Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Recommended Posts

Peyğəmbər – sallallahu aleyhi və səlləm – gecə namazına qalxdıqda bu duanı deyərdi: «Həmd yalnız sənədir. Haqq olan sənsən. Sənin vədin də haqdır. Sənə qovuşmaq da haqdır. Sözün də haqdır. Cənnət də haqdır. Cəhənnəm atəşi də haqdır. Bütün peyğəmbərlər də haqdır. Məhəmməd də haqdır. Qiyamət də haqdır». Ubadə b. Samit – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim şəhadət etsə ki, Allahdan başqa haqq ilah yoxdur, Məhəmməd onun qulu və Rəsuludur, İsa – əleyhissəlam – onun qulu və Rəsuludur, Məryəmə dediyi söz və Ondan gəlmə bir ruhdur, Cənnət haqq, Cəhənnəm haqdır, Allah o insanı əməlindən asılı olmayaraq Cənnətə salar». Başqa rəvayətdə Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurur: «Cənnətin hansı qapısından istərsə, onu oradan içəri salar!»

Cənnət əbədi nemətlər yurdudur. Allah oranı iman edilməsi fərz olan şeylərə iman edən, Allah və rəsuluna itaət edən, bunu da Allaha ixlas ilə və Rəsuluna tabe olaraq gerçəkləşdirən təqva sahibi olan möminlər üçün hazırlamışdır. Oradakı nemətləri nə bir göz görmüş, nə də bir qulaq eşitmiş, nə də bir insanın xatirindən keçmişdir. «İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır. Onların öz rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan Ədn Cənnətləridir. Onlar orada əbədi qalacaqlar». (əl-Bəyyinə 7-8). «Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) möminlər üçün göz oxşayan nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz». (əs-Səcdə 17). Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü Cənnət əhlindən olub dünyada ən çətin və məşəqqətli həyat sürən birisi gətirilir və Cənnətə bir dəfə salınıb çıxardılır». Ona: «Ey Adəm oğlu! Sən dünyada ikən heç çətinlik və sıxıntı gördünmü?» O da: «Xeyr, ya Rəbbim! Mən heç bir həyat çətinliyi və sıxıntı görmədim!».

Cəhənnəm isə Allahı inkar edib, Rəsuluna baş qaldıran kafirlər, münafiqlər, müşriklər, günahkarlar və zalimlər üçün hazırlanmışdır. Günahkarların atəşi əbədi deyildir. Kafirlərin atəşi isə əbədi olaraq sönməz. Orada ağıla gəlməyən cəzalar və əzablar vardır. De ki: «Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın (kafir olsun). Biz zalimlər üçün elə bir atəş hazırlamışıq ki, onun pərdələri (dumanları) onları bürüyəcəkdir. Onlar imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o Cəhənnəm necə də pis məskəndir». (əl-Kəhf 29). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Cəhənnəm əhli cəhənnəmliklərə gəlincə isə onlar orada nə ölürlər, nə də həyat tapırlar». Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü Cəhənnəm əhlindən olub dünyada ən nemətli və gözəl yaşayan birisi gətirilib Cəhənnəmə bir dəfə salınıb çıxardılır». Ona: «Ey Adəm oğlu! Sən heç dünyada ikən bir xeyir gördünmü?» O da: «Xeyr, ya Rəbbim! Heç bir xeyir görmədim». Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyəmət günü Uca və Böyük olan Allah Cəhənnəmliklərdən ən yüngül əzab olunana: «Dünya və dünyadakı hər şey sənin olsaydı bu əzabdan qurtarmaq üçün onu sədəqə verərdinmi?» O da: «Bəli, sədəqə verərdim» deyəcəkdir. Allah ona: «Mən səni atəşə atmayacaqdım. Dünyada ikən səndən bundan da yüngülünü istəmişdim. Mənə şərik qoşmamağını. Lakin sən dünyaya gəldikdə (Allaha ibadət etməkdən) imtina etdin və şirkdən uzaq olmadın».

Əhli Sünnə Məhəmməd – sallallahu aleyhi və səlləm – in Cənnətə ilk girəcəyinə, həmçinin onun ümmətinin ilk hesaba çəkiləcəyinə və Cənnətliklərin yarısından çoxunun onun ümmətinin təşkil edəcəyinə iman edirlər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günündə cənnətin qapısına gələcəyəm və o qapının açılmasını istəyəcəyəm». «Sən kimsən?» deyə soruşacaqlar. Mən də: «Məhəmməd!» deyəcəyəm. O da: «Mənə sənin adın verildi. Səndən əvvəl heç kəs üçün qapını açmamaqla əmr olundum». Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəssulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Cənnətdə yüz dərəcə vardır. Allah oranı yolunda vuruşan mücahidlər üçün hazırlamışdır. Hər iki dərəcə arasında yerlə göy arası qədər məsafə vardır. Allahdan dilədikdə Firdovsi diləyin. O, Cənnətin orta yerində ən üst yerdədir. Onun üzərində Allahın ərşi vardır. Cənnətin çayları oradan qaynayır». Bureydə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Cənnət əhli yüz iyirmi səffdir. Bu səfflərdən səksəni bu ümmətdən, qırxı isə digər ümmətlərdən olacaqdır».

Əhli Sünnə Cənnət və Cəhənnəmin yaradılmış olduqlarına və indi də var olduqlarına inanırlar. «Rəbbinizin məğfirətinə və genişliyi göylər və yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin». (Ali İmran 133). «(Ey insanlar!) Rəbbiniz tərəfindən bağışlanmağa və göycə, yercə geniş olub, Allaha və onun peyğəmbərinə iman gətirənlərdən ötrü hazırlanmış Cənnətə nail olmaq üçün bir-birinizdən qabağa düşməyə çalışın. Bu Allahın dilədiyi kimsəyə əta etdiyi lütf, mərhəmətdir. Allah çox böyük mərhəmət, kərəm sahibidir». (əl-Hədid 21).

