Disput.Az

Jump to content


Photo

Cənnət


  • Please log in to reply
77 replies to this topic

#46 Mümtaz

Mümtaz

    Advanced Member

  • Almost members
  • PipPipPip
  • 76 posts
  • Offline

Posted 03 August 2012 - 13:43

Yenidən dünyaya gəlməyi dərk etmək istəyənlər "Ehtimal nəzəriyyəsi"ndə "Kombinatorika" bölməsini tədqiq edib, zaman,imkan və struktur kateqoriyalarına diqqət yetirsinlər.
  • 0



#47 SAPAND

SAPAND

    Wise

  • Members
  • PipPipPipPipPipPipPipPipPip
  • 4881 posts
  • Offline
  • Gender:Male

Posted 20 August 2012 - 16:01

Məni cənnətdəki hürü-qılmanların vəzifəsi maraqlandırır ...Posted Image

Özüm üçün soruşmuram , yəqinki cəhənnəmliyəm Posted Image
  • 1

Doğrudanmı bu məmləkətdə hamı "Həsən ağa" ya borcludur ?

 


#48 SAPAND

SAPAND

    Wise

  • Members
  • PipPipPipPipPipPipPipPipPip
  • 4881 posts
  • Offline
  • Gender:Male

Posted 04 September 2012 - 00:08

Məni cənnətdəki hürü-qılmanların vəzifəsi maraqlandırır ...Posted Image

Özüm üçün soruşmuram , yəqinki cəhənnəmliyəm Posted Image


Sualıma cavab verən tapılmadı , amma başqa resusdan bu videoya baxmağımı təklif etdilər ...Posted Image


http://youtu.be/dZbTTr5ojP4

Edited by SAPAND, 04 September 2012 - 00:08.

  • 0

Doğrudanmı bu məmləkətdə hamı "Həsən ağa" ya borcludur ?

 


#49 Blackkk

Blackkk

    Profi

  • Members
  • PipPipPipPipPip
  • 938 posts
  • Offline
  • Gender:Male

Posted 04 September 2012 - 00:35

Bütün dinlərdə cəhənnəmliyəm Posted Image
  • 1

#50 mister ali

mister ali

    Almost Profi

  • Members
  • PipPipPipPip
  • 557 posts
  • Offline
  • Gender:Male

Posted 04 September 2012 - 01:42

Bütün dinlərdə cəhənnəmliyəm Posted Image

mendePosted Image Posted Image Posted Image
  • 0
Əgər Tanrı insana yasamağa məcbur etdiyi həyatı ozu yasamaq məcburiyyətində qalsaydı ozunu oldurerdi.(Aleksandr Duma)

#51 Nesim

Nesim

    Supreme

  • Members
  • PipPipPipPipPipPip
  • 1590 posts
  • Offline
  • Gender:Male

Posted 06 September 2012 - 12:54

Nəzərə alsaq ki Nəsimi, H.Cavid, V.Visockiy, Dostoyevski, M.Ə.Sabir cəhənnəmdə olacaqlar onda mən də məmnuniyyətlə cəhənnəmə doğru.....)
  • 1

#52 Mümtaz

Mümtaz

    Advanced Member

  • Almost members
  • PipPipPip
  • 76 posts
  • Offline

Posted 06 September 2012 - 13:46

Cəhənnəməki,dostlar sizdən ayrılmaq istəmirəm! Birdə, mənə maraqlıdır bir çox mənəm-mənəm deyən dindarları cəhənnəmdə görmək.
  • 0

#53 Hekari

Hekari

    Old & Wise

  • Members
  • PipPipPipPipPipPipPipPipPipPip
  • 6770 posts
  • Offline

Posted 06 September 2012 - 15:35

Nəzərə alsaq ki Nəsimi, H.Cavid, V.Visockiy, Dostoyevski, M.Ə.Sabir cəhənnəmdə olacaqlar onda mən də məmnuniyyətlə cəhənnəmə doğru.....)

Siz hardan bilirsiz?
  • 0
قال الإمام محمد بن سيرين : إن هذا العلم دين فانظروا عمن تأخذون دينكم.

#54 mister ali

mister ali

    Almost Profi

  • Members
  • PipPipPipPip
  • 557 posts
  • Offline
  • Gender:Male

Posted 12 September 2012 - 16:52

Cennetde bas verecekler deyesen evvelceden ssenari uzre planlasdirilib.

Cənnət əhli cəhənnəm əhlinə müraciət edib: “Biz Rəbbimizin bizə vəd etdiyini (axirət nemətlərini) haqq olaraq gördük. Siz də Rəbbinizin sizə vəd etdiyini (cəhənnəm əzabını) gerçək olaraq gördünüzmü?” – deyə soruşacaq. Onlar: “Bəli!” – deyə cavab verəcəklər. Elə bu zaman onların (hər iki dəstəsinin) arasında bir carçı (İsrafil və ya cənnətdəkilərdən biri): “Allah zalımlara lənət eləsin!” – deyə səslənəcək.7-45

Cəhənnəm əhli cənnət əhlinə müraciət edib: “Üstümüzə bir az su tökün və ya Allahın sizə verdiyi ruzilərdən bizə bir qədər ehsan edin!” – deyəcək. Onlar isə: “Doğrusu, Allah bunları kafirlərə haram buyurmuşdur!” – deyə cavab verəcəklər.7-50

bir de bir seyi basa dusmurem bezi ayelerde cennet ve cehennem ehalisinin sohbetinden behs olunur..bezi ayelerde ise cennetdekilerin bos soz sohbetden uzaq olacagi deyilir..
Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər.Ancaq: “Salam! Salam!”– sözləri (eşidəcəklər).56-25,26
bir anliq tesevvur eledim ki hami ancaq papuqay kimi salam deyirPosted Image

Edited by mister ali, 12 September 2012 - 16:53.

