Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Milli Azərbaycan ədəbiyyatı


Recommended Posts

[quote name='Garatel' timestamp='1288805078' post='7633431']
Abbasqulu ağa Bakıxanov,İsmayıl bəy Qutqaşınlı,Mirzə Fətəli Axundzadə,Cəlil Məmmədquluzadə,Nəriman Nərimanov, Sultanməcid Qənizadənin nəsr əsərlərini oxumusuz?
[/quote]
Heç kim qalmadı ki)) N.Nərimanovdan başqa hər birinin yaradıcılığı ilə tanış olmuşam yaxından.Garatel,hər halda xəbərim var deyə bu qənaətə gəlmişəm,yenə deyirəm bu mənim subyektiv fikrimdir.
Dünya nəsr ədəbiyyatıyla müqayisədə bizim nəsr nümunələrimiz o qədər də parlaq deyil.

Link to comment
Share on other sites

  • Replies 422
  • Created
  • Last Reply

[quote name='A.Bagirova' timestamp='1288805918' post='7633515']
Heç kim qalmadı ki)) N.Nərimanovdan başqa hər birinin yaradıcılığı ilə tanış olmuşam yaxından.Garatel,hər halda xəbərim var deyə bu qənaətə gəlmişəm,yenə deyirəm bu mənim subyektiv fikrimdir.
Dünya nəsr ədəbiyyatıyla müqayisədə bizim nəsr nümunələrimiz o qədər də parlaq deyil.
[/quote]

otuz-qırx il bundan əvvəl Azərbaycan nəsrinin ən aparıcı janrı povest janrı idi...Siz Əkrəm Əylislinin, İsa Hüseynovun, İsi Məlikzadənin, Mövlud Süleymanlının povestlərinə nəzər salsanız görərsiniz ki, povest nəsrimizdə zirvədə dayanan janrlardan olub...hazırda povest janrı, demək olar ki, yoxdur...

Link to comment
Share on other sites

[quote name='Garatel' timestamp='1288807729' post='7633686']
otuz-qırx il bundan əvvəl Azərbaycan nəsrinin ən aparıcı janrı povest janrı idi...Siz Əkrəm Əylislinin, İsa Hüseynovun, İsi Məlikzadənin, Mövlud Süleymanlının povestlərinə nəzər salsanız görərsiniz ki, povest nəsrimizdə zirvədə dayanan janrlardan olub...hazırda povest janrı, demək olar ki, yoxdur...
[/quote]
İsa Hüseynov, Əkrəm Əylisli - oxuduğum müəlliflər olublar.
Bu yaxınlarda E,Memmedlinin "Bosforun şirin suyu" əsərini oxudum..müasir yazarlardan..Heç bəyənmədim,düşünürəm ki,bəlkə nə vaxtsa bizim nəsrimiz də inkişaf edəcək.

Link to comment
Share on other sites

[quote name='^^Paradise_Bird^^' timestamp='1288394606' post='7605322']
Çox tanış gəlir bu şeir. Məncə bunu hansısa aktrisamız gözəl bir şəkildə söyləmişdi.
[/quote]

Səhv etmirəmsə bunu Əminə Yusigqızı gözəl söyləyib.... 


Mən [b]Vahidin[/b] yaradılığından həzz alıram:

[b]Gözəldir[/b]

Hər aşiqə öz istədiyi yarı gözəldir,
Hər bülbülə öz sevdiyi gülzarı gözəldir.

İlqarı gözəl olmayanı istəməz aşiq,
Can ver elə cananə ki ilqarı gözəldir.

Mən bir uca boylu gözəlin zülfünə bəndəm
Rüxsarı gözəl, şivəsi, rəftarı gözəldir.

Yüzlərlə gözəl başqa vilayətdə də çoxdur,
Amma bizim ölkə bütün - elcari gözəldir.

Yar olsa mənimlə mənə biganə nə eylər?
Uçmaz elə bir xanə ki memarı gözəldir.

Mən istədiyimçün o gülü qeyri də sevdi
Qiymətli o şeydir ki xiridarı gözəldir.

Vahid, mənə insaf elə, sima ilə baxma,
Əhsən elə bir şairə əşarı gözəldir.


Link to comment
Share on other sites

Bilinməz nə vaxtdan hərlənir bu tas,
Nə zaman pozular bu gözəl əsas
Belə nazik fikri dərindən duyub
Ağıl ölçüsüylə dərk etmək olmaz.


Gəlişimdə fayda görmədi həyat
Getsəm də dəyişməz qoca kainat.
Bu gəliş-gedişin səbəbi nədir?
Eşidə bilmədim kimsədən, heyrat.

Biz getsək, yenə də duracaq cahan,
Bizdən qalmayacaq bir iz, bir nişan,
Biz yoxkən çəkmirdi o heç bir zərər,
Getsək də görünməz onda bir nöqsan.


Bu torpaq ki, onu tapdayir heyvan,
Olmuş bir zamanlar gül üzlü cahan.
Eyvanda gördüyün kərpic yaranmış
Vəzir barmağından, sultan başından.

Sadəlövh könlümdən mən cana gəldim,
Cəfakeş canımdan fərağa gəldim,
Mənsiz də dünyanın işi keçərmiş,
Əcəba, nə üçün cahana gəldim

[right]Ömər Xəyyam[/right]

Link to comment
Share on other sites

Vətən qorudun sənindir… Cabir Novruz

Vətən qorudun sənindir,
Qorumadın özgənindir,
Qorumadın, yağınındır,
Qorumadın axırındır…

Vətən qorudun sənindir,
O, bayraq tutan əlindir,
Basılmaz qalan, dağındır,
Qorumadın göz dağındır…

Vətən qorudun sənindir,
Yoxsa gədə-güdənindir,
Yoxsa başsız sürünündür,
Bir ovuc sağ ölünündür…

Vətən qorudun sənindir,
Allahın, peyğəmbərindir,
Anan, qardaşın, balandır,
O, indi talan-talandır…

Vətən qorudun sənindir,
O tay-bu taylı ünündür,
İki ağlayan gözündür,
Dərbəndindir, Təbrizindir…

Vətən qorudun sənindir,
Qorumadın kəfənindir,
Qorumadın qübarındır,
Murdarlanmış məzarındır…

