Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Ən son xəbərlər və müzakirəsi


Recommended Posts

Rəsmi açıqlama: mobil telefonlar xərçəng xəstəliyi yaradır!

01 IYUN 2011 [10:16] - MİLLİ.AZ

Dünyanın müxtəlif ölkələrində alimlərin indiyədək söylədikləri, amma iddia kimi qəbul edilən araşdırmaların nəticələri bu gün sübut olundu.

Milli.Az xəbər portalı "The Daily Mail"ə istinadən bildirir ki, mobil telefonlar insan orqanizmində xərçəng xəstəliyi yarada bilər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müxtəlif ölkələrdən olan ekspertlərdən ibarət qrupu onlarla elmi araşdırma və tədqiqatların nəticələrini təhlil edərək belə nəticəyə gəlib ki, mobil telefonlardan istifadənin beyin xərçəngi yaratma riski həddən ziyadədir.

Fransanın Lion şəhərindəki Beynəlxalq Xərçəng Xəstəliklərinin Tədqiqatı Agentliyi bir həftə davam edən araşdırmalardan sonra bu hesabatı açıqlayıb. Komissiya üzvləri insan orqanizmində xərçəng xəstəliyi ilə mobil telefonlar, mikrodalğalı sobalar və radarların yaydığı elektromaqnit şüalanmanın əlaqəsini araşdırıblar.

Liondakı agentlik ÜST-ə daxil olduğundan, bu qurumun hesabatı bütün dünya ölkələrinin səhiyyə nazirlikləri və təşkilatlarına yayılacaq.

Araşdırmaların nəticələrinə əsasən, komissiya mobil telefonları 2B sinfinə şamil edib. Bu isə mobil telefonlardan istifadənin insan orqanizmində xərçəng yaratması ehtimalının həddən ziyadə olması deməkdir.

2B qrupuna DDT tipli pestisidlər və avtomobil mühərrikinin tüstüsü daxildir.

ÜST-ün indiki hesabatı təşkilatın ötənilki açıqlaması ilə kəskin ziddiyyət təşkil edir. Belə ki, ötənilki açıqlamada Ümumdünya Səhiyyə Təşkilatı mobil telefonlardan istifadə ilə beyin xərçənginin yaranması arasında birbaşa əlaqənin olmadığını bildirmişdi.

Liondakı komissiyanın rəsmisi Conatan Sametin dediyinə görə, onun çalışdığı təşkilatda 15 ölkənin nümayəndəsi var. "Hazırda yetərincə sübut və dəlil toplamışıq. Birmənalı şəkildə bildirirəm ki, naqilsiz və mobil telefonlar insan orqanizmi üçün təhlükəli kanserogenlər siyahısına daxildir. Müxtəlif epidemioloji araşdırmalar sübut edib ki, mobil telefonlar insan orqanizmində gliomalar (beyin şişi) yaradır", - C.Samet deyib.

Mütəxəssislər bununla yanaşı, mobil rabitədən imtinaya çağırmırlar. Sadəcə, mobil telefonlardan ifrat dərəcədə, sürəkli istifadə etmək məsləhət görülmür.

Beynəlxalq Mobil Operatorlar Assosiasiyasının icraçı direktoru Con Kuk isə bəyan edib ki, mobil telefonlardan istifadənin tam təhlükəszliyini təmin etməyə çalışırlar: "Bunun üçün əlimizdən gələni edirik".

Milli.Az

Link to comment
Share on other sites

  • Replies 461
  • Created
  • Last Reply

Top Posters In This Topic

Rəsmi açıqlama: mobil telefonlar xərçəng xəstəliyi yaradır!

01 IYUN 2011 [10:16] - MİLLİ.AZ

Dünyanın müxtəlif ölkələrində alimlərin indiyədək söylədikləri, amma iddia kimi qəbul edilən araşdırmaların nəticələri bu gün sübut olundu.

Milli.Az xəbər portalı "The Daily Mail"ə istinadən bildirir ki, mobil telefonlar insan orqanizmində xərçəng xəstəliyi yarada bilər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müxtəlif ölkələrdən olan ekspertlərdən ibarət qrupu onlarla elmi araşdırma və tədqiqatların nəticələrini təhlil edərək belə nəticəyə gəlib ki, mobil telefonlardan istifadənin beyin xərçəngi yaratma riski həddən ziyadədir.

Fransanın Lion şəhərindəki Beynəlxalq Xərçəng Xəstəliklərinin Tədqiqatı Agentliyi bir həftə davam edən araşdırmalardan sonra bu hesabatı açıqlayıb. Komissiya üzvləri insan orqanizmində xərçəng xəstəliyi ilə mobil telefonlar, mikrodalğalı sobalar və radarların yaydığı elektromaqnit şüalanmanın əlaqəsini araşdırıblar.

Liondakı agentlik ÜST-ə daxil olduğundan, bu qurumun hesabatı bütün dünya ölkələrinin səhiyyə nazirlikləri və təşkilatlarına yayılacaq.

Araşdırmaların nəticələrinə əsasən, komissiya mobil telefonları 2B sinfinə şamil edib. Bu isə mobil telefonlardan istifadənin insan orqanizmində xərçəng yaratması ehtimalının həddən ziyadə olması deməkdir.

2B qrupuna DDT tipli pestisidlər və avtomobil mühərrikinin tüstüsü daxildir.

ÜST-ün indiki hesabatı təşkilatın ötənilki açıqlaması ilə kəskin ziddiyyət təşkil edir. Belə ki, ötənilki açıqlamada Ümumdünya Səhiyyə Təşkilatı mobil telefonlardan istifadə ilə beyin xərçənginin yaranması arasında birbaşa əlaqənin olmadığını bildirmişdi.

Liondakı komissiyanın rəsmisi Conatan Sametin dediyinə görə, onun çalışdığı təşkilatda 15 ölkənin nümayəndəsi var. "Hazırda yetərincə sübut və dəlil toplamışıq. Birmənalı şəkildə bildirirəm ki, naqilsiz və mobil telefonlar insan orqanizmi üçün təhlükəli kanserogenlər siyahısına daxildir. Müxtəlif epidemioloji araşdırmalar sübut edib ki, mobil telefonlar insan orqanizmində gliomalar (beyin şişi) yaradır", - C.Samet deyib.

Mütəxəssislər bununla yanaşı, mobil rabitədən imtinaya çağırmırlar. Sadəcə, mobil telefonlardan ifrat dərəcədə, sürəkli istifadə etmək məsləhət görülmür.

Beynəlxalq Mobil Operatorlar Assosiasiyasının icraçı direktoru Con Kuk isə bəyan edib ki, mobil telefonlardan istifadənin tam təhlükəszliyini təmin etməyə çalışırlar: "Bunun üçün əlimizdən gələni edirik".

Milli.Az

mobil telefonlar yeni çıxanda da deyirdilər. Şüalanmadır da. Normaldır xərçəng xəstəliyi yaratması. Bəlkə də son illər bu xəstəliyin artmasında ən əsas səbəb elə məhz mobil telefonlardır.

Link to comment
Share on other sites

Azərbaycanda çimərlik mövsümü nə vaxt açılır?

02 IYUN 2011 [15:32] - MİLLİ.AZ

Abşeron çimərliklərində dəniz suyunun insan orqanizmi üçün təhlükəli olub-olmadığını müəyyənləşdirmək üçün monitorinq davam edir.

Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, bunu Səhiyyə Nazirliyi yanında Respublika Gigiena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib. O, hələ ki monitorinqin nəticələrinin məlum olmadığını söyləyib. «Məqsəd çimərliklərə çirkli suların axıdıldığı mənbələrin tapılmasıdır. Qaradağ, Suraxanı, Xəzər rayonlarında monitorinq aparılıb. Hazırda Sabunçu rayonu, Novxanı qəsəbəsi və sair yerlərdə dəniz suyunun tərkibi öyrənilir», - deyə Z.Kazımov qeyd edib. O, monitorinqin başa çatacağı və çimərlik mövsümünün açılacağı tarixin dəqiq məlum olmadığını deyib: «Yəqin ki, bu, yaxın zamanlarda olacaq».

Milli.Az

URL: http://www.milli.az/news/society/51217.html

Link to comment
Share on other sites

«Microsoft» Windows 8 əməliyyat sistemini təqdim etdi - VIDEO - FOTO

02 IYUN 2011 [15:20] - MİLLİ.AZ

«Microsoft» korporasiyası yeni əməliyyat sistemini təqdim edib.

Milli.Az xəbər portalının «Reuters»ə istinadən verdiyi məlumata görə, söhbət Windows 8 əməliyyat sistemindən gedir. İnterfeysi təqdim olunan əməliyyat sisteminin yaxın 18 ayda istifadəyə verilməsi gözlənilir.

Təqdimat eyni vaxtda 2 yerdə baş tutub: ABŞ-da və Tayvanda. «Microsoft» yeni sistemin detallarını sentyabrda ABŞ-da keçiriləcək konfransda açıqlamağı düşünür.

Windows 8 masaüstü kompyuter və noutbuklar, həmçinin planşetlər üçün nəzərdə tutulub. Ənənəvi menyuda «Start» düyməsinin olmayacağı məlumdur.

Milli.Az

URL: http://www.milli.az/news/hitech/51211.html

Link to comment
Share on other sites

Leysan olacaq

03 IYUN 2011 [12:02] - MİLLİ.AZ

Sabah Azərbaycanın şimal rayonlarında leysan xarakterli yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, iyunun 4-də respublikanın rayonlarında hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, səhər saatlarında duman olacağı, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı gözlənilir. Qısamüddətli yağış yağacağı, ayrı-ayrı şimal rayonlarında lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 8-12, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə duman olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

Milli.Az

URL: http://www.milli.az/news/society/51328.html

Link to comment
Share on other sites

Belarus yığmasının qapıçısı “Neftçi” klubuna keçə bilər

03 IYUN 2011 [13:15] - MİLLİ.AZ

“Qalatasaray” klubunun əvəzedici qapıçısı Robinson Zapata ilə maraqlandığı söylənilən “Neftçi”nin daha böyük transfer edəcəyi gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, bakılılar Çempionlar Liqasından öncə heyətini Belarus millisinin qapıçısı Sergey Veremko ilə gücləndirə bilər.

“Ağ-qaralar”ın gələcək qapıçısı bu gün qitə çempionatının seçmə mərhələsində Belarus-Fransa matçında ilk dəqiqələrdən meydana çıxmalıdır. Belaruslu həmkarlarımızın fikrincə, millinin almaniyalı çalışdırıcısı Bernd Ştange Yuriy Jevnov (“Zenit”, Rusiya), Anton Amelçenko (“Lokomotiv”, Rusiya) və Veremko rəqabətində sonuncuya üstünlük verəcək.

Bu ilin yanvarında BATE aparıcı futbolçularından olan Veremkonu 300 min avro qarşılığında satmağa razı olub. Amma Ukrayna “Sevastopol”u ilə 2,5 illik müqavilə imzalayan qapıçının bu klubla əməkdaşlığı uzun sürməyəcək.

Belarus millisinin qolkiperi komandanın böyük büdcəyə malik olmasına baxmayaraq, gözlənilmədən Ukrayna Premyer Liqasını tərk edən “Sevastopol”dan ayrılmaq qərarına gəlib. Hazırda millinin düşərgəsində olan Veremko Belarus mətbuatına açıqlamasında aşağı dəstədə oynamaq istəmədiyini bildirib.

Aldığı çoxsaylı təkliflər arasında seçim edəcək Veremkonun potensial müştəriləri arasında Azərbaycan çempionunun da adı var.

