Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Ən son xəbərlər və müzakirəsi


Recommended Posts

Azərbaycanda 28 May - Respublika Günü qeyd olunur

28 MAY 2011 [00:01] - MİLLİ.AZ

Bu gün Azərbaycanda 28 May - Respublika Günü qeyd olunur.

Uzun bir dövr Azərbaycan Rusiyanın müstəmləkəsi olub. Ancaq Azərbaycan xalqı həmişə azadlığa, müstəqilliyə qovuşmaq üçün mübarizələr aparıb.

XX əsr tarixə yalnız elm, texnika əsri kimi yox, həm də milli oyanış, xalqların müstəmləkəçilikdən azad olmaları və milli dövlətlərin yaranması əsri kimi də daxil olub.

1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar sülaləsinə son qoyuldu. Nəticədə Rus İmperiyası dağıldı. Xalqlar öz müqəddəratlarını özləri həll etməli oldular. Bu imkandan istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Demokratik Cümhuriyyətini elan etdilər.

ADC təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Bu Respublika parlamentli dövlət idi. Onun dövlət atributları - bayrağı, himni, gerbi qəbul edildi. Üç rəngli bayrağında türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə idi. Ancaq ADC cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdilər və Respublika süqut etdi.

Respublika Günü - dövlət müstəqilliyinin bərpası günü - 1990-cı ildən dövlət bayramı kimi qeyd olunur.

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ - ŞƏRQDƏ İLK PARLAMENTLİ RESPUBLİKA

(1918-ci il may - 1920-ci il aprel)

Bəşəriyyət tarixinin ən dəhşətli və ən qanlı hərbi-feodal müstəmləkə rejimi olan Çar Rusiyası da Azərbaycan xalqının dövlətçilik ənənələrini məhv edə bilmədi. Əsarət altına salınmış türk-müsəlman xalqlarının milli mənlik şüurunu və qədim dövlətçilik ənənələrini məhv etmək siyasəti yeridən Rusiya imperiyası Cənubi Qafqazı bu siyasətin ən dəhşətli qanlı qırğın meydanına çevirmişdi. Bu qəddar siyasətin son məqsədi Cənubi Qafqazı Azərbaycanın türk-müsəlman əhalisindən "təmizləmək", bundan sonra İran və Türkiyəni aradan qaldırıb rahatca isti dənizlərə çıxmaq, bununla da Rusiyanın tarixi arzusuna - Hindistana yetişmək niyyətinə nail olmaq idi. Məhz bu məqsədlə də bir tərəfdən imperiyanın ayrı-ayrı yerlərindən Azərbaycan ərazisinə müxtəlif mənşəli xristian əhali köçürülüb gətirilir, digər tərəfdən də yerli əhalinin xristianlaşdırılması və ruslaşdırılması siyasəti yeridilirdi. Daha dəhşətlisi isə bu idi ki, həmin qanlı siyasəti daha uğurla həyata keçirmək üçün erməni-müsəlman qırğınları törədilirdi. Ölkənin şimal-qərb hüdudlarında isə Azərbaycan və gürcü xalqları arasına nifaq salmaq siyasəti yeridilirdi. Bir sözlə, Azərbaycan Çar Rusiyasının milli-müstəmləkəçilik siyasətinin ən dəhşətli sınaq meydanına çevrilmişdi.

Buna görə də bütün Rusiya imperiyası ərazisində məhz qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan çarizmin qəddar milli-müstəmləkə rejiminə qarşı milli müqavimət hərəkatının əsas mərkəzinə çevrildi. İdarə olunmağa deyil, idarə etməyə vərdiş etmiş Azərbaycan xalqı özünün qabaqcıl ziyalılarının başçılığı altında bütün Rusiyanın türk-müsəlman xalqlarının milli azadlıq hərəkatının önünə keçdi.

Cümhuriyyət tariximiz Azərbaycanın görkəmli şəxsiyyətləri ilə yazılırdı

XX yüzilliyin əvvəllərində Rusiya imperiyası dərin hərbi-siyasi və iqtisadi böhrandan xilas olmaq üçün islahatlar dövrünə qədəm qoyduqda böyük xeyriyyəçi H.Z.Tağıyev tərəfindən himayə olunan Azərbaycan ziyalıları hələ 1905-ci ildən başlayaraq, bütün başqa tələblərlə bərabər, ölkənin türk-müsəlman əhalisinin imperiyanın mərkəzi hakimiyyət orqanlarında təmsil olunmasını, yerli idarəçiliyə və məhkəmə orqanlarında fəaliyyətə cəlb olunmasını tələb edir, bu sahədə ayrı-seçkiliyin, məhdudiyyətin aradan qaldırılması uğrunda mübarizə aparırdılar.

Görkəmli hüquqşünas Əlimərdan bəy Topçubaşov, Şəmsi Əsədullayev, Əhməd bəy Ağayev, Ədil xan Ziyadxanov, Əli bəy Hüseynzadə və bir çox digər milli ruhlu Azərbaycan ziyalıları bu hərəkatın önündə gedirdilər.

Şimali Azərbaycan çarizmə qarşı öz azadlığı uğrunda ayağa qalxan bütün məzlum Şərq xalqlarının mübarizə simvoluna çevrilmişdi. Heç də təsadüfi deyil ki, Rusiya imperiyasının bütün türk-müsəlman əhalisini çarizmə qarşı birləşdirmək və bu məqsədlə vahid siyasi təşkilat yaratmaq ideyası da məhz Azərbaycanda doğulmuşdu.

1905-ci ildə ümumrusiya müsəlmanlarının Nijni-Novqorodda keçirilmiş I qurultayında "Rusiya imperiyasında türklərin vəziyyəti və problemləri"nə həsr olunmuş əsas məruzə ilə məhz Azərbaycanın nümayəndəsi Əlimərdan bəy Topçubaşov çıxış etmişdi. Yeni yaradılmış Ümumrusiya Müsəlmanları İttifaqının ("İttifaqi-Müslimin") Nizamnamə və Proqramının yazılmasında da azərbaycanlı nümayəndələr fəal iştirak etmişdilər.

Mürəkkəb və çətin şəraitdə aparılan gərgin mübarizə nəticəsində Azərbaycanın tanınmış ziyalıları Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Tağı Əliyev, Əsədulla bəy Muradxanov 1906-cı ildə Rusiyanın ilk parlamentinə - I Dövlət Dumasına deputat seçilmişdilər. Xalqımızı Rusiya parlamentində təmsil edən yüksək təhsil görmüş bu ziyalıların ikisi ixtisasca hüquqşünas idilər: Əlimərdan bəy Topçubaşov Peterburq Universitetini, İsmayıl xan Ziyadxanov isə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdilər.

Rusiya Dövlət Dumasının ən böyük fraksiyalarından birinə - Müsəlman fraksiyasına sədr Əlimərdan bəy Topçubaşov seçilmişdi. Azərbaycanlı deputatlar Duma tribunasından çıxış edərək Rusiya imperiyasının Cənubi Qafqazda yeritdiyi milli qırğın siyasətini, xalqımıza qarşı yol verilən ayrı-seçkiliyi, köçürmə siyasətini, bütöv bir xalqın hüquqsuzluğunu, kölə halına salındığını bütün açıqlığı və kəskinliyi ilə tənqid edir, yalnız azərbaycanlıların deyil, bütün Rusiya müsəlmanlarının mənafeyini müdafiə edirdilər.

Köləlikdən istiqlala…

Belə ki, azərbaycanlı deputatı İsmayıl xan Ziyadxanov duma iclaslarından birində çıxış edərkən son dərəcə qətiyyətlə bildirmişdi: "Biz (Azərbaycan) bir əsr əvvəl işğal edilmişik. Bizə heç bir hüquq verilməmişdir. Kölə halına salınmışıq. Milli varlığımıza təcavuz edilmişdir. Bir sıra ali məktəbə qəbul olunmağımıza qadağa qoyulmuşdur. Dövlət idarələrində türk məmurlarına rast gəlmək mümkün deyildir. Torpaq azlığından əziyyət çəkirik. Lakin buraya Rusiyadan axın-axın kəndilər köçürülür. Bilavasitə dövlətin əli ilə törədilən milli qırğın zəminində qana boyanmış bu torpaqlarda rus kəndliləri üçün planlaşdırdığınız yaşayış məntəqələrini quracaqsınız. Bu, hökumətin gizli surətdə hazırlayıb həyata keçirdiyi "parçala və hökmranlıq et" idarə tərzindən başqa bir şey deyildir. İki ildən bəri qan dəryasında boğulan Vətənimdə insan cəsədlərinin üstündən keçirik. Artıq səbrimiz tükənmişdir". II Dövlət Dumasının üzvləri Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Mustafa Mahmudov, Məhəmməd ağa Şahtaxtinski və Zeynal Zeynalov da, öz sələfləri kimi, çarizmin bütün sahələrdə, o cümlədən dövlət idarəçiliyində yeritdiyi milli və dini ayrı-seçkilik siyasətinə kəskin etirazlarını bildirirdilər.

Azərbaycanlı deputatların bütün Rusiyanın türk-müsəlman əhalisinin hüquqsuzluğuna qarşı kəskin çıxışları və bunun güclü oyadıcı təsirinin çarizmi vahiməyə salması, başqa səbəblərlə yanaşı, I və II Dövlət Dumalarının buraxılmasında az rol oynamamışdı. Məhz buna görə də III Dumaya seçkilər zamanı türk-müsəlman əhalisinin yaşadığı Mərkəzi Asiya, Sibir və digər regionlar seçki hüququndan məhrum edilmiş, Bakıya isə öz nümayəndəsini irəli sürmək hüququ verilməmişdi.

Rusiya Dumasında Azərbaycan carçıları

Elə həmin səbəbə görə də, əvvəlkilərdən fərqli olaraq, III Dövlət dumasında bütün Cənubi Qafqazın müsəlman əhalisini yalnız bircə nəfər deputat - Xəlil bəy Xasməmmədov təmsil edirdi. IV Dövlət Dumasında isə bütün Cənubi Qafqaz müsəlmanlarının yeganə nümayəndəsi Məmməd Yusif Cəfərov idi.

Rusiyanın Dövlət Dumalarına seçilmiş azərbaycanlı deputatların, demək olar ki, hamısı milli hərəkatımızın ən qabaqcıl nümayəndələri idilər. Duma deputatları Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov peşəkar hüquqşünaslar idilər.

Məhəmməd ağa Şahtaxtinski isə Sarbonna universitetinin dinləyicisi olmuş, Leypsiq universitetinin fəlsəfə fakültəsini bitirmişdi.

Beləliklə, Birinci dünya müharibəsinin gedişində "xalqlar həbsxanası" olan Rusiya imperiyasının dağılması üçün real tarixi şərait yaranarkən Azərbaycan xalqı həm qədim dövlətçilik ənənələrinə, həm də ən müasir idarəçilik mədəniyyətinə yiyələndiyi üçün müstəqil dövlət halında yaşamağa hazır idi.

Ölkənin qacarlar sülaləsi tərəfindən idarə olunan və İran şahlığının tərkibində qalmış cənub rayonlarından fərqli olaraq Şimali Azərbaycan Rusiya ağalığı dövründə Rusiyanın və Rusiya vasitəsilə Qərbin yeni - demokratik dövlət quruculuğu ənənələri ilə - parlament mədəniyyəti ilə yaxından tanış ola bilmişdi.

Azərbaycan ziyalılarının mühüm bir hissəsi, o cümlədən Əlimərdan bəy Topçubaşov başda olmaqla peşəkar hüquqşünaslar Rusiyanın Dövlət Dumalarında zəngin parlamentçilik təcrübəsi qazanmışdılar. Onlar nifrət etdikləri və qəddar milli müstəmləkə zülmünün hökmranlıq etdiyi Rusiya mütləqiyyətindən tamamilə fərqlənən, bütün hüquq və azadlıqların təmin olunduğu ən demokratik respublika sistemi yaratmağa hazır idilər. Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin demokratik dövlət yaratmaq ideyaları onların hələ Rusiya Dövlət Dumalarında fəaliyyət göstərdikləri dövrdə formalaşmışdı. Buna görə də Azərbaycan Xalq Cümhuriyyətinin parlamentli respublika kimi formalaşması tarixi reallıqdan doğurdu. Çarizmin devrilməsindən sonrakı hadisələrin real inkişafı da işi buna doğru aparırdı.

Zaqafqaziya Seymi – türk-müsəlman səsləri “sayılırdı”

1917-ci ilin fevralında Rusiyada Romanovlar mütləqiyyəti devrildi. Monarxiya rejimi aradan qaldırıldıqdan sonra hakimiyyətə gələn Müvəqqəti hökumət Cənubi Qafqazın idarəçiliyi üzrə Xüsusi Komitə yaratdı. Lakin Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrındakı hakimiyyət çevrilişi nəticəsində Cənubi Qafqazdan Rusiyanın Müəssislər Məclisinə seçilən deputatlar Petroqrada və Moskvaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini, başqa sözlə Zaqafqaziya Parlamentini yaratdılar.

Zaqafqaziya Seymində Müsəlman Fraksiyasını Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi.

Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası, faktiki olaraq, Zaqafqaziya Müsəlman Şurası, daha doğrusu, Zaqafqaziya Müsəlman Parlamenti funksiyasını yerinə yetirirdi.

Maraqlı və eyni zamanda qanunauyğun hal idi ki, Dövlət Dumalarında olduğu kimi, Zaqafqaziya Seyminin də ən ardıcıl üzvləri Azərbaycan nümayəndələri idilər. Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı.

Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seymi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti hökumətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və ertəsi gün - mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.

Mayın 27-də Seymin Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya Müsəlman Şurasının (faktiki olaraq Zaqafqaziya Müsəlman Parlamentinin) üzvləri ayrıca iclaslarını keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etdi. Bununla, əslində ilk Azərbaycan parlamenti yarandı və Azərbaycanda ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. 1918-ci il mayın 27-də keçirilən həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti və sədri seçildi. M.Ə.Rəsulzadə Milli Şuranın sədri oldu.

Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi.

Həmin iclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Usubbəyov, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybət Qulu Məmmədbəyov, Mehdi bəy Hacınski, Əli Əskər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firidun bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın İSTİQ LAL BƏYANNAMƏSİNİ qəbul etdilər.

İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə, ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun - parlamentli respublikanın yaradılacağından xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:

1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.

2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.

3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.

4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.

5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.

6. Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.

Azərbaycan Milli Şurası həmin iclasında, eyni zamanda, bitərəf Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti Hökumətinin tərkibini də təsdiq etdi. İlk Müvəqqəti Hökumət bu tərkibdə idi:

Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri və daxili işlər naziri

Xosrov Paşa bəy Sultanov - Hərbi nazir

Məmməd Həsən Hacınski - Xarici işlər naziri

Nəsib bəy Usubbəyov - Maliyyə naziri və Xalq Maarif naziri

Xəlil bəy Xasməmmədov - Ədliyyə naziri

Məmməd Yusif Cəfərov - Ticarət və sənaye naziri

Əkbər Ağa Şeyxülislamov - Əkinçilik naziri və əmək naziri

Xudadat bəy Məlik-Aslanov - Yollar naziri və poçt -teleqraf naziri

Camo bəy Hacınski - Dövlət nəzarətçisi

Şimali Azərbaycan burulğanlar içində çarpışırdı

Beləliklə, Birinci Dünya müharibəsinin gedişində və Romanovlar mütləqiyyətinin devrilməsi nəticəsində yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətçilik ənənələrimiz yenidən, özü də bu dəfə parlamentli respublika formasında dirçəldi.

Gənc Azərbaycan dövləti son dərəcə mürəkkəb daxili və beynəlxalq şəraitdə doğulmuşdu. Bakıda hakimiyyəti S.Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik güruhu ələ keçirmiş və Azərbaycanın türk-müsəlman əhalisinə qarşı dəhşətli soyqırımına başlamışdı. Çar generalları tərəfindən silahlandırılmış erməni quldur dəstələri Şərqi Anadolunun və Qərbi Azərbaycanın türk-müsəlman əhalisinə qarşı qanlı qırğını - soyqırımını davam etdirirdilər. Azərbaycan xalqının cəlladları olan Şaumyan və Andronik əlbir fəaliyyət göstərirdilər. Azərbaycan xalqı fiziki cəhətdən məhv edilmək təhlükəsi qarşısında idi. Neft Bakısını ələ keçirməyə çalışan xarici qüvvələr arasındakı rəqabət sona çatmaqda və bütün Cənubi Qafqaz üçün yeni təhlükə - bolşevik Rusiyasının təcavüzü təhlükəsi yaxınlaşmaqda idi. Azərbaycan xalqı öz tarixinin ağır yolayrıcında qalmışdı: ya Milli qurtuluş, ya da ki, məhv edilərək Cənubi Qafqazın etnik-siyasi xəritəsindən tamamilə silinib götürülmək. Azərbaycanı müstəqil dövlət elan etmiş Cümhuriyyət xadimləri məhz belə bir tarixi şəraitdə çaşqın vəziyyətə düşmüş və çıxış yolu tapa bilməyən xalqın önünə keçdi.

1918-ci il iyunun 16-da Milli Şura və hökumət özünün fəaliyyət mərkəzini Gəncəyə köçürdü. Ölkədə yaranmış real vəziyyəti nəzərə alan Azərbaycan Milli Şurası iyunun 17-də Gəncədə iki mühüm qərar qəbul etdi: öz fəaliyyətini müvəqqəti olaraq dayandırdı; bütün hakimiyyəti (həm qanunvericilik, həm də icra hakimiyyətini) Müəssislər Məclisi çağırılanadək F.Xoyskinin sədrliyi ilə yaradılmış yeni - ikinci Müvəqqəti hökumətə həvalə etdi.

Hökumətin tərkibi belə idi: Nazirlər Şurasının sədri - Fətəli xan Xoyski; nazirlər - Məmməd Həsən Hacınski, Nəsib bəy Usubbəyov, Əlimərdan bəy Topçubaşov, Behbud Ağa Cavanşir, Xəlil bəy Xasməmmədov, Xosrov Paşa bəy Sultanov, Xudadat bəy Rəfibəyov, Xudadat bəy Məlik-Aslanov, Ağa Aşurov, Əbdül Əli bəy Əmircanov, Musa bəy Rəfiyev.

Azərbaycan Milli Şurası çətinliklə əldə olunmuş istiqlalın itirilməsindən ehtiyat edərək o zaman həm də qərara almışdı ki, qısa müddət ərzində Müəssislər Məclisi çağırılmalıdır və o vaxta qədər F.Xoyski hökuməti hakimiyyəti öz əlində saxlamalı, heç kimə güzəştə getməməlidir. Azərbaycan Milli Şurası, eyni zamanda, F.Xoyski hökumətinin hüquq və səlahiyyətlərini də konkret şəkildə müəyyənləşdirmişdi. Hökumət Azərbaycanın dövlət müstəqilliyini, mövcud siyasi azadlıqları ləğv edə bilməzdi və aqrar məsələ, həmçinin bunun kimi digər mühüm məsələlər barədə inqilabi qanunları dəyişdirmək hüququna malik deyildi. Qalan məsələlərdə isə hökumətə müstəqil hərəkət etmək səlahiyyəti verilirdi. Müvəqqəti hökumət altı aydan gec olmayaraq Müəssislər Məclisi çağırmalı idi.

Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin ilk Parlamenti - Azərbaycan Milli Şurası özünün ilk addımlarını atmağa başladı. Azərbaycan Milli Şurasının 1918-ci il mayın 27-dən iyunun 17-dək davam edən və cəmi 20 gün sürən ilk fəaliyyəti dövründə cəmi 7 iclası keçirildi və bu iclaslarda başlıca olaraq iki mühüm qərar qəbul edildi: birincisi - Azərbaycanın istiqlalı elan olundu və İstiqlal bəyannaməsi qəbul edildi; ikincisi - Gəncədə Fətəli xan Xoyski başda olmaqla ilk Azərbaycan hökumətini formalaşdırdı və 1813-cü ildən sonra ilk dəfə olaraq Azərbaycanın müstəqil idarə olunmasına başlandı.

Azərbaycanın bir hissəsində - Şimali Azərbaycanda respublika quruluşu yaradıldı.

1918-ci il iyunun 17-də hakimiyyətə gələn F.Xoyskinin başçılıq etdiyi Azərbaycan Xalq Cümhuriyyəti hökuməti çox ağır bir beynəlxalq və daxili şəraitdə, faktiki olaraq, soyqırımı taleyi yaşayan Azərbaycan xalqını tarixin ən ağır qanlı burulğanından çıxarmaq məsuliyyətini öz üzərinə götürməli oldu.

