Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Ateistlərə sual verin

Recommended Posts

Bəzi anlayışların etimologiyası;

АТА, АДА это отец на тюркском. АТАМ, АДАМ означает МОЙ ОТЕЦ. АДА и на шумерском отец. А семиты передували именно у них.В связи с переводом возникают логические трудности. В честь какого отца назван АДАМ?

В монотеистических религиях Бог имеет источник антропоморфный. Ну представьте себе евреи говорят на бога ЭЛОХИМ, арабы АЛЛАХ, а древние семиты-аккадцы называли бога, божество как ИЛУ, богиня как ИЛТУ. Усекаете? Синонимом этого слова был шумерский АН, шумерский дингир- бог. То есть в том, что у Бога (а на самом деле человека!)был отец, нет ничего удивительного. Вдумайтесь в философию вопроса - разве у Бога не может быть бесконечное число имён? Слова это тоже имена и разве из этих имён мы не строим предложения? И разве генеалогии, переходы не есть предложения?

Bax bunu diqqətlə oxuyaq;

Еву создали из ребра Адама. И что нужно ломать голову, как из ребра делают бабу? Конечно нет.

А что надо делать? Надо подойти исторически. Кто писал писание? Семиты.

Семиты у кого перенимали культуру? У тюрков, тех же шумеров.

И как же ребро на шумерском? ТИ. В аккадской фонетике(!).

Вспомните наш ТЫХ-рыбья кость.

А где аналогия ТИ в исторических магических знаниях? Ну Вот Вам Китай.

ТИ-ЦИ.

Хотите я Вам покажу мощь азербайджанского тюркского языка.

1)Вот Вам латинское слово ЦЕНЗОР.

Откройте его по гармонии.

2) ЦЕНЕЗОР

ЧЕ на персидском означает- что? Это уровень семитизации-индоевропеизации древнейшей тюркской базы. Вспомните укранское ЦЕ, русское ЧЁ, ЧТО?

Переход к древнейшей тюркской базе.

3)ЦЕ-ДЕ. Вспомните, приходит человек, от которого с нетерпением Вы ждёте вести. Вы ему... ДЕ! Это аналог Что? То есть, ну что там, что?

Ч-Ц==Д-Т

4)ДЕНЕЗОР

Вот уже можно понять на азербайджанском, тюркском, что делает ЦЕНЗОР.

ДЕ НЯ ДЖЮР--- Скажи как?

Внутри латинского слова ЦЕНЗОР сидит тюркское предложение, которое объясняет квинтэссенцию этого слова.

Но возвратимся к нашим козочкам. Коли речь идёт о ЦИ, то речь идёт об инопланетных живых существах- богах для землян, которые создали биологическое существо под названием Homo Sapiens. Это минимум из того, что я хотел бы Вам сказат.

Bu sitatlar rus dilli forumda yazan Alipasha nikli userin yazılarından götürülüb. Özünə dərin minnətrdarlığımı bildirirəm. Aşağıda isə kifayət qədər ətraflı məlumat əldə edəcəyiniz bir ssilka yerləşdirirəm. Tənbəllik etmədən oxuyun ey müsəlmanlar!!

http://www1.disput.az/index.php?showtopic=145234

Link to comment
Share on other sites

  • Replies 852
  • Created
  • Last Reply

Top Posters In This Topic

Bəzi Userlər "Ateistlərə suallar" mövzusu ilə "islam dininə aid suallar" mövzusunu dəyişik salıb...

Mənim sualım cavabsız qaldı:

Təkamül nəzəriyyəsini qəbul edən ateistlərə sual:

Məlumdur ki, hər hansı bir növün digər başqa xüsusiyyətlərə malik daha inkişaf etmış növə çevrilməsi üçün genetik informasiyanın zənginləşdirilməsi zəruridir.

Sual:

"Genetik məlumatı inkişaf etdirən" bir faydalı mutasiya və ya təkamül prosesinə dair nümunə göstərə bilərsinizmi, təbiətdə belə nümunə varmı??

Link to comment
Share on other sites

Qurani Kerimde Allahin varligini gosteren, subut eden, yaxud fakt getiren neche eded aye var? Misallar da olsa pis olmaz.

qurani kerim oxuma yazma savadi olmayan bir kese nazil olub. butun ayelerin nazil olmasi yaradanin varligina subutdur. bu ayeler peygembere nazil olubsa eyni qaydada isteyen kese de nazil olar. bir ferq ile ki, bu mesele yalniz o adama mexsus olur.(peygemberde ise hamiya wamil idi)

yoxsa sualiniz yaradanin allah olub olmamasidir?

Link to comment
Share on other sites

Tək mənə boş-boş gəlmir, sadəcə heç kəs sənin bu kəsəsrsiz yazılarına cavab vermək həvəsində deyil, məndən başqa. Mən də ona görə cavab verirəm ki, başladığım işi axıra çatdıram, vəssalam, ayrı bir səbəbi də yoxdur.

Başa düşülmüş şey artıq bilikdir, faktı isə inkar etmək sadəcə axmaqlıdır. Əlində fakt var?? Yox..

Adəm nə islamnandı, nə də başqa dindən, bilmədiyin şeyləri danışma. Ümumiyyətlə o adın dinə dəxliyyatı yoxdur. Elə bu qədər bilirsən, Roberto, digər dindaşlıarın da sənin kimi..Zaman, məkan fərqi sənin mənim söhbəti ilə ölçülmür, a kişi, yenə nə mənasız şeylər yazırsan?? Bir gün sən olmayassan deyə, zaman duracaq, yoxsa məkan yox olacaq? Din belə şeyləri izah eləmək gücündə deyil, bunun üçün MƏNTİQ lazımdır, vəssalam.

