Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Azərbaycan Dilindən Utananlara Həsr Olunur

Recommended Posts

Dünyada mövcüd olan zəngin dillərdən biri də rus dilidir. Bunu inkar etmək mümkün deyil. Biz hamımız rus dilində lazım gəldikdə oxuyub danışırıq. O da danılmazdır ki, müasir internet dövründə rus dilində informasiyadan, ədəbiyyatdan maksimum yararlanırıq. Bu əlbəttə təqdirə layiqdi. Əsrlər boyu rus dilinin bizim tariximizdə və mədəniyyətimizdə faydalı təsirləri olub. Heç kim inkar etmir ki, daha çox dil bilməyin yalnız faydası olar. Əvvəllər rus dilini bilməyimiz vacib idi, çünki onsuz nəyəsə nail olmaq çətin olardı. Amma artıq zaman o zaman deyil…
Rus dilini öyrənməyimiz dediyim kimi yaxşıdı, amma bütün hayatımızda bu dildə danışmağa məcbur deyilik. Ana dilimizin rus dilinin kölgəsində qərar tutmasına şərait yaratmamalıyıq.
Bəli mən razıyam ki, azerbaycan dili rus dili qədər zəngin və geniş istifadə olunan dil deyil. Mən onunla da razıyam ki, azərbaycan dili kənardan rus və fransız dilləri kimi dalğavari və cəlbədici səslənmir. Amma bunlar öz dilimizdən utanmağa səbəb ola bilməz. Döğma dilimizdə danışa bildiyimiz halda danışmamaq da nə deməkdir.
Orta məktəbi də rus dilində oxumaq olar. Hətta ali məktəbi də. Bu insan ömrünün 15 ilini əhatə edir. Mənim heç inanmağım gəlmir ki, orta yaşlı birinin ömrünün bütün hissəsini Azərbaycanda yaşamaqla öz dilini unuda və ya bu dildə danışa bilməyə.
Dil öyrənmək çətin iş deyil. İstənilən əcnəbi dili 2-3 il ərzində mükəmməl öyrənmək və istifadə etmək mümkündü. O isə də ola öz ana dilin. Amerikaya, Avropaya miqrasiya edən insanlar getdikləri ölkənin dilinə bir iki il ərzində asanlıqla yiyələnə bilirlərsə, digərlərinin sadəcə orta məktəbdə rus dilində təhsil almaları doğma dilində danışa bilməməsinə səbəb ola bilərmi ? Əsla yox. Dediyim ki, bu sadəcə bir bəhanədir. 

http://kingolvr.blogspot.com/2015/04/ndn-dilimizdn-utanrq.html

Link to comment
Share on other sites

Elə bildim müəllif özündən yazıb bu sözləri, oxuyub qurtaranda bildim ki, i-netdən götürüb.

Burda hamı öz dilində danışır. Heç kim başqa dildə danışmır. Təhsilini necə alıbsa, ailəsində necə danışırsa, ətraf ilə necə ünsiyyətə girirsə həmin dil insanin elə onun öz dilidir. Nəzər nöqtəsini ana dilinə salsaq onda nə isə söyləmək olar. İndi əksər insanların ana dili ilə danışıq dili fərqlənir. Bir az dərinə getsək dili təbliğ edən elə anaların özləridir. Milliyəti azərbaycanlı olmasına baxmayaraq ananın özünün dili başqa dildirsə elə o dili də övladına ötürəcək.

Burda heç kim öz dilində danışmaqdan utanmır, elə öz dillərində danışırlar!

Link to comment
Share on other sites

Torpagini satib qachana "patriot" sozu elbetde serf elemir)

Rus dilini tenqid elemek Azerbaycanin bashi uchun deyil, hem de dovlet seviyyesinde. Her an Baki kuchelerinde yashil geyimli adamlar peyda ola biler. 

Edited by adad333

tənqid nəyə lazım, heç burada ondan yazılmayıb )

Yaşıl adamlara ehtiyac yoxdur, yaşıl sevənlər var buralarda ))

Link to comment
Share on other sites

linke girib axira kimi oxumusunuzmu  meqaleni ? oxumadinizsa onda burdan oxuyun.