Təcili olaraq müstəqil Azərbaycanın dövlət quruculuğuna başlandı. Hökumət yaranmış vəziyyətdən çıxmaq üçün ilk günlərdəncə qəti tədbirlərə əl atdı. İyunun 19-da bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan olundu. İyunun 24-də qırmızı parça üzərində ağ aypara və ağ səkkizguşəli ulduz təsvir olunan bayraq azad Azərbaycanın dövlət rəmzlərindən biri kimi qəbul olundu. İyunun 26-da Müsəlman hərbi korpusu ayrıca Azərbaycan Korpusuna çevrildi və həmin korpusun komandirinə general rütbəsi verildi.

Diviziya komandiri səlahiyyətlərinə malik olan Azərbaycan Korpusunun komandiri hökumətin xüsusi tapşırığını yerinə yetirməyə başladı ki, bu da faktiki olaraq Azərbaycan silahlı qüvvələrinin yaradılması demək idi. İyunun 27-də Azərbaycan-türk dili dövlət dili elan olundu. Dövlət quruculuğu daha da genişləndirildi.

Demokratik Respublika islahatlara da müvəffəq oldu

Türkiyədən dərsliklər gətirmək və müəllimlər dəvət etmək barədə qərar qəbul olundu. Məktəblər milliləşdirildi. Yeni müəllim kursları və məktəblər açıldı. Yeli zavetpol və Karyagi nin tarixi adları bərpa olunaraq yenidən Gəncə və Cəb rayıl adlandırıldı. Milli orduya səfərbərlik keçirildi. İyul ayının 15-də Fövqəladə Təhqiqat Komissiyası yaratmaq barədə qərar qəbul olundu. Komissiya Birinci Dünya müharibəsi dövründə bütün Cənubi Qafqaz ərazisində türk-müsəlman əhaliyə qarşı törədilən soyqırımı vəhşiliklərini və onların əmlakının talan olunması məsələlərini araşdırıb cinayətkarları məhkəmə məsuliyyətinə cəlb etməli idi. Hökumətin bu qərarı ilə, əslində, müstəqil Azərbaycanın Milli Təhlükəsizlik sisteminin yaradılmasının əsası qoyuldu. Bundan əlavə, hökumətin nəzarəti altında olan ərazidə vəziyyəti sabitləşdirmək, nəqliyyat, poçt-teleqraf rabitəsi yaratmaq üçün də bir sıra mühüm tədbirlər görüldü. Avqu stun 11-də hərbi mükəlləfiyyət haqqında qərar qəbul olundu. Avqustun 23-də Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlığı haqqında fərman verildi. Lakin F.Xoyski hökumətinin başlıca vəzifəsi ölkənin bütün ərazisində Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətini bərqərar etmək, Bakını və onun ətraflarını Azərbaycan xalqının düşmənlərindən təmizləmək idi.

1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra Qafqaz İslam Ordusu Azərbaycan xalq könüllü dəstələrinin köməyi ilə Bakını azad etdi. Şəhər S.Şaumyanın bolşevik-daşnak rejimindən sonra hakimiyyəti ələ keçirmiş menşevik-daşnak tör-töküntülərindən - "Sentrokaspi diktaturası"ndan təmizləndi.

1918-ci il sentyabrın 17-də F.Xoyski kabinetinin təşkilindən üç ay sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu. Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyət dairəsi genişləndi.

Noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı üzərində aypara və səkkizguşəli ulduz təsviri olan üçrəngli bayraqla əvəz olundu. İctimai-siyasi, iqtisadi və mədəni həyatın müxtəlif sahələrində quruculuq işləri daha da genişləndirildi. Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına sadiq qalan F.Xoyski hökuməti, eyni zamanda, Müəssislər Məclisinin çağırılması üçün hazırlıq görməyə başladı. Bu məqsədlə xüsusi komissiya yaradıldı: Milli Şuranın 1918-ci il 17 iyun tarixli qərarından hələ 6 ay keçməməsinə baxmayaraq, daha doğrusu hökumətin təkbaşına hakimiyyəti davam etdirmək səlahiyyəti olduğu halda, F.Xoyskinin təşəbbüsü və müraciətinə əsasən 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurası yenidən fəaliyyətə başladı. Hökumətin sədri F.Xoyskinin təklifi ilə Azərbaycan Milli Şurası Müəssislər Məclisi çağırmaq işini öz üzərinə götürdü.

Yalnız və yalnız DEMOKRATİYA!

Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da M. Ə.Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında Azərbaycan Parlamentçiliyi tarixinin çox mühüm qərarları qəbul olundu. O zaman Azərbaycan Xalq Cümhuriyyətinin fövqəladə dərəcədə çətin və mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti son dərəcə demokratik inkişaf yolu tutdu. 19 noyabr tarixli həmin iclasda qeyd olundu ki, Azərbaycanın əhalisi yalnız azərbaycanlılardan ibarət olmadığı üçün Azərbaycan Milli Şurasında qeyri millətlər də təmsil olunmalıdır, daha doğrusu Azərbaycan ərazisində yaşayan bütün millətlər parlamentdə təmsil olunmalıdır. Azərbaycan Milli Şurası ölkə əhalisinin (2 mln. 750 min nəfər) hər 24 min nəfərinə 1 nəfər nümayəndə hesabı ilə 120 nəfərdən ibarət olmalı idi. Onlardan 80 nəfər müsəlmanları, 21 nəfər erməniləri, 10 nəfər rusları, 1 nəfər almanları və 1 nəfər yəhudiləri təmsil etməli idi. Sayları çox az olduğu üçün, parlament seçkilərində iştirak etmək hüquqları olmadığı halda, gürcülər və polyaklar da hərəsinə bir deputatla parlamentdə təmsil olunmalı idilər.

Azərbaycan Milli Şurasının 19 noyabr 1918-ci il tarixli iclasının qərarına əsasən hələ 1917-ci ilin sonlarında Ümumrusiya Müəssislər Məclisinə seçilmiş 44 nəfər türk-müsəlman nümayəndə birbaşa yeni yaradılacaq parlamentin tərkibinə daxil edilirdi. Müsəlmanlardan qalan 36 deputat və başqa millətlərin nümayəndələri yenidən seçilməli idi. Yeni Parlamentin formalaşdırılması 1918-ci il dekabrın 3-də başa çatdırılmalı idi.

Göründüyü kimi, 1918-ci ilin Mart soyqırımından hələ vur-tut yarım il keçməsinə baxmayaraq Azərbaycan parlamentində 21 nəfər erməni nümayəndəsinin iştirakına yol açılırdı. O zamankı tarixi şəraitdə atılan bu addım Azərbaycan xalqının demokratik təbiətinə, insan haqlarına nə qədər dərin hörmətlə yanaşmasına parlaq sübutdur.

Parlament demokratiyamızın bu parlaq faktı M.Ə. Rəsulzadənin yeni parlamentin çağırılması ilə bağlı olaraq 1918-ci il noyabrın 29-da xalqa etdiyi müraciətdə də əks olunmuşdu: "... bizə fəlakət və səfalətdən başqa bir şey verməyən ədavət və ixtilafı bir tərəfə qoyaq. Tarix hamımızı bir yerdə yaşamaq məcburiyyətində qoyub. Yeni başlayan həyatın təbii məşəqqətlərini asanlıqla çəkmək üçün yaşayışımızı aqil və insani əsaslar üzərində quraq, bir-birimizi sevək, ehtiram edək. Milli və məzhəb fərqlərinə baxmayaraq, bütün Azərbaycan vətəndaşları bir vətənin övladlarıdır. Ümumi vətəndə müştərək həyatlarını qurmaq və öz səadətlərinə birlikdə yetişmək üçün onlar bir-birlərinə əl uzatmalı və yardım etməlidirlər".

M.Ə.Rəsulzadə Azərbaycan əhalisinə müraciətdə bildirirdi ki, azlıqda qalan millətlərin və məmləkətin vilayətlərinin də nümayəndələri təmsil olunacaq yeni parlament yurdumuzun sahibi olacaq, onun müqəddəratını həll, hökumətini təşkil və mənafeyini müdafiə edəcək.

Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin binası açıldı

1918-ci il dekabrın 7-də saat 13-də H.Z.Tağıyevin qızlar məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi.

Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə geniş təbrik nitqi söylədi.

"Müsavat" fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçildi. Paris sülh konfransına yola düşmüş Ə.Topçubaşov səfərdə olduğu üçün parlamentin fəaliyyətinə H.Ağayev rəhbərlik etdi. Parlamentin ilk iclasındaca F.Xoyski hökumətinin istefası qəbul edildi və yeni hökumətin təşkil olunması qərara alındı. Yeni hökumətin təşkili yenidən F.Xoyskiyə tapşırıldı.

1918-ci il dekabrın 26-da F.Xoyski parlamentdə öz proqramı ilə çıxış etdi və yeni hökumətin tərkibini təsdiq olunmağa təqdim etdi. Parlament hökumətin proqramını qəbul etdi və F.Xoyskinin təşkil etdiyi hökumətə etimad göstərdi.

Azərbaycan Parlamentinin fəaliyyətə başladığı dövrdəki tariximizin çox mühüm ibrət dərslərindən biri də budur ki, Cümhuriyyət xadimlərinin, bütün xalqımızın ilk Azərbaycan Parlamentində ermənilərə 21, ruslara isə 10 yer ayırmasına baxmayaraq, onlar Parlamentin açılışında iştirak etmədilər. Bakıda fəaliyyət göstərən Rus Milli Şurası Azərbaycanın öz müstəqilliyini elan etməsilə "Vahid və bölünməz Rusiya"nın parçalanmasına yol açdığı üçün "Azərbaycanın Rusiyadan ayrılması faktını tanımadı" və Azərbaycan Parlamentini baykot etmək barədə qərar qəbul etdi.

Lakin Azərbaycanda yaşayan rus-slavyan əhalisinin təzyiqi ilə sonralar Rus Milli Şurası həmin qərarı ləğv etməyə məcbur oldu.

Erməni-rus xəyanətkarları pusquda

Həmin dövrdə Azərbaycanın müstəqilliyi ilə barışa bilməyən ermənilər də Rus Milli Şurasını müdafiə etdilər və iki aydan çox müddət ərzində Parlamentin iclaslarında iştirak etmədilər. Parlamentə qatıldıqdan sonra isə həmişə Azərbaycan dövlətçiliyinə xəyanət mövqeyindən çıxış etdilər.

Bundan əlavə, ölkədə ali hakimiyyəti öz əlində cəmləşdirmiş və sayı 100 nəfərə çatmayan Parlamentdə 11 fraksiya və qrupun fəaliyyət göstərməsi də olduqca mürəkkəb daxili və beynəlxalq şəraitdə müstəqil dövlət quruculuğuna ciddi əngəl törədirdi. Ayrı-ayrı fraksiya və qruplar bir çox hallarda özlərinin məhdud fraksiya və qrup mənafelərini ümummilli mənafedən üstün tuturdular. Məsələn, Parlamentin sosialist bloku "yoxsulların mənafeyini müdafiə etmək" pərdəsi altında, müntəzəm olaraq, Azərbaycanın Sovet Rusiyasına birləşdirilməsini təbliğ etmiş, Sovet Rusiyasında diplomatik nümayəndəlik açılması barədə qərar qəbul edilməsinə nail olmuş, nəhayət, Qızıl Ordunun ölkəyə müdaxiləsinə tərəfdar çıxmışdı ki, bu da mahiyyətcə Azərbaycan Xalq Cümhuriyyətinə qarşı pozuculuq işi aparmaqdan başqa bir şey deyildi.

Bununla belə, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti öz fəaliyyəti ərzində, o cümlədən 17 aylıq aramsız fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tariximiz iki dövrə ayrılır: Birinci dövr - 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etmişdir. Bu altı ay ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk nümayəndədən ibarət olan ilk Azərbaycan Parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdir. İlk Parlamentimiz 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olunmasını öz üzərinə götürmüş və tarixi İstiqlal bəyannaməsini qəbul etmişdir.

Azərbaycan Milli Şurasının o zaman çox mürəkkəb və həlledici bir tarixi məqamda Tiflisdə-Qafqaz canişininin iqamətgahında elan etdiyi İstiqlal bəyannaməsi Azərbaycan demokratiyası və parlamentarizm ənənələri tarixinin ən parlaq hüquqi sənədi olaraq bu gün də öz tarixi və praktiki əhəmiyyətini saxlamaqdadır.

Milli Şura dövründə Azərbaycan Parlamentinin təsis toplantısı ilə birlikdə cəmi 10 iclası keçirilmişdir. İlk iclas - 1918-ci il mayın 27-də Tiflisdə, son iclas - 1918-ci il noyabrın 19-da Bakıda keçirilmişdir. Mayın 27-də Azərbaycan Milli Şurası təsis olunmuş, iyunun 17-də isə fəaliyyətini müvəqqəti dayandırıb, 6 aydan gec olmayaraq Müəssislər Məclisi çağrılmaq şərti ilə, bütün qanunverici və icraedici hakimiyyəti Müvəqqəti hökumətə vermişdir. Xalq Cümhuriyyəti hökuməti 1918-ci il sentyabrın 17-də Bakıya köçdükdən sonra Azərbaycan Milli Şurası noyabrın 16-da öz fəaliyyətini yenidən bərpa etmişdir. Noyabrın 19-da Azərbaycan Milli Şurası həmin il dekabrın 3-də Müəssislər Məclisinin-geniş tərkibli Azərbaycan Parlamentinin çağırılması haqqında qanun qəbul etdi və öz fəaliyyətini dayandırdı. Beləliklə, Azərbaycan Parlamenti öz fəaliyyətinin bu dövründə, daha doğrusu, Milli Şura dövründə Tiflisdə, Gəncədə və Bakıda fəaliyyət göstərmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində İkinci dövr və ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək -- cəmi 17 ay davam etmişdir. İlk >iclas - 1918-ci il dekabrın 7-də, son iclas -- 1920-ci il aprelin 27-də keçirilmişdir. Bu dövrdə Parlamentin cəmi 145 iclası olmuşdur. Bütün bu iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti İstiqlal bəyannaməsinin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etmişdi. Bütün bu qanunlar və qərarlar, nəticə etibarilə, hakimiyyətin üç qolunun - qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşdırılmasına yönəlmişdi.

Birinci Dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin həlledici mərhələyə daxil olduğu və ölkənin başı üzərini yeni işğal təhlükəsinin aldığı çox mürəkkəb bir daxili və beynəlxalq tarixi şəraitdə fəaliyyət göstərən Azərbaycan Parlamenti öz fəaliyyətinin mühüm hissəsini dövlət müstəqilliyinin qorunub saxlanmasına və Ordu quruculuğu məsələlərinə yönəltmişdi. Qeyd olunmalıdır ki, Parlamentin bu sahədə qəbul etdiyi qanun və qərarların müzakirəsində Parlament üzvləri, bir qayda olaraq, həmrəylik və yekdillik nümayiş etdirirdilər.

Xalqın inkişafı strategiyası - təhsil, səhiyyə, maarifçilik hərəkatı

Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli oyanışını əbədi etməyə çalışan Cümhuriyyət hökuməti və parlamenti elmin, təhsilin və xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq baxçaları, qısa müddətli müəllim kursları, kitabxanalar açılır, kənd yerində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılırdı.

Bu baxımdan Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də Cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.

Ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət yetirən Cümhuriyyət hökuməti və Parlamenti, vaxt itirmədən, bu sahədə milli kadrlar hazırlanmasının sürətləndirilməsinə xüsusi səy göstərirdi. Bu zaman Azərbaycan Parlamenti hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etmişdi. Bu işə nə qədər böyük əhəmiyyət verildiyi ondan görünür ki, Parlament xaricə göndəriləcək gəncləri müəyyən etmək üçün M.Ə.Rəsulzadənin başçılığı ilə beş nəfərdən (Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov, Abdulla bəy Əfəndiyev) ibarət xüsusi müsabiqə komissiyası yaratmışdı. Komissiyanın qərarına əsasən ali təhsil almaq üçün 45 nəfər Fransa, 23 nəfər İtaliya, 10 nəfər İngiltərə, 9 nəfər Türkiyə ali məktəblərinə göndərilmişdi. Rusiyada oxumaq üçün seçilmiş 13 nəfər gənc orada Vətəndaş müharibəsi başlandığı üçün təhsil almağa gedə bilməmişdi.

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti və hökuməti ölkənin başının üstünü alan xarici müdaxilə təhlükəsini sovuşdurmaq üçün gənc respublikanın beynəlxalq aləmdə tanınması üçün də böyük iş aparırdı. Bununla bağlı olaraq Cümhuriyyət Parlamenti 1918-ci il dekabrın 28-də parlamentin sədri Ə.M.Topçubaşovun başçılığı ilə Paris sülh konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul etmişdi. Cümhuriyyət dövrünün görkəmli dövlət xadimi Ə.M.Topçubaşov ağır çətinlikləri dəf edərək Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra böyük dövlətlər tərəfindən de-fakto tanınmasına nail olsa da XI Qırmızı Ordunun Şimali Azərbaycanı işğal etməsilə onun bu sahədəki fəaliyyəti yarımçıq qaldı.

Azərbaycan Parlamentinin və Cümhuriyyət hökumətinin fəaliyyətinin çox mühüm hissəsini daim özünə cəlb edən məsələlərdən biri də yaxın qonşularla münasibətlər və sərhəd məsələləri olmuşdur. Aparılan çox gərgin işdən sonra Gürcüstanla münasibətlər nizama salınsa da, Ermənistan hökumətinin böyük ərazi iddiaları üzündən Azərbaycan--Ermənistan münasibətlərini normal məcraya yönəltmək mümkün olmamışdı.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə qonşu İranla da bir sıra saziş və müqavilələr imzalanmış və həmin sənədlər Parlamentdə təsdiq olunmuşdur.

Cümhuriyyət dövründə Azərbaycanda parlamentçilik ənənələri getdikcə möhkəmlənir və inkişaf edir, ən müasir parlament mədəniyyəti formalaşırdı. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə ümumiyyətlə 155 parlament iclası keçirilmişdir ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (27 may-19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrdə (7 dekabr 1918-ci il - 27 aprel 1920-ci il) olmuşdur.

Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə edilir, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu.

Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edirdilər.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 11 komissiyası vardı.

Parlamentin fəaliyyəti xüsusi olaraq bu məqsəd üçün hazırlanmış nizamnamə - "Azərbaycan Parlamentinin nakazı (təlimatı)" əsasında idarə olunurdu.

M.Ə.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyətinə belə qiymət verirdi: "Millət məclisi məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə başlamaz, heç bir barışıq imzalanmazdı. Hökumət məclisin etimadını qazananda qalır, itirəndə düşürdü. Ortada hakim olacaq vasitə - vəzifə yox idi. Parlament hakimi-mütləq idi".

Günəşin qürubu...

Sovet Rusiyasının beynəlxalq hüquq normalarını tapdalayan hərbi müdaxiləsi və XI Qırmızı Ordu hissələrinin qanlı döyüş əməliyyatları nəticəsində Şimali Azərbaycan yenidən Rusiya tərkibinə qatılsa da Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoydu. Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir.

Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan Xalq Cümhuriyyəti özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik respublikalarından geri qalmırdı.

Heydər Əliyev:

“Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu. Bu cümhuriyyətin yaradılmasında müstəsna xidmətləri olan Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Usubbəyov, Mehdi bəy Hacınski, Məmməd Yusif Cəfərov, Xudadat bəy Rəfibəyov, Əkbər ağa Şeyxülislamov, Teymur bəy Makinski, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Sultan Məcid Qənizadə, Xəlil bəy Xasməmmədov, Əhməd bəy Pepinov, Şəfi bəy Rüstəmbəyov kimi görkəmli ictimai xadimlərin xatirəsini qədirbilən Azərbaycan xalqı bu gün də böyük ehtiram hissi ilə yad edir”.

Milli.Az

Azerbaijan.az

URL: http://www.milli.az/news/society/50462.html

Link to comment
Share on other sites

  • Replies 461
  • Created
  • Last Reply

Top Posters In This Topic

Hansı müğənninin sevgilisi ona 12 min manatlıq brilliant saat hədiyə edib?

28 MAY 2011 [09:30] - MİLLİ.AZ

25 mayda Azərbaycanın tanınmış müğənnisi Rəqsanə İsmayılovanın ad günü olub. 32 yaşını qeyd edə bilməyən müğənni, Milli.Az xəbər portalına bunun səbəbini belə açıqladı: “Bildiyiniz kimi mənim “REC” jurnalımın təqdimat mərasimi məhz ad günümdə keçirilməli idi. Bunu özümə söz vermişəm. Amma işlər çox olduğu üçün, çatdırmadıq. Jurnal hələ hazır deyil. Bu səbəbdən də ad günümü keçirmədim. Saxladım jurnalımın təqdimatına. Təqdimat da iyunun 15-i olacaq. Möhtəşəm bir mərasim baş tutmalıdır”.

