Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Milli Azərbaycan ədəbiyyatı


Recommended Posts

ANA

Ana dedim, ürəyimdə yanar odlar saçıldı,
Ana dedim, bir ürpəriş hasil oldu canımda.
Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,
Ana dedim, fəqət onu görməz oldum yanımda.

Ana, Ana !.. Bu kəlmənin vurğunuyam əzəldən,
Onu gözəl anlatamaz düşündüyüm satırlar.
Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən,
Çünki onun xilqətində ayrıca bir füsun var.

Başqa aləm yaşamadım böylə gözal biçimdə,
Onu kimsə gözəlliyin cilvəsində yaratmış.
Ana, ana... çiçəkli bir fidandır ki, içimdə,
Ta əzəldən kök salaraq, ürəyimdə boy atmış.

O fidanı bə’zi vaqıt istiyorum çəkərək,
Qoparayım ürəyimdən, fəqət onda varlığım.
Sızıldarkən, sanki bir səs qopub incə və titrək,
Bir lisanla söylüyor ki: - Mənə dəymə yazığım!

Çünki səni mən bəslədim, mən böyütdüm, oxşadım,
Söylədiyin sözlər ki, var beşiyinin üstündə,
Oxuduğum türkülərin kölgəsidir, övladım!
Mənə məxsus vərəqlər var hər kitabda, hər dində.

Nə doğru söz, yazıqlar ki, görməmişəm onu mən,
Diyorlar ki, Müşfiq, xəstə bir tifildin, ananı,
Baban kimi soyuq əllər qucağına çəkərkən,
Yalnız acı fəğanların titrədirdi hər yanı.

İndi mənə hər kes:- Anan, baban varmı ?-söyləsə,
Diyorom ki, - Qapılmadan bir xülyaya, bir hissə-
Olan olmuş, keçən keçmiş, indi məni yaşadan,
Bir müqəddəs, bir səmimi, əməlim var tapdığım.

İnandığım bir qiblə var, o da hər gün, hər zaman,
Yorulmayan qollarımla, düşünərək yapdığım.
Bir aləmdir, bir aləm ki, səmaları qıpqızıl,
Yüksəkləri, alçaqları, fəzaları qıpqızıl

Link to comment
Share on other sites

  • Replies 422
  • Created
  • Last Reply

[quote name='мусаватист' timestamp='1288346392' post='7600987']


El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən!
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

[/quote]
merhum bu seiri söyleyende agladi.

http://www.youtube.com/watch?v=0DnU2iGbmcQ

Link to comment
Share on other sites

[quote name='layla_h' timestamp='1293698468' post='7997482']
Milli Azerbaijan ədəbiyyatı???? :unsure:
Maraqlıdır topike niye bele ad qoyulub?
Məgər "qeyri- milli" Azərbaycan ədəbiyyatı var?
[/quote]
meselen Cingiz Abdullayev. :)

Link to comment
Share on other sites

[b][size="5"]Nizami Gəncəvi:

(Sirlər Xəzinəsi)[/size]
[/b]


[i][size="4"]Seyr etdiyi o Nurun harda tayı, misli var?

Nə zaval dəyə bilər, nə xəyal Onu qavrar.

Aşiqliyi elə bil gözünə işıq verdi,

Görünməyən Tanrını aşiq gözüylə gördü.

Lakin, Onu görməyin məkanı, zamanı yox,

Zamandan və məkandan çünki çox ucadır, çox!

O idrakın gözündən gizlənə bilməz heç vaxt,

"Onu görə bilmərik!" deyənlər kordu ancaq.

Tapındığını görmək bir səadətdir, bəli,

Mütləq görülməlidir O, mütləq görülməli![/size][/i]


Nizami Gencevi heqiqeten de dahi bir wairdir. Onun butun minneccatlari(Allahin vesfi), natlarini(Peyqamberin(sas) vesfi) ve sonra poemalarin metnindeki ideyanin ozu ezemetlidir... bu qeder fehmi goresen haradan alirdi o?

Link to comment
Share on other sites

[b]Xəlil Rza Ulutürk
Yaşasın Xalq Cəbhəsi! [/b]

Dənizdən ayrı düşsə damla sönər, məhv olar,
Neçə milyard damlada vahid dəniz hökmü var.
Yubanmayın, tez gəlin, ey qeyrəti olanlar!
Barrikadadan gəlir bu gün Türkazər səsi,
Yaşasın Xalq Cəbhəsi!

Qarabağ- ürəyimdir, Şuşa gözüm giləsi,
Gözlərimə tuşlanıb bu gün düşmən gülləsi.
Bircə an əl saxlasa min-min Bakı fəhləsi,
Bizə kəc baxanların kəsiləcək nəfəsi,
Dayandır qatarları! Yaşasın Xalq Cəbhəsi!

Mənim Sumqayıtım var, bağrı qaynar cəhənnəm,
Qədim Gəncəbasarın ürəyi qəm, gözü nəm,
Vətənə nicat verən qüvvə yalnız özüməm,
Mənə inanmayanın yerə girsin şübhəsi,
Yaşasın Xalq Cəbhəsi!

Azərbaycan –aləmin Azadlıq meydanıdır,
Kişi gibi yaşamaq imanıdır, canıdır.
Yurdu yalnız ərənlər, qəhrəmanlar tanıdır,
Öz canından keçənlər - xalqın zəfər nəğməsi,
Darmadağın edəcək düşməni Xalq Cəbhəsi!

Ön cərgədə addımlar Xəlil, Məhəmməd Əmin
Qəti qələbəmizə o, əmin, biz də əmin.
Dünən yüzdük, bu gün min, sabah əlli min, yüz min,
Milyard üç yüz milyardlıq İslam, Turan ölkəsi
Özü boyda cəbhədir- Yaşasın Şərq cəbhəsi!

Haray, Sərab, Ərdəbil, haray, Dərbənd, Naxçıvan!
Al, gözümü verirəm, ey ulduzsuz asiman.
Gəlsin kimdə qalıbsa barı yarım damla qan,
Yıxaq, Bayılda çöksün Bastiliya qələsi,
Yaşasın Xalq Cəbhəsi!

Meydan kabinetində gəbərsin ağnayanlar,
Tank gücünə milləti əsir,qul saxlayanlar.
Öz xalqının əlini, qolunu bağlayanlar
Ən iyrənc bir kölədir, qarı düşmən köləsi,
Vur gəbərsin köləlik, yaşasın Xalq Cəbhəsi!

Ağcigərlər ölüdür, yeddi başı olsa da,
Şərəfsizlər əlindən orden, medal alsa da.
Zəlzələdən güclüdür cərgəmizdə hər səda,
Azadlıq olmalıdır hər cəngin son nəğməsi,
Yaşasın Xalq Cəbhəsi!

Dağ başında bir dağdır Minkənd, Laçın qalası,
Bu ləyaqət, bu cürət əsrlərlə qalası.
Bələnsə də qanına neçə yüz Türk balası,
Azadlığı hansı zor əlimizdən alası?
Oturdacaq yerində Xalqım hər bir nakəsi,
Yaşasın Xalq Cəbhəsi!

Volqa, İrtış, Yenisey, Xəzər bürünsün zərə,
Bütün qansoranları süpürməli Xəzərə!
Ölsün cüt başlı gürzə, qoy çarpmasın nəzərə,
Bəşəriyyət bəkləyir bir səadət töhfəsi,
Yaşasın bəşəriyyət!
Yaşasın Xalq Cəbhəsi!

Sular məni aparsa, mən ona sel deyərəm,
Yel palıdı qoparsa, mən ona yel deyərəm,
Zərbi kərən sındıran bir elə el deyərəm.
Yelin, selin, elin də birlikdədir qüvvəsi,
Təpiyinlə əzilsin qoy əqrəblər zümrəsi.

Planeti qoruyur ayıq arslan pəncəsi,
Yaşasın ayıq arslan!
Yaşasın Xalq Cəbhəsi!

