Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Ən son xəbərlər və müzakirəsi


Recommended Posts

Son zamanlar belə xəbərlərlə saytlarda çox qarşılaşıram. Televiziyada hamısnı göstərməsələr də, internet hamısını yazır.

Azərbaycanda kiçik çavuş öncə yoldaşını, sonra özünü öldürüb

Hadisə Naxçıvanda baş verib

10176.jpg

Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən "N" saylı hərbi hissəsində qətl və intihar hadisəsi baş verib. Nazirliyin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, kiçik çavuşu 19 yaşlı Elvin Əkbər oğlu Əliyev əsgər yoldaşı, 19 yaşlı Tofiq Madar oğlu Abdullayevi "Koloşnikov" markalı avtomat silahından açdığı atəş nəticəsində öldürüb. Əliyev sonra özünə də atəş açaraq intihar edib.

Elvin Əliyev Ordubad, Tofiq Abdullayev isə Şərur rayon hərbi komissarlıqlarından hərbi xidmətə çağrılıblar.

Faktla bağlı hərbi prokurorluqda cinayət işi başlanıb, istintaq aparılır

Link to comment
Share on other sites

  • Replies 461
  • Created
  • Last Reply

Top Posters In This Topic

Son zamanlar belə xəbərlərlə saytlarda çox qarşılaşıram. Televiziyada hamısnı göstərməsələr də, internet hamısını yazır.

Hec yerde vermeseler yaxshidir. Ogrunun yadina dash salirlar. Ele olduren-oldurenedir.

Link to comment
Share on other sites

Gilenar söhbət nədən gedir ki? Bizdə işdə bir çox saytlar açılmır, yaxşı olardı ssılka əvəzinə məlumatı yerləşdirərdilər.

Men bunu bashqa saytda oxumushdum ki, Hollandiyada Azerbaycanli ailesinde, aile bashcisi oz aile uzvlerini oldurub. Ancaq burdaki melumata gore aileye atesh aciblar. Uc nefer olub, aile bashcisi ise yaralanib. Cashdim qaldim :blink:

Link to comment
Share on other sites

Bu xəbərə kim dolğun və tez aydınlıq gətirsə mənim üçün ona məndən +

http://az.trend.az/capital/business/1877634.html

http://anspress.com/index.php?a=2&lng=az&nid=100915

Birində deyir 2006 - a qədər çıxanlar, o birində deyir 2010 yanvara qədər çıxanlara şamil olunacaq :ph34r::ph34r:

trend yazır:

2006-cı ilədək pensiyaya çıxan şəxslər üçün pensiya müavinətinin orta aylıq məbləği 102 manat, 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək 122 manat təşkil edir. Ötən il ərzində bu göstərici 150 manatadək artıb.

ANS press də 2006-cı ili yazıb ancaq. Məncə burada qaranlıq bir şey yoxdur. Sadəcə olaraq Trend bir az geniş şəkildə bütün illəri yazıb, amma ANS Press sadəcə 2006-nı :)

Link to comment
Share on other sites

trend yazır:

ANS press də 2006-cı ili yazıb ancaq. Məncə burada qaranlıq bir şey yoxdur. Sadəcə olaraq Trend bir az geniş şəkildə bütün illəri yazıb, amma ANS Press sadəcə 2006-nı :)

Çox sağ ol qonşu, :) Bu " Xoş xəbər " :D dən çatdırdım pensiyaya çıxana. Yəni həmin şəxs 2010 un mayında çıxıb təqaüdə və xəbərə görə ona düşmür. Gələn dəfə ancaq trend oxuyaram )

Link to comment
Share on other sites

«Əl-Qaidə» terror şəbəkəsi bir sıra islamçı saytlarda Üsamə ben Ladenin audiomüraciətini yerləşdirib

Öz sonuncu müraciətində ben Laden bir sıra ərəb ölkələrində son aylar baş verən çevriliş və nümayişləri dəstəkləyib. O həmçinin Misir və Tunisdə hakimiyyət dəyişikliyindən məmnunluğunu bildirib.

«Əl-Qaidə» beynəlxalq terror şəbəkəsinin lideri Üsamə ben Laden ABŞ xüsusi təyinatlıları tərəfindən mayın 2-də Pakistanın Abbotabad şəhərində məhv edilib. Onun cəsədi dənizə atılıb. Ben Laden 2001-ci il sentyabrın 11-də ABŞ-da həyata keçirilmiş terror aktlarının təşkilatçısı hesab olunur.

iddia edirlər ki, Üsəma ben Laden elə 2001-ci ildə öldürülmüşdü. Bu videoda yox, heç bu videonu tapmadım. Mən sadəcə ümumiyyətlə belə bir xəbərin yayıldığını dedim.

Link to comment
Share on other sites

Bunu gözləyirdim. Doğurdan.bigoth0973.gif

Eldar və Nigardan “YouTube”rekordu

Azərbaycanın “Eurovision-2011”dəki təmsilçilərinin videosunu dörd gündə 1 milyon 174 mindən çox adam izləyib

“Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal video portallarında rekord vurur. ANS PRESS-in Qərb mətbuatına istinadən verdiyi məlumata görə, “Eurovision” Avropanın mahnı müsabiqəsi olsa da, “YouTube” saytının statistikası göstərir ki, Eldar və Nigarın videosu Asiya, Şimali Amerika və Avstraliyada da populyardır. Müsabiqənin “Youtube”dəki səhifəsində Azərbaycan təmsilçilərinin videosu mayın 14-də yerləşdirilib. İndiyədək onu 1 milyon 174 min min 83 nəfər baxıb.

