Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Milli Azərbaycan ədəbiyyatı


Recommended Posts

Paylaşaq, populyarlaşdıraq

Bu mövzunu bu şeirlə açmamaq günah olardı

AZƏRBAYCAN

SƏMƏD VURĞUN

Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan;
Eşitmişəm uzaqlardan
Sakit axan arazları;
Sanımışam dostu, yarı…

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən!
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana:
Hankı səmtə, hankı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!

Fəqət səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarıma dən düşəndə
Boğar aylar, illər məni,
Qınamasın ellər məni.

Dağlarının başı qardır,
Ağ örpəyin buludlardır.
Böyük bir keçmişin vardır;
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın sənin.

Düşdün uğursuz dillərə,
Nəs aylara, nəs illərə.
Nəsillərdən nəsillərə
Keçən bir şöhrətin vardır;
Oğlun, qızın bəxtiyardır…

Hey baxıram bu düzlərə,
Ala gözlü gündüzlərə;
Qara xallı ağ üzlərə
Könül istər şer yaza;
Gəncləşirəm yaza-yaza…

Bir tərəfin bəhri-Xəzər,
Yaşılbaş sonalar gəzər;
Xəyalım dolanar gəzər
Gah Muğanı, gah Eldarı,
Mənzil uzaq, ömür yarı!

Sıra dağlar, gen dərələr,
Ürək açan mənzərələr…
Ceyran qaçar, cüyür mələr,
Nə çoxdur oylağın sənin!
Aranın, yaylağın sənin.

Keç bu dağdan, bu arandan,
Astaradan, Lənkərandan.
Afrikadan, Hindistandan
Qonaq gəlir bizə quşlar,
Zülm əlindən qurtulmuşlar…

Bu yerlərdə limon sarı,
Əyir, salır budaqları;
Dağlarının dümağ qarı
Yaranmışdır qarlı qışdan,
Bir səngərdir yaranışdan.

Lənkəranın gülü rəng-rəng,
Yurdumuzun qızları tək.
Dəmlə çayı, tök ver görək,
Anamın dilbər gəlini!
Yadlara açma əlini.

Sarı sünbül bizim çörək,
Pambığımız çiçək-çiçək,
Hər üzümdən bir şirə çək
Səhər-səhər acqarına,
Qüvvət olsun qollarına.

Min Qazaxda köhlən ata,
Yalmanına yata-yata,
At qan-tərə bata-bata,
Göy yaylaqlar belinə qalx,
Kəpəz dağdan Göy gölə bax!..

Ey azad gün, azad insan,
Doyunca iç bu bahardan!
Bizim xallı xalçalardan
Sər çinarlar kölgəsinə,
Alqış günəş ölkəsinə!

Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan;
Axşam üstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.

Gözəl Vətən! Mənan dərin,
Beşiyisən gözəllərin!
Aşıq deyər sərin-sərin,
Sən günəşin qucağısan
Şer, sənət ocağısan.

Ölməz könül, ölməz əsər,
Nizamilər, Füzulilər!
Əlin qələm, sinən dəftər,
De gəlsin hər nəyin vardır,
Deyilən söz yadigardır.

Bir dön bizim Bakıya bax,
Sahilləri çıraq-çıraq,
Buruqların hayqıraraq
Nərə salır boz çöllərə,
Işıqlanır hər dağ, dərə,

Nazlandıqca sərin külək
Sahillərə sinə gərək,
Bizim Bakı – bizim ürək!
Işıqdadır qüvvət sözü,
Səhərlərin ülkər gözü.

Gözəl Vətən! O gün ki, sən
Al bayraqlı bir səhərdən
Ilham aldın… yarandım mən.
Gülür torpaq, gülür insan
Qoca Şərqin qapısısan!

Link to comment
Share on other sites

  • Replies 422
  • Created
  • Last Reply

Çırpınırdı Qara dəniz

Əhməd Cavad

Çırpınırdı Qara dəniz
Baxıb Türkün bayrağına!
“Ah!...” deyərdim,heç ölməzdim
Düşə bilsəm ayağına.

Ayrı düşmüş dost elindən,
İllər var ki,çarpar sinən!..
Vəfalıdır gəldi,gedən,
Yol ver Türkün bayrağına!

İncilər tök,gəl yoluna,
Sırmalar səp sağ,soluna!
Fırtınalar dursun yana,
Salam Türkün bayrağına!

“Həmidiyyə” o Türk qanı!
Həç birinin bitməz şanı!
“Kazbek” olsun ilk qurbanı!
Heyran Türkün bayrağına!

Dost elindən əsən yellər,
Bana şer,salam söylər.
Olsun bizim bütün ellər
Qurban Türkün bayrağına!
Yol ver Türkün bayrağına!!!

Link to comment
Share on other sites

Bən kiməm?

Əhməd Cavad

Soranlara bən bu yurdun
Anlatayım nəsiyəm:
Bən çeynənən bir ölkənin
"Haqq!" bağıran səsiyəm!

Bən şairəm, doğru, amma
Başqa dilim, diləyim!
Bu gördüyüm xərabədə
Nə nəşidə söyləyim?!

Toxundumu yazdıqlarım
Qəlbin incə telinə?
Bax, nə haqsız bir axın var
Yoxsulların elinə?!

Sən nə dersən bu sevdalı,
Həm bu dərdli gedişə?
Ey yarımın həsrətilə
Boynu bükük bənövşə!..

Bən qıyamam yar gəlirkən
Salladığım məndilə,
Ah, ey fələk, ağlar isəm
Göz yaşımı kim silə?..

