Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Sizin ana diliniz hansıdır?

BARS2010

71 members have voted

  1. 1. Sizin ana diliniz hansıdır?

    • azərbaycan dili
      55
    • rus dili
      12
    • digər (mövzuda açıqlamaq olar)
      1
    • cavab verməyə çətinlik çəkirəm
      3

Recommended Posts

Çoxları deyə bilər ki, mən azərbaycanlıyam, deməli ana dilim - azərbaycan dilidir. Amma bu forumun istifadəçisi olanların heç də hamısı azərbaycanlı deyil. Başqa fikirlər də var. Deyirlər əcdadların hansı dildə danışıb - ana dilin odur. Bir fikir də var ki, insanın daxili nitqi nə dildədirsə, onun ana dili də odur. Buradan üç sual doğur:
1) Sizcə bunlardan hansı daha düzgündür?
2) Öz ana diliniz kimi hansı dili qəbul edirsiniz?
3) Sizcə insan üçün ana dili təkdir yoxsa iki ana dili də ola bilər?

Link to comment
Share on other sites

  • Replies 115
  • Created
  • Last Reply

[quote name='Bakinskiy Paren' timestamp='1288609576' post='7617170']
Инсан ушаглыгдан хансы дилиндя фикирляшиб данышыр, хямин дил онун ана, йани догма дили кими гедир.
[/quote]
ola bilər...bəlkə də yox.
Гулливер və Hondasan, həyat yoldaşımın anası yəhudidir. Amma yoldaşım ivritdə bir kəlmə də bilmir.
rovshan223, mən gah azərbaycan, gah da rus dilində düşünür, hər iki dildə fikrimi sərbəst izah edə bilirəm.

Link to comment
Share on other sites

[quote name='BARS2010' timestamp='1288608115' post='7617010']
mən azərbaycanlıyam, deməli ana dilim - azərbaycan dilidir...

əcdadların hansı dildə danışıb - ana dilin odur...

insanın daxili nitqi nə dildədirsə, onun ana dili də odur...
[/quote]
[b]^^Paradise_Bird^^[/b],
1) Sizcə bunlardan hansı daha düzgündür?

3) Sizcə insan üçün ana dili təkdir yoxsa iki ana dili də ola bilər?

Mənim üçün maraqlıdır ki, təklif edilən variantlardan hansı düzgündür. Bəlkə başqa variantlar da mövcuddur, bilmirəm. Amma şəxsən mən üçüncü variantla razılaşa bilmirəm, halbuki bəzi alimlər bunun belə olduğunu söyləyir. Əgər bunu düzgün hesab etsək, belə çıxar ki, mənim iki ana dilim olar, bu isə cəfəngiyatdır.

Link to comment
Share on other sites

[quote name='Hondasan' timestamp='1288614247' post='7617754']
Naxaqdan dilə "ana dili" demirlər. Aksiom belədir ki, ana hansı dildə danışırsa uşaq da o dildə danışacaq və ana dili də məhz bu dil olacaq.
[/quote]
Tamami ilə dəqiq deyirsiniz. Bizim bir qohum var, hamısı azərbaycan dillidir, amma oğlu rusdilli qızla evləndi. Uşağı oldu, indi 7 yaşı var, rusdillidir.

