İndi qaldğımız evdə də kombi çöldə quraşdırılıb. Bir təhlükəsi yoxdur.

Amma, hər halda, çox aktual məsələdir. Bu barədə əhali hələ də kifayət qədər məlumata malik deyil.

Edited by Museyib Elekber, 15 January 2014 - 18:53.

  • 0

The God you have called, cannot the reach at the moment, please try again later...


#3 HPTRUEVISION

HPTRUEVISION

    Wise

  • Members
  • PipPipPipPipPipPipPipPipPip
  • 4146 posts
  • Offline
  • Gender:Male
  • From:Baku city

Posted 15 January 2014 - 20:16

Bir defe ozum dem qazindan zeherlenmishem, bir defe de cox sevdiyim birisi. Oz um zeherlenende  qorxmadim, cunki zeherlendiyimi anlamadim xestexanada ayildim. Amma yaxinim zeherlenende cox qorxmushdum. O gunku dehsheti heyatimin sonuna qeder unutmaram. Tesevvur edin cox sevdiyiniz bir insan hushsuz halda qollarinizda ve sen heyecandan qorxudan ne edeceyini bilmirsen,neyin bash verdiyini anlamirsan. Sevdiyin birisini itirmek qorxusundan daha dehshetli hec ne ola bilmez heyatda. Bu insanin oz olumundan bele daha qorxuludur.Bununla siz de qarshilashmaq istemirsinizse butun tehlukesizlik tedbirlerini duzgun yerine yetirin. Sonraki peshmanciliq fayda veren deyil. 


  • 1

Dizlərimin üzərində yaşamaqdansa, ayaqlarımın üzərində ölməyi seçərəm.   Ernesto Çe Gevara


#4 Nightwatchman

Nightwatchman

    Old & Wise

  • Members
  • PipPipPipPipPipPipPipPipPipPip
  • 6379 posts
  • Offline
  • Gender:Male
  • From:Разин

Posted 15 January 2014 - 21:21

Çox təhlükəli bəladır. Gözəgörünməz, hiss edilməz, iyi bilinməz. Ruslar demişkən "kor qatil". Özünüzü və yaxınlarınızı qoruyun, müəyyən məbləğ ekonom eləmək üçün həyatınızı təhlükə altına atmayın. Düzgün, standartlara cavab verən isitmə qurğuları quraşdırın evlərinizdə. Allah hamımızı qorusun!


  • 3
"Слабость велика, а сила ничтожна. Когда человек родится, он слаб и гибок. Когда умирает, он крепок и черств. Когда дерево растет, оно нежно и гибко, а когда оно сухо и жестко, оно умирает" к/ф "Сталкер"

#5 Pari***

Pari***

    Almost God

  • Members
  • PipPipPipPipPipPipPipPipPipPip
  • 5411 posts
  • Offline
  • Gender:Female
  • From:Bakım

Posted 15 January 2014 - 21:21

Mən də yaşamışam bunu. Təxminən 2 il əvvəl zəhərlənmişdim. Ancaq qardaşımın məni silkələməsi və qışqırığını dumanlı xatırlayıram. Özümə gələndə təcili yardımın həkimlərini başımın üstündə gördüm. Başqa heç nə xatırlamıram. Qardaşım olmasaydı bəlkə də həyatda deyildim artıq...bir anın söhbəti...

P.S. mövzunun adı çox acı səslənir.. Məncə "Dəm qazının törətdiyi nəticələr", "Dəm qazının fəsadları" kimi dəyişilsə idi yaxşı olardı. Gapgara mövzunuza hörmətlə ...rroza.gif


  • 2

#6 ceylin

ceylin

    Wise

  • Members
  • PipPipPipPipPipPipPipPipPip
  • 4433 posts
  • Offline
  • Gender:Female
  • From:World

Posted 16 January 2014 - 12:48

Aktual mövzudur,dəm qazı yavaş-yavaş,səssizcə çox canlar alır.Statistikadan xəbərim yoxdur,amma çox eşidib,şahidi olmuşam.Bunda bəzən məlumatsızlığın və etinasız yanaşmanın da rolu olur.Təhlükəsizlik qaydalarına əməl mütləqdir.


