Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Vəhabilər Kimlərdir?

Vehabilik  

38 members have voted

  1. 1. Vəhabilər kimlərdir?

    • Kafirlər
      8
    • Münafiqlər
      6
    • İsrailin qulları
      21
    • Masonlar
      3

Recommended Posts

Ahmedli1980, Vahabi təriqəti İbn Teymiyyənin uydurduğu hədislərdən mənbələnir, İbn Teymiyyə haqqında tək onu yazmağım kifayət edər ki, o Macmul Fatava kitabında Allahı oz taxt tacında oturduğunu hətta oturan zaman onun oturacağından təzə yəhərdən cıxan səs kimi bir səsin çıxdığını qeyd edib və bunu İslam peyğəmbərinin hədisi adlandırıb.

Ali bir varlıq haqqında ümümiyyətlə din haqqında bu dərəcədə primitiv təsəvvürü olan ancaq əzbərçilik qabiliyyətli bir insanın digər yazıları haqqında mülahizə mənasızdır.

Siz əvvəlcə sizin postunuza dair suallara cavab verin, cümlələrinizə aydınlıq gətirin ki, sizi doğru düzgün başa düşək. Ondan sonra kecərik bu taxt - tac məsələsinə...

Əks halda sizin əvvəlki postunuz sadəcə məntiqsiz bir məqalədir.

Link to comment
Share on other sites

Bu hardan çıxdı ki, vəhabilərdə rüşvət yoxdur, alıb aldatma yoxdur?? O qədər tıcarət mərkəzlərində (binə, sədərək) alver edən vəhabilər tərtəmizdilər həə? Hansı ticarətçını göstərə bilərsiz ki, təmiz pul qazanır, aldatmır heç kəsi?

Ticarətçi malın üstünə qiymət qoymalıdır . Burda qəbahət yoxdur . Qəbahət malın mənşəyini gizlətmək və sairə fırıldaqlardadır . Vahabi sizə heç vaxt çin malını türk malı adıyla satmaz . Ədəb ərkanla onların dükanına girin , salam verin və alverinizi edin . Aldanmazsız heç vaxt . smile.png

Link to comment
Share on other sites

Mənim bütün "kafir" vərdişlərimə ramən heç vaxt onlardan kobudluq ve ya nəsə basqı görməmişəm . Onlar yeganə insanlardırki məndən borca pul istəsələr fikirləşmədən verərəm . 100% əminəmki onlar heç vaxt atmazlar kimsəyə .

siz Vahabilere qarşı sehv fikirdesiniz, onlar da adi insanlar kimi aldadırlar,oğurluq edirler, bir birlerinden borc alıb qaytarmırlar. Hette bezileri insanlara olmuş heyvan eti de satır. Bunun sebebi vahabizm teriqetinde yox insanın individual xüsusiyyetlerindedir. Yeni kütlevi şekilde insanlar eyni fikirde ola bilmez ve heç bir insan öz genetik xüsusiyyetlerini itirmir.

Onu deye bilerem ki, sırf ticaret mövzusunda vahabiler daha cox aldadır ve bu onların teriqetinde haram sayılmır.

  • Haha 1
Link to comment
Share on other sites

Siz əvvəlcə sizin postunuza dair suallara cavab verin, cümlələrinizə aydınlıq gətirin ki, sizi doğru düzgün başa düşək. Ondan sonra kecərik bu taxt - tac məsələsinə...

Əks halda sizin əvvəlki postunuz sadəcə məntiqsiz bir məqalədir.

Sizin sonsuz ironik suallarınıza cavab vermek niyyetim yoxdur, yazılarımı da sekta daxili insanlar üçün yazmamışam. Mülahizeni obyektiv şekilde apara bilseydiniz davam ederdik. Qaldı ki, teriqetin qüsurlarına, bu teriqetin esasını qoymuş insanın bir aşkar sehfini size gösterdim bu da onun Şeyx ul İslam statusunda olmadığını sübüt edir. Bu kifayet qeder delildir bunu bilenler üçün.

Link to comment
Share on other sites

"Vahabilər" (əslində - sələfilər) mömin kişilərə qardaş, mömin qadınlara isə bacı deyirlər. Ona gərə də bir sələfi digərinə: "Mənə bir bacı tap evlənim" deyəndə, namaz gılan, mömin qadın nəzərdə tutulur. Səfehlər isə bunu tərs başa düşüblər.

Ay-yay-yay, nə gözəl haqq qazandırırsız onlara... təsadüfən vəkil işləmirsiz?

Link to comment
Share on other sites

Bu hardan çıxdı ki, vəhabilərdə rüşvət yoxdur, alıb aldatma yoxdur?? O qədər tıcarət mərkəzlərində (binə, sədərək) alver edən vəhabilər tərtəmizdilər həə? Hansı ticarətçını göstərə bilərsiz ki, təmiz pul qazanır, aldatmır heç kəsi?

Ümumiyyətlə İslamda rüşvət yoxdur alkoqol olmaz,yalan olmaz və s. Bu o demək deyil ki, bütün müsəlmanlar bütün bu qanunlara riayət edirlər,və günahsızdırlar.

Siz ticarətlə məşğul olan hər kəsi yoxlamısız?yoxsa sadəcə öz arşınınızla ölçürsüz?

Mənim bütün "kafir" vərdişlərimə ramən heç vaxt onlardan kobudluq ve ya nəsə basqı görməmişəm . Onlar yeganə insanlardırki məndən borca pul istəsələr fikirləşmədən verərəm . 100% əminəmki onlar heç vaxt atmazlar kimsəyə .

Bəs niyə məsələn bu qədər əla oğlanların dəvətini qəbul etmirsiz və kafir vərdişlərinizdən əl çəkmirsiz?

Link to comment
Share on other sites

siz Vahabilere qarşı sehv fikirdesiniz, onlar da adi insanlar kimi aldadırlar,oğurluq edirler, bir birlerinden borc alıb qaytarmırlar. Hette bezileri insanlara olmuş heyvan eti de satır. Bunun sebebi vahabizm teriqetinde yox insanın individual xüsusiyyetlerindedir. Yeni kütlevi şekilde insanlar eyni fikirde ola bilmez ve heç bir insan öz genetik xüsusiyyetlerini itirmir.