Link to comment
Share on other sites

[quote name='BARS2010' timestamp='1288608115' post='7617010']
Çoxları deyə bilər ki, mən azərbaycanlıyam, deməli ana dilim - azərbaycan dilidir. Amma bu forumun istifadəçisi olanların heç də hamısı azərbaycanlı deyil. Başqa fikirlər də var. Deyirlər əcdadların hansı dildə danışıb - ana dilin odur. Bir fikir də var ki, insanın daxili nitqi nə dildədirsə, onun ana dili də odur. Buradan üç sual doğur:
1) Sizcə bunlardan hansı daha düzgündür?
2) Öz ana diliniz kimi hansı dili qəbul edirsiniz?
3) Sizcə insan üçün ana dili təkdir yoxsa iki ana dili də ola bilər?
[/quote]
[size="2"][font="Arial"]1.Bunlardan həqiqətə yaxını məncə "daxili nitq"dir. Amma bu "hansi dildə fikirləşmək" deyil. Mütəxəssislər deyir ki, insanın fikirləşməsi prosesi ümumiyyətlə dildə getmir. Daxili nitq məncə insanın həqiqət anında (moment istinı) bəzən dodağının altında özülə danışdığı mükalimədir.
2. Azərbaycan dili
3. Hərbir verilmiş anda insanin birinci dili/ana dili yeganədir. Yəni məs. əgər azərbaycandilli adam 17 yaşında Azərbaycanın kəndindən Moskva Dövlət Universitetinə oxumağa gedibsə və oxuyub qurtarandan sonra 30 il Moskvada işləyib yaşayıbsa Azərbaycana gəlməyibsə onun ana dili/birinci dili dəyişib rus dili ola bilər.
Mənə belə bir olmuş əhvalat danışıblar ki, bir nəfər konkret ingilis 1920-ci illərdə 20 yaşında olarkən Çində əyalətdə yaşamalı olub. Çindəki sonrakı hadisələr nəticəsində bu adamın 50 il ingilisdilli insanlarla heç bir əlaqəsi olmayıb. 70-ci illərdə qohumları onu axtarıb tapıb UK-ye aparanda 70 yaşlı qoca ingilisce danişmağa çox çətinlik çəkirmiş, çünki 50 il müddətində başqa dil mühitində yaşayıb. Lakin qısa müddətdə, təxm. 6 ay ərzində ingilis dilini bərpa edib.[/font][/size]

Link to comment
Share on other sites

Rus dilində təhsil almışam. Hansı isə mürəkkəb bir söz işlənəndə birinci növbədə rus dilində, ardınca ingilis dilinə, sonda isə azərbaycan dilində analiz edirəm. Çox təəssüf ki 3 dil arasında ən zəif bildiyim - azərbaycan dilidir. Amma maraqlı məqam odur ki, fikirləşdiyim dildə - azərbaycan dilidir.

Link to comment
Share on other sites

[quote name='KASTEEL' timestamp='1288709750' post='7625020']
Rus dilində təhsil almışam. Hansı isə mürəkkəb bir söz işlənəndə birinci növbədə rus dilində, ardınca ingilis dilinə, sonda isə azərbaycan dilində analiz edirəm. Çox təəssüf ki 3 dil arasında ən zəif bildiyim - azərbaycan dilidir. Amma maraqlı məqam odur ki, fikirləşdiyim dildə - azərbaycan dilidir.
[/quote]

Çox maraqlıdır bu necə olur belə. Azərbaycan dilini az bilirsiz amma azərbaycan dilində düşünürsünüz?

Link to comment
Share on other sites

[quote name='^^Paradise_Bird^^' timestamp='1288716646' post='7625668']
Çox maraqlıdır bu necə olur belə. Azərbaycan dilini az bilirsiz amma azərbaycan dilində düşünürsünüz?
[/quote]
Obiri dillər ilə müqaisə etsək, ən pis bildiyim dildir. Amma ki azərbaycan dilində danışmaqda və yaxud fikirimi yazılı formada ifadə etməkdə heç bir problem duymuram. Bu bəs edir ki öz dilimizdə beyinimdə fikirləri də firladım : )

