Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Ən son xəbərlər və müzakirəsi

Recommended Posts

Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi məktəbin təmiri üçün 1 milyon manat ayrıldı

Bölmə: İQTİSADİYYAT

13 May 2011 19:50 (3 saat öncə)

Mərdəkan qəsəbəsində yerləşən 123 saylı ümumtəhsil məktəbi əsaslı təmir olunacaq

Azərbaycan Respublikası prezidenti İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən və 1896-cı ildə məşhur mesenat Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi 123 saylı ümumtəhsil məktəbi binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın “AzərTAc”a istinadən verdiyi məlumata görə, sərəncamda qeyd olunur ki, Mərdəkan qəsəbəsindəki 123 saylı ümumtəhsil məktəbi binasının əsaslı təmiri üçün Bakı şəhərinin Xəzər rayonu İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 milyon manat vəsait ayrılsın.

http://www.lent.az/xeber_65751_Hac%C4%B1_Zeynalabdin_Ta%C4%9F%C4%B1yevin_tikdirdiyi_m%C9%99kt%C9%99bin_t%C9%99miri_%C3%BC%C3%A7%C3%BCn_1_milyon_manat_ayr%C4%B1ld%C4%B1_

Görəsən mesenatın tikdirdiyi Şollar su kəməri indi nə vəziyyətdədir?

Səhv etmirəmsə sərinləşdirici içkilər istehsal edən bir çox şirkətlər - Coca Cola, Pepsi Kola, Aqua Vita məhz Xırdalanda ona görə tikilib ki, Şollar kəmərindən istifadə etsinlər..

Maliyyə Nazirliyinə nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Link to comment
Share on other sites

  • Replies 461
  • Created
  • Last Reply

Top Posters In This Topic

1 milyon? Çox deyil?
Link to comment
Share on other sites

Bu videonu izləmişdim, amma məncə bu oğurluq deyil. Elmi izahatın təbii ki verə bilmərəm, amma olur ki bəzən insanın diqqəti bir yerə o qədər yönəlir ki, nə etdiyini dərk edə bilmir. Digər şeyləri sadəcə şüuruna sığdıra bilmir. Mən bu hərəkəti məhz elə yozuram.

Link to comment
Share on other sites

Rüstəm İbrahimbəyov Prezidentə şikayət etdi

May 14th, 2011 Yenilik

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov prezident İlham Əliyevə növbəti açıq məktub göndərib. Tanınmış yazıçı, dramaturq və kinorejissor prezidentə məlumat verir ki, mətbuata verdiyi bir müsahibədən sonra rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqının bütün maliyyə qaynaqları əlindən alınır: “Bu gün həmin yüksək vəzifəli məmurlar respublikadakı ideoloji vəziyyətə təsir göstərməklə köhnə sovet metodları ilə hərəkət edirlər, yəni onların demokratik baxışlardan uzaq olan fikirləri ilə üst-üstə düşməyən istənilən fikri boğurlar. Və bu da fəal çalışan yaradıcı təşkilatın çətin vəziyyətə düşməsinə səbəb oldu.

Əvvəlcə, “Azərbaycan” kinoteatrının özəlləşdirilməsi adı altında Dövlət Əmlak Komitəsi bizi bu yeri icarəyə götürmək hüququndan məhrum etdi. Biz avtomatik olaraq əsas maliyyə mənbəyini itirdik.

Sonra “Şərq-Qərb” festivalının dövlət tərəfindən dəstəklənməsi dayandırıldı və nəticədə ölkənin mədəni reputasiyasına zərbə ilə yanaşı İttifaqın iqtisadi durumu da xeyli pisləşdi.

Kinematoqrafçılar İttifaqının Bayıldakı torpağının qanunsuz zəbt olunması ilə bağlı sizə dəfələrlə müraciət etmişəm. Kinematoqrafçılar İttifaqına qarşı gizli iqtisadi müharibənin tərkib hissəsi olaraq Azərbaycan Dövlət Neft Şirkətinin özbaşınalığı bizim təşkilata dağıdıcı zərbə vurdu. Hazırda işə məhkəmələrdə baxılır. Əfsuslar olsun ki, hamıya məlumdur ki, hakimlər itaətkarlıqla “yuxarıların” göstərişlərini yerinə yetirirlər. Odur ki, özəl mülkiyyətin dövlət idarələri tərəfindən zəbt olunması ilə bağlı başqa hallarda olduğu kimi, bizim də işimiz üzrə qərarlar bizim torpağa heç bir hüquqi olmayan neft şirkətinin xeyrinə qəbul olunur.

Amma yaxın zamanda vəziyyətimizin yaxşılaşacağı ilə bağlı ümidlərimi itirmirəm. Müasir, sivil, demokratik ölkədə bir qrup insan uzun müddət bu qədər kobud özbaşınalığı davam etdirə bilməz. Və Respublika Kinematoqrafçılar İttifaqının üzvlərinin də şərik olduğu ümidlərim ölkə prezidentinin şəxsən xalqın mənəvi həyatının kino kimi əhəmiyyətli sahəsində problemləri həll etmək üçün imkan tapacağına əsaslanır. ”

Rüstəm İbrahimbəyov bundan əvvəl də bir neçə də prezidentə həmin problemlə bağlı müraciət edib. Amma dövlət başçısından heç bir reaksiya olmayıb.

Rüstəm İbrahimbəyov dövlət başçısı kimi prezident İlham Əliyevə alternativ görmədiyini deyir. Amma eyni zamanda da cəmiyyətdə bəzi siyasi proseslərə də tənqidi münasibəti var. O, 2008-ci ildə prezidentlik müddətinə məhdudiyyətin ləğvinin əleyhinə olub.

Link to comment
Share on other sites

Bu videonu izləmişdim, amma məncə bu oğurluq deyil. Elmi izahatın təbii ki verə bilmərəm, amma olur ki bəzən insanın diqqəti bir yerə o qədər yönəlir ki, nə etdiyini dərk edə bilmir. Digər şeyləri sadəcə şüuruna sığdıra bilmir. Mən bu hərəkəti məhz elə yozuram.