Həmçinin Adəm – əleyhissəlam – öz zövcəsinə qadağan olunmuş ağacdan yeməkləri, Peyğəmbər – sallalahu aleyhi və səlləm – in Merac səfərində Cənnəti və Cəhənnəmi görməsi onların olduğuna dəlalət edir. Cəhənnəm haqqında: «Kafirlər üçün hazırlanmış oddan həzər edin». (Ali İmran 131). «Həqiqətən Cəhənnəm pusqudur. O, azğınların məskənidir». (ən-Nəbə 21-22). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mənə Cənnət göstərildi və oranın əhalisinin çox hissəsini fəqirlərin olduğunu gördüm». Mənə Cəhənnəm göstərildi və oranın əhalisinin çoxunun qadınlar olduğunu gördüm». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İsti vaxtı namazı sərin vaxta qədər buraxın. çünki havanın bərk isti olması Cəhənnəmin nəfəs almasından ötrüdür». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Cəhənnəm Uca Allaha şikayət edərək dedi: «Rəbbim mənim bir hissəm digər hissmi yeyir». Buna görə də ona iki dəfə nəfəs almaq üçün izn verildi. Biri qış mövsümündə, biri də yaz mövsümündə. Hiss etdiyiniz ən soyuq havada və ən isti hava da bundan ötrüdür». İbn ömər – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən hər hansı bir kimsə öldükdən sonra səhər –axşam ona qalacağı yer göstərilir. Cənnət əhlindəndirsə Cənnət, Cəhənnəm əhlindəndirsə Cəhənnəm əhli arasındakı yeri göstərilir». Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Nəfsim əlində olan Allaha and olsun ki, mənim gördüklərimi görmüş olsaydınız az gülüb çox ağlayardınız». Səhabələr: «Nələr gördün, ey Allahın Rəsulu?» deyə soruşdular. O, buyurdu: «Cənnət və Cəhənnəmi». Kəb b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Möminin canı Cənnət ağaclarına qonan bir quşdur. Ta ki, Uca Allah qiyamət günündə onu təkrar cəsədinə geri göndərincəyə qədər». İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «İsraya getdiyim gecə İbrahim – əleyhissəlam – ilə görüşdüm. Mənə: «Ey Məhəmməd! ümmətinə məndən salam söylə və onlara xəbər ver ki, Cənnətin torpağı xoş, suyu gözəl və ora dümdüz bir ərazidir. Orada əkiləcək ağaclar isə: «Subhənəllai və Bihəmdihi, və Lə İləhə İlləllahi, Vallahu Əkbər» sözləridir». Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim-Subhənallahil Azimi və Bihəmdihi» deyərsə onun üçün Cənnətdə bir xurma ağacı əkilər».

Link to comment
Share on other sites

ümumiyyətlə əgər Allah məhəbbətdir deyiriksə-necə olur ki,böyük məhəbbətə sahib olan Allah insanlara bu cür cəza verir? Təsəvvür edək ki,valideyin məhəbbətindən irəli gələrək sözünə qulaq asmayan uşağını cəzalandırmaq istəyir.Qərara gəlir ki uşağının əlini qaynar qazanda qaynayan suya bassın və 30 dəqiqə orda saxlasın.Bu valideyin haqqda nə fikirləşərsiniz? Sizcə bu valideyin məhəbbətdən irəli gələrək bunu edir? Əlbəttə siz deyəcəksiz ki, həmin valideyin hissiz,əzazil birisidir.Allah da məcazla desək bütün bəşəriyyəti,insanları böyük məhəbbətlə sevən Atadır. Axı atalıq hissini,uşağına incə analıq hissini insanlara O bəxş edib.Məhəbbətli Allah bu pisliyi etməz.Cəhənnəm təlimi Allahın məhəbbətini şübhə altına alır.

Keçmişdə insanlar bütlərə ibadət edərək yeni doğmuş uşaqlarını onlara qurban gətirərək yandırırdılar.Allah peyğəmbərə əmr verib onlara elçi kimi göndərmişdi:" Onlar oğul və qızlarını odda yandırmaq üçün Ben-hinnom dərəsindəki Tofetdə səcdəgahlar düzəltdilər.Mən belə bir şeyi nə buyurdum nə də ağlıma gətirdim".-Allah deyirdi.

Bu ayə sübut edir ki, məhəbbətli Allah insanları əbədi işgəncə ilə yandırmır.

Edited by Eester
Link to comment
Share on other sites

Musa peyğəmbər Allahdan ilham alaraq Yaradılış kitabını yazmışdır. Yaradılış kitabında qeyd edilir ki,ilk cənnət yer üzərində olub.Yaradılış 2:10-14 kimi :"Cənnət bağını suvarmaq üçün Edenden çay axırdı oradan isə dörd qola bölünürdü.çayın qolunun biri Pişondur.İkinci çayın adı Gixondur. üçüncü çayın adı Dəclədir.Dördüncü çayın adı Fəratdır".

İndi xəritəyə baxaraq görə bilərsiz ilk cənnət bağı təxminən harada yerləşib.

Bəli ilk cənnət yerdə olub lakin ulu babamız Adəmin üzündən yer üzü cənnət deyil.Lakin tezliklə Allahın Padşahlığı yer üzərində cənnət edəcək.

"Allah insanların gözlərindən bütün yaşları siləcək. Artıq nə ölüm,nə dərd,nə fəryad, nə də ağrı olacaq..."; "Salehlər yer üzünü mülk olaraq alacaq,onlar orada əbədi məskən salacaq".

Link to comment
Share on other sites

  • 3 weeks later...
  • 2 weeks later...

Cennetde bas verecekler deyesen evvelceden ssenari uzre planlasdirilib.

Cənnət əhli cəhənnəm əhlinə müraciət edib: “Biz Rəbbimizin bizə vəd etdiyini (axirət nemətlərini) haqq olaraq gördük. Siz də Rəbbinizin sizə vəd etdiyini (cəhənnəm əzabını) gerçək olaraq gördünüzmü?” – deyə soruşacaq. Onlar: “Bəli!” – deyə cavab verəcəklər. Elə bu zaman onların (hər iki dəstəsinin) arasında bir carçı (İsrafil və ya cənnətdəkilərdən biri): “Allah zalımlara lənət eləsin!” – deyə səslənəcək.7-45

Cəhənnəm əhli cənnət əhlinə müraciət edib: “Üstümüzə bir az su tökün və ya Allahın sizə verdiyi ruzilərdən bizə bir qədər ehsan edin!” – deyəcək. Onlar isə: “Doğrusu, Allah bunları kafirlərə haram buyurmuşdur!” – deyə cavab verəcəklər.7-50

bir de bir seyi basa dusmurem bezi ayelerde cennet ve cehennem ehalisinin sohbetinden behs olunur..bezi ayelerde ise cennetdekilerin bos soz sohbetden uzaq olacagi deyilir..

Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər.Ancaq: “Salam! Salam!”– sözləri (eşidəcəklər).56-25,26

bir anliq tesevvur eledim ki hami ancaq papuqay kimi salam deyirlooll.gif

Edited by mister ali
Link to comment
Share on other sites

ümumiyyətlə əgər Allah məhəbbətdir deyiriksə-necə olur ki,böyük məhəbbətə sahib olan Allah insanlara bu cür cəza verir? Təsəvvür edək ki,valideyin məhəbbətindən irəli gələrək sözünə qulaq asmayan uşağını cəzalandırmaq istəyir.Qərara gəlir ki uşağının əlini qaynar qazanda qaynayan suya bassın və 30 dəqiqə orda saxlasın.Bu valideyin haqqda nə fikirləşərsiniz? Sizcə bu valideyin məhəbbətdən irəli gələrək bunu edir? Əlbəttə siz deyəcəksiz ki, həmin valideyin hissiz,əzazil birisidir.

Eester müqəddəs ata və ona məhəbbət xristianlıqda yəni sizin qəbul etdiyiniz dində belə təmsil olunur, İslamın əsası isə qorxu,zülm və məcburi itaətgarlıqla qoyulub.Amma cəzalanmaya başqa aspektdən yanaşsaq, dünyada yaşayan ədalətsiz və zülmkar insanların digərlərindən nə isə fərqi olmalıdır.

Edited by plotophyte
Link to comment
Share on other sites

Eester müqəddəs ata və ona məhəbbət xristianlıqda yəni sizin qəbul etdiyiniz dində belə təmsil olunur, İslamın əsası isə qorxu,zülm və məcburi itaətgarlıqla qoyulub.Amma cəzalanmaya başqa aspektdən yanaşsaq, dünyada yaşayan ədalətsiz və zülmkar insanların digərlərindən nə isə fərqi olmalıdır.

İslamin esasini peygember Muhemmed salavatullah qoyub. meger tarixi oxumamisiz? O çox exlaqli ve çox agilli olub, ve öz yüksek medeniyyeti ile islamın esasını qoyub. islamın yaranışı google da axtarib tapa bilersiz. o yalnizca bir insan olub, qorxu ilə bunu nece ede bilerdi?

Link to comment
Share on other sites

  • 1 month later...

Cənnət- Bunu yəyqin ki bütün dindarların arzuladığı xəyali mükəmməl bir məkan kimi adlandırmaq olar.

Bildiyiniz kimi dinindən və təriqətindən asılı olmayaraq, qədim zamanlardan bu günədək, bir cox insanlar ölümsüzlük, daima cənnətdə qalıb həzz almaq xəyalları və tanrılarının qəzəbinə məruz qalmamaq üçün sitaişə ehtiyac duymaqdadırlar.

Məsəl üçün buddistlər bunu daimi özünü təkminləşdirmə ilə, Xristianlar günahlarının bağışlanması yolu ilə, Yəhudilər isə ümumiyyətlə seçilmiş olduqları iddiası ilə yaşayırlar. Bütün bu dinlərin davamçıları digərlərinin səhv yolda olduğunu fikirləşir. Lakin dinləri müqaisə etsək insanların fərqli dinlərə sitaiş etdiyinə nəzər salsaq, cənnətə gedən yol İslamda hamısından çətin və əlçatmaz görsənir.

İslam dininin daşıyıcıları öz dini baxışlarına görə digər dinlərdə olanların cənnətə düşmək şansını cox az görür, əyər buna İslami konteksdən yanaşsaq, 1.3 mlrd Buddist və 0.8 mlr Krişnaid, 3.5 mlr azmış Xristian, 100 mln Şiyə, və digər dini olmayan xalqlar, səhv yoldadırlar. İslamı bəşəriyyət dini kimi qələmə verməyə çalışırlar. Lakin ən azından dünyanın xəritəsinə baxanda bu fikrin yaxın şərqdən və onun ən yaxın sərhədlərindən uzaqlaşa bilmədiyi və reallıqdan cox uzaq olduğu aydın görsənir.

Buradan belə sual yaranır, doğurdandamı insanları sevən allah, İslami nöqteyi nəzərdən "azmış" xalqları cəhənnəmlə müjdələmək üçün ölümlərindən sonra dirildəcək? nə qədər insan cəhənnəmə getməlidir "mükəmməl İslam" dininin bütün xalqlar tərəfindən qəbul edilməsi üçün? Ümumiyytlə bu nə qədər reallığa yaxındır.

Link to comment
Share on other sites

Sağlam düşünə bilən insan ağlı, özündə olan ədalət, məsuliyyət, əbədilik və sonsuzluq duyğusu ilə, insanın başı boş və məqsədsiz yaradılmadığı fikirindən hərəkətlə, axirət həyatının varlığını təbii bir şəkildə qəbul edər. Bildiyimiz kimi bütün ulduzlar və planetlər birinci qat səmadadirlar. Səma isə yeddi qatdır. Digər qatları isə bilinən bu səmadan çox böyük olduğu bildirilmişdir. Cənnət haqqında Quran-ı Kərimdə və hədisi-şəriflərdə məlumat vardır. Cənnətin eninin yer ilə göyün genişliyi qədər olduğu Quran-ı Kərimdə bildirilmişdir.Cənnəti inkar eləmək gülüncdür,bəs insanin ruhu hara yoxa çixir,insan öz ruhunu inkar edərsə onda gərək ki,problemi var..

Edited by azda
Link to comment
Share on other sites

Eester müqəddəs ata və ona məhəbbət xristianlıqda yəni sizin qəbul etdiyiniz dində belə təmsil olunur, İslamın əsası isə qorxu,zülm və məcburi itaətgarlıqla qoyulub.Amma cəzalanmaya başqa aspektdən yanaşsaq, dünyada yaşayan ədalətsiz və zülmkar insanların digərlərindən nə isə fərqi olmalıdır.

Bəli bu belədir. Bu cür ədalətsiz adamları əbədi yoxluq gözləyir. Bu cür adamları heç Allah da yada salmaq istəmir.

