Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Troll-Bloqqer: «12 Saata 135 Şərh Yazırdıq»


Recommended Posts

Rusiya və xaricdə internet məkanında peşəkar trolların yazdığı postlara və şərhlərə getdikcə daha tez-tez rast gəlinir. Onların çoxu həmin post və şərhlərdə Kremlin siyasətini müdafiə etdiklərinə görə orta aylıq əməkhaqqından yüksək maaş alırlar.

Hazırda Twitter, Facebook, LiveJournal və vKontakte kimi məşhur sosial şəbəkələrdə minlərlə saxta hesablar var. Bunların hamısı böyük canfəşanlıqla Ukrayna müharibəsini müzakirə edir. Çoxu da Rusiyanın ən məşhur «troll fabriki» sayılan İnternet Tədqiqatları Mərkəzinin məhsuludur. Sankt-Peterburq şəhərində Savuşkina küçəsində yerləşən Mərkəz 24 saat fasiləsiz fəaliyyət göstərir. Mərkəzin keçmiş işçilərindən biri peterburqlu bloqqer Marat Burkhard yüzlərlə gəncin 40 min rubl (700 dollar) qarşılığında 12 saatlıq növbələrlə çalışdığı həmin yalan fabrikinin iş rejimi barədə AzadlıqRadiosuna müsahibə verib. Burkhard Mərkəzin Rusiyanın şəhər və vilayətlərinin vebsaytlarını Kremli tərifləyən şərhlərlə doldurmaqla məşğul olan bir şöbəsində işləyib.

- Bu işə düzəlmək çətindir?

- Bəli, əvvəlcə neytral bir mövzuda sadə bir mətn yazmalısan. Məsələn, vegetarianlıq haqda. Onun müsbət və mənfi tərəflərini izah etməlisən. Sonra mətləbə daha yaxın sual verilir. Məsələn, Donetskdəki humanitar konvoy barədə nə düşünürsən? Bu cür suallara cavabdan asılı olaraq, işə götürülüb-götürülməmək barədə qərar verilir.

- Maaşınız elə ilk başlayandan 45 min rubl olur, yoxsa tədricən bu məbləğə çatdırılır?

- Ora əsl fabrikdir. Fabrikdəki kimi hər kəs üçün hasilat kvotası var. Həmin kvotanı yerinə yetirirsənsə, aya 45 min rublunu alırsan. Kvota isə hər iş növbəsinə, yəni 12 saata 135 şərh yazmaqdan ibarətdir.

-Mərkəzdə neçə şöbə var?

- Ora dördmərtəbəli müasir bir binadır. Burada LiveJournal şöbəsi, xəbərlər şöbəsi, satirik rəsmlərin və kollajların hazırlandığı şöbə və videomontaj şöbəsi fəaliyyət göstərir. Hər şöbədə 20-yə qədər adam çalışır. Bir şöbənin əməkdaşı digər şöbənin işi ilə maraqlana bilməz. Ümumiyyətlə, işçilər arasında dostluq və ya yoldaşlıq tövsiyə olunmur. Sistem çox repressivdir. İşə bir dəqiqə geciksən, 500 rubl cərimə olunursan.

- Gündə 12 saat işləyirdiniz?

-Bəli, gecə və gündüz növbələri vardı. İki gün işləyib, iki gün istirahət edirdik.

-Sizin şöbəniz nə işlə məşğul idi?

- Bizim şöbəmiz postlara şərhlər yazırdı. Rusiyada hər şəhər və vilayətin rəsmi saytı var. Bu saytların da öz forumları var ki, orada bu və ya digər siyasi xəbərlər müzakirə olunur. Bizim də işimiz həmin müzakirələrdə fəal iştirak etmək, müzakirələri yönləndirmək idi. Biz bunu üçlü qruplar halında edirdik. Aramızdakı dialoqa səmimilik donu geyindirmək üçün birimiz «pis adam» rolunda çıxış edərək, hakimiyyəti tənqid edir, digər ikimiz ona qarşı çıxırdıq. Öz arqumentlərini əsaslandırmaq üçün bu iki nəfərdən biri mövzuya aid qrafik və ya şəkillər, digəri isə başqa yazıların linkini yerləşdirirdi. Bu yolla hakimiyyəti tənqid edən həmin pis adamın haqsız olduğu guya faktlarla sübut edilmiş olurduq.

-Yəni, üçünüz bir yerdə oturub, kimin hansı rolu oynayacağını öz aranızda razılaşırdınız?