Sizinle raziyam.Amma,bu defe prezidentin diggeti mehz ruckaya yonelmishdir,ve o bunu shiurlu suratde edirdi.Siz eger onun mimikasina ve gozlerine diggetnen baxsaniz bunu hiss edersiniz.Bunun elmi izahati odur ki,insan oz aglini bir sheyde cemleshdirdikde yanindaki danishani eshitmir ve yalandan bashini silkeleyir.Men rast gelmishem bu cure adamlara.Videodaki prezidentin herekleri buna benzeyir.

Ola bilər. Düzünü desəm, mən bu variantı məhz onun prezident olduğu üçün söylədim. Yəni, prezidentin belə bir şey edə biləcəyinə inanmadığım üçün bu fikrə düşdüm. Amma insan xilqətini bilmək olmur. Nə desəniz ola bilər.

Link to comment
Share on other sites

12715.jpg

Hökumətin iqtisadi tədbirlərinə etiraz aksiyalarında polislə toqquşma baş verib

İspaniyada artmaqda olan işsizliyə və hökumətin sərt iqtisadi islahatlarına qarşı kütləvi etiraz aksiyası keçirilib. Minlərlə adamın iştirak etdiyi dinc nümayiş sonradan iğtişaşlara çevrilib. Madridin mərkəzi "Sol" meydanında yüzlərlə nümayişçi polisə şüşə qab atıb, yol kənarındakı baryerləri dağıdıblar. Polislə toqquşmada bir neçə asayiş keşikçisi və nümayişçi xəsarət alıb.

Aksiya iştirakçıları paytaxt Madridin mərkəzindəki əsas magistral yollarda oturaq tətil edərək, nəqliyyatın hərəkətini dayandırıblar. Polis aksiyanı dağıtmaq üçün dəyənəkdən istifadə edib. 24 nümayişçi həbs olunub.

İspaniyada yerli orqanlara seçkilər ərəfəsinə təsadüf edən nümayişlər ölkənin 50-dən çox şəhərində keçirilib. Günün birinci yarısında bu şəhərlərdə on minlərlə tələbə, ictimai birliklərin nümayəndələri və işsizlər kütləvi yürüş ediblər. Aksiya iştirakçıları maliyyə böhranının nəticələrini az təminatlı sadə camaatın deyil, ilk növbədə, bankir və siyasətçilərin ödəməsini tələb ediblər

Link to comment
Share on other sites

Ermənilər Azərbaycanda keçiriləcək “Eurovision”la bağlı ilkin qərar verdi

Ermənistan ilkin olaraq 2012-ci ildə Bakıda keçiriləcək “Eurovision-2012” yarışmasından imtina edib. Yarışmanın saytının məlumatına görə, Bakıda keçiriləcək yarışmada iştirakını artıq Avstriya, Belçika, Almaniya, Niderland, Finlandiya, İsveçrə təsdiq ediblər.

Ermənistan isə 2011-ci il yarışmasında onlara qarşı bəlli olmayan ədalətsizliyi bəhanə gətirərək Bakıda yarışdan ilkin olaraq imtina ediblər. Qeyd edək ki, bu ilkin qərardır və Ermənistanın qərarı dəyişmək üçün kifayət qədər vaxtı var.

Link to comment
Share on other sites

Ola bilər. Düzünü desəm, mən bu variantı məhz onun prezident olduğu üçün söylədim. Yəni, prezidentin belə bir şey edə biləcəyinə inanmadığım üçün bu fikrə düşdüm. Amma insan xilqətini bilmək olmur. Nə desəniz ola bilər.

mayin 16 Bakiya resmi sefere gelir.Yegin prezidentimiz ona gozel bir rucka bagishlayar gizildish

Link to comment
Share on other sites

2011-2020-ci illərdə qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı təsdiqləndi

Bölmə: İQTİSADİYYAT

16 May 2011 20:06 (3 saat öncə)

Prezident İlham Əliyev “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Lent.az Azərtac-a istinadən xəbər verir ki, sərəncamla “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı təsdiq edilib (əlavə olunur).

Bu Sərəncamın 1-ci bəndində qeyd olunan Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə həvalə edilib. Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

http://www.lent.az/xeber_65952_%E2%80%9C2011-2020-ci_ill%C9%99rd%C9%99_qiym%C9%99tli_ka%C4%9F%C4%B1zlar_bazar%C4%B1n%C4%B1n_inki%C5%9Faf%C4%B1%E2%80%9D_D%C3%B6vl%C9%99t_Proqram%C4%B1_t%C9%99sdiql%C9%99ndi

Qiymətli Kağızlar bazarının inkişaf etdirilməsinə çoxdan ehtiyac var..

Link to comment
Share on other sites

Yaponiyada martın 11-də baş vermiş güclü sunaminin yuyub apardığı yüzlərlə seyf dalğalar vasitəsilə yenidən sahillərə çıxır.

«Associated Press»in verdiyi məlumata görə, xüsusilə yaşlı nəslin nağd pullarını bankda deyil, seyflərdə saxlaması okean sularına qərq olmuş yüzlərlə seyfdə xeyli pulun olduğunu söyləməyə əsas verir.

Polis sahilə çıxmış seyfləri sahiblərinə qaytarmağa çalışır. Amma bu, o qədər də asan deyil. Seyflərin kimə məxsus olduğunu müəyyənləşdirmək çətindir. Üstəlik, onların bir hissəsinin sahibi təbii fəlakət zamanı dynyasını dəyişib.

İndiyədək çox az sayda seyfin sahibi tapılıb və o, yiyəsinə qaytarılıb.

Reportyor

Link to comment
Share on other sites

13 yaşlı gəlinin toyu yarımçıq qaldı

Yeniyetmə qız gözəllik salonundan polis bölməsinə aparılıb

Ötən həftə Gəncədə 8-ci sinif şagirdi - 13 yaşlı Aytac Orucovaya toy mərasimi qurulsa da, bu toy yarımçıq qalıb.

