Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Ən son xəbərlər və müzakirəsi


Recommended Posts

Sabah Bakıda qida sənayesi məhsulları sərgisi keçiriləcək

23021.jpg

Sabah “Bakı Ekspo” Sərgi Mərkəzində 17-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi, I Xəzər Beynəlxalq plastik kütlələr, kauçuk və V Yubiley Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq sərgisi açılacaq. Sərgi İteca Caspian, “HOREX”, “WorldFood” və “Plastex” şirkətləri tərəfindən təşkil olunacaq. ANS PRESS-in məlumatına görə, bu barədə mayın 24-də keçirilən mətbuat konfransında bildirilib.

Mətbuat konfransında çıxış edən İteca Caspian şirkətinin direktoru Fərid Məmmədov bu sərginin Bakıda ilk dəfə keçiriləcəyini vurğuladı: “Sərgi ekspozisiya sahəsini genişləndirməyə imkan vercək və iştirkaçılar üçün göstərilən xidmətlərin səviyyəsini daha da yüksəldəcək”.

“WorldFood” və “Plastex” şirkətinin meneceri Maya Qafarlı keçiriləcək sərgidə nümayiş olunacaq məhsulların bütün beynəlxalq standartlara cavab verdiyini bildirib.

“Sərgi özünün çoxsaylı beynəlxalq iştirakçı və ziyarətçiləri ilə fərqlənir. “WorldFood Azerbaijan” dünyada tanınmış “WorldFood” brendli sərgilərin bir hissəsidir. Burada halal məhsullar nümayiş olunacaq”, - deyə Maya Qafarlı vurğuladı.

“HOREX” şirkətinin təmsilçisi Dərya Cəfərli tədbirdə çıxışı zamanı sərginin ənənəvi bölmələrində ət və quş əti məhsulları, süd məhsulları, dondurmalar, baqqaliyə malları, konservləşdirilmiş ərzaq məhsulları nümayiş olunacaq”, - deyə bildirdi.

Sərgidə nümayiş olanacaq məhsullar Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan və digər ölkələrdə istehsal olunub.

Qeyd edək ki, sərgi mayın 26-na qədər davam edəcək. Gələn il isə bu sərginin aprel ayının 12-14-də keçiriləcəyi planlaşdırılır.

Link to comment
Share on other sites

  • Replies 461
  • Created
  • Last Reply

Top Posters In This Topic

Qızının xəstəliyinə dözməyən Siyəzən sakini özünü kəlağayı ilə asdı

Gəlin köçəndə başına örtdüyü kəlağayı onu o biri dünyaya yola saldı

17168.jpg

Azərbaycanın Siyəzən rayonunda intihar hadisəsi baş verib. Siyəzən Rayon Polis Şöbəsinin rəis müavini Yusif Ələsgərovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, hadisə rayonun Dərə Zarat kəndində baş verib.

51 yaşlı Mülayim Dadaş qızı Muradova yaşadığı evin tavanından kəlağayısı ilə özünü asaraq intihar edib. Hadisə barədə polisə məlumat daxil olan kimi əraziyə Prokurorluq və polis əməkdaşları yollanıb. İlkin araşdırma zamanı məlum olub ki, ürək xəstəliyindən əziyyət çəkən M.Muradovanın 21 yaşlı qızı ruhi əsəb xəstəsi olub. İlkin ehtimala görə, qadının intihar etməsinə səbəb də elə qızının xəstəliyinə dözməməsi olub.

Bəzi məlumatlara görə, qadın özünü gəlin köçən zaman başına örtülən kəlağayı ilə asıb.

Faktla bağlı AR CM-nin 125.1(Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə çinayət işi başlanılıb, araşdırma aparılır.

Link to comment
Share on other sites

Xalq artisti: "Təki iş olsun, ad gününü keçirmək o qədər vacib deyil"

Fuad Poladovun 63 yaşı tamam olur

23009.jpg

Bu gün Azərbaycanın ən sanballı aktyorlarından biri Fuad Poladovun ad günüdür. Xalq artisti bu gün 63 yaşını qeyd edir. Biz də Fuad məllimlə görüşüb onu təbrik etmək istədik. Amma Bakıda olmadığından Fuad Poladovla söhbətimiz telefonla baş tutdu.

"Ad günüm iş başındadır. Hal hazırda Sitalçayda çəkilişdəyəm. Filmi Samir Kərimoğlu çəkir. Filmin adı "Mən evə qaydıram". Mən də bu filmdə müstəntiq Səlim obrazını oynayıram. Təki iş olsun, ad gününü keçirmək o qədər vacib deyil. Əsas işdir", deyə F. Poladov ANS-ə bildirdi.

İşini əsas tutan Fuad Poladov teatrda da fəaliyyətini davam etdirir. Teatrsevərlər aktyoru bu yaxınlarda Akademik Milli Dram Teatrının səhnəsində izləmək imkanı əldə edəcəklər. Xalq artisti Azərpaşa Nemətovun Milli Dram Teatrında səhnələşdirəcəyi İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" tamaşasında rol alıb. Tamaşanın məşqləri gələn aydan başlayacaq.

Sənətkar 1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorudur. Səhnədə yaratdığı butun obrazların taleyi ifa baxımından uğurlu olub. Aktyorun yuksək sənətkarlıqla oynadığı Rəhman, Valeh, Qədim, Mübarək Səltənət, Cığatay, Fərhad, Şahbaz bəy, Zaur, Baron, Hamlet və başqa rolları buna bariz nümunədir.

Teatr fəaliyyəti ilə yanaşı xalq artisti "Qayınana"da Ayaz, "Əlvida cənub şəhəri"ndə Fariz, "Güllələnmə təxirə salınır"nda Xan, "Fatehlərin divanı"nda Əmir Teymur, "Küçələrə su səpmişəm"də Xəlil, "Təsadüfi görüşdə" Murad və başqa filmlərdə yadda qalan obrazlar canlandırıb.

Link to comment
Share on other sites

Misir Mərdanov Ermənistana dəvət edilib

Azərbaycanlı nazir Boloniya prosesi ilə bağlı keçiriləcək tədbirdə iştirak üçün dəvət alıb

1987.jpg

Azərbaycanın təhsil naziri Misir Mərdanov Ermənistana dəvət edilib. Bu barədə məlumat "Novosti Armeniya" saytında yer alıb. Məlumata görə, Ermənistanın elm və təhsil naziri Armen Aşotyan M.Mərdanovla bərabər Türkiyənin təhsil nazirinə də dəvət ünvanlayıb. Aşotyan nazirləri ilin ikinci yarısında Boloniya prosesi ilə bağlı keçiriləcək tədbirdə iştirak üçün dəvət edib.

Qeyd edək ki, Ermənistan və Polşa iyulun 1-dən dekabrın 31-nə kimi Boloniya prosesinə sədrlik edəcəklər. Bununla bağlı olaraq erməni tərəfi bir sıra tədbirlər keçirməyi planlaşdırır.

1998-ci ildə Fransa, Almaniya, İtaliya və Böyük Britaniya təhsil nazirləri və 29 Avropa dövlətinin nümayəndələri arasında 19 iyun 1999-cu ildə Boloniya (İtaliya) şəhərində razılıq imzalanıb. Bu razılığın hazırlanması və yayılması Boloniya prosesi adlanır. Bu prosesin təşkilatçıları sonrakı illərdə Praqada (2001), Berlində (2005), Londonda (2007) görüşmüş və məsləhətləşmələr aparmışlar. Hal hazırda bu proses 46 ölkəni əhatə edir. Boloniya prosesinin həyata keçirilməsində bir çox Azərbaycan ali məktəbləri iştirak edir.

Boloniya prosesi üç əsas məqsəd daşıyır: çevikliyi, beynəlxalq rəqabətə davamlığı və məşğulluq imkanını artırmaq.

Link to comment
Share on other sites

Zirəddin “Eurovision” barədə proqnoz verməməsinin səbəbini açıqladı

"Azərbaycanın qalib gələcəyinə ümidlərim az idi"

20125.jpg

Son günlər Azərbaycan mətbuatında məşhur ekstrasens Zirəddin Rzayev haqqında söz-söhbət bitib-tükənmir. Səbəb də, onun mayın əvvəllərində “Eurovision-2011” yarışması öncəsi telekanallara müsahibəsində müsabiqədə hansı ölkənin qalib gələcəyi haqqında söylədiyi fikirlər idi.

Qeyd edək ki, ekstrasens “Eurovision-2011” yarışmasında Azərbaycanın onluğa düşüb-düşməməsi barədə fikir bildirməkdən imtina etmişdi. ANS PRESS olaraq Zirəddin Rzayevlə “Skype” vasitəsilə əlaqə saxladıq və “Eurovision-2011” mahnı müsabiqəsi haqqında fikirlərini öyrəndik:

“Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycanın qalib gəlməsi yəqin ki, səni sevindirdi?

-Əlbəttə ki. Sevincimin həddi-hüdudu yoxdur. Hələ də onun həyəcanını yaşayıram. Həmin gecə, daha doğrusu artıq səhər idi, mənə həddindən çox təbrik sms-ləri gəlirdi. Hamı məni təbrik edirdi. Sevindirici odur ki, digər millətlər məni təbrik edirdilər.

Bəziləri fikirləşəcək ki, sualı düzgün qoymamışam. Amma məqsədim başqadır. Çünki, mətbuatda belə bir fikir mövcuddur ki, Zirəddin yarışmada Azərbaycanın qalib gəlməyəcəyini düşünürdü. Lakin hər şey tərsinə oldu və Azərbaycan birinci yerə çıxdı. Zirəddin doğrudanmı Azərbaycanın qalib gəlməyəcəyini düşünürdü?

-Əvvəla mən bu sözü heç bir yerdə deməmişəm. Əgər sübutları varsa, bu meydan, bu şeytan! Ümumiyyətlə, mən bu il “Eurovision”la bağlı proqnoz verməmişdim. Əvvəlcədən demişdim ki, bu barədə proqnoz vermək istəmirəm. Amma düzünü desəm, Azərbaycanın qalib gələcəyinə ümidlərim az idi. Həm də, bir görücü kimi dəqiq bir şey görə bilmirdim.

Qaldı ki, mənim haqqımda yazılanlara münasibətimə ... (bir qədər fikrə gedərək) Rusiyanın dövlət telekanalında, “ORT1”də “Pust Qovoryat” tok şousunda ekstrasenslərin hamısı “Eurovision”la bağlı proqnozlar verdilər. Və dedilər ki, Fransa qalib gələcək. Hec Azerbaycanın adını çəkən belə olmadı. Mən isə Azərbaycanla bağlı konkret bir fikir söyləmədim. Hələ də anlaya bilmirəm ki, bizimkilər niyə yad millətlərin ekstrasenslərini qoyub, öz həmvətənlərini vurmağa calışırlar? Həm də haqsız olaraq. Konkret fikir söyləyənlər isə kənarda qalır.

Sən niyə proqnoz vermədin? Bəlkə fikirlərində yanılacağından qorxurdun, yaxud da bu barədə heç nə bilmirdin?

-Bəli, “Eurovision-2011” yarışmasında hansı ölkənin qalib gələcəyi barədə heç nə görmürdüm. Bunun da öz səbəbləri var. Səbəblərini isə deməyəcəyəm, məcbur etmə!

Deyəsən səbəbini mən bilirəm. Sən yanılmaqdan qorxurdun.