Müğənni ona verilən hədiyyələrdən də söz açdı: “Həyatımda olan çox əziz və yaxın adam mənə bahalı hədiyyə edib. Sevgilim mənə brilliant daşlarla bəzədilmiş saat alıb. Saatın qiyməti 12 min manatdır. Ümumiyyətlə, bu ad günümdə hər kəs mənə zinnət əşyası verib”.

Rəqsanə İsmayılova 25 may 1979-cu ildə Göranboyda dünyaya göz açıb.

Mələk

Milli.Az

URL: http://www.milli.az/news/showbiz/50466.html

Link to comment
Share on other sites

Yeni Bakı bulvarı - FOTOSESSİYA

28 MAY 2011 [10:00] - MİLLİ.AZ

Bakı Bulvarmım ərazisində mənəvi-fiziki cəhətdən köhnəlmiş, müasir tələblərə cavab verməyən, əhalinin istirahətinə mane olan «ROXİ» gecə klubunun binası, «Veteranlar klubunun» binası, «Bahar» yay kinoteatrı və ona bitişik qeyri-qanuni fəaliyyət göstərən iaşə obyektləri, «Lalə» kafesinin yerləşdiyi tikili, «Təbiət sərgisi» yerləşən tikili, «Lunopark» avtomat oyun zalı, «Gilavar» kafesi, «Qəbələ» restoranının binası və «Uşaq teatrı» yerləşən bina müvafiq təşkilatların rəyləri nəzərə alınaraq sökülüb.

Göstərilən sahələrdə abadlıq işləri aparılaraq yaşıllıq sahələri salınmış, dekorativ ağac, kol və güllər əkilmiş, müasir attraksionlar quraşdırılıb.

Milli.Az

URL: http://www.milli.az/news/society/49917.html

Link to comment
Share on other sites

Yeni Bakı bulvarı - FOTOSESSİYA

28 MAY 2011 [10:00] - MİLLİ.AZ

Bakı Bulvarmım ərazisində mənəvi-fiziki cəhətdən köhnəlmiş, müasir tələblərə cavab verməyən, əhalinin istirahətinə mane olan «ROXİ» gecə klubunun binası, «Veteranlar klubunun» binası, «Bahar» yay kinoteatrı və ona bitişik qeyri-qanuni fəaliyyət göstərən iaşə obyektləri, «Lalə» kafesinin yerləşdiyi tikili, «Təbiət sərgisi» yerləşən tikili, «Lunopark» avtomat oyun zalı, «Gilavar» kafesi, «Qəbələ» restoranının binası və «Uşaq teatrı» yerləşən bina müvafiq təşkilatların rəyləri nəzərə alınaraq sökülüb.

Göstərilən sahələrdə abadlıq işləri aparılaraq yaşıllıq sahələri salınmış, dekorativ ağac, kol və güllər əkilmiş, müasir attraksionlar quraşdırılıb.

Milli.Az

URL: http://www.milli.az/news/society/49917.html

Binalar doğurdan da çox kğhnə idi. Getdikcə gözəlləşən bulvarın görkəmini pozurdu. Amma bəziləri sökülmək əvəzinə abadlaşdırıls idi, məncə daha yaxşı olardı. Hər nə də olmasa, gözümüz öyrəşmişdi və köhnə bulvarı xatırladan tək-tük nüanslardan idi. Şəxsi fikrimdir. Bir də eşitmişdim Venesiya da bərpa olunur. Yəni bulvardakı qayıq gəzintisi. O, mənim uşaqlığımı xatırladır mənə. Çnüki bulvara gəldiyim zaman ilk mindiyim məhz o qayıq olurdu. Bu xəbəri eşidəndə çox sevinmişdim. Səbirsizliklə bərpa olunmuş halını görmək istəyirəm. musulman:

Link to comment
Share on other sites

Binalar doğurdan da çox kğhnə idi. Getdikcə gözəlləşən bulvarın görkəmini pozurdu. Amma bəziləri sökülmək əvəzinə abadlaşdırıls idi, məncə daha yaxşı olardı. Hər nə də olmasa, gözümüz öyrəşmişdi və köhnə bulvarı xatırladan tək-tük nüanslardan idi. Şəxsi fikrimdir. Bir də eşitmişdim Venesiya da bərpa olunur. Yəni bulvardakı qayıq gəzintisi. O, mənim uşaqlığımı xatırladır mənə. Çnüki bulvara gəldiyim zaman ilk mindiyim məhz o qayıq olurdu. Bu xəbəri eşidəndə çox sevinmişdim. Səbirsizliklə bərpa olunmuş halını görmək istəyirəm. musulman:

Hər şey yaxşı olacaq musulman:

Link to comment
Share on other sites

Siqaret çəkənlər üçün qorxunc proqnoz!

28 MAY 2011 [11:56] - MİLLİ.AZ

Siqaret bu il 6 milyon nəfərin həyatına son qoyacaq. Onlardan 600 mini passiv siqaret çəkənlər olacaq. Bu qorxunc xəbərlarlıqla Ümumdünya Səhiyyə Təşkilatı 31 may – Ümumdünya tütündən imtina günü ərəfəsində çıxış edib.

ÜST bəyan edib ki, əgər əlavə tədbirlər görülməsə, 2030-cu ilədək siqaret hər il 8 milyon nəfərin ölümünə səbəb olacaq. Statistikaya görə, əgər XX əsrdə tütün epidemiyası 100 milyon nəfəri öldürmüşdüsə, XXI əsrdə hazırkı tendensiya dəyişmədən qalsa, tütün qurbanlarının sayı 1 milyard nəfərə çatacaq.

Milli.Az

URL: http://www.milli.az/news/health/50539.html

Link to comment
Share on other sites

Bakıda yeni Zooloji Park nə vaxt istifadəyə veriləcək?

28 MAY 2011 [13:26] - MİLLİ.AZ

55 hektarlıq ərazidə çoxlu heyvan və bitki növləri olacaq

2016-cı ildə Azərbaycanda dünya standartlarına və müasir tələblərə cavab verən, özündə bütün qitələrin flora və faunasını cəmləşdirən yeni Zooloji Park istifadəyə veriləcək. Parkın harada yerləşəcəyi, flora və faunanın həmin əraziyə necə uyğunlaşdırılacağı, parkın layihəsi, hazırda və gələcəkdə görüləcək işlər barədə məlumat almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) müraciət etdik.

Nazirliyin Bioloji Müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə ilk olaraq yeni Zooloji Parkın Abşeron rayonunun Bakının mərkəzindən 20 km məsafədə yerləşən Qobu qəsəbəsində ayrılmış 55 hektar ərazidə salınacağını bildirdi:

“Son illər Azərbaycanda bioloji müxtəlifliyin qorunması ilə əlaqədar müxtəlif səpkili işlər həyata keçirilib. Bu qəbildən yeni zooloji parkın yaradılması məsələsini xüsusilə qeyd etmək olar. Aydındır ki, Azərbaycanda heyvanat parkı var, lakin bu, müstəqillik əldə olunandan sonra bütün sahələrdə qeydə alınan tərəqqi, yenilənmə, iqtisadiyyat və sənayenin dünya standartları səviyyəsində inkişafı ilə heç də ayaqlaşmır. Eyni zamanda heyvanat parkına gəlib-gedən müxtəlif ölkə mütəxəssisləri onun artıq çox geridə qalmış bir park olduğunu, yəni burada heyvanların normal yaşayışı və inkişafı üçün şəraitin olmadığını bildiriblər. Artıq Azərbaycanda dünya standartlarına uyğun heyvanat parkının yaradılmasına ehtiyacın olmasına dair məsələ beynəlxalq səviyyədə gündəmə gəlmişdi. Nəhayət Azərbaycan prezidentinin 2008-ci il 26 dekabr tarixində Zooloji parkın yaradılması haqqında 109 saylı sərəncamı qəbul olundu. Və həmin sərəncamla ETSN-in nəzdində qeyri-kommersiya hüquqi şəxsi statusuna malik Zooloji parkın yaradılması məsələsi təsdiq edildi”.

“Təbii ki, bu zooloji park yüksək standartlara, müasir tələblərə uyğun bir zooloji park olmalıdır”, - deyən Hikmət Əlizadənin sözlərinə görə, sərəncamın icra edilməsi, yəni yeni zooloji parkın dizayn, tikinti-inkişaf layihəsinin hazırlanması məqsədi ilə 2010-cu ilin iyun ayından etibarən keçirilmiş beynəlxalq tenderin nəticəsinə uyğun olaraq Türkiyənin “Ekodeinge Engineering and Consulting LTD” şirkəti ilə müqavilə bağlanıb və 2010-cu ilin iyun ayından etibarən bu şirkət artıq yeni zooloji parkın layihə dizayn sənədlərinin hazırlanması işlərinə başlayıb.

“Öz növbəsində yeni zooloji parkın harada yerləşməsi ilə bağlı müxtəlif təkliflər olub. Son olaraq, həm müvafiq infrastruktura malik olması, həm şəhərə yaxınlığı və digər tələblər nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 aprel 2010-ci il tarixli 93 S saylı sərəncamı ilə Abşeron rayonunun Qobu bələdiyyəsi ərazisində, təqribən Bakı şəhərinin mərkəzindən 20 km. kənarda 55 hektar torpaq sahəsi ayrılıb. Ötən müddət ərzində həmin torpaq sahəsində “Ekodeinge” şirkəti tərəfindən ilkin tədqiqat və qiymətləndirmə işləri aparılıb”, - deyə ETSN rəsmisi bildirib.

H. Əlizadə qeyd edib ki, Türkiyə şirkətinə dəstək vermək üçün ETSN tərəfindən işçi qrup yaradılıb. Onun sözlərinə görə, bu işçi qrupda müxtəlif qurumlar və o cümlədən nazirliyin mütəxəssisləri iştirak edirlər.

“Qeyd edim ki, onlar bu günə qədər çoxsaylı birgə müşavirələr keçiriblər, ərazidə ilkin tədqiqat işləri aparıblar, ərazidən müxtəlif torpaq və su nümunələri götürülərək xaricdə onların laborator analizləri aparılıb və bu işlərin yekunu olaraq əldə olunan nəticələr zooloji parkın mütəmadi olaraq layihə sənədlərinin hazırlanmasında istifadə olunub. Yeni zooloji parkın layihə-dizayn işlərinin aparılmasına Türkiyə şirkəti tərəfindən son illər dünyanın bir sıra ölkələrində - Birləşmiş Ərəb Əmirlikləri, o cümlədən Dubay, Çexiya və Sinqapurda yaradılmış zooloji parkların layihələrini işləyən hollandiyalı, yeni zelandiyalı və sinqapurlu mütəxəssilər də cəlb olunub. Bu işlərin yekunu olaraq şirkət tərəfindən nəhayət ki, 2010-cu ilin sonunda əvvəlcə ilkin baş plan layihəsi və nəhayət 2011-ci ilin fevral ayında baş planın yekun layihəsi təqdim olunub, həmçinin müxtəlif qurumlar tərəfindən baxılaraq bəyənilib”, - Hikmət Əlizadə söyləyib.

O hazırda həmin baş plan əsasında şirkət tərəfindən ərazidə yerləşdiriləcək obyektlərin konkret sxemlərinin çəkilməsi, dizayn işlərinin aparılması kimi işlərin getdiyini bildirib:

“Artıq ərazidə olacaq infrastruktur obyektlərinin elektrik enerjisi, qaz, su, kanalizasiya və istilik sistemi kimi kommunikasiya xəttləri ilə təmin edilməsi məqsədi ilə texnki hesabatlar hazırlanıb. Biz bununla bağlı aidiyyəti qurumlara müraciət etmişik və texniki şərtlər almışıq. İndi artıq növbəti mərhələ kimi həmin texniki şərtlər əsasında layihə sənədləri hazırlanacaq və ilk növbədə əraziyə bu xəttlərin çəkilməsi işləri aparılacaq”.

Bioloji Müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı Departamentinin direktor müavini bildirib ki, parkın salınması üçün nəzərdə tutulan ərazi yarımsəhra quruluşuna malik olduğundan orada ciddi drenaj-abadlaşdırılma işləri aparılmalıdır. Ərazinin drenaj-abadlaşdırılması layihəsinin artıq hazır olduğunu bildirən H.Əlizadə bununla bağlı yaxın günlərdə tenderin keçiriləcəyini və qalib şirkətin ərazinin drenaj şəbəkəsinin çəkilməsi üzrə işləri həyata keçirəcəyini bildirib.

Yeni parkın necə adlanacağı ilə bağlı sualımızı cavablandıran ETSN rəsmisi mütəxəssislərlə müxtəlif variantların müzakirə olunduğunu və yekun olaraq Azərbaycanın Təbiət Aləmi Zooloji Parkı adında bir qurumun yaradılmasının qərara alındığını bildirib.

“İndi parkın işçi heyəti və ştat vahidləri ilə bağlı rəylər mövcuddur. Hazırda onlara qanuni statusun verilməsi, parkın bir idarə kimi yaradılması, layihə üzrə aparılan işlərin yaxın aylarda artıq başa çatdırılması, tikinti işləri, infrastrukturun çəkilməsi işlərinə başlanması prosesi gedir. Parkın salınması işlərində nə qədər vətəndaşın işlə təmin olunmasını hələ ki, söyləmək çətindir. Çünki layihə-dizayn işləri hələ tam yekunlaşmayıb. Bunun nəticəsindən asılı olaraq, yəni həcm məlum olandan sonra nə qədər insanın işlə təmin olunacağını demək olar. Ümumiyyətlə bu çox böyük bir layihə olacaq, nazirlik də bu işdə maraqlıdır. Biz hesab edirik ki, bu, Azərbaycan vətəndaşları, xüsüsən də gənc nəslin təlim-tərbiyəsi üçün, onların təbiətə məhəbbət ruhunda böyüməsi, o cümlədən onların dünya təbiətini qavraması və öyrənməsi istiqamətində çox böyük bir iş olacaq. Biz bu işlərin tez bir zamanda və keyfiyyətlə həyata keçirilməsində maraqlıyıq”, - deyə Hikmət Əlizadə vurğulayıb.

Azərbaycanın Təbiət Aləmi Zooloji Parkında yerləşdiriləcək heyvanlar və bitki aləminə gəldikdə isə nazirlik nümayəndəsi bildirib ki, burada bir neçə amil nəzərə alınmalıdır.

“Biz bura maksimal dərəcədə müxtəlif heyvan və bitki növlərini cəlb etmək niyyətindəyik, xüsusilə də vəhşi təbiəti təmsil edən heyvanlar insanlar üçün çox maraqlı olardı. Lakin bura gətiriləcək heyvan və bitki növləri təbii ki, Azərbaycan iqliminə uyğun olmalıdır. Amma deyim ki, bununla belə parkda çoxsaylı heyvan və bitki növləri olacaq. Yeni yaradılacaq zooparkda müxtəlif bölmələr olacaq, heyvanlar qəfəsdə yaşamayacaq və onları bir-birindən təbii maneələr ayıracaq. Burada demək olar ki, dünyanı bütün qitələrini – Afrika, Şimali və Cənubi Amerika, Asiya, Avropa, Avstraliya, hətta Antarktidanı təmsil edəcək heyvan və bitkilər olacaq. Parkda balıqların yaşadığı bir məkanın, həmçinin delfinarinin olması nəzərdə tutulub. Bu xeyli vaxt və əmək tələb edən işdir və hazırda işlər gedir”, - deyə Hikmət Əlizadə qeyd edib.

Layihənin maliyyə tərəflərinə gəldikdə isə, Hikmət Əlizadə hazırda 2 mln. 850 min vəsaitin ayrıldığını bildirib. Onun sözlərinə görə, bu sırf ərazinin tikinti-inkişaf planları layihələrinin hazırlanması üçün nəzərdə tutulub.

“Təbii ki, layihə işləri başa çatdıqdan sonra əlavə vəsaitə ehtiyac olacaq. Artıq infrastrukturun çəkilməsi və tikinti işlərinə əlavə vəsait hesablanacaq və buna uyğun olaraq tərəfimizdən Maliyyə Nazirliyi qarşısında məsələ qaldırılacaq”, - deyə o bildirib.

Heyvanların saxlanılması və onlara qulluq edilməsi kimi işlərə xaricdən mütəxəssislərin dəvət olunub-olunmayacağı ilə bağlı suala cavab verən Hikmə Əlizadə bunun istisna olunmadığını bildirib:

“Bu istisna deyil. Layihə üzrə konsepsiyaya görə, ilkin mərhələdə biz ora öz mütəxəssislərimizi dəvət edəcəyik. Bizim təqribi hesablamalarımıza görə, park fəaliyyətə başlayandan sonra onun işçi ştatında 300 nəfərlik yer nəzərdə tutulub. Onun bir hissəsi artıq bu günlərdə işə cəlb olunub. Heyvanlara qulluq, onların yemlənməsi və xəstələnərkən onlara baxılması, bələdçilik kimi məsələlər üzrə cəlb olunan işçilərlə uzun müddətli treninqlər keçirilməlidir. Parkda çox nadir və ekzotik heyvanlar olacaq. Bu heyvanlara təbii ki, xüsusi qulluq tələb olunacaq və biz düşünürük ki, hazırda götürdüyümüz insanlara uzun müddət treninq keçilməlidir. Onlar məsələn xaricdə də təhsil alıb təcrübə mübadiləsi apara bilərlər, bunu ölkə daxilində də biz onlar üçün təşkil edə bilərik. Yəni bitkilər əkilənə və heyvanlar gətirilənə qədər insanlar hazır olmalıdırlar. Amma hansısa məsələlərdə xaricdən mütəxəssislərin dəvət olunması istisna edilmir”.

Nazirlik nümayəndəsi parkın şəhərdən bir qədər kənarda olması və Bakıda artıq çoxdandır fəaliyyət göstərən heyvanxana parkının aqibəti ilə bağlı məsələlərə də aydınlıq gətirib:

“Biz parkın şəhərin mərkəzindən elə də uzaqda olmadığını düşünürük. Dünya təcrübəsinə görə zooloji parklar əksər hallarda şəhərin kənarında yerləşir. 20 km. Məsafə isə elə də uzaq deyil və hazırda Qobuya aparan yol yaxşı vəziyyətdədir. Amma təbii ki, xüsusi avtobuslar olacaq. Hətta layihəni hazırlayan şəxslərin fikrincə maliyyə dəstəyi olarsa, ora xüsusi dəmir yol xətti də çəkilə bilər. Yəni bu variant da var. Düşünürəm ki, yol infrastrukturu ilə bağlı elə bir çətinlik olmayacaq. Bakıdakı zooparkın ləğv olunması məsələsinə gəldikdə isə, bu dəqiqə o, gündəlikdə deyil. Yəni hazırda fəaliyyət göstərir. Və onunla bağlı aidiyyati qurumlar hansısa bir qərar qəbul də bilərlər. Yəni hazırda Bakı heyvanat parkı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeçiliyində deyil”.

Sonda Hikmət Əlizadə bütün bu işlərin nə zaman yekunlaşdırılacağı və sözügedən nəhəng parkın nə zaman istifadəyə veriləcəyi ilə bağlı məsələyə də toxunub. O bildirib ki, işlərə başlanması layihə üzrə işlərin qurtarmasından asılıdır, yəni böyük layihə olduğundan qanunla tender keçirilməlidir.

“Bu özü bir neçə ay çəkən işdir. Yəni layihə işlərinin yekunlaşmasından asılı olaraq tender keçiriləcək və qalib şirkət müəyyən olunduqdan sonra işlərə başlanacaq. Layihə müəlliflərinin fikrincə, yaxın 3 il ərzində, təqribən 2016-cı ilə qədər bu işləri bitirmək olar”, - deyə ETSN-in Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə bildirib.

ANS PRESS

URL: http://www.milli.az/news/society/50542.html

Link to comment
Share on other sites

Müğənni Elariz: "Eşitdim və... hönkür-hönkür ağladım"

28 MAY 2011 [14:27] - MİLLİ.AZ

Müğənni Elariz Məmmədoğlu baba olub. O, Day.Az Radioda Murad Arifin təqdimatında efirə çıxan “Həftənin Onluğu” verilişinin qonağı olarkən bunu bildirib.

O, nəvəsinin oğlan olduğuna çox sevinir. "Eşitdim və sevindiyimdən hönkür-hönkür ağladım" - müğənni deyib.

Milli.Az

Link to comment
Share on other sites

Eldar Qasımov: "Deyəsən o, mənə vurulub"

28 MAY 2011 [19:28] - MİLLİ.AZ

“Eurovision-2011”-in qalibi Eldar Qasımov Nigar Camalın qızının ona olan sevgisindən danışdı

"Eldar Qasımov mənim qardaşımdır".