O isə öz dilindən utanmaq onu kölgələmək sadəcə özünə və öz tarixinə vurulan zərbədir.
Tarixlə maraqlananlar bilir ki, Azərbaycan ərazilərində zaman-zaman ərəb, fars və rus dilləri hökmranlıq ediblər. O zamanlar da öz dilində danışmaq indiki kimi ayıb sayılarmış və savadsızlıq kimi dəyərləndirilərmiş. Dövrün ziyalıları ərəb, fars, rus dillərinə üstünlük verərmiş. Bugün onun nəticəsidir ki, tariximizdə adları keçən Babəkin, Nizaminin, Nəsiminin, şah İsmayılın kim olduğunu təyin edə bilmirik. Hansı dildə yazdıqlarına və danışdıqlarına tərəddüd edirik. Əminəm ki, bu gedişlə 500-1000 il sonraki nəticələrimiz bizim də türkmü, farsmı və ya rus köklümü olduğumuzu təyin etməkdə çətinlik çəkəcəklər. Hətta içimizdən nə vaxtsa dünya miqyasında tanınmış, ad san qazanmış biri olarsa yenə də o şəxsin kimliyini, soyunu təyin etmək mümkün olmayacaq. Çünki öz dilimizdən savayı bütün dillərdən istifadə etmişdiz. (Bugün Lütfizadə misalı dediyimə örnəkdi.)
Bir millətin başqa dildə danışması onun nəyinki genefonduna hətta müasirliyinə də təəsir edir.
Əvvəla öz dilinə hörmət etməyən xalqa başqa xalqlar da hörmət etmir. Dillərindən istifadə etdiyimiz xalqlar(rus, iran) isə heç hörmət etmir. Tarixən fars və rus dillərində danışmağımıza görə həm birincilər həm də ikincilər biz azerbaycanlıları heçə sayıblar. Bütün dünya onları heçə saydıqları halda onlar bizi heçə sayıblar. Yanlış anlaşılma olmasın deyə, bu bir şovinist çıxışlar deyil. Bu sadəcə özünü müdafiədir.
Bir millətin məhv edilməsi üçün əvvəl onun dili və folkloru məhv edilməlidi. O isə hər bir millət öz folkloruna görə sayılır və yadda qalır.
Vaxtı ilə fars indi isə rus dilli həyatımıza yeridilməklə propaqanda maşınında alətə çevrilmişik. Rus dilli kanalların propoqandası təsiri ilə yaxşını pisdən ayırmaz olmuşuq. Özümüz özümüzü sortlaşdırıb, qruplaşdırmışıq. Heç kim inkar edə bilməz ki, bugün ölkədə rus dilində danışan rusca danışmayana üstən aşağı baxır. O da faktdır ki, rusdillilər daha az vətənpərvər və daha cox vecsiz cəmiyyət olurlar. Istisnalar var təbii ki, amma bu yetərincə azdır.
Xalqlar var ki, dilləri ugrunda savaşırlar öz dillərində təhsil almaq üçün, ana dilində danışmaq üçün savaşırlar. Məhdudiyyətlərə və basqılara rəğmən dillərini qorumağa çalışırlar. Biz isə əksinə, bacardıqca öz dilimizdən qaçırıq. Uşaqlarımızı rus dilində təhsilə yönəldirik, küçədə, işdə, mağazada alındı-alınmadı özümüzü rusdilli göstərməyə çalışırıq. Hardan qaynaqlanır bizim bu rusa oxşamaq istəyimiz ?
 
Hər kəs istədiyi ölkədə yaşaya bilər, həyat tərzini seçə bilər. İstədiyi dilə də yiyələnə bilər. Amma heç vaxt öz vətənindən, valideynindən, folklorundan və doğma dilindən utanmamalıdır. Cünki harda oluruqsa olsun bu bizim kimliyimizdir.
Bu yazı ilə demək İstədiyim odur ki, hansı dildə təhsil aldığımızdan asılı olmayaraq, harda yaşamağımızdan və işləməyimizdən asılı olmayaraq, bir birimizlə öz aramızda ana dilimizdə danışaq.
Çox vaxt dil barədə irad tutanlara insanlar qıcıq olurlar. Patriot ve ya psevdopatriot adlandırırlar. Bəlkədə kənardan bu belə də görünür. Amma qoy o insanlar da anlasınlar ki, onların, dostlarımızın, yaxınlarımızın öz doğma dillərindən utandıqlarını gördükcə biz də onlara görə utanırıq. Onlarla bir xalqın nümayəndəsi olmaqdan utanırıq.
Mən patriot deyiləm, psevdo patriot heç deyiləm. Mən sadəcə hər bir normal vətədaş cəmiyyətinin üzvü kimi ölkəsinin, millətinin və uşaqlarının gələcəyini düşünən biriyəm.
 