20 avqust 1989

Link to comment
Share on other sites

Burax inadını, ay ömrüm ,günüm
Çəkilər göylərə harayım ,ünüm.
Dolaşar qəfildən ömür düyünüm,
Ayırar bu dünya bizi nə vaxtsa.

Dağlayar qəlbini ,dağlayar dağ-dağ,
Sinəmdə əcəlin çatdığı ocaq.
Tüstüsü gözünü yandırar ancaq,
Üşüdər qəlbini közü nə vaxtsa.

Ha səslən, dağılmaz əbədi yuxum,
Burnunun ucunu göynədər qoxum.
Çarpaz dağlar çəkər sənə yoxluğum,
Çiləyər yarana duzu nə vaxtsa.

Düşər xatirələr yadına bir-bir,
Yanarsan günlərin oduna bir-bir.
Əsər əsim-əsim ,titrəyər tir-tir,
Sınar qürurunun dizi nə vaxtsa.

Bəxtin gözlənilməz günlə rastlaşar,
Odun da, közün də Şahmarsızlaşar,
Dadın da ,duzun da Şahmarsızlaşar,
Ayırar bu dünya bizi nə vaxtsa.

ŞAHMAR ƏKBƏRZADƏ

Link to comment
Share on other sites

[b]Ülviyyə Alovlu (bizim istifadəçi :))

REKVİYEM[/b]

Nə dəyişər mən ölsəm?
Ömrüm sona çatmamış
Həyatımı dəyişsəm?
Yenə də gün çıxacaq
Eynən yağış yağacaq.
Günəş də bərq vuraraq
Yenə işıq saçacaq.
Səninsə ruhun belə,
Bundan inciməyəcək.
Axı, səninçün kiməm?
Bundan belə mən sənin
Həyatında deyiləm.
Kim xatırlayar məni?
Kim sevəcəkdir məni?
Doğrudanmı, həyata
Necə tənha gəlmişəm,
Eləcə də gedəcəm?
De, sənə kim indi
Şeirlər yazacaqdır?
Misraları cəmləyib
Sənə yollayacaqdır.
Axı, niyə vaxtında
Qədrini bilməmişəm?
Necə kor eşşək olub,
Mən səni itirmişəm?
İndi bunu özümə
Necə bağışlayacam?
Ömrüm boyu bu yükü,
Qəlbimdə daşıyacam.
Ömrüm boyu o zəngin,
O səsin həsrətiylə
Mən necə yaşayacam?
Görəsən, keçən vaxtı
Geri saymaq olarmı?
Görən, səndə yenidən
Mənə maraq olarmı?
Ürəyində səsləyib
Məni gözləyəcəksən?
Yenidən həvəslənib,
Bir ümid verəcəksən?
Mən də artıq qürursuz,
Eşqi etiraf edib
Sənə sarılacağam.
İlk addımı atacam,
Sənə yaxınlaşacam.
Daha heç zaman səni
Diqqətsiz qoymayacam.
Nə olar, ay sevgilim,
Günahımı bağışla.
Vaxtı mənə bağışla,
Qayıt yağan yağışla.
Gəl, yenidən başlayaq
Sevib-sevilməyə biz.
Qoy ellərə yayılsın
Yenə gülüşlərimiz.
Yox, yox, canım, heç zaman
Unutmadım mən səni.
Əvvəldən də gizlicə
Sevirdim hər kəlməni.
İndi də gəl qovuşaq
Nəhayət, bu sevgini
Biz vüsala çatdıraq.
Bəlkə, doğrudan bu kəs
Gözəl sonluğa yetmək
Bizə qismət olacaq?
Bəlkə yenidən qəlbin
Məni çılğın sevəcək?
Dillərin bəlkə yenə
Əzizimsən, deyəcək.
Bəlkə, gözəl olacaq,
Bəlkə də olmayacaq…
Bəlkə hər şey solacaq…
Bəlkə bu məktubum da
Yarı yolda qalacaq.
Bəlkə məktub olmadan
Bu vərəqdə donacaq.
Bəlkə də sən heç zaman
Bu sözləri oxuyub
Məni duymayacaqsan.
Bəlkə də oxuduqda
Bir şey anlamayassan.
Bəlkə də anlayacaq
Məni axmaq sanassan.
Bəlkə də axmaq sanıb
Halıma yanacaqsan.
Bəlkə də oxumadan
Onu yandıracaqsan,
Yandırıb yaxacaqsan.
Ömrümdən daha bir daş
Yerindən düşəcəkdir.
Tikilməmiş o ömrüm
Bu yerdə bitəcəkdir.
O kiçicik izlərim
Qəlbindən itəcəkdir.
Məzarımın üstünə
Yağış yaş tökəcəkdir.
Sonra toza qarışıb
Torpağa çökəcəkdir.
Bir az sonra o yerdə
Çiçəklər bitəcəkdir.
Piyadalar baxmayıb
O yerdən keçəcəkdir.
Bununla da izlərim
Tamamən itəcəkdir.
Bir cavanın da ömrü
Beləcə, bitəcəkdir…

Link to comment
Share on other sites

[b]BAHRİ HAZER
Nazim Hikmət[/b]


Ufuklardan ufuklara
ordu ordu köpüklü mor dalgalar koşuyordu;
Hazer rüzgârların dilini konuşuyor balam,
konuşup coşuyordu!
Kim demiş "çört vazmi!"
Hazer ölü bir göle benzer!
Uçsuz bucaksız başı boş tuzlu bir sudur Hazer!
Hazerde dost gezer, e.....y!..
düşman gezer!
Dalga bir dağdır
kayık bir geyik!
Dalga bir kuyu
kayık bir kova!
Çıkıyor kayık
iniyor kayık,
devrilen
bir atın
sırtından inip,
şahlanan
bir ata
biniyor kayık!

Ve Türkmen kayıkçı
dümenin yanına bağdaş kurup oturmuş.
Başında kocaman kara bir papak;
bu papak değil :
tüylü bir koyunu karnından yarıp
geçirmiş başına!
Koyunun tüyleri düşmüş kaşına!

Çıkıyor kayık
iniyor kayık

Ve kayıkçı
"Türkmenistanlı bir Buda heykeli" gibi
dümenin yanına bağdaş kurup oturmuş,
fakat, sanma ki Hazerin karşısında elpençe divan durmuş!
O bir Buda heykelinin
taştan sükûnu gibi kendinden emin
dümenin yanına bağdaş kurup oturmuş.

Bakmıyor
kayığa
sarılan
sulara!
Bakmıyor
çatlayıp
yarılan
sulara!

Çıkıyor kayık
iniyor kayık ,
devrilen
bir atın
sırtından inip
şahlanan
bir ata
biniyor kayık!

- Yaman esiyor be karayel yaman!
Sakın özünü Hazerin hilesinden aman!
Aman oyun oynamasın sana rüzgâr!

- Aldırma anam ne çıkar?
Ne çıkar
kudurtsun
karayel
suları,
Hazerde doğanın
Hazerdir mezarı!

Çıkıyor kayık
iniyor kayık
çıkıyor ka...
iniyor ka...
Çık...
in...
çık ...

Link to comment
Share on other sites

Bu ise lap damara tesir eden şerlerdendir.
Allah Rahmet elesin E.Elçibey de bunu çox severdi.

[b][size="4"]Sakarya[/size][/b]

İnsan bu, su misali, kıvrım kıvrım akar ya;
Bir yanda akan benim, öbür yanda Sakarya.

Su iner yokuşlardan, hep basamak basamak;
Benimse alın yazım, yokuşlarda susamak.

Herşey akar, su, tarih, yıldız, insan ve fikir;
Oluklar çift; birinden nur akar, birinden kir.

Akışta demetlenmiş, büyük-küçük kâinat;
Şu çıkan buluta bak, bu inen suya inat!

Fakat Sakarya başka, yokuş mu çıkıyor ne,
Kurşundan bir yük binmiş, köpükten gövdesine;

Çatlıyor, yırtınıyor yokuşu sökmek için.
Hey Sakarya, kim demiş suya vurulmaz perçin?