- Bəli, bu cür absurd bir şey baş verirdi. Bir-birimizlə danışmağa elə də vaxt olmurdu. Çünki hamı daim nə isə yazırdı. Yazılan hər bir şərh 200 işarədən az ola bilməzdi. Beləliklə, Kalininqraddan başlayıb ta Vladivostoka qədər hər şəhər və rayonun forumlarında fəal müzakirə illüziyası yaradır, özümüz postlar yazıb, özümüz də həmin postlara şərhlər yazırdıq.

- Fabrikin əsas vəzifəsi Rusiyanın ideoloji düşmənlərinin forumlarında yazmaqdır. Bunu kimlər edir?

- Orada Ukrayna şöbəsi və ingilis şöbəsi var. Onlar CNN-nin və BBC-nin saytlarını bombardman edirlər. Onların hədəfləri artıq məsələn, Samara şəhərinin saytı deyil, «New York Times» kimi qəzetlərin saytıdır. Bu baxımdan bizim işimiz daha asan idi.

- Bəzi adamlar da yəqin ki, sosial şəbəkələrlə, məsələn, Facebook-la işləyirdi?

- Bəli, Facebook-la işləyən xüsusi əməkdaşlar vardı. Ümumilikdə, təqribən 40 otaq vardı, hərəsində də təxminən 20 nəfər. Hamısı bütün günü yazır. Stressi atmaq üçün kiçicik bir zarafat da etmək olmaz; dərhal işdən qovula bilərsən.

- Tapşırıq Ukraynanı və ya Amerikanı tənqid etmək yox, Rusiyanı tərifləmək olanda sizin üçlük işini necə qururdu?

- Bir dəfə mənə tapşırıq verilmişdi ki, almanların əksəriyyətinin Putin-in siyasətini bəyəndiyini, Merkel-dən isə narazı olduqlarını yazım. Bilmirəm, onlar bu məlumatı haradan almışdılar, amma mən bu barədə saxta sübutlarla yazmalı idim – almanların əksəriyyətinin Putin-i bəyənməsi haqda. Təsəvvür edirsiniz!?​

http://www.azadliq.mobi/a/26925029.html

Link to comment
Share on other sites

Аз форумда йохду! Рус форумда вар, 135 неди 235 пост йазанлар вар.

Пул верен олса, Аз форумда пост йазанларын сайы 10.000 олар))

Link to comment
Share on other sites

Аз форумда йохду! Рус форумда вар, 135 неди 235 пост йазанлар вар.

Пул верен олса, Аз форумда пост йазанларын сайы 10.000 олар))

 

Ona görə də məqsəd maraq yanaşı addımlayır. Hər şey bundan qaynaqlanır.

Link to comment
Share on other sites

Guya təzə xəbərdir? Belə trollar hər ölkədə, hər forumda var. İdarə edənlər hər şeyi idarə edir, tək real dünyanı yox, virtual dünyanı da. İndi elə zamandır ki, internet resurslar vasitəsilə cəmiyyəti idarə etmək, yönləndirmək mümkündür, bunun üçünsə kütlə lazımdır, o kütləni yaratmağa nə var ki?

 

Forumda hər gün və çoxlu sayda post yazan, siyasi, dini, irqi diskussiyalara girişən userlərə fikir versəz bəs edər...

Link to comment
Share on other sites

Keçən dəfə Çində belə trolların sonradan elə hakimiyyətin pulu ilə muxalif gənclik yetişdirildiyi haqda məlumat oxumuşdum. Trollar yazdıqca qarşı tərəfin tutarlı arqumentlərini getdikcə qəbul edirlər və özləri də onlar kimi düşünməyə başlayırlar.Bununla da hakimiyyət özü muxalif gənclik yetişdirir. 

Madiyyat və düzgün söz arasında məsafə görəsən nə qədərdi?(((

Link to comment
Share on other sites

Trollinq həmişə olub.Sadəcə bunun kiminsə istəyi ilə edildiyini bilmirdim.Elə bilirdim trolluq etmək həmin userin canındadır) Demə yazığa məcbur elətdirən varmış)

Mecbur deyende ki, pul qazanir bu isden. Bele baxanda, boyuk dovletler de achiq askar trollinqle mesgul olur.

Link to comment
Share on other sites

Disputda "Krisha" adinda belə troll var idi Rusiyadan, 2 ildir görünmür disputa, yəqin proekt bağlandı.

 

Az forumda R-A adlı troll da cox zəhmətkeşdir, ümid edək boş zəhmət çəkmir, yəyqin şərq dövlətlərindən maaş alır ) 

Edited by plotophyte
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Haha
      • 53 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
        • Like
      • 35 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 14 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Upvote
        • Sad
        • Like
      • 110 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Sad
        • Like
      • 713 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...