31 Mart 2015   Namiq Ağayev
P.S. Amerika məktəblərində imiqrant ailələrin uşaqlarına bucür məsləhət verilir: “inglis dilini mükəmməl öyrənin amma evdə öz dilinizdə danışın ki, onu unutmayasınız.”
Link to comment
Share on other sites

Yenə də psevdopatriotlardan biri bekarçılıqdan əlini qoydu klaviatura üzərinə və ağlına gələni yazdı.....185237-ci dəfə.....

Biz evdə ana dilimizdə danışırıq. Sən, ana dilin üçün nə etmisən?

Çox vaxt dil barədə irad tutanlara insanlar qıcıq olurlar. Patriot ve ya psevdopatriot adlandırırlar. Bəlkədə kənardan bu belə də görünür. Amma qoy o insanlar da anlasınlar ki, onların, dostlarımızın, yaxınlarımızın öz doğma dillərindən utandıqlarını gördükcə biz də onlara görə utanırıq. Onlarla bir xalqın nümayəndəsi olmaqdan utanırıq.

Link to comment
Share on other sites

Elə bildim müəllif özündən yazıb bu sözləri, oxuyub qurtaranda bildim ki, i-netdən götürüb.

Burda hamı öz dilində danışır. Heç kim başqa dildə danışmır. Təhsilini necə alıbsa, ailəsində necə danışırsa, ətraf ilə necə ünsiyyətə girirsə həmin dil insanin elə onun öz dilidir. Nəzər nöqtəsini ana dilinə salsaq onda nə isə söyləmək olar. İndi əksər insanların ana dili ilə danışıq dili fərqlənir. Bir az dərinə getsək dili təbliğ edən elə anaların özləridir. Milliyəti azərbaycanlı olmasına baxmayaraq ananın özünün dili başqa dildirsə elə o dili də övladına ötürəcək.

Burda heç kim öz dilində danışmaqdan utanmır, elə öz dillərində danışırlar!

Men analari ermeni, rus olanlari nezerde tutmuram her halda. Meqaleni sona kimi oxumaginizi rica ederdim...

Link to comment
Share on other sites

Çox vaxt dil barədə irad tutanlara insanlar qıcıq olurlar. Patriot ve ya psevdopatriot adlandırırlar. Bəlkədə kənardan bu belə də görünür. Amma qoy o insanlar da anlasınlar ki, onların, dostlarımızın, yaxınlarımızın öz doğma dillərindən utandıqlarını gördükcə biz də onlara görə utanırıq. Onlarla bir xalqın nümayəndəsi olmaqdan utanırıq.

Şəxsə məndə heç bir qıcıq oyatmır bu tip mövzular və onun müəllifləri, çünki onlar adi demaqoqiya ilə məşğuldurlar. Heç kim öz dilindən utanmır, belə biri varsa, demək ki, xalqından da, milliyətindən də utanır. Başqa dildən istifadə etməyin səbəbini utanmaqda axtarmaq lazım deyil, sadəcə kiməsə belə rahatdır, kiməsə uyğundur, hər kəsin şəxsi işidir. Azərbaycan çoxmillətli dövlətdir, öz şəxsi müşahidələrimə görə deyə bilərəm ki, bu ölkədə ana dilimizdən başqa, rus, ingilis, türk, xoxol, ləzgi, talış, tat dillərində danışırlar. Bəs niyə başqa dil insanlarda belə qıcıq oyadır. Hətta deyərdim ki, niyə konkret rus dili qıcıq mənbəyidir?

Demaqoqiya dediyiniz sovetden qalma kutle tefekkurune malik insanlara xas olan sozdu. Adeten ictimai problemleri seslendirenleri demaqoq adlandirmaqla, guya o kesi ashagilamaga chalishirlar. Amma mene gore her sheye bash ashagi baxanlar ozleri en ashagi pillelere layiqdi.

Beli coxmilletli dovletde yashayiriq, ve men bir biri ile oz dillerinde danishan milli azliqlara yalniz hormet etdiyimi deye bilerem, cunki en azindan onlar oz dillerini qoruyub saxlayirlar.

Amma dili turk olan iki Azerbaycanli oz aralarinda, "guya bele debdi", ve yaxud "guya chushka deyiller" deye bashqa dilde danishirlarsa bu oz dillini beyenmemek anlamina gelir. 

Niye mehs rus dilinin bu movzu pridmeti olmasina gelince ise, bir daha rica edirem megaleni diqqetle oxuyun. Tarixi meqamlara diqqet yetirin. Yeni birbalaca uzaq goren olun, yeter...