  • 0

                    http://onlinetestpad...u-ru/User/25048


#7 215KL2

215KL2

    Almost God

  • Members
  • PipPipPipPipPipPipPipPipPipPip
  • 5011 posts
  • Offline
  • Gender:Male
  • From:BAku

Posted 16 January 2014 - 13:40

Burda, çətin bir şey yoxdur, ən sadə təhlükəsiz qaydaları var, başqa heçə amma nəticəsi çox dəhşətlidir.  Biz insanlar adi təhlükəsizlik qaydalarına belə əməl etməyə ərinirik, " heç nə olmaz ",  " yola ver getsin "  deyə keçirik.  Sakit, səssiz, dinməz, iysiz qatil bizim bu məhz elə bu yola verməyimizdən çox məharətlə istifadə edir


  • 1
крыса олма, нажми лайк =)

#8 Igolka

Igolka

    Old & Wise

  • Members
  • PipPipPipPipPipPipPipPipPipPip
  • 7051 posts
  • Offline
  • Gender:Female

Posted 16 January 2014 - 16:36

En çox diqqet etmek lazım olan şeyler niyese eksine az diqqet edib az fikir veririk.Evde tehlükesizlik qaydalarına ilk növbede riayet olunmalıdı.Hele ki,bele bir halla rastlaşmamışam ne özüm ne yaxınlarım.Allah cümlemizi qorusun.Amin.
  • 0

#9 Septimus

Septimus

    Profi

  • Members
  • PipPipPipPipPip
  • 1135 posts
  • Offline
  • Gender:Male
  • From:Baku

Posted 16 January 2014 - 20:59

Mence bu cür halların qarşısının alınması meqsedile maariflendirme işleri görülmelidi. Türk kanallarında yayımlanan maariflendirici video çarxlar kimi. Binaların girişlerine de bu tip elanlar ve melumat posterleri yapışdırılsa yaxşı olar. ALLAH bizi bu beladan qorusun.
  • 0

Nec Sutor Ultra Crepidam !!!


#10 gapgara

gapgara

    Wise

  • Topic Starter
  • Members
  • PipPipPipPipPipPipPipPipPip
  • 4044 posts
  • Online
  • Gender:Male

Posted 17 January 2014 - 01:00

Nə yalan deyim, indiyə qədər ətrafımda bu cür hadisə baş vermədiyi üçün ciddi bir qorxu hiss eləmirəm. İndi qaldğımız evdə də kombi çöldə quraşdırılıb. Bir təhlükəsi yoxdur.

Amma, hər halda, çox aktual məsələdir. Bu barədə əhali hələ də kifayət qədər məlumata malik deyil.

 

Müseyib, bilmirəm ö evindir ya yox amma sığortan 100%-lidir.


  • 0

#11 gapgara

gapgara

    Wise

  • Topic Starter
  • Members
  • PipPipPipPipPipPipPipPipPip
  • 4044 posts
  • Online
  • Gender:Male

Posted 17 January 2014 - 01:07

Mən də yaşamışam bunu. Təxminən 2 il əvvəl zəhərlənmişdim. Ancaq qardaşımın məni silkələməsi və qışqırığını dumanlı xatırlayıram. Özümə gələndə təcili yardımın həkimlərini başımın üstündə gördüm. Başqa heç nə xatırlamıram. Qardaşım olmasaydı bəlkə də həyatda deyildim artıq...bir anın söhbəti...

P.S. mövzunun adı çox acı səslənir.. Məncə "Dəm qazının törətdiyi nəticələr", "Dəm qazının fəsadları" kimi dəyişilsə idi yaxşı olardı. Gapgara mövzunuza hörmətlə ...rroza.gif

Pari xanım, siz də bu gözə görünməzin təsirinə məruz qalmısız. Bir daha allah göstərməsin sizə belə təhlükəni. Sizin verdiyiniz variantlar bir az yumşaq çıxır, həm də kitab cümləsi kimi görünür. Elə öldürür yazsaq yaxşıdır. Vaxtında bu kabusun əlindən çixa bilməsən öldurür. Hörmətlə rroza.gif


  • 0

#12 gapgara

gapgara

    Wise

  • Topic Starter
  • Members
  • PipPipPipPipPipPipPipPipPip
  • 4044 posts
  • Online
  • Gender:Male

Posted 17 January 2014 - 01:18

Statistika göstərir ki, dəm qazı ilə zəhərlənmə daha çox rast gəlinən zəhərlənmələr siyahısında dördüncü yeri tutur. Havatəmizləyici bacalar və borularda dəm qazının çıxmasına maneçilik törədən nasazlıqlar yarandıqda insanlar bu qazla nəfəs almaq məcburiyyətində qalırlar. Dəm qazı təmiz halda gözə görünməyən, rəngsiz, iysiz, dadsız, havadan yüngül qazdır. Dəm qazı natamam yanmanın məhsulu olub, güclü zəhərləyici xassəyə malikdir. Bu qaz üzvi maddələrin, o cümlədən təbii qazın, neft məhsullarının və odun yanacağının natamam yanması nəticəsində əmələ gəlir. 

