Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Ən son xəbərlər və müzakirəsi

Recommended Posts

Çoxdanır açmaq istəyirdim bu mövzunu, bugünə qismət imiş. Amma bu cür kədərli xəbərlə başlamaq istəməzdim. Allah rəhmət eləsin.

Azərbaycanın görkəmli rejissoru, əməkdar incəsənət xadimi, “Yuğ” Dövlət Teatrının baş rejissoru Vaqif İbrahimoğlu mayın 12-də axşam saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib. Lent.az-ın məlumatına görə, V.İbrahimoğlu öz evində dünyasını dəyişib. Məlumatı “Yuğ” Dövlət Teatrının mətbuat xidmətinin rəhbəri Elçin Cəfərov Lent.az-a təsdiqləyib.

E.Cəfərovun bildirib ki, ilkin məlumata görə, V.İbrahimoğlu ilə vida mərasimi sabah Teatr Xadimləri İttifaqının binasında keçiriləcək.

Vaqif İbrahimoğlu 18 oktyabr 1949-cu ildə Bakı şəhəri Mərdəkan qəsəbəsində anadan olub. 1967-ci ildə AzDMİİ-nin dram və kino aktyorluğu fakültəsinə daxil olub, 1972-ci ildə həmin institutu bitirib. 1973-1976-cı illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor vəzifəsində çalışıb. 1976-1979-cu illərdə Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental teatr Studiyasında, 1979-1982-ci illərdə Tədris Teatrında Bədii rəhbər, 1982-1989-cu illərdə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində fəaliyyət göstərib.

Azərbaycan Milli Akademik Dram Teatrında, Türkiyənin Ankara və Bursa teatrlarında, Estoniyanın Uqala Teatrında tamaşalar hazırlayıb. 1989-cu ildən «YUG» Teatrının bədii rəhbəri vəzifəsində çalışıb (1992-ci ildə “Yuğ” Teatr-Studiyası dövlət statusu alıB). Vəfat edənə qədər “Yuğ” Dövlət Teatrının baş rejissoru kimi yaradıcı fəaliyyətini davam etdirib. 22 may 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. AzTXİ-nin təsis etdiyi «Qızıl Dərviş» mükafatı laureatı, AzDMİU-nun dosenti idi. 2006-cı ildə Prezident mükafatına layiq görülüb.

Vaqif İbrahimoğlu “Yuğ” Teatrında 1989-cu ildən bu günə qədər 90-a yaxın tamaşaya quruluş verib.

Onun quruluş verdiyi son tamaşa Dövlət Akademik Dram Teatrında “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası olub.

Allah rəhmət eləsin.

lent.az

Link to comment
Share on other sites

  • Replies 461
  • Created
  • Last Reply

Top Posters In This Topic

Mövzuya açıqlama vermək istəyirəm ki, dünyada və Azərbaycanda baş verən ən son xəbərləri (mövzusundan asılı olmayaraq) yerləşdirə və bu hadisələrlə bağlı fikirlərimizi bildirək. Xahiş ediəm, gerçək olduğundan əmin olmadığnız xəbərləri yerləşdirməyin. Hətta mümkünsə, mənim kimi hansısa xəbərlər saytlarından quote edin. :rroza:

Link to comment
Share on other sites

Allah rehmet elesin!

2011 teatr v incesenet ucun hec de ugurlu olmadi. Yaman cox aktyor itirdik, hamisi da deyerli evezlerini inanmiram ki vere bilen olsun :(

Sağlığında görüüb söhbət etmişdim onunla. Hətta müəllimimizin təşəbbüsü və qrup uşaqlarımızn səyi ilə çap etdirdiyimiz "Sənət dialoqları" kitabında onun da müsahibəsi var. Maraqlı insan idi. Savadlı idi. Fərqli düşüncələrə sahib idi. elə Yuğ Teatrının qeyri-adi üslubundan bilinir. Nəysə. Allah rəhmət eləsin. Düz deyirsiniz, necə ki 60-70-ci illərin teatrı tamam fərqli idi, günümüzdə o döbrün yadigarı kimi qalmış sənətkarları itirdikcə yerini heç kimin doldura bilməyəcəyini daha yaxşı anlamış oluruq.