-Bilirsən, harada insan faktoru varsa, orada səhv də var, xəta. Amma mütəxəssis daim mütəxəssis olaraq qalır. Mən bir çox hadisələri əvvəlcədən demişdim, onlar da oldu. İslandiya vulkanını, Yaponiya faciəsini və s. deyəndə, məni vurmağa çalışanlar sanki matəm saxlayırdılar. Elə bu yaxınlarda sizə verdiyim müsahibədə də, tanınmış incəsənət xadimlərindən birinin həyatdan gedəcəyi barədə demişdim. O da düz çıxdı. Vaqif İbrahimoğlu vəfat etdi. Əlbəttə, bu informasiyalar barədə əvvəlcədən görüntülərim var idi.

Ümumiyyətlə, hər kim məni əstəğfiullah, Allah sayırsa, bu onun günahıdır, mənim yox! Kiminsə məntiqi normal deyilsə və ruhi problemləri varsa, buna mən nə edim?

Səncə, proqnozlarının səhv çıxması qorxulu hal deyil, bu sənin karyerana mənfi təsir etməyəcək?

-Əgər mənim proqnozlarımın 90 faizi səhv çıxsaydı, bu mənim üçün faciə olardı. Ancaq vəziyyət tam əksinədir. Sənə onu da deyim ki, əgər bir insanı hamı tərifləyirsə, demək burada nə isə qeyri-qanunauyğunluq var. Əgər hamı bir nəfəri pisləyirsə, yenə həmçinin, demək həmin insanın öz problemləri var. Amma mənimlə bağlı vəziyyət tam başqadır.

Link to comment
Share on other sites

17 yaşlı yeniyetmə dənizdə batdı

Ötən gün batan şəxsin nə ölüsü, nə də dirisindən xəbər yoxdur

14587.jpg

Astara rayonunda 17 yaşlı Orxan Elçin oğlu Məmmədov dənizdə batıb. Qohumlarının ANS PRESS-ə verdiyi məlumata görə, O. Məmmədov ötən gün saat 15:00 radələrində dostları ilə birlikdə rayonun Tərəvəz bazası adlanan ərazisində çimməyə gedib.

“Dostları dənizdən çıxsalar da ondan heç bir xəbər olmayıb. Sonra bizə məlumat veriblər. Biz də polisə xəbər verdik. Fövqəladə Hallar Nazirliyinin nümayəndələri bu gün hadisə yerinə gəlib və axtarışlara başlayıblar”, deyə yeniyetmənin qohumu Əli Rufullayev bildirib.

Hələlik axtarışlar nəticə verməyib.

Link to comment
Share on other sites

Bu günün tarixi (24.05.2011)

Miladi: 24 may 2011

Hicri: 21 Cəmadiül-axər1432

İlin 144-cü günü

İlin sonuna 221 gün qalır

1543-cü ildə poşalı alim Nikolay Kopernik vəfat edib

1925-ci ildə azərbaycanlı kardioloq, ictimai xadim Cavad Heyət Təbrizdə anadan olub

1948-ci ildə Azərbaycanın xalq artisti Fuad Poladov anadan olub

1946-cı ildə Türkiyənin sabiq baş naziri Tansu Çiller dünyaya gəlib

1956-cı ildə İsveçrənin Luqano şəhərində ilk dəfə “Eurovision” mahnı müsabiqəsi keçirilib. 7 ölkənin iştirak etdiyi yarışın qalibi İsveçrə özü olub.

1967-ci ildə yazıçı, Azərbaycan Kommunist partiyası Mərkəzi komitəsinin baş katibi Şıxəli Qurbanov vəfat edib

1967-ci ildə Azərbaycan əslli türkiyəli aktyor Tamer Karadağlı (Haluk) anadan olub

1989-cu ildə türklərin Bolqarıstandan Türkiyəyə kütləvi köçü başladı

1992-ci ildə Azərbaycan Respublikası Vatikanla diplomatik əlaqələr qurub

1994-cü ildə Bakıda birinci Beynəlxalq “Xəzərneftqaz” sərgi konfransı açılıb

2004-cü ildə Şimali Koreyada mobil telefonları istifadəsinə məhdudiyyət qoyuldu

Link to comment
Share on other sites

Türkiyədə “Sarı gəlin”i erməni mahnısı hesab edirlər-VİDEO

May 23rd, 2011 Yenilik.Az

Dünən Türkiyənin Kanal D telekanalında Şəffav oda adlı verilişdə xarici işlər naziri Əhməd Davudoğlunun hüzurunda Azərbaycan xalq mahnısı “Sarı gəlin” erməni mahnısı kimi təqdim edilib və xarici işlər naziri də buna nəinki etiraz edib, hətta mahnının əvvəlki adının “Sara gəlin” olduğunu, sonradan “Sarı gəlin”ə çevrildiyini iddia edib. Bu azmış kimi verilişin aparıcısı Güneri Çivaoğlu utanmadan “Milliyət” qəzetindəki “Şarkılarla “Derin Strateji” “köşə yazısında saxtakarlığını davam etdirərək yazıb:

““HOCA” lakabı Dışişleri Bakanı Prof. Davutoğlu’nun adeta yaşam biçimi olmuş…

Bu hitap, Başbakanlık Başdanışmanlığı günlerinden kalsa da Davutoğlu’nun Dışişleri koltuğuna oturması çalışma arkadaşlarının bu dil alışkanlığını -çok da- değiştirmiş değil. O ise bu hitaptan çok mutlu, “gönlüme işleyen bir tabir” diyor.

Sohbet süresince bende bıraktığı izlenim; rahat, kendine güvenli ve ekonomi/siyaset alanlarının yanı sıra, tarih, felsefe, edebiyat, müzik kültürü de derin.

Barışçıl politikalarla Osmanlı’dan kopan parçaları, ortak “ruh coğrafyasında” yeniden buluşturmak çabasında.

Program boyunca güzel sesi ve başarılı yorumuyla Bakan Davutoğlu’nun istediği şarkıları seslendiren Umut Akyürek “ortak ruh coğrafyasında” müzikli ufuk turu yaptırdı. Örneğin… Ünlü Azeri türküsü “Ayrılık…” Osmanlı dönemi Ermenilerinin “Sarı Gelin”i… Balkanları yansıtan “Arda boylarından Türkmen türküsü…”

Qeyd edək ki, erməni sevgisi ilə yaşayan Güneri Çivaoğlunun iddiasının əksinə olaraq Azərbaycan xalqı heç vaxt Osmanlı imperiyasının bir parçası olmayıb. Azərbaycan xalqı özü Səfəvilər dövləti adlı böyük bir dövlət sahibi olub. “Sarı gəlin” isə əzəli və qədim Azərbaycan mahnısıdır. Çox istərdik ki, ermənilərin Azərbaycan mədəniyyətinə uzanan xəyanətkar əllərinə qardaş hesab etdiyimiz insanlar vasitəçi olmasınlar.

http://www.youtube.com/watch?v=XIZfYdEh4iw&feature=player_embedded

Link to comment
Share on other sites

Facebook-da da bu barədə qızğın mübahisə və müzakirələr gedirdi. Türklər özləri də etiraf etdilər ki, belə bir şey olub (yuxarıdakı postda lap əmin oldum, izləməmişdim), həmçinin Davudoğlunun əslində ermənipərəst biri olduğunu və Türkiyənin düşməni olduğunu iddia edirlər (türklər özləri ha). Ona görə də Azərbaycanı Davudoğlunun (ünvanına təhqiramiz ifadələr də işlətmişdilər, yenə türklər özü) sözlərinə inanmamağa səsləyirdilər. Daha bir siyasətçinin də adını çəkərək Türkiyənin düşməni olduğunu iddia etdilər, amma o artıq tamam başqa bir mövzudur.

Link to comment
Share on other sites

Facebook-da da bu barədə qızğın mübahisə və müzakirələr gedirdi. Türklər özləri də etiraf etdilər ki, belə bir şey olub (yuxarıdakı postda lap əmin oldum, izləməmişdim), həmçinin Davudoğlunun əslində ermənipərəst biri olduğunu və Türkiyənin düşməni olduğunu iddia edirlər (türklər özləri ha). Ona görə də Azərbaycanı Davudoğlunun (ünvanına təhqiramiz ifadələr də işlətmişdilər, yenə türklər özü) sözlərinə inanmamağa səsləyirdilər. Daha bir siyasətçinin də adını çəkərək Türkiyənin düşməni olduğunu iddia etdilər, amma o artıq tamam başqa bir mövzudur.

O turkler ozleri yeqin ki muxalifet ve iqtidar terefler olub. Ona qalsa ele Erdoganin ozunu de ermeniperset adlandirirdilar. Eslinde ise men bele dushunurem ki, kimin esl ermeniperest oldugunu bilmek olmur. Ele bizlerin icinde de beleleri var. Bu ya siyasi baximdan bir sehvdir ya da ele hereketin ozu siyasetdir.

Link to comment
Share on other sites

Güneri Cıvaoğlunun yeni yazısı Milliyet (Milliyyət) qəzetində , nöqtə vergülünə toxunmadan olduğu kimi , aşağıda :

Sarı Gelin ve Allahu Ekber Dağları

Güneri Cıvaoğlu [email protected]

fft6_mf1316.Jpeg

Çok sevilen “sarı gelin” türküsü için rivayet muhtelif.

Bunlardan birine göre ilk söylem “sara gelin”di. “Sara” bir Hıristiyan ismi. “Ermeni ismi” diyenler “zaman içinde bunun sare geline, sonra da halk dilinde sarı geline dönüştüğünü” iddia ederler.

Geçen pazar Şeffaf Oda’da konuğum Dışişleri Bakanı Ahmet Davutoğlu ile söyleşirken “bulunduğumuz coğrafyada müzikle ufuk turu” yapmıştık.

Bu arada “sarı gelinin etimolojik dönüşümleri” ekseninde “sara-sare-sarı” iddiasına işaret etmiştim.

Gerçekten türkünün Ermenistan başkenti Erivan’da söyleneni şöyle:

İrevan çarşı pazar

İçinde bir kız gezer

Elinde divit kalem

Dertliye derman yazar

..................

Sarı gelin, sarı kız

Ettin ömrüm yarı kız

Ermenicesi de şöyle:

Ambale para, para

Neynim amman, sarı gylin

Yes im siradzin çara

Ah merit mermi

Sarı gylin, sarı gylin, sarı gylin dardot yarim

Öylesine güzel bir şarkı ki Ermenilerin de sahiplenmesi doğal. (Sarı Ermenice de dağlı demekmiş.)

AZERİ ŞARKISI

Okuyuculardan ve özellikle Azeri kardeşlerimizden elektronik posta mesajları aldım.

“Sarı gelin bizim şarkımızdır” diyorlar.

Gerçekten en az 200 yıldır bu şarkı Azerbaycan’da söylenmekte.

Ben Bakan Davutoğlu’yla sohbetimizde rivayetlerden sadece birine işaret etmiştim.

Oysa “anonim” yani “yazarı belirsiz” bu güzelim türkü için iddialar çok.

“Sarı gelinin 12-13’üncü yüzyıla kadar uzanan bir geçmişi olduğundan” tutunuz “1918’de yapıldığına” kadar hepsi de duygu yüklü anlatımlar var.

NİNEN DEĞİL SİNAN (SANAN)

Örneğin akla daha yakın gelen bir rivayete göre Kürdi nağmelerle okunan “sarı gelin” 12-13’üncü yüzyılların türküsü...

Türk kökenli Kıpçakların bir adı da “Kuman”dır.

Kumanlara Ruslar “Polovets”, Ermeniler “Xartes”, Almanlar “Falben” diyorlarmış...

Ne ilginçtir ki bu üç kelime de “sarışın” anlamına geliyor.

Çünkü Kıpçaklar, sarışın, açık renk gözlü ve güzel insanlarmış.