Bunu “Eurovision-2011” mahnı müsabiqəsinin qaliblərindən biri olan Nigar Camal ANS PRESS-ə açıqlamasımda bildirib.

O, Nigar Camal barələrində gəzən söz-söhbətlərə inanmamağı məsləhət bilib: “Həyat yoldaşım məni Eldara qısqanmır. Eldarla onun çox yaxşı münasibəti var”.

Nigar Camal eyni zamanda övladları üçün də darıxdığını bildirib: “Əlbəttə, mən onlar üçün darıxıram. Mən onlarla “Skype” vasitəsilə danışıram, həm də bundan iki gün öncə İngiltərədə idim. Onlar da buraya gələcəklər”.

Eldar Qasımov da öz növbəsində Nigar Camalın övladlarını çox sevdiyini deyib. Onlar üçün darıxdığını deyən Eldar bildirdi ki, "deyəsən, Nigarın kiçik qızı mənə vurulub, məni sevir".

Nigar Camal da kiçik qızının Eldara xüsusi sevgi bəslədiyini qeyd edib.

Milli.Az

URL: http://www.milli.az/news/showbiz/50604.html

Link to comment
Share on other sites

Siqaret çəkənlər üçün qorxunc proqnoz!

28 MAY 2011 [11:56] - MİLLİ.AZ

Siqaret bu il 6 milyon nəfərin həyatına son qoyacaq. Onlardan 600 mini passiv siqaret çəkənlər olacaq. Bu qorxunc xəbərlarlıqla Ümumdünya Səhiyyə Təşkilatı 31 may – Ümumdünya tütündən imtina günü ərəfəsində çıxış edib.

ÜST bəyan edib ki, əgər əlavə tədbirlər görülməsə, 2030-cu ilədək siqaret hər il 8 milyon nəfərin ölümünə səbəb olacaq. Statistikaya görə, əgər XX əsrdə tütün epidemiyası 100 milyon nəfəri öldürmüşdüsə, XXI əsrdə hazırkı tendensiya dəyişmədən qalsa, tütün qurbanlarının sayı 1 milyard nəfərə çatacaq.

Milli.Az

URL: http://www.milli.az/...alth/50539.html

2030 cu iləcən əhalinin sayı artacağına görə bu rəqəm böyük görünə bilər.

P.S. Siqaret yadıma düşdü lap smoke:

Link to comment
Share on other sites

Bakıda məşhur restoran yanır - YENİLƏNİB - FOTO

30 MAY 2011 [12:05] - MİLLİ.AZ

Hadisə yerinə 8 yanğınsöndürən maşın cəlb olunub.

Nərimanov rayon Yanğın Təhlükəsizliyi İdarəsindən Trend-ə verilən məlumata görə, yanğın restoranın çardağında 300 kvadrat metr ərazidə baş verib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları yanğının söndürülməsinə çalışırlar.

Hadisə zamanı xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.

----------

11:35

Bakının Nərimanov rayonu ərazisində yerləşən "Gilavar" restoranında güclü yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, hadisə bu gün saat 10.00 radələrində qeydə alınıb.

Məlumata görə, 2 saylı çağırışla hadisə yerinə 8 yanğınsöndürən maşın cəlb olunub. Yanğın məhdudlaşdırılıb, söndürülməsi davam edir.

Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisə nəticəsində restoranın əsasən dam örtüyünə ziyan dəyib. Əvvəlcə qalın tüstü yaranıb, daha sonra isə mətbəxdən dama çıxan sobanın borusundan güçlü alov yayılıb.

İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.

ANS PRESS

Fotoşəkilləri Day.Az-ın oxucusu Cavid Səfərov yollayıb.

URL: http://www.milli.az/news/criminal/50708.html

Link to comment
Share on other sites

“Səhər-2” Azərbaycanda inqilabi xidmət iddiasındadır

İran telekanalının fəaliyyəti ANS-in nəzər nöqtəsində...

İran İslam Respublikasının “Səhər-2” kanalının Azərbaycanla bağlı fəaliyyəti son vaxtlar daha ciddi araşdırma və təcili reaksiya tələb edir. Bu kanalın Azərbaycanla bağlı fəaliyyətindən sərt narazılıq ya İranın Azərbaycandakı səfirliyini dəvət etməklə ona verilməli, ya da Azərbaycanın Tehrandakı səfirliyi vasitəsilə İranın Xarici İşlər Nazirliyinə çatdırılmalıdır. Özü də bir dəfə yox, hər dəfə.

... Ümumiyyətlə yalanı kimin deməsindən asılı olmayaraq onun mahiyyəti dəyişilmir. Bütün hallarda onu danışanın ləyaqəti təhrif olunur, heysiyyəti kirlənir. Fərqi nədir ki, bu yalanı erməni danışır, fars danışır, yoxsa azərbaycanlı, ...

Məsələn tutaq ki, ermənilərin özlərinin belə etiraf etdiyi bir cinayəti, Xocalı faciəsinin müəlliflik hüququnu sən öz millətinin üzvlərinin, azərbaycanlıların, Azərbaycan Xalq Cəbhəsinin ünvanına yazırsan. Buna görə sənə həqiqəti, gerçəyi arxa qapıdan yeritməli olurlar və hətta bundan sonra da etdiyin qələti, yediyin peyini etiraf etməyə üstündə, altında kişiliyə bənzər nəsə tapmırsan, ya da, bu yalan sənin yox, erməninin ağzından çıxır.

Düzdü, “Səhər-2” kanalı Xocalı faciəsində azərbaycanlı barmağı axtarmaq boyda binamusluğa yol vermir. Amma o da yalan danışır və bəzən bu yalanın üstünə qoyulmuş möhlətin nə qədər sürəcəyini də hesablamır.

Məsələn, “Səhər-2” kanalında çıxış edən qadına baxaq. Adı Südabədir. “Səhər-2”-nin az qala ilahiyyat alimi mərtəbəsinə qaldırdığı, rəy və mülahizələrindən səxavətlə bəhrələndiyi bu qadın, tez-tez efirə qoşulur və ekranın aşağı hissəsində də yazılır ki, o Lənkərandandır. Yəni, efirə guya Lənkərandan qoşulur. O son dəfə “Səhər-2” kanalının studiyasına qonaq çağrılmışdı.

İndi isə bu qadın haqqında bizim öyrəndiklərimiz. Yaxşısı budur, bunu onu yaxından tanıyan şəxsin, Lənkəran məscidinin axundu Hacı Sədi Axundzadənin dilindən eşidək:

“Bir qadın var. Mənim qonşu kəndimdəndir. Hacı Baratın qızı Südabə xanım. Özü-özünü müəllimə adlandırır. Dəfələrlə görmüşəm, yazılır: “Lənkərandan Südabə xanım”. Amma öyrənmişəm ki, o Məşhəddə olur. Övladı da Məşhəddə oxuyur. Allah salamat etsin. Son vaxtlar, təkrar-təkrar verilişlərdə Südabə adlı xanımı sanki bir dini rəhbər kimi, dini lider kimi çıxardırlar televiziyaya, bir saat müddətində camaata müraciətlər, çağırışlar edir. Görəsən o kimdir? Biz onu yaxşı tanıyırıq. Muxtarın gəlinidir. Yoldaşını da tanıyıram. Yoldaşının adı Alimdir. Özü 20 ilə yaxındır Məşhəddə yaşayır. Axı o burada yaşamadığı halda, buranın vəziyyətini əhvalatlarını niyə müzakirə edir. Dəfələrlə onun çıxışında eşitmişəm ki, deyir amerikalı, yəhudi bizi idarə edir. Hələ bizim qeyrətimizi əlimizdən almayıblar. Bizim canımızı, qeyrətimizi, dini hissiyatımızı əlimizdən alsalar, özümüz əsgər kimi döyüşə həmişə hazırıq”.

Deməli neçə vaxtdır ki, “Səhər-2” kanalına guya Lənkərandan zəng vuran bu qadın, əslində Məşhəddə yaşayırmış. Yaxşı, bir halda ki, adam Məşhəddə oturub və bilə-bilə ki, Lənkəranda onu tanıyanlar var, onlar bunun yalan olduğunu bilirlər ... Və özü də bu yalanı ifşa edən hələ bizik, sadəcə biz, adi televiziya işçiləri ... Azərbaycan isə oturuşmuş dövlətdir, onun peşəkar Milli Təhlükəsizlik Nazirliyi, bu nazirliyin kifayət qədər geniş imkanları var ... Deməli, sabah bir başqa Südabənin Astarada yox, Həmədanda, ikinci bir Südabənin Biləsuvarda yox, Ərdəbildə olduğu aşkar olunacaq axı. Yəni, yaxın qonşumuz, dinbir, hətta yarıyadək dilbir qardaşımız İran Azərbaycana belə nifrət edir?

Hicab, çadra, niqab... Bütün bunları bir yana qoyaq, yəni, doğrudanmı İran hələ inanmır ki, bura “Zilli Sultan bura say!” şerini yazan Mirzə Ələkbər Sabirin, “Koroğlu” operasının müəllifi Üzeyir Hacəbəylinin, “Dəli yığıncağı”nı yaradan Cəlil Məmmədquluzadənin Vətənidir, Azərbaycandır! Və bizdə hələ də Muğdusi Akopun təknəsində palçıq qatdığına görə şəyirdinə lənət oxuyan Usta Zeynala bu gün də gülənlər var, çoxdur!

“Səhər-2” kanalının intonasiyası Sovet İttifaqının dağılması ərəfəsindəki “Azadlıq” və “Amerikanın səsi” radiostansiyalarının tonunu xatırladır. Amma heç də hər şey sonadək aydın deyil. Tutaq ki, Amerika Birləşmiş Ştatlarının məqsədi Sovet İttifaqını dağıtmaq idi, bəs İranın məqsədi nədir?

Əlbəttə, mən başa düşürəm ki, “Səhər-2” Azərbaycanı belə sabit, hətta darıxdırıcı, əsnək gətirəcək dərəcədə sabit görmək istəmir. Televiziyaçı dililə desək, ona maraqlı kadrlar lazımdır. O nüfuzlu “Əl-Cəzirə” kanalının ərəb inqilabları üçün etdiyi xidmətin eynisini Azərbaycana göstərmək iddiasındadır. Amma, axı bu kanal unudur ki, “Əl-Cəzirə” olanları göstərir, özü hadisə yaratmır və onun hər bir məlumatının arxasında kadr dayanır.

“Səhər-2” kanalının göstərdiyi həqiqət isə ən azı bir qadın boyda və bir qadın qədərindədir... Axı adam eyni dəqiqədə həm Məşhəddə, həm də Lənkəranda necə ola bilər? Tehran bazarlarında uçan süpürgə satmırlar axı? Sonda isə Südabə xanımla söhbət aparan bu ağadan bir sualıma cavab istəyirəm: “bu sizin öz saçınızdır, yoxsa, hicabdan danışanda, qarşı tərəflə vəziyyəti proporsionallaşdırmaq naminə başınıza qoyursunuz parik?”

Link to comment
Share on other sites

Qar Adamı həqiqət imiş?!

ABŞ-da çəkilən kadrlar bu əfsanənin doğru olduğunu sübut edə bilər

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda iki yeniyetmənin gəzinti zamanı çəkdikləri görüntülər bütün ölkədə sensasiya yaradıb. Mobil telefonla çəkilən görüntülərdə heç nədən xəbərsiz gənclər sonradan videoya baxarkən bir qaraltı onların diqqətini çəkib. Görüntüləri diqqətlə izləyən gənclər bunun indiyədək əfsanə hesab edilən Qar Adamı olduğunu görüblər. Kadrlarla bağlı mütəxəssislərdən hələ heç bir açıqlama gəlməsə də, indidən bununla bağlı çox sayda şərhlər verilir.

Link to comment
Share on other sites

Yevlaxda yeni doğulmuş uşaq küçəyə atılıb

Körpə A.BAkıxanov küçəsindən tapılıb

Yevlax rayonunda küçüdən yeni doğulan uşaq tapılıb. Bu barədə məlumat Daxili İşlər Nazirliyinin rəsmi saytında yer alıb. Körpə qız uşağı bu gün A.Bakıxanov küçəsində tapılbıb. Uşaq rayon xəstəxanasının doğum şöbəsinə təhvil verilib.

Link to comment
Share on other sites

sırf qadınlar üçün )) :rroza:

Bu il dırnaqlar rəngarəng olacaq

Hansı dırnaq boyalarından istifadə məsləhətdir?

23163.jpg

Dırnaq ən çox qulluq tələb edən və daha çox göz önündə olan bədən üzvüdür, xüsusilə də yayda. Ən çox qulluğu isə təbii olaraq qadın dırnaqları tələb edirlər. Dırnaqlara qulluğun ən yaxşı göstəricilərindən biri də boyalardır. Geyim və saç dəbi dəyişdiyi kimi dırnaq boyası dəbi də daim yenilənir. Bu yay dəbdə əsasən rəngarəng dırnaq boyaları olacaq.

Yaşıl dırnaqlar

Yaşıl rəngin xüsusilə açıq tonlarına üstünlük veriləcək. Bunlar zeytun yaşılı, nanə rəngi kimi tonlardır.

Açıq bənövşəyi

Yayın ən şık rəngləri sırasındadır. Metal və tutqun rəngli boyalara üstünlük vermək məsləhətdir.

Çəhrayı

Çəhrayı rəng bu il də qadınların əvəzedilməzləri siyahısındadır.

Bej tonlar

Qum rəngi, gümüşü, klassik dəri rəngi boyalarda asanlıqla istifadə etmək mümkündür.

Qırmızı

Cəlbedici rəng olan qırmızı və sədəf rəngli tonlar bu yaya xüsusilə çimərliklərdə tez-tez görüləcəklər. Bu rənglərə xüsusilə qaralmış dəriyə malik qadınlar üstünlük verəcəklər.

Link to comment
Share on other sites

Qızlardan ibarət U-17 komandamız beynəlxalq turnirin qalibi oldu

Almaniyanın Reqensburq şəhərində təlim-məşq toplanışında olan futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması beynəlxalq turnirdə iştirak edib. AzərTAc xəbər verir ki, yığmamız yerli SG “Leonberq” (4:0), TV “Nabburq” (1:0) və JFG “Mittlere” (2:0) klublarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Hər üçün oyunu qələbə ilə başa vuran futbolçularımız turnirin qalibi adını qazanıblar.

:aappll: sükanı belə saxla! Əhsən, qızlar. :rroza:

Link to comment
Share on other sites

Bunlara indi çatıb :D

Yunanlar ayağa qalxıb

20 minədək adam hökumətin sərt iqtisadi tədbirlərinə qarşı etiraz nümayiş etdirib

Yunanlar sərt iqtisadi islahatlara qarşı etiraz edirlər. Yunanıstanın paytaxtı Afinada 20 minədəkn adam etiraz aksiyasına qoşulub. Parlament binasının qarşısında etiraz aksiyası artıq 5-ci gündür davam edir. Nümayişçilər büdcə kəsirinin azaldılması məqsədilə hökumətin qəbul etdiyi sərt iqtisadi tədbirlər planına qarşı çıxırlar.

Yunanıstan hökuməti bu planla bağlı artıq Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondu ilə razılığa gəlib və adıçəkilən qurumlardan maliyyə yardımı almaq üçün planı icra etməkdə qərarlıdır. Bu, xüsusilə də, iyunda 12 milyard dollar həcmində növbəti tranşı almaq üçün vacibdir.

Yunanlar hökumətin sərt iqtisadi tədbirlərinin işsizliyə təkan verəcəyini hesab edirlər.

Link to comment
Share on other sites

Madridin mərkəzi meydanı hələ də qəzəb içindədir

Etiraz aksiyaları artıq 15 gündür davam edir

15259.jpg

İspaniyada paytaxt Madridin mərkəzindəki Puerta del Sol meydanında «Qəzəblilərin Hərəkatı» adı altında kütləvi etiraz aksiyaları davam etdirilir. Hərəkata qoşulan vətəndaşlar ötən gün yekdilliklə bu qərarı çıxarıblar. Əsl çadır şəhərciyinə çevrilmiş mərkəzi meydanda artıq 15 gündür nümayişlər səngimir. Aksiya iştirakçıları işsizlik və sərt iqtisadi tədbirlərə qarşı etiraz edirlər.

Meydanda açılmış plakatların üzərində isə «Siz bizim gələcəyimizi oğurlamısınız- biz sizin dincliyinizi əlinizdən alacağıq!», «Banklar böhranda günahkardır!» kimi ifadələr yazılıb.

Qeyd edək ki, İspaniya son 3 ildə iqtisadi böhran şəraitində yaşayır. Bu müddət ərzində dözən ispanların səbir kasası artıq daşır. Praktik olaraq hər iki gəncdən biri işsizdir, tələbə təqaüdləri və müavinətlər dondurulub, istehsalat məhdudlaşdırılıb. İspanlar isə ölkəni bu vəziyyətədək gətirənlərin səhvlərinin qarşılığını ödəmək istəmirlər.

Link to comment
Share on other sites

Yəməndə yeni toqquşmalarda 50 nəfər ölüb, onlarla adam yaralanıb

nubdakı Zincibar şəhəri isə hələ də Əl Qaidə döyüşçülərinin əlindədir

Yəmənin cənubundakı Taiz şəhərində təhlükəsizlik qüvvələri ilə prezident Əli Abdulla Salehin istefasını tələb edən etirazçılar arasında toqquşmada azı 50 nəfər ölüb. Onlarla nümayişçinin xəsarət aldığı xəbər verilir. Etirazçılar bir neçə gün əvvəl həbs olunmuş nümayişçilərdən birinin azadlığa buraxılması tələbi ilə hökumət binasına doğru yürüşə cəhd ediblər. Yerli sakinlərin sözlərinə görə hökumət qüvvələri şəhərin mərkəzi meydanında etirazçıların düşərgəsini yandırıb, izdihamı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. 100-dək etirazçının xəsarət aldığı bildirilir. Qeyd edək ki, etirazçılar artıq 4 aydır saldıqları düşərgədə prezidentin istefası tələbi ilə oturaq aksiya keçirirdilər.

Ölkənin cənubundakı Zincibar şəhərini ötən gün ələ keçirən Əl-Qaidə döyüşçüləri isə hökumət qüvvələrinin mövqelərinə qarşı hücumları gücləndirir. Zincibarda döyüşçülərin hərbçilərin avtomobil karvanını atəşə tutması nəticəsində azı 4 əsgər ölüb. Daha 7 hərbçi isə yaralanıb. Son iki gündə şəhərdə döyüşçülərlə baş vermiş silahlı toqquşmalarda 20-dən çox adamın öldüyü bildirilir. Onların arasında hərbçilərlə yanaşı dinc sakinlər də var.

Paytaxt Sənanın şimalındakı Hasaba rayonunda isə 7 partlayış baş verib.

Link to comment
Share on other sites

Bakıda ağır yol qəzası: 11 yaralı

Hadisə Yeni Dairəvi yolda baş verib

Bakıda 11 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə mayın 29-da saat 18.20 radələrində Yasamal rayonu ərazisindəki Yeni Dairəvi yolda qeydə alınıb.

Bakı şəhər sakini Qismət Əzizovun idarə etdiyi "VAZ-2106" markalı və Salyan rayon sakini Nurəddin İmanovun idarə etdiyi "VAZ-21015" markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət alan hər 2 sürücü və sərnişinlər, Bakı şəhər sakinləri Xalidə Quliyeva, Nicat Quliyev, Zahir Məmmədov, Sevinc Hüseynova, İsmayıl Həsənov, Zəbihə Ramazanova, Fatimə İmanova, Naibə İmanova və Gülnar Əbdülkərimova xəstəxanaya yerləşdiriliblər. 9 yaralı ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Hadisənin baş vermə səbəbi araşdırılır.

Link to comment
Share on other sites

İstilər başlayır

Sabah Azərbaycanda havanın temperaturu 31 dərəcə olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 1-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 26-31, dağlarda gecə 9-14, gündüz 16-21 təşkil edəcək.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 15-19, gündüz 23-28 dərəcə təşkil edəcək.

Link to comment
Share on other sites

Son zəng!

101521 şagird orta məktəblə vidalaşır

Bu gün son zəngdir. Lent.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2010-2011-ci tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin buraxılış (XI, XII) siniflərini 101 min 521 şagird bitirəcək.

Bu göstərici ötən il 98800 nəfər təşkil edib. Qiyabi və axşam ümumi təhsil məktəblərinin XII sinfini başa vuran şagirdlərin sayı 2010-cu ildə 473 nəfər olduğu halda, bu il onların sayının 710 nəfər olacağı gözlənilir. Bakı şəhərindəki 342 (o cümlədən 330 dövlət və 12 qeyri-dövlət) əyani ümumi təhsil məktəblərinin XI sinfini 25800-ə, IX sinfini isə 35300-ə yaxın şagird bitirəcək.

