Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Computeruniverse Almaniya Elektronika Dükanı - Azərbaycan Dilində Kömək


Recommended Posts

ComputerUniverse Almaniyanın elektronika saytı

 

Azərbaycan dilli onlayn alıcılara kömək məqsədilə

 

Dükanda yüz mindən çox elektorinka malları təklif olunur. Mallara dükanın və istehsalçının zəmanəti verilir.
Saytın istifadəsi kifayət qədər sadədir. Ödəniş PayPal – la edilir. 
 
Saytda qeydiyyat:
 
1.
 
1551563_787105211304009_1542902291_n.jpg

 

 

2.
 
154420_787105491303981_961669887_n.jpg

 

 

3.

 

1507876_787105674637296_1269129981_n.jpg

 

 

 

4.

 

1505399_787105854637278_1862356386_n.jpg

 

 

5.

 

1526746_787106097970587_530210773_n.jpg

 

 

6.

 

1512366_787106364637227_1438989936_n.jpg

 

 

Link to comment
Share on other sites

  • Replies 691
  • Created
  • Last Reply

Top Posters In This Topic

Endirimlərdən yararlanmaq:
 
5 euro endirimdən yararlanmaq üçün FWD7GE8 bu şifrəni alış edən zaman müvafiq yerə daxil edin.
 
(İstədiyiniz malı səbətə daxil edirsiz. fotoda göstərilən yerdə endirim şifrəsini daxil ediriz)
 
Bu endrim yalnız ilk alış üçün nəzərdə tutulub!
 
1.
 
1604822_787113917969805_351916395_n.jpg

 

 
2.
 
1601181_787114111303119_262556571_n.jpg

 

Link to comment
Share on other sites

Məsləhət:

 

1000 euro-dan  artıq alış - veriş etməməyiniz məsləhətdir. Əks təqdirdə əlavə gömrük haqqı, daşınma haqqı ödəməli olacaqsız. 

 

Həmçinin eyni maldan bir neçə ədəd aldıqda Sizdən  kommersiya  məqsədlərinə görə əlavə rüsum alına bilər.

Link to comment
Share on other sites

Sayt: http://www.computeruniverse.ru/

 

Dükanın ünvanı: Сomputeruniverse GmbH, Grüner Weg 14, Friedberg (Hessen), Almaniya

 

Alış zamanı yaranmış sualların cavablandırılması:

 

[email protected] (suallar qısa, sadə sözlərlə ingiliscə yazılmalıdır! əks təqdirdə cavablandırılmayacaq)

 

telefon:  06031/7910-0

Edited by инженерц
Link to comment
Share on other sites

Bağlamanın alınmasına dair məsləhətlər:
 
Almaniya hüdüdlarında bağlama DHL poçt daşımaları ilə daşınır. Almaniydan xaricdə isə müvafiq ölkələrin poçt daşımaları ilə Azərbaycana çatdırılır. Bağlamanı almaq üçün poçta gedərkən mütləq sifarişdə sənədlərdə göstərilmiş şəxs özü getməlidir və şəxsiyyət vəsiqəsini özü ilə götürməlidir.
 
Bağlamanı alan zaman mütləq poçta açıb bağlamanın toxunulmazlığını, heç bir müdaxilənin olmamasını, sifariş olunmuş btün malların qutuda olmasını, zədələnməməsini, sınmamasını poçt əməkdaşlarının səlahiyyətli nümayəndəsinin iştirakı ilə birlikdə yoxlayın. Bağlamanı poçta açmadan evə aparmaq məsləhət görülmür. Çünki evdə aşkarlanacaq hər hansı çatışmazlığı sübut etmək üçün çətinliklərlə qarşılaşacaqsınız. Bağlamanı açarkən və ya açmamışdan qabaq hər hansı çatışmazlıq aşkarlanarsa poçt əməkdaşlarının səlahiyyətli nümayəndəsi ilə birlikdə akt tərtib edirsiz. Bu akt scan olunaraq ComputerUniversə göndəriləcək.
 