Azerbaycanlı şair Hüseyin Cavid, sonraları Sovyetler Birliği’nin imha ettiği “Şeyh San’an” adlı yapıtında, bir efsaneyi anlatır.

Arabistan’dan Kafkaslara İslam dinini yaymak için gelen Şeyh San’an (Sinan) Kuman kökenli Tiflis-Gürcü padişahının güzel kızı Humar hanıma âşık olur. Kıza Müslümanlığı kabul ettirir, birlikte kaçarlar.

Sonrası için değişik anlatımlar var.

İşte bunlardan üçü...

Kralın kılıcının Şeyh San’an’ın göğsünden girip sırtından çıktığı ve arkasındaki kızı Humar hanıma da saplandığı, ikisinin de öldüğü...

Dağlarda kaynar suların altında kaldıkları...

Onları korumaya gelen 40 İslam savaşçısıyla birlikte, kralın askerleriyle dağlarda çarpıştıkları, savaşçıların orada öldükleri... Şehit olurken “Allahu ekber” söylemleri nedeniyle can verdikleri dağların adının “Allahu ekber” olduğu...

Şarkıda “Ninen ölsün” yerine “Vay Sinan ölsün sarı gelin” nakaratı vardır.

Azerbaycan’da yüzyıllardır söylenen sarı gelin nakaratlı türkünün ise ilk kıtası şöyle:

Saçın uzun hörmezler

Gülü gonçe dermezler

Bu sevda ne sevdadır

Seni mene vermezler

Neynim aman sarı gelin (Namazeliyev-1993:62)

SARI GELİN BÖLGENİN

Benim de paylaştığım genel kanaat “sarı gelinin Erzurum, Kars’tan başlayarak, Azerbaycan’ı ve Kafkasya’yı da” kapsayan coğrafyanın ürünü olduğudur.

Ermenilere gelince...

Türk halk hikâyelerini kendi dillerine çevirdikleri ve bunu yaparken İslami motifleri değiştirdikleri örnekler çok.

Türk halk hikâyelerini Ermeniceye çeviren Agek Muhtaryan’ın çeviri yapıtları dikkat çekicidir.

“Âşık Garip, Kerem ile Aslı, Şah İsmail, Ferhat ile Şirin, Asuman ile Zeycan, Köroğlu, Emrah ile Selvi, Leyla ile Mecnun bunlardan bazılarıdır.”

Aslında tarih boyunca Türk ve Ermeni ilişkilerinde şarkılara da yansıyan iç içelik bir gerçektir.

İşte bir mani:

Bahçelerde mormeni

Verem ettin sen beni

Ya sen İslam ol Ahçik

Ya ben olam Ermeni

Azeri kardeşlerimizin “Ermenilere karşı haklı tepkilerini” içtenlikle anlıyorum.

İki devlet bir milletiz.

Pazar programımda dile getirdiğim ise sadece çok sayıda rivayetten biriydi.

Azeri kardeşlerimizi kucaklıyorum.

http://siyaset.milliyet.com.tr/sari-gelin-ve-allahu-ekber-daglari/siyaset/siyasetyazardetay/25.05.2011/1394314/default.htm

Link to comment
Share on other sites

DEPUTAT GÜLLƏLƏNDİ

Terrorçuların partlayıcı gizlətdikləri yeri aşkar edilib

Dağıstanın Kaspiyşk şəhərində deputat qətlə yetirilib. Məhəmmədhacı Əliyev avtomobiliylə evinə yaxınlaşarkən naməlum şəxslər tərəfindən güllələnib. Cinayəkarların tutulması üçün şəhərdə xüsusi əməliyyat keçirilir. Respublikanın Kizlyar rayonunda isə əməliyyatçılar partlayıcı maddələrlə dolu olan saxlanc yeri aşkar edilib. Cinayətkarlar ümumi həcmi 120 litr olan plastik qabları toprağa basdırıblar. Onlardan birinin içində 3 partlayıcı qurğu, hərbi sursat, polis əməkdaşlarının geyimləri, rasiyalar və ərzaq gizlədilib.. İlkin versiyaya görə cinayətkarlar rayon ərazisində terror aktı keçirmək niyyətində olublar. Gizli yer xüsusi istehkamçılar tərəfindən məhv edilib.

Link to comment
Share on other sites

MİSİRDƏ 17 YENİ EHRAM AŞKARLANDI

Amerikalı alimlər peyk vasitəsilə çəkilmiş infraqırmızı fotoşəkillər sayəsində Misirdə indiyə qədər məlum olmayan 17 ehram aşkarlayıblar.

İnfraqırmızı şüalar yer altındakı gizli obyektləri aşkarlamağa imkan verir.

Bu yolla alimlər indiyə qədər Misirdə 100-dən çox qəbir, 3 min qədim yaşayış məskəni aşkarlayıblar. Kosmosdan çəkilən şəkillər vasitəsilə aşkarlanan yer altındakı ehramların üzə çıxarılması istiqamətində iş başlayıb və artıq 2 ehramın müəyyən hissəsi üzə çıxarılıb.

Alabama ştatındakı yerləşən Birminqem Universitetinin professoru Sara Parkak deyib ki, Nil çayının gətirdiyi lilin və suyun örtdüyü qədim yaşayış məskənləri və ehramların kəşfi istiqamətində də iş aparacaqlar. Onun sözlərinə görə, süni peyklərdən 700 kilometr yüksəklikdən göndərilən infraqırmızı şüalar yer altında radiusu 1 metr olan obyekti belə üzə çıxarmağa qadirdir.

Link to comment
Share on other sites

Bakıda 65 min nəfərlik stadionun təməli qoyulacaq

Təməlqoyma mərasimində FİFA və UEFA prezidentlərinin də iştirakı gözlənilir

Azərbaycanda ən böyük stadionun təməlqoyma mərasimi iyunun 6-da keçiriləcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlunun apasport.az saytına verdiyi məlumata görə, Böyük Şor qəsəbəsində, Əzizbəyov metrosu yaxınlığında tikiləcək 65 minlik stadionun təməli futbolumuzun 100 illik yubileyinin keçiriləcəyi gün qoyulacaq: “Bildiyiniz kimi, iyunun 6-da Azərbaycan futbolunun 100 illik yubileyi ilə əlaqədar bir sıra tədbirlər keçiriləcək. Bunlardan biri həmin stadionun təməlqoyma mərasimidir. FİFA prezidenti Yozef Blatterlə UEFA prezidenti Mişel Platini futbolumuzun 100 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Azərbaycana gələcəklər. Onların stadionun təməlqoymasında iştirakı nəzərdə tutulub. Bundan əlavə, iyunun 6-da AFFA-nın Mərdəkan qəsəbəsində inşa etdirdiyi 6 minlik tutumu olan “Dalğa” stadionunun açılışı olacaq. Yubiley tədbiri axşam “Buta Palace”da keçiriləcək tədbirlə yekunlaşacaq”.

100 illik tədbirdə 2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında dünya çempionatının final mərhələsinin loqotipi də təqdim olunacaq.

Qeyd edək ki, AFFA keçirəcəyi 100 illik tədbirə bir sıra xarici qonaqları da dəvət edib. UEFA üzvü olan 40-a yaxın federasiya dəvəti qəbul edərək, ölkəmizə gələcək.

Link to comment
Share on other sites

Bakıda tikiləcək yeni metro stansiyalarının adları

İki yeni metro stansiyası “Avtovağzal” və “Dərnəgül” adlanacaq

Azərbaycan Respublikasının Nazirlər Kabineti yeni tikiləcək metro stansiyaların adlarını müəyyənləşdirib. Lent.az-ın Nazirlər Kabinetinin saytına istinadən məlumatına görə, Konstitusiyanın 119-cu maddəsinin səkkizinci abzasına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar alıb:

1. Bakı şəhəri, Binəqədi rayonu, Moskva prospektində yerləşən Bakı Metropoliteninin yeni tikiləcək stansiyası “Avtovağzal” adlandırılsın.

2. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən Bakı Metropoliteninin yeni tikiləcək stansiyası “Dərnəgül” adlandırılsın.

3. Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Metropoliteni bu qərardan irəli gələn məsələləri həll etsinlər.

Link to comment
Share on other sites

Bakıda tikiləcək yeni metro stansiyalarının adları

İki yeni metro stansiyası “Avtovağzal” və “Dərnəgül” adlanacaq

Azərbaycan Respublikasının Nazirlər Kabineti yeni tikiləcək metro stansiyaların adlarını müəyyənləşdirib. Lent.az-ın Nazirlər Kabinetinin saytına istinadən məlumatına görə, Konstitusiyanın 119-cu maddəsinin səkkizinci abzasına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar alıb:

1. Bakı şəhəri, Binəqədi rayonu, Moskva prospektində yerləşən Bakı Metropoliteninin yeni tikiləcək stansiyası “Avtovağzal” adlandırılsın.

2. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən Bakı Metropoliteninin yeni tikiləcək stansiyası “Dərnəgül” adlandırılsın.

3. Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Metropoliteni bu qərardan irəli gələn məsələləri həll etsinlər.

Avtovağzal adı yaxşı səslənmir. Dərnəgül barədə lap çoxdan eşitmişdim. Sobiruna qədər açılqsaydı metroyla gedərdik :D Çox maraqlıdır, niyə Füzulinin adına metro stansiyası açılmır?

Link to comment
Share on other sites

Bakıda yeni metro stansiyası açılır

Bakı Metropoliteninin yeni «Dərnəgül» stansiyasında tamamlama işləri aparılır.

Milli.Az xəbər portalının məlumatına görə, bunu Day.Az saytına açıqlamasında metropolitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarıverdiyeva bildirib. 7-ci mikrorayon ərazisində istifadəyə veriləcək stansiyadakı vəziyyət haqda danışan N.Tarıverdiyeva deyib: «Stansiya beynəlxalq standartlara uyğun tikilir. Güman ki, 10 gün ərzində o, istifadəyə veriləcək. Bu stansiya üçün Rusiyadan 10 yeni vaqon alınıb».

Metropoliten rəsmisi «Məşədi Əzizbəyov» stansiyasının daxilində yenidənqurma işlərinin aparıldığını da söyləyib. Stansiyanın çölündə isə bu işlərin gələn il həyata keçirilməsi nəzərdə tutulub.

Daha bir yenilik yaxın gələcəkdə paytaxt metropolitenində dördzolaqlı eskalatorların yaradılacağı ilə bağlıdır.

Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov isə «Dərnəgül» stansiyasındakı vəziyyətlə bağlı daha konkret danışıb. O, stansiyanın iyunun 15-də istifadəyə veriləcəyini söyləyib.

Dördzolaqlı eskalatorlara gəlincə, E.Muradov ilk olaraq belə eskalatorun «28 May» stansiyasında qurulacağını söyləyib.

Milli.Az

Link to comment
Share on other sites

Abşeron çimərlikləri: təmiz və çirkli olanları hansılardır?

27 MAY 2011 [09:15] - MİLLİ.AZ

Bakı Şəhər Ticarət və Xidmət Departamentinin rəsmisi: "Dənizdə çimməyə görə pul almaq tərbiyəsizlikdir, bunun başqa adı ola bilməz".

Yay gəlib. Çimərlik mövsümünün başlanmasına da az qalıb. Qarşıdakı ayların çox isti keçəcəyini nəzərə alsaq, dincəlmək üçün bir nömrəli məkanın dəniz kənarı, çimərliklər olacağı danılmazdır. Ancaq Abşeron çimərliklərində suyun natəmizliyi insanları narahat edir. Bəs bu il necə, insanların təmiz çimərlikdə, özü də pulsuz çimmək istəyi baş tutacaqmı?

Çimmək üçün hələ tezdir, bir az gözləmək gərək...