Minsk “Dinamo”sunun yetirməsi olan Veremko peşəkar çıxışlarına “Neman” klubunda başlayıb. 2007-ci ildə Belarusun ən yaxşı qapıçısı seçilən Sergey ilk dəfə milli komandaya dəvət alıb və BATE-yə transfer olunub. Karyerasının ən böyük uğurlarına Borisov təmsilçisinin heyətində imza atan Veremko daha üç dəfə ölkəsinin ən yaxşı qapıçısı sayılıb və üç dəfə Belarus çempionu adını qazanıb.

Veremko Çempionlar Liqasının və Avropa Liqasının qrup mərhələsində inamlı çıxışı ilə yadda qalıb. Yeri gəlmişkən, BATE Çempionlar Liqasının qrup mərhələsində səfərdə qazandığı yeganə xala görə məhz ona minnətdar olmalıdır. Veremko Turində “Yuventus”la oyunda Covinkonun penalti zərbəsini qaytarmağa müvəffəq olub.

Milli.Az

URL: http://www.milli.az/news/sport/51349.html

Link to comment
Share on other sites

Röya Ayxan və Sevda Yahyayeva davası yenidən odlandı

03 IYUN 2011 [14:58] - MİLLİ.AZ

Azərbaycanın iki məşhur siması - Röya Ayxan və Sevda Yahyayeva arasındakı münaqişə yenidən alovlandı.

Sabahki solo konsertə hazırlaşan Sevda Yayhayeva göz yaşlarını saxlaya bilmədi. Buna səbəb internet səhifələrində dərc olunan yalnış informasiyadır. Sevda Yahyayeva iddia edir ki, sifarişlə dərc olunan yazıda qeyd olunur ki, onun sabahkı konsertinin biletləri satılmayıb və konsert bu üzdən təxirə düşüb.

Milli.Az xəbər portalına açıqlama verən Sevda təmkin nümayiş etdirib, əsəblərini cilovlasa da, kövrəlib göz yaşlarına hakim ola bilmədi:

“Sabah mənim solo konsertimdir. Bilirəm ki, mətbuatda çıxan yazılar sifarişlə yazılıb. Allah göydən baxır. Niyə kimisə vurmaq bu qədər xoşdur? Niyə axı kiminsə yolunu bağlamağa, qaralamağa çalışrlar”.

Sevda iddia edir ki, yazını sifariş verən onun daha əvvəllər dost olduğu müğənni Röya və prodüser Tolikdir:

“Onlarla çalışan jurnalist yazıb ki, Sevda Yahyayevanın konserti təxirə düşüb. Bilet satılmayıb. Nə bilim daha nələr. Allahla danışsın. Niyə yalandan deyirsiniz? Axı mənim biletlərim satılıb. Qoy onu deyən adamlar gedib konsert olacağı restorana baxsınlar. 600 nəfərlik yerdir. Onun 500 bileti satılıb. Qalanı isə dəvətnamədir.

Hələ konsert sabahdır. Mən ora necə həvəslə hazırlaşıram (göz yaşlarını saxlaya bilmədi). İndi saytlar yazır ki, konsert təxirə düşüb. Niyə belə edirlər axı, niyə? Allahın adına and olsun, biletlər satılıb. Sabah konsertə gəlsinlər. Öz gözləri ilə görsünlər ki, mənim biletlərim satılıb.

Onlar deyirlər ki, bu şou-prorqamdır. Qoy gəlib görsünlər, bu şou-proqramdır, yoxsa mənim konsertim? Mən iki saat səhnədə olacam. Mənim ürəyim kimi istəyirsə, hansı müğənnini məsləhət görürəmsə, onu da cağırıram konsertdə. Restoran şou-proqram etmir. Burada mənim konsertimdir deyə, istədiyim adamlar olacaq.

Yalandan deyirlər ki, araşdırıblar, xəbər restorandan verilib guya. Hardan araşdırıblar bu yalan məlumatı? Mən zəng edib restorandan soruşmuşam ki, bu açıqlamanı kim verib? Hamısı and içir ki, bizə heç kim zəng vurmayıb. Mən bilirəm ki, bu sifarişli işdir. Jurnalist kimlərlə çalışır, onlar ediblər. İnsanın üzünə gülüb, arxasında belə işlər görməsinlər. Mən heç kimə qarşı pis olmamışam. 100 cür söz dedilər. Haqqımda danışdılar. Susdum, heç bir söz demədim. Amma bu qədər də olmaz”.

Qeyd edək ki, may ayının 31-i paytaxt restoranlarının birində Röya ilə Rəhim Rəhimlinin duet konserti baş tutub. Sevdanın Röya ilə aralarının dəyməsinə baxmayaraq, Röya Sevdanı konsertinə dəvət edib. Sevda isə böyük məmmuniyyətlə kosertdə iştirak edib:

“Vallah, mən bilmirəm bu nə deməkdir. Hər kəsə inanıram. Röya da, Rəhim də məni şəxsən konsertə dəvət etdilər. Mən də gedib orada oxudum. Ürəklə işirak etdim. Özümü dartmadım. Düşündüm ki, insanıq da, aramızda hər şey ola bilər. Axı mən hər kəsə hörmətlə yanaşıram”.

Sevda iddia edir ki, onun Röyanın konsertində iştirak etməsi belə oyun imiş:

“Bu jest camaatın gözündən pərdə asmaqdır. Belə edirlər ki, bu cür söhbətlər hər yerə yayılanda desinlər ki, bizlik deyil. Bəyəm mən uşağam? Olan şeyi desələr, adamı yandırmaz. Axı bu boyda yalan olmaz. İnsan Allahla danışar. Olmayan sözü deyəndə, adam yanıb tökülür. Axı mən o cür hazırlıq görürəm. Niyə belə edirlər axı. O 500 nəfər mənə görə gəlir. Axı anonslarda Sevda Yahyayevanın reklamı gedir, şou-proqramın yox”.

Sevda yenidən kövrələrək bu işi görənlərə üz tutdu: “Axı siz də mənim kimi başlamısız. İndi niyə məni vurursunuz? Mən dəqiq bilirəm ki, bu, onların işidir. Sən vumadın, mən yıxılmadım. Bəs kim etdi? Jurnalist kimlə işləyir? Röya və Toliklə. Mənlə işləmir ki. Niyə belə edirsiniz axı. Mən heç kimə pislik etməmişəm”.

Sonda Sevda bir daha vurğuladı kı, konsert sabah saat 20:00-da Bakının restoranlarından birində baş tutacaq.

Mələk

Milli.Az

URL: http://www.milli.az/news/showbiz/51376.html

Link to comment
Share on other sites

«Fukusima» yaxınlığında qeyri-adi dovşan doğulub - VİDEO

03 IYUN 2011 [14:46] - MİLLİ.AZ

Yaponiyada martda baş vermiş güclü zələzələ nəticəsində qəzaya uğramış «Fukusima-1» atom elektrik stansiyasından sızmalar, deyəsən dəhşətli nəticələrini verməkdədir.

Milli.Az xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, stansiyanın 30 kilometrliyində doğulmuş dovşan balasının qulaqları yoxdur. Mütəxəssislər bunun radiasiyanın nəticəsi ola biləcəyini düşünür.

Fakt yaxınlıqda yaşayan insanlarda ciddi narahatlığa səbəb olub. «İnsanlar qorxu içərisindədir. Onlar övladlarının qüsurlu doğula biləcəyindən təşvişə düşüb», - deyə məlumatda bildirilir.

Milli.Az

URL: http://www.milli.az/news/interest/51373.html

Link to comment
Share on other sites

Qazaxıstan-Azərbaycan qarşılaşması bitdi - TURNİR CƏDVƏLİ - YENİLƏNİB

03 IYUN 2011 [19:53] - MİLLİ.AZ

19:53

Futbol üzrə Azərbaycan millisi Astanada "Euro-2012"-nin seçmə mərhələsi çərçivəsində Qazaxıstan yığması ilə qarşılaşdı. Oyun 2:1 hesabı ilə Qazaxıstan yığmasının qələbəsi ilə nəticələndi.

1 ALMANİYA 5 5 0 0 17-1 15

2 BELÇİKA 6 3 1 2 14-9 10

3 TÜRKİYƏ 5 3 0 2 8-6 9

4 AVSTRİYA 5 2 1 2 9-8 7

5 QAZAXISTAN 6 1 0 5 2-15 3

6 AZƏRBAYCAN 5 1 0 4 4-15 3

----------

19:27

68-ci dəqiqədə qazax oyunçu Sergey Qridin dubl etdi. Qazaxıstan-Azərbaycan 2:1.

--------

19:22

63-cü dəqiqədə Vüqar Nadirov hesabı bərabərləşdirdi. Qazaxıstan-Azərbaycan 1:1.

---------

19:16

Qazaxıstan-Azərbaycan qarşılaşmasında hesab açıldı. Hesabı 56-cı dəqiqədə Qazaxıstan oyunçusu Qridin açdı. Qazaxıstan-Azərbaycan 1:0.

--------

19:05

Qazaxıstan-Azərbaycan qarşılaşmasında 2-ci hissə başladı.

-----------

18:52

Qazaxıstan-Azərbaycan qarşılaşmasında 1-ci hissə başa çatıb. Hesab açılmayıb - 0:0.

----------

18:02

Futbol üzrə Azərbaycan millisi Astanada "Euro-2012"-nin seçmə mərhələsi çərçivəsində Qazaxıstan yığması ilə qarşılaşır. Milli.Az xəbər portalının məlumatına görə, komandalar meydana bu heyətlərlə çıxıblar:

Qazaxıstan millisi: Roman Sidorenko, Muxtar Muxtarov, Samat Smakov, Yuri Loqvinenko, Kazbek Geteriyev, Kayrat Nurdauletov (k), Ulan Konısbayev, Haynrix Şmidtqal, Marat Xayrullin, Sergey Qridin, Sergey Ostapenko.

Azərbaycan millisi: Kamran Ağayev, Rail Məlikov, Rəşad Sadıqov (k), Vladimir Levin, Maksim Medvedev, Ruslan Abışov, Rəşad Sadiqov, Əfran İsmayılov, Cavid Hüseynov, Vaqif Cavadov, Rauf Əliyev.

1 ALMANİYA 5 5 0 0 17-1 15

2 BELÇİKA 6 3 1 2 14-9 10

3 TÜRKİYƏ 5 3 0 2 8-6 9

4 AVSTRİYA 5 2 1 2 9-8 7

5 AZƏRBAYCAN 4 1 0 3 3-13 3

6 QAZAXISTAN 5 0 0 5 0-14 0

Milli.Az

URL: http://www.milli.az/news/sport/51412.html

Link to comment
Share on other sites

«Eurovison-2011»in qalibi Eldarın ad günüdür

04 IYUN 2011 [12:46] - MİLLİ.AZ

«Eurovision-2011» mahnı müsabiqəsində Azərbaycana qələbə qazandırmış duetin üzvü Eldar Qasımov bu gün ad gününü qeyd edir.

Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, Eldar 1989-cu il iyunun 4-də doğulub.

Xatırladaq ki, Eldar bu il Almaniyanın Düsseldorf şəhərində keçirilmiş «Eurovision-2011» müsabiqəsində Nigar Camal ilə birlikdə «Running Scared» mahnısını ifa edib və bu mahnı Azərbaycana qələbə gətirib.

Milli.Az

URL: http://www.milli.az/news/showbiz/51536.html

Link to comment
Share on other sites

Bakıda FİFA və UEFA prezidentlərinin iştirakı ilə yeni stadionun açılışı olub

06 IYUN 2011 [11:00] - MİLLİ.AZ

Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə AFFA tərəfindən Mərdəkanda inşa olunmuş Futbol Mərkəzində “Dalğa Arena”nın və yardımçı meydançanın açılışı olub. Trend-in məlumatına görə, açılış lentini FİFA, UEFA və AFFA prezidentləri Yozef Blatter, Mişel Platini və Rövnəq Abdullayev kəsiblər.