Link to comment
Share on other sites

[quote name='KASTEEL' timestamp='1288717119' post='7625722']
Obiri dillər ilə müqaisə etsək, ən pis bildiyim dildir. Amma ki azərbaycan dilində danışmaqda və yaxud fikirimi yazılı formada ifadə etməkdə heç bir problem duymuram. Bu bəs edir ki öz dilimizdə beyinimdə fikirləri də firladım : )
[/quote]
Məncə bu yaxşı əlamətdir. Bir müddət əvvəl ingilis dilini öyrənəndə müəyyən hallarda ingilis dilində düşündüyümün fərqinə vardım. Mənim fikrimcə, bu həmin dilin mənimsənilməsində böyük kömək edir. Müəyyən situasiyalarda da rusca düşündüyümün fərqinə varıram. Hərçənd ki, bu dillərin hər ikisini Ana dilimdən zəif bilirəm. Amma fikirlərimi həmişə öz doğma dilimdə daha yaxşı ifadə edirəm (özü də yazılı haıda daha yaxşı :D , ədəbi cümlələrdən istifadə edə-edə :D). Amma bir əmma da var ki, mən Azərbaycan dilinin qrammatik qaydalarını əzbərdən bilmirəm, çoxu artıq yadımdan çıxıb (məktəbdə onları keçməyimdən artıq 10 ildən çox vaxt keçib). Bunun əvəzində məndə xüsusi bir hiss var ki, yazanda çox az hallarda səhvə yol verirəm :)

Link to comment
Share on other sites

[quote name='DoloresOriordan' timestamp='1288718401' post='7625848']

Siz qeyd etdiyiniz xüsusi hiss çox kitab oxumuş (начитанный) insanlara xas olan hissdi.
Tamamilə razıyam, hansısa dildə fikirləşmək həmin dili mənimsəməyin ən yaxşı vasitələrindən biridi

Link to comment
Share on other sites

  • 3 weeks later...

[quote name='BARS2010' timestamp='1288608115' post='7617010']
Çoxları deyə bilər ki, mən azərbaycanlıyam, deməli ana dilim - azərbaycan dilidir. Amma bu forumun istifadəçisi olanların heç də hamısı azərbaycanlı deyil. Başqa fikirlər də var. Deyirlər əcdadların hansı dildə danışıb - ana dilin odur. Bir fikir də var ki, insanın daxili nitqi nə dildədirsə, onun ana dili də odur. Buradan üç sual doğur:
1) Sizcə bunlardan hansı daha düzgündür?
2) Öz ana diliniz kimi hansı dili qəbul edirsiniz?
3) Sizcə insan üçün ana dili təkdir yoxsa iki ana dili də ola bilər?
[/quote]

1) İnsan özü hansı dili ana dili olaraq qəbul edirsə, o dil ana dilidir.
2) Mənim anamın dili kürd dilidir. Özüm düşünərkən fars dilində düşünürəm, müvafiq dillərə tərcümə edib dilə gətirirəm. Amma ana dili olaraq CV-də də Azərbaycan dilini göstərirəm. Bilmirəm, bu nə dərəcədə düzdür.
3) Məncə, insanın ana dili tək deyil, iki ana dili ola bilər.

Hər halda, hər bir Azərbaycan vətəndaşı gərək azərbaycan dilini bilsin. Dilşünas-alim səviyyəsində olmasa da, bu dildə danışıb-yazmağı bacarmalıdırlar. Milliyyətindən asılı olmayaraq.

Link to comment
Share on other sites

[quote name='BARS2010' timestamp='1288608115' post='7617010']
Çoxları deyə bilər ki, mən azərbaycanlıyam, deməli ana dilim - azərbaycan dilidir. Amma bu forumun istifadəçisi olanların heç də hamısı azərbaycanlı deyil. Başqa fikirlər də var. Deyirlər əcdadların hansı dildə danışıb - ana dilin odur. Bir fikir də var ki, insanın daxili nitqi nə dildədirsə, onun ana dili də odur. Buradan üç sual doğur:
1) Sizcə bunlardan hansı daha düzgündür?
2) Öz ana diliniz kimi hansı dili qəbul edirsiniz?
3) Sizcə insan üçün ana dili təkdir yoxsa iki ana dili də ola bilər?
[/quote]
İnsanın əcdadları hansı dildə danışırsa o ana dilidir
Yox daxili nitqi insanın ana dili ola bilməz sadəcə olaraq onda "daxili nitqi" adlanardı "ana dili" yox
Mən Azərbaycan dilində ( və yaxud türk dili deyə bilərəm ) danışıram və qəbul edirəm
Ana tək olduğu kimi ana dilidə təkdir
Amma hər Azərbaycan vətandaşı bu dildə danışa bilməsi vacibdir İnsanı çox dil bilməsi yaxşıdr amma maniə deyil Azərbaycan dilini bilməsinə