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Sanitariya xidmətinin rəhbəri Ziyəddin Kazımov sakinlərə çimərliklərə getməkdə tələsməməyi məsləhət görür. Xidmət rəhbəri Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, havaların soyuq keçməsi işləri ləngidir. Onun sözlərinə görə, dəniz suyundan nümunələr götürmək üçün suyun hərarəti 17 dərəcədən yuxarı olmalıdır: “Hazırda suyun temperaturu 17 dərəcədən aşağıdır və bu səbəbdən də dəniz suyundakı bakteriyaların nümunələrini götürməkdə çətinlik çəkirik. Lakin sanitar-gigiyenik vəziyyət yerindəcə mütəxəssislərimiz tərəfindən öyrənilir. Bakının Qaradağ və Səbail rayonu ərazisində sahil sularında yoxlamalar aparılmasını planlaşdırsaq da, havanın küləkli olması işimizə mane oldu”.

Hansı çimərliklərdə çimək?

Z.Kazımovun fikrincə, hazırda çimərliklərin vəziyyəti haqqında birmənalı şəkildə müsbət və ya mənfi fikir söyləmək olmaz: “Bu barədə qərar vermək üçün laborator müayinələrinin nəticələrinə istinad etmək lazımdır. Analizlər götürür, nəticələri yekunlaşdırıb qərar qəbul edirik. Ötən il Qaradağ rayonu ərazisində Sahil və Şıx çimərliyi normalara cavab vermədiyinə, həmin məkanlarda bağırsaq çöplərinin miqdarı normadan artıq olduğuna görə, o çimərliklərin bağlanması barədə qərar çıxarılmışdı".

Xidmət rəisi əlavə etdi ki, monitorinqlərin ilkin nəticəsi məlum olandan sonra kütləvi informasiya vasitələrinə məlumat veriləcək: “Monitorinqlərə başlamışıq və proses oktyabr ayının 1-dək davam edəcək. Müayinələr bakteoroloji, kimyəvi, toksikoloji üsulla aparılacaq. İlkin nəticələr və analizlər bəlli olandan sonra isə hansı çimərlikdə çimməyin məsləhətli olduğunu, hasnı çimərlikdə isə bakterioloji-gigiyenik və sanitar vəziyyətin qənaətbəxş olmadığını bəyan edəcəyik. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə məlumat veriləcək ki, hansı sahələrdə sanitar-texniki vəziyyət yaxşı deyil. Çünki çimərlik lazımi normativlərə cavab verməzsə, orada çimmək təhlükəlidir”.

Çimərlik mövsümü gecikir

Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, bu il havalar soyuq olduğundan çimərlik mövsümünün açılışı gecikir. Onun sözlərinə görə, çimərlik mövsümü tam mənada başlamadığından sahil zolağında ticarətə də rəsmən icazə verilməyib. Çünki dəniz mövsümünün dəqiq nə vaxt başlayacağı bilinmir. Havalar çimərlik mövsümü üçün əlverişli vəziyyətdə olana qədər mövsüm təxirə salınıb. Ancaq departamentə sərinləşdirici içki satışı, mövsümi ticarət fəaliyyəti ilə bağlı müraciətlər daxil olub.

Bakıda çimərliklər pulsuzdur?

Daha sonra departament rəsmisi Milli.Az xəbər portalı vasitəsilə Bakı və Abşeron sakinlərinə müraciət etdi: "Bakı və Bakıətrafı bütün çimərliklər pulsuzdur. Kimlərsə sahil zolağını zəbt edərək pullu giriş tətbiq edirsə, bu, qeyri-qanunidir. Pul yalnız duşxana, ayaqyolu və digər xidmətlərdən istifadəyə görə alına bilər. Dənizdə çimməyə görə pul almaq tərbiyəsizlikdir, bunun başqa adı ola bilməz. Kimsə dənizdə çimməyi pullu edibsə, ona qarşı mübarizə aparmaq lazımdır. Bütün insanlara xəbərdarlıq edirəm ki, dənizdə çimməyə görə pul ödəməsinlər”.

Yeni xilasetmə qayıqları alınıb

Dövlət Sularda Xilasetmə Xidməti də mövsümə hazırdır. Xidmətin rəisi Rauf Səlimov Milli.Az xəbər portalına bildirdi ki, iyunun 1-də Dövlət Sularda Xilasetmə Xidməti mövsümü açıq elan edəcək. Onun sözlərinə görə, açılış mərasimi Nardaran xilasetmə məntəqəsində keçiriləcək. Mərasimdə həm avadanlıqların nümayişi, həm də səhnəcik olacaq.

R.Səlimov əlavə etdi ki, mövsümlə əlaqədar xidmətə yeni qayıqlar və avadanlıqlar alınıb. Texnika və qayıqların sayı barədə məlumat verməyən xidmət rəisi bunu həmin texnikanın hissələrinin gətirliməsi ilə əsaslandırdı.

Anar Məmmədov

Milli.Az

Link to comment
Share on other sites

Onu oğurlamaq cinayət sayılmırdı

27 MAY 2011 [09:45] - MİLLİ.AZ

İndi isə az qala, pulsuz da götürən yoxdur...

Son zamanlar “Kitab insanın dostudur”, “Kitab bilik mənbəyidir” kimi ifadələr unudulmağa başlanıb. Bu gün nə çoxsaylı oxucuların kitabxanaya axınını görmək mümkündür, nə onlar həvəslə yeni kitabın çapını gözləyir, nə də kimsə kitab hədiyyə edir. Oxucuların kitabdan uzaqlaşmasının səbəbi nədir?

Mütəxəssislərin fikrincə, bu gün mütaliənin zəif olmasının müxtəlif səbəbləri var. Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Bayram Allahverdiyevin sözlərinə görə, əgər bunun bir səbəbi keyfiyyətli, lazımi kitabların buraxılmamasıdırsa, digəri, kitabların qiymətinin baha olmasıdır:

“Kitabların tirajı çox azalıb. Sovet dövründə kitablar 5 min - 1 milyon tirajla buraxılırdı. Kitabın tirajını artırmaq üçün gərək onun oxucusu olsun. Bəzi ayrı-ayrı adamların çap etdirdiyi kitabların heç tirajı olmur və istifadə olunmur. Kitablar ofset üsulu ilə kütləvi şəkildə çap olunmalıdır. İndi ən çox halda min nüsxə kitab buraxılır. Tiraj çox olarsa, qiyməti də aşağı olar. Sovet dövründə bir ildə 1,7-2 milyard nüsxə kitab buraxılırdı. İndi hətta 100 nüsxə buraxılan kitablar var. Bunun üçün istehsal sahələri yaradılmalıdır. Bu gün kitab üçün lazım olan bütün materiallar xaricdən gətirilir. Bunu ölkəmizdə istehsal etmək lazımdır. Bununla bağlı mənim konsepsiyam var və Azərbaycanda kağız fabriki qurmaq olar. Şəhərdən kənarda kağız zavodları yaradılmalıdır”.

Mütəxəssisin fikrincə, hazırda mütaliənin aşağı səviyyədə olmasına təsir edən faktorlardan biri də gənclərin bədii kitablara maraq göstərməməsidir: “Bir vaxtlar görkəmli yazıçılarla oxucuların görüşləri keçirilirdi. Beləliklə, müəlliflə oxucu arasında dialoq və kitaba böyük maraq yaranırdı. Son dövrlər “kitabın təqdimat mərasimi” adlı yeni bir üsul tətbiq edilir ki, bu, müəlliflə oxucunun görüşü deyil. Hətta bəzən burada hansısa təsadüfi bir kitab yazanın kitabı da təqdim olunur. İndi bədii ədəbiyyat “sandıq ədəbiyyatı” olub, kitabı çap edirlər, orada qalır”.

Mütəxəssisin fikrincə, indi kitab nəşri sorğular əsasında həyata keçirilmir və buna görə də müxtəlif mənada oxucu qruplarının tələbatı ödənilmir:

“Hazırda daha çox iqtisadiyyat, fizika, kimya, geologiya, biologiya üzrə yenilikləri əhatə edən ədəbiyyat lazımdır. Əvvəllər kitab oxucunun yaşına, bilik dairəsinə və s. uyğun nəşr olunurdu və ədəbiyyatın 30-35 faizini mühəndis-texniki işçilər üçün buraxılan kitablar təşkil edirdi. Həmçinin praktiki rəhbərlik adlı kitablar buraxılırdı ki, praktikada həyata keçirilən tədbirlər burada öz əksini tapırdı. Bundan başqa, kitabın təbliğ və reklamı yoxdur. Bir vaxtlar televiziyada “Kitab köşkü” adlı veriliş var idi. İndi də belə verilişlərə ehtiyac var”.

Bu gün mütaliənin səviyyəsinin çox aşağı olduğunu deyən B.Allahverdiyevin fikrincə, geniş oxucu auditoriyasına yol tapmaq üçün intellektin səviyyəsini yüksəltmək lazımdır. Eləcə də kadr problemini həll etmək üçün nəşriyyat, kitab ticarəti sistemi ixtisaslı kadrlarla, magistrlarla, naşirlərlə təmin olunsa, keyfiyyətli kitab nəşr olunar və kitaba da maraq artar. Mövcud problemin həlli istiqamətində təkliflər irəli sürən mütəxəssisin sözlərinə görə, ilk olaraq, kitablar sorğular əsasında buraxılmalıdır, ikincisi, onların reklamı təşkil edilməli, üçüncüsü isə, kadr problemi aradan qaldırılmalıdır:

“BDU-da kitabşünaslıq və nəşriyyat işi üzrə kadrlar hazırlayırıq. Bu ixtisası zənginləşdirmək olar. Məsələn, kitab biznesi üzrə tələbə qəbul etmək olar. Nəhayət, nəşriyyatlarda buraxılan kitablar var ki, texniki səviyyəsi çox aşağıdır. Bunu artırmaq üçün poliqrafiya texnologiyası adlı ixtisas açmaq, bundan başqa, kitabın təbliği ilə məşğul olmaq lazımdır. Belə ki, kitabın yayılması ilə mağazalar məşğul olduğu kimi, kitabın təbliği də kitabxanalara aiddir. Bir vaxtlar tematik planlar hazırlanırdı və müəssisələrə göndərilirdi. Həmin plan əsasında da lazım olan kitablar çap olunurdu. Amma indi vəziyyət başqa cürdür, kimin imkanı, maddi vəsaiti varsa, kitab çap etdirir. Bu düzgün metod deyil. Oxucu sorğusu nəzərə alınmadan kitab buraxılırsa, bu, kitabşünaslıqda “ölü ədəbiyyat”dır, onu heç kəs oxumur”.

Bu gün kitabların elektron üsulla, kompyuter vasitəsilə oxunmasına gəldikdə isə, B.Allahverdiyevin sözlərinə görə, heç bir kompyuter və internet kitabı əvəz edə bilməz:

“Televiziya, radio, internet, sadəcə olaraq informasiyanı sürətləndirir, amma kitabı sıradan çıxara bilməz. Burada kitab haqda məlumat verə bilərlər. İnternetdən kitab oxumaq gözü zəiflədir və heç kəs kompyuterdə 500-700 səhifəlik kitabı oxuya bilməz. Amma kitabı təyyarədə, çarpayıda, avtobusda, qatarda oxumaq olur. Ona görə də kitab əvəzsiz bir möcüzədir. Kitabı əvəz etmək, sıradan çıxarmaq qəti mümkün deyil. Kitab məlumatı tam və geniş verir. Ona görə də internet kitabın mütaliəsini, çapını azalda bilməz”.

