Disput.Az

Jump to content


Photo

Azərbaycan mahnılarının sözləri


This topic has been archived. This means that you cannot reply to this topic.
16 replies to this topic

#1 ll IcE EyeZ ll

ll IcE EyeZ ll

    wiZe ice eyeZ

  • Members
  • PipPipPipPipPipPipPipPipPip
  • 4775 posts
  • Offline

Posted 29 January 2010 - 02:08

Sizdən ilk xahişim mahnı sözlərini öz ana dilimizin latın əlifbasından istifadə etmənizdi. Nəbadə kiril əlifbası, elə yazmaqdansa Ə, Ü Ğ -sız latın əlifbasından istifadə olunsun.

Mözvünu açmaq ideyası ancaq bugün ağlıma gəlib. Səbəb isə Ələkbər Tağıyevin bəstələdiyi, Faiq Ağayevin oxuduğu "Sən gəlməz oldun" mahnısının düzgün şəkildə mahnı sözlərininin tapmamağım idi. Türk versiyasi doludur, amma orijinal dili yoxdu. Ki bu da çox kədərləndirici bir haldı. Məcburi özüm qulaq asdım v yazdım. Sözlərin kimə aid olduğunu tapa bilmədim ((


Faiq Ağayev
"Sən gəlməz oldun"
Sözlər ?
Bəstəkar Ələkbər Tağıyev

Deyirdin baharda görüşərik biz
Bahar gəldi keçdi, sən gəlməz oldun

Daşlaramı dəydə sındı əhdimiz?
Aylar, illər keçdi, sən gəlməz oldun

Sən gəlməz oldun, sən gəlməz oldun, sən gəlməz oldun, yarım
Gözləyirəm mən, gözləyirəm mən, gözləyirəm mən
Sən gəlməz oldun

Deyirdin qapına qonaram quş tək
Quşlar cəh-cəh vurdu, sən gəlməz oldun

Yaşamaq eşqi ilə vəcdə gərək
Quşlar yuva qurdu sən gəlməz oldun

Edited by ll IcE EyeZ ll, 29 January 2010 - 02:11.




#2 ll IcE EyeZ ll

ll IcE EyeZ ll

    wiZe ice eyeZ

  • Topic Starter
  • Members
  • PipPipPipPipPipPipPipPipPip
  • 4775 posts
  • Offline

Posted 29 January 2010 - 02:10

Tünzalə Ağayeva
"Şuşa"

Sözlər Səməd Vurğun

Qoynuna girməyə qalmışdır bir az,
Könül fərəhlənib eylədi pərvaz;
Ölməyib görəydim seyrini hər yaz,
Səndə vardır başqa lətafət, Şuşa!

Bir əcəb gülşəndir torpağın, daşın,
Dumanlı dağlardır həyat yoldaşın,
Bir ağrı gördümü ömründə başın,
Ey fitrən xəlq olmuş təbabət, Şuşa!

Dağlarından qopar havalı yeller,
Ah o sərin yerlər , səfalı yerlər.
Dağıdıb huşunu divanə edər,
Vüsalın hər kəsə səadət, Şuşa.

Edited by ll IcE EyeZ ll, 29 January 2010 - 02:13.


#3 yuzelba

yuzelba

    Almost Profi

  • Members
  • PipPipPipPip
  • 775 posts
  • Offline

Posted 29 January 2010 - 02:45

Hörmətli ll IcE EyeZ ll!

"Səm gəlməz oldun" mahnısının sözləri Mədinə Gülgünə məxsusdur. Amma düzü başa düşmədim ki, mahnının sözlərinə F. Ağayevin nə aidiyyatı var?! Ona qalsa mahnının ilk ifaçısı Zeynəb Xanlarovanı qeyd etmək daha doğru olardı.
Ceterum censeo Carthaginem esse delendam.

#4 ll IcE EyeZ ll

ll IcE EyeZ ll

    wiZe ice eyeZ

  • Topic Starter
  • Members
  • PipPipPipPipPipPipPipPipPip
  • 4775 posts
  • Offline

Posted 29 January 2010 - 02:51

yuzelba,
Огромное спасибо. Если честно не знала автора слов. На счет Зейнаб ханум Ханларова тоже спасибо :blush: будем знать. И не только Я

#5 ll IcE EyeZ ll

ll IcE EyeZ ll

    wiZe ice eyeZ

  • Topic Starter
  • Members
  • PipPipPipPipPipPipPipPipPip
  • 4775 posts
  • Offline

Posted 29 January 2010 - 21:30

Kimdə Zeynəb Xanlarovanın ifasında "Sən gəlməz oldun" var? .mp3 halı , video olsa lap əla olardı

#6 ll IcE EyeZ ll

ll IcE EyeZ ll

    wiZe ice eyeZ

  • Topic Starter
  • Members
  • PipPipPipPipPipPipPipPipPip
  • 4775 posts
  • Offline

Posted 29 January 2010 - 21:54

Yandırdın Qəlbimi (versiya 1)