Onu deye bilerem ki, sırf ticaret mövzusunda vahabiler daha cox aldadır ve bu onların teriqetinde haram sayılmır.

50% razılaşıram sizinlə ..

Bu təriqətə iman gətirənlər Quranı əsas tuturlar .Yəni əqidələri Qurana köklənib .Onları bu yoldan döndərmək çox çətin işdir . Əfqanıstan-Çeçenistan mücahidləri buna sübutdur .

Bəli insanlar kütləvi şəkildə eyni əqidədə ola bilməzlər , amma belə desək iştimai qınaq ( ən azı öz kruqlarında ) böyük rol oynayır . Bura İslama inamı , ondan qorxu hissi , və sairəni əlavə etsək vahabi təriqətində olanları tam başa düşmək olar .

Ticarət məsələsinə gəlincə isə mən Razın tolkuçkasının giriçində illər öncə belə bir yazıya rast gəlmişdim . " Ey ticarətçilər Allah sizin ruzinizi alıcıların əliylə sizə çatdırır . Bunu yaddan çıxarmayın " Təxmini belə idi . İnanmıramki bu sözlərə riayyət etməyən vahabi olsun .

PS: Mənim dini savadım yoxdur , sifira bərabərdir . Səhvilərimdə başa düşülər yəqin ...

Edited by Turbion
Link to comment
Share on other sites

Bəs niyə məsələn bu qədər əla oğlanların dəvətini qəbul etmirsiz və kafir vərdişlərinizdən əl çəkmirsiz?

Mən azad insanam və ya ən azından azad fikirləşməyə , azad yaşamağa çalışıram . . Özümü hansısa təriqətin dikte etdiklərini kor-korane qəbul etmək istəmirəm . Mənimçün Azərbaycanı sevən hər kəs qardaş-bacıdır . Dinindən , təriqətindən , millətindən , dərisinin rəngindən aslı olmayaraq .

Bunuda içirəm dediyim salığa ...cheers.gif

Link to comment
Share on other sites

Sizin sonsuz ironik suallarınıza cavab vermek niyyetim yoxdur, yazılarımı da sekta daxili insanlar üçün yazmamışam. Mülahizeni obyektiv şekilde apara bilseydiniz davam ederdik. Qaldı ki, teriqetin qüsurlarına, bu teriqetin esasını qoymuş insanın bir aşkar sehfini size gösterdim bu da onun Şeyx ul İslam statusunda olmadığını sübüt edir. Bu kifayet qeder delildir bunu bilenler üçün.

Əlbəttə, cavab vermək niyyətiniz yoxdur. Görünür, əslində niyyət başqadır.

Hansısa adam barəsində ittihamnamə yazanda əsas gətirmək lazımdır. Bu rəylərin hardan gəldiyini aydınlatmaq lazımdır.

Suallarım isə qısa və konkretdir. Burada heç bir ironiya yoxdur. Sadəcə olaraq İbn Teymiyyə haqda azacıq məlumatım var. Sizin yazdığınızın yalan olduğunu düşünürəm.

Ona görə də bu sualları verdim. Əgər cavab verə bilmirsinizsə bunu ironiyanın üstünə niyə yıxırsınız ki?

...bu teriqetin esasını qoymuş insanın bir aşkar sehfini size gösterdim... Bu onun aqressivliyinin göstəricisi deyil.

Siz suaların hec olmasa ikisinə cavab verin.

Bir sualım daha var: Deyirsiniz ki, "Vahabi ideyologiyası ilk dəfə öz kökünü İslam-ın yaranışlndan 4 əsr sonra aqressiv dini fanat İbn Teymiyyə-nin köməyi ilə atıb... Bəs bu ideologiyanın adı nə idi? Axı onun zamanında Abdul Vahhab yox idi ki vahabi adlansın.

Bir də ki, məni ən çox maraqlandıran mövzu vahabiliyin İslamdan fərqidir.

Xahiş edirəm bu barədə mənə bir az bilgi verin.

Edited by Ahmedli1980
Link to comment
Share on other sites

Hansısa adam barəsində ittihamnamə yazanda əsas gətirmək lazımdır. Bu rəylərin hardan gəldiyini aydınlatmaq lazımdır.

Suallarım isə qısa və konkretdir.

Bu onun aqressivliyinin göstəricisi deyil.

Siz suaların hec olmasa ikisinə cavab verin.

Bəs bu ideologiyanın adı nə idi? Axı onun zamanında Abdul Vahhab yox idi ki vahabi adlansın.

Bir də ki, məni ən çox maraqlandıran mövzu vahabiliyin İslamdan fərqidir.

Ibn Teymiyyenin aqressivliyi deyende, dini aqressivlik- yəni ifrat dini duşünce nezerde tutulur. İbn Teymiyye, demek olar bütün mezhebleri inkar etmekle radikal ve siyasi islamın əsasını qoyub o özü isə Xanbalit mezhebindendir.

Müassir dövrdə Abd ALVahabın adı ilə bağlı olan Vahabizm adlandırılan teriqetin İbn Teymiyyenin yaşadığı dövrde bu cür adlandırıla bilmezdi çünki, Abd Al Vahab Mehemmed İbn Teymiyyeden 400 il sonra yaşayıb amma onun ideyalarının yaradıcısı İbn Teymiyyedir. ümumiyyətlə rəsmi olaraq İslamda bu adda məzhəb yoxdur, ümid edirım bu hissəsi aydın oldu.

İndi mən sizə Vahabizm və yaxud Sələfizm adlandırılan təriqətin və onların yaradıcılarının real həyatdakı rolu haqqında yazacağam.

İbn Teymiyyə - Sələfilər tərəfindən səhih alim, Şeyx Ül İslam sayılır, mən sizə sübut etdim ki, onun yazıları səhih deyil, yəni ən yaxşı halda uydurmadır.