Link to comment
Share on other sites

Mövzunun maraqlı hissəsini "copy" edib yerləşdirirəm ki, yorucu olmasın :)

Bakıda keçirilmiş Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisində maraqla ziyarət edilən stendlərdən biri də Nargin adası (Böyük Zirə) ilə bağlı hazırlanmış layihənin olduğu stend idi. Layihəyə görə adada yaşayış massivinin salınması, turizm obyektlərinin tikintisi nəzərdə tutulur. Layihəni Azərbaycanın “AzExCo” şirkəti ilə Türkiyənin “Ertunga” memarlıq şirkəti birgə işləyib. “Azərbaycan mirvarisi” adı verilmiş layihə ilə tanış olduqda “pulun varsa niyə gedib bu adada yaşamayasan” düşünürsən. Məşhurların, siyasətçilərin, iş adamlarının dünyanın ən bahalı adalarında villaları, yaxtaları olduğu kimi bu adada da villaya, yaxtaya sahib olmaq mümkün olacaqdır. Ümumi ərazisi 1,4 km2 olan Nargin adasında 720 yerlik 4 otel, sahəsi 250-500 m2 arasında dəyişən çoxsaylı villalar, yaxt-klub, bar, restoran, kafelər, hədiyyəlik əşya dükanları tikiləcək. Layihəyə görə adada süni kanallar çəkiləcək və bu kanallar ilə qayıq və təknə gəzintiləri həyata keçirmək mümkün olacaqdır.

Adada salınacaq Azərbaycan Təbiəti Parkında bir-birindən gözəl bitki və heyvan növlərinə yer veriləcəkdir. Botanika (nəbatət) bağı, kəpənək evi, şüşə plafon içindəki göyərçin damı adada yaşayanları feyziyab etmək üçün nəzərdə tutulur.

Adanın cənub sahilində təxminən 1 km uzunluğundakı çimərlik, aquapark və əyləncə mərkəzləri olacaqdır.

“Azərbaycan mirvari”sində dövlət xadimləri və xüsusi şəxslər üçün ayrıca şərait yaradılacaqdır. Vertalyot zolağının olacağı ərazidə 2.500 m2-lik 1 iqamətgah villa, 1.000 m2-lik 3 xüsusi villa və 750 m2 böyüklüyündə 36 villa tikiləcəkdir.

İnfo: http://www.iqtisadiyyat.com/?id=27〈=1&xid=3355

Məncə maraqlı layihədir, əsasən də kəpənək evi :rolleyes:

Link to comment
Share on other sites

Day.az-da oxumuşdum ki,Zirəddin Rzayev deyib ki,bu yaxınlarda daha bir incəsənət xadimini itirəcəyik, görəsən bunu deyirdi?

Bunu Zirəddinsiz də bilmək olar. Bu qədər rəhmətə gedənlər arasında bir incəsənət xadiminin olması mümkün deyildi məgər? :)

Düzünü desəm, adanın turizm bölgəsi olacağı haqqında məlumatı hələ lap çoxdan eşitmişdim, amma belə rəsmi şəkildə xəbər yayılıbsa, deməli ki artıq fəaliyyətə başlayırlar. Əlbəttə ki çox yaxşı təşəbbüsdür. Kəpənək evi salınsa, ora hər xiyarətimdə ağlımda birinci sən olacaqsan :rroza: :loveyouu:

Link to comment
Share on other sites

Bunu Zirəddinsiz də bilmək olar. Bu qədər rəhmətə gedənlər arasında bir incəsənət xadiminin olması mümkün deyildi məgər? :)

Məncə , axır vaxtlar itirdiklərimiz ancaq elə incəsənət xadimləridir,özü də hamısı cavan-cavan.Düzdür,Zirəddin deyib ki,bu ilin axırına kimi axırıncı itkidi incəsənət aləmində,bax bunu yoxlamaq olar.

Allah hamısına rəhmət eləsin.