Link to comment
Share on other sites

DÜNYA DOLLAR XƏSTƏSİDİR Cabir Novruz

Dünya dollar xəstəsidir
hamı ona əsir-yesir.
Dərinə işləyib kökü,
O bütün qəlblərə çöküb,
Bütün vicdanları çapıb,
O dolaşır küçə-küçə, qapı-qapı
Nə dərmanı, davası var.
Ərzdə dollar davası var.
Əl boyda kağızdır özü.
Amma hamı xəstəsidir.
Səsin çatanacan bağır,
Bütün allahları çağır,
Bütün loğmanları çağır,
Bütün fələkləri səslə,
Bütün arzuları izlə,
Bütün fikirləri sapla,
Ölünü, sağı cavabda,
İblisi, şeytanı dindir,
Rumili, firəngli, hindli,
Ağlar, qaralar, sarılar,
Onun əlində yaralı,
Onun əlində oyuncaq,
Odur haqq, ədalət ancaq.
Hamı qabağında əsir,
Dünya dollar xəstəsidir.
Beynləri silkələyib,
Yeyib bütün sikkələri,
Əskinasları öldürüb,
Bü əsrin kağız qulduru.
Zaman məhvərindən dənə
Qızıl-zər davası tələ,
Onun davası səngiməz,
Dövlətlər keçib cənginə,
Şahlar qabağında rəzil,
Dünya dollar xəstəsidir.
Uğrunda tökülür qanlar,
Ölü məhv edir dirini,
Onun üstündə insanlar,
Çapırlar bir-birini.
Ucadır haqdan, Allahdan,
Bütün tamahlar quludur,
O hər cürə silahdan,
Təcavüzdən qorxuludur.
Bir göy kağızın uğrunda
Analar keçir oğlundan,
Satqınlar keçir vətəndən,
Başlar ayrılır bədəndən.
Əllər əllərdən üzülür,
Gözəllər satır özünü,
Kasıbların baxtı çalıb,
Onlar bu dərddən uzaqdır.
Onlar bu döyüşdə qalib,
Kasıbın da varmış baxtı?!
Amerika yer üzünü
Bir göy kağızla zəbt eyləyib,
Amerika yer üzünü dollar ilə zəbt eyləyib,
Yer də, göy də bürünübdür dumanına,
Bitməyəcək onun qorxunc davaları.
O sağalmaz mərəzidir zəmanənin,
Amerika onun ilə havalıdır.
Sərkərdələr qabağında əsir-yesir,
Prezidentlər qabağında əsir-yesir,
Məmələkətlər qabağında əsir-yesir,
Dünya dollar xəstəsidir.
Köhnə dünya təzə dərdə düçar olub.
Bu ən qorxunc azar olub,
Yayılacaq dövr-dövr, nəsil-nəsil,
Amerika gecə-gündüz dollar kəsir.
Yer üzünə yayır qəsdən
Aman-aman bu mərəzdən.
Ayıq olun, ey insanlar,
Sayıq olun, ey insanlar,
Zamanın haray səsidir,
Dünya dollar xəstəsidir,
Dünya dollar xəstəsidir

1999

Link to comment
Share on other sites

MƏN BİLİRDİM QORXULUDUR
BÖYÜK EŞQ... CABİR NOVRUZ

Çoxdan idi gözləyirdim bu günü,
Mən bilirdim bunu - belə olacaq...
Bu sahilsiz məhəbbətin, sevginin,
Bilirdim ki, sonu belə olacaq...

Mən bilirdim qorxuludur böyük eşq,
Bunu sənə dönə-dönə demişdim...
O tərsinə dönə bilər tez, ya gec,
Dönə bilər bəzən kinə demişdim...

Çoxdur onun tərəddüdü, gümanı,
Qısqanclıqdır bərabəri, ekizi...
Bəzən olur qara rəngə boyanır,
Tutulanda qəzəbindən gün özü...

Mən görmüşdüm, mən bilirdim, bilirdim,
Bədbəxt olur insan qəlbən sevəndə...
Sən bu acı həqiqətə gülürdün,
Mənmi düzəm, sənmi düzsən, de indi...

Göstər mənə sevib xoşbəxt olanı,
Sevib bədbəxt olanlarsa nə qədər...
Çox Məcnunlar oldu eşqin qurbanı,
Külə döndü gör nə qədər Leylilər...

Məhəbbətin bir sifəti inamdır,
O birsi həsrət, əzab, dərd, kədər...
Bir gün oldu azıb qaldıq dumanda,
Nagah kəsdi yolumuzu şübhələr...

Olduq dedi-qoduların gülüncü,
Aramıza girdi iblis ayrılıq...
Məhəbbətin kin ovxarlı qılıncı,
Bir də gördük öz qınından sıyrılıb...

Bir də gördük uçurumdur irəli,
Ümid, inam gördük bizdən əl üzüb...
Heç nə görmür məhəbbətin gözləri,
Görünəndə yaman üzü, sərt üzü...

Çoxdan idi gözləyirdim bu günü,
Mən bilirdim - bunu belə olacaq...
Bu sahilsiz, məhəbbətin, sevginin,
Bilirdim ki, sonu belə olacaq...

1994

Link to comment
Share on other sites

ÖZÜMDƏN NARAZIYAM

Təbiətin könül açan
Min rəngi, min səsi var.
Hər könülün min arzusu,
Min rəngli nəğməsi var.

Bu arzular, bu nəğmələr,
Bu səslər bir sa kimi-
Mənim solğun sözlərimdə
Heç dil açı bildimi?

Hissim dərin, sözüm solğun,
Qəlbim geniş, sinəm dar.
Məndər əvvəl doğlubdur
Sinəmdəki duyğular.

Səhv atılan addımları
Sonradan anlayıram;
Baxıb vicdan güzgüsünə,
Özümü danlayıram.

Siz ey yanlış addımlarım,
Məni dərdə saldınız
Mən sizlə döyüşdükcə
Gün-gündən çoxaldınız.

Mən haqq-hesab istəyirəm
Gecələr gündüzümdən;
Narahatam, narızıyam
Ömrüm boyu özümdən.

Bizim sənət dünyasının
Qırıq telli sazıyam;
Bircə bundan razıyam ki,
Özümdən narazıyam.

Allah Sizə rəhmət eləsin, Bəxtiyar müəllim..

Link to comment
Share on other sites

[quote name='мусаватист' timestamp='1288824678' post='7635017']
Ayrı-ayrı nadir nümunələri çıxsaq (onlar da əsasən dramaturgiyaya aiddir), Azərbaycan nəsr janrının çox geridə qalması, reallıqlardan uzaq olması fikrindəyəm. Xüsusən də sovet realizmi deyilən məktəbə aid əsərlərdə realizmdən əslində əsər-əlamət yoxdur.
[/quote] Razıyam sizinlə. Dram əsərlərinin də oxumaq üçün yox, səhnələndirmək üçün nəzərdə tutulduğunu nəzərə alsaq..

Link to comment
Share on other sites

SEN KİMİ SEÇİRSEN

Ne oldu: yaxşını pisden seçmedin?!
Ne oldu: eyrini düzden seçmedin?!
Ne oldu: qızılı misden1 seçmedin?!
Sen kimi seçirsen, sen kimi, xalqım?!

Var olan varımı, yoxurnu seçer?!
Kor olan azımı, çoxumu seçer?!
Ekinci damazlıq toxumu seçer,
Sen kimi seçirsen sen kimi, xalqım?!

