Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Dəm Qazı Öldürür.


gapgara

Recommended Posts

Hər il qış mövsümü gələndə xəbərlərin əsas başlıqlarından biri dəm qazının nəticələrindən olur. Nə qədər günahsız insanlar bu gözəgörünməzın qurbanı olur...

 

Siz necə, dəm qazından qorxursunuzmu?  Özünüzü bu təhlükədən sığortalamısınızmı?

 

 

Link to comment
Share on other sites

Nə yalan deyim, indiyə qədər ətrafımda bu cür hadisə baş vermədiyi üçün ciddi bir qorxu hiss eləmirəm. İndi qaldğımız evdə də kombi çöldə quraşdırılıb. Bir təhlükəsi yoxdur.

Amma, hər halda, çox aktual məsələdir. Bu barədə əhali hələ də kifayət qədər məlumata malik deyil.

Edited by Museyib Elekber
Link to comment
Share on other sites

Bir defe ozum dem qazindan zeherlenmishem, bir defe de cox sevdiyim birisi. Oz um zeherlenende  qorxmadim, cunki zeherlendiyimi anlamadim xestexanada ayildim. Amma yaxinim zeherlenende cox qorxmushdum. O gunku dehsheti heyatimin sonuna qeder unutmaram. Tesevvur edin cox sevdiyiniz bir insan hushsuz halda qollarinizda ve sen heyecandan qorxudan ne edeceyini bilmirsen,neyin bash verdiyini anlamirsan. Sevdiyin birisini itirmek qorxusundan daha dehshetli hec ne ola bilmez heyatda. Bu insanin oz olumundan bele daha qorxuludur.Bununla siz de qarshilashmaq istemirsinizse butun tehlukesizlik tedbirlerini duzgun yerine yetirin. Sonraki peshmanciliq fayda veren deyil. 

Link to comment
Share on other sites

Çox təhlükəli bəladır. Gözəgörünməz, hiss edilməz, iyi bilinməz. Ruslar demişkən "kor qatil". Özünüzü və yaxınlarınızı qoruyun, müəyyən məbləğ ekonom eləmək üçün həyatınızı təhlükə altına atmayın. Düzgün, standartlara cavab verən isitmə qurğuları quraşdırın evlərinizdə. Allah hamımızı qorusun!

Link to comment
Share on other sites

Mən də yaşamışam bunu. Təxminən 2 il əvvəl zəhərlənmişdim. Ancaq qardaşımın məni silkələməsi və qışqırığını dumanlı xatırlayıram. Özümə gələndə təcili yardımın həkimlərini başımın üstündə gördüm. Başqa heç nə xatırlamıram. Qardaşım olmasaydı bəlkə də həyatda deyildim artıq...bir anın söhbəti...

P.S. mövzunun adı çox acı səslənir.. Məncə "Dəm qazının törətdiyi nəticələr", "Dəm qazının fəsadları" kimi dəyişilsə idi yaxşı olardı. Gapgara mövzunuza hörmətlə ...rroza.gif

Link to comment
Share on other sites

Aktual mövzudur,dəm qazı yavaş-yavaş,səssizcə çox canlar alır.Statistikadan xəbərim yoxdur,amma çox eşidib,şahidi olmuşam.Bunda bəzən məlumatsızlığın və etinasız yanaşmanın da rolu olur.Təhlükəsizlik qaydalarına əməl mütləqdir.

Link to comment
Share on other sites

Burda, çətin bir şey yoxdur, ən sadə təhlükəsiz qaydaları var, başqa heçə amma nəticəsi çox dəhşətlidir.  Biz insanlar adi təhlükəsizlik qaydalarına belə əməl etməyə ərinirik, " heç nə olmaz ",  " yola ver getsin "  deyə keçirik.  Sakit, səssiz, dinməz, iysiz qatil bizim bu məhz elə bu yola verməyimizdən çox məharətlə istifadə edir

Link to comment
Share on other sites

En çox diqqet etmek lazım olan şeyler niyese eksine az diqqet edib az fikir veririk.Evde tehlükesizlik qaydalarına ilk növbede riayet olunmalıdı.Hele ki,bele bir halla rastlaşmamışam ne özüm ne yaxınlarım.Allah cümlemizi qorusun.Amin.