  • 0
Əgər Tanrı insana yasamağa məcbur etdiyi həyatı ozu yasamaq məcburiyyətində qalsaydı ozunu oldurerdi.(Aleksandr Duma)

#55 plotophyte

plotophyte

    Almost Guru

  • Members
  • PipPipPipPipPipPipPip
  • 2738 posts
  • Offline
  • Gender:Male
  • From:страна репликаторов

Posted 20 September 2012 - 01:08

ümumiyyətlə əgər Allah məhəbbətdir deyiriksə-necə olur ki,böyük məhəbbətə sahib olan Allah insanlara bu cür cəza verir? Təsəvvür edək ki,valideyin məhəbbətindən irəli gələrək sözünə qulaq asmayan uşağını cəzalandırmaq istəyir.Qərara gəlir ki uşağının əlini qaynar qazanda qaynayan suya bassın və 30 dəqiqə orda saxlasın.Bu valideyin haqqda nə fikirləşərsiniz? Sizcə bu valideyin məhəbbətdən irəli gələrək bunu edir? Əlbəttə siz deyəcəksiz ki, həmin valideyin hissiz,əzazil birisidir.

Eester müqəddəs ata və ona məhəbbət xristianlıqda yəni sizin qəbul etdiyiniz dində belə təmsil olunur, İslamın əsası isə qorxu,zülm və məcburi itaətgarlıqla qoyulub.Amma cəzalanmaya başqa aspektdən yanaşsaq, dünyada yaşayan ədalətsiz və zülmkar insanların digərlərindən nə isə fərqi olmalıdır.

Edited by plotophyte, 20 September 2012 - 01:08.

  • 1

TO ERR IS HUMAN                                                                                                 ἄγνωστος

 


#56 Hekari

Hekari

    Old & Wise

  • Members
  • PipPipPipPipPipPipPipPipPipPip
  • 6770 posts
  • Offline

Posted 20 September 2012 - 18:11

İslamofoblar "biliklərinin" mənbəyini ya bilmirlər ya da utanırlar...
  • 0
قال الإمام محمد بن سيرين : إن هذا العلم دين فانظروا عمن تأخذون دينكم.

#57 roberto5

roberto5

    Wise

  • Members
  • PipPipPipPipPipPipPipPipPip
  • 4380 posts
  • Offline
  • Gender:Male

Posted 20 September 2012 - 19:02

Eester müqəddəs ata və ona məhəbbət xristianlıqda yəni sizin qəbul etdiyiniz dində belə təmsil olunur, İslamın əsası isə qorxu,zülm və məcburi itaətgarlıqla qoyulub.Amma cəzalanmaya başqa aspektdən yanaşsaq, dünyada yaşayan ədalətsiz və zülmkar insanların digərlərindən nə isə fərqi olmalıdır.

İslamin esasini peygember Muhemmed salavatullah qoyub. meger tarixi oxumamisiz? O çox exlaqli ve çox agilli olub, ve öz yüksek medeniyyeti ile islamın esasını qoyub. islamın yaranışı google da axtarib tapa bilersiz. o yalnizca bir insan olub, qorxu ilə bunu nece ede bilerdi?
  • 0

#58 plotophyte

plotophyte

    Almost Guru

  • Members
  • PipPipPipPipPipPipPip
  • 2738 posts
  • Offline
  • Gender:Male
  • From:страна репликаторов

Posted 04 November 2012 - 00:44

Cənnət- Bunu yəyqin ki bütün dindarların arzuladığı xəyali mükəmməl bir məkan kimi adlandırmaq olar.

Bildiyiniz kimi dinindən və təriqətindən asılı olmayaraq, qədim zamanlardan bu günədək, bir cox insanlar ölümsüzlük, daima cənnətdə qalıb həzz almaq xəyalları və tanrılarının qəzəbinə məruz qalmamaq üçün sitaişə ehtiyac duymaqdadırlar.

Məsəl üçün buddistlər bunu daimi özünü təkminləşdirmə ilə, Xristianlar günahlarının bağışlanması yolu ilə, Yəhudilər isə ümumiyyətlə seçilmiş olduqları iddiası ilə yaşayırlar. Bütün bu dinlərin davamçıları digərlərinin səhv yolda olduğunu fikirləşir. Lakin dinləri müqaisə etsək insanların fərqli dinlərə sitaiş etdiyinə nəzər salsaq, cənnətə gedən yol İslamda hamısından çətin və əlçatmaz görsənir.
İslam dininin daşıyıcıları öz dini baxışlarına görə digər dinlərdə olanların cənnətə düşmək şansını cox az görür, əyər buna İslami konteksdən yanaşsaq, 1.3 mlrd Buddist və 0.8 mlr Krişnaid, 3.5 mlr azmış Xristian, 100 mln Şiyə, və digər dini olmayan xalqlar, səhv yoldadırlar. İslamı bəşəriyyət dini kimi qələmə verməyə çalışırlar. Lakin ən azından dünyanın xəritəsinə baxanda bu fikrin yaxın şərqdən və onun ən yaxın sərhədlərindən uzaqlaşa bilmədiyi və reallıqdan cox uzaq olduğu aydın görsənir.