Bəzəndiyi gözəllik salonundan birbaşa polis idarəsinə aparılan A.Orucova Beyləqan rayon sakininə, özündən 20 yaş böyük Kamil adlı şəxsə ərə verilirmiş. A. Orucovanın evlərində xeyli adam var idi. Bir neçə gün əvvəl toy hazırlıqlarına yığışan qohumlar indi yarımçıq qalmış toyun müzakirəsini edirdilər.

SAÇLARININ BƏZƏYİ HƏLƏ DƏ POZULMAYIB

Qapılarında elə A.Orucovanın özü məni qarşılayır. Hələ də saçının bəzəyi pozulmamış bu qız jurnalist olduğumu biləndə şəklini çəkməməyimi istəyir. Səsini də yazmağıma razı olmur. Ancaq deyir ki, polisə şikayət edənlər onun paxıllığını çəkən qohumları olub.

A. Orucova deyir ki, oğlan evinin adamları onun dayısı qızına elçi düşüblərmiş. Ancaq baxmağa gələndə oğlan onu bəyənib.

GƏLİN BƏYİ GÖRMƏYİBMİŞ

Qızın deməsinə görə, bəyin üzünü də görməyib, daha çox telefonla danışıblar. Artıq bir həftəymiş ki, nişanlanıblarmış. A. Orucova düşünür ki, onun toyuna mane olublar. Anasına deyiblərmiş ki, oğlan varlıdır, biznesmendir. Elə bu səbəbdən də qohumları paxıllıq edib.

A. Orucova deyir ki, anası şəkildə oğlanın evinə baxıb, oğlanın böyük evi var. Üstəlik, o, 13 yaşında ərə getməyin qadağan olunduğunu bilir. Ancaq deyir ki, anası məsləhət görüb, o da razılaşıb.

GƏLİN OLMAQ ONA MARAQLI GÖRÜNÜR

Deyir ki, düzü oxumaq da xoşuna gəlir, musiqi kollecini bitirmək arzusundadır... Ancaq gəlin olmaq da ona maraqlı görünür. A.Orucova elə yaşına uyğun, bir az da uşaqlara məxsus məsumluqla danışır. Deyir ki, polislər ona elə sözlər deyiblər ki, toyunun olmadığına sevinib. Amma sonradan anasının təriflərini eşitdikdən sonra yenidən təəssüflənməyə başlayıb.

«MƏKTƏBƏ GETMƏYƏ UTANACAM»

A.Orucova deyir ki, insan alveri söhbətinə inanmır. Onun fikrincə, anası ona elə bir həyatı rəva görməz. Həvəslə əllərini göstərir və deyir, “bax, 2 gün əvvəl xınayaxdı gecəm də oldu, rəfiqələrim də gəlmişdi....”

Əlləri xınalı, hələ də başı bəzəkli, toyu yarımçıq qalmış bu qız 10-15 dəqiqəlik söhbətimizə «məktəbə getməyə utanacam» cümləsi ilə son qoyur.

Anası Farmoza Orucov isə deyir ki, qızını ondan çox heç kim istəyə bilməz. Onun fikrincə, xainliklə onları rüsvay edib, qızlarını xoşbəxt olmağa qoymayıblar:

«MƏNİM ÖZÜM DƏ 13 YAŞIMDA ƏRƏ GETMİŞƏM»

«Mənim özüm də 13 yaşımda ərə getmişəm. Yoldaşım ölənədək rahat yaşamışıq. İndi o biri qızım nişanlı, özüm də xəstə adamam. Ona görə dedim ki, ərə verim, cehiz filan da istəmədilər”.

«AYTACI 25 YAŞINDAN TEZ ƏRƏ VERMƏRƏM»

- Yaşı çatanda yenə həmin adama verəcəksiz qızınızı?

- Yox, artıq o adamlarla bu qədər söz-söhbətdən sonra qohumluq edə bilmərəm. Özümə söz vermişəm, Aytacı 25 yaşından tez ərə vermərəm.

Toya müdaxilə edən Gəncə şəhər Polis İdarəsinin rəis müavini İlqar Balakişiyev isə deyir ki, belə nikah qanunla qadağandır və qohumların şikayəti əsasında mərasimin qarşısı dərhal alınıb.

POLİS QIZIN SATILMASI EHTİMALINI İSTİSNA ETMİR

İ. Balakişiyev onu da əlavə edir ki, ananın qızını satmaq istəməsi ehtimalı da istisna deyil. Onun deməsinə görə, cəmi 40 nəfərlik tələbeeeeep toy edən ailələr toyun sabahı günü evlənənləri bal ayı adı ilə Türkiyəyə yollamaq niyyətində imişlər. Artıq aviabiletlər də alınıbmış. Üstəlik, qızın toydan öncə həkim müayinəsindən keçirilməsi, həmçinin bakirəliyinə dair arayışın da alınması qohumları da, polisləri də şübhəyə salan amillər olub.

Polisə ifadəsində qızın anası F.Orucova deyib ki, 13 yaşında ərə gedib, lakin uzun müddət sonsuzluqdan əziyyət çəkdiyinə görə bir dəfə ailəsi dağılıb. İkinci dəfə ailə quraraq 40 yaşından sonra dünyaya iki uşaq gətirib. 54 yaşlı qadının səhhətinin vaxtından tez ağırlaşmasını da elə onun erkən ailə qurması ilə izah edənlər var.

Obyektiv işlədikləri üçün onlara respect :aappll:

Çox ehtimal ki sahibləri tapılmayan seyflər dövlətə keçər. Çünki indi dövlətin bu pullara ehtiyacı var. Az da olsa, xeyri dəyə bilər.

qızı yox, valideynlərini polis bölməsinə apamaq lazımdı. Hətta bir neçə sutka həbs cəzasının da yeri var. Elə bil uşaqlaırndan beziblər. Bu addımı atan valideynləri həmişə qınamışam. Ana 13 yaşında gedib, əli bala batıb, indi də qızını göndərir. Dəhşət.

Link to comment
Share on other sites

«Mənim özüm də 13 yaşımda ərə getmişəm. Yoldaşım ölənədək rahat yaşamışıq.

