Jump to content
  • entries
    3
  • comments
    0
  • views
    753

Dünyanın ən iri tikinti materialları istehsalçıları


consmat

564 views

Tikinti sektoru inkişaf etdikcə, tikinti materiallarının istehsalına da böyük ehtiyac yaranır. Bu sahədə də Dünyaca tanınmış şirkətlər var. www.consmat.org saytının məlumatına əsasən, 2016-cı ilin yekunlarına görə Dünyanın ən iri tikinti materialları istehsalçıları açıqlanıb. Maraqlıdır ki, bu şirkətlərin illik dövriyyəsi bəzən inkişaf etməkdə olan ölkələrin illik Ümumdaxili Məhsulunu üstələyir. 

 

 

Dünyanın ən iri tikinti materialları istehsalçıları

Cie de Saint-Gobain: illik dövriyəsi 54,5 milyard dollar təşkil edir. Fransa şirkəti tikinti işləri, hərbi və avtomobil və yeyinti sənayesi, həmçinin tikinti materiallarının istehsalında ixtisaslaşıb. Şirkət borular, texniki parçalar, plastik və insolyasiya materialları istehsal edir.

CRH-PLC: illik dövriyəsi 25,12 milyard dollar təşkil edir. Mənzil-qərargahı İrlandiyada yerləşən şirkət əsasən ABŞ, Kanada və Braziliyada fəaliyyət göstərir, sement, beton və asfaltın istehsalında ixtisaslaşıb.

Holcim LTD illik dövriyəsi 20,9 milyard dollar təşkil edir. İsveçrə şirkəti sement, aqreqat və betonun istehsalında ixtisaslaşıb.

İllik dövriyəsi 19,8 milyard dollar təşkil edən China National Building Materials Co., LTDdördüncü yerdə qərarlaşıb. Sement, yüngül tikinti materialları, şüşə lifi və kompozitlərin istehsalında daha çox uğur qazanıb.

Lafarge Group – illik dövriyəsi 17,06 milyard dollar təşkil edir. Sement, aqreqat və betonun istehsalı sahəsində ixtisaslaşıb. Qeyd edək ki, Lafarge Group Dünyanın ən iri sement istehsalçısıdır.

Heidelberg Cement AG – illik dövriyəsi 16,76 milyard dollar təşkil edir. Adından da bəlli olduğu kimi, Alman şirkəti kimi əsasən sementin istehsalında ixtisaslaşıb.

Cemex SAB de CV – illik dövriyəsi 15,79 milyard dollar təşkil edir. Qeyd etmək lazımdır ki, Meksika şirkəti Dünyanın 3-cü ən iri sement istehsalçısıdır.

Anhui Conch Cement Co. LTD (Çin) — illik dövriyəsi 9,86 milyard dollar təşkil edir. Əsasən sement istehsaı edir.

Taiheiyo Cement Corp. (Yaponiya) — illik dövriyəsi 7,71 milyard dollar təşkil edir. Əsasən sement istehsaı edir.

İtalcementi CpA — illik dövriyəsi 5,52 milyard dollar təşkil edir. İtaliya şirkəti əsasən sement istehsal edir.

Qeyd edək ki, Dünyanın ən iri tikinti materialları istehsalçıları arasında yer alan Holcim LTD, həmçinin Azərbaycanın ilk sement istehsalçısıdır. Şirkətin və Azərbaycanın sement bazarı haqqında məlumatla burada tanış ola bilərsiniz.

Nəticə

Göründüyü kimi, ilk onluqda Fransa və Çinin iki şirkəti yer alıb. Xüsusi olaraq qeyd edilməlidir ki, bu yaxınlarda Holcim LTD və Lafarge Group qrup birləşib. Beləliklə, Lafarge Group Dünyanın 2-ci ən iri tikinti materialları istehsalçısına çevrilib. Maraqlıdır ki, ilk onluqda ABŞ şirkətləri təmsil olunmayıb.

 

0 Comments


Recommended Comments

There are no comments to display.

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
×
×
  • Create New...