Qeyd edək ki, 2010-2011-ci dərs ilində I sinif şagirdlərinin sayı 120420 nəfər olub. Bu göstərici 2009-2010-cu tədris ilində 118947 nəfər təşkil edib. 2011-2012-ci tədris ilində isə ümumi təhsil məktəblərinin I sinfinə 124274 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.

P.S.Son zəngim yadıma düşdü. Amma bizdə mayın 25-i olmuşdu.

Link to comment
Share on other sites

Azad Rəhimov: ""Eurovision-2012" üçün yeni konsert kompleksi 8 aya tikilməlidir"

“Əks halda, müsabiqə Tofiq Bəhramov adına Respublika Stadionunda və ya Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək"

7189.jpg

"Bakıda "Eurovision-2012" müsabiqəsinin keçirilməsi ilə bağlı yeni konsert kompleksinin tikilməsi üçün elə bir şirkət tapmaq lazımdır ki, həmin şirkət 8 ay ərzində 15-25 min nəfərlik zal tikib istifadəyə verə bilsin”. Bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazirin sözlərinə görə, kompleksin tikilməsi Dənizkənarı Milli Park və ya Bayraq Meydanında reallaşdırıla bilər. Ancaq belə bir şirkət tapılmasa, konsertu müəyyən təmir işlərindən sonra Tofiq Bəhramov adına Respublika Stadionunda və ya Heydər Əliyev adına İdman-Konsert Kompleksində də keçirmək olar.

istəsək lap 8 günə tikərik. Puluna minnət smoke:

Link to comment
Share on other sites

Son zəng!

101521 şagird orta məktəblə vidalaşır

Bu gün son zəngdir. Lent.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2010-2011-ci tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin buraxılış (XI, XII) siniflərini 101 min 521 şagird bitirəcək.

Bu göstərici ötən il 98800 nəfər təşkil edib. Qiyabi və axşam ümumi təhsil məktəblərinin XII sinfini başa vuran şagirdlərin sayı 2010-cu ildə 473 nəfər olduğu halda, bu il onların sayının 710 nəfər olacağı gözlənilir. Bakı şəhərindəki 342 (o cümlədən 330 dövlət və 12 qeyri-dövlət) əyani ümumi təhsil məktəblərinin XI sinfini 25800-ə, IX sinfini isə 35300-ə yaxın şagird bitirəcək.

Qeyd edək ki, 2010-2011-ci dərs ilində I sinif şagirdlərinin sayı 120420 nəfər olub. Bu göstərici 2009-2010-cu tədris ilində 118947 nəfər təşkil edib. 2011-2012-ci tədris ilində isə ümumi təhsil məktəblərinin I sinfinə 124274 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.

P.S.Son zəngim yadıma düşdü. Amma bizdə mayın 25-i olmuşdu.

İşim var idi, çıxmışdım evdən, nə qədər məzun gördüm. İndiki məzunar çox fərqlənirlər bizimdövrün məzunlarından.Mən də 25 may tarixində bitirmişdim məktəbi. 2004-də :rolleyes: bugün mənim bayramım idi. Məktəbə nifrət edirdim.

Link to comment
Share on other sites

Məşhur fransız tenorunu Bakıda nə təəccübləndirdi?

Fidan Hacıyeva Jan Fransis Munvuasonla birlikdə konsert verəcək

23191.jpg

Əməkdar artist Fidan Hacıyeva iyunun 3-də Fransanın məşhur tenoru Jan Fransis Munvuasonla birlikdə Bakıda "Klassika" adlı konsert proqramı ilə çıxış edəcək. ANS PRESS-in məlumatına görə, müğənni jurnalistləri başına toplayaraq konsert proqramının olduqca zəngin olacağını bildirib. Onun sözlərinə görə, repertuara dünya operalarından parçalar daxil edilib.

Mətbuat konfransında Fidan Hacıyeva ilə birlikdə Jan Fransis də iştirak edirdi. Konsert öncəsi Bakıya gələn fransalı müğənni Fidan Hacıyeva ilə birlikdə artıq bir neçə dəfə məşqlər edib. "Bir neçə məşqdən sonra anladım ki, bizim gözəl səhnə duetimiz alınacaq" deyən fransalı tenor Fidan Hacıyeva ilə səhnənin bölüşəcəyindən böyük fəxarət hissi duyduğunu söylədi.

Jan Fransis Azərbaycan musiqiçilərinin onu təəccübləndirdiyini də dilə gətirdi: "Opera və Balet teatrının dirijoru Cavanşir Cəfərov məni heyran etdi. Düzdür, siz "Eurovision"da qələbə qazanmaqla öz musiqinizin yüksək səviyyədə olmasını bütün dünyaya sübut etdiz. Amma mən özüm Bakıda bunun şahidi oldum. Azərbaycanda musiqi yüksək səviyyədə inkişaf edib".

Fidan Hacıyevanın "Karmen"inə vurulan Jan Fransis onun bu obrazı yaratdığını, oynadığını deyil, elə Karmenin özü olduğunu deyir.

Fidan Hacıyeva fransalı həmkarına Azərbaycan musiqisini öyrətməyə cəhd etdiyini və onun konsertdə bir Azərbaycan mahnısı ifa edəcəyinin mümkünlüyünü bildirdi.

Bu konsertin davamı olaraq Fidan Hacıyeva və Jan Fransisin konserti Fransada təşkil ediləcək.

Akademik Opera və Balet Teatrının solisti Fransanın məşhur tenoru ilə birgə konsertinin təşkilatçısı Fransanın ölkəmizdəki səfirliyidir. Jurnalistləri maraqlandıran sualları Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Lyuk Obri cənablandırdı. Konsertin ideyası elə Lyuk Obriyə məxsusdur.

Link to comment
Share on other sites

Mən şokdayam. Bu, necə baş verə bilərdi? :wow1:

Bakıda əlil və qocalar üçün internat evinin sakini itkin düşüb

Mayis Yusubov debillik dərəcəsində davranış pozuntusu diaqnozu olan ruhi-əsəb xəstəsidir

Bakının Buzovna qəsəbəsində yerləşən 9 saylı ixtisaslaşdırılmış ruhi -əsəb, əlil və qocalar üçün internat evində yaşayan, 1989-cu ildə Balakən rayonunda anadan olan, Mayis Xaliq oğlu Yusubov 26 aprel 2011-ci il tarixində, səhər saatlarında yaşadığı internat evindən çıxıb və bir daha geri qayıtmayıb. Bakı şəhər Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsindən ANS TV-yə verilən məlumata əsasən, Mayis Xaliq oğlu Yusubovun əlamətləri belədir: arıq bədən quruluşlu , sarıbəniz, boyu 147 santimetr, gözlərində çəplik var.

Mayis debillik dərəcəsində davranış pozuntusu diaqnozu olan ruhi-əsəb xəstəsidir. İnternat evindən çıxarkən əynində sarı rəngli pencək, boz rəngdə şalvar, qara rəngli ayaqqabı olub. Mayis Yusubovu görənlərdən və ya onun haqqında hər hansı məlumatı olanlardan Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinə, 453-20-05, 453-02-02 şəhər və 055-288-82-85, 055- 224-07-17 mobil nömrələrinə zəng etməklə xəbər vermələri xahiş olunur.

ANS TV-nin 24 saat xidmətinizdə olan qaynar xətti -050-203-02-02 mobil nömrəsi də bu itkinlə bağlı məlumatlarınızın verilməsi üçün açıqdır.

Link to comment
Share on other sites

Tverdə ermənilər və azərbaycanlılar yoxlanılır

Yoxlamalar zamanı mətbəx bıçaqları, kompüter diskləri və noutbuklar götürülüb

3040.jpg

Bir neçə gün öncə səhər tezdən Rusiyanın Tver şəhərində yaşayan azərbaycanlıların və ermənilərin evləri avtomatla silahlanmış milislər tərəfindən yoxlanmağa başlanılıb. ANS PRESS-in “Armtoday”a istinadən yaydığı məlumata görə, Tverdə fəaliyyət göstərən erməni diasporunun rəhbəri Seyran Kaçkanyan bildirib ki, yoxlamaya 30-a yaxın erməni və azərbaycanlı ailələr məruz qalıb: “Məndə olan məlumata görə, bu yoxlamalar arpel ayında baş verən hadisələrlə – ermənilər və azərbaycanlılar arasında şəhərin Silikat zavodu rayonunda baş vermiş dava ilə bağlıdır”.

Diaspora nümayəndələri deyir ki, yoxlamalar zamanı onlardan mətbəx bıçaqları, kompüter diskləri və noutbuklar götürülüb. Kaçkanyanın sözlərinə görə, bu yoxlama problemsiz ötüşməyib Belə ki, Arank Geriyan adlı şəxsdən 40 sağ tay ayaqqabı və sandallar götürülüb. Bundan başqa, Qeriyandan suvenir Ermənistan bayrağı da alınıb. Buna sübut kimi isə bildiriblər ki, onlara bütün milli rəmzləri götürmək tapşırığı verilib.

Tver şəhərinin Daxili İşlər Nazirliyinin vilayət şöbəsindən isə bütün bu baş verənləri axtarış adlandırmırlar. Oradan bildiriblər ki, baş verənlər Selikat zavodu ətrafında baş verən münaqişənin araşdırılması ilə bağlı aparılan cinayət işi ilə bağlıdır.

Tver şəhərinin erməni diasporunun rəhbəri Seyran Kaçkanyan və Azərbaycan diasporunun rəhbəri Fəyaz Paşayev bununla bağlı KİV vasitəsilə vilayət və şəhər sakinlərinə müraciət ünvanlayıblar. Birgə bəyanatda onlar hər iki tərəfdən cavanların törətdikləri dava-dalaşla bağlı üzrxahlıq edib: “Biz bir daha belə bir halın təkrar olunmasına imkan vermərik”.

Qeyd edək ki, aprelin 24-də “erməni soyqırımı qurbanları” xatirəsi günü Rusiyanın Tver şəhərində ermənilər və azərbaycanlılar arasında dava düşmüşdü. Dava zamanı tapança, beysbol çomaqlarından, daşlardan və həmin zaman əl altına düşən bütün vasitələrdən istifadə olunub. Şəhər hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, münaqişədə hər iki tərəfdən 60 nəfər iştirak edib. Dava zamanı 7 nəfər xəsarət alıb.

Link to comment
Share on other sites

İtaliyada Azərbaycan musiqi diskləri buraxılacaq

“Azərbaycanın Ənənəvi Musiqisi” adı altında 6 kompakt diskdə musiqi albomları satışa çıxarılacaq

“Azərbaycanı kəşf edək” layihəsi çərçivəsində İtaliyada Azərbaycan musiqi diskləri buraxılacaq. Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, diskə geniş səs diapazonuna malik tanınmış xanəndə Qoçaq Əsgərovun ifasında Zabul Segah dəstgahı, Bayatı Şiraz muğamı və təsnifi, Mahur muğam kompozisiyası, Dilkeş muğamı və iki xalq rəqs havaları daxil edilib. İfalar lentə alınarkən bütün müasir muğam ansambllarının özəyini təşkil edən kamança, tar, qaval, balaban və nağara kimi milli musiqi alətlərimizdən istifadə olunub.

Qeyd edək ki, “Azərbaycanı kəşf edək” layihəsi çərçivəsində 15 dekabr 2010-cu il tarixində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və İtaliyanın “Felmay Corso Moncalieri” şirkəti arasında müqavilə imzalanıb. Müqavilənin müddəalarına əsasən, İtaliyada Azərbaycan mədəniyyətinin təbliğ olunması ilə əlaqədar “Azərbaycanın Ənənəvi Musiqisi” adı altında 6 kompakt diskdə musiqi albomlarının hazırlanması və satışının həyata keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Azərbaycanın zəngin musiqi nümunələrinin Avropada təbliğinin genişləndirilməsi məqsədilə layihə çərçivəsində artıq birinci – “Muğam - Azərbaycanın müqəddəs musiqisi” – diski işıq üzü görüb və may ayının 26-da onun təqdimatı Turin şəhərində (İtaliya) Şərq İncəsənəti Muzeyində “Darbar” adı altında konsert proqramı zamanı keçirilib.

Link to comment
Share on other sites

Uşaqlar üçün kino hədiyyəsi

“Onun ürəyi” bədii-musiqili filminin yaradıcı heyəti sabah uşaqlarla görüşəcək

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günündə yeni Azərbaycan filmi təqdim ediləcək. Mədəniyyət və Turizm Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, saat 19.00-da Teatr Xadimləri İttifaqının Tamaşa zalında “Onun ürəyi” bədii-musiqili filminin yaradıcı heyəti uşaqlarla görüşəcək.

Kinomuzda uzun illər müraciət olunmayan müzikl janrında çəkilən filmə Samir Kərimoğlu quruluş verib, operator Nadir Mehdiyev lentə alıb. Filmin musiqisini Vüqar Camalzadə bəstələyib. Kompüter qrafikasından bolluca istifadə olunan nağıl filmində baş rolları Murad Abdullayev, Aysel İbrahimova və Aygün Rəhimova ifa edib.

Tədbir təkcə filmin nümayişi ilə məhdudlaşmayacaq, təşkilatçılar uşaqlar üçün bir neçə sürpriz hazırlayıb.

Link to comment
Share on other sites

Anna Politkovskayanın qətlində şübhəli bilinən Rüstəm Mahmudov tutuldu

Rusiyanın "Novaya Qazeta" qəzetinin əməkdaşının qatili Çeçenistanda saxlanılıb

2830.jpg

Çeçenistanda rus jurnalist Anna Politkovskayanın qətlində əsas şübhəli şəxs həbs edilib. Respublikanın hüquq-mühafizə orqanları həmin şəxsin adını da açıqlayıb. Bu, Rüstəm Mahmudov adlı Çeçenistan vətəndaşıdır. Açxoy-Martanovsk rayonunda saxlanılan şəxs dindirilmə üçün Moskvaya göndərilib. Rusiyanın İstintaq Komitəsi Rüstəm Mahmudovun həbsinə dair hələlik şərh verməyib.

Xatırladaq ki, "Novaya Qazeta" qəzetinin əməkdaşı Anna Politkovskaya 2006-cı ilin oktyabrında Moskvada qətlə yetirilib. İstintaq əsas motiv kimi onun peşə fəaliyyətini əsas götürürdü.

Link to comment
Share on other sites

Bu xəbəri birinci dəfə televizorda eşitdim. Nəsə pis təsir elədi mənə. Ümumiyyətlə xəstəlikdən heçvaxt qorxmasa da, infeksion xəstəliyin adı gələndə birtəhər oluram.

İsveçdə bağırsaq infeksiyasından ilk ölüm halı qeydə alınıb

Almaniyada başlayan infeksiyadan ölənlərin sayı artıq 16 nəfərdir

İspaniya rəsmiləri bir sıra Avropa ölkələrində artıq 16 nəfərin ölümünə səbəb olmuş bağırsaq infeksiyasına bu ölkənin Malaqa və Almeriya regionlarında yetişdirilən xiyarların səbəb olduğu ilə bağlı ehtimalları aradan qaldırmağa çalışırlar. Bu gün qeydə alınan iki ölüm halından biri İsveçdə baş verib. Bu isə təhlükəli bağırsaq infeksiyasının daha geniş yayıldığı Almaniyadan kənarda qeydə alınan ilk ölüm halıdır.

İspaniyanın kənd təsərrüfatı naziri Roza Agilar isə infeksiyanın mənbəyini müəyyən etmək üçün sübutların göstərilməsinin vacib olduğunu bildirib. O, Almaniya rəsmilərini bununla bağlı yoxlamaların nəticəsini nümaiyş etdirməyə çağırıb.

Link to comment
Share on other sites

Bunu isə başa düşmədim. Doğurdan.

Azərbaycanda "azadlığın məhdudlaşdırılması" cəza növü ləğv edilib

Azadlığın məhdudlaşdırılması növündə cəza çəkən şəxslər barəsində hökmlərə yenidən baxılacaq

Azərbaycan Milli Məclisi Cinayət Məcəlləsində və Cəzaların İcrası Məcəlləsində dəyişiklikləri təsdiqləyib. Dəyişikliklər layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirə olunaraq qəbul edilib.

Hər iki məcəlləyə edilmiş dəyişiklər "azadlığın məhdudlaşdırılması" cəza növünün cinayət cəzaları sistemindən çıxarılması ilə bağlı olub. Bununla əlaqədar olaraq adıçəkilən sənədlərdə müvafiq müddəalar çıxarılıb və ya digər cəza növü ilə əvəzlənib. Cəzaların İcrası Məcəlləsinə bununla bağlı keçid müddəa əlavə olunub.

Keçid müddəalarında qeyd olunub ki, əlavə və dəyişikliklər qüvvəyə minəndən sonra azadlığın məhdudlaşdırılması növündə cəza çəkən şəxslər barəsində hökmlərə yenidən baxılacaq. Məhkəmələr bu cəzaya məhkum olunmuş şəxslərin ərizəsi və ya cəzanı icra edən müəssisənin təqdimatı əsasında yenidən baxacaq. Qanun qüvvəyə mindiyi günədək azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi bir ildən artıq olmadıqda 1 gün azadlığın məhdudlaşdırılmasına 1 gün islah işləri hesablanmaqla, islah işləri cəzası ilə və ya 300 manatdan 500 manatadək cərimə cəzası ilə, cəzanın çəkilməmiş hissəsi 1 ildən 2 ilədək olduqda 1 gün azadlığın məhdudlaşdırılmasına 1 gün islah işləri hesablanmaqla, islah işləri cəzası ilə və ya 500 manatdan 800 manatadək miqdarda cərimə cəzası ilə əvəzlənəcək.

Azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 2 ildən artıq olduqda isə 800 manatdan 1000 manatadək miqdarda cərimə cəzası tətbiq olunacaq.

belə çıxır ki, cinayət törətmiş adam pul ödəyərək canını həbsxanadan qurtara biləcək? :wow1: ağlasığmazdır! Cinayət baş alıb gedəcək.İnsan həyatı heçə sayılacaq artıq belə olsa, inanın mənə.

Link to comment
Share on other sites

Nazir: “Azərbaycanda gənclərə faizsiz ipoteka veriləcək”

31 MAY 2011 [17:45] - MİLLİ.AZ

Azərbaycanda gənclərə faizsiz ipoteka veriləcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib. Nazirin sözlərinə görə, sosial ipoteka məsələsi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında öz əksini tapıb.

“Biz istərdik ki, gənclərin mənzillə təmin olunması üçün 0 faizli ipoteka kreditləri verilsin və bunun üçün vəsait ayrılsın”, - nazir vurğulayıb.

Azad Rəhimovun sözlərinə görə, 88 fəsildən, 144 bənddən ibarət proqram hazırdır və son baxış üçün bütün nazirliklərə paylanılıb.

İyunun 6-da “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının təsdiqlənəcəyi gözlənilir. Bu Dövlət Proqramı Azərbaycan Prezidentinin sərəncamına əsasən hazırlanıb.

Milli.Az

URL: http://www.milli.az/news/economy/50936.html

Link to comment
Share on other sites

1 iyun. İlin sonuna 213 gün qalır.

1453. Ayasofiyada ilk dəfə namaz qılınıb

1862. ABŞ-ın bütün ərazisində köləlik ləğv edilib

1911. Türk hərbi hava qüvvələri yaradılıb (Kıtaat-ı Fenniye və Mevaki-i Müstahkame)

1922. SSRİ-də ilk beynəlxalq aviareys (Moskva-Köniqsberq) açılıb

1936. Moskva-Vladivostok aviareysi açılıb. Həmin dövrdə təyyarələr bu marşrutu fasilələrlə 4 sutkaya qət edirdilər

1940. Azərbaycan Respublikası baş nazirinin müavini Abid Şərifov anadan olub

1947. Aktyor Ziyadxan Cəbrayılov anadan olub

1965. Yaponiyada mədən qəzası 237 nəfərin həyatına son qoyub

1973. Hərbi xunta Yunanıstanda respublika rejimini elan edib

1980. CNN yayına başlayıb

1992. Azərbaycan Respublikası Lüksemburq ilə diplomatik əlaqələr qurub

2002. Azərbaycan və İtaliya arasında mədəniyyət, elm və texnologiya sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb

2004. Azərbaycan Qırğızıstan arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş imzalanıb

2009. Rio de Janeyro – Paris reysini həyata keçirən təyyarənin dənizə düşməsi nəticəsində 228 nəfər həlak olub

2009. İki erməni əsgəri Goranboy rayon ərazisində cəbhə xəttini keçərək Azərbaycan ordusuna təslim olub

2009. Bakıda “16-cı beynəlxalq Xəzər neft və qaz konfransı” işə başlayıb.

Günün aforizmi

“Ey Süleyman. Səni məğlub etdim”.