Link to comment
Share on other sites

Ermənilər şalvarlarını belə satmağa hazırdırlar

Təki qondarma Dağlıq Qarabağ respublikasının müstəqillliyi tanınsın

Erməni sahibkar Ara Abramyanın rəhbərlik etdiyi “Rusiya erməniləri şurası” separatçı Abxaziya və Cənubi Osetiyanın "müstəqilli"yinin “üçüncü dünya” ölkələri tərəfindən tanınması üçün 90 milyon dollar vəsait ayıracaq. Ara Abramyan bu vəsaitin haradan qaynaqlandığı haqda məlumat vermir. Bir qədər əvvəl isə Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin Nauru ada dövləti tərəfindən tanınması üçün Rusiyadan 50 milyon dollar vəsait ayrıldığı bildirilirdi.

Belə görünür ki, ermənilər özlərini müstəqil adlandıran separatçı dövlətlərin beynəlxalq miqyasda tanınması üçün əməlli-başlı kampaniyaya başlayıblar. Onların bunun üçün bütün vasitələrə əl atmaqdan belə çəkinməyəcəkləri açıq-aşkar görünür. Məlum məsələdir ki, Abxaziya və Cənubi Osetiyadan sonra ermənilər separatçı “Dağlıq Qarabağ respublikası”nın tanınmasını istəyəcəklər.

Ancaq qondarma Dağlıq Qarabağ respublikasının pulla dövlətlər tanınmasına ermənilərin maliyyə vəsaiti imkan verməz. Məlum məsələdir ki, Cənubi Osetiya və Abxaziya məsələsində onlara Rusiya kömək edəəck. Qondarma Qarabağın tanınması üçün maliyyə vəsaitini isə ermənilər şalvarlarını belə satsalar da toplaya bilməzlər. Ermənilərə məsləhətimiz budur ki, özlərini əziyyətə salıb şalvarlarını itirməyi özlərinə rəva görməsinlər. Biz gec-tez öz dədə-baba yurdumuz olan Dağlıq Qarabağa qayıdaraq haqq-ədaləti bərpa edəcəyik.

Link to comment
Share on other sites

Danışılmış oyun təşkil edənlər 5,5 il iş aldı

danisilmis%20oyun-sapina.jpg

Almaniyada danışılmış oyunlarla bağlı qalmaqalda ittiham olunan xorvatiyalı Ante Sapina və Mario Çvrtaka 5,5 il hökm oxunub.

Lent.az-ın məlumatına görə, bu barədə Bohum məhkəməsi qərar çıxarıb.

Məhkəmə prosesi 2009-cu ildə başlanıb. Sapina son 6 ildə Almaniyanın aşağı liqalarında, digər Avropa ölkələrinin çempionatlarında, Çempionlar Liqasında və dünya çempionatının seçmə mərhələlərindən azı 47 danışılmış oyun təşkil edib. Onun belə fəaliyyət növündən gəliri 3,5 milyon avro təşkil edir. Dəqiq məbləğ isə hələ açıqlanmır. Fırıldaqçılar Asiya bukmeyker bazarında da işləyiblər. Sapina və Çvrtak danışılmış oyunlarda iştirak edən Bosniya və Herseqovinanın “Travnik” klubu üçün İsveçrədə məşq düşərgəsi təşkil ediblər. Onlar Belçikanın ikinci liqasında sözəbaxan oyunçulardan ibarət komanda formalaşdırıblar.

Ante Sapina məhkəmədə günahını boynuna alıb və ailəsindən bağışlanmasını istəyib. Sapina və Çvrtakdan əlavə, cinayətkar qruplaşmanın üzvü Draqan Mixeliç 1,5 il şərti cəza alıb. İstintaq davam edir.

Link to comment
Share on other sites

Pakistanda NATO avtomobillərinə edilmiş iki terror hücumu nəticəsində 10 avtosistern yandırılıb, ən azı 16 nəfər həlak olub.

12869.jpg

Birinci terakt Pakistanın şimalındakı Landikotol aşırımında baş verib. Əfqanıstandakı NATO qüvvələrinə yanacaq aparan avtosisternlərdən birində məsafədən idarə olunan partlayıcı qurğu işə salınıb. Güclü partlayış nəticəsində 6 nəfər həlak olub, daha 10 nəfər isə aldığı xəsarət və yanıqlardan çatdırıldığı xəstəxanada ölüb.

Bundan bir neçə dəqiqə sonra isə Torxam sərhəd postu yaxınlığında yolun kənarında dayanmış daha bir avtosistern partladılıb. Bu partlayış nəticəsində xəsarətə alan olmasa da, baş vermiş yanğın daha 3 avtosisterni məhv edib.

Link to comment
Share on other sites

Azərbaycan mədəniyyəti günləri çərçivəsində Fransanın bir sıra şəhərində mədəni tədbirlər keçirəcək.

12870.jpg

2003-cü ildə Fransanın Paris şəhərində təsis olunmuş Azərbaycan Fransa Gənclik Assosiasiyası (AFGA) may ayında Azərbaycan mədəniyyəti günləri çərçivəsində Fransanın bir sıra şəhərində mədəni tədbirlər keçirəcək. Bu məqsədlə 23-24 may tarixlərində Strasburq şəhərində 1999 cu ildən fəaliyyət göstərən Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyasının (FATA) və Strasburq Azərbaycan evinin əməkdaşlığı ilə Fransanın Strasburq Universitetində “Qədim, müasir və gələcək Azərbaycan” mövzusunda sərginin keçirilməsi nəzərdə tutulmuşdur. İki gün davam edəcək tədbir zamanı qədim Azərbaycanın tarixini əks etdirən müxtəlif eksponatlar ilə yanaşı müasir və keçmişə dair Azərbaycan Fotoqraflar Birliyinə (AFB) üzv fotoqrafların fotoları, o cümlədən də bir fransiz turistinin Azərbaycana dair xatirə şəkilləri sərgilənəcəkdir. Eyni zamanda çiçəklənən ölkəmizin gələcək inkişaf perspektivlərindən bəhs edən video çarxlar da nümayiş olunacaqdır. Tədbir eyni şəkildə Monpelye və Şamberi şəhərlərində davam edəcəkdir.

