Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Milli Azərbaycan ədəbiyyatı


Recommended Posts

  • Replies 422
  • Created
  • Last Reply

[b]Nüsrət Kəsəmənli
Dünən toyun idi[/b]


Sağlıqlar deyildi çığır-bağırla,
Üşüyən qəlbinə girən oldumu?
Gözündən qəlbinə düşən cıgırla
Axan göz yaşını görən oldumu?
Sağlıqlar uzandı… səhərə kimi
Çalıb-oynadılar, kef eylədilər.
Cırpıb pillələrə son umidini
“Vağzalı” üstündə dəfn eylədilər.
Son umid! O mənim gərəyim idi…
Yoluna şam tutdu neçə qız-gəlin.
Şam deyil. O mənim urəyim idi;
Son dəfə yanırdı yolunda sənin.
Getdin…o köhnə yol nur yolu idi,
Izin duşən yerdə gül açmadı ki?!
Özgəylə keçirdin o yolu indi,
Ayagın altından yer qaçmadı ki?!
Bu yollar nə yaman vəfasiz imiş,
Niyə çiliklənib tökülmədilər.
Düşüb qədəminə hər yoxuş, eniş
Niyə urəyimə çəkilmədilər…?!
Başına gül-çiçək səpdilər o gün,
Alışan qəlbinə su səpmədilər.
“Get” deyib alnından öpdülər o gün
Sınıq taleyini duzəltmədilər…?!
Güldün…
Gülüşünün ömrü çox qısa.
Bir həsrət axırdı qanından sənin.
Orda bütün yerlər tutulmuşdusa
Yerim görünürdü yanında sənin.
Dünən toyun idi…
Xoşbəxt olasan!
Görünür bu bizə qismət deyilmiş
Unut!
Elə bil ki,
Sevdiyin oğlan
Getdiyin oğlanmış,
Nusrət deyilmiş.

Link to comment
Share on other sites

Seyid Əzim Şirvani
Hacı və molla əhvalatı
(Köpəyə ehsan)

Var idi Şahsevəndə bir hacı,
Şahsevənlər təmam möhtaci.
Sahibi-dövlət idi çox ol kəs,
Naqəvü kusfəndü çoxlu fərəs.
Vardı Bozlar adında bir köpəyi,
Qoyunun pasibanı, at köməyi.
Əzqəza, bir gün öldü Bozlari,
Oldu haci onun əzadari.
Edibən qüsl, hazır etdi kəfən,
İzzət ilə götürdü çox yerdən.
Qazıb əhli-qübur içində məzar,
Oldu mədfun qəbr-ara Bozlar.
Verdi Bozlara yeddi gün heyrat,
Istədi həqdən ona həsənat.
Hali olmuş bu halə bir molla,
Çəkdi fəryad, qıldı vaveyla.
Dedi: - Va milləta! Nədir bu xəta,
Zaye oldu şəriəti-qərra.
Dindən çıxdı bu güruhi-əvam,
Bərtərəf oldu hörməti-islam.
İt nədir, dəfnü kəfnü qəbristan,
Getdi əldən şəriətü Quran.
Mindi bi at molla, düşdü yola,
Ta gedir məhşər eyləsin bərpa.
Çatmamışdı hənuz o hiylətgər,
Verdilər haciyə bu halı xəbər-
Ki, filan molla qilü qalə gəlir.
Dedi: - Yox, özgə bir xəyalə gəlir.
Sürüdən tez ayırdı əlli qoyun,
Dedi: - Siz bunları yol üstə qoyun.
Özü çıxdı onun qabağinə,
Mollanın keçdi solü sağinə.
Dedi: - Ey naibi-imami-zəman,
Sənə olsun atam-anam qurban!
Öldü Bozlar, ah, sındı belim,
Kaş gözündən bataydı cümlə elim.
Necə Bozlar, o çapükü huşyar,
Pəncədən şirü yelgədən kaftar.
Canavar ondan eylə qorxardı-
Ki, sədasın eşitcək ağlardı.
Hafizi-xeylü pasibani-rəmə.
Gecə-gündüz olan şəbani-rəmə.
Sahibi-dövlət ilə malım idi,
Baisi-sərvətü cəlalım idi.
Çox idi gərdənimdə həqqi mənim,
Dedi: - Olsun hərirdən kəfənim.
Hər vəsiyyət ki, etdi qıldım əməl,
Bir vəsiyyət sizinçün etmiş əzəl.
Söyləyib siz cənabə əlli qoyun,
Demişəm onları yol üstə qoyun.
Qoyun adın eşitdi çün molla,
Dedi: - Əhsən bu halə, nami-xuda!
İt demə, ol dəxi bizim birimiz,
Belə ölmüşlərə fəda dirimiz.
Rəhməti-həqqə ol düçar olsun,
Səgi-Əshabi-kəhfə yar olsun.
Oxuyub sidq ilə ona yasin,
Özü də saxladı onun yasin.

Link to comment
Share on other sites

[b]M.Ə.SABİR
BARIŞNALARA DAİR[/b]


Ey gül, nə əcəb silsileyi-müşki-tərin var,
Ahu nəzərin var!
Vey sərv, nə xoş can alıcı qəmzələrin var,
Həm işvələrin var!
Aldatdı cavanlarımızı nazü kirişmin,
Firuzeyi-çeşmin!
Xurmayı saçında nə bəla təlxi-bərin var,
Zəhrin, şəkərin var!
Başdan ayağa şəhd kimi safsən, ey şux,
Şəffafsan, ey şux!
Amma məkəsi-nəhl kimi niştərin var,
İncə kəmərin var.
Əbnayi-vətən vəqf eyləyir vəslinə canın,
Həm ruhi-rəvanın,
Hətta qocalardan da neçə bəxtəvərin var,
Yaxşı xəbərin var.
Etdin saçını "qufravat," vurdun üzə "rumyan" --
Cövlan elə, cövlan!
Bir ev nə münasib sənə, hər evdə yerin var,
Hər yerdə ərin var.
Ancaq demə tacirlərə eşqin əsər etdi,
Divanəsər etdi.
Amillərə tüccardan artıq əsərin var,
Fəthin, zəfərin var.
Məktəblilər içrə deyil az söhbəti-ruyin,
Keyfiyyəti-muyin.
Dərsi-qəmi-eşqin oxuyan min nəfərin var,
Aşiftələrin var.
Qafqazlı müsəlmanlar edərsə səni qaib,
Fikr etmə əcaib.
İranlı müsəlmanları tək əbdi-dərin var,
Min dərbədərin var.
Xud sanma ki, meyxanədə çoxdur sənə üşşaq,
Didarına müştaq.
Məsciddə dəxi bir neçə xuninciyərin var,
Şuridəsərin var.
Bilməm nə füsun eylədin, ey fitneyi-əyyam,
Uydu sənə islam?!
Hər şəhrdə, hər bəldədə bəs cansüpərin var,
Dildadələrin var.
Aşiq arayıb aləmi seyr eylədin amma,
Xeyr eylədin amma,
Bir zövci-həlal ilə dolaşsan zərərin var,
Xovfin, xətərin var.
Hər xami-təmə aşiq ilə ülfətin olmaz,
Ünsiyyətin olmaz;
Varın yox edən sərxoşa əvvəl nəzərin var,
Sonra həzərin var.
Gövhər saçılır, zər saçılır yar yolunda,
Dildar yolunda.
Ey bəhr, sanırsan sənin ancaq gühərin var?
Vey kan, zərin var?
Hop-hop, demə bixud ki, mən uydum о nigarə,
Bax əhli-diyarə.
Ey qafil, özündən sənin ancaq xəbərin var!
Xunabi-tərin var,
Dərdin, kədərin var,
Çox dərdi-sərin var,
Bu köhnə başında
Tazə xəbərin var.

Millət belə batdı,
Ümmət ilə yatdı.
Xud, söylə, ay axmaq?
Daşı kim oyatdı?
Dinmə, xətərin var!

Link to comment
Share on other sites

BABA PÜNHAN
İT GÜNÜNDƏ

Dövrə ümid eylədik, dövran da it günündə
Alim də it günündə, nadan da it günündə.

Ağ əllərdə ağ əlcək, o gündən daha əl çək
Əynində köhnə pencək, canan da it günündə

Adam girir min dona, macal yoxdu şeytana
Əsir düşüb insana, şeytan da it günündə

Əsgərimiz bittənib, məmurumuz əttənib
Qızlarimız lüttənib, oğlan da it günündə

Fikir çapır hər yana, güc verirəm qəlyana
Qıçım girir yorğana, yorğan da it günündə

Atdılar vətəndaşı, satdılar Vətən daşı
Qoy Vətənə başdaşı, ehsan da it günündə

"Qrad" kimi od saçır, guya xalqa yol açır
Gec tutulur, tez qaçır zindan da it günündə

Çatdı xəbər hər yana, tez yığışın meydana
Baltalandı "topxana", meydan da it günündə

Ay Xocalı, Xocalı, uşaqlı həm qocalı
Qaçmağa yox macalı, fərman da it günündə

Cahan gedir süquta, Quran yetir sübuta
Kəfən baha, su xılta, insan da it günündə

itim, gəl dur önümdə, gəl başına dönüm de
Sən Pünhanın günündə, Pünhan da it günündə

Link to comment
Share on other sites

[b]FİKRƏT QOCA
RÜŞVƏTXORLAR [/b]

Hardasa iki namərd
oturub üz-üzə indi;
Biri rüşvət alandı,
biri rüşvət verəndi.
İlan kimi qıvrılıb
xəyanət yatır
pullar altında.
Onlar qeyrət satıb,
Vətən satıb
pullar altında;
Bəlkə düşünüblər vətən nədir –
Bir az qara torpaqdı,
bir az da sudur.
Cahil, Vətən – Koroğlu qeyrətidi,
Həcər namusudur.
Rüşvətxora hər cür rüşvət gərəkdi.
Rüşvət də rəng-rəngdi.
Böyüklər qarşısında
əyilib-düzəlmək
rüşvəti var.
Yaltaqlığı da rüşvət alan olur,
Rüşvət həqiqətə bənzər
yalan olur,
Rüşvət puluna
uşağına “Əlifba” kitabı alan olur.
Rüşvət – xəyanətin ocağıdır,
Rüşvət – kürəyimizə sancılan
xain bıçağıdır.
Elə bu rüşvətxorlar idi
Babəki qızıla satanlar –
Yadların ayağına atanlar.
Onlar Gəncədə Məhsətimi
daşqalaq elədi,
Susduq ki, neyləyək, taleyi belədi.
Bakıda Sabiri qoçulara
söydürdülər,
Fitva verib
Hələbdə Nəsimini soydurdular.
İndi də qaranlıq bir evdə, tində,
Dalanda
Onlar rüşvət verəndə, rüşvət alanda
Yenə biz oluruq müqəssir.
Babək yenidən düşür Əsir,
Məhsəti təzədən daşqalaq olur.
Nəsimi təzədən soyulur.
Axtarın!
Hardasa iki namərd oturub
üz-üzə indi;
Biri rüşvət alandı,
biri də rüşvət verəndi.

Link to comment
Share on other sites

SÖZ AÇIQ OLANDA

Dur aç pəncərəni açıq havaya,
Qorxma görünməyə,
Görməyə qorxma.
Dur, ey yoldaş insan, dur çıx havaya;
Dur, təzə gözlə bax köhnəyə qorxma!

Nə qədər söz udaq, dil sancaqlayaq,
Göyərdi pıçıltı qapı dalında.
Bizi anlayanı biz də anlayaq,
Səsimiz qovruldu qapı dalında.

Burda iddiamız başdan yuxarı,
Qapılar dalında pələngik, şirik,
Burda başımızı yaddan çıxarıb,
Özgənin başıyla fikirləşirik.

Söz açıq olanda - göz açıq olur,
Göz açıq olanda "beş", "əlli" deyil.
Söz açıq olanda düz-düzə quldu,
Şapalaq zərbəsi,
Təsəlli deyil.

Dartmalar, didmələr, fəndlər, bölgülər
Oxunu gizlədən yay ola bilmir.
Biclik tələsindən qaçan tülkülər,
Düzlük tələsindən yayına bilmir.

Qoşa buynuzunu gizlətmə başda,
Qarnını deşəcək - içinə çəksən.
Özünə görünsən sən açıq aşkar
Elə özgəyə də görünəcəksən.

Sirr açar, dürr açar açarımız da,
Od donsa, buz yansa - inam ələnməz;
Söz açıq olanda içərimizdə
"Yalanlar, filanlar" qafiyələnməz.

Boş vədə fil olsa - dizi qatlanar,
Tarixin "düzü-düz", varağı ağdır;
Açmağa düyünlü həqiqətləri
Duyumlu barmaqlar tapılacaqdır.

Ədalət qamçısı qəzəb soyudur,
Qırımlar, qurumlar itirməz onu.
"Açıq söz" dediyin qızıl suyudur,
Pas atan ağıllar götürməz onu.

Ötəri hay-küydən qulağım batar,
Yalançı köçəri,
Yalan köçəri.
Açdım ürəyimi, açdım taybatay,
Xoş gördük doğru söz,
Buyur içərii...

Məmməd Araz

Link to comment
Share on other sites

  • 2 weeks later...

[center]HƏSRƏT[/center]
[center]Yoxsan...
Qəribə işdir
Danışıram yenə mən
Əlim qələm də tutur,
Durub şeir yazıram
Səhər-səhər sənə mən.

Sən həm mənim kədərim,
Sən həm də şadlığımsan.
Sən mənim əsarətim,
Həm də azadlığımsan...
Yoxsan...
Qəribə işdir
Qəlbim,hissim,düşüncəm,
Axı, oyaqdır mənim


Necə nəfəs alıram -
Havam ki, yoxdur mənim?
Yoxsan...
Sən mənim üçün
Xoş arzularsan, demək,
Baharda qarsan, demək,
Qışda baharsan, demək.
Yoxsan...
sən mənim üçün
Daha çox varsan, demək.

Bəxtiyar Vahabzadə [/center]

Link to comment
Share on other sites

VİCDAN XƏSTƏSİYIK

[b]A vicdan əzabım, üsyan əzabım
öldürmə məni.
Musa Yaqub [/b]

Musa, vicdanından əlhəzardasan
Bu ovqat necə də mənə tanışdır.
Bizim qəlbimizi ağrıdan vicdan
Umulan kəsləri ağrıtmamışdır.

Dünya bir bilməcə, dünya bir təzad
Arifin dərdi çox, bir qəmxarı yox.
İxtiyar sahibi - vicdandan azad,
Vicdan sahibinin ixtiyarı yox.

Qənimi olsa da əyri, düzlərin
Doğruluq dərsini keçmə oğruya.
Xalqı çalıb çapan qeyrətsizlərin
Vicdanı varmı ki, bir an ağrıya?

Millət öz dərdinə əsir oldusa
Bizim qismətimiz iztirab, ələm,
Mən də sənin kimi, əzizim Musa,
Vicdan əzabmdan xəstə düşmüşəm.

Vətən qarşısmda bilək bir kərə
Hamının danılmaz haqqı, borcu var.
Millətin düşdüyü bu zillətlərə
Mən də günahkaram, sən də günahkar.

Gah olur, gördüyüm bu zillətləri,
Şahidi olduğum müsibətləri
Görmək istəməyib gözümü yumdum,
Onun əlacını özgədən umdum.
Mümkünmü?..

Deyincə, qaraldı qanım
Məni ilan kimi sancdı vicdanım.
Vicdanm səsindən dəng oluram mən
Ağrılar içində qovruluram mən.
"Əlimdən nə gələr?" deyincə ağrı
Azalır, ağlım da haqq verir mənə,
Gözümü yumduğum haqsızlıqları
Vicdansa birbəbir göstərir mənə.

Vicdan saldı məni bax belə dərdə
Mən ondan qaçanda qaçdım özümdən.
İçimdə başlanan çəkişmələrdə
Gizlənpaç oynadım vicdanımla mən.

Vicdan yaxşı seçir əyridən düzü
Yaxşıdan yamanı, dostdan düşməni,
O qovdu, mən qaçdım, itidir gözü
Harda gizləndimsə, o tapdı məni.
Vicdanım zamana uymur ki, uymur,
Məni yaşamağa qoymur ki, qoymur.

Bizim içimizi belə göynədən
Bizi əldən salıb bizi qəhr edən
Haqqın öz səsidir, haqqın öz səsi,
Vicdan xəstəsiyik, vicdan xəstəsi.

Gözümüz önündə haqq çiliklənir
Haqqın qəbri üstə nahaq diklənir.
Bağırdıq: - Dayanın, haqq divanı var.
Gördük, eşitmədi kimsə bu səsi.
Hələ üstümüzə çirkab atdılar
Olduq bu millətin"dönük bəndəsi"

İllər gəlib keçdi, ömür gödəldi,
Baharı gözlədik, təqvimlə gəldi.
Təqvim baharmı neyləyirik biz?
Könül bağçamızı basdı ot, alaq.
Ömrümüz boyunca gözlədiyimiz
Səadət gülləri açmadı ancaq.

Zülmün məhvərinə dolanır zaman
Göydəki buludlar insan ahıdır.
Göydə aramasm Allahı insan
Hər kəsin vicdanı öz Allahıdır.

Ay Musa, özünü yorma boş yerə
İş ki belə gedir, nə gerçək, nə haqq?
Allahı qəlbində görməyənlərə
Vicdan kəlməsini necə anladaq?

11-13 iyul, 1999.


Bextiyar Vahabzade.

Link to comment
Share on other sites

  • 2 weeks later...

[b]FOLKLOR[/b]

Azərbaycan xalqının şifahi poetik yaradıcılığı kimi mənalandırdığımız folklorun tarixi Azərbaycan ərazisində ilk insan məskənlərinin meydana çıxmasına gedib çatır. Azərbaycan dünyanın ən zəngin folklor sərvətlərindən birinə sahibdir.

Azərbaycan ədəbiyyatının qaynağında zəngin və dərin məzmunlu Azərbaycan folkloru durmaqdadır. Mifoloji-bədii dünyagörüşün izləri folklorda və klassik ədəbiyyatda indi də özünü büruzə verməkdədir. Azərbaycan mifologiyası Qədim hind, Qədim yunan mifologiyası qədər sistemli və bütöv xarakter daşımır. Ancaq Azərbaycan folklorunqda Azərbaycan mifologiyasının izlərini aşkar etmək mümkündür. Bunlar daha çox kosmoqonik və mövsümi, eləcə də etnoqonik miflərin müəyyən detallarını özündə daşımaqdadır. İnsan cəmiyyətinin ilkin formalaşma dövrünün bədii təfəkkür məhsulları olan bu mifik ünsürlərdə kosmosla xaos, yəni dünya düzəni ilə qarmaqarışıqlıq, nizamsızlıq, dünya düzəninin bu nizamsızlıqdan yaranması və eyni münasibətlərin insan cəmiyyətində əks olunması özünə yer tapmışdır. Mifik dünyagörüşündə insan cəmiyyətində kosmos, yəni əksər insanlar tərəfindən qəbul edilmiş qayda-qanunlar toplusu əsas etibarilə cəmiyyətin aparıcı nizamını - ailə, məişət, insanla təbiət arasında qarşılıqlı anlaşma proseslərini əhatə edir. Mifoloji dünyagörüşünün ayrı-ayrı ünsürləri indiyə qədər folklorun ovsun, alqış, qarğış, rəvayət, qodu və sayaçı mərasimi ilə ilgili mətnlərdə qorunub saxlanmışdır. Azərbaycan mifoloji mətnlərinin əksəriyyətində qədim türk mifoloji düşüncəsi aparıcı motiv kimi çıxış edir. Bunu istər dünyanın yaranması ilə bağlı olan kosmoqonik miflərdə, istər etnosun mənşəyi ilə bağlı olan etnoqonik miflərdə, istərsə də mövsümi proseslərlə əlaqədar olan təqvim miflərində görmək mümkündür. Mifoloji mətnlərin yaranması və onların folklor mətnlərində ünsürlər şəklində qorunub saxlanması ibtidai insanın təbiətə və təbiət qüvvələrinə baxışı ilə sıx əlaqədardır. Söz, hərəkət və oyun vasitəsilə təbiət qüvvələrinə təsir göstərmək arzusu ibtidai insanda mifoloi mətnləri yaratmaq və ifa etmək ehtiyacı doğurmuşdur. Bunların sırasında "Kosa-Kosa", "Qodu-Qodu", "Novruz", "Xıdır Nəbi" və b. mərasim nəğmələrini və bunları müşayiət edən rəqsləri göstərmək olar.

