Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Ən son xəbərlər və müzakirəsi


Recommended Posts

"Google" axtarış servisini niyə bağladı?

05 IYUL 2011 [13:04] - MİLLİ.AZ

Korporasiya bu qərarın müvəqqəti olduğunu deyir.

Milli.Az xəbər portalı AOL-a istinadən bildirir ki, internetin ən böyük axtarış servisinə malik "Google" korporasiyas real zaman axtarışını (Realtime Search) ləğv edib.

Hazırda "Realtime Search" funksiyasına müraciət edərkən ekranda "aranan URL ünvan serverdə tapılmır" məlumatı peyda olur.

"Google" təmsilçiləri bildirirlər ki, bu axtarış funksiyasının qapadılmasının səbəbi "Twitter" mikrobloqinq servisi ilə imzalanmış anlaşmanın vaxtının başa çatmasıdır. Müqavilənin şərtlərinə görə, servis "Twitter"də yazılmış materiallar arasında "Google"un axtarışlar aparmasına imkan verirdi.

"Google" qərarın müvəqqəti olduğunu bəyan eisə də, servisin fəaliyyətinin nə zaman bərpa ediləcəyi məlum deyil.

Milli.Az

URL: http://www.milli.az/news/hitech/56532.html

Link to comment
Share on other sites

  • Replies 461
  • Created
  • Last Reply

Top Posters In This Topic

Bakıda avtobus sürücüləri özlərindən marşrut icad edir

05 IYUL 2011 [13:09] - MİLLİ.AZ

Bakıda metronun "Neftçilər" - "Xalqlar dostluğu" stansiyaları - Yeni Günəşli qəsəbəsi marşrutu ilə hərəkət edən 264 saylı avtobusun sürücüləri marşruta əməl etmir.

Milli.Az xəbər portalının məlumatına görə, bunu oxuculardan biri Day.Az saytına yazıb. O, sürücünün öz istəyinə uyğun olaraq, fərqli yollarla hərəkət etdiyini bildirir.

Nəqliyyat Nazirliyinin rəsmisi Namiq Həsənov ictimai nəqliyyat sürücülərinin marşruta əməl etməyə borclu olduğunu bildirib.

"Bütün sərnişin avtobuslarının təsdiqlənmiş marşrutu var. Əgər buna əməl etməyən sürücülər varsa, qoy sərnişinlər Nəqliyyat Nazirliyinə, "Avtonəqliyyatservis" departamentinə, "Bakısərnişinnəqliyyat" MMC-yə müraciət edə bilər", - deyə N.Həsənov bildirib. Onun sözlərinə görə, sərnişinlər 567-85-21 saylı telefona zəng vurmaqla, şikayətlərini bildirə bilərlər.

Milli.Az

URL: http://www.milli.az/news/society/56534.html

Link to comment
Share on other sites

Telman İsmayılov 1 milyon dollarlıq avtomobili ilə Bakıda - FOTO

05 IYUL 2011 [13:14] - MİLLİ.AZ

Məşhur azərbaycanlı milyarder Telman İsmayılov Dünya Azərbaycanlılarının III Qurultayında iştirak etmək üçün Bakıya gəlib. APA-nın məlumatına görə, məşhur milyarder jurnalistlərə açıqlama verməyib.

Telman İsmayılov qurultayın keçirildiyi Heydər Əliyev Sarayına özünün “Rolls-Royce Phantom” avtomobili ilə gəlib. Xüsusi sifarişlə hazırlanmış, 1 milyon ABŞ dollarından baha olan avtomobil Türkiyədən təyyarə ilə gətirilib.

Hazırda Türkiyədə yaşayan Telman İsmayılov bu ölkədəki 1,4 milyard dollarlıq “Mardan Palace” otelinin sahibi, Ümumrusiya Azərbaycanlıları Konqresinin və Avrasiya Yəhudiləri Konqresinin vitse-prezidentidir.

Milli.Az

URL: http://www.milli.az/news/photos/56538.html

Link to comment
Share on other sites

Yorğunluğun qarşısını necə almaq olar? - ARAŞDIRMA - FOTO

07 IYUL 2011 [08:00] - MİLLİ.AZ

"Bezdim"! "Daha işə getmək istəmirəm"! "Halım yoxdur"! "Yatmaq istəyirəm"! Bu sözlər əgər sizdə vərdiş halını alıbsa, diqqətli olmağa dəyər.

Gündəlik iş rejimi, şəhər həyatı, tıxaclar, sosial problemlər, bütün bunların hamısı insan orqanizminin daha tez yorulmasına səbəb olur. Belə yorğunluq xroniki yorğunluqdur və yüngül istirahətlə keçib gedir. Statistikaya görə, xroniki yorğunluqdan ən çox qadınlar əziyyət çəkirlər.

Dünyanın və texnologiyanın sürətli inkişafı insan üçün çoxlu problemlər də gətirir. Bu gün demək olar ki, heç nədən bir anlıq bezməyən bir insanı tapmaq mümkün deyil. Bəs yorulmağımıza səbəb nələrdir?

Yorğunluğun yaranma səbəbləri

Ümumilikdə, yorğunluğun səbəbi çox ola bilər. Bunlara cəmiyyətdəki problemləri də daxil etmək mümkündür. Bundan əlavə, səhhətdə olan bəzi problemlər, məsələn, qan çatışmazlığı, müxtəlif infeksiyalar, qaraciyər, ürək və böyrək çatışmazlıqları, orqanizmdə vitamin və mineralın yetərincə olmaması, metobolik pozulmalar, hormonal problemlər, xərçəng xəstəliyi kimi ciddi problemlər yorğunluğun ilk göstəriciləridir. Yorğunluq, həm də tez-tez təkrarlanan və uzun müddət davam edən stress, yuxu pozğunluğu, depressiya və digər psixoloji problemlərin təsirindən də yarana bilər. Spirtli içkilər və siqaret də yorğunluğa səbəb olur. Mütəxəssislər yorğunluğu önləmək üçün öncə düzgün bəslənməyi məsləhət görürlər.

"Keçib gedər" deməyin!