Eken ekincidir, biçen Allahdı
Dar günde qelbinden keçen Allandı.
Seçilen bendedi, seçen Allahdı, -
Sen kimi seçirsen, sen kimi, xalqım?!

Tale qismetimiz beledi yoxsa?!
Eslimiz, kökümüz köledi yoxsa?!
Bu da bir növbeti teledi yoxsa,
Sen kimi seçirsen, sen kimi, xalqım?!

Bu nece dumandı, göz gözü seçmir?!
Bu nece zamandı, düz sözü keçmir.
Olma, seçdiyini xalq özü seçmir?!
Sen kimi seçirsen, sen kimi, xalqım?!

Her elde eylenmez dövlet, var bele
Uca zirve seçer yağan qar bele.
Nedir, ne xeberdir tezbazar bele
Sen kimi seçirsen, sen kimi, xalqım?!

Bu men!.. Men her şeyi atıb gederem,
Uduzub gederem, udub gederem.
Elimi üzüme tutub gederem, -
Sen kimi seçirsen, sen kimi, xalqım.....

Memmed Ismail

Link to comment
Share on other sites

[b]M.Ə.Sabir

Adəmi adəm eyləyən paradır[/b]

Adəmi adəm eyləyən paradır,
Parasız adəmin üzü qaradır,

Qoy nə əslin, nəcabətin olsun,
Nə nəcibanə halətin olsun,

Baş-ayaq eyb içində olsan da -
Tək bu aləmdə dövlətin olsun;

Adəmi adəm eyləyən paradır,
Parasız adəmin üzü qaradır.

Olmasın fəhmin, əqlin, idrakın,
Var nə qəm, ta ki, vardır əmlakın;

Atəşi-xanə suzi-millət ikən --
Hər kəsin səcdəgahıdır xakın;

Adəmi adəm eyləyən paradır,
Parasız adəmin üzü qaradır.

Olmayır, olmasın da insafın,
Dut qanın şişə içrə əsnafın,

Та ki, var əldə beş puçuq quruşun --
Mötəbərsən gözündə əşrafın;

Adəmi adəm eyləyən paradır,
Parasız adəmin üzü qaradır.

Link to comment
Share on other sites

[b]Səməd Vurğun

Şair, nə tez qocaldın sən!
[/b]

Nemətsə də gözəl şer,
Şair olan qəm də yeyir.
Ömrü keçir bu adətlə,
Uğurlu bir səadətlə.
Görən məni nədir deyir:
Saçlarına düşən bu dən?
Şair, nə tez qocaldın sən!

Dünən mənə öz əlində
Gül gətirən bir gəlin də
Gözlərində min bir sual
Heykəl kimi dayandı lal…
O bəxtəvər gözəlin də
Mən oxudum gözlərindən:
Şair, nə tez qocaldın sən!

Ovçuluğa meyil saldım,
Gecə – gündüz çöldə qaldım,
Dağ başından enib düzə
Bir ox kimi süzə – süzə
Neçə ceyran nişan aldım;
Cavab gəldi güllələrdən:
Şair, nə tez qocaldın sən?

Bəzən uca, bəzən asta,
Ötür sazım min sim üstə.
Andı yalan, eşqi yalan,
Dostluğu da rüşvət olan,
Ürək yıxan bir iblis də
Üzəvari deyir hərdən:
Şair, nə tez qocaldın sən!

Saç ağardı, ancaq ürək
Alovludur əvvəlki tək.
Saç ağardı, ancaq nə qəm!
Əlimdədir hələ qələm…
Bilirəm ki, deməyəcək
Bir sevgilim , bir də Vətən:
-Şair, nə tez qocaldın sən!

Link to comment
Share on other sites

[b]Bəxtiyar Vahabzadə

Ağ saçlar, qara saçlar[/b]

Saçlarıma dən düşür, dən düşür, yaman düşür,
Hər baxanda anamın, ürəyinə qəm düşür.
Bu ağ saçlar, ay ana, səni dərdə salmasın,
Saçımın ağlığından qanın heç qaralmasın!

Alışıram gecələr, masa arxasında mən,
Saçlarım da ağarır, qəlbiminatəşindən.
Sən demə ki balamın bəlkə gizli dərdi var,
Vaxtsız ağaran saçın özgə bir aləmi var.

Ölüm belə qəm deyil bu həyatı duyana,
Mən bu ağ saçlarımla öyünürəm, ay ana!
Qara, şəvə saçları təbiət vermiş mənə,
Mən güvənə bilmərəm onun bu töfhəsinə.
Zəhməti həyatımın ilk bəzəyi sanmışam,
Ağ saçları həyatda mən özüm qazanmışam.

Link to comment
Share on other sites

Bəxtiyar Vahabzadə

ÖZÜMDƏN NARAZIYAM

Təbiətin könül açan
Min rəngi, min səsi var.
Hər könülün min arzusu,
Min səsli nəğməsi var.
Bu arzular, bu nəğmələr,
Bu səslər bir saz kimi
Mənim solğun sözlərimdə
Heç dil aça bildimi?
Hissim dərin, sözüm solğun,
Qəlbim geniş, sinəm dar.
Məndən əvvəl doğulubdur
Sinəmdəki duyğular.
Səhv atılan addımları
Sonradan anlayıram.
Baxıb vicdan güzgüsünə
Özümü danlayıram.
Six ey yanlış addımlarım,
Məni dərdə saldınız.
Mən sizinlə döyüşdükcə,
Gün-gündən çoxaldınız.
Mən haqq-hesab istəyirəm
Gecələr gündüzümdən.
Narahatam, narazıyam
Ömrüm boyu özümdən.
Bizim sənət dünyasının
Qırıq telli sazıyam.
Bircə ondan razıyam ki,
Özümdən narazıyam

Link to comment
Share on other sites

[quote name='мусаватист' timestamp='1289597657' post='7688430']
Mənim indi belə şeirlər oxuyan vaxtımdır
[/quote]
Bəy, şe`rləri heç bir zaman bəyənməmişəm, amma istisna olaraq, bəzi məqamlarda Xəlil Rza Ulutürkün şe`rlərinə göz gəzdirmişəm.

Bir də yenidən Cəlil Məmmədquluzadənin dram əsərlərini oxumaq istərdim. Ordakı bəzi hadisələr indiki Azərbaycan reallığı ilə tam uyuşur.

