Jump to content
Модераторы форума - Assembler & Bercana
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Xalid eşidib, danışması xeyirxah insanlardan asılıdır


Recommended Posts

[attachment=857287:Xalid1.jpg]Mənim oglum - Xalid Qurbanzadə 4,5 yaşdadır. O eşitmir və eşitmədiyinə görə də danışa bilmir. Hal-hazırda hər iki qulağına eşitmə aparatı taxır. Lakin 3 ilə yaxındır ki, aparat taxmağına baxmayaraq elə bir irəliləyiş yoxdur. Çünki eşitməsi ən ağır dərəcəli – IV dərəcəlidir. Belə ağır dərəcəli eşitmə problemi olanlar üçün ən optimal üsul koxlear implantasiya əməliyyatıdır. Əməliyyatla belə uşaqlar adi insanlar kimi eşidir və loqopedlə məşğul olduqdan sonra danışmağı da öyrənirlər. Həkimlərin sözlərinə görə koxlear implantasiya olunmazdan əvvəl heç olmasa 6 ay eşitmə aparatı taxmaq zəruridir. Xalid isə nəinki 6 ay, artıq 3 ildir ki aparat taxır. Mən II qrup Qarabağ əliliyəm [url="http://xalid.blog.com/wp-content/blogs.dir/00/03/54/60/3546085/files/foto/shamil-elillik.jpg?288668263"]vəsiqəm[/url], uşağın qulağını əməliyyat etdirməyə imkanımız yoxdur, əminəm ki heç vaxt da olmayacaq. Ümıdımız yalnız xeyirxah insanlaradır.
Əvvəllər koxlear implantasiya əməliyyatı etdirmək istəyənlər yalnız xarici ölkələrə getməli idilər. İndi isə bu əməliyyatı Azərbaycanda da həyata keçirməyə başlayıblar. Cochlear firmasının implantantından istifadə etməklə aparılacaq əməliyyata 30 min avro (33 min manat) vəsait tələb olunur. Bu əməliyyat mənim oğlum kimi uşaqların son ümid yeridir. Mən Qarabağ uğrunda gedən döyüşlərdə Vətən yolunda sağlamlığımı itirmişəm, əliləm. Tale elə gətirdi ki, övladım da əlil oldu. Sizlərdən çox xahiş edirəm, gənc bir ailədə iki əlilin olmasını nəzərə alaraq oğlumun əməliyyat olunmasına imkanınız çatandan maddi köməklik göstərəsiniz. İnsanlıq xatirinə son ümid yerimizi itirməyə qoymayın, oğlumun bizim səsimizi eşitməsinə köməklik edin.

Pulun koçürülməsi üçün bank rekvizitləri. Hesab yoldaşımın adınadır.

[b]Kapital bank
2 saylı Sabunçu filialı
QURBANOVA GÜLƏR QƏZƏNFƏR qızı
Bank hesabı: 38010019442100026121
KOD: 200219
VÖEN: 9900003611
Müxbir/hesab: 0137010001944
S.W.I.F.T.BIK:AIIBAZ2X[/b]

Əlaqə saxlamaq istəyənlər mənə - Qurbanov Şamil (050) 397-08-75 nömrəsinə zəng edə bilərlər.
Kömək etməyə imkanı çatanın da, çatmayanın da Allah yardımçısı olsun. Allah verən əlinizi kəsməsin.

Xalidin BERA testinin və Timpanometriyanın nəticələri:

[attachment=857298:bera-testi-1.jpg] [attachment=857304:bera-testi-2.jpg] [attachment=857308:Timpanometriya.jpg]

Link to comment
Share on other sites

[quote name='Shamil1975' timestamp='1290440025' post='7742565']
Çox sağ olun. Allah hamının köməyi olsun.
[/quote]

Şamil bəy Allah Sizin oğlunuza can sağlığı versin, tezliklə şəfa tapsın.