Hazırda paytaxtın bir sıra yerlərində pərakəndə kitab satışı var ki, burada müxtəlif mövzularda kitablara rast gəlmək mümkündür. Bu kitablar sırasında Azərbaycan dilində əsasən köhnə ədəbiyyatlar üstünlük təşkil edir. Yeni kitablar içərisində isə detektiv səpkili əsərlərə daha çox rast gəlinir. Satıcılar da kitab alıcılarının sayının azlığını bildirir. Oxucular tərəfindən əsasən rus, ingilis dilində kitabların və detektiv əsərlərin alındığını deyirlər. Kitab alıcısının azlığını isə onların qiymətinin baha olması ilə deyil, oxucu marağının azlığı ilə izah edirlər.

“Kitab klubu”nun direktoru Elxan Rzayev isə bildirdi ki, 2003-cü illə müqayisədə bu gün oxuculaın sayında müsbətə doğru artım müşahidə olunur. Belə ki, 2000 respondent arasında keçirilən son sorğuda “Siz son 1 il ərzində hər hansı bir kitab oxumusunuzmu” sualına respondentlərdən 203 nəfəri müsbət cavab verib. Bu gün ən populyar olan kitablara gəldikdə isə, direktor deyir ki, bunlar azərbaycanlı gənc yazıçıların kitablarıdır:

“Bu, ən yeni ədəbiyyat seriyasından, milli kitab mükafatı seriyasından olan kitablardır. Bundan başqa, bu gün daha yaxşı oxunan kitablar tərcümə kitablarıdır, yəni Azərbaycan dilinə tərcümə edilən xarici ədəbiyyatdır. Detektiv mövzuda kitablar da kifayət qədər yüksək səviyyədə oxunur. Eləcə də ixtisas ədəbiyyatına, İKT, hüquq, iqtisadiyyat və Azərbaycan tarixi ilə bağlı kitablara maraq var”.

O da vurğulandı ki, dünya ədəbiyyatı kitabxanasına 150 cildlik abunə işini təşkil edən “Kitab klubu”nun abunəçilərinin sayı artıq min nəfərə çatıb.

Mütaliə üçün kompyuteri heç zaman kitaba alternativ görmədiyini deyən E.Rzayev bildirir ki, kompyuter informasiya almaq istiqamətində əvəzsiz bir vasitə olsa da, heç kəs saatlarla onun qarşısında əyləşib kitab oxumur: “İndi elektron kitabların oxunması üçün xüsusi qurğular yaradılıb. Biz artıq onun sifarişini qəbul etməyə başlamışıq. Biz onu “mobilib”, yəni, “səyyar kitabxana” adlandırmışıq. Onun içərisinə minlərlə elektron kitab yükləyib daşımaq olar. Amma kompyuterdən fərqli olaraq, onu oxuyarkən insanın gözü ağrımır. Bu vasitə ancaq səfər zamanı önəmlidir və evdə olarkən heç kəs normal kitabı qoyub, kompyuter və yaxud digər qurğudan kitab oxumur”.

Günel

Milli.Az

Link to comment
Share on other sites

Natella Kərimova: “Bizdə erotika mədəniyyəti yoxdur” - FOTO

27 MAY 2011 [09:30] - MİLLİ.AZ

Məşhur model Natella Kərimovanın Milli.Az xəbər portalına müsahibəsi.

- Hazırda ölkəmizdə model sahəsinin perspektivini necə görürsünüz?

- Azərbaycanda model biznesi çoxdan yaranıb. Bir ara, inkişaf etməkdə idi, sonradan bir durğunluq yarandı. Hazırda isə yenə də inkişaf etməyə doğru gedir. Lakin Türkiyə kimi ölkələrlə müqayisə etsək, bizdə bu sahədə perspektiv hələ ki aydın görsənmir. Çox sayda modellərimiz var. Onlar ən azı, ildə iki dəfə öz kolleksiyalarını nümayiş etdirməlidirlər. Bunlar yaz-yay və payız-qış kolleksiyalarıdır ki, bütün təlabat da ondan irəli gəlir. Müəyyən səbəblərə görə isə bu, qeyri-mümkündür. Səbəbləri açıqlaya bilimirəm, çünki özümə də məlum deyil.

Əgər hazır geyimlərdən söz açsaq, artıq əlavə şərhə ehtiyac yoxdur. Çünki həmin geyimlər artıq toplum üçün təqdim olunub. Ona görə, sırf podium baxımından modellərin məqsədi belədir: burada model olmaq istəyən, xaricdə özünü göstərə bilsin. Bu da bir qədər çətin məsələdir. Çünki antropoloji cəhətdən qızlarımızın boyu o qədər də yüksək deyil. Ona görə də modellərimiz fotomodel kimi fəaliyyət göstərirlər.

Modellərin fotomodel kimi çalışmasında perspektiv ola bilər. Jurnallarda, reklam çarxlarında, kliplərdə və başqa bu kimi məhsullarda çəkilərək işləyə bilərlər. Artıq burada boy əhəmiyyət kəsb etmir. Ona görə də Azərbaycanda podium modeli kimi deyil, fotomodel olmaq daha realdır.

Mənim model agentliyim var. Jurnallarda, klip çəkilişlərində, reklam çarxlarında, sərgilərdə, mağazaların açılışında, konfranslarda, o cümlədən, mükafat təqdimetmə və qonaq qarşılanma mərasimində və başqa tədbirlərdə modellərimiz fəaliyyət göstərir. Ümumiyyətlə, Azərbaycanda modellərin əsas qazanc mənbəyi, bu kimi tədbirlərdir.

Onu da qeyd edim ki, yaş həddinə görə, modellər də futbolçular kimi peşəkar arenada çox qala bilmirlər. Hazırda dövlətimiz tərəfindən də model sənətinə dəstək var. Belə ki, Gənclər və İdman Nazirliyi “Gənc xanımlara dəstək” moda festivalı keçirdi. Həmin festivala Avrasiyanın bir çox ölkələrindən model xanımlar qatılmışdılar. Məqsəd isə modelyerlərə dəstək idi. Amma modelyerlə yanaşı, modellər də işləyirdilər.

- Model sənəti Azərbaycan mentaliteti ilə uzlaşırmı?

- Azərbaycan dünyəvi ölkədir. Mənə elə gəlir ki, bu, normal qarşılanmalıdır. Artıq cəmiyyətimizdə model sənətini normal qarşılamaq tərbiyəsi var. Həmişə deyirəm ki, hər şey insanın özündən asılıdır. Əgər insan özü haqqında maraq oyatmırsa, o halda artıq heç kim sənə təsir edə bilməz. Söz-söhbət isə onsuz da həmişə var.

Təkrar edirəm, söz-söhbətin yaranması da insanın özündən asılıdır. Bəzən söz-söhbətlərin yaranması modellərin "xeyrinə" işləyir. Onlar özləri bilə-bilə bu cür vəziyyət yaradırlar ki, marağı özlərinə çəksinlər. Düşünmürlər ki, tanınmağın pis tərəfləri də var. Onlar üçün bunun əhəmiyyəti yoxdur. Əsas odur ki, reklam olunsunlar. Məsələn, ilk iştirakçısı olduğum model müsabiqəsi “Miss Azerbaijan 96”-da radikallar bizə hədə-qorxu gəlirdilər. Onlar bizi podiumda çimərlik paltarında görəndə təzyiqlər göstərirdilər. Amma biz onlara fikir vermirdik.

- Modellərin xüsusi pəhriz reseptləri var. Amma adətən, həmin reseptlərə düzgün əməl olunmadıqda, model qadınların xəstəlik tapması ilə və hətta, ölümlə nəticələnən fəsadlar baş verir. Sizcə, model sənəti insan həyatı üçün təhlükəlidirmi?

- Rasional baxımından pəhriz reseptlərinə düzgün yanaşsalar, heç bir təhlükəsi və ziyanı yoxdur. Ola bilsin ki, gündəlik 1500 kalori deyil, 1200 kalori olsun. Gündəlik 1200 kalori modeli formada saxlayır. İnsanların bir çoxu səbirsiz olduqlarından, reseptə düzgün əməl etmirlər və bu da qeyd etdiyiniz kimi, ciddi xoşagəlməyən fəsadlara yol açır.

Bundan əlavə, hər bir insan kimi, xüsusilə, modellərin siqaret çəkmələri səhhətə təsir edən pis amildəndir. İstərdim ki, bizdə də siqaretin çəkilməsi ilə bağlı qanun qüvvəyə minsin. Çünki qeyd etdiyim kimi, xoşagəlməz vərdişlər modeli uçuruma aparır. Ona görə də, modellər anlamalıdırlar ki, onların aləti onların bədənidir.

- Ölkəmizdə modellərin erotik fotosessiyalarda çəkilməsi vəziyyəti nə yerdədir?

- Bizdə bu təcrübə yoxdur. Çünki birincisi, ictimaiyyət tərəfindən birmənalı qəbul olunmur. İkincisi isə yenə də mentalitetlə bağlı ola bilər. Ancaq elə insanlar var ki, model olmasalar da bu cür məsələni özləri üçün qəbul edirlər. Bizdə başqa problemlər var. Məsələn, klip çəkilişində açıq-saçıq səhnələr yer alır və bu cür səhnələrə model tapmaq çox çətindir. Ümumiyyətlə, bizdə erotika mədəniyyəti yoxdur. Onu da qeyd edim ki, açıq-saçıq səhnələrdə çəkilmək üçün məni də dəvət edirlər. Amma hər zaman həmin səhnələrdə çəkilməyə “yox” demişəm.

- Mərhum jurnalist Murad Kərimovun qızısınız. Maraqlıdır, atanız sağlığında sizin model kimi formalaşmağınıza qarşı çıxmayıb?

- Atam müasir insan idi. Ona görə də o, məni model kimi normal qəbul edirdi. Bundan başqa, atamın yaxın dostları, ətrafı “Miss Azerbaijan 96”-nın təşkilatçıları olduğundan, narahat deyildi.

Fuad Mədətov

Milli.Az

Link to comment
Share on other sites

Kompyuterlə işləyənlərin nəzərinə!

Alimlər günün çox hissəsini kompyuter qarşısında keçirən insanlara şokolad yeməyi məsləhət görür.

Milli.Az xəbər portalının Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, şokolad qanın beyinə axınını artırır, bu isə bütün hüceyrələrin daha yaxşı qidalanmasına səbəb olur. Şokolad yedikdən sonra təxminən 2,5 saat ərzində beynin fəallığı artır, görmə qabiliyyəti yaxşılaşır.

P.S.Eksklüziv olaraq Dark Lady üçün :)

Link to comment
Share on other sites

http://www.milli.az/news/society/50227.html

İnsan yuxusuz olduqda nə baş verir?

27 MAY 2011 [10:43] - MİLLİ.AZ

Yay fəsli gələndə hamımız daha çox yatmaq istəyirik. Bu, yazda insan orqanizmində yaranan avitaminozla bağlıdır...

Halsızlıq, yuxudan doymamaq, yorğunluq halları ən çox yaz-yay fəslində özünü göstərir. İnsana ən çox təsir edən hal isə yuxusuzluqdur. Yatmaq insanı sakitləşdirməklə yanaşı, immun sistemini də gücləndirir. Bəs yuxusuzluq yarandıqda nə baş verir?

Alimlər yuxusuzluqla artıq yatmağın insana eyni dərəcədə zərər verdiyini müəyyənləşdirib.

İnsan yuxusuzluqdan əziyyət çəkirsə, yaxud lazım olandan artıq yatırsa, onun xarici görünüşünün korlanması ilə yanaşı, beyni də qocalır. Mütəmadi olaraq yuxu pozğunluğundan əziyyət çəkən insanların beyni düz 7 il tez qocalır.