Əgər insanın özünü əzgin hiss etməsi istirahətlə keçib getmirsə, deməli, orqanizmdə ciddi problemlər vardır. Bunun üçün həkim müayinəsindən mütləq keçmək lazımdır. Ona görə də xroniki yorğunluq problemini mütləq vaxtında həll etmək lazımdır. Orqanizm fasiləsiz yüklənsə, səhhətdə çox ciddi problemlər yarana bilər.

Qan azlığı və dəmir çatışmazlığı yorğunluğa gətirib çıxarır

Yorğunluğa ən çox səbəb olan amillərdən biri qan azlığıdır. Tibbdə anemiya adlandırılan bu hal orqanizmdə dəmir çatışmazlığından yaranır. Qadınlarda daha çox müşahidə edilən qan azlığının qarşısını almaq üçün tərkibində dəmir olan qidalara üstünlük verilməlidir. Müəyyən günlərdə yumurta, həftədə 2-3 dəfə qırmızı ət və dəmirin orqanizmə sorulmasını sürətləndirən C vitamini ilə zəngin meyvə və tərəvəzlərin qəbuluna diqqət etmək lazımdır. O cümlədən, qan artıran B qrupu vitaminləri ilə zəngin qaraciyər, dalaq, balıq, süd, pendir, paxlalı bitkilər və s. qidalar daha çox istehlak edilməlidir. Çox tünd çay və qəhvə orqanizmdə dəmirin sorulma prosesini zəiflətdiyi üçün yeməkdən sonra qəbul edilməsi düzgün deyil. Quru meyvələr, çərəzlər də dəmirlə zəngindir. Həmçinin, onların tərkibində qan şəkərini nizamlayan maddələr vardır.

Adətən, insanlar yaz və yay aylarında özlərini yorğun hiss edirlər. Bu da, təbii ki, mövsümi dəyişikliklə əlaqədar ola bilər. Soyuq aylardan çıxan orqanizmin şəraitə adaptasiya olunması, uyğunlaşması üçün bir az zaman lazımdır. Ona görə də yay aylarında istirahət etmək vacibdir. Hər şeyin bol olduğu mövsümdə qida rasionu xüsusilə zənginləşdirilməlidir.

Yorğunluğu azaltmaq üçün mütəxəssislər bunları məsləhət görürlər:

1. Gündəlik qidalanmanı 4-5 paya bölün.

2. Az-az və tez-tez yeyin.

3. Ağ, rəfinə edilmiş taxıl məhsullarının yerinə, qara, rəfinə edilməmiş çovdarlı, yulaflı və kəpəkli qidalara üstünlük verin.

4. Gün ərzində 8-10 stəkan maye qəbul edin.

5. İdmanla məşğul olarkən və ya çox hərəkətli işlər görərkən tərləyirsinizsə, meyvə suları, meyvə şirələri daha çox için.

6. Yağlı qidalardan mümkün qədər uzaq olun.

7. Xüsusilə, axşamlar tərəvəzli yeməklər yeyin.

8. Spirtli içki qəbulunu azaldın.

9. Qızardılmış yeməklərdən qaçın. Onların yerinə, sobada qaynadılmış və buğda bişmiş yeməklər yeyin.

10. Özünüzü yorğun hiss etdiyinizdə, banan, çiyələk və kivi yeyin.

11. Normal yuxunuzu alın. İnsan sutka ərzində 7-8 saat yatmalıdır.

12. Təbiət qoynuna çıxın. Açıq havada, oksigenin zəngin olduğu yerlərdə daha çox gəzişin. Yaşıl sahələr beyni dincəldir.

Vitaminlər həyat qaynağımızdır

Vitamin çatışmazlığının da orqanizmdə yorğunluğun meydana gəlməsinə güclü təsiri vardır. Vitamin və mineralların fizioloji təsirləri ruhi faktorlarla birləşib insan orqanizmində müəyyən təsirlər yaradır.

Hər gün orqanizmin vitamin və minerallara ehtiyacı vardır. Avropada aparılan araşdırmalara görə, orqanizm möhkəmlənməsi üçün yetərli olmayan enerjini sərf etdiyi zaman başda xroniki yorğunluq kimi müxtəlif problemlər yaradır. Yəni orqanizm ona lazım olduğunu almayanda, boşuna enerji sərf eləmiş olur. Bu da orqanları yorur.

İngiltərənin Northumbria Universitetində beyin, performans və qidalanma üzrə tədqiqatlar aparan mərkəzin direktoru professor Dr. David Kennedi tərəfindən reallaşdırılan “Svit” adlı araşdırmada son nəticə belə olub: xroniki yorğunluqla mübarizə etməkdə vitamin və mineral birləşmələrinin təsiri böyükdür. Dr.Kennedi bu qənaətə gəlib ki, yüksək kalorili qidalar heç də zəngin vitamin və mineral qaynağı deyil. Hər bir fərdin vitamin və minerallara olan ehtiyacı müxtəlifdir və yaşından asılı olaraq dəyişir. 30-55 yaş arasındakı qadınlar üzərində aparılan təhlillərə əsasən, vitamin və minerallarla zəngin olan qidalar qəbul edənlərdə iş zamanı yorğunluq, diqqət cəmləmə pozğunluğu yaranmır. Onlar özlərini daha xoşbəxt hiss edirlər.

Yorulmayaq deyə...

Həkim mütəxəssis Təfəkkür Abbaslı xroniki yorğunluğun iki hissəyə ayrıldığını deyir. "Fiziki və zehni gərginlikdən yaranan yorğunluq vardır. Fiziki gərginlikdən olan yorğunluq dayanmadan işləyən və fiziki fəaliyyətlə məşğul olan insanlarda yaranır. Belə insanlar yorğunluğun qarşısını almaq üçün tez-tez fasilə verməli, ürəyi gücə salmamalıdırlar. Ümumiyyətlə, orqanizmə istirahət verilməlidir. Zehni yorğunluq fasilə vermədən oxuyanda, zehni işlə məşğul olanda, kompüter qarşısında çox oturanda yaranır. Bunun qarşısını almaq üçün isə hər 30 dəqiqədən bir 5-15 dəqiqə ara verməli, uzaq məsafəyə insanı qıcıqlandırmayan sahələrə, beyni dincəldən yaşıllığa baxmaq lazımdır. Göz, zehin yorulmasın deyə, hər şeyi pilə-pillə etmək lazımdır. Yadda saxlamaq lazımdır, zehni işlə məşğul olanlar fiziki işlə məşğul olanlardan çox kalori sərf edirlər. Ona görə də orqanizmin qidalanmasına da ciddi fikir vermək lazımdır.