Link to comment
Share on other sites

[quote name='Ilkin_Huseyn' timestamp='1290107041' post='7719876']
Ümumiyyətlə, mən sonuncu danışdığım dildən asılı olaraq, həmin dildə düşünürəm, əksər hallarda rusca və azəricə düşünürəm. Deməli, ana dilim rus və azəri dilləridirlər.
[/quote]
Ermənipərəstlərin xoşuna gəlmədi azəri dilinin mənə ana dil olması, yəqin ki, damarlarında erməni qanı axır. :)

Link to comment
Share on other sites

Ana dili anannızın sizə (bizə)tərbiyə verdiyi dildir. Hətta bi dili sonralar unutsaq və ya zəif danışsaq belə...

ana dilim Azərbaycan türkcəsidir...

Ananız (və ya sizi tərbiyə edən kimdirsə o) sizə iki dildə tərbiyə verirsə, o dillərin fəlsəfəsində yetişirsəniz iki dil sizin ana diliniz ola bilər... mənim fikrimcə.

Link to comment
Share on other sites

[quote name='BARS2010' timestamp='1288608115' post='7617010']
Çoxları deyə bilər ki, mən azərbaycanlıyam, deməli ana dilim - azərbaycan dilidir. Amma bu forumun istifadəçisi olanların heç də hamısı azərbaycanlı deyil. Başqa fikirlər də var. Deyirlər əcdadların hansı dildə danışıb - ana dilin odur. Bir fikir də var ki, insanın daxili nitqi nə dildədirsə, onun ana dili də odur. Buradan üç sual doğur:
1) Sizcə bunlardan hansı daha düzgündür?
2) Öz ana diliniz kimi hansı dili qəbul edirsiniz?
3) Sizcə insan üçün ana dili təkdir yoxsa iki ana dili də ola bilər?
[/quote]

Menim ana dilim AZERBAYCAN dilidir,amma bashga bildiyim ve gozel danishdigim dillerde var))Amma en gozel dil,en melodik dil tebii ki ana dilimdir!!!Illah ki bezi gonshu xalglarin kopek hurushune benzeyen dillerini -danishiglarini duyanda ALLAHA shukur edirem ki,ne yaxshi ki menim bele kobud ana dilim yoxdur!!Allah meni isteyib vallah!

Link to comment
Share on other sites

[quote name='Seva711' timestamp='1290282658' post='7731946']

Nə yaxşı ki sizin kimilər var dili sevir və qiymətləndirə bilir Sizin yazıdan sonra mənim yadıma bir atalar sözü yadıma düşdü "Eşək nə bilir zəfəran nədir" Bizm dil elə bil müsiqidir səslənir bəyənməyənlərin isə müsiqi duyumu yoxdur"

Link to comment
Share on other sites

Bir ailə tanıyıram, oğulları 4 yaşındadır. Uşaq azərbaycan dilində tək bir kəlimə bilmir. Ancaq rus dilində danışır. Valideynləri öz dilimizdə danışan uşaqlarla ünsiyyətə icazə vermir.

Səbəbini soruşanda, dərsliklərin az olduğunu, ən əsası da uşaqlarının azərbaycanlı mentalitetində yetişmək istəmədiklərini bildirirlər.

O valideynlərə dövlətimiz demək olar ki, hər şey verib. Amma onlar övladlarını necə yetişdirir? İnanmıram ki, o uşaqdan gələcəkdə milətini, dövlətini sevən yaxşı bir vətəndaş olsun.

Bu cür yanaşması olanlar insanların hər biri dövlətimizi və millətimizi bir addım geriyə aparır. Mən və ətrafımda təsir edə biləcəyim hər kəs o insanlardan uzaqlaşıb artıq.