Həkim-kardioloq Turxan Yusifov Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, yuxu insanın mərkəzi sinir sistemini sakitləşdimək və beyinin qidalanması üçün yeganə zamandır. Onun sözlərinə görə, sutkanın həmin zamanında beyinlə yanaşı, insanın bütün orqanları dincəlir. İnsan ac 40 gün qala bildiyi halda, yuxusuz cəmi 7 gün yaşaya bilər.

T.Yusifov qeyd edir ki, yuxu zamanı maddələr mübadiləsi nisbətən aşağı düşür: “Ona görə də, gecə saat 3-4 radələrində insanda üşümə baş verir. Yuxu mərkəzi sinir sisteminin sakitlik halı deməkdir. Yuxusuzluq olarsa, insanda müəyyən patoloji və nevroz halları baş verə bilər”.

Yuxunun insan ömrünə təsirinə toxunan T.Yusifov, hesab edir ki, insan yatarkən və oyaq olarkən onun ömrü gedir. Ancaq dolayısı ilə yuxu anında maddələr mübadiləsi aşağı düşdüyünə görə, normal yatan insanlarda ömür uzun olur.

Gecə işləyənlərə yuxusuzluq necə təsir edir?

Həkim-psixoterapevt Fəxriyyə Məmmədova da Milli.Az-a müsahibəsində hesab etdiyini bildirdi ki, insan yuxusuz olduqda, onun psixi durumnda neqativ hallar baş verir. Bu zaman beynin fəaliyyəti zəifləyir, yaddaş, diqqət, işin keyfiyyəti azalır, bu da insanlarla münasibətdə böyük problemlər yaradır. Belə insanların ailəsində, yoldaşlığında problemlər olur. Kişilərdə yuxusuzluq uzun müddət davam edirsə və qeyri-normal yuxu ritmi olursa, onlarda potensiya aşağı düşür.

“İnsan orqanizmi elə qurulub ki, insan gündüz işləməli, gecə yatmalıdır. Buna tibbdə bioloji ritm deyirlər. Bu bioloji ritm pozulanda insan istər-istəməz, öz bədəninə müdaxilə edir. Elə adamlar var ki, yuxusuzluğu götürə bilmirlər. Yəni bu zaman əsəb xəstəliyi, depressiyalar, mədə-bağırsaq xəstəlikləri əmələ gələ bilər. Amma bu, o demək deyil ki, gecə işlərində işləyənlər xəstələnir” - F.Məmmədova əlavə etdi.

Psixoterapevtin fikrincə, əgər insan gecə işi zamanı özünü pis hiss edirsə, mütləq adi iş rejiminə qayıtmalıdır.

Anar Məmmədov

Milli.Az

Link to comment
Share on other sites

Milan, xəbərlərə görə təşəkkürlər. Natella Kərimovanı anlaya bilmirəm. Doğurdanmı Azərbaycanda belə bir mədəniyyətin formalaşmasını umur?

Pəri, çox sağ ol :loveyouu: xəbərin başlığını oxuyan kimi elə birinci özümü düşündüm, gördüm ki sonda sən də adımı qeyd etmisən :rroza: :)

Gözümüz aydın, daha bir işsizlər ordusu yaranacaq.

Əfv sərəncamının icrasına başlanıbMəhbuslar cəzaçəkmə müəssisələrindən azad olunurlar

7043.jpg

Azərbaycan prezidentinin imzaladığı əfv sərəncamının icrasına başlanılıb. Bu gün səhərdən etibarən

məhbuslar artıq cəzaçəkmə müəssisələrindən azad olunurlar.

Qeyd edək ki, dünən prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında fərman imzalayıb. Fərmana əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 70 nəfər, azadılığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. 4 nəfərin isə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Cərimə cəzasına məhkum edilmiş 6 nəfər isə cəzadan azad edilib.

Qeyd edək ki, əfv olunanlar arasında jurnalist Eynulla Fətullayev də var. Eynulla Fətullayev 2007-ci ilin aprelində həbs edilib. O, 2005-ci ildə qələmə aldığı “Qarabağ gündəliyi” adlı yazılarında Xocalı sakinlərini təhqir etməkdə günahlandırılıb və ona 2 il 6 ay həbs cəzası verilib. 2009-cu ilin dekabrında 12 saylı cəzaçəkmə müəssisəində saxlanılan Fətullayevin üzərində 223 qram heroin aşkarlanıb. Bununla əlaqədar onun barəsində çıxarılan həbs müddəti 8 il 6 ay olub. O, bu ilin mart ayında əfv olunması üçün prezident İlham Əliyevə müraciət etmişdi. Eynulla Fətullayev artıq cəzaçəkmə müəssisəsindən buraxılıb.

Əfv olunan digər məhbuslar arasında Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Rəfail Allahverdiyevin müavini Eldəniz Lahıcov və sabiq polis rəisi Müşfiq Mədətov da var.

Link to comment
Share on other sites

28 May Respublika Günü Türkiyədə qeyd edilib Azərbaycanın Türkiyədəki səfirliyi bayram münasibəti ilə geniş tədbir təşkil edib

Azərbaycanın Türkiyədəki səfirliyi, Azərbaycan Respublikasının “28 May Respublika Günü” münasibətilə cari ilin 26 may tarixində Ankaranın “Sheraton Hotel” mehmanxanasında geniş tərkibli tədbir həyata keçirib.

Tədbirdə Türkiyənin Baş nazirinin müavini Cəmil Çiçək, daxili işlər naziri Osman Güneş, Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı İşıq Koşaner, yüksək rütbəli zabitlər, Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, Türkiyənin digər dövlət qurumlarında çalışan yüksək vəzifəli rəsmilər, tanınmış ictimai-siyasi xadimlər, millət vəkilləri, elm və incəsənət xadimləri, sənətçilər, fikir quruluşlarının nümayəndələri, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, diaspor nümayəndələri və KİV nümayəndələri iştirak edib.

Azərbaycanın Türkiyədəki səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, tədbirin açılış nitqini səfir Faiq Bağırov həyata keçirib. Səfir öz çıxışında 28 May Respublika gününün əhəmiyyəti, tarixən Azərbaycan xalqının mədəniyyət səviyyəsinin yüksək olması, 1918-ci ildə ADR-nın qurucularının dövlətçilik tariximizdəki mühüm xidmətləri, 1991-ci ildə müstəqilliyimizi yenidən qazandıqdan sonra ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqına əvəzsiz xidmətləri, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rasional siyasətindən və ölkəmizin mədəni, sosial həyatında Heydər Əliyev Fondunun mühüm fəaliyyətlərindən ətraflı şəkildə bəhs edib.

Tədbir zamanı 2011-ci ilin Azərbaycanda “Turizm ili” olması münasibətilə ölkəmizin turizm potensialı ilə bağlı, eləcə də ölkəmizin tarixi, mədəniyyəti, mətbəxi ilə əlaqədar əyani materiallar Səfirlik tərəfindən tədbir iştirakçılarına paylanılıb.

Azərbaycan musiqiçilərinin ifası ilə tədbir iştirakçılarına musiqi nümunələrinin təqdim olunmuş və ziyafət verilib.

Link to comment
Share on other sites

Və həmçinin:

28 May Respublika Günü Kanadada qeyd edilib

Ottavanın ən möhtəşəm “Fairmont Chateau Laurier” binasında “28 May – Respublika Günü” ilə bağlı tədbir keçirilib

23100.jpg

Bu gün “28 May Respublika Günü– ” və Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə Azərbaycan Respublikasının Kanadadakı Səfirliyi ziyafət təşkil edib. Ziyafət Kanadanın paytaxtı Ottava şəhərinin ən möhtəşəm binası “Fairmont Chateau Laurier” mehmanxanasında təşkil olunub.

Azərbaycanın Kanadadakı səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə Kanada parlamentinin üzvləri, Ottavada akkreditə edilmiş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyət, o cümlədən bu ölkədə yaşayan müxtəlif icmaların nümayəndələri iştirak ediblər.

Tədbir zamanı çıxış edən Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev 1918-ci ildə 28 may tarixində müsəlman şərqində ilk demokratik respublikanın Azərbaycanda yaradıldığını bildirərək, bir sıra qərb ölkələrindən də öncə qadınların ilk dəfə seçmək və seçilmək hüququnun məhz ölkəmizdə tanındığını qeyd edib.

Həmçinin, 1991-ci ildən sonra ölkəmizin müstəqilliyinin bərpasından sonra respublikamızda gedən iqtisadi inkişaf barəsində məlumat verən səfir F.Şəfiyev Azərbaycan-Kanada ikitərəfli iqtisadi-siyasi münasibətləri haqqında iştirakçılara ətraflı məlumat verib.

Qeyd edək ki, Ottava şəhərinin meri Cim Vatsonun (Jim Watson) müvafiq qərarı ilə 28 may 2011-ci il tarixi Ottava şəhərində “Azərbaycan Respublikası günü” elan edilib.

Link to comment
Share on other sites

5 ay ərzində 150 edam.

İranda 12 nəfər edam edilib

Bu ilin əvvəlindən indiyədək bu ölkədə edam olunanların sayı 150-yə çatıb

Ötən gün İranın ayrı-ayrı şəhərlərində ümumilikdə 12 nəfər edam edilib. Onlardan 5-i camaat qarşısında cəzalandırılıb. Bu barədə məlumatı İranın İRNA informasiya agentliyi yayıb. Agentliyin məlumatına görə, Qəzvin şəhərində 5 qadını qətlə yetirmiş qatil asılıb. Şiraz sakinləri isə 4 cinayətkarın edamına şahid olub. Onlardan 2-si zorlama, digər 2-si isə silahlı qarətdə günahkar bilinib. Yerdə qalan 7 nəfər isə narkotik ticarəti ilə məşğul olduğuna görə həyatları ilə vidalaşmalı olub.

Qeyd edək ki, bu il İranda edam olunanlarının sayı əhəmiyyətli dərəcədə artıb. Əgər ötən il ümumilikdə 200 adam edam edilmişdisə, bu ilin əvvəlindən indiyədək bu göstərici artıq150 nəfər təşkil edir.

Link to comment
Share on other sites

Bu günün tarixi (27.05.2011)

Azərbaycan xalq şairi Səməd Vurğunun vəfatından 55 il ötür

Miladi: 27 may 2011

Hicri: 24 Cəmadiül-axər1432

İlin 147-cü günü

İlin sonuna 218 gün qalır

1883-cü ildə Rus çarı III Aleksandr taxta çıxıb

1888-ci ildə fransız rəssamı Lui Dürey dünyaya gəlib

1901-ci ildə New Cersey, Edison "Storage Battery Company" adnida şirkəti təsis etdi

1905-ci ildə Rusiya-Yaponiya muharibə: Tsuşima (Tsushima) savaşı başladı

1927-ci ildə ABŞ - "Ford Motor Company" Əvvəl " Model T" maşınları düzəltmək üçün zavod alətləri dəyişdi

1932-ci ildə ingilis aktyoru Kristofer Li dünyaya gəlib

1935-ci ildə Türkiyədə həftə tətili cümədən bazara dəyışildi

1942-ci ildə türkiyəli Quran təfsiri alimi Elmalılı Muhamməd Həmdi Yazır vəfat edib

1944-cü ildə Türkiyədə latın hərfləri ilə ilk cümhuriyyət qızılı kəsildi

1956-cı ildə italyan kinorejissoru Cüzeppe Tornatore dünyaya gəlib

1956-cı ildə Azərbaycan xalq şairi Səməd Vurğun vəfat edib

1960-cı ildə Türkiyədə Silahlı Qüvvələrin (TSK) bir qrup zabiti hakimiyyəti ələ keçirir

1970-ci ildə ingilis aktyoru Cozef Fayns anadan olub

1977-ci ildə türkiyəli aktyor Gürkan Uygun (Memati) anadan olub

1983-cü ildə Coğrafiya elmləri doktoru, professor Ramazan Tarverdiyev vəfat edib

2001-ci ildə 53 ölkə Afrika Birliyini yaratdı

2008-ci ildə professor Elşad Quliyev vəfat edib

Link to comment
Share on other sites

Bu gün idmançılarımız Dünya Kubokunda mübarizəyə başlayırlar

Akademik avarçəkənlərimiz Münhen şəhərində qüvvələrini sınayacaqlar

Bu gün Almaniyanın Münhen şəhərində akademik avarçəkmə üzrə kişi və qadınlar arasında Dünya Kubokunun I mərhələsi start götürəcək. Nüfuzlu yarışda Azərbaycanı ilk dəfə 4 avarçəkən təmsil edəcək. Azərbaycan Milli Avarçəkmə Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, onların arasında qadın təmsilçimiz də olacaq.