Ürək və şəkər xəstələri, immuniteti zəif olanlar isə orqanizmin yorulmaması üçün xüsusi rejimdə olmalıdırlar. Yəni tez-tez dincəlməli, təbiət qoynuna çıxmalı, sakitləşməyi bacarmalıdırlar. Onlarda immunitet zəif olduğu üçün həkim məsləhəti ilə bəslənmədə müəyyən qaydalara və pəhrizlərə riayət etməlidirlər. Tez-tez istirahətə vaxt ayırmaq bütün insanların sağlamlığı üçün vacibdir.

Xroniki yorğunluqdan uşaqlar da əziyyət çəkir

Uşaqların orqanizmi daha həssas olduğu üçün ətrafda baş verənlərdən daha çox təsirlənir. Ailə və məişət problemləri onlarda da yorğunluq yarada bilər. Şagirdlər, ali məktəbə hazırlaşan abituriyentlər və sessiya imtahanlarına hazırlaşan tələbələr isə zehni fəaliyyətlə daha çox məşğul olduqlarından, istirahətə daha çox önəm verməlidirlər. Fasilələrlə oxumalı və təbiət qoynunda daha çox vaxt keçirməlidirlər. Qidalanmada isə zehni gücləndirən məhsullara daha çox üstünlük verməlidirlər.

Yay dincəlmək üçün bir fürsətdir

Dünyada, eləcə də Azərbaycanda obyektlərin, iş yerlərinin çoxunda məzuniyyət yay aylarında götürülür. Nəzərə alsaq ki, ölkəmizin zəngin turizm zonaları, istirahət məkanları vardır, onda yorğunluğu çıxartmaq üçün təbiətin qoynuna səyahətə çıxmağa dəyər. Təbiət qədər insana şəfa verən ikinci bir yer yoxdur.

Vüsalə

Milli.Az

URL: http://www.milli.az/news/health/54008.html

Link to comment
Share on other sites

“Facebook” videoçat xidmətini istifadəyə verdi

07 IYUL 2011 [09:07] - MİLLİ.AZ

Sosial şəbəkənin istifadəçiləri “Skype” vasitəsilə videoçat rejimində əlaqə saxlaya biləcəklər.

Milli.Az xəbər portalı ANS PRESS-ə istinadən bildirir ki, “Facebook” sosial şəbəkəsinin istifadəçiləri “Skype” vasitəsilə videoçat rejimində əlaqə saxlaya biləcəklər. Bunu “Facebook”un yaradıcısı Mark Zukerberq bildirib. Onun sözlərinə görə, “Facebook” və populyar internet-telefoniya xidməti “Skype” yeni əlavəni istifadəyə veriblər. Bu xidmət istifadəçilərə birbaşa profil səhifələrində videoçat rejimində əlaqə yaratmaq imkanı verib.

Bu sövdələşmə “Skype” üçün ilk növbədə daha geniş auditoriyaya çıxış deməkdir. Çünki “Facebook” istifadəçilərinin sayı 750 milyon nəfər təşkil edir. Analitiklər hesab edirlər ki, gələcəklə “Facebook” “Google”nin yeni sosial şəbəkə xidməti ilə rəqabət aparmalı olacaq. “Facebook”un yeni rəqibi fəaliyyətə başlayan gündən öz istifadəçilərinə videokonrans xidmətini təqdim edib.

Bundan başqa, “Facebook” qrup mətn çatını da təqdim edib. Bu çat sosial şəbəkənin istifadəsilərinə bimr neçə dostla eyni vaxtda ünsiyyət qurmaq imkanı verəcək. Anadoji xidməti “Google+” sosial şəbəkəsi hələ ötən həftə yaradıb.

“Facebook”da qrup söhbətinə dəvət edilən istifadəç kompyuterdən uzaqdadırsa, sonradan çatın tarixçəsini oxuya da biləcək. Mark Zukerberq bildirib ki, “Facebook”un çatının dizaynında cüzi dəyişiklik edilib.

Milli.Az

URL: http://www.milli.az/news/hitech/56857.html

Link to comment
Share on other sites

Azərbaycanlı rəqqasə: "Rəqs etmək sənlik deyil axı!" - MÜSAHİBƏ

07 IYUL 2011 [09:30] - MİLLİ.AZ

"Rəqs edə bilmirsən, özünə başqa sənət tap!"

Dövlət Rəqs Ansamblının solisti, xalq artisti Təranə Muradovanın Milli.Az xəbər portalına müsahibəsi.

- Rəqsdən anlayışı olmayan şəxslər özlərini rəqqasə (rəqqas) kimi önə çəkirlər. Hətta, abırsız vəziyyətdə milli rəqslərimizə xələl gətirirlər...

- Bəli, sizinlə razıyam. Bu gün rəqs sənətində özfəaliyyətlər çoxalıb. Hətta, təhsil almayan insanlar dərs keçirlər, restoranlarda, şadlıq saraylarında rəqs edirlər. Azərbaycan rəqs sənəti hər zaman yüksək səviyyədə olub. Amma hazırda gənclərin rəqslərimizə ciddi yanaşmaqlarını istəyirəm. Mənim üçün heç xoş olmur ki, peşəkar olmayan rəqqas restoranlarda rəqs etsin. Yaxud hər hansı bir məclisə dəvət alırsan və orada rəqsi bacara bilməyən, amma rəqslə məşğul olan uşaqla rastlaşırsan.

Bizim çox yaxşı milli rəqslərimiz var: “Naz eləmə”, “Tərəkəmə” və s. Bu cür rəqslərimizi dünyada Əminə Dilbazi, Roza Cəlilova, Afaq Məlikova və başqa peşəkar rəqqasələrimiz nümayiş etdiriblər. Bu cür gözəl rəqslərimizi qorumaq, gizlətmək lazımdır. Çünki imkan vermək olmaz ki, rəqslərimiz restoranlarda, kafelərdə, klublarda əcaib formada kimlərsə tərəfindən oynanılsın.