Keçiriləcək tədbirlərin əsas məqsədi Azərbaycanın tarixini, milli irsini, özünəməxsus mədəniyyətini və eləcə də çiçəklənməkdə olan turizm sahəsini Fransa ictimaiyyətinə təbliğ etməkdən ibarətdir.

Fransada Azərbaycan mədəniyyət günləri Azərbaycan Respublikasının Fransadaki səfirliyi və Strasburqdakı nümayəndəliyinin dəstəyilə həyata keçirilir.

Onsuz da zəngin və gözəl olan mədəniyyətimizə diqqət son günlər daha da artıb. İnşallah layiqincə nümayiş etdirə bilərik öz mədəniyyətimizi.

Link to comment
Share on other sites

İSPANİYADA BU GÜN «SÜKUT GÜNÜ»DÜR

5 gündür etirazları davam etdirən nümayişçilər isə mərkəzi meydanları tərk etmək niyyətində deyil

12873.jpg

İspaniya hökuməti sabah planlaşdırılan bələdiyyə və regional seçki ərəfəsində bütün ictimai çıxışlara qadağa qoysa da, on minlərlə insan işsizliyə qarşı etirazları davam etdirir. Bu gün ölkədə «sükut günü» olmalıdır. Lakin ölkə rəhbərliyi artıq 5 gündür davam edən etiraz aksiyalarına polisi cəlb etməyi hələlik nəzərdən keçirmir. Bir çox şəhərlərdə insanlar mərkəzi meydanlarda salınmış çadır düşərgələrini gecə də tərk etmir.

İspaniyanın baş naziri Xose Luis Rodriqes Sapatero bildirib ki, bu etiraz aksiyalarına hörmət edilməlidir, ancaq nümayişçilər dəyişikliyə küçələrdə deyil, seçki məntəqlərində nail olmalıdırlar. «Bilməlisiniz ki, biz və digər siyasi partiyalardan olan həmkarlarımız başa düşürük ki, gənclərə xüsusən də işsizliklə mübarizədə dəyişiklik və dəstək lazımdır. Ancaq istənilən dəyişiklik səsvermə yolu ilə baş tutmalıdır.»-sitatın sonu.

Bu, İspaniyada 2008-ci ildən bəri işsizliyə qarşı ən böyük etiraz aksiyalarıdır. Etirazçılar sosial sahədə dəyişikliklər tələb edirlər, siyasətçilərin birja məlumatlarından daha çox sosial dəyərlərə diqqət ayırmasını istəyirlər.

Qeyd edək ki, Avropa İttifaqında ən yüksək işsizlik səviyyəsi olan İspaniyada 18-25 yaş arasında gənclərin 45 faizi işsizdir.

Link to comment
Share on other sites

İPHONE VƏ APPLE-Ə BÖYÜK ŞOK

Android bütüm dünyada iPhone-u keçir.

12872.jpg

Tokiolu təhqiqat qrupu “MM Research”ə görə, Android Yaponiyada bazarın yüzdə 57 faizini tutaraq zirvəyə yüksəlib.

Bu göstərici əvvəlki ilə nisbətən 11 faiz artım deməkdir. Son araşdırmalara görə, bu, ABŞ və bütün dünyadakı artımlardan yüksəkdir.

Apple isə 38 faizlə Yapon ağıllı telefon bazarında ikinci sırada yer alır. Windows Mobile və BlackBerry ilk dördü tamamlayır.

Link to comment
Share on other sites

Çətin özlərinə gələrlər...

YAPONİYADA DAHA BİR ZƏLZƏLƏ

Ən güclü yeraltı təkanlar İvate və Miyaqi prefekturalarında qeydə alınıb

Yaponiyanın ən böyük adası Honsyuda 4,5 ballıq zəlzələ baş verib. Xəsarət və dağıntıya dair məlumat hələ ki verilməyib. Milli Meteorolofiya İdarəsi sunami təhlükəsinə dair bəyanat verməyib.

Zəlzələnin episentri Miyaqi prefekturasının yaxınlığında, yerin 10 kilometr dərinliyində yerləşir. Ən güclü yeraltı təkanlar mart ayında baş vermiş təbii fəlakətdən ən çox ziyan çəkmiş İvate və Miyaqi prefekturalarında qeydə alınıb.

Link to comment
Share on other sites

ÇİNDƏ ZAVODDA PARTLAYIŞ OLUB

2 nəfər ölüb, 20-dək adam yaralanıb

Çinin cənubi-qərbindəki Sıçuan vilayətinin Çenqdu şəhərində Apple və Sony kimi müştərilərə elektron malların istehsalı ilə məşğul olan zavodda partlayış baş verib. Azı 2 nəfər ölüb, 20-dək adam xəsarət alıb. Apple iPad 2 planşetlərinin yığımı üzrə zavodda baş vermiş partlayışın səbəbi müəyyənləşdirələnədək zavodun fəaliyyəti dayandırılıb. Apple şirkəti də araşdırmaya qoşulub.