Link to comment
Share on other sites

Mence bu cür halların qarşısının alınması meqsedile maariflendirme işleri görülmelidi. Türk kanallarında yayımlanan maariflendirici video çarxlar kimi. Binaların girişlerine de bu tip elanlar ve melumat posterleri yapışdırılsa yaxşı olar. ALLAH bizi bu beladan qorusun.

Link to comment
Share on other sites

Nə yalan deyim, indiyə qədər ətrafımda bu cür hadisə baş vermədiyi üçün ciddi bir qorxu hiss eləmirəm. İndi qaldğımız evdə də kombi çöldə quraşdırılıb. Bir təhlükəsi yoxdur.

Amma, hər halda, çox aktual məsələdir. Bu barədə əhali hələ də kifayət qədər məlumata malik deyil.

 

Müseyib, bilmirəm ö evindir ya yox amma sığortan 100%-lidir.

Link to comment
Share on other sites

Mən də yaşamışam bunu. Təxminən 2 il əvvəl zəhərlənmişdim. Ancaq qardaşımın məni silkələməsi və qışqırığını dumanlı xatırlayıram. Özümə gələndə təcili yardımın həkimlərini başımın üstündə gördüm. Başqa heç nə xatırlamıram. Qardaşım olmasaydı bəlkə də həyatda deyildim artıq...bir anın söhbəti...

P.S. mövzunun adı çox acı səslənir.. Məncə "Dəm qazının törətdiyi nəticələr", "Dəm qazının fəsadları" kimi dəyişilsə idi yaxşı olardı. Gapgara mövzunuza hörmətlə ...rroza.gif

Pari xanım, siz də bu gözə görünməzin təsirinə məruz qalmısız. Bir daha allah göstərməsin sizə belə təhlükəni. Sizin verdiyiniz variantlar bir az yumşaq çıxır, həm də kitab cümləsi kimi görünür. Elə öldürür yazsaq yaxşıdır. Vaxtında bu kabusun əlindən çixa bilməsən öldurür. Hörmətlə rroza.gif

Link to comment
Share on other sites

Statistika göstərir ki, dəm qazı ilə zəhərlənmə daha çox rast gəlinən zəhərlənmələr siyahısında dördüncü yeri tutur. Havatəmizləyici bacalar və borularda dəm qazının çıxmasına maneçilik törədən nasazlıqlar yarandıqda insanlar bu qazla nəfəs almaq məcburiyyətində qalırlar. Dəm qazı təmiz halda gözə görünməyən, rəngsiz, iysiz, dadsız, havadan yüngül qazdır. Dəm qazı natamam yanmanın məhsulu olub, güclü zəhərləyici xassəyə malikdir. Bu qaz üzvi maddələrin, o cümlədən təbii qazın, neft məhsullarının və odun yanacağının natamam yanması nəticəsində əmələ gəlir. 

Dəm qazı ilə zəhərlənmənin səbəbləri kimi hamam və vanna otaqlarında nəfəsliklərin olmaması, suqızdırıcıların hamam və vanna otaqlarında quraşdırılması, soba ilə qızdırıcı sistemlərdə texniki təhlükəsizlik qaydalarının pozulması, standarta uyğun olmayan və kustar üsulla hazırlanmış qaz sobalarından və suqızdırıcılarından istifadə edilməsi, tüstü borularının və tüstü bacasının yaxşı işləməməsi, sobanın və tüstüçəkən bacanın nasaz vəziyyətdə olması, qapalı yerlərdə, xüsusilə də otaqlarda və mənzillərdə hava mübadiləsinin pis olmasını göstərmək olar.