İmperator Yustinianın Ayasofiyanın açılışındakı çıxışından

Bu gün həm də uşaqların günüdür. Bütün uşaqlara xoş, səadətli günlər arzu edirəm. :rroza:

Link to comment
Share on other sites

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Azərbaycan əhalisinin təxminən 30 faizini uşaqlar təşkil edir

4506.jpg

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.

Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Uşaqlar Azərbaycanda əhalinin təxminən 30 faizini təşkil edir. Ölkəmizdə uşaq və yeniyetmə yaşında olan gənclərin təxminən 95 faizi təhsil alır. Onların böyük bir qismi pulsuz tibbi xidmətlə təmin olunub.

Həkimlərin fikrincə, uşaqların arasında xəstəliklərin əsas səbəblərindən biri onların erkən yaşlardan işə gəlb edilməsidir. Azərbaycanda əsasən paytaxt küçələrində, gül, satan, ayaqqabı boyayan, maşın şüşəsi silən uşaqlara da rast gəlinir. Yuxarı sinif şagirdlərinin valideynləri tərəfindən təhsildən uzaqlaşdırıldığını Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva da təsdiqləyir.

Azərbaycanda uşaqların vəziyyəti ilə bağlı əsas problemlərdən biri də uşaq alveridir. Artıq bunun qarşısının alınması, kökünün kəsilməsi və cinayətkarların cəzalandırılması istiqamətində müəyyən tədbirlər görülür.

Son illər uşaqların valideynləri tərəfindən zorakılığa məruz qalması ilə bağlı halların artması da həyəcan yaradan hallardandır. Digər vacib problem internatlardan uşaqların ailələrə verilməsidir. Hazırda ölkədə 50-yə qədər internat məktəbi fəaliyyət göstərir . Onların himayəsində təxminən 20 mindən çox uşaq var. 5000 mindlən çox uşaq isə valideyn himayəsindən məhrumdur. Azərbaycanda 300 min qaçqın və məcburi köçkün uşağın olması da uşaq probleminin həllinə mənfi təsir göstərən amildir. Bütün bunlara baxmayaraq, nikbin faktlar da mövcuddur. Məsələn, son 12 ildə körpə və uşaqlar arasında ölüm əmsalı iki dəfə azalıb.

Link to comment
Share on other sites

Bu gün 31 dərəcə isti gözlənilir

Bakıda və Abşeron yarımdaasında arabir şimal-qərb güləyi əsəcək

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumatına görə, mülayim şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 15-19 dərəcə isti, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 15-20 dərəcə isti, gündüz 26-31 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə isti, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

Link to comment
Share on other sites

Kimin hüququ daha çoxdur: kişinin, yoxsa qadının?

01 IYUN 2011 [08:00] - MİLLİ.AZ

Qadınları zəif, hüquqları daim kişilər tərəfindən tapdanan cins olduğunu deyirik. Görəsən, həqiqətən də belədirmi?

Qərblilərin, avropalı və amerikalıların əksəriyyətinin nəzərində Şərq qadını, daha doğrusu, İslam ölkələrindəki xanımlar heç bir hüququ olmayan, döyülən, əzilən, ağır işgəncələrə məruz qalan yazıq, qorxaq, müti məxluqlardır. Ki, bu məxluqların həyatı və hüquqları onları adam yerinə qoymayan əri və ən başlıcası - Şəriət qaydaları ilə məhdudlaşdırılıb. Belədirmi?

Cavab verməyə çalışacağıq. Amma bizdən birbaşa, konkret və dəqiq cavab gözləməyin. Çünki dünyanın istənilən yerindəki qadınların həyatı təki, müsəlman qadınların arasında da yaşamları aydın, normal və rəvan olmayanları var. Onların həyatı asan və qayğısız deyil.

Bəribaşdan deyək ki, müsəlman qadını yalnız İslam yolunda olduğuna görə, zəif və zavallı saymaq, onun həyatını qara çalarlarla təsvir etməyə dəyməz.

Bir kişi iki qadına bərabərdir?

İllər əvvəl İspaniyadakı kurortlardan birində bir səhnəyə şahid olmuşdum. Bahalı restoranın giriş qapısının önündə qara, dəbdəbəli limuzin dayandı. Restorandan özünü çölə atan, hövlnak gələn mühafizəçilər maşının qapısını açdılar və oradan şeyx çıxdı. Əsl şeyx - başında burnusu, əynində əbası, üzündə səliqəli şəvə saqqalı.

Maşının o biri qapılarını kimsə açmadı - qapılar içəridən açıldı və oradan ağ paltarlı, üzlərində ağ niqab olan qadınlar çıxdılar. Onların yalnız gözləri görünürdü. Üç qadın şeyxin yanında durdu, şeyx də onları sərt baxışlarla süzməyə başladı. Qadınlardan birinin başındakı çarşabın altından bir dəstə telinin çıxdığını görcək, şeyx deyindi və o tellərdən yapışıb dartdı.

Qadın da günahkarcasına davrandı, özünü qaydaya salmağa başladı. Yalnız bundan sonra şeyx və yanındakı üç qadın restorana girdilər. Həqiqətən də, ərəb dilində mənası "doğru, düz yol" olan Şəriətə görə, qadınların hüquqları əksər hallarda kişilərlə bərabər olsa da, bəzi məqamlarda fərqlidir. Məsələn, Şəriətə görə, əgər kişi ailəni dolandıra və xanımlarının bərabər yaşamlarını, ən başlıcası isə normal həyatlarını təmin edə bilərsə, hətta dörd arvad ala bilər.

Şəriəti konstitusiyalarında təsbit etmiş müsəlman ölkələrində isə məhkəmələrdə bir kişinin sözləri iki qadının ifadələrinə bərabər olur. Fars Körfəzi ölkələrində ərin öz arvadını Şəriətdə göstərilmiş şərtlər pozulduğu zaman istənilən an boşamağa ixtiyarı var. Arvadlar ərlərinə sədaqətli olmalı, xəyanəti ağıllarına belə, gətirməməlidir. Şəriətə görə qadınlar, xüsusilə də ərli xanımlar küçə-bacada üzlərini bağlamalıdır. Onillər əvvəl isə ərəb ölkələrin tam əksəriyyətində qadınların təhsil almaları, xüsusilə də alim təhsilə nail olmaları müşkül məsələ idi.

Di gəl, Şəriət qaydalarına müasir İslam aləmində tam əməl olunmur. Eyni zamanda, Qərbdə, o cümlədən bizə geniş yayılmış təsəvvürlərin tam əksinə olaraq, ərəb ölkələrində qadınlar heç də hüquqsuz və zavallı insanlar deyillər.

Çoxvarvadlılıq "xortdan"ı

Avropalı və amerikalılar üçün az qala "insan haqları üçün xortdan" obrazına dönən, səslənəndə hüquq müdafiəçiləri və siyasətçilərdə qıcıq, adi qərblilərdə isə antipatiya yaradan "çoxarvadlılıq" kəlməsinə Şərqdə yaxşı bələddilər. Amma ərəb və ya fars xanımlar bu kəlməni eşidəndə gülümsəyirlər.

Söz yox, nəzəri baxımdan və Şəriətə görə müsəlman kişi arvadlarının sayını 4-ə çatdıra bilər, kimsə də ona bir söz deyə bilməz. Amma indiki dövrdə müsəlman ölkələrdə dörd bir tərəfə dursun - iki arvadı olan kişilərin sayı çox azdır, hətta mikroskopikdir. Fars Körfəzi ölkələrindən tutmuş, Malayziya və İndoneziyaya; İrandan tutmuş, Nigeriyaya qədər istisnasız olaraq bütün müsəlman ölkələrində kişilərin 99,9 faizinin vur-bir arvadı var. Çünki bir arvaddan artıq zövcə saxlamaq üçün ya ərəb şeyxi olmalısan, yada ucqar kənddə yaşayan bir çoban.

Səbəblər də çox sadə, hətta primitivdir. Məsələn, İran, İraq və ya Əfqanıstanda evlənmək istəyən kişinin, daha doğrusu, gəncin xərcləri toydan çox əvvəl başlanır. Müsəlmanın toyu asan məsələ olmadığından, gələcək ər bu mərasimə ciddi hazırlaşmalıdır. İraq, Əfqanıstan, İran, Yəmən, Səudiyyə Ərəbistanı, Liviya, Mərakeş, İordaniya və ya Əlcazairdə ailə quracaq qızın cehiz qismində xalça toxuması yetər. Yerdə qalan hər şey bəyin, yəni gələcək ərin boynundadır. O, ev almalı, ailənin xərclərini çəkməyə özünü hazır bilməli, evlənəndən sonra da arvadını saxlamalıdır.

Vəziyyəti bir qədər də konkret təsvir edək. İranda qadınlara ali təhsil almağa icazə veriləndən bəri onlar nikah müqavilələrinin tərtib olunmasında qərbli, yəni avropalı və amerikalı xanımları çox geridə qoyublar. İranlı qadınlar nə etdikləri bilirlər: çünki boşanma baş verəndə, nikah dağılanda ərlə birgə yaşayış dövründə alınan hər şey yarı bölünməklə yanaşı, əksər hallarda ərə çatan yalnız pencəyi, bir də barmağındakı üzük olur, vəssəlam.

Yəmən, Səudiyyə Ərəbistanı, Küveyt, İraq, İran, Qətər, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Tunis, Mərakeş və Əlcəzairdə boşanma kişi üçün "bir həsir, bir də Məmmədnəsir qalmaq" anlamına gəlir. Ona görə də İslam ölkələrinin tam əksəriyyətində boşanma perspektivi arvadlarla müqayisədə, ərləri daha çox hürküdür.

Məsələn, Küveytiin tarixində hələ elə bir məhkəmə prosesi olmayıb ki, boşanan ailənin uşaqları ataya verilsin. İranda boşanma proseslərinin 87 faizi övladlarla yanaşı, mal-mülkün də anada qalması ilə başa çatır.

Birləşmiş Ərəb Əmirliklərində zəngin kişi üçün boşanma müflis olmaq həddinə çatmaq, Türkiyədə - varidatın əksər hissəsinin arvada qalması, Əfqanıstanda isə varidatla yanaşı, övladların və sabiq arvadın bütün xərcləri keçmiş ərin boynunda olur.

Pul məsələsi boşanma proseslərinin məhək daşıdır. İran və İraqda ailə həyatı quran gənclərin imzaladıqları nikah müqaviiləsində qadın onun tələbi ilə ərin vermək məcburiyyətində olduğu məbləği də göstərə bilər, pulun konkret məbləğini yazmaq əvəzinə "qeyri-şərti vahid" ifadəsini də vurğulaya bilər. Məsələn, "ər arvada hər il 4 boyunbağı almalıdır" kimi.

İranın mövcud qanunvericiliyinə görə, uşaqlar ataya yalnız ananın xəyanəti danılmaz faktlarla sübut olunduğu təqdirdə verilir. Amma yenə də qanun ananı unutmur: övlad 15 yaşına çatandan sonra istərsə, anasının yanına gedə bilər.

Müsəlman ölkələrin tam əksəriyyətində boşanmadan sonra uşaqlar ana ilə qalmaqla yanaşı, sabiq ər keçmiş arvadına uşaqların yaşamlarının təminatı ilə yanaşı, hətta kirayə xərclərini də ödəməlidir. Ona görə də kişilər boşanmanı ən son vasitə hesab edirlər.

Yəməndəki Hadramaut vilayətində isə kişilər ümumiyyətlə, evlənməkdən qorxmağa başlayıblar. Səbəb isə "mahra" adlanan süd pulundadır. İndi Yəməndə "mahra"nın məbləği qanunla 100 dinardan çox ola bilməz, amma əksər hallarda orta məbləğ 100 min dinara çatır. Bundan başqa, yəmənli gənc gəlinə 210 qram qızıl verməli, onun qadın qohumlarına 20, kişi qohumlarına isə 30 dəst paltar almalıdır. Bir çox ailələr paltarın qiyməti həcmində pul aldıqlarından, mahra çox böyük məbləğə çatır.

Gəlin isə bir müddət təzə bəylə yaşayandan sonra atası evinə qayıda bilər. Məhkəmədə də onun "onu istəmirəm" deməsi yetərlidir. Belədə, artıq keçmiş ərə "mahra" qaytarılır, amma cəmi 100 dinar - qanunda yazılmış məbləğ.

Yerdə qalan məbləğ və üstəlik, bütün hədiyyələr, qızıllar, ev və əmlak qadına qalır.

Toylar da bir problem

Müsəlman ölkələrindəki toylar da bir ayrı məsələdir. Məsələn, İran və İraqda toylara orta hesabla azı 100 nəfər qonaq dəvət olunur. Bu isə ən azı 5 min dollar xərc deməkdir. Toy gecəsi isə bəy gəlinin ata evinə "qızıl süd haqqı" verməlidir. İranda bu "haqq" adətən 50 qram, İraqda isə 100 qram qızıl olur.

Bu səbəbdən də İranla bahəm, ərəb ölkələrində subaylar çoxdur. Gənclər 28-30 yaşlarına qədər çalışır, gözləyir və pul yığırlar.

Doğrudur, İranda siğə, yəni müvəqqəti nikah var. Lakin belə nikaha razılıq vermiş qızı atası çox vaxt evdən qovur, qohumları və qonşuları isə "fahişə" adlandırırlar.

Müsəlman ölkələrində problemin bir həlli də nişanlanmaqdır. Gənclər nişanlanır, barmaqlarına nişan üzükləri taxır, sonra isə nişanlı gənc pul yığana qədər qız gözləyir.

Yəmən, İran, Səudiyyə Ərəbistanı, Küveyt, Tunis, Misir, Liviya kimi ölkələrdə ailə həyatı qurmaq istəyən gənclər yetərli məbləği toplayandan sonra da onların çətinlikləri bitmir.

Gələcək bəylə gəlin genetik uyarlılığı təsbit etmək üçün qan testi də verməlidir. Qan qrupları uyğun gəlməyən cavanların rəsmi nikahına əksər hallarda icazə verilmir.

Təhsilli xanımların sayı sürətlə artır

Hz.Məhəmməd (s.ə.s) müsəlmanlara bilik və elmin vacib olduğunu buyurub. Ona görə də müsəlman qadının təhsil almasına dövlət nəinki qadağalar qoymur - əksinə, bunu hər vəchlə təqdir edir.

Üstəlik, Qərbin İslam aləminə təsirini də danmaq mümkün deyil.

Misir, Birləşmiş Ərəb Əmirlikləri, Tunis, Mərakeş, İraq və Küveyt kimi ölkələrdə gənc qızlarla xanımlar əvvəlki qərinələrlə müqayisədə daha azad, cəsarətli, özlərinə əmin, savadlıdır. Onlar işgüzar sahədə karyeralarını düşünür, idmanla məşğul olur, müasir musiqi ilə maraqlanırlar. Misirli xanımlar ölkənin ən məşhur və nüfuzlu universitetlərində təhsil alır, maddi imkanları yol verənlər isə Avropa və ya ABŞ-a yollanıb oradakı universitetlərdə oxuyur, vətənə qayıtdıqda isə nüfuzlu vəzifələrdə çalışır və özlərini təmin edə bilirlər.

Bu səbəbdən də müsəlman xanımların əksəriyyəti indi ər seçimində daha tələbkar olublar. Bəhs etdiyimiz səbəbdən də Misir, Livan, Qətər, Küveyt və Bəhreyn təki ölkələrdə ailə həyatı quran qızların orta yaş həddi artıb, Səudiyyə Ərəbistanında isə 26-ya çatıb.

Əsrin əvvəllərində bunu təsəvvür etmək belə, çətindi.

İraq, İran və Pakistanda təhsil almaq, yaxşı vəzifədə çalışmağa çalışan qadınların sayı fasiləsiz artır. Adıçəkilən ölkələrdə xanımlar indi kişilərlə bərabər çalışır, eyni maaş alırlar. Üstəlik, ali təhsil müəssisələrindəki tələbələrin də çoxu qızlardır.

Doğrudur, Şəriətin konstitusiyada təsbit olunduğu ölkələrdə qızlar lisey, gimnaziya və universitetlərdə oğlanlardan ayrı təhsil alır, iş yerlərində isə bəzən ayrı-ayrı otaqlarda otururlar. Amma nə olsun?!

İran, İraq və ərəb ölkələrində maşın sürən, idmanla məşğul olan, siyasətə atılan, dövlət işində çalışan qadınların sayı ilbəil az qala həndəsi silsilə ilə artır.

Qərbli xanımlardan fərqli olaraq, bu ölkələrdə pul qazanmaq qadının borcu deyil. Ailənin təminatı kişinin boynundadır və qadın da pulu yalnız istədiyi təqdirdə, qazanır, işləyir.

Ev işlərində də İslam ölkələrindəki qadınları zavallı və ya hüquqsuz saymaq doğru deyil. Təbii, ev işlərinin çoxunu qadın görür, uşaqların tərbiyəsi ilə də məhz o məşğul olur. Amma kişinin də "ailə mükəlləfiyyət"ləri var. Məsələn, ərəb ölkələri və İranda bazara bir qayda olaraq kişilər gedir, həftəbazarını da onlar edir.

Qadın hüquqlarını qadınların özləri qoruyur

Geniş yayılmış təsəvvürlərin tam əksinə olaraq, ərəb ölkələrindəki qadınlar arasında həmrəylik çox güclüdür. Ümumiyyətlə, bu fani dünyada qadın həmrəyliyi varsa, məhz Şərqdə, qadınların istənilən məsələdə dərhal birləşdikləri və vahid cəbhə ilə çıxış etdikləri məkanda özünü büruzə verir. Xüsusilə də iş kişilərin "bir balaca yerlərində oturdulması" ilə bağlı olanda.

Mərakeşdən tutmuş, İndoneziyaya qədər müsəlman qadınlar öz təşkilatlarını yaradır, hüquqları uğrunda mübarizə aparırlar. Qadınların tələbləri də bəzən qərbli feminist xanımların tələblərindən və istəklərindən fərqlənir.

Məsələn, Livandakı "Müsəlman Qadınlarının Ümummilli Liqası" bu ayın əvvəlində "Təmiz Sima" aksiyasına başlayıb. Aksiyanın təşkilatçısı Süşeylə Abdulla "Əs Şərq əl Əvsət"ə bildirib ki, onlar müsəlman xanımların istədikləri vaxt, istədikləri yerdə hicab, niqab və çarşabla dolaşmalarının azad olmasına çalışırlar.

"Simanın örtülməsi müsəlman qadının hüququ və seçimidir. Üzü örtülü qadına hər tərbiyəsiz baxa bilməz. Amma bu, qadının öz seçimi olmalı, onu kimsə vadar etməməlidir", - Britaniyanın Kembric Universitetində təhsil almış Süheylə Abdulla deyir.

Ümumdünya İslam Liqasının baş katibi Əbdel Ömər Nasif isə bu "Əl Ərəbiyyə"yə verdiyi müsahibəsində deyib: "İslam ölkələrində qadın tam azad olmalıdır. Heç kim və heç nə qadının hüquqlarını məhdudlaşdıra, azalda və ya zərbə altına qoya bilməz. Müsəlman qadın maşın sürmək istəyirmi? Sürə bilər. İşləmək istəyirmi? İşləyə bilər".

Cəmi 5-6 il əvvəl kim düşünə bilərdi ki, ortasında dikdaban qadın ayaqqabısı olan qırmızı üçbucaq Səudiyyə Ərəbistanındakı avtomobillərin arxa şüşəsində peyda ola bilər. Sükan arxasında qadının olduğunu göstərən bu nişan son vaxtlara qədər krallıqda ağlagəlməz məsələ idi. Çünki həmin ölkədə dikbadan ayaqqabı geyən qadının özünə belə, yaxşı baxmırdılar.

Görünən budur ki, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Oman, Misir, Mərakeş və Tunis təki, Səudiyyə Ərəbistanını hakimiyyət dairələri də müsəlman qaydaları, adət və ənənələri çərçivəsindən kənara çıxmamaq şərtilə əsl feminist inqilabına mane olmaq niyyətində deyillər.

Çadra və çarşab manipulyasiyaları

Həqiqət budur ki, heç bir dini və dövlət qanunları qadının gözəl görünmək istəyinin qarşısını ala bilməz. Bu səbəbdən də Şəriət qaydalarının hökm sürdüyü ölkələrdə qadınlar çarşabın altından Avropada istehsal edilən, yerli dükan və butiklərdə satılan al-əlvan paltarları, futbolka və maykaları geyinirlər. Belə paltarla tək evdə yox, qohum və dostların evinə qonaq gedəndə də qürrələnmək olar. Bir çox müsəlman ölkələrində isə xanımlar çarşabı müasir, ətəyi dizədək olan donlarla əvəzləyiblər.