Dəm qazı ilə zəhərlənmənin səbəbləri kimi hamam və vanna otaqlarında nəfəsliklərin olmaması, suqızdırıcıların hamam və vanna otaqlarında quraşdırılması, soba ilə qızdırıcı sistemlərdə texniki təhlükəsizlik qaydalarının pozulması, standarta uyğun olmayan və kustar üsulla hazırlanmış qaz sobalarından və suqızdırıcılarından istifadə edilməsi, tüstü borularının və tüstü bacasının yaxşı işləməməsi, sobanın və tüstüçəkən bacanın nasaz vəziyyətdə olması, qapalı yerlərdə, xüsusilə də otaqlarda və mənzillərdə hava mübadiləsinin pis olmasını göstərmək olar.

Dəm qazından zəhərlənmə hallarının avtomobillərdə də baş verməsi mümkündür. Belə ki, avtomobilin qarajda və ya qapalı şəraitdə 10 dəqiqə işləməsilə qanda karbon-monooksidin miqdarı ölümcül həddə çata bilər. Havada dəm qazının miqdarı 0,08 faiz olduqda başağrısı, başgicəllənmə və boğulma başlayır. Dəm qazının miqdarı nəfəs aldığımız havada 0,32 faiz olduqda 30 dəqiqə ərzində, 1,2 faiz olduqda isə 2-3 dəqiqə ərzində ölüm hadisəsi baş verir. Zəhərlənmə zamanı ölümün səbəbi isə tənəffüs mərkəzinin iflici nəticəsində ürəyin dayanmasıdır. Havası karbon oksidi ilə zəngin olan otaqda qaldıqda zəhərlənən insanda ürək bulanması, ümumi yorğunluq, yuxuya meyillilik, təngnəfəslik müşahidə olunur və dəri solğunlaşır. Əgər həmin insan dəm qazı ilə nəfəs almağa davam edərsə, onun tənəffüsü çətinləşir, qıcolmalar baş verir. 
Əgər dəm qazından zəhərlənmə halları baş veribsə, əvvəlcə zərərçəkəni dərhal təmiz havaya çıxarmaq və kürəyi üstə, kip bağlanan paltarda uzatmaq lazımdır. Zərərçəkənin bütün bədəni aktiv hərəkətlərlə ovuşdurulmalı, başına və sinəsinə soyuq kompres qoyulmalıdır. Zərərçəkənin huşu özündədirsə, ona çay içirtmək məsləhətdir, əgər huşunu artıq itiribsə, onun burnuna naşatır spirtində isladılmış pambıq yaxınlaşdırılır. Zərərçəkmişin tənəffüsü dayanıbsa, ona mütləq süni nəfəs vermək və təcili tibbi yardım çağırmaq lazımdır. Belə hadisələrin baş verməməsi üçün öncə müvafiq təhlükəsizlik qaydalarının tələblərini bilməli və onlara ciddi riayət etməliyik.
Narahatlığa səbəb olan amillərdən biri də vətəndaşlar tərəfindən yaşayış sahələrində kustar qaydada hazırlanmış qeyri-standart qaz sobalarından və suqızdırıcılarından istifadə olunmasıdır.


  • 0

#13 gapgara

gapgara

    Wise

  • Topic Starter
  • Members
  • PipPipPipPipPipPipPipPipPip
  • 4044 posts
  • Online
  • Gender:Male

Posted 17 January 2014 - 01:30

“Azəriqaz” IB-nin sabiq idarə rəisi Nüsrət Qasımov “Şərq” qəzetinə açıqlamasında cəmiyyət üçün son dərəcə aktual olan bu məsələdən danışıb. N.Qasımov mavi yanacaqla bağlı əhalinin narahat qaldığı məqamlara aydınlıq gətirib.