Hazırda peşəkar rəqqaslardan, mütəxəssislərdən ibarət münsiflər heyəti təşkil edib, rəqslərimizi qeydiyyatdan keçirmək istəyirik. Məqsədimiz özfəaliyyətlə məşğul olan, rəqsdən anlayışı olmayan insanlara qarşı ciddi tədbir görməkdir. Çünki milli rəqslərimiz toxunulmazdır! Digər bir məsələ isə xaricdən gələn qonaqlarımızın qarşısında həmin insanların rəqs etməsidir ki, bu da bizi narahat edir. Axı əcnəbilər rəqslərimizi niyə peşəkarın ifasında deyil, qeyri-peşəkarın ifasında görsünlər?! Sonra da peşəkar olmayanların ucbatından ölkəmiz haqqında neqativ fikirlər formalaşır. Axı niyə desinlər ki, Azərbaycanda rəqs etməyi bacarmırlar, yaxud şou göstərə bilmirlər? Hara gedirsən, ya pis oxuyanlar, ya da pis rəqs edənlər!.. Bu cür xoşagəlməz halların qarşısını almaq üçün həmin komissiyanı yaratmaq fikirindəyik.

- Ümumiyyətlə, qeyd etdiyiniz xoşagəlməz hallara qarşı hər hansı dövlət orqanına müraciət etmisiniz?

- Xeyr, müraciət etməmişik. Amma aksiyalar keçiririk, iclaslar təşkil edirik. Onu da deyim ki, peşəkar rəqqasələr restoranlarda az çıxış edirlər. Yalnız onlar pula ehtiyacı olduqda, restoranlara müraciət edirlər. Bundan başqa, həmin insanların maaşları da az olduğundan, üstəlik, gündəlik təlabatlarını təmin etməkdə çətinlik çəkdiklərinə görə, məcbur olub restoranlarda rəqs edirlər. Şəxsən mən, gündə restoranlarda rəqs etsəm, mənim üçün çox pis olar. Ona görə ki, öz peşəkar simamı, peşəkar səviyyəmi itirəcəyəm.

Amma iclaslarda çıxış edərkən, mənə deyiblər ki, axı onlar pul qazanmaq üçün çalışırlar? Cavabında dedim ki, onların rəqs etməsinə qarşı gəlmirəm, yalnız peşəkarcasına, rəqslərimizə xələl gətirmədən çıxış etsin. Bunun üçün də rəqs xoreoqrafiya məktəbini bitirsinlər. Təhsil alsın ki, daha da peşəkar səviyyəyə yüksəlsin və rəqsimizi təmsil etsin. Amma rəqs etmək sənlik deyil axı! Rəqs edə bilmirsən, özünə başqa sənət tap!

Hər zaman demişəm: “Sənətdən qorxmaq lazım deyil, sənəti sevmək lazımdır!” Rəqqasə olmasaydım, başqa bir sənətə üz tutardım. Hazırda rəqslə yanaşı, ictimai işlərlə də məşğul oluram. İxtisasca hüquqşünas olmağım ictimai məsələlərdə çalışmağıma imkan verir. Nə vaxtsa rəqqasəliklə məşğul olmasam, hüquq sahəsində çalışacağam. Allahın yazdığı taledir, bimək olmur ki, gələcəkdə bizi nə gözləyir. Ev yığışdırmaq, süpürmək eyib iş sayılmır. Xarici ölkələrdə dağ kimi kişilərin, xanımların ev yığışdırmaqlarının, idarədə təmizlik işləri ilə məşğul olmaqlarının şahidi olmuşam. Həmin insanlar alnının təri ilə pul qazanırlar.

Ümumiyyətlə, tək özüm deyil, Azərbyacan Dövlət Rəqs Ansamblı, Mahnı Rəqs Ansamblı da çalışır ki, rəqs sənətimizi daha da inkişaf etdirək. Amma müəyyən problemlərlə üzləşirik. Belə ki, Dövlət Rəqs Ansamblının tərkibində 150-200 nəfər rəqqas ya olar, ya olmaz. Səbəb isə ştatda yerlərin az olmasıdır. Yetərincə peşəkar rəqqasələrimiz (rəqqaslarımız) də, potensialımız da var ki, özümüzü layiqincə və hətta, artıq dərəcədə təmsil edək. Biz çalışırıq ki, elə bir sistem quraq ki, rəqqaslara yuxarıdan aşağı baxılmasın. Düşünürəm ki, hər bir peşəkar rəqqas Azərbaycanın simasıdır.

- Restoranlarda, şadlıq saraylarında “rəqqasələrin” çıxışını qeyd etdiniz. Amma nəzərə alın ki, tanınmış rəqqasələr Məryəm Süleymanova, Fatimə Fətəliyeva, Oksana Rəsulova da restoranlarda, şadlıq saraylarında çıxış edirlər. Həmin rəqqasələri peşəkar, yaxud qeyri-peşəkar adlandırmaq olarmı?

- Məryəm Süleymanova xoreoqrafiya məktəbini bitirib. O, peşəkardı. Amma Fatiməyə, Oksanaya pis rəqqasə deyə bilmərəm. Çünki onlar öz üzərilərində çalışırlar, müəllimlərə müraciət edirlər, geyimlərinə diqqət yetirirlər, rəqsləri üçün fonoqram axtarışında olurlar. Onlar rəqsləri ilə restoran səviyyəsini stabil vəziyyətdə göstərə biliblər. Amma restoran ifaçıları ilə, səhnə ifaçıları fərqlidirlər.

Həmin xanımlar nə aşağı, nə də ki yuxarı səviyyədə rəqqasələrdirlər. Onlar normal, orta səviyyəli rəqqasələrdir. Hərdən mənimlə də məsləhət edirlər və lazımı köməkliyimi əsirgəmirəm.

- İctimai fəalyyətiniz nə yerdədir?

- Azərbaycan-Avstriya cəmiyyətinin sədriyəm. Bu yaxınlarda Avstriyada böhranla bağlı sponsorlarla müəyyən problemlərimiz oldu. Amma hazırda problem demək olar ki, aradan götürülüb. Hər zaman xəstə uşaqları diqqətimizdə saxlayırıq. Tez-tez çalışırıq ki, taun sindromu, QİÇS-lə bağlı aksiyalar keçirib, yeniyetmələri maarifləndirək. Həmin uşaqlar üçün rəqslər qururam. Xeyriyyə tədbirləri keçiririk. Ümumiyyətlə, kim mənə müraciət edirsə, sevə-sevə ona kömək edirəm.