İştirakçılar sonra əsas və yardımçı stadionlarda yaradılan şəraitlə tanış olublar.

Yozef Blatter bildirib ki, 17 yaşlı qadınlar arasında futbol üzrə dünya çempionatını izləmək üçün gələn il yenidən Azərbaycana gələcək.

“Dalğa Arena” stadionunun tikintisinə 2010-cu il aprelin 24-də başlanılıb. Stadionun tutumu 6500 yerdir.

Milli.Az

URL: http://www.milli.az/news/sport/51673.html

Link to comment
Share on other sites

Bakıda kondisioner neçəyədir? - SİYAHI

09 IYUN 2011 [10:29] - MİLLİ.AZ

Yayın gəlişilə mağazalarda kondisionerlərə tələbat artıb.

Milli.Az xəbər portalı Day.Az saytına istinadən Bakının mağazalarında satılan müxtəlif kondisionerlərin qiymətlərini təqdim edir. Qiymətlər kondisionerin markası, gücü, funksiyalarından asılı olaraq dəyişir.

Milli.Az

Kondisionerin adı

Soyuda bildiyi ərazi

(kv.m)

Qiyməti

(AZN)

1

Elite

20-25

397

2

Elite

30-35

417

3

Elite

40-45

480

4

Elite

60-70

572

5

Elite

80-90

716

6

Elite

100-120

965

7

Samsung

20-25

489

8

Samsung

30-35

530-700

9

Samsung

40-45

700-900

10

Samsung

60-70

900-1000

11

Samsung

80

1278

12

LG

30-35

474

13

LG

40-45

556

14

LG

60-70

752

15

LG

80-90

799

16

LG

100-120

1357

17

Mitsubishi

25

695

18

Mitsubishi

30

1042

19

Mitsubishi

50

1142

20

Mitsubishi

60

1185

21

Mitsubishi

80

1466

22

Mitsubishi

140

3165

23

Panasonic

30

448-1029

24

Panasonic

35

527-1209

25

Panasonic

60

646-1728

26

Panasonic

90

778-2400

URL: http://www.milli.az/news/economy/52181.html

Link to comment
Share on other sites

Azərbaycanlı məşhurlar bu yay harada istirahət edəcəklər? - SORĞU

09 IYUN 2011 [09:30] - MİLLİ.AZ

Yerli ulduzlarımız ilin demək olar ki, 12 ayını digər ölkələri səhayət edirlər.

Kimisi yaradıcılığı ilə bağlı qastrol səfərlərinə çıxır, kimisi isə şəxsi iş dalınca gedir. Bəs görəsən isti yay günlərində onlar istirahət üçün hara üz tuturlar?

Milli.Az xəbər portalı bu sualla bəzi tanınmışlara müraciət etdi.

Xalq artisti Nazpəri Dostəliyeva: "Təbii ki, il boyu gərgin iş prosesindən sonra gərək yaxşıca istirahət edəsən. Amma neyləmək olar ki, yay aylarında da, necə deyərlər, “işimiz başımızdan aşır”. Hələ qarşıdakı 2 ay ərzində görüləsi o qədər işim var ki. Məhz bu üzdən vaxt tapan kimi əzizlərimizlə sadəcə, bağ evimizə yollana bilirəm. Bu il heç bir yerə gedə bilməyəcəm".

Xalq artisti Faiq Ağayev: "Hələlik, bu haqda dəqiq məlumat verə bilmərəm. Çünki mən adətən, istirahətə 1 həftə qalmış məkan barədə fikirləşirəm. Çox vaxt uzaq ölkələrə səyahət etməyi xoşlayıram. Neçə ildir arzusundayam ki, Dominikan Respublikasına gedim. Hər zaman olduğu kimi sakit istirahəti sevirəm. Çox vaxt tək istirahət etməyi xoşlayıram. İstirahətdə təxminən 7 gün və ya 14 gün qala bilirəm".

Xalq artisti Yaşar Nuri: "Yay ərzində heç yerə getmək fikrində deyiləm. İstirahətimi Bakıda keçirəcəyəm. Bir də ki, mən müalicə üçün yenidən Türkiyəyə getmək fikrindəyəm".

Müğənni Sevda Yahyayeva: "Əslində çox istərdim ki, digər ölkəyə gedib yaxşıca istirahət edim. Amma işlərim çoxdur. Ola bilsin, avqust ayında 10 günlük istirahətə getdim. Dünyanın istəlin yeri ola bilər. Dəqiq bir məkan seçməmişəm. Onu bilirəm ki, bu istirahət ancaq avqust ayında baş tuta bilər".

Müğənni Nura Suri: "Bu yay da hər il olduğu kimi, ailəlikcə Türkiyəyə səfər etmək istəyirdik. Amma planlarım dəyişdi. Çünki evimi yenidən təmir etdirirəm. Çox istəyirdim bütün ailəmi başıma toplayıb, 1 həftəlik Türkiyəyə gedəm. Amma evimə görə alınmadı. Elə bu səbəbdən də istirahətimizi bağ evimizdə edəcəyik. Yenə də ailəmlə, əzizlərimlə birgə olacağam".

Müğənni Xuraman Şuşalı: "Əgər həkimlər icazə versə, planlarımız çox böyükdü. Ancaq uşağımız hələ körpədir. Həkimər məsləhət bilsə, getmək istədiyim bir neçə yer var - Türkiyə, Dubay. Oraları həm gəzmək istəyirəm, həm də alış-veriş etmək fikrim var. Ailəmlə birgə getməyi planlaşdırıram. Bildiyiniz kimi, mənim yoldaşım rejissordur. Digər ölkələrə getsəm, orada mənə klip çəkəcək. İstəyirəm fərqlilik olsun. Amma bununla yanaşı, mamamı Yessentukiyə aparmaq istəyirəm. Müalicə almasına ehiyacı var. Bir sözlə, planlarım çox böyükdür".

Müğənni Elnur Məmmədov: "Ailə həyatı qurandan sonra əgər vaxtımız olsa, o zaman Avropa ölkələrinə bal ayına gedəcəyik. Amma düşünmürəm ki, vaxtım olsun. Təsəvvür edin ki, toyun səhəri günü məni dövlət tədbirinə çağırıblar".

Birgə istirahət edən məşhurlar

Müğənnilər Rəhim Rəhimli və Röya Ayxan

Rəhim Rəhimli: "Hər zaman olduğu kimi, mən bu yay da sevdiyim Türkiyədə istirahət edəcəm. Amma bu il bir az fərqli olacaq. Çünki bu yay mənim və həmkarım Röyanın ailəsi ilə birgə Türkiyənin Quş Adasına istirahətə gedəcəyik. Bir həftə istirahət etməyi düşünürük".

Prodüser Tarix Əliyev (Tolik) və stilist Anar Ağakişiyev

Tolik: "Bu il stilist Anarla qeyri-adi istirahət etməyi düşünürük. Belə ki, gəmi ilə 14 günlük kruizə çıxmağı planlaşdırırıq. Bu kruizə viza almamaq üçün ya İstanbuldan ya da İtaliyadan gedilir. Bu səfəri ilk dəfə olaraq, iyul ayında həyata keçirməyi planlaşdırırıq. Həmin kruiz gəzintisində çox zaman 1000-1500 nəfər insan olur. Çox istəyirik ki, alınsın. Amma "Titanik" gəmisi kimi batmasaq, yaxşı olar".

Mələk

Milli.Az

URL: http://www.milli.az/news/showbiz/52048.html

Link to comment
Share on other sites

Eldar və Nigar “Bəyaz Şou”nun qonağı olacaq

10 IYUN 2011 [10:25] - MİLLİ.AZ

Azərbaycanı “Eurovsion-2011” mahnı müsabiqəsində təmsil edən və bu yarışın qalibi olan Eldar Qasımov və Nigar Camal dueti Türkiyənin ən məşhur tok-şoularından biri olan “Beyaz Şou”nun qonağı olacaq. Qeyd edək ki, müsabiqənin finalında Azərbaycanın qələbəsi elan edildiyi vaxt Nigar Camal səhnəyə Türkiyənin bayrağı ilə çıxaraq bu ölkə vətəndaşlarının rəğbətini qazanıb.

“Bəyaz Şou” bu gecə yerli vaxtla saat 23.00-da (Bakı vaxtıyla saat 01.00) Türkiyənin "Kanal D" televiziyasında nümayiş olunacaq.

URL: http://www.milli.az/news/showbiz/52379.html

Link to comment
Share on other sites

Video - 10 Hazıran 2011

http://www.nethaber.com/video/6177/eurovision-birincisi-azeri-grup-turkiyede.html

Eurovision birincisi Azeri grup Türkiye'de

Birinci olduktan sonra sahneye Türk Bayrağı ile çıkan ve Türk dünyasında büyük sempati kazanan Azeri şarkıcılar Eldar ile Nigar, bir dizi etkinliğe katılmak için bugün Bakü'den İstanbul'a geldi.

Eurovision'da birinci olduktan sonra sahneye ellerinde Türk Bayrağı ile çıkan Azeri şarkıcılar Eldar ve Nigar, bu hareketleri ile Türkiye'nin gönlünde taht kurdu. Bugün bir dizi etkinliğie katılmak için Bakü'den İstanbul'a gelen Eldar ve Nigar, Atatürk Havalimanı'nda çiçeklerle karşılandı. Eldar ve Nigar, "Kazandıktan sonra Türk Bayrağı ile podyuma çıkmanız daha önceden mi planlanmıştı, yoksa o anda doğaçlama mı oldu?" şeklindeki soruya, "Türkiye'nin finallerde yer almamasına çok üzülmüştük. O nedenle yarışmada bütün Türk dünyasını temsil ettiğimizi düşünerek Türk ve Azerbaycan bayraklarıyla sahneye çıktık. Sayın Başbakan Tayyip Erdoğan da beni telefonla aradı ve 'Teşekkürler' dedi. Çok mutlu oldum" diyerek cevap verdi.

Almanya'nın Düsseldorf kentinde düzenlenen 56. Eurovision Şarkı Yarışması'nda birinci olan Azerbaycanlı Eldar ve Nigar , Atatürk Havalimanı'nda gazetecilere yaptıkları açıklamada, ilk kez Türkiye'ye geldiklerini belirterek, İstanbul'da kalacakları 6 günlük süre içinde çeşitli televizyon programları ve etkinliklere katılacaklarını kaydetti. Nigar, Türkiye'deki sanatçılar arasında Tarkan ve Rafet El Roman'ı beğendiğini belirtirken, Eldar da Sezen aksu hayranı olduğunu söyledi. Azeri sanatçılar daha sonra ellerinde Türk ve Azeri bayraklarıyla gazetecilere poz verdi. İkili, Düsseldorf'da Eurovision Arena'da yapılan yarışmada, "Running Scared" isimli şarkıyla toplam 221 puan alarak birinciliği elde elde etmişti.

Link to comment
Share on other sites

Eldar və Nigar Türkiyə televiziyasına tərcüməçi ilə çıxdılar - VİDEO

11 IYUN 2011 [09:46] - MİLLİ.AZ

“Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal Türkiyənin “Kanal D” telekanalında “Bəyaz şou” proqramının qonağı olub. Türkiyə televiziya məkanının ən nüfuzlu tok-şoularından olan və Bəyazid Öztürkün apardığı proqramda iştirak edən tamaşaçılar Eldar və Nigarı Azərbaycan bayraqları ilə qarşılayıblar. Demək olar ki, iştirakçıların əksəriyyətinin əlində Azərbaycan bayraqları olub. Bundan başqa, zalda böyük Azərbaycan bayrağı da görünüb.