Edited by maximus0977

Demaqoqiya anlayışı sovetdən çox çox qabaq da olub, qədim yunan sözüdür, mənası kütlənin idarə olunmasıdır. Mən bilirəm nəyi, necə adlandırıram. Bu cür çıxışlar, mövzular kütləni idarə etmək, onu öz bildiyinə inandırmaq məqsədi güdür, burda heç bir millətpərəstlik və ya patriotluq yoxdur. Heç kim, heç kimi aşağılamır, demaqoq təhqir deyil, sadəcə yanaşma tərzidir, hər kəs özü özünü aşağılayır.

Çox maraqlı məntiqiniz var, deməli, sizin fikrinizcə, iki ləzgi və ya talış, Azərbaycanda, azərbaycanlı ola ola öz aralarında öz dillərində danışırlarsa, buna hörmət edirsiz, amma iki azərbaycanlı öz aralarında rus dilində danışırlarsa, bundan utanırsız? Nə fərqi var? Halbuki, həmin insanlar Siz dediyiniz kimi dəbə görə, yaxud çuşkalığa görə yox, sadəcə heç bir səbəbsiz olaraq bu dili istifadə edirlər, bu haqda heç düşünmürlər də belə, öz dillərindən də utanmırlar, evdə də, işdə də, hər yerdə də istifadə edirlər. Yəni ünsiyyət zamanı beyində belə fikir olmur ki, mən bu dildə danışım, yaxud başqa dildə, hər şeyə sadə yanaşırlar, necə rahatdırsa, eləcə də danışırlar.

Mənim uzaq və ya yaxın görməyimi necə müəyyənləşdirdiz? Ekstrasenslik bacarığınız var? Onda mən lap uzağa gedib, Sizə bu məqalənin əsl məqsədini izah edə bilərəm. Bu məqalənin məqsədi heç də öz dilimizi propaqanda etmək deyil, sırf antirus propaqandasıdır. Çünki, məqalədə deyilmir ki, indiki zamanda bizim millətin yarısı artıq türk dilində danışır, türk serialları ekranlarımızı zəbt edib, minlərlə gözəl adlarımız ola ola, uşaqlara Nihat, Tunar, Aylin, Burla türk adları qoyulur, türkləşmə gedir, bundan niyə yazmır məqalə müəllifi? Yəqin demək istəyir ki, rus düşməndir, türk isə qardaş. Amma onun yadına salmaq lazımdır ki, rus düşmən olana qədər SSRİ tərkibində yaşamışıq və 20 ildən artıq müstəqilliyimzlə müqayisə etsək, heç də pis yaşamamışıq. Daha dərinə gedəndə isə, həmin şəxs unudur ki, indi qardaş dediyimiz o üzdəniraqlar, vaxtilə tarixdə ilk dəfə Azərbaycan dilini dövlət dili elan etmiş və qüdrətli dövlət yaratmış Şah İsmayılı və o Azərbaycanı elə həmin "qardaş"-lar dağıdıb. İndi kimdir qardaş və düşmən?

Dil haqqında demaqoqluq edən insanlar, özləri dil uğrunda heç bir şey etməyiblər. Bəlkə məqalənin müəllifi hansısa bir çətintapılan elmi və ya bədii kitabı öz dilimizə tərcümə edib çap etdirib? Bəlkə dilimizin propaqandası üçün hansısa bir forumda və ya disputda iştirak edib? Bəkə telekanallarımızda yayılan bizə aid olmayan veriliş və ya şouların əksinə bir hərəkata üzv olub? Heç bir şey etməyib. Məqalə sifarişli məqalədir, kimlərinsə sifarişi ilə yazılıb, qonorarı da alınıb qoyulub cibə. Az görməmişik belə çeynənilmiş məqalələri.

Dilini təbliğ etmək istəyən millət heç bir dili qəbul etməz, nə rus, nə türk, nə ingilis, nə ləzgi, nə tat. Daha şəraitə və vəziyyətə görə seçim etməz. Bu artıq riyakarlıqdır.

Meqaleni men yazmisham, bunu bu bashdan deyim. Sifarishi ise dushuncelerimden almisham. Dushuncelerim zengindi sag olsun , meni dolandirir, dediyiniz kimi ))

Dediklerinizin ekseriyyeti standard ozune behanedi, ona gore onlarin ustinden kechirem, amma bir meqamdan yan keche bilmirem.

 Amma onun yadına salmaq lazımdır ki, rus düşmən olana qədər SSRİ tərkibində yaşamışıq və 20 ildən artıq müstəqilliyimzlə müqayisə etsək, heç də pis yaşamamışıq. Daha dərinə gedəndə isə, həmin şəxs unudur ki, indi qardaş dediyimiz o üzdəniraqlar, vaxtilə tarixdə ilk dəfə Azərbaycan dilini dövlət dili elan etmiş və qüdrətli dövlət yaratmış Şah İsmayılı və o Azərbaycanı elə həmin "qardaş"-lar dağıdıb. İndi kimdir qardaş və düşmən?