Təşkilatçılıq işlərini çox yaxşı bacardığım üçün mənə tez-tez müraciət olunur. Bu yaxınlarda, Gürcüstanın tanınmış sənətçisi, yaxın dostum Tamara Qverdtsiteli Bakıya gəlmişdi. Onun Bakıda konsertinin təşkil olunmasına kömək etdim və çox möhtəşəm konsert proqramı ilə Azərbaycan tamaşaçısı qarşısında çıxış etdi. Tamara xanım Bakı haqqında, Müslüm Maqomayevin repertuarından mahnılar oxuyanda tamaşaçılar heyrətlənmişdi. Onunla birgə müxtəlif xeyriyyə tədbirləri hazırlayırıq, yaxın günlərdə ictimaiyyətə təqdim edəcəyik.

- Hazırda Dövlət Rəqs Ansamblının repertuar seçimində nə kimi dəyişikliklər oldu?

- Bu il Heydər Əliyev adına Sarayda Dövlət Rəqs Ansamblının 40 illik yubileyi keçirildi. Konsertimizin birinci hissəsini klassik və milli, ikinci hissəsini isə müasir rəqslə davam etdirdik. Sonda isə necə ki, milli rəqslə başlamışdıq, eləcə də milli rəqslə yekunlaşdırdıq. Bu da repertuarımlzda baş vermiş dəyişiklik. Bundan başqa, inşallah, sentyabrın 29-u Moskvada Çaykovski adına Sarayda konsertimiz olacaq. Bu barədə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Rusiya Mədəniyyət Nazirliyi arasında danışıqlar gedir. Orada da iki böyük hissədən ibarət konsert proqramı ilə çıxış edəcəyik. Repertuarımızda milli rəqslərimizə daha geniş yer ayıracağıq.

Fuad Mədətov

Milli.Az

URL: http://www.milli.az/news/showbiz/56830.html

Link to comment
Share on other sites

Hərbi hissələrdə xüsusi rejim elan edildi

07 IYUL 2011 [10:47] - MİLLİ.AZ

Azərbaycanda havaların isti keçməsi ilə əlaqədar hərbi hissələrdə xüsusi rejim elan edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlu Trend-ə bildirib ki, bununla bağlı müdafiə naziri Səfər Əbiyev müvafiq əmr imzalayıb.

Eldar Sabiroğlu bildirib ki, əmrə görə, hərbi hissələrdə əsgərlər isti hava şəraiti ilə əlaqədar saat 11:00-dan 17:00-dək kazarma şəraitində saxlanılır.

Nazirlik rəsmisinin sözlərinə görə, məqsəd əsgər və zabitləri istidən və onun doğurduğu fəsadlardan, ilk növbədə, günvurmadan qorumaqdır.

Son həftə ərzində Azərbaycan ərazisində havanın hərarəti yüksəlib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 42 dərəcəyə çatacaq.

Milli.Az

URL: http://www.milli.az/news/society/56897.html

Link to comment
Share on other sites

Yerli şou-biznes yenidən bir arada - FOTOSESSİYA

07 IYUL 2011 [09:00] - MİLLİ.AZ

Yerli restoranların birində Lider TV-nin yeni layihəsi olan “Təmir menyusu” verilişinin təqdimat mərasimi keçirilib. Milli.Az xəbər portalının məlumatına görə, tədbirdə yerli-şou-biznes nümayəndələri çoxluq təşkil edib.

Qonaqlar sırasında Natəvan Həbibi, Samir Cavadzadə, Safura Əlizadə, Arzum Xəlilova, Niyam Səlami, Emin Bədəlov, Xatun, Samira, “Next” qrupu, “Qala” qrupunun üzvü Ceyhun, DJ Çina, stilist Samir Əliyev və Lider telekanalının Lamiyə Ələkbərova, Zabir Əliyev, Zemfira Adigözəlova, Novruz, Murad kimi məşhur aparıcıları iştirak edib.

Gecənin aparıcılıq missiyasını öz üzərlərinə, elə yeni verilişin layihə rəhbəri və aparıcısı Elçin və “Qızıl Pillə” Zema götürüb. Mərasimi idarə edən simalar səhnədə əsl şou yaradıblar.

Tədbirin ən maraqlı məqamlarından biri də Natavən Həbibi ilə Samir Cavadzadənin mehriban münasibəti oldu. Həmkarlar şirin-şirin söhbət edib, zarafatlaşırdılar. Samirlə Natəvanı kənardan izləyənlərin ağlına ilk olaraq, onların Röyaya qarşı “kompaniya” təşkil etdikləri gəlir. Axı onlar bir zamanlar dostluq etdikləri müğənni Röya ilə düşmən münasibətlərindədirlər.

Yerli şou-biznesin toplaşdığı məkanda digər maraqlı məqam isə müğənni Xatunla Natəvan Həbibi arasında yaşanan soyuq münasibət oldu. Tərəflər biri-birini danışdırmırdılar.

Mərasimin digər bir hissəsi eyniadlı jurnalın ilk sayının buraxılışı idi. Belə ki, “Təmir menyusu” tək veriliş deyil, jurnal şəklində də çap olunacaq.

Məlumat üçün bildirək ki, jurnalın layihə rəhbəri Emin Abbasov, baş prodüseri Elçin Qorçuyev, baş redaktor Zabir Əliyev, fotoqraf Ulvi Daşdəmirli, dizayner Elçin Qorçuyev və Samir Vahidovdur.

Mələk

Milli.Az

URL: http://www.milli.az/news/photos/56816.html

Link to comment
Share on other sites

Elimizin toy kimi adəti var

07 IYUL 2011 [10:40] - MİLLİ.AZ

Gəlinlə qayınata arasında olan “pərdə” anlayışı elə toy günü götürülür.

Toy xalqımızın ən qədim adətlərindəndir və özünəməxsusluğu ilə seçilir. Hələ “Kitabi-Dədə Qorqud” dastanında toy adətlərimizi detalları ilə görürük. Məsələn, elin gənc oğlanları at çapmaqda, ox atmaqda yarış keçirər, pəhləvanlar güclərini sınayar, toya qırx gün, qırx gecə hazırlıq görülərdi.