Link to comment
Share on other sites

Düzünü desəm, adanın turizm bölgəsi olacağı haqqında məlumatı hələ lap çoxdan eşitmişdim, amma belə rəsmi şəkildə xəbər yayılıbsa, deməli ki artıq fəaliyyətə başlayırlar. Əlbəttə ki çox yaxşı təşəbbüsdür. Kəpənək evi salınsa, ora hər xiyarətimdə ağlımda birinci sən olacaqsan :rroza: :loveyouu:

Tək ağlında yox, elə gözünün qabağında olacağam, çünki ordan çıxmayacam :nettt: Adada ev almağa imkanım çatmasa da, kəpənək evində işə düzələcəyəm :rolleyes:

Mənə maraqlı gələn bu adanın sakınlərinin gələcək taleyidiy, yəni onlara sonradan bu adada ev veriləcək ya necə? :thinking:

Ölüm və yaş söhbəti düşəndə həmişə bu şeiri xatırlayıram:

Yaşla olsa idi ölüm, hər zaman

Qocalar ölərdi, ölməzdi cavan.

Siz Zirəddinə inanırsınız, soruşmaq ayıb olmasın?

Doğrudur, çox incəsənət xadimi itirdik, özü də sayılıb-seçilən, doğurdan sənət nümayiş etdirən kəsləri. Allah hamısına rəhmət eləsin İnşallah. musulman:

Özümün yazdığım ziyarət sözünə hələ indi fikir verdim :looll: umoril:

İnanmıram ki kiməsə ev verilsin. Məgər bu qədər evləri sökülüb yerində göydələn tikilənlərə göydələnlərdə ev verilib?nÖzü də əgər adadakı evlər bu qədər baha olsa, heç ağıllarına belə gətirməsinlər.

Yox,nə Zirəddinə ,Nə də başqa bir falçı ya da ekstrasensə.Sadəcə olaraq ,yadıma düşdu,indi sınayacam onu.

Bu faktla rastlaşmışam, Aysel. Sökülən evin yerində tikilən binada ev də veriblər+pul da :)

Adanın hazır olmasına çox vaxt sərf olunacaq görəsən? Səbirsizliklə gözləyəcəyəm :rolleyes:

:sluxii: Gedib oraları bir yerdə xiyarət edərik :roflll:

Link to comment
Share on other sites

Yox,nə Zirəddinə ,Nə də başqa bir falçı ya da ekstrasensə.Sadəcə olaraq ,yadıma düşdu,indi sınayacam onu.

:) gəlin birlikdə sınayaq :rroza: ilin axırına kimi neçə ay vaxtımız var, görək də.

Tanınmış qrossmeysterimiz Şəhriyar Məmmədyarov avtomobil qəzasına uğrayıb.

Apasport.az saytının xəbərinə görə, hadisə Sumqayıt şəhəri 13-cü mikrorayon ("Şərq bazarı" adlanan yerdə) ərazisində baş verib.

Şahmatçının idarə etdiyi “Range Rover” "Vaz" 2107 markalı avtomobillə toqquşaraq, ağır qəza vəziyyəti yaradıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, yol kənarı səkini aşan avtomobil təqribən 25-30 metr kənara sürüşüb.

Son məlumata görə, hadisə nəticəsində itki yoxdur. Məmmədyarovun qolundan və sağ ayağından yüngül zədə ilə qurtulduğu deyilir.

Şahmatçı hadisənin baş verdiyini təsdiqləyib: "Hər şey birdən oldu. Heç nə başa düşmədim. Şükür ki, ölüm-itim yoxdur. Bir balaca qolumda ağrı hiss edirəm. Toqquşduğumuz maşının sürücüsü də sağ-salamatdır”.

Çəkiliş zamanı şəxsən tanış olmuşdum özüylə. Vəziyyətini öynərəm, İnşallah yaxşıdır.

Link to comment
Share on other sites

Düzünü desəm, adanın turizm bölgəsi olacağı haqqında məlumatı hələ lap çoxdan eşitmişdim, amma belə rəsmi şəkildə xəbər yayılıbsa, deməli ki artıq fəaliyyətə başlayırlar. Əlbəttə ki çox yaxşı təşəbbüsdür. Kəpənək evi salınsa, ora hər xiyarətimdə ağlımda birinci sən olacaqsan :rroza: :loveyouu:

Oralar qara camaat üçün tikilmir, VİP klientlər üçündür oralar.