Belə mövzular yaradmaq üçün bu forumun xüsusi qaydaları var və bu qaydalardan mütləq keçmək lazımdır. Belə bir mövzunu xüsusi Xeyirhaqlıq bölməsində açılmalıdır və burada xüsusi mövzuya müraciət edilməlidir. Mən sizə forumun bu bölməsinə keçid linki qoyuram buraya http://www6.disput.az/index.php?showtopic=211987 Zəhmət olmasa qaydalarla tanış olun və müraciətinizi edin.

Təşəkkür edirəm.

Link to comment
Share on other sites

[quote name='^^Paradise_Bird^^' timestamp='1290453104' post='7744190']
Şamil bəy Allah Sizin oğlunuza can sağlığı versin, tezliklə şəfa tapsın.

Belə mövzular yaradmaq üçün bu forumun xüsusi qaydaları var və bu qaydalardan mütləq keçmək lazımdır. Belə bir mövzunu xüsusi Xeyirhaqlıq bölməsində açılmalıdır və burada xüsusi mövzuya müraciət edilməlidir. Mən sizə forumun bu bölməsinə keçid linki qoyuram buraya http://www6.disput.az/index.php?showtopic=211987 Zəhmət olmasa qaydalarla tanış olun və müraciətinizi edin.

Təşəkkür edirəm.
[/quote]

Biganə qalmadığınız üçün sizə təşəkkür edirəm

Link to comment
Share on other sites

Doğrusu hesabı açdıran zaman internet vasitəsilə yardım istəyəcəyimi ağlıma gətirmirdim. Hesabı əvvəl açdırdım, sonra da yuxarıda adlarını çəkdiyim dövlət idarələrinə məktubla müraciət etdim. Məktubların həmin ünvanlara çatması barədə mənə bildiriş gəlsə də heç bir kömək edilmədi. Artıq üstündən neçə aylar keçib, əlacsızlıqdan buraya yardım üçün üz tutmalı oldum. Hesabda nə qədər pul olmasına gələndə isə, 2 gün bundan əvvəl yoxlatdım, hələ heç bir vəsait köçməyib, hesabı açdıran zaman ora qoyduğumuz 20 manatdır, vəssalam.

Link to comment
Share on other sites

[quote name='Shamil1975' timestamp='1290536702' post='7751510']
Doğrusu hesabı açdıran zaman internet vasitəsilə yardım istəyəcəyimi ağlıma gətirmirdim. Hesabı əvvəl açdırdım, sonra da yuxarıda adlarını çəkdiyim dövlət idarələrinə məktubla müraciət etdim. Məktubların həmin ünvanlara çatması barədə mənə bildiriş gəlsə də heç bir kömək edilmədi. Artıq üstündən neçə aylar keçib, əlacsızlıqdan buraya yardım üçün üz tutmalı oldum. Hesabda nə qədər pul olmasına gələndə isə, 2 gün bundan əvvəl yoxlatdım, hələ heç bir vəsait köçməyib, hesabı açdıran zaman ora qoyduğumuz 20 manatdır, vəssalam.
[/quote]
Axşamınız xeir!
Yəni,bu günə gədər hec bir məbləg yıxılmamışdı,elə?

Link to comment
Share on other sites

  • 2 weeks later...

Salam. Ümumi elə yazdığım qədərdi hesabda - 55 manat. Uşağın vəziyyətinə gəldikdə isə uşaq hələ ki eşitmə aparatı ilədir. 2007-nin avqustundan Siemens firmasının Poenix 313 aparatını taxırdı ta 2008-in mayına qədər. Lakin o aparat heç düşmədi qulağına çıxarıb atırdı, heç nə eşitmirdi onunla. 2008-in avqustun 23-dən isə Otikon firmasının Sumo DM aparatını taxır. Bununla bir az eşitsə də lakin danışmaq üçün kifayət eləmir. Eşitməməsi ağır dərəcəli olduğundan yalnız koxlear implantasiya kömək edər danışmağına. Ona da ki özümüzün imkanımız heç yoxdur. İndi hal hazirda surdopedaqoq yanına da aparır anası. Dodaqdan oxumaqla bəzi sözləri deyir, o da ki belə də, biz başa düşürük. Yaxşı eşitmədiyindən çox əsəbiləşir, demək istədiyini çatdıra bilmir hirslənir, qışqırır.

