Sign in to follow this  
Followers 0
Vuqar Rehimov

Yuxu Nədir?

141 posts in this topic

Yuxu haqqında elmdə kifayət qədər izahatlar var...Forum iştirakçılarının yuxu haqqında subyektiv fikirləridə maraqlı olar...

Mən hərdən elə yuxu görürəm ki yuxuda bilirəm ki yuxu görürəm...Sonra yuxudan ayılıb təzədən yuxumun dalını görə bilirəm...Bunun bir izahı varmı?

Share this post

Link to post
Share on other sites

meni de hemise yuxu maraqlandirib.daha cox da elmi izahi amma ele de cox elmi melumatlari oxumamisam bu haqda.bezen ele eminlikle deyirler ki yuxu vaxti ruh cixir bedenden sonra da qayidir,daha cox yuxuyla bu sozden sonra maraqlanmaga basladim.hah.gif

Share this post

Link to post
Share on other sites

Yuxu haqqında elmdə kifayət qədər izahatlar var...Forum iştirakçılarının yuxu haqqında subyektiv fikirləridə maraqlı olar...

Mən hərdən elə yuxu görürəm ki yuxuda bilirəm ki yuxu görürəm...Sonra yuxudan ayılıb təzədən yuxumun dalını görə bilirəm...Bunun bir izahı varmı?

Aktyor Mamonovun başına gələnlərdən smile.png

http://www.youtube.com/watch?v=rpOdN2bjBvQ

Edited by Sunyata

Share this post

Link to post
Share on other sites

Qədim Çin filosofu Çjuan - Çzının başına gələnlərdən :

Bir dəfə Çjuan - Çzı yuxuda kəpənək görür. Yuxudan oyandıqdan sonra uzun zaman fikirləşir

" Görəsən bu, mənim , Çjuan - Çzının yuxusuna girən kəpənəkdir, yoxsa kəpənəyin yuxusuna girən mənəm , Çjuan - Çzı ? "

Çjuan Çzı yəqin özündə olmayıb wink.png

Share this post

Link to post
Share on other sites

Çjuan Çzı yəqin özündə olmayıb wink.png

Maraqlısı da elə odur ki, "özü" - kimdir ? Kimdirsə , o yəqin özündə olmayıb, yəni yatıb wink.png

Share this post

Link to post
Share on other sites

Maraqli movzudur...

Yuxu menim uchun hemishe izahi olmayan bir sirr olaraq qalir. Bu yaxinlarda bir neferle yuxu barede danisharken "Yuxunun ruhla ne elaqesi" deye sorushdum. "Birbasha elaqesi var" dedi.

Bir misal chekim...

Bir gece eminem ki, hele yuxuya getmemishdim. Birden hiss etdim sanki uzume ufururler. Sesini bele eshidirdim nefesin. Sonra seher nenem yuxudan oyandi dedi ki, gece yuxumda babani gormushem mene "men orda tekem, darixiram gel" dedi. Dogrusu hech ehemiyyet vermedim bu yuxuya. Seherisi nenem rehmete getdi. Hele de anlaya bilmirem o nefesle, nenemin gorduyu yuxunun ne elaqesi vardi. Yuxunun chin chixmasi, onun realliqla elaqesi bunlar mene chox maraqlidir.

Share this post

Link to post
Share on other sites

yuxu heqiqeten de maraqlidi. ve insanin heyat ve yaradiciligi ile , onun yasami ile ve eyni zamanda ruhlar alemi ile elaqesi var,

amma yuxunu yozmaq, ve ya yuxu haqqinda daha derinden dusunmek , tefekkur etmek kimi xususiyyetleri beyenmirem. ele yuxular gormusem ki heqiqeten de burda bunlari yazsam kimse menim qeyri adi bir insan oldugumu dusunecek, ( o qeder sual verilecek ki) amma eslinde bele deyil. ona gore de yuxunu ele adama danishasan ki, hemin adam seni anlaya bile.

Share this post

Link to post
Share on other sites

Yuxu haqqında elmdə kifayət qədər izahatlar var...Forum iştirakçılarının yuxu haqqında subyektiv fikirləridə maraqlı olar...

Mən hərdən elə yuxu görürəm ki yuxuda bilirəm ki yuxu görürəm...Sonra yuxudan ayılıb təzədən yuxumun dalını görə bilirəm...Bunun bir izahı varmı?

lol.gif Hərdən mənim də başima gəlir..))))

üzr istəyirəm..

Yuxu dediyimiz görünüşlər keçmiş zamanlarda və ya gün içərisində yaşadiğimiz hadisələrin yuxu əsnasında şüur altımızda əks olunması şəklində qəbul edirik..Elə yuxular olur ki,gələcəkdən xəbər verir,bunun haqqında heç bir elmi dəlil tapıla bilməmişdir.Bəzən bu yuxular çox fərqli parçalardan meydana gəlir və heç bir məna verə bilmirik ..Bəzi mücərrəd anlayışların şərhləri elmi bir zəminə oturdularaq ifadə edilə bildiyi halda, yuxu anlayışını bu şəkildə açıqlamaq o qədər də mümkün görünmür. Ancaq bunu elmi məlumatlarla deyil, dini istiqamətdən açıqlanabildiyi də bir başqa mücərrəd gerçəkdir. Bu şərhə görə ruh bədəndən ayrıldığı zaman, yaşanan hadisələrin bütününə yuxu deyə bilərik.Mən ruhun varliğina inandiğim üçün yuxulari da "Allah"la əlaqələndirirəm..Yəni xüsusilə ruhun varlığını isbat edən dəlillərdən biri də doğru yuxulardır. Maddə olan bədən, zaman və məkana bağlıdır. Halbuki doğru yuxularda insan zaman və məkanı aşmaqdadır. Bu hal maddə sonrası ruhi bir həqiqəti isbat edir ...