Abd Al Vahab onun davamçısı isə, sırf kral (Tağut) hakimiyyətinin xidmətçisidir., bunu reallıqda özünüz şahidi ola bilərsiniz, xəyallarda olan Xarizma dağıldıqdan sonra, İbn Teymiyyə öz yazılarında, əsasən İslamı siyasətə link etməklə məşğul oldu, o bunu pis niyyətlə etmədi, yenidən Xarizmanın qurulması arzuları ilə edirdi, bir növ ideal şəriət dövlətinin qurulması üçün əlindən gələn siyasi və idarəetmə əsaslı tövhələrini özündən sonra qoyub getdi.

Abd Al Vahab- Siyasi dini propaqandist isə İbn Teymiyyənin dövlət quruculuq yazılarından yararlanaraq Yeni bir təriqət yaratdı və bu məzhəbə Sələfizm donu geydirməklə, Kral hakimiyyəti üçün ideal hədislər topusunu tamamlayıb təfsirini verdi.

Praktikada baxın, Vahabizm təriqəti rəsmi qəbul olunduğu ölkələrə - Səudiyyə Ərəbistanının rəsmi dini məzhəbidir. Kral Abdulla və onun ətradı harınlamış oğrulardır, və onların dinlə heç bir əlaqəsi yoxdur, Küveyt də həmçinin, 300 illik kral hakimiyyəti dövründə harınlamış kral ailəsi hələ də devrilməyib. Həm də bu ölkələr mənəviyyat baxımdan cox aşağıdadırlar.

Ümumiyyətlə Xəlifət ideyası praktikada mümkün deyil - Bu ideya siyasətçilər tərəfindən savadsız kütləni idarə etmək üçün ortalığa atılmış cəlbedici xəyaldır, İslam dövlət idarəçiliyi forması deyil. Şəriətlə ölkənin idarə olunması mümkün deyil. Din ancaq insanlar üçün individual könüllü şəkildə mövcud ola bilər. Kütləvi formada idarəçilik artıq siyasət və məcburiyyətdir və gec-tez insanların özlərinə qarşı yönəlir. Hesab etsək ki, bir lider ədalətlidir amma gez və ya tez bu lideri digər biri harınlamış qohumları əvəz edir və həmin insan digərlərini kütləvi istismar edir.

İbn Teymiyyənin məişət barəsindəki tövsiyyələri də ifrat və ziyanvericidir. Statistikaya baxmağa ehtiyac yoxdur, Siz özünüz şahidsiniz ki, Vahabilər heç bir cəmiyyətdə assimiliyasiya edə bilmir, ancaq inkoqnito kiçik icmalar şəklində yaşaya bilirlər. Onların gələcək uşaqları isə cəmiyyətə tam yararsız və savadsız kütlə şəklində olacaqlar. Qızları məktəblərə buraxmayacaqlar, nəhayət kütləvi deqradasiyaya uğramaqla bu formada davam edcəklər.

Siz öz bildiyinizdən başqa bir şey yazmadınız. Bu boyda əziyyət çəkdiniz, amma əbəs yerə. Bu yazdıqlrınız sizin əvvəlki post məqalədə əksini tapır.

Hec bir suala da cavab vermədiniz. Mənm verdiyim suallardan sitat gətirin və cavab verin.

Bir də ki deyim, biləsiniz: ifrat dini duşünce - fanatizmdir, dini aqressivlik deyil.

Ibn Teymiyyenin aqressivliyi deyende, dini aqressivlik- yəni ifrat dini duşünce nezerde tutulur. İbn Teymiyye, demek olar bütün mezhebleri inkar etmekle radikal ve siyasi islamın əsasını qoyub o özü isə Xanbalit mezhebindendir.

Mənə maraqlıdır : Bir insan yeni bir məzhəb yaradır və özü də başqa məzhəbdəndir. Bu necə ola bilər? Yoxsa vahabilik və vahabizm eyni şeydir?

Məncə doğru yol birdir, qalanları isə yanlışdır. İbn teymiyyə öz yolunu doğru sayırdı, ona görə də digər məzhəblərə müxalif idi. Cünki, bir yolu tutmaq digər yola müxalif olmaq deməkdir. Əksi isə mümkün deyil.

ümumiyyətlə rəsmi olaraq İslamda bu adda məzhəb yoxdur..

Vahabizm təriqəti rəsmi qəbul olunduğu ölkələrə - Səudiyyə Ərəbistanının rəsmi dini məzhəbidir.

Səudiyyə ərəbistanında rəsmi məzhəb vahabilikdir, islamda isə rəsmi olaraq belə məzhəb yoxdur. Bunu necə başa düşək? Ya islamda belə bir məzhəb rəsmi olaraq var, ona görə də SƏ-nında rəsmi məzhəb budur. Ya da ki, islamda rəsmi olaraq belə məzhəb yoxdur, SƏ-nında da rəsmi məzhəb vahabilik deyil.

Umumiyyətlə, siz müsəlmansınızsa, hansı təriqətə mənsubsunuz?

Edited by Ahmedli1980
Link to comment
Share on other sites

Umumiyyətlə, siz müsəlmansınızsa, hansı təriqətə mənsubsunuz?

Diqqət yetirin mən vahabiliyi məzhəb adlandırmadım ancaq bir yerdə texniki səhv oldu. İslam məzhəbləri ancaq kökdən İslam peyğəmbərinin yanındakı insanların fikir ayrılığından sonra yaranıb. Hər bir məzhəbin dayaq nöqtəsi onlardan biridir. Vahabilik isə təriqətdir və əvvəlki səbəbdən məzhəb ola bilməz. Qaldı mənim dini mənsubiyyətimə, mən müsəlman deyiləm heç vaxt da olmamışam, İslam haqqında yazdığım kimi digər dinlər haqqında da bu forumda cox yazmışam. Bütün dinlərin daşıyıcıları ilə mülahizələrim olub. Fikiləşirəm diskusiyanı daha cox uzatmağa ehtiyac yoxdur. Bu mövzuda kifayət qədər yazdım)

Bunu deyin bilək dəəəə... )))) Bu başqa məsələ...