Mənim verdiyim vergilərdən o valideynlərə bircə qəpik çatıbsa haramları olsun.

Link to comment
Share on other sites

[quote name='vuqar7' timestamp='1290326196' post='7733310']

Sizin yazini oxuyanda RUS devletinde yashadigim zamanlarda tanidigim 2 aile yadima dushdu- 1 ailede ana temiz azeri,ata temiz rus,3 yashindaki ushaglari ise geribede olsa tam azedrice danisha bilir,baxmayarag ki,Azerbaycana ara sira gelirler.2-ci ailede ise ana rus,ata azeri(rayonlu hemde)3 ushagdan biride azerbaycanca danisha bilmir.Bele aileleri gorunce bizim rus heyat yoldashlari olan kishilerimizin ailede zeifliyini,hormetsizliyini dushunurem!Movzudan kenar oldusa ,sorry.

Link to comment
Share on other sites

[quote name='Seva711' timestamp='1290337358' post='7734014']
Sizin yazini oxuyanda RUS devletinde yashadigim zamanlarda tanidigim 2 aile yadima dushdu- 1 ailede ana temiz azeri,ata temiz rus,3 yashindaki ushaglari ise geribede olsa tam azedrice danisha bilir,baxmayarag ki,Azerbaycana ara sira gelirler.2-ci ailede ise ana rus,ata azeri(rayonlu hemde)3 ushagdan biride azerbaycanca danisha bilmir.Bele aileleri gorunce bizim rus heyat yoldashlari olan kishilerimizin ailede zeifliyini,hormetsizliyini dushunurem!Movzudan kenar oldusa ,sorry.
[/quote]

Bu valideynlərin ikisi də "azərbaycanlı" dır. Amma rus yetişdirirlər.

Link to comment
Share on other sites

[quote name='vuqar7' timestamp='1290326196' post='7733310']
Bir ailə tanıyıram, oğulları 4 yaşındadır. Uşaq azərbaycan dilində tək bir kəlimə bilmir. Ancaq rus dilində danışır. Valideynləri öz dilimizdə danışan uşaqlarla ünsiyyətə icazə vermir.

Səbəbini soruşanda, dərsliklərin az olduğunu, ən əsası da uşaqlarının azərbaycanlı mentalitetində yetişmək istəmədiklərini bildirirlər.

O valideynlərə dövlətimiz demək olar ki, hər şey verib. Amma onlar övladlarını necə yetişdirir? İnanmıram ki, o uşaqdan gələcəkdə milətini, dövlətini sevən yaxşı bir vətəndaş olsun.

Bu cür yanaşması olanlar insanların hər biri dövlətimizi və millətimizi bir addım geriyə aparır. Mən və ətrafımda təsir edə biləcəyim hər kəs o insanlardan uzaqlaşıb artıq.

Mənim verdiyim vergilərdən o valideynlərə bircə qəpik çatıbsa haramları olsun.
[/quote]
Belələri yaqin ki bizim forumda da var Bellərinə manqurd deyirlər mən isə belələrinə sovet dovrundən qalan mutantlar deyərdim

Link to comment
Share on other sites

"Məhəbbətlərimizin ən üst qatına dil məhəbbətini çıxarmalıyıq. Dilimizi sevmək hamımızın ən birinci müqəddəs borcu olmalıdır. Biz özümüzü bilməsək, öz dilimizi bəyənməsək, kim bizə hörmət edəcək və nədən ötrü də etsinlər. Nədən gözəl, dadlı dilimizi bəyənmirik? Nədən bu gözəl dilimizi yaymağa can-başla çalışmırıq? Sözlərim doğru isə gəlin birləşək! Dil məhəbbətini millət məhəbbətinin başlanğıcı bilək. Dilimizə ən dərin eşq və məhəbbətlə sarılaq. Bunun xatirini heç bir xatirə dəyişməyək. Millət düşüncəsini yenə milli dil ilə ürəklərə birləşdirək.

Ömər Faiq - "Yeni iqbal" qəzeti, 2 iyul 1915, №57.