Məsələn,mən Məkkə Şəhərini yuxuda fəth eləmişəmsə hansi tərəflərdə olduğum,divarlardaki bəzəklərə kimi,stolba-tirlərə kimi yaddaşimda qalir,onu netdən axtariş verirəm və orani həqiqətdə gördüyüm kimi hiss edirəm,yoxsa mən nə bilim Məkkənin harasinda nə var.))

Edited by azda

Share this post

Link to post
Share on other sites

Bir gece eminem ki, hele yuxuya getmemishdim. Birden hiss etdim sanki uzume ufururler. Sesini bele eshidirdim nefesin. Sonra seher nenem yuxudan oyandi dedi ki, gece yuxumda babani gormushem mene "men orda tekem, darixiram gel" dedi. Dogrusu hech ehemiyyet vermedim bu yuxuya. Seherisi nenem rehmete getdi. Hele de anlaya bilmirem o nefesle, nenemin gorduyu yuxunun ne elaqesi vardi. Yuxunun chin chixmasi, onun realliqla elaqesi bunlar mene chox maraqlidir.

Həə,doğurdan da çox maraqlidir,mən də belə yuxular görürəm ara sira..Bir dəfə mən də yuxumda rəhmətə gedən dayimi görmüşdüm,mənə dedi çox pis şeylər olacaq,səhər yuxudan telefonun zənginə ayildim ki,nənəmin rəhmətə getdiyini xəbər verdilər..(((

Share this post

Link to post
Share on other sites

Maraqlısı da elə odur ki, "özü" - kimdir ? Kimdirsə , o yəqin özündə olmayıb, yəni yatıb wink.png

Yox yəqin yatmamışdan qabaq nəsə qəbul edib)))Sizə elə gəlmir ki, yuxu elə bir sahədir ki, elm bu haqda dəqiq heçnə deyə bilməz?Filosoflar isə ümumiyyətlə heç nə haqqında dəqiq söz deyə bilmirlər.

Share this post

Link to post
Share on other sites

Ən xoşladığım yuxu uçmaqdır))) Elə xoşum gəlir yuxuda uçmaq..))

O gün yuxuda yenə uçurdum birdən yadıma düşdüki yuxudayam dedim qoy bir ayılım nə qədər elədim ayılmadım...Necə sevinirdim deyirdim bu yuxu deyil mən həqiqətəndə uçuram...)) Amma sonra ayıldım elə heyifsləndim ki.))

Share this post

Link to post
Share on other sites

Sizə elə gəlmir ki, yuxu elə bir sahədir ki, elm bu haqda dəqiq heçnə deyə bilməz?Filosoflar isə ümumiyyətlə heç nə haqqında dəqiq söz deyə bilmirlər.

Birinci cümlənizlə tam razılaşıram.

İkinci cümləyə gəldikdə , xatırlatmaq istərdim ki, fəlsəfə ( ədəbiyyat , tarix və s. kimi) dəqiq elmlərin sırasında heç vaxt olmayıb... Məncə fəlsəfə , dinlər insan üçün qənaətbəxş və kifayətləndirici olmadığı vaxt (elmdən yararlanaraq) alternativ idrak forması kimi ( dinin də predmetini genişləndirməklə ) yaranıb... Fəlsəfə və dəqiqlik tamam başqa operalardandırsmile.png

Edited by Sunyata

Share this post

Link to post
Share on other sites

Mövzunu görən kimi Inception filmi yadıma düşdü.

Yuxu görmək çox maraqlıdı. Təəssüf ki nadir hallarda gördüyümün yuxu olduğunu anlayıram.

çünki yuxuda hər şey çox realistik olur, ayılanda isə "necə oldu ki yuxu olduğunu bilmədim" deyirəm :)

Bir də, yuxu görüb ayıldığım vaxt özümü çox yorğun hiss edirəm, güclü baş ağrısı da olur, amma müvəqqəti.

Yuxu haqqında çox axtarıb-araşdırmışam, amma sonda dəqiq izahın olmadığını görüb təslim oldum :)

Bircə onu bilirəm ki, yatarkən qulağımızın eşitdiyi səslər gördüyümüz yuxuya təsir edir.

Share this post

Link to post
Share on other sites

Yuxu - "daxili səsimizdir", amma onu dinləməyə öyrəşməmişik. Daxili səsimizə həmişə etbar etmirik, çünki süurlu əsaslandıra bilmədiyimiz interpretasiyaya inanmırıq.

Bununla belə, yuxu - psixikamızın məhsuludur və bu səbəbdən özünütəhlil istiqamətində bir vasitədir. İnsan kamil məxluq olduğu üçün yuxularımız obrazların mənasız və təsadüfi ardıcıllığı ola bilməz.Yuxu- təəssüratlar, hadisələr, hətta özümüzdən gizlətməyə çalışdığımız hiss və duyğularımızın əksi (surəti) olmaqla yanaşı,həm də psixoloji rahatlıq bəxş edir.Hətta şüurumuza çıxış yolu axtarıb tapmaqda analitik köməkçi vasitə ola bilər.

K.Yunq, L.Şeppard, Z.Freydin elmi əməyinin yuxularımızı dəyərləndirməyi bacarmaq istiqamətində praktik əhəmiyyəti böyükdür.

Bax bunu çox gözəl dediniz..

Share this post

Link to post
Share on other sites

Birinci cümlənizlə tam razılaşıram.