Bütün adətlər olduğu kimi toy ənənələri də günü-gündən deformasiyaya uğrayır. Bu gün həmin adətlərin təəssüf ki, çox az bir hissəsi hələ ki yaşayır. Toylarımızın vəziyyəti ilə bağlı dəfələrlə tənqidi məqalələr yazılsa da, nədənsə bunun elə də təsiri olmur. Artıq toylarımıza baxarkən onun Azərbaycan, yoxsa başqa millətin toyu olduğunu müəyyən etmək çox çətindir. Gəlinin geyimindən tutmuş qonaqların davranışına qədər hər şey nə Avropa standartlarıdır, nə də Azərbaycan. Gəlinlə qaynata arasında olan “pərdə” anlayışı elə toy günü götürülür. Gəlin zala daxil olur, ilk iş də hamının qarşısında həyat yoldaşı ilə şərab içmək olur. Sonra da elə ilk mahnı dəvətində yerlə sürünən donunu qaldırıb “şıdırğı“ gedir.

Toy bəylə gəlinin ən yaxın insanları ilə birlikdə qeyd edəcəkləri ən özəl gündür. Demək olar ki, ayda bir neçə dəfə getdiyimiz toylarda nələr müşahidə edirik? Valideynlər bu zamana qədər kimin toyuna gediblərsə “borcumu qaytarsın” deyib çağırırlar. Nəticədə toy bir-birini tanımayan insanların toplandıqları məkan olur. “Avropa standartlarına" uyğun qurulan toylarımızda israfçılıq ən dözülməz hallardandır. Belə ki, hazırlanan çeşid-çeşid salatların, yeməklərin bir çoxunun tərkibindən xəbərsiz olan qonaqlar onlara heç toxunmur da. Beləliklə qohum-tanışdan borc alaraq süfrədə yemək çeşidlərini artırsalar da onların elə qoyulduğu kimi də qalması mənasız xərc olduğunu sübut edir. Nəticədə nə qonaqlar, nə də toy sahibi razı qalmır. Həmin yeməklərin hansı keyfiyyətdə hazırlanması, saxlanma şəraiti və s. bunlar başqa yazının mövzusudur.

Toya çağrılan qonaqların davranışı isə daha böyük problemdir. Demək olar ki, hər toyda oynamaq üstündə dava düşür. Toy başlayandan bir neçə saat sonra artıq spirtli içkinin təsirindən özünü idarə edə bilməyən insanların toplandığı bir məkan olur. Biri “bu mənim havamdır” deyib hamını oturmağa məcbur edir, bu zaman da digərlərinin narazılığına səbəb olur. Oynamaqları da oynamaq ola düşünəsən ki, toyu maraqlı etmək istəyirlər. Amma elə ən böyük rüsvayçılıq da bu zaman başlayır. Gənclər bir yana yaşlı kişilər xarici mahnıları elə əcaib formada oynayır ki, düşünürsən bayaqdan mənimlə ədəb, mərifətdən danışan bu deyildimi? Bəziləri elə hesab edir ki, toy ancaq bunlar üçündür və eyni mahnını dəfələrlə çaldırıb oynayırlar. Kimsə də mahnını dəyişmək istəyəndə dava başlayır. Artıq iş o yerə çatır ki, toy sahibi belə onları sakitləşdirə bilmir, bu ya polis müdaxiləsi ilə həll olunur, ya da cinayətlə nəticələnir.

Bu tip hallar sanki adət halını alıb. Sonuncu olay - gəlinlə-bəyin həyatlarının ən xoş günündə döyülməsi rüsvayçılığın kulminasiya nöqtəsi oldu. Aylar, bəzən illərdir məhz toy günü üçün hazılaşan insanlar bu günün ən gözəl formada təşkili və keçirilməsi üçün çalışır, bu günü xəyalını qurur, sonda isə hansısa özünü idarə edə bilməyən biri bütün hazırlıqları, çəkilmiş əziyyəti bir anın içində məhv edir, bəlkə də toy səbəbkarlarının heç zaman xatırlamaq istəməyəcəkləri bir günə çevirirlər. Özünü idarə edə bilməyənlər kiminsə valideynidir və maraqlısı budur ki, onlar sabah da övladlarından hörmət etmələrini tələb edirlər. Axı axşam toyda atasının yerə uzanaraq oynadığını görən bir uşaqdan hansı sayğını tələb edə bilər. Və tələb bir tərəfə, bu uşağın valideyninə olan inam və güvəninə birbaşa təsir edir.

Valideynlərin övladlarının toyundakı hərəkətləri daha diqqət çəkəndir. Yəqin hamınız “Bəyin oğurlanması” filminə baxmısız. Orada da gördüyümüz kimi qız atası yalnız qızını yola salır, yəni atanın qız toyunda iştirakı el arasında heç də xoş qarşılanmazdı. Amma indi qız atası bütün toy boyunca ortadan çıxmır. Kişilərin oynamağı bir yana, qadınların toylardakı hərəkəti Azərbaycan qadının əxlaqi dəyərləri ilə heç uyğun gəlmir. Bizim qadınlar öz isməti, davranışı ilə hər zaman fəqləniblər. Amma bu gün toylarda qadınlarımız əcaib rəqsləri ilə heç də kişilərdən geri qalmır.

Yəqin hamınız İ. Şıxlının “Dəli Kür” əsərinə çəkilmiş eyni adlı filmdə Cahandar ağanın Hacı Sadığın məclisində oynayan bacısını necə qəzəblə oradan aparması və hadisələrin sonu hamınızın yadındadır. Nədənsə toyda qadınların qəribə rəqslərini görəndə ilk ağlıma gələn məhz həmin səhnə olur. Əlbəttə, onun bacısını öldürməsinin tək səbəbi onun həmin məclisdə əcaib rəqslər etməsi deyildi, şübhəsiz mən düşünmürəm ki, həmin qadınları öldürsünlər. Amma istənilən halda ağlıma gələn ilk sual olur ki, bu xanımın valideynləri hara baxır? Bundan başqa “YouTube” kimi məşhur saytda bu tip toylarda çəkilmiş yüzlərlə belə video görüntülər var. Təəssüf ki, Azərbaycan toyları deyə axtararkən ilk qarşıya çıxan da elə bunlar olur və bu da ölkənin imicinə təsir edən amilərdəndir. Beləliklə iki gəncin həyatlarını birləşdirdikləri və ən özəl günləri valideynlərin istəyi, çağrılan qonaqların “səyi” ilə bütün özəlliyini və gözəlliyini itirir.