Link to comment
Share on other sites

[quote name='Seva711' timestamp='1290282658' post='7731946']
Menim ana dilim AZERBAYCAN dilidir,amma bashga bildiyim ve gozel danishdigim dillerde var))Amma en gozel dil,en melodik dil tebii ki ana dilimdir!!!Illah ki bezi gonshu xalglarin kopek hurushune benzeyen dillerini -danishiglarini duyanda ALLAHA shukur edirem ki,ne yaxshi ki menim bele kobud ana dilim yoxdur!!Allah meni isteyib vallah!
[/quote]

Ana dilini belə sevməyiniz çox gözəldir... ancaq başqa xalqların dillərini təhqir eləməyin ... İnsanların dilləri və rəngləri Allahın ayələridir...
Hər dildə şübhəsiz bir harmoniya var...

Link to comment
Share on other sites

[quote name='Mufti' timestamp='1290431054' post='7741488']
Ana dilini belə sevməyiniz çox gözəldir... ancaq başqa xalqların dillərini təhqir eləməyin ... İnsanların dilləri və rəngləri Allahın ayələridir...
Hər dildə şübhəsiz bir harmoniya var...
[/quote]

Men cox obyektiv adamam,amma butun obyektivliyimi toplayarag bu ermeni dilinde harmoniya tapa bilmedim,bilmemishem,bilmeyecemde!!!O ki galdi tehgire,duz soz ne vaxtdan tehgir olub ki?!!!Menim ana dilim ermeni dili olsaydi ,men yenede deyecektim ki ermeni dili cox kobud,gulaga yatmayan bir dildir.

Link to comment
Share on other sites

[quote name='Гулливер' timestamp='1290412423' post='7739194']
"Məhəbbətlərimizin ən üst qatına dil məhəbbətini çıxarmalıyıq. Dilimizi sevmək hamımızın ən birinci müqəddəs borcu olmalıdır. Biz özümüzü bilməsək, öz dilimizi bəyənməsək, kim bizə hörmət edəcək və nədən ötrü də etsinlər. Nədən gözəl, dadlı dilimizi bəyənmirik? Nədən bu gözəl dilimizi yaymağa can-başla çalışmırıq? Sözlərim doğru isə gəlin birləşək! Dil məhəbbətini millət məhəbbətinin başlanğıcı bilək. Dilimizə ən dərin eşq və məhəbbətlə sarılaq. Bunun xatirini heç bir xatirə dəyişməyək. Millət düşüncəsini yenə milli dil ilə ürəklərə birləşdirək.

Ömər Faiq - "Yeni iqbal" qəzeti, 2 iyul 1915, №57.
[/quote]
:aappll::aappll::aappll: Dilimiz menevi xezinemizdir.. bu cur deyerli meqaleni tapmisinzsa demek, zamaninda bu xezinemize lel-cevahirat bexw eden keslerden biride Siz olacaqsiniz..

[quote name='den_kiton' timestamp='1290424202' post='7740445']
Gərək bu temadan DNOT-dada açılsın, görək cavablarda nə cür dəyişikliklər olacaq.
[/quote]

DNOT istifadecilerini mence hec ne dayandirmir..meselen men Flood-da bele bir movzu acmiwdim..dogrudur tewrif buyuran az olsada, yeni forumun iwigina toplawanlar daha cox oldu..bu da sevindiricidir..

Link to comment
Share on other sites

[quote name='Seva711' timestamp='1290440156' post='7742578']
Men cox obyektiv adamam,amma butun obyektivliyimi toplayarag bu ermeni dilinde harmoniya tapa bilmedim,bilmemishem,bilmeyecemde!!!O ki galdi tehgire,duz soz ne vaxtdan tehgir olub ki?!!!Menim ana dilim ermeni dili olsaydi ,men yenede deyecektim ki ermeni dili cox kobud,gulaga yatmayan bir dildir.
[/quote]

Sizin obyektivliyinizə sığınaraq bir-iki şeyi xatırlatmaq istərəm...