Buradan belə sual yaranır, doğurdandamı insanları sevən allah, İslami nöqteyi nəzərdən "azmış" xalqları cəhənnəmlə müjdələmək üçün ölümlərindən sonra dirildəcək? nə qədər insan cəhənnəmə getməlidir "mükəmməl İslam" dininin bütün xalqlar tərəfindən qəbul edilməsi üçün? Ümumiyytlə bu nə qədər reallığa yaxındır.
  • 0

TO ERR IS HUMAN                                                                                                 ἄγνωστος

 


#59 azda

azda

    Guru

  • Members
  • PipPipPipPipPipPipPipPip
  • 3787 posts
  • Offline
  • Gender:Female
  • From:Не скажу ))

Posted 04 November 2012 - 18:16

Sağlam düşünə bilən insan ağlı, özündə olan ədalət, məsuliyyət, əbədilik və sonsuzluq duyğusu ilə, insanın başı boş və məqsədsiz yaradılmadığı fikirindən hərəkətlə, axirət həyatının varlığını təbii bir şəkildə qəbul edər. Bildiyimiz kimi bütün ulduzlar və planetlər birinci qat səmadadirlar. Səma isə yeddi qatdır. Digər qatları isə bilinən bu səmadan çox böyük olduğu bildirilmişdir. Cənnət haqqında Quran-ı Kərimdə və hədisi-şəriflərdə məlumat vardır. Cənnətin eninin yer ilə göyün genişliyi qədər olduğu Quran-ı Kərimdə bildirilmişdir.Cənnəti inkar eləmək gülüncdür,bəs insanin ruhu hara yoxa çixir,insan öz ruhunu inkar edərsə onda gərək ki,problemi var..

Edited by azda, 04 November 2012 - 18:16.

  • 0

#60 Eester

Eester

    Almost Profi

  • Members
  • PipPipPipPip
  • 596 posts
  • Offline
  • Gender:Female

Posted 04 November 2012 - 18:30

Eester müqəddəs ata və ona məhəbbət xristianlıqda yəni sizin qəbul etdiyiniz dində belə təmsil olunur, İslamın əsası isə qorxu,zülm və məcburi itaətgarlıqla qoyulub.Amma cəzalanmaya başqa aspektdən yanaşsaq, dünyada yaşayan ədalətsiz və zülmkar insanların digərlərindən nə isə fərqi olmalıdır.

Bəli bu belədir. Bu cür ədalətsiz adamları əbədi yoxluq gözləyir. Bu cür adamları heç Allah da yada salmaq istəmir.
  • 0

#61 plotophyte

plotophyte

    Almost Guru

  • Members
  • PipPipPipPipPipPipPip
  • 2738 posts
  • Offline
  • Gender:Male
  • From:страна репликаторов

Posted 04 November 2012 - 18:46

Bildiyimiz kimi bütün ulduzlar və planetlər birinci qat səmadadirlar. Səma isə yeddi qatdır. Digər qatları isə bilinən bu səmadan çox böyük olduğu bildirilmişdir.

azda, Sizinlə bu yazıda razı deyiləm, Quranda səma sözündə kainat nəzərdə tutulmur, göy səma yerin üst qatı nəzərdə tutulur, dində kainatda yerləşən planet və ulduzlar haqqında məlumat yoxdur. Orada ancaq onların primitiv məqsədə xidmət etdiyi, insanlara yol göstəriyi vurğulanır.

Qaldı ki göyün birinci qatında bütün ulduz və planetlərin yerləşməsi bu da mümkün deyil, Ulduzlar kainatda yerləşən digər günəşlərdir. Onlar isə başqa günəş sistemləri və ya tək günəş şəklində olur, planetlər isə günəşlərin qravitasiya təsiri nəticəsində onun ətrafında fırlanır. Yəni birinci qatda bütün ulduz planetlər ola bilməz, çünki hər bir qalaktikada milyardlarla ulduzlar var. Göydə bizim müşahidə edə bildiklərimizin isə coxsu qalaktikalar bir qismi bizim qalaktikadakı ulduzlar, bir neçəsi isə bizim günəş sistemindəki günəşə yaxın planetlərdir.

Edited by plotophyte, 04 November 2012 - 18:48.

  • 0

TO ERR IS HUMAN                                                                                                 ἄγνωστος

 


#62 azda

azda

    Guru

  • Members
  • PipPipPipPipPipPipPipPip
  • 3787 posts
  • Offline
  • Gender:Female
  • From:Не скажу ))

Posted 04 November 2012 - 18:57

azda, Sizinlə bu yazıda razı deyiləm, Quranda səma sözündə kainat nəzərdə tutulmur, göy səma yerin üst qatı nəzərdə tutulur, dində kainatda yerləşən planet və ulduzlar haqqında məlumat yoxdur. Orada ancaq onların primitiv məqsədə xidmət etdiyi, insanlara yol göstəriyi vurğulanır.