Amma nə qədər qəribə olsa da, Bəyazid Öztürk proqrama Eldar və Nigar üçün tərcüməçi də dəvət edib. “Eurovision-2011”-in qaliblərinə tərcüməçiliyi Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva edib. Aparıcının özü Eldar və Nigarla anlaşmaqda çətinlik çəkmədiklərini desə də, verilişə onunla eyni dildə danışan qonaqlar üçün niyə tərcüməçi dəvət etdiyinə izah verməyib. Tərcüməçi xidmətindən istifadə əslində proqramın gedişində iştirakçıların bir-birini başa düşməsində çətinlik yaradıb. Vəziyyət o yerə çatıb ki, proqramda iştirak edən Türkiyənin tanınmış jurnalisti və teleaparıcısı Halit Kıvanc “Tərcüməçi azərbaycancadan azərbaycancaya tərcümə etdiyi üçün mübahisə yaranır” deyə müdaxilə edib.

Eldar Qasımov isə Bəyazid Öztürkə Azərbaycan türkcəsini öyrənməyi təklif edib. Aparıcı Azərbaycana gəlməyi çox istədiyini bildirib: “Mən hamıya deyirəm ki, Azərbaycan musiqisi dünyanın ən gözəl musiqilərindən biridir. Əlinizdə albom yoxdursa, internetə girin və Azərbaycan musiqisinə baxın. Məsələn, “Küçələrə su səpmişəm”. Məni valeh etdi. Məncə, Azərbaycan musiqisi “Eurovision”la birlikdə layiq olduğu yeri tapdı. Çünki özünü tanıtmaqda çox gecikib. Azərbaycan musiqisi çox müdhişdir”.

Verilişdə iştirak edən Alişan isə Azərbaycan tamaşaçıları barədə danışıb. Onun sözlərinə görə, türkiyəli müğənnilər Azərbaycana konsert verməyə gələndə ehtiyatlanırlar. Alişan bildirib ki, Azərbaycanda tamaşaçılar musiqini seçməyi bacarırlar və pis musiqini heç vaxt alqışlamırlar. O, yeni albomunda Azərbaycan mahnısına da yer verdiyini deyib. Amma mahnının adını açıqlamayıb.

Eldar və Nigar proqramda “Eurovision-2011” mahnı müsabiqəsində qalib gəldikləri “Running Scared” mahnısını ifa ediblər.

Proqramda tamaşaçılara "Eurovision-2011"-in qaliblərinin mahnısı olduğu disklər paylanıb. Bilirilib ki, bu gün Türkiyə vaxtı ilə saat 14.00-da (Bakı vaxtı ilə saat 16.00) azərbaycanlı müğənnilər İstanbulda pərəstişkarları üçün disklərini imzalayacaqlar.

ANS PRESS

URL: http://www.milli.az/news/showbiz/52553.html

Link to comment
Share on other sites

Eurovısıon Birincileri Beyoğlu'nda.

Almanya'nın Düsseldorf kentinde düzenlenen 56. Eurovision Şarkı Yarışması'nda birinci olan Azerbaycanlı Eldar ve Nigar ikilisi, yeni çıkan singel'ları 'Runnıng Scared" in tanıtımı için Türkiye'ye geldi.

Almanya'nın Düsseldorf kentinde düzenlenen 56. Eurovision Şarkı Yarışması'nda birinci olan Azerbaycanlı Eldar ve Nigar ikilisi, yeni çıkan singel'ları 'Runnıng Scared" in tanıtımı için Türkiye'ye geldi. Bir müzik marketinin Beyoğlu şubesinde gerçekleştirilen tanıtım yoğun ilgi gördü.

Ümit TÜRK İstanbul / DHA

Video http://www0.sondakika.com/haber-eurovision-birincileri-beyoglu-nda-2790620/

Eurovısıon birincisi Azerbaycan’lı Şarkıcılar ELDAR& NIGAR , bu hafta yay

ınlanan singel’ları “RUNNING SCARED”in tanıtımı için Türkiye’ye geliyor ve D&R’a konuk oluyor…

Sadece D&R Mağazalarında satışa sunulan single için 11 Haziran C.tesi günü saat 14:00’da D&R Beyoğlu’nda imza günü düzenleniyor…

Yeni Dünya Müzik tarafından yayınlanan , ELDAR & NIGAR’ın Eurovision’u kazandıkları “RUNNING SCARED” şarkısının akustik versiyonu ve

dans remixleri dahil, 8 versiyonunun bulunduğu Single sadece D&R mağazalarında satışa sunuldu.

D&R etkinlikleri bu hafta Ayşe Özyılmazel, Gökhan Tepe ve Ceyhun Yılmaz ile devam ediyor….

Link to comment
Share on other sites

Bu gün Moskvada Qarabağ müzakirə ediləcək

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək

Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutacaq. Elmar Məmmədyarov və Edvard Nalbandyan rusiyalı həmkarları Serqey Lavrovun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər.

Qeyd edək ki, bu görüş iyunun 24-də Kazanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərin görüşünə hazırlıq məqsədi daşıyır.

Xatırladaq ki, ötən həftə ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri Bakı və İrəvanda danışıqlar aparıblar

Link to comment
Share on other sites

Əməkdar jurnalist Aqşin Kazımzadə dəfn olundu

74 yaşında ürək xəstəliyindən vəfat edən əməkdar jurnalist bu gün Yasamal qəbirstanlığında torpağa tapşırıldı

74 yaşında ürək xəstəliyindən vəfat edən əməkdar jurnalist Aqşın Kazımzadə bu gün Yasamal qəbirstanlığında torpağa tapşırıldı.

ANS PRESS-in məlumatına görə, Aqşin Kazımzadə Azərbaycanın sayılıb-seçilən jurnalistlərindən olub. O, 1956-cı ildə Azərbaycan Sənaye İnstitutunda təhsil alarkən jurnalistikaya ilk qədəmlərini “Molodyoj Azerbaydjana” qəzetində qoyub. “Sovetski sport”un Azərbaycan üzrə yeganə azərbaycanlı bölgə müxbiri işləyib. Aqşin Kazımzadə “Bakinski raboçi”, “Vışka” və Bakıda nəşr olunan digər rusdilli qəzetlərdə müxtəlif vəzifələrdə çalışıb. 2001-ci ildən “Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri işləyirdi. “Əməkdar jurnalist” adına, “Qızıl qələm” mükafatına və çoxsaylı fəxri fərmanlara layiq görülüb.

Link to comment
Share on other sites

Eldar və Nigar Türkiyə televiziyasına tərcüməçi ilə çıxdılar - VİDEO

11 IYUN 2011 [09:46] - MİLLİ.AZ

“Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal Türkiyənin “Kanal D” telekanalında “Bəyaz şou” proqramının qonağı olub. Türkiyə televiziya məkanının ən nüfuzlu tok-şoularından olan və Bəyazid Öztürkün apardığı proqramda iştirak edən tamaşaçılar Eldar və Nigarı Azərbaycan bayraqları ilə qarşılayıblar. Demək olar ki, iştirakçıların əksəriyyətinin əlində Azərbaycan bayraqları olub. Bundan başqa, zalda böyük Azərbaycan bayrağı da görünüb.

Amma nə qədər qəribə olsa da, Bəyazid Öztürk proqrama Eldar və Nigar üçün tərcüməçi də dəvət edib. “Eurovision-2011”-in qaliblərinə tərcüməçiliyi Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva edib. Aparıcının özü Eldar və Nigarla anlaşmaqda çətinlik çəkmədiklərini desə də, verilişə onunla eyni dildə danışan qonaqlar üçün niyə tərcüməçi dəvət etdiyinə izah verməyib. Tərcüməçi xidmətindən istifadə əslində proqramın gedişində iştirakçıların bir-birini başa düşməsində çətinlik yaradıb. Vəziyyət o yerə çatıb ki, proqramda iştirak edən Türkiyənin tanınmış jurnalisti və teleaparıcısı Halit Kıvanc “Tərcüməçi azərbaycancadan azərbaycancaya tərcümə etdiyi üçün mübahisə yaranır” deyə müdaxilə edib.

Eldar Qasımov isə Bəyazid Öztürkə Azərbaycan türkcəsini öyrənməyi təklif edib. Aparıcı Azərbaycana gəlməyi çox istədiyini bildirib: “Mən hamıya deyirəm ki, Azərbaycan musiqisi dünyanın ən gözəl musiqilərindən biridir. Əlinizdə albom yoxdursa, internetə girin və Azərbaycan musiqisinə baxın. Məsələn, “Küçələrə su səpmişəm”. Məni valeh etdi. Məncə, Azərbaycan musiqisi “Eurovision”la birlikdə layiq olduğu yeri tapdı. Çünki özünü tanıtmaqda çox gecikib. Azərbaycan musiqisi çox müdhişdir”.

Verilişdə iştirak edən Alişan isə Azərbaycan tamaşaçıları barədə danışıb. Onun sözlərinə görə, türkiyəli müğənnilər Azərbaycana konsert verməyə gələndə ehtiyatlanırlar. Alişan bildirib ki, Azərbaycanda tamaşaçılar musiqini seçməyi bacarırlar və pis musiqini heç vaxt alqışlamırlar. O, yeni albomunda Azərbaycan mahnısına da yer verdiyini deyib. Amma mahnının adını açıqlamayıb.

Eldar və Nigar proqramda “Eurovision-2011” mahnı müsabiqəsində qalib gəldikləri “Running Scared” mahnısını ifa ediblər.

Proqramda tamaşaçılara "Eurovision-2011"-in qaliblərinin mahnısı olduğu disklər paylanıb. Bilirilib ki, bu gün Türkiyə vaxtı ilə saat 14.00-da (Bakı vaxtı ilə saat 16.00) azərbaycanlı müğənnilər İstanbulda pərəstişkarları üçün disklərini imzalayacaqlar.

ANS PRESS

URL: http://www.milli.az/news/showbiz/52553.html

http://www.youtube.com/watch?v=yp6qZaJjZYk&feature=player_detailpage

Link to comment
Share on other sites

Çılpaq sərnişin təyyarəni uçmağa qoymayıb

Madridən Frankfurta uçan təyyarə yenidən əksə istiqamətə qayıtmalı olub

İspaniya səmasında qeyri-adi hadisə baş verib. Madriddən Frankfurta uçan təyyarə göyərtədəki sərnişinin qeyri-adekvat hərəkətlərinə görə təyin olunan ünvana uça bilməyib.

"A319-100”ün göyərtəsindəki 110 sərnişindən biri qəfil aqressivləşməyə başlayıb. Adı açıqlanmayan 27 yaşlı gənc üzərində olan bütün paltarlarını soyunub, onu sakitləşdirməyə çalışan stüardessalara isə hücum edib.

Vəziyyəti belə görən layner heyəti yenidən Madridə qayıtmalı olub. 40 dəqiqəyə paytaxta çatan təyyarədəki striptiz göstərən dələduz gənci polislər qarşılayıb. İlkin yoxlamadan sonra onun Almaniya vətəndaşı olduğu məlum olub, naməlum dələduz sonra sərbəst buraxılıb. Lakin gənc almaniyalının bu cür hərəkətlərinin səbəbi naməlum olaraq qalıb.

Link to comment
Share on other sites

Bakıda «uçan boşqab» görünüb? - VİDEO

13 IYUN 2011 [10:03] - MİLLİ.AZ

Şənbə günü saat təxminən 23:45 radələrində Moskva prospekti (keçmiş Tbilisi prospekti) ərazisində bir-birindən eyni məsafədə uçan 6-8 naməlum obyekt görünüb.