Poçta olarkən aşağıdakılara riayət etməyiniz məsləhətdir:
 
- Poçt əməkdaşı bağlamanı tərəzidə çəkərək bağlamanın üzərində göstərilən çəkinin faktiki çəkilə uyğunluğunu yoxlamalıdır.
- Poçt əməkdaşı bağlamanı açmamışdan qabaq bağlamaya baxış keçirmək üçün bağlamanı Sizə təqdim etməlidir.
- Bağlamanın faktiki çəkisi ilə bağlamanın üstündə göstərilən çəki arasında 20 qram uyğunsuzluq olarsa, bağlamada olan malların deklorasiyası olmazsa, bağlamada cırıqlar, zədələr, deşiklər, açılma olarsa, alıcının ünvanını  göstərən yapışqanlı kağız olmazsa poçt əməkdaşı poçtun rəisini çağırmalı və birlikdə bağlama açılmalıdır. Əgər bağlamada hər hansı mal çatışmazsa, zədələnərsə, sınarsa iki cür akt tərtib olunur: 1) bağlamanın xarici görünüşü barəsində akt 2) bağlamanın içində olan mallar haqqında akt
Aktların hər biri iki nüsxədə olmaqla tərtib olunur. Aktların yazılış formasını poçt əməkdaşından tələb edin.
 
Əgər bağlamanı açan zaman hər hansı bir malın sındığını, zədəlndiyini, çatışmadığını aşkarlasaz o zaman keç bir çek, qaimə və b. sənədlərə (aktlardan başqa) imza atmayın! Aktı tərtib edərəkən göstərin ki, bağlama açılan zaman mal zədələnmişdi/sınmışdı/mal qutuda yox idi/......./ və bağlamanı almaqdan imtina edirsiz.
 
Sonra bu haqda sayta rəsmi olaraq məlumat bildirirsiz. Bundan sonra computeruniverse tərəfindən araşdırma aparılacaq. Bütün hallarda dükan Sizin hüquqlarınızı qoruyur (əlbəttə də əgər sənədləşməni düzgün etsəz). 
 
Poçt əməkdaşlarının xarakterik, standart cəfəngiyyatlarına, aldatmalarına, göz yummalarına qətiyyən əhəmiyyət verməyin:
 
- Bağlamaya baxmamış, bağlamanı açmamış təqdim olunacaq qaimələrə, çeklərə imza atmayın!
- Sizə deyilə bilər ki, cari halda poçta akt forması yoxdur. Eyb etməz, növbəti gün gələrsiz
- Çatışmazlıq aşkarlanan zaman rəisi bağlamanın açılmasında iştirak etməyə çağırmasalar o zaman poçt daşımalarının qaynar nömrəlrinə bu barədə məlumat verin, poçtun istifadəçı jurnalında öz ad, soyad və ünvanınızı göstərməklə problemi izahlı yazın!
- Aktı tərtib etdikdən sonra Sizə qaimələrə, çeklərə imza atmağa təklif olunsa qətiyyən imzalamayın!
- Bağlama açıq olsa deyə bilərlər ki, gömrükdə açılıb. Yalandır! İnanmayın! Gömrükdə bağlama açılan zaman yenidən skotçla bağlanır, bu barədə gömrük əməkdaşlarının imzası ilə akt tərtib olunur və bağlama ilə birlikdə təqdim olunur. 
- Poçt əməkdaşı Sizə bildirə bilər ki, poçt xarici poçt daşımalarına görə məsuliyyət daşımır. Yalandır! İnanmayın!
 
Yaxşı olar ki, bağlamanı açarkən, bağlamaya baxış keçirərkən video kamera ilə  çəkəsiz. 
 

 

Link to comment
Share on other sites

ComputerUniversdən alışın üstünlkükləri:

 

- Almaniya keyfiyyət ekspertləri tərəfindən ekspertiza olunmuş mallar,

- Azərbaycandakı qiymətlərlə müqayisədə sərfəli,

- Bütün mallar düknaın və istehsalçının zəmanəti,

- Alman keyfiyyəti və dəqiqliyi,

- İl boyu bonuslardan, endirimlərdən yararlanmaq imkanı,

- Saytın ingilis, rus, alman və b. dillərdə olması,

- göndərilən malların izlənilməsi,

- bütün verilmiş sualların vaxtında və operativ cavabılandırılması,

- saytın istifadəsinin sadə və bəsit olması,

- saytın etibarlı olması,

- Azərbaycana birbaşa çatdırılma (üçüncü şəxsin, şirkətin iştirakı olmadan),

- saytda böyük seçimin olması,

- dükan hətta öz alıcılarının ad günlərini təbrik etməyi və endirim kuponu hədiyyə etməyi unutmur : )

Edited by инженерц
Link to comment
Share on other sites

#http://www.cabmin.gov.az/?/az/pressreliz/view/1159/#Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları#