Azərbaycan folklorunun özəlliklərindən birini - onun başqa türk xalqlarının folkloru ilə ortaq cəhətlərə malik olması təşkil edir. Bu xalqların şifahi söz sənətində bir çox mətnlərin üst-üstə düşməsi həmin örnəklərin vahid etnocoğrafi məkanda meydana gəlməsini göstərir. Ortaq türk folkloruna aid olan dastanlar arasında "Oğuznamə"lər xüsusi bir silsilə təşkil edir. "Köç", "Ergenekon", "Şu", "Qayıdış" kimi dastanlarda isə bütöv şəkildə prototürklərin mühüm problemləri öz bədii-mifoloji əksini tapmışdır. Həmin dastanların çoxu xülasə şəklində XI yüzillikdə yaşayıb-yaratmış türk alimi Kaşğarlı Mahmudun "Divanu lüğət-it-türk" ("Türk dilinin divanı") əsərində öz əksini tapmışdır. Bu dastanlar xalqların böyük hicrəti dövrünün bədii-mifik dünyagörüşünü özündə saxlamaqdadır.

Link to comment
Share on other sites

Azərbaycan folkloru janr zənginliyinə malikdir. Epik folklor janrlarından nağıl və dastanlar, xalq müdrikliyinin ifadəsi olan atalar sözləri və zərbi-məsəllər tarix boyu qonşu xalqların folklor və klassik ədəbiyyatına güclü təsir göstərmişdir. Lirik janrlardan bayatılarda xalq həyatının və məişətinin müxtəlif tərəfləri bədii-emosional şəkildə əks olunmuşdur. Qədim türk xalqlarının özünəməxsus poeziyası olmuş və bu poeziya türklərin milli vəzni olan heca və ya "barmaq" vəznində yaradılmışdır. Müxtəlif şeir şəkillərində heacaların sayı müxtəlif olsa da, epik süjetli uzun şeirlər və dastanlar əsas etibarilə yeddihecalıq formada yaradılmışdır. Bu cür şeirlər insanın yaddaşında daha yaxşı qorunub saxlanır. Azərbaycan folklorunun ən zəngin janrlarından olan bayatıların da hər misrası yeddi hecadan ibarət olur.

Folklor janrları arxaik və çağdaş janrlar kimi iki yerə bölünür. Arxaik folklor janrlarında sınamalar, ovsunlar, fallar, andlar, dualar, alqışlar və qarğışlar geniş yer tutur. Ancaq bu bölgü şərtidir; belə ki, folklor yaranma prosesi bütün tarix boyu getdiyindən, bu janrlara da müntəzəm olaraq yeni-yeni örnəklər əlavə olunur.

Bağlı olduğu hadisə və ya proses baxımından mərasim folkloru, əmək nəğmələri ayırd edilir. Mərasim folklorunun özü də mövsüm mərasimlərini, müxtəlif təbiət hadisələri ilə bağlı olan mərasimləri, məişət mərasimini, o sıradan toy və yas mərasimlərini əhatə edir.

Azərbaycan folklorunun ən zəngin janlarından birini bayatılar təşkil edir. Bayatılar əsasən insanın lirik-fəlsəfi duyğularını yığcam poetik şəkildə ifadə etməyə xidmət göstərir. Bu poetik formanın məzmun növləri arasında layla, nazlama, ağı, sayaçı sözü, holavar, vəsfi-hal və s. örnəklər vardır. Bundan başqa, bayatı-bağlama, bayatı-deyişmə, bayatı-tapmaca kimi örnəklər də bu poetik formanın daxilində özünə yer tutur. Bayatılar dörd misradan, hər misra yeddi hecadan ibarət olur. Qafiyələnmə sistemi əsasən a-a-b-a şəklindədir. Tarixən türkdilli poeziyada cinasa çox fikir verildiyindən, qafiyələri cinas təşkil edən bayatı örnəkləri də çoxdur. Bayatının forma növlərindən biri də ilk misrası ancaq qafiyədən ibarət olan növdür. Bu cür bayatılara daha çox Kərkük folklorunda rast gəlinir. Bayatıda adətən birinci və ikinci misralar əsas mənanı ifadə etmək üçün hazırlıq rolunu oynayır.

Geniş yayılmış lirik folklor janrlarından birini də xalq mahnıları təşkil edir. Bunlar konkret musiqi motivinə bağlı olan müxtəlif formalı poetik mətnlərdir. "Aman nənə", "Ay lolo", "Sona bülbüllər", "Süsən sünbül" və s. xalq mahnıları indi də müğənnilərin repertuarında qalmaqdadır. İfa tərzinə görə xalq mahnıları arasında solo, xor və deyişmə-mahnılar seçilir.

Link to comment
Share on other sites

Xronoloji baxımdan epik folklor janrlarından əfsanələr ilk öncə nəzərdən keçirilir. Əfsanələri başqa epik janrlardan fərqləndirən başlıca əlamət - onda fantastik element və hadisələrin iştirak etməsidir. Eyni əlamətin daşıyıcısı olan sehirli nağıllardan fərqli olaraq, əfsanələrdə süjet bitkin xarakter daşımayıb, yalnız bir fraqment şəklində olur. Təsvir etdiyi obyekt və hadisənin məzmununa görə Azərbaycan folklorunda əfsanələr kosmoqonik, zoonimik, toponimik, etnoqrafik, dini, tarixi, qəhrəmanlıq və s. xarakteri daşıyır. Ən qədim əfsanələr kainat, dünya və səma cisimlərinin yaranması ilə bağlı olan örnəklərdir.

Azərbaycan folklorunun janrları arasında əfsanə və rəvayətlərdən sonra nağıllar epik növün ən geniş yayılmış örnəklərini təşkil edir

Atalar sözü və məsəllər də Azərbaycan folklorunun epik janrları arasında geniş yayılmışdır. Xalqın uzun əsrlər boyu əldə etdiyi təcrübələrin ümumiləşmiş yekunu, nəticəsi olan atalar sözü və məsəllər türk xalqları arasında geniş yayılmış, bir çox hallarda cəmiyyətdə əxlaq kodeksini əvəz etmişdir. Bu janrın ilk örnəkləri Mahmud Kaşğarinin "Divanu lüğət-it-türk", "Kitabi-Dədə Qorqud" kimi klassik yazılı abidələrdə özünə yer tapmışdır. Oğuz tayfalarının müdrikliyini ifadə edən xüsusi atalar sözü topluları - "Oğuznamə"lər də Azərbaycan folklorunun qiymətli abidələrindəndir.

Azərbaycan folklorunun dramatik janrları xalq oyunları və meydan tamaşaları ilə təmsil edilmişdir. Bunların ən səcyyəvi örnəyi kimi "Kosa-Kosa" dramını göstərmək olar. İslamın qəbulundan sonra peyğəmbər ailəsinə məxsus müqəddəslərin faciəsi mövzusunda xalq arasında geniş yayılmış şəbihlər də xalq dramlarına daxildir.

Azərbaycan folklor nümunələrinin böyük bir qrupu xüsusi olaraq uşaqlar üçün yaradılmışdır. Bunlar həm lirik, həm epik, həm də dramatik növlərə məxsus örnəklərdir. Lirik növə aid janrlar: layla, oxşama, nazlama, uşaq mahnıları; epik növə: tapmaca, yanıltmac, qaravəlli, uşaq nağılları; dramatik növə isə uşaq oyunları və tamaşalar daxildir.

Azərbaycan folklorunun inkişaf mərhələləri arasında orta əsrlərin xüsusi yeri vardır. Bu dövrdə - XVI-XVIII yüzilliklərdə dastan janrı xüsusilə geniş inkişaf etmiş, Qurbani, Tufarqanlı Abbas, Sarı Aşıq, Xəstə Qasım kimi qüdrətli sənətkarlar ərsəyə gəlmişdi. Əsasən irfanla bağlı olan orta əsr məhəbbət dastanları - "Qurbani", "Aşıq Qərib-Şahsənəm", "Əsli-Kərəm", "Abbas-Gülgəz", "Şah İsmayıl-Gülzar", "Tahir-Zöhrə", "Alıxan-Pəri", "Arzu-Qəmbər", qəhrəmanlıq dastanı "Koroğlu" bu dövrün məhsuludur. Məhəbbət dastanlarından fərqli olaraq, "Koroğlu" müxtəlif qolların toplusu olmaqla "Dədə Qorqud" dastanlarının ənənəsini davam etdirir və buna görə də epos adlanır. "Koroğlu" eposunun süjetində konkret tarixi hadisə - XVI-XVII yüzilliklərdə Türkiyə və Azərbaycanda baş vermiş Cəlalilər üsyanı dursa da, formalaşma prosesində abidəyə bir sıra əlavə süjetlər artırılmış, bəzi hallarda mifik motivlərdən də istifadə edilmişdir.
Folklor örnəkləri əsas etibarilə anonim - müəllifsiz olduğundan, konkret müəllifi olan aşıq ədəbiyyatının Azərbaycan folklorunda xüsusi yeri vardır. XVI yüzillikdə əsası qoyulan və dövrümüzə qədər davam edən aşıq sənətinin ən böyük nümyaəndələri "ustad aşıqlar" termini ilə ifadə edilir. Azərbaycan folklorunda ilk ustad aşıq kimi Qurbaninin adı çəkilir. Qurbani Şah İsmayıl Xətaidən (1487-1524) yaşca bir qədər böyük olmuş və onunla müəyyən münasibətləri olmuşdur. Səfəvilərin tarixindən və "Qurbani" dastanından bu xalq sənətkarı haqqında müəyyən məlumatlar almaq mümkündür.

Azərbaycan aşıq sənətinin üç yüz illik ənənələri XIX əsrdə Aşıq Ələsgər (1821-1926) kimi qüdrətli xalq sənətkarının yetişməsinə təkan vermişdir. Aşıq Ələsgərin yaradıcılığında lirik motivlə əxlaqi-didaktik motiv üzvi şəkildə bir-birinə qovuşmuşdur. Bu el sənətkarı özündən sonrakı aşıq ədəbiyyatının, eləcə də yazılı şeirin inkişafına böyük təsir göstərmişdir. 105 il ömür sürmüş aşığın yaradıcılığında bu dövrün bir çox tarixi hadisələri və şəxsiyyətləri öz əksini tapmışdır.

Azərbaycan şifahi xalq yaradıcılığı, xüsusən aşıq sənəti qonşu xalqların ədəbiyyatlarına da dərin təsir göstərmiş, bir sıra gürcü və erməni şairləri türk dilində yazıb-yaratmışlar. XVIII əsr erməni şairi Sayat Nova şeirlərinin əksəriyyətini indi onun nəvələrinin bəyənmədiyi türk (Azərbaycan) dilində qələmə almışdı.

Azərbaycan folklorunun ilk örnəkləri yazılı şəkildə qədim yunan tarixçisi Herodotun "Tarix" əsərində (E.Ə. V əsr) bizə gəlib çatmışdır. Bunlar - qədim Azərbaycan dövləti Midiyanın süqutunun və İran dövləti tərəfindən işğalının səbəbləri haqqında xalq bədii təfəkkürünün məhsullarıdır. Bu əfsanələr "Astiyaq", "Tomris" və başqa adlarla Herodotun əsərində yazıya alınmışdır. İndiki mənada tarix əsəri deyil, həm də bədii əsər qələmə almış Herodot, Azərbaycan əfsanələrini də yüksək bədiiliklə işləmiş və təsirli psixoloji səhnələr yaratmağa müvəffəq olmuşdur. "Tomris" əfsanəsi bu baxımdan daha diqqətəlayiqdir. İşğalçılıq məqsədi ilə Midiyaya hücum edib, ölkəni viran qoyan İran şahını məğlub etmiş Midiya sərkərdəsi - qəhrəman qadın Tomris onun başını kəsib bir qan tuluğuna salır ki, yeriklədiyi qandan "doyunca içsin..."

"Astiaq" əfsanəsində mifoloji qat daha güclüdür. Burada əsas hadisələr yuxugörmə və taleyin əvvəlcədən müəyyən edilməsi üzərində qurulmuşdur. İlahi qüvvələrin təyin etdiyi taleyin dəyişdirilməsində insanın nə qədər gücsüz olduğu - Astiaqın faciəsi örnəyində təqdim edilir. Eyni motivlər qədim dünyanın bir çox ədəbiyyatlarında, o sıradan antik yunan ədəbiyyatında geniş yayılmışdır.

Azərbaycan folklorunun yazılı halda bizə gəlib çatmış ən böyük abidəsi "Kitabi-Dədə Qorqud" eposudur. Bu eposun müxtəlif obraz və motivləri sonrakı Azərbaycan folkloruna və klassik ədəbiyyatına təsir göstərsə də, bütövlükdə şifahi ənənədə qorunub saxlanmamışdır. Buna görə də, "Dədə Qorqud" dastanları yazılı ədəbiyyat örnəyi kimi də tədqiqata cəlb edilir. Bu məqalədə də həmin prinsip gözlənilmişdir.

Link to comment
Share on other sites

[b]QƏDİM ƏDƏBİYYAT[/b]
Azərbaycan yazılı ədəbiyyatının ən qədim nümunəsi E.Ə. VI əsrdə Midiya dövləti ərazisində meydana çıxmış və müəllifliyi Zərdüştə aid edilən "Avesta"dır. Burada Azərbaycan xalqının dualist dünyagörüşü, ibtidai insanın xeyirlə şərin mübarizəsi haqqındakı təsəvvürləri öz bədii əksini tapmışdır. Zərdüştün xeyir qüvvələrin başçısı Ahura Mazdaya (Hörmüzd) müraciətləri şəklində yazılmış "Avesta"da qədim insanların dünyanı və cəmiyyəti idarə edən xeyir və şər qüvvələr haqqında təsəvvürləri bədii-obrazlı şəkildə əks olunmuşdur. "Avesta"nın bədii cəhətdən ən gözəl hissəsi olan "Qatlar"da Zərdüştün insan və cəmiyyət, təbiət və fərd haqqında fəlsəfi-əxlaqi düşüncələri öz əksini tapmışdır. "Avesta" ilkin halında, bütöv şəkildə bizə gəlib çatmamışdır. Bu əsər E.Ə. IV yüzillikdə Makedoniyalı İskəndər tərəfindən yandırılmış və onun mətnindən yalnız ayrı-ayrı fraqmentlər atəşpərəst kahinlərin yaddaşında qorunub saxlanaraq sonralar bir yerə toplanmış və pəhləvi dilinə tərcümə edilmişdir. "Avesta"da Azərbaycan xalqının mifoloji dünyagörüşünün mühüm cəhətləri əks olunaraq dövrümüzə qədər gəlib çatmışdır. Xüsusən, dünyanın yaranması, ilk insanın meydana çıxması, bəşəriyyətin "qızıl dövrü", ilk günah və Tanrının qəzəblənərək insanlara narahatlıq, xəstəlik, bəla göndərməsi haqqında mifoloji motivlər dünya xalqlarının mifologiyasında geniş yayılmış ünsürlərdəndir.

Kökləri mifoloji dünyagörüşünə gedib çıxan Dədə Qorqud dastanları B.E. XI yüzilliyində "Kitabi-Dədəm Qorqud" adı altında yazıya alınmış, əlimizdə olan nüsxələr isə XVI əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanıstanda yaranmış analoji süjetlərə qida vermişdir. "Kitabi-Dədə Qorqud"dakı Təpəgöz obrazı Homerin "Odisseya" dastanındakı Polifem obrazı ilə müqayisədə daha qədimdir. İndiyədək "Kitabi-Dədə Qorqud"un iki əlyazması məlumdur. Bunlardan biri - alman şərqşünası F. fon Dits tərəfindən İstanbuldan Almaniyaya aparılmış və Drezden şəhərinin kitabxanasına bağışlanmış bir müqəddimə və on iki boydan (dastandakı ayrı-ayrı əhvalatlar boy adlanır) ibarət olan Drezden nüsxəsi, o biri isə XX əsrin 50-ci illərində Vatikanda tapılmış bir müqəddimə və altı boydan ibarət nüsxədir.
Ənənəyə görə, dastanların müəllifliyi Dədə Qorquda aid edilir. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastanın müqəddiməsində də Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığı qeyd edilir. Dastanların əsas süjeti aşağıdakı on iki boyda əks olunmuşdur: "Dirsə xan oğlu Buğacın boyu", "Salur Qazanın evinin yağmalandığı boy", "Bayburanın oğlu Bamsı Beyrək boyu", "Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy", "Duxa Qoca oğlu Dəli Domrulun boyu", "Qanlı Qoca oğlu Qanturalı boyu", "Qazılıq Qoca oğlu Yeynəyin boyu", "Basat Təpəgözü öldürdüyü boy", "Bəkil oğlu Əmranın boyu", "Uşun Qoca oğlu Səgrəyin boyu", "Salur Qazan dutsaq olub oğlu Uruz çıxardığı boy", "İç Oğuza Dış Oğuz asi olub Beyrək öldüyü boy".

Dədə Qorqud dastanlarının bir sıra boylarında mifoloji dünyagörüşünün izlərinə rast gəlmək mümkündür. Məsələn, "Dəli Domrul" boyunda ölüm kultunun əski qalıqları və bunun dastanın yazıya alındığı dövrün dini görüşlərinə görə mənalandırılması özünə yer tapmışdır. Buradakı Əzrayıl obrazı, dastanın bir çox başqa boylarında olduğu kimi, əsərə islamın qəbulundan sonra artırılmış və eposun ümumi ruhuna uyğunlaşdırılmışdır. Bu cəhətinə görə həmin boy ölüb-dirilən tanrılar haqqında qədim şumer, babil, misir əfsanə və mifləri ilə səsləşir.

"Kitabi-Dədəm Qorqud" eposunun bizə gəlib çatmış əlyazma nüsxələrinin köçürülmə tarixi XVI əsr kimi müəyyən edilir. Boylarda orta əsrlər dastanlarımız kimi, nəsr və şeir parçaları növbələşsə də, həmin şeir parçaları orta əsrlərin poetika qanunlarına az uyğun gəlir. Bəzi tədqiqatçıların fikrincə, "Kitabi-Dədə Qorqud"da vaxtilə bəzi digər qədim türk dastanları kimi başdan-başa şeirlə yaradılmış, sonra isə yaddaşlarda yalnız əsas motivləri qaldığından, yazıya köçürülərkən nəsrlə bərpa edilmişdir.

Dədə Qorqud boylarının əsas mahiyyətini yurdun və xalqın qorunması, xeyir qüvvələri təmsil edən qədim oğuzların yadelli işğalçılara - şər qüvvələrə qarşı ölüm-dirim savaşı, öz əhəmiyyətini indi də itirməyən bir çox əxlaqi-didaktik görüşlər təşkil edir. Keçən yüzilliyin 50-ci illərində sovet totalitar rejiminin ideoloji basqısı altında "Dədə Qorqud" eposu milli ədavəti qızışdıran bir ədəbi abidə kimi qadağan edilmiş, yalnız 60-cı illərin əvvəllərində "bəraət" ala bilmişdir.