Link to comment
Share on other sites

Bu şeiri bu gün mənə xalam oxudu. Nədənsə yadıma Musavatist adlı user düşdü. Musavatist, bu şeiri Sizin üçün buraya yazıram, ümid edirəm, bəyənərsiniz.
Bu şeiri Rəfiq Zəka Xəndan Ankarada, Rəsulzadənin qəbri önündə söyləmişdir, amma müəllifinin özü olub-olmadığını bilmirəm:

[b]Məhəmməd Əmin Rəsulzadə[/b]

Dərman diləyən yurdumuzun dərdli günündə,
Qəlbim yanıyor Ankarada qəbrin önündə.
... İnsanlara hürriyyəti candan dilədin sən,
Millətlərə istiqlalı sən müjdələdin, sən.
Sən söylədin alçaq yağılar türkləri yenməz,
Bir kəz ucalan bayrağımız bir daha enməz.
Yurdun ən əziyyətli, ən illətli çağında,
Türk dövləti qurdun əbədi türk ocağında.
Keçmiş deyəməm, keçsə də yetmiş il o çağdan,
Gördükcə o bərraq günü yetmiş il uzaqdan.
Gəl indi əziz yurduna, yurddaşları dindir,
Dindir ki, ürəklərdə coşan mahnı sənindir.
Ardında gedən canlı igidlər səni səslər,
Uğrunda ölən şanlı igidlər səni səslər.
[b]... And içdik adın andımız oldu, canımızsan!
Canlar sənə qurban, can Azərbaycanımızsan![/b]
Ey millətinə aydın üfüqlər açan ustad,
Ağ günlərin eşqiylə şəfəqlər saçan ustad,
Gəl sevgili başkəndinə (paytaxt), başkənd səni istər,
Dövran dəyişib, gün dəyişib, hökmünü göstər.
...İblisləri başkənddən inancınla çıxartdıq,
Yol göstərən, əlbəttə ki, sənsən bizə artıq.
Enməz yerə bir yol ucalan bayraq, əmindin,
İmanlı Rəsul oğlu böyük Məhəmməd Əmindin.
Tarixdə qalırsan unudulmaz soyadınla,
Eşqinlə, qürurunla, vüqarınla, adınla.

Link to comment
Share on other sites

[quote name='xataee' timestamp='1290105493' post='7719715']
Bu şeiri bu gün mənə xalam oxudu. Nədənsə yadıma Musavatist adlı user düşdü. Musavatist, bu şeiri Sizin üçün buraya yazıram, ümid edirəm, bəyənərsiniz.

[/quote]


minnətdaram, çox bəyəndim. Düzü, mənə rast gəlməmişdi heç.

Zəlimxan Yaqubun normal vaxtlarında Rəsulzadəyə həsr etdiyi şox gözəl şeiri var, amma tapa bilmirəm heç yerdə. Yalnız Nəsiman Yaqublunun "Məhəmməd Əmin Rəsulzadə" kitabında 2 kupleti verilib

Link to comment
Share on other sites

NAĞIL–HƏYAT

Anam olsan belə, ay anam, xeyli,
Səndən gileyliyəm, səndən gileyli...
Sən duymaq, düşünmək öyrətdin mənə,
Duyub-düşünməkdən azad olaydım.
Danışmaq öyrətdin sən öz körpənə
Nola, mən anadan lal doğulaydım.

Ana, quduzlaşır həyat, ilbəil,
Dalayır puç olan ümidlərimi.
Niyə isti deyil, mehriban deyil
Bu amansız həyat qucağın kimi?..
Hardasan, ay ana, bir gəl, mən yenə
Bəlalı başımı qoyum dizinə.
Mənə nağıl danış, dayansın anlar,
Görüm, nağıldakı o qəhrəmanlar
Cütbaşlı divləri nə təhər yıxır,
Nə təhər gizlənib, tilsimdən çıxır.

Bir danış, hardadır, görüm səadət?
Bizim yurdumuza o niyə gəlməz?
Danış, danış görüm, Məlik Məhəmməd
Zülmətdən işığa necə çıxdı bəs?



Bextiyar Vahabzade

Link to comment
Share on other sites

Bəxtiyar Vahabzadə

Sevdinsə-qanqalı gül biləcəksən.
Hər əsən yarpağa kövrələcəksən.
Sevdinsə-nə dünən, nə də bu günsən,
Sevdinsə-həmişə sən gələcəksən.
Sevdinsə-bir ömrün ilk sabahısan,
...Dünyanın ən böyük xeyirxahısan.

Link to comment
Share on other sites

AYRILIQ

Yenə bu şəhərdə üz-üzə gəldik,

Neyləyək, ayrıca şəhərimiz yox.

Bəlkə də, biz xoşbəxt ola bilərdik,

Bəlkə də, xoşbəxtik,

Xəbərimiz yox.

Aradan nə qədər il keçib görən,-

Tanıya bilmədim,

məni bağışla

Mən elə bilirdim, sənsiz ölərəm,

Mən sənsiz ölmədim,

məni bağışla.!


“Ölmədim” deyirəm,

Nə bilim axı,------

Bəlkə də, mən sənsiz ölmüşəm elə,

Qəbirsiz-kəfənsiz

ölmüşəm elə.



Bəlkə də, biz onda ayrılmasaydıq,

Nə mən indikiydim,

nə sən indiki,---

Ayrıldıq, şeytanı güldürdük onda,

Bu ilin,

bu ayın,

bu günündəki,

Elə bu küçənin bu tinindəki

Məni də, səni də öldürdük onda.



.....Sağımız-solumuz adamla dolu,

Qol-qola kişilər, qadınlar keçir.

Özündən xəbərsiz

ömründə min yol

Özünü öldürən adamlar keçir.



Keçir öz qanına batan adamlar,

Bir də ki, qan hanı?

Qan axı yoxdu.......

Hamı günahkardı dünyada,

amma

Dünyada heç kəsin günahı yoxdu.



Bizsiz yazılmışdı bu tale, bu baxt,

Sapanddan atılan bir cüt daşıq biz.

Bəlkə bu dünyada

On-on beş il yox,

Min il bundan qabaq ayrılmışıq biz.



Halal yolumuz dəyişib,

nəsə

Çaşmışıq, biz özgə yoldan getmişik.

Bəlkə min il qabaq səhv düşüb nəsə,

Minillik bir səhvə

qurban getmişik.



Dəyişib yerini bəlkə qış – bahar,

Qarışıb dünyanın şəhəri, kəndi.

Bəlkə öz bətnində

ögey analar

Ögey balaları gəzdirir indi.



Ömrüm başdan- başa yalandı bəlkə,

Taleyim başqaymış doğrudan elə.

O yoldan ötən qız

anamdı bəlkə,

Bəlkə də, oğlumdu bu oğlan elə.



Bu yalan ömrümdə

görən sən nəsən?

Bəlkə heç sevgilim deyilsən mənim?

Anamsan,

bacımsan,

nənəmsən,

nəsən?

Bircə allah bilir, nəyimsən mənim.



Bizi kim addadar bu ayrılıqdan,

Çatmaz dadımıza

nə yol, nə körpü.

Ölüsən,

dirisən,

hər nəsən,

dayan!

Dayan, heç olmasa, əlindən öpüm......



Deyirsən: “ Ölüyəm, ölünü öpmə.......””

Əlimin içində

soyuyar əlin.