Müsəlman olmayan adamla məzhəb yaxud təriqət barəsində danışmaq yersizdir. Çünki, o, islam və onun parçalandığı qollar barəsində ya səhv məlumatlandırılıb, ya da ki ümumiyyətlə xəbəri yoxdur. Lap qərb ölkələrindəki kimi.

Bir insanın İslam tarixini anlaması üçün gərək islamdan azacıq da olsa məlumatı ola. Çünki burada məntiqi məsələlər var. Misal üçün, islamın əsası monoteizmdir. Muhammad bin Abdulvahhabın "Tövhid kitabı" adlı ən məşhur əsəri var. Tövhid monoteizm deməkdir. "Lə iləhə illəllah" monoteizmə dəvətdir. İngilislərin və ümumiyyətlə qərbin tövhid əhli ilə birləşməsi mümkün deyil. Bir az elmi olan adam bunların səhv ittihamlar olduğunu görər. Əslində burada çox təzadlar var. Sadəcə mən söhbəti uzatmaq istəmirəm.

Bir şeyi də qeyd edim, biləsiniz, "Vahabi" adlandırılan insanlar nəinki Muhammad bin Abdulvahhab, hətta ibn Teymiyyədən də bir necə yüz il qabaq yaşamış İmam Malik, İmam Əhməd, İmam Əbu Hənifə, İmam Şafi, Buxari, Muslim və s. kimi alimlərin kitablarını oxumaqla onlardan dərs alır. Nə oldu, indi də vəhabilik ibn Teymiyyədən qabağa gedib çıxdı? Bir az da dərinə getsəniz bütün bunların Muhəmmədə (sallallahu aleyhi va səlləm) gedib çıxdığını görərsiniz. Sən demə, Muhəmməd (sallallahu aleyhi va səlləm) də vəhabi imiş?

Dünyada elə bir din yoxdur ki, islam qədər təcavüzə məruz qalsın. Müsəlmanlara terroris, vahabi və s. deyildi, onların peyğəmbəri (sallallahu aleyhi va səlləm) barədə dəfələrlə təhqiramiz filmlər və karikaturalar çəkildi, cəmiyyətdə hər cür pisləndi. Amma yenə də bir cox kitabxanalarda olmayan, dəfələrlə hekayələr və boş sözlər və s. adlandırılan Quran kitabı dünyada ən çox oxunan kitabdır, Muhəmməd (sallallahu aleyhi va səlləm) dünyada ən çox anılan insandır, hansı ki, nə şəkli, nə də heykəli yoxdur. Bu, Allahın öz dinini ucalmasıdır. Kimsə onun qarşısını ala bilməz!

Sizinlə diskussiya aparmaqda məqsədim sizə islamı yaxud "vahabiləri" başa salmaq deyil, sizə "ağıl öyrətmək" deyil. Forumu oxuyan insanları düşündürmək, islamın düşmənlərinin yaydığı fitnələrə əhəmiyyət verməməyə çağırmaqdır.

Bu qədərlə kifayətlənirəm. Diskussiyanın bundan artıq uzatmağa ehtiyac olmaması ilə sizinlə tam razıyam. Diqqətinizə görə çox sağ olun! )))

Edited by Ahmedli1980
Link to comment
Share on other sites

Mən azad insanam və ya ən azından azad fikirləşməyə , azad yaşamağa çalışıram . . Özümü hansısa təriqətin dikte etdiklərini kor-korane qəbul etmək istəmirəm . Mənimçün Azərbaycanı sevən hər kəs qardaş-bacıdır . Dinindən , təriqətindən , millətindən , dərisinin rəngindən aslı olmayaraq .

Bunuda içirəm dediyim salığa ...cheers.gif

İslam azadlığa maneə deyildir.Heç kim sizə öyrənmədən bilmədən araşdırmadan nəyisə qəbul etmənizi tövsiyə etməz.İslam əsla vətənpərvərliyə qadağa qoymaz,əksinə.və məsələn Məhəmmədin(s.a.s) Məkkəni-doğma şəhərini sevməsi nümunədir.

İnsanın araq içməsi onu kafir etmir.Lakin əgər insan bilə-bilə ki, bu haramdır onun haram olmasını inkar edərsə o zaman kafir olmuş olur.

Link to comment
Share on other sites

Sələfilər (vəhhabilər) olmasaydı mən bu dinin yox olduğuna inanardım. Yani Peyğəmbərimiz (səv) nə ilə mübarizə aparıbsa sonunda onu və onun nəslini o mübarizə aprdıqları şeylərə bənzədib ona xəyanət etdilər. Sələfilər isə bu avam camaatın gözünü açmağa başladılar ki, bu kooperativ və atanşik günahkar mollalara inanmayın. Vəssalam

  • Upvote 1
Link to comment
Share on other sites

Vəhabilik əsaslı sürətdə kənardan maliyyələşən, İslamın köksünə bir parazit kimi düşən, qatı radikal bir cərəyandır. Heyif ki, İslamın gözəllikləri altında öz çirkin niyyətlərini gizlədərək bir çoxlarının gözünə pərdə asmağı bacarırlar. Uzun uzadı yazmaq, təhlillər aparmaq olar. Mövzu kifayət qədər saf-çürük edilmiş mövzudur. Cəmiyyətdəki cəhiliyyət onların dilini uzatmış və bir çox avamları İslamın gözəl tərəflərini göstərməklə öz məkirli niyyətlərinin qurbanı etməyi bacarmışlar.

Onların məkrli niyyətləri nədən ibarətdir ki?