İkinci cümləyə gəldikdə , xatırlatmaq istərdim ki, fəlsəfə ( ədəbiyyat , tarix və s. kimi) dəqiq elmlərin sırasında heç vaxt olmayıb... Məncə fəlsəfə , dinlər insan üçün qənaətbəxş və kifayətləndirici olmadığı vaxt (elmdən yararlanaraq) alternativ idrak forması kimi ( dinin də predmetini genişləndirməklə ) yaranıb... Fəlsəfə və dəqiqlik tamam başqa operalardandırsmile.png

Fəlsəfə şəxsən mənə bir çox hallarda sadəcə sayıqlamanı xatırladır.Bəzən elə təəssürat yaranır ki, narkoman əlinə qələm alıb kefli vaxtı ağlına gələni yazıb kağıza, nəticə etibarilə sayıq və reallığı tam dərk edən adamlar deyil filosoflar.Fəlsəfə elə bir sahədir ki, orda hər sayıqlamanı demək olar,heç bir sübut lazım deyil və bu sayıqlama da bir elmi məsələ kimi illərlə həmin o sayıqlayanı yamsılamağa çalışan insanlar tərəfindən müzakirə edilə bilər.Ona görə də fəlsəfədə yuxu haqqında təzadlı fikirlər amma heç biri dəlil olaraq qəbul edilə bilməz. Din isə-yəni mən İslamı nəzərdə tuturam-əksinə dəqiqlik tələb edir,hər bir ibadətə daxil olan ya da sadəcə dindən sayılan amilin dəlili olmalıdır, ibadətin,adətin, ənənənin, ifadənin və s.çünki din həyat tərzdiri-İslam, və dəlili olmayan nəyisə dinə gətirmək olmaz.

Share this post

Link to post
Share on other sites

yuxu ile bagli meni maraqlandiran yegane sey: yuxuda belke de bir ildir gormediyim bir tanisimi gorurem ve yuxudan ayilandan sonra kuceye cixarken o insanla qarsilasmagima herhansi bir menali cavab tapabilmirem ozluyumde.

mən bilirəm sizə vergi verilib)looll.giflooll.gif

Share this post

Link to post
Share on other sites

Hekari

Mövzudan kənara çıxdığımıza görə mövzu sahibindən üzr istəyirəm, amma cavab verməyə bilmərəm.

ilk növbədə filosoflar haqqında yazdıqlarınız onların deyil məhz sizin səviyyəniz barədə xəbər verir ( bu mənim üçün kədərli sürpriz oldu- çünki sizin yalnız İsalm haqqında biliyiniz artıq hörmət döğururdu ...sad.png )

Dəqiqliyin "alı" forması və "yüksək" səviyyəsinin məhz İslam olduğu "şübhəsizdir". Bir çox insan dəqiqliyin bu dərinlik və səviyyəsindən "vəcdə gəlir" . Elə deyək ki, İslam dəqiqliyinin əsas forması olan vəhy ( sübutsuz , dəlilsiz bir subyektin naməlum obyektdən "eşitdikləri" fikirlər ) anlayışı. Vəhyin üzərində tam dünya dinləri , o cümlədən İslam dini bərqərar olmuşdur. Dəqiqliyin İslamdakı ikinci ekstraordinar ( fövqəladi ) forması ... təfsir və hədislərdir . Dəqiqliyin səviyyəsi : Filankəs N1 yazır ki, Filankəs N2 dən eşidib ki, Filankəs N3 də öz növbəsində Filnkəs N4 lə bir dəfə yemək yeyib və o deyib ki , Filankəs N 5 Məhəmməd peyğəmbərdən filan şey eşidib (onun özünün kimdən eşitməyi haqqında sual doğulur )... Ortodoxal islamçılarda olan arsızlıq və utanmazlığın( цинизм) dərəcəsinə baxın ki, bunu dəqiqliyin yüksək forması kimi təqdim edirlər.

Bu mənada orta əsrlərdə olan islam ortodoksları ilə müasir dövrün ortodoksları arasında fərq yoxdur. Məsələ burasındadır ki, ortodoksal islamçılarla daha məsuliyyətli və elmlərə meylli islamçıları fərqləndirmək lazımdır. Elə orta əsrlərdən bir "İslam fəlsəfəsi" yaxud " ərəb-müsəlman fəlsəfəsi " adlanan müxtəlif fəlsəfi cərəyan və məktəblər olub İslam daxilində. Bu barədə kifayət qədər informasiya var : məsələn , siyahiyə burada baxmaq olar.

Bir də mən azərbaycan dilində fəlsəfə elmləri doktoru Könül Bünyadzadənin "İslam fəlsəfəsi: tarix və müasirlik / Bakı – 2010" kitabını oxumuşdum.

"Kitabda islam fəlsəfəsinin təşəkkülü, inkişaf mərhələləri və ən yeni dövrü nəzərdən keçirilir, əsas ideya istiqamətləri, İslamın gerçək potensialının bütün bəşəriyyət naminə üzə çıxmasını təmin edən mütəfəkkirlərin görüşləri təhlil edilir. Araşdırma ideya tarixinin kəsilməzliyi prinsipinə uyğun olaraq islam düşüncəsinin keçdiyi tarixi yolun və onun ən yeni mərhələsinin ümumi mənzərəsini yaratmaq cəhdidir."

Buradan Yükləyə biilərsiniz .

P.S. Əminəm ki, fəlsəfə haqqındakı yuxarıdakı fikirlərinizlə hətta bu forumun rus bölməsinin savadlı islamçıları belə razılaşmaz... ( yəni , filosoflsrın narkoman kimi ağlına gələni yazması və filan ... kim qatıq fikirlərlə...)

Edited by Sunyata

Share this post

Link to post
Share on other sites

Mövzu yuxudur ... Hekari xahiş edirəm mövzudan kənar yazmayın...Əgər fəlsəfənin nə olduğunu yaxşı bilirsinizsə ayrıca mövzu açın bizdə bəhrələnək...