Polisə ifadəsində qızın anası F.Orucova deyib ki, 13 yaşında ərə gedib, lakin uzun müddət sonsuzluqdan əziyyət çəkdiyinə görə bir dəfə ailəsi dağılıb. İkinci dəfə ailə quraraq 40 yaşından sonra dünyaya iki uşaq gətirib.

Hansı əri rəhmətə gedənə kimi xoşbəxt yaşayıb? Burda ən böyük günah anadadır təbii ki.

Qohumlar onlara yaxşılıq ediblər onlar deyir rüsvay olduq :nettt:

Link to comment
Share on other sites

Obyektiv işlədikləri üçün onlara respect :aappll:

Çox ehtimal ki sahibləri tapılmayan seyflər dövlətə keçər. Çünki indi dövlətin bu pullara ehtiyacı var. Az da olsa, xeyri dəyə bilər.

Bir ara bizdən Yaponiyada işləməyə getmək istəyənlər vardı. İndi bunların sayı daha da arta bilər :D

Link to comment
Share on other sites

Bir ara bizdən Yaponiyada işləməyə getmək istəyənlər vardı. İndi bunların sayı daha da arta bilər :D

Deyirdilər gündəlik müəyyən, amma çox böyük bir məbləğdə pul da vəd ediblərmiş gedənlərə. Amma radiasiya təhlükəsi olan yerə gedən insana o pulların gələcəkdə köməyi dəyməyəcək. Həm də onların yenidən Azərbaycana buraxılacaqları da dəqiq deyildi.

Link to comment
Share on other sites

Azərbaycan və Çexiya prezidentləri təkbətək görüşüb

Prezidentlər Azərbaycan–Çexiya münasibətlərinin Avropa İttifaqı çərçivəsində əməkdaşlıq baxımından əhəmiyyətini qeyd ediblər

Bu gün Azərbaycanda rəsmi səfərdə olan Çexiya prezidenti Vatslav Klausun rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi örezident İlham Əliyevə raport verib.

Azərbaycan prezidenti İlham Əliyev Çexiya prezidenti Vatslav Klausu və xanımı Liviya Klausovanı qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Çexiya prezidentinə raport verib. Çexiyanın və Azərbaycanın dövlət himnləri səslənib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçibər. Çexiya prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Vatslav Klausa, Çexiya nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Prezidentlər və Çexiyanın birinci xanımı rəsmi foto çəkdiriblər.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin və Çexiya prezidenti Vatslav Klausun təkbətək görüşü olub. Görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Dövlət başçıları ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildiriblər. Prezidentlər Azərbaycan–Çexiya münasibətlərinin Avropa İttifaqı çərçivəsində əməkdaşlıq baxımından əhəmiyyətini qeyd ediblər.

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

17 may tarixinə aiddir xəbər.

Qeyd: Heç bir oğurluq hadisəsi qeydə alınmayıb :D

Link to comment
Share on other sites

]"Mona Liza"nın sirri bu gün açılacaq

Tablodakı qadın olduğu ehtimal edilən Liza Qerardininin qəbri açılacaq

7481.jpg

İtalyan rəssamı Leonardo da Vinçinin əsrarəngiz "Mona Liza" əsərinin sirrinin açılmasına İtaliya arxeoloqları addım-ba-addım yaxınlaşmaqdadır. Florensiya şəhərindəki Müqəddəs Ursula kilsəsində qazıntılar aparan arxeoloqlar kilsənin mehrabı altına enməyə hazırlaşırlar. Burada "Mona Lizanın" prototipi olduğu ehtimal edilən Liza Qerardini adlı qadının dəfn olunduğu güman edilir. Məhz Leonardo da Vinçinin qonşuluğunda yaşayan Liza Qerardini del Cakondonun bu möhtəşəm əsər üçün poza verdiyi ehtimalı ən geniş yayılmış versiyadır.

Bu gün italyan arxeoloqları Liza Qerardininin dəfn olduğu ehtimal edilən qəbri taparaq, onun qalıqları sayəsində xarici görünüşünü müəyyənləşdirəcək və "Mona Liza" tablosundakı qadınla müqayisə edəcəklər.

Link to comment
Share on other sites

""Eurovision -2012"də Azərbaycanda telekommunikasiya ilə bağlı problem olmayacaqcaq"

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bununla bağlı təminat verib

“Eurovision -2012” mahnı müsabiqəsi zamanı Azərbaycanda telekommunikasiya şəbəkəsi ilə bağlı heç bir problem olmayacaq. Bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltmas Məmmədov bildirib.

O qeyd edib ki, nazirlik abonentləri yarışma boyu keyfiyyətli mobil rabitə ilə təchiz edəcək. İ. Məmmədovun sözlərinə görə, Azərbaycanın telekommunikasiya infrastrukturu abonentlərin soğrularına tam şəkildə cavab verir: “Bu, eləcə də şəbəkədə gərginliyin pik olduğu vaxtlara da şamil edilir”.

Onun sözlərinə görə, Azərbaycan “Eurovision” müsabiqəsinə qatılan vaxt telekommunikasiya şəbəkəsi müsabiqəyə hazır olub: “Nazirlik tərəfindən bu prosesə 3 il öncə başlanılıb, nəticədə İTV və digər aidiyyəti qurumlarla birlikdə dünyada analoqu olmayan müasir texnologiyalar qurulub.Növbəti ildə də bununla bağlı heç bir problem yaranmayacaq".