Dəm qazından zəhərlənmə hallarının avtomobillərdə də baş verməsi mümkündür. Belə ki, avtomobilin qarajda və ya qapalı şəraitdə 10 dəqiqə işləməsilə qanda karbon-monooksidin miqdarı ölümcül həddə çata bilər. Havada dəm qazının miqdarı 0,08 faiz olduqda başağrısı, başgicəllənmə və boğulma başlayır. Dəm qazının miqdarı nəfəs aldığımız havada 0,32 faiz olduqda 30 dəqiqə ərzində, 1,2 faiz olduqda isə 2-3 dəqiqə ərzində ölüm hadisəsi baş verir. Zəhərlənmə zamanı ölümün səbəbi isə tənəffüs mərkəzinin iflici nəticəsində ürəyin dayanmasıdır. Havası karbon oksidi ilə zəngin olan otaqda qaldıqda zəhərlənən insanda ürək bulanması, ümumi yorğunluq, yuxuya meyillilik, təngnəfəslik müşahidə olunur və dəri solğunlaşır. Əgər həmin insan dəm qazı ilə nəfəs almağa davam edərsə, onun tənəffüsü çətinləşir, qıcolmalar baş verir. 
Əgər dəm qazından zəhərlənmə halları baş veribsə, əvvəlcə zərərçəkəni dərhal təmiz havaya çıxarmaq və kürəyi üstə, kip bağlanan paltarda uzatmaq lazımdır. Zərərçəkənin bütün bədəni aktiv hərəkətlərlə ovuşdurulmalı, başına və sinəsinə soyuq kompres qoyulmalıdır. Zərərçəkənin huşu özündədirsə, ona çay içirtmək məsləhətdir, əgər huşunu artıq itiribsə, onun burnuna naşatır spirtində isladılmış pambıq yaxınlaşdırılır. Zərərçəkmişin tənəffüsü dayanıbsa, ona mütləq süni nəfəs vermək və təcili tibbi yardım çağırmaq lazımdır. Belə hadisələrin baş verməməsi üçün öncə müvafiq təhlükəsizlik qaydalarının tələblərini bilməli və onlara ciddi riayət etməliyik.
Narahatlığa səbəb olan amillərdən biri də vətəndaşlar tərəfindən yaşayış sahələrində kustar qaydada hazırlanmış qeyri-standart qaz sobalarından və suqızdırıcılarından istifadə olunmasıdır.

Link to comment
Share on other sites

“Azəriqaz” IB-nin sabiq idarə rəisi Nüsrət Qasımov “Şərq” qəzetinə açıqlamasında cəmiyyət üçün son dərəcə aktual olan bu məsələdən danışıb. N.Qasımov mavi yanacaqla bağlı əhalinin narahat qaldığı məqamlara aydınlıq gətirib.

Sabiq idarə rəisi öncə söyləyib ki, istehsal olunan mavi yanacaq Qaradağda Qaz Emalı Zavoduna daxil olandan sonra emal edilərək abonentlərə ötürülür. O, bu zaman çox təhlükəli və qanunsuz bir məsələnin də üstünü açıb. Belə ki, Sabunçu, Suraxanı, Binəqədi, Xəzər və Səbail rayonları ərazisində köhnə mədənlər fəaliyyət göstərir və ordan çıxan qazın tərkibinə lazımi qatqı maddəsi vurulmadan birbaşa abonentlərə ötürülür: “Bunlar hamısı köhnə buruqlardır, hələ də onlardan qaz hasil olunur, idarə və müəssisələr də həmin qaz itkiyə getməsin deyə əhaliyə verirlər. Qazı yalnız tərkibinə metan qatıldığı halda əhaliyə vermək olar. Mavi yanacağın tərkibində metanın faizi 60-dan aşağıdırsa, onu əhaliyə ötürmək olmaz. Onun faizi mütləq 60-dan çox olmalıdır. Qaz cihazları, istilik sistemlərinin korlanmasında bu amilin böyük rolu var. Metanın faizi aşağı olduğu üçün cihazlar işləməyə, xarab ola bilər. Problem qazdadır. Sözügedən mədən və buruqlar ARDNŞ-ın neft-qazçıxarma idarələrinin nəzarətindədir. Onlar qazı necə gəldi camaata verirlər, sonra da faciə və fəsadlar baş verir. ARDNŞ gərək abonentlərə verilən təbii qazın tərkibinə nəzarət etsin. Abonentlərə verilən təbii qazın tərkibinə mütləq etilmerkaptan  maddəsi vurulmalıdır ki, qaz sızması olanda insan bunu hiss etsin. Bu maddə təbii, məişət və yanmış qazların tərkibinə odorant - xüsusi qoxuverici kimi vurulur. Onun çox kəskin qoxusu var, bir növ yumurta iyi verir. Qaz sızması, qazın düzgün yanmaması zamanı bu qoxu insanları duyuq salır. Qışda qazın hər 1000 kubmetrində 16 mq, yayda isə 8 mq həmin maddədən olmalıdır”.