Qaldı ki göyün birinci qatında bütün ulduz və planetlərin yerləşməsi bu da mümkün deyil, Ulduzlar kainatda yerləşən digər günəşlərdir. Onlar isə başqa günəş sistemləri və ya tək günəş şəklində olur, planetlər isə günəşlərin qravitasiya təsiri nəticəsində onun ətrafında fırlanır. Yəni birinci qatda bütün ulduz planetlər ola bilməz, çünki hər bir qalaktikada milyardlarla ulduzlar var. Göydə bizim müşahidə edə bildiklərimizin isə coxsu qalaktikalar bir qismi bizim qalaktikadakı ulduzlar, bir neçəsi isə bizim günəş sistemindəki günəşə yaxın planetlərdir.


plotophyte , alimlər birinci səma olan ulduzlar aləminin sonuna çata bilmədiyi üçün ikinci və sonrakı səmalarda heç bir xəbər verə bilməməkdədirlərsə,siz necə ayird etdiniz.?

Var.Quran-ı Kərim səmanın yeddi təbəqə olaraq yaradıldığını çox ayələrlə bildirir.

“O ki, yedi göğü tabaka tabaka olarak yarattı.” (Mülk, 3)

“And olsun ki, dünya semâsını kandillerle süsledik.” (Mülk, 5)
  • 0

#63 azda

azda

    Guru

  • Members
  • PipPipPipPipPipPipPipPip
  • 3787 posts
  • Offline
  • Gender:Female
  • From:Не скажу ))

Posted 04 November 2012 - 19:27

Quranda bir çox ayədə istifadə edilən göy sözü bütün kainatı ifadə etmək üçün istifadə edildiyi kimi Dünyanın göyü də bununla ifadə edilir. Sözün bu mənası düşünüldüyündə Dünya göyünün bir başqa deyişlə atmosferin 7 laydan meydana gəldiyi nəticəsində ortaya çıxır.

Ümumiyyətlə, yerləşdirdiyim ayəni oxuyarkən bəlkə də heç nə anlamayacaqsiniz, hətta sual da verə bilərsiniz ki, axi o ayədə ulduz sözü yazilmayib.? Onlarin adi yazilmayibsa, bu o demək deyil ki, Allah Günəş, ulduzu, Ayi unudub.Quranın bir xüsusiyyəti də, bağçasına aldığı adama bir meyvə ikram etdisə arxasında başqa meyvələri göstərir arxa arxaya onları da ikram edir beləcə davam edir..Amma bir ayə də tapmişam,planet və ulduz haqda məlumat siz nəyə deyirsiz,necə olmali idi.

"Gerçekten en yakın göğü bir ziynetle ve yıldızlarla donatıp süsledik" (es-Saffat, 37/6). "
  • 0

#64 plotophyte

plotophyte

    Almost Guru

  • Members
  • PipPipPipPipPipPipPip
  • 2738 posts
  • Offline
  • Gender:Male
  • From:страна репликаторов

Posted 04 November 2012 - 19:27

plotophyte , alimlər birinci səma olan ulduzlar aləminin sonuna çata bilmədiyi üçün ikinci və sonrakı səmalarda heç bir xəbər verə bilməməkdədirlərsə,siz necə ayird etdiniz.?
Var.Quran-ı Kərim səmanın yeddi təbəqə olaraq yaradıldığını çox ayələrlə bildirir.

azda, Mən İslamda göyün yeddi qatdan ibarət olduğunun bir neçə dəfə vurğulandığını bilirəm., Bu Əl Bəqərə(inək) surəsi 22 və 29-cu ayələr, Əl Furqan surəsi 25-ci ayə, Taha surəsi 6-cı ayədə vurğulanıb, məndə onları yaxşı bilirəm.

Səma sözü ancaq yerin üst qatına aiddir, elmdə göy(səma) 11 qatdan ibartədir keçid qatlarını saymasaq yeddi qatdan. Yerdən yuxarıda isə heç bir səma yoxdur, orada sonsuz kainat və kosmik boşluqlar mövcuddur. O isə artıq göy deyildir bizi əhatə edən kainatdır sonsuz məkandır. Orada planetlər və ulduzlar bir yerdə deyil və hansısa qat yoxdur, sadəcə bir birindən milyonlarla işıq ili məsafədə qalaktikalar yerləşib onların arasında isə kosmik boşluqlar var.
Məsəl üçün biz spiral şəkilli Süd Yolu qalaktikasının orta spiral kəsiyində yerləşən günəş sistemində 3-cü planetdə yaşayırıq. Bizim günəş sistemi özü isə qalaktika daxilində hərəkət edir və qalaktika daxili bir dövrü 225-250 milyon ilə başa vurur. Biz burada kainatdakı mürəkkəb bir prosesi birinci ikinci və ya neçənci qata bölə bilmərik, orada hər bir kosmik kütlə daim hərəkətdədir və qat adında bir anlayış yoxdur.