Share this post

Link to post
Share on other sites

Hormetli Sunyata,calisin eseblesmeyin.cunku muzakireler artiqca ferqli fikirler de coxalir ve onlarla qarsilasma ehtimalimizda..buna gore de bezen qarsilasdigimiz qeyri deqiq fikirlere esaslanan dusunceler toplusuna fikir vermirik(biz ateistler) isterdim siz de bu metoddan istifade edesiniz.cunku eks halda azda kimi bezi user ler sozun ucundan tutub movzunu da esebimizi da pozurlar.hormetle: lucifer

Share this post

Link to post
Share on other sites
Luçifer sən necə düşünürsən yuxu nədir? Materiyadır?

qeti fikrim yoxdur.

Edited by lucifer13

Share this post

Link to post
Share on other sites

Yuxunun izahı cəhdi bizi digər sirrli sahələrə yönəldir - "şüur" , "psixika" , "şüursuzluq" , "altşüur" , "instinkt" , "iradə" , "intuisiya" ,"hisslər", "emosiyalar" - bu sahələr "bağlı" sahələrdir. Əlbəttə, elm bunların "necə"-liyinə bəlkə də cavab tapa bildi ... Lakin "nə"- liyinə çətin cavab tapa bilsin ...

Şəxsən mənim subyektiv fikrimcə , cavabı şüurun özünün nə olmasından asılı olaraq təyin etmək olar.

Şüuru çox faydalı bir idrak "orqan" `ı kimi təsəvvür edək. Bu idrak orqanı vasitəsilə biz zaman və məkan daxilində hiss orqanlarımızın da iştirakı ilə ətraf aləmi və daxili aləmimizi "qavrayırıq" . Nəyə görə və nəyi "qavrayırıq" və qavramırıq ? Zaman , məkan, şüur və hisslər məhz bizim bu formada və yalnyz bu formada qavramağımız üçün nəzərdə tutulmuş obyektiv şərtlərdir.

İndi təsəvvür edin ki, bu şərtlər yoxdur ... Onda , ümumiyyətlə qavrama və idrak anlayışları mənasını itirir. Əgər bu şərtlər çərçivəsində şüur çox faydalı "orqandirsa" , bu şərtlərsiz şüur artıq "maneə" rolu oynaya bilər. Bu maneənl dəf etməklə , aləmı başqa formada dərk etmək - daha doğrusu informasiya mübadiləsi imkanı yaranır. Məncə , yuxu məhz bu "şüursuzluq"un rüşeym halı ola bilər...

Edited by Sunyata

Share this post

Link to post
Share on other sites
Yuxunun izahı cəhdi bizi digər sirrli sahələrə yönəldir - "şüur" , "psixika" , "şüursuzluq" , "altşüur" , "instinkt" , "iradə" , "intuisiya" ,"hisslər", "emosiyalar" - bu sahələr "bağlı" sahələrdir. Əlbəttə, elm bunların "necə"-liyinə bəlkə də cavab tapa bildi ... Lakin "nə"- liyinə çətin cavab tapa bilsin ...

mence yuxu haqqinda butun fovqel dusunceler elm neticesinde deyerini itirecek.mence yuxu sadece olaraq beynimizin dejavu kimi bir oyunudur :)

carl saganin sozu yadima dusdu:

tanri bosluqlardadir,elm bu bosluqlari doldurduqca tanriya yer qalmir.

bu ifadede tanri evezine ruh seytan melek ve.s de yerine gore isletmek olar.eynile yuxu movzusunda da.fovqeldusuncelere ehtiyac gormurem.mence elm yuxu haqqinda da tam cavab tapacaq ve bu cavabin zamansizliq kimi anlayislarla uygun geleceyini de dusunmurem(butun yazim sirf sizin postunuza deyil)

Share this post

Link to post
Share on other sites

Mənim üçün sirli olanın biridə budur...Yuxuda biri ilə söhbət edirəm...Və ona sual verirəm...Oda mənə dəqiq cavab verir...Yuxudakı mən özüməm mənim verdiyim cavablar mənimdir...Bəs gördüyüm insan kimdir və bu cavablar hardan gəlir...çünki mən yuxuda sual verəndə cavabı gözlüyürəm...Və qarşımdakı cavab verir...Təccüblüsüdə odur ki mən qəti əminəm ki bu cavabı özüm özümə vermirəm, gördüyüm obraz verir...

Share this post

Link to post
Share on other sites

Zumər-42 ayə : Allah (əcəli çatan kimsələrin) canlarını (ruhlarını) onlar öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar (çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruh bədəni tərk edər). ölümünə hökm olunmuş kimsələrin canlarını (ruhlar aləmində) saxlayar (onların ruhu bir daha bədənlərinə qayıtmaz, beləliklə də bədən ölüb gedər). Digər (ölümünə hökm olunmamış) kimsələrin canlarını isə müəyyən bir müddətədək (əcəlləri gəlib çatıncaya qədər yuxudan oyandıqda bədənlərinə) qaytarar. Həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın hər şeyə qadir olmasına, qiyamət günü ölüləri dirildəcəyinə dəlalət edən) əlamətlər vardır!

Ənam-6: Sizi gecələr yuxuya daldıran (bu minvalla sizi bir növ ölüm halına salıb hiss-həyəcandan məhrum edən), gündüz isə nə etdiyinizi (nə qazandığınızı) bilən Odur. Sonra O sizi gündüz (yuxudan) oyandırır ki, müəyyən olunmuş vaxt (əcəl) gəlib yetişsin. Sonra onun hüzuruna qayıdacaqsınız və sonra da O sizə etdiyiniz əməllər barəsində xəbər verəcəkdir.