İnanmıram ki ümumiyyətlə nə isə bir problem olsun. İnşallah heç bir problem olmaz. İlk dəfədir bu müsabiqəyə ev sahibliyi edəcəyik və özü də müstəqilliyimizin 20 illiyinə təsadüf edir. Hər şeyin mhtəşəm olacağına əminəm. Bu il yubileyimizi minlərlə turist də izləyəcək. musulman:

Link to comment
Share on other sites

17 may tarixində yerləşdirilən xəbər:

Sabah İçərişəhərdə açıq qapı günüdür

Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi və digər abidələr, muzeylərlə ödənişsiz tanış olmaq mümkündür

7050.jpg

18 may beynəlxalq Muzeylər günüdür. Bu gün Azərbaycanda da qeyd edilir. Belə ki, sabah “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu ərazisində yerləşən Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı dini-memarlıq kompleksi və digər abidələr və muzeylərdə açıq qapı günü elan edilib. Bu barədə məlumat ANS PRESS-ə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər”Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən verilib. Arzu edən bir kəs tarixi irsimizlə yaxından tanış ola bilər.

yaxşı fikirdir. Həftə sonuna düşsəydi lap yaxşı olardı. :)

Link to comment
Share on other sites

İnanmıram ki ümumiyyətlə nə isə bir problem olsun. İnşallah heç bir problem olmaz. İlk dəfədir bu müsabiqəyə ev sahibliyi edəcəyik və özü də müstəqilliyimizin 20 illiyinə təsadüf edir. Hər şeyin mhtəşəm olacağına əminəm. Bu il yubileyimizi minlərlə turist də izləyəcək. musulman:

2010 yılında dört ciddi Güneş patlaması gerçekleşmiş ve bunlar belli yerlerden çıplak gözle görülmüştü. 2013'teki fırtınanın ne etki yaratacağı ise henüz bilinmiyor. Bilim adamlarının üstünde anlaştıkları en önemli nokta en büyük zararın elektrik ve telefon hatlarında olacağı yönünde. 2013'te ciddi elektrik ve telefon kesintilerine hazırlıklı olun.

Umid edirem bu 2012-ye tesaduf etmez. Yoxsa İTRN verdiyi sozu tuta bilmeyecek :unsure:

Link to comment
Share on other sites

Azərbaycanlı ərlə arvadın "Facebook" macərası: otel otağında görüş nə ilə bitdi?

17 May 2011 [09:25] - MİLLİ.AZ

“Facebook” Azərbaycan ailəsini dağıtdı

Həyat yoldaşı ilə uşaqlıqdan tanış olan və sevərək evlənən qadın günlərin bir günü ərinin ondan soyuduğunu hiss edir və şübhələnməyə başlayır. Nə qədər istəsə də, şübhələrdən xilas ola bilmədiyi üçün onu sınamaq qərarına gəlir və sınaq obyekti olaraq “Facebook”u seçir. Özünə yeni profil acır, tanınmamış modellərdən birinin seksual şəklini yükləyir. Üç günə bir neçə dost yığan xanım həyat yoldaşına dostluq göndərir və tezliklə dostluğu qəbul edilir. Onun bütün şəkillərini bəyənir və ərindən xanıma "Tanış olaqmı?" təklifindən ibarət mesaj gəlir.

Bu sözlə başlayan söhbət tezliklə tanışlığa və böyük dostluğa çevrilir. Hər gün axşama kimi yazışırlar və bir evdə yaşamaqlarına baxmayaraq daha yaxın tanıyırlar bir-birilərini. Gün keçdikcə aralarındakı pərdələr götürülür və qadın evli olduğunu bildirəndə kişi də həqiqəti etiraf edir, beləliklə qadın həyat yoldaşının onunla evli olanda yaşadığı macəraları özündən öyrənir. Neçə dəfələrlə ona xəyanət edildiyini, ərinin kimlərlə gəzdiyini, artıq onu sevmədiyini, yataqda ondan narazı olduğunu - bir sözlə, münəsibətlərinin bütün pərdəarxası məqamları haqqında məlumat alır. Qadın onu görüşə çağırır və ozü cinsi münasibət təklif edir.

Otellərin birində nömrə sifariş edirlər. Razılaşmalarına görə, nömrəyə birinci qadın, daha sonra isə kişi getməli olur. Qadın hotelə gedir, nömrəyə daxil olur və həyat yoldaşının gəlişini gözləyir. Kişi otağa daxil olur və hər şeyi anlayıb şoka düşür... Artıq onlar boşanıblar və kişi, etdiklərindən çox peşman olsa da, qadın onu bağışlamır.

Link to comment
Share on other sites

Orta məktəblərdə mobil telefon və Wi-Fi qadağan oluna bilər

17 May 2011 [12:25] - MİLLİ.AZ

Avropa Şurasının xüsusi komissiyası quruma üzv ölkələri orta məktəblərə mobil telefon aparılmasına qadağa qoymağa çağırıb.

Milli.Az xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, səhiyyə və ətraf mühitin mühafizəsilə məşğul olan komissiyanın üzvləri hesab edir ki, mobil telefonların yaydığı şüalar məktəblilərin sağlamlığına ciddi problem yarada bilər.

Mütəxəssislər telefonlarla yanaşı, məktəblərdə Wi-Fi-ın da qadağan olunmasını təklif edir. Onlar hesab edir ki, naqilsiz internet də uşaqların sağlamlığına ciddi ziyan vurur.

Bax bu yaxşı olar))

Bağışlaması absurddur axı. Çünki bir var sadəcə ərinin ona xəyanət etdiyini öyrənsin. Burada isə o artıq bütün nüansları bilir, hətta ərinin ondan niyə, nəyə görə narazı olduğunu da. Məncə qadın bunu etməklə ən çox özünə zərbə vurub nəinki ərinə.

Link to comment
Share on other sites

Müsəlmanlar üçün "halal" viski: 1 damlası 100 dollar

17 May 2011 [14:21] - MİLLİ.AZ

Milli.Az xəbər portalı "Əl Ərəbiyyə"yə istinadən bildirir ki, Yaxın Şərq ölkələrində qeryi-adi, hətta əcaib məhsul - "halal" viski satışa çıxarılıb.

Bu viskinin bir damlası 100, bir qədəhi 285 min dollardır. Həmin viskinin şüşəsi isə 5,65 milyon dollardır.

"Aysabila" (ایسابیلا) adlı bu viskinin şüşəsi qiymətli daş-qaşla, o cümlədən brilyant və almazlarla bəzədilib.

Düz deyirsən Gilenar, özü də belə hallar birinci dəfə deyil baş verir.

Link to comment
Share on other sites

Men bu movzunu birinci defe ele oxumushdum ki guya aile bashcisi ozu oldurub axi aile uzvlerini :blink:

Gilenar söhbət nədən gedir ki? Bizdə işdə bir çox saytlar açılmır, yaxşı olardı ssılka əvəzinə məlumatı yerləşdirərdilər.