Nezere alsaq ki, disputchularin ekseriyyeti 40-50 yash arasi insanlardi, demek ki, SSR-de yeterince yashamisiz. Maraqli odu SSr-iden bashqa hardasa yashamisinizmi, neyin pis neyin yaxshi oldugunu bilesiz ?

Shah Ismayil haqqinda dediyiniz tarixi bilmemekden ireli gelir. Evvela ne o zaman, eslinde ne de indi azerbaycan dili deyilen birshey olmayib. Turk dili olub. Indi deyeceksiz ozu-ozunu tekzib edir. Amma men meqalede ona gore "azerbaycan dili" sozu ishledirem ki, insanlar bunu turkchuluyun tebligi kimi yozmasinlar. 

Shah Ismayilin ise heqiqeten hansi milletden oldugu bize ya qaranliqdi ya da ki, tarixde tehrifler var. Ismayil turk dilini dovlet dili elan ede bilmezdi chunki dediyiniz kimi Osmanli ile dushmenchilik edirdi. Nese bu ayri movzudu...

Turk soylu, turk dilliyik beli amma ne rusa qardashiq ne de ki, turke. Menim davam odur ki, ne rusu yamsilayaq, ne turku, ne de bashqalarini. Iki azerinin bir biri ile rusca danishmasi hem shit gorunur hem meyusedici.

Link to comment
Share on other sites

Meqaleni men yazmisham, bunu bu bashdan deyim. Sifarishi ise dushuncelerimden almisham. Dushuncelerim zengindi sag olsun , meni dolandirir, dediyiniz kimi ))

Dediklerinizin ekseriyyeti standard ozune behanedi, ona gore onlarin ustinden kechirem, amma bir meqamdan yan keche bilmirem.

Nezere alsaq ki, disputchularin ekseriyyeti 40-50 yash arasi insanlardi, demek ki, SSR-de yeterince yashamisiz. Maraqli odu SSr-iden bashqa hardasa yashamisinizmi, neyin pis neyin yaxshi oldugunu bilesiz ?

Shah Ismayil haqqinda dediyiniz tarixi bilmemekden ireli gelir. Evvela ne o zaman, eslinde ne de indi azerbaycan dili deyilen birshey olmayib. Turk dili olub. Indi deyeceksiz ozu-ozunu tekzib edir. Amma men meqalede ona gore "azerbaycan dili" sozu ishledirem ki, insanlar bunu turkchuluyun tebligi kimi yozmasinlar. 

Shah Ismayilin ise heqiqeten hansi milletden oldugu bize ya qaranliqdi ya da ki, tarixde tehrifler var. Ismayil turk dilini dovlet dili elan ede bilmezdi chunki dediyiniz kimi Osmanli ile dushmenchilik edirdi. Nese bu ayri movzudu...

Turk soylu, turk dilliyik beli amma ne rusa qardashiq ne de ki, turke. Menim davam odur ki, ne rusu yamsilayaq, ne turku, ne de bashqalarini. Iki azerinin bir biri ile rusca danishmasi hem shit gorunur hem meyusedici.

Məqalənin müəllifinin Sizin olmamağınızı ilk postdan bu yana bilirəm, məqalə müəllifinə müraciətim tam ayrı, amma Sizin bu məqaləni burda yerləşdirməyiniz, Sizin onunla həmfikir olmağınızı göstərir, ona görə də müzakirə Sizinlə gedir.

Bəhanə olduğuna görə keçirsiz? Məncə cavabınız yoxdur, ona görə, belə çətinlik yaranırsa müzakirəni davam etməyək.

40-50 yaşım yoxdur, SSRİ də ox az yaşamışam, amma çox yaşayanlarla ünsiyyətdə olub, indiki müstəqilliyimizlə müqayisə etmişəm, nəticələr barədə bundan əvvəlki postda bölüşdüm. İnsanların sosial rifah halında yaşamağı yaxşı, səfalət içində yaşamağı pisdir.

Demək tarixi də bilmirəm, bir daha təkrar edim, ekstrasens qabiliyyətinizə heyran oldum. Türk dili olub? İndiki Türkiyə dövlətinin dili? Yoxsa türk dili ailəsindən olan azərbaycan türkcəsi? İstinad ve etibar etdiyiniz tarixi mənbəni də bilmək istərdim, varsa əgər.

Siz elə bəlkə doğurdan da türkçülüyü təbliğ edirsiz? Üzdəniraqları qardaş sayırsız?