Deyirsən:” Sən allah, əlimi öpmə,

Əlimdən, deyəsən, qan iyi gəlir......”


Ramiz Rövşən

Link to comment
Share on other sites

“Qarabağ gözəli”



Bu payız gecəsində,
qaçqın düşərgəsində
bu ağlayan qadının üzünə yağan yağış
sanki bayaqdan bəri ona yalvarır: «Bağış-
la ki, göz yaşlarını yuya bilmirəm sənin.
Yox, sevgi duyğu deyil. Sevgi dindi.
Və bu din
hələ də yer üzündə qalan yeganə iki
Allahlı dindi. Və sən, ey qadın, bunu bil ki,
həmin iki Allahın biri sənsən, o biri
indi çox uzaqdadı, ot basıb o qəbiri…»

Yağış yağır bu köhnə, təkərləri paslanan
vaqonların üstünə. Göz yaşında islanan
üzünə bu qadının yağış yağır. Vaqonun
qapısında dayanıb qadın baxır. Və onun
içəridə uyuyan xəstə qızı yuxuda
nəsə görüb qışqırır. Bu uşağı qorxudan
nədi? Bir Allah bilir. Hələ on üç il qabaq
Xocalıdan qaçanda qarnındaydı bu uşaq.
O qaçdıqca, elə bil bir az ondan qabaqda
qarnını təpikləyib yüyürürdü uşaq da…

Ərini lap Ağdama çataçatda vurdular.
Üzüqoylu yıxıldı. O qış günü soyuq qar
onun isti qanına bulaşıb əriyirdi.
Yox, o qar üstündəki adam əri deyildi.
O adamda ərindən axı nə qalmışdı, nə?
O adamın canından qopub onun bətninə
köçmüşdü əri. İndi bətnindəki o uşaq
onun ölən ərinin bir parçasıydı. Ancaq
bu nə sirdi? O cürə, yumruğuyla daş dələn
kişinin bir parçası niyə qız oldu görən?!..

Uşaq yenə çığırdı. Özündən ixtiyarsız
qadın dönüb uşağa baxdı; yox, vallah, bu qız
əvvəl-axır deyəsən oxuyan olacaq. Sən
bunun arıq canından qopan səsə bax, səsə!..
Qoy bir azca böyüsün, o «Yeni ulduz»dakı
qızların hamısından artıq olacaq. Təki
ölüm-itim olmasın. Qadın duruxdu birdən;
bu qız oxuyan olsa, yazıq əri qəbirdə
çevrilməsə yaxşıdı… Sonra nədənsə, hirsi
tutdu ölən ərinə; ölənəcən bu hisli-
paslı vaqonda demək, ana-bala, ikimiz
zülüm çəkməliyik biz?!
Nədi, nədi, qəbirdə sən rahatca yatasan?
Yazığın gəlmir bizə? Sən nə təhər atasan?!..

Qadın birdən diksinib bərk-bərk içini çəkdi,
guya əri qəbirdə onu eşidəcəkdi.
Sonra söymək istədi bu yağan yağışı da,
gördü yağış kəsilib, quruyub göz yaşı da.
Bir it hürdü hardasa, vaqonlar arasında.
Sonra xoruz banladı bu gecə yarısında.
Qadın çaşdı; yox, hələ sabaha çox vardı, çox!..
Göydə bədirlənmiş ay elə bil batmağa yox,
hamilə qadın kimi doğmağa tələsirdi.
Ayın aydınlığında bulud-zad nə gəzirdi?!
Göy üzü bir körpənin üzütək dupduruydu.
Göy üzü köhnə, qədim ulduzlarla doluydu…

Ramiz Rövşən

Link to comment
Share on other sites

[quote name='мусаватист' timestamp='1289597657' post='7688430']
Mənim indi belə şeirlər oxuyan vaxtımdır, Konsi :(
[/quote]

onda bunu da oxuyun.... .

Xəbər gələr daha ömrün qışından,
Soyuyarsan-saçlarına qar düşər.
Ancaq köhnə kitabların içindən
Hərdən-hərdən köhnə məktublar düşər.

Əyilərsən,götürörsən gizlicə,
Boylanarsan arvad uşaq görməsin.
Çəkilərsən otağın bir küncünə,
Gizli gilzi oxuyarsan hər sözü.

Bu sevgi məktubudu İlahi,
Indiyəcən ağrıyır hər sözü də.
Yazan qızın nəydi adı,lahi?
Yaddan çıxib sifəti də,üzü də.

Oxuduqca lal sətirlər səslənər,
Yavaş yavaş səsi düşər yadına
Bir hərfdən -qaşı düşər yadına
Bir hərfdən -gözü düşər yadına.
O gözlərdən yadigartək varaqda
Göz yaşının ləkəsini görərsən.
Birdən donu xışıldayar otaqda.
Pəncərədə kölgəsini görərsən.
Diksinərsən,boylanarsan qapıya
“o gölgəni arvad-uşaq gördümü?!”
Tez məktubu atarsan külqabıya,
Yandırarsan hər sözünü, sətrini.

Sözlər yanar –kağızı da yandırar,
Sözlər yanar –o qızı da yandırar.
Sözlər qaçar o alovun içindən,
Sən baxdıqca- basar səni soyuq tərş
Sıra sıra qarışqalartək qaçıb gedər qara qara hərflər.
Təkcə o qız qaça bilməz bu oddan,
Bir quş olub uça bilməz bu oddan.
O qız yanar o alovun içində
Göyə qalxar o alovun dilleri
alovun dillerine sarmaşıb
yanar yanar uzun uzun telləri
Yanar bu vaxt saçlarını oxşyan
Uzun uzun barmaqları, əlləri.

O qız yanar ərşə çıxar tüstüsü,
Kağız yanar külqabıda küllənər.
Qəfil birdən külqabının içindən
Yere düşüb bir üzük diyirlənər.
Lap özünü itirərsən-baxarsan
O üzüyü götürərsən baxarsan
Bu üzüyü axı harda görmüsən?
Bu üzüyü görməmisən bəlkə heç.
Sən o qiza haçan üzük vürmisən?
Ona üzük vürməmisən bəlkə heç.

Arvadın da qəfil girər qapıdan,
-Əlindəki nədi?-deyer.
- o üzüyü nə yaxşı ki tapmısan,
nçə vaxtdı itirmişdim gəzirdim.

Sonar gələr səndən alar üzüyü:
-Bunun rəngi niyə belə qaralıb?
Barmağına güclə salar üzüyü:
-Ele bil ki,bir balaca daralıb.

Külqabıdan tüstü qalxar hələ də
o əktubun külü hələ də işarar
Maddım maddlm durub baxar arvadın
o tüstüdən bir cüt gözü yaşarar.

Heç olmas pəncərəni aç deyər-
burda ecə oturmusan sən necə?!
Bu nə yanıq qoxusudu,İlahi,
Elə bil ki adam yanıb indicə.....