Link to comment
Share on other sites

Bu faktla rastlaşmışam, Aysel. Sökülən evin yerində tikilən binada ev də veriblər+pul da :)

Adanın hazır olmasına çox vaxt sərf olunacaq görəsən? Səbirsizliklə gözləyəcəyəm :rolleyes:

:sluxii: Gedib oraları bir yerdə xiyarət edərik :roflll:

:looll::looll: mütləq!

Mən qarşılaşmadığım üçün belə dedim. Təki elə olsun. Çünki çox vaxt verdikləri pula ev almaq müşkül məsələyə çevrilir.

Link to comment
Share on other sites

:) gəlin birlikdə sınayaq :rroza: ilin axırına kimi neçə ay vaxtımız var, görək də.

Çəkiliş zamanı şəxsən tanış olmuşdum özüylə. Vəziyyətini öynərəm, İnşallah yaxşıdır.

Range roverin poduşkaları xilas edib onu,görəsən 07didəkilər necədir?

Link to comment
Share on other sites

Belə başa düşdüm ki, hətta orada fəaliyyət göstərən məkanlara da giriş məhdudiyyəti olacaq?

Vallah,məhdudiyyət qoyulmasa belə,qiymətləri elə tikanlı olacaq ki,yaxin durmaq olmayacaq,ozü də ki,bildiyimə görə ,xaricilər tikəcək,qoyduqlarıni götürməlidilər,ya yox?

Link to comment
Share on other sites

Vallah,məhdudiyyət qoyulmasa belə,qiymətləri elə tikanlı olacaq ki,yaxin durmaq olmayacaq,ozü də ki,bildiyimə görə ,xaricilər tikəcək,qoyduqlarıni götürməlidilər,ya yox?

Vəssalam. Bir adanı da bel itirdi "qara camaat".

Link to comment
Share on other sites

VİP Mən!!! :devil:

Bu barədə hələ dəqiq məlumat yoxdur, yaşayıb görərik...

Sən uça-uça gedərsən ,sənin üçun ayrıca ev də tikirlər,bundan da çox VİP? :looool:

Link to comment
Share on other sites

Başqa nə var nə yox?

"Taliban"dan Bin Ladenə görə qisas: 86 ölü! - FOTO - YENİLƏNİB

13 May 2011 [14:25] - MİLLİ.AZ

Bu gün səhər saatlarında Pakistanda bir-birinin ardınca 2 güclü partlayış baş verib.

Milli.Az RİA «Novosti»yə istinadən xəbər verir ki, terror aktları nəticəsində ölənlərin sayı 86 nəfərə çatıb. Polisdən bildirirlər ki, yaralılar arasında hələ də durumu ağır olanlar var.

----------

11:16

Milli.Az «İTAR-TASS»a istinadən xəbər verir ki, artıq «Taliban» terror aktlarına görə məsuliyyəti üzərinə götürüb. Qruplaşma bunun «Əl-Qaida» lideri Üsəma Bin Ladenin öldürülməsinin qisası olduğunu bəyan edib.

Son məlumata görə, 2 partlayış nəticəsində yaralanmış onlarla insan arasında vəziyyəti ağır olanlar var. Bu üzdən ölənlərin sayının artacağı istisna olunmur.

----------

09:43

Milli.Az xəbər portalının «Reuters»ə istinadən verdiyi məlumata görə, terror aktları nəticəsində ən azı 69 nəfər həlak olub. Polis hər iki partlayışın kamikadze tərəfindən törədildiyini bildirir. Onlar hərbi hazırlıq mərkəzinin yaxınlığında baş verib. Bu səbəbdən hadisə zamanı ölənlərin əksəriyyəti orduya yeni yazılmağa gəlmiş gənclərdir.

Hələ ki, terrora görə heç bir təşkilat məsuliyyəti üzərinə götürməyib.