Rabb’im isterse, sular büklüm büklüm burulur,
Sırtına Sakarya'nın, Türk tarihi vurulur.

Eyvah eyvah, Sakarya’m, sana mı düştü bu yük?
Bu dava hor, bu dava öksüz, bu dava büyük! ..

Ne ağır imtihandır, başındaki, Sakarya!
Bin bir başlı kartalı nasıl taşır kanarya?

İnsandır sanıyordum mukaddes yüke hamal;
Hamallık ki, sonunda, ne rütbe var, ne de mal.

Yalnız acı bir lokma, zehirle pişmiş aştan;
Ve ayrılık, anneden, vatandan, arkadaştan;

Şimdi dövün Sakarya, dövünmek vakti bu an;
Kehkeşanlara kaçmış eski güneşleri an!

Hani Yunus Emre ki, kıyında geziyordu;
Hani ardına çil çil kubbeler serpen ordu?

Nerede kardeşlerin, cömert Nil, yeşil Tuna;
Giden şanlı akıncı, ne gün döner yurduna?

[b]Mermerlerin nabzında hâlâ çarpar mı tekbir?
Bulur mu deli rüzgâr o sedayı: Allah bir! [/b]

Bütün bunlar sendedir, bu girift bilmeceler;
Sakarya, kandillere katran döktü geceler.

Vicdan azabına eş, kayna kayna Sakarya,
Öz yurdunda garipsin, öz vatanında parya!

İnsan üç beş damla kan, ırmak üç beş damla su;
Bir hayata çattık ki, hayata kurmuş pusu.

[b]Geldi ölümlü yalan, gitti ölümsüz gerçek;
Siz, hayat süren leşler, sizi kim diriltecek? [/b]

Kafdağı’nı assalar, belki çeker de bir kıl!
Bu ifritten sualin, kılını çekmez akıl!

Sakarya, saf çocuğu, masum Anadolu'nun,
Divanesi ikimiz kaldık Allah yolunun!

Sen ve ben, gözyaşıyla ıslanmış hamurdanız;
Rengimize baksınlar, kandan ve çamurdanız!

Akrebin kıskacında yoğurmuş bizi kader;
Aldırma, böyle gelmiş, bu dünya böyle gider!

Bana kefendir yatak, sana tabuttur havuz;
Sen kıvrıl, ben gideyim, son Peygamber kılavuz!

Yol onun, varlık onun, gerisi hep angarya;
Yüzüstü çok süründün, ayağa kalk, Sakarya! ..

Link to comment
Share on other sites

[quote name='мусаватист' timestamp='1295087646' post='8100196']
Lezgin_Lezgin

Bu yazdıqlarınız bizim ədəbiyyat deyil.
Moderatorun imkanı olsa onları Türkiyə mədəniyyəti mövzusuna köçürsün
[/quote]

Ok...duzdur, raziyam. Gorunur canimda olan turk sevgisindendir ki, onlarin azerbaycanlisi ve ya anadolulusu ve ya turkmeni arasinda bir ferq gormurem....
Men de moderatorlardan xahiw edirem ki, ke4irsinler. Uzr isteyirem.

Link to comment
Share on other sites

[quote name='мусаватист' timestamp='1295047516' post='8098388']
[b]Ülviyyə Alovlu (bizim istifadəçi :))

REKVİYEM[/b]

Nə dəyişər mən ölsəm?
Ömrüm sona çatmamış
Həyatımı dəyişsəm?
Yenə də gün çıxacaq
Eynən yağış yağacaq.
Günəş də bərq vuraraq
Yenə işıq saçacaq.
Səninsə ruhun belə,
Bundan inciməyəcək.
Axı, səninçün kiməm?
Bundan belə mən sənin
Həyatında deyiləm.
Kim xatırlayar məni?
Kim sevəcəkdir məni?
Doğrudanmı, həyata
Necə tənha gəlmişəm,
Eləcə də gedəcəm?
De, sənə kim indi
Şeirlər yazacaqdır?
Misraları cəmləyib
Sənə yollayacaqdır.
Axı, niyə vaxtında
Qədrini bilməmişəm?
Necə kor eşşək olub,
Mən səni itirmişəm?
İndi bunu özümə
Necə bağışlayacam?
Ömrüm boyu bu yükü,
Qəlbimdə daşıyacam.
Ömrüm boyu o zəngin,
O səsin həsrətiylə
Mən necə yaşayacam?
Görəsən, keçən vaxtı
Geri saymaq olarmı?
Görən, səndə yenidən
Mənə maraq olarmı?
Ürəyində səsləyib
Məni gözləyəcəksən?
Yenidən həvəslənib,
Bir ümid verəcəksən?
Mən də artıq qürursuz,
Eşqi etiraf edib
Sənə sarılacağam.
İlk addımı atacam,
Sənə yaxınlaşacam.
Daha heç zaman səni
Diqqətsiz qoymayacam.
Nə olar, ay sevgilim,
Günahımı bağışla.
Vaxtı mənə bağışla,
Qayıt yağan yağışla.
Gəl, yenidən başlayaq
Sevib-sevilməyə biz.
Qoy ellərə yayılsın
Yenə gülüşlərimiz.
Yox, yox, canım, heç zaman
Unutmadım mən səni.
Əvvəldən də gizlicə
Sevirdim hər kəlməni.
İndi də gəl qovuşaq
Nəhayət, bu sevgini
Biz vüsala çatdıraq.
Bəlkə, doğrudan bu kəs
Gözəl sonluğa yetmək
Bizə qismət olacaq?
Bəlkə yenidən qəlbin
Məni çılğın sevəcək?
Dillərin bəlkə yenə
Əzizimsən, deyəcək.
Bəlkə, gözəl olacaq,
Bəlkə də olmayacaq…
Bəlkə hər şey solacaq…
Bəlkə bu məktubum da
Yarı yolda qalacaq.
Bəlkə məktub olmadan
Bu vərəqdə donacaq.
Bəlkə də sən heç zaman
Bu sözləri oxuyub
Məni duymayacaqsan.
Bəlkə də oxuduqda
Bir şey anlamayassan.
Bəlkə də anlayacaq
Məni axmaq sanassan.
Bəlkə də axmaq sanıb
Halıma yanacaqsan.
Bəlkə də oxumadan
Onu yandıracaqsan,
Yandırıb yaxacaqsan.
Ömrümdən daha bir daş
Yerindən düşəcəkdir.
Tikilməmiş o ömrüm
Bu yerdə bitəcəkdir.
O kiçicik izlərim
Qəlbindən itəcəkdir.
Məzarımın üstünə
Yağış yaş tökəcəkdir.
Sonra toza qarışıb
Torpağa çökəcəkdir.
Bir az sonra o yerdə
Çiçəklər bitəcəkdir.
Piyadalar baxmayıb
O yerdən keçəcəkdir.
Bununla da izlərim
Tamamən itəcəkdir.
Bir cavanın da ömrü
Beləcə, bitəcəkdir…
[/quote]

Vaaauuu, ismimi bu cür dahi əş`arların sırasına qoyduğunuz üçün sizə dəəəərin təşəkkür! [img]http://img.dispute.az/public/style_emoticons/default/rroza.gif[/img]

Link to comment
Share on other sites

[b]Qasım bəy Zakir
DOST YOLUNDA CƏFA ÇƏKDIM, CAN ÜZDÜM[/b]

Dost yolunda cəfa çəkdim, can üzdüm,
Yetişmədim bir məkana, ay mədəd!
Sərasər əndamım mum tək əridi,
Eşq atəşi düşüb canə, ay mədəd!

Muradımız şükufəsi bitmədi,
Bəlalı sərimdən sövda getmədi,
Yetər oldu ömür başə, yetmədi
Əlim zülfi-pərişanə, ay mədəd!

Qalmışam göz yolda, könül intizar,
Qəm tutub yaxamı hər yana dartar,
Mən bilmənəm necə bağlanıb yollar,
Bir gələn yox bu viranə, ay mədəd!