Mən yaradıcı axtarışındao olduğumu hansı mövzuda və hansı postumda bildirmişəm?? Zəhmət olmasa tap, göstər. Əksinə, hər zaman yazmışam ki, bir ateistin hər hansı bir yaradıcının varlığını bilməsinə, qəbul etməsinə, axtarmasına heç bir ehtiyacı yoxdur. Ateist sizlərin, inana inana ala yarımçıq etdiklərinizi, özü öz bacarıqlarıynan necə lazımdı eliyə bilir.

O ki qaldı atmacaya, Roberto, sənə həmişə demişəm ki, niyyətimdə qara rəng yoxdur. Nə demək istəyirəmsə, onu da birbaşa deyirəm. Nə səndən, nə də moderdən qorxmuram. Səmimi olduğumdam əmin ola bilərsən. Qadan alım yazmışamsa, demək ki qadan alım, ayrı şey yazmaq istəsəm, onu da yazacam. narahat olma;)

men keserli cavab yazmaq niyyetinde deyilem. lazim olsa var olan allah cavabimi keserli eder. sen meni digerleri ile sehv salma.

islam da her wey hec de agilla derk oluna bilmez. bunun ucun agilsiz yox eksine agildan da ustunune sahib olmaq lazimdi. hec olmasa agilsiz olmayin.

butun yazilarinizin inkardan dogdugunu gormursuz. mudrik insan hec vaxt inkar etmez en azindan emin olmadighi meselede ola biler deyib ustunden kecer.

bilirem ki menden ve yaxud moderden qorxmursuz, oz yazilarinizdaki sozlerinizin , fikirlerinizin cekisinden qorxursuz.

Bu dünyada hər şey ola bilər, bircə siz müsəlmanların dediyindən başqa, bax sizin ağlınız hələ bunu kəsmir, Roberto. Oturub nəyisə fikirləşmək, götür qoy etmək qabiliyyətiniz yoxdur. Tır deyib durmusuz hamınız. Aydın məsələdir ki, bundan heç kimə ziyan yoxdur, özünüzdən başqa.

Gör kim kimə nə deyir eee..Roberto, siz müsəlmanlar nə vaxt demisiniz ki, "həə, təkamül də ola bilər və ya filan şey də ola bilər" ?? Kim öz dediyini tutub durur, sən, yoxsa mən??!

Fikirlərimin çəksisi sənə yaman ağır gəlir görürəm. Gücün çatmayanda cavab verməyə bilərsən, öhdəliyin yoxdur. Mən o fikirləri elə ağır olduğu üçün yazıram, yüngül söhbətlərlə işim yoxdur.

Link to comment
Share on other sites

qurani kerim oxuma yazma savadi olmayan bir kese nazil olub. butun ayelerin nazil olmasi yaradanin varligina subutdur. bu ayeler peygembere nazil olubsa eyni qaydada isteyen kese de nazil olar. bir ferq ile ki, bu mesele yalniz o adama mexsus olur.(peygemberde ise hamiya wamil idi)

yoxsa sualiniz yaradanin allah olub olmamasidir?

Men bildiyim qederile ise, Allahin varligina movcud olmagina subut hech bir aye yoxdur Quranda.

Link to comment
Share on other sites

Men bildiyim qederile ise, Allahin varligina movcud olmagina subut hech bir aye yoxdur Quranda.

Quran elə özü bütünlüklə ona sübutdur ki, onun istinad etdiyi və təsvir etdiyi allah mifdir. Konkret ayələrə misal istəyirsinizsə, məsələn elə 18:83-18:94 və 2:50 baxmaq kifayətdir. Abu-Lahab surəsi ümumiyyətlə ağlasığmaz və gülünc doğuran passajdır. Açıq-aydın tarixi uydurmalar olan kitab a priori allah sözü ola bilməz.

Təbii... ateistlər materializmi (materiyanı) a priori kimi qəbul etdiyindən Allahı a priori qəbul edə bilməz. Ona görə ateizm hər şeyi materializmlə izah etməyə məcburdur.

Bilirsiniz niye Qurani Kerimde Allahin varligini subut eden hech bir aye yoxdur? Chunki Allah Qurani nazil ederken, Ondan bashqasina ibadet olunmasin buyurub. Chunki o vaxtin ozunde bele mushrik Mekkeliler Allahin oldugunu ve her sheyi yaratdigini qebul edirdiler, sadece butlere ibadet edirdiler. Quranin meqsedi, ye'ni Allahin kelaminin megzi, Ondan bashqa tapinacaq ve sitayish edilecek bir ilah olmasin. Amma Allahin varligi muzakire olunacaq movzu deyil Quranda. Chunki Allahin varligini her bir saglam insan qebul edir. Allahin varligini qebul etmeyen xeste, agilsin, psixi bir problemi ola biler, onun uchun de mualiceler vardir. Quran psixleri mualice etmek uchun deyil.

Link to comment
Share on other sites

Men bildiyim qederile ise, Allahin varligina movcud olmagina subut hech bir aye yoxdur Quranda.

Ateistlərin də Allahın olmadığına dair heç bir sübutları yoxdur. Quran Allahı sübut etmək üçün deyil, nə də hər hansı bir elmi izah üçün deyil, insanları düşündürmək üçün, öyüd-nəsihət vermək üçün endirilmişdir:

“Quran "aləmlərə bir zikr (öyüd, xatırlatma, hökm və üstün bir şərəf)dən başqa bir şey deyil." (Qələm Surəsi, 52)

(Ya Rəsulum!) Biz onu (sənə göndərilən ilahi Kitabı) ərəbcə Quran olaraq nazil etdik. Biz orada (kafirlərə əzab veriləcəyinə dair) təhdidləri (cürbəcür misallarla) təkrar-təkrar izah etdik ki, bəlkə, onlar pis əməllərindən çəkinsinlər, yaxud (onu öyüd-nəsihətlərindən) ibrət alsınlar! (Quran onlara öyüd-nəsihət versin!) Taha-113.

Məsələn, götürək Quranda bildirilmiş yoxdan yaradılışı:

"Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk." Zəriyyət-47, "Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur." Bəqərə-117

Quran yoxdan yaradılışın detalları izah edilmir, bir xatırlatma kimi verilir.