Link to comment
Share on other sites

[b]Bəxtiyar Vahabzadə "Hara Gedir Sabahimiz" şeri
[/b]Uzun illər düşünmüşəm:
Millətlərin cərgəsində biz də varıq.
Yurdumuza qəsd edənin
Gözlərini oyanlarıq.
Biz o qədər nəcibik ki,
Bir balaca işarədən söz anlarıq.
Haqla zoru ayırd edib
öz yerinə qoyanlarıq...
***
Millətimin taleyini
Mən düşündüm zaman-zaman.
Keçdi zaman, keçəmmədik
Gördüm, əsrin sınağından
zaman yaman harın imiş.
Demə, əsrin şadarası
narından da narın imiş.
Keçəmmədik o taya biz.
Şadarada qaldı bütün kəsirimiz.
***
Əsrin böyük sınağına
Demə, hazır deyilmişik.
Yoxuşu düz yol bilmişik.
Indi ulu Yaradandan soruşuram:
- De, kimik biz?
Məzlumuq, ya zalımıq biz?
Vaxtla tələb arasında
Bəlkə bir gün dolaşmışıq,
Vaxtın hansı döngəsində biz
qalmışıq?
Daş üstündə göyərməyən bir tumuq biz.
Özümüzə zalım ikən,
Başqasına məzlumuq biz.
Əldən gedən torpaq üçün
ürəyimiz çilik-çilik.
Zalım bizdən torpaq alıb,
Biz zalımdan sülh istərik.
Özümüzə dal çevirib
Özgəsinə qardaş dedik.
Biz yalanı körükləyib
Həqiqətə çıxdaş dedik.
***
Özgəsini yamsılayıb elə bildik:
Biz də dönüb ərən olduq.
Sərdiyimiz toxumların meyvəsini
Qarabağda dərən olduq.
***
Biz köhnənin xəstəsiydik,
Mərəzimiz bəlli idi
Sabirlərə, Cəlillərə.
Yaramızdan qan açıldı
Qarabağda birdən-birə.
***
Mədəmizi ağlımıza
Dəyişməyi şərə sandıq.
Özgəsinin qabağında toyuq olub
Evimizdə xoruzlandıq.
Qonşumuzun aclığını
Bilib rahat yatırıqsa,
Ləyaqəti, dəyanəti
Vəzifəyə satırıqsa,
Dostumuzdan donos yazıb
Arzumuza çatırıqsa,
Demək, bizdən üz döndərib
Allahımız,
Hara gedir sabahımız?
***
Dəryamızı bəyənməyib
Özgəsinin hovuzunda üzürüksə,
Yad dilində dil-dil ötüb
Doğma ana dilimizə
Əgər dodaq büzürüksə,
Inamımız, imanımız
Ya heç yoxsa, ya çürüksə
Demək, bizdən üz döndərib
Allahımız,
Hara gedir sabahımız?
***
Vicdan adlı bir mələkdən üz
döndərib
Iblisliklə barışdıqsa,
Ləyaqəti tapdalayıb
Özümüzdən yuxarıya yarındıqsa,
Dinimizi pula satıb
Özgə dinə sığındıqsa,
Ruhanimiz dəllal isə, tacir isə,
Anasının əmcəyini
Kəsən ilə əlbir isə
Rüşvət "Hacı" rütbəsini
Qazanmağa tədbir isə
Demək, yoxmuş Allahımız,
Hara gedir sabahımız?
***
Bir ölkədə satan varsa
Öz halalca torpağını,
Biz özümüz söndürdüksə
Dədəmizin yandırdığı siqarını,
Ayır görüm əməllərin
Qarasından sən ağını.
***
Bu nəsildən o nəsilə tel qırıqsa,
Tayfamızı millətimiz,
Evimizi Vətənimiz sanırıqsa,
Vətən, millət namusunu danırıqsa,
Demək, bizdən üz döndərib
Allahımız,
Hara gedir sabahımız?
***
Ömür boyu haram yeyib,
Başqasının halalına cumuruqsa,
Bir tikəyə möhtac olan əlacsızdan
Əgər rüşvət umuruqsa,
Gözümüzlə gördüyümüz dəhşətlərə
Gözümüzü yumuruqsa,
Özümüzdən ağır gələr günahımız,
Özümüzü yandıracaq öz ahımız.
Demək, bizdən üz döndərib
Allahımız,
Hara gedir sabahımız

Link to comment
Share on other sites

ƏHMƏD CAVAD

BİSMİLLAH

Atıldı dağlardan zəfər topları,
Yürüdü irəli əsgər, Bismillah!
O Xan Sarayında çiçəkli bir qız
Bəkliyor bizlərdən zəfər, Bismillah!

Ey, döyünən ürək, dumanlı şəhər,
Bilirmisən bu zor gurultu nədir?
Aç sisli qoynunu Ordumuz gəlir,
Nişanlın qoynuna girər, Bismillah!

Ey hərbin taleyi, bizə yol ver, yol!
Sən ey gözəl dəniz, gəl Türkə ram ol!
Sən ey sağa - sola qılınc vuran qol!
Qollarına qüvvət gələr, Bismillah!

Ey Bakı, sən qorxma gəldik, gələli!
Səninçin atıldıq daim irəli!
Sağ qalanlar analara təsəlli!
Şəhidlərin ruhu gülər, Bismillah!

Ey düşmən, alnının yazısı qara,
Öldürməz bizləri vurduğun yara,
Yolladığım qurşun ərməğan sana
O kirli alnını öpər, Bismillah!

Sən mərd ölüb dursan qarşımda əgər,
Qudurğan saçmalı növbətin keçər.
Saxladığın torpaq qanını içər,
Yurdum olmaz sənə sipər, Bismillah!

Yurdumuzda bizə meydan oxuyan,
Murdar cəmdəkləri murdar qoxuyan,
Təkbir səslərini uzaqdan duyan
Düşmənimiz aman istər, Bismillah

Link to comment
Share on other sites

Huseyn Cavid
Menim tanrim

Her qulun cahanda bir penahı var,
Her ehli-halın bir qiblegahı var,
Her kesin bir eşqi, bir allahı var,
Menim tanrım gözellikdir, sevgidir.

Gözel sevimlidir, cellad olsa da,
Sevgi xoşdur, sonu feryad olsa da,
Uğrunda menliyim berbad olsa da,
Son dildarım gözellikdir, sevgidir.

Gözelsiz bir gülşen zindane benzer,
Sevgisiz bir başda eqrebler gezer,
Ne görsem, hanki bezme etsem güzer,
Hep duyduğum gözellikdir, sevgidir.

Link to comment
Share on other sites

Almas Yıldırım

Əsir Azərbaycan

Hanı məni gül qoynunda doğuran,
Xəmirimi göz yaşıyla yoğuran,
Beşiyimdə, ”layla balam” çağıran…
Azərbaycan, mənim baxtsız anam oy…
Neçə ildir həsrətinlə yanam oy…

Salam desəm, rüzgar alıb götürsə,
Ağrı dağdan Alagözə ötürsə,
Gur səsimi göy Xəzərə yetirsə,
Xəzər coşub zəncirini qırsa oy…
Hökm etsə bu sərsəm gediş dursa oy…

Xəbər alsam Muğanımdan, Milimdən,
Nazlı Bakım, o neft qoxan gülümdən,
Kim demiş ki, düşmüş adı dilimdən…
Azərbaycan, mənim eşsiz yurdum oy…
Ölməz eşqim, içimdəki dərdim oy!…

Könlümə tək Kəbə etdim səni mən,
Sənsiz neylim qürbət eldə günü mən,
Sənsiz neylim Allahı mən, dini mən …
Azərbaycan, mənim taxtım, tacım oy!..
Oyanmazmı kor olası baxtım oy!..

Link to comment
Share on other sites

ABBAS SƏHHƏT

VƏTƏN

[color="#0000FF"]Könlümün sevgili məhbubu mənim
Vətənimdir, Vətənimdir, Vətənim.
Məni xəlq eyləmiş əvvəlcə xuda,
Sonra vermiş Vətənim nəşvü- nüma.
Vətənim verdi mənə nanü- nəmək,
Vətəni, məncə, unutmaq nə demək?![/color]
[color="#FF0000"]Anadır hər kişiyə öz Vətəni:
Bəsləyib sinəsi üstündə onu.
Südüdür kim, dolanıb qanım olub,
O mənim sevgili cananım olub,
Saxlaram gözlərim üstə onu mən,
Ölərəm, əldən əgər getsə Vətən.[/color]
[color="#00FF00"]Vətənin neməti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.
Vətən - əcdadımızın mədfənidir.
Vətən - övladmızın məskənidir.
Vətəni sevməyən insan olmaz,
Olsa, ol şəxsdə vicdan olmaz[/color]

Link to comment
Share on other sites

Şair - fikirlərin çırpınan seli,
Şair - həqiqətin müğənnisidir.
Şair - təbiətin danışan dili,
Şair - cəmiyyətin üsyan səsidir!


Şair - zəmanənin,əsrin vicdanı,
Şair - tarixlərin şərəfi,şanı.
Şair - bu dünyaya zamanın sözü,
Şair - həqiqətin,haqqın güzgüsü..


Bəxtiyar Vahabzadə......