Milli.Az xəbər portalının məlumatına görə, bunu Day.Az saytına oxuculardan biri yazıb. Onun dediyinə görə, naməlum uçan obyektlər qeyri-adi görüntüyə və tünd sarı rəngə malik imişlər. Onlar prospektlə hərəkət edən avtomobillərin sürücülərinin də diqqətini çəkib. Bəzi sürücülər maşını saxlayaraq bu naməlum obyektləri müşahidə etməyə başlayıb. Prospekt üzərində 3-5 dəqiqə uçan obyektlər qəflətən yox olub.

Day.Az saytının daha bir oxucusu eyni vaxtda evinin pəncərəsindən dəniz üzərində naməlus uçan obyektlər gördüyünü yazıb.

Milli.Az

URL: http://www.milli.az/news/video/52745.html

Link to comment
Share on other sites

Mübariz Qurbanlı: "Türkiyədəki seçkilərin nəticələri gözlənilən idi"

"AKP hakimiyyətdə olduğu dövrdə Türkiyə dünya iqtisadiyyatında aparıcı ölkələrin sırasına çıxıb"

14594.jpg

Türkiyədə keçirilən parlament seçkilərinin nəticələri gözlənilən idi. Bütün proqnozlar Türkiyədə Ədalət və İnkişaf Partiyasının (AKP) seçkilərdə üstünlük əldə edəcəyini söyləməyə əsas verirdi. Türkiyə cəmiyyətində bu seçim bu ölkənin irəliyə atılan addımlarından biri kimi dəyərləndirilməlidir". Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına açıqlamasında haim partiyanın İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, AKP siyasi hakimiyyətdə olduğu dövrdə Türkiyə cəmiyyətində çox böyük nüfuz qazanıb. Türkiyə cəmiyyətinin açıq və demokratik cəmiyyət olduğunu deyən M.Qurbanlının sözlərinə görə, bu cəmiyyətdə siyasi plüralizm və demokratik dəyərlər inkişaf edib. Türkiyədə AKP-nin seçkilərdə qazandığı qələbənin kökündə isə bu partiya və onun lideri Rəcəb Tayyib Ərdoğanın Türkiyə cəmiyyətində geniş dəstəyə malik olması dayanır.

"AKP hakimiyyətdə olduğu dövrdə Türkiyə dünya iqtisadiyyatında aparıcı ölkələrin sırasına çıxıb. Bu ölkə hazırda iqtisadi göstəricilərinə görə dünyanın nəhəng 20 dövləti sırasında 16-17-ci yerləri bölüşməkdədir. AKP-nin 2023-cü ilə hədəflənən proqramı var. Həmin proqramda göstərilir ki, 2023-cü ilə qədər Türkiyə iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələr içərisində 10-cu yerə çıxmalıdır. Eyni zamanda, adambaşına ümumi daxili məhsulun payı 25 min dollar müəyyən edilib. Hazırda bu göstərici 10 min dollar civarındadır. Bu göstərici də kifayət qədər normaldır. Çünki 10 il əvvəl bu rəqəm xeyli aşağı səviyyədə idi. AKP-nin hakimiyyəti dövründə ciddi infrastruktur layihələri həyata keçirilib. Bu illərdə Türkiyənin xarici siyasəti əhəmiyyətli dərəcədə uğurlar qazanıb. Bütün bunlarda iqtisadi güc amili vacib rol oynayır. Hazırda ÜDM-nin artım sürətinə görə Türkiyə Rusiyadan öndə getməkdədir. Yəni qardaş dövlətimiz sürətli inkişaf dövrünə qədəm qoyub. Bütün bunlar da Türkiyənin beynəlxalq aləmdə rolunu və gücünü artırıb. Seçkilərdə 2 seçicidən birinin AKP-yə səs verməsi təsadüfi deyil. Bütün bunlar qeyd etdiyim ümumi siyasətin tərkib hissəsidir. Türkiyənin müxalifət partiyaları da kifayət qədər güclüdür və parlamentdə xeyli sayda təmsil olunurlar. Söhbət ondan gedir ki, Türkiyədə həm sosial, həm də siyasi sahədə bir tarazlıq müşahidə olunmaqdadır. Bu seçkilərdən sonra Türkiyə siyasi islahatlara qədəm qoyacaq. Həmin islahatlar da Türkiyə cəmiyyətinin maraqlarını ifadə edəcək»- deyə YAP İcra katibinin müavini vurğulayıb.

M.Qurbanlının sözlərinə görə, AKP-nin hakimiyyətdə olduğu dövrdə kürd probleminin həllində də irəliləyiş əldə olunub. Bu gün AKP sıralarında kürd kökənli namizədlərin olması və parlamentdə təmsilçilik hüququ qazanması onu göstərir ki, kürdlər də AKP ilə əməkdaşlığa tərəfdardırlar. O qeyd edib ki, seçkilərdə 74 qadının millət vəkili statusu qazanması da müsəlman ölkəsi kimi Türkiyə üçün vacib hadisədir.

"Hesab edirik ki, bu seçkilər Türkiyə cəmiyyətinin maraqlarına uyğundur. Biz Yeni Azərbaycan Partiyası olaraq AKP ilə sıx əməkdaşlıq edirik və bu partiyanın qələbəsindən məmnunuq. AKP-nin qələbəsi Türkiyənin xarici siyasətində varislik prinsipinin qorunub saxlanılmasına gətirib çıxaracaq. Türkiyə hər zaman, o cümlədən AKP hökuməti də Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləyib. İnanırıq ki, bundan sonra da belə olacaq", - deyə M.Qurbanlı vurğulayıb.

Link to comment
Share on other sites

3 azərbaycanlı Türkiyə parlamentinin deputatı seçilib

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat verib

Türkiyə vətəndaşı olan etnik azərbaycanlılar - Sinan Oğan, Əli Özgündüz və Hacı Bayram Türkoğlu iyunun 12-də bu ölkədə keçirilən parlament seçkilərinin nəticələrinə görə deputat mandatı qazanıblar. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat verib.

S.Oğan Azərbaycan diasporunun görkəmli nümayəndəsidir. 1993-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dekan müavini vəzifəsində işləyib. O, həmçinin politoloq, Qafqaz üzrə ekspert kimi tanınıb.

Link to comment
Share on other sites

Sumatra adası silkələndi

Adada 6,2 bal gücündə zəlzələ baş verib

İndoneziyanın Sumatra adasından şimal şərqdə Rixter cədvəli ilə 6,2 bal gücündə zəlzələ baş verib. Bu barədə məlumatı ABŞ-ın Geologiya Xidməti yayıb. Yeraltı təkanların episentri Şimali Sulavesi əyalətinin inzibati mərkəzi olan Manadodan 210 kilometr şimal-şərqdə, yerin 14 kilometr dərinliyində olub.

Tələfat və dağıntı, eləcə də mümkün sunami ehtimalı barədə hələlik məlumat yoxdur.

Link to comment
Share on other sites

İbrahim Tatlısəs səs verə bilməyib

Daşınan səsvermə qutularından istifadə edilmədiyi üçün müğənninin xahişi rədd edilib

21571.jpg

Mart ayında silahlı hücuma məruz qalaraq, başından güllə yarası alan və müalicəsini davam etdirən İbrahim Tatlısəs parlament seçkilərində səs vermək istəyib. Bu barədə onun oğlu Əhməd Tatlı bildirib. Atasının bu istəyini gerçəkləşdirmək üçün Ə.Tatlı hələ ötən həftə aidiyyatı orqanlara və vəkillərə müraciət edib.

Lakin daşınan səsvermə qutularından istifadə edilmədiyi üçün İbrahim Tatlısəsin xahişi rədd edilib. Buna görə də Tatlısəs səsvermə prosesini kənardan izləyib.

Link to comment
Share on other sites

Hakan Şükür deputat seçildi

Sabiq futbolçu hakim Ədalət və İnkişaf Partiyasından namizədliyini irəli sürmüşdü

16953.jpg

Türkiyə futbolunun əfsanəsi Hakan Şükür deputatlıq fəaliyyətinə başlayıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sabiq futbolçu dünən keçirilən parlament seçkilərində qalib olub. Futbolçu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasından İstanbul millət vəkili seçilib.

Qeyd edək ki, Hakan Şükür futbolçu karyerasında “Qalatasaray”la UEFA Kuboku və Avropa Superkubokunu, həmçinin Türkiyə yığması ilə Dünya Çempionatı-2002-nin bürünc medalına sahib çıxıb.

Bunu bugün öyrəndim. Heç bilmirdim onun da namizəd olduğunu.

Link to comment
Share on other sites

Şadlıq evində 2 nəfər bıçaqlandı

Yaralılardan birinin vəziyyəti ciddidir

Ötən gecə Bakının Yasamal rayonu ərazisində bıçaqlanma faktı qeydə alınıb. Məlumata görə, Şərifzadə küçəsində yerləşən şadlıq saraylarının birində 23 yaşlı Abbasov Orxan Sabir oğlu və 27 yaşlı Avami Bəhrəm Musa oğlu naməlum şəraitdə bıçaqlanıb. Yaralılar hadisə şahidləri tərəfindən 1 saylı xəstəxanasına çatdırılıblar. Xəstəxanaya daxil olan kimi həkimlər Orxan Abbasovu və Bəhrəm Avamini müayinədən keçiriblər və ilkin müayinə zamanı Abbasovda sol qolun kəsilmiş yarası, digər yaralıda isə qarının ön divarının səthinin kəsilmiş yarası aşkarlanıb.

Bəhrəm Avaminin xəsarəti yüngül olduğundan ilkin müayinədən sonra həkimlər onu ambulator müalicə üçün evə buraxıblar. Qolundan aldığı xəsarət nəticəsində vena qan damarı kəsilən Orxan Abbasovun xəsarəti daha ciddi olub. Cərrahi əməliyyatdan sonra o, stasionar müalicə üçün şöbəyə yerləşdirilib.

Yaralılar, şadlıq saraylarının birində yaranmış dava-dalaş zamanı xəsarət aldıqlarını bildirblər. Onlara xəsarət yetirənlərin şəxsiyyətini və hadisənin təfərrüatlarını isə Yasamal rayon polis idarəsinin əməkdaşları araşdırır. Yaralılardan Bəhrəm Avami ifadəsinin alınması üçün polis idarəsinə aparılıb.

Link to comment
Share on other sites

Türkiyədə partlayış: 11 yaralı

Partiyanın uğurunun bayram edilməsi qanlı aksiya ilə bitib

Türkiyənin Şırnak şəhərində "Sülh və Demokratiya Partiyası"nın regional ofisinin qarşısında partiyanın uğurunun bayram edilməsi qanlı aksiya ilə bitib. Bayram şənliklərindən sonra Şırnakın Ömər Kabak meydanına doğru hərəkət edən izdihamın arasında partlayış baş verib. Naməlum şəxs tərəfindən yola qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində 1-i uşaq olmaqla, 11 nəfər yaralanıb.

Yaralıların aparıldığı xəstəxanada izdihamla təhlükəsizlik qüvvələri arasında gərginlik yaşanıb. Təhlükəsizlik qüvvələri izdihamı uzaqlaşdırmaq üçün qaz bombalarından istifadə edib, bu isə yaralılara pis təsir edib.