Link to comment
Share on other sites

Bildiyimiz kimi bütün ulduzlar və planetlər birinci qat səmadadirlar. Səma isə yeddi qatdır. Digər qatları isə bilinən bu səmadan çox böyük olduğu bildirilmişdir.

azda, Sizinlə bu yazıda razı deyiləm, Quranda səma sözündə kainat nəzərdə tutulmur, göy səma yerin üst qatı nəzərdə tutulur, dində kainatda yerləşən planet və ulduzlar haqqında məlumat yoxdur. Orada ancaq onların primitiv məqsədə xidmət etdiyi, insanlara yol göstəriyi vurğulanır.

Qaldı ki göyün birinci qatında bütün ulduz və planetlərin yerləşməsi bu da mümkün deyil, Ulduzlar kainatda yerləşən digər günəşlərdir. Onlar isə başqa günəş sistemləri və ya tək günəş şəklində olur, planetlər isə günəşlərin qravitasiya təsiri nəticəsində onun ətrafında fırlanır. Yəni birinci qatda bütün ulduz planetlər ola bilməz, çünki hər bir qalaktikada milyardlarla ulduzlar var. Göydə bizim müşahidə edə bildiklərimizin isə coxsu qalaktikalar bir qismi bizim qalaktikadakı ulduzlar, bir neçəsi isə bizim günəş sistemindəki günəşə yaxın planetlərdir.

Edited by plotophyte
Link to comment
Share on other sites

azda, Sizinlə bu yazıda razı deyiləm, Quranda səma sözündə kainat nəzərdə tutulmur, göy səma yerin üst qatı nəzərdə tutulur, dində kainatda yerləşən planet və ulduzlar haqqında məlumat yoxdur. Orada ancaq onların primitiv məqsədə xidmət etdiyi, insanlara yol göstəriyi vurğulanır.

Qaldı ki göyün birinci qatında bütün ulduz və planetlərin yerləşməsi bu da mümkün deyil, Ulduzlar kainatda yerləşən digər günəşlərdir. Onlar isə başqa günəş sistemləri və ya tək günəş şəklində olur, planetlər isə günəşlərin qravitasiya təsiri nəticəsində onun ətrafında fırlanır. Yəni birinci qatda bütün ulduz planetlər ola bilməz, çünki hər bir qalaktikada milyardlarla ulduzlar var. Göydə bizim müşahidə edə bildiklərimizin isə coxsu qalaktikalar bir qismi bizim qalaktikadakı ulduzlar, bir neçəsi isə bizim günəş sistemindəki günəşə yaxın planetlərdir.

plotophyte , alimlər birinci səma olan ulduzlar aləminin sonuna çata bilmədiyi üçün ikinci və sonrakı səmalarda heç bir xəbər verə bilməməkdədirlərsə,siz necə ayird etdiniz.?

Var.Quran-ı Kərim səmanın yeddi təbəqə olaraq yaradıldığını çox ayələrlə bildirir.

“O ki, yedi göğü tabaka tabaka olarak yarattı.” (Mülk, 3)

“And olsun ki, dünya semâsını kandillerle süsledik.” (Mülk, 5)

Link to comment
Share on other sites

Quranda bir çox ayədə istifadə edilən göy sözü bütün kainatı ifadə etmək üçün istifadə edildiyi kimi Dünyanın göyü də bununla ifadə edilir. Sözün bu mənası düşünüldüyündə Dünya göyünün bir başqa deyişlə atmosferin 7 laydan meydana gəldiyi nəticəsində ortaya çıxır.

Ümumiyyətlə, yerləşdirdiyim ayəni oxuyarkən bəlkə də heç nə anlamayacaqsiniz, hətta sual da verə bilərsiniz ki, axi o ayədə ulduz sözü yazilmayib.? Onlarin adi yazilmayibsa, bu o demək deyil ki, Allah Günəş, ulduzu, Ayi unudub.Quranın bir xüsusiyyəti də, bağçasına aldığı adama bir meyvə ikram etdisə arxasında başqa meyvələri göstərir arxa arxaya onları da ikram edir beləcə davam edir..Amma bir ayə də tapmişam,planet və ulduz haqda məlumat siz nəyə deyirsiz,necə olmali idi.

"Gerçekten en yakın göğü bir ziynetle ve yıldızlarla donatıp süsledik" (es-Saffat, 37/6). "

Link to comment
Share on other sites

plotophyte , alimlər birinci səma olan ulduzlar aləminin sonuna çata bilmədiyi üçün ikinci və sonrakı səmalarda heç bir xəbər verə bilməməkdədirlərsə,siz necə ayird etdiniz.?

Var.Quran-ı Kərim səmanın yeddi təbəqə olaraq yaradıldığını çox ayələrlə bildirir.

azda, Mən İslamda göyün yeddi qatdan ibarət olduğunun bir neçə dəfə vurğulandığını bilirəm., Bu Əl Bəqərə(inək) surəsi 22 və 29-cu ayələr, Əl Furqan surəsi 25-ci ayə, Taha surəsi 6-cı ayədə vurğulanıb, məndə onları yaxşı bilirəm.

Səma sözü ancaq yerin üst qatına aiddir, elmdə göy(səma) 11 qatdan ibartədir keçid qatlarını saymasaq yeddi qatdan. Yerdən yuxarıda isə heç bir səma yoxdur, orada sonsuz kainat və kosmik boşluqlar mövcuddur. O isə artıq göy deyildir bizi əhatə edən kainatdır sonsuz məkandır. Orada planetlər və ulduzlar bir yerdə deyil və hansısa qat yoxdur, sadəcə bir birindən milyonlarla işıq ili məsafədə qalaktikalar yerləşib onların arasında isə kosmik boşluqlar var.

Məsəl üçün biz spiral şəkilli Süd Yolu qalaktikasının orta spiral kəsiyində yerləşən günəş sistemində 3-cü planetdə yaşayırıq. Bizim günəş sistemi özü isə qalaktika daxilində hərəkət edir və qalaktika daxili bir dövrü 225-250 milyon ilə başa vurur. Biz burada kainatdakı mürəkkəb bir prosesi birinci ikinci və ya neçənci qata bölə bilmərik, orada hər bir kosmik kütlə daim hərəkətdədir və qat adında bir anlayış yoxdur.