Ayrı düşmək vətənindən yamandı,
Diyari-ğürbətda öldüm, amandı!
İtirmişəm yarı xeyli zamandı,
Axtarıram yanə-yanə, ay mədəd!

Bir kimsənin yoxdu məndən xəbəri
O qaşları yayı sevəndən bəri,
Şikəstə Zakirəm, ahım əsəri
Od salıbdı asimanə, ay mədəd!

Link to comment
Share on other sites

[b]Qasım bəy Zakir
TÜLKÜ VӘ QURD[/b]

Bir rubәһi-güһәnsalә gedirdi,
Qismәt üçün seyri-alәm edirdi.

Obadan kәnara gördü, ittifaq,
Atıblar sәһrayә bir dünbeyi-çaq.

Diqqәt ilә baxıb, tәlәni seçdi,
Yavuğa duşmәynb, uzaqdan keçdi
.
Gәzәr ikәn oldu bir qurda dwçar,
Dedi: «filan yerdә yaxşı tömә var».

Biçarәni çәkә-çәkә gәtirdi,
Bir azca qalmışdı quyruğu gerdi.

Dedi: «tәәccübәm, sәn belә şeyә
Duçar oldun, özun yemәdin niyә?

Dedi: «boynumda var ğәza orucum,
Tutmuşam ki, saqit ola borcum,

Soxuldu quyruğu yerdәn götürә,
Neçә gündü naһarsızdı, ötürә;

Çırtlayıb, payinә tәlә oldu bәnd,
O yana, bu yana tullandı һәrçәnd,

Nә qәdәr güc vurdu, götürmәdi әl,
Kәsilib әlacı, qaldı mәәttәl.

Tülkünün әlinә düşdu kirəvә,
Quyruğu yeyirdi çox sevә-sevә.

Dedi: «sәn deyirdin orucam, bayaq,
Nәdir yeyirsәn indi bu sayaq?»

.Dedi: «oruc idim, amma bu axşam
Tәzә ayı görüb, etmişəm bayram»

һiylәsinә o pürfәnin inandı,
— Bәs mәnim bayramım, — dedi, — һaçandı?

— Sәnin dә bayramın saһibi-tәlә
Gәlәndәdir, — dedi, — tәlәsmә һәlә.

һәr kimsәdә ola әqlü fәһmü һuş,
Bu mәsәli eylәmәsin fәramuş:

Әvvәl gәrәk suyu yoxlasın möһkәm,
Boylayandan sonra soyunsun adәm.

Nәinki etmәyib fikir, әndişә,
Sala canavar tәk özünü işә.

һәm özünün payın, һәm onun payın
"Tülkü yeyә bidәrd-sәr, arxayın.

Link to comment
Share on other sites

VAXT ALDANMADI

Qızıla mis qatdılar,
bala - şəkər,
südə - su.
Dəyərsizi, ucuzu bahaya satmaq üçün.
Baqqal çəki daşının içini oydu, oydu
Alıcını çəkidə müdam aldatmaq üçün.
Özgəsinin yerinə imzalar da atdılar.
Torpağa gil qatdılar.
Sementə kül qatdılar.
Cığaradan, kağızdan
Saxta gül yaratdılar,
Saxta pul yaratdılar.
Hər yerdə ölçüləri qısaldıb uzatdılar.
Bir sözlə, saxtalıqlar üstdə bərqərar olan
Bir dünya yaratdılar.
Bu yalan bazarında aldadan da özünü
Haqlı bilir, haqq sanır
Aldadan anlamır ki, aldadanda aldanır.
Bu dünyanın ələyi xəlbirinə qarışdı.
Yamanlıqla yaxşılıq bir-birinə qarışdı.
Həqiqəti rəngləyib, ağartdılar bozları.
Dünyanın ən hiyləgər, mahir kələkbazları
Saat ilə təqvimə əl qata bilmədilər,
Yalnız vaxtı, zamanı aldada bilmədilər.

Bəxtiyar Vahabzadə

Link to comment
Share on other sites

[b]QURBANI
DAR OLMAZ[/b]

Qəm yemə, qəm yemə, divanə könlüm,
Həmişə ruzigar belə dar olmaz!
On bir il çəkmişəm zimistan qəhrin,
O nə güldü, çevrəsində xar olmaz?!

Siyah zülfü daraq ilə dara gör!
Öz könlünü öz dərdinə dara gör!
Gözəllərin neçəsini dərə gör!1
Özgə bağda belə heyva, nar olmaz!

Əgər şahdan bizə qəzəb olmasa,
Qəzəb atəşindən əzab olmasa,
Ortalıqda çuğul, gəzzab olmasa,
Dünya bahar olar, boran, qar olmaz!

Hər bir adam öz yerində oturmaz,
Ağlın zaya verməz, fəhmin itirməz,
İgidlər könlünə şikvə2 gətirməz,
Necə dağdı quzeyində qar olmaz?!

Sənsən Qurbaninin gül üzlü yarı,
Qalsa qürbət eldə, artar azarı,
Sağ olsun dünyada vəfalı yarı,
Bir mən ölməgilən dünya tar olmaz.

Link to comment
Share on other sites

[b]QURBANI
AYRI[/b]

Səhər bülbülləri nə fəğan eylər,
Düşərgə güzarı çəməndən ayrı.
Səhər-səhər gönçəsindən ayrılan,
Şəqayiqlər gülməz səməndən ayrı.

Yanında dayanan yoldaşların var,
Sirrini saxlayan sirdaşların var,
Sənin elin, günün, qardaşların var,
Mənim kimsənəm yox, yar, səndən ayrı.

Dedim, Pəri, nə elərsən məhpara,
Mənim həsrət gözüm heç uymaz xara,
Bir qətrə yaş tökdün, bir də dübara,
Əqiqdən, yaqutdan, yəməndən ayrı.

Qurbani der: məgər axırzamandı?
Sevgi sevgisindən ayrı zamandı,
Bağrım dəlik-dəlik, sinəm peykandı,
Mənim üzüm gülməz vətəndən ayrı.

Link to comment
Share on other sites

Ala gözlü pirim geldi
Eşiden gelsin işte meydan
Dörd qapıyı qırk maqamı
Bilen gelsin iste meydan

Men pirimi heq bilirim
Yoluna canim veririm
Dün doğdum bugün ölürüm
Ölen gelsin işte meydan


Bağ olan yerde bağ olur
Gül olan yerde diken olur
Bu sitemler çok zor olur
Çeken gelsin işte meydan



şah Xetai der sırrını
Ortaya qoymuş başini
Nesimi tekin derisin
Yüzen gelsin iste meydan