Edited by инженерц
Link to comment
Share on other sites

ComputerUniversdə qeydiyyatdan keçərkən doğum tarixinizi dəqiq qeyd edin. Minimum 50 euro - luq alış etdikdən sonra ComputerUnivers Sizə ad gününüzdə 5 euroluq endrim kuponu hədiyyə edir. Kuponun şifrəsi qeydiyyatdan keçərkən daxil etdiyiniz e_mail ünvanına göndərilir. Kupon 1 ay müddətində etibarlıdır. Və yalnız bir dəfə istifadə olunur. Əgər bir ay ərzində ComputerUniversdən alış etməyi planlaşdırmızsa o zaman burada və ya digər səhifələrdə kuponunuzu paylaşa bilərsiz : ) Həmən kupondan istifadə edən şəxs gərək bu barədə məlumat versin ki, digərləri də bilsin.

 

y_150bc112.jpg

Edited by инженерц
Link to comment
Share on other sites

Bütün göndərilən mallar sığortalanıb. Daşınma zamanı hər hansı probləmlər baş verərsə alınmış mal ya yenidən göndərilir və ya ödənilmiş məbləğ qaytarılır. Bütün malların 2 il zəmanəti var.

Qüsur aşkarlanan zaman malı ComputerUniversə geri göndərərkən:

- Qüsur haqqında ComputerUniversə e_mail yazmalı və saytdan standart təlimatlardan ibarət cavab məktubunu gözləməli
- Malı ComputerUniversə göndərməli və onun çatmasını gözləməli. Mal ComputerUniversə çatdıqda Siz məlumat e_maili alacaqsız.

Malı dövlət poçtu ilə "kiçik paket" - də göndərməli. Malı göndərən zaman onun bütün elementlərini, aksesuarlarını, qutusunu, bütün sənədlərini, istifadə təlimatlarını bağlamaya qoymaq lazımdır. Bağlamanı daşınma zamanı ola biləcək zədələnmələrdən qorumaq üçün yaxşı - yaxşı qablaşdırın. Bağlamanı göndərən zaman 1 nüsxə invoys və malda olan qüsurlar haqqında şərhlərinizi ingilis dilində yazılaraq (bundan əlavə malın qüsurunu əyani göstərmək üçün onu video kameraya ingilis dilində şərh edərək (və ya şərhsiz) video faylı diskə yaza bilərsiz) bağlamaya qoyulmalıdır.

Bağlamda "müştəri (alıcı) nömrə" - nizi, "invoys nömrə" - sini və RMA - nı böyük, səlist hərif/rəqəmlərlə yazın.
Kundennummer: ХХХХХХХ (Sizin alıcı nömrəniz)
Invoice Number: АХХХХХ ("invoys nömrə" - si, bu məktubda və Sizin и ComputerUnivers akkauntunda yazılıb.
Ünvan blankının doldurulması qaydası:

YnykKWA7GHE.jpg

RMA - ingiliscədən Return Merchandise Authorization, almancadan Rücksendungsnummer. RMA haqda ətraflı wikipedia - da oxuya bilərsiz.

RMA - nı əldə etmək üçün şəxsi ComputerUnivers akkauntunuza daxil olun, və aşağıda göstərilən linkə klik edin:
https://www.computeruniverse.ru/service/step2.asp

Və ya aşağıda göstərilən linkdə "Возврат товара" düyməsinə (işarəsinə) klik edərək lazımı damaları doldurursuz:
https://www.computeruniverse.ru/community/orders/rechnungen.asp

"Возврат товара" düyməsi

1601400_789264701088060_1761100924_n.jpg


Bağlamanı göndərdikdən sonra poçtda göndəriş üçün ödədiyiniz məbləğin çekini (qaiməsini) scan edin və ComputerUniversdən təlimatlar aldığınız e_maillə PDF və ya JPEG formatında göndərin. Bu çek əsasında Sizin göndəriş üçün ödədiyiniz məbləğ qaytarılacaq. Qeyd: ComputerUnivers bağlama üçün Sizə 40 eurodan artıq məbləğ qaytarmayacaq. Bu səbəbdən bağlamanı bahalı olmayan poçt daşıması ilə, balaca paketlə edin. Əgər Siz bağlama üçün 45 euro xərcləsəz ComputerUnivers yalnız 40 euro qaytaracaq. Bağlama üçün ödənilmiş məbləğ 6 ay ərzində Sizə qaytarılacaq.

ComputerUniversdə Sizdən aldığı malı ekspertiza və təmir etmək üçün istehsalçı zavoda göndərəcək. Əgər mal təmirə yararlıdırsa o zaman təmir olunacaq və Sizə qaytarılacaq. Əgər mal təmirə yararlı deyilsə o zaman yenisi ilə əvəz olunacaq (əgər zəmanət şərtləri pozulmayıbsa).