Şah İsmayılın kim olmasının nə fərqi? Fars, Kürd və ya Türk? Yaratdığı dövlətdən söhbət gedir, o hanı?

Siz sırf rus dilini problem görürsüz, siz bütün xarici dilləri pisləmirsiz, çünki bu sırf antirus propaqandasıdır, millətçilik, dil mübarizəsi deyil. Mənə şit görünən elə budur, niyə biz bütün yadellilərə qarşı birləşmirik, onları bölürük, birinin üzünə gülüb, digərinə tüpürürük. Bu axı ikiüzlülükdür.

Link to comment
Share on other sites

Məqalənin müəllifinin Sizin olmamağınızı ilk postdan bu yana bilirəm, məqalə müəllifinə müraciətim tam ayrı, amma Sizin bu məqaləni burda yerləşdirməyiniz, Sizin onunla həmfikir olmağınızı göstərir, ona görə də müzakirə Sizinlə gedir.

Bəhanə olduğuna görə keçirsiz? Məncə cavabınız yoxdur, ona görə, belə çətinlik yaranırsa müzakirəni davam etməyək.

 Yoxsa türk dili ailəsindən olan azərbaycan türkcəsi? 

Siz sırf rus dilini problem görürsüz, siz bütün xarici dilləri pisləmirsiz, çünki bu sırf antirus propaqandasıdır

1. Kor tutdugunu buraxmayan........ lardansiz deyesen.

2. Mentiqiniz primitiv ve kutle tefekkurludu deye cavab vermirem.... menasiz yere uzatmaq istemirem

3.  "türk dili ailəsindən olan azərbaycan türkcəsi" bunu bilmeyiniz meni sevindirdi. Dogurdan deyirem.

4. Elbette rus dilinde gorurem problemi, cunki bugun ekseriyyet ozunu rusdilli oldugunu isbat etmeye chalishir. Hetta bilerekden danishanda ele danishirlar guya rus aksentleri var. 

Bele bir sual, Siz kureyinde ROSSIYA yazilan koyneklerden geyinenlerden deyilsiz ?

1. Kor yox, görmə qüsurlu insan, onlar sizdən heç nədə əskik deyillər. Aşığın sözü qurtaranda nanay nanay deyir, eləmi?

2. Praktika göstərir ki, kütlənin fikrini səhv, sırf öz subyektiv fikrini düz sayanların psixoloji problemləri olur, onlar özlərini kütlədən ayırır, özünü kütlədən üstün və qeyri-adi hesab edir. Bu başadüşüləndir. Uzatmaq istəmirəmlə, uzada bilmirəmin arasında çox fərq var.

3. Mən də ona sevinirəm ki, bu mövzunun açılmasının məqsədini aydınlaşdırdım. İlk əvvəl göründüyü kimi, millətpərəstik, patriotluq, azərbaycan dili uğrunda yox, sırf antirus və türkçülük siyasətini yeridən trollinq məqsədi ilə.

4. Sizin rastınıza yalnız rus dilini bilməklə ağıllı olduğunu hesab edən insanlar çıxırsa, bu o demək deyil ki, bütün millətdə problem var.

Mən heç belə köynəklərlə rastlaşmamışam, amma maraqlı odur ki, Sizin bu barədə məlumatınız var. Kürəyindəki yazıya görə futbol maykaları seçilir, futbolçunun soyadı və nömrəsi ilə.

Link to comment
Share on other sites

Tələbəlik zamanında qrupumuzda olan talış qızının bu cümləsi: - mən rus dilini bilməyənlərə çuşqa kimi baxıram.

 mənim rus dilini öyrənməyimə sözün əsl mənasında əngəl oldu. Sonralar anladım ki, ətrafımızda olan bəzi insanlar arasında həqiqətən müəllifin yazdığı kimi Azərbaycan dilində danışmaqdan utanmaq hissi duyan insanlar da var.

Diqqət etdikdə həqiqətən çox gözəl və zəngin dilimiz var. Lakin bir çox yenilikdə öz dilimizi tapmamağımız bizim başqa dillərdən istifadə etməyimizə səbəb yaradır. Bu isə öz növbəsində istifadə etdiyimiz kəlimələri dilimizdən, zehnimizdən çıxardır.

Link to comment
Share on other sites

1. Kor yox, görmə qüsurlu insan, onlar sizdən heç nədə əskik deyillər. Aşığın sözü qurtaranda nanay nanay deyir, eləmi?

2. subyektiv fikrini düz sayanların psixoloji problemləri olur,  Uzatmaq istəmirəmlə, uzada bilmirəmin arasında çox fərq var.