Milli.Az

Link to comment
Share on other sites

Men bir melumat deyim. Hec bir yerden quote etmirem. Belke de eshitmisiz. Men de xeberlerde izlemishdim. Misirin Təhrir meydaninda əhalinin toplashdigi zaman (axsham vaxti) kameralara yashil fonda atli bir shexs gorunub. O adamlarin arasindan kecir ve yox olur. Men tv-de izledim bunu ancaq ne qeder heqiqi olub-olmadigini deye bilmerem. Onu deye bilerem ki mene xeyli tesir eledi, indi ozum tek olanda cevrilib yan-yoreme baxiram :lol:

Link to comment
Share on other sites

Başqa nə var nə yox?

Ayselka bir lətifə yadıma düşdü bu sualını oxudum. Mövzuya uyğun olmasa da yerləşdirim. İlk kompyuter yarananda rus, amerikan və azərbaycanlıya hərəsinə 2 sual verilmək şansı verilir. Rus və amerikan 2 sualların verib cavablarını sakitcə alırlar. Azərbaycanlı keçib oturur komp.qarşısında və soruşur : nə var nə yox??? Komp.başlayıreeeee dünyada bütün olub keçənləri yazır yazır yazır...........elə yenicə bitirib nəfəs almaq istəyirdi, azərbaycanlı 2-ci sualını veiri : başqa nə var nə yox??? Elə bu sualdan sonra kompyuter yazıq partlayır!

Bilirəm mövzuya aidiyyatı yoxdur, amma yazdım da ))

Eşitmişəm,2ci sualdan sonra komp başlayır tüstüləməyə :looll:

Link to comment
Share on other sites

Men bir melumat deyim. Hec bir yerden quote etmirem. Belke de eshitmisiz. Men de xeberlerde izlemishdim. Misirin Təhrir meydaninda əhalinin toplashdigi zaman (axsham vaxti) kameralara yashil fonda atli bir shexs gorunub. O adamlarin arasindan kecir ve yox olur. Men tv-de izledim bunu ancaq ne qeder heqiqi olub-olmadigini deye bilmerem. Onu deye bilerem ki mene xeyli tesir eledi, indi ozum tek olanda cevrilib yan-yoreme baxiram :lol:

Bu videonu görmüşəm,deyirlər ki,axirətin əlamətlərindən biridir :o

Link to comment
Share on other sites

Men bir melumat deyim. Hec bir yerden quote etmirem. Belke de eshitmisiz. Men de xeberlerde izlemishdim. Misirin Təhrir meydaninda əhalinin toplashdigi zaman (axsham vaxti) kameralara yashil fonda atli bir shexs gorunub. O adamlarin arasindan kecir ve yox olur. Men tv-de izledim bunu ancaq ne qeder heqiqi olub-olmadigini deye bilmerem. Onu deye bilerem ki mene xeyli tesir eledi, indi ozum tek olanda cevrilib yan-yoreme baxiram :lol:

http://yenilik.az/2011/05/xizir-peyg%C9%99mb%C9%99r-misird%C9%99-gorundu-sok-video/

:loveyouu:

Link to comment
Share on other sites

Men bir melumat deyim. Hec bir yerden quote etmirem. Belke de eshitmisiz. Men de xeberlerde izlemishdim. Misirin Təhrir meydaninda əhalinin toplashdigi zaman (axsham vaxti) kameralara yashil fonda atli bir shexs gorunub. O adamlarin arasindan kecir ve yox olur. Men tv-de izledim bunu ancaq ne qeder heqiqi olub-olmadigini deye bilmerem. Onu deye bilerem ki mene xeyli tesir eledi, indi ozum tek olanda cevrilib yan-yoreme baxiram :lol:

:wow1: eşitməmişəm. Video olsaydı, lap əla olardı.

Link to comment
Share on other sites

Yeni yazıları yuxarıdan aşağıya doğru oxuduğum üçün gec gördüm videonu. Təşəkkürlər :rroza:

Çox maraqlıdır ki, mən həmin gün Euronews-dan izləyirdim canlı olaraq, amma bu görüntünü görməmişəm. Ona görə də inanmıram. Özü də çox gözə girən rəngdir yaşıl, dərhal sezilir. Seçə bilməmişəmsə, sonradan əlavə olunduğuna inanıram.