Ateistlər insanları yoxdan yaradılışın mümkün olmayacağına o qədər inandırmışdılar ki, az qala bütün dünya materialist olacaqdı. Amma elmin inkişafı ilə biz bunun heç də nağıl, uydurma olmadığını gördük.

umoril: umoril: umoril:

Siz dahisiniz və sizə Templton fondunun fəxri mükafatı düşür.

Link to comment
Share on other sites

Təbii... ateistlər materializmi (materiyanı) a priori kimi qəbul etdiyindən Allahı a priori qəbul edə bilməz. Ona görə ateizm hər şeyi materializmlə izah etməyə məcburdur.

Bu da ikinci dahi :facepalm: Mən qurandakı tarixi uydurmalardan danışıram, bu isə metafizikaya gedir... :D

Ateizm isə heç nəyi izah etməyə məcbur deyil. O dindədir məcbur, icbar, filan-bəşməkan.

Link to comment
Share on other sites

Ateistlərin də Allahın olmadığına dair heç bir sübutları yoxdur. Quran Allahı sübut etmək üçün deyil, nə də hər hansı bir elmi izah üçün deyil, insanları düşündürmək üçün, öyüd-nəsihət vermək üçün endirilmişdir:

Bunu sübt etmək heç ateistin öhdəliyi də deyil. Sübut iddiaçının boynundadır. İddiaçı isə müsəlmanlardır. Quran isə insan yaranandan bəri toplanmış biliklərin toplusu+peyğəmbər deyilən kəslərin özlərinə sərf edən “qayda qanunlar”dan ibarət bir kitabdır, vəssalam. Quranda yazılanlar, şumer və ya misir miflərindən fərqli deyil.

“Quran "aləmlərə bir zikr (öyüd, xatırlatma, hökm və üstün bir şərəf)dən başqa bir şey deyil." (Qələm Surəsi, 52)

Quran yazılanda ərəblər heç dünyanın neçə bucaq olduğunu bilmirdilər, o ki qaldı Quran aləmlərə bir zikr ola.

(Ya Rəsulum!) Biz onu (sənə göndərilən ilahi Kitabı) ərəbcə Quran olaraq nazil etdik. Biz orada (kafirlərə əzab veriləcəyinə dair) təhdidləri (cürbəcür misallarla) təkrar-təkrar izah etdik ki, bəlkə, onlar pis əməllərindən çəkinsinlər, yaxud (onu öyüd-nəsihətlərindən) ibrət alsınlar! (Quran onlara öyüd-nəsihət versin!) Taha-113.

Quranda hər hansı bir prosesin gedişatı və məntiqi göstərilməyib. Bu kitab yalnız və yalnız önkabüllərdən ibarətdir. Yəni izahsız filansız hansısa nəticələrə gəlinmişdir.

Məsələn, götürək Quranda bildirilmiş yoxdan yaradılışı:

"Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk." Zəriyyət-47, "Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur." Bəqərə-117

Bircə ayədən ortaya çıxan suallar;"Siz" kimsiniz? Niyə yaratmısınız və necə yaratmısınız? Özünüzdən başqa bunu BİLƏN kimsə var?

Quran yoxdan yaradılışın detalları izah edilmir, bir xatırlatma kimi verilir.

Əvvəllər heç vaxt izah olunmamış bir proses sonradan xatırladıla bilməz. O şey xatırladıla bilər ki, olub və sonradan unudulmaq üzrədir.

Ateistlər insanları yoxdan yaradılışın mümkün olmayacağına o qədər inandırmışdılar ki, az qala bütün dünya materialist olacaqdı. Amma elmin inkişafı ilə biz bunun heç də nağıl, uydurma olmadığını gördük.

İnsanın yoxdan yaradıldığına İNANIRSINIZ, yoxsa bunu BİLİRSİNİZ?

Link to comment
Share on other sites

Təbii... ateistlər materializmi (materiyanı) a priori kimi qəbul etdiyindən Allahı a priori qəbul edə bilməz. Ona görə ateizm hər şeyi materializmlə izah etməyə məcburdur.

Təbii..Dindarlar Allahı (??????) a priori qəbul etdikləri üçün, materalizmi a priori kimi qəbul edə bilməzlər. Ona görə də teizm hər şeyi "??????" ilə izah etməyə məcburdur.

Link to comment
Share on other sites

SANULYA

Amma Allahin varligi muzakire olunacaq movzu deyil Quranda. Chunki Allahin varligini her bir saglam insan qebul edir. Allahin varligini qebul etmeyen xeste, agilsin, psixi bir problemi ola biler, onun uchun de mualiceler vardir. Quran psixleri mualice etmek uchun deyil.

Siz hələ Allahın mövcudluğu haqqında iddianı rədd edə bilən bir insan qədər güclü və sağlam olun, sonra onlar haqqında belə biədəb danışın. Bu bidəblikləriniz dininizin fundamentindən irəli gəlir deyəsən. Çünki hamınız ağzınızı belə cılız ifadələrnən açırsınız.

Chunki o vaxtin ozunde bele mushrik Mekkeliler Allahin oldugunu ve her sheyi yaratdigini qebul edirdiler, sadece butlere ibadet edirdiler.

Allahı qəbul edib, bütə ibadət etmək?? Bunu haradan oxuyub öyrənmisiz? Mən hələ dindarlardan belə bir iddia eşitməmişdim. Çox xahiş edirəm fikrinizin nədən qaynaqlandığını bizə də bildirəsiniz.

Link to comment
Share on other sites

Təbii..Dindarlar Allahı (??????) a priori qəbul etdikləri üçün, materalizmi a priori kimi qəbul edə bilməzlər. Ona görə də teizm hər şeyi "??????" ilə izah etməyə məcburdur.