Bir şərtlə ki, həmin donun altından cins şalvar geyinilə. İslam ölkələrinin istisnasız olaraq hamısında iri şəhərlərdəki dükanlarda "Vogue", "Elle", "Cosmopolitan" jurnallarına rast gəlmək olar. Avropadan müsəlman ölkələrinə plastik cərrahiyyə dəbi də gəlib. İndi Misir, Səudiyyə Ərəbistanı və ya İranın küçələrində burnunda plastır olan qadınlar nadir hal deyil. Həmin xanımlar burunlarını "düzəldən" qadınlardır. Burunun formasının dəyişdirilməsi əməliyyatı isə müsəlman Şərqində ölkədən asılı olaraq 400-1500 dollara başa gəlir.

Və ən nəhayət, son vaxtlar yaylığın altından tellərin görünməsi dəbi də yayılıb. Buna görə də İrandan tutmuş, Mərakeşədək xanımlar hicablarını mümkün qədər geri çəkirlər ki, daha gözəl görünsünlər. Belə xanımlara irad tutmaq da mümkün deyil: mühafizəkarların narazılığına hüquqi əsas yoxdur - axı, xanımın başında hicab var...

Tural Sarı

Milli.Az

URL: http://www.milli.az/news/society/50963.html

Link to comment
Share on other sites

Mövsümün ən yaxşı və ən pisləri: onlar oynadı, biz seçdik

01 IYUN 2011 [08:45] - MİLLİ.AZ

Milli.Az mövsümün rəmzi komandasını müəyyənləşdirdi

Azərbaycanda 2010-2011-ci il futbol mövsümü arxada qaldı. Artıq klublar istirahətə çəkilib. Bir neçə gün sonra avrokubokların və yeni mövsümün hazırlıqları başlayacaq.

Ötən həftə mövsümün yekunu ilə bağlı yazını diqqətinizə çatdırmışdıq. Bu yazıda isə mövsümün ən yaxşı 11-liyini, ən uğurlu və ən uğursuz 11 transferi müəyyənləşdirməyə çalışacağıq.

Mövsümün rəmzi komandası

Mövsümün komandasını müəyyənləşdirərkən, qapıya bir neçə namizəd göstərmək olar. Məsələn, çempion və ən az qol buraxan «Neftçi»nin qapıçısı Rauf Əliyev, uzun müddət qapısında qol görməməklə rekorda imza atan «Qəbələ»nin latviyalı qolkiperi Pavel Doroşevs, «İnter»in gürcü qapıçısı Georgi Lomaya və başqalarının adını çəkmək olar. Amma cəmi bir futbolçu seçməli olduğumuzdan Kamran Ağayevə üstünlük veririk. Milli komandamızın bir nömrəsi «Xəzər Lənkəran»ın heyətində mövsümü yüksək səviyyədə keçirdi.

Düzdü, «Xəzər Lənkəran» «Neftçi»dən bir qol artıq buraxıb. Amma buraxılan qolların hamısı Kamranın ayağında deyil. Məsələn, «Gəncə»yə 1:4 hesablı məğlubiyyətdə çərçivəni Denis Romanovs, AZAL ilə 0:1 hesablı məğlubiyyətdə isə Yevgeni Kopil qoruyurdu. Mövsümü yüksək səviyyədə keçirən Kamran «Xəzər Lənkəran» Premyer Liqada gümüş, Azərbaycan Kubokunda qızıl medal qazanmasının əsas səbəbkarlarından oldu.

Müdafiə xəttində çempion «Neftçi»dən Ruslan Abışov yer alıb. Onunla yanaşı arxa xəttdə Rəşad Sadıqov da ən yaxşılardan oldu. Qışda vətənə dönəndən sonra «Qarabağ»ın gücünə güc qatan millinin kapitanı komandanın Avropa Liqasına vəsiqə qazanmasında əsas pay sahiblərindən birinə çevirildi. Ruslan və Rəşadla yanaşı, «İnter»dən Vladimir Levin və AZAL-dan Elvin Əliyev mövsümün ən yaxşılarından idi.

Yarımmüdafiə xəttində «Qarabağ»ın iki oyunçusu yer alıb. Bunlardan biri mövsümün bombardiri, gürcü Georgi Adamiya, digəri isə komandanın kapitanı, oyunu ilə Berti Foqtsu onu yığmaya çağırmağa məcbur edən Rəşad Sadiqovdu. Yarımmüdafiədə «Neftçi»nin ən uğurlu transferi, 11 qol vuran və komandanın qızıl medallara sahib çıxmasında hamıdan çox payı olan Flavinyo və «Xəzər Lənkəran»ın transfer bombası, Sierra Leonedən olan Julius Vobay da yer alıb.

Hücum xəttinin hər iki futbolçusu əcnəbidir. Bunlardan biri «Neftçi»nin özbək forvardı Bahodir Nasimovdu. Premyer Liqanın son iki turuna qədər 15 qolla bombardirlər cədvəlinə başlçılıq edən Nasimov sonda birinciliyini əldən versə də, komandanın çempionluğunda əsas rollardan birini oynadı. Nasimovun yanında isə «Xəzər Lənkəran»ın hücumçusu Uinston Parks yer alıb. Kosta-rikalı forvard fiziki gücü, sürəti və ağıllı oyunu ilə bu mövsüm yadda qaldı.

Mövsümün ən yaxşı komandası

Qapıçı: Kamran Ağayev.

Müdafiəçilər: Rəşad Sadıqov, Ruslan Abışov, Vladimir Levin, Elvin Əliyev.

Yarımmüdafiəçilər: Georgi Adamiya, Flavinyo, Julius Vobay, Rəşad Sadiqov.

Hücumçular: Uinston Parks, Bahodir Nasimov.

Onlar xeyir verdi

Ötən illərə nisbətən daha peşəkar transfer siyasəti yürüdən «Neftçi»nin yeni oyunçularının əksəriyyəti komandaya xeyir verdi. Düzdü, Vladimir Burudli, Yasin Hima kimi gəlişi ilə gedişi bilinməyən, Emil Mpenza kimi gözlənilən oyunu sərgiləyə bilməyən oyunçular oldu. Amma komandanın əksər transferləri uğurlu alındı. Ən uğurluları isə 15 qol vuran Bahodir Nasimov, 11 dəfə fərqlənən Flavinyo və orta xətdə gözəl oyunu ilə seçilən Rodriginyo oldu. Bu futbolçular «Neftçi»nin çempionluğunda kilid isimlərə çevrildi.

«Xəzər Lənkəran» bu mövsüm ən çox transfer edən klublardan biridir. Lakin heç də onların hamısı komandaya xeyir vermədi. Bunun nəticəsi olaraq, əksəriyyəti gəldiyi kimi geri qayıtdı. Yayda gələnlər qışda, qışda gələnlər isə mövsüm başa çatan kimi yola salındı.

Uğursuz transferlərlə yanaşı, diqqət çəkən transferlər də oldu. Məsələn, çempionatın ən yaxşı oyunçularından hesab olunan kosta-rikalı Uinston Parks və sierra-leoneli Julius Vobay kimi. Onlarla yanaşı, «Xəzər Lənkəran»ın bir uğurlu yerli transferi də oldu. Belə ki, qışda «Muğan»ı «Xəzər Lənkəran»a dəyişən Elnur Abdullayev tez bir zamanda fərqləndi. Gözəl oyunu, vurduğu qollarla komandaya xeyir verən gənc futbolçu uğurlu transferlərdən birinə çevrildi.

Qışda «Qarabağ» Boyan Pavloviçi transfer edəndə çoxları Qurban Qurbanovu, sərəncamında üç qapıçı olmasına rəğmən yeni qolkiper transfer etdiyinə görə qınadı. Amma serb qolkiper tezliklə özünü doğruldub, Fərhad Vəliyevi heyətdən sıxışdıranda Qurbanovun yanılmadığı üzə çıxdı. Onunla yanaşı, millimizin kapitanı Rəşad Sadıqovun da transferi uğurlu oldu. Məhz Sadıqovun gəlişindən sonra «Qarabağ»da hər şey qaydasına düşdü, komanda əvvəlki oyununu sərgilməyə başladı.

AZAL-ın yayda heyətinə qatdığı Zohair Benouahi qısa zamanda azarkeşlərin və mətbuatın sevimlisinə çevrildi. Mərakeşli futbolçu həm komandaya arxa xətdə, həm də qol vurmaqda kömək etdi və qısa zamanda əksər klubların maraq dairəsinə düşdü.

Mövsümü uğursuz başa vuran «Qəbələ»nin çoxsaylı transferlərindən olan Deon Burton çempionatımızın ən səviyyəli futbolçularından biri olduğunu göstərdi. Bəzi oyunlarda vurduğu vacib qollarla komandaya qələbə qazandıran yamaykalı futbolçu «Qəbələ»nin uğurlu transferlərindəndir.

İkinci «altılığ»ın ikinci komandası, iddialılar üçün başağrısına çevirilən «Muğan»ın qış transferi Con Pelu da uğurlu seçimdir. Qışda ölkəmizə gələn isveçli forvard vurduğu qollarla komandasına vacib xallar qazandırdı.

Ən uğurlu 11 transfer

Neftçi: Bahodir Nasimov, Flavinyo, Rodriginyo.

Xəzər Lənkəran: Uinston Parks, Julius Vobay, Elnur Abdullayev.

Qarabağ: Boyan Pavloviç, Rəşad Sadıqov.

AZAL: Zohair Benouahi.

Qəbələ: Deon Burton.

Muğan: Con Pelu.

Bunlar xeyirsiz oldu

«Bakı» mövsümün ən uğursuz komandası oldu. Milyonların qarşılığında heyətə qatılan ulduz futboçular komandaya heç bir xeyir vermədi. Nəticədə «Bakı» 6-cı pilləni, avrokuboklardan kənarda qaldı.

«Bakı»nın əksər transferləri uğursuz alındı. Bunların sırasında Radomir Todorovu, Ruslan Leviqanı, Saşa Kaykutu da göstərmək olar. Amma elələri var ki, «Bakı»ya böyük ümidlərlə və böyük hədəflər üçün transfer olunmuşdu. Məsələn, Almaniya və Yunanıstan çempionatlarında top qovmuş Kamerun yığmasının üzvü, Olimpiadının iştirakçısı, Afrika Millətlər Kubokunun qalibi, Konfederasiyalar Kubokunun finalçısı Joel Epalle «Bakı»ya transfer olunanda sevinmişdik. Amma heç nəylə yadda qalmayan futbolçu «Bakı»nın Avropa Liqasında texniki məğlubiyyət almasına səbəb oldu.

Onun kimi Rumıniya, Belçika çempionatlarında çıxış etmiş Toqo yığmasının vitse-kapitanı Dare Nibombe də «Bakı»ya heç nə vermədi. Həmçinin «Xəzər Lənkəran»dakı oyunu ilə hər kəsi heyran qoyan Juninyo da uğursuz transferlərdən oldu.

«Xəzər Lənkəran»ın da heyətində uğursuz transferlər yetərincə oldu. Amma onların arasında ikisi komandaya demək olar ki, heç bir xeyir vermədi. Yayda transfer olunan latviyalı Denis Romanovs yalnız «Gəncə» ilə oyunda qapını qorudu və 4 qol buraxıb, Azərbaycan karyerasına son qoydu. Rumın hücumçu Aleksandr Pitsurka isə gəldiyi gündən bir neçə dəfə oyunun degişində meydana çıxdı və daha sonra ölkəmizdən qaçdı.

Mövsümün uğursuzlarından olan «İnter»in də transferləri uğursuz çıxdı. Rumıniyanın «Styaua» klubundan gələn Bolqarıstan yığmasının oyunçusu Jivko Jelev və «Xəzər Lənkəran»dakı oyunu ilə göz oxşayan Mario Souzadan çox şey gözlənilsə də, onlar komandada yalnız qış fasiləsinə qədər qala bildi.

«Qəbələ» ingilis Terri Kukdan xeyir görmədi. Gələn kimi zədələnən futbolçu uzun müddət müalicə olundu və bir müddət əvvəl müqaviləsi pozuldu. Toni Adamsın uğursuz transferlərindən biri də Alhassan Banqura oldu. Qışda heyətə qatılan Sierra Leone yığmasının üzvü komandada möhkəmlənə bilmədi və transferə çıxarıldı.

«Qarabağ» Latviya yığmasının Bakı «İnter»ində oynayan kapitanı Andreys Rubinsi böyük ümidlərlə heyətinə qatdı. Ötən il Avropa Liqası ərəfəsində transfer olunan futbolçu komandaya uyğunlaşa bilmədi və heyətə düşmədi.

«Neftçi» yayda gürcü Vladimir Brudlini heyətinə qatsa da, futbolçu komandanın əsas heyətində debüt edə bilmədi və qışda geri qaytarıldı.

Ən uğursuz 11 transfer

Bakı: Dare Nibombe, Joel Epalle, Juninyo.

Xəzər Lənkəran: Aleksandr Pitsurka, Denis Romanovs.

İnter: Jivko Jelev, Mario Souza.

Qəbələ: Terri Kuk, Alhassan Banqura.

Qarabağ: Andreys Rubins.

Neftçi: Vladimir Brudli.

Pərvin Kazımoğlu

Milli.Az

URL: http://www.milli.az/news/sport/50812.html

Link to comment
Share on other sites

Bakı "avtoş"ları: onlar kimlərdir?

01 IYUN 2011 [09:15] - MİLLİ.AZ

"Avtoş"lar və avtoxuliqanlıq halları Bakının yollarında ciddi problemə və real təhlükə mənbəyinə çevrilib...

... Bər-bəzəkli, qabaq hissəsi xeyli hündürə qaldırılmış, pəncərələrində tünd rəngli plyonka və pərdə çəkilmiş bir maşın (əsasən də «VAZ-2107» markalı)… Ətrafa qəribə musiqi sədaları yayaraq, sürətlə şütüyür. Qısaca təsvir etdiyimiz bu mənzərəyə son illər Bakı küçələrində tez-tez rast gəlmək mümkündür. Bunlar avtomobilləri çox yüksək sürətlə sürən, müxtəlif riskli hərəkətlər etməklə ətrafdakıların və özlərinin həyatlarını təhlükə qarşısında qoyan avtoxuliqanlar - çox zaman "avtoş" adlandırılan sürücülərdir. Əksəriyyəti 19-25 yaşlı gənclər olan bu xuliqanları görəndə istər-istəməz belə bir sual yaranır:

Avtomobili minib, yerə-göyə meydan oxuyan, özlərini və ətrafdakıları ölümlə üz-üzə qoyan "avtoş"lar bununla nə qazanırlar?

Bəziləri hesab edirlər ki, "avtoş"lar psixi cəhətdən normal olmayan insanlardır. Cavid Məmmədovun (soyad şərtidir) sözlərinə görə, sürücülük vəsiqəsi alandan bəri avtoxuliqanlıq edir. Ali təhsillidir, ixtisasca menecerdir. Ancaq iş tapa bilmədiyi üçün, "başını qatmaqdan ötrü" avtoxuliqanlığa başlayıb. Ötən il idarə etdiyi "VAZ-2107"lə ağır yol qəza hadisəsi törədib və ağır yaralanıb. Bu səbəbdən bir müddət avtoxuliqanlıq vərdişindən əl çəkib. Ancaq sağaldıqdan və avtomobilini tam təmir etdirdikdən sonra yenidən "avtoş"luğa başlayıb:

"Hazırda gənclərin, demək olar ki, 60 faizinin şəxsi maşını var. Ancaq onlardan yalnız 30 faizi avtoxuliqanlıq edir. Çünki yüksək sürətlə idarə olunan maşınla müxtəlif hərəkətlər etmək çox çətin, həm də təhlükəlidir. Maşını böyük sürətlə sürən zaman adam bir anda sayıqlığını, müvazinətini itirib, qəza hadisəsi törədə bilər. Qəza nəticəsində isə ya ömürlük şikəst qalar, ya da həyatını itirər. Buna görə də, "avtoş"luqla yalnız cəsarətli və təhlükədən qorxmayan, bacarıqlı sürücülər məşğul olur".

C.Məmmədovun dediyinə görə, avtoxuliqanlığın vaxtı əsasən axşam saat 9-dan sonradır. Paytaxtda avtoxuliqanlıq etmək qanunla qadağan olunduğundan gündüzlər polis işçiləri onları dərhal yaxalayırlar. Avtomobili cərimə meydançasına, özlərini isə polis bölməsinə aparıb protokol tərtib edirlər.

Amma axşam saatlarında ətraf qaranlıq olduğundan polislərdən can qurtarmaq nisbətən asanlaşır.

"Avtoş"luq üçün "Jiquli" markalı avtomobillər çox əlverişlidir

C.Məmmədov deyir ki, xarici maşınlar bundan ötrü elə də münasib deyil: ""Jiquli"lərin çəkisi az olduğundan onlarla istənilən hərəkəti etmək - məsələn, sürətlə gedərkən əl əyləcini çəkməklə maşını bir neçə dəfə yerində fırlatmaq mümkündür. Xarici maşınların çəkisi ağırdır, onlarla bu cür hərəkətlər etmək mümkün olmur. Bu maşınlar yalnız istənilən sürət həddini keçmək üçün əlverişlidir".

Həmsöhbətimiz avtoxuliqanlığa görə dəfələrlə valideynləri tərəfindən cəzalandırılıb. İndi də ailəsi onu bu yoldan çəkindirmək üçün müəyyən tədbirlərə əl atır, müxtəlif vasitələri sınayırlar. Ancaq onu bu vərdişindən çəkindirmək hələlik mümkün olmayıb.

Samir Abbasovun (soyad şərtidir) "avtoş"luqda artıq 5 illik təcrübəsi var. Ali təhsilli stomatoloqdur, hazırda klinikalardan birində öz ixtisası üzrə işləyir. Həftənin 5 günü peşəsi üzrə çalışır, digər günlər isə böyük həvəs göstərdiyi avtoşluğa geniş vaxt ayırır: "Əvvəllər yalnız maşını yüksək sürətlə idarə etməyi bacarırdım. Ancaq müəyyən müddət keçdikdən sonra bir-birindən fərqli və riskli hərəkətlər etməyi öyrəndim. İndi ən yüksək sürət həddində müxtəlif hərəkətlər edib avtomobilin bir hissəsini yerdən yarım metr hündürə qaldıra bilirəm. "Avtoş"luq etdiyim müddətdə tək bircə dəfə qəza törətmişəm".

Avtomobili yüksək sürətlə idarə edən zaman sürücünün bütün diqqəti yolda və maşında olmalıdır

S.Abbasovun sözlərinə görə, avtomobili sürətlə idarə edən zaman sürücünün diqqəti ətrafa yönəlsə, istənilən an qəza baş verə bilər. Eyni zamanda, sürücü idarə etdiyi avtomobili həftədə bir dəfə hərtərəfli yoxlamadan keçirməlidir. Çünki hər hansı hissəsində nasazlıq olan maşını yüksək sürətlə idarə edəndə bu, dərhal özünü göstərir və bədbəxt hadisəyə səbəb olur.

Gənclərin paytaxtda avtoxuliqanlıq etməsi onlara qanuni tədbirlər baxımından ucuz başa gəlmir.

Beş ay ərzində 121 avtoxuliqan cəzalandırılıb

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları "Yol hərəkəti haqqında" qanunun tələblərini pozan və avtomobilləri yüksək sürətlə idarə edən avtoxuliqanlara qarşı mütəmadi olaraq ciddi tədbirlər həyata keçirir. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, böyük əksəriyyəti gənclər olan avtoxuliqanlar yüksək sürətlə idarə etdikləri avtomobillərlə müxtəlif qanunsuz hərəkətlərə yol verib, digər nəqliyyat vasitələrinin hərəkətinə maneçilik törədir. Bu da tez-tez yol qəza hadisələrinin baş verməsinə səbəb olur: "İdarənin əməkdaşları mütəmadi olaraq paytaxtın müxtəlif ərazilərində reydlər keçirir. Bu ilin 5 ayı ərzində keçirilən reydlər nəticəsində 121 avtoxuliqan saxlanılıb. Onların bir neçəsi müxtəlif müddətlərə sürücülük huququndan məhrum edilib. Digərləri isə qanunun tələblərinə uyğun şəkildə cərimələnib. Paytaxtda avtoxuliqanlıq hallarını aradan qaldırmaq üçün reydlər davam etdirilir".

Avtoxuliqanlar üçün xüsusi meydança

Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Azərbaycanda avtomobili yüksək sürətlə idarə edənlər (avtoxuliqanlar) üçün xüsusi meydança tikir. Bakının Güzdək qəsəbəsində yerləşən və sovet ordusu tərəfindən dağıdılan Aviasiya Mərkəzində belə bir meydançanın tikilməsi üçün müvafiq iş aparılır. Tikinti işlərinin bir qədər ləng aparılmasına səbəb, maliyyə çatışmazlığıdır.