Link to comment
Share on other sites

Azərbaycanda gizli nömrələrdən zəng xidmətinin ləğvi nəzərdə tutulub. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bir qədər əvvəl çıxışında belə zənglərin qarşısını almaq üçün yeni tənzimləyici sənədin hazırlandığını vurğulayıb. Nazirin sözlərinə görə, hazırda bununla bağlı müraciətlər və şikayətlər çoxalıb. Nazirin sözlərindən sonra ölkəmizdə fəaliyyət göstərən mobil operatorlar bu məsələ ilə bağlı münasibətlərini açıqlayıblar.

Ölkəmizin ilk mobil operatoru sayılan "Bakcell" şirkətindən ANS PRESS-ə verilən məlumata görə, gizli zənglərin edilməsi ilə bağlı ölkə qanunvericiliyində qadağa yoxdur. Şirkətdən bildirilib ki, abunəçilər müntəzəm olaraq onları narahat edən şəxslərin telefon nömrələri haqda informasiya əldə etmək istəsələr də qanunvericiliyə görə məhkəmənin qərarı olmadan bu cür məlumat şirkət tərəfindən verilə bilməz və bu digər abunəçi haqda şəxsi informasiyanın yayılması anlamına gəlir.

"Bakcell" şirkətindən onu da bildiriblər ki, əgər gizli nömrələrdən gələn zənglər abunəçi üçün narahatçılıq yaradarsa, yəni zəng təhqir və ya təhdidedici məzmun daşıyarsa, abunəçilər hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər.

Hazırda "Bakcell" şirkəti bu məsələ ilə bağlı araşdırmalar aparır və xarici ölkələrin bu istiqamətdə təcrübəsini öyrənir. Əgər bu xidmətin qanunla ləğv olunması qərarı qəbul edilərsə, şirkət də qanuna tabe olaraq gizli nömrələrdən edilən zəng xidmətini ləğv edəcək.

Azərbaycanda fəaliyyət göstərən mobil operator “Azercell Telekom” MMC-nin rəsmisi Ülviyyə Həsənzadə də “Gizlətcell” xidmətinin ləğvi ilə bağlı qəti qərar qəbul ediləcəyi təqdirdə şirkətin bu xidmətdən imtina edəcəyini bildirdi.

“Elə istifadəçilər var ki, bu xidmət onları narahat edir. Onları nəzərə alaraq biz yeni sistem tətbiq edəcəyik. Bu da zənglərin filtridir. Belə ki, hər hansı abunəçinin bundan sonra istəmədiyi zəngi qəbul etməmək şansı olacaq. Bu da qara və ağ siyahını müəyyən edə bilər”, - deyə Ülviyyə Həsənzadə qeyd edib.

Hüquqşünas Ramil Qaçayev isə ANS PRESS-ə müsahibəsində gizli nömrələrdən edilən zəng xidmətinin ləğv edilməsinin mübahisəli məsələ olduğunu vurğuladı.

“Əgər sizə gizli nömrədən zəng gəlirsə, bu zaman mobil operator həm sizə, həm də gizli nömrədən zəng edən şəxsə eyni xidmət göstərir. Mən belə hesab edirəm ki, hər bir istehlakçı özü müəyyənləşdirməlidir ki, ona gələn zənglər açıq olsun, ya olmasın. Bu da “Gizlətcell” kimi bir xidmətdir. Buna görə abunəçi operatora əlavə haqq verərək bu xidmətdən ayrıca yararlana bilər", deyə hüquqşünas bildirdi.

Ümid edirik ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bununla bağlı son qərarı abunəçilərin ürəyincə olacaq. Çünki istənilən halda gizli nömrədən gələn zəngin arxasında kimin durduğunu öyrənmək hamımızın haqqıddır.

Link to comment
Share on other sites

Məncə də gizli nömrədən zəng qadağan olunmalıdır. Mən şəxsən gizli nömrədən gələn zənglərə cavab vermirəm, sözün var, öz nömrəndən zəng elə, adam kimi danış.

Arada bir gizli nömrədən vızov atan unikumlar da tapılır :looool:

Link to comment
Share on other sites

Arada bir gizli nömrədən vızov atan unikumlar da tapılır :looool:

:) var belə ağıllılar. Daha bir "ağıllı" hərəkət barədə xəbər:

Britaniya şahzadəsi Uilyamın bu günlərdə münasibətlərini rəsmiləşdirdiyi Keyt Middlton yaşadıqları evdən «artıq xadimələri təmizləməyə başlayıb»

Rusiya mətbuatının verdiyi məlumata görə, o, bu addımını işçilərin çoxluğu ilə əsaslandırsa da, bəziləri fərqli düşünür.