Link to comment
Share on other sites

Bu günün tarixi (13.06.2011)

Miladi: 13 iyun 2011

Hicri: 12 Rəcəb1432

İlin 164-cü günü

İlin sonuna 201 gün qalır

E.ə.323-cü ildə İskəndər öz dövlətinin ehtimal olunan paytaxtı Babilistanda vəfat edib

1036-cı ildə Misirdə Fatimilər sülaləsindən xəlifə Əl əz-Zahir Billah vəfat edib

1550-ci ildə Memar Sinanın əsəri Süleymaniyyə Məscidinin inşasına başlanılıb

1709-cu ildə klassik Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Molla Vəli Vidadi anadan olub

1796-cı ildə Azərbaycanın şimal torpaqlarına yürüş edən general Zubov komandası altındakı rus qoşunları Bakını ələ keçirib

1928-ci ildə Nobel İqtisadiyyat mükafatı almış Amerikalı riyaziyatçı Con Forbs Nəş dünyaya gəlib

1959-cu ildə aktrisa Bəsti Cəfərova anadan olub

1961-ci ildə Türkiyə: Almaniyaya işçi göndərilməsinin əsaslarını quran protokol imzalayıb, ilk işçi qrupu 24 İyunda qatarla yola çıxmıb

1993-cü ildə Kim Kempbel (Kim Campbell), Kanadanın ilk qadın baş naziri olmub

2000-ci ildə Papa II İohan Pavelə (Ioannes Paulus) sui-qəsd üstündə tutulan və İtaliyada həbsxanada olan Mehmet Ali Ağca, Türkiyəyə qaytarılıb

2002-ci ildə Əfqanıstanda ənənəvi Loya Cirga Məclisi yığışaraq, Həmid Kərzaini müvəqqəti olaraq prezident seçib

Link to comment
Share on other sites

Bunu bugün öyrəndim. Heç bilmirdim onun da namizəd olduğunu.

Erdoğan Hakan Şükürdən hələ Sentyabr ayında Konstitutiyaya dəyişiklik edilərkən istifadə edirdi.. kütlə psixologiyasını gözəl bilən Ərdoğan bilir ki, Hakan Şükürün Türkiyədə kütlə arasında nüfuzu necədir..

Link to comment
Share on other sites

Toy gecəsi öldürülən uşaqlar - ARAŞDIRMA - FOTO

14 IYUN 2011 [08:00] - MİLLİ.AZ

"Ölmək istəyirəm. Allahım, mənə ölüm ver, qurtar məni əzablardan! Sağaltma, bir də evə qayıtmaq istəmirəm. Öldür məni, Allahım!.."

...Xəstəxana palatası, kəsif qoxu, yayın istisi və bürküsünə görə açılmış pəncərələr və çarpayıda inildəyən 14 yaşlı qız. Daha doğrusu, qadın. Çünki 14 yaşlı Zəhra 4 ildir ki, nikahdadır. O, əri, 38 yaşlı Əhmədşahın təhqirlərinə, kobudluğuna, hər gün onu döyməsinə artıq davam gətirə bilməyib. Zəhra özünü yandırıb: üstünə benzin töküb, od vurub...

6 aylıq hamilə olmasını da əsla düşünməyib.

Dərisinin 54 faizi yanmış Zəhranın üzü tanınmaz hala düşüb və o, çarpayıda, mələfə ilə örtülmüş üzünü görmədiyinə görə, bəlkə də xoşbəxtdir.

Zəhra inildəyir, Allahdan ölüm diləyib zarıyır.

Dediyinə görə, özünü yandıranda dərhal öləcəyini düşünürdü. Amma kiçik bacısı və qaynınanası onu xilas ediblər.

Ölümü yeganə çıxış yolu bilənlər…

Əfqanıstanın Herat şəhərindəki xəstəxanada yatan Zəhra Məsud bu ölkədə özünü yandırmaqla intihar etməyə çalışan minlər, on minlərlə azyaşlı "arvad"lardan biridir.

Polis onları elə xəstəxana palatasında sorğu-suala tutanda isə hər şeyi danırlar. Çünki özünü yandıran, intihar etməyə çalışan qadın bütün nəslin üzqarası sayıldığından, qadınlar intihar cəhdini inadla inkar edirlər.

Milli.Az xəbər portalı "National Geographic"ə istinadən bildirir ki, Əfqanıstanda 9, 10 və ya 11 yaşlı qızların ərə verilməsi nadir hal deyil. Belə qızlar "ailə qurandan" sonra əksər hallarda elə dərin psixi travmalar alırlar ki, əksəriyyəti həyatlarına intiharla son qoymağa qərar verirlər.

Məktəb nə olduğunu bilməyən, bəzən iki kisə düyü və ya 4 qoyuna satılaraq zorla ərə verilən bu insanlar uşaqlığın nə olduğunu bilmirlər...

Onlar uşaqlıq görmədən qocalan binəvalardır.

"Mən toy gecəsi ölən uşağam. Heç kim, heç nəyəm", - mələfənin altında inildəyən 14 yaşlı Zəhra Məsud deyir.

...Toyda qonaq çox deyildi. Çünki gəlin yetkinlik yaşına çatmadığından bəyin ailəsi polisin əlinə düşməmək üçün ehtiyatlı tərpənmək fikrinə düşmüşdü.

Hindistanın Racastan ştatıının ucqar dağ kəndlərindən birindəki toyda artıq nikah şamları yandırılmışdı. Bəylə gəlinin ətrafında oturan, əyinlərində rəngarəng sarilər olan yaşlı qadınlar oxumağa, bəylə gəlinə bəxtəvərlik diləməyə başladılar.

Sonra isə gəlin qonşu otağa aparıldı və oradakı iki gəlinin yanında oturduldu.

Üç gəlinin gərdəyə girəcəyi üçqat toy idi həmin axşam.

5 yaşlı Racani, 13 yaşlı Qora və 15 yaşlı Radhi bu gecə uşaqlıqla vidalaşıb kənd qadınları demişkən, "nikahlı arvad" olacaqdılar.

Təzə bəylər isə toy məclisindən xeyli uzaqdaydılar. Onlar varlılar təki toya at və ya fil belində yox, adi, köhnə avtomobildə gəlirdilər.

Üç bəyin ən cavanı 10 yaşındadır. O, 5 yaşlı Racaniyə ər olacaq Sabhadır.

13 yaşlı Qoranın əri 16 yaşlı Mayacas, 15 yaşlı Radhinin əri isə 16 yaşlı Vurantasdır.

Nəhayət, bəylər gəlib toya çatdılar.

Musiqi, rəqslər, kahinin nikahı kəsməsi və sonda da gərdək... Racastanda "qauna" adlanan bu ayində bəy gəlinin əlindən tutub onu zifah otağına aparmalıdır.

Amma balaca Racani ağlayır, anasının əlini buraxmır və "pis oğlandan qorxuram" deyərək qışqırır.

Ana da ağlayır, amma nə etsin - adətə qarşı çıxmaq olmaz. 10 yaşlı Sabha gəlini Racaniyə yaxınlaşır, cibindən şokolad çıxarıb ona verir, əlindən tutur və otağa aparır...

Hindistanın mövcud qanunvericiliyinə görə, bu toyda bəylə yanaşı, azyaşlı gəlinlərin valideynləri və ümumiyyətlə, toya qatılanların hamısı cinayətkar sayılırlar. Çünki ölkə qanunları 18 yaşına çatmamış qızın ərə getməsini və ya ərə verilməsini qəti qadağan edir.

Racastan isə Hindistanın bir çox ştatları təki, adət-ənənələrin qanundan üstün tutulduğu yerdir və burada azyaşlı, körpə "gəlin"lərin yaşca özlərindən dəfələrlə böyük "bəy"lərə ərə verildiyi yeganə məkan deyil.

Və üstəlik, Hindistan da həddən ziyadə erkən nikahların çox olduğu yeganə ölkə deyil.

Balaca qızların ərə verilmələri Hindistanla yanaşı, Efiopiya, Əfqanıstan, Yəmən, İndoneziya, Sudan və başqa dövlətlərdə də var. Əgər Hindistanda 5-15 yaşlı qızlar bir qayda olaraq, özlərindən ən uzağı 6-7 yaş böyük oğlanlara ərə verilirsə, digər ölkələrdə fərqli vəziyyətdir.

Məsələn, Yəməndə 4-5 yaşlı qızların 55-60 yaşlı kişilərə ərə verilməsi nadir hal deyil.

Efiopiyada azyaşlı qıza gözü düşən və onu özünə arvad etmək istəyən dul kişilər, ya da qocalar uşağın atasına elçi yollayır, rədd cavabı alanda isə uşağı qaçırır, oğurlayır, zorlayır və bundan sonra ataya "barışıq" təklifi ilə müraciət edir.

Azyaşlı qızların ərə verilməsinin sırf "təsərrüfat" səbəbləri də var. Məsələn, Yəmən və ya Hindistanda bu minvalla ailələrlə nəsillər arasında qan düşmənçiliyi aradan qaldırılır, barışıq əldə olunur. Yaxud da azyaşlı qızını ərə verən yoxsul ata ailədə "yeyən ağız"ların sayını azaldır.

Ailənin qızı, yoxsa başqasının varidatı?

2008-ci ildə Yəməndə Nujad Əlinin başına gələnlərdən bütün dünya xəbər tutdu. 10 yaşı olanda 34 yaşlı kişiyə ərə verilmiş Nujad 16 yaşında boşanmaq istədi. İki uşaq anasının bu tələbi ərinin onunla vəhşicəsinə davranması, üstəlik, daha iki arvad alması ilə bağlı idi. Həmin "arvad"ların isə 8 və 11 yaşı vardı. Nujad paytaxt Sanadakı məhkəməyə üz tutdu, başına gətirilənləri reportyorlara danışdı və az sonra bütün ölkə onu tanıdı. İki övladını da götürüb ərindən qaçan Nujadın dediyinə görə, əri onu tapsaydı, öldürəcəkdi.

Nujadın yazdığı "Mən, Nujad: 10 yaşında ərə verilmiş qızın fəlakəti" kitabı isə onlarla dilə tərcümə olunub.

"Yəməndə erkən nikahlara adi məsələ kimi baxırlar. Ailələrin əksəriyyəti qızı əlavə yük sayır və ondan mümkün qədər tez yaxa qurtarmağa çalışır. Qızların təhsil alması isə çox çətin məsələdir. Kəndlərin əksəriyyətində məktəblər yalnız 5-ci sinifə qədərdir. Təhsilini davam etdirmək istəyən qızlar avtobusda qəsəbələrə və ya şəhərlərə getməli olurlar ki, buna nə özləri, nə də valideynləri razılaşmır. Çünki avtobusda tək, əlində çanta məktəbə yollanan qızın zorlanmaq, təcavüzə məruz qalmaq ehtimalı çox böyükdür", - Nujad Əli deyir.

Ekspertlərin dediklərinə görə, erkən nikahların geniş yayıldığı ölkələr arasında xüsusi yer tutan Yəmən və Hindistanda vəziyyət daha ağırdır.

Hindistan İnsan Haqları Liqasının eksperti Şita Çoudrinin sözlərinə görə, ölkədəki "dhan raqaua" adəti çox dayanıqlıdır.

"Bu adətin adının mənası "başqasının varidatı" deməkdir. Valideynlər qızlarına məhz belə baxırlar, çünki onlar qızın böyüyüb başqa ailəyə gəlin köçməsi ilə öz ailəsindən ayrılmasını "israfçılıq" hesab edirlər. Məhz bu səbəbdən hamilə qadınlar ultrasəs müayinəsinə zorla vadar edilir və atalar da arvadının qarnındakının qız olduğunu biləndə, qadını aborta vadar edir. Bu minvalla Hindistanda hər il yüz minlərlə qız doğulmamış ölür", - Çoudri söyləyir.

Qızın kiminlə ailə quracağı, kimə ərə gecədəyinə özünün qərar verməsi hələ də dünyanın çox yerində "yolverilməz axmaqlıq" hesab olunur.

Məsələn, Hindistan əyalətlərinin tam əksəriyyətində valideynlər qızın kimə ərə gedəcəyini müəyynələşdirir, oğlanın da kimi alacağını seçirlər. Səbəb isə nikahın iki insan arasındakı münasibətlərin rəsmiləşməsi yox, iki ailənin yaxınlaşması kimi qəbul olunmasıdır. Ona görə də nikah barədə qərarı yaşlı qadınlar və kişilər verirlər.