Edited by myesmiralda

Share this post

Link to post
Share on other sites

men daima bash verecek pis hadiseleri, vurushma, bedbext hadise, deyerli bir shey itireceyimi yuxuda evvelce gorurem, hemishe istisnasiz duz cixir. goresen bu nedir bele?

Share this post

Link to post
Share on other sites

Yuxu haqqında elmdə kifayət qədər izahatlar var...Forum iştirakçılarının yuxu haqqında subyektiv fikirləridə maraqlı olar...

Mən hərdən elə yuxu görürəm ki yuxuda bilirəm ki yuxu görürəm...Sonra yuxudan ayılıb təzədən yuxumun dalını görə bilirəm...Bunun bir izahı varmı?

lent qirilir da bes orda.

Share this post

Link to post
Share on other sites

İzahını sözün düzü biımirəm amma özümdədə çox vaxt elə olub yuxunun içində yuxu görürəm.Marağlıdır...

Share this post

Link to post
Share on other sites

Hormetli Sunyata,calisin eseblesmeyin.cunku muzakireler artiqca ferqli fikirler de coxalir ve onlarla qarsilasma ehtimalimizda..buna gore de bezen qarsilasdigimiz qeyri deqiq fikirlere esaslanan dusunceler toplusuna fikir vermirik(biz ateistler) isterdim siz de bu metoddan istifade edesiniz.cunku eks halda azda kimi bezi user ler sozun ucundan tutub movzunu da esebimizi da pozurlar.hormetle: lucifer

podumayesh,bu aralar sene yazdigimi xatirlamiram..

Men umumiyyetle bu bolmede calishiram ki az ishtirak edim..Ne zaman sene yazib eseblerini pozaramsa onda daniwarsan..

Edited by azda

Share this post

Link to post
Share on other sites

ushaqlar vurushmayin. ondansda gelin axirinci gorduyumuz yuxunu danishaq))

men meselen bu gece..kecmish mudurumu gormushem!!!

Share this post

Link to post
Share on other sites

ushaqlar vurushmayin. ondansda gelin axirinci gorduyumuz yuxunu danishaq))

men meselen bu gece..kecmish mudurumu gormushem!!!

Deməli yuxunuz düz çıxacaq...(31-ci postunuza görə) Müdirinizi nə cür görmüsünüzsə elədə olacaq...

çox maraqlıdır görəsən sizin kimi şıltaq bir qızın yuxusuna girmək yaxşıdır yoxsa pis?...))

Share this post

Link to post
Share on other sites

Bu forum biyabirçiliqdiee ...... facepalm.gif

Share this post

Link to post
Share on other sites

Deməli yuxunuz düz çıxacaq...(31-ci postunuza görə) Müdirinizi nə cür görmüsünüzsə elədə olacaq...

çox maraqlıdır görəsən sizin kimi şıltaq bir qızın yuxusuna girmək yaxşıdır yoxsa pis?...))

cox maraqlidir. hemin o muduru cox sen ve meshgul gormushdum, bu gun ishde de mudurum sen idi, nedenseeee))

siz axi nece teyin etdiniz menim shiltaq oldugumu???

Share this post

Link to post
Share on other sites

cox maraqlidir. hemin o muduru cox sen ve meshgul gormushdum, bu gun ishde de mudurum sen idi, nedenseeee))

siz axi nece teyin etdiniz menim shiltaq oldugumu???

Avatarınızdan və yazdığınız postlardan...Misal üçün dillər universiteti...

Share this post

Link to post
Share on other sites

Kechen Ramazandan namaza basladim. Chox imanla basladim ozu de. Kash o cur guclu imanim yene olaydi, amma basima gelen hadiselere gore deyil, daha xeyirli hadiselerle, dusuncelerle.

Ele kechen Ramazandan etibaren de chox canli, hiss edecek, duyacaq derecede xosh olmayan sheytani yuxular gorurdum, hem de demek olar 3-5 gunden bir. Ozu de fikir vermisdim ki, hansi gun ki daha urekden, qelben dua edirdimse, bu yuxularim hemin gune tesaduf edirdi. Refiqem de deyirdi mene ki bes sheytanin ishidir, chox imanla bashlamisan. Hetta o cur yuxulardan sonra oyananda aglayirdim ki, sheytan menden niye el cekmir axi))))))))

Chox teessufler olsun son aylar hem iman zeifliyi yashayiram, hem de o yuxulari gormurem.

Bir de gece yuxuda kiminse evinde toy, shenlik gorende tezden hemin evden kiminse yas xeberini aliriq. Chox yuxularim var ki chin cixir, qizil, ushaq gorende mutleq nese bir hadise ile bagli xeber esitmeliyik. Bezi yuxularima inaniram. Artiq menden asili deyil)))

Hetta illernen gormediyim insan olub ki yuxa girib, seherisi onu gormusem, neche defe bele yuxum da olub))) yeqin hossiyyatnan elbirdir yuxularim))))))))

Share this post

Link to post
Share on other sites

ozlerini namaza , ibadete hesr eden insanlarin yuxulari da cox maraqli olur. elelxusus teze namaza baslayanlarin. inanin ki bu boyuk bir nemetdi. insan ibadetlerinin qebul olub, olmamasini yuxusunda gore biler. bele yuxalarin heqiqetden hec bir ferqi yoxu.

eslinde ibadet zamani "qorxulu" yuxular gormek insanin imanini bir az da artirir. yani daha inancli ibadet etmeye calisirsan, sehvlerini duzeltmeye calisirsan. daha sonra yuxular da deyisir, men ozumden ve bir nece yaxin dostumun praktikasindan deyirem( eslinde musalmanin bele bir hali var)

daha sonra yuxular da deyisir. etdiyin emellerin duz olub, olmamasini yuxunda gore bilersen, sene yuxuda mukafat da verile biler, adi heyatda gore bilmediyin, lakin gormek istediklerini de Allah yuxuda iken bizlere gosterir. meselen peygemberimiz Muhemmed Mustafani(s.a.a) yuxuda iken gore bilersen. ve Onu yuxuda gormek diri kimi gormeye beraberdi. bu cox serefli bir seydi.