İrəli sürülən versiyalardan biri rəqib şirkətlərin təxribatıdır. Ancaq yerli rəhbərlik partlayışın zavodun işçilərinin səhvi səbəbindən baş verdiyini də istisna etmir.

Link to comment
Share on other sites

Facebook-a virus düşdü

Facebook sosial şəbəkəsinə spam-virus buraxılıb.Rusiya mətbuatının verdiyi məlumata görə, bu gündən etibarən istifadəçilərin səhifəsində «Dislike» («Bəyənmədim») funksiyası peyda olmağa başlayıb.

İstifadəçilərin «divar»ına guya hansısa dostu tərəfindən «««Bəyənmədim» düyməsini bas və yeni imkanları sına!» adlı yazı peyda olur. Onun altında standart «Like» («Bəyəndim»), «Comment» («Şərh et») düymələrilə yanaşı, yeni «Bəyənmədim» düyməsi də peyda olur. Bu düyməyə klik edən zaman «The Lyed To Me» səhifə saytına yönləndirilir və zərərli skript işə düşür.

Link to comment
Share on other sites

Facebook-a virus düşdü

Facebook sosial şəbəkəsinə spam-virus buraxılıb.Rusiya mətbuatının verdiyi məlumata görə, bu gündən etibarən istifadəçilərin səhifəsində «Dislike» («Bəyənmədim») funksiyası peyda olmağa başlayıb.

İstifadəçilərin «divar»ına guya hansısa dostu tərəfindən «««Bəyənmədim» düyməsini bas və yeni imkanları sına!» adlı yazı peyda olur. Onun altında standart «Like» («Bəyəndim»), «Comment» («Şərh et») düymələrilə yanaşı, yeni «Bəyənmədim» düyməsi də peyda olur. Bu düyməyə klik edən zaman «The Lyed To Me» səhifə saytına yönləndirilir və zərərli skript işə düşür.

Əgər xəbər gerçəkdirsə (sözlərinizə şübhə etmirəm, yanlış anlamayın :rroza: ) dislike düyməsindən istifadə etməyəcəm. Ümumiyyətlə onsuz da forumda da bu funksiyadan istifadə etməmişəm, inanmıram ki, orda da kiminsə postuna dislike edim )) Mən yaxşı qızam :rolleyes:

Link to comment
Share on other sites

http://www.youtube.com/watch?v=Ye5BJN5so44&feature=player_embedded

“Yahşi Cazibe”də Azərbaycana sürpriz bayraq jesti (VİDEO)

Aktyor Hakan Yılmaz Azərbaycan təmsilçilərinin “Eurovision-2011”dəki qələbəsini təbrik etdi

Türkiyənin ATV telekanalında yayımlanan “Yahşi Cazibe” serialında Azərbacanla bağlı bir ençə gündür bayraq jesti reallaşdı. Serialın 46-cı seriyasının ssenarisinə görə, Cazibənin ad günü münasibətilə aktyor Hakan Yılmazın canlandırdığı Kamal ona sürpriz etmək istəyir. Cazibənin onu Türkiyədə gözlədiyi bir vaxtda Kamal ona sürpriz hazırlayır və Bakıya səfər edir. Kamal Bakıdan, Cazibənin xalasının evindən çəkilmi. gğrüntülər olan diski Türkiyəyə göndərir və Cazibə çoxdan görmədiyi qohumlarını görür. Və… Kamal Azərbaycanı “Eurovision-2011” müsiqi müspabiqəsindəki qələbə münasibətilə təbrik edir, çəkiliş meydançasında Azərbaycan bayrağı açılır.

Qeyd edək ki, bu, “Eurovision-2011” müsabiqəsinin qalibi Nigar Camalın Düsseldorf səhnəsinə Türkiyə bayrağı ilə çıxmasına, bayrağı öpməsinə cavab jesti

Bu aktyoru çox bəyənirəm, insan kimi də. TV proqramlardan onun necə bir insan olduğu haqqında təsəvvürüm var və mən onun səmimiyyətinə inanıram.

Amma öz aramızdı, bu bayraq söhbətini yaman çox uzatdılar.

Link to comment
Share on other sites

İranda məhkum olunan azərbaycanlı rejissor Kann festivalının mükafatını aldı

Məhəmməd Rəsulovun “Ən rejissor işinə görə” mükafatı həyat yoldaşına verilib

22964.jpg

İranda həbsdə olan azərbaycanlı rejissor Məhəmməd Rəsulov Kanna kino festivalının “Ən rejissor işinə görə” mükafatını qazanıb. “Görüşünədək” filminə görə mükafat rejissorun həyat yoldaşına verilib. Çünki Məhəmməd Rəsulova İranı tərk etmək qadağan olunub.

İranlı rejissorlar Məhəmməd Rəsulov və Cəfər Pənahi 2009-cu ilin iyununda İrandakı prezident seçkilərindən sonra keçirilən küitləvi etiraz aksiyalarında iştirak etdiklərinə görə altı il müddətinə azadlıqdan məhrum ediliblər. Onların hər ikisinin filmləri 64-cü Kann kino festivalının proqramına daxil edilib. İran hakimiyyəti Məhəmməd Rəsulov və Cəfər Pənahiyə 20 il film çəkməyi qadağan edib. Hər iki rejissor girov müqabilində azadlığa buraxılsa da, İranın hüdudlarını tərk etmək qadağan olunub

Link to comment
Share on other sites

Planetin ən kök uşağı

6 yaşlı qızın çəkisi 100 kq-a çatır

22966.jpg

Dünyanın ən kök uşağı Hindistanda yaşayır. Bu 6 yaşlı Suman Xatun adlı qızdır. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, onun çəkisi 100 kq yaxındır. Boyu isə 104 sm-ı çatır.