Link to comment
Share on other sites

BAYRAQ Bəxtiyar Vahabzadə

Torpağım üstünə kölgələr salan
Mənim varlığımın cilası-bayraq.
Zəfərdən doğulmuş
Göytürkdən qalan
Qurdbaşlı bayrağın balası bayraq.

Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim.

Harda əcdadımın ayaq izi var,
Bu zəfər bayrağım orda dikəlsin.
Keçdiyi yerlərdə dağlar, yamaclar
Onun hüzuruna salama gəlsin.
Tarixdən qədimdir, zamandan qoca
Mənim bayrağıma sancılan hilal.
Aləmə nur saçdı tarix boyunca
Məbədlər başma tac olan hilal.

Daim ucalasan! Savas günündə
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən görüm.

Link to comment
Share on other sites

Mirzə Ələkbər Sabir

Millet nece tarac olur olsun, ne işim var?!
Dushmenlere mohtac olur olsun, ne ishim var?!
Qoy men tox olum, ozgeler ile nedi karim,
Dunyavu cahan ac olur olsun, ne ishim var?!

Səs salma, yatanlar ayilar, qoy hələ yatsin,
Yatmişlari razi deyilem kimse oyatsin,
Tek-tek ayilan varsa da, həq dadima çatsin,
Men salim olum, cumle cahan batsa da, batsin;
Millet nece tarac olur olsun, ne işim var?!
Dushmenlere mohtac olur olsun, ne işim var?!

Salma yadima sohbeti-tarixi-cehani,
Əyyami-sələfdən demə soz bir də, filani,
Hal ise getir meyl eleyim dolmani, nani,
Musteqbeli gormek ne gerek, omrdu fani;
Millet nece tarac olur olsun, ne işim var?!
Duşmenlere mohtac olur olsun, ne işim var?!

Ovladi-veten qoy hele avare dolansin,
Cirkabi-sefaletle eli, bashi bulansin,
Dul ovret ise saile olsun, oda yansin,
Ancaq menim avazeyi-şənim ucalansin;
Millet nece tarac olur olsun, ne işim var?!
Duşmenlere mohtac olur olsun, ne işim var?!

Her millet edir sefheyi-dunyade tereqqi,
Eyler here bir menzili-me`vade tereqqi,
Yorgan-dosheyimde dushe ger yade tereqqi,
Biz də edərik aləmi-röyadə tərəqqi;
Millet nece tarac olur olsun, ne işim var?!
Duşmenlere mohtac olur olsun, ne işim var?!

Link to comment
Share on other sites

[b]MƏMMƏD ARAZ

AZƏRBAYCAN


[/b]Azərbaycan - qayalarda bitən bir çiçək,
Azərbaycan - çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı vəsf eyləyərək,
Azərbaycan dünyasından baxar dünyaya.

Azərbaycan - mayəsi nur, qayəsi nur ki,
Hər daşından alov dilli ox ola bilər.
AZƏRBAYCAN deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.

Oğulları Kür gəzdirər biləklərində,
Oğulların göz atəşi gözəl əridir.
Azərbaycan səhərinin bəbəklərində
Qütb ulduzu, dan ulduzu gözəlləridir.

Tariximə qara xətlə hicri, miladi
Qılıncların qan ağziyla yazılmadımı!
Babaların boz çöllərə bənzər muradı
Qızıl bayraq dalğasından yaz almadımı!

İllər olub - kürələrdə dəmir olmuşuq,
Sərhədlərdə dayanmışıq küləkdən ayıq.
Od gölündə, buz gölündə gəmi olmuşuq,
Biz Bakının ilk səadət carçılarıyıq.

Min illərlə zülmətlərə yollar açıqdı,
Dalğalandı Sabirlərin ümman dünyası.
Azərbaycan qatarı da yollara çıxdı,
Dağılanda qoca şərqin duman dünyası.

Azərbaycan - mayası nur, qayəsi nur ki,
Hər daşından alov dilli ox ola bilər.
AZƏRBAYCAN deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər!

Link to comment
Share on other sites

MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYAR

AZƏRBAYCAN
(Fars dilindən tərcümə Fikrət Sadığındır)

Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan,
Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan.

Səndən uzaq düşsəm də mən, eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan…

Bütün dünya bilir, sənin qüdrətinlə, dövlətinlə
Abad olub, azad olub mülki-İran, Azərbaycan!

Bisütuni-inqilabda Şirin- vətən üçün Fərhad
Külüng vurmuş öz başına, zaman-zaman Azərbaycan!

Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
Ustadımız deyib, heçdir vətənsiz can, Azərbaycan!

Qurtarmaqçün zalimlərin əlindən Rey şümşadını,
Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan!

Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin,
Qolubağlı qalacaqdır nə vaxtacan Azərbaycan?!

İgidlərin İran üçün şəhid olub, əvəzində
Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan!

Övladların nə vaxtadək tərki-vətən olacaqdır?
Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!

Bəsdir fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!

Şəhriyarın ürəyi də səninki tək yaralıdır,
Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan!

Link to comment
Share on other sites

Məhəmmədhüseyn Şəhriyar "Azərbaycan"

konlum quşu qanad çalmaz sensiz bir an Azerbaycan,
Xoş gunlerin getmir mudam xeyalimdan Azerbaycan!

senden uzaq duşsemden men eşqin ile yaşayiram,
Yaralanmiş qelbim kimi qelbi viran Azerbaycan!

Butun dunya bilir senin qudretinle, dovletinle
Abad olub, azad olub mulki-İran Azerbaycan !

Bisutunu İnqilabda Şirin -Veten uçun Ferhad
Kulung vurmuş oz başına zaman-zaman Azerbaycan!

Veten eşqi mektebinde can vermeyi oyrenmişik
Ustadimiz deyib hecdir Vetensiz can Azerbaycan!

Qurtarmaqcun zalimlarin elinden rey şumşadini
Oz şumşadin başdan başa olub al-qan Azerbaycan!

Ya rebb nedir bir bu qeder urekleri qan etmeyin,
Qolu bagli qalacaqdir ne vaxtacan Azerbaycan?

İgidlerin iran ucun şehid olub evezinde
derd almisan, qem almisan sen İrandan azerbaycan!

Ovladlarin ne vaxtadek terki-veten olacaqdir?
El-ele ver, usyan ele oyan! oyan! Azerbyacan !!

Besdir feraq odlarindan kul elendi baüimiza
Dur ayaga ya azad ol, ya tamam yan Azerbaycan!

Şehriyarin ureyi de seninki tek yaralidir...
Azadliqdir sene melhem, mene derman Azerbaycan!!...


P.S. 90-ci illerde Atam İran islam Respublikasindan qayidanda Cenubi Azerbaycan edebiyyati Antologiyasi adli bir kitab getirmişdi.. hemin kitabdan bu şeiri seçib bize gucle ezberletdi! o zamanlar sozlerin ekseriyyeti dilmize de yatmirdi! amma iller kecdi bu şeirin heqiqeten de nece aktual oldugunun şahidi olduq...