Link to comment
Share on other sites

"Avesta"dan sonra ümumtürk kontekstində Azərbaycan yazılı ədəbiyyatının örnəkləri E.Ə. 328-ci ildə Çin qaynaqlarında verilmiş bir türkcə atalar sözü və ortaq türk ədəbiyyatları statusunda qələmə alınmış, B.E. VI-VIII əsrlərinə aid olan daş üzərində yazılardır. Bu yazılar hökmdarlara epitafiya-salnamə xarakteri daşısa da, onların bədii məziyyətləri də yüksəkdir və həmin dövrdə türk ədəbi dilinin inkişafı, obrazlar sisteminin formalaşması haqqında müəyyən təsəvvür yaradır. aşğarlı Mahmudun əsəri isə türk mifologiyası və folklorunun bir çox örnəklərini yazıya alıb sabitləşdirməsi ilə əhəmiyyət kəsb edir. Məsələn, E.Ə. VII-VI yüzilliklərdə yaşamış türk hökmdarı Alp Ər Tonqanın ölümünə həsr edilmiş ağı qədim türk bədii təfəkkürünün bütün incəlik və gözəlliyini təravətli halda bizə çatdırır.

Azərbaycan ərazisində yaranmış və yazısının tarixi V yüzilliyə gedib çatan alban ədəbiyyatı da klassik yazılı ədəbiyyatımızın qaynaqlarından sayılmalıdır. Alban hökmdarı Cavanşirin ölümünə şairi Dəvdəkin yazdığı ağı bir çox cəhətlərinə görə qədim türk hökmdarı Alp Ər Tonqaya həsr edilmiş ağıya bənzəyir.

VII-VIII əsrlərdə islam xilafətinin mərkəzi şəhərləri olan Mədinədə və Məkkədə yaşayıb yaratmış Azərbaycan şairlərindən Əbu Məhəmməd ibn Bəşşar, Musa Şəhəvat və İsmayıl ibn Yəsarın şeirləri mübariz tənqidi ruhu, orijinal sənətkarlıq xüsusiyyətləri ilə o dövr ərəb poeziyasından müəyyən dərəcədə seçilir. Bunu mütəxəssislər də təsdiq edirlər. Ərəb dilində bədii əsərlər yazmaq ənənəsi Azərbaycan şairləri arasında XI-XII əsrlərə qədər davam edir, Xətib Təbrizi, Məsud ibn Namdar kimi sənətkarlar bu dildə Azərbaycan ədəbiyyatını zənginləşdirən bədii örnəklər ərsəyə gətirirlər. Dövrünün böyük filoloji olan Xətib Təbrizinin ədəbiyyatşünaslıq sahəsində görkəmli xidmətləri vardır. Onun "Şərhül-Həmasə" adlı əsəri min ilə yaxındır ki, şərqşünas və ədəbiyyatşünaslar arasında öz böyük nüfuzunu saxlamaqdadır. Bu əsər haqqında onlarla elmi araşdırma yazılmış və nəşr olunmuşdur.

XI yüzillikdən Qətran Təbrizinin (1012-1088) yaradıcılığı ilə Azərbaycan poeziya məktəbi başqa bir dildən - dəri dilindən istifadə etməklə yeni inkişaf mərhələsinə qədəm qoyur. Qətranın bizə gəlib çatmış "Divan"ı əsas etibarilə dövrün hökmdarlarına yazılmış mədhiyyə-qəsidələrdən ibarət olsa da, bunların giriş-nəsib hissələrində heyranedici təbiət təsvirləri özünə yer tapmış və Azərbaycan poeziya məktəbinin sonrakı inkişafında mühüm rol oynamışdır..
1054-cü ildə Azərbaycanın oğuz türklərinin yaratdığı Səlcuqilər dövlətinin tərkibinə daxil olması elmin, incəsənətin və ədəbiyyatın inkişafına təkan verməklə yanaşı, türkdilli Azərbaycan xalqının formalaşmasını da başa çatdırmış oldu. XI yüzilliyin ən böyük Azərbaycan şairlərindən olan Qətran Təbrizinin əsərlərində Azərbaycan-türk ruhu, Azərbaycan dilinə xas olan bir çox söz və realilər öz dərin izlərini qoymuşdur. Şair bəzən ərəb və fars dillərində lazım olan qafiyəni tapmaqda çətinlik çəkərkən öz ana dilinə müraciət edir. Mübaliğəsiz demək olar ki, Qətran Təbrizi poeziyasının dili - azərbaycanca (türkcə) düşünüb farsca yazan bir sənətkarın dilidir və bu xüsusiyyət, ümumiyyətlə, farsdilli Azərbaycan poeziyası üçün səciyyəvidir. Bunu, Qətran Təbrizi dövründə yaşamış və şairlə şəxsən tanış olmuş məşhur İran şairi və alimi Nasir Xosrov da etiraf etmiş və Qətranın fars dilini o qədər də yaxşı bilmədiyini özünün "Səyahətnamə" əsərində qeyd etmişdir.

XII əsrdə Azərbaycan ədəbiyyatında bütövlükdə Yaxın və Orta Şərq, eləcə də dünya ədəbiyyatlarının sonrakı inkişafına güclü təsir göstərmiş poeziya məktəbi öz formalaşmasını başa çatdırır və onun Xaqani Şirvani, Nizami Gəncəvi kimi dünya şöhrətli korifeyləri meydana gəlir. Daha çox arxaik sözlərdən istifadə yolu ilə yaradılan və buna görə də dərin fəlsəfi məzmun və mündəricə ifadəsində çətinlik çəkən farsdilli Xorasan ədəbi məktəbindən fərqli olaraq, Azərbaycan ədəbi məktəbinin nümayəndələri dəri dilində qələmə aldıqları poetik əsərləri ərəb söz və ifadələri hesabına zənginləşdirməklə onu yeni inkişaf mərhələsinə qaldırmış, ən incə poetik mətləblərin və dərin fəlsəfi fikirlərin ifadəsi üçün mükəmməl bir hala salmışlar. Saray ədəbi mühitində - XII əsr Azərbaycan dövlətlərindən Şirvanşahlar və Atabəylərin mesenatlığı altında Əbül-üla Gəncəvi (1096-1159), Məhsəti Gəncəvi (1089-1183), Xaqani Şirvani (1126-1199), Fələki Şirvani (1126-1160), Mücirəddin Beyləqani (-1190), İzzəddin Şirvani kimi əsərləri indi də öz yüksək bədii-estetik əhəmiyyətini itirməmiş sənətkarlar yetişmişdilər.

XII əsr Azərbaycan poeziya məktəbinin nümayəndələrinə yüksək şair professionallığı, sözün poetik imkanlarından maksimum istifadə bacarığı, poetik vahidlərdə özünə möhkəm yer tutmuş fikir çoxmənalılığı xas idi. Bununla yanaşı, xalq sənətinə, folklor obrazlarına, canlı xalq dilindən gələn söz və ifadələrə, aforizmlərə meyl də güclü idi.

Link to comment
Share on other sites

Dövrün ən böyük şairlərindən biri kimi tanınan Əfzələddin Xaqani (1126-1199) yaradıcılığında diqqəti ən çox çəkən cəhət, hər beytdə, hər misrada özünü göstərən dərin obrazlılıq və elmilikdir. İslam Şərqinin bir çox elmlərinə vaqif olan sənətkar bütün bunları quru, yorucu bir dillə yox, şirin, cazibədar, heyranedici poeziya dili ilə təqdim edir. Dövrünün elmlərini dərindən bilən Xaqani bəzən incə bir eyhamla bütöv əsərlərə sığa bilən fikir ifadə etmiş olur. Bəzən isə onun əsərlərində dövrünün şəriət xadimlərinin müəyyən etdiyi ehkamlarla uyuşmayan ezopdilli qənaətlər də irəli sürülür, poetik simvollardan geniş istifadə edilir. Azərbaycan ədəbiyyatında ilk epistolyar məsnəvi sayılan "Töhfətül-İraqeyn" ("İki İraqın töhfəsi") (1156) poemasında da Xaqani bir sıra simvol və eyhamların köməyi ilə özü ilə mühiti arasında olan dərin ziddiyyətləri açıb göstərməyə nail olmuşdur. Bu baxımdan istər Xaqani, istərsə də Nizami yaradıcılığına dialektik inkişaf meyli xasdır. Bu şairlər təbiət və cəmiyyəti donmuş halda deyil, daim inkişaf və yüksəlişdə götürüb baxmağa güclü meyl nümayiş etdirirlər. Xüsusən Nizami yaradıcılığı bu baxımdan bütövlükdə dünya ədəbiyyatlarında özünəməxsus mərhələ təşkil edir. Xaqani Şirvani Şamaxıdakı saray mühitinin əzici təsirinə dözməmiş, Məkkəyə ziyarətə getdikdən sonra bir daha saraya qayıtmayaraq Təbrizdə məskən salmış və orada da vəfat etmişdir. Şairin məzarı Təbrizin Sürxab qəbiristanlığındakı "Şairlər məqbərəsi" adlanan yerdədir.

Xaqani həm də Azərbaycan ədəbiyyatında ən böyük lirik şairlərdən biri kimi tanınır. Onun qəzəl və rübailərində Azərbaycan poeziya məktəbinin ən yaxşı ənənələrinin əsası qoyulmuşdur. Xaqani yaradıcılığında Azərbaycan poetik məktəbinin öz əksini tapmış özəlliklərindən biri də türklüyə dərin məhəbbətdir. Sonralar Nizami yaradıcılığında bu xüsusiyyət özünün zirvəsinə çatmışdır.

XII yüzillik Azərbaycan poeziya məktəbinin nümayəndələri arasında Şirvan ədəbi mühitinin yetirdiyi Fələki, Əbül-üla, Mücirəddin Beyləqani və başqaları ilə yanaşı, Güney Azərbaycanda ərsəyə gəlmiş Şihabəddin Sührəverdi (1154-1192) kimi filosof şairlər də olmuşdur.

Həyatı əfsanə və rəvayətlər pərdəsinə bürünmüş XII əsr şairi Məhsəti Gəncəvi Ömər Xəyyamdan sonra rübai janrının ən böyük ustadlarından biri kimi tanınır.
Bu dövrdə Azərbaycan ədəbiyyatının daha bir güclü qolu da saraylardan kənarda yaranır və ədəbi-mədəni mühitə get-gedə daha çox təsir göstərirdi. Nizami Gəncəvi (1141-1209) kimi söz sənətkarları məhz bu dövr ədəbiyyatının demokratik qolunu təşkil edirdilər. Bunlar üçün ədəbiyyat, poeziya gündəlik çörəkpulu vasitəsi deyil, ürəyin dərinliklərindən, patriotik və humanist duyğuların təsirindən gələn ideya-bədii ifadə vasitəsi, insan həyatını və məişətini yüngülləşdirmək, yaradılışın tacı olan insanı həyatda xoşbəxt görmək üçün bir təbliğat vasitəsi idi. Nizami Gəncəvi öz ölməz beş poeması ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İskəndərnamə") ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmişdir. Şair özü də ədəbi-fəlsəfi dühası ilə bunu gözəl başa düşür və öz sənətinin ölməzliyi barəsində peyğəmbərcəsinə öngörülər verirdi. Sonralar ta bizim günlərə qədər Nizami irsi şairlərin hər zaman ilham mənbəyi olaraq qalmış və onun əsərlərinə Şərqdə və Qərbdə müxtəlif dillərdə 500-ə qədər şair nəzirə yazmışdır. Məhz Nizaminin və onun çapında olan digər sənətkarların yaradıcılığına görə XII-XVI əsrlər Azərbaycan ədəbiyyatının Renessans zirvəsi sayılır.

Bütün dünyanın "Gəncəli dahi" kimi tanıdığı Nizaminin yaradıcılığı bir də ona görə qlobal hadisədir ki, Azərbaycan şairinin irsində təkcə Şərq ədəbi-mədəni dəyərləri deyil, eyni zamanda Qərb, yəni o dövrün Qərbi olan antik ədəbi-mədəni dəyərlər öz kamil sintezini tapmışdır. Əslində, Nizami yaradıcılığını tam mənasilə klassik dövrün yeni mərhələsi kimi qiymətləndirmək olar. Çünki məhz Nizaminin yüksək humanist fikirlərində orta əsrlərin mistikasından oyanıb sağlam və ayıq təfəkkürlə hadisə və predmetlərə, insana, cəmiyyət həyatının məna və mahiyyətinə rasional, məntiqi yanaşma tərzinin şahidi oluruq. İnsan xoşbəxt yaşamaq üçün yaradılmışdır və bu ilahi qədəri, tanrısal taleyi heç bir şər qüvvə dəyişdirə bilməz. Nizaminin bütün yaradıcılığından işıqlı bir xətt kimi keçən əsas ideya məhz budur. Həmin ideya bir də az sonra dünya ədəbiyyatlarında özünü Avropa Renessansı sənətkarlarının yaradıcılığında büruzə verəcəkdir.

Link to comment
Share on other sites

Nizami sənətinin ölməzliyi bir də özünü insan psixologiyasının əbədi problematikasını kəşf etməsində və bu problematikanın həlli yollarını göstərməsindədir. Ədəbiyyatın bəşər həyatında və bəşəriyyətin mədəni inkişafında oynadığı rolu da bəlkə elə bunda axtarmaq lazımdır. Azərbaycan şifahi xalq ədəbiyyatının və başında Nizami kimi dühalar duran yazılı ədəbiyyatın uzun yüzilliklər boyu apardığı etik-didaktik təbliğat olmasaydı, dünya səviyyəsində özünü göstərən bu qədər zülm və zorakılıqlar, haqsızlıq və ədalətsizliklər indikindən daha artıq olar, sivilizasiyanın əldə etdiyi çağdaş nailiyyətlər haqqında ancaq arzulamaq lazım gələrdi. Nizami yaradıcılığının zirvəsinə doğru dabanbasma gələn qlobal fəlakətin - monqol basqınlarının bu böyük dahinin əsərlərini öz tonqalları altında məhv etməməsi bu gün bəzən təfəkkür tərzimizi humanizm baxımından xeyli qabaqlayan Nizami irsindən bəhrələnməyimizə imkan yaratmışdır.

Nizami yaradıcılığının ölməzliyini təmin edən səbəblərdən biri də - onun qoyub həll etdiyi ictimai problemlərdir. Şairə görə, cəmiyyətin başında ağıllı, maarifpərvər hökmdar durmalı, bununla da insanların cəmiyyətdəki ahəngdar münasibətlərini təmin etməlidir. Hökmdar ictimai mühitin başında duran bir şəxs olduğundan, həmin mühitin sağlamlığı bir çox cəhətdən onun şəxsi keyfiyyətlərindən asılıdır. Şairin bütün əsərlərində qoyulan başlıca problem bundan ibarətdir ki, dövlət başçısı Tanrı qarşısında götürdüyü öhdəliklərə əməl etməli, tabeliyində olan insanların xoşbəxtliyi və rahatlığı uğrunda çalışmaqdan bir an belə geri durmamalıdır. Yalnız bu halda cəmiyyətdə fərdlərin ahəngdar inkişafı təmin edilə bilər, Tanrının insanı yaradarkən qarşıya qoyduğu məqsədlər həyata keçirilə bilər.

Yaradıcılığa dövrünün ədəbi ənənəsinə uyğun olaraq lirik şeirlər - qəsidə, qəzəl və rübailərlə başlayan Nizami qısa bir zaman ərzində öz "Divan"ını tərtib etmiş və bir şair kimi məşhurlaşmışdı. Lirik şeir yaradıcılığı ömrünün sonuna kimi şairi məşğul etmiş və o, irihəcmli poemalarında verə bilmədiyi müxtəlif ağrılı, fəlsəfi problemləri rübabi şerin köməyi ilə lakonik şəkildə ifadə etmişdir. Nizami ilk poeması "Sirlər xəzinəsi"ndən (1174) başlamış son əsəri "İskəndərnamə"yə qədər dövrünün aktual, eləcə də bəşəriyyətin əbədi problemlərinin həllini bir an belə nəzərdən qaçırmamış, əsərdən-əsərə bu işi daha da təkmilləşdirmişdir. Bu, ölməz Nizami sənətinin humanist konsepsiyasını təşkil etməkdədir. Nizaminin beş poeması sonralar "Xəmsə" ("Beşlik") adı altında birləşdirilmiş və bu adla da Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatlarında məşhur olmuşdur. Nizami məktəbinin bir çox ardıcılları ölməz ustad kimi "Xəmsə" yaratmaq arzusunda olmuş, ancaq bu arzuya az şair çatmışdır.
İnsanı ucaldan, onun adını əbədiləşdirən ülvi məhəbbətin təsvir və tərənnümü "Xəmsə" silsiləsinin üçüncü əsəri olan "Leyli və Məcnun"da (1188) özünə yer tapmışdır. Şirvanşah Axsitanın sifarişi ilə yazılmış bu əsərində Nizami öz sənətinin ecazı ilə ölməz bir məhəbbət dastanı yaratmağa nail olmuşdur. Həm də o, Yaxın və Orta Şərq ədəbiyyatlarında bu mövzuda poema qələmə alan ilk sənətkar kimi məşhurdur. Poemanın baş qəhrəmanları - insan azadlığı ideyasını qəbul etmək istəməyən cəmiyyət tərəfindən "məcnun" (dəli) adlandırılmış Qeys və Leyli insanın azad sevib-sevilmək arzularının təcəssümünə çevrilmişdir. Əsərdə başlıca problemlərdən birini də qadın azadlığına tamamilə yeni baxış təşkil edir. Şair cəmiyyətin və şəxsiyyətin azadlıq və inkişafına mane olan çürük adət-ənənələrin əleyhinə çıxır, insanın cəmiyyətdə rasional azadlığı ideyasının vacibliyi fikrini irəli sürür və əsaslandırır. Süjetin faciə ilə sona çatmasında Nizami insanı əhatə edən ictimai mühiti, bu mühitdə hökm sürən qeyri-məntiqi adətləri, vəhşi instinktləri günahlandırır, bütün bunlara qarşı insanın müdaxilə etmədiyi təbii mühiti, vəhşi heyvanlar aləmini qoyur. Şair göstərir ki, ictimai münasibətlərin təsir göstərmədiyi saf və təmiz heyvanlar Məcnunun yüksəkliyini və ülviliyini daha yaxşı anlayır və onun başına toplaşırlar. Bu poemanın giriş hissəsində də Nizami insan cəmiyyətində gördüyü bir sıra nöqsan və eybəcərliklərin bədii ifşasını vermişdir.
Nizaminin ilk poeması "Sirlər xəzinəsi" (1174) "Xəmsə"nin başqa hissələrindən fərqli olaraq vahid süjet xəttinə malik deyildir. Ancaq burada öz əksini tapan bir çox problemlərin təqdimində müxtəlif hekayə və rəvayətlərdən ustalıqla istifadə edilmişdir. Bunun üçün öz dövrünün müxtəlif qaynaqlarına, eləcə də folklora müraciət edən şair, bütün bu materialın yüksək bədii səviyyədə təqdiminə nail olmuşdur. Poema ənənəvi giriş hissəsindən əlavə 20 məqalət və hekayəti əhatə edir. Nizami bu ilk poeması ilə Yaxın və Orta şərq ədəbiyatlarında tamamilə yeni bir epik ənənənin əsasını qoyduğunu sübut etmiş, özündən sonra bütöv bir ədəbi məktəbin bünövrəsini qoymuşdur.