Ailənin sözlərinə görə, uşaq demək olar ki, bütün günü yemək yeyir. Onun bir həftə yediyi yeməklə yaşadığı bütün kəndi qidalandırmağa çatar.

Ailə demək olar ki, əldə etdikləri bütün pulları daim ac olan qızlarının yeməyinə sərf edir.

Qeyd edək ki, uşağın nə üçün bu qədər kökəldiyi bəlli deyil.

Link to comment
Share on other sites

Hele bir il de uzadacaglar gizildish

Artıq mətbuatda bayraq haqqında oxuduq. Verilişlərin birində məşhur türk müğənnisi (yanlış xatırlamıramsa, müğənni idi) bayrağımızla çıxdı efirə, indi də serial. Tezliklə bu barədə sənədli film, bədii film və cizgi filmi də gözləyirəm.

Link to comment
Share on other sites

Təkcə bizdə xərclənmir milyonlar ))

Antalyada gül festivalı keçirilib

Parad zamanı 2 milyon çiçək paylanıb

Türkiyənin Antalya şəhərində bu il yeddinci dəfədir ki, "Gül festivalı" keçirilib. Rəngarəng görüntülərə səhnə olub. Festival "Dünyanın çiçəkçiləri Antalyada göürüşür" şüarı altında keçirilir. Antalya şəhər bələdiyyəsinin təşkil etdiyi təntənəli paradda bir-birindən rəngarəng çiçəklərlə bəzədilmiş avtomobillərdən ibarət karvan keçib.

Parad zamanı yerli və xarici turistlərə 2 milyon çiçək paylanıb. Avtomobil karvanının Cümhuriyyət Meydanına gəlməsi ilə insanlar arasında izdiham yaşanıb. Meydandakılar paylanan çiçəklərdən almaq üçün bir-biri ilə yarışıblar. Gül festivalı xalq oyunları və müxtəlif rəqslərlə başa çatıb.

Link to comment
Share on other sites

Dünyada satılan hər 4 “Bentley”dən birini cinlilər alır

“Volkswagen” konserni bu ilin ilk 4 ayına olan hesabatını açıqlayıb.

Lent.az-ın xəbərinə görə, konsern bu il Çində 396 ədəd “Bentley” satdığını bildirib. Bu isə bütün dünyada satılan “Bentley” modellərinin dörddə birini təşkil edir.

Statistikaya görə, Çində “Bentley” satışı bu il 66% artıb. İlin əvvəlində “Bentley”in Çin nümayəndəliyi bu il 1 500 avtomobil satmaq niyyətində olduğunu bildirib. Ötən il isə bu ölkədə min ədəd “Bentley” satılıb. Beləliklə, Çin ABŞ-dan sonra “Bentley” üçün ikinci bazara çevrilib.

2012-ci ildə “Bentley” 2 xüsusi modelin “Continental GT” və “Continental Flying Spur Speed”in təqdimatını Çində keçirib. Bu avtomobillərin istehsalında daha bahalı materiallardan istifadə edilib.

Tələbatı nəzərə alan “Volkswagen” şirkəti Çİn bazarı üçün məxsusi Bentley modelləri hazırlamaq niyyətindədir.

Link to comment
Share on other sites

Dünyada satılan hər 4 “Bentley”dən birini cinlilər alır

“Volkswagen” konserni bu ilin ilk 4 ayına olan hesabatını açıqlayıb.

Lent.az-ın xəbərinə görə, konsern bu il Çində 396 ədəd “Bentley” satdığını bildirib. Bu isə bütün dünyada satılan “Bentley” modellərinin dörddə birini təşkil edir.

Statistikaya görə, Çində “Bentley” satışı bu il 66% artıb. İlin əvvəlində “Bentley”in Çin nümayəndəliyi bu il 1 500 avtomobil satmaq niyyətində olduğunu bildirib. Ötən il isə bu ölkədə min ədəd “Bentley” satılıb. Beləliklə, Çin ABŞ-dan sonra “Bentley” üçün ikinci bazara çevrilib.

2012-ci ildə “Bentley” 2 xüsusi modelin “Continental GT” və “Continental Flying Spur Speed”in təqdimatını Çində keçirib. Bu avtomobillərin istehsalında daha bahalı materiallardan istifadə edilib.

Tələbatı nəzərə alan “Volkswagen” şirkəti Çİn bazarı üçün məxsusi Bentley modelləri hazırlamaq niyyətindədir.

Məxsusi olaraq onlar üçün maşın istehsal etməyə ehtiyac yoxdur. Birini versinlər. özləri ondan 100 dənə istehsal edib satışa buraxacaqlar :D

Link to comment
Share on other sites

"Taliban" lideri Molla Ömər də öldürüldü

Bu barədə Əfqanıstan kanalları yerli kəşfiyyata əsasən məlumat verir

22977.jpg

"Taliban" radikal hərəkatının lideri Molla Məhəmməd Ömər Pakistanda öldürülüb. ANS PRESS-in RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan telekanalları Pakistandakı əfqan kəşfiyyatına istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, Molla Ömər Pakistanın Kvetta şəhərindən Əfqanıstanla sərhəddəki Şimali Vəziristan tayfa əyalətinə hərəkət edərkən öldürülüb. Taliban liderinin öldürülməsinin tarixi və təfərrüatları barədə məlumat verilmir.