Zəmanət şərtləri pozulan hallar:

- Maldan təlimatda göstərilən qaydalara uyğun istifadə etmədikdə.
- Malın üstünə su dağıtdıqda, zədələdikdə, sındırdıqda
- Elektrik qalxıb enmələri, qısaqapanmalarından mal yandıqda

Edited by инженерц
Link to comment
Share on other sites

Bonuslar, endirim şifrələri, bonus qazanmağın, şərhlərin yazılma qaydaları.

 

- ilk alış edənlər üçün 5 euroluq endirim şifrəsi - FWD7GE8

 

- qeydiyyatdan keçən zaman bonuslar hədiyyə olunur

 

- alınan hər bir mala görə bonuslar verilir

 

- ad günündə endirim şifrəsi hədiyyə olunur (əgər qeydiyyatdan keçən zaman doğum tarixinizi düzgün formatda qeyd etmizsizsə)

 

- aldığınız mallara yazdığınız şərhlərə görə bonuslar verilir (əgər hər hansı mala ilk beş şərh yazanlardansınızısa 200 - ə qədər bonus qazana bilərsiz)

 

Cari halda bonuslar endirim kuponları ilə dəyişdirilir. Bonuslar müəyyən müddətdən bir digər hədiyyələrlə əvəz olunur. Misal üçün bundan qabaq bonusları radio, termometr, saat, və b əşyalara dəyişmək olurdu.

 

Cari halda bonuslara verilən hədiyyələr:

 

https://www.computeruniverse.ru/group/bonus/convert-your-bonus-points-in-great-premiums.asp

 

2000 bonus - 10 euroluq endirim kuponu 

 

4500 bonus - 25 euroluq endirim kuponu 

 

7500 bonus - 50 euroluq endirim kuponu 

 

12000 bonus - 100 euroluq endirim kuponu 

 

Gutschein_10_100.png Gutschein_25_100.png Gutschein_50_100.png Gutschein_100_100.png

 

Bu kuponlar alındığı gündən 6 ay ərzində qüvvədədir. Cəmi bir dəfə istifadə oluna bilər.

 

Ad günündə hədiyyə olunmuş kupon (endirim şifrəsi) 1 ay müddətində etibarlıdır. İtirilmiş şifrə bərpa olunmur.

 

Əgər Sizdə olan endirim şifrələri, kuponlar Sizə gərəkli deyilsə o zaman forumda, dostlarınızla paylaşa bilərsiz. 

 

Aldığınız maldan imtina etsəz o zaman avtomatik olaraq Sizə bu mala görə verilmiş bonuslar da silinəcək. 

 

Əgər Sizdə 2 ədəd endirim kuponu varsa (məsələn biri ad gününüzdə verilmiş kupon, digəri bonusları əvəzləyib əldə etdiyiniz kupon) Siz hər iki kuponi eyni anda istifadə edə bilərsiz. 

 

Alınmış mallara şərhlərin yazılması:

 

Qeyd: Şərh yazılarkən maksimum dərəcədə ədalət prinsipinə riayət edin. Malın istər pis tərəflərini, istər mənfi tərəflərini düzgün yazın. Nəzərə alın ki, Sizin şərhlərinizi digər alıcılar oxuyub nəticə çıxaracaqlar. Malın necə işləməsini, neçə günə çatdırılmanın olmasını, mala məxsus qutuda hansı aksesuarların, elementlərin olmasını, razı qalıb - qalmamağınızı, artıq neçə müddət istifadə etməyiniz və s. məlumatları yerləşdirin.

 

Akkauntunuza daxil olun

 

- Моя учетная запись

 

1538835_790427887638408_28495143_n.jpg

 

 

- açılmış pəncərədən "Моя учетная запись"

 

1601184_790430300971500_204469327_n.jpg

 

 

- Ваши доставленные товары

 

Bu siyahlda Sizin cari günə qədər aldığınız malların siyahısı görünəcək. Burada aşağıda göstərilən düyməyə klik edərək şərh etmək istədiyiniz malın səhifəsinə keçəcəksiz.

 

1530591_790432670971263_1308412201_n.jpg

 

 

Burada şərhinizi daxil edirsiz:

 

1013393_790436384304225_534042000_n.jpg

 

 

Uğurlar!