Link to comment
Share on other sites

TÖVHİD

“De ki, o, allahdır” onun sözüdür,
Alqışa, sənaya layiq özüdür.
O, təkdir, qeyrisi tək ola bilməz,
Həmişə mövcuddur, doğmaz-törəməz.
Adı haqq əhlinə gün tək əyandır,
Əbədi yaşayan, qadir olandır.
Adı başlanğıcdır əhdə, inama,
Qur`an da adıyla yetdi tamama.
Onun xaricində yoxdur bir məkan,
Onun sifətindən yoxdur bir nişan.
Vücudu cövhərdən, ərəzdən uzaq.
Varliğı səhhətdən, mərəzdən uzaq.
Tayı olmamışdır mövcud olalı,
O, mövcud olduqca dəyişməz halı.
Qüdrəti ağ sudan, qara torpaqdan
Ay, günəş yaratdı, nurlandı cahan.
Xilqətin məğzidir, qalan pərdədir,
Dünyada nə varsa, odur birbəbir.
Varlığı idrakın fövqündə durur,
Zatına irişməz bu aciz şüur.
Kim onun zatına əl atsa əgər,
“Yoxdur haqdan başqa ilahi”- deyər.
Ağıl dərk eləməz onun zatını,
Düsüncə qavramaz bir sifatını.
Onunla yaranmış gizli, aşikar,
Dünya və dünyada gördüyün nə var.
Onu dərk etməyib göydə mələklər
Fikir dəryasına qərq olub yeksər.
Hər iki dünyada, o eyləyənə
Kimsə deyə bilməz necə, niyə, nə.
Nəçidir? Necədir?- deyən dillərə
O sükut qıfılı vurmuş bir kərə.
Ey ağlı artıqdan-əskikdən uzaq,
Sən yol göstərməyən mütləq azacaq.
Xilqətin sirrini dünyada bir kəs
Sənin gözlərinlə baxmasa, görməz.
Camalın bir yandan nihandan nihan.
Bir yandan hər yerdə gün kimi əyan.
Nə varmış, nə varsa, sənsən yaradan.
Sənsən hər bir şeyi açan, bağlayan.
Bir qapı bağlasan, birin açarsan,
Vardın, olacaqsan, indi də varsan.
Yoxdan var eyləyən, yetirən sənsən,
Hamını səcdəyə gətirən sənsən.
Verməsən varının olmaz hüdudu,
Versən də əzəli adətindir bu.
Əgər sən olmasan, biz nə geyərik?!
Köməyin olmasa, bəs nə yeyərik?
Nə qədər şükr etsək, azdır, şübhəsiz.
Zatının əslinə kimsə irişməz,
Səni dərk etməyə idrak girişməz.
Vüqarın yanında səmadır alçaq,
Cəlalın yanında bir heçdir torpaq.
Kim bilsin, ey misli, tayı olmayan,
Sən kimsən, sənə nə ad versin insan.
De ağıl zatına necə versin ad!?
Düşüncə bu yerdə açarmı qanad?!
Hardasan, harada salmısan məskən?
Hər nə var sənindir, sən kiminkisən?!
Hesaba sığmayır sənin qüdrətin,
Hədsiz –hüdudsuzdur sənin sənətin.
Camalın minlərlə pərdə açaraq
Dərdli ürəklərə nur çiləyir, bax,
Ürək səndən alır can ətri hər an,
Ancağ sən deyənə qulaq asır can.
Rəhmətin əbədi, həmişəlikdir,
Səndən törənmişdir həmişə xeyir.
Kim nə ad verərsə, layiqsən ona,
Çünki hüdud yoxdur sənin zatına.
Sənin xəzinəndə tilsimlər sınar,
Zatın yerləşəcək hansı bir ad var?!
Sənin məfhumuna kim, necə çatar?
Səninçin hansı ad, hansı rütbə var?
Kimsə görməyibsə səni heç əgər,
O, sənin adını haradan bilər?
Sən necə tilsimsən, pis gözdən iraq.
Adları yandırır nurun, işə bax.
Ağıl axtarsa da, səni durmadan
Qalır adın, zatın yenə də pünhan.
Əvhədi, sözlərin tamam yalandır,
O, açıq gözlərə nur tək əyandır.
Eşqə bu dünyada azdır xiridar,
Yoxsa ki, mə`şuqə durur, aşikar.
Yaxşı diqqət elə, dünyada nə var,
Ondan bir zərrə də deyildir kənar.
Gözlərin görmürsə, kimdə günah var?
Odur kainatda ancaq aşikar,
O kimdir, o nədir, yaxşı tanı, bil,
Onda bilərsən ki, bu söz boş deyil.
Sən dostu görməmiş, ey şüuru kəm,
Ya var, ya yox deyib tez çəkmə qələm.
Bu yolda hər şeyə pərdə özünsən,
Qaldırsan pərdəni sən olarsan sən.
Örtülü olsa da, bu söz yaxşı bax.
Biz dost söhbətini dinlədik ancaq.
ƏVHƏDİ MARAĞALI VƏ ONUN “CAMİ-CƏM “ ƏSƏRİ

Link to comment
Share on other sites

İyulun isti günlərinin birində dağların arası ilə uzanan əyri-üyrü, eniş-yoxuş yol ilə iki atlı gedirdi. Bunlardan biri iyirmi yaşında gənc, digəri yetmiş sininə varmış bir qoca idi. Bu iki şəxsin yaşlarında bu qədər böyük fərq olduğu halda, zahirlərində bir o qədər fərq görünməyirdi. Hər birisinin əynində pişmət, çərkəzi çuxa, belində kəmər, xəncər və qılınc, başında dəri papaq, çiynində qara yapıncı və boynunda ağ başlıq var idi. Qocanın at üstündə əyləşməsi, əzasının hərəkəti, alıçı quş kimi baxışı gəncdən seçilməyirdi. Lakin qocalıq nişanəsi üzünün qırışından və uzun ağ saqqalından görünürdü. Yol getdikcə daralırdı. Dağlardan enib indi qayadöşü incə bir yol ilə gedirdilər. Onun yuxarı tərəfi divar kimi ucalan sıldırım qayalar, alt tərəfi göz qaraldan uçurum dərələr idi. Bu qorxulu yol ilə səfər etmək qeyrilərə namümkün olduğu halda, Dağıstan əhalisinə və onların atlarına adi bir şeydir.
Vaxt günortaya yaxınlaşmışdı. Susuzluqdan hər iki süvari yanırdı. Ələlxüsus, susuzluq gəncə artıq təsir eləyirdi. Onun gözləri səbirsiz və iztirab ilə su arayırdı. Bu halda gəncin qulağına su şırıltısı gəldi.
- Baba, muştuluq olsun, irəlidən su səsi gəlir, - deyə cavan atını sürdü.
Qoca təbəssüm ilə ona nəzər salaraq, başını yırğaladı. Gənc bulağa çatdıqda gördü ki, suyun rəngi qırmızıya çalır. Buna baxmayaraq susuzluğunu tezcə rəf etmək üçün bir qurtum su içər-içməz:
- Bu nə sudur? - deyə ayağa qalxdı. Bu halda qoca gəlib ona çatdı və gülümsəyərək dedi:
- Susuzluğunu rəf etdinmi, oğlum?
- Xeyr, baba, bu bulağın suyu içməli deyil, zəfir dadı verir, rəngi də qana bənzəyir, - deyə cavab verdi.
- Elədir, oğlum, bu "Qan bulağı"dır, əbunun suyu dəmir ilə qarışmış, bu su qansızlara və bəzi naxoşlara dərmandır.
Cavan sordu:
- Bu "Qan bulağı" adını nədən almış, baba?
- Bir az səbir et, oğlum, bulağın hekayəsini sənə söylərəm. İndi isə ardımca sür, bu yaxında içməli su var, - deyə qoca atını sürdü.
Bir qədər getdikdən sonra gözəl bir bulağa rast gəldilər, atdan endilər. Cavan xurcunundan yemək çıxarıb süfrə salmağa məşğul oldu. Nahardan sonra qoca yapıncısını yerə sərib üstünə uzandı. Cavan onun "Qan bulağı" barəsində verdiyi vədəyə müntəzir, qarşısında əyləşmişdi. Qoca gözlərini yumub bir müddət sükuta getdi. Gənc elə fikir etdi ki, qoca vədəsini unudub yuxuya daldı. Lakin fikri yanlış idi. Bir azdan sonra qoca gözlərini açdı, başlığını büküb dirsəyinin altına qoydu və dərindən bir ah çəkib dedi:
- Ulu Qafqaz, ulu dağlar! Hər bir daşın bir tarıxdir. Kimlər gəlib sinəndən keçmədi, çaylarını qızıl qana döndərmədi!..