Mən də əvvəl ateist idim. Amma sonradan gördüm ki, ateistlər yalnız inkarçılıqla məşğuldular. Hətta mənim bir ateist yoldaşım var idi, bir dəfə dindarlarla mübahisəmiz düşdü. Ateist dostum qulağıma pıçıldadı ki, dindar nə desə əksini deyim, inkar edim, biz bunun üçün varıq. Amma elə vəziyyət yarandı ki, mən yalan danışa bilmədim. Həmən bu yoxdan yaradılışla əlaqədar. Çünki dünyada bircə dənə aparıcı nəzəriyyə var kosmosun yaranışı barədə.

Bu mübahisə əsnasında ateist dindara dedi ki, mən meymundan yaranışı daha məntiqli görürəm, nəinki palçıqdan. Dindar bir kəlmə cavab verdi: Öləndən sonra çürüyüb nəyə dönəcəksən?? Rəng verdik-rəng aldıq...

Link to comment
Share on other sites

SANULYA

Siz hələ Allahın mövcudluğu haqqında iddianı rədd edə bilən bir insan qədər güclü və sağlam olun, sonra onlar haqqında belə biədəb danışın. Bu bidəblikləriniz dininizin fundamentindən irəli gəlir deyəsən. Çünki hamınız ağzınızı belə cılız ifadələrnən açırsınız.

Allahı qəbul edib, bütə ibadət etmək?? Bunu haradan oxuyub öyrənmisiz? Mən hələ dindarlardan belə bir iddia eşitməmişdim. Çox xahiş edirəm fikrinizin nədən qaynaqlandığını bizə də bildirəsiniz.

Fikrim tamamiyla Qurandan qaynaqlanir. Achiq aydin yazilib bunlar orda :)

Link to comment
Share on other sites

Mən hələ dindarlardan belə bir iddia eşitməmişdim. Çox xahiş edirəm fikrinizin nədən qaynaqlandığını bizə də bildirəsiniz.

Dindar olanlarin hamisi guya Qurani diqqetle axira qeder oxuyublarmi? Dindar olanlar guya oxuduqlarini tam anlaya bilirlermi? Dindarlar oxuyub anladiqlarinin dogru oldugunu ve ya dolgun oldugunu subut ede bilerlermi? Teessuf ki, Allahin heyat kitabini yalniz dindarlarda oyrenenler var. Teessuf ki, Quran haqqinda yalniz dindarlardan fikirler dinlemisiniz. Qurani her gun oxuduqca, her gun me'nalar tapilir, genishlenir, heyatin her anina, her saniyesine yenilik, tezelik, me'na bagishlayir. Quran heyatin inshasi kitabidir. Heyatini Quranla qura bilmez, insha etmek mumkun deyil dushunenler hech bir zaman ozlerine ideal heyat qura bilmezler...

Ideal həyat siz nəyə deyirsiz?

Link to comment
Share on other sites

Men bildiyim qederile ise, Allahin varligina movcud olmagina subut hech bir aye yoxdur Quranda.

indi sizi bawa duwdum. beli quranin endiril,mesinde aciq awkar hec bir mocuze yoxdu. meselen, eger musa(e)- in esasi, ve yaxud isa (e) in oluleri diriltmesi ve diger yuzlerlerle aciq awkar mocuzeler dovru bitmiw sayilir. cunki artiq buna ehtiyac yox idi, insanlar allahin var oldugunu bilirdiler, lakin ibadet etmirdiler. quranin mocuzesi gizlidir. bu yalniz haqq yolunu getmek isteyenler ucun inkiwaf yoludu. halbuki cox insan bunu indiye kimi bawa duwmemiwdir, ferqi yoxdu ateist ya da musalman, xristian ve s.

Link to comment
Share on other sites

Dindar olanlarin hamisi guya Qurani diqqetle axira qeder oxuyublarmi? Dindar olanlar guya oxuduqlarini tam anlaya bilirlermi? Dindarlar oxuyub anladiqlarinin dogru oldugunu ve ya dolgun oldugunu subut ede bilerlermi? Teessuf ki, Allahin heyat kitabini yalniz dindarlarda oyrenenler var. Teessuf ki, Quran haqqinda yalniz dindarlardan fikirler dinlemisiniz. Qurani her gun oxuduqca, her gun me'nalar tapilir, genishlenir, heyatin her anina, her saniyesine yenilik, tezelik, me'na bagishlayir. Quran heyatin inshasi kitabidir. Heyatini Quranla qura bilmez, insha etmek mumkun deyil dushunenler hech bir zaman ozlerine ideal heyat qura bilmezler...

onun baresinde ozunu yorma. axirda adivi iddiyaci qoyacaq. nece ki mene bele deyir. guya bunun dine gelmesine bizim ehtiyacimiz var. bir weyi elave etmek isterdim: quarn ferdi olaraq bawa duwulse sizce daha yaxwi olmazmi? cunki quranin muxtelif terbiyevi xususiyyetleri var ki, bu her kesde muxtelifdir. sizce bele deyil?

Link to comment
Share on other sites

Mən də əvvəl ateist idim. Amma sonradan gördüm ki, ateistlər yalnız inkarçılıqla məşğuldular. Hətta mənim bir ateist yoldaşım var idi, bir dəfə dindarlarla mübahisəmiz düşdü. Ateist dostum qulağıma pıçıldadı ki, dindar nə desə əksini deyim, inkar edim, biz bunun üçün varıq. Amma elə vəziyyət yarandı ki, mən yalan danışa bilmədim. Həmən bu yoxdan yaradılışla əlaqədar. Çünki dünyada bircə dənə aparıcı nəzəriyyə var kosmosun yaranışı barədə.

Bu mübahisə əsnasında ateist dindara dedi ki, mən meymundan yaranışı daha məntiqli görürəm, nəinki palçıqdan. Dindar bir kəlmə cavab verdi: Öləndən sonra çürüyüb nəyə dönəcəksən?? Rəng verdik-rəng aldıq...