Edited by plotophyte, 04 November 2012 - 19:28.

  • 0

TO ERR IS HUMAN                                                                                                 ἄγνωστος

 


#65 SAPAND

SAPAND

    Wise

  • Members
  • PipPipPipPipPipPipPipPipPip
  • 4881 posts
  • Offline
  • Gender:Male

Posted 04 November 2012 - 19:28

Amma deyəsən o dünyadada qadınlara ikinci dərəcəli kimi baxılır ... Haqsızlıq , elə deyilmi ? Posted Image
  • 0

Doğrudanmı bu məmləkətdə hamı "Həsən ağa" ya borcludur ?

 


#66 azda

azda

    Guru

  • Members
  • PipPipPipPipPipPipPipPip
  • 3787 posts
  • Offline
  • Gender:Female
  • From:Не скажу ))

Posted 04 November 2012 - 19:42

Amma deyəsən o dünyadada qadınlara ikinci dərəcəli kimi baxılır ... Haqsızlıq , elə deyilmi ? Posted Image


Mən Kitabin təhrif olunduğunu demirəm, amma qəbul edə bilmədiyim bir-iki ayə var.Posted Image Buna baxmayaraq,açiqlanmayan,maraqli məlumatlar çoxdur.Düzünü desəm o ayələri görməməzlikdən gəlirəm,Allah günahimdan keçsin,imanimi itirmək ne xochu.Posted Image
  • 1

#67 azda

azda

    Guru

  • Members
  • PipPipPipPipPipPipPipPip
  • 3787 posts
  • Offline
  • Gender:Female
  • From:Не скажу ))

Posted 04 November 2012 - 20:35

azda, Mən İslamda göyün yeddi qatdan ibarət olduğunun bir neçə dəfə vurğulandığını bilirəm., Bu Əl Bəqərə(inək) surəsi 22 və 29-cu ayələr, Əl Furqan surəsi 25-ci ayə, Taha surəsi 6-cı ayədə vurğulanıb, məndə onları yaxşı bilirəm.

Səma sözü ancaq yerin üst qatına aiddir, elmdə göy(səma) 11 qatdan ibartədir keçid qatlarını saymasaq yeddi qatdan. Yerdən yuxarıda isə heç bir səma yoxdur, orada sonsuz kainat və kosmik boşluqlar mövcuddur. O isə artıq göy deyildir bizi əhatə edən kainatdır sonsuz məkandır. Orada planetlər və ulduzlar bir yerdə deyil və hansısa qat yoxdur, sadəcə bir birindən milyonlarla işıq ili məsafədə qalaktikalar yerləşib onların arasında isə kosmik boşluqlar var.
Məsəl üçün biz spiral şəkilli Süd Yolu qalaktikasının orta spiral kəsiyində yerləşən günəş sistemində 3-cü planetdə yaşayırıq. Bizim günəş sistemi özü isə qalaktika daxilində hərəkət edir və qalaktika daxili bir dövrü 225-250 milyon ilə başa vurur. Biz burada kainatdakı mürəkkəb bir prosesi birinci ikinci və ya neçənci qata bölə bilmərik, orada hər bir kosmik kütlə daim hərəkətdədir və qat adında bir anlayış yoxdur.


Yoxdur,bu o demək deyil ki,cənnət yoxdur.Bizlərə bu qədəri məlumdur yalniz.

1. Birinci göy: dünyamızın günəş sistemiylə birlikdə olduğu kosmos məkanı.

2. İkinci göy: qalaktikamızın olduğu kosmos məkanı.

3. Üçüncü göy: Qalaktika qrupumuzun kosmos məkanı.

4. Dördüncü göy: Qalaktika qruplarının ortaq şəkildə düşünüldüyü kainatın mərkəzi radio-maqnetik məkanı.

5. Beşinci göy: Kuasarlar (ulduzlar doğuran toxum anbarı ulduzlar) ın olduğu kainat məkanı.

6. Altıncı göy: Qaçan ulduzların olduğu genləşən kainat məkanı.

7. Yeddinci göy: Bunun xaricindəki kainatın hüdudsuz sonsuzluqlarını təmsil edən kainat məkanı



Kainat sonsuz böyüklükdə deyil. Lakin bu gün üçün biz, kainatın böyüklüyünü dərk edə bilmədiyimiz üçün onu sonsuz olaraq qəbul edirik. Məsələn,mənim o sonsuzluq haqqinda xəbərim yoxdursa var olani inkar edə bilmərəm..Buna görə də tam rahatliqla cənnət-cəhənnəmin olmadiğini isbat eləmək mümkün deyil,inkar edənlər sadəcə subyektiv fikirlərə əsaslanirlar.

Edited by azda, 04 November 2012 - 20:37.

  • 1

#68 plotophyte

plotophyte

    Almost Guru

  • Members
  • PipPipPipPipPipPipPip
  • 2738 posts
  • Offline
  • Gender:Male
  • From:страна репликаторов

Posted 04 November 2012 - 20:49

Yoxdur,bu o demək deyil ki,cənnət yoxdur.Bizlərə bu qədəri məlumdur yalniz.