Ramiz Rövşən

Link to comment
Share on other sites

XXI ƏSRİN İLK NİKBİN ŞERİ

Keçib getdi,
min il, yüz il;
Keçib getdi,
on il, son il.
Keçib gedir
son ay, son gün,
son dəqiqə, son saniyə.
Əsim-əsim əsir səsim,

Axı əsir səsim niyə?
Mən əsrimin əsiriyəm,
Mən əsrimin əsəriyəm.

Yaxşım, pisim -
Fikirlərim, duyğum, hissim,
Ömrüm-günüm, əsərlərim,
əsəblərim,

Ağrılı-acılı sirlərim, -
Nəyim yoxdur, nəyim vardır -
Bu yüz ildən yadigardır.
Tərk edirəm diri-diri

İyirmini -
İki mini.
Tərk edirəm vətən kimi
Ümidimi, diləyimi

yeni əsrə daşıyıram, -
Düşmənlərin acığına
yaşamışam, yaşayıram.
İyirmi bir - yeni vətən,
Min illərin sərhəddini mən aşacam.

Yaşamışam, yaşayıram,
yaşayacam.


[b]Anar....[/b]

Link to comment
Share on other sites

BİR ZAMANLAR


Bir zamanlar sənin pənbə kölgəndə
Pək bəxtiyar idim, nazlı dilbərim.
Hənuz bəxtiyarlıq duyulmaz məndə,
Yalnız gülümsərdi məhzun gözlərim.

Ayrılıq nə yaman dərd imiş, aman!
Sənsiz halım gündən-günə pərişan,
Vüslət dəmlərini anar də hər an,
İzlər yollarını yorğun gözlərim...

Sənsiz bütün duyğularım bunalmış,
Zehnim, fikrim durmuş, həp dona qalmış,
Uyqum çəkilmiş, könlümü qəm almış,
Yalnız arar səni vurğun gözlərim.


Hüseyn Cavid...

Link to comment
Share on other sites

[quote name='Гулливер' timestamp='1290668715' post='7760984']
BİR ZAMANLAR


Bir zamanlar sənin pənbə kölgəndə
Pək bəxtiyar idim, nazlı dilbərim.
Hənuz bəxtiyarlıq duyulmaz məndə,
Yalnız gülümsərdi məhzun gözlərim.

Ayrılıq nə yaman dərd imiş, aman!
Sənsiz halım gündən-günə pərişan,
Vüslət dəmlərini anar də hər an,
İzlər yollarını yorğun gözlərim...

Sənsiz bütün duyğularım bunalmış,
Zehnim, fikrim durmuş, həp dona qalmış,
Uyqum çəkilmiş, könlümü qəm almış,
Yalnız arar səni vurğun gözlərim.


Hüseyn Cavid...
[/quote]

başa duşmek olmur Hüseyn Cavid azerbaycan dilini goyub neden bu geder türk sözü işledir?

Link to comment
Share on other sites

Hüseyn Cavid



QIZ MƏKTƏBİNDƏ



- Quzum, yavrum! Adın nədir?- Gülbahar.

- Pəki, sənin anan, baban varmı? - Var.

- Nasıl, zənginmidir baban? - Əvət, zəngin, bəyzadə...

- Öylə isə, geydiyin geyim neçin böylə sadə?Yoxmu sənin incilərin, altun bilərziklərin?Söylə, yavrum! Heç sıxılma...

- Var, əfəndim, var... lakin Müəlliməm hər gün söylər, onların yox qiyməti, Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.

- Çox doğru söz... Bu dünyada sənin ən çox sevdiyin Kimdir, quzum, söylərmisən?

- Ən çox sevdiyim ilkin O Allah ki, yeri-göyü, insanları xəlq eylər.

- Sonra kimlər? - Sonra onun göndərdiyi elçilər.

- Başqa sevdiklərin nasıl, yoxmu?

- Var.

- Kimdir onlar?

- Anam, babam, müəlliməm, bir də bütün insanlar.

Link to comment
Share on other sites

[quote name='Garatel' timestamp='1290672239' post='7761388']
başa duşmek olmur Hüseyn Cavid azerbaycan dilini goyub neden bu geder türk sözü işledir?
[/quote]

Türkiyədə təhsil aldığı üçün, həm də o illərdə Anadolu türkçəsi ilə o qədər də fərq yox idi

Link to comment
Share on other sites

[quote name='Garatel' timestamp='1290672239' post='7761388']
başa duşmek olmur Hüseyn Cavid azerbaycan dilini goyub neden bu geder türk sözü işledir?
[/quote]

indi türk sözü kimi qəbul etdiyimiz sözlərin bir çoxu o zaman bizdə də işlənirdi. Məsələn, Ə.Cavad "Bismillah" şeirində "bəkliyor" yazır. Rəsulzadə isə 1953-də belə "nisan", "mayıs" deyir. Bir də ki, Cavidlə bağlı Vüqar7-nin yazdığını da nəzərə almaq lazımdır

Link to comment
Share on other sites

[b]Bir kor tanıyıram, gözü korsa da,özü kor deyil.
Bəzən qəm odunda qovrulursa da, 
Ağlına, hissinə o nankor deyil. 
Gecəli-gündüzlü yazır, oxuyur, 
Ağlınm gözüylə o görür, duyur. 
[/b][b]
[/b]

[b] Ancaq... biri də var... kor deyilsə də, 
gözü görməyir. 
[/b][b]
[/b]

[b]Dostu göz önündə öldürülsə də,
görmədim deyir... 
Yaxşıya ortaqdır, yamanı görmür, 
O, saata baxır, zamanı görmür. 
Fikrini, hissini ucadan deməz, 
bəzən gördüyünü görmək istəməz. 


Gözləri görməyən kor deyil hələ,
Görmək istəməyən kordur, deyərdim. 
Belə müqəvvaya, belə cahilə 
Həyatın özü də gordur, deyərdim.[/b]

[b]Bəxtiyar Vahabzadə [/b]

Link to comment
Share on other sites

[b]Məmməd Araz[/b]

[b]Məndən ötdü, qardaşıma dəydi.[/b]