Link to comment
Share on other sites

[font="arial, sans-serif"][size="2"]"Vaqif"[/size][/font]
[font="arial, sans-serif"] [/font]
[font="arial, sans-serif"][font="Arial, sans-serif"][size="2"]QACAR – Aha, baş əymir hüzurumda bu!...
ŞEYX – Yoxdur vicdanında qanun qorxusu.
QACAR – (Vaqifə) – Şair, hökmdarın hüzurundasan.
VAQİF – Bunu sizsiz belə düşünürəm mən.
QACAR – Bəs baş əymədiniz?
VAQİF – Əymədim, bəli!
Əyilməz vicdanin böyük heykəli...
QACAR – Qılınclar toqquşub iş görən zaman
Neylər dediyiniz quru bir vicdan?
VAQİF – Vicdan dedikləri bir həqiqətdir –
Beşiyi, yuvası əbədiyyətdir...
QACAR – Bəs zindan necədir, qaranlıq zindan?
VAQİF – Soyuq məzara da zinətdir insan...[/size][/font][/font]

Link to comment
Share on other sites

[b]Məmməd Araz
Vətən mənə oğul desə
[/b]
Buyruqlara sığışmayan inaddım,
Çox qanadlar yorub salan qanaddım.
Ulduzlara yumruq düyüb, daş atdım;
Nizamlara baş əyməzdi nizamım.

Qayaları haçalardı qüdrətim,
Buludları parçalardı qüdrətim,
Şimşəkləri qıçalardı qüdrətim,
Yorulanda nur mizrablı ozanım.

O selablar seleliyim yalanmış,
Ötən günlər çalağanmış, çalanmış.
Bircə kövrək xatirələr qalanmış,
Onu da ki, ha çevirim, ha sanım...

Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.
Bu torpaqsız harda, nə vaxt, nə dərdim-
Xəzanımdır, xəzanımdır, xəzanım.

Dünənimi döşdən asan deyiləm,
Dünənimə qəbir qazan deyiləm.
Ürəyimsiz kəlmə yazan deyiləm,
Nə qədər ki, öz əlimdi yazanım.

Link to comment
Share on other sites

[b]Almas İldırım
Qara dastan[/b]


Kimsə bilməz Tanrıdağın yaşını,
Duman almış Altayların başını,
Uçurmuşdur başdan dövlət quşunu,
Sətvətinə yüz çevirmiş zaman hey…
Qoca Türkün düşdüyü dərd yaman hey…

Dörd bir yana dağılmış Türk soyları,
Sönmüş ocaq, köçüb getmiş boyları,
Dərdli-dərdli axar bozqır çayları,
Saxlar içdən gizli ümid, güman hey…
Qoca Türkün düşdüyü gün yaman hey…

Ağ alnına qara yazı yazılmış,
Yaylalarda düyün-dərnək pozulmuş,
Gəlinlərin gur saçları çözülmüş,
Yada qalmış, dilər eldən aman hey…
Qoca Türkün düşdüyü dərd yaman hey…

Dağdan-dağa çarpıb getmiş doğanlar,
Qayalarda iz buraxmış al qanlar,
Ordulara buyruq verməz elxanlar
Nərdə qalmış Sədlər yıxan fərman hey…
Qoca Türkün düşdüyü dərd yaman hey…

Xarab olmuş Buxarası, Başkəndi,
Matəm tutmuş Səmərqəndi, Daşkəndi,
Kəndi söylər, tökər gözdən yaş kəndi
Nə ozan var, nə yazan, nə şaman hey…
Qoca Türkün düşdüyü dərd yaman hey…

Qazan, Başqurd batmış, Qırım sürülmüş,
Mənim çəkik gözlü yarım süzülmüş,
Qonum-qonşum, bütün varım sürülmüş,
Bulunurmu Sibiryada iman hey?
Qoca Türkün düşdüyü dərd yaman hey…

Türk elləri bir-birinə yadlanır,
Qazax, qırğız, türkmən, özbək adlanır,
Azəri Türk yanar, içdən odlanır,
Ana yurdun içdən halı duman hey…
Qoca Türkün düşdüyü dərd yaman hey…

Orqun çağlar, yatmış ellər ayılmaz,
Tarım çayı doğru yola qoyulmaz,
Hey səslənir Amu-Dərya, duyulmaz,
Sır-Dəryada qalmamışdır dərman hey…
Qoca Türkün düşdüyü dərd yaman hey…

Xəzər coşar, xəbər salar Kürünə,
Axıb gedər Kür sürünə-sürünə,
İdil ağlar, Altın Ordu yədinə,
Aral kəndi varlığında peşman hey…
Qoca Türkün düşdüyü dərd yaman hey…

Azərbaycan dərd içində doğulmuş,
Sevənləri diyar-diyar qovulmuş,
Ağla, şair, ağla, yurdun dağılmış,
Nərdə qopuz, nərdə qırıq kaman hey?..
Nərdə böyük Vətən - nərdə Turan hey!..

Link to comment
Share on other sites

[b]Mikayıl Müşfiq
Yenə o bağ olaydı[/b]

Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər axşam.
Arzuya bax sevgilim, tellərindən incəmi ?
Söylə ürəyincəmi ?

Yenə o bağ olaydı, yenə sizə gələydik,
Danışaydıq, güləydik.
Ürkək baxışlarınla, ruhumu dindirəydin,
Məni sevindirəydin.
Gizli söhbət açaydıq, ruhun ehtiyacından,
Qardaşından, bacından.
Çəkinərək çox zaman söhbəti dəyişəydin,
Mənimlə əyişəydin.
Yenə bir vuraydı, qəlbimiz gizli-gizli,
Sən ey əsmər bənizli.

Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,
Vay o qəlbə ki, boşdur!
Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,
İnsanlar daha mə’sud.
Duyğular daha incə, fikirlər daha dərin,
Ürəklər daha sərin.
İnsanların vüqarı, tələbi daha yüksək,
Yolumuzdan daş, kəsək,
Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır,
Bu yaz, bir başqa yazdır!

Yenə o bağ olaydı, yenə o qumlu sahil,
Sular ötəydi dil-dil.
Saçın kimi qıvrılan, dalğalara dalaydım,
Dalıb ilham alaydım.
Əndamını həvəslə, qucaqlarkən dalğalar,
Qəlbimdə qasırğalar,
Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,
Məni hirsim boğaydı.
Cumub alaydım səni dalğaların əlindəni,
Yapışaydım belindən.
Xəyalımız üzəydi, sevda dənizlərində,
Ləpələr üzərində,
İlhamımın yelkəni, zərrin saçın olaydı,
Sular xırçın olaydı.


Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə,
Gəlin baxın Xəzərə.
Çıxalım Buzovnada kiçik qayalıqlara,
Seyrə dalım bir ara...
Gecələr sayrışarkən, ulduzlar lalə kimi,
İşıqlar jalə kimi.
Çilənib dağılarkən ətrafa damla-damla,
Ən yaxın bir adamla.
Nə gözəldir dinləmək suların nəğməsini,
Təbiətin səsini!
Nə gözəldir dolaşmaq, isti yay fəsilləri,
Bu sərin sahilləri!

Nə gözəldir səhərlər bizim böyük ruhumuz,
Aşıb-daşan duyğumuz.
Şəklindəki sulara, baxaraq ləzzət almaq,
Bu mavi şe’rə dalmaq.
Dalğalar kimi qalxmaq, dalğalar kimi enmək,
Bə’zən hürküb çəkinmək.
Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi,
Bizim bu həyat kimi!

Yenə o bağ olaydı sevdalar ölkəsində,
O söyüd kölgəsində.
İnci qumlar üstündə yenə verib baş-başa,
Yayı vuraydıq başa.
Günlərimiz keçəydi qızğın fərəhlər kimi,
Dolu qədəhlər kimi.
Yarpaqlar arasından uzadaraq əlini,
Oxşayaraq telini.