Bu, 1 nəfərlik qayıqla (ASW 1X) 2000 metr məsafəyə yürüşə qatılacaq Natalya Mustafayevadır. Kişilərin yarışında isə 3 idmançımız çıxış edəcək. Yeniyetmələr arasında ikiqat dünya çempionu Aleksandr Aleksandrov 1 nəfərlik qayıqla (M1X), gənclər arasında 2010-cu il dünya çempionatının finalçıları Cavid Əfəndiyev - İqor Xmara dueti isə 2 nəfərlik yüngül çəkili qayıqla (LM 2X) 2000 metr məsafəyə yürüş edəcəklər.

Xatırladaq ki, Dünya Kubokunun I mərhələsində 46 ölkədən 779 akademik avarçəkən 357 qayıqda mübarizə aparacaq. Yarış 3 gün davam edəcək.

İnşallah qələbə ilə qayıdarlar. musulman:

Link to comment
Share on other sites

Rusiya Gürcüstanda etiraz aksiyasının yatızdırılmasını pisləyib

Rəsmi Moskva beynəlxalq ictimaiyyətin Mixail Saakaşvilinin hərəkətlərinə adekvat qiymət verəcəyinə ümid bəslədiyir

23059.jpg

Rusiya Tiflisdə hökumət əleyhinə keçirilmiş etiraz aksiyasının bu ölkənin xüsusi təyinatlıları tərəfindən amansız və qəddarcasına yatızdırılmasını insan haqlarının pozulması kimi qiymətləndirib. Bundan başqa rəsmi Moskva hələlik baş verənlərə reaksiya verməyə tələsməyən beynəlxalq ictimaiyyətin Gürcüstanın hazırkı prezidenti Mixail Saakaşvili rejiminin etirazçılara qarşı hərəkətlərinə adekvat qiymət verəcəyinə ümid bəslədiyini ifadə edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin bəyanatında deyilir ki, “Gürcüstan hüquq-mühafizə orqanlarının Tiflisdəki nümayişçilərə qarşı zorakı hərəkətləri insan haqlarının və söz azadlığının kobud şəkildə pozulması deməkdir. Biz ümid edirik ki, Gürcüstanda son baş verənlər təkcə beynəlxalq hüquq müdafiəçiləri deyil, həmçinin Saakaşvili rejimini dəstəkləyən dövlətlər tərəfindən də öz obyektiv qiymətini alacaq. Onun müxalifətə qarşı hərəkətləri qəbul edilmiş demokrtatik normaların pozulması deməkdir və bütün bu hallar ən ciddi şəkildə və beynəlxlq səviyyədə araşdırılmalıdır”.

P.S.Foto çox uğurlu alınıb :morqqqq:

Gürcüstanda artıq neçənci dəfədir ki, prezidentə qarşı iğtişaşlar baş verir. Onların nə istədyini anlamaq müşkül məsələdir.

Link to comment
Share on other sites

Milan, xəbərlərə görə təşəkkürlər. Natella Kərimovanı anlaya bilmirəm. Doğurdanmı Azərbaycanda belə bir mədəniyyətin formalaşmasını umur?

Dəyməz :rroza:

Məndə bizim şou-biznesi başa düşmürəm :roga:

Link to comment
Share on other sites

Azərbaycan şou-biznesinin ulduzları hansı maşınları sürür? - SİYAHI

27 MAY 2011 [11:21] - MİLLİ.AZ

Azərbaycanın şou-biznes təmsilçilərinin bəziləri bir yox, bir neçə avtomobilə sahibdir.

Milli.Az xəbər portalı Day.Az saytına istinadən yerli şou-biznes ulduzlarının avtomobillərini təqdim edir. Maşınların qiyməti ABŞ dolları ilə göstərilib. Hər avtomobilin qarşısındakı il isə onun buraxılış deyil, alındığı tarixi göstərir.

Müğənni Ədalət Şükürov

"Range Rover Westminster", 2008 - 220 000

"Pontiac", 2009 - 62 000

"Lexus LS", 460, 2010 – 80 000

"Infinity QX 56", 2011 - 124 000

Müğənni Nüşabə Ələsgərli

"Mercedes Gl 550", 2008 - 140 000

"BMW 745", 2006 - 78 000

Müğənni Xəyam Nisanov

"Mercedes ML", 2009 - 120 000

"Infinity M35", 2011 - 64 000

Müğənni Brilliant Dadaşova

"Audi Q7", 2007 - 120 000

Müğənni Xuraman Şuşalı

"Audi Q7", 2007 – 120 000

Müğənni Raqsanə İsmayılova

"Range Rover Vogue", 2011 – 100 000

Modelyer Fəxriyə Xələfova

"Audi Q7", 2007 – 80 000

Müğənni Faytonçu Nazim

"Mercedes S class", 2010 – 80 000

Müğənni Tünzalə Ağayeva

"Volkswagen Touareg", 2008 – 93 000

Meyxanaçı Namiq Qaraçuxurlu

"Lexus", 2007 – 70 000

Şoumen Kamran Həsənli

"Nissan Armada", 2007 – 55 000

Nəğməkar şair Baba Vəziroğlu

"Toyota Prado", 2008 – 60 000

Skripkaçı Ceyhun İsmayılov

"Lexus 570" 2010 – 140 000

Müğənni Almaz Ələsgərova

"Chevrolet", 2010 – 100 000

Müğənni Səməd Səmədov

"Toyota Land Cruiser", 2010 – 72 000

Teleaparıcı İlkin Həsəni

"Mercedes ML 350" 2010 – 44 000

Rəqqasə Oksana Rəsulova

"Hyundai Santa Fe", 2010 – 40 000

Rəqqasə Məryəm Süleymanova

"Kia Sportage", 2010 – 33 000

Müğənni Gunel Ələkbərova (Pişik Günel)

"Hyundai Sonata", 2010 – 30 000

Müğənni Aslan Hüseynov

"Hyundai Sonata", 2011 – 32 000

Müğənni Səfurə Əlizadə

"Volkswagen Golf", 2010 – 25 000

Teleaparıcı Nanə Ağamalıyeva

"Kia Solo", 2010 – 24 000

Şoumen Azər Axşam

"Kia Optima", 2011 – 23 500

Müğənni Mübariz Tağıyev

"Nissan Pathfinder", 2008 – 20 000

Milli.Az

URL: http://www.milli.az/news/showbiz/50324.html

Link to comment
Share on other sites

Yəməndə yeni toqquşmalar: 28 ölü

Son dörd gün ərzində bu ölkədə ölənlərin sayı 110 nəfərə çatıb

6767.jpg

Ötən gün Yəmənin paytaxtı Sənada hökumət qüvvələri ilə 32 ildir ki bu ölkəyə rəhbərlik edən prezident Əli Abdullah Saleh rejiminə müxalif olan nüfuzlu tayfalardan olan silahlılar arasında çıxan toqquşmalarda azı 28 nəfər həlak olub. Bununla da son dörd gün ərzində bu ölkədə ölənlərin sayı 110 nəfərə çatıb.

Yəmən silahlı qüvvələrinin bir neçə əsas komandirlərinin müxalifətin tərəfinə keçdiyi deyilir. Yəmən tayfa liderlərindən şeyx Sadiq əl-Ahmar ölkə başçısını istefa verməyə səsləyərək, əks təqdirdə onun ölkəni vətəndaş müharibəsinə sürüklədiyinə görə məsuliyyətə cəlb olunacağını bildirib.

Ötən günkü toqquşmalar həmçinin Səna hava limanının yaxınlarında da baş verib. Şəhərdə bir neçə partlayış səsləri eşidilib. Hökumət silah anbarlarının birində partlayışın baş verdiyini deyib. Müxalifət isə müxalif tayfa liderləinin istifadəsində olan binanın hökumət qüvvələri tərəfindən bombalanmaya məruz qaldığını iddia edir.

ABŞ-ın ardınrca Böyük Britaniya Xarici İşlər Nazirliyi də ölkə vətəndaşlarını dərhal Yəməni tərk etməyə çağırıb. Xarici işlər naziri Uilyam Heyqin sözlərinə görə, Yəməni tərk etmək zərurətini şişirdilmiş adlandırmaq olmaz

Link to comment
Share on other sites

Bu xəbər olmasaydı, təəccüblənərdim.

Məhkumların şərti azadlığa buraxılması prosesində rüşvət halları aşkarlanıb

Bunu Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov bildirib

Azərbaycanda qadın məhkumların cəza çəkdiyi 4 saylı müəssisədə məhkumların məhkəmənin hökmü ilə şərti azadlığa buraxılması prosesində neqativ hallar qeydə alınıb. APA-nın xəbərinə görə, bunu Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov bildirib.

Rəis müavininin sözlərinə görə, bir qədər əvvəl 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 20 məhkum məhkəmənin hökmü ilə şərti azadlığa buraxılıb. H. Əlixanov deyib ki, bu prosesin həyata keçirilməsində bəzi sui-istifadə və rüşvət alma halları da aşkarlanıb: “Bununla bağlı ciddi araşdırma aparılır və heç kimə güzəşt olunmayacaq”.

Link to comment
Share on other sites

Milan, Ədalət Şükürovdan xəbərim var idi. Dəfələrlə maşınlarını göstəriblər də. Kim nə alıb, sağlığına qismət. Amma doğurdan çox maraqlıdır axı, necə alıblar? Dindirəndə 6 metr uzunluqda dəsmal çıxarıb ağlayırlar, əsas da Məleykə Əsədova. Amma ən bahalı maşınları sürürlər.

Link to comment
Share on other sites

Milan, Ədalət Şükürovdan xəbərim var idi. Dəfələrlə maşınlarını göstəriblər də. Kim nə alıb, sağlığına qismət. Amma doğurdan çox maraqlıdır axı, necə alıblar? Dindirəndə 6 metr uzunluqda dəsmal çıxarıb ağlayırlar, əsas da Məleykə Əsədova. Amma ən bahalı maşınları sürürlər.

Bizim pullarımızla, cəmiyyətin (narodun :devil: ) pullarıyla :morqqqq:

Link to comment
Share on other sites

Azərbaycanda qadınların pensiya yaşı neçədir? – SİYAHI

27 MAY 2011 [11:49] - MİLLİ.AZ

Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı məsələyə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri Elman Babayev aydınlıq gətirib.