Qeyd edək ki, mayın 2-də "Əl-Qaidə" lideri Üsamə bin Laden Pakistanda ABŞ hərbçiləri tərəfindən öldürüldükdən sonra ABŞ və İtaliyanın hərbi və siyasi rəhbərliyi bəyan etmişdi ki, terrorla mübarizənin növbəti obyekti Əfqanıstanda "Taliban" hərəkatının lideri Molla Ömər ola bilər.

Molla Ömər Sovet qoşunları Əfqanıstandan çıxdıqdan sonra ölkədə gedən çəkişmələrin ən qızğın vaxtında, 1994-cü ildə məşhurlaşıb. O, Qəndahar əyalətinin eyniadlı inzibati mərkəzində "müsəlman tələbələr"in hərəkatını, "Taliban"ı yaradıb. Hərəkat o vaxtki prezident Burhanəddin Rəbbani hökumətinə qarşı müxalif mövqedə ayağa qalxıb.

Taliblərin rejimi Amerika qoşunları və Əfqanıstandakı NATO qüvvələri tərəfindən süquta uğradıldıqdan sonra Molla Ömər xaricdə gizlənib. Bir müddət əvvəl isə KİV dəfələrlə "Taliban" liderinin Əfqanıstanda deyil, qonşu Pakistanda döyüşçülərə rəhbərlik etdiyi barədə yazırdı.

Link to comment
Share on other sites

Allah rəhmət eləsin.

Erməni gülləsinə tuş gələn şəhid əsgər bu gün torpağa tapşırılacaq

Fərid Vidadi oğlu Fərəcov Şuşa qəbirstanlığında dəfn ediləcək

21486.jpg

Ermənistan silahlı qüvvələrinin cəbhənin Tərtər rayonu istiqamətində atəşkəsi pozması nəticəsində şəhid olan Milli Ordunun əsgəri Fərid Vidadi oğlu Fərəcovun meyiti ötən gün axşam saatlarında yaşadığı Pirşağı qəsəbəsinə gətirilib. Şəhid əsgər bu dəqiqələrdə Pirşağı qəsəbəsindəki Şuşa qəbiristanlığında torpağa tapşırılacaq.

Əsgərin hərbi xidmətdə olan həmyaşıd qohumları onun qanını yerdə qoymayacaqlarını deyirlər.

Qeyd edək ki, şəhid əsgər əslən Şuşadandır və doğulduğu kənd işğal edildikdən sonra ailəsi ilə birlikdə Pirşağıdakı Gilavar sanatoriyasında məskunlaşıb. Şəhid əsgər ötən ilin oktyabrında Şuşa rayon hərbi komissarlığından hərbi xidmətə çağırılıb. Ötən gün o döyüş tapşırığın yerinə yetirərkən erməni snayperinin açıdığı atəş nəticəsində boğaz nayihəsindən yaralanaraq həlak olub.

Link to comment
Share on other sites

:D

Azərbaycanda zəlzələ olub

Yeraltı təkanlar İsmayıllıdan 24 km. şimali-şərqdə qeydə alınıb

21210.jpg

Azərbaycanda zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, yeraltı təkanlar may ayının 21-də İsmayıllı şəhərindən 24 km şimali-şərqdə zəlzələ qeydə alınıb. Maqnitudası 3.20 olan 9 km dərinlikdə qeydə alınan zəlzələ yerli vaxtla saat 02:27–də olub. Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində hiss edilməyib. İnsan təlafatı və tikililərdə dağıntı yoxdur

İsmayıllı üçün çox təbii haldır. Bir gün zəlzələ olmayanda yerli sakinlərə qəribə gəlir ))

Link to comment
Share on other sites

Bu günün tarixi (23.05.2011)

Miladi: 23 may 2011

Hicri: 20 Cəmadiül-axər1432

İlin 143-cü günü

İlin sonuna 222 gün qalır

1040-cı ildə Mərv yaxınlığında Səlcuqlarla Qəznəvilər arasında Dəndənəkan döyüşü baş verib

1524-cü ildə Səfəvi imperiyasının banisi, görkəmli dövlət xadimi, sərkərdə, şair Şah İsmayıl Xətai vəfat edib

1945-ci ildə nasist komandir Himler ələ keçməmək üçün özünü zəhərləyərək intihar etdi

1951-ci ildə şahmat üzrə 12-ci dünya çempionu Anatoli Karpov dünyaya gəlib

2001-ci ildə Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi təsis edilib

2002-ci ildə Roma papası II İohan Pavel Azərbaycana səfər edib

2003-cü ildə Azərbaycan Respublikası Sent Vinsent ilə diplomatik əlaqələr yaradıb

Link to comment
Share on other sites

PAKİSTANDA TERROR AKTI

"Taliban"ın hərbi bazaya hücumu 5 nəfərin ölümü ilə nəticələnib

12915.jpg

Pakistanın Karaçi şəhərində bir hərbi bazada baş verən silahlı atışmada 5 nəfər ölüb.

Pakistan polisi silah və əl bombaları daşıyan 15-ə yaxın militanın dəniz qüvvələrinə bağlı Mehran hava limanına hücum etdiyini bildirib.

Hücumda 11 nəfərin də yaralandığı açıqlanıb.

Bir hərbi təyyarənin zərər gördüyü hücumda bazanın anbarında toplanan jet yanacağı da alışıb və partlayışlar baş verib.

Hücumun məsuliyyətini "Taliban" öz üzərinə götürüb.