Gecələr darayaydı saçlarını ay gözəl!
Sən gözəlsən, ay gözəl?
Əllərində əllərim, gözlərində gözlərim...
Asılaydı sözlərim.
Könlünün qulağından bir qızıl tana kimi,
Günəş doğana kimi.
Bu yaz dostlarım bir az bəxtəvər olacaqlar,
Can-ciyər olacaqlar.
Bir az da uzaqlara açacaqlar yelkəni,
Ruh yeni, höyat yeni...
Çıxacaqlar göyləri aşaraq dönə-dönə,
Buludların fövqünə.
Uçacaqlar sabaha, uçacaqlar yarına,
Efir boşluqlarına.
Vaxtilə bir kölgə tək hür yaşamaq istəyən,
Bu insan oğlu bilsən.
Azadlıq ölkəsində daha şad olacaqdır,
Dünya dad alacaqdır.

Yenə o bağ olaydı, yenə yığışaraq siz,
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim.
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər-axşam.
Arzuya bax, sevgilim, tellərindən incəmi?
Söylə, ürəyincəmi?

Link to comment
Share on other sites

[b]Şeyx Məhəmməd Füzuli
Məni candan usandirdi[/b]


Məni candan usandirdi,cəfadan yar usanmazmı?
Fələklər yandi ahimdən, muradin şəmi yanmazmi?

Qamu bimarinə canan dəvayi-dərd edər ehsan.
Neçün qilmaz mənə dərman, məni bimar sanmazmi?

Qəmim pünhan tutardim mən, dedilər yarə qil rövşən
Desəm, ol bivəfa bilməm, inanarmi, inanmazmı?

Şəbi-hicran yanar canim,tökər qan çeşmi-giryanim,
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmi?

Güli-rüxsarinə qarşi gözümdən qanli axar su,
Həbibim, fəsli güldür bu,axar sular bulanmazmı?

Degildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil səni görəcək utanmazmı?

Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadir,
Sorun kim, bu nə sevdadir, bu sevdadan usanmazmi?

Link to comment
Share on other sites

Musa Yaqub
Taleyin qisməti

Taleyin qisməti rast saldı bizi.
Yolumuz hardasa qırılacaqsa,
İtirəcəyiksə,bir-birimizi,
Xatirəm yadında qalmayacaqsa,
Bu əllər mənimki olmayacaqsa,
Sən allah,özünə öyrətmə məni,
Hicran qorxusuyla göynətmə məni.

Əlimi saçına öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə,
Üzümü üzünə öyrətmə belə,

Mən bir az baharlı budaq kimiyəm,
Bir az da sadəlövh uşaq kimiyəm.
Bala anasına qovuşan kimi,
Leylək yuvasına yovuşan kimi,
Arı gül-çiçəyə uyuşan kimi,
Eh,mən də adama tez yovuşanam,
Sevgi atəşində tez alışanam.
Amma ki,sönməyim çox çətin olur-
Sevgidən dönməyim çox çətin olur,
Öyrətmə özünə,öyrətmə məni.

Bəlkə gözləmirdik bu xoş görüşü,
Yaman qəribədir dünyanın işi;
Heç vaxt yollarında dayanmadığın,
Heç həndəvərində dolanmadığın
Gəlib birdən sənə nə şirin olur!
Ömrünün içində ömür doğulur.
Bu şirinim acı olacaq isə,
Bir qismət çiçəyim solacaq isə,
Öyrətmə özünə,öyrətmə məni.

Könlümdə yerin var,qopmaz yerindən,
Bir əkiz ləçəyi,haça budağı
Ayırmaq olmursa biri-birindən,
Məni də ayırmaq çətindir,axı
Öyrətmə özünə,öyrətmə məni.

Yox buna taqətim,yox buna tabım,
Əlimi əlindən üzmək əzabım,
Sonra bu əzaba dözmək əzabım…
Yoxsa da,könlümün sınıqları var-
Mənim dərdlərimin ayaqları var-
Harda olsa,gəlib tapacaq məni.
Gəl məni özünə öyrətmə belə,
Əlimi əlinə öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə…

Link to comment
Share on other sites

Nəsimi

Düşdü yenə dəli könül gözlərinin xəyalinə,
Kim nə bilir bu könlümün fikri nədir, xəyali nə?

Al ilə ala gözlərin aldadı aldı könlümü.
Alını gör nə al edǝr, kimsə irişməz alinə.

Qiymətini dodağının dəgmə xəsisə sorma kim,
Mən bilirəm ki, can ilǝ susamışam zülalinə.

Gözlərinə əsir olan halımı, oldur anlayan,
Kim ki, bu halə düşmədi qoy vara kəndü halinə.

Sirrini şol qara bənin çünki yanağı şərh edər,
Can nə ola nisar edəm yanağınavü xalinə?

Dadlı sözündən utanır abi-həyat, məhv olur,
Gülbəşəkər nə nəsnədir kim, irişə məqalinə?

Hüsnü camalü surətin məclisi bərkamaldır,
Şərhü bəyanü vəsfinə əql irəməz kəmalinə.

Üzünü, qaşını görən qarşu-bə-qarşu, göz-bə-göz,
Sanma ki, baxa ol gögün bədrinə ya hilalinə.

Link to comment
Share on other sites

[quote name='мусаватист' timestamp='1288384426' post='7604845']
Nəsimi

Düşdü yenǝ dǝli könül gözlǝrinin xǝyalinǝ,
Kim nǝ bilir bu könlümün fikri nǝdir, xǝyali nǝ?

Al ilǝ ala gözlǝrin aldadı aldı könlümü.
Alını gör nǝ al edǝr, kimsǝ irişmǝz alinǝ.

Qiymǝtini dodağının dǝgmǝ xǝsisǝ sorma kim,
Mǝn bilirǝm ki, can ilǝ susamışam zülalinǝ.

Gözlǝrinǝ ǝsir olan halımı, oldur anlayan,
Kim ki, bu halǝ düşmǝdi qoy vara kǝndü halinǝ.

Sirrini şol qara bǝnin çünki yanağı şǝrh edǝr,
Can nǝ ola nisar edǝm yanağınavü xalinǝ?

Dadlı sözündǝn utanır abi-hǝyat, mǝhv olur,
Gülbǝşǝkǝr nǝ nǝsnǝdir kim, irişǝ mǝqalinǝ?

Hüsnü camalü surǝtin mǝclisi bǝrkamaldır,
Şǝrhü bǝyanü vǝsfinǝ ǝql irǝmǝz kǝmalinǝ.