Edited by plotophyte
Link to comment
Share on other sites

Amma deyəsən o dünyadada qadınlara ikinci dərəcəli kimi baxılır ... Haqsızlıq , elə deyilmi ? smile.png

Mən Kitabin təhrif olunduğunu demirəm, amma qəbul edə bilmədiyim bir-iki ayə var.25.gif Buna baxmayaraq,açiqlanmayan,maraqli məlumatlar çoxdur.Düzünü desəm o ayələri görməməzlikdən gəlirəm,Allah günahimdan keçsin,imanimi itirmək ne xochu.ph34r.png

Link to comment
Share on other sites

azda, Mən İslamda göyün yeddi qatdan ibarət olduğunun bir neçə dəfə vurğulandığını bilirəm., Bu Əl Bəqərə(inək) surəsi 22 və 29-cu ayələr, Əl Furqan surəsi 25-ci ayə, Taha surəsi 6-cı ayədə vurğulanıb, məndə onları yaxşı bilirəm.

Səma sözü ancaq yerin üst qatına aiddir, elmdə göy(səma) 11 qatdan ibartədir keçid qatlarını saymasaq yeddi qatdan. Yerdən yuxarıda isə heç bir səma yoxdur, orada sonsuz kainat və kosmik boşluqlar mövcuddur. O isə artıq göy deyildir bizi əhatə edən kainatdır sonsuz məkandır. Orada planetlər və ulduzlar bir yerdə deyil və hansısa qat yoxdur, sadəcə bir birindən milyonlarla işıq ili məsafədə qalaktikalar yerləşib onların arasında isə kosmik boşluqlar var.

Məsəl üçün biz spiral şəkilli Süd Yolu qalaktikasının orta spiral kəsiyində yerləşən günəş sistemində 3-cü planetdə yaşayırıq. Bizim günəş sistemi özü isə qalaktika daxilində hərəkət edir və qalaktika daxili bir dövrü 225-250 milyon ilə başa vurur. Biz burada kainatdakı mürəkkəb bir prosesi birinci ikinci və ya neçənci qata bölə bilmərik, orada hər bir kosmik kütlə daim hərəkətdədir və qat adında bir anlayış yoxdur.

Yoxdur,bu o demək deyil ki,cənnət yoxdur.Bizlərə bu qədəri məlumdur yalniz.

1. Birinci göy: dünyamızın günəş sistemiylə birlikdə olduğu kosmos məkanı.

2. İkinci göy: qalaktikamızın olduğu kosmos məkanı.

3. Üçüncü göy: Qalaktika qrupumuzun kosmos məkanı.

4. Dördüncü göy: Qalaktika qruplarının ortaq şəkildə düşünüldüyü kainatın mərkəzi radio-maqnetik məkanı.

5. Beşinci göy: Kuasarlar (ulduzlar doğuran toxum anbarı ulduzlar) ın olduğu kainat məkanı.

6. Altıncı göy: Qaçan ulduzların olduğu genləşən kainat məkanı.

7. Yeddinci göy: Bunun xaricindəki kainatın hüdudsuz sonsuzluqlarını təmsil edən kainat məkanı

http://www.youtube.com/watch?v=CSKRPOBxbFY&feature=related

Kainat sonsuz böyüklükdə deyil. Lakin bu gün üçün biz, kainatın böyüklüyünü dərk edə bilmədiyimiz üçün onu sonsuz olaraq qəbul edirik. Məsələn,mənim o sonsuzluq haqqinda xəbərim yoxdursa var olani inkar edə bilmərəm..Buna görə də tam rahatliqla cənnət-cəhənnəmin olmadiğini isbat eləmək mümkün deyil,inkar edənlər sadəcə subyektiv fikirlərə əsaslanirlar.

Edited by azda
Link to comment
Share on other sites

Yoxdur,bu o demək deyil ki,cənnət yoxdur.Bizlərə bu qədəri məlumdur yalniz.

1. Birinci göy: dünyamızın günəş sistemiylə birlikdə olduğu kosmos məkanı.

2. İkinci göy: qalaktikamızın olduğu kosmos məkanı.

3. Üçüncü göy: Qalaktika qrupumuzun kosmos məkanı.

4. Dördüncü göy: Qalaktika qruplarının ortaq şəkildə düşünüldüyü kainatın mərkəzi radio-maqnetik məkanı.

5. Beşinci göy: Kuasarlar (ulduzlar doğuran toxum anbarı ulduzlar) ın olduğu kainat məkanı.

6. Altıncı göy: Qaçan ulduzların olduğu genləşən kainat məkanı.

7. Yeddinci göy: Bunun xaricindəki kainatın hüdudsuz sonsuzluqlarını təmsil edən kainat məkanı

Maraqlı fərziyyədir bunu nəyə əsaslanıb belə olduğunu iddia edirsiniz ? video da maraqli idi, amma yazıları başa düşmədim.

Link to comment
Share on other sites

Maraqlı fərziyyədir bunu nəyə əsaslanıb belə olduğunu iddia edirsiniz ? video da maraqli idi, amma yazıları başa düşmədim.

Sizin dediyiniz bu fərziyə Qurani - Kərimdə keçən "yeddi qat göy" ifadəsi bəzi elm adamları tərəfindən açiqlandiği fikirdir. İnsanları və digər varlıqları yer üzündə tutan da Allahın qoyduğu çəkiliş qanunudur. Bildiyimiz kimi bu qanun olmasaydı insanlar və digər varlıqlar Kainatın boşluğunda dağılıb parçalanırdı.Və Quran bir fizika kitabı deyil. Amma içində Kainatı anlaya biləcəyimiz qədər bir çox məlumat vardır və elmə yol göstərir deyə düşünürəm.Yazdiqlarima əsasən isə mən yalnız Kainat haqqındakı Quran həqiqətlərini mövzu etdim. Kainat mövzusunda İslam nə deyir deyə. Elmlə tərs düşən bir yer varsa söyləyin. Quran ayələri elə o qədər asan anlanilacaq qədər sadə deyil,onu tam anlamaq üçün bir mütəxəssis olmaq lazimdir, Azərbaycanca tərcümələri yalnız zahiri, səthi bir anlama üçün kafi olmaqdadır.Həm də kitabda "hurufu mukatta" yazilari vardir ki,indiyə kimi kimsə izahini verə bilmir..onun mənalarini bilmək qəlizləşir,yalnız peyğəmbər bilir və Allahla peyğəmbəri arasında bir sirr olduğu üçün də Peyğəmbər insanlara bəzilərini açiqlamamişdir , nəticədə SAPAND bəy kimi fikirlərə düşülür. ) Belə olanda da mən özüm də çaşiram. ))

Link to comment
Share on other sites

Və siz də bəzilri kimi "Biz bu məlumata layiq deyilikmi görəsən?","Allah bizim kimi sıravi insanları düşünməmişmi?" kimi suallari verməyin xahiş.