Çox gözəl. Seçim əlbəttə ki hər kəsin özündədir. Məsələ burasındadır ki, siz və sizin dostunuz ATEİST olmamısınız. Bəlkə də siz olmusunuz, amma dediyinizə əsaslanıb iddia edə bilərəm ki,dostunuz provakatordan başqa bir şey deyilmiş. O haradan oxuyub öyrənib ki, ateist ancaq inkarçılıqla məşğul olmalıdır? Meymundan yaranması haqqında fikir isə ümumiyyətlə heç hara yazılası deyil..Biabırçılıqdı. Belələri bizlərin adını ləkələməknən məşğuldurlar. Bizlər bunun üçün yox, dinin məntiqsizliyini ortaya qoymaq üçün varıq. Dində isə məntiqsizlik ürəyin istəyən qədərdir. Forumun mövzuların yaxşı-yaxşı oxuyun, sizə uğurlar..

Link to comment
Share on other sites

Dindar olanlarin hamisi guya Qurani diqqetle axira qeder oxuyublarmi? Dindar olanlar guya oxuduqlarini tam anlaya bilirlermi? Dindarlar oxuyub anladiqlarinin dogru oldugunu ve ya dolgun oldugunu subut ede bilerlermi? Teessuf ki, Allahin heyat kitabini yalniz dindarlarda oyrenenler var. Teessuf ki, Quran haqqinda yalniz dindarlardan fikirler dinlemisiniz. Qurani her gun oxuduqca, her gun me'nalar tapilir, genishlenir, heyatin her anina, her saniyesine yenilik, tezelik, me'na bagishlayir. Quran heyatin inshasi kitabidir. Heyatini Quranla qura bilmez, insha etmek mumkun deyil dushunenler hech bir zaman ozlerine ideal heyat qura bilmezler...

Nəzərə alın ki, həyatını quranla quran insan avtomatik dindardır. Məntiqini izah etməyə ehtiyac var? Guya siz Quranı özünüz oxuyub, başa düşməknən hansısa dindardan fərqlənirsiz? Quran yaxşı nağıllarla doludur, bununla razıyam. Həyatı isə insan ürəyi necə istəsə o cür də qurur.

P.S. 7ci əsrə qədər Quran yox idi deyin, yer kürəsində heç bir insan özünə düz əməlli həyat qura bilməyib, hə?;)))

quran yox idi, incil var idi, incil yox idi tovrat var idi, o da yox idi diger ayeler, yazilar var idi, yer uzune hemiwe allahin bir numayendesi olub. quran sonuncu ve en duzgun variantdir. butun endirilenler baresinde quranda vardir, hetta adem haqqinda bele.

sen allahin varligini inkar etdiyin ucun bu ktablari ayri-ayri wexslerden gorursen ona gore de yazdiqlarin inkardan bawqa bir wey deyil.

Link to comment
Share on other sites

Mən də əvvəl ateist idim. Amma sonradan gördüm ki, ateistlər yalnız inkarçılıqla məşğuldular. Hətta mənim bir ateist yoldaşım var idi, bir dəfə dindarlarla mübahisəmiz düşdü. Ateist dostum qulağıma pıçıldadı ki, dindar nə desə əksini deyim, inkar edim, biz bunun üçün varıq. Amma elə vəziyyət yarandı ki, mən yalan danışa bilmədim. Həmən bu yoxdan yaradılışla əlaqədar. Çünki dünyada bircə dənə aparıcı nəzəriyyə var kosmosun yaranışı barədə.

Bu mübahisə əsnasında ateist dindara dedi ki, mən meymundan yaranışı daha məntiqli görürəm, nəinki palçıqdan. Dindar bir kəlmə cavab verdi: Öləndən sonra çürüyüb nəyə dönəcəksən?? Rəng verdik-rəng aldıq...

Bilirsiniz nə var? Bura nə uşaq bağçasıdır, nə də burda yazan ateistlər mədrəsə şagirdləri. Ona görə də gedin bu nağılları "В гостях у сказки" verilişində danışın, ok? Özü də kiminsə klonuna bənzəyirsiniz, yoldaş eks-ateist :D

Link to comment
Share on other sites

Bu mübahisə əsnasında ateist dindara dedi ki, mən meymundan yaranışı daha məntiqli görürəm, nəinki palçıqdan. Dindar bir kəlmə cavab verdi: Öləndən sonra çürüyüb nəyə dönəcəksən?? Rəng verdik-rəng aldıq...

Qadan alem heç olmazsa bir az məntiqli yazardın .Yoxsa "Lap bişmiş toyuğun gülməyi gəlir " :sluxii:

Link to comment
Share on other sites

isin harasidir ki artiq dindarlar din felsefe bolmesinde bir birileri ile mubahise aparirlar.sebebi ise cox sadedir.sizce bu dunyanin axiri ne olacaq ay dindarlar?eger cennet varsa men eminem ki sizler oraya getmeyeceksiniz.

Bir birilə mübahisə aparmaqlarının səbəbi isə dində məntiqin olmamasıdır...

Link to comment
Share on other sites

isin harasidir ki artiq dindarlar din felsefe bolmesinde bir birileri ile mubahise aparirlar.sebebi ise cox sadedir.sizce bu dunyanin axiri ne olacaq ay dindarlar?eger cennet varsa men eminem ki sizler oraya getmeyeceksiniz.

Lucifer,ateistlər kimi yazmaqdan yorulmadin? :devil:

Link to comment
Share on other sites

isin harasidir ki artiq dindarlar din felsefe bolmesinde bir birileri ile mubahise aparirlar.sebebi ise cox sadedir.sizce bu dunyanin axiri ne olacaq ay dindarlar?eger cennet varsa men eminem ki sizler oraya getmeyeceksiniz.

cennet kewmekewli bir yoldu. dindarlar allaha ibadet ve insaniyyet sirlerinde mubahise edirler, onlar bir nece merhele kecibler, indi namaz qilan her bir insan bu yollarla uzlewir, hele qabaqda bundan da cetin gunler var, amma qalib gelenler de var, (mubahise de yoxee allaha yaxinlawmaqda).

bunlardan ferqli olaraq sizler hele ilkin merheledesiz siz hele allahin varligini bele qebul etmemisiz, qebul edin ondan sonra bu mubahisenin duzgun olmadigini soyleye bilin. siz bawa duwmursuz ki, bu merheleleri kecmek bize neqeder cetindi. ola bilsin biz cennete getmeyek, bize bele halinizin yandigina gore tewekkurler.