Link to comment
Share on other sites

Axşamınız xeyir. Mən hər gün burada xeyirxah insanlardan kömək istəyənlərlə maraqlanıram və bilirəm ki problem təkcə mənim oğlumda deyil, çox insanın yardıma ehtiyacı var. 2008-ci ildən bəri biz təqribən 7-8 dəfə Heydər Əliyev Fonduna, 5 dəfə də prezidentə müraciət etmişik. Ən çox müraciət etdiyimiz bunlardır, ona görə onların adlarını xüsusi qeyd elədim. Başqa təşkilatlara da müraciət etmişik. Lakin hamısı boşuna. Təzəlikcə noyabr ayının 29-da da növbəti dəfə Heydər Əliyev Fondunda qəbula getdik və uşağın cərrahiyyə əməliyyatı üçün ərizə ilə müraciət etdik. Ümid edirdik ki heç olmasa bu dəfə müsbət cavab alarıq. Lakin yenə əvvəlki dəfəıərdə olduğu kimi. Qəbuldan 10 gün sonra nəticəni öyrəndikdə dedilər ki ərizənizi göndərdik Səhiyyə Nazirliyinə. Ümumiyyətlə belə görünür ki heç ərizələri Mehriban Əliyevanın əlinə vermirlər, heç onu məlumatlandırmırldr da. İndi bilirik ki, 5-10 günə Səhiyyə Nazirliyi bizə məktub göndərəcək və yazacaq ki respublikadankənar müalicə ilə əlaqədar komissiyaya müraciət edin. Hansı ki, sədri Nəsib Quliyev olan OMD. Onun da qəbulunda şəxsən olmuşam hətta deyib ki, vicdanıma and olsun mənlik deyil yuxarıdan göstəriş versinlər birinci sənin oğlunu siyahıya salaram II qrup Qarabağ əlili olduğuna görə. Bilirəm ki, keçən dəfələrdə olduğu kimi bu dəfə də ora müraciət edəcəyik, qərar qəbul edəcəklər ki respublika daxilində eşitmə aparatı taxmaqla və loqopedlə məşğul olmaqla həll edilsin. Çünki bu yolları biz 2 ildir dəfələrlə keçirik və evdə bir qalaq məktublar, komissiyanın rəylərini, göndərilən məktubların uvedomleniyalarını yığıb saxlamışıq. Heç kəsi başa salmaq olmur ki axı bu uşaq 3 ilə yaxındır aparat taxır və loqopedlə məşqul olur, danışsaydı danışardı da. Müəllim yanına gedən aparatlı uşaqları görürük, bütün eşitmə dərəcəsi nisbətən yüngül olanlar hamısı danışır. Axı eşitməsi ağırdı deyə aparat kömək etmir, operasiya lazımdı. Bir də ki indi artıq respublikamızda da bu operasiya var, məktubda, ərizədə də bunu yazırıq, amma elə bil ki ərizəni oxuyanda o hissəni görmürlər, ya üstündən keçirlər, respublikadan kəkarda müalicə kimi qəbul edirlər. Bağışlayın, ürəyim doludu, bilmirəm kimə deyim ki yüngülləşsin.

Link to comment
Share on other sites

Eşitdiyimə görə Rusiyada belə bir proqram var. Anadangəlmə eşitmə qüsurlu uşaqlar dövlət hesabına koxlear implantasiya olunur. Bizim dövlət bunu edə bilməzmi? Danışanda deyirlər iqtisadiyyatımız belə inkişaf edib, neft gəlirləri bu qədərdi. Asfalt çəkilmiş yolları 4-5 aydan sonra söküb, milyonlar xərcləyib yenidən asfalt çəkməyəmi xərclənməlidi büdcə?
Oxuduqlarımdan belə aydın oldu ki, haralara müraciət etsəniz də, heç bir kömək yoxdu. Şamil bəy, vətən yolunda sağlamlığınızı itirib II qrup əlil olmağınıza dəyərdimi? Əgər Vətənə rəhbərlik edənlər oğlunuza görə etdiyiniz müraciətlərə bu qədər biganə qalırsa, müharibə yenidən başlasa, yenə də gedərsizmi döyüşə?