Edited by azda
Link to comment
Share on other sites

Kainat haqqındakı Quran həqiqətlərini mövzu etdim. Kainat mövzusunda İslam nə deyir deyə. Elmlə tərs düşən bir yer varsa söyləyin.

Göstərdiyiniz videoda son nəticədə kainatı sfera şəklidə göstərməkdən başqa şəkillər kainatın görünüşünü düzgün əks etdirir. Amma mənə maraqlı olan odur ki, qeyd etdiyiniz İslam alimləri nəyə əsaslanıb İslamda göyün bu məhz bu formada təsvir edildiyini qərarına gəliblər.

Bu videoya sadəcə Amerika alimlərinin qalaktika haqqında çəkdiyi bir qısa görüntüdür. Lakin mənə sübutu maraqlıdır, hər halda İslam alimləri göydən düşməyib onlar da insandır, bir şeyi iddia etdikdə isə ona dəlillər gətirmək lazımdır və bu görüntülərin İslam dində olduğunu iddia edəndə konkret dəlillərlə dəstəkləmək lazımdır.

Edited by plotophyte
Link to comment
Share on other sites

Göstərdiyiniz videoda son nəticədə kainatı sfera şəklidə göstərməkdən başqa şəkillər kainatın görünüşünü düzgün əks etdirir. Amma mənə maraqlı olan odur ki, qeyd etdiyiniz İslam alimləri nəyə əsaslanıb İslamda göyün bu məhz bu formada təsvir edildiyini qərarına gəliblər.

Bu videoya sadəcə Amerika alimlərinin qalaktika haqqında çəkdiyi bir qısa görüntüdür. Lakin mənə sübutu maraqlıdır, hər halda İslam alimləri göydən düşməyib onlar da insandır, bir şeyi iddia etdikdə isə ona dəlillər gətirmək lazımdır və bu görüntülərin İslam dində olduğunu iddia edəndə konkret dəlillərlə dəstəkləmək lazımdır.

Haluk Nurbakinin Kurani-Kərimdən elmi gerçəkləridir.

http://www.errahman....fsiri/a/003.htm

Marağiniz olsa hamisini oxuyun..Həm də aşağida mövzu ilə əlaqəli geniş məlumat alına biləcək qaynaqlar da var,istəyən araşdirib tapa bilər.

Ümumiyyətlə siz hansi cümlə ilə razilaşmadiz.?Yazilmiş sxema düzgün deyil.?

Link to comment
Share on other sites

Haluk Nurbakinin Kurani-Kərimdən elmi gerçəkləridir.

http://www.errahman....fsiri/a/003.htm

Marağiniz olsa hamisini oxuyun..Həm də aşağida mövzu ilə əlaqəli geniş məlumat alına biləcək qaynaqlar da var,istəyən araşdirib tapa bilər.

Ümumiyyətlə siz hansi cümlə ilə razilaşmadiz.?Yazilmiş sxema düzgün deyil.?

Şəkillərdə kainatın son forması kürə kimi səthi sərhədlərlə göstərilib, bu heç kimə bəlli deyil, ümumiyyətlə elmi baxımdan da real görsənmir.

Başqa dildə (az,rus) link verə bilsəniz yaxşı olar, turk dilində başa düşmürəm.

Edited by plotophyte
Link to comment
Share on other sites

Şəkillərdə kainatın son forması kürə kimi səthi sərhədlərlə göstərilib, bu heç kimə bəlli deyil, ümumiyyətlə elmi baxımdan da real görsənmir.

Başqa dildə (az,rus) link verə bilsəniz yaxşı olar, turk dilində başa düşmürəm.

Kainatin son formasini izah edəcək ağila sahib deyiləm,onu öyrənməyə çalişmaq da mənasizdir,onsuz da o heç nəyin sübutuna gətirib çixarmir. plotophyte siz dediz dəlil gətirin mən də gətirdim,İslam sayti olduğundan yenə də şübhə ilə yanaşa bilərsiniz,amma onlarin hərəsi bir sübutdur,onu mollalar yox , İslam alimləri açiqlayib..

Tərcümələri hal-hazirda əlimdə yoxdur.

Edited by azda
Link to comment
Share on other sites

diger dinlerde cennet nece tesvir olunur

Salamlar.

Misal üçün xristianlıqla islam arasında bir elə böyük fərq yoxdur bu mövzuda. Amma Müqəddəs Kitabdakı cənnətin təsviri Qurandakından fərqlənir. MK-ya əsasən cənnət yerdə olacaq, daha doğrusu Yer planeti başdan-başa cənnət olacaq (cənnət əslində bağ, park deməkdir). Orada yaşayacaq bütün insanlar bərabərhüquqlu olacaq və hər bir fərdin sonsuz fəaliyyət imkanı olacaqdır.

Link to comment
Share on other sites

Məni cənnətdəki hürü-qılmanların vəzifəsi maraqlandırır ...rolleyes.gif

Özüm üçün soruşmuram , yəqinki cəhənnəmliyəm wink.png

Ac toyuq yuxusunda darı görər.

Bu məsəl sisinçün deyil, huri-qılmanlardan ötrü sino gedənlərçündür.

Link to comment
Share on other sites

Mənim fikrimcə.heç mübahisə etməyə dəyməz.Çünki hər birimiz hələ ki.bu dünyada yaşayırıq.Öləndən sonra artıq cənnət və cəhənnəmin olub olmamağının canlı şahidi olacayıq.Orda da forum olsa.onda öz fikrimizi qeyd edib.Bu dünyaya sms atarıq:)

Düşünürəm ki.sadəcə özünün düzgün hesab etdiyin kimi yaşa!!!