Bəzi KİV-də yazırlar ki, Middlton yalnız gənc və cazibədar xadimələri işdən çıxarır. Guya şahzadənin xanımı bunu qısqanclıq üzündən edir.

Artıq Middltonun 3 nəfəri işdən kənarlaşdırdığı və onların hər üçünün cavan qızlar olduğu bildirilir.

Link to comment
Share on other sites

Guya çox az idi bağlı yol, birini də bağladılar.

Bakıda əsaslı təmir-tikinti işləri ilə əlaqədar daha bir yol bağlanıb

Bakıda əsaslı təmir-tikinti işlərinin aparılması ilə əlaqədar Biləcəri qəsəbəsi ərazisindəki körpüdən Bünyatov adına Poladəritmə zavodunadək olan yol bağlanıb.

Bakı şəhər Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, Biləcəri şosesi ilə Baksol-Biləcəri yolunun kəsişməsinədək əsaslı yol təmir-tikinti işlərinin aparılması ilə əlaqədar bu yolda avtomobillərin hərəkəti tam müvəqqəti dayandırılıb.

Yolda avtomobillərin hərəkətinə təmir-tikinti işləri başa çatanadək icazə verilməyəcək.

Sürücülərdən nəqliyyatın sıxlığının yaranmaması, yol qəza hadisələrinin baş verməməsi üçün Rəsulzadə qəsəbəsindən Biləcəri qəsəbəsi və Abşeron kəndləri istiqamətindəki alternativ yollardan istifadə etmələri xahiş olunur.

Eyni zamanda, Rəsulzadə qəsəbəsindən Binəqədi qəsəbəsinə və Binəqədi və Abşeron kəndlərindən hərəkət edən sürücülərdən alternativ Bakı-Quba, Bakı-Baksol və Baksol-Biləcəri yollarından istifadə etmələri xahiş edilir.

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • В Азербайджане введен новый штраф
      В Азербайджане будут оштрафованы лица, представившие медиасубъекту материалы фото- или видеосъемки или звукозаписи, сделанные в ходе производства по делу об административном проступке.
      Об этом говорится в утвержденных главой государства поправках в Кодекс об административных проступках Азербайджана.
      Согласно изменению, в статье 376 соответствующего закона после слова «незаконно» добавляются слова «представлено медиасубъекту или».
      Таким образом, если во время производства по делу об административном проступке была произведена фото- или видеосъемка, или звукозапись, то за представление этих фото- или видеосъемочных или звукозаписывающих материалов медиасубъекту без согласия лица, в отношении которого ведется административное производство, и потерпевшего, должностные лица будут оштрафованы в размере от тысячи до тысячи пятисот манатов.
      https://media.az/society/v-azerbajdzhane-predlozheno-vnesti-izmeneniya-v-kodeks-ob-administrativnyh-prostupkah
      • 0 replies
    • Из Хырдалана и Забрата массово бегут люди срочно выставляя на продажу свою недвижимость
      Резко возросло число объявлений о продаже жилья в Хырдалане.
        • Sad
        • Haha
      • 117 replies
    • В Баку начинается строительство новой дороги
      С учетом перспективного развития города Баку Государственным агентством автомобильных дорог Азербайджана дается старт строительству новой автомобильной дороги от улицы Гасана Алиева до станции метро «Кероглу», параллельно проспекту Зии Буниядова.
      Об этом сообщили в госагентстве.
      Общая длина шестиполосной дороги составит 3896 метров с шириной полос 3,5 метра. На дороге будут построены четыре тоннеля и три подземных пешеходных перехода.
      В настоящее время от метро «Улдуз» в направлении улицы Алескера Гаибова ведутся работы по транспортировке тяжелой техники и оборудования на территорию.
      https://media.az/society/v-baku-nachinaetsya-stroitelstvo-novoj-dorogi
        • Upvote
        • Like
      • 35 replies
    • В Баку выставлена на продажу квартира по фантастической цене - ФОТО
      В Баку выставлена на продажу квартира по фантастической цене.
      Как сообщает Oxu.Az, соответствующая информация распространена на сайтах объявлений.
      Так, девятикомнатную квартиру площадью 555 кв.м предлагают покупателям за 12 млн манатов.
        В объявлении упоминается, что на указанном этаже расположена только одна квартира и соседей не будет.
      https://ru.oxu.az/society/866997
        • Confused
        • Haha
      • 99 replies
    • Где выгоднее отдыхать: в Азербайджане или за рубежом? - ОПРОС
      Baku TV провел опрос среди жителей столицы с целью узнать, где, по их мнению, выгодно отдыхать: в Азербайджане или за рубежом.
      Большинство участников опроса предпочло потратить деньги на отдых за границей.
      «Проживание в наших гостиницах обойдется в три раза дороже», - сказал один из опрошенных.
      Между тем сотрудники туристических компаний также отметили, что цены на отели за границей практически такие же, как у нас, а в некоторых случаях даже ниже.
      «Например, стоимость недельного тура на одного человека в Габалу начинается от 700 манатов. А тур на тот же период в Грузию обойдется от 500 манатов», - сказал один из них.
       