Ey daşlaşan, torpaqlaşan
ulu babam,
Bu günümdən dünənimə uzaqlaşan,
ulu babam,
Küləkləşən, dumanlaşan ruhunla sən
Ayağa dur səninləyəm !
Səs getməyən,
əl yetməyən
Qədim tarix dərəsindən
Səs ver mənim səsimə san:
Sənə gələn, səndən ötən
nəydi belə?
Səndən ötüb qardaşına dəydi belə?!
Bununlamı neçə dəfə
Ata-oğul qardaş hissi haçalandı,
Bir şəhərin,
Beş qardaşın xanlığına parçalandı ?!
O zamanmı biti bizim dilimizin
"sənin", "mənim" qabarı da?
O zamanmı bitdi bizim dilimizin
"Haralısan" damarı da?....
Səninləyəm, ulu babam?
Bu məsəli kimdi yazan?
Hansı soysuz ata idi,
Ataların imzasını
Çəkib ona möhür basan?!
Adınızı dastanlardan oğrayaram,
Ruhunuzu qıyma qıyma doğrayaram,
Qara Çoban,
Ulu Babək,
Dəli Domrul ,
Ey Xan Eyvaz ,
Giziroğlu Mustafabəy .
Əgər ki , siz
Bu məsələ qol çəkdiniz !
Sonra , sonra hansınızsa
Xalqa gələn bir qəzadan
Öz başını yana əydi ,
O qəza bir topa dönüb
Səttarxanın tifaqına
yaman dəydi ,
Məndən ötdü !...
Məndən ötdü !....
Sevincə bax , qeyrətə bax !
Bunu yazan xilqətə bax !
Məndən ötdü ...
Qulağımdan getmir bu səs ,
Zərbələri qardaşına ,
Sirdaşına ötürən kəs
Elə bil ki bax bu gecə
Qulağımın dibindəcə
Xətainin süqutuna qəh - qəh çəkdi .
Sonra , sonra
Səhərəcən başına yüzqədəh çəkdi .
O qəh -qəhin dalğasından ,
O məstliyi baş fırladan
Havasından qopan daşdı ----
Azərbaycan torpağında
Araz boyda şırım açdı .
Məndən ötdü .....
Bunu dedi Şəki xanı ,
Bunu dedi bakı xanı ,
Bunu dedi İbrahim xan ,
Fətəli xan , Kəlbəli xan ...
Qəza ötsün - məndən , - dedi ;
Ötən kimi mən dedi ;
Mən deyən bir ölkədə
Nə qədər xan .
Onlar mən -mən deyən yerdə
Sən olmadın Azərbaycan !
Səni səndən alıb belə
Yüz illərlə uyutdular ,
Səni səndə ələdilər .
Səni səndə üyütdülər .
Dibək oldun öz duzunla ,
öz daşınla .
Ögey oldun ,
doğma , ekiz qardaşınla ---
Məndən ötdüdeyənlərin qeyrətindən ,
Namusunu yeyənlərin qeyrətindən !
Ey daşlaşan , torpaqlaşan ulu babam !
Bu günümdən dünənimə uzaqlaşan ulu babam !
Ayağa dur !
Dəfn etdiyim məsələnin
Başdaşına
Bir təəssüf xatirəsi yazıb , yondur :
Səndən ötən mənə dəydi ,
Məndən ötən sənə dəydi ,
Səndən ,məndən ötən zərbə
Vətən , Vətən , sənə dəydi ...

Link to comment
Share on other sites

[b]BƏXTİYAR VAHABZADƏ - QƏRİBƏ DEYİLMİ?[/b]


Qəribə dünyadır, bəzən baş yarır
Ayağın dəstəyi taxta çəliklər.
Bəzən qul sahibi qula yalvarır
Dünyanı fırladır qəribəliklər.
- Dünya çalxalanır yenə dəniz tək.
- Bu böyük dünyanın dərdini çəkmək
Bizəmi qalıbdır?
- Vallah, nə deyim?
Sənə yox, mənəsə qalıb, neyləyim?

Qəribə deyilmi?
Sən sirr, mən də sirr.
Bu sirri bilmirik necə çözməli?
Kimi övladının dərdini çəkmir,
Kimi də xalqının dərdindən dəli!
Torpaq əldən getdi, ölkə talandı,
Sənin nə vecinə, günün ağ olsun.
Səninçün dünyada hər şey yalandı
Təki damağın çağ, canın sağ olsun.
Bu boyda millətin ağır günündə
Qaşını çatmaq da sənə əzabdır.
Qardaşın döyülsə gözün önündə
Deyərsən, nə hay-küy, nə şaphaşapdır?

Ayıra bilirsən xeyirdən şəri,
Mənfəət meydanı səninçin gendir.
Nə Vətən, nə millət?
Səndən ötəri
Harda xeyrin varsa, ora vətəndir.
Xalqın naləsinə qulaqların kar,
Millətin içində millətə yadsan.
Dərddən başımıza yağdı yağışlar,
Səni islatmadı, dərddən azadsan.
Bir qırıq dəymədi xeyrin özgəyə
Quru ağacdan da meyvə dərmisən.
Xeyrinin gözüylə baxdın hər şeyə
Dünyanı cibinə yerləşdirmisən.
Qışın çovğunu da sənə yaz gəlir
Əgər mənfəətin var isə bundan.
Xeyrindən özgə şey sənə vız gəlir
Araz açığından, Kür topuğundan.
Heç demə, dünyada dünyada kənar
Zamanın çölündə yaşayan da var...

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Почему результаты выпускного экзамена у мальчиков ухудшились по сравнению с девочками? - ВИДЕО
      Согласно статистике Государственного экзаменационного центра, результаты тестов у девочек выше, чем у мальчиков.
      Было отмечено, что начиная с 2001-2009 годов поступление девочек-абитуриентов в высшие учебные заведения стремительно росло.
      В 2010-2022 годах девочки превзошли мальчиков в этом соотношении.
        Эксперт по образованию Адиль Велиев считает, что причиной этого может быть то, что мальчики больше отвлекаются.
      Подробнее - в видео Xəzər TV.
       
      • 14 replies
    • Брат жестоко убитой в Казахстане Салтанат Нукеновой дал эксклюзивное интервью - ВИДЕО
      Жуткая, потрясшая всех история убийства хрупкой женщины ее мужем, возможно, не получила бы такой огласки, если бы не ее семья и брат. 
      Речь идет о громком деле об убийстве Салтанат Нукеновой ее мужем, экс-министром экономики Казахстана Куандыком Бишимбаевым. Внимание людей по всему миру сейчас приковано к трансляции судебного заседания - сможет ли влиятельный, состоятельный убийца избежать справедливого наказания? 
      Baku TV Ru поговорил с Айтбеком Амангельды, братом Салтанат, о погибшей сестре, о ее взаимоотношениях с мужем и семьей, о ее прошлом, о семьях Нукеновой и Бишимбаева, и о многом другом.
      В эксклюзивном интервью он также рассказал о том, повлияло ли данное дело на изменение взглядов общества, о психологе преступника, поступали ли угрозы ему от семьи Бишимбаева и т.д.
        Подробнее - в сюжете.
       