- Oğlum, bu dərə, bu torpağı iki yerə təsqim edir. Belə rəvayət edirlər ki, qədim zamanda bu dərənin o tərəfində böyük bir qəbilə, başında Misir xan adında bir rəis və bu tərəfində, digər bir silsilə Surxay xanın rəisliyi ilə sakin olurmuşlar. Ittifaqən bu iki xanın arasında qan davası düşür, bunlar bir-birlərini tələf etməyə başlayırlar. Bir müddət keçmiş, Misir xan və Surxay xan bir də baxıb görürlər ki, cəmi oğlanları və yaxın əqrəbaları bu qan davasında qırılıb tələf olmuşlar. Ədavət isə yenə yatmıyıb baqi qalır. Lakin hər iki rəis yeni övladlarının dünyaya gəlməsinə müntəzir olur ki, onların köməkliyi ilə düşməndən intiqam alsın. Ittifaqən bunların bir gecədə iki övladı təvəllüd edir. Surxay xanın oğlu, Misir xanın qızı olur. Bu ittifaqdan nə qədər Surxay xan şad olursa, bir o qədər də Misir xan qəmgin və məyus olur. Misir xanın anası, oğlunu belə məyus və qəmgin gördükdə deyir:
- Oğlum, qəm etmə, bilirəm səni pərişan edən nədir. [b]Məgər qız tayfası düşməndən intiqam ala bilməz? Onlara da oğlan kimi tərbiyə versən, igidlikdə hər kəsdən geri qalmazlar[/b].
Bunu eşitcək Misir xan yerindən sıçrayıb qalxır və anasını qucaqlayaraq deyir:
- Ana, fikrin çox gözəldir, ancaq de görüm, qızım olduğunu kim bilir?
- Məndən və arvadından başqa kimsə bilməyir, - deyə anası cavab verir.
- Çox gözəl, indi mənim qızım olmağını gərək bir adam bilməsin. Sabahdan oğlum olduğunu elan edəcəyəm, sən deyən tərbiyəni də qızıma özüm verəcəyəm, lakin bu sirrin gizli qalması səninlə anasından asılıdır.
- Arxayın ol, oğlum, əmrin yerinə yetər, - deyə anası cavab verdi. On gündən sonra Misir xan qızına Teymur xan namını verir və bu sirr pünhan qalmaq üçün həmin bu müqabilimizdəki qayanın döşündə bir köşk bina edib, orada sakin olur.
Teymur xan atasının nəzarəti altında tərbiyə alaraq, nağıl olunan köşkdə böyüməyə başlayır. Onun oyun şeyləri: tüfəng, xəncər, qılınc və yoldaşları bu qayalar sakini laçın, qaraquş, tərlan kimi yırtıcı quşlar olur. Belə tərbiyə nəticəsi olaraq on yaşında Teymur xan at minmədə, tüfəng atmada, qılınc vurmada igid cavanlardan geri qalmayır.
Burlardan artıq insanları heyrətə gətirən Teymur xanın vəsfə gəlmədiyi gözəlliyi olur.
Bu tərəfdən Surxay xanın oğlu Paşa xan, Teymur xan kii igidlikdə və gözəllikdə məşhur olur.
Bu iki uşaq böyüyüb on səkkiz yaşına çatır, bunların igidliyi və gözəlliyi ətraf və əknafa yayılır. Bu vaxta qədər görüşmək mümkün olmamışdı. Ittifaqən bu iki cavan yekdigərinə rast gələrsə, biri və bəlkə ikisi də tələf olmaqlarını hiss edirmişlər. Bununla bərabər görüşmək arzusu hər ikisində gündən-günə qüvvətlənir. Oğlum! Əcdadımızdan bizə irs qalmış qana-qan etmək adətinə qurban olan bu cavanlar axırda bir-biriləri ilə görüşürlər. Belə ki, baharın gözəl səhərlərinin birində Teymur xan ov arxasınca, sərhədləri olan bu dərəni aşıb o tərəfə keçir. O zaman Paşa xan da ova çıxmış olur. Bu iki aslan, gördüyün "Qan bulağı"nın başında bir-birlərinə rast gəlir. Bir müddət bir-birlərinin gözəl camalına heyran olub qalırlar. Paşa xan Teymur xanın fövqəladə gözəlliyinə heyran olur. Teymur xan isə on səkkiz ilin ərzində qadınlığa müğayir yırtıcı qaniçici quş kimi aldığı tərbiyənin onda qadınlıq hissini hələ puç etmədiyini indi anlayır, eşq odu onun ürəyini yaxıb-yandırır, hər zaman igidləri xofa salan gözləri indi Paşa xana xumar-xumar baxıb ondan aman gözləyir. Paşa xan heyrətdən ayılıb, Teymur xanın kim olduğunu duyursa da sorur:
- Sən kimsən?
- Sən özün kimsən?
- Mən bu torpağın sahibi Surxay xanın oğlu Paşa xanam.
- Mən də bu torpağın sahibi Misir xanın övladı Teymur xanam.
Bu sual-cavabdan sonra hər ikisi bir-birlərinə düşmənçilik nəzərilə baxmağa başlayır. Axırda Paşa xan:
- Camalın çox gözəldir, buna söz yox, görək qılınc vurmağın necədir? - deyə qılıncını çıxarır.
Onun cavabında:
- İndi qılınc vurmağımı da görüb bəyənərsən, - deyə Teymur xan da qılıncını çıxarıb Paşa xanın üstünə hücum edir.
Oğlum, necə ki, göy üzərində əvvəl şimşək parlayıb, sonra gurultu sədası gələr, elə də bu iki cavanın qılıncı od parladıb bu qayalara səs salır. Xeyli müddət çarpışırlar, lakin bir-birlərinə zəfər yetirə bilməyirlər. Bu halda günəş dağın dalında tülu edir. Onun zərrələri Teymur xanın gözlərinə ox kimi sancılıb qamaşdırır və bu anda Paşa xan fürsət tapıb qılıncı Teymur xanın sinəsindən vurur. Teymur xan yıxılır. Qan çeşmə kimi sinəsindən axıb baharın təzə və tər otlarını və çiçəklərini boyayır.
Paşa qılıncını atıb Teymur xanın yarasını bağlamaq qəsdilə sinəsini açır.
- Aman, ya rəbb, sən qadın imişsən! - deyə qışqırır və Teymur xanın başını dizi üstə alıb:
- Söylə, söylə, gözəlim! O soluq nəfəsinlə mənə lənətini, nifrətini izhar elə, - deyə fəryad edir.
Teymur xan zərif səs ilə cavabında:
- Paşa xan, sənə eşqimi izhar edirəm. Bu çirkin adətə lənət və nifrət! Ah, təbiət nə gözəldir! Paşa xan mən gedirəm, əlvida!
- Toxta, bir az toxta, gözəlim. Paşa da səninlə gedir.
Paşa xan xəncərini çıxarıb öz sinəsinə vurur və Teymur xanı ağuşuna alıb deyir:
- İndi qoy mənim də qanım səninkinə qarışsın!

Oğlum, o vaxt bu dağlarda zəlzələ zühur edir və həmin yerdən dağ aralanıb iki novcavanı ağuşuna alır. Bir müddət keçərək gördüyün "Qan bulağı" qaya arasında cari olur. Rəvayətə görə həmin bulağın suyu Paşa xan ilə Teymur xanın qanından əmələ gəlmişdir.


Süleyman Sani Axundov.

Link to comment
Share on other sites

  • 2 weeks later...

[b]Xaqani
[/b]
Şirvan ki var hər cəhətdən ülviyyətin anasıdır,
Onun hər cür səhər yeli dərdlərimin davasıdır

Mən vətənə qurban olum, qurulmuşdur düzgünlüklə
Bağdadı da dolandıran onun bollu qidasıdır.

Şirvan əhli alicənab yaranmışdır, başdan-baş
O yer gözəl təbiətli bir lətafət məvasıdır.

Bağdad isə bir əlillər ölkəsidir, orada, bax,
Hər tərəfi çulğalayan ahü nalə sədasıdır.

Vətənimin fəqirləri dözümlüdür hər zəhmətə,
Gözləri tox, ürəkləri sanki kərəm dəryasıdır.

Çörəkləri arpadan da olsa yenə qanedirlər,
Düyü qədər pulu olsa qürrələnməz, ədasıdır.

İndi Şirvan həsrət ilə mənə qalmış intizarda,
Çünki ora ədəb yurdu, cəsur şirlər yuvasıdır.