Gözəlim qəlbimdən sevirəm səni
Peşiman edər mi sevən sevəni

Yandırdın qəlbimi aman
Ey qaşları kaman
Məni dərdə salan

Sənsiz yaşaya bilmərəm
Ey nazənin canan
Gəl eşqimə inan

Səni görməyəndə fənadır halım
İntizarda qoyma gəl qadan alım

Yandırdın qəlbimi aman
Ey qaşları kaman
Məni dərdə salan

Sənsiz yaşaya bilmərəm
Ey nazənin canan
Gəl eşqimə inan


Yandırdın Qəlbimi (versiya 2)

Gözəlim ürəkdən bağlıyam sənə
Əziyyət verərmi sevən sevənə
Peşiman edər mi sevən sevəni

Yandırdın qəlbimi aman
Ey qaşları kaman
Məni dərdə salan

Sənsiz yaşaya bilmərəm
Ey nazənin canan
Gəl eşqimə inan

Səni görməyəndə fənadır halım
İntizarda qoyma gəl qadan alım

Yandırdın qəlbimi aman
Ey qaşları kaman
Məni dərdə salan

Sənsiz yaşaya bilmərəm
Ey nazənin canan
Gəl eşqimə inan

#7 yuzelba

yuzelba

    Almost Profi

  • Members
  • PipPipPipPip
  • 775 posts
  • Offline

Posted 30 January 2010 - 00:13

Kimdə Zeynəb Xanlarovanın ifasında "Sən gəlməz oldun" var? .mp3 halı , video olsa lap əla olardı

тут
Ceterum censeo Carthaginem esse delendam.

#8 Джимена

Джимена

    Almost Profi

  • Members
  • PipPipPipPip
  • 677 posts
  • Offline

Posted 01 February 2010 - 07:32

Если у кого-то текст этого мугама? Спасибо заранее!


"Клавдия Ивановна была глупа, и ее преклонный возраст не позволял надеяться на то, что она когда-нибудь поумнеет." © )))))))))

#9 Slastis

Slastis

    Profi

  • Members
  • PipPipPipPipPip
  • 1289 posts
  • Offline

Posted 01 February 2010 - 16:55

Если у кого-то текст этого мугама? Спасибо заранее!

http://www.youtube.c...feature=related



Canıma qəsd eyləyən gözünə qurban,
Canıma qəsd eyləyən gözünə qurban,

Məni sərməst eyləyən sözünə qurban, sözünə qurban.

Söhbətim, sazım,
Baharım, yazım,
Ürəyimdə qalmasın
İstəyim, arzum.

Gecələr min xəyala dalıram sənsiz,
Ətrini yastığından alıram sənsiz,alıram sənsiz.

Ya məni öldür, ya budur, dindir,
Səndən ayrı yaşamaq
Mənə müşküldür, mənə çətindir.


Zülfünü tökdü yenə naz ilə ol mah üzünə
Qaldı həsrət elə bil bunca gəda şah üzünə

Üzünü pərdələməkdə o gülün var səbəbi
Baxa bilməz çün onun cahili-gümrah üzünə

Puri-sinadə onu istədi görmək Musa
Baxdı, kor oldu fəqət zərrəcə hərgah üzünə

Sən özün hər sirrimi əfv eylə öz lütfün ilə
Çün üzüm qarə gəlir şəhrdə billah üzünə

Mailin təqsiri vardır, bu səbəbdən görünür
Gah dikir gözlərini daməninə, gah üzünə.

Иногда тишина может сказать куда больше, чем слова, но и в словах можно услышать тишину...

#10 ll IcE EyeZ ll

ll IcE EyeZ ll

    wiZe ice eyeZ

  • Topic Starter
  • Members
  • PipPipPipPipPipPipPipPipPip
  • 4775 posts
  • Offline

Posted 01 February 2010 - 22:14

Vəfa "Canıma qəsd eyləyən" (Muğam və Mahnı) mahnı sözləri
Пишу название мугама чтобы при поиске в гугле легче было найти. Мало чего можно найти о нас, нашей музыке, историю зданий. Хоть как то чем то поможем самим себе и тем кто хочет узнать о нашей культуре онлайн

кстати, песня мне очень очень понравилась :blink: сама себе удивилась :wow1:

Edited by ll IcE EyeZ ll, 01 February 2010 - 22:17.


#11 DoloresOriordan

DoloresOriordan

    Expert

  • Members
  • PipPipPipPipPipPipPip
  • 2469 posts
  • Offline

Posted 01 February 2010 - 23:30

sohbet xalq mahnilarindan gedirse, burda bele bir movzu olmali idi axi.
It's just me, Dolly :) Спасибо мне, что я есть! :P
http://www.justiceforkhojaly.org/

#12 ll IcE EyeZ ll

ll IcE EyeZ ll

    wiZe ice eyeZ

  • Topic Starter
  • Members
  • PipPipPipPipPipPipPipPipPip
  • 4775 posts
  • Offline

Posted 02 February 2010 - 20:37

mahnı sözlərindən gedir söhbət, amma belə mövzu tapa bilmədim, searche vermişdim

Edited by ll IcE EyeZ ll, 02 February 2010 - 20:39.