Link to comment
Share on other sites

[quote name='delya2405' timestamp='1292530597' post='7910282']
Eşitdiyimə görə Rusiyada belə bir proqram var. Anadangəlmə eşitmə qüsurlu uşaqlar dövlət hesabına koxlear implantasiya olunur. Bizim dövlət bunu edə bilməzmi? Danışanda deyirlər iqtisadiyyatımız belə inkişaf edib, neft gəlirləri bu qədərdi. Asfalt çəkilmiş yolları 4-5 aydan sonra söküb, milyonlar xərcləyib yenidən asfalt çəkməyəmi xərclənməlidi büdcə?
Oxuduqlarımdan belə aydın oldu ki, haralara müraciət etsəniz də, heç bir kömək yoxdu. Şamil bəy, vətən yolunda sağlamlığınızı itirib II qrup əlil olmağınıza dəyərdimi? Əgər Vətənə rəhbərlik edənlər oğlunuza görə etdiyiniz müraciətlərə bu qədər biganə qalırsa, müharibə yenidən başlasa, yenə də gedərsizmi döyüşə?
[/quote]


Bu müalicə ilə bağlı Rusiyada Dövlət proqramının həyata keçirilməsi düzdür. Rusiyanın nüfuzlu telekanalları dəfələrlə məlumat verib. Mən də video lentə köçürmüşəm. Bu barədə vaxtilə Uşaqların xaricdə müalicəsi ilə əlaqədar kommisiyyanın sədri Nəsib Quliyevə bildirmişəm. Hətta prezidentə məktub da yazanda bunu qeyd etmişdim ki, zənnimcə siz razı olmazsıniz müalicədən ötrü Qarabağ əlili vətəndaşlıqdan imtina edib Rusiya vətəndaşlığını qəbul etsin. Lakin bu sözlərimin də faydası olmadı. Ona görə də yalnız sizin kimi xeyirxah vətəndaşlarımıza arxayınam ki, məhz onların köməyi ilə oğlum eşidib-danışacaq. Mən buna inanıram.

Link to comment
Share on other sites

  • 3 weeks later...
  • 2 weeks later...

Xalidin eşitməsi üçün əməliyyat olunması vacibdir. Bunun üçün 30 min manat pul lazımdır. Hələ ki çox az miqdarda yardım edilib.
Bu gün bir nəfər uşaqla görüşmək istədiyini bildirdi və uşağı gördükdən sonra 1000 manat məbləğində yardım etdi. Sağ olsun. Dama-dama göl olar. İmkanı olan hər bir kəsdən köməyini əsirgəməməyi xahiş edirik. Allah yardımçınız olsun.
Bu günə - 18.I.2011ci il tarixinə olan hesabat: 1155 manat vasait toplanmışdır.

Link to comment
Share on other sites

  • 2 weeks later...

Samirə xanım, kömək etdiyinizə görə sizə təşəkkür edirəm. Sizin simanızda kömək əlini əsirgəməyən hər bir kəsə Allah yardımçınız olsun deyirəm.
[b]Hesabat:[/b] 8.II.2011-ci il tarixə qədər 1520 manat toplanmışdır. Allah köməyiniz olsun.

Link to comment
Share on other sites

  • 2 weeks later...

[quote name='Shamil1975' timestamp='1297194964' post='8300311']
Əməliyyatın qiyməti yuxarıda qeyd edildiyi kimi 30.000 avro deyil, artıq aşağı düşüb 28.000 avro (30.800 manat) olub.
[/quote]
ALLAH SHEFA VERSIN!AMIN! musulman:
Size bir nomre verim,Seyid Zerife xanimin qebul otaginin 0124235426
Allahdan inaminizi esirgemeyin,usaqi ora aparin,vergilidir,mualice edir,belke komek oldu INSHALLAH.