1. Birinci göy: dünyamızın günəş sistemiylə birlikdə olduğu kosmos məkanı.

2. İkinci göy: qalaktikamızın olduğu kosmos məkanı.

3. Üçüncü göy: Qalaktika qrupumuzun kosmos məkanı.

4. Dördüncü göy: Qalaktika qruplarının ortaq şəkildə düşünüldüyü kainatın mərkəzi radio-maqnetik məkanı.

5. Beşinci göy: Kuasarlar (ulduzlar doğuran toxum anbarı ulduzlar) ın olduğu kainat məkanı.

6. Altıncı göy: Qaçan ulduzların olduğu genləşən kainat məkanı.

7. Yeddinci göy: Bunun xaricindəki kainatın hüdudsuz sonsuzluqlarını təmsil edən kainat məkanı

Maraqlı fərziyyədir bunu nəyə əsaslanıb belə olduğunu iddia edirsiniz ? video da maraqli idi, amma yazıları başa düşmədim.
  • 0

TO ERR IS HUMAN                                                                                                 ἄγνωστος

 


#69 azda

azda

    Guru

  • Members
  • PipPipPipPipPipPipPipPip
  • 3787 posts
  • Offline
  • Gender:Female
  • From:Не скажу ))

Posted 04 November 2012 - 21:09

Maraqlı fərziyyədir bunu nəyə əsaslanıb belə olduğunu iddia edirsiniz ? video da maraqli idi, amma yazıları başa düşmədim.


Sizin dediyiniz bu fərziyə Qurani - Kərimdə keçən "yeddi qat göy" ifadəsi bəzi elm adamları tərəfindən açiqlandiği fikirdir. İnsanları və digər varlıqları yer üzündə tutan da Allahın qoyduğu çəkiliş qanunudur. Bildiyimiz kimi bu qanun olmasaydı insanlar və digər varlıqlar Kainatın boşluğunda dağılıb parçalanırdı.Və Quran bir fizika kitabı deyil. Amma içində Kainatı anlaya biləcəyimiz qədər bir çox məlumat vardır və elmə yol göstərir deyə düşünürəm.Yazdiqlarima əsasən isə mən yalnız Kainat haqqındakı Quran həqiqətlərini mövzu etdim. Kainat mövzusunda İslam nə deyir deyə. Elmlə tərs düşən bir yer varsa söyləyin. Quran ayələri elə o qədər asan anlanilacaq qədər sadə deyil,onu tam anlamaq üçün bir mütəxəssis olmaq lazimdir, Azərbaycanca tərcümələri yalnız zahiri, səthi bir anlama üçün kafi olmaqdadır.Həm də kitabda "hurufu mukatta" yazilari vardir ki,indiyə kimi kimsə izahini verə bilmir..onun mənalarini bilmək qəlizləşir,yalnız peyğəmbər bilir və Allahla peyğəmbəri arasında bir sirr olduğu üçün də Peyğəmbər insanlara bəzilərini açiqlamamişdir , nəticədə SAPAND bəy kimi fikirlərə düşülür. ) Belə olanda da mən özüm də çaşiram. ))
  • 1

#70 azda

azda

    Guru

  • Members
  • PipPipPipPipPipPipPipPip
  • 3787 posts
  • Offline
  • Gender:Female
  • From:Не скажу ))

Posted 04 November 2012 - 21:16

Və siz də bəzilri kimi "Biz bu məlumata layiq deyilikmi görəsən?","Allah bizim kimi sıravi insanları düşünməmişmi?" kimi suallari verməyin xahiş.

Edited by azda, 04 November 2012 - 21:19.

  • 0

#71 plotophyte

plotophyte

    Almost Guru

  • Members
  • PipPipPipPipPipPipPip
  • 2738 posts
  • Offline
  • Gender:Male
  • From:страна репликаторов

Posted 04 November 2012 - 21:50

Kainat haqqındakı Quran həqiqətlərini mövzu etdim. Kainat mövzusunda İslam nə deyir deyə. Elmlə tərs düşən bir yer varsa söyləyin.

Göstərdiyiniz videoda son nəticədə kainatı sfera şəklidə göstərməkdən başqa şəkillər kainatın görünüşünü düzgün əks etdirir. Amma mənə maraqlı olan odur ki, qeyd etdiyiniz İslam alimləri nəyə əsaslanıb İslamda göyün bu məhz bu formada təsvir edildiyini qərarına gəliblər.
Bu videoya sadəcə Amerika alimlərinin qalaktika haqqında çəkdiyi bir qısa görüntüdür. Lakin mənə sübutu maraqlıdır, hər halda İslam alimləri göydən düşməyib onlar da insandır, bir şeyi iddia etdikdə isə ona dəlillər gətirmək lazımdır və bu görüntülərin İslam dində olduğunu iddia edəndə konkret dəlillərlə dəstəkləmək lazımdır.

Edited by plotophyte, 04 November 2012 - 21:54.