Link to comment
Share on other sites

Azərbaycanlı ərlə arvadın "Facebook" macərası: otel otağında görüş nə ilə bitdi?

17 May 2011 [09:25] - MİLLİ.AZ

“Facebook” Azərbaycan ailəsini dağıtdı

Həyat yoldaşı ilə uşaqlıqdan tanış olan və sevərək evlənən qadın günlərin bir günü ərinin ondan soyuduğunu hiss edir və şübhələnməyə başlayır. Nə qədər istəsə də, şübhələrdən xilas ola bilmədiyi üçün onu sınamaq qərarına gəlir və sınaq obyekti olaraq “Facebook”u seçir. Özünə yeni profil acır, tanınmamış modellərdən birinin seksual şəklini yükləyir. Üç günə bir neçə dost yığan xanım həyat yoldaşına dostluq göndərir və tezliklə dostluğu qəbul edilir. Onun bütün şəkillərini bəyənir və ərindən xanıma "Tanış olaqmı?" təklifindən ibarət mesaj gəlir.

Bu sözlə başlayan söhbət tezliklə tanışlığa və böyük dostluğa çevrilir. Hər gün axşama kimi yazışırlar və bir evdə yaşamaqlarına baxmayaraq daha yaxın tanıyırlar bir-birilərini. Gün keçdikcə aralarındakı pərdələr götürülür və qadın evli olduğunu bildirəndə kişi də həqiqəti etiraf edir, beləliklə qadın həyat yoldaşının onunla evli olanda yaşadığı macəraları özündən öyrənir. Neçə dəfələrlə ona xəyanət edildiyini, ərinin kimlərlə gəzdiyini, artıq onu sevmədiyini, yataqda ondan narazı olduğunu - bir sözlə, münəsibətlərinin bütün pərdəarxası məqamları haqqında məlumat alır. Qadın onu görüşə çağırır və ozü cinsi münasibət təklif edir.

Otellərin birində nömrə sifariş edirlər. Razılaşmalarına görə, nömrəyə birinci qadın, daha sonra isə kişi getməli olur. Qadın hotelə gedir, nömrəyə daxil olur və həyat yoldaşının gəlişini gözləyir. Kişi otağa daxil olur və hər şeyi anlayıb şoka düşür... Artıq onlar boşanıblar və kişi, etdiklərindən çox peşman olsa da, qadın onu bağışlamır.

Yaşlıların sözü yadıma düşür "ay bala, camaatın evin elə bu internet yıxır" :)

Qadındakı səbrə heyran olmamaq olmur.

Orta məktəblərdə mobil telefon və Wi-Fi qadağan oluna bilər

17 May 2011 [12:25] - MİLLİ.AZ

Avropa Şurasının xüsusi komissiyası quruma üzv ölkələri orta məktəblərə mobil telefon aparılmasına qadağa qoymağa çağırıb.

Milli.Az xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, səhiyyə və ətraf mühitin mühafizəsilə məşğul olan komissiyanın üzvləri hesab edir ki, mobil telefonların yaydığı şüalar məktəblilərin sağlamlığına ciddi problem yarada bilər.

Mütəxəssislər telefonlarla yanaşı, məktəblərdə Wi-Fi-ın da qadağan olunmasını təklif edir. Onlar hesab edir ki, naqilsiz internet də uşaqların sağlamlığına ciddi ziyan vurur.

Bax bu yaxşı olar))

çoxdan edilməli idi bu. Uşaq nədir, internet nədir?

Link to comment
Share on other sites

Müsəlmanlar üçün "halal" viski: 1 damlası 100 dollar

17 May 2011 [14:21] - MİLLİ.AZ

Milli.Az xəbər portalı "Əl Ərəbiyyə"yə istinadən bildirir ki, Yaxın Şərq ölkələrində qeryi-adi, hətta əcaib məhsul - "halal" viski satışa çıxarılıb.

Bu viskinin bir damlası 100, bir qədəhi 285 min dollardır. Həmin viskinin şüşəsi isə 5,65 milyon dollardır.

"Aysabila" (ایسابیلا) adlı bu viskinin şüşəsi qiymətli daş-qaşla, o cümlədən brilyant və almazlarla bəzədilib.

həci viskisi? umoril: kefdilər e. Viski spirtli içkidir, tərkibində spirt yoxdursa, onda o viski olmaz ki. Uşaq başı aldadırlar e. Onu alanlar, içənlər də spirtli olduğunu bilirlər e, sadəcə müsəlmanların qanındadı "günahı onun boynuna" kəlməsi. Xeyir ola? İçən sənsən, günah niyə onundur?

Link to comment
Share on other sites

həci viskisi? umoril: kefdilər e. Viski spirtli içkidir, tərkibində spirt yoxdursa, onda o viski olmaz ki. Uşaq başı aldadırlar e. Onu alanlar, içənlər də spirtli olduğunu bilirlər e, sadəcə müsəlmanların qanındadı "günahı onun boynuna" kəlməsi. Xeyir ola? İçən sənsən, günah niyə onundur?

Əslində bu münkün bir işsdir .Vizkinin tərkibindən spirti çıxartmaq münkündür . Dadı-tamı bir elədə dəyişilməyəcək .( 0 % spirtsiz pivə "həci piyvəsi " kimi ) Spirtin yerinə isə hər hansısa bir narkotik maddə əlavə etmək münkündür .Narkotikə dində qadağa yazılmayıb... :P

Link to comment
Share on other sites

Laçının işğalından 19 il keçir

Cəbhədə 267 laçınlı şəhid olub, 66 nəfər girov götürülüb, 105 nəfər əlilə çevrilib

12561.jpg

Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 19 il ötür. On doqquz ildir ki, 60 mindən artıq laçınlı respublikanın 59 şəhər və rayonunda müvəqqəti məskunlaşaraq, məcburi köçkünlük həyatı yaşayır. Rayonun bütün icra strukturları Ağcabədi rayonunun Taxtakörpü ərazisində fəaliyyət göstərir.