“Olaylar”

URL: http://www.milli.az/news/society/56887.html

Link to comment
Share on other sites

Quduz suitilər və təhlükəli meduzalar: Abşeron çimərliklərində bizi nə gözləyir?

07 IYUL 2011 [11:22] - MİLLİ.AZ

Azərbaycanda çimərlik mövsümünün açılması ilə Bakı sakinləri sərinləmək üçün kütləvi şəkildə dənizə üz tutur.

Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, insanlar çimərliklərdə dincəlməklə yanaşı, bəzi təhlükələrlə də üzləşə bilər. Coğrafiya İnstitutunun direktor müavini Ramiz Məmmədov bildirir ki, ilk növbədə güclü axınlar insanları özləri hiss etmədən sahildən çox uzağa apara bilər. Bundan başqa, Xəzər dənizinin dibi hamar olmadığından, çalaya düşmək təhlükəsi də var.

«Dənizdə çimərkən meduzalarla, su ilanı ilə rastlaşmaq mümkündür. Amma onlar zəhərli olmadıqlarından insanlara ciddi təhlükə yaratmır. Təhlükə yalnız bir halda ciddidir – əgər rastlaşacağınız suiti quduzdursa. Mən suitinin insanlara hücum çəkməsi və dişləməsi haqda eşitmişəm», - deyə R.Məmmədov bildirib.

Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov isə öz növbəsində bildirir ki, insanlar dənizdən müxtəlif infeksion xəstəliklərə, məsələn, vəba və ya dizenteriyaya yoluxa bilər: «Dənizə axıdılan çirkab, kanalizasiya suları infeksion xəstəliklərə səbəb ola bilər. Biz belə halları aşkarlamaq üçün həftədə bir dəfə dəniz suyundan analiz götürürük. Çimərlikdə dincələn insanları ilan, əqrəb sancması ehtimalları da var. İnsanlar ehtiyatlı olmalı, ayaqlarının altına diqqətlə baxmalıdır».

Milli.Az

URL: http://www.milli.az/news/society/56904.html

Link to comment
Share on other sites

"Qarabağ"la AZAL-ın oyunlarını hansı kanallarda seyr etməli?

07 IYUL 2011 [11:42] - MİLLİ.AZ

Xəbər verdiyimiz kimi, bu gün UEFA Avropa Liqasındakı təmsilçilərimizdən ikisinin – "Qarabağ" və AZAL-ın avrokubokların yeni mövsümündəki taleyinə aydınlıq gəlmiş olacaq.

Birinci təsnifat mərhələsindən mübarizəyə başlayan təmsilçilərimizin biri cavab matçına evdə, digəri isə səfərdə çıxacaq.

Azerisport.az saytının qənaətinə görə, Qurban Qurbanovun çalışdırdığı Ağdam klubunu, demək olar ki, formal bir oyun gözləyir. Çünki "Qarabağ" "Banga"nın işini elə Litvada baş tutan birinci oyundaca həll edib. Odur ki, təmsilçimiz artıq indidən Farer adalarının "Streymur" klubuyla oyunu düşünə bilər. Bugünkü cavab matçında isə əvəzedici heyətin də bəzi üzvlərinə şans vermək pis olmazdı.

AZAL-a gəlincə, Nazim Süleymanovun komandasının "Qarabağ"dan fərqli olaraq işi o qədər də asan deyil. Çünki "təyyarəçilər" cavab matçını səfərdə keçirməli olacaqlar. Belarus "Minsk"i Bakıdakı oyunda çox sərfəli nəticəyə (1:1) imza atdığından ev oyunu ərəfəsində böyük üstünlüyə malikdir. Çünki AZAL onları mübarizədən kənarlaşdırmaq üçün ən azı iki qol vurmalıdır. Vitali Tarakanovun yetirmələri qol vuracağı halda isə vəziyyət daha da gərginləşəcək.

"Minsk" bu oyundan öncə Belarus çempionatında matça çıxıb. Lakin baş məşqçi əsas heyətin əksər üzvlərinə istirahət verib. AZAL-ın rəqibinin heyətində bəzi itkilər də diqqət çəkir. Amma bunu böyük üstünlük kimi də dəyərləndirmək olmaz. Komandamızda isə xoşbəxtlikdən bu baxımdan hər şey qaydasındadır.

Qeyd edək ki, "Qarabağ" - "Banqa" görüşünü İdman Azərbaycan telekanalında 20:30-dan etibarən, "Minsk" - AZAL oyununu isə 22:00-da ANS telekanalında canlı yayımdan izləmək mümkün olacaq.

Milli.Az

URL: http://www.milli.az/news/sport/56912.html

Link to comment
Share on other sites

Azər Axşam ATV-ni niyə tərk edir?

07 IYUL 2011 [12:23] - MİLLİ.AZ

Azərbaycanın populyar şoumeni və teleaparıcısı Azər Axşam ATV-ni tərk edir.

Milli.Az xəbər portalının məlumatına görə, o, Day.Az saytına açıqlamasında deyib: «Bu, mənim ATV-dəki son mövsümümdür. Yeni televiziya mövsümündən Xəzər TV-də çalışacağam. Orada intellektual layihəyə aparıcılıq edəcəyəm».

ATV-dən heç bir narazılığı olmadığını deyən Azər Axşam iş yerini dəyişməsilə bağlı hazırki rəhbərliklə qarşılıqlı razılaşma əldə etdiklərini söyləyib.

Milli.Az

URL: http://www.milli.az/news/showbiz/56910.html

Link to comment
Share on other sites

Azərbaycan təyyarəsini "Taliban" vurub - YENİLƏNİB - FOTO

07 IYUL 2011 [12:29] - MİLLİ.AZ

Azərbaycanın nəqliyyat təyyarəsi Əfqanıstanın Parvan əyalətində qəzaya uğrayıb

07.07.2011

11:28

"Silk Way" aviaşirkətinə məxsus olan təyyarənin qəzaya uğrama səbəblərini tədqiq etmək üçün xüsusi komissiyanın üzvləri Əfqanıstandadır. Bunu Trend-ə aviaşirkət direktorunun məsləhətçisi Adil Qasımov bildirib. O, komissiya üzvlərinin hadisə yerinə yollanmağa hazırlaşdıqlarını söyləyib. A.Qasımov komissiyanın işinə Əfqanıstandakı Beynəlxalq Koalisiya Qüvvələrinin də dəstək verdiyini söyləyib.