 

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məsələ barədə şərhini söyləyərək “Azəriqaz”ın əsas işinin qazı zavoddan alaraq əhaliyə vermək olduğunu söyləyir. Hüquq müdafiəçisi zəhərlənmələri Qaz Emalı Zavodunda axtarmağı daha düzgün sayır: “Zavodda qazın emalı sahəsində, onun tərkibinə havanın çox vurulması məsələsində böyük problemlər var. Zəhərlənmələrin kökü həmin zavoddadır. Əslində, sovet vaxtında da belə mədənlərdə çıxarılan qazı əhaliyə satırdılar. Tərkibi təmizlənmiş quru qaz neft-qaz çıxarılan ərazidə yaşayan əhaliyə verilirdi. O vaxtlar kustar üsuluyla peçlər düzəldilsə də, faciələr indiki səviyyədə deyildi. Mən yenə də öz fikrimdə qalıram ki, bu məsələdə Qaz Emalı Zavodu günahkardır”.

Link to comment
Share on other sites

Dəm qazı ilə zəhərlənmə davam edir.

Sumqayıt şəhərində 5 nəfər dəm qazından zəhərlənib. Daxili İşlər Nazirliyinin mətbuiat xidmətindən verilən məlumata görə, zəhərlənənlərin 4-ü bir ailənin üzvləridir..Xəzər bağlar yaşayış sahəsindəki bağ evlərindən birində yaşayan Tapdıq Hüseynov, qızları Ceyran, Aişə və Aynurə Xəlilova evlərindən dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib. Elə həmin gün şəhər sakini Afərin Həmidova da mənzilində dəm qazından zəhərlənib. Hər iki hadisə yanvarın 21-də baş verib

 

Siyəzəndə isə 34 yaşlı hamilə qadın dəm qazından zəhərlənib və ölüb.

Yaxınlarını bildirdiyinə görə, hamilə qadın hamamda çimərkən boğulub. “Qafqazinfo” xəbər verir ki, hamiləliyin 9-cu ayında olan Venera Babayeva hamamda dəm qazında boğulub. Təcili Tibbi Yardım maşını gəlsə də xəstənin həyatını xilas etmək mümkün olmayıb. Hadisə Siyəzən şəhəri 12-ci məhəllə adlı yaşayış massivində qeydə alınıb. 34 yaşlı Babayeva Venera Valeri qızı hamamda çimərkən dəm qazından boğulub. Ailə üzvləri bu barədə təcili yardım stansiyasına məlumat verib.

Link to comment
Share on other sites

  • 1 year later...

Bakıda qazdan zəhərlənən üç nəfər ölüb.

Dekabrın 11-də Suraxanı rayonunun Bülbülə qəsəbəsində yaşayan Lalə Rzayeva evində dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Modern.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, dekabrın 13-də paytaxtın Nizami rayonu ərazisində yaşayan Sevinc İbrahimova, Xətai rayonu ərazisində yaşayan Dövlətgəldi Qurbanov mənzillərində dəm qazından zəhərlənərək ölüblər.

 

P.S. Hələ qış girməyib, dəm qazından ölənlərin sayı isə durmadan artır.

Link to comment
Share on other sites

Hamam otağında quraşdırılmasın heçne.Balkonda kombi quraşdırılsın.Sağlıq üçün diqqet edilmelidir bu hallara.

Olan şey bir defe olur ve sonra ömür boyu acısı qalır.

Metbexdeki qaz peçlerinin de elektrikli gözünden mümkün qeder istifade olunsa yaxşıdı.Qazdan bacardıqca uzaq durmaq.

Link to comment
Share on other sites

bes indi niye smoke detectordan istifade etmirler??????

harda? fərdi yaşayış evlərində istifadəni nəzərdə tutursunuzsa bunu hər kəs özü quraşdırmalıdı, təhlükəsizliyinə görə. Cünki, qazı təmizlənməmiş, emal edilməmiş halda istifadəyə buraxırlar,bədbəxt hadisələrə qurbanı olmaqdan heç kəs siğortalanmayıb

Link to comment
Share on other sites

harda? fərdi yaşayış evlərində istifadəni nəzərdə tutursunuzsa bunu hər kəs özü quraşdırmalıdı, təhlükəsizliyinə görə. Cünki, qazı təmizlənməmiş, emal edilməmiş halda istifadəyə buraxırlar,bədbəxt hadisələrə qurbanı olmaqdan heç kəs siğortalanmayıb

ok.Indi aydin oldu ne ucun zeherlenmeler hallari olur.Onda gerek her bir  kes Dovlet Qaz Nezareti Idaresine shikayet etsin..