"bezi gonshu xalglarin kopek hurushune benzeyen dilleri..." - bizim qonşu xalqlarımız yalnız ermənilər deyil, yanlış anlaşılmağa müsaid ifadə işlətmisiniz.
İkincisi- Szin diliniz işdi şayəd kobud olsa idi ona "köpək hürüşü" bənzətməsimi yapardınız?

Və sonda yenə o fikrimdə qalırıram pis və harmoniyasız dil yoxdur. Sadəcə fərqli zövqlər var.

Və Qurandan bir ixbar: [b]"Bir qövmə olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun!" (Maidə 8)[/b]

Link to comment
Share on other sites

[quote name='vuqar7' timestamp='1290326196' post='7733310']
Bir ailə tanıyıram, oğulları 4 yaşındadır. Uşaq azərbaycan dilində tək bir kəlimə bilmir. Ancaq rus dilində danışır. Valideynləri öz dilimizdə danışan uşaqlarla ünsiyyətə icazə vermir.

Səbəbini soruşanda, dərsliklərin az olduğunu, ən əsası da uşaqlarının azərbaycanlı mentalitetində yetişmək istəmədiklərini bildirirlər.

O valideynlərə dövlətimiz demək olar ki, hər şey verib. Amma onlar övladlarını necə yetişdirir? İnanmıram ki, o uşaqdan gələcəkdə milətini, dövlətini sevən yaxşı bir vətəndaş olsun.

Bu cür yanaşması olanlar insanların hər biri dövlətimizi və millətimizi bir addım geriyə aparır. Mən və ətrafımda təsir edə biləcəyim hər kəs o insanlardan uzaqlaşıb artıq.

Mənim verdiyim vergilərdən o valideynlərə bircə qəpik çatıbsa haramları olsun.
[/quote]
Siz onun valideynlərini yedirtmirsiniz, dövlət də onun valideynləri üçün heç nə etmir. Dövlət sənə heç pulsuz su da verməz, hər şey pul ilədir. Onlar işləyib qazanırlar. Ona görə də onlara hədiyyə etmədiyiniz bir şeyi onların başına qaxmağın yeri yoxdur.

Link to comment
Share on other sites

[quote name='Seva711' timestamp='1290440156' post='7742578']
Men cox obyektiv adamam,amma butun obyektivliyimi toplayarag bu ermeni dilinde harmoniya tapa [b]bilmedim,bilmemishem,bilmeyecemde!!![/b]O ki galdi tehgire,duz soz ne vaxtdan tehgir olub ki?!!!Menim ana dilim ermeni dili olsaydi ,men yenede deyecektim ki ermeni dili cox kobud,gulaga yatmayan bir dildir.
[/quote]
İndi Sizin bacarığınız yoxdursa, bu o demək deyil ki, camaatın dili pisdir.

Link to comment
Share on other sites

[quote name='Ilkin_Huseyn' timestamp='1290506800' post='7747832']
Siz onun valideynlərini yedirtmirsiniz, dövlət də onun valideynləri üçün heç nə etmir. Dövlət sənə heç pulsuz su da verməz, hər şey pul ilədir. Onlar işləyib qazanırlar. Ona görə də onlara hədiyyə etmədiyiniz bir şeyi onların başına qaxmağın yeri yoxdur.
[/quote]
Absurt fikirlər söyləməyə davam olunur Onlar məgər xaricdə işləyirlər gəlib burda yaşayir ki deyirsiz heç nə vermir Yoxsa xaricdə hər şey pulsuzdur.Məhs bu dövlətdə işlədikləri üçün puluda bu dövlət verir Ona görə məcburdular hörmət etməyə Amma bu dövlətdə yaşayıb həmin millətə xor baxanların yeri yox !

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    •  Кровати односпальные, двуспальные и двухъярусные
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 10 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 61 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Sad
        • Confused
        • Like
      • 639 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
        • Downvote
        • Confused
        • Haha
      • 25 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
      • 64 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...