#13 ll IcE EyeZ ll

ll IcE EyeZ ll

    wiZe ice eyeZ

  • Topic Starter
  • Members
  • PipPipPipPipPipPipPipPipPip
  • 4775 posts
  • Offline

Posted 14 February 2010 - 00:27



Carla Regina "Bugün ayın üçüdü"

Orijinal ifaçı Rəşid Behbudov
mahnı sözləri

Bugün ayın üçüdür de gülüm nanay ay narinay
Girmə bostan içidir yar girmə bostan içidir
Dodaqların xam şəkər
Dilin badam içidir yar dilin badam içidir

Qız belin incədir ay incə
Ləblərin qonçadir ay qonça
Qız belin incədir incə
Ləblərin qonçadır qonça

Dam üstədir damımız de gülüm nanay ay narinay
Qoşadır eyvanımız yar qoşadır eyvanımız
Sən ordan çıx men burdan
hey hey hey hey .....
Kor olsun düşmanımız yar kor olsun düşmanımız

Qız belin incədir ay incə
Ləblərin qonçadir ay qonça
Qız belin incədir incə
Ləblərin qonçadır qonça

Araqçının məndədir de gülüm nanay ay narinay
Sərmişəm çəməndədir yar sərmişəm çəməndədir
Dünya gözələ dönsə
Mənim gözüm səndədir yar mənim gözüm səndədir

Qız belin incədir ay incə
Ləblərin qonçadir ay qonça
Qız belin incədir incə
Ləblərin qonçadır qonça

#14 ll IcE EyeZ ll

ll IcE EyeZ ll

    wiZe ice eyeZ

  • Topic Starter
  • Members
  • PipPipPipPipPipPipPipPipPip
  • 4775 posts
  • Offline

Posted 27 March 2010 - 23:21

Sənə də qalmaz

İfaçı Rəşid Behbudov
Sözlər Rəsul Rza
Bəstəkar Tofiq Quliyev



Könlum sənin əsirin, qəlbim sənindir, yar, qəlbim sənindir
Insaf eylə xoş sozlə məni gəl dindir, yar, məni gəl dindir

Söylə nədir bu ədalar, bu işvə, bu naz
Vallah, ay qız, bu gözəllik sənə də qalmaz
Yalqızam, yalqız, yalqızam, yalqız
Gəl məni möhnətə, oda salan ,vəfasiz
Söylə nədir bu ədalar, bu işvə, bu naz
Gedər bir gun bu gözəllik, sənə də qalmaz

Dağlar başı dumandır, aman Allah, yar, yenə dumandır
Ayrılığın ölümdən mənə yamandir, yar, mənə yamandir
Söylə nədir bu ədalar, bu işvə, bu naz
Gedər bir gun bu gözəllik sənə də qalmaz
Yalqızam, yalqız, yalqızam, yalqız
Gəl məni möhnətə, oda salan ,vəfasiz
Söylə nədir bu ədalar, bu işvə, bu naz
Gedər bir gun bu gözəllik, sənə də qalmaz

#15 ll IcE EyeZ ll

ll IcE EyeZ ll

    wiZe ice eyeZ

  • Topic Starter
  • Members
  • PipPipPipPipPipPipPipPipPip
  • 4775 posts
  • Offline

Posted 27 March 2010 - 23:32

Лейла

İfaçı Rəşid Behbudov
Sözlər ?
Bəstəkar ?


Спит мой город глубоким сном,
В небе месяц плывет,
За меня под твоим окном
Соловей в саду поёт..

Друг мой, эта песня для тебя,
Нет прекраснее тебя,
Нет желаннее тебя,
Ты любовь моя Лейла!

Старый Каспий во мгле шумит,
Ночь над морем темна
За волною волна спешит,
За меня поет она...

Друг мой, эта песня для тебя,
Нет прекраснее тебя,
Нет желаннее тебя,
Ты любовь моя Лейла!


О не пой за меня волна,
О не пой соловей.
Только встанет от сна Лейла
Песню сам спою я ей...

Друг мой, эта песня для тебя,
Нет прекраснее тебя,
Нет желаннее тебя,
Ты любовь моя Лейла!

#16 ll IcE EyeZ ll

ll IcE EyeZ ll

    wiZe ice eyeZ

  • Topic Starter
  • Members
  • PipPipPipPipPipPipPipPipPip
  • 4775 posts
  • Offline

Posted 27 March 2010 - 23:35

Sari Gelin with Photoalbum of Baku

Все фото кроме карты Азербайджана мои. :rolleyes:



п.с. случайно не Раин Султанов на саксафоне?

#17 Passi

Passi

    Expert

  • Members
  • PipPipPipPipPipPipPip
  • 2279 posts
  • Offline

Posted 04 April 2010 - 12:35

Мне нужен текст песни Ильхамы Гулиевой "Unut məni"!!!






Администрация сайта не несёт ответственности за сообщения на форуме и содержание рекламных баннеров.
Всё написанное является частным мнением независимых пользователей форума.

Copyright © 2009-2014 Disput.Az