Üzünü, qaşını görǝn qarşu-bǝ-qarşu, göz-bǝ-göz,
Sanma ki, baxa ol gögün bǝdrinǝ ya hilalinǝ.
[/quote]
Bayaqdan isteyirdim "Musavatchi meni unudub" yazam. Unutmayibmish... Bu qezele gore, umumiyyetle bu movzuya gore teshekkurler Size.  :) 

Link to comment
Share on other sites

[quote name='Консуэло' timestamp='1288384595' post='7604856']
Bayaqdan isteyirdim "Musavatchi meni unudub" yazam. Unutmayibmish... Bu qezele gore, umumiyyetle bu movzuya gore teshekkurler Size.  :) 
[/quote]

:)

təşəkkürlə iş bitmir, səndən də şeirlər gözləyirik :rroza:

Musa Yaqubun şeirini də ilk dəfə sənin mövzunda yazmışdım, bilmirəm, xatırlayırsan, ya yox

Link to comment
Share on other sites

[quote name='мусаватист' timestamp='1288384939' post='7604876']
:)

təşəkkürlə iş bitmir, səndən də şeirlər gözləyirik  :rroza:

Musa Yaqubun şeirini də ilk dəfə sənin mövzunda yazmışdım, bilmirəm, xatırlayırsan, ya yox
[/quote]
Sabah mutleq sher de elave edecem. )

Elbette xatirlayiram. Bu sher chox sevdiyim sherlerden biridir. Bir daha chox sag ol.  :)


Link to comment
Share on other sites

Nəsimi

Üzünü məndən nihan etmək dilərsən, etməgil!
Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil!

Bərgi-nəsrin üzrə mişkin zülfünü sən dağıdıb,
Aşiqi bixaniman etmək dilərsən, etməgil!

Qaşların qövsündə müjganın xədəngin gizləyib,
Ey gözü məstanə, qan etmək dilərsən, etməgil!

Canımı vəslin şərabından ayırdın, ey gözüm,
Eynimi gövhərfəşan etmək dilərsən, etməgil!

Qoymuşam eşqində mən kövnü məkanın varını,
Can nədir kim, qəsdi-can etmək dilərsən, etməgil!

Bürqəi üzündən açarsan məgər naməhrəmə,
Gizli əsrarı əyan etmək dilərsən, etməgil!

Yandırırsan könlümü eşqində, mə’lum oldu kim,
Anı risvayi-cahan etmək dilərsən, etməgil!

Doğruyam eşqində oxtək, kirpigin tanıqdurur,
Qəddimi neyçün kaman etmək dilərsən, etməgil!

Çünki eşqin məskənidir könlümün viranəsi,
Həsrətə anı məkan etmək dilərsən, etməgil!

Çün yəqin bildi Nəsimi ağzının var olduğun,
Ol yəqini sən güman etmək dilərsən, etməgil!

Link to comment
Share on other sites

Nəsimi

Ey xəstə könül, dərdinə dərman tələb eylə,
Gər can dilər isən, yeri, canan tələb eylə.

Çün Xizr həyati-əbədi bulmağ umursan,
Can təndə ikən çeşmeyi-heyvan tələb eylə.

Ey bülbülı-qüdsi, nə giriftari qəfəssən,
Sındır qəfəsi, tazə gülüstan tələb eylə.

Təhqiq xəbərdir bu ki, "əl-cins min-əl-cins"
Zinhar, gəl ey adəmi, insan tələb eylə.

Div ilə müsahib olanın dinə xətadır,
İnsanə iriş, söhbəti-rəhman tələb eylə.

Gər bəndeyi-talibsənü mətlub dilərsən,
Fərmanə boyun sun, ulu sultan tələb eylə.

Ərkansız olanlara rəfiq olma, Nəsimi,
Yol əhli gözət, sən ədəb-ərkan tələb eylə.

Link to comment
Share on other sites

Nesimi

Canimi yandirdi shovqun, ey nigarim hardasan?!
Gozlerim nuru, iki alemde varim hardasan?!

Agrimi qan eyledi aci peragin, gel yetish,
Ey lebi-beslet, sherabi xosh gubarim hardasan?!

Senden ayri konlume yoxdur vefali yari-dust,
Ey cefasiz, husnu kamil yadigarim hardasan?!

Yar uchun her gushede min-bir olur dushmen mene,
Ey sevadi ezemu mohkem hasarim hardasan?!

Chun Nesimidir bugun eyyami eshqin serveri,
Ey shekerleb, yari shirin ruzigarim hardasan?!
[b][url="http://www.facebook.com/video/video.php?v=1367107541995"]http://www.facebook....v=1367107541995[/url]  [/b]


Link to comment
Share on other sites

[b]Əhməd Cavad
Azərbaycan bayrağına
[/b]

Türküstan yelləri öpüb alnını
Söyləyir dərdini sana,Bayrağım!
Üç rəngin əksini Quzğun dənizdən
Ərməğan yollasın sana,Bayrağım!

Gedərkən Turana çıxdın qarşıma,
Kölgən Dövlət quşu qondu başıma.
İzn ver gözümdən axan yaşıma-
Dinlətsin dərdini sana,Bayrağım!

Qayı xan soyundan aldığın rengi
Qucamış Elxanla müsəlman beyi.
Elxanın övladı-dinin dirəgi.
Gətirdin könlüme sefa,Bayrağım!

Köksümdə tufanlar geldim irəli,
Öpüm kölgən düşən müqəddəs yeri.
Allahın yıldızı-o gözəl pəri
Sığınmış qoynunda Aya,Bayrağım!!!

Link to comment
Share on other sites

[b]Bəxtiyar Vahabzadə
BİR SALAMA DƏYMƏDİ...[/b]

Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, nə tez unutdun?
Bəs ildə gözümüzdən axan o qanli sellər,
Bir salama dəymədi?
Heç üzümə baxmdan yanimdan necə keçdin?
Sən eşqin salamını qorxuyami dəyişdin?
Yoxsa sən öz əhdinə, ilqarina ağ oldun?
O qədər yaxın ikən, bu qədər uzaq oldun.
Şirin gülüşlərimiz, acı fəğanlarımız
Bir salama dəymədi?
Qayğılı anlarımız, qayğısız anlarımız
Bir salama dəymədi?
Sən neylədin, bir düsün!
Yalnız indi anladm; ah, sən daha mənimçün
Əlçatmaz bir çiçəksən,
Yaşanmiş günlərim tək geri dönməyəcəksən!...
Qop ey tufan, əs ey yel! Xəzəl olum, tökülüm
Düz beş il ürəyimdə
Bəslədiyim məhəbbət, bir salama dəymədi.
Bir günlük həsrətimə dözə bilməyən, gülüm,
Bəs nə oldu? Bu həsrət bir salama dəymədi?
Getdin, dalınca baxdım, can ayrıldı canmdan,
Sən necə etinasız ötə bildin yanımdan?
Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,
Sənin qəlbin əsmədi.
Arxana da baxmadın!
Niyə sənin yolunu məhəbbətin kəsmədi?...
Qazancımız de, bumu?
Deyilməmiş o salam əlvidamız oldumu?
Sən mənə zülm eylədin, mənə zuülm yaraşır.
Bir salama dəyməyən esqə ölüm yaraşır!