3. bu mövzunun açılmasının məqsədini aydınlaşdırdım. İ

Bilirsen niye uzatmiram seninle ?! o ushaqlar olur e, ters kimi., hec ne basha salmaq, subut etmek olmur. Ozlerini her addim coxbilen sayir ve oz versiyasindan bashqa versiya qebul etmir.... Bax onlardansan ona gore. 

Soz oynu oynuyursan, ay ne bilimim demaqoq yunan sozudu, kor yox gorme qusurlu filan, ve s... 

Kutle tefekkurlu bilirsen nedi, oz fikiri olmayan hemishe haya-kuye geden, AZTV, ANS, NTV terefinden bashi doldurulan ve tvlerin propagandasina uyan insanlardir. Yeni senin halinda sen tam kutle tefekkurlu biri sayilirsan. 

Rus dilinin fesadini bilmek istiyirsen ? bu videoya bax.

https://www.youtube.com/watch?v=By4toCX4JNU

:) Gülməlidir, amma primitiv düşünsək, eyni fikirləri Sizin haqda da söyləmək olar. Sizin də versiyanız var, başqa heç nə qəbul etmirsiz, özünüzü ağıllı, millətpərəst qələmə verirsiz. Amma mən tanımadığım adam haqda mülahizələr yürüdə bilmirəm, nə psixoloq deyiləm, nə ekstrasens, ona görə də ayama qoşmayacam...

Dil uğrunda mübarizə aparırıqsa, sözlərimizdə də diqqətli olmalıyıq, burda qəribə nə var ki?

Mənim psixoloji portretimi çəkdik qurtardıq, bəs edər, Siz hansı təfəkkürlü birisiz bəs? Sizi kim və ya nə idarə edir? Bir özünüzdən danışın görək kimsiz? Mən TV və ya KİV propaqandasına uysaydım, Sizin kimi türkpərəst olardım, onlara "qardaş" deyərdim, mənimlə TV arasındakı məsafə, Sizinlə məntiq arasındakı məsafəyə bərabərdir.

Çox tutarlı bir sübut gətirdiz, afərin.....ana dilimizi Artur Rəsizadə ilə ölçürsüz, Cahangir Əsgərovu da misal çəkərdiz də, day nə qalmışdı ki. Azərbaycan dilini bilməyənləri misal göstərib bütün milləti pisləmək nə dərəcədə düzgündür? Meşə çaqqalsız olmaz deyiblər, amma bir iki çaqqala görə meşəyə çaqqalxana demək olmaz. Azərbaycan dilini səlis, gözəl, mükəmməl bilən, yazan, tərcümə edən, populyarlaşdıranlar da var, az deyil. Yaxşını qoyub, pisdən misal çəkməzlər.

Link to comment
Share on other sites

Chaqqal 1-2 deyil, choxdur. Ana dilini bilmeyen ve ya bilse de ana dilinde danishmagi ozune ar bilen, rus dilini bilmeyenlere tekebbur eden insanlar choxdur hele... Maximus-un fikirleri ile 100-de 100 raziyam.

Night-in dediyi turk dili problemi hele o qeder de yoxdur, gelecekde ola biler. O da rus dili qeder chox yox.

Link to comment
Share on other sites

Biz bədbəxtlərin bəxti elə gətirib ki, tarix boyu həmişə işğal altında, əsarətdə olmuşuq. İşğal edən böyük imperiyalar, dövlətlər isə həmişə öz mədəniyyətini dilini işğal etdiyi ərazəilərdə yayır, propaqanda edir. Heç qədimə getmədən bir iki misal çəkək. Ərəblərin işğalı zamanı ərəb dili, farsların hakimiyyəti zamanı fars dili, daha sonra SSRİ dövründə rus dili. İndi guya ki, müstəqilik, lakin indi elə dövrdə yaşayırıq ki, indi siyasi-iqtisadi yolla işğal olunur xırda dövlətlər. Biz də siyasi-iqtisadi cəhətdən işğal altındayıq, avropalılar, amerikalılar, türklər tərəfindən. Öz ölkəmizdə yaşaya yaşaya, onlar bizim qarşımıza qayda-qanun qoyur. Həmçinin də mövzunun məğzi olan dil məsələsində. İndiki zamanda ingilis dilini bilməyən normal iş tapa bilmir, məcbur olub onu öyrənir, biri elə mən. 