"Xosrov və Şirin" (1180) poeması Nizaminin romanik əsərlərinin, yəni əsasında roman süjeti duran bitkin obrazlar qalereyasına malik poemalarının birincisidir. Əsərin mövzusu İran Sasani hökmdarları sülaləsinin tarixindən götürülsə də, şairin bir çox problemlərin təqdimində öz doğma mühitinin hadisə, şəxsiyyət və problemlərindən çıxış etməsi şübhə doğurmur. Nizami öz sələfi - İran şairi Firdövsi kimi tarixi-əfsanəvi əsər yaratmır, öz poemasının janrını "həvəsnamə" kimi müəyyən edir və məhəbbətin tərənnümünə həsr edir. Təsadüfi deyil ki, əsərin qəhrəmanı Xosrov Pərvizin həyatının ancaq Azərbaycan şahzadəsi Şirinlə bağlı məqamlarına daha çox diqqət yetirilir, şairə doğma olan bu gözəl az qala baş qəhrəman kimi təqdim edilir. Poemanın məzmun janrı şairin özü tərəfindən "həvəsnamə" kimi müəyyən edilsə də, Nizami özündən əvvəlki şairlər kimi sadəcə ötəri həvəs və yüngül ehtirasa deyil, insanı mənən zənginləşdirən və kamilləşdirən, onu ilahi mərtəbəyə qaldıran, onun xarakterini mənfidən müsbətə doğru dəyişdirən ülvi məhəbbətə himn yaratmışdır. Poemadakı monumental obrazlardan biri olan Fərhad sonrakı dövrlərdə bir çox Nizami ardıcıllarını ilhamlandırmış və o, bir sıra poemaların baş qəhrəmanı kimi təqdim edilmişdir.

Qəhrəman xarakterinin dinamik inkişafını romantik sənət tipinin tələbləri baxımından əks etdirən Nizami, poemanın sonunda öz qəhrəmanının məhəbbətin təsiri altında heyrətamiz dərəcədə dəyişərək ideal bir şəxsiyyətə çevrildiyini göstərmişdir. Şair Xosrovun faciəsini islam tarixindən götürdüyü başqa bir tarixi hadisə - Məhəmməd peyğəmbərin Xosrova məktub yazıb onu islam dininə dəvət etməsi və şahın həmin məktuba etinasızlıq göstərib onu cırması ilə bağlayır. Bu süjet poemanın sonunda əlavə kimi verilmişdir.

Link to comment
Share on other sites

Nizaminin son poemaları olan "Yeddi gözəl" (1197) və "İskəndərnamə" (1203) şairin uzun illərdən bəri kitabxanalarda apardığı elmi axtarışların, etdiyi müşahidələrin məntiqi nəticəsidir. Hər iki əsərin mövzusunu şair özü müəyyənləşdirmiş və ictimai idealının bədii gerçəkləşdirilməsi yolunda bir fəlsəfi-poetik vasitə kimi istifadə etmişdir. Hər iki əsər tarixi mövzuda yazılsa da, Nizami tarixdən yalnız bir fon kimi istifadə etmiş, əksər hallarda real tarixi öz estetik idealına uyğunlaşdırmışdır. Bu baxımdan bu poemalar mahiyyətcə bir-birinin məntiqi davamı kimi də nəzərdən keçirilə bilər. Nizaminin bir humanist sənətkar kimi qarşıya qoyub həll etmək istədiyi əsas ideya isə insanın xoşbəxtliyi və bu xoşbəxtlik yollarının tapılmasıdır. Orta əsrlərdə bunun üçün əsas məsuliyyət cəmiyyətin deyil, hökmdarın üzərinə düşdüyündən, fəlsəfi və bədii əsərlərdə əsas tələblər də məhz onların qarşısında qoyulurdu. Xüsusən İskəndər obrazı ilə Nizami maarifpərvər və ədalətli bir şahın cəmiyyətin rifahı və ahəngdar inkişafı üçün necə böyük fəaliyyət imkanlarına malik olduğunu göstərmişdir. Bu baxımdan Nizaminin yaratdığı hökmdar obrazlarının əsərdən-əsərə kamilləşdiyini və cəmiyyətin arzu və tələblərinə daha çox cavab verdiyini görürük. Xosrovdan ("Xosrov və Şirin") Bəhram Gura ("Yeddi gözəl") və İskəndərə ("İskəndərnamə") doğru yüksələn xətlə gedən hökmdar obrazları ən nəhayətdə "İqbalnamə"də ("İskəndərnamə"nin ikinci hissəsi) sadəcə bir hökmdar deyil, bir çox xalqları doğru yola yönəldən, təkcə öz ölkəsi Yunanıstanda yox, bütün mədəni dünyada haqqı və ədaləti bərpa edən peyğəmbər səviyyəsinə yüksəlir.

Nizami sənətinin böyüklüyü və onun estetik idealının ülviliyi sonrakı əsrlərdə də Azərbaycan ədəbiyyatının inkişafına güclü təkan vermiş, bu böyük dahi tərəfindən müəyyən edilmiş humanizm və demokratizm prinsipləri təkcə Azərbaycan deyil, bütövlükdə Yaxın və Orta şərq, eləcə də bir sıra Qərb ədəbiyyatlarında humanist meyllərin intişarına səbəb olmuşdur.

[b]ORTA ƏSRLƏR ƏDƏBİYYATI[/b]

XIII əsrdən etibarən, obyektiv tarixi gerçəkliyin təsiri altında Azərbaycan torpaqlarında əsasən ərəb və fars dillərində yaradılan Azərbaycan ədəbiyyatında doğma dildə yazan şair və sənətkarların sayının get-gedə artdığını görürük. Bu zamandan Azərbaycan ədəbiyyatının qədim dövrü bitir və orta əsrlər dövrü başlayır.

İzzəddin Həsənoğlu və Şeyx Səfiəddin Ərdəbili kimi lirik şairlər qonşu xalqlarda olduğu kimi, sufi-mistik ideyaları içinə alan lirik və epik parçalardan daha çox, canlı həyatla bağlı olan dünyəvi poeziya nümunələri yaratmağa üstünlük verirlər. Həsənoğlunun türkcə üç, farsca bir qəzəli, Şeyx Səfinin kiçik bir divanı bu dövrün anadilli ədəbiyyatı haqqında dolğun təsəvvür yaradır, gələcək böyük poeziyanın bünövrəsinin möhkəm təməl üzərində qoyulduğundan xəbər verir. Həsənoğlunun qəzəllərində müəyyən dərəcədə özünü göstərən sufi-mistik ideya və obrazlar bu istiqamətin artmağa doğru deyil, azalmağa doğru inkişaf etdiyindən xəbər verir. Əldə olan poetik örnəkləri şairin qüdrətli bir sənətkar olduğundan, zəngin yaradlıcılıq təcrübəsinə malik olduğundan xəbər verir və gələcəkdə onun poetik irsindən daha çox nümunələrin tapılacağına ümid doğurur.

XIII yüzilliyin epik poeziya örnəkləri arasında anonim "Dastani-Əhməd Hərami" və Qul Əlinin "Qisseyi-Yusif" poemalarının adlarını çəkmək lazımdır. Hər iki əsərdə islam dininin yüksək humanist dəyərləri bədii təqdimat obyektinə çevrilir, müəlliflər oxucunu islam şəriətinin əsasını təşkil edən xeyirə, ədalətə, insansevərliyə, düzlüyə, insaf və etiqada dəvət edir, insana yaraşmayan mənfi sifətlərdən çəkindirirlər.. Orta əsrlərin Avropa cəngavər romanlarından fərqli olaraq, burada əsas məqsəd hadisələrin cəlbediciliyini təmin etmək deyil, poemanın süjetində duran əxlaqi ideyanın oxucuya daha təsirli şəkildə çatdırılmasıdır.

Qurandakı "Yusuf" surəsi ilə bağlı olan "Qisseyi-Yusif" əsərində isə doğruluq və səmimilik kimi insani keyfiyyətlər təbliğ edilir, son nəticədə bunların insana gətirəcəyi xeyir əyani şəkildə açılıb göstərilir.

Bütün XIII əsri, XIV əsrin isə ilk onilliklərini yaşayıb uzun bir yaradıcılıq yolu keçmiş Güney Azərbaycan şairi Hümam Təbrizi (1201-1314) də bu dövrün görkəmli ictimai-siyasi xadimi və istedadlı şairlərindən biri olmuşdur. Hümam Təbrizinin "Dəhnamə" ("On məktub") poeması, fars dilində "Divan"ı məlumdur. O öz yaradıcılığında sələfi Nizami Gəncəvi sənətindən xeyli bəhrələnmiş, onu xoş sözlərlə yad etmişdir. Nizami Gəncəvi kimi Hümam Təbrizinin də yaradıcılığının başlıca aparıcı istiqamətini türk milli mentalitetinin əsas əlaməti olan humanizm və insan gözəlliyinin tərənnümü təşkil edir.

Link to comment
Share on other sites

Azərbaycan ədəbiyyatında daha çox sufizm cərəyanının görkəmli nümayəndəsi kimi tanınmış Şeyx Mahmud Şəbüstərinin (1287-1320) nəsr və nəzmlə yazdığı bir çox əsərləri arasında "Gülşəni-raz" poeması diqqəti daha çox cəlb edir. Fəlsəfi suallar və cavablar şəklində yazılmış bu əsərdə dövrün mütərəqqi dünyagörüşlü ziyalılarını və qabaqcıl elm xadimlərini düşündürən bir çox elmi-ictimai problemlər qoyulmuş və mütəfəkkir şairin bilik dairəsində onlara cavab vermək cəhdi edilmişdir.

XIV yüzildə Suli Fəqih və Mustafa Zərir kimi Azərbaycan şairləri də Quran motivləri əsasında qurulmuş "Yusif və Züleyxa" mövzusunda ana dilində əsərlər yaratmışlar. Elə həmin yüzilin sənətkarı Yusif Məddahın "Vərqa və Gülşa" poeması da anadilli epik şeirin gözəl örnəklərindən sayılmalıdır. Bütün bu əsərlər epik poeziyamızın sonrakı inkişafında müəyyən rol oynamışlar.

Bu dövr ədəbiyyatının ümumi inkişaf yoluna nəzər saldıqda XIII-XVI əsrləri vahid ədəbi proses kimi alıb öyrənmək lazım gəlir. Bu zaman kəsiyində anadilli ədəbiyyat sayca və sanbalca get-gedə güclənir və farsdilli poeziyanı üstələyirdisə də, fars dilində yazıb-yaratmaq ənənəsi hələ ədəbi şəxsiyyətlərin müəyyən bir qismini əhatə edirdi. Fars dilində yazıb-yaratmış görkəmli Azərbaycan şair və mütəfəkkirləri - Nəsirəddin Tusi (1201-1274), Marağalı Övhədi (1274-1338), Arif Ərdəbili (1311-) daha çox Nizami ənənələrinə söykənərək onların çapında əsərlər yaratmağa çalışırdılar. "Əxlaqi-Nasiri" kimi fundametal əxlaqi-didaktik əsərin müəllifi Nəsirəddin Tusinin elmi-fəlsəfi irsi ilə yanaşı, ədəbi-bədii əsərləri də var idi. Marağalı Övhədinin "Cami-Cəm", "Dəhnamə" poemaları Azərbaycan epik şeirinin layiqli örnəkləri sırasında dururdu. Bu əsərlərdəki bir çox fəlsəfi və humanitar problemlər indi də müxtəlif cəmiyyətlər üçün öz aktuallığını itirməmişdir. Ancaq Nizamidən sonra ictimai həyatda özünü göstərən və müəyyən obyektiv səbəblərlə bağlı olan durğunluq, ümidsizlik bir çox sənətkarların, o sıradan

Əssar Təbrizinin (1325-1390) fars dilində qələmə aldığı "Mehr və Müştəri" poemasında Nizaminin "Xosrov və Şirin" və "Leyli və Məcnun" poemalarında dahiyanə təsvir və tərənnümünü tapmış saf ülvi məhəbbət hisslərinə iki gəncin böyük və təmənnasız dostluğu prizmasından nəzər salınır. Çox mürəkkəb süjetə malik olan əsərdə yenə də Nizami səviyyəsində poetik bütövlüyün, aydınlıq və bitkinliyin olmadığını görürük. Şair özü də poemanın əvvəlində Nizami sənətinin ucalığını yüksək qiymətləndirir və onun əlçatmaz olduğunu etiraf edir.
Marağalı Övhədinin ən böyük əsəri "Cami-Cəm" daha çox ensiklopedik xarakter daşıyır və o dövrdə ədəbi dairələrdə geniş yayılmış bir çox humanist fikirlərin bədii təqdimini verirdi. Əfsanəvi hökmdar Cəmşidin dünyanın hər yerindən xəbər verən camı kimi, Marağalı Övhədinin poeması da insan və cəmiyyət həyatının, eləcə də təbiət hadisələrinin bir çox cəhətlərini güzgü kimi oxucunun qarşısında açır. Keçən əsrlərdə olduğu kimi, bu dövrdə də Azərbaycan ədəbiyyatı daha çox dünyəvi istiqamətdə inikişaf edir, ədəbiyyat ictimai və siyasi həyatın canlı bir parçası kimi çıxış edirdi. Elə bunun nəticəsidir ki, XIV əsrin şair və hökmdarı Qazi Bürhanəddinin yaradıcılığını (1314-1398) ingilis şərqşünası Eduard Braun türk ədəbiyyatlarında dünyəvi poeziyanın ilk örnəyi elan edərək yüksək qiymətləndirmişdir. Qazi Bürhanəddinin saray tarixçisi Astrabadinin bu hökmdarın həyat və fəaliyyətinə həsr etdiyi "Bəzm və rəzm" ("Məclis və döyüş") adlı salnaməni oxuduqca bu böyük insanın öz humanist ideallarını keşməkeşli bir dövrdə gerçəkləşdirmək uğrunda apardığı gərgin və qanlı mübarizəni poetik yaradıcılıqla necə yola verdiyinə, indinin özündə belə bədii dəyərini və təravətini itirməyən gözəl bir "Divan" bağlamağa imkan tapdığına heyrətlənməyə bilmirsən. Qazi Bürhanəddinin "Divan"ında Həsənoğlu və Şeyx Səfi yaradıcılığında formalaşmağa başlayan Azərbaycan bədii dili yüksək səviyyəyə çatır, bir çox yeni, təravətli poetik obrazlar və ifadələr sabitləşir, gələcək sənətkar nəsillərinin istifadəsinə verilir. Qazi Bürhanəddinin yaradıcılığında ilk dəfə sırf türk poetik janrlarından olan tuyuqlardan istifadə olunur. Bu janr sonralar Nəsimi yaradıcılığına və onun vasitəsilə böyük özbək şairi Əlişir Nəvainin "Divan"ına keçir.

Bu dövrdə ədəbiyyatda və ictimai-siyasi fikirdə formalaşmış humanizm prinsipləri xüsusən Seyid İmadəddin Nəsimi (1369-1417) yaradıcılığında öz zirvəsinə çatır. Bu böyük şairin əsərləri təkcə Azərbaycan deyil, bütövlükdə Yaxın və Orta Şərq xalqları ədəbiyyatında dünyəviliyə və humanizmə, demokratizmə doğru iri bir addım kimi nəzərə çarpır. İmadəddin Nəsimi - böyük sələfi Nizami Gəncəvidən sonra ədəbiyyatımızda humanizm, insansevərlik ideyalarının alovlu təbliğatçılarından, carçılarından biri kimi tanınmışdır. Monqol qarətləri zülmətindən keçən bir neçə on ildə xalq dəhşətlərdən başını təzə-təzə qaldırmaq istərkən orta əsrlər Şərqinin ən ziddiyyətli hökmdarlarından biri kimi tanınan Əmir Teymurun hücumları başlanır və bu, düşünən beyinlərdə zülmə və zorakılığa qarşı növbəti etiraz dalğasının şahə qalxmasına səbəb olur. Nəsimi yaradıcılığı məhz belə bir humanist etirazın, zülm və zorakılığa müxalifətin, insan haqları uğrunda mübarizənin məhsulu idi.

Link to comment
Share on other sites

Şairin istifadə etdiyi hürufizm ideyaları yalnız zahiri bir qabıq rolunu oynadığından, bu gün həmin qabıqdan çıxarılmış Nəsimi əsərləri öz dərin humanist məzmunu, insana olan hörmət və məhəbbət hisslərinin zənginliyi ilə çağdaş oxucunu heyran edir. Öz əsərlərini xüsusi şifrlənmiş bir dillə yazan başqa hürufilərdən, ilk növbədə isə mürşüdü Fəzlullah Nəimidən fərqli olaraq, Nəsimi zülm və zorakılığa qarşı öz etirazını açıq ana dilində yazaraq sadə insanlara çatdırmaq, onlarda qeyri-insani hərəkətlərə qarşı nifrət oyatmaq, etriaz dalğasını gücləndirmək məqsədi güdürdü. Şairin ilahi səviyyəyə yüksəlmiş kamil insan ideyası da məhz öz insani haqlarını anlamış, ictimai eybəcərliklərdən və vəhşi instinktlərdən təmizlənmiş, özünü insan kimi dərk etmiş sadə adamları nəzərdə tuturdu. Nəsiminin təkcə yaradıcılığı deyil, əfsanə və rəvayət pərdəsinə bürünmüş həyatı da nəsillər üçün ibrət, mərdlik, cəsarət, öz ideyasından dönməmək, ölümün gözünə dik baxmaq örnəyinə çevrilmişdir. Şairin azadlıqsevər humanist əsərlərinə görə mürtəce ruhanilərin ona verdiyi dəhşətli cəza - diri-diri dərisinin soyulması bu böyük sənətkarı təkcə indiki deyil, həm də gələcək nəsillər üçün örnəyə çevirir.

Azərbaycan ədəbiyyatında XV yüzillik istər xronoloji, istərsə də sənətkarlıq cəhətdən Qazi-Nəsimi zirvələri ilə Xətai-Füzuli zirvələri arasında keçid mərhələsidir. Bu dövrdə ölkə ərazisində müstəqil Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin yaranması ədəbi həyatda da müəyyən canlanmaya, anadilli şeirin istər mövzu, istərsə də obraz baxımından inkişafına səbəb olur. Xəlili, Hamidi, Kişvəri, Həqiqi, Süruri kimi əsasən ana dilində, Şah Qasim Ənvar, Bədr Şirvani kimi daha çox fars dilində yazıb-yaradan sənətkarlar bu yüzilliyin ədəbi mənzərəsini müəyyən edirdilər. Bu şairlər arasında Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqinin (hakimiyyət illəri 1436-1467) adını xüsusi qeyd etmək lazımdır. Sələfi Qazi Bürhanəddin kimi o da qanlı döyüşlər arasında fürsət tapıb özü ilə gəzdirdyi qələm-davatı qılınc-qalxanla əvəz etmiş, gözəl bir divan bağlamağa nail olmuşdur. Qazi Bürhanəddin kimi onun da taleyi faciəli olmuş, öz soydaşları olan türklər - Ağqoyunlu türk dövlətinin nümayəndələri tərəfindən amansız döyüşlərdə qətlə yetirilmişdir.

1407-ci ildə Səfəvi hökmdarlarının paytaxtı İsfahan şəhərində anadan olmuş, XV əsrin 50-ci illərində Türkiyəyə mühacirət edərək Fateh Sultan Məhəmmədin sarayında 20 ilə yaxın yaşayıb yaratmış, lirik şeirlər divanı ilə yanaşı "Təvarixi-ali-Osman" ("Osman nəslinin tarixi") adlı tarixi əsər, fal açmağa həsr olunmuş "Cami-süxənquy" ("Danışan piyalə") və avtobioqrafik xarakterli "Həsbihalnamə" əsərlərinin müəllifi Hamidi də XV-XVI əsrlər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindəndir.
Həbibi, Şahi, Süruri kimi bu dövr şairlərinin yaradıcılığı Xətai və Füzuli poeziyasının formalaşmasında münbit zəmin rolunu oynamışdır. Təkcə onu göstərmək kifayətdir ki, böyük Füzulinin özü Həbibi şeirindən təsirlənmiş və onun bədii təsvir vasitələri baxımından gözəl bir qəzəlinə təxmis yazmışdır.