Link to comment
Share on other sites

Menim de çox derin dini biliyim yoxdu. Ehl-i sunneyem. Vehabilerin ehl-i sünne olmadıqlarını deyebilerem. Esasen fikir efendileri İbni Teymiyyedir. Şeyxül İslam deyirler ona. Heqiqeten de heyatta olarken şeyxül islam leqebini alan tek alimdir. Ehl-i sünneden ayrılan bezi fikirleri var "neql" "eql"den üstündür prinsipiyle "bele yazılıbsa day üstüne şerh lazım deyil" deyerek qeribe neticeler çıxardıb. "Allah arşda oturmuşdur" kimi "Onun da eli var ayaqı var" kimi ağıldan uzaq neticeler çıxıb.Sonra bu Abdul Vahab gelib oxuyub İbni Teymiyyenin kitablarını birazda özünden elave edib. Her çatana kafir demek ondan sora başlayıb.Bugün terordan tutun ta rus esirlerin başını kesen adamlara qeder çox şey bu çürük zehniyetin mehsuludur.Ve bele işleri cihad adlandıran vehabilerin bir xususiyeti de öz ağıllarına göre netice çıxartmaqlarıdır hedisden veya qurandan. Çox asanlıqla "kafir" adını yapışdırıb hemin adamın malını, canını, qanını halal sayırlar. Şielerin hamısını rafizidir deye bir qelemde kafir adlandırırlar halbuki ehl-i sünne caferileri ve bezi şie qollarını müselman sayır. Bir sözle özlerinden başqa çox insanı müselaman saymırlar. Müselman olmaqlarına müselmandırlar. Amma etiqadda çox sehvleri var.Hele daha çox yazardıme ama buraya qeder oxumusunuzsa çox sebrlisiniz.

Çirkin niyyətlər..Hmm!!! Yəqin gələn postda yazacaqsız ki, insan cildinə girmiş yadplanetlilərdir qalaktikanı ələ keçirmək istəyirlərlooll.gif

Link to comment
Share on other sites

Onların məkrli niyyətləri nədən ibarətdir ki?

Hansısa qüvvələrin sifarişi ilə xaos, qarşıdurma, ictimai narazıçılıq və s. yaratmaq. Onların elə yaradılış səbəbi budur. Daim kimlərəsə qarşı müxalif olmaq. Lazım gəldikdə onlardan bir çox maraqlı qüvvələr istifadə edir. Liviya, Suriya hadisələri gözümüzün qabağında baş verir. Müsəlmanın müsəlmana qarşı cihadı. Nə qədər gülünc səslənir elə deyilmi? Amma həqiqət budur ki, Suriyada hökümətə qarşı döyüşən sələfi qruplaşmaları bu döyüşlərə cihad niyyəti ilə qoşulur. Əsədi devirib orada "müsəlman" cəmiyyəti yaradacaqlar. Ay yaratdılar haaa. Liviyadakı kimi Suriyada da onları məqsədə çatandan sonra atacaqlar bir qırağa. Həqiqətləri görmək lazımdır. Azərbaycandan ora döyüşməyə gedənlər var.

Link to comment
Share on other sites

Çirkin niyyətlər..Hmm!!! Yəqin gələn postda yazacaqsız ki' date=' insan cildinə girmiş yadplanetlilərdir qalaktikanı ələ keçirmək istəyirlər[/quote']

İstehza etmək lazım deyil. Onlar da sənin kimi mənim kimi adamlardır. Mənim dostlarımın, tanışlarımın arasında da bir neçə nəfər sələfilərə qoşulub. Cəmiyyətimiz İslama görə, Qurana görə qurulmayıb. Bunu hamı bilir. Bir çox şeyləri görüb özümüzdən çıxırıq hətta. Amma məsələ burasındadır ki, sələfilərin baxışları onlarla cəmiyyət arasında çox dərin bir uçurum yaradır. Mənimlə ünsiyyət quran tanış, sələfi olandan sonra adamın üzünə baxmaq istəmir. Müsəlman kodeksi onlarda başqa cürədir. Bir vaxtlar ölkədə heç kim bir-birinə "kafir","münafiq", demirdi. Onların peyda olması ilə bu təhlükəli terminalogiya sürətlə yayılmağa başladı. Bunun fəsadları yaxşı olmayacaq. Allah bütünmüsəlmanları qorusun

Link to comment
Share on other sites

Vəhabilik əsaslı sürətdə kənardan maliyyələşən, İslamın köksünə bir parazit kimi düşən, qatı radikal bir cərəyandır. Heyif ki, İslamın gözəllikləri altında öz çirkin niyyətlərini gizlədərək bir çoxlarının gözünə pərdə asmağı bacarırlar. Uzun uzadı yazmaq, təhlillər aparmaq olar. Mövzu kifayət qədər saf-çürük edilmiş mövzudur. Cəmiyyətdəki cəhiliyyət onların dilini uzatmış və bir çox avamları İslamın gözəl tərəflərini göstərməklə öz məkirli niyyətlərinin qurbanı etməyi bacarmışlar.

Ya "kənardan gələn maliyyə" mənbəyini göstərin..ya da deyin ki, üzr istəyirəm bilmədiyimi yazıram.. Başqa çıxış yolu görmürəm ))

Link to comment
Share on other sites

İstehza etmək lazım deyil. Onlar da sənin kimi mənim kimi adamlardır. Mənim dostlarımın, tanışlarımın arasında da bir neçə nəfər sələfilərə qoşulub. Cəmiyyətimiz İslama görə, Qurana görə qurulmayıb. Bunu hamı bilir. Bir çox şeyləri görüb özümüzdən çıxırıq hətta. Amma məsələ burasındadır ki, sələfilərin baxışları onlarla cəmiyyət arasında çox dərin bir uçurum yaradır. Mənimlə ünsiyyət quran tanış, sələfi olandan sonra adamın üzünə baxmaq istəmir. Müsəlman kodeksi onlarda başqa cürədir. Bir vaxtlar ölkədə heç kim bir-birinə "kafir","münafiq", demirdi. Onların peyda olması ilə bu təhlükəli terminalogiya sürətlə yayılmağa başladı. Bunun fəsadları yaxşı olmayacaq. Allah bütünmüsəlmanları qorusun

Hə, birdə xahiş edirəm, RADİKAL sözünün mənasını mənə anladın.