Sabiq idarə rəisi öncə söyləyib ki, istehsal olunan mavi yanacaq Qaradağda Qaz Emalı Zavoduna daxil olandan sonra emal edilərək abonentlərə ötürülür. O, bu zaman çox təhlükəli və qanunsuz bir məsələnin də üstünü açıb. Belə ki, Sabunçu, Suraxanı, Binəqədi, Xəzər və Səbail rayonları ərazisində köhnə mədənlər fəaliyyət göstərir və ordan çıxan qazın tərkibinə lazımi qatqı maddəsi vurulmadan birbaşa abonentlərə ötürülür: “Bunlar hamısı köhnə buruqlardır, hələ də onlardan qaz hasil olunur, idarə və müəssisələr də həmin qaz itkiyə getməsin deyə əhaliyə verirlər. Qazı yalnız tərkibinə metan qatıldığı halda əhaliyə vermək olar. Mavi yanacağın tərkibində metanın faizi 60-dan aşağıdırsa, onu əhaliyə ötürmək olmaz. Onun faizi mütləq 60-dan çox olmalıdır. Qaz cihazları, istilik sistemlərinin korlanmasında bu amilin böyük rolu var. Metanın faizi aşağı olduğu üçün cihazlar işləməyə, xarab ola bilər. Problem qazdadır. Sözügedən mədən və buruqlar ARDNŞ-ın neft-qazçıxarma idarələrinin nəzarətindədir. Onlar qazı necə gəldi camaata verirlər, sonra da faciə və fəsadlar baş verir. ARDNŞ gərək abonentlərə verilən təbii qazın tərkibinə nəzarət etsin. Abonentlərə verilən təbii qazın tərkibinə mütləq etilmerkaptan  maddəsi vurulmalıdır ki, qaz sızması olanda insan bunu hiss etsin. Bu maddə təbii, məişət və yanmış qazların tərkibinə odorant - xüsusi qoxuverici kimi vurulur. Onun çox kəskin qoxusu var, bir növ yumurta iyi verir. Qaz sızması, qazın düzgün yanmaması zamanı bu qoxu insanları duyuq salır. Qışda qazın hər 1000 kubmetrində 16 mq, yayda isə 8 mq həmin maddədən olmalıdır”.

 

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məsələ barədə şərhini söyləyərək “Azəriqaz”ın əsas işinin qazı zavoddan alaraq əhaliyə vermək olduğunu söyləyir. Hüquq müdafiəçisi zəhərlənmələri Qaz Emalı Zavodunda axtarmağı daha düzgün sayır: “Zavodda qazın emalı sahəsində, onun tərkibinə havanın çox vurulması məsələsində böyük problemlər var. Zəhərlənmələrin kökü həmin zavoddadır. Əslində, sovet vaxtında da belə mədənlərdə çıxarılan qazı əhaliyə satırdılar. Tərkibi təmizlənmiş quru qaz neft-qaz çıxarılan ərazidə yaşayan əhaliyə verilirdi. O vaxtlar kustar üsuluyla peçlər düzəldilsə də, faciələr indiki səviyyədə deyildi. Mən yenə də öz fikrimdə qalıram ki, bu məsələdə Qaz Emalı Zavodu günahkardır”.


  • 0

#14 fikus elastica

fikus elastica

    Guru

  • Members
  • PipPipPipPipPipPipPipPip
  • 3844 posts
  • Offline
  • Gender:Female
  • From:Baku

Posted 17 January 2014 - 02:07

Dem qazi oldurmur, dem qazinin yaranmasina sebeb olanlar oldurur, pesekar olmayan usta, mariflenmemish istifadeci ve nezareti kifayet qeder olnayan cavabdehliler.
  • 0

  Be Yourself. Everyone Else Is Already Taken


#15 gapgara

gapgara

    Wise

  • Topic Starter
  • Members
  • PipPipPipPipPipPipPipPipPip
  • 4044 posts
  • Online
  • Gender:Male

Posted 22 January 2014 - 11:24

Dəm qazı ilə zəhərlənmə davam edir.

Sumqayıt şəhərində 5 nəfər dəm qazından zəhərlənib. Daxili İşlər Nazirliyinin mətbuiat xidmətindən verilən məlumata görə, zəhərlənənlərin 4-ü bir ailənin üzvləridir..Xəzər bağlar yaşayış sahəsindəki bağ evlərindən birində yaşayan Tapdıq Hüseynov, qızları Ceyran, Aişə və Aynurə Xəlilova evlərindən dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib. Elə həmin gün şəhər sakini Afərin Həmidova da mənzilində dəm qazından zəhərlənib. Hər iki hadisə yanvarın 21-də baş verib

 

Siyəzəndə isə 34 yaşlı hamilə qadın dəm qazından zəhərlənib və ölüb.

Yaxınlarını bildirdiyinə görə, hamilə qadın hamamda çimərkən boğulub. “Qafqazinfo” xəbər verir ki, hamiləliyin 9-cu ayında olan Venera Babayeva hamamda dəm qazında boğulub. Təcili Tibbi Yardım maşını gəlsə də xəstənin həyatını xilas etmək mümkün olmayıb. Hadisə Siyəzən şəhəri 12-ci məhəllə adlı yaşayış massivində qeydə alınıb. 34 yaşlı Babayeva Venera Valeri qızı hamamda çimərkən dəm qazından boğulub. Ailə üzvləri bu barədə təcili yardım stansiyasına məlumat verib.


  • 0




0 user(s) are reading this topic

0 members, 0 guests, 0 anonymous users



Администрация сайта не несёт ответственности за сообщения на форуме и содержание рекламных баннеров.
Всё написанное является частным мнением независимых пользователей форума.

Copyright © 2009-2014 Disput.Az