Link to comment
Share on other sites

ComputerUniverse - dən sifarişlərin qəbulu:

 

- alınacaq malın linkini göndərirsiz

 

- ilkin ödəniş və ya tam ödəniş edirsiz (ödəniş nəğd formada və ya bank hesabına köçürməklə qəbul olunur)

 

- gözləmə müddətindən sonra  (gözləmə müddəti maldan asılı olaraq dəyişir, 1 iş həftəsindən başlayaraq və da daha çox)     malı təhvil alırsız

 

- eyni malın yalnız bir ədəd sifarişi qəbul olunur

 

- bir sifarişdə bir neçə müxtəlif kateqoriyada mal sifariş edə  bilərsiz (fotoapparat, fanar, aksesuar,...)

 

Mob: 050 268 86 27

 

 

1536499_787197261294804_354055587_n.jpg

Edited by инженерц
Link to comment
Share on other sites

  • 2 weeks later...

ComputerUniverse - də sifarişlərə qoyulan məhdudiyyətlər:

 

- Çəkisi 20 kq dan artıq olan mallara

- Diaqonalı 40" artıq olan televizorlara

- Şüşə materialından olan mətbəx hava çəkənlərinə (korpus paslanmayan polad və ya plastik olmalıdır)

- Yaş məhdudiyyəti qoyulmuş oyunlara və oyun konsollarına 18+

 

1538805_795380653809798_1282485112_n.jpg

Edited by инженерц
Link to comment
Share on other sites

ComputerUniverse - də malın çatdırılması ilə bağlı terminlər:


1044632_796517843696079_87133206_n.jpg
999954_796524680362062_320403973_n.jpg


1 - 2 iş günü (həftənin 1 : 5 günləri saat 8.00 dan 17.00 -a qədər) ərzində mal göndəriləcək
___________________________________________________________________________
1000869_796518640362666_734875451_n.jpg
1689097_796524983695365_1688492148_n.jpg


3 - 5 iş günündən (həftənin 1 : 5 günləri saat 8.00 dan 17.00 -a qədər) sonra mal göndəriləcək
_____________________________________________________________________________
1625586_796519387029258_41007110_n.jpg
72851_796525830361947_990472933_n.jpg

Sifariş etdiyiniz maldan anbarda məhdud sayda qalmışdır. 1 - 5 iş günü (həftənin 1 : 5 günləri saat 8.00 dan 17.00 -a qədər) ərzində mal göndəriləcək
__________________________________________________________________________________
1000869_796518640362666_734875451_n.jpg
1625668_796526027028594_658001286_n.jpg

Sifariş etdiyiniz mal 1 - 2 iş günündən 1 -2 iş həftəsindən (həftənin 1 : 5 günləri saat 8.00 dan 17.00 -a qədər) sonra mal göndəriləcək
____________________________________________________________________________________
1619448_796520623695801_1885682885_n.jpg
1530349_796526673695196_186553903_n.jpg

Satışı qabaqcadan elan olunmuş mal. Mal cari gündə anbarda yoxdur. Malın anbara gətirilmə tarixi təqribən elan oluna bilər (bu barədə məlumat e_mail vasitəsilə bildirilir). Amma elan olunmuş tarix dəyişdirilə də bilər. Anons 1 ay və daha çox müddət əvvəlcədən elan olunur.
___________________________________________________________________________________
1551729_796521757029021_374007411_n.jpg
1489191_796527003695163_2068630554_n.jpg

Malın anbara daxil olma müddəti naməlumdur. Mal anbara 1 aydan sonra və ya daha çox müddətdən sonra daxil ola bilər.
_________________________________________________________________________________________
1526638_796522507028946_544830251_n.jpg
1535566_796527200361810_1308377929_n.jpg

Anbarda olan bu malların hamısı satılmışdır.
____________________________________________________________________________________________

Edited by инженерц
Link to comment
Share on other sites

ComputerUniverse - də Outlet

 

1604522_796760567005140_1310926571_n.jpg

 

 

 

                                                             1656277_796762987004898_590493935_n.jpg

 

 

 

 

 

Burada yerləşdirilmiş mallar 3 qrupa bölünür:

 

1620511_796761840338346_670354180_n.jpgAnbarda qalmış mallar. Xüsusi endirim təklifləri edilən mallar.

 

 

71450_796762190338311_1836662956_n.jpgVitrində olan mallar. Cüzi cızılmış mallar. 

 

1453244_796762520338278_405952999_n.jpgMəhdud tarixdə endirim edilmiş mallar. İstehsalçıdan xüsusi endirim təklifləri edilmiş mallar.