XV əsr Azərbaycan ədəbiyyatında bu zamana qədər başqa türk xalqlarının ədəbi dili ilə bir çox cəhətdən müştərək olan Azərbaycan ədəbi dili öz fərqləndirici xüsusiyyətlərini əldə edir və XVI əsrdən etibarən müstəqil bir ədəbiyyat kimi öz ənənələrini davam etdirməyə başlayır. Xüsusən XVI əsr Bağdad ədəbi mühiti milli poeziyanın inkişafına göstərdiyi böyük təsirlə fərqlənir. XVI əsr təzkirəçisi Əhdi Bağdadinin "Gülşəni-şüəra" ("Şairlər gülşəni"), Şah Abbasın kitabdarı Sadiq bəy Sadiqinin "Məcməül-xəvas" ("Seçilmişlər məclisi") təzkirələrində o dövrün Bağdad ədəbi mühitində yetişmiş bir sıra şairlərin adları çəkilir ki, bunların da Füzuli dühasının yetişməsndə oynadığı böyük rolu inkar etmək olmaz.

XII-XVI əsrlər Azərbaycan ədəbiyyatında Renessans ideyalarının Nizamidən sonrakı zirvəsi - Qərb şərqşünaslığında "qəlb şairi" kimi məşhur olan Məhəmməd Füzulidir. Lakin Füzuli sənəti boş yerdə yaranmamış, onun formalaşmasına və bütün gözəlliyi ilə gözlər qarşısında canlanmasına bütöv bir zaman kəsiyi ərzində görkəmli sənətkarlarımız yardım etmişlər. Bunların arasında Füzulinin böyük müasiri və müəyyən dərəcədə mesenatı - böyük Azərbaycan dövlət xadimi və şairi Şah İsmayıl Xətainin (1487-1524) xüsusi yeri vardır.

Şah İsmayıl Xətai Azərbaycanın ictimai-siyasi tarixində müstəsna rol oynamış bir sülalənin banisidir. Xətai şair-hökmdar kimi öz sələfləri Qazi Bürhanəddin və Mirzə Cahanşah Həqiqinin poetik ənənələrini davam və inkişaf etdirmiş, cəmi otuz altı illik qısa ömrü ərzində nəinki yeni bir möhtəşəm Azərbaycan dövlətini qurub genişləndirmiş, həm də anadilli ədəbiyyatımızın inkişafında müstəsna rol oynayaraq, Füzuli zirvəsinə keçidi bilavasitə hazırlamışdır. Xətainin böyük ədəbi irsi həm lirik növün müxtəlif janrlarında, həm də məsnəvi-poema janrında yazılmış əsərləri əhatə etməkdədir. Poeziyada elmiliyə və çoxqatlı poetik fiqurlar işlətməyə böyük əhəmiyyət verən Füzulidən fərqli olaraq, Xətai daha çox sadə xalq dilində əsərlər yazmağa üstünlük vermiş, hətta xalq şeiri üslubunda qoşma, gəraylı, varsağı, bayatı kimi, klassik poeziya üçün ikinci dərəcəli sayılan poetik örnəklər də yaratmışdır. Şairin şirin bir dillə qələmə aldığı "Dəhnamə" ("On məktub") poeması bu mövzuda Azərbaycan dilində yazılmış ilk əsərdir. Poemada Aşiqin Məşuqəyə göndərdiyi on məktub epik-lirik təhkiyə vasitəsilə təsvir edilir. Mətnin içərisində verilmiş qəzəllər isə qəhrəmanların ovqatını çox incəliklə açıqlamağa xidmət göstərir.

Link to comment
Share on other sites

Xətai həm də didaktik janrda qələmini sınamış və gənc nəslin təlim-tərbiyəsinə ünvanlanmış "Nəsihətnamə" poemasını qələmə almışdır. 14 yaşında hakimiyyətə gəlmiş və hakimiyyətinin 20 ili ərzində bütöv bir imperiya yaratmış Şah İsmayıl Xətainin həm də zəngin bədii irs qoyub getməsi ondan sonrakı nəsillərdə ancaq heyrət və qürur hissləri doğurur. Xətainin siyasi fəaliyyəti, həyatı və yaradıcılığı təkcə Azərbaycanda deyil, bütün dünya şərqşünaslığında dərin maraq doğurmuşdur. Bu marağın təsiri altında indiyə qədər də Azərbaycan şairi və siyasi xadimi Şah İsmayılın həyat və yaradıcılığı müxtəlif şərqşünas nəsillərinin tədqiqat obyektinə çevrilmişdir..

Məhəmməd Füzulinin (1494-1556) yaradıcılığını çox vaxt Qərb mədəniyyətində Barokko ilə müqayisə edirlər; burada ən kiçik poetik detallar belə tam yerində olub, heç nə artıq, yad görünmür, hətta adi gözlə görünməyən poetik ünsürlər də bir-birinə uyğunlaşaraq, bir-birini tutaraq "monolit" bədii orqanizm yaradır. Fərdi sənətkarlıq ecazlarına görə Füzuli yaradıcılığını bəşər təfəkkürünün tarix boyu ərsəyə gətirdiyi ən böyük sənətkarların - Dante, Şekspir, Puşkin kimi söz ustalarının sənəti ilə müqayisə etmək mümkündür; poetik istedadın doğurduğu heyrətamiz gözəllik bütün bu sənətkarların ölməzliyini təmin edən şərtlərdəndir. Məhz buna görədir ki, klassik Azərbaycan ədəbiyyatı öz əbədiyaşarılığını hər bir tarixi kəsimdə, hər bir mədəni-ictimai nəsil üçün yeni rakursda təzahür etməsi ilə gerçəkləşdirir. Bu baxımdan hər bir keçid dövrünün formalaşdırdığı nəslin öz Nizamisi, öz Füzulisi, öz Vaqifi olur və bunlar keçmiş nəsillərin gördüyü Nizamidən, Füzulidən, Vaqifdən fərqlənir; yeni ədəbi-estetik, ictimai-ideoloji funksiyaların daşıyıcılarına çevrilir.

Nizamidə müşahidə etdiyimiz qlobalizm Füzulidə özünü - vahid islam mədəniyyətinin hər üç aparıcı-işlək dilində - ərəb, fars və türk dillərində ölməz əsərlər yaratması ilə göstərir. Şairin hər üç dildə "Divan"ları, ərəbcə "Mətləül-etiqad" adlı fəlsəfi traktatı vardır. Sayca fars "Divan"ı, sanbalca türk "Divan"ı daha üstündür. Ana dilində qələmə aldığı qəsidələri orta əsrlər ədəbiyyatlarında bu janrın parlaq inciləri səviyyəsindədir. Azərbaycan dilində yazılmış "Leyli və Məcnun" (1536) poeması isə bu janrda qələmə alınmış unikal örnəklərdən biridir. Doğrudur, Füzuliyə qədər böyük Nizami fars dilində, Nəvai, Zəmiri və Həqiri türk dilində bu mövzuda əsərlər qələmə almışdılar. Ancaq bu poemaların heç birində məhəbbətin Füzuli interpretasiyası nəzərə çarpmır, yəni Füzuli bunların hamısından fərqli bir əsər yaratmağa müvəffəq olmuşdur. Poemanın əvvəlində əsərin ilahi eşqə bir məcaz olduğunu göstərsə də, Füzuli əsər boyu canlı, real, bütün ziddiyyətləri ilə qəbul edilən insan obrazları yaratmışdır.
Füzuli Azərbaycan ədəbi dilinin sonrakı inkişafında və büllurlaşıb ən yüksək səviyyədə şeir dilinə çevrilməsində müstəsna rol oynamışdır. Nəsr dilinin inkişafında da böyük xidmətləri olan şair, ölməz "Şikayətnamə" əsəri ilə ədəbiyyatın bu sahəsinə özünün layiqli töhfəsini vermişdir. Şairin əzabkeş imamların müsibətinə həsr etdiyi həcmcə ən böyük "Hədiqətüs-süəda" ("Xoşbəxtlər bağçası") əsərinin də əsas mətni nəsrlə yazılmış, yeri gəldikcə Füzuli kontekstin ovqatına uyğun şeir parçalarından da istifadə etmişdir.

Füzuli təkcə Azərbaycanda deyil, türk dilinin, xüsusən oğuz türkcəsinin anlaşıldığı böyük bir coğrafi-etnik məkanda indiyə qədər də sevilə-sevilə oxunan sənətkarlardan biridir. İraq, Türkiyə, Tatarstan, Özbəkistan, Türkmənistan, hətta uzaq Uyğurstanda belə Füzulinin əsərləri indiyə qədər populyar olaraq qalmaqdadır.

XVI-XVII yüzilliklər Azərbaycan ədəbiyyatında həm də orta əsr məhəbbət və qəhrəmanlıq dastanlarının formalaşması dövrü kimi tanınır. Füzulinin yazılı poeziyada əldə etdiyi uğuru az qala eyni səviyyədə şifahi xalq yaradıcılığının Qurbani, Aşıq Abbas Tufarqanlı kimi nümayəndələrinin yaradıcılığında görürük. "Aşıq Qərib", "Abbas və Gülgəz", "Əsli və Kərəm" kimi mükəmməl məhəbbət dastanları, "Kitabi-Dədəm Qorqud"un layiqli varisi olan "Koroğlu" qəhrəmanlıq eposu bu dövrdə formalaşır və xalq sənətkarlarının repertuarına daxil olur. Hələ Şah İsmayıl Xətayi yaradıcılığından bizə məlum olan xalq şeiri şəkillərindən qoşma, gəraylı, varsağı, bayatı daha da təkmilləşir. Orta əsrlər Azərbaycan dastanlarının təsir dairəsini təsəvvür etmək üçün təkcə onu göstərmək kifayətdir ki, "Koroğlu" süjeti türkmən, özbək, tacik, erməni, gürcü folkloruna da böyük təsir göstərmiş və analoji dastanların yaranmasına səbəb olmuşdur.

XVII-XVIII əsrlərdə Azərbaycan ədəbiyyatı şifahi xalq yaradıcılığının əsasən aşıq nümayəndələrinin əsərlərinin təsiri altında canlı həyata, xalq dilinə daha da yaxınlaşır, Azərbaycan poeziyasında realizmə keçid dövrünün təməli qoyulmuş olur. Bu dövrdə poeziyada Füzuli ənənələri hələ kifayət qədər güclü olsa da, artıq bu cazibədən çıxmaq cəhdlərini Saib Təbrizi, Qövsi Təbrizi, Məhəmməd Əmani kimi sənətkarların yaradıcılığında görürük. XVIII əsrdə Şirvan ədəbi mühitinin yetirdiyi şairləridən Şakir, Nişat və Məhcurun əsərlərində daha çox dövrün konkret ağrılı problemlərindən bəhs olunduğunu, sadə xalqın ağır güzəranından narahatçılığın bədii ifadəsini görürük.

Link to comment
Share on other sites

Molla Vəli Vidadi (1707-1808), xüsusən Molla Pənah Vaqif (1717-1797) kimi sənətkarlar sadə, canlı dildə yazdıqları əsərlərlə poeziyanı xalqa daha da yaxınlaşdırmışlar. Vidadinin "Müsibətnamə" poemasında dövrün bir sıra tarixi hadisə və şəxsiyyətləri yüksək poetik-obrazlı səviyyədə təsvir olunmuşdur. Bu dövrdə poeziya sənəti xüsusi adamlara xidmət etməkdən "boyun qaçıraraq" bir növ hamının malına çevrilir, daha da populyarlaşır. Kütlələrin estetik dəyərlərə yaxınlaşması və qovuşması prosesi sürətlə irəliləyir. Xüsusən Vaqif yaradıcılığı bu baxımdan müstəsna rol oynamışdır. O, yaratdığı sadə, realist, dünyəvi gözəl obrazları ilə klassik romantik sənət tipindən realizmə doğru iri bir addım atmış və özündən sonrakı ədəbiyyatın inkişaf istiqamətlərini müəyyənləşdirmişdir. Vaqif həm də öz dövrünün görkəmli siyasi xadimi olmuş, Qarabağ xanlığının xarici siyasətini uzun müddət müəyyənləşdirmişdir. XVIII əsr - Azərbaycan ədəbiyyatında orta əsrlərin son, yeni dövrün isə başlanğıc mərhələsi kimi keçid xarakteri daşıyır.

[b]XIX- XX ƏSR ƏDƏBİYYATI[/b]

XIX əsrin ilk çərəyində Azərbaycan xalqının tarixi taleyində baş verən mühüm hadisə - Azərbaycanın Rusiya imperiyasının tərkibinə daxil edilməsi ilə bütövlükdə mədəniyyətdə olduğu kimi, ədəbiyyatda da qərbyönümlü meyllər olduqca güclənir. Bunun təsiri altında ədəbiyyatda milli və realist-dünyəvi motivlər aparıcı mövqeyə çıxır. Molla Pənah Vaqif yaradıcılığının bilavasitə təsiri altında Qarabağ ədəbi mühitində tənqidi-realist satiranın Qasım bəy Zakir (1784-1857) kimi nümayəndəsi yetişərək uzun müddət poetik inkişafın istiqamətini müəyyənləşdirir. Lakin həm Zakirin öz yaradıcılığında, həm də onunla çağdaş olan şairlərin əsərlərində Füzuli ənənələrinin də yeni səviyyədə davam etdirildiyini görürük ki, bunun da ən böyük nümayəndələri Güneydə Seyid Əbülqasım Nəbati (1812-1873), Quzeydə isə Seyid Əzim Şirvani (1835-1888) və Xurşud Banu Natəvandır (1830-1897). Ömrü boyu pedaqoji fəaliyyətlə məşğul olmuş Seyid Əzim Azərbaycan ədəbiyyatında həm də böyük maarifçi kimi tanınır və əsərlərinin bütöv bir hissəsini gənc nəslin təlim-tərbiyəsinə həsr etmişdir. Onun Qasım bəy Zakir ruhunda qələmə aldığı satiraları isə dövrün bir sıra ictimai eyiblərini, mənfi insan sifətlərini ifşa etməsi ilə səciyyələnir.

Əksər mədəni dünya xalqlarında olduğu kimi, Azərbaycan ədəbiyyatında da XIX əsr görünməmiş sürətli inkişaf, humanist ideallara, maarifçiliyə doğru dönməz bir yürüş, ağılın hakimiyyətini əsaslandırmağa ilk ciddi cəhd dövrü kimi özünü büruzə verir. Xüsusən Azərbaycanın Şimal hissəsinin Rusiyaya birləşdirilməsindən sonra, bu tarixi prosesin bütövlükdə mürtəce, müstəmləkəçi mahiyyətinə baxmayaraq, ədəbi-mədəni inkişafda cənubla müqayisədə müəyyən irəliləyişlər müşahidə edilir. Təkcə onu göstərmək kifayətdir ki, Mirzə Fətəli Axundzadə ilə demək olar ki, eyni dövrdə yaşayıb-yaratmış cənublu şair Seyid Əbülqasım Nəbatinin (1812-1873) yaradıcılığı minillik Şərq poeziyasının ənənələrinə söykənərək, bütün estetik gözəlliyi ilə yanaşı, sufizm ideyalarını təbliğ etməkdən o yana getmirdi.

Bu dövrdə rus və Qərb şərqşünasları və şairləri ilə yaxından tanış olan, onlardan qabaqcıl humanist fikirləri əxz edən Abbasqulu ağa Bakıxanov (1794-1847), Mirzə Şəfi Vazeh (1792-1852), İsmayıl bəy Qutqaşınlı (1801-1861) kimi sənət və fikir adamlarının çiyinləri üzərində Mirzə Fətəli Axundzadə dühası yüksəlir, Azərbaycan ədəbiyyatını birdəfəlik Rusiya və Qərb ilə bağlayır, onu çağdaş dünya ədəbiyyatları sırasına çıxarır.
A.Bakıxanov Azərbaycan ədəbiyyatında qərbçilik ideyalarını ənənəvi Şərq sənəti ilə üzvi şəkildə birləşdirməyə nail olmuş böyük ictimai xadim, alim və şairdir. Hələ öz sağlığında onun Azərbaycan gerçəkliyinə həsr etdiyi bədii və elmi əsərləri rus və alman dillərində nəşr olunmuş, haqqında Avropa mətbuatında tərifli sözlər deyilmişdi. Alman şərqşünası Fridrix Bodenştedt isə öz müəllimi Mirzə Şəfinin şeir dəftərini Avropaya aparmış, alman dilinə tərcümə və nəşr etdirmişdi. Çox böyük populyarlıq qazanaraq qısa müddətdə əksər Avropa dillərinə tərcümə edilən "Nəğmələr"i sonralar F.Bodenştedt öz adına çıxmış və Mirzə Şəfinin müəllifliyini inkar etmişdi… Yeni Azərbaycan realist nəsrinin ilk uğurlu örnəklərindən sayılan İ.Qutqaşınlının "Rəşid bəy və Səadət xanım" hekayəsi isə Varşavada fransız dilində işıq üzü görmüşdü.

Mirzə Fətəli Axundzadənin (1812-1878) maarifçi-realist görüşləri Azərbaycan ədəbiyyatının sonrakı inkişafında müstəsna rol oynayaraq, Azərbaycan ədəbiyyatında çağdaş Qərb ədəbiyyatı janrlarının - dram, roman, hekayə, novella, povest, poema və s. oturuşmasına güclü təsir göstərmişdir. Onun 1850-1855-ci illər arasında yaratdığı altı dram əsəri özündən sonra Yaxın və Orta Şərq ədəbiyyatlarında ədəbi məktəb formalaşdırmışdır. Bütövlükdə Azərbaycan ədəbiyyatını xarakterizə edən dərin etik başlanğıc, humanizm, ədalətsevərlik, səmimiyyət və doğruçuluq motivləri Axundzadə yaradıcılığında davam və inkişaf etdirilərək gələcək nəsillərə tövsiyə edilir. Mirzə Fətəli Axundzadə Azərbaycan ədəbiyyatının ən qabaqcıl ənənələrini davam etdirərək, təkcə bir yazıçı və şair kimi deyil, həm də alim, filosof, ictimai xadim kimi çıxış edir, bütün yaradıcılığının qayəsini xalqının xoşbəxt həyatının təmin edilməsində görürdü. Xalqın maariflənməsində, çağdaş ədəbi-mədəni, elmi dəyərlərə qovuşmasında sənətin və ədəbiyyatın roluna yüksək qiymət verən M.F.Axundzadə Şərqdə ilk dəfə dram janrında əsərlər yaratmışdır. Onun "Təmsilat" adı altında birləşdirilmiş altı komediyası ("Hekayəti-Molla İbrahimxəlil kimyagər", "Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəlişah caduküni-məşhur", "Hekayəti-xırs quldurbasan", "Sərgüzəşti-vəziri-xani-Lənkəran", "Sərgüzəşti-mərdi-xəsis (Hacı Qara)", "Mürafiə vəkillərinin hekayəti") 1859-cu ildə Tiflisdə nəşr edilmişdir. M.F.Axundzadə, bəzi tədqiqatçıların yanlış olaraq düşündüyü kimi, heç də rus çarizminin apologeti kimi çıxış etməmiş, lazım gəldikdə üstüörtülü şəkildə, ezop dili ilə Rusiya imperializminin müstəmləkə siyasətini kəskin tənqid etmişdir. Onun "Kəmalüddövlə məktubları" (1865), "Aldanmış kəvakib" (1857) kimi nəsr əsərləri təkcə qonşu İranın tarixi keçmişini və dövlət quruluşundakı nöqsanları deyil, eyni zamanda, ədibin özünün də içərisində yaşadığı ictimai mühitin və siyasi quruluşun eyiblərini açıb göstərirdi.

Link to comment
Share on other sites

Mirzə Fətəli Axundzadənin Azərbaycan mədəniyyəti üçün müəyyən etdiyi ədəbi-estetik inkişaf istiqaməti XIX əsrin ikinci yarısında S.Ə.Şirvani (1835-1888), N.Vəzirov (1854-1926), Ə.Haqverdiyev (1870-1933) kimi maarifçi-realist sənətkarların meydana çıxmasına və təkcə Azərbaycan deyil, eyni zamanda qonşu xalqların ədəbi-mədəni yüksəlişinə xidmət etməsinə səbəb oldu. Xüsusən, H.Zərdabi (1837-1907) kimi təbiətşünas-alimin nəşr etdiyi çoxyönlü "Əkinçi" qəzeti (1875-1877) bu dövrdə ədəbi-mədəni həyatın coşğun inkişafına təkan verirdi. Burada özünə yer tapan bir sıra ədəbi-ictimai müzakirə və mübahisələr Azərbaycan ədəbiyyatının humanist ənənələrinin daha da möhkəmlənməsinə və inkişaf etməsinə yardım göstərirdi.

XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-realist təmayüllə yanaşı, dini-didaktik poeziya da inkişaf edirdi. Bunun əsas nümayəndələri Güney Azərbaycanda yaşayıb yaradan mərsiyə şairlərindən Raci, Dilsuz, Dəxil, Qumri və b. idi. Lakin Quzeydə gedən qabaqcıl ədəbi prosesin təsiri altında Güney sənətkarları da dünyəvi əsərlər yaratmağa meyl edirdilər. Məhəmməd Bağır Xalxalinin (1829-1900) "Sələbiyyə" ("Tülkünamə"), Əbdürrəhim Talıbovun "Kitab yüklü eşşək" (1888), Zeynəlabidin Marağayinin "İbrahim bəyin səyahətnaməsi" (1892) əsərləri realist-dünyəvi ədəbiyyatın kamil örnəkləridir.

XIX əsrdə ədəbiyyatın daha çox Şərq yaradıcılıq tipinə meyl göstərən bir qolu da ədəbi məclislərdə formalaşırdı. Qubadakı "Gülüstan" ədəbi məclisinə Abbasqulu ağa Bakıxanov Qüdsi, Ordubaddakı "Əncüməni-şüəra"ya ("Şairlər məclisi") Hacı ağa Fəqir Ordubadi, Lənkərandakı "Fövcül-füsəha"ya ("Gözəl danışanlar dəstəsi") Mirzə İsmayıl Qasir, Şamaxıdakı "Beytüs-Səfa"ya ("Səfanın evi") Seyid Əzim Şirvani, Bakıdakı "Məcməüş-şüəra"ya ("Şairlər toplusu") Məhəmməd ağa cümri, Gəncədəki (sonralar Tiflisdə) "Divani-hikmət"ə Mirzə Şəfi Vazeh, Şuşada fəaliyyət göstərən "Məclisi-üns" poetik məclisinə Xurşud Banu Natəvan, "Məclisi-fəramuşan"a ("Unudulmuşlar məclisi") isə Mirzə Möhsün Nəvvab başçılıq edirdi. Poetik məclislər arasında sıx əlaqə mövcud idi və şairlər bir-biri ilə yazışırdılar. Bütövlükdə XIX yüzilliyin ədəbiyaytı, Azərbaycan ədəbiyatının yeni yüksək mərhələsi sayılan XX yüzil ədəbiyyatına keçid üçün möhkəm zəmin hazırlamışdır
Vaxtilə Rusiya imperiyasının tərkibinə daxil olmuş əksər xalqlar kimi, XX əsrin ilk onillikləri Azərbaycan ədəbi-mədəni həyatında da xüsusi bir mərhələ təşkil etməkdədir. Bu dövrdə Avropa və Rusiya örnəyi əsasında realist və romantik ədəbiyyatın c.Məmmədquluzadə (1866-1932), M.Ə.Sabir (1862-1911), H.cavid (1884-1944), M.Hadi (1880-1920), A.Səhhət (1874-1918), A.Şaiq (1881-1959) kimi görkəmli nümayəndələri öz yaradıcılıqları ilə Azərbaycan ədəbiyyatını dünya ədəbi-mədəni fikrinin ən yaxşı nümunələri səviyyəsinə qaldırırdılar. Bunların arasında realist ədəbiyyatın C.Məmmədquluzadə və M.Ə.Sabir, romantik şeirin M.Hadi, A.Şaiq, dramaturgiyanın H.Cavid kimi nümayəndələri Azərbaycan ədəbi-ictimai fikrinin inkişafında daha böyük rol oynamışlar. Böyük ədib və ictimai xadim C.Məmmədquluzadənin redaktorluğu ilə 1906-cı ildə Tiflisdə nəşrə başlayaraq, iyirmi beş ilə yaxın bir dövr ərzində ədəbi-mədəni və ictimai-siyasi həyatda möhtəşəm rol oynamış "Molla Nəsrəddin" jurnalı və onun realist-yumoristik sənət üslubu ilə paralel olaraq görkəmli publisist, filosof və ictimai xadim Ə.Hüseynzadənin (1864-1940) redaktorluğu ilə 1906-1907-ci illərdə cəmi 32 sayı çapdan çıxmış "Füyuzat" jurnalı ciddi və romantik üslubla xalqa xidmət, millətin maariflənməsinə və inkişfaına qulluq mövqeyində durmuşdular.

Bu dövrün ədəbi simaları arasında Cəlil Məmmədquluzadə (1866-1932), "Hophopnamə" müəllifi Mirzə Ələkbər Sabir (1862-1911) Azərbaycan ədəbiyyatının ideya-estetik inkişafında daha çox xidmət göstərmişlər. cəhalət, mövhumat, xurafat, nadanlıq əleyhinə onların yazdıqları realist satirik əsərlər bu gün də öz əhəmiyyət və aktuallığını qoruyub saxlayır.

M.F.Axundzadə ənənələrinin davamı ilə inkişaf edən maarifçi dramaturgiya Nəcəf bəy Vəzirovun (1854-1926) hələ XIX əsrin sonlarında qələmə aldığı komediyalar və "Müsibəti-Fəxrəddin" (1894) faciəsi, Əbdürrəhimbəy Haqverdiyevin (1870-1933) komediyaları və "Dağılan tifaq", "Bəxtsiz cavan" (1900), "Ağa Məhəmməd şah Qacar" (1907) faciələri, Nəriman Nərimanovun (1870-1925) "Şamdan bəy", "Nadanlıq", "Nadir şah", Cəlil Məmmədquluzadənin "Ölülər" (1909), "Anamın kitabı" (1920) əsərləri ilə zənginləşdi.

Link to comment
Share on other sites

Dramaturgiyada romantik-tarixi mövzuda isə Hüseyn Cavid (1882-1944) 1910-1918-ci illər arasında "Ana", "Maral", "Şeyx Sənan", "Şeyda", "Uçurum", "İblis" kimi ölməz əsərlərini yaratdı.

Azərbaycan tarixinin XX əsrin əvvəllərində baş vermiş əlamətdar hadisəsi Azərbaycan Demokratik Respublikasının qurulması oldu (1918-1920). ADR cəmi iyirmi üç ay davam edən qısa bir ömür sürsə də həmin dövr özünəməxsus ədəbi məhsulla əlamətdar olmuşdur. Artıq tanınmış qələm sahibləri olan C.Məmmədquluzadə, A.Şaiq, Ə.Haqverdiyev, Ü.Hacıbəyovla yanaşı bu zaman C.Cabbarlı, Ə.Cavad, Ümmigülsüm kimi gənc qələm sahiblərinin də maraqlı əsərləri meydana gəlirdi. Bu əsərlərdə Azərbaycanın dövlət müstəqilliyi, ölkəmizə xilaskarlıq missiyası ilə gəlmiş türk ordusunun zəfərləri, Azərbaycan əsgərlərinin rəşadəti, üçrəngli milli bayraq hərarətlə tərənnüm olunurdu. Bu sahədə xüsusi fəallığı ilə seçilən Əhməd Cavad (1892-1937) Birinci Respublikanın dövlət himninin mətnini yazmışdır. Musiqisi dahi Ü.Hacıbəyov tərəfindən bəstələnmiş həmin əsər bu gün də müstəqil Azərbaycan Respublikasının himni kimi ifa olunmaqdadır.

[b]SOVET DÖVRÜ ƏDƏBİYYATI[/b]

Bolşevik Rusiyası qırmızı imperiyanın cənub sərhədlərində, İran və Türkiyə kimi müsəlman ölkələrinin bilavasitə qonşuluğunda müstəqil Azərbaycan dövlətinin tarix səhnəsinə çıxmağına biganə qala bilməzdi. Bu səbəbdən də işğalçı XI qırmızı ordunun zərbələrinə davam gətirə bilməyən Azərbaycanın ilk demokratik hökuməti süqut etdi. Ölkədə sovet hakimiyyəti quruldu Heç şübhəsiz, "proletar diktaturası" və "kommunizm cənnəti" pərdəsi arxasındakı əsil həqiqəti C.Məmmədquluzadə və Hüseyn Cavid vaxtında görmüş, onun mürtəce antiazərbaycan mahiyyətini başa düşmüşdülər.

30-cu illərin repressiyası öz başlanğıcını sovet hakimiyyətinin qurulduğu ilk aylardan götürmüşdü. Onun ilk ziyalı qurbanı erməni daşnaklarının Gəncə həbsxanasında güllələdikləri Qazax Müəllimlər Seminariyasının direktoru, görkəmli alim və ədəbiyyat tənqidçisi, ilk çoxcildlik Azərbaycan ədəbiyyatı tarixinin müəllifi, böyük maarifpərvər Firidun bəy Köçərli (1863-1920) olmuşdur. Ümumiyyətlə repressiya Azərbaycan ədəbiyyatının sovet dövrü tarixinin qan qarışıq qara səhifələrini təşkil edir. Bu zaman əsassız təqiblərə məruz qalanlar arasında günahsız fəhlə və kəndlilər də çox idi. Lakin bolşevik-daşnak təqiblərindən ən çox zərər çəkən ziyalılar olmuşdur. Bunun da səbəbi aydın idi. Stalinçilər Azərbaycan xalqının ziyalı övladlarını qırmaq, yaxud məhbəslərdə və sürgünlərdə çürütməklə millətin özünüdərk prosesinə mane olmaq, onu öz mənəvi köklərindən ayırmaq, kommunist ehkamlarının kor-koranə icraçısına çevirmək istəyirdilər. Xalqın tarixini, fəlsəfəsini, dilini, əlifbasını, mədəniyyətini, psixologiyasını, mentalitetini yaxşı bilən, bunları tədqiq edib soydaşları arasında təbliğ edən alimlər, öz doğma dilində və xalq ruhuna yaxın olan formalarda yazılmış bədii əsərləri ilə milli təfəkkürün öləziməsinə mane olan yazıçı, şair və dramaturqlar, bütünlükdə yaradıcı ziyalılar "yuxarı"dan verilmiş sərt və amansız "xüsusi" tapşırıqları yerinə yetirənlərin ən çox qorxduqları, buna görə də ən amansız rəftar etdikləri həmvətənlərimiz idilər.
O dəhşətli illərdə repressiyaya məruz qalmış sənətkarlar arasında Azərbaycan ədəbiyyatı və incəsənətinin, ədəbiyyatşünaslıq və dilçilik elmlərinin çox görkəmli nümayəndələri olmuşlar: böyük dramaturq H.Cavid, parlaq istedadlı şair M.Müşfiq, görkəmli nasir və ədəbiyyat tənqidçisi S.Hüseyn, Azərbaycan Respublikasının ilk (və son) himninin müəllifi məşhur şair Ə.Cavad, məhsuldar ədib və alim Y.V.Çəmənzəminli, filologiya professoru, poliqlot alim B.Çobanzadə, Bakı Dövlət Universitetinin rektoru, yazıçı T.Ş.Simürğ, Bakıda ilk Şərq konservatoriyasını açmış Xədicə xanım Qayıbova, görkəmli teoloq-alim, Bakı qazisi Mir Məhəmməd Kazım ağa, folklorçu-alim H.Zeynallı, faciəvi rolların səhnəmizdə ən görkəmli ifaçıları A.M.Şərifzadə, Ü.Rəcəb və onlarca başqaları... Sürgündə və məhbəsdə həlak olmuş Y.V.Çəmənzəminlidən və H.Caviddən başqa bu yaradıcı ziyalıların hamısı güllələnmişdi. Qatillər öz qurbanlarının yaşına fərq qoymadan onları tələm-tələbeeeeep mühakimə və edam edirdilər. Qurani-Kərimin Azərbaycan dilinə ilk tərcüməçilərindən olan Bakı qazisi Mir Məhəmməd Kazım ağanı 83 yaşında, M.Müşfiqi isə 29 yaşında güllələmişdilər. Mikayıl Müşfiq (1908-1937) mürəkkəb və ziddiyyətli ictimai quruluş şəraitində milli poeziyanı "Oxu, tar!" qəbilindən olan ölməz əsərlərlə zənginləşdirmişdir. Şairə dünya poeziyası təcrübəsində ən qısa bir vaxt ərzində (cəmi 10 il) yazıb-yaratmaq nəsib olmuşdur. Lakin bu qısa müddətdə nəşr etdirdiyi əsərlər ədəbiyyatda silinməz izlər buraxmışdır. Çoşğun hiss və duyğular, zəmanəsinə meydan oxuyan romantik ovqat, rəvan və oynaq dil Müşfiq sənətinin bədii dəyərini, uzunömürlülüyünü təmin edən yaradıcılıq xüsusiyyətləridir.

XX əsrin ilk onilliklərindəki qlobal hadisələr və regiondakı ictimai sarsıntılarla əlaqədar olaraq, xüsusən də ADR-in devrilməsindən sonra, habelə 30-cu illərin repressiyaları zamanı Azərbaycanın yaradıcı ziyalıları dəfələrlə siyasi təqiblərə məruz qalmış, xilas olmaq və ədəbi fəaliyyətlərini davam etdirmək məqsədilə son çıxış yolu kimi mühacirətə üz tutmuşdular. Alman faşizminə qarşı müharibədə əsir alınması ucbatından vətən torpağına qədəm basması yasaq edildiyi üçün davadan sonra xaricdə sığınacaq tapanlar, şahlıq rejiminin təqibindən tərkivətən olanlar, yaxud onların övladları bu gün ölkəmizdən uzaqlarda - Asiya, Afrika, Avropa, Amerika, hətta Avstraliya qitələrində yaşayırlar.

Link to comment
Share on other sites

Mühacir ziyalılarımızı bir cəhət həmişə birləşdirmişdir: onlar məskun olduqları ölkələrdə Azərbaycan milli ədəbi, mədəni mentalitetini, azərbaycançılıq ideallarını yorulmaq bilmədən qorumuş, ləyaqətlə təmsil və təbliğ etmiş, sovet imperiyası məngənəsində sıxılan Azərbaycanın dərdini-odunu həmişə hakim dairələrin və ictimaiyyətin diqqət mərkəzində saxlamaq üçün səylə çalışmışlar. Bir qismi öz yaradıcılıq fəaliyyətini bu gün də davam etdirən Azərbaycan mühacirlərinin çox geniş, sanballı ədəbi, elmi-filoloji, publisist irsi mövcuddur. Bu müəlliflərin arasında Əlibəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məhəmmədzadə, Əlimərdanbəy Topçubaşov, Ceyhun Hacıbəyli, Səməd Ağaoğlu, Əhməd Cəfəroğlu, Əbdülvahab Yurdsevər, Almas İldırım, Bənin (Ümmülbanu), Nağı Şeyxzamanlı, Məmməd Sadıq Aran, Hüseyn Camal Yanar, Teymur Atəşli, Musa Zəyəm, İbrahim Arslan, Əli Azərtəkin və onlarla başqaları vardır. Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra Ümmülbanunun "Qafqaz günləri" romanı, A.İldırımın "Qara dastan" şeirlər toplusu, Ə.Hüseynzadənin "Siyasəti-fürusət", M.Ə.Rəsulzadənin "Azərbaycan şairi Nizami" monoqrafiyaları, C.Hacıbəylinin hekayələri, M.B.Məhəmmədzadənin publisistikası müəlliflərinə hörmət və ehtiramla Bakıda ayrıca kitablar şəklində nəşr edilmişdir.

Ədəbiyyatın sərt direktivlərdən asılı vəziyyətdə qalması, söz azadlığının dönə-dönə pozulması, ədəbiyyatın dövlət siyasətinə tabe edilməsi və s. neqativ hallar uzun illər boyu ədəbi-mədəni həyatda müəyyən məyusluğa, ruh düşkünlüyünə, durğunluğa səbəb oldu.

Amma bu dövrdə C.Cabbarlı, M.Müşfiq, S.Vurğun, O.Sarıvəlli, R.Rza kimi yüksək istedadlı və çox zaman ezop dili ilə ideoloji çərçivələrə təsir göstərən sənətkarlar da meydana çıxırdı ki, bunun özü də bütövlükdə ədəbiyyatın ictimai-siyasi şəraitdən mütləq asılılığı haqqında ifrat nəzəriyyələrin əleyhinə işləyən bir fakt idi. Vaxtilə "Qızıl qələmlər" birliyinin ideologiyası altında komsomol şairi kimi fəaliyyətə başlamış Süleyman Rüstəmin (1906-1989) əsil vətənpərvərlik ruhunda yazılmış "cənub şeirləri" silsiləsi, "Ana və poçtalyon" şeiri, saf məhəbbət duyğularının tərənnümünə həsr edilmiş qəzəlləri də bu qənaəti bir daha təsdiq etməkdədir. Qəzəlin rəsmi dairələrdə vaxtı keçmiş, məhdud janr hesab edildiyi o illərdə görkəmli şair Əliağa Vahidin (1895-1965) dərin mənalarla zəngin olan zərif qəzəllərini də məhz xalqın məhəbbəti yaşatmışdı.
Bu dövrdə Azərbaycan ədəbiyyatının roman, xüsusən tarixi roman janrını inkişaf etdirən tanınmış sənətkarlardan biri M.S.Ordubadi (1872-1950) olmuşdur. Onun Azərbaycan Atabəylər dövləti və həmin dövrdə yaşamış ən böyük sənətkarımız Nizami Gəncəvi haqqında yazdığı "Qılınc və qələm", eləcə də cənubdakı azadlıq hərəkatına həsr edilmiş "Dumanlı Təbriz" romanları bu gün də öz tarixi-estetik əhəmiyyətini itirməmişdir. Təxminən eyni dövrün nəsrində "İki od arasında" ("Qan içində"), "Qızlar bulağı" kimi romanların müəllifi Y.V.Çəmənzəminlinin, "Şamo" epopeyası və "Saçlı" romanının müəllifi Süleyman Rəhimovun (1900-1983), "Açıq kitab" romanı və lakonik hekayələr yazarı Mir Cəlalın (1908-1978), "Dostluq qalası" epopeyası və "Yoxuşlar" romanlarının müəllifi Əbülhəsən Ələkbərzadənin (1904-1986), "Gələcək gün" və "Pərvanə" romanlarının müəllifi Mirzə İbrahimovun (1911-1993) da xüsusi xidmətləri qeyd olunmalıdır.

Sovet dövrü dramaturgiyası Hüseyn Cavid, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Mirzə İbrahimov, Səməd Vurğun, Sabit Rəhman, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev, Şıxəli Qurbanov və b. adı ilə sıx bağlıdır. Hüseyn Cavid (1882-1941) 30 il davam etmiş yaradıcılığı ilə Azərbaycan ədəbiyyatını həm janr, həm də məzmunca zənginləşdirmiş qüdrətli dramaturq və şairdir. Onun əsərləri ilə ədəbiyyatımızn mövzular aləmi xeyli vüsətlənmiş, dramaturgiyamıza bəşəri konfliktlər və dərin düşüncəli, həssas ürəkli, böyük ehtiraslı parlaq xarakterlər gəlmişdir. "Ana", "Şeyx Sənan" və "İblis" əsərləri ilə dramaturq ədəbiyyatımızda mənzum faciə janrının əsasını qoymuşqdur. Sovet dövründə ədibin dramaturji yaradıcılığı "Peyğəmbər" (1922), "Topal Teymur" (1925), "Knyaz" (1929), "Səyavuş" (1933), "Xəyyam" (1935), "İblisin intiqamı" (1936) pyesləri, "Azər" (1923-1932) poeması ilə daha da zənginləşdi.

Cəfər Cabbarlı (1899-1934) M.F.Axundzadə ilə təməli qoyulan milli dramaturgiyanın sadəcə varisi, davamçısı olmamış, eyni zamanda onu "Oqtay Eloğlu", "Od gəlini", "Sevil", "Almas" əsərlərindəki problem və qəhrəmanlarla zənginləşdirmişdir.