  • 0

TO ERR IS HUMAN                                                                                                 ἄγνωστος

 


#72 azda

azda

    Guru

  • Members
  • PipPipPipPipPipPipPipPip
  • 3787 posts
  • Offline
  • Gender:Female
  • From:Не скажу ))

Posted 04 November 2012 - 23:38

Göstərdiyiniz videoda son nəticədə kainatı sfera şəklidə göstərməkdən başqa şəkillər kainatın görünüşünü düzgün əks etdirir. Amma mənə maraqlı olan odur ki, qeyd etdiyiniz İslam alimləri nəyə əsaslanıb İslamda göyün bu məhz bu formada təsvir edildiyini qərarına gəliblər.
Bu videoya sadəcə Amerika alimlərinin qalaktika haqqında çəkdiyi bir qısa görüntüdür. Lakin mənə sübutu maraqlıdır, hər halda İslam alimləri göydən düşməyib onlar da insandır, bir şeyi iddia etdikdə isə ona dəlillər gətirmək lazımdır və bu görüntülərin İslam dində olduğunu iddia edəndə konkret dəlillərlə dəstəkləmək lazımdır.



Haluk Nurbakinin Kurani-Kərimdən elmi gerçəkləridir.

http://www.errahman....fsiri/a/003.htm

Marağiniz olsa hamisini oxuyun..Həm də aşağida mövzu ilə əlaqəli geniş məlumat alına biləcək qaynaqlar da var,istəyən araşdirib tapa bilər.
Ümumiyyətlə siz hansi cümlə ilə razilaşmadiz.?Yazilmiş sxema düzgün deyil.?
  • 0

#73 plotophyte

plotophyte

    Almost Guru

  • Members
  • PipPipPipPipPipPipPip
  • 2738 posts
  • Offline
  • Gender:Male
  • From:страна репликаторов

Posted 04 November 2012 - 23:53

Haluk Nurbakinin Kurani-Kərimdən elmi gerçəkləridir.

http://www.errahman....fsiri/a/003.htm

Marağiniz olsa hamisini oxuyun..Həm də aşağida mövzu ilə əlaqəli geniş məlumat alına biləcək qaynaqlar da var,istəyən araşdirib tapa bilər.
Ümumiyyətlə siz hansi cümlə ilə razilaşmadiz.?Yazilmiş sxema düzgün deyil.?

Şəkillərdə kainatın son forması kürə kimi səthi sərhədlərlə göstərilib, bu heç kimə bəlli deyil, ümumiyyətlə elmi baxımdan da real görsənmir.
Başqa dildə (az,rus) link verə bilsəniz yaxşı olar, turk dilində başa düşmürəm.

Edited by plotophyte, 04 November 2012 - 23:56.

  • 0

TO ERR IS HUMAN                                                                                                 ἄγνωστος

 


#74 azda

azda

    Guru

  • Members
  • PipPipPipPipPipPipPipPip
  • 3787 posts
  • Offline
  • Gender:Female
  • From:Не скажу ))

Posted 05 November 2012 - 10:25

Şəkillərdə kainatın son forması kürə kimi səthi sərhədlərlə göstərilib, bu heç kimə bəlli deyil, ümumiyyətlə elmi baxımdan da real görsənmir.
Başqa dildə (az,rus) link verə bilsəniz yaxşı olar, turk dilində başa düşmürəm.


Kainatin son formasini izah edəcək ağila sahib deyiləm,onu öyrənməyə çalişmaq da mənasizdir,onsuz da o heç nəyin sübutuna gətirib çixarmir. plotophyte siz dediz dəlil gətirin mən də gətirdim,İslam sayti olduğundan yenə də şübhə ilə yanaşa bilərsiniz,amma onlarin hərəsi bir sübutdur,onu mollalar yox , İslam alimləri açiqlayib..
Tərcümələri hal-hazirda əlimdə yoxdur.

Edited by azda, 05 November 2012 - 10:26.

  • 0

#75 rowshan

rowshan

    Member

  • Newbies
  • PipPip
  • 47 posts
  • Offline

Posted 05 November 2012 - 10:53

diger dinlerde cennet nece tesvir olunur

Salamlar.
Misal üçün xristianlıqla islam arasında bir elə böyük fərq yoxdur bu mövzuda. Amma Müqəddəs Kitabdakı cənnətin təsviri Qurandakından fərqlənir. MK-ya əsasən cənnət yerdə olacaq, daha doğrusu Yer planeti başdan-başa cənnət olacaq (cənnət əslində bağ, park deməkdir). Orada yaşayacaq bütün insanlar bərabərhüquqlu olacaq və hər bir fərdin sonsuz fəaliyyət imkanı olacaqdır.
  • 0

#76 rowshan

rowshan

    Member

  • Newbies
  • PipPip
  • 47 posts
  • Offline

Posted 05 November 2012 - 10:58

Məni cənnətdəki hürü-qılmanların vəzifəsi maraqlandırır ...Posted Image

Özüm üçün soruşmuram , yəqinki cəhənnəmliyəm Posted Image

Ac toyuq yuxusunda darı görər.
Bu məsəl sisinçün deyil, huri-qılmanlardan ötrü sino gedənlərçündür.
  • 1

#77 Kameliya_X

Kameliya_X

    Pro-Active

  • Amateurs
  • PipPipPip
  • 283 posts
  • Offline
  • Gender:Female
  • From:Baku