       
      • 1 reply
    • Буллинг в школах и агрессия в обществе. Новый выпуск «Поговорим?» - ВИДЕО
      Журналист Гамид Гамидов в новом выпуске программы «Поговорим?» представил очередное видеоинтервью. И на этот раз формат передачи несколько отличался от предыдущих выпусков - кроме знакомого ведущего в данном выпуске приняли участие его коллеги – журналисты Джамиля Алекперова, Джавид Османов и Mick Bloom.
      Журналисты обсудили насущные социальные темы, связанные с насилием. Возникает ощущение, что с начала года количество новостей, которые «пугают», стало расти.
        Комментируя данную тенденцию, собеседники в своих обсуждениях затронули буллинг в школах, уважение к старшим и тему безнаказанности, поговорили о том, нужно ли закрывать тик-ток и, как можно сократить уровень агрессии в обществе...
        • Like
      • 10 replies
    • Чингиз Абдуллаев: «Врачи вытащили меня с того света, Аллах меня пожалел»
      Народный писатель Азербайджана Чингиз Абдуллаев 17 апреля был выписан из Центрального таможенного госпиталя, куда был помещен из-за проблем со здоровьем 6 апреля.
      На своей странице в социальной сети Facebook писатель подробно рассказал о произошедшем, отметив следующее:
      «Я умер. Нет. Это не прозаическое резюме моего повествования. Это то, что со мной произошло. В ночь на 6 апреля и в течение дня моего юбилея 7 апреля. Я снова родился. Как констатировать смерть? Когда все внутренние органы перестают одновременно функционировать, дыхание останавливается и сердце перестаёт биться. Несколько минут подобной комы или клинической смерти превращают человека в «овощ». Врачи вытащили меня с того света, Аллах меня пожалел. Может решил, что мне пока рано. Вернул меня обратно. Страшно представить, какую боль я причинил в эти несколько дней своим близким, своим родным»
      В своем сообщении народный писатель также выразил слова благодарности: «Хочу поблагодарить всех! Моего Президента, всех друзей, знакомых, читателей и вообще незнакомых мне людей. Которые в эти дни переживали за меня. Спасибо им всем! Постараюсь оправдать Ваше доверие. Там я уже успел побывать. Теперь я совсем не боюсь. Тот, кто умирает один раз, не боится умереть во второй. Но не торопитесь. Наверное, у каждого из нас свой срок. Я вышел из больницы. На снимке люди, которые помогли мне «вернуться». Спасибо им за все!»
       
       
      https://1news.az/news/20240418121620670-CHingiz-Abdullaev-Vrachi-vytashcili-menya-s-togo-sveta-Allakh-menya-pozhalel-FOTO
        • Like
      • 10 replies
    • Несовершеннолетняя девочка, которую хотели склонить к проституции, сбежала из района в Баку
      Председатель общественного объединения «Чистый мир» Мехрибан Зейналова поделилась в социальной сети «Фейсбук» вопиющей историей несовершеннолетней девочки, которая была вынуждена бежать из района в столицу.
      По словам правозащитницы, Захра (имя условное) в данный момент находится в их приюте.
      «После того, как ее родители развелись, девочка продолжала жить с матерью в районе. Через какое-то время мать передала ее знакомому мужчине (40-50 лет), сказав ему, что он может делать с ней все, что захочет. После того, как Захра прожила с ним месяц, мужчина предложил ей продавать свое тело и делить с ним деньги. Услышав это, Захра нанесла увечья своим рукам, после чего сбежала в Баку», - сообщает правозащитница.
        В Баку девочку обнаружили сотрудники Абшеронского районного управления полиции, которые сразу же доставили ее в приют Мехрибан Зейналовой.
      «То, что пережила эта малолетняя девочка, немыслимо. Надеемся, что в скором времени люди, которые заставили ее это пережить, будут наказаны. В настоящее время Захра живет с нами и получает психологическую помощь», - говорит М.Зейналова.
          https://1news.az/news/20240417044406338-Nesovershennoletnyaya-devochka-kotoruyu-khoteli-sklonit-k-prostitutsii-sbezhala-iz-raiona-v-Baku-FOTO
        • Facepalm
        • Sad
        • Like
      • 32 replies
    • Хады Раджабли всё
      В мечети Тезепир проходит церемония прощания с экс-депутатом Милли Меджлиса Хады Раджабли.
      В церемонии принимают участие члены семьи покойного, депутаты Милли Меджлиса, представители общественности.
      После церемонии прощания экс-депутат будет похоронен на II Аллее почетного захоронения.
      Отметим, что Х.Раджабли скончался 17 апреля в возрасте 76 лет от сердечного приступа.
        • Milli
        • Haha
        • Thanks
      • 93 replies
    • Какие травмы получила Айтен Сафарова? – ВИДЕО
      Стали известны некоторые подробности о состоянии здоровья телеведущей Айтен Сафаровой, попавшей в тяжелое ДТП сегодня утром.
      Муж ведущей сообщил порталу Olay.az, что у нее сломаны ребра.
      11:53
      Сегодня, 17 апреля, около 07:00 на пересечении проспекта 8 Ноября и улицы Садыгджана в Хатаинском районе Баку произошло столкновение автомобиля марки Hyundai IX-35 под управлением Исмаила Мамедова и автомобиля ведущей телеканала «Хазар» Айтен Сафаровой (Пириевой).
      Об этом сообщает пресс-служба МВД Азербайджана, пишет Репорт.
        Пострадавший в ДТП пассажир автомобиля Hyundai IX-35 Айхан Алиев был госпитализирован и скончался в больнице.
      11:21
      Известная телеведущая Айтен Сафарова в настоящее время проходит необходимые обследования в соответствующем отделении Клинического медицинского центра.
      Об этом 1news.az сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями Азербайджана (TƏBİB).
      Общественности будет предоставлена дополнительная информация.
      10:16
      Стали известны некоторые подробности дорожно-транспортного происшествия, в котором пострадала известная телеведущая Айтен Сафарова.
      Как сообщили в Главном управлении Государственной дорожной полиции города Баку, авария произошла сегодня утром, около 06:50, на территории Хатаинского района - на пересечении Зыхского шоссе и улицы Садыгджан в направлении проспекта 8 Ноября.
      В результате столкновения двух легковых автомобилей марки Hyundai одна из машин перевернулась на проезжей части и врезалась в припаркованную на обочине машину марки KIA, пишет Qafqazinfo.
      А.Сафарова госпитализирована с травмами различной степени тяжести.
      По факту ДТП начато расследование.
      09:48
      Сегодня в Хатаинском районе Баку произошло тяжелое ДТП.
      На проспекте 8 Ноября столкнулись два автомобиля марки Hyundai. За рулем одного из них находилась известная телеведущая Айтан Сафарова. Ее автомобиль перевернулся.
      Как пишет Qafqazinfo, Айтан Сафарова получила тяжелые травмы и помещена в отделение травматологии одной из больниц.


       
       
        • Like
      • 137 replies
    • Проблему с нехваткой автостоянок в столице необходимо решать на государственном уровне.
      Специалист в области недвижимости Эльнур Фарзалиев считает, проблему с нехваткой автостоянок в столице необходимо решать на государственном уровне.
       
      В Баку нужно строить новые парковки, в противном случае цены их услуги будут продолжать расти.
      • 12 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...