Ekspertlər hesab edir ki, belə meydançanın inşası paytaxt küçələrində sürətlə şütüyən avtoxuliqanların sayını azaldacaq.

Zəhra

Milli.Az

URL: http://www.milli.az/news/society/50470.html

Link to comment
Share on other sites

Sevda Yahyayeva: “Mənim nəinki Faiq Ağayevlə...”

01 IYUN 2011 [09:30] - MİLLİ.AZ

Gənc müğənni Sevda Yahyayevanın Milli.Az xəbər portalına müsahibə.

- Sevda, həyatın necə keçir?

- Həyatımda hər şey yaxşıdır. İşlərim öz yolunda gedir. Artıq məni sevənlərlə “Dinlə” albomunun imza mərasimi keçirmişəm. Fanatlarımla şəkillər çəkdirib, söhbət etmişik. Bu, mənə çox xoşdur.

- İstədiyin fanat kütləsini toplaya bilmisən?

- Yaxınlaşıb, “Səni çox istəyirəm” deyənlər çox idi. Allaha şükür, yaxşıdır.

- Sevdanı insanlara sevdirən nədir?

- Təvazökar olmağım və sadəliyim. Məni tanıyanlar bilir ki, özümdən razı deyiləm və elə insanları da sevmirəm. Daxilən çox kövrəyəm. Hər kəsə inanıb, özüm kimi qəbul edirəm. Heç kimə qarşı ürəyimdə kin saxlamıram, nifrət bəsləmirəm. Gərək zahirən deyil, daxilən saf olasan. Belə halda, insanlar bunu hiss edirlər.

- Sevda, danışanda uşaq kimi danışsırsan. Nə qədər böyüsən də, özündən bir uşaqlıq havası hiss etdirirsən. Şou-biznes aləmi səni böyütmədi?

- (gülür) Əslində 25 yaşım var. Amma elə balaca qalsam yaxşıdır. Bu bir tərəfdən xoşbəxtçilikdir. Çünki fikirləşirəm ki, 30 yaşım olanda da uşaq kimi görünəcəm. Qocalanda yaşlı görünməyəcəm. Bu da məni sevindirir. Hər bir qadın cavan qalmaq istəyər.

- Bəs kişilər niyə Sevdanı sevirlər?

- Bunu onların özündən soruşmaq lazımdır. Yəqin ki, nəsə bəyənirlər.

- Düzünü de, özünü necə sevdirirsən?

- Mən olduğum kimiyəm. Həyatda necə varamsa, efirdə də eləyəm. Bəlkə də bu sevgi məhz bununla bağlıdır. Necə deyələr, göründüyün kimi ol, olduğun kimi görün. Bəlkə də bu xüsusiyyətim onların xoşuna gəlir. Şükürlər olsun ki, hər şey yaxşıdır.

- Sevib-sevilirsənmi?

- Bu haqda ümumiyyətlə, danışmaq istəmirəm. Mənim üçün əsas olan işlərimdir. Həyatımda hər şeydən önəmli, mənim sənətimdir. İşlərimin qaydasında olduğunu, insanların mənə qarşı xoş münasibətini görəndə xoşbəxt oluram. Həyatımda hər şeydən çox dəyər verdiyim ailəmdir. İkinci planda isə kariyeramdır.

- Bəş şəxsi həyat? Axı yaşın keçə bilər. Heç xəyallarının kişisi barədə düşünmüsən?

- Düzünü desəm yox, bu haqda heç vaxt düşünməmişəm. Hər zaman reallığı sevən birisi olmuşam. Xəyallarla yaşamağı sevmirəm. Hər şey qismətdən asılıdır. Vaxtı çatanda, yəni o insan qarşıma çıxanda, hisslərimi məni sevən insanlarla bölüşəcəm.

Hələlik isə, qarşıda maraqlı layihələrim var. İyunun 4-də solo konsertim olacaq. Həmin konsertə hazırlaşıram. Möhtəşəm şou nümayiş etdirməliyəm. Orada maraqlı rəqslər olacaq.

- Əksər müğənnilər, özəlliklə də xanımlar, varlı kişilərə daha çox üstünlük verirlər. Sən necə, kasıb insanla ailə qurarsan?

- Ola bilər. Niyə də olmasın?! Sevgi maddiyyat üzərində qurulmur. Sevgi içdən gələn səmimi duyğular üzərində qurulur. Mənim üçün maddiyyat önəmli deyil. Kasıb olmasına baxmayaraq sevərəmsə, gedərəm.

- Bildiyimizə görə hətta sən də rəqsə gedirsən...

- Bəli. Hazırda rəqqaslarla hazırlaşıram. Maraqlı sinxron rəqslər olacaq. Konsertimə gələnlərin zövq alması üçün əlimdən gələni edəcəm.

- Sənin ilk konsertində həmkarın da səninlə eyni səhnəni bölüb, duet oxumuşdu. Bu dəfə Sevda tək olacaq?

- Hə, bu dəfə tək olacam. Çünki konsert solo olacaq.

- Zamanında sənə dəstək olub, indi yanında olmayan həmkarlarının yoxluğu səni təəssüfləndirmir?

- Qətiyyən! Hamıya uğurlar arzulayıram. Artıq öz ayaqlarım üzərində durmağı bacarıram. İlk karyerama da solo ifaçılıqla başlamışam. Bir çox həmkarlarım ilə də duetlərim olub. Bizim münasibətlərimiz dostluq əlaqələri üzərində qurulub. Təbii ki, bu təkliflər hər iki tərəfdən olub. Hazırda da bir çox yerlərə tək dəvət alıram. Hətta bir çox reklamların üz qabığında çəkilmişəm.

Bu yaxınlarda gözəllik və estetik mərkəzlərin birinin reklamına çəkiləcəm. Niyə də üzülməliyəm? Hər kəs özü nələrəsə nail olmaq istəyir. Heç kimə qarşı nə paxıllığım, nə də kinim var. Yenə də onlara hörmət edirəm. Çünki biz neçə il bir süfrə arxasında çörək kəsmişik.

- Məşhurlaşmağında bəzi həmkarlarının rolu olub. İndi müəyyən pilləyə çatmısan. Uğuruna şərik çıxıb, başına qaxanlar olurmu?

- Xeyir, belə hallar olmur. İnsan gördüyü işi heç vaxt başa qaxmaz. Dostlar arasında anlaşılmazlıqlar hər zaman olur. Mən də kiməsə dəstək ola bilərəm. Belə hal olmayıb, olsa belə, bunu normal qəbul edirəm.

- Bəs xalq artisti Faiq Ağayevlə aranızda nə baş verib?

- Heç nə, hər şey yaxşıdır. Mənim nəinki Faiq Ağayevlə, bütün həmkarlarımla münasibətim çox yaxşıdır. Heç kimə qarşı incikliyim yoxdur.

- Amma mən bildiyimə görə, sənin hansısa hərəkətin Faiq Ağayevin xoşuna gəlməyib...

- Bu söhbət rəqs proqramı ilə bağlı idi, elə orada da qaldı. Sadəcə, həmin şouda ən yüksək xalı ondan gözləyirdim. Tam əksini görmək mənə bir az pis təsir etdi.

- Nə deyib onu qəzəblədirdin?

- Mən bilmirdim ki, o mənə qəzəblənib. Axı mən ona heç nə deməmişəm. Bəlkə incikliyimi hiss edib. Mən ümumiyyətlə, qalmaqalları sevmirəm. Elə şeylərin içində özümü görə bilmirəm. Hər zaman qalmaqallardan qaçmışam. Bu, mənlik deyil.

- Sevda, necə ailədə böyümüsən?

- Mən 1985-ci ildə anadan olmuşam. Ailədə 4 nəfər olmuşuq. Qardaşım anam, atam və mən. Atam 12 il olar ki, dünyasını dəyişib. Hal- hazırda ailəmizdə anam, qardaşım və gəlnimizdir. Anam əvvəl çalışırdı, ancaq indi sırf evdar xanımdır. Qardaşım isə işləyir.

- Atasızlıq sənə hansı çətinlikləri yaradıb?

- Mən uşaqlıqdan işləyirəm. 13-14 yaşlarımdan el şənliklərində oxuyub, evə pul gətirmişəm. Düzdür, qazancımız az idi, mən də az qazanırdım. Amma bu, mənə evimizə pul gətirməyə bəs edirdi. Şükürlər olsun ki, indi hər şey yaxşıdır. Yetərincə pul qazana bilirəm. Hətta indi anamı da işləməyə qoymuram. 10-12 il səhərdən axşama qədər çox əziyyətli işdə çalışırdı. Bacardığım qədər bütün istəklərini yerinə yetirirəm.

- Yoldaşının olmamasını anana hiss etdirmirsən?

- Yox, çalışıram ki, o, ürəyi istədiyi kimi yaşasın. Hər gün bəlkə də 100 dəfə telefonla danışırıq. Hər həftə anamı görmək üçün Qobuya gedirəm.

- O işlədiyin və əziyyət çəkdiyin vaxtlarda qəribsəmisən ki, kaş atam sağ olardı?

- Bunları düşünməmişəm, həyatdı, hər şey ola bilər. Düşünürəm ki, insan bəlli yaşdan sonra ailəsinin himayəsində deyil, öz ayaqları üzərində durmağı bacarmalıdır. Mən hər zaman bu prinsiplə yaşamışam. Heç vaxt yadıma gəlməyib ki, anamdan pul alım. Əksinə, mən ona pul vermişəm.

- Ən çox nədən qorxursan?

- Tək qalmaqdan! (fikrə gedir). Çox qorxuram...

- Amma hazırda tək yaşayırsan. Bu, səni darıxdırmır?

- Bəli, olur ki, darıxıram. Amma işlərim çox olanda darıxmaq yada düşmür. Studiyadan gecə gələndə ancaq əl-üzümü yuyub, yatıram. Lap çox darıxanda isə anamı görməyə gedirəm.

- Sevdanın etibarını qazanmaq üçün neynəmək lazımdır?

- İndiki zamanda bir çox insanlara etibar etmək, onları tanımaq olmur... Bütün əməllərində düz olmaq lazımdır. Baxmayaraq ki, həyatda ideal insan yoxdu, ancaq sadiqliyi bacarmaq lazimdir.

- Bəs prodüserin Pərviz Əsgərova necə, inanırsan?

- Hələki inanıram. Pərvizin prodüserdən əlavə, dost kimi də xətrini çox istəyirəm. O, mənim bütün işlərimə can yandırır, bu zəhmətini də hər zaman dəyərləndirirəm. Gənc olduğuna görə ideaları və həvəsləri çoxdur. İşində hələ məsuliyyətlidir. İnanıram ki, bundan sonra da belə davam edəcək.

- Sənə demirlər ki, “o, hələ cavandır, bəlkə daha peşəkar biri ilə çalışasan?”

- Bəyəm məşhur olmaq o qədər önəmlidir? Müğənnilərin əksəriyəti tanınmışlarla işləməyə can atır. Bəzən hesab edirlər ki, tanınmış bəstəkarın yazdığı mahnı mütləq hitə çevriləcək. Elə gənclərimiz var ki, yazdıqları mahnı bir anda məşhur olur. Pərviz gənc olmasına baxmayaraq, onun çox gözəl ideyaları var. Yadınızdadırsa, idmançı ilə klip çəkdirməyim də məhz onun ideyası idi. Kinoteatrda klipimin təqdimatı da onun fikri idi. Bütün bunlar istər müğənni, istərsə də prodüser üçün vacib şeylərdir.

Hesab edirəm ki, gənclərlə çalışmaq daha yaxşıdır. Mən öz işimə çox məsuliyyətlə yanaşıram. İstəyirəm bu, qarşılıqlı olsun. Təbii ki, elə olmayanda da münasibətlər korlanır. Bir- birimizi başa düşürüksə, o zaman münasibətləri korlamaq nəyə lazımdır?! Münasibətlərimiz yaxşı olarsa, bundan sonra da 20-25 il də çalışa bilərik. Əsas odur ki, işini bacarsın.

- Bacarırmı?

- Əlbəttə bacarır. Onu da qeyd edim ki, Pərvizlə birlikdə iki yeni layihəmiz var. İnşallah, yaxınlarda icrasına başlayacağıq. Həmin mahnılar hələ aranjemana verilməyib.

- Sevda Yahyayeva ulduz həyatı yaşayır?

- Mən insan kimi yaşayıram. Ulduz sözü mənə gülməli gəlir.

- Axı deyirlər, sən ulduzsan...

- Mən doğrudan ulduzam? Heç də belə düşünmürəm.

- Yaxşı, çörəyin qiymətini bilirsən?

- Bilirəm, 30-40 qəpiyə çörək var. Razıyam, bəzi həmkarlarım çörəyin qiymətini belə bilmirlər. Mən isə elə deyiləm, hamısını bilirəm. Dükana gedib, evimə lazım olan bütün ərzaqlarımı alıram. İnsanlarla isti münasibət qurmaq mənim üçün çox önəmlidir. Özündən razı olmaq mənlik deyil. Məni də bu səviyyəyə adi insanlar gətirib. Mən onlara qarşı hörmətsizlik edə bilmərəm.

Həyatda ən gözəl hal insanının sadəliyidir. Təbii ki, bizim sənətin insanları digər peşə sahiblərindən fərqlənir, ancaq ulduz olmaq mənə yaddır. Tamaşaçılar səni qaldırdıqları kimi, bir anın içərisində yerə də vura bilərlər. Buna görə də həmişə onlarla sadə olmağa çalışmışam.

Mələk

Milli.Az

URL: http://www.milli.az/news/showbiz/49389.html

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Баку выбран Спортивной столицей мира
      Федерация европейских спортивных столиц и городов выбрала Баку «Спортивной столицей мира» на 2026 год.
      Как сообщили в пресс-службе Министерства молодежи и спорта, об этом говорится в официальном письме, направленном сегодня международной организацией в нашу страну.
      Отметим, что в конце следующего года в Европейском парламенте в Брюсселе планируется проведение официальной церемонии презентации Баку «Спортивной столицы мира».
      https://media.az/sports/baku-vybran-sportivnoj-stolicej-mira-1067961117
        • Upvote
        • Haha
      • 12 replies
    • Post in Экотур
      ПИК ГОРЫ БЕЙБЕЙИМ
      Дата 12 мая, воскресенье

      ПРОГРАММА
      06.40 Сбор у автобуса
      - Хайкинг через красивые зеленые поля около 4-х часов. На пути будет шанс увидеть знаменитый цветок Хары бюльбюль, а также дикий ирис, лук, гуланчар и другие полезные для здоровья растения. На вершине неповторимая панорама на горы, озеро и море, вокруг все цветет и пахнет весной. Пешая прогулка среди разноцветных гор в поисках карбонатных отложений мезозойской эры
      - Отдых и пикник на вершине
      -Спуск около 2-х часов
      - Чайная пауза с домашним пирогом
      18.00 Дорога в Баку   Протяженность: 12 km
      Min max высоты: 219m - 935m
      Степень тяжести: средняя   ТРАНСПОРТ:
      Мерседес Спринтер (20 мест)   МЕСТО И ВРЕМЯ ВСТРЕЧИ:
      В 6.40 около кафе Макдональдс, метро Нариман Нариманово   ЦЕНА: 35 AZN (входит: транспорт, чай+домашний пирог)    ХОТИТЕ ПОУЧАСТВОВАТЬ?
      Тогда регистрируйтесь КОНТАКТЫ:
      Facebook.com/AzEcotour/
      Instagram.com/ecotour_azerbaijan/
      Youtube.com/channel/UCzQvr30h0bWuUpC_tMxM7wA
      +99455 742 08 20 WhatsApp / Telegram canal
        • Like
    • Стало известно, кто выступит на открытии нового музыкального сезона SEA BREEZE Summer LIVE
      8 июня состоится первый open-air концерт нового музыкального сезона SEA BREEZE Summer LIVE.
      В этот вечер на берегу Каспийского моря выступит почти весь состав артистов музыкального лейбла RAAVA Music: российский певец и музыкант азербайджанского происхождения, продюсер одноименного музыкального лейблa Elman (Эльман Зейналов), российский рэп-исполнитель цыганского происхождения Andro (Иоанн Жани Кузнецов), российская певица Mona (Даша Кустовская), музыкант и исполнитель из Ростова Toni (Антон Гайворонский), а также хитмейкеры Bahh Tee & Turken - российский певец азербайджанского происхождения Бахтияр Алиев и исполнительница Туркен Салманова.
      Кроме того, ожидается выступление российского исполнителя азербайджанского происхождения Эллаи (Элвина Алиева), азербайджанского певца Мурада Арифа и певицы Hiss (Ройи Мамедовов). Порадуют публику и представители Азербайджана на конкурсе «Евровидение 2024» – Fahree (Фахри Исмаилов) и Илькин Довлатов, которые споют свой хит Özünlə apar.
      Перед концертом всех гостей ждет атмосферное выступление ди-джея. Кроме того, зрителей ждет первоклассный саунд, расширенная фан-зона, которая позволит еще большему количеству поклонников быть ближе к любимым артистам, а завершится вечер традиционным для всех летних мероприятий Sea Breeze праздничным салютом.
      https://media.az/showbiz/stalo-izvestno-kto-vystupit-na-otkrytii-novogo-muzykalnogo-sezona-sea-breeze-summer-live-foto
        • Haha
        • Like
      • 22 replies
    • В Азербайджане введен новый штраф
      В Азербайджане будут оштрафованы лица, представившие медиасубъекту материалы фото- или видеосъемки или звукозаписи, сделанные в ходе производства по делу об административном проступке.
      Об этом говорится в утвержденных главой государства поправках в Кодекс об административных проступках Азербайджана.
      Согласно изменению, в статье 376 соответствующего закона после слова «незаконно» добавляются слова «представлено медиасубъекту или».
      Таким образом, если во время производства по делу об административном проступке была произведена фото- или видеосъемка, или звукозапись, то за представление этих фото- или видеосъемочных или звукозаписывающих материалов медиасубъекту без согласия лица, в отношении которого ведется административное производство, и потерпевшего, должностные лица будут оштрафованы в размере от тысячи до тысячи пятисот манатов.
      https://media.az/society/v-azerbajdzhane-predlozheno-vnesti-izmeneniya-v-kodeks-ob-administrativnyh-prostupkah
      • 8 replies
    • Из Хырдалана и Забрата массово бегут люди срочно выставляя на продажу свою недвижимость
      Резко возросло число объявлений о продаже жилья в Хырдалане.
        • Sad
        • Haha
      • 215 replies
    • В Баку начинается строительство новой дороги
      С учетом перспективного развития города Баку Государственным агентством автомобильных дорог Азербайджана дается старт строительству новой автомобильной дороги от улицы Гасана Алиева до станции метро «Кероглу», параллельно проспекту Зии Буниядова.
      Об этом сообщили в госагентстве.
      Общая длина шестиполосной дороги составит 3896 метров с шириной полос 3,5 метра. На дороге будут построены четыре тоннеля и три подземных пешеходных перехода.
      В настоящее время от метро «Улдуз» в направлении улицы Алескера Гаибова ведутся работы по транспортировке тяжелой техники и оборудования на территорию.
      https://media.az/society/v-baku-nachinaetsya-stroitelstvo-novoj-dorogi
        • Upvote
        • Like
      • 35 replies
    • В Баку выставлена на продажу квартира по фантастической цене - ФОТО
      В Баку выставлена на продажу квартира по фантастической цене.
      Как сообщает Oxu.Az, соответствующая информация распространена на сайтах объявлений.
      Так, девятикомнатную квартиру площадью 555 кв.м предлагают покупателям за 12 млн манатов.
        В объявлении упоминается, что на указанном этаже расположена только одна квартира и соседей не будет.
      https://ru.oxu.az/society/866997
        • Confused
        • Haha
      • 100 replies
    • Где выгоднее отдыхать: в Азербайджане или за рубежом? - ОПРОС
      Baku TV провел опрос среди жителей столицы с целью узнать, где, по их мнению, выгодно отдыхать: в Азербайджане или за рубежом.
      Большинство участников опроса предпочло потратить деньги на отдых за границей.
      «Проживание в наших гостиницах обойдется в три раза дороже», - сказал один из опрошенных.
      Между тем сотрудники туристических компаний также отметили, что цены на отели за границей практически такие же, как у нас, а в некоторых случаях даже ниже.
      «Например, стоимость недельного тура на одного человека в Габалу начинается от 700 манатов. А тур на тот же период в Грузию обойдется от 500 манатов», - сказал один из них.
       
        • Haha
        • Like
      • 139 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...