Posted 05 November 2012 - 11:21

Mənim fikrimcə.heç mübahisə etməyə dəyməz.Çünki hər birimiz hələ ki.bu dünyada yaşayırıq.Öləndən sonra artıq cənnət və cəhənnəmin olub olmamağının canlı şahidi olacayıq.Orda da forum olsa.onda öz fikrimizi qeyd edib.Bu dünyaya sms atarıq:)
Düşünürəm ki.sadəcə özünün düzgün hesab etdiyin kimi yaşa!!!
Əgər varsa da inanmıram ele bir insan tapılar ki.100% cənnətə namizəd olsun!!! Niyə?Çünki Quranda qadağan olunanların hamısına indiki dövrdə riayyət etmək mümkün deyil!!!
Bir də mübahisə etməyin.yaşayarıq görərik!!!Posted Image

Edited by Kameliya_X, 05 November 2012 - 11:23.

  • 0

Я всегда хотела людям отвечать добром... Но жизнь научила отвечать взаимностью!!!


#78 Eester

Eester

    Almost Profi

  • Members
  • PipPipPipPip
  • 596 posts
  • Offline
  • Gender:Female

Posted 05 November 2012 - 14:43

Bəzilərinin fikrincə, Cənnət boş bir nağıldır. Digərləri isə düşünür ki, Cənnət yaxşı insanların əbədi, şad –xürrəm, yaşadığları birgə sevindirici və səmərəli işlə məşğul olduqları uydurulmuş yer yəni xülyadır.

Müqəddəs Kitabda nə deyilir? Cənnət sözü altında bəşəriyyətin beşiyi olan Eden bağı nəzərdə tutulur (Yaradılıs,2:7—15). Müqəddəs Kitabda deyilir ki, bu bağ real yer idi və orada ilk insan cütlüyü azar-bezardan uzaq, ölüm olmadığı bir həyat sürürdü (Yaradılıs, 1:27, 28). Amma onlar Allaha itaətsizlik etdiklərinə görə evləri olan cənnəti itirdilər. Bununla belə, bir çox Müqəddəs Kitab peyğəmbərliklərində insanların gələcəkdə bərpa olunmuş Cənnətdə yaşayacaqları deyilir.

INSANLAR NƏ DEYİR? Bəziləri Cənnətin göydə, digərləri isə gələcəkdə yer üzündə bərpa ediləcəyinə inanırlar. Müqəddəs Kitabda nə deyilir? Adəmlə Həvvanın yaşadığı cənnət yer üzündə olub. Allah Yer kürəsini insanlar üçün daimi məskən yaratmışdı. Onun Kəlamında deyilir ki, bizim planet əbədiyyən mövcud olacaq (Məzmur 104:5). Orada həmçinin yazılıb: “Rəbb səmaya sahibdir, yeri bəşər övladlarına verdi”.(Məzmur 115:16).
Buna görə də Allahın Kəlamında Cənnətin bərpa ediləcəyi barədə yazılan vəd bizi təəccübləndirməməlidir. Cənnətdə Allah bəşər övladlarına əbədi həyat bəxş edəcək. Sülh və əmin-amanlığın sonu olmayacaq. Ağrı və dərddən, əzab-əziyyətdən əsər-əlamət qalmayacaq.Onda insanlar təbiətin möcüzələrindən tam şəkildə zövq alacaqlar (Yeşaya 65:21—23).

INSANLAR Nə DEYiR? Bir çox dinlər öyrədir ki, Cənnətdə mömin insanlar yaşayacaqlar. Lakin “mömin” sözü çox vaxt çaşqınlıq yaradır. Bəzilərinin fikrincə, dini şərtləri, ayinləri yerinə yetirmək və əzbərlənmiş,dualar etmək kifayətdir.

Allahın Kəlamı öyrədir ki, Cənnətdə “salehlər” yaşayacaq. Bəs Allahın gözündə salehlər kimlərdir?
Bu, Xudavəndin iradəsinə məhəl qoymadan sadəcə öz dini ayinlərini icra edən insanlar deyil.
Müqəddəs Kitabda deyilir: “Rəbb Öz sözüunə itaət edilməsindən xoşu gəldiyi qədər yandırma qurbanı və başqa qurbanlardan xoşu gələrmi? Bax itaət etmək qurbandan...daha yaxş ıdır” (1 S, amuel 15:22). Sadə sözlərlə desək, “salehlər” o kəslərdir ki, Allahın Öz Kəlamında buyurduğu əmrlərə itaət edir.

Külli-İxtiyar Allahın əmrlərini icra etmək dini ayinləri yerinə yetirmək demək deyil. Sizin gündəlik davranışınız Allahı ya razı sala, ya da Onu məyus edə bilər. Müqəddəs Kitabı diqqətlə araşdırmaqla siz Allahı necə razı salmağı öyrənə bilərsiniz. Onu razı salmaq çətin deyil. Müqəddəs Yazılarda qeyd olunur ki, “Onun əmrləri... ağır deyil”(1 Yəhya 5:3).
  • 0




0 user(s) are reading this topic

0 members, 0 guests, 0 anonymous users



Администрация сайта не несёт ответственности за сообщения на форуме и содержание рекламных баннеров.
Всё написанное является частным мнением независимых пользователей форума.

Copyright © 2009-2014 Disput.Az