buraya mutleq diqqet yetirilmelidi: bu yuxularin gorulmesi sirf emellerin ve niyyetlerin duzelmesi ile elaqedardir. ve bu Allahin bir lutfudur.

amma yuxunun yozulmasinin qeti eleyhineyem

Edited by roberto5

Namaza başlamamişdan öncə pis yuxular görürdüm,sonra məscidə baş çəkdim dedilər ki,namaza başlasan keçəcək,elə də oldu..Sonra yuxuda cənnət-cəhənnəmi də gördüm,amma bilmirəm bunlar nə ilə əlaqədardir.Bir müddət sonra təsüf ki,imanim azaldi namazi atdim.(( İndi də bunu sanki bir yük kimi daşiyiram..

Yuxu yozmalarina gəldikdə isə, yuxu şərh kimi bir qabiliyyət hər insanda yoxdur. Allah peyğəmbərinə və ya bir neçəsinə bu hədiyyəni, qabiliyyəti verdiyini görürük,bunun xaricində İslamla əlaqəli yuxu yozmalari,yozanlari yoxdur.

qabaqdan ramazan gelir, shansinizi bir daha dineyin. onsuzda hec kes ne vaxtsa namazi atmayacagindan emin deyil. sabah men de ata bilerem. yani demek isteyiremki, bele dusunmek: birden yene ataram, yox cetin olar ve s kimi fikirleri ustun tutaraq namaza baslamamaq dogru deyil. Allah komek olsun.

namaz adami atir..adam namazi atmir..

Share this post

Link to post
Share on other sites

Avatarınızdan və yazdığınız postlardan...Misal üçün dillər universiteti...

kstati her iki halda, mudurum QADIN idi.

Share this post

Link to post
Share on other sites

yatanda butun beden iflic olur(muveqqeti) ona goreki yuxuda gorduylerimizi realda edib ozumuze zerer vermeyek, goresen insani bele yaradan tanrini inkar edenler bele bir wey yarada bilerler? maraqlidi, insan chox acizdi hemde chox,

Share this post

Link to post
Share on other sites

Assalamu Alekum her kese

Peygemberimizden (s.a.s) bele bir hedis var :Hedis texmini beledir. O buyurur : Yuxu uc nov olur. Gun erzinde bash verenlerle elaqeli yuxular, sheytandan gelen yuxular ve Allahdan gelen yuxular

Birde hardasa oxumusham . Allah Teala qelbi ve emeli duz olan insanlara chin yuxu verer. Bunu men sianamisham .

Menim tanishim var. O 1 ara cin yuxular gorurdu . Imtahanda cekeceyi bileti gormushdu ve yalniz o bileti oyrenmishdi . O bilet de dushdu.

Men 1 shirketde ishlediyim muddetde anbardan mal ogurlamishdilar. Zeng vurdu mene , dedi senin anbarinnan filan mali filan terefden ogurluyublar

Share this post

Link to post
Share on other sites

yuxu ile bagli meni maraqlandiran yegane sey: yuxuda belke de bir ildir gormediyim bir tanisimi gorurem ve yuxudan ayilandan sonra kuceye cixarken o insanla qarsilasmagima herhansi bir menali cavab tapabilmirem ozluyumde.

Bir il görmədiyin bir şeyi, hər gün yuxuda görürsən?

Allah yoxdu başa düşdüm.

Amma sənin bu yuxuva cavab tapa bilmirəm.

Doğrudan da yatmısız!

Share this post

Link to post
Share on other sites

Assalamu Alekum her kese

Peygemberimizden (s.a.s) bele bir hedis var :Hedis texmini beledir. O buyurur : Yuxu uc nov Iolur. Gun erzinde bash verenlerle elaqeli yuxular, sheytandan gelen yuxular ve Allahdan gelen yuxular

Birde hardasa oxumusham . Allah Teala qelbi ve emeli duz olan insanlara chin yuxu verer. Bunu men sianamisham .

Menim tanishim var. O 1 ara cin yuxular gorurdu . Imtahanda cekeceyi bileti gormushdu ve yalniz o bileti oyrenmishdi . O bilet de dushdu.

Men 1 shirketde ishlediyim muddetde anbardan mal ogurlamishdilar. Zeng vurdu mene , dedi senin anbarinnan filan mali filan terefden ogurluyublar

Goresen, bu ibn Eyyub hara gedib?

Share this post

Link to post
Share on other sites

Ən xoşladığım yuxu uçmaqdır))) Elə xoşum gəlir yuxuda uçmaq..))

O gün yuxuda yenə uçurdum birdən yadıma düşdüki yuxudayam dedim qoy bir ayılım nə qədər elədim ayılmadım...Necə sevinirdim deyirdim bu yuxu deyil mən həqiqətəndə uçuram...)) Amma sonra ayıldım elə heyifsləndim ki.))

Deyirlər yuxuda uçan adam cənnətə düşür. )))

Həqiqi yuxuda uçmaq adrenalindi.smile.png

Share this post

Link to post
Share on other sites

Yuxuda  uçmaq Freyd əmiyə görə  :

-Uşaqlarda böyümə və cinsi  inkişaf əlamətidir.

-Kişilərdə  də cinsi motivlə əlaqədardır ( dəqiqləşdirməyəcəyəm )) )

-Qadınlarda isə  gizli olaraq kişi olmaq arzuları səbəbindəndir. 