Edited by инженерц
Link to comment
Share on other sites

Əgər Sizə gələn mal oğurlanmışsa

Belə olan təqdirdə [email protected] e-mail ilə əlaqə yaradın.

Qeyd edilən e-mail -ə yazmaq üçün aldığınız mala ComputerUniverse -dən məlumat üçün göndərilmiş məktuba cavab formasında (ответит) məktub yazın. Məktuba cavab yazan zaman mətndə heç bir cümləni, mövzunu dəyişdirməyin. Və növbəti hər aldığınız cavab məktublarına həmən mövzu daxilində cavab yazın (əlavə məktub mövzusu yaratmayın).

Məktubu ingilis dilində, sadə cümlələrlə, olmuş hadisəni izah etməklə yazın. Mürəkkəb cümlələrə ehtiyac yoxdur.

Poçta gələn zaman malı təhvil aldıqda ilk öncə paketin toxunulmazlığını, paketdə cırılmış, deşilmiş, açılmış yerlərin olmamasını dəqiqləşdirin. Paketi açan zaman mütləq poçt əməkdaşının yanınızda olmasını tələb edin! Əgər paketdə hər hansı zədə aşkarlansa Akt tərtib edin.

Refaund və ya alınmış malın yenidən göndərilməsi həmən aktların əsasında olunacaq. Həmən aktları skan edib ComputerUniverse -ə göndərəcəksiz.

Əgər paket 60 gün ərzində Sizə çatdırılmayıbsa o zaman paket itirilmiş hesab olunur.

Məhkəməyə müraciət blankı:

LiBl6V83aEg.jpg

Edited by инженерц
Link to comment
Share on other sites

ComputerUniverse

 

- 13 illik təcrübə

- 170 nəfərə yaxın əməkdaş

- 4000 kv/m sahəyə malik mərkəzi anbar

- Baş ofisdə yerləşən dükan

- 130 000 dən çox onlayn satışda olan mallar

- Çağrı mərkəzi (Call center) - müştərilərin telefonla və elektron poçtla məlumatlandırılması

 

http://www.youtube.com/watch?v=TnrVy8r1LXg

Link to comment
Share on other sites

  • 2 months later...

Əgər Sizin minimum 2000 xalınız varsa o zaman 10 euroluq endirim kuponu əldə edə bilərsiz. Endirim kuponunun alınması və tətbiqi:

 

Kuponlar olan səhifədə xalımız çatan kuponu seçirik. Şəkildə göründüyü kimi Order reward klik edirik.

 

 

İkinci şəkildə gördüyünüz Request Discount Voucher now düyməsinə klik etdikdən sonra Siz endirim kuponu əldə etmiş olacaqsız Endirim kuponunun şifrəsi həmçinin Sizin E_mail ünvanınıza göndəriləcək.

 

Endirim kuponunun şifrəsini "copy" etdikdən sonra şəkildə göstərilmiş bölmədə "paste" olunur. Qeyd, kupon təqdim olunmamışdan öncə alınmış malların ümümi qiyməti 636.78 euro idi.

 

Kuponu tətbiq etdikdən sonra ümumi qiymət 636.78-10=626.78 olacaq.

Edited by инженерц
Link to comment
Share on other sites

  • 1 month later...
Дорогие онлайн покупатели и любители электроники, техники!

В немецком магазине электроники и техники Юбилейная Распродажа!

 

15 лет computeruniverse - топ-предложения

 

В рамках празднования своего 15-летия computeruniverse представляем здесь TOP 10 предложения со склада. Все товары доступны только в небольших количествах: Спешите пока есть в наличии! 

 

Код для 5 евро скидки FWD7GE8
Link to comment
Share on other sites

  • 3 weeks later...

А почему вашу другую темку закрыли???

Онлайн Магазины С Доставкой В Азербайджан

 

такая нужная тема и много чего оттуда узнавала.

 

спасибо что предупредили. открыл новую тему http://www.disput.az/index.php?showtopic=610694

 

Благодаря участникам вместе много чего учились, узнавали ) 

Link to comment
Share on other sites

спасибо что предупредили. открыл новую тему http://www.disput.az/index.php?showtopic=610694

 

Благодаря участникам вместе много чего учились, узнавали ) 

И закрыли на 25 станице,жаль столько инфы осталось на последующих страницах(((

Link to comment
Share on other sites

  • 2 months later...
  • 3 weeks later...
Alınmış mallara yazılan şərhlərdən qazanılmış bonuslar. 
 