Link to comment
Share on other sites

[quote name='мусаватист' timestamp='1288394411' post='7605312']
[b]Bəxtiyar Vahabzadə
BİR SALAMA DƏYMƏDİ...[/b]

Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, nə tez unutdun?
Bəs ildə gözümüzdən axan o qanli sellər,
Bir salama dəymədi?
Heç üzümə baxmdan yanimdan necə keçdin?
Sən eşqin salamını qorxuyami dəyişdin?
Yoxsa sən öz əhdinə, ilqarina ağ oldun?
O qədər yaxın ikən, bu qədər uzaq oldun.
Şirin gülüşlərimiz, acı fəğanlarımız
Bir salama dəymədi?
Qayğılı anlarımız, qayğısız anlarımız
Bir salama dəymədi?
Sən neylədin, bir düsün!
Yalnız indi anladm; ah, sən daha mənimçün
Əlçatmaz bir çiçəksən,
Yaşanmiş günlərim tək geri dönməyəcəksən!...
Qop ey tufan, əs ey yel! Xəzəl olum, tökülüm
Düz beş il ürəyimdə
Bəslədiyim məhəbbət, bir salama dəymədi.
Bir günlük həsrətimə dözə bilməyən, gülüm,
Bəs nə oldu? Bu həsrət bir salama dəymədi?
Getdin, dalınca baxdım, can ayrıldı canmdan,
Sən necə etinasız ötə bildin yanımdan?
Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,
Sənin qəlbin əsmədi.
Arxana da baxmadın!
Niyə sənin yolunu məhəbbətin kəsmədi?...
Qazancımız de, bumu?
Deyilməmiş o salam əlvidamız oldumu?
Sən mənə zülm eylədin, mənə zuülm yaraşır.
Bir salama dəyməyən esqə ölüm yaraşır!
[/quote]

Çox tanış gəlir bu şeir. Məncə bunu hansısa aktrisamız gözəl bir şəkildə söyləmişdi.

Link to comment
Share on other sites

[b]Bəxtiyar Vahabzadə
Gör necə güclüsən[/b]


Yatmaq istəyirəm...sənsizliyimi
Yuxu dənizində batıram deyə.
Yuxumsa kölgəni öz kölgəm kimi
İzləyir, qısqanıb səni hər şeyə.
Yuxum qaçaq düşüb məndən yan gəzir,
Yuxum küçələrdə sərgərdan gəzir.

Həsrətin asılıb kirpiklərimdən.
Yuxum da gəlmir ki, heç olmasa mən
İtirim, batırım səni yuxumda.
Məndən vəfalıymış sənə yuxum da.
Yuxum qaçaq düşüb yatammıram mən,
Yuxum qorxub qaçıb fikirlərimdən...

***

Gəzmək istəyirəm... sənsizliyimi
Yollarda itirim, unudum tamam.
Hara gedirəmsə, xatirən kimi
Ağır bir yük ilə qarşılaşıram.
Səni itirmişəm, neyləyim ancaq
Hər zaman, hər yerdə görünür yerin.
Yox, dözə bilmirəm, dərd ondadır ki,
Özündən ağırdır xatirələrin.
Şirin xatirələr bir tikan kimi
Yollara səpilib dəstəbədəstə.
Xatirən tikandır, cızır qəlbimi,
Yoxluğun duz səpir yaramın üstə.
Yaddaşım elə bir günəş ki, gün ki,
Dünəni nur kimi görürəm aydın.
Deyirəm, yaddaşım elə ölsün ki,
Mənə dünənimi xatırlatmasın!

***

Gülmək istəyirəm... ürəyimdəki
Hönkürtü səsini batırmaq üçün.
Bilmirdim, məhəbbət bir cəllad təki
Mənim gülüşümü öldürmüş bütün.

Yandırdı könlümü bu soyuqluğun,
Var ikən, sağ ikən yox olmuşam mən.
Gör necə güclüsən, sənin yoxluğun,
Mənim varlığımı aldı əlimdən...

Başımda tufan var, könlümdə çovğun,
Arzu da, fikir də qaldı yarıda,
Gör necə güclüsən, sənin yoxluğun
Mənə ögey etdi doğmaları da.

Fərəhim, sevincim dünəndə qaldı,
Dərdimdə, qəmimdə yaşarsan mənim.
- Yoxluğun gör necə qələbə çaldı,
Bu günüm ölüdür, yaşar dünənim!
Çaldım öz könlümü ayrı simdə mən;
İlişib qalmışam dünənimdə mən.

Link to comment
Share on other sites

[quote name='мусаватист' timestamp='1288348844' post='7601346']
ABBAS SƏHHƏT

VƏTƏN

[color="#0000FF"]Könlümün sevgili məhbubu mənim
Vətənimdir, Vətənimdir, Vətənim.
Məni xəlq eyləmiş əvvəlcə xuda,
Sonra vermiş Vətənim nəşvü- nüma.
Vətənim verdi mənə nanü- nəmək,
Vətəni, məncə, unutmaq nə demək?![/color]
[color="#FF0000"]Anadır hər kişiyə öz Vətəni:
Bəsləyib sinəsi üstündə onu.
Südüdür kim, dolanıb qanım olub,
O mənim sevgili cananım olub,
Saxlaram gözlərim üstə onu mən,
Ölərəm, əldən əgər getsə Vətən.[/color]
[color="#00FF00"]Vətənin neməti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.
Vətən - əcdadımızın mədfənidir.
Vətən - övladmızın məskənidir.
Vətəni sevməyən insan olmaz,
Olsa, ol şəxsdə vicdan olmaz[/color]
[/quote]

Ləzzət, yalnız emosiyalar oyadır :rroza:

Link to comment
Share on other sites

Gece xelvetce bize sevgili yar gelmiw idi,
Uzu aydan da gozel nazli NIGAR gelmiw idi...

Ter axib gul yanagindan bulud ortmuwdu ayi,
Onu duwmenmi qovub,konlu qubar gelmiw idi?

Ona men goz yetirib xelveti baxdim,baxdim..
Ovcunun ovlagina korpe wikar gelmiw idi..

Uyuyub her ikimiz rahet olub bir yatdiq,
Bextimin bagcasina gullu bahar gelmiw idi...

Dedi:-getmek demidir, soyle, ne istersen yar?
Bir opuw istedim ondan, yeri var, gelmiw idi...

Aglayib getdi o yar, goz yawi yandirdi meni..
Odlara yandi dilim, sanki werar gelmiw idi...

Ey, Nizami!-dedi,birden ayilib gordum o yox,
Deme royada bize cewmi-xumar gelmiw idi...


P.S. Bu qezeli uwaq vaxtindan ezber bilirem...hetta ali mektebde oxuyanda bu qezele gore meqbul da almiwam )))

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Почему результаты выпускного экзамена у мальчиков ухудшились по сравнению с девочками? - ВИДЕО
      Согласно статистике Государственного экзаменационного центра, результаты тестов у девочек выше, чем у мальчиков.
      Было отмечено, что начиная с 2001-2009 годов поступление девочек-абитуриентов в высшие учебные заведения стремительно росло.
      В 2010-2022 годах девочки превзошли мальчиков в этом соотношении.
        Эксперт по образованию Адиль Велиев считает, что причиной этого может быть то, что мальчики больше отвлекаются.
      Подробнее - в видео Xəzər TV.
       
      • 13 replies
    • Брат жестоко убитой в Казахстане Салтанат Нукеновой дал эксклюзивное интервью - ВИДЕО
      Жуткая, потрясшая всех история убийства хрупкой женщины ее мужем, возможно, не получила бы такой огласки, если бы не ее семья и брат. 
      Речь идет о громком деле об убийстве Салтанат Нукеновой ее мужем, экс-министром экономики Казахстана Куандыком Бишимбаевым. Внимание людей по всему миру сейчас приковано к трансляции судебного заседания - сможет ли влиятельный, состоятельный убийца избежать справедливого наказания? 
      Baku TV Ru поговорил с Айтбеком Амангельды, братом Салтанат, о погибшей сестре, о ее взаимоотношениях с мужем и семьей, о ее прошлом, о семьях Нукеновой и Бишимбаева, и о многом другом.
      В эксклюзивном интервью он также рассказал о том, повлияло ли данное дело на изменение взглядов общества, о психологе преступника, поступали ли угрозы ему от семьи Бишимбаева и т.д.
        Подробнее - в сюжете.
       