Link to comment
Share on other sites

Çox sağ olun maraqlandığınıza görə, amma mən vergiyə inanmıram. Zərifə xanım haqqında da eşitmişəm, deyəsən Qarayev metrosunun yaxınlığındadı yeri. Uşağın qulağını vergi-filan aça bilməz. O qədər müalicələr götürmüşük ki, xeyri olmayıb. Daxili qulaqda ilbiz deyilən hissədə tüklü hüceyrələr məhv olub. Onu nə vergi, nə də dərman sağalda bilməz. Yalnız süni qulaq ilbizi, yəni koxlear implantasiya lazımdır.

Link to comment
Share on other sites

Bu günə - 21 fevrala olan hesabat: 1610 manat vəsait toplanmışdır. Bu məbləğ 30.800 manatın cüzi hissəsidir. İmkanı olanlardan köməyini əsirgəməməyi xahiş edirəm. Biganə qalmayın. İnşallah Allah hər bir kəsə ürəyincə verər. Xalidin aprelin 27-də 5 yaşı tamam olacaq. 5 yaşına cəmi 2 ay qalıb. Bu yaşacan əməliyyat olunarsa, gələcəkdə danışığı adi insanların danışığından seçilməyəcək. Əks təqdirdə, o, eşitməyəcək və deməli, danışa da bilməyəcək.

Link to comment
Share on other sites

Дорогие форумчане!

Хочу обратиться к вам быть поактивнее...
Дело в том,что мальчику скоро уже 5 лет..а значит риск отторжения аппарата велик и нужно торопиться...
Завтра я встречусь с Шамиль м. и передам ему 1 000 долларов...
Так же я ищу альтернативные варианты заграницей,так как 28 000 это уже нереальная сумма на ближайшее время...

От своего имени очень прошу не проходить мимо,... вариантов кроме сборов со стороны знакомых,форумов и благодетелей у это семьи не осталось...
Все организации и фонды отказали им в помощи...

С уважением...

Link to comment
Share on other sites

Əziz forum iştirakçıları. Qeyd edim ki, koxlear implantasiya üçün tələb olunan məbləğin hamısı əməliyyatın xərci deyil. Məbləğin çox hissəsi qulağın eşitməsi üçün daxili qulağa yerləşdirilən protezin - implantın qiymətidir. Pulun az bir hissəsi əməliyyat xərcidir. Əgər aprelin 27-nə kimi lazım olunan məbləğ toplanarsa, onda Xalidin qulağına qoyulacaq Nucleus 5 implantı haqqında müxtəlif internet saytlarında axtarış verib qiyməti ilə maraqlana bilərsiz. Koxlear implantın öz qiyməti 27.500 avrodur. Qalanı isə əməliyyat xərcidir.

Link to comment
Share on other sites

[quote name='Shamil1975' timestamp='1299022019' post='8472990']
Əziz forum iştirakçıları. Qeyd edim ki, koxlear implantasiya üçün tələb olunan məbləğin hamısı əməliyyatın xərci deyil. Məbləğin çox hissəsi qulağın eşitməsi üçün daxili qulağa yerləşdirilən protezin - implantın qiymətidir. Pulun az bir hissəsi əməliyyat xərcidir. Əgər aprelin 27-nə kimi lazım olunan məbləğ toplanarsa, onda Xalidin qulağına qoyulacaq Nucleus 5 implantı haqqında müxtəlif internet saytlarında axtarış verib qiyməti ilə maraqlana bilərsiz. Koxlear implantın öz qiyməti 27.500 avrodur. Qalanı isə əməliyyat xərcidir.
[/quote]

Şamil bəy oğlunuzun iki qulağıda eşidmir?

Məbləğ böyük məbləğdi, belə Siz onu az gümanki yığa biləsiz.
Bəlkə yenədə də hökümət strukturlarına üz tutasız?

Sizə yazılı şəkildə mənfi cavab verildi?

Birdə ümumi nə qədər yığılıb?