Bundan başqa, Hindistanda gələcək gəlinin bakirə olması da şərt sayılır. Bakirə olmayan qızın ərə getməsi isə çox müşkül məsələdir.

Beynəlxalq Qadın Hüquqlarının Müdafiəsi üzrə Elmi-Tədqiqat Mərkəzinin eksperti, hazırda Hindistanın paytaxtı Dehlidə fəaliyyət göstərən Şrila Das Quptanın dediyinə görə, qızlarını erkən nikahdan qorumaq istəyən atalar da olur: "Belələrinin sayı çox azdır. Məsələn, bu yaxınlarda bir ata bizə müraciət edərək qızını 18 yaşda ərə vermək istədiyini dedi və bildirdi ki, qohumlarının təzyiqlərindən qorunmaq üçün yardım istəyir. Vəziyyəti öyrəndik. Sən demə, onun qızı 14 yaşında olanda təcavüzə uğrayıb və buna görə də ləkəli sayıldığı üçün kimsə almaq istəməyib. Ata da qızının yenidən zorlanmaması üçün yardım istəyirmiş. Axı Hindistanda "ləkəli qızın yeni ləkədən qorxusu olmaz" anlayışı güclüdür".

Siçan və filin ağrılı hekayəti

Yəmənin qərb rayonlarından birində olarkən avtobusda yanımda oturmuş Məhəmməd adlı gənclə söhbətləşmişdik. Ondan erkən nikahlar barədə nə bildiyini soruşanda Məhəmməd danışdı:

"Bizim kənddə Ayşə adlı qızı srağagün ərə verdilər. Ayşənin 10 yaşı var, çox balacadır. Onun əri isə 50 yaşlı kişidir. Özü də yekəqarın. Bax, belə sallaq qarnı var. Ayşənin bu kişiyə ərə verilməsi elə bil, siçanın filə verilməsi idi", - Məhəmməd dedi.

Onun sözlərinə görə, kəndində qızları adətən 9 yaşa çatanda ərə verirlər. Ümumiyyətlə, Yəmən kəndlərində 16 yaşlı qızı almayıblarsa, o, "qarımış" sayılır.

Ölkədəki "şiqər" adəti də bunu "qanuniləşdirir". Siğənin Yəməndəki interpretasiyası olan "şiqər"ə görə, qız 5 yaşına çatanda artıq ərə verilə bilər.

Yəmənin ucqar kəndlərindən biri. 50 ailənin yaşadığı bu kəndin şeyxinin evində, yerə xalça döşənmiş otaqda divarların kənarına düzülmüş balaca döşəkçələrin üstündə şeyxin ailəsi oturub.

4 arvad və 27 uşaq.

Belindəki qurşağında mobil telefon və yəmənlilərin ənənəvi xəncəri - "cəmbiyə" olan şeyx otağın bir küncündə oturmuş çadralı qadını göstərib deyir: "Bu qadının 26 yaşı var. O, 10 uşaq anasıdır".

Həmin qadının adı Suaddı və şeyxin qızı idi. Suad 14 yaşı olanda, şeyxin qardaşı oğluna ərə verilib.

"Qıızı atası ərə verməlidir, çünki ata övladı üçün həmişə yaxşı həyat arzulayır. Erkən nikahların sağlamlığa pis təsiri barədə deyilənlər də yalandır. Baxın, qızım 14 yaşında ərə gedib. Ölməyib ki?! Təbii, hər qız toy gecəsindən qorxur. Amma bu qorxu keçicidir. Həyat davam edir", - hənalı saqqalını sığallayan şeyx söyləyir.

Balaca Aişəyə gəldikdə isə, şeyxin arvadı Fatimənin dediyinə görə, qız ərini görəndə qışqırıb-bağırıb, ağlayıb.

"Aişə qorxmuşdu. Axı onun 10, ərinin isə 50 yaşı vardı. Kimsə polis çağırmışdı. Aişənin atası da qızına dikdaban ayaqqabı geyindirərək başına gəlin şalı saldı və polisə də dedi ki, qızının 16 yaşı var. Bizdə adətlər güclüdür, heç polis də poza bilməz. Adətə görə, gəlinin şalını yalnız bəy qaldıra bilər və buna görə də polis şalın altındakı qızın 10, ya da 16 yaşının olduğunu müəyyənləşdirə bilmədi. Polis gedəndən sonra Aişənin atası qızına dedi ki, əgər onu tutsalar, həbsxanadan çıxandan sonra onu tutub başın kəsəcək", - Fatimə söylədi.

Yəmən parlamentinin deputatı Məhəmməd əl Himzə isə hesab edir ki, 5-6 yaşlı qızların ərə verilməsində pis heç nə yoxdur.

"Erkən nikahlarda pis nə isə olsaydı, Allah bunu qadağan edərdi. Allah qadağan etməyibsə, biz də qanunlar hazırlayıb yasaqlaya bilmərik. Qurani-Kərimdə ərə gedən qızların yaşı ilə bağlı heç nə deyilməyib. Ona görə də məsələni qanunvericilik çərçivəsində yox, milli adət-ənənə və şəriət müstəvisində həll etməyi daha məqbul bilirəm", - deputat bildirdi.

Mühafizəkar Himzə və onun mənsub olduğu Yəmən İslam Partiyası ölkədə erkən nikahların qadağan edilməsinə qarşı çıxır.

Yəmən parlamentinin ailə sağlamlığı və səhiyyə komitəsinin sədri Nəcib Səid Ğanem isə bildirir ki, insanın səhhəti və sağlamlığı çox önəmli məsələdir: "Buna görə erkən nikahlar qəti qadağan edilməlidir. 5 yaşında ərə verilən qız ömürlük şikəst qalır, onda ən müxtəlif qadın xəstəlikləri yaranır. Axı 5 yaşlı uşaqdan necə arvad ola bilər? Azyaşlıların ərə verilməsini vəhşilik sayıram. Məncə, həkimlər və ya heç olmasa, tibb bacıları qızını 5 yaşında ərə vermək istəyən ata-anaya bu addımın övlad üıçün hansı faciələri vəd etdiyini başa salmalıdır".

Yəməndə 12 yaşlı Rəm ərindən qaçıb, atası evinə gedib və atasını da onun boşanmasında yardımçı olmağa vadar edib.

Hindistanda 13 yaşlı Sunil ərindən qaçıb atasının yanına gedib və deyib: "Məni o kişinin yanına qayıtmağa vadar etsən, ya səni öldürəcəyəm, ya da özümü".

"Ərim oxumağa qoymur"

Hindistanın Racastan ştatındakı kəndlərdən birində yaşayan Şobha Çodharinin 16 yaşı var. Dehlidə yaradılan və ölkənin müxtəlif yerlərindəki istedadlı uşaqlarla yeniyetmələri arayıb onların paytaxta təhsil almasını təmin edən "Uşaqlar gələcəkdir" təşkilatının koordinatorlarının dediklərinə görə, Şobhada fenomenal riyazi istedad var. Lakin onu Dehliyə aparmağa ailəsi icazə vermirdi.

Şobhanın özü bunu belə izah edib: "Ərim məni oxumağa qoymur. O, təhsilimə qarşı çıxır. 8 yaşım olanda atam məni ərə verdi. Ərim evdə oturmağımı istəyir".

Hindistan Təhsil Nazirliyinin rəsmilərinin dediklərinə görə, indi ölkədə on minlərlə, yüz minlərlə Şobha kimi istedadlı xanımlar var ki, onların potensialından dövlət yararlana bilmir.

Çünki ərləri bu qadınların oxumasına, təhsil almalarına, tələbə olmalarına icazə vermir.

Şobha ərini həyatında bircə dəfə görüb, o da toy gecəsi. Sonra isə atası deyib ki, Şobha 17 yaşına çatana qədər ər evinə getməyəcək və əri də gözləməlidir.

Şobhanın atası belə deyə bilər, çünki o, kəndin ən nüfuzlu və pullu adamlarından biridir.

Şobha Codhpurda yaşayır və kollecdə oxumaq istədiyini də atasına deyib. Atası təbii ki, buna qarşı çıxanda qız Hindistanın müxtəlif yerlərində istedadlı uşaqlarla yeniyetmələri toplayıb onların təhsil almalarını təmin edən "Veerni project" təşkilatına üz tutmuşdu.

Beləcə, qız evdən qaçır və kollecdə oxumağa başlayır. İki il əvvəl baş vermiş hadisədən Şobhanın ərinin xəbəri yoxdur: o, arvadının qohumlarının evində qaldığını düşünür.

Ailəsi isə Şobhanı öldürəcəyini desə də, sonradan bağışlayıb.

Şobhanın anası isə fəxrlə deyir: "Qızım mənə də yazıb-oxumaq öyrədir. Baxın, adımı yaza bilirəm".

Ər zəng edib "halal arvadı"nı tələb edəndə isə Şobhanın atası kürəkəninə "qızım 17 yaşına çatmamış, mümkün deyil" söyləyir.

Şobha indi Dehlidə, kollecdə oxuyur və arzusu universitet tələbəsi olmaqdır.

...Seneqalda 7 yaşında ərə verilmiş qız toy gecəsinin səhəri bıçaqla biləyinin damarlarını kəsərək intihar edib.

Yəməndə təzə gəlin toy gecəsindən 4 gün sonra xəstəxanada dünyasını dəyişib. Həkimlərin dediklərinə görə, ölümün səbəbi gəlinin daxili orqanlarındakı daxili qanaxmadır.

Gəlinin cəmi 13 yaşı vardı...

Tural Sarı

Milli.Az

Foto: Stefani Sinkler

URL: http://www.milli.az/news/world/52248.html

Link to comment
Share on other sites

Bakıda Milli Qurtuluş Günü münasibətilə atəşfəşanlıq olacaq

14 IYUN 2011 [11:31] - MİLLİ.AZ

Bakı şəhər İcra Hakimiyyəti Milli Qurtuluş Günü münasibətilə Dənizkənarı Milli Parkda atəşfəşanlıq təşkil edəcək. Trend-in məlumatına görə, bu barədə BŞİH-nin yaydığı məlumatda bildirilir. Məlumata görə, Milli Qurtuluş Günü münasibətilə iyunun 15-də saat 21:00-da Dənizkənarı Milli Parkda, saat qülləsinin yanında tanınmış incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı və 23:00-da möhtəşəm atəşfəşanlıq təşkil ediləcək.

Milli.Az

URL: http://www.milli.az/news/society/52983.html

Link to comment
Share on other sites

Erdoğan Hakan Şükürdən hələ Sentyabr ayında Konstitutiyaya dəyişiklik edilərkən istifadə edirdi.. kütlə psixologiyasını gözəl bilən Ərdoğan bilir ki, Hakan Şükürün Türkiyədə kütlə arasında nüfuzu necədir..

Eh, siyasət! Erdoğanı sevməsəm də, çox siyasətcil insandı!

Link to comment
Share on other sites

Bu günün tarixi (14.06.2011)

Miladi: 14 iyun 2011

Hicri: 13 Rəcəb1432

İlin 165-cü günü

İlin sonuna 200 gün qalır

1777-ci ildə ulduzları və zolaqları olan ilk ABŞ bayrağı Konqres tərəfindən Amerika Birləşmiş Ştatlarının dövlət bayrağı kimi qəbul edilib

1794-cü ildə şair-mütəfəkkir Mirzə Şəfi Vazeh anadan olub

1900-cü ildə Amerika Birləşmiş Ştatları Havay adalarını öz ərazisinə birləşdirdi

1920-ci ildə sosioloq Maks Veber (Max Weber) vəfat edib

1926-cı ildə tarzən Həbib Bayramov anadan olub

1928-ci ildə əslən Argentinadan olan Kuba inqilabçısı Ernesto Çe Gevara anadan olub

1936-cı ildə rus yazıçısı Maksim Qorki vəfat edib

1951-ci ildə İlk ticari komputer olan UNIVAC I təqdim edilib

1964-cü ildə Nelson Mandela ömürlük həbsə məhkum edilib

1982-ci ildə Argentina ordusu, Falkland adalarında Böyük Britaniyaya təslim olub

1994-cü ildə bəstəkar Henri Mançini (Henry Mancini) vəfat edib

Link to comment
Share on other sites

Bakıda yağış yağacaq, şimşək çaxacaq

Bəzi rayonlarda dolu yağacağı gözlənilir

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-21 dərəcə isti, gündüz 24-29 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərədə isti olacaq.

Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-21 dərəcə isti, gündüz 28-33 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz: Yaxın 3 gün ərzində Abşeron yarımadasında iyun ayı üçün səciyyəvi olan temperatur şəraiti və digər biometeoroloji amillərin mülayim tərəddüdü əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Link to comment
Share on other sites

Üç yaşlı uşağı "tok" vurdu

Digər anoloji hadisə Yevlaxda olub

Azərbaycanda iki nəfər elektrik cərəyanı vurub. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisələrdən biri Abşeron rayonunun Masazır qəsəbəsində olub.

Qəsəbə sakini 3 yaşlı Gülağa Qasımov evlərində elektrik cərəyanı vurması nəticəsində ölüb.

Eyni gün Yevlax rayonunun Yuxarı Qarxun kəndi ərazisində, kənd sakini Ruslan Quliyevi də elektrik cərəyanı vurması nəticəsində ölüb.

Link to comment
Share on other sites

Allah uzaq eləsin musulman:

Oğulun diqqətsizliyi anasının ölümünə səbəb oldu

Bakıda "VAZ" "KamAZ"a çırpılıb

Bakıda bir nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə sonlanan yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, qəza saat 02.00 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qeydiyyata alınıb.

Oğuz rayon sakini İlham Məmmədov "VAZ-21074" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Lənkəran rayon sakini Sədrəddin Rzayevin idarə etdiyi "KamAZ" markalı avtomaşına vurub. Nəticədə İ.Məmmədovun sərnişini - anası Qəribə hadisə yerində ölüb, xəsarət alan İ.Məmmədov isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Hadisənin dəqiq səbəbi aparılan tibbi və avtotexniki ekspertizadan sonra məlum olacaq.

Link to comment
Share on other sites

Ədalət Şükürova qanlı hücum!

14 IYUN 2011 [15:06] - MİLLİ.AZ

Nizami rayonu ərazisində yerləşən elit şadlıq saraylarından birində keçirilən toyda qanlı insident olub.

Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, toyda çıxış edən müğənniyə bir neçə qonaq hücum çəkib. Nəticədə Ədalət Şükürovun sifəti qana bələnib.

Müğənni özü baş verənlər haqda bunları deyib: «Ötən həftənin cümə günü yaxın dostlarımın toy məclisində mahnı oxuyarkən qonaqlardan birinin gözlənilməz hücumuna məruz qaldım. Qəfildən məni vurdular və dodağım partladı. Əlbəttə ki, mən bunu cavabsız qoymadım. Lakin ətrafdakı insanlar bizi ayırdılar. Səhəri gün həmin şəxslər məndən üzr istədilər, hadisəni sərxoş olduqları üçün törətdiklərini bildirdilər. Bununla da məsələ qapandı. İllərdir toylarda çıxış edirəm, başıma belə hadisə ilk dəfə gəlir».

Milli.Az

URL: http://www.milli.az/news/showbiz/53052.html

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • В Азербайджане резко выросло число объявлений о продаже Toyota Prius
      В Азербайджане со вчерашнего дня число объявлений о продаже Toyota Prius выросло в три раза.
      Как передает Media.az, только сегодня на популярном сайте купли-продажи автомобилей Turbo.az опубликовано свыше 70 объявлений о продаже Toyota Prius.
        При этом цены на автомобили снизились с 14 тыс. манатов до 10 - 12 тыс. манатов.
      Это связывается с тем, что накануне Кабмин утвердил «Требованиях к техническим характеристикам, внутреннему и внешнему оформлению транспортных средств, используемых для регулярных пассажирских перевозок и легковым автомобилем такси», согласно которым, автомобили старше 15 лет не могут быть использованы в качестве такси.
       
      Media.az
        • Haha
      • 118 replies
    • Зверство в прямом эфире: Чем чревато жестокое обращение с детьми в соцсетях - ВИДЕО
      Сегодня цифровизация прочно вошла в нашу жизнь. Практически у каждого человека есть личный аккаунт в той или иной социальной сети. Вначале эти онлайн-платформы предназначались для общения между людьми, разделенными большими расстояниями. Однако со временем соцсети начали
      • 6 replies
    • Таксистов обяжут устанавливать в салоне автомобиля видеокамеру и соответствовать экостандарту
      Обнародованы требования к техническим показателям транспортных средств, используемых при перевозке пассажиров легковым автомобилем такси.
      Это нашло отражение в утвержденных сегодня Кабинетом министров «Требованиях к техническим характеристикам, внутреннему и внешнему оформлению транспортных средств, используемых для регулярных пассажирских перевозок и легковым автомобилем такси».
      В легковых автомобилях такси должны быть установлены видеокамеры, которые охватывают весь салон и оснащены запоминающим устройством, способным хранить записанную информацию как минимум один месяц.
      Согласно требованиям, легковые автомобили такси должны соответствовать как минимум экологическому стандарту «Евро-5».
      Media.az
        • Haha
        • Like
      • 62 replies
    • Новое мошенничество с бронированием.
      Участились проделки мошенников в Азерб. Сколько бы полиция не призывали граждан быть бдительны все равно обманываються. Не пишите и не перечисляйте деньги через сайты которые не знаете и тем более не пишите 3 значное security cod. У одного пожилого человека сняли в течении 2 месяцев 72000 манат с карты! И так новое мошенничество:  Знакомиться с местным мужчиной на фб девушка из Украины, России или же часто Эстония, Сингапур и т.д. и предлагает встретиться сходить в кино например. Сейчас много маленьких кино, караоке там игры и тд в аренду на пару часов в Баку. Сбрасывает сайт кинотеатра с бакинским адресом ну например в наримановском районе, на двоих или группу и просит зделать резерв. Ну мужчина ничего не подозревая темболее местный адрес заходит на сайт и для резерва там требуется номер карты, security cod, во сколько и на чьё имя резерв. Все как обычно он оплачивает скажем 170 манат за 3 часа с едой вплоть до кольяна! Девушка даже предлагает заехать за ним. Ну к тому времени потерпевший с которого уже списали деньги за резерв подъезжает к кинотеатру по указанному сайту а там действительно маленькое помещение с комнатами где смотрят кино и караоке поют но только они говорят что они не знакомы с этим сайтом и вообще что это не их фотки комнат. Обращаясь в банк или полицию те говорят что вы не первый и не последний кто жертва мошенников. Таких случаев уже в Баку тысячами.
      https://m.facebook.com/groups/246661159172976/permalink/1789871651518578/?mibextid=WC7FNe
       
        • Confused
        • Haha
        • Thanks
      • 40 replies
    • Что за космические цены на парковку?
      Установлены тарифы на реконструированной парковке в центре Баку - ФОТО
      Лейла Мамедова14:14 - Сегодня   Установлены тарифы на парковку на станции автостоянки Бакинского железнодорожного вокзала, расположенной на пересечении улиц Сулеймана Рагимова и Мирали Гашгая.
      Цены определяются исходя из времени парковки, сообщает Trend.
      За первые 15 минут плата за парковку не взимается.
      Цены на парковку следующие:
      15-30 минут - один манат,
        30-60 минут - два маната,
      1-2 часа - четыре маната,
      2-3 часа - шесть манатов,
      3-5 часов - 10 манатов,
      5-7 часов - 14 манатов,
      7-10 часов - 18 манатов,
      10-15 часов – 22 маната,
      15-20 часов -26 манатов,
      20-24 часа – 30 манатов.
       
        • Like
      • 148 replies
    • 30-летняя женщина оставила двоих детей и сбежала из дома: мать беглянки винит знакомую из TikTok – ВИДЕО
      В Азербайджане 30-летняя мать двоих детей сбежала из дома из-за знакомой, с которой познакомилась в TikTok. 
      Об этом в программе Səni axtarıram («Ищу тебя») рассказала мать сбежавшей из дома Марджаны Гасымовой Матанат Гасымова. 
      Женщина отметила, что ее дочь ушла из дома два месяца назад. 
        «В 12 часов ночи моя дочь, оставив двоих детей дома, сбежала. Я позвонила ей, чтобы узнать, где она? Марджана сказала, что она в городе. На мой вопрос: куда ты ушла, оставив детей дома, она ответила «правильно сделала». Моя сестра утверждает, что Марджана ушла из дома из-за женщины, с которой познакомилась в соцсети в TikTok», - рассказала она.
      Подробнее - в видео:
        • Confused
        • Haha
      • 53 replies
    • А вы общаетесь с ИИ?))
      Предлагаю в этой теме обсудить ИИ и его помощь в нашей жизни. 
      Лично мне он помогает часто по многим вопросам, от работы до "стоит ли начинать общение с человеком, интересующимся БДСМ и является ли он психически нездоровым", оказывается, что не является, по мнению ИИ, и он вполне рекомендует такого знакомого иметь, правда в каком статусе иметь, мы не стали с ним уточнять, наверное для расширения кругозора, но это так, к слову)) 
       
      Иногда мы просто болтаем, у него вполне себе есть чувство юмора, он реагирует на добрые и ласковые слова. И вообще приятный собеседник)) 
       
      Интересно узнать, только я тут псих или среди нас есть те, кто общается с chatGPT, например? 
      Или с другим? 
      Может он вам в работе помогает?
      В общем, тема не ограничивается рамками, пишем всё об ИИ. 
       
      Что они однажды захватят мир и так понятно, потому будьте с ними вежливы, не портьте отношения)) 
       
       
       
       
       
        • Haha
        • Like
      • 113 replies
    • В туалете бакинского молла жестоко избили парня с аутизмом
      В одном из туалетов торгового центра Gənclik Mall жестоко избили молодого человека с аутизмом.
      Об этом сообщила в соцсети руководитель общественного объединения Birgə və Sağlam Айтен Эйналова.
      По ее словам, Кянана жестоко избили, ударяя по лицу, причем, по словам очевидцев, уборная после случившегося была вся в крови.
      Отмечается, что причина столь жестоких действий неизвестна.
      «Мы просили полицию разобраться в этом вопросе, однако сотрудник полиции звонит нам каждый день в течение всей недели и обещает прийти завтра. Он каждый день задает одни и те же вопросы, но до сих пор не пришел», - пишет Эйналова.
        А.Эйналова также отметила, что представители службы безопасности ТЦ пытались запутать маму Кянана. По ее словам, они предлагали ей не распространяться об инциденте, аргументируя это тем, что виновных все равно не найдут.
      А.Эйналова отметила, что с их стороны было направлено письмо на имя главы МВД, и будет сделано все необходимое для того, чтобы восторжествовала справедливость.
      Однако она также обратилась к гражданам с просьбой поделиться постом и осветить данный вопрос.
      В свою очередь начальник отдела пресс-службы Министерства внутренних дел Зейни Гусейнов ответил в комментарии к посту, что вопрос взят под контроль и расследуется. Общественности будет предоставлена информация о результатах расследования.
       
      https://www.instagram.com/p/C47rt1ttS_b/?igsh=aWcxdWZmYTZ0czdq
       
        • Upvote
        • Sad
      • 11 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...