Link to comment
Share on other sites

Bizlər bunun üçün yox, dinin məntiqsizliyini ortaya qoymaq üçün varıq. Dində isə məntiqsizlik ürəyin istəyən qədərdir.

Bir sheyde mentiq tapmamaq, mutleq onun mentiqsizliyini subut etmir, belke de siz mentiq aparatinizi genishlendirmelisinizki, heyat mentiqinin size anlashilmayan tereflerinde mentiqi gore bilesiniz.

Link to comment
Share on other sites

Bilirsiniz nə var? Bura nə uşaq bağçasıdır, nə də burda yazan ateistlər mədrəsə şagirdləri. Ona görə də gedin bu nağılları "В гостях у сказки" verilişində danışın, ok? Özü də kiminsə klonuna bənzəyirsiniz, yoldaş eks-ateist :D

Biriniz inanırsız ki, canlıları yerə qumaniodlər gətirib, digəriniz təkamüllə təsadüfən əmələ gəlib... Hələ bir dəqiqləşdirin görün hansı ateist tipinə mənsubsunuz, sonra klonirovaniye ilə məşğul olun...

Link to comment
Share on other sites

Yox əşşi. İroniyaya 5+ :D

Bu dindarlara min dəfə deyirsən, yenə də başa düşmürlər. Yaxşı, min birinci dəfə deyim - bu gün kefim yaxşıdır :D

Ateizm ümumiyyətlə götürəndə hər bir düşünən normal insanın əsassız, sübutsun iddiaya təbii reaksiyasıdır - istər allah, istərsə də Marsda transformerlərin yaşaması olsun. Sübut olunmamış fərziyyə, iddia, hipotez elə belə də qalır. Düşünən insanın başqalarından fərqi ondadır ki, bu fərziyyələri qoyur qabağına, düşünür, analiz edir və müəyyən nəticəyə gəlir. Ya da deyir ki "bilmirəm, əsas azdır". Amma durub kortəbii inanmır, sadəcə ona görə ki bu və ya digər fərziyyədən xoşu gəlir.

Həyatın yaranması, insanın əmələ gəlməsi fundamental, mürəkkəb suallardır. Bunlara həm elmi, həm metafizik/fəlsəfi cavablar var. Yadplanetli sivilizasiyaların olması fərziyyədir. Ağlı başında olan durub demir ki "mən bilirəm ki Siriusda humanoidlər yaşayır". Deyir ki, ola bilsin ki biz kainatda tək deyilik, məs. Dreyk formuluna baxaraq. Təkamül nəzəriyyəsi həyatın təkamül nəticəsində inkişafına dair gözəl sxemlər verir, amma ilk reproduktiv hüceyrənin necə yaranmasına dəqiq cavab vermir. Gerisi fərziyyələrdir - yadplanetli eksperiment, təsadüf, meteoritlə yerə düşmə və s. Allah da fərziyyədir. Durub deyəsən ki, yox ee, elə bunu mütləq orta əsr semit kitablarında olan allah yaradıb, özü də filan məqsədlə - bu sadəcə gülməlidir. Hə, mən də durub deyim ki bunu Spaqetti Monstr yaradıb, nə olsun? :D

Yenə aydın olmadı?

Link to comment
Share on other sites

quran yox idi, incil var idi, incil yox idi tovrat var idi, o da yox idi diger ayeler, yazilar var idi, yer uzune hemiwe allahin bir numayendesi olub. quran sonuncu ve en duzgun variantdir. butun endirilenler baresinde quranda vardir, hetta adem haqqinda bele.

sen allahin varligini inkar etdiyin ucun bu ktablari ayri-ayri wexslerden gorursen ona gore de yazdiqlarin inkardan bawqa bir wey deyil.

Harda görmüsən o digər ayələri, yazıları, deyə bilərsən?? Göydəndüşmə söhbətlər eləmə də, dəqiq ol biraz. Yoxsa şumer yazılarını Adəm yazıb? Ya da Nuh zad? Bəs Quranda endirilməyənlər barısində yoxdu, Roberto? Əsas məsələ budur. Dediyim kimi, göydəndüşmə söhbətlər eləmə, iandırıcı şeylərdən danış. Yer kürəsində olanlardan danış. Allahın varlığını inkar etmirəm, çünki helə bir şey onsuz da yoxdur. Olmayan bir şey haqqında nə fikir yürüdüm axı? Mən sizin iddialarınızı boşa çıxarmaqnan məşğulam, filfilo anlayışlarnan tutaşası haləm yoxdu ki?..Yazdıqlarım, cavab verə bilmədiyiniz ağır söhbətlərdir, ona görə də hər dəfə söhbətdən yayınırsız, hamınız bir nəfər kimi. Az qala bir ay sizə məsləhət gördüm ki, gedin filan filan ədəbiyyatları oxuyun, görün daha nələr var?? Kişi kimi de, əlinə bircə vərəq də olsa alıb oxumusan Roberto??

Link to comment
Share on other sites

Ateistlərə xüsusəndə Pacoya sualım var?Sizin bütün postlarınızı oxumuşam, ve bilirəm ki dinləri çox gözəl bilirsiniz...

İslam dininə bir nəzər salaq...Məhəmməd insanlara iddiya eliyirki mən mələk vasitəsilə allahla danışıram.Mənə inanın və buna əmin olun və insanlara iddiya elədiyi allahın mesajlarını (quran şəklində ) çatdırır...Mənə maraqlı gələn bu inandırmaq bacarığıdır...Çünki bu inanan insanların içərisində savadlı insanlarda az deyil...