Milli.Az xəbər portalının məlumatına görə, 57 yaşı tamam olmuş oxucu Afət Mirzəyeva Day.Az saytına müraciət edərək, pensiya qeydiyyatı ilə bağlı problemlə üzləşdiyini bildirib. A.Mirzəyeva yazır ki, yeni qanuna əsasən, 57 yaşı tamam olduqdan 6 ay sonra pensiyaya çıxmalı olsa da, Nəsimi rayon Pensiya Fondundan ona pensiyaya 1 ildən sonra çıxa biləcəyini söyləyiblər.

Məsələyə aydınlıq gətirən Elman Babayev deyib: ““Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, 57 yaşında qadınların (bu yaş həddi qanuna edilən dəyişikiliyə uyğun olaraq 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı il yanvarın 1-dək hər il 6 ay artırılır) azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var. 2010-cu ilin 1 yanvarından “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər qüvvəyə minib. Həmin dəyişikliklərdən biri də odur ki, qadınların pensiyaya çıxma yaşı 2016-cı ilə kimi mərhələlərlə 57 yaşdan 60-a çatdırılacaq. Sizə müraciət edən xanımın 58 yaşı 2011-ci ilin dekabr ayında tamam olduğundan, əmək pensiyası hüququ da bu ilin dekabr ayında yaranacaq”.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun normalarına uyğun olaraq, 12 il əmək (sosial sığorta) stajına malik olmaq şərtilə qadınların pensiyaya çıxma yaşı belədir:

2011-ci ilin 1 yanvarından 58 yaş,

2012-ci ilin 1 yanvarından 58 yaş 6 ay,

2013-cü ilin 1 yanvarından 59 yaş,

2014-cü ilin 1 yanvarından 59 yaş 6 ay,

2015-ci ilin 1 yanvarından 60 yaş.

Milli.Az

URL: http://www.milli.az/news/economy/50325.html

Link to comment
Share on other sites

İslandiyada püskürmüş vulkanın Azərbaycana hansı təsiri ola bilər?

27 MAY 2011 [12:36] - MİLLİ.AZ

İslandiyada püskürmüş Qrimstvotn vulkanı Azərbaycan üçün heç bir təhlükə yaratmır.

Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, bunu Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun şöbə müdiri Adil Əliyev bildirib.

«Azərbaycanla İslandiya arasında məsafə çox böyükdür. Ötən il bu ölkədə Eyyafyatlayokudl vulkanı püskürən zaman onun külünün Azərbaycana da çata biləcəyini gözləsək də, bu, baş vermədi», - deyə A.Əliyev qeyd edib: «Bu vulkanın külü də Azərbvaycana gəlib çıxmayacaq».

Milli.Az

URL: http://www.milli.az/news/society/50360.html

Link to comment
Share on other sites

“Azərsu” əhaliyə su verilişi qrafikində dəyişiklik edib

27 MAY 2011 [14:35] - MİLLİ.AZ

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə su verilişi rejimlərinə dəyişiklik edib.

Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Səbail rayonunun Badamdar qəsəbəsi və “20-ci Sahə” ərazisində əhaliyə əvvəllər günaşırı su verilirdisə, indi istehlakçılar hər gün qrafiklə su ilə təmin olunur. Yasamal və Nəsimi rayonlarındakı abunəçilərin 85 faizindən çoxunun mənzilinə daimi su verilir. Halbuki bu göstərici indiyə qədər 60 faizə yaxın idi. Yeni rejimə keçiddən sonra Nərimanov rayonunda daimi su alanların xüsusi çəkisi 75 faizi keçib. Nizami rayonunun Q.Qarayev prospekti və Çobanzadə küçəsində yaşayan abunəçilərin də su təchizatının rejim qrafikinə artım edilib.

Bunlarla yanaşı, Bakıxanov və Hövsan qəsəbələrinə verilən suyun həcmi xeyli artırılıb. Əgər əvvəllər Bakıxanov qəsəbəsinə sutka ərzində cəmi 4-5 saat su verilirdisə, artıq bu müddət 10-12 saat təşkil edir. Amma Hövsan qəsəbəsində yeni yaşayış massivləri salınarkən mühəndis-kommunikasiyaların mövcudluğu və gücü nəzərə alınmayıb, “Azərsu” ASC ilə müvafiq razılaşmalar aparılmayıb. Buna görə həmin ərazilərdə paylayıcı şəbəkə yaradılmayıb və bu gün burda yaşayanların içməli su təminatında müəyyən problemlər var. Problem 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası müddətində köklu şəkildə həll olunacaq.

Qaradağ rayonunun Lökbatan qəsəbəsini içməli su ilə təmin edən magistral kəmərin yenidən qurulmasından sonra bu qəsəbənin sakinlərinin su təminatı da əhəmiyyətli dərəcədə yaxşılaşıb. İndi qəsəbədəki istehlakçıların 80 faizindən çoxu fasiləsiz su alır.

Binəqədi, Sabunçu qəsəbələrinin su təchizatının yaxşılaşdırılması istiqamətində də əməli tədbirlərə başlanıb. Qəbul olunmuş təxirəsalınmaz tədbirlər proqramına uyğun olaraq adıçəkilən qəsəbələrin su təchizatında uzunmüddətli fasilələr aradan qaldırılacaq. Burada yaşayanlar müsbət dəyişiklikləri bu yay hiss edəcəklər.

Gülər A.

Milli.Az

URL: http://www.milli.az/news/economy/50377.html

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Всплыли новые подробности в связи с подозреваемым в убийстве своих родителей в Сумгайыте - ОБНОВЛЕНО + ВИДЕО
      Стали известны новые подробности в связи с Фикретом Мамедовым, подозреваемым в убийстве членов своей семьи в Сумгайыте. 
      Согласно полученной Oxu.Аz информации, молодой человек был участником второй Карабахской войны. 
      Как стало известно Qafqazinfo, в ходе предварительного расследования было установлено, что он употреблял наркотики.
      Утверждается, что Ф.Мамедов часто требовал у родителей денег и поэтому дома между ними постоянно происходили конфликты. По аналогичной причине 8 апреля Фикрет подрался со своим другом детства. Полицейские, дежурившие рядом с местом происшествия, попытались задержать Мамедова, но тот оказал сопротивление.
      В тот же день на Фикрета Мамедова в 3-м отделении Сумгайытского городского управления полиции был составлен протокол по статьям 510 (мелкое хулиганство) и 535 (злостное неповиновение законному требованию работника полиции или военнослужащего) Кодекса об административных проступках. Суд оштрафовал подозреваемого на 150 манатов за совершенное деяние и освободил его.
      В настоящее время продолжается расследование с целью выяснения причин убийства.
      10:52
      Фикрет Мамедов подозревается в убийстве своих родителей в общежитии №18 в 41-м квартале Сумгайыта.
      Отмечается, что он предоставлял услуги такси. Некоторые из соседей заявили, что в семье время от времени возникали конфликты. 
      Однако одна из соседок сообщила Baku TV, что Фикрет был приветливым и спокойным, да и все члены семьи были очень дружелюбными.
      "Мы только услышали крики о помощи. Но когда мы пришли, было уже поздно", - сказала она.
      Подробнее - в сюжете.
      • 1 reply
    • Названы причины закрытия Бакинского французского лицея
      В Бакинском французском лицее (БФЛ) обнародовали причины приостановки деятельности спустя 10 лет работы.
        • Milli
        • Facepalm
        • Haha
      • 10 replies
    • Утопленные автомобили из Дубая могут оказаться в Азербайджане: как распознать «утопленника»? - ВИДЕО
      Интенсивные дожди, наблюдающиеся в Дубае (ОАЭ) в последние дни, затопили многие жилые районы города. Больше всего от этого пострадали автовладельцы, так как в результате природного явления множество машин разных марок оказалось под водой.
      Как сообщает Xezerxeber.az, в Азербайджан автомобили в основном импортируются с рынков США, Кореи и Дубая.
      Поскольку привезти машину из Дубая в Азербайджан можно в кратчайшие сроки, то есть за 15 дней, предприниматели предпочитают именно этот вариант. Данная ситуация говорит о том, что автомобили с «подмоченной репутацией» могут быть доставлены также и в нашу страну.
      По словам автомеханика Сахиля Агабейли, обычно бизнесмены покупают такие машины в несколько раз дешевле.
        Однако распознать такой автомобиль можно по нескольким признакам: следам плесени и ржавчины, а затем гнили, особенно в нижней части транспортного средства. Мастер отметил, что, лица, торгующие машинами, чистят и красят днище таких автомобилей. Покупатели также могут определить эти изменения.
      Автомеханик добавил, что, в отличие от автомобилей с двигателями внутреннего сгорания, стоимость ремонта «утопленников» выше. И вождение таких транспортных средств представляет риски даже после ремонта.
      Подробнее - в сюжете:
       
        • Haha
      • 6 replies
    • Эксперты ВОЗ обеспокоены по поводу возможности распространения птичьего гриппа среди людей
      Глобальное распространение вируса птичьего гриппа среди млекопитающих, включая людей, представляет собой серьезную проблему для общественного здравоохранения.
        • Upvote
        • Haha
      • 12 replies
    • Отца и друга азербайджанца, подозреваемого в убийстве москвича из-за парковки, задержали
      Отца и приятеля мужчины, которого подозревают в убийстве жителя Москвы возле дома в
        • Like
      • 108 replies
    • Почему результаты выпускного экзамена у мальчиков ухудшились по сравнению с девочками? - ВИДЕО
      Согласно статистике Государственного экзаменационного центра, результаты тестов у девочек выше, чем у мальчиков.
      Было отмечено, что начиная с 2001-2009 годов поступление девочек-абитуриентов в высшие учебные заведения стремительно росло.
      В 2010-2022 годах девочки превзошли мальчиков в этом соотношении.
        Эксперт по образованию Адиль Велиев считает, что причиной этого может быть то, что мальчики больше отвлекаются.
      Подробнее - в видео Xəzər TV.
       
        • Haha
      • 25 replies
    • Брат жестоко убитой в Казахстане Салтанат Нукеновой дал эксклюзивное интервью - ВИДЕО
      Жуткая, потрясшая всех история убийства хрупкой женщины ее мужем, возможно, не получила бы такой огласки, если бы не ее семья и брат. 
      Речь идет о громком деле об убийстве Салтанат Нукеновой ее мужем, экс-министром экономики Казахстана Куандыком Бишимбаевым. Внимание людей по всему миру сейчас приковано к трансляции судебного заседания - сможет ли влиятельный, состоятельный убийца избежать справедливого наказания? 
      Baku TV Ru поговорил с Айтбеком Амангельды, братом Салтанат, о погибшей сестре, о ее взаимоотношениях с мужем и семьей, о ее прошлом, о семьях Нукеновой и Бишимбаева, и о многом другом.
      В эксклюзивном интервью он также рассказал о том, повлияло ли данное дело на изменение взглядов общества, о психологе преступника, поступали ли угрозы ему от семьи Бишимбаева и т.д.
        Подробнее - в сюжете.
       

       
        • Like
      • 6 replies
    • Буллинг в школах и агрессия в обществе. Новый выпуск «Поговорим?» - ВИДЕО
      Журналист Гамид Гамидов в новом выпуске программы «Поговорим?» представил очередное видеоинтервью. И на этот раз формат передачи несколько отличался от предыдущих выпусков - кроме знакомого ведущего в данном выпуске приняли участие его коллеги – журналисты Джамиля Алекперова, Джавид Османов и Mick Bloom.
      Журналисты обсудили насущные социальные темы, связанные с насилием. Возникает ощущение, что с начала года количество новостей, которые «пугают», стало расти.
        Комментируя данную тенденцию, собеседники в своих обсуждениях затронули буллинг в школах, уважение к старшим и тему безнаказанности, поговорили о том, нужно ли закрывать тик-ток и, как можно сократить уровень агрессии в обществе...
      • 24 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...