p.s.deyirem axi,eveller dem qazi deyilen sheyler olmayib.....Koroche,dereybeylik bash alib gedir:)

Link to comment
Share on other sites

50% istehlakçilarin günahidirsa qalan % isə əhalinin məsuliyyətsizliyindəndir , hami bilirki qaz - işiq sahələrində xaos var . kim harda necə istəsə satir . dəm qazi boru ilə çölə çixmalidi . dəm qazindan əziyyət çəkənlərin evlərində demək ki belə boru yoxdur . Heç bir qurumun əhalinin qeydinə qalmadiği halda camaata profilaktik tədbir keçirməyəcəklərki . Ən bərbadi da odurki , Az - nin demək olarki bütün rayonlarina qaz fasilə ilə verilir . bəs o yaziqlar nə etsinlər , axi onlarda təhlükə lap çoxdur .

Link to comment
Share on other sites

Bir həftə əvvəl Bakıda dəm qazından boğulub rəhmətə gedən bir nəfər qız 25 yaşında mənim iş yoldaşımın lap yaxın qohumu idi. deyir tələbə qız evdə divanda uzandığı yerdə boğulub. 4 gözlü qazın üstündə nə isə olub, dəm qazı mətbəxdən qalxıb.

 

Bu gözəgörünməz kabus böyük kiçik tanımır, kim əlinə keçdi aparır.

 

Son 3 ilə qədər mən yaşadığım ebdə də vardı bu qorxu, qaz radiatoru divarın içində idi, tüstü bacasını nə təmizləmək olurdu, nə də yeniləmək. Sonda təmir edib ləğv elədim. Kombi sistemi yığdım, bu qorxudan birdəfəlik canım qurtardı. 

Link to comment
Share on other sites

  • 4 weeks later...

Iw yoldawimin qohumu iki hefte bundan qabaq dem qazindan zeherlenib rehmete gedib. Uwaq 11-ci sinifde oxuyurmuw. Evden hazirliga cixarken, 10 deqiqe bawimi yuyum, cixaram, deyib. Ordaca bogulub. Evdekiler yarim saatdan sonra bow axan suyun sesini ewidib, qapini sindirib kecibler iceri.

Allah uzaq elesin!

Allah rehmet elesin!

Link to comment
Share on other sites

  • 1 month later...

Dəm qazı bu dəfə Qusarda 2 can alıb. 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar şəhərində 27 yaşlı Sevinc Vəliyeva və onun qızı, 2 yaşlı Aişə Vəliyevanın yaşadıqları evdə meyitləri tapılıb.

İlkin məlumata görə, ana və qızı dəm qazından boğulublar. 

Allah rəhmət eləsin.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Принудительная смена интернет провайдера!
      Приходят представители Бакинтернета и можно сказать угрожая отключением телефона, насаждают подключение к Бакинтернету. Правда они новую  оптическую проводят линию телефона. У нас катв1 и нас устраивает. Могут ли они отключить телефон стационарный? говорят отключим потом будете себе новый проводить за большую сумму. Насколько это реально?  Телефон я хочу оставить естественно, он нужен для катв. если кто в курсе подскажите плиз.
      • 10 replies
    • В Казахстане приняли «закон Салтанат» - о защите прав женщин и безопасности детей
      Президент Казахстана Касым-Жомарт Токаев подписал закон «О внесении изменений и дополнений в некоторые законодательные акты Республики Казахстан по вопросам обеспечения прав женщин и безопасности детей».
      bezopasnosti-detei
        • Upvote
        • Like
      • 7 replies
    • Вай❗Переехавший в США журналист Натик Наиляоглу обручился с мужчиной
      О помолвке Натик Наиляоглу сообщил на своей странице в социальной сети Facebook.
      Помолвка проживающего в Вашингтоне Н.Наиляоглу с риелтором Эндрю Корднером состоялась 15 февраля, но о переменах в личной жизни журналист сообщил в Facebook сегодня, указав в графе «семейное положение» имя своего партнера и дату помолвки.
      Отметим, что ряд СМИ сообщают о том, что Н.Наиляоглу и Э.Корднер поженились, но в Facebook у журналиста нет информации о вступлении в брак, а сообщается только о помолвке.
      Напомним, что журналист долгое время работал репортером в новостном эфире канала ANS – в США Н.Наиляоглу переехал сравнительно недавно.
       