        • Haha
        • Like
      • 138 replies
    • Отомстил отцу за избиение матери: жуткие подробности убийства брата главы ИВ Лянкярана

      Долгое время подробности этого жуткого происшествия не разглашались ни во время следствия, ни в ходе судебного процесса. Судьи решили, что слушания должны проходить в закрытом режиме, без допуска СМИ.
      Однако Qafqazinfo удалось выяснить некоторые детали этой семейной трагедии. Согласно материала
        • Sad
      • 35 replies
    • Депутат: Некоторых женщин убивают за то, что они не считают мужей главой семьи
      В последнее время в Азербайджане растет число женщин, убитых своими мужьями.
      По данным расследования Bizim.Media, за последние два месяца Генеральная прокуратура зарегистрировала около 10 фактов убийства женщин их супругами. Эта печальная статистика актуализирует вопрос о необходимости прохождения парами психологического анализа перед вступлением в брак.
      Между тем заместитель председателя комитета по правам человека Милли Меджлиса Таир Керимли в своем заявлении Bizim.Media отметил, что не испытывает оптимизма относительно идеи обязательного психологического анализа для пар перед свадьбой.
      «Прохождение медицинского осмотра перед браком обязательно, поскольку только так можно выявить скрытые заболевания. Но психологический анализ в Азербайджане не применяется, да и за рубежом такой широкой практики нет, и то лишь в добровольном порядке», - отметил депутат.
      Что касается женщин, убитых мужьями, Таир Керимли полагает, что это происходит из-за вопросов чести.
      «Одна из главных причин заключается в том, что некоторые дамы, прикрываясь гендерным равенством, создают образ сильной женщины и не считают мужей главой семьи, а некоторые и вовсе идут по плохому пути. То есть зачастую убийства женщин происходят из-за вопросов чести», - сказал он.
      Депутат призвал стремиться к построению чистого общества, чтобы никому даже в голову не приходило сворачивать на плохой путь.
      «В советское время тоже были случаи убийства женщин мужьями на почве ревности. В любом случае я не поддерживаю идею применения психологического анализа перед браком на законодательном уровне. Это будет своего рода унижением для пары: как будто мы проверяем, в своем ли они уме», - заключил Т.Керимли.
      https://media.az/society/deputat-nekotoryh-zhenshin-ubivayut-za-to-chto-oni-ne-schitayut-muzhej-glavoj-semi
        • Facepalm
        • Confused
      • 54 replies
    • В районе метро Гара Гараева продаётся объект под новостройкой
      В Низаминском районе,около станции метро Г.Гараева, под новостройкой на 1-м этаже (18/1) продается объект общей площадью 65 кв.м. Очень интенсивный пешеходный и автомобильный трафик. Имеются все условия, развитая инфраструктура, паркинг и т.д. Все документы в порядке, купчая на нежилое помещение.Оплата 1%.   Цена 550000  манат     0552522225
      • 0 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...