Link to comment
Share on other sites

AYGÜNLƏ NAMİQ DUET OXUYACAQ

Xalq artisti Aygün Kazımova ilə meyxanaçı Namiq Qaraçuxurlu yeni duet hazırlayırlar

17477.jpg

Day.Az saytının verdiyi məlumata görə, bunu Aygün Kazımova «ATV-magazin» verilişinə açıqlamasında bildirib.

«Bu mahnını çoxdan yazdırmaq istəyirdik. Lakin mənim vaxtım olmadığı üçün o, hər dəfə təxirə düşürdü. Mahnı «Bu necə taledi» adlanır. Demək olar ki, bu, birgə oxuyacağımız ilk lirik mahnıdır. Digər duetlərimiz kimi, bunun da dərhal dinləyicilərin ürəyini fəth edəcəyinə ümidliyəm», - deyə xalq artisti qeyd edib: «Fikrimcə, bu mahnı elə bizim haqqımızdadır. Orada nə vaxtsa keçirdiyimiz hisslərdən danışılır… Həyatda hər şey mümkündür. Bəlkə də bu duetdən sonra əvvəlkitək yenə birlikdə olduq».

Link to comment
Share on other sites

BƏZİ RAYONLARA DOLU DÜŞƏCƏK

Azərbaycan ərazisində qeyri-sabit hava proqnozlaşdırılır

Bakı və Abşeron yarımadasında mayın 24-də hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacaq, gün ərzində isə əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Gecə 13-16 dərəcə, gündüz 19-24 dərəcə isti olacaq.

Mayın 25-də havanın buludlu olacağı, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək. Gecə 12-16 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 24-də arabir yağış yağacaq, şimşək çaxacaq. Dolu düşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Gecə 12-17 dərəcə, gündüz 21-26 dərəcə, dağlarda gecə 5-10 dərəcə, gündüz 14-19 dərəcə isti olacaq.

Mayın 25-də arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 12-17 dərəcə, gündüz 21-26 dərəcə, dağlarda gecə 5-10 dərəcə, gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir

İyul ayının 5-i İsmayıllıya dolu yağandan sonra təbitəin heç bir şıltaqlığına təəccüblənmirəm. İmkan olanda o dolu videosunu da yükləyərəm, izləyərəsiniz. Çəkmişdim ))

Link to comment
Share on other sites

Ketrin Eşton: “Qarabağda ölümlə nəticələnən son insidentlərdən narahatıq”

17932.jpg

Avropa İttifaqının Xarici Məsələlər Şurasında Cənubi Qafqaz mövzusunda müzakirələr aparılıb.

Avropa İttifaqının mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, iclas iştirakçıları çıxışlarında Cənubi Qafqazda mövcud durum və Avropa İttifaqının regionda rolu məsələsinə toxunublar. Qeyd olunub ki, Avropa İttifaqının əsas diqqəti regional stabilliyə, münaqişələrin nizamlanmasına yönəltməsi vacibdir. Bundan başqa natiqlər “Şərq Tərəfdaşlığı” proqramının regionla əməkdaşlıq qurulmasında mühüm rol oynadığını vurğulayıblar. İclasdan sonra açıqlama verən Avropa ittifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Ketrin Eşton Şurada Dağlıq Qarabağ və Gürcüstanda son durum ətrafında da müzakirələr aparıldığını deyib: “Biz Gürcüstanda baş verən insidentlərdən, həmçinin həftə sonu Dağlıq Qarabağda ölümlə nəticələnən insidentlərdən narahatıq”.

Xatırladaq ki, həftə sonu Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun iki hərbçisi şəhid olub.

Link to comment
Share on other sites

Türkiyə bu səhəri də zəlzələ ilə açdı

Türkiyənin Kütahya şəhərinin sakinləri bu səhəri də zəlzələ ilə açıblar. Mayın 19-da 5,9 bal gücündə zəlzələnin baş verdiyi Simav qəsəbəsində bu gün 4,2 bal gücündə yeraltı təkanlar hiss edilib. Boğaziçi Universiteti Kandilli Zəlzələ Araşdırma Mərkəzinin yaydığı məlumata görə, zəlzələdən təxminən 2 saat sonra 3,1 və 4 bal gücündə iki zəlzələ şoku da qeydə alınıb. Zəlzələni müvəqqəti çadırlarda hiss edən Simav sakinləri insan itkisi və dağıntıların olmaması ilə təsəlli tapıb.

Qeyd edək ki, mayın 19-da baş vermiş zəlzələdən sonra Kütahyada, xüsusilə də, Simav qəsəbəsində 1000-dən çox zəlzələ şoku qeydə alınıb.