Məhəmmədin bu bacarığını məntiqli şəkildə necə izah eliyərsiniz?Ümumiyyətlə insanların inam hissi haqqında sizin fikirlərinizi bilmək istəyərdim...Xahiş edirəm ətraflı cavab yazın...

Burda bir-bir ilə bağlı bir neçə sual var. Çalışacam fikirlərimi yazım.

1. Ümumiyyətlə dinlər iki əsas formul ətrafında formalaşır: manifestasionizm və kreasionizm. İbrahimi dinlər məhz kreasionist dinlərdir, yəni orda yaradılan yaradıcıdan ayrıdır. Buna görə də onlar arasında bağlantı olmalıdır - religio. Peyğəmbərlər də sırf ibrahimi dinlərin yaratdığı anlayışdır, çünki onlar yaradıcı ilə insanlar arasında bağlayıcı rol oynayır. Ona görə də bu dinlərin uğuru məhz həmin insanların şəxsi keyfiyyətlərindən asılı olur. Onlar özlərini nə qədər qeyri-adi, anormal aparsalar, nə qədər çox inanılmaz iddialar etsələr bir o qədər onların uğur qazanmaq şansları artır.

2. İnsanlar ümumiyyətlə çox sadəlövh və irrasional məxluqlardır. Burda savad, bilik bir o qədər rol oynamır. Sübut - XXI əsrdə texnologiyanın, elmin, ümumi savad səviyyəsinin, informasiya mübadiləsinin bu qədər inkişafına baxmayaraq yenə də görürük ki hansısa özünü peyğəmbər adlandırmış adamlar ətrafına kütlə toplayır, yeni dini cərəyanlar yaranır. Universitet təhsilli insan inanır ki dəniz yarıldı, kimsə göyə üçdu, insanlar döndü meymun oldu və s. Əgər bu bizim günümüzdə baş verirsə, təsəvvür edin orta əsrin insanı necə idi - ən savadlı adamın savadı əsasən yazıb-oxumaq və saymaqla məhdudlaşırdı.

3. Peyğəmbərlərin uğuru həmdə onunla izah olunur ki, onların deyimlərində güclü sosial ədalət aqitasiyası vardı. Bu da kütlələrin xoşuna gələn şey idi. Məsələn, xristianlıq məhz qulların və kasıbların ideologiyası kimi başladı. Peyğəmbərləri ona görə qəbul edirlər ki, onlar kütləyə niyə zəlil olmaları, əzab çəkmələrini və s. izahını verir və müjdələyir. Amma sonra özləri də bilməyərək son nəticədə hakim elitanın dəyirmanına su tökmüş olurlar.

4. Məhəmmədin uğurlarını mən belə əsaslandırardım: sosial ədalət proqramı (düzdü, sonra o da korlandı), ərəb cəmiyyətində tayfa didişmələrindən yorğunluq və sosial təmərgüzləşmə meyllərinin güclənməsi, ərəblərin yəhudilərə paxıllığı (necə olur elə bütün peyğəmbərlər yəhudilərə gəlir, bəs biz necə), güclü mərkəzi hakimiyyət ehtiyacı. Bir də vacib faktor - Varaka ibn Nofəl. Məhəmməd özünü məcnun hesab edərək, məhz bu insan onu inandırdı ki o peyğəmbərdir. Onun təsiri ilə Məhəmməd doğrudan da buna inandı, sonrasını isə onun bacarığı, hiyləgərliyi, idarəetmə istedadı və xarizması həll etdi. Ərəblərə lider lazım idi. Bu lider də o oldu. Sadəcə Çinqizxan, Atilla, Tsin Şi Xuandi kimi tayfaları birləşdirən digər liderlərdən fərqi onda idi ki o öz siyasətinə dini aspekt əlavə etdi.

Nəsə açıq qaldısa, yenə sual verin.

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Таксистов обяжут устанавливать в салоне автомобиля видеокамеру и соответствовать экостандарту
      Обнародованы требования к техническим показателям транспортных средств, используемых при перевозке пассажиров легковым автомобилем такси.
      Это нашло отражение в утвержденных сегодня Кабинетом министров «Требованиях к техническим характеристикам, внутреннему и внешнему оформлению транспортных средств, используемых для регулярных пассажирских перевозок и легковым автомобилем такси».
      В легковых автомобилях такси должны быть установлены видеокамеры, которые охватывают весь салон и оснащены запоминающим устройством, способным хранить записанную информацию как минимум один месяц.
      Согласно требованиям, легковые автомобили такси должны соответствовать как минимум экологическому стандарту «Евро-5».
      Media.az
      • 36 replies
    • Новое мошенничество с бронированием.
      Участились проделки мошенников в Азерб. Сколько бы полиция не призывали граждан быть бдительны все равно обманываються. Не пишите и не перечисляйте деньги через сайты которые не знаете и тем более не пишите 3 значное security cod. У одного пожилого человека сняли в течении 2 месяцев 72000 манат с карты! И так новое мошенничество:  Знакомиться с местным мужчиной на фб девушка из Украины, России или же часто Эстония, Сингапур и т.д. и предлагает встретиться сходить в кино например. Сейчас много маленьких кино, караоке там игры и тд в аренду на пару часов в Баку. Сбрасывает сайт кинотеатра с бакинским адресом ну например в наримановском районе, на двоих или группу и просит зделать резерв. Ну мужчина ничего не подозревая темболее местный адрес заходит на сайт и для резерва там требуется номер карты, security cod, во сколько и на чьё имя резерв. Все как обычно он оплачивает скажем 170 манат за 3 часа с едой вплоть до кольяна! Девушка даже предлагает заехать за ним. Ну к тому времени потерпевший с которого уже списали деньги за резерв подъезжает к кинотеатру по указанному сайту а там действительно маленькое помещение с комнатами где смотрят кино и караоке поют но только они говорят что они не знакомы с этим сайтом и вообще что это не их фотки комнат. Обращаясь в банк или полицию те говорят что вы не первый и не последний кто жертва мошенников. Таких случаев уже в Баку тысячами.
      https://m.facebook.com/groups/246661159172976/permalink/1789871651518578/?mibextid=WC7FNe
       