Mərifətdə Şirvan əhli yüksək durur ərəblərdən,
Xaqaniyə həyat verən doğma yurdun havasıdır.

Link to comment
Share on other sites

Harda əkərsən bitərəm
Harda çağırsan yetərəm
Ərənlər yolun tutaram
Ğazilər deyin Şah mənəm



Xətayiyəm al atlıyam
Sözü şəkkərdən tatlıyam
Murtəza Əli zatlıyam
Ğazilər deyin Şah mənəm

Link to comment
Share on other sites

Var bu cahandan özgə bizim bir cahanımız,
Surət bu aləm oldu bizə, ol məkanımız.

Zatına həyyü baqi demişlər bu cövhərin,
Şol kim, bizim-cahanımız olmuş bu canımız.

Ey də’vət eyləyən bizi firdövsə, eylə bil,
Cənnətdən özgə vardurur ə’la məkanımız.

Cövhər ki, dutdu aləmi rövşən günəş kimi,
Andandır aşikara bu gənci-nihanımız.

Cövhərləri zühura gətirdi çü nitqi-həq,
Gör kim, nə feyzə gəldi yenə bəhrü kanımız.

Ol kim, bizim həqiqətimizdir xəyalımız,
Yoxdur nişanı qılca, nə bilsin nişanımız.

Sən bu [color="#0000FF"][b]Nəsiminin[/b][/color] dilini anla, bil sözün
Kim, var bu dildən özgə bizim bir lisanımız.

Link to comment
Share on other sites

Dərdü qəm ilə yandı könül, yar bulunmaz,
Çox darü diyar istədi, dəyyar bulunmaz.

Yaram, deyici çoxdurur, amma bəhəqiqət,
Fürsət gəlicək, yari-vəfadar bulunmaz.

Adət budurur kim, dili dildara verərlər,
Dil getdi əlimizdənü dildar bulunmaz.

Neçə kişilər də’viyi-islam edər, amma
Tək arada bir xaç ilə zünnar bulunmaz.

Hər bihünər, insafı yox uş mənsəbi tutdu,
Sahibhünərə mənsəbi-idrar bulunmaz.

Hər kişidə bir cübbəvü dəstar olur, amma
Min başda biri layiqi-dəstar bulunmaz.

Çün çərxi-fələk cahilü nadan sevər oldu,
Pəs lacərəm uş fəzlə xəridar bulunmaz.

Tərrar gər aparsa qamu rəxti rəvadır,
Çün qafilədə bir kişi bidar bulunmaz.

Xəlqin əməli azdı, könül yıxıcı öküş,
Bir xəstə könül yapıcı me’mar bulunmaz.

Var, dərdə təhəmmül qılü səbr eylə cəfaya,
Çün dil diləyi əndəkü bisyar bulunmaz.

Zərq işi, riya üştə kasad eylədi fəzli,
Elm əhlinə bir rövnəqi-bazar bulunmaz.

Var özüni faş etmə, [color="#0000FF"][b]Nəsimi[/b][/color], kişiyə kim,
Aləmdə bu gün məhrəmi-əsrar bulunmaz.

Link to comment
Share on other sites

Sirri-ənəlhəq söylərəm aləmdə, pünhan gəlmişəm,
Həm həq derəm, həq məndədir, həm xətmi-insan gəlmişəm.

Həm Lövhü Tovratü Zəbur, Incilü Qur’anü Sühəf,
Həm mən kəlami-natiqəm, həm cəm’i-Qur’an gəlmişəm.

Həm ayəti-rəhman mənəm, həm rəhməti-rəhman mənəm,
Həm vəhyi-mütləq söylərəm, həm nuri-yəzdən gəlmişəm.

Musa kimi didarına müştaqsan, gəl üştə gör,
Anəstünaram, həm şəcər, Musi-bin-Imran gəlmişəm.

Sevdan ilə məst olmuşam, həm içmişəm qəmdən müdam,
Məsti-ələstin camıyam niçün ki, tüğyan gəlmişəm.

Həm mən qələndərsurətəm, fərdəm, mücərrəd təcridəm,
Oldum fəqirü həm gəda, həm mülkə sultan gəlmişəm.

La-reybə-illa vəchəhu gəldi anın vəchində uş,
Aləmdə hüsnün vəchinə mən vəchi-bürhan gəlmişəm.

Hüsnü camalın nəqşini gördü əzəldə gözlərim,
Bu hüsnə heyran olmuşam, mən nəqşə heyran gəlmişəm.

Mişkin saçın zülmatına yol bulmaq istər, Xızrı gör,
Lə’lin şərabın içmişəm, mən abi-heyvan gəlmişəm.

Gəlmiş cahana şərh edər şimdi [color="#0000FF"][b]Nəsimi[/b][/color] həq sözün,
Ani kim idrak eyləsin, mən sirri-pünhan gəlmişəm

Link to comment
Share on other sites

  • 2 weeks later...

[b]ƏHMƏD CAVAD
MAYIS[/b]

Mən hər ildə bir mayısa
Lap çox ümidlər bağlaram.
Hər gələcək mayıs üçün
Nisan ağlar, mən ağlaram.

Düşdüm çorluq biyabana,
Sığınamam bir insana.
Gözəl mayıs ümid səna
Hər yan ağlar, mən ağlaram!

Bax dumana - dağ başında,
Dərdə düşmüş - gül yaşında,
Coşmuş gözlər - yaz başında,
Duman ağlar, mən ağlaram!

Sənsiz bir gül, ya bir şer
Hərdən məni məmnun edir.
Sorsa bir kəs dərdin nədir?
Soran ağlar, mən ağlaram!

Açmazmı gül sağda, solda,
Görünməzmi bəyaz alda?!
Sənsiz böylə, yarı yolda,
Qalan ağlar, mən ağlaram!

Olmadan axşam əzanı,
Yola çıxart yol azanı.
Kəsmiş yolu dərd tufanı,
Karvan ağlar, mən ağlaram!

Səccadəyə alın sürtəm,
Birlikdə bir cənnət görən,
Haqq yolunda Xəlil verən
Qurban ağlar, mən ağlaram!

Boş çıxarsa bunca əmək,
Babalarca bu nə demək?!
Qədərmidir, yoxsa fələk,
Duyan ağlar, mən ağlaram!

Xoş hər mayıs batmaz yasa,
Hər zamanmı mənə taza?!
O gün də bir gün olmasa,
Vicdan ağlar, mən ağlaram!

Link to comment
Share on other sites

GECƏ DƏ, GÜNDÜZ DƏ FİKRİMDƏ SƏNSƏN

[b]Gecə də, gündüz də fikrimdə
sənsən,
Mən kimin fikrində
yaşayım, söylə?
De, hansı bir ürək qəbul eləyər
Məni sən ünvanlı, dərdlə, gileylə.[/b]
Hansı bir ürəyə yan alsam əgər,
Dərdimin adından biləcək yadam.
Biləcək gəlməyəm, köçəri quşam
Soyuğam, uzağam, dərdəm, fəryadam.
Olsa, olsa məni qonaq eyləyər
Baxıb gözlərimin məzunluğuna
Mənsə səhər durub gizli qaçaram
Utanıb əlvida demərəm ona...

Gecə də, gündüz də fikrimdə
sənsən,
Mən kimin fikrində
yaşayım, söylə?

Əli Kərim

Link to comment
Share on other sites

[b]Mirzə Şəfi Vazeh[/b]

Bülbülün bağrı yanıq, nəğməsi nalan bu gecə,
Doldurub bağçaları, bağları hicran bu gecə.
Çöl yatıb, çay uyuyub bir əbədi nəğmə ilə,
Ay doğub, ayna sular nur ilə rəqsan bu gecə.

Bütün aləm yuxuda, təkcə məhəbbətdir oyaq,
Ona aydın görünür hər tərəf, hər yan bu gecə.
Unudub dərdi-qəmi gör nə yatıb insanlar,
Yenə bülbül oxuyur onlara dastan bu gecə.