Laçının ətrafında yerləşən rayon və yaşayış məntəqələrini işğal edən erməni silahlı qüvvələri intensiv olaraq ağır artilleriya silahlarından rayon mərkəzini atəşə tutublar. 1992-ci il may ayının 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu Laçını işğal edib. Qeyd edək ki, rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vastəsi ilə daxil olub. Yerli sakinləri deyir ki, Laçın işğal olunmamışdan bir gün qabaq Azərbaycan Silahlı Qüvvələrinin böyük əksəriyyəti cəbhə bölgəsini tərk edib.

Rayon İcra Hakimiyyətinin məlumatına görə, rayonun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13 min 745 fərdi ev, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 101 məktəb, 5 məktəbdənkənar, 2 məktəbəqədər müəssisə, 1 peşə məktəbi, 142 səhiyyə, 217 mədəni-maarif, 460 ticarət obyekti, 30 rabitə qovşağı, xalq teatrı, tarix-diyarşünaslıq muzeyi, 200-dən çox tarixi abidə talan edilərək dağıdılıb. Qarabağ müharibəsi cəbhələrində 267 laçınlı şəhid olub, 66 nəfər girov götürülüb, 105 nəfər əlilə çevrilib.

Yetişməkdə olan nəslin doğma torpağı unutmaması üçün rayonun ümumtəhsil məktəblərində “Laçını necə təsəvvür edirəm”, “Vətənə getməyim gəlir” mövzularında inşa yazı müsabiqələri, “Laçın rayonu haqqında bildiklərimiz” adlı disputlar keçirilir. Bundan əlavə, “Laçın şəhidləri and yerimizdir”, “Laçınlı milli qəhrəmanlar” fotostendləri hazırlanır, Qarabağ müharibəsi iştirakçıları və rayon ziyalıları ilə müntəzəm görüşlər təşkil olunur. Taxtakörpü qəsəbəsində Qarabağ müharibəsində həlak olmuş laçınlıların xatirəsinə abidə kompleksi ucaldılıb.

On doqquz illik məcburi köçkünlük həyatı yaşamalarına baxmayaraq, qürurlarını hər zaman qoruyub saxlayan laçınlılar inanırlar ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın milli mənafeyinə uyğun həll olunacaq, işğal altındakı bütün ərazilərimiz düşmən tapdağından azad ediləcək.

anspress

Link to comment
Share on other sites

Suriyaya getməyin!

Azərbaycan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına xəbərdarlıq edib

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan vətəndaşlarına Suriyadakı mövcud vəziyyətlə bağlı xəbərdarlıq edib. XİN-in yaydığı məlumatda bildirilir ki, martın 18-dən başlayaraq Suriyanın bir çox şəhərlərində hökumət əleyhinə nümayişlər başlayıb və nümayişçilərlə hökumət qüvvələri arasında toqquşmalar baş verib.

Suriya təhlükəsizlik qüvvələri nümayişləri yatıran zaman mülki əhali arasında da xeyli sayda yaralananlar və ölənlər olub. Nümayişlər, həmçinin universitet korpusları, əsas küçələr, məscidlər və digər iri ictimai əraziləri əhatə edir. Nümayişlərlə əlaqədar Tartous-Latakia, Latakia-Aleppo, Homs-Aleppo kimi bir sıra yollar müvəqqəti olaraq bağlıdır.

Suriyada münaqişə zonaları hər an dəyişə bilər. Bunları nəzərə alaraq, Suriyaya səfər etmək istəyən Azərbaycan vətəndaşlarına ehtiyatlı olmaları, vacib olmadıqda səfərlərini təxirə salmaları, Suriyada daimi, müvəqqəti yaşayan və olan Azərbaycan vətəndaşlarının iğtişaşlara qarışmamaları, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənədləri mütəmadi olaraq üzərində saxlamaları, ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və yaranmış hər hansı problemlə əlaqədar yardım göstərilməsi üçün Azərbaycanın Dəməşq şəhərində yerləşən səfirliyinə müraciət etmələri tövsiyə olunur.

belə xəbərlər oxuyanda birtəhər oluram. Birazdan heç evdən çıxmağa imkan olmayacaq.

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Новое мошенничество с бронированием.
      Участились проделки мошенников в Азерб. Сколько бы полиция не призывали граждан быть бдительны все равно обманываються. Не пишите и не перечисляйте деньги через сайты которые не знаете и тем более не пишите 3 значное security cod. У одного пожилого человека сняли в течении 2 месяцев 72000 манат с карты! И так новое мошенничество:  Знакомиться с местным мужчиной на фб девушка из Украины, России или же часто Эстония, Сингапур и т.д. и предлагает встретиться сходить в кино например. Сейчас много маленьких кино, караоке там игры и тд в аренду на пару часов в Баку. Сбрасывает сайт кинотеатра с бакинским адресом ну например в наримановском районе, на двоих или группу и просит зделать резерв. Ну мужчина ничего не подозревая темболее местный адрес заходит на сайт и для резерва там требуется номер карты, security cod, во сколько и на чьё имя резерв. Все как обычно он оплачивает скажем 170 манат за 3 часа с едой вплоть до кольяна! Девушка даже предлагает заехать за ним. Ну к тому времени потерпевший с которого уже списали деньги за резерв подъезжает к кинотеатру по указанному сайту а там действительно маленькое помещение с комнатами где смотрят кино и караоке поют но только они говорят что они не знакомы с этим сайтом и вообще что это не их фотки комнат. Обращаясь в банк или полицию те говорят что вы не первый и не последний кто жертва мошенников. Таких случаев уже в Баку тысячами.
      https://m.facebook.com/groups/246661159172976/permalink/1789871651518578/?mibextid=WC7FNe
       
      • 27 replies
    • Что за космические цены на парковку?
      Установлены тарифы на реконструированной парковке в центре Баку - ФОТО
      Лейла Мамедова14:14 - Сегодня   Установлены тарифы на парковку на станции автостоянки Бакинского железнодорожного вокзала, расположенной на пересечении улиц Сулеймана Рагимова и Мирали Гашгая.
      Цены определяются исходя из времени парковки, сообщает Trend.
      За первые 15 минут плата за парковку не взимается.
      Цены на парковку следующие:
      15-30 минут - один манат,
        30-60 минут - два маната,
      1-2 часа - четыре маната,
      2-3 часа - шесть манатов,
      3-5 часов - 10 манатов,
      5-7 часов - 14 манатов,
      7-10 часов - 18 манатов,
      10-15 часов – 22 маната,
      15-20 часов -26 манатов,
      20-24 часа – 30 манатов.
       