P.S. Freyd əmi bir az bu cinsiyyət mövzusunda  ifrata varsa da , hər halda yuxarıdakı səbəblərin olması da ehtimal kimi qəbul oluna bilər )) 

)) qeşeng fəlsəfəsi var. yuxuda görməyin, bir günahı yoxdu)))

Share this post

Link to post
Share on other sites

Yuxu yozmaları hamı üçün eyni deyil. Yuxu yozanlar, situatsiyadan asılı olaraq, yuxunu, yuxuları yozurlar. Mən yuxuda, suda boğuluramsa, deməli...... Deməli hamı üçün, ayrıdı deməli. Ola bilsin kimsə, asmadı, hər gün yuxuda böğulur və bu situatsiya, yuxuda, suda, dənizdə öz əksini tapır. Kimisi, dənizdə işləyir bu yuxunu görür tez, tez, kimisi uşaq vaxtı qorxub, bu yuxu onu tez tez izləyir. Burda çoxlu psixoloji faktorlar var. Yəni, yuxu yozmalar bir mənalı olaraq, hamı üçün eyni deyil. Əmi canı.

indi haminin yuxusunu arasdirmaliyiq? ele bil ki, Yusif peygember yuxunu buna gore yozmusdu, Omur catmaz qadan alim. umumiyyetle yuxunu yozmzlar.

Share this post

Link to post
Share on other sites

Çox yuxu görmək insanı yoran kimi, yuxunun yozulmasını fikirləşmək də insanı yorur. Çalışasan ümumiyyətlə yuxudan ayılan kimi fikrini yayındırasan və yuxu haqqında fikirləşməyəsən. Belə şeylər əksərən bekarçılıqdan olur. Əgər yuxudan ayilan kimi tez tələsik durub işlərinin arxasınca getsən yuxu haqda fikirləşməyə vaxt qalmayacaq. Yoxsa yuxudan ayılasan, bir xeyli müddət də yataqda yarı oyanmış vəziyyətdə xəyala dalıb yuxuda gördüklərin haqda fikirləşsən onda olmayan şeyləri də cəlb edərsən özünə.

Share this post

Link to post
Share on other sites

Yuxu aləminin sirrinə malik olan şəxs, paçti şto Yaradan səviyyəli şəxsdi.

Share this post

Link to post
Share on other sites

Yuxu aləminin sirrinə malik olan şəxs, paçti şto Yaradan səviyyəli şəxsdi.

yazanda ya aciqla, ya da yazma. en yaradici olan yuxunu ls-ye yaza bilsen eger. isteyirsen burda yaz.

Share this post

Link to post
Share on other sites

yazanda ya aciqla, ya da yazma. en yaradici olan yuxunu ls-ye yaza bilsen eger. isteyirsen burda yaz.

İstəmirəm

Share this post

Link to post
Share on other sites

yuxu kicik ölümdür.bir növ höccətdir insanlara ki , hər gün ölüb dirilrsiz , bir növ də agil sahibləri ücün hazirliqdir ki şükr etsinlər.ümumiyyətlə ölüm yoxdur ... bir məkandan ( mustəvi )  digərinə kecid var .

Share this post

Link to post
Share on other sites

Bir qadin Freyde dunen yuxuda sevimli itini bogdugunu deyir.Freyd onunla uzun uzadi danishandan sonra melum olur ki, qadin hemin gun oz qaynanasi ile mohkem mubahise etmish ve ona it demishdi. Bu da alt suurda ilifshib qalmish ve qadinin yuxusuna tezahur etmishdi.

Insanin teqib olunmadigi yegane yer onun yuxularidi. Deyesen Pushkin bele deyib.

Share this post

Link to post
Share on other sites

Yuxu ilə bu aləmi muqayisə edəndə, bu aləm mənə daha tupoy gəlir.

Share this post

Link to post
Share on other sites

Yuxu ilə bu aləmi muqayisə edəndə, bu aləm mənə daha tupoy gəlir.

aj toyuq yuxusunda dari goren kimi. hamsi tenbellikdendi. yuxu yalnizca insanin inancina tesir gostermek ucun var.

Edited by roberto5

Share this post

Link to post
Share on other sites

aj toyuq yuxusunda dari goren kimi. hamsi tenbellikdendi. yuxu yalnizca insanin inancina tesir gostermek ucun var.

Əmi canı tənbəlliydən deyil.

Share this post

Link to post
Share on other sites

sizleri bilmirem,men yuxuda ne goruremse real olur,ele bil hiss edirem,hemen gunu pis bir sey olacaq bilirem ve hec yere getmirem,ve heqiqetende ele olub,nece defelerle basima gelib,artik yuxu gormekden gorxuram,birdeki bilmirem sizin basiniza gelibmi,men yuxuya geden an qapinin acildigi ses gelir,onu esidirem ve o an ustume agirlik cokur,nefes ala bilmirem,sehere kimi doyusurem hem gun,seher ayilanda suyun icinde oluram,kim bilir bu ne ola biler?

Bu hamıda belədi. Yuxuda gələcəyi görməy mümkündü.

Yuxu aəminə çox xəsaslığıdan irəli gəlir. Hərənin bir şeyə xəsaslığı var.