Link to comment
Share on other sites

Hansısa qüvvələrin sifarişi ilə xaos, qarşıdurma, ictimai narazıçılıq və s. yaratmaq. Onların elə yaradılış səbəbi budur. Daim kimlərəsə qarşı müxalif olmaq. Lazım gəldikdə onlardan bir çox maraqlı qüvvələr istifadə edir. Liviya, Suriya hadisələri gözümüzün qabağında baş verir. Müsəlmanın müsəlmana qarşı cihadı. Nə qədər gülünc səslənir elə deyilmi? Amma həqiqət budur ki, Suriyada hökümətə qarşı döyüşən sələfi qruplaşmaları bu döyüşlərə cihad niyyəti ilə qoşulur. Əsədi devirib orada "müsəlman" cəmiyyəti yaradacaqlar. Ay yaratdılar haaa. Liviyadakı kimi Suriyada da onları məqsədə çatandan sonra atacaqlar bir qırağa. Həqiqətləri görmək lazımdır. Azərbaycandan ora döyüşməyə gedənlər var.

Müsəlmanın müsəlmana qarşı "cihadı" "vahabilər" "çıxmadan" minil əvvəl başlamışdı əsasını da xavariclər qoyub.Axı demişdim kimsə əhalinin dini savadının az olmasından istifadə edir və sünnəyə tabe olan normal müsəlmanları "vahabi" adlandıraraq onlara qarşı mənfi əhval yaradır.Çox vaxt bu "təbliğatçılar" özləri də savadsız olurlar.Əlbəttə,əgər sadəcə saqqal radikallıq əlamətidirsə məsələn Hitlerin də bığı vardı o zaman deyək ki, hər bığlı qafqazlı kişi faşistdir?Yaxud hər buru uzun olan ermənidir?))Bu nə məntiqdir?

looll.gif Mən bilirəm hamıdan yaxşı sələfilər necə adamlardı,mənim kimi olduqlarını da bilirəm.Cəmiyyətin necə qurulmasını sələfilər də anlayır inan təhsil sadəcə qeyri-sələfilər üçün deyil,hamının evdə küncdə-bucaqda bir diplomu var...Uçurum onlara görə yaranmır,onların baxışlarına hörmət etməmək niyyətinə görə yaranır.Məsələn birisi deyir ki, novruzu qeyd etmək olmaz, amma yox ..qohum-qonşu dirəşəcək ki, qeyd etməlisən.Axı niyə?O buna məcbur deyildir.Sizi də dəvət edir.Amma dəvətini qəbul etmirsizsə buna görə onunla düşmən olmaq lazım deyil.İnsan saqqal saxlayır,valideyni deyir ki, get qırx ayıbdır məni el-obada rüsvay etmə.Axı niyə rüsvay olursuz.Saqqalın olması göstərir ki, övlad kişi cinsindəndir və heç də gilette pul çatmır mənası vermir.Əgər oğul içmir,çəkmir,zina etmir aldatmır,fırıldaqçılıq etmir,hətta rüşvətdən də kənar olmağa çalışırsa buna görə ata niyə rüsvay olur?Axmaqdır bu ata?

Bir vaxtlar bizim ölkədə müstəqillik azadlıq sözləri də işlənmirdi.İndi nə təklif edirsiz?

Deyəsən bu "həqiqəti" təkcə siz və sizin kimilər görür. Ölkə prezidenti və dövlətin isə əsla bundan xəbəri yoxdur. Bəlkə onlara bu "həqiqəti" göstərəsiniz və nə etmək lazım olduğunu öyrədəsiniz? Hansısa "çirkin niyyətli və məkirli vəhhabilər" dolublar şəhərə, siz görürsünüz, onlar isə görmürlər? )))))

Əgər belə bir şey olsaydı dövlət bunun qarşısını çoxdan alardı.

Əgər belə bir şey olsaydı "çirkin niyyətlilər" saqqallarını qırxardılar və şalvarlarını uzadardılar ki, tanınmasınlar və ifşa olunmasınlar.

Əgər belə bir şey olsaydı insanlar onları gorəndə İslam barədə deyil, hərb və silah və s. çirkin şeylər barədə soruşardı.

İslam barədə hansı tarixi filmə baxsanız, əsl müsəlmanları "vəhabilər" dediyiniz şəkildə görəcəksiniz: onlar kimi saqqallı, şalvarı yaxud əbası topuqdan yuxarı.

Suriya və Liviya barədə isə yazdıqlarınızdan görünür ki, həqiqət dediyiniz o şeyi qərb mətbuatında götürmüsünüz.

Yalnız müsəlman ölkələrində "kampaniya" olaraq baş verən bu iğtişaşlar heç də təsadüfi deyil. Bu, ancaq ağıl sahiblərini düşündürür və onlar üçün bu iğtişaşların səbəbi və məqsədi aydındır.. Əslində bu barədə çox yazmaq istəmirəm. Mövzuya müvafiq deyil.

Edited by Ahmedli1980
Link to comment
Share on other sites

Amma məsələ burasındadır ki, sələfilərin baxışları onlarla cəmiyyət arasında çox dərin bir uçurum yaradır.

Məncə bu, İslamla cəmiyyət arasında olan dərin uçurum deməkdir. Və düşünürəm ki, bu uçurumun dibi artıq görünməyə başlayıb, getdikcə dayazlaşır, və ümid edirəm ki, tədricən yox olar.

Allah müsəlmanlara rəhm etsin və Azərbaycan xalqını hidayət etsin!

Link to comment
Share on other sites

Həqiqətən, mən başa düşə bilmirəm niyə sələfilər bu qədər müzakirə olunur və bu qədər ittiham olunurlar? Onlara "vahabi", "terrorçu", "radikal"...daha nə bilim.. məkirli, çirkin niyyətli və s. adlar verildi. Halbuki, onlar hakimiyyət əleyhinə çıxmağı (radikallığı) tənqid edir, terrorun islamda yolverilməz olduğunu dəfələrlə deyiblər. Və heç bir mitinqdə iştirak etməyirlər. Nə hicab görə, nə də ki, başqa bu tip mitinqlərdə...

Bir də ki, saqqal.... Axı bu saqqal saqqalsızlara niyə mane olur? Axı, təhsil ocaqlarında dahi şəxsiyyətlər kimi tanıdılan bir cox adamın saqqalı var. Onlar barədə niyə danışılmır?