      Фото: Instagram by @dr3ww___
        🤗🤗🤗
        • Facepalm
        • Confused
        • Haha
      • 165 replies
    • [VERIFIED] Строительство и ремонт домов, квартир и других объектов недвижимости  от 100 м²
      Профессиональная бригада мастеров под моим руководством производит комплексное строительство и  ремонт домов, квартир и любых других помещений . Большой опыт работы. Работаем как по Вашему проекту , так и предоставляем услуги своего дизайнера. Предоставляем весь спектр услуг :электрика,сантехник­а, декоративное покрытие, монтаж пластиковых окон и кондиционеров, малярные работы, монтаж напольных покрытий(черный пол, ламинат, паркет), любые виды работы с алчипаном(потолок, полки, перегородки), монтаж теплого пола, установка дверей.
      Работаем по договору и без договора.
      По желанию заказчика устанавливается Online-видео наблюдение(бесплатно) на объекте.
      Телефон: 070 636 53 83
      л
        • Upvote
      • 342 replies
    • Почему молодой картофель на столичных рынках стоит так дорого? - ВИДЕО
      На столичных рынках картофель из Шамкира предлагается покупателям по разным ценам.
      Как передает xezerxeber.az, одни продавцы продают 1 кг шамкирского картофеля за 3 маната, а другие - за 5.
      Граждане сообщили, что при покупке данного овоща не обращают внимания на то, из какого региона он был привезен.
      Продавцы, в свою очередь, отметили, что картофель из Шамкира продается дороже, чем привезенный из других районов страны, потому что при его выращивании не используются химикаты.
      Подробнее - в сюжете.
       
        • Milli
        • Upvote
        • Haha
        • Like
      • 60 replies
    • Чингиз Абдуллаев в больнице
      Народный писатель Чингиз Абдуллаев находится в тяжелом состоянии. Он помещен в отделение реанимации Центрального таможенного госпиталя. Сообщается, что три дня назад Чингиз Абдуллаев был госпитализирован с отравлением, но затем выписан. Сегодня его состояние вновь ухудшилось. = Здоровье Чингиза Абдуллаева - тайна за семью печатями? - обновлено — Haqqin
        • Milli
        • Confused
      • 17 replies
    • ISOFORKLIFTREPAIR
      Ремонт вилочных электропогрузчиков включает в себя: 994706904766
      Выезд на место эксплуатации электропогрузчика для проведения технического обслуживания, диагностики неисправности, ремонта Диагностика и оценка целесообразности (рентабельности) проведения ремонта Подбор запасных частей необходимых для ремонта электропогрузчиков  Согласование стоимости и сроков проведение ремонта с заказчиком Непосредственно ремонт после утверждения стоимости и сроков ремонта Гарантия на выполненные работы 
        • Milli
      • 13 replies
    • В Азербайджане создается новый национальный парк, сравнимый с Каппадокией - ФОТО
      В Азербайджане ведется работа по созданию национального парка Ахар-Бахар. В рамках Года солидарности во имя зеленого мира в нашей стране планируется организация нескольких национальных парков.
      Как передает Bizim.Media, один из таких нацпарков будет располагаться на территории Гахского района.
      Заместитель министра экологии и природных ресурсов Вугар Керимов заявил, что в настоящее время ведется работа по созданию национального парка Ахар-Бахар на базе природного заповедника Илису.
      Эксперты-экологи утверждают, что данные территории простираются вдоль долины реки Ганых и обладают большим туристическим потенциалом. Окруженная горами и скалами территория Ахар-Бахар имеет богатую флору и фауну, является ареалом для различных видов животных и птиц.
      Специалисты также сравнивают это место с одним из туристических регионов Турции - Каппадокией (полупустынный регион в центральной части Турции, прославившийся благодаря своим уникальным достопримечательностям, созданным как силами природы, так и руками человека, а также полетам на воздушных шарах - ред.) - и считают его наиболее благоприятной местностью для осуществления полетов на воздушных шарах в будущем.
       

       

       

       

       

       

       

       

       

       

       

       

       
      https://media.az/society/1067957401/v-azerbaydzhane-sozdaetsya-novyy-nacionalnyy-park-sravnimyy-s-kappadokiey-foto/
        • Milli
        • Upvote
        • Haha
        • Like
      • 36 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...