Link to comment
Share on other sites

Salam. Bəli, oğlumun hər iki qulağı eşitmir. Hər iki qulağı da ən ağır dərəcəlidir.
Məbləğə gəldikdə isə, bu günə kimi 1610 manat və 1050 dollar toplanıb.
Dövlət strukturlarına müraciət etməkdən isə artıq cana doymuşam. Onlar heç bir kömək etmirlər, biganəlik göstərirlər, bunu gördükdə isə az qalır adamın ürəyi dayansın əsəbindən. Yazılı şəkildə Sabunçu rayon İH kağız verib ki bizim büdcəmizə bu cür məqsədlər üçün vəsair ayrılmır. Bakı Baş Səhiyyə İdarəsi yazılı şəkildə verib ki bu məbləğ imkanımız xaricindədir. Prezident aparatı və Heydər Əliyev Fondu yazılı şəkildə imkanlarının olmadığı barədə kağız verməyiblər, amma hərəsinə bəlkə də ayrı-ayrılıqda 9-10 dəfə müraciət etmişəm, hər dəfə də ərizəmi başqa ünvana, ya Səhiyyə Nazirliyinə, ya İcra Hakimiyyətinə, ya Bakı Baş Səhiyyə İdarəsinə göndəriblər. Bir sözlə bizi futbol topuna döndəriblər. Sadəcə vaxtı uzadırlar, bir-birinə ötürürlər.

Link to comment
Share on other sites

[quote name='Shamil1975' timestamp='1299273591' post='8500334']
Salam. Bəli, oğlumun hər iki qulağı eşitmir. Hər iki qulağı da ən ağır dərəcəlidir.
Məbləğə gəldikdə isə, bu günə kimi 1610 manat və 1050 dollar toplanıb.
Dövlət strukturlarına müraciət etməkdən isə artıq cana doymuşam. Onlar heç bir kömək etmirlər, biganəlik göstərirlər, bunu gördükdə isə az qalır adamın ürəyi dayansın əsəbindən. Yazılı şəkildə Sabunçu rayon İH kağız verib ki bizim büdcəmizə bu cür məqsədlər üçün vəsair ayrılmır. Bakı Baş Səhiyyə İdarəsi yazılı şəkildə verib ki bu məbləğ imkanımız xaricindədir. Prezident aparatı və Heydər Əliyev Fondu yazılı şəkildə imkanlarının olmadığı barədə kağız verməyiblər, amma hərəsinə bəlkə də ayrı-ayrılıqda 9-10 dəfə müraciət etmişəm, hər dəfə də ərizəmi başqa ünvana, ya Səhiyyə Nazirliyinə, ya İcra Hakimiyyətinə, ya Bakı Baş Səhiyyə İdarəsinə göndəriblər. Bir sözlə bizi futbol topuna döndəriblər. Sadəcə vaxtı uzadırlar, bir-birinə ötürürlər.
[/quote]

Məsləhət görərdim sizə yenə bir daha müraciət edəsiz və bu dəfə sonuna qədər israrla gedəsiz.
Lazım olsa lap Mehriban xanımın qəbuluna düşməyə çalışın. Əminəm ki, o Xalid balanın dərdinə biganə qalmayacaq çünki bir çoxlarına yardım edib, sizin də imdadınıza çatacağından əminəm.

Link to comment
Share on other sites

Mehriban xanım özü qəbul etmir heç kəsi. Köməkçisi Məlahət xanımdı qəbul edən. Getdim Məlahət xanımın qəbuluna, ərizəmi verdim, baxıb qoydu kənara. Soruşdum sizcə kömək edərlər, dedi bilmirəm, baxarıq. Çölə çıxanda telefon nömrəsi verdilər ki 10 gündən sonra zəng elə, nəticəzini öyrən. Zəng elədim dedilər göndərdilər Səhiyyə Nazirliyinə. SN-nə də getdik dedilər bizim büdcəmiz yoxdur. Xanım, bütün bunlar hamısı bir daha gördüm ki boşdur. Orada da adama kömək etmək üçün tapşırılmaq lazımdır. Bura Azərbaycandır. Xəstənin də adamı olmalıdır.

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Like
      • 21 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 28 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 12 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Haha
        • Like
      • 89 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Like
      • 695 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...