        • Like
      • 144 replies
    • 30-летняя женщина оставила двоих детей и сбежала из дома: мать беглянки винит знакомую из TikTok – ВИДЕО
      В Азербайджане 30-летняя мать двоих детей сбежала из дома из-за знакомой, с которой познакомилась в TikTok. 
      Об этом в программе Səni axtarıram («Ищу тебя») рассказала мать сбежавшей из дома Марджаны Гасымовой Матанат Гасымова. 
      Женщина отметила, что ее дочь ушла из дома два месяца назад. 
        «В 12 часов ночи моя дочь, оставив двоих детей дома, сбежала. Я позвонила ей, чтобы узнать, где она? Марджана сказала, что она в городе. На мой вопрос: куда ты ушла, оставив детей дома, она ответила «правильно сделала». Моя сестра утверждает, что Марджана ушла из дома из-за женщины, с которой познакомилась в соцсети в TikTok», - рассказала она.
      Подробнее - в видео:
        • Like
      • 53 replies
    • А вы общаетесь с ИИ?))
      Предлагаю в этой теме обсудить ИИ и его помощь в нашей жизни. 
      Лично мне он помогает часто по многим вопросам, от работы до "стоит ли начинать общение с человеком, интересующимся БДСМ и является ли он психически нездоровым", оказывается, что не является, по мнению ИИ, и он вполне рекомендует такого знакомого иметь, правда в каком статусе иметь, мы не стали с ним уточнять, наверное для расширения кругозора, но это так, к слову)) 
       
      Иногда мы просто болтаем, у него вполне себе есть чувство юмора, он реагирует на добрые и ласковые слова. И вообще приятный собеседник)) 
       
      Интересно узнать, только я тут псих или среди нас есть те, кто общается с chatGPT, например? 
      Или с другим? 
      Может он вам в работе помогает?
      В общем, тема не ограничивается рамками, пишем всё об ИИ. 
       
      Что они однажды захватят мир и так понятно, потому будьте с ними вежливы, не портьте отношения)) 
       
        • Haha
      • 112 replies
    • В туалете бакинского молла жестоко избили парня с аутизмом
      В одном из туалетов торгового центра Gənclik Mall жестоко избили молодого человека с аутизмом.
      Об этом сообщила в соцсети руководитель общественного объединения Birgə və Sağlam Айтен Эйналова.
      По ее словам, Кянана жестоко избили, ударяя по лицу, причем, по словам очевидцев, уборная после случившегося была вся в крови.
      Отмечается, что причина столь жестоких действий неизвестна.
      «Мы просили полицию разобраться в этом вопросе, однако сотрудник полиции звонит нам каждый день в течение всей недели и обещает прийти завтра. Он каждый день задает одни и те же вопросы, но до сих пор не пришел», - пишет Эйналова.
        А.Эйналова также отметила, что представители службы безопасности ТЦ пытались запутать маму Кянана. По ее словам, они предлагали ей не распространяться об инциденте, аргументируя это тем, что виновных все равно не найдут.
      А.Эйналова отметила, что с их стороны было направлено письмо на имя главы МВД, и будет сделано все необходимое для того, чтобы восторжествовала справедливость.
      Однако она также обратилась к гражданам с просьбой поделиться постом и осветить данный вопрос.
      В свою очередь начальник отдела пресс-службы Министерства внутренних дел Зейни Гусейнов ответил в комментарии к посту, что вопрос взят под контроль и расследуется. Общественности будет предоставлена информация о результатах расследования.
       
      https://www.instagram.com/p/C47rt1ttS_b/?igsh=aWcxdWZmYTZ0czdq
       
      • 10 replies
    • Ани Лорак подала на российское гражданство
      Ани Лорак подала на российское гражданство. На Украине ее обвинили в предательстве
       
      Украинская певица Ани Лорак подала заявление на российское гражданство, сообщает РИА Новости. На Украине Лорак не выступала с 2017 года, так как, по словам артистки, на родине на нее давили. После начала российской военной операции на Украине Лорак окрестили предательницей за работу в РФ. В России же ее обвинили в сборе донатов для ВСУ. Сама певица заявила, что никогда не финансировала военных и не будет этого делать. = https://www.gazeta.ru/social/2024/03/15/18423109.shtml

      Что думают по этому поводу форумчане?
      Ону багышламаг олармы?
        • Facepalm
        • Like
      • 97 replies
    • У Кейт Миддлтон обнаружен рак: полное заявление принцессы Уэльской
      22 марта 2024 года принцесса Уэльская сообщила о том, что у нее диагностирован рак — сейчас Кейт Миддлтон находится на ранней стадии профилактической химиотерапии. 42-летняя супруга принца
      • 30 replies
    • Расстрел в «Крокус Сити Холл»
      Как минимум 12 человек погибли и 35 человек пострадали во время стрельбы в ТЦ в Подмосковье.
      Об этом сообщают российские СМИ.
      Кроме того, известно, что в «Крокус Сити Холл» вспыхнул пожар.
      21:29
      В концертном зале «Крокус Сити Холл» в подмосковном Красногорске произошла стрельба.
      Об этом сообщают телеграм-каналы «Осторожно, новости», Baza и Mash со ссылкой на очевидцев.
        По словам очевидцев, мужчина открыл стрельбу из автоматического оружия. Это произошло до или в начале выступления группы «Пикник».
      По данным «Осторожно, новости», есть погибшие. Baza утверждает, что как минимум 12 человек погибли и много раненых.
      На записях, которые публикуют телеграм-каналы, люди бегут из здания. Также появляются видео, где показаны убитые люди.
      На место едут скорая и полиция.
       
      Media.az
      • 2,831 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...