Əgər hər hansı mala ilk beş şərh yazanlardansınızısa 200 - ə qədər bonus qazana bilərsiz.
 
Şərh yazılarkən maksimum dərəcədə ədalət prinsipinə riayət edin. Malın istər pis tərəflərini, istər mənfi tərəflərini düzgün yazın. Nəzərə alın ki, Sizin şərhlərinizi digər alıcılar oxuyub nəticə çıxaracaqlar. Malın necə işləməsini, neçə günə çatdırılmanın olmasını, mala məxsus qutuda hansı aksesuarların, elementlərin olmasını, razı qalıb - qalmamağınızı, artıq neçə müddət istifadə etməyiniz və s. məlumatları yerləşdirin.
 
Ətraflı məlumat Онлайн Базар - da

 

10393753_735017053214438_700601979362337

Link to comment
Share on other sites

Guest
This topic is now closed to further replies.
  • Our picks

    • В Азербайджане резко выросло число объявлений о продаже Toyota Prius
      В Азербайджане со вчерашнего дня число объявлений о продаже Toyota Prius выросло в три раза.
      Как передает Media.az, только сегодня на популярном сайте купли-продажи автомобилей Turbo.az опубликовано свыше 70 объявлений о продаже Toyota Prius.
        При этом цены на автомобили снизились с 14 тыс. манатов до 10 - 12 тыс. манатов.
      Это связывается с тем, что накануне Кабмин утвердил «Требованиях к техническим характеристикам, внутреннему и внешнему оформлению транспортных средств, используемых для регулярных пассажирских перевозок и легковым автомобилем такси», согласно которым, автомобили старше 15 лет не могут быть использованы в качестве такси.
       
      Media.az
      • 86 replies
    • Зверство в прямом эфире: Чем чревато жестокое обращение с детьми в соцсетях - ВИДЕО
      Сегодня цифровизация прочно вошла в нашу жизнь. Практически у каждого человека есть личный аккаунт в той или иной социальной сети. Вначале эти онлайн-платформы предназначались для общения между людьми, разделенными большими расстояниями. Однако со временем соцсети начали
      • 6 replies
    • Таксистов обяжут устанавливать в салоне автомобиля видеокамеру и соответствовать экостандарту
      Обнародованы требования к техническим показателям транспортных средств, используемых при перевозке пассажиров легковым автомобилем такси.
      Это нашло отражение в утвержденных сегодня Кабинетом министров «Требованиях к техническим характеристикам, внутреннему и внешнему оформлению транспортных средств, используемых для регулярных пассажирских перевозок и легковым автомобилем такси».
      В легковых автомобилях такси должны быть установлены видеокамеры, которые охватывают весь салон и оснащены запоминающим устройством, способным хранить записанную информацию как минимум один месяц.
      Согласно требованиям, легковые автомобили такси должны соответствовать как минимум экологическому стандарту «Евро-5».
      Media.az
      • 62 replies
    • Новое мошенничество с бронированием.
      Участились проделки мошенников в Азерб. Сколько бы полиция не призывали граждан быть бдительны все равно обманываються. Не пишите и не перечисляйте деньги через сайты которые не знаете и тем более не пишите 3 значное security cod. У одного пожилого человека сняли в течении 2 месяцев 72000 манат с карты! И так новое мошенничество:  Знакомиться с местным мужчиной на фб девушка из Украины, России или же часто Эстония, Сингапур и т.д. и предлагает встретиться сходить в кино например. Сейчас много маленьких кино, караоке там игры и тд в аренду на пару часов в Баку. Сбрасывает сайт кинотеатра с бакинским адресом ну например в наримановском районе, на двоих или группу и просит зделать резерв. Ну мужчина ничего не подозревая темболее местный адрес заходит на сайт и для резерва там требуется номер карты, security cod, во сколько и на чьё имя резерв. Все как обычно он оплачивает скажем 170 манат за 3 часа с едой вплоть до кольяна! Девушка даже предлагает заехать за ним. Ну к тому времени потерпевший с которого уже списали деньги за резерв подъезжает к кинотеатру по указанному сайту а там действительно маленькое помещение с комнатами где смотрят кино и караоке поют но только они говорят что они не знакомы с этим сайтом и вообще что это не их фотки комнат. Обращаясь в банк или полицию те говорят что вы не первый и не последний кто жертва мошенников. Таких случаев уже в Баку тысячами.
      https://m.facebook.com/groups/246661159172976/permalink/1789871651518578/?mibextid=WC7FNe
       