Saqqal uzanana qədər "vahabi" deyilsən. Elə ki saqqalın uzandı, oldun "vahabi". Sanki "vahabi" sözü "saqqallı" sözünün sinonimidir. Bu "məntiqə" riayət etsək, onda buyur, bu da:

Vahabilərin siyahısı

1) Karl Marks

2) Friderix Engels

3) Lev Tolstoy

4) Çarlz Darvin

5) Nizami

6) Füzuli

7) Xomeyni

8) Şaxta baba

9) Santa Klaus

10) Bomjlar və "baker"lər

Link to comment
Share on other sites

Ya "kənardan gələn maliyyə" mənbəyini göstərin..ya da deyin ki, üzr istəyirəm bilmədiyimi yazıram.. Başqa çıxış yolu görmürəm ))

Göstərim də. Zaqatalada tutulan meşə qardaşları o silahları hardan almışdı? Vasmoyun bazarından? Eurovision ərəfəsində tutulanlar o partlayıcı maddələri hardan almışdı? Keşlə bazarından? Deyə də bilərsiz ki, bu adamlar sələfi olmayıb. Faktlar göz qabağında. Maliyyə hardan gəlir? Səudiyyədən, Qətərdən. Çekləri də istəməyəcəksiniz yəqin )

Link to comment
Share on other sites

Hə, birdə xahiş edirəm, RADİKAL sözünün mənasını mənə anladın.

Radikal-baxışlarında və dəyişikliklərdə kəskin mövqe tutan və radikalizm tərəfdarı olan şəxs.

Belə sualları gələn dəfə Google.dan soruşun zəhmət olmasa

Link to comment
Share on other sites

Müsəlmanın müsəlmana qarşı "cihadı" "vahabilər" "çıxmadan" minil əvvəl başlamışdı əsasını da xavariclər qoyub.Axı demişdim kimsə əhalinin dini savadının az olmasından istifadə edir və sünnəyə tabe olan normal müsəlmanları "vahabi" adlandıraraq onlara qarşı mənfi əhval yaradır.Çox vaxt bu "təbliğatçılar" özləri də savadsız olurlar.Əlbəttə,əgər sadəcə saqqal radikallıq əlamətidirsə məsələn Hitlerin də bığı vardı o zaman deyək ki, hər bığlı qafqazlı kişi faşistdir?Yaxud hər buru uzun olan ermənidir?))Bu nə məntiqdir?

Xəvariclərin əsasını qoyduğu bu fəsadı çox böyük bir nəaliyyətlə vəhabilər davam etdirirlər. Saqqal barəsində mən heç nə yazmamışam. onlarla saqqalsız və balağı uzun olan vəhabi tanıyıram. indiyə kimi Azərbaycanda sünnəyə tabe olan normal müsəlman yox idi bəgəm? yazdıqlarınız da belə çıxır ki, yox idi də. Vəhabiləri ona görə ayırırlar ki, onlar o normal dediyiniz müsəlmanlara oxşamır da )

Link to comment
Share on other sites

looll.gif Mən bilirəm hamıdan yaxşı sələfilər necə adamlardı,mənim kimi olduqlarını da bilirəm.Cəmiyyətin necə qurulmasını sələfilər də anlayır inan təhsil sadəcə qeyri-sələfilər üçün deyil,hamının evdə küncdə-bucaqda bir diplomu var...Uçurum onlara görə yaranmır,onların baxışlarına hörmət etməmək niyyətinə görə yaranır.Məsələn birisi deyir ki, novruzu qeyd etmək olmaz, amma yox ..qohum-qonşu dirəşəcək ki, qeyd etməlisən.Axı niyə?O buna məcbur deyildir.Sizi də dəvət edir.Amma dəvətini qəbul etmirsizsə buna görə onunla düşmən olmaq lazım deyil.İnsan saqqal saxlayır,valideyni deyir ki, get qırx ayıbdır məni el-obada rüsvay etmə.Axı niyə rüsvay olursuz.Saqqalın olması göstərir ki, övlad kişi cinsindəndir və heç də gilette pul çatmır mənası vermir.Əgər oğul içmir,çəkmir,zina etmir aldatmır,fırıldaqçılıq etmir,hətta rüşvətdən də kənar olmağa çalışırsa buna görə ata niyə rüsvay olur?Axmaqdır bu ata?

Bir vaxtlar bizim ölkədə müstəqillik azadlıq sözləri də işlənmirdi.İndi nə təklif edirsiz?

"Uçurum onlara görə yaranmır,onların baxışlarına hörmət etməmək niyyətinə görə yaranır" - Əgər onların baxışları başqalarının baxışlarını səhv adlandırmaq, kimlərisə kinayə ilə rafizi, kimləri isə matrudi adlandırmaqdırsa əlbəttə digər kimsələr də onların baxışlarına hörmət eləmiyəcəklər də.

Bu saqqaldı, geyimdi, Novruzu qeyd edib etməməkdi bunları ictimai məsələ hesab etmirəm. Mən qeyd etmək istiyirəmsə edirəm, istəmirəmsə etmirəm, eləcə də siz. Saqqalda həmçinin istəyərəm qısa saxlayaram, istəyərəm uzun saxlayaram. Kim saqqala, Novruza nəsə deyir ki? əgər misal gətirdiyiniz ata özünü rüsvay olmuş hesab edirsə bu yenə onun problemidir. bunun vəhabiliyə və ya hansısa bir digər məsələyə aidiyyatı yoxdur məncə.

Bir vaxtlar SSRİ kimi bir imperiyanın tərkibindəydik, istəyimizi də deyə bilmirdik. Amma mərd oğullarımız sözlərini dedilər, həm 1988-də, həm, 20 yanvar da, həm də sonralar. o vaxtı da siyasi baxışlarına görə bir-birindən zəhlələri gedənlər var idi. Bu dövrdə isə dini baxışlarına görə bir-birinin qanını içməyə hazır olan adamlar var. mən hesab edirəm ki bu "təşəbbüs"də vəhabilərin böyük rolu var və bu danılmazdır.