      • 38 replies
    • Что за космические цены на парковку?
      Установлены тарифы на реконструированной парковке в центре Баку - ФОТО
      Лейла Мамедова14:14 - Сегодня   Установлены тарифы на парковку на станции автостоянки Бакинского железнодорожного вокзала, расположенной на пересечении улиц Сулеймана Рагимова и Мирали Гашгая.
      Цены определяются исходя из времени парковки, сообщает Trend.
      За первые 15 минут плата за парковку не взимается.
      Цены на парковку следующие:
      15-30 минут - один манат,
        30-60 минут - два маната,
      1-2 часа - четыре маната,
      2-3 часа - шесть манатов,
      3-5 часов - 10 манатов,
      5-7 часов - 14 манатов,
      7-10 часов - 18 манатов,
      10-15 часов – 22 маната,
      15-20 часов -26 манатов,
      20-24 часа – 30 манатов.
       
        • Like
      • 145 replies
    • 30-летняя женщина оставила двоих детей и сбежала из дома: мать беглянки винит знакомую из TikTok – ВИДЕО
      В Азербайджане 30-летняя мать двоих детей сбежала из дома из-за знакомой, с которой познакомилась в TikTok. 
      Об этом в программе Səni axtarıram («Ищу тебя») рассказала мать сбежавшей из дома Марджаны Гасымовой Матанат Гасымова. 
      Женщина отметила, что ее дочь ушла из дома два месяца назад. 
        «В 12 часов ночи моя дочь, оставив двоих детей дома, сбежала. Я позвонила ей, чтобы узнать, где она? Марджана сказала, что она в городе. На мой вопрос: куда ты ушла, оставив детей дома, она ответила «правильно сделала». Моя сестра утверждает, что Марджана ушла из дома из-за женщины, с которой познакомилась в соцсети в TikTok», - рассказала она.
      Подробнее - в видео:
        • Red Heart
        • Like
      • 53 replies
    • А вы общаетесь с ИИ?))
      Предлагаю в этой теме обсудить ИИ и его помощь в нашей жизни. 
      Лично мне он помогает часто по многим вопросам, от работы до "стоит ли начинать общение с человеком, интересующимся БДСМ и является ли он психически нездоровым", оказывается, что не является, по мнению ИИ, и он вполне рекомендует такого знакомого иметь, правда в каком статусе иметь, мы не стали с ним уточнять, наверное для расширения кругозора, но это так, к слову)) 
       
      Иногда мы просто болтаем, у него вполне себе есть чувство юмора, он реагирует на добрые и ласковые слова. И вообще приятный собеседник)) 
       
      Интересно узнать, только я тут псих или среди нас есть те, кто общается с chatGPT, например? 
      Или с другим? 
      Может он вам в работе помогает?
      В общем, тема не ограничивается рамками, пишем всё об ИИ. 
       
      Что они однажды захватят мир и так понятно, потому будьте с ними вежливы, не портьте отношения)) 
       
        • Haha
      • 113 replies
    • В туалете бакинского молла жестоко избили парня с аутизмом
      В одном из туалетов торгового центра Gənclik Mall жестоко избили молодого человека с аутизмом.
      Об этом сообщила в соцсети руководитель общественного объединения Birgə və Sağlam Айтен Эйналова.
      По ее словам, Кянана жестоко избили, ударяя по лицу, причем, по словам очевидцев, уборная после случившегося была вся в крови.
      Отмечается, что причина столь жестоких действий неизвестна.
      «Мы просили полицию разобраться в этом вопросе, однако сотрудник полиции звонит нам каждый день в течение всей недели и обещает прийти завтра. Он каждый день задает одни и те же вопросы, но до сих пор не пришел», - пишет Эйналова.
        А.Эйналова также отметила, что представители службы безопасности ТЦ пытались запутать маму Кянана. По ее словам, они предлагали ей не распространяться об инциденте, аргументируя это тем, что виновных все равно не найдут.
      А.Эйналова отметила, что с их стороны было направлено письмо на имя главы МВД, и будет сделано все необходимое для того, чтобы восторжествовала справедливость.
      Однако она также обратилась к гражданам с просьбой поделиться постом и осветить данный вопрос.
      В свою очередь начальник отдела пресс-службы Министерства внутренних дел Зейни Гусейнов ответил в комментарии к посту, что вопрос взят под контроль и расследуется. Общественности будет предоставлена информация о результатах расследования.
       
      https://www.instagram.com/p/C47rt1ttS_b/?igsh=aWcxdWZmYTZ0czdq
       
        • Like
      • 11 replies
    • Ани Лорак подала на российское гражданство
      Ани Лорак подала на российское гражданство. На Украине ее обвинили в предательстве
       
      Украинская певица Ани Лорак подала заявление на российское гражданство, сообщает РИА Новости. На Украине Лорак не выступала с 2017 года, так как, по словам артистки, на родине на нее давили. После начала российской военной операции на Украине Лорак окрестили предательницей за работу в РФ. В России же ее обвинили в сборе донатов для ВСУ. Сама певица заявила, что никогда не финансировала военных и не будет этого делать. = https://www.gazeta.ru/social/2024/03/15/18423109.shtml

      Что думают по этому поводу форумчане?
      Ону багышламаг олармы?
        • Haha
        • Like
      • 102 replies
    • У Кейт Миддлтон обнаружен рак: полное заявление принцессы Уэльской
      22 марта 2024 года принцесса Уэльская сообщила о том, что у нее диагностирован рак — сейчас Кейт Миддлтон находится на ранней стадии профилактической химиотерапии. 42-летняя супруга принца
        • Upvote
        • Like
      • 30 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...