Link to comment
Share on other sites

İNSAF DA YAXŞI ŞEYDİR


Ürəyimin sevinci

Sənin yadigarınır.

Yuxumu qaçıran da

Sənin intizarındır.



Sən dərdimdən xəbərsiz,

Sən nəş`əli, kədərsiz.

Görən deyir:

Bu göyçək

Hansı bəxtəvərindir.

El içində xar oldum.

Dildən-dilə car oldum.

Yar deməyə qorxuram,

əcəb bəxtiyar oldum!



Gözlərinin rəngini

Dağlarda axtarmışam.

Saçlarının ətrini

Bağlarda axtarmışam.

Mən gələndə gedirsən.

Mən gedəndə gəlirsən.

Elə bil sən baharsan,

Mən şaxtalı bir qışam.



Qərarımı kəsən yar!

Söz deməmiş küsən yar!

Nə dedim ki, incidin!

De! Bu mən, yar, bu sən, yar!



Fərhad olsaydım əgər

Qayaları yarardım.

Məcnun olsaydım əgər

Min fəryad qoparardım.

Dedim: "sevirəm səni!”

Dedin: - Eh, gözüm aydın.

Burda nitqim kəsildi.

Burda sözüm qurtardı.

Könlüm nəğməli neydir,

Dilim dolu gileydir.

Öldürdü nazın məni,

İnsaf da yaxşı şeydir.


Resul Rza

Link to comment
Share on other sites

  • 3 weeks later...

M.Ə.Sabir
Qafqazlılarız

Amalımız, əfkarımız ifnayi-vətəndir,
Kinü qərəzü hirs bizə rahi-bədəndir,
Əfal yox, ancaq işimiz lafi-dəhəndir,
Dünyadə əsarətlə bütün kam alırız biz,
Qafqazlılarız, yol kəsiriz, nam alırız biz.



Əqrəb kimi neştər gücü var dırnağımızda,
İslam susuz olsa, su yox bardağımızda,
Hər küncdə min tülkü yatıb çardağımızda,
Min hiylə qurub rütbəvü ikram alırız biz,
Qafqazlılarız, yol kəsiriz, nam alırız biz.



Qafqazlı adı aləmə ikrah rəsandır,
Quldur, qoçumuz zülmdə məşhuri-cahandır,
Kim dersə tərəqqi edəriz, məncə, yalandır,
Bəxlü həsədə adət edib kam alırız biz,
Qafqazlılarız, yol kəsiriz, nam alırız biz.



Biz xoşlamanıq dərsi ki, min məktəb açılsın,
Gər min də maarif sözü dünyaya saçılsın,
Məktəbdə nə hörmət ki, о samana qaçılsın?
Meyxanada votqa vurarız, kam alırız biz,
Qafqazlılarız, məst olarız, nam alırız biz.



Avropalı öz millətin ihya edir, etsin,
Şənü şərəfi-qövmünü ihya edir, etsin,
Insanlıq adın dəhrdə ibqa edir, etsin,
Qəflətdə yatıb, ad batırıb, nam alırız biz,
Başa yumuruq zolladırız, kam alırız biz.

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Проблему с нехваткой автостоянок в столице необходимо решать на государственном уровне.
      Специалист в области недвижимости Эльнур Фарзалиев считает, проблему с нехваткой автостоянок в столице необходимо решать на государственном уровне.
       
      В Баку нужно строить новые парковки, в противном случае цены их услуги будут продолжать расти.
      • 3 replies
    • В Азербайджане удостоверения личности будут полностью оцифрованы
      До конца года в законодательство будут внесены изменения, которые предусматривают полную оцифровку свидетельств о рождении, браке и смерти, а также удостоверений личности в Азербайджане.
      Как сообщает Report, об этом министр цифрового развития и транспорта Рашад Набиев сказал на проходящем сегодня в Баку саммите Insurtech.
      По его словам, на выдачу данных документов приходится около 40% всех услуг, предоставляемых государством населению: «В связи с этим в законодательство будет внесено более 250 актов и изменений».
      Набиев подчеркнул, что с этими изменениями подавляющее большинство транзакций между государством и бизнесом, государством и гражданами перейдет в электронный формат.
      Media.az
      • 49 replies
    • Принудительная смена интернет провайдера!
      Приходят представители Бакинтернета и можно сказать угрожая отключением телефона, насаждают подключение к Бакинтернету. Правда они новую  оптическую проводят линию телефона. У нас катв1 и нас устраивает. Могут ли они отключить телефон стационарный? говорят отключим потом будете себе новый проводить за большую сумму. Насколько это реально?  Телефон я хочу оставить естественно, он нужен для катв. если кто в курсе подскажите плиз.
      • 73 replies
    • В Казахстане приняли «закон Салтанат» - о защите прав женщин и безопасности детей
      Президент Казахстана Касым-Жомарт Токаев подписал закон «О внесении изменений и дополнений в некоторые законодательные акты Республики Казахстан по вопросам обеспечения прав женщин и безопасности детей».
      bezopasnosti-detei
        • Haha
      • 9 replies
    • Вай❗Переехавший в США журналист Натик Наиляоглу обручился с мужчиной
      О помолвке Натик Наиляоглу сообщил на своей странице в социальной сети Facebook.
      Помолвка проживающего в Вашингтоне Н.Наиляоглу с риелтором Эндрю Корднером состоялась 15 февраля, но о переменах в личной жизни журналист сообщил в Facebook сегодня, указав в графе «семейное положение» имя своего партнера и дату помолвки.
      Отметим, что ряд СМИ сообщают о том, что Н.Наиляоглу и Э.Корднер поженились, но в Facebook у журналиста нет информации о вступлении в брак, а сообщается только о помолвке.
      Напомним, что журналист долгое время работал репортером в новостном эфире канала ANS – в США Н.Наиляоглу переехал сравнительно недавно.
       

      Фото: Instagram by @dr3ww___
        🤗🤗🤗
        • Haha
      • 263 replies
    • [VERIFIED] Строительство и ремонт домов, квартир и других объектов недвижимости  от 100 м²
      Профессиональная бригада мастеров под моим руководством производит комплексное строительство и  ремонт домов, квартир и любых других помещений . Большой опыт работы. Работаем как по Вашему проекту , так и предоставляем услуги своего дизайнера. Предоставляем весь спектр услуг :электрика,сантехник­а, декоративное покрытие, монтаж пластиковых окон и кондиционеров, малярные работы, монтаж напольных покрытий(черный пол, ламинат, паркет), любые виды работы с алчипаном(потолок, полки, перегородки), монтаж теплого пола, установка дверей.
      Работаем по договору и без договора.
      По желанию заказчика устанавливается Online-видео наблюдение(бесплатно) на объекте.
      Телефон: 070 636 53 83
      л
      • 342 replies
    • Почему молодой картофель на столичных рынках стоит так дорого? - ВИДЕО
      На столичных рынках картофель из Шамкира предлагается покупателям по разным ценам.
      Как передает xezerxeber.az, одни продавцы продают 1 кг шамкирского картофеля за 3 маната, а другие - за 5.
      Граждане сообщили, что при покупке данного овоща не обращают внимания на то, из какого региона он был привезен.
      Продавцы, в свою очередь, отметили, что картофель из Шамкира продается дороже, чем привезенный из других районов страны, потому что при его выращивании не используются химикаты.
      Подробнее - в сюжете.
       
        • Upvote
        • Like
      • 64 replies
    • Чингиз Абдуллаев в больнице
      Народный писатель Чингиз Абдуллаев находится в тяжелом состоянии. Он помещен в отделение реанимации Центрального таможенного госпиталя. Сообщается, что три дня назад Чингиз Абдуллаев был госпитализирован с отравлением, но затем выписан. Сегодня его состояние вновь ухудшилось. = Здоровье Чингиза Абдуллаева - тайна за семью печатями? - обновлено — Haqqin
        • Milli
        • Like
      • 20 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...