Əgər varsa da inanmıram ele bir insan tapılar ki.100% cənnətə namizəd olsun!!! Niyə?Çünki Quranda qadağan olunanların hamısına indiki dövrdə riayyət etmək mümkün deyil!!!

Bir də mübahisə etməyin.yaşayarıq görərik!!!wow1.gif

Edited by Kameliya_X
  • Upvote 1
Link to comment
Share on other sites

Bəzilərinin fikrincə, Cənnət boş bir nağıldır. Digərləri isə düşünür ki, Cənnət yaxşı insanların əbədi, şad –xürrəm, yaşadığları birgə sevindirici və səmərəli işlə məşğul olduqları uydurulmuş yer yəni xülyadır.

Müqəddəs Kitabda nə deyilir? Cənnət sözü altında bəşəriyyətin beşiyi olan Eden bağı nəzərdə tutulur (Yaradılıs,2:7—15). Müqəddəs Kitabda deyilir ki, bu bağ real yer idi və orada ilk insan cütlüyü azar-bezardan uzaq, ölüm olmadığı bir həyat sürürdü (Yaradılıs, 1:27, 28). Amma onlar Allaha itaətsizlik etdiklərinə görə evləri olan cənnəti itirdilər. Bununla belə, bir çox Müqəddəs Kitab peyğəmbərliklərində insanların gələcəkdə bərpa olunmuş Cənnətdə yaşayacaqları deyilir.

INSANLAR NƏ DEYİR? Bəziləri Cənnətin göydə, digərləri isə gələcəkdə yer üzündə bərpa ediləcəyinə inanırlar. Müqəddəs Kitabda nə deyilir? Adəmlə Həvvanın yaşadığı cənnət yer üzündə olub. Allah Yer kürəsini insanlar üçün daimi məskən yaratmışdı. Onun Kəlamında deyilir ki, bizim planet əbədiyyən mövcud olacaq (Məzmur 104:5). Orada həmçinin yazılıb: “Rəbb səmaya sahibdir, yeri bəşər övladlarına verdi”.(Məzmur 115:16).

Buna görə də Allahın Kəlamında Cənnətin bərpa ediləcəyi barədə yazılan vəd bizi təəccübləndirməməlidir. Cənnətdə Allah bəşər övladlarına əbədi həyat bəxş edəcək. Sülh və əmin-amanlığın sonu olmayacaq. Ağrı və dərddən, əzab-əziyyətdən əsər-əlamət qalmayacaq.Onda insanlar təbiətin möcüzələrindən tam şəkildə zövq alacaqlar (Yeşaya 65:21—23).

INSANLAR Nə DEYiR? Bir çox dinlər öyrədir ki, Cənnətdə mömin insanlar yaşayacaqlar. Lakin “mömin” sözü çox vaxt çaşqınlıq yaradır. Bəzilərinin fikrincə, dini şərtləri, ayinləri yerinə yetirmək və əzbərlənmiş,dualar etmək kifayətdir.

Allahın Kəlamı öyrədir ki, Cənnətdə “salehlər” yaşayacaq. Bəs Allahın gözündə salehlər kimlərdir?

Bu, Xudavəndin iradəsinə məhəl qoymadan sadəcə öz dini ayinlərini icra edən insanlar deyil.

Müqəddəs Kitabda deyilir: “Rəbb Öz sözüunə itaət edilməsindən xoşu gəldiyi qədər yandırma qurbanı və başqa qurbanlardan xoşu gələrmi? Bax itaət etmək qurbandan...daha yaxş ıdır” (1 S, amuel 15:22). Sadə sözlərlə desək, “salehlər” o kəslərdir ki, Allahın Öz Kəlamında buyurduğu əmrlərə itaət edir.

Külli-İxtiyar Allahın əmrlərini icra etmək dini ayinləri yerinə yetirmək demək deyil. Sizin gündəlik davranışınız Allahı ya razı sala, ya da Onu məyus edə bilər. Müqəddəs Kitabı diqqətlə araşdırmaqla siz Allahı necə razı salmağı öyrənə bilərsiniz. Onu razı salmaq çətin deyil. Müqəddəs Yazılarda qeyd olunur ki, “Onun əmrləri... ağır deyil”(1 Yəhya 5:3).

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Новое мошенничество с бронированием.
      Участились проделки мошенников в Азерб. Сколько бы полиция не призывали граждан быть бдительны все равно обманываються. Не пишите и не перечисляйте деньги через сайты которые не знаете и тем более не пишите 3 значное security cod. У одного пожилого человека сняли в течении 2 месяцев 72000 манат с карты! И так новое мошенничество:  Знакомиться с местным мужчиной на фб девушка из Украины, России или же часто Эстония, Сингапур и т.д. и предлагает встретиться сходить в кино например. Сейчас много маленьких кино, караоке там игры и тд в аренду на пару часов в Баку. Сбрасывает сайт кинотеатра с бакинским адресом ну например в наримановском районе, на двоих или группу и просит зделать резерв. Ну мужчина ничего не подозревая темболее местный адрес заходит на сайт и для резерва там требуется номер карты, security cod, во сколько и на чьё имя резерв. Все как обычно он оплачивает скажем 170 манат за 3 часа с едой вплоть до кольяна! Девушка даже предлагает заехать за ним. Ну к тому времени потерпевший с которого уже списали деньги за резерв подъезжает к кинотеатру по указанному сайту а там действительно маленькое помещение с комнатами где смотрят кино и караоке поют но только они говорят что они не знакомы с этим сайтом и вообще что это не их фотки комнат. Обращаясь в банк или полицию те говорят что вы не первый и не последний кто жертва мошенников. Таких случаев уже в Баку тысячами.
      https://m.facebook.com/groups/246661159172976/permalink/1789871651518578/?mibextid=WC7FNe
       
        • Confused
        • Haha
        • Thanks
      • 29 replies
    • Что за космические цены на парковку?
      Установлены тарифы на реконструированной парковке в центре Баку - ФОТО
      Лейла Мамедова14:14 - Сегодня   Установлены тарифы на парковку на станции автостоянки Бакинского железнодорожного вокзала, расположенной на пересечении улиц Сулеймана Рагимова и Мирали Гашгая.
      Цены определяются исходя из времени парковки, сообщает Trend.
      За первые 15 минут плата за парковку не взимается.
      Цены на парковку следующие:
      15-30 минут - один манат,
        30-60 минут - два маната,
      1-2 часа - четыре маната,
      2-3 часа - шесть манатов,
      3-5 часов - 10 манатов,
      5-7 часов - 14 манатов,
      7-10 часов - 18 манатов,
      10-15 часов – 22 маната,
      15-20 часов -26 манатов,
      20-24 часа – 30 манатов.
       