       
      • 1 reply
    • Буллинг в школах и агрессия в обществе. Новый выпуск «Поговорим?» - ВИДЕО
      Журналист Гамид Гамидов в новом выпуске программы «Поговорим?» представил очередное видеоинтервью. И на этот раз формат передачи несколько отличался от предыдущих выпусков - кроме знакомого ведущего в данном выпуске приняли участие его коллеги – журналисты Джамиля Алекперова, Джавид Османов и Mick Bloom.
      Журналисты обсудили насущные социальные темы, связанные с насилием. Возникает ощущение, что с начала года количество новостей, которые «пугают», стало расти.
        Комментируя данную тенденцию, собеседники в своих обсуждениях затронули буллинг в школах, уважение к старшим и тему безнаказанности, поговорили о том, нужно ли закрывать тик-ток и, как можно сократить уровень агрессии в обществе...
        • Upvote
      • 10 replies
    • Чингиз Абдуллаев: «Врачи вытащили меня с того света, Аллах меня пожалел»
      Народный писатель Азербайджана Чингиз Абдуллаев 17 апреля был выписан из Центрального таможенного госпиталя, куда был помещен из-за проблем со здоровьем 6 апреля.
      На своей странице в социальной сети Facebook писатель подробно рассказал о произошедшем, отметив следующее:
      «Я умер. Нет. Это не прозаическое резюме моего повествования. Это то, что со мной произошло. В ночь на 6 апреля и в течение дня моего юбилея 7 апреля. Я снова родился. Как констатировать смерть? Когда все внутренние органы перестают одновременно функционировать, дыхание останавливается и сердце перестаёт биться. Несколько минут подобной комы или клинической смерти превращают человека в «овощ». Врачи вытащили меня с того света, Аллах меня пожалел. Может решил, что мне пока рано. Вернул меня обратно. Страшно представить, какую боль я причинил в эти несколько дней своим близким, своим родным»
      В своем сообщении народный писатель также выразил слова благодарности: «Хочу поблагодарить всех! Моего Президента, всех друзей, знакомых, читателей и вообще незнакомых мне людей. Которые в эти дни переживали за меня. Спасибо им всем! Постараюсь оправдать Ваше доверие. Там я уже успел побывать. Теперь я совсем не боюсь. Тот, кто умирает один раз, не боится умереть во второй. Но не торопитесь. Наверное, у каждого из нас свой срок. Я вышел из больницы. На снимке люди, которые помогли мне «вернуться». Спасибо им за все!»
       
       
      https://1news.az/news/20240418121620670-CHingiz-Abdullaev-Vrachi-vytashcili-menya-s-togo-sveta-Allakh-menya-pozhalel-FOTO
        • Upvote
        • Like
      • 10 replies
    • Несовершеннолетняя девочка, которую хотели склонить к проституции, сбежала из района в Баку
      Председатель общественного объединения «Чистый мир» Мехрибан Зейналова поделилась в социальной сети «Фейсбук» вопиющей историей несовершеннолетней девочки, которая была вынуждена бежать из района в столицу.
      По словам правозащитницы, Захра (имя условное) в данный момент находится в их приюте.
      «После того, как ее родители развелись, девочка продолжала жить с матерью в районе. Через какое-то время мать передала ее знакомому мужчине (40-50 лет), сказав ему, что он может делать с ней все, что захочет. После того, как Захра прожила с ним месяц, мужчина предложил ей продавать свое тело и делить с ним деньги. Услышав это, Захра нанесла увечья своим рукам, после чего сбежала в Баку», - сообщает правозащитница.
        В Баку девочку обнаружили сотрудники Абшеронского районного управления полиции, которые сразу же доставили ее в приют Мехрибан Зейналовой.
      «То, что пережила эта малолетняя девочка, немыслимо. Надеемся, что в скором времени люди, которые заставили ее это пережить, будут наказаны. В настоящее время Захра живет с нами и получает психологическую помощь», - говорит М.Зейналова.
          https://1news.az/news/20240417044406338-Nesovershennoletnyaya-devochka-kotoruyu-khoteli-sklonit-k-prostitutsii-sbezhala-iz-raiona-v-Baku-FOTO
        • Sad
      • 32 replies
    • Хады Раджабли всё
      В мечети Тезепир проходит церемония прощания с экс-депутатом Милли Меджлиса Хады Раджабли.
      В церемонии принимают участие члены семьи покойного, депутаты Милли Меджлиса, представители общественности.
      После церемонии прощания экс-депутат будет похоронен на II Аллее почетного захоронения.
      Отметим, что Х.Раджабли скончался 17 апреля в возрасте 76 лет от сердечного приступа.
        • Facepalm
      • 93 replies
    • Какие травмы получила Айтен Сафарова? – ВИДЕО
      Стали известны некоторые подробности о состоянии здоровья телеведущей Айтен Сафаровой, попавшей в тяжелое ДТП сегодня утром.
      Муж ведущей сообщил порталу Olay.az, что у нее сломаны ребра.
      11:53
      Сегодня, 17 апреля, около 07:00 на пересечении проспекта 8 Ноября и улицы Садыгджана в Хатаинском районе Баку произошло столкновение автомобиля марки Hyundai IX-35 под управлением Исмаила Мамедова и автомобиля ведущей телеканала «Хазар» Айтен Сафаровой (Пириевой).
      Об этом сообщает пресс-служба МВД Азербайджана, пишет Репорт.
        Пострадавший в ДТП пассажир автомобиля Hyundai IX-35 Айхан Алиев был госпитализирован и скончался в больнице.
      11:21
      Известная телеведущая Айтен Сафарова в настоящее время проходит необходимые обследования в соответствующем отделении Клинического медицинского центра.
      Об этом 1news.az сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями Азербайджана (TƏBİB).
      Общественности будет предоставлена дополнительная информация.
      10:16
      Стали известны некоторые подробности дорожно-транспортного происшествия, в котором пострадала известная телеведущая Айтен Сафарова.
      Как сообщили в Главном управлении Государственной дорожной полиции города Баку, авария произошла сегодня утром, около 06:50, на территории Хатаинского района - на пересечении Зыхского шоссе и улицы Садыгджан в направлении проспекта 8 Ноября.
      В результате столкновения двух легковых автомобилей марки Hyundai одна из машин перевернулась на проезжей части и врезалась в припаркованную на обочине машину марки KIA, пишет Qafqazinfo.
      А.Сафарова госпитализирована с травмами различной степени тяжести.
      По факту ДТП начато расследование.
      09:48
      Сегодня в Хатаинском районе Баку произошло тяжелое ДТП.
      На проспекте 8 Ноября столкнулись два автомобиля марки Hyundai. За рулем одного из них находилась известная телеведущая Айтан Сафарова. Ее автомобиль перевернулся.
      Как пишет Qafqazinfo, Айтан Сафарова получила тяжелые травмы и помещена в отделение травматологии одной из больниц.


       
       
        • Sad
      • 137 replies
    • Проблему с нехваткой автостоянок в столице необходимо решать на государственном уровне.
      Специалист в области недвижимости Эльнур Фарзалиев считает, проблему с нехваткой автостоянок в столице необходимо решать на государственном уровне.
       
      В Баку нужно строить новые парковки, в противном случае цены их услуги будут продолжать расти.
      • 12 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...