Share this post

Link to post
Share on other sites

Hekari

Mövzudan kənara çıxdığımıza görə mövzu sahibindən üzr istəyirəm, amma cavab verməyə bilmərəm.

ilk növbədə filosoflar haqqında yazdıqlarınız onların deyil məhz sizin səviyyəniz barədə xəbər verir ( bu mənim üçün kədərli sürpriz oldu- çünki sizin yalnız İsalm haqqında biliyiniz artıq hörmət döğururdu ...sad.png )

Dəqiqliyin "alı" forması və "yüksək" səviyyəsinin məhz İslam olduğu "şübhəsizdir". Bir çox insan dəqiqliyin bu dərinlik və səviyyəsindən "vəcdə gəlir" . Elə deyək ki, İslam dəqiqliyinin əsas forması olan vəhy ( sübutsuz , dəlilsiz bir subyektin naməlum obyektdən "eşitdikləri" fikirlər ) anlayışı. Vəhyin üzərində tam dünya dinləri , o cümlədən İslam dini bərqərar olmuşdur. Dəqiqliyin İslamdakı ikinci ekstraordinar ( fövqəladi ) forması ... təfsir və hədislərdir . Dəqiqliyin səviyyəsi : Filankəs N1 yazır ki, Filankəs N2 dən eşidib ki, Filankəs N3 də öz növbəsində Filnkəs N4 lə bir dəfə yemək yeyib və o deyib ki , Filankəs N 5 Məhəmməd peyğəmbərdən filan şey eşidib (onun özünün kimdən eşitməyi haqqında sual doğulur )... Ortodoxal islamçılarda olan arsızlıq və utanmazlığın( цинизм) dərəcəsinə baxın ki, bunu dəqiqliyin yüksək forması kimi təqdim edirlər.

Bu mənada orta əsrlərdə olan islam ortodoksları ilə müasir dövrün ortodoksları arasında fərq yoxdur. Məsələ burasındadır ki, ortodoksal islamçılarla daha məsuliyyətli və elmlərə meylli islamçıları fərqləndirmək lazımdır. Elə orta əsrlərdən bir "İslam fəlsəfəsi" yaxud " ərəb-müsəlman fəlsəfəsi " adlanan müxtəlif fəlsəfi cərəyan və məktəblər olub İslam daxilində. Bu barədə kifayət qədər informasiya var : məsələn , siyahiyə burada baxmaq olar.

Bir də mən azərbaycan dilində fəlsəfə elmləri doktoru Könül Bünyadzadənin "İslam fəlsəfəsi: tarix və müasirlik / Bakı – 2010" kitabını oxumuşdum.

"Kitabda islam fəlsəfəsinin təşəkkülü, inkişaf mərhələləri və ən yeni dövrü nəzərdən keçirilir, əsas ideya istiqamətləri, İslamın gerçək potensialının bütün bəşəriyyət naminə üzə çıxmasını təmin edən mütəfəkkirlərin görüşləri təhlil edilir. Araşdırma ideya tarixinin kəsilməzliyi prinsipinə uyğun olaraq islam düşüncəsinin keçdiyi tarixi yolun və onun ən yeni mərhələsinin ümumi mənzərəsini yaratmaq cəhdidir."

Buradan Yükləyə biilərsiniz .

P.S. Əminəm ki, fəlsəfə haqqındakı yuxarıdakı fikirlərinizlə hətta bu forumun rus bölməsinin savadlı islamçıları belə razılaşmaz... ( yəni , filosoflsrın narkoman kimi ağlına gələni yazması və filan ... kim qatıq fikirlərlə...)

islamin hal hazirda dushduyu hal mehz elmsizliyin neticesidi bir chox dindarlar ve islam alimleri islamin felsefesini hechkim anlamasin deye ve yaxudda onlarin basha dushmedikleri bir shey oldugu uchun islam felsefesi deye bir shey qalmayib mehv olur demek olarki onun yerine ise bash yaran shieler ve bosh bir cihad eden sunniler yaranib ve buda sona dogru boyuk addimlarla geden bir dinin tesufler olsun islamin mehvine dogru gedir bezen meni dushundurur islam sosyalizmi var neye gore hech bir islam olkesinde tetbiq edilmir? eksine islam sosyalizminin yerine radikal saqqali diktatorlar var

Share this post

Link to post
Share on other sites

Vuqar Rehimov, forumda iştirak etməsəniz də, mövzularınız aktualdır )  Sizi burda görmək istyərdik. 

Yuxu insan beynində baş verən mürəkkəb proseslərdən biridir, mənim fikrimcə yuxunun rolu insanın aylq olmadlğl müddətdə insan beynini bərpa etmək, bir növ restart etmək prosesidir. Yəni insan ayıq olmadığı üçün sərbəst fikirləşə bilmir, amma beyin dayanmadan işləməli olduğu üçün onun müəyyən müddətdə bərpaya sistemdə olan error-ları düzəltməyə ehtiyacı var. Bu isə yuxu vasitəsi ilə baş verir. Bu səbəbdən bizim gündəlik fəaliyyətimizdə yuxunun böyük rolu var. 

Share this post

Link to post
Share on other sites

Yəni insan ayıq olmadığı üçün sərbəst fikirləşə bilmir

Burada ki ayığıq, bəs niyə sərbəst fikirləşib yuxunu yada sala bilmirik?

Bu proseslər zaman vahidlərinnən asılıdı.

Share this post

Link to post
Share on other sites

Burada ki ayığıq, bəs niyə sərbəst fikirləşib yuxunu yada sala bilmirik?

Bu proseslər zaman vahidlərinnən asılıdı.

Çünki insanın yaddaşı bir neçə növlərə bölünür, yuxu operativ yaddaşa daxildir, yəni qısa müddətli komandaları yerinə yetirmək üçün lazım olan yaddaşdır. 

Share this post

Link to post
Share on other sites

Gördüyüm yuxunun real heyatıma tesirini hiss edirem.Çox vaxt ise yuxunun tesirinden çıxmaq zaman istiyir.Çox yuxularım doğru çıxır,yeni ne olacağını evvelden yuxuda gördüyüm kimi olacağını bilirem.Bezi yuxularıma ise anlam vere bilmirem,lakin anlıyıram ki,heç biri boşuna görülmeyib.Sadece men yoza bilmirem.

Share this post

Link to post
Share on other sites
Sign in to follow this  
Followers 0