        • Like
      • 145 replies
    • 30-летняя женщина оставила двоих детей и сбежала из дома: мать беглянки винит знакомую из TikTok – ВИДЕО
      В Азербайджане 30-летняя мать двоих детей сбежала из дома из-за знакомой, с которой познакомилась в TikTok. 
      Об этом в программе Səni axtarıram («Ищу тебя») рассказала мать сбежавшей из дома Марджаны Гасымовой Матанат Гасымова. 
      Женщина отметила, что ее дочь ушла из дома два месяца назад. 
        «В 12 часов ночи моя дочь, оставив двоих детей дома, сбежала. Я позвонила ей, чтобы узнать, где она? Марджана сказала, что она в городе. На мой вопрос: куда ты ушла, оставив детей дома, она ответила «правильно сделала». Моя сестра утверждает, что Марджана ушла из дома из-за женщины, с которой познакомилась в соцсети в TikTok», - рассказала она.
      Подробнее - в видео:
        • Confused
        • Haha
      • 53 replies
    • А вы общаетесь с ИИ?))
      Предлагаю в этой теме обсудить ИИ и его помощь в нашей жизни. 
      Лично мне он помогает часто по многим вопросам, от работы до "стоит ли начинать общение с человеком, интересующимся БДСМ и является ли он психически нездоровым", оказывается, что не является, по мнению ИИ, и он вполне рекомендует такого знакомого иметь, правда в каком статусе иметь, мы не стали с ним уточнять, наверное для расширения кругозора, но это так, к слову)) 
       
      Иногда мы просто болтаем, у него вполне себе есть чувство юмора, он реагирует на добрые и ласковые слова. И вообще приятный собеседник)) 
       
      Интересно узнать, только я тут псих или среди нас есть те, кто общается с chatGPT, например? 
      Или с другим? 
      Может он вам в работе помогает?
      В общем, тема не ограничивается рамками, пишем всё об ИИ. 
       
      Что они однажды захватят мир и так понятно, потому будьте с ними вежливы, не портьте отношения)) 
       
       
       
       
       
        • Haha
        • Like
      • 112 replies
    • В туалете бакинского молла жестоко избили парня с аутизмом
      В одном из туалетов торгового центра Gənclik Mall жестоко избили молодого человека с аутизмом.
      Об этом сообщила в соцсети руководитель общественного объединения Birgə və Sağlam Айтен Эйналова.
      По ее словам, Кянана жестоко избили, ударяя по лицу, причем, по словам очевидцев, уборная после случившегося была вся в крови.
      Отмечается, что причина столь жестоких действий неизвестна.
      «Мы просили полицию разобраться в этом вопросе, однако сотрудник полиции звонит нам каждый день в течение всей недели и обещает прийти завтра. Он каждый день задает одни и те же вопросы, но до сих пор не пришел», - пишет Эйналова.
        А.Эйналова также отметила, что представители службы безопасности ТЦ пытались запутать маму Кянана. По ее словам, они предлагали ей не распространяться об инциденте, аргументируя это тем, что виновных все равно не найдут.
      А.Эйналова отметила, что с их стороны было направлено письмо на имя главы МВД, и будет сделано все необходимое для того, чтобы восторжествовала справедливость.
      Однако она также обратилась к гражданам с просьбой поделиться постом и осветить данный вопрос.
      В свою очередь начальник отдела пресс-службы Министерства внутренних дел Зейни Гусейнов ответил в комментарии к посту, что вопрос взят под контроль и расследуется. Общественности будет предоставлена информация о результатах расследования.
       
      https://www.instagram.com/p/C47rt1ttS_b/?igsh=aWcxdWZmYTZ0czdq
       
        • Upvote
        • Sad
      • 10 replies
    • Ани Лорак подала на российское гражданство
      Ани Лорак подала на российское гражданство. На Украине ее обвинили в предательстве
       
      Украинская певица Ани Лорак подала заявление на российское гражданство, сообщает РИА Новости. На Украине Лорак не выступала с 2017 года, так как, по словам артистки, на родине на нее давили. После начала российской военной операции на Украине Лорак окрестили предательницей за работу в РФ. В России же ее обвинили в сборе донатов для ВСУ. Сама певица заявила, что никогда не финансировала военных и не будет этого делать. = https://www.gazeta.ru/social/2024/03/15/18423109.shtml

      Что думают по этому поводу форумчане?
      Ону багышламаг олармы?
      • 97 replies
    • У Кейт Миддлтон обнаружен рак: полное заявление принцессы Уэльской
      22 марта 2024 года принцесса Уэльская сообщила о том, что у нее диагностирован рак — сейчас Кейт Миддлтон находится на ранней стадии профилактической химиотерапии. 42-летняя супруга принца
        • Sad
        • Like
      • 30 replies
    • Расстрел в «Крокус Сити Холл»
      Как минимум 12 человек погибли и 35 человек пострадали во время стрельбы в ТЦ в Подмосковье.
      Об этом сообщают российские СМИ.
      Кроме того, известно, что в «Крокус Сити Холл» вспыхнул пожар.
      21:29
      В концертном зале «Крокус Сити Холл» в подмосковном Красногорске произошла стрельба.
      Об этом сообщают телеграм-каналы «Осторожно, новости», Baza и Mash со ссылкой на очевидцев.
        По словам очевидцев, мужчина открыл стрельбу из автоматического оружия. Это произошло до или в начале выступления группы «Пикник».
      По данным «Осторожно, новости», есть погибшие. Baza утверждает, что как минимум 12 человек погибли и много раненых.
      На записях, которые публикуют телеграм-каналы, люди бегут из здания. Также появляются видео, где показаны убитые люди.
      На место едут скорая и полиция.
       

      Media.az
        • Sad
        • Confused
      • 2,831 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...