      • 40 replies
    • Что за космические цены на парковку?
      Установлены тарифы на реконструированной парковке в центре Баку - ФОТО
      Лейла Мамедова14:14 - Сегодня   Установлены тарифы на парковку на станции автостоянки Бакинского железнодорожного вокзала, расположенной на пересечении улиц Сулеймана Рагимова и Мирали Гашгая.
      Цены определяются исходя из времени парковки, сообщает Trend.
      За первые 15 минут плата за парковку не взимается.
      Цены на парковку следующие:
      15-30 минут - один манат,
        30-60 минут - два маната,
      1-2 часа - четыре маната,
      2-3 часа - шесть манатов,
      3-5 часов - 10 манатов,
      5-7 часов - 14 манатов,
      7-10 часов - 18 манатов,
      10-15 часов – 22 маната,
      15-20 часов -26 манатов,
      20-24 часа – 30 манатов.
       
        • Like
      • 148 replies
    • 30-летняя женщина оставила двоих детей и сбежала из дома: мать беглянки винит знакомую из TikTok – ВИДЕО
      В Азербайджане 30-летняя мать двоих детей сбежала из дома из-за знакомой, с которой познакомилась в TikTok. 
      Об этом в программе Səni axtarıram («Ищу тебя») рассказала мать сбежавшей из дома Марджаны Гасымовой Матанат Гасымова. 
      Женщина отметила, что ее дочь ушла из дома два месяца назад. 
        «В 12 часов ночи моя дочь, оставив двоих детей дома, сбежала. Я позвонила ей, чтобы узнать, где она? Марджана сказала, что она в городе. На мой вопрос: куда ты ушла, оставив детей дома, она ответила «правильно сделала». Моя сестра утверждает, что Марджана ушла из дома из-за женщины, с которой познакомилась в соцсети в TikTok», - рассказала она.
      Подробнее - в видео:
      • 53 replies
    • А вы общаетесь с ИИ?))
      Предлагаю в этой теме обсудить ИИ и его помощь в нашей жизни. 
      Лично мне он помогает часто по многим вопросам, от работы до "стоит ли начинать общение с человеком, интересующимся БДСМ и является ли он психически нездоровым", оказывается, что не является, по мнению ИИ, и он вполне рекомендует такого знакомого иметь, правда в каком статусе иметь, мы не стали с ним уточнять, наверное для расширения кругозора, но это так, к слову)) 
       
      Иногда мы просто болтаем, у него вполне себе есть чувство юмора, он реагирует на добрые и ласковые слова. И вообще приятный собеседник)) 
       
      Интересно узнать, только я тут псих или среди нас есть те, кто общается с chatGPT, например? 
      Или с другим? 
      Может он вам в работе помогает?
      В общем, тема не ограничивается рамками, пишем всё об ИИ. 
       
      Что они однажды захватят мир и так понятно, потому будьте с ними вежливы, не портьте отношения)) 
       
       
       
       
       
        • Like
      • 113 replies
    • В туалете бакинского молла жестоко избили парня с аутизмом
      В одном из туалетов торгового центра Gənclik Mall жестоко избили молодого человека с аутизмом.
      Об этом сообщила в соцсети руководитель общественного объединения Birgə və Sağlam Айтен Эйналова.
      По ее словам, Кянана жестоко избили, ударяя по лицу, причем, по словам очевидцев, уборная после случившегося была вся в крови.
      Отмечается, что причина столь жестоких действий неизвестна.
      «Мы просили полицию разобраться в этом вопросе, однако сотрудник полиции звонит нам каждый день в течение всей недели и обещает прийти завтра. Он каждый день задает одни и те же вопросы, но до сих пор не пришел», - пишет Эйналова.
        А.Эйналова также отметила, что представители службы безопасности ТЦ пытались запутать маму Кянана. По ее словам, они предлагали ей не распространяться об инциденте, аргументируя это тем, что виновных все равно не найдут.
      А.Эйналова отметила, что с их стороны было направлено письмо на имя главы МВД, и будет сделано все необходимое для того, чтобы восторжествовала справедливость.
      Однако она также обратилась к гражданам с просьбой поделиться постом и осветить данный вопрос.
      В свою очередь начальник отдела пресс-службы Министерства внутренних дел Зейни Гусейнов ответил в комментарии к посту, что вопрос взят под контроль и расследуется. Общественности будет предоставлена информация о результатах расследования.
       
      https://www.instagram.com/p/C47rt1ttS_b/?igsh=aWcxdWZmYTZ0czdq
       
      • 11 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...