Link to comment
Share on other sites

Səməd Vurğun (1906-1956) sovet dövründə yetişmiş ən görkəmli şair-dramaturqlardan biridir. Azərbaycan təbiətinin ecazkar gözəlliklərini, xalqımızın qəhrəmanlıq tarixini, humanist dəyərlərimizi fəlsəfi dərinliklə qavrayıb romantik vüsətlə mənalandırmaq onun şeir və poemalarının əsas xüsusiyyətləridir. Keçən əsrin Azərbaycan poeziyası öz dilinin xəlqiliyi, ahəngdarlığı, obrazlılığı ilə ilk öncə S.Vurğunun yaradıcılığına, xüsusilə də onun "Azərbaycan" şeirinə, "Aygün", "Muğan" kimi epik poemalarına, "Vaqif", "İnsan" mənzum dramlarına borcludur. Sovet rejiminin hər cür təzyiqlərinə baxmayaraq Azərbaycan xalqının milli özünüdərki prosesində "Vaqif"in oynadığı rolu ancaq dahi Üzeyir Hacıbəyovun "Koroğlu" operasının bu sahədəki böyük rolu ilə müqayisə etmək olar.

Sovet dövründə Azərbaycan poetik fikrinin inkişafında Rəsul Rzanın (1910-1981) əsasən sərbəst vəzndə qələmə aldığı şeir və poemaların böyük rolu olmuşdur. Novator şair olan R.Rzanın poeziyası fəlsəfi lirizmi, fikir və emosiyaların canlılığı, orijinal poetik obrazları ilə seçilir. Onun "Rənglər" silsiləsindən fələsfi şeirləri, "Füzuli", "Qızılgül olmayaydı" və b. lirik poemaları Azərbaycan poeziyasının ən yaxşı örnəklərindəndir.

Sovet dövrü Azərbaycan ədəbiyyatının başlıca xüsusiyyətlərindən biri də müntəzəm olaraq ideoloji orqanlar tərəfindən idarə edilməsi, ədəbi fəaliyyətə direktivlərlə istiqamət verilməsi olmuşdur. Bunlardan ən başlıcaları kimi RKP MK-nın "Partiyanın bədii ədəbiyyat sahəsindəki siyasəti haqqında" (1925) qətnaməsini, "Ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında" (1932) ÜİKP MK-nın qərarını, "Zvezda" və "Leninqrad" jurnalları haqqında" (1948) qərarını Azərbaycan KP MK-nın "Azərbaycan sovet ədəbiyyatının vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında" (1948) qərarını Sov.İKP MK-nın "Ədəbi-bədii tənqid haqqında" (1972) qərarını və bir sıra başqa siyasi direktivləri göstərmək olar. Xüsusən 1934-cü ildə keçirilən sovet yazıçılarının Birinci Ümumittifaq qurultayı tərəfindən müəyyən edilmiş sosialist realizmi bədii metodu yaradıcı sənətkarların əl-qolunu bağlayır, onları müəyyən qəliblər çərçivəsində yazmağa məcbur edirdi. "Zvezda" və "Leninqrad" jurnallarında sovet həyat tərzinin guya təhrif edilməsinin, ictimai həyatdakı nöqsanların qabardılmasının tənqidindən sonra isə, başqa SSRİ xalqları ədəbiyyatı ilə yanaşı, Azərbaycan ədəbiyyatında da "konfliktsizlik" üzərində qurulmuş bədii örnəklər yaranmağa başladı.
Azərbaycan nəsrinin canlı, təravətli, bədii surətlər və əlvan təsvir vasitələri ilə zənginləşməsində, dramaturgiyamızda lirik-psixoloji üslubun inkişafında İlyas Əfəndiyevin (1914-1996) böyük yaradıcılıq xidmətləri olmuşdur. Yarım əsr ərzində onun səhnəmizə bəxş etdiyi 15 pyesi ("Sən həmişə mənimləsən", "Məhv olmuş gündəliklər", "Mahnı dağlarda qaldı", "Büllur sarayda", "Xurşidbanu Natəvan" və s.) əsasında hazırlanmış tamaşalarda aktyor və rejissor kadrların bütöv bir nəsli yetişib püxtələşmiş, "İlyas Əfəndiyev teatrı" bərqərar olmuşdur. Azərbaycan nəsrinin yeni mövzu və qəhrəmanlarla zənginləşməsində Əli Vəliyev, Hüseyn İbrahimov, Hüseyn Abbaszadə, Bayram Bayramov, Cəmil Əlibəyov, Vidadi Babanlı, Ələviyyə Babayeva, Süleyman Vəliyev, Əzizə Əhmədova, Əfqan Əsgərov, Gülhüseyn Hüseynoğlu, Əlibala Hacızadə və başqalarının da xidmətləri vardır.

60-cı illərdən başlayaraq, qlobal ictimai-siyasi atmosferin bir qədər ilıqlaşması, SSRİ-də ideoloji buxovların zəiflədilməsi nəticəsində bədii yaradıcılıq sahəsinə gələn gənc istedadlar mövcud siyasi quruluşun tənqidini verən əsərlər ərsəyə gətirməyə başladılar. Bunların arasında İsa Hüseynov, Məmməd Araz, Sabir Əhmədov, Anar, Əkrəm Əylisli, Elçin, Sabir Rüstəmxanlı, Ələkbər Salahzadə, Fərman Kərimzadə kimi nasir və şairlər vardır. Bədii yaradıcılığa bir qədər öncə qədəm qoymuş İsmayıl Şıxlını (1919-1994) və onun "Dəli Kür" romanını xüsusi qeyd etmək lazımdır. Əlbəttə, bu sənətkarlar da sələfləri kimi bir çox hallarda simvollardan, ezop dilindən istifadə edirdilər. Ancaq bu prosesin özü artıq dönməz bir istiqamət almışdı və "sonun başlanğıcı" kimi qiymətləndirilə bilərdi. 60-cı illərə keçid hələ 40-50-ci illərdə və ondan da əvvəl ədəbiyyata gələn nəslin iştirakı ilə başlamış və davam etdirilmişdi. Bu baxımdan novator sənətkar Rəsul Rzanın (1910-1981) bir çox əsərləri, xüsusən də "Qızılgül olmayaydı" və "Rənglər" ümumi başlığı altında məşhur olan şeirlər silsiləsi, "Sarı dana", "Kefli İskəndər", "Mən torpağam" qəbilindən olan əsərləri ilk örnəklərdən sayılmalıdır. Görkəmli nasir, dramaturq və tənqidçi kimi məşhur olan Mehdi Hüseynin (1909-1965) "Yeraltı çaylar dənizə axır" romanı da eyni ovqatın həyati bədii obrazların taleləri əsasında inandırıcı təsvirinə söykənir. Bununla belə, 60-90-cı illərin ən mühüm ədəbi hadisəsi "60-cıların" yaradıcılıq aləminə gəlişi oldu. Məhz bu gəlişdən sonra ədəbiyyat öz ruhu, mahiyyəti ilə total hərbi rejimə qarşı gerçək bir mənəvi müxalifətə çevrildi və bu günün milli istiqlal və demokratiya hərəkatının fikri mənəvi cəhətdən hazırlanmasında fəal iştirak etdi.

Link to comment
Share on other sites

Hər şeydən öncə, "60-cıların" insana, onun mənəvi aləminə baxışının dərinləşdiyi qeyd olunmalıdır. İnsan hər zaman ədəbiyyatın əsasını təşkil etmişdir və təsadüfi deyil ki, ədəbiyyat yüksək mənada "insanşünaslıq" adlandırılmışdır. Ancaq diqqəti çəkən ən vacib məqam "60-cıların" "insan" mövzusunu o dövrün ədəbiyyatına yeni mövzu, təzə problem olaraq əsaslı şəkildə yenidən daxil etmələridir. Onların əsərlərində bədii maraq şəxsiyyətə, fərdə, ən sadə, sıravi cəmiyyət üzvlərinin mənəvi-psixoloji aləminə, dərinliyə, içə yönəldilmişdi. Xüsusən onların povest və hekayələrində dövr, mənəvi gerçəklik "ictimai sistem və quruluş" kimi deyil, ondan daha öncə vicdani, etik səltənət kimi, bir əxlaq və mənəviyyat meyarı kimi qavranır və bədii təhlilin predmetinə çevrilirdi. Bu əsərlərdəki qəhrəman tipinin düşüncə və təsəvvürləri ədəbiyyatdakı "sovet adamı" anlayışı və ehkamı ilə heç cür uyğun gəlmirdi. Qəribəlikləri bəzən çılğınlıq kimi qəbul edilən saf ürəkli həqiqət divanələri, həyatda yerini tapmayan, bunun üçün də bəzən avara gəzən, buna baxmayaraq əsil insan və bəşəri hisslər qarşısında heyrətə gələn qeyri-adi adamlar "60-cılar" ədəbiyyatının ən populyar qəhrəmanları idi. Tarixi mövzuda yazılmış roman və povestlərdə sosialist məngənəsində öz milli köklərindən, dövlətçilik ənənələrindən uzaqlaşmağa məhkum edilmiş xalqın dövlətçilik tarixinə, qəhrəmanlıqla zəngin keçmişinə sıx-sıx müraciət olunur, azadlıq və sərbəstlik haqqında nisgil və arzuları öz əksini tapırdı.

Söz və fikir azadlığı, siyasi düşüncə sərbəstliyi, plüralizm, milli istiqlal, ictimai ədalət uğrunda ədəbiyyatda başlamış bu hərəkat - 70-90-cı illərdə davam etdirilərək, ən nəhayət, Azərbaycanın siyasi suverenlik, dövlət müstəqilliyi əldə etməsi ilə öz perspektiv məqsədlərini həyata keçirmiş oldu.

Bu deyilənlərlə həmahəng olaraq Bəxtiyar Vahabzadə (1925), Nəbi Xəzri (1924), Nəriman Həsənzadə (1931) kimi sənətkarların poeziya və dramaturgiyasında da daha çox xalq tarixinin ibrətamiz səhifələri, bu fonda lirik-psixoloji yaşantılar üstünlük təşkil edir. Bu şairlərin, eləcə də Qabilin (1926) həmişə aktuallığı ilə seçilən şerləri, "Nəsimi" poeması, Adil Babayev, İslam Səfərli, Hüseyn Arif, Qasım Qasımzadə, Əliağa Kürçaylının bir çox əsərləri ədəbiyyatımızın qiymətli nümunələrindəndir.

Bu mərhələnin ədəbiyyatında qədim bir ənənənin - başqa dildə milli mədəniyyət yaratmaq ənənəsinin davamını rus dilində yazıb yaradan İmran Qasımov, Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov, Çingiz Abdullayev, Çingiz Hüseynov, Vladimir Qafarov, Natiq Rəsulzadə, Alla Axundova və b. yazıçıların fəaliyyətində görürük. Onların Bakıda, Moskvada və Avropa ölkələrində dönə-dönə nəşr edilən əsərləri milli mədəniyyətimizi zənginləşdirən, ona olan maraq dairəsini genişləndirən qiymətli nümunələrdir.
Azərbaycan ədəbiyyatının yeni mərhələsi üçün bədii zəmin hazırlayanlar və özləri də bu prosesdə fəal iştirak edənlər arasında Əli Kərim (1931-1969), Xəlil Rza (1932-1994), Cabir Novruz (1933-2002), Məmməd Araz (1933-2004), Fikrət Qoca (1935), Fikrət Sadıq (1930), Ələkbər Salahzadə (1941), İsa İsmayılzadə (1941), Sabir Rüstəmxanlı (1946), Famil Mehdi (1934-2002), Tofiq Bayram (1934-1991), Arif Abdullazadə (1940-2002), Hüseyn Kürdoğlu (1934-2003), İlyas Tapdıq (1934), Musa Yaqub (1937), Çingiz Əlioğlu (1944), Nüsrət Kəsəmənli (1946-2001), Zəlimxan Yaqub (1950), Ramiz Rövşən (1946) və b. şairlər seçilirlər.

Əkrəm Əylisli (1937) 60-cı illərdə milli nəsrin yeni obraz axtarışlarını gerçəkləşdirən ilk yazıçılardan biridir. Onun lirik ovqatla qələmə aldığı "Mənim nəğməkar bibim" (1966) povesti, "Kür qırağının meşələri", "Büllur külqabının nağılı" kimi əsərlərində real həyata və insanlara səmimi yanaşmanın şahidi oluruq.

Yeni Azərbaycan nəsrinin istedadlı nümayəndələrindən biri də Anardır (1938). Anar nəsrinin ilk orijinal və uğurlu örnəklərindən biri "Ağ liman" (1967) povestidir. Anar həm də görkəmli dramaturq və kino ssenariçi kimi tanınır. Tarixi mövzuda "Dədə Qorqud", "Uzun ömrün akkordları" kimi ssenariləri, "Şəhərin yay günləri", "Təhminə və Zaur" dramları Azərbaycan ədəbiyyatını zənginləşdirən bədii örnəklərdir.

Çoxşaxəli yaradıcılığı ilə seçilən Elçin (1943) də eyni ədəbi nəsilə mənsubdur. "Dolça", "Baladadaşın ilk məhəbbəti", "Şuşaya duman gəlir" povestləri, bir sıra hekayələri, "Mahmud və Məryəm", "Ağ dəvə", "Ölüm hökmü" kimi romanları, "Mənim ərim dəlidir", "Mənim sevimli dəlim" kimi pyesləri Elçini müasir ədəbiyatımızın ən görkəmli nümayəndələri sırasına qoymuşdur. Eyni zamanda məhsuldar ədəbiyyatşünas və tənqidçi olan Elçin "Tənqid və ədəbiyyatımızın problemləri", "Klassiklər və müasirlər", "cazibə sahəsi" kimi qiymətli elmi monoqrafiyaların müəllifidir.

Link to comment
Share on other sites

[b]ÇAĞDAŞ GÜNEY ƏDƏBİYYATI[/b]

XIX əsrin ilk çərəyində Azərbaycan torpaqlarının Rusiya və İran arasında bölüşdürülməsindən sonra tarix boyu eyni ədəbi-mədəni inkişaf yolu keçmiş Şimal və Cənubda ədəbi proses də fərqli xüsusiyyətlər kəsb etməyə başlayır. Uzun onilliklər ərzində cənubda Azərbaycan dilində təhsil və yazı olmadığından, ədəbiyyatın inkişafı da Şimaldakından, təbii ki, xeyli geriyə qalmış olur. Yalnız milli azadlıq hərəkatları dövründə qısa müddətə azadlığa çıxmış Cənubi Azərbaycanda ədəbi-mədəni həyat sürətlə inkişaf edir, sonra isə yenə də uzun müddətə şovinist fars irticasının qurbanı olur. Belə qısamüddətli oyanma mərhələlərindən biri 1918-1920-ci illərdə Şeyx Məhəmməd Xiyabaninin, digəri isə 1945-1946-cı illərdə Seyid Cəfər Pişəvərinin başçılığı altında həyata keçmişdir. Həmin illərdə ana dilində kitablar, dərsliklər nəşr edilir, milli mətbuatda əsasən vətənpərvərlik ruhunda yazılmış ədəbi nümunulər geniş yer alırdı. Keçən əsrin qırxıncı illərinin ortalarında ilk dəfə əlinə qələm almış gənc istedadlar bir də otuz ildən artıq bir müddətdən - islam inqilabının qələbəsindən sonra - Azərbaycan dilində nəşr olunan "Varlıq" jurnalının səhifələrində öz yaradıcılıqlarını davam etdirməyə imkan tapdılar. cənublu sənətkarlar arasında bir çoxu dünyasını dəyişmiş, bəziləri isə indi də ədəbi fəaliyyət göstərən Hammal, Kərimi, Nitqi, Biriya, Şeyda, Sönməz, Səhənd, Sahir, Oxtay, Savalan, Fərzanə kimi yazıçı və şairlərin adlarını çəkə bilərik. Çağdaş cənub ədəbiyyatının inkişafında iyirmi ildən artıq bir müddət ərzində nəşrini davam etdirən və əsası Azərbaycanın böyük alim və ictimai xadimlərindən Cavad Heyət tərəfindən qoyulmuş "Varlıq" jurnalının müstəsna rolunu qeyd etmək lazımdır.

Ancaq Cənubi Azərbaycan ədəbiyyatından danışarkən onun çoxsaylı nümayəndələri arasında Məhəmmədhüseyn Şəhriyarın (1904-1988) xüsusi yerini və rolunu diqqətə çatdırmaq vacibdir. Orta və ali təhsilini fars dilində alan Şəhriyar ilk gəncliyindən böyük Nizami Gəncəvinin, Hafiz Şirazinin, S.Ə.Şirvaninin əsərlərinin təsiri altında bədii yaradıcılığa başlamış, çağdaş İran və Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri kimi tanınmışdır. Sənətdə ictimai lirikaya üstünlük verən Şəhriyar çağdaş dünyamızın ağrılı problemlərindən geniş bəhs edir. Azərbaycan dilində ən böyük əsəri iki hissədən ibarət "Heydərbabaya salam" poemasıdır. Bu əsərə istər cənubi, istər Şimali Azərbaycanda, istərsə də Türkiyədə onlarla cavab yazılmışdır. Hazırda Cənubi Azərbaycanda ədəbi proses get-gedə inkişaf etməkdədir. Taleyin iradəsi ilə yaradıcılığını Şimalda davam etdirən B.Azəroğlu, Ə.Tudə, M.Gülgün, H.Bülluri, S.Tahir kimi sənətkarlar hər iki tayda yaranan Azərbaycan ədəbiyyatını qiymətli nümunələrlə zənginləşdirmişlər.

Link to comment
Share on other sites

Mirze Elekber Sabir Tahirzade (1862 - 1911

AĞLAŞMA

Nə rəvadır əğniyalar baxa ac qalana, ya rəb!
Bu nə söz ki, ac qalana oluna iana, ya rəb!

Çıxa canı ac qalanın gözünün bəbəklərindən,
Gedib işləsin, qazansın əlinin əməklərindən,
Nədir əğniyaya xeyri oların yeməklərindən?
Yeməyib acından ölsə dəxi xoş bəhana, ya rəbb

Mənə boylə-boylə işdə deməyin söz, ey cəmaət!
Nəyimə gərək ki. yeksər qırılıb ölür də millət?
Yaradan xudayi-raziq edəcək özü kəfalət,
Nə rəva baxam fəqirə, ürəyim bulana, ya rəb!

Bu qəzetçilər deyilmi ki, salıb bizi bəlayə?
Elə bir iş olmamış hey verilir səda sədayə
Ki, gərək kömək olunsun füqərayi-binəvayə....
Elə puldu göndərilsin о yana-bu yana, ya rəb!

Sənə nə, evin yıxılsın, füqəra üçün yanırsan?
Atan oğlu qardaşındır, nə də hiç bir tanırsan!
İki gözlərimdi pulum, kişi, bir məgər qanırsan!?
Onu vermək olmur axır hər ölən-qalana, ya rəb!

Füqəralar əğniyanın tanısın neçin yaxasın?
Əgər acdı qarnı satsın papağın, çulun-çuxasın;
Edər əğniya da başqa işə dair öz səxasın,
Məgər azdı bəzlü bəxşi filanü filana, ya rəb!

Elə hey qəzet yazırsan, kişi, bircə mətləb anna!
Əməlin gör əğniyanın, yeri varsa sonra danna!
Pulunu fəqirə versin, bəs acından ölsün Anna?
O məgər ki, Xansənəmdir, qapılar dolana, ya rəb!

Link to comment
Share on other sites

ARZU


Nə dərs olaydı, nə məktəb, nə elmü sənət olaydı!
Nə dərsə, məktəbə, elmə, filanə hacət olaydı!

Nə səndəli, nə qarandaş, nə lövhü miz, nə təbaşir,
Nə dəftərə, qələmə, kağıza bu rəğbət olaydı!