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Всплыли новые подробности в связи с подозреваемым в убийстве своих родителей в Сумгайыте - ОБНОВЛЕНО + ВИДЕО
      Стали известны новые подробности в связи с Фикретом Мамедовым, подозреваемым в убийстве членов своей семьи в Сумгайыте. 
      Согласно полученной Oxu.Аz информации, молодой человек был участником второй Карабахской войны. 
      Как стало известно Qafqazinfo, в ходе предварительного расследования было установлено, что он употреблял наркотики.
      Утверждается, что Ф.Мамедов часто требовал у родителей денег и поэтому дома между ними постоянно происходили конфликты. По аналогичной причине 8 апреля Фикрет подрался со своим другом детства. Полицейские, дежурившие рядом с местом происшествия, попытались задержать Мамедова, но тот оказал сопротивление.
      В тот же день на Фикрета Мамедова в 3-м отделении Сумгайытского городского управления полиции был составлен протокол по статьям 510 (мелкое хулиганство) и 535 (злостное неповиновение законному требованию работника полиции или военнослужащего) Кодекса об административных проступках. Суд оштрафовал подозреваемого на 150 манатов за совершенное деяние и освободил его.
      В настоящее время продолжается расследование с целью выяснения причин убийства.
      10:52
      Фикрет Мамедов подозревается в убийстве своих родителей в общежитии №18 в 41-м квартале Сумгайыта.
      Отмечается, что он предоставлял услуги такси. Некоторые из соседей заявили, что в семье время от времени возникали конфликты. 
      Однако одна из соседок сообщила Baku TV, что Фикрет был приветливым и спокойным, да и все члены семьи были очень дружелюбными.
      "Мы только услышали крики о помощи. Но когда мы пришли, было уже поздно", - сказала она.
      Подробнее - в сюжете.
      • 1 reply
    • Названы причины закрытия Бакинского французского лицея
      В Бакинском французском лицее (БФЛ) обнародовали причины приостановки деятельности спустя 10 лет работы.
        • Like
      • 13 replies
    • Утопленные автомобили из Дубая могут оказаться в Азербайджане: как распознать «утопленника»? - ВИДЕО
      Интенсивные дожди, наблюдающиеся в Дубае (ОАЭ) в последние дни, затопили многие жилые районы города. Больше всего от этого пострадали автовладельцы, так как в результате природного явления множество машин разных марок оказалось под водой.
      Как сообщает Xezerxeber.az, в Азербайджан автомобили в основном импортируются с рынков США, Кореи и Дубая.
      Поскольку привезти машину из Дубая в Азербайджан можно в кратчайшие сроки, то есть за 15 дней, предприниматели предпочитают именно этот вариант. Данная ситуация говорит о том, что автомобили с «подмоченной репутацией» могут быть доставлены также и в нашу страну.
      По словам автомеханика Сахиля Агабейли, обычно бизнесмены покупают такие машины в несколько раз дешевле.
        Однако распознать такой автомобиль можно по нескольким признакам: следам плесени и ржавчины, а затем гнили, особенно в нижней части транспортного средства. Мастер отметил, что, лица, торгующие машинами, чистят и красят днище таких автомобилей. Покупатели также могут определить эти изменения.
      Автомеханик добавил, что, в отличие от автомобилей с двигателями внутреннего сгорания, стоимость ремонта «утопленников» выше. И вождение таких транспортных средств представляет риски даже после ремонта.
      Подробнее - в сюжете:
       
      • 6 replies
    • Эксперты ВОЗ обеспокоены по поводу возможности распространения птичьего гриппа среди людей
      Глобальное распространение вируса птичьего гриппа среди млекопитающих, включая людей, представляет собой серьезную проблему для общественного здравоохранения.
        • Sad
        • Like
      • 17 replies
    • Отца и друга азербайджанца, подозреваемого в убийстве москвича из-за парковки, задержали
      Отца и приятеля мужчины, которого подозревают в убийстве жителя Москвы возле дома в
        • Thanks
        • Red Heart
        • Like
      • 114 replies
    • Почему результаты выпускного экзамена у мальчиков ухудшились по сравнению с девочками? - ВИДЕО
      Согласно статистике Государственного экзаменационного центра, результаты тестов у девочек выше, чем у мальчиков.
      Было отмечено, что начиная с 2001-2009 годов поступление девочек-абитуриентов в высшие учебные заведения стремительно росло.
      В 2010-2022 годах девочки превзошли мальчиков в этом соотношении.
        Эксперт по образованию Адиль Велиев считает, что причиной этого может быть то, что мальчики больше отвлекаются.
      Подробнее - в видео Xəzər TV.
       
        • Like
      • 25 replies
    • Брат жестоко убитой в Казахстане Салтанат Нукеновой дал эксклюзивное интервью - ВИДЕО
      Жуткая, потрясшая всех история убийства хрупкой женщины ее мужем, возможно, не получила бы такой огласки, если бы не ее семья и брат. 
      Речь идет о громком деле об убийстве Салтанат Нукеновой ее мужем, экс-министром экономики Казахстана Куандыком Бишимбаевым. Внимание людей по всему миру сейчас приковано к трансляции судебного заседания - сможет ли влиятельный, состоятельный убийца избежать справедливого наказания? 
      Baku TV Ru поговорил с Айтбеком Амангельды, братом Салтанат, о погибшей сестре, о ее взаимоотношениях с мужем и семьей, о ее прошлом, о семьях Нукеновой и Бишимбаева, и о многом другом.
      В эксклюзивном интервью он также рассказал о том, повлияло ли данное дело на изменение взглядов общества, о психологе преступника, поступали ли угрозы ему от семьи Бишимбаева и т.д.
        Подробнее - в сюжете.
       

       
        • Like
      • 6 replies
    • Буллинг в школах и агрессия в обществе. Новый выпуск «Поговорим?» - ВИДЕО
      Журналист Гамид Гамидов в новом выпуске программы «Поговорим?» представил очередное видеоинтервью. И на этот раз формат передачи несколько отличался от предыдущих выпусков - кроме знакомого ведущего в данном выпуске приняли участие его коллеги – журналисты Джамиля Алекперова, Джавид Османов и Mick Bloom.
      Журналисты обсудили насущные социальные темы, связанные с насилием. Возникает ощущение, что с начала года количество новостей, которые «пугают», стало расти.
        Комментируя данную тенденцию, собеседники в своих обсуждениях затронули буллинг в школах, уважение к старшим и тему безнаказанности, поговорили о том, нужно ли закрывать тик-ток и, как можно сократить уровень агрессии в обществе...
        • Like
      • 24 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...