Bunun nəticəsi olaraq biz daim ana dilimizdən qeyri-birini bilməli, gündəlik həyatımızda istifadə etməliyik. Kim bizi bu günə qoyub, bu aydın məsələdir, bunu artıq dəyişmək mümkün deyil, bu proses uzun illərdir davam edir. Bununla ya razılaşmalı, ya da ki, mübarizə aparmalıyıq. Amma mübarizə də dürüst olmalıdır, ikiüzlü yox. Əgər xarici dili qəbul etmiriksə, heç birini qəbul etməməliyik, hər hansı parametrə görə seçim ediriksə, ikiüzlüyük.

Link to comment
Share on other sites

Duzdur tarix boyu bele olmushuq. Vaxtile fars ereb dilleri rus dili kimi debde olub. Xarici diller bilmeliyik, kim deyir ki oyrenmek lazim deyil. Rus turk ingilis ereb fransiz ne qeder chox dil bilsek o qeder yaxshidir. amma oz ana dilimizi, dovlet dilimizi de ashagilamamaliyiq.

Link to comment
Share on other sites

Yene provokasiya dolu meqale. Kimse qesden bele movzular atirki milleti bosh soypete tutsun. Yegane milletik ki belkede oz olkemizde bashqa dilde danishan ozumuzu tenqid edirik. Sizce Rus forumunda ya da Ingilis forumunda bele bir muzakire gedermi ki niye oz dilimizde bezi adamlar danishmir.....Neyse....deqiq cavab budur....

1.Ne qeder aci olsada bu faktdi dilimiz cox kasibdi. Subut Elmler akademiyasinin cap etdiyi Luget(100 000) soz. Tekce Rusun T herifinde bu qeder soz var.

2. Hesab etsek ki oz dilimizdeki sozderin 20% Rus 20% beynelxalq onda 100 000 nen qalir 60 000.

2. Azerbaycan o qeder cirtdan olkediki isdemesede mecburen hansisa boyuk imperiyanin tesirinde yashamali olacaq.

3. Rus ve ya Ingilis dilinde tehsil alan ve ya bu dillerden birini bilen tek Azeri dilini bilennen azi 50% zekalidi.

4. Ozu bir zibil olmayib Rus dilinde danisharaq ozunun 50% artiq zekaya malik hesab eden adamlarin olmasi mocuze deyil.

5. Yalannan burda dilimize seven kimi ozun gosderen evde ve bayirda VSYO UJE CATIRAM deyen maskalanmishdar da az deyil.

6. Siz isdiyirsiz her gun tenqid edin neynirsiz eliyin mehkumsuz ozunuzden 1000 defe her cehetden guclu dovletin dilinde danishasiz

"Əla" təbliğatdır, halaldır.

Link to comment
Share on other sites

Dunen bele bir eksperiment etdim.Etrafimdakilarla bashladim rus dilinde danishmaga hec fikir veren olmadi buna,men danishdiqca sohbet davam edirdi.Sonra kecdim turk dilinde danishdim.Ele bir iki cumle dedim ki,artiq bashladilar ki,bu nedi turk dilinde danishirsan? Oz dilinde danish.))

Link to comment
Share on other sites

Həmişə belədidə....Türklər həmişə bizə kömək olublar Ruslar isə həmişə bizi qırıblar amma həmişədə Türklər pis Ruslarsa yaxşı olub...Amma Rusiyada bizimkilər Rus qızdarı tanışlıq versin deyə biz Türkük deyillər ))))...Kimə nə sərf edir onuda deyir nə sifət desən var.....

Hə, düz deyirsiz, əsasən də Osmanlı imperiyası bizə çox kömək edib orta əsrlərdə, deqradasiya etməyimizə çox kömək olublar.....

Link to comment
Share on other sites

20 Yanvarıda tüklər ediblər ? Xocalınıda Türklər edib yoxsam Rusun 366-cı alayı ?....Mən 366 alayın yanındakı Rus məktəbində oxumuşam və orda xidmət edənlərdə Ruslar idi....nağıl danışannara yazıram ki bilsinnər ki orda ermənilər yox məhz Rus əsğərləri idi.....Naxçıvanda xidmətdə olmuşam və bütün ərzaq Türkiyədən gəlir...Hər il "N" qədər hərbi maşınlar hədiyyə olunur.....bir gün yemək gəlmədi bütün hərbi hissələrdə aclıq xaosu başladı....Bəs bir soruşun ki biz Türklərə neynəmişik ? və nə edirik ?....Hər halda Türklər bizim millətə daha cox yanır nəinki Ruslara

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    •  Кровати односпальные, двуспальные и двухъярусные
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 6 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 51 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Sad
        • Confused
        • Like
      • 362 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
        • Downvote
        • Confused
        • Haha
      • 25 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
      • 64 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...