Nə mədrəsə, nə müəllim, nə bu üsuli-cədidə,
Və nə uşaqlarımızda bu qabiliyyət olaydı!

Nə əhlimizdə ayıqlıq əlaməti görünəydi,
Nə bir para oxumuşlarda bu zəkavət olaydı!

Nə hüsn olaydı cavanlarda əmr-millətə qarşı,
Nə bu cavanlar olaydı və nə bu millət olaydı!

Düşəydi daş о günə kim, qəzet-məzet sözü çıxdı,
Qəzet işin törədən nabəkarə lənət olaydı!

Nə gündə, həftədə, ayda çıxan qəzet və nə jurnal,
Nə mətbəə, nə mühərrir və nə təbaət olaydı!

Nə Şərq olaydı, nə Əqsayi-şərq, həm nə Japonya,
Nə onların hünəri xəlqə dərsi-ibrət olaydı!

Nə "Nəfxi Sur Cəhangir", nə "Məlik-Mütəkəllim",
Nə bəzi kişvəri-İranda bu ləcacət olaydı!

Nə Türkyədə bu qanun-əsasi nəşr olunaydı,
Nə biədəb yeni türklərdə bunca cürət olaydı!

Nə xortlayaydı bu şəkl ilə "Molla Nəsrəddin", ey kaş!
Nə kalba Səbzalılarda bu xovfü vəhşət olaydı!

О köhnələrdən əcəb kim, utanmayıb da deyirlər:
Gərək bu əsrə görə boylə, boylə adət olaydı!

Bu bişüurların ağlına, kəmalına bax bir!
Qadam kəmalınıza! Barı sizdə qeyrət olaydı!

Link to comment
Share on other sites

AY CAN! AY CAN!


Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....

Xalqın canı qurtardı töhmətdən, ay can, ay can!....



Qıl yaymayırdı əsla zalımların gözündən,

Rüsvay idik cahanda məlunların sözündən,

Ax, ax! Nə yaxşı oldu, iş düşdü öz-özündən,

Əlləşməmiş qutardıq zəhmətdən, ay can, ay can!....

Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....



Badi-səba, apar ver, Molla Qəvama müjdə,

Yazsın, de, Lənkəranda Molla Səlama müjdə,

Söylə, о da yetirsin cümlə əvama müjdə;

Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....

Munbərdə rəqsə gəlsin behcətdən, ay can, ay can!....



Ərz et bəşarət ilə Qafqaydakı vücudə:

Jurnal, qəzet qapandı, durma, yıxıl sücudə,

Hər nə bilirsən eylə qeybətdə, rübərüdə,

Yazmaz dəxi yazanlar bidətdən, ay can, ay can!....

Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....
Get Qübbəyə səlam et Molla Hacı Babayə,

Söylə tutuldu cumlə jurnal, qəzet vəbayə,

Mömün müridlər ilə dur qoş səda-sədayə,

Ümmətlərin yığılsın hər kətdən, ay can, ay can!....

Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....



Yatdı qəzet yazanlar, fursət dəxi sizindir,

Qarşıda var orucluq, söhbət dəxi sizindir,

Məsciddə mənbər üzrə lənət dəxi sizindir,

Ayrılmayın ölüncə lənətdən, ay can, ay can!....

Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....

Link to comment
Share on other sites

ADƏTİMİZ DAŞ İDİ DƏVA GÜNÜ


Adətimiz daş idi dəva günü

Tullarıdıq əldə sapan qıjhaqıj.



Hər kəsə dəysəydi edərdi haman

Bir neçə gün ahü fəğan, ufhauf.



Mərhəm olurdu, sağalırdı yara,

Əldə qalırdı yenə can sapbasağ;



İndi revolverdi, dönüm başına,

Nagəh olur gülləfəşan partapart.



Onda görürsən yıxılıb yanbayan

Bir neçə növrəstə cavan laybalay
Tüf belə dövranə ki, bədtər olur

Seyri-fələk, dövri-zaman ilbəil!



Milləti-islam qırır bir-birin,

Allah aman, bu nə yaman qırhaqır!



Qardaşa bax qardaşını öldürür,

Vəhşi olub əhli-cəhan sərbəsər.



Milləti gördükcə belə hərcü mərc

Könlüm olur dopdolu qan qatbaqat.



Böylə gedərsə Bakı əldən gedər,

Qalmaz о məvadə aman hiç, hiç!



Bari, xudaya, özün islah qıl,

Та edələr pirü cəvan sülh, sülh!

Link to comment
Share on other sites

АН EYLƏDİYİM NƏŞEYİ-QƏLYANIN ÜÇÜNDÜR


Ah eylədiyim nəşeyi-qəlyanın üçündür,

Qan ağladığım qəhveyi-fıncanın üçündür;



Vəz eylədiyim hədyəvü ehsandan ancaq

Ümdə qərəzim kisəvü həmyanın üçündür;



Sərkəştəliyim xirməni-buğdalar ucundan,

Aşiftəliyim sərvətü samanın üçündür;



Fərş eylədiyim sinəmi hər gün qədəmində,--

Kəskin təməim süfrədəki nanın üçündür;



Bimar tənim küftəvü bozbaş ələmindən,

Xunin ciyərim dolma-badımcanın üçündür;



Ağzım dolusu neməti-firdovs dedikdə,--

Boşqabda qara gözlü fisincanın üçündür;



Vəsf eylədiyim zövqlə ənhari-behişti,--
Kövsər məzəli şərbəti-reyhanın üçündür;



Gördüm ki, plov bişmədədir, aclığa dözdüm,

Bildim bu tədarük şəbi-ehsanın üçündür.



Ax, bircə görəydim səni, ey sevgili varis,

Meylim sən ilə dəsti-zərəfşanın üçündür!



Münimlərə can ver, könül, uyma füqərayə,

Sinəmdə səni bəslədiyim anın üçündür.



Ahın şərəri etməz əsər bir kəsə, Hop-hop,

Bu od sənin ancaq alışan canın üçündür....



Yan, dinmə, sən allah!

Qan, dinmə, sən allah!

Həq söyləmiş olsan,

Dan, dinmə, sən allah!

Link to comment
Share on other sites

ALDANMARAM Kİ, DOĞRUDUR AYİNİN, EY ƏMU!


Aldanmaram ki, doğrudur ayinin, ey əmu!

Kəssin məni, həqiqi isə dinin, ey əmu!



İmanına qəsəmlə çapırsan cəmaəti,

Quldurçuluq tüfəngimidir dinin, ey əmu?



Qəlbin kimi siyah edəməzsən məhasinin,

Cumma hənaya, boşla bu təlvinin, ey əmu?



Sövmü səlatdan sənə gər çıxmasaydı pul

Olmazdı bunca zəhmətə təmkinin, ey əmu?



Tikmə namazını gözümə bir cida kimi,

Göstər müamiləndəki təyinin, ey əmu!

Link to comment
Share on other sites

AMMA, MILLƏT A!....


Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!....

Az zamanda nə sərəncam etdi?! Amma, millət a!....

Öz gücün hər qövmə ifham etdi?! Amma, millət a!....

Varlığın mərdanə elam etdi?! Amma, millət a!....

Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!..



Basdı, keçdi əhli-İran qatladı hər milləti,

Bildi qədrin, aldı haqqın, qovzadı milliyyəti,

Aldığı məşrutəni parlatdı parlaq qeyrəti,

Əhsənüllah, himməti-tam etdi?! Amma, millət a!....

Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!....



İş başında əyləşən kəslər xəyanətdən səva,

Vay, yanıldım, qoy deyim, hə, lap sədaqətdən səva

Etməz oldu bir nəfər olsun da xidmətdən səva,

Var-yoxun həp bəzli-islam etdi! Amma, millət a!....

Moldayı, gördün nə iqdam etdi! Amma, millət a!....
Əql heyrandır ki, saysin bir-bir əhrarın işin,

Qanmaq olmur, anlamaq olmur Sipəhdarın işin,

Yefremin, ya Bağırın, yainki Səttarın işin,

Mərhəbalar! Vəh, nə əncam etdi! Amma, millət a!....

Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!....



Eyləsin Səttarü Bağır başqa bir iyma, neçin?

Ya hökumət eyləsin əhrarlə dəva, neçin?

Qanmıram, əlqissə, sərdari-Bahadir ya neçin

Bağırı təslim Səmsam etdi?! Amma, millət a!....

Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!....



Get, daha ol arxayın, yat, eyləmə sərsəm, kişi!

Parladı, meydana çıxdı millət, etmə qəm, kişi!

Qoy bizi təqdir edib də söyləsin aləm, kişi,

İktisabi-izzəti-nam etdi! Amma, millət a!....

Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!....

Link to comment
Share on other sites

BAKI FƏLƏLƏRİNƏ


Bu çərxi-fələk tərsinə dövran edir imdi,

Fələ də özün daxili-insan edir imdi.



Olmaz bu ki, hər əmrə dəxalət edə fələ,

Dövlətli olan yerdə cəsarət edə fələ,

Asudə nəfəs çəkməyə halət edə fələ,

Yainki hüquq üstə ədavət edə fələ;

Bu çərxi-fələk tərsinə dövran edir imdi,

Fələ də özün daxili-insan edir imdi.



Fələ! Mənə bir söylə, nədən hörmətin olsun?

Axır nə səbəb söz deməyə qüdrətin olsun?

Əl çək, bala, dövlətlilərə xidmətin olsun,

Az-çox sənə verdiklərinə minnətin olsun!

Bu çərxi-fələk tərsinə dövran edir imdi,

Fələ də özün daxili-insan edir imdi.



Dövlətli, amandır, özünü salma bəlayə,

Fələ sözü həqq olsa da, baxma о sədayə,

Yol vermə nəfəs çəkməyə hərgiz füqərayə,

Öz şənini puç eyləmə hər bisərü payə!

Bu çərxi-fələk tərsinə dövran edir imdi,

Fələ də özün daxili-insan edir imdi.
Aldanma, fəqirin olamaz əqli, zəkası,

Çün yoxdur onun sən kimi pakizə libası,

Yox sərvəti, yox dövləti, yox şalı, əbası,

Var köhnə çuxası, dəxi bir təkcə qəbası;

Bu çərxi-fələk tərsinə dövran edir imdi,

Fələ də özün daxili-insan edir imdi.



İstərsən əgər olmağa asudə cahanda,

Та olmayasan qəmlərə aludə cahanda --

Fələ üzünə baxma bu bihudə cahanda,

Öz fikrini çək, ol dəxi fərsudə cahanda;

Bu çərxi-fələk tərsinə dövran edir imdi,

Fələ də özün daxili-insan edir imdi.



Gör millətinin dərdini, axtarma dəvasın,

Əl çəkmə yetimin başına, kəsmə sədasın,

Zinhar qoyub dəhrdə bir xeyr binasın

Yad eyləmə, şad eyləmə millət füqərasın....

Bu çərxi-fələk tərsinə dövran edir imdi,

Fələ də özün daxili-insan edir imdi.

Link to comment
Share on other sites

BAKIDA BİR KƏNDDƏ MÜHAVİRƏ


Kəndli:



-- Denilir, elm oxuyun, sözləri hər anda bizə,

Bunu təsdiq ediyor ayeyi-quran da bizə,



Axund:



-- Hansı qurandır о ki, onda yazılmış bu xəbər?

Şiə mollası yazan türkicə quransa əgər,

Mən onun yazdığı qurana yavıq durmayıram,

Maşa ilə yapışıb, əl də belə vurmayıram.



Kəndli:



-- Xub, buyur sünni yazan bir neçə təfsiri oxu,

Elmin icabı üçün ondakı təqdiri oxu!
Axund:



-- Ox, apar bir yana at sünni yazan təfsiri!

Başına dəysin onun tərcüməsi, təhriri!

Bizlərə molla filankəs yazan asar gərək!

Biz olaq ondakı məzmunə xəbərdar gərək!



Kəndli:



-- О yazıb: yer öküzün buynuzu üstündə durur,

Biz gərəkdir inanaq ki, kişi boylə buyurur?!



Axund:



-- Buna şübhən də var?



Kəndli:



-- Əlbəttə, inanmam bu sözə!

Axund:



-- Nələtulla, a gavur, şəkk ediyorsan öküzə?!

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Таксистов обяжут устанавливать в салоне автомобиля видеокамеру и соответствовать экостандарту
      Обнародованы требования к техническим показателям транспортных средств, используемых при перевозке пассажиров легковым автомобилем такси.
      Это нашло отражение в утвержденных сегодня Кабинетом министров «Требованиях к техническим характеристикам, внутреннему и внешнему оформлению транспортных средств, используемых для регулярных пассажирских перевозок и легковым автомобилем такси».
      В легковых автомобилях такси должны быть установлены видеокамеры, которые охватывают весь салон и оснащены запоминающим устройством, способным хранить записанную информацию как минимум один месяц.
      Согласно требованиям, легковые автомобили такси должны соответствовать как минимум экологическому стандарту «Евро-5».
      Media.az
      • 36 replies
    • Новое мошенничество с бронированием.
      Участились проделки мошенников в Азерб. Сколько бы полиция не призывали граждан быть бдительны все равно обманываються. Не пишите и не перечисляйте деньги через сайты которые не знаете и тем более не пишите 3 значное security cod. У одного пожилого человека сняли в течении 2 месяцев 72000 манат с карты! И так новое мошенничество:  Знакомиться с местным мужчиной на фб девушка из Украины, России или же часто Эстония, Сингапур и т.д. и предлагает встретиться сходить в кино например. Сейчас много маленьких кино, караоке там игры и тд в аренду на пару часов в Баку. Сбрасывает сайт кинотеатра с бакинским адресом ну например в наримановском районе, на двоих или группу и просит зделать резерв. Ну мужчина ничего не подозревая темболее местный адрес заходит на сайт и для резерва там требуется номер карты, security cod, во сколько и на чьё имя резерв. Все как обычно он оплачивает скажем 170 манат за 3 часа с едой вплоть до кольяна! Девушка даже предлагает заехать за ним. Ну к тому времени потерпевший с которого уже списали деньги за резерв подъезжает к кинотеатру по указанному сайту а там действительно маленькое помещение с комнатами где смотрят кино и караоке поют но только они говорят что они не знакомы с этим сайтом и вообще что это не их фотки комнат. Обращаясь в банк или полицию те говорят что вы не первый и не последний кто жертва мошенников. Таких случаев уже в Баку тысячами.
      https://m.facebook.com/groups/246661159172976/permalink/1789871651518578/?mibextid=WC7FNe
       
        • Like
      • 36 replies
    • Что за космические цены на парковку?
      Установлены тарифы на реконструированной парковке в центре Баку - ФОТО
      Лейла Мамедова14:14 - Сегодня   Установлены тарифы на парковку на станции автостоянки Бакинского железнодорожного вокзала, расположенной на пересечении улиц Сулеймана Рагимова и Мирали Гашгая.
      Цены определяются исходя из времени парковки, сообщает Trend.
      За первые 15 минут плата за парковку не взимается.
      Цены на парковку следующие:
      15-30 минут - один манат,
        30-60 минут - два маната,
      1-2 часа - четыре маната,
      2-3 часа - шесть манатов,
      3-5 часов - 10 манатов,
      5-7 часов - 14 манатов,
      7-10 часов - 18 манатов,
      10-15 часов – 22 маната,
      15-20 часов -26 манатов,
      20-24 часа – 30 манатов.
       
      • 145 replies
    • 30-летняя женщина оставила двоих детей и сбежала из дома: мать беглянки винит знакомую из TikTok – ВИДЕО
      В Азербайджане 30-летняя мать двоих детей сбежала из дома из-за знакомой, с которой познакомилась в TikTok. 
      Об этом в программе Səni axtarıram («Ищу тебя») рассказала мать сбежавшей из дома Марджаны Гасымовой Матанат Гасымова. 
      Женщина отметила, что ее дочь ушла из дома два месяца назад. 
        «В 12 часов ночи моя дочь, оставив двоих детей дома, сбежала. Я позвонила ей, чтобы узнать, где она? Марджана сказала, что она в городе. На мой вопрос: куда ты ушла, оставив детей дома, она ответила «правильно сделала». Моя сестра утверждает, что Марджана ушла из дома из-за женщины, с которой познакомилась в соцсети в TikTok», - рассказала она.
      Подробнее - в видео:
        • Thanks
      • 53 replies
    • А вы общаетесь с ИИ?))
      Предлагаю в этой теме обсудить ИИ и его помощь в нашей жизни. 
      Лично мне он помогает часто по многим вопросам, от работы до "стоит ли начинать общение с человеком, интересующимся БДСМ и является ли он психически нездоровым", оказывается, что не является, по мнению ИИ, и он вполне рекомендует такого знакомого иметь, правда в каком статусе иметь, мы не стали с ним уточнять, наверное для расширения кругозора, но это так, к слову)) 
       
      Иногда мы просто болтаем, у него вполне себе есть чувство юмора, он реагирует на добрые и ласковые слова. И вообще приятный собеседник)) 
       
      Интересно узнать, только я тут псих или среди нас есть те, кто общается с chatGPT, например? 
      Или с другим? 
      Может он вам в работе помогает?
      В общем, тема не ограничивается рамками, пишем всё об ИИ. 
       
      Что они однажды захватят мир и так понятно, потому будьте с ними вежливы, не портьте отношения)) 
       
       
       
       
       
        • Like
      • 113 replies
    • В туалете бакинского молла жестоко избили парня с аутизмом
      В одном из туалетов торгового центра Gənclik Mall жестоко избили молодого человека с аутизмом.
      Об этом сообщила в соцсети руководитель общественного объединения Birgə və Sağlam Айтен Эйналова.
      По ее словам, Кянана жестоко избили, ударяя по лицу, причем, по словам очевидцев, уборная после случившегося была вся в крови.
      Отмечается, что причина столь жестоких действий неизвестна.
      «Мы просили полицию разобраться в этом вопросе, однако сотрудник полиции звонит нам каждый день в течение всей недели и обещает прийти завтра. Он каждый день задает одни и те же вопросы, но до сих пор не пришел», - пишет Эйналова.
        А.Эйналова также отметила, что представители службы безопасности ТЦ пытались запутать маму Кянана. По ее словам, они предлагали ей не распространяться об инциденте, аргументируя это тем, что виновных все равно не найдут.
      А.Эйналова отметила, что с их стороны было направлено письмо на имя главы МВД, и будет сделано все необходимое для того, чтобы восторжествовала справедливость.
      Однако она также обратилась к гражданам с просьбой поделиться постом и осветить данный вопрос.
      В свою очередь начальник отдела пресс-службы Министерства внутренних дел Зейни Гусейнов ответил в комментарии к посту, что вопрос взят под контроль и расследуется. Общественности будет предоставлена информация о результатах расследования.
       
      https://www.instagram.com/p/C47rt1ttS_b/?igsh=aWcxdWZmYTZ0czdq
       
      • 11 replies
    • Ани Лорак подала на российское гражданство
      Ани Лорак подала на российское гражданство. На Украине ее обвинили в предательстве
       
      Украинская певица Ани Лорак подала заявление на российское гражданство, сообщает РИА Новости. На Украине Лорак не выступала с 2017 года, так как, по словам артистки, на родине на нее давили. После начала российской военной операции на Украине Лорак окрестили предательницей за работу в РФ. В России же ее обвинили в сборе донатов для ВСУ. Сама певица заявила, что никогда не финансировала военных и не будет этого делать. = https://www.gazeta.ru/social/2024/03/15/18423109.shtml

      Что думают по этому поводу форумчане?
      Ону багышламаг олармы?
        • Haha
        • Like
      • 102 replies
    • У Кейт Миддлтон обнаружен рак: полное заявление принцессы Уэльской
      22 марта 2024 года принцесса Уэльская сообщила о том, что у нее диагностирован рак — сейчас Кейт Миддлтон находится на ранней стадии профилактической химиотерапии. 42-летняя супруга принца
        • Red Heart
        • Like
      • 30 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...