Link to comment
Share on other sites

Məncə bu, İslamla cəmiyyət arasında olan dərin uçurum deməkdir. Və düşünürəm ki, bu uçurumun dibi artıq görünməyə başlayıb, getdikcə dayazlaşır, və ümid edirəm ki, tədricən yox olar.

Allah müsəlmanlara rəhm etsin və Azərbaycan xalqını hidayət etsin!

İslamla cəmiyyət arasında dərin uçurum var. Tamamilə razıyam. Amma sələfilərin digərlərinə (müsəlmanlara) adlar qoymaqla onları da bu uçurumun dibində görmələri onların (sələfilərin) özünü daha da uçurumun dərinliklərinə yuvarlayır.

Link to comment
Share on other sites

Göstərim də. Zaqatalada tutulan meşə qardaşları o silahları hardan almışdı? Vasmoyun bazarından? Eurovision ərəfəsində tutulanlar o partlayıcı maddələri hardan almışdı? Keşlə bazarından? Deyə də bilərsiz ki, bu adamlar sələfi olmayıb. Faktlar göz qabağında. Maliyyə hardan gəlir? Səudiyyədən, Qətərdən. Çekləri də istəməyəcəksiniz yəqin )

Mənim sualıma niyə sual ilə cavab verirsiniz ki? Bəli, çeklərini gətirin! Bu dəqiqlik hardandır? Yoxsa "ara" sözüdür?? Yoxsa besedkada qoca kişilər danışdı?? Əsassız, biliksiz, sadəcə kimdənsə eşitməklə insanların əqidəsi, həyat tərzi haqqında nifrətlə danışırsınız. Sual verirəmı NİYƏ? Vəhhabi adlandırdığınız o insanlardan sizə şəxsən zərər gəlib? Bəlkə sizi ticarərdə aldadıblar, yoxsa pul atıblar?? Nədənsə şiə olan iş adamı, böyük biznesinin bütün pul əməliyyatlarını o dediyiniz "vəhabilərə" həvalə edir.

Link to comment
Share on other sites

İslamla cəmiyyət arasında dərin uçurum var. Tamamilə razıyam. Amma sələfilərin digərlərinə (müsəlmanlara) adlar qoymaqla onları da bu uçurumun dibində görmələri onların (sələfilərin) özünü daha da uçurumun dərinliklərinə yuvarlayır.

Digəriləri kimlərdi?? Hansı müsalmana ad qoyurlar?

Link to comment
Share on other sites

Menim de çox derin dini biliyim yoxdu. Ehl-i sunneyem. Vehabilerin ehl-i sünne olmadıqlarını deyebilerem. Esasen fikir efendileri İbni Teymiyyedir. Şeyxül İslam deyirler ona. Heqiqeten de heyatta olarken şeyxül islam leqebini alan tek alimdir. Ehl-i sünneden ayrılan bezi fikirleri var "neql" "eql"den üstündür prinsipiyle "bele yazılıbsa day üstüne şerh lazım deyil" deyerek qeribe neticeler çıxardıb. "Allah arşda oturmuşdur" kimi "Onun da eli var ayaqı var" kimi ağıldan uzaq neticeler çıxıb.Sonra bu Abdul Vahab gelib oxuyub İbni Teymiyyenin kitablarını birazda özünden elave edib. Her çatana kafir demek ondan sora başlayıb.Bugün terordan tutun ta rus esirlerin başını kesen adamlara qeder çox şey bu çürük zehniyetin mehsuludur.Ve bele işleri cihad adlandıran vehabilerin bir xususiyeti de öz ağıllarına göre netice çıxartmaqlarıdır hedisden veya qurandan. Çox asanlıqla "kafir" adını yapışdırıb hemin adamın malını, canını, qanını halal sayırlar. Şielerin hamısını rafizidir deye bir qelemde kafir adlandırırlar halbuki ehl-i sünne caferileri ve bezi şie qollarını müselman sayır. Bir sözle özlerinden başqa çox insanı müselaman saymırlar. Müselman olmaqlarına müselmandırlar. Amma etiqadda çox sehvleri var.Hele daha çox yazardıme ama buraya qeder oxumusunuzsa çox sebrlisiniz.

Siz 4 böyük fiqh imamından hansını özünüzə rəhbər seçmisiniz: imam Əbu Hənifə, imam Malik, imam Şafii yoxsa imam Əhməd?

Link to comment
Share on other sites

Mənim sualıma niyə sual ilə cavab verirsiniz ki? Bəli, çeklərini gətirin! Bu dəqiqlik hardandır? Yoxsa "ara" sözüdür?? Yoxsa besedkada qoca kişilər danışdı?? Əsassız, biliksiz, sadəcə kimdənsə eşitməklə insanların əqidəsi, həyat tərzi haqqında nifrətlə danışırsınız. Sual verirəmı NİYƏ? Vəhhabi adlandırdığınız o insanlardan sizə şəxsən zərər gəlib? Bəlkə sizi ticarərdə aldadıblar, yoxsa pul atıblar?? Nədənsə şiə olan iş adamı, böyük biznesinin bütün pul əməliyyatlarını o dediyiniz "vəhabilərə" həvalə edir.

Nə dəxli şiə öz malını vəhabiyə tapşırır və ya vəhabi şiəyə tapşırır? Şiələr ümumiyyətlə haqqında ayrıca danışılası adamlardı. onlar üçün gərək ayrı mövzü yaradılsın orda danışaq. Bunun məsələyə heç bir dəxli yoxdur. Qaldı ki, sübuta, buna ehtiyac yoxdur məncə. mən sizə bunu sübut eləsəm nə dəyişir sübut eləməsəm nə dəyişir. Fakt fakt olaraq qalır. Bunu bəlkə sizin kimi siravi vəhabilər (və ya onları müdafiə edənlər) bilmir. Bu video da görüntülənən oğlan kimi. (linkə baxarsız vaxt olsa)

http://www.1tv.ru/news/crime/229691

Link to comment
Share on other sites

Guest
This topic is now closed to further replies.
  • Our picks

    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 22 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 29 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 12 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 92 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Facepalm
        • Sad
        • Confused
        • Red Heart
        • Like
      • 699 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...