““Taliban”ın məlumatına görə, Azərbaycan təyyarəsi hərəkatın üzvləri tərəfindən vurulub. Bu barədə Trend-ə Azərbaycanın Pakistan və Əfqanıstandakı səfiri Daşqın Şikarov deyib.

“İyulun 6-na keçən gecə Əfqanıstanda qəzaya uğramış "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsinin 9 ekipaj üzvündən 5-i Azərbaycan vətəndaşı olub, onlardan 4-ü azərbaycanlı idi, - Şikarov bildirib. - Digər ekipaj üzvləri isə Özbəkistan vətəndaşları olublar”.

“Bütün ekipaj üzvləri həlak olub”, - səfir Əfqanıstanın rəsmi şəxslərinə istinadən deyib.

Diplomatın sözlərinə görə, təyyarədə texniki qüsurla bağlı versiya həqiqətəuyğun deyil. “Texniki baxımdan təyyarə bütün zəruri tələblərə cavab verib və təyyarəni təcrübəli ekipaj idarə edib”, - o qeyd edib.

------------------

06.07.2011

19:13

Əfqanıstanda Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə əlaqədar “Silk Way Airlines” şirkətində "Qaynar xətt" yaradılıb.

“APA-ECONOMICS”-in məlumatına görə, "Qaynar xətt"in telefon nömrələri şirkətin saytında yerləşdirilib. Hadisə ilə bağlı vətəndaşlar (+ 994 50) 2259460 və (+ 99412) 4374757 (daxili 4031) nömrəsinə zəng edə bilərlər.

----------

18:26

ANS PRESS-in “Reuters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Əfqanıstanın Parvan vilayətinin Sia Gerd rayon rəhbəri Abdul Halim bildirib ki, təyyarə qəzası baş verən ərazidə xilasedicilər tərəfindən təyyarənin heyət üzvlərindən 8-nin qalığı tapılıb. Onun sözlərinə görə, 9-cu şəxsi tapmaq və ya onun sağ qalması mümkünsüzdür.

Abdul Halim əlavə edib ki, ötən gecə təyyarə dağa çırpılanda güclü partlayış səsləri eşidilib.

----------

18:10

Azərbaycan yük təyyarəsinin Əfqanıstanda qəzaya uğraması nəticəsində həlak olan 30 yaşlı Elnur Mahmudov Milli Qəhrəman Ərəstun Mahmudovun oğludur. ANS TV-nin məlumatına görə, bort operatoru Elnur Mahmudovun da qismətinə atası, Milli Qəhrəman, hava gəmisinin bort mexaniki Ərəstun Mahmudov kimi qəzada həlak olmaq yazılıbmış. Onun atası 1992-ci il yanvarın 28-də Ağdam-Şuşa marşrutu ilə uçan “Mİ-8” vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində həlak olub.

Ötən gün axşam saatlarında baş verən təyyarə qəzasında ölənlərdən daha biri - Tapdıq Qəhrəmanov isə artıq sonuncu uçuşunu həyata keçirirdi. Bu uçuşdan sonra o, təqaüdə çıxacaqdı.

----------

17:44

Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus və Əfqanıstanda qəzaya uğrayan təyyarənin fraqmentlərini bir neçə saat əvvəl aşkar etmək mümkün olub. Bu barədə Anspress-in “Associated Press” agentliyinə istinadən verdiyi məlumatda bildirilir.

Qəzaya uğramış təyyarənin 10-20 hissəyə parçalanaraq tamamilə yandığı bildirilir. Bununla yanaşı artıq, yerli polis İl-76-nın yerə çırpıldığı ərazidə yanmış insan ətrafları aşkar edib. Tamamilə yanmış insan ətraflarının kimə məxsus olmasını müəyyənləşdirmək mümkün olmayıb.

ABŞ-ın ölkəmizdəki səfirliyi Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus təyyarəsinin qəzaya uğraması barədə məlumatlandırılıb və müdafiə məsələləri üzrə attaşenin Bakı Ofisi insidentin araşdırılması və xilasetmə işlərinin aparılmasına yardım məqsədi ilə “Silk Way” şirkəti, ABŞ-ın Kabildəki səfirliyi və müdafiə məsələləri üzrə attaşenin Kabil Ofisi ilə sıx əlaqədə işləyir. Bu barədə “1news.az”a Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin mətbuat katibi Kis Bin məlumat verib.

“Biz bütün ölənlərin ailələrinə başsağlığı veririk”, - deyə səfirlik nümayəndəsi bildirib

----------

17:25

Milli.Az xəbər portalı "Associated Press"ə istinadən bildirir ki, qəzaya uğramış "İl-76" yük təyyarəsində 4 konteyner yük varmış.

Bunu ABŞ-ın Əfqanıstandakı hərbi kontingentinin komandanlığının təmsilçisi Ceyms Lou deyib.

Hazırda Əfqanıstandakı beynəlxalq antiterror koalisiyası, NATO, habelə Əfqanıstan Daxili İşlər, Müdafiə və Nəqliyyat nazirliklərinin rəsmiləri ilə ekspertləri qəza yerinə baxış keçirirlər.

DİN nümayəndəsi Əbdul Şakur isə təyyarənin qəzaya uğramasının səbəblərinin araşdırıldığını vurğulayıb.

Dawn.com bildirir ki, 2005-ci ildə istehsal edilmiş "İl-76" nəqliyyat təyyarəsində heç bir problem olmayıb. Həmin təyyarəyə son texniki baxış bu ilin fevralında keçirilib.

----------

16:15

Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin "qara qutu"su tapılıb. Bu barədə Trend-ə Pərvən əyalətinin qubernatoru Bəşər Salanqi deyib.

Onun sözlərinə görə, təyyarə qəzaya uğrayan zaman bir neçə hissəyə parçalanıb. Bundan sonra güclü yanğın baş verib. Ekipaj üzvlərinin meyitləri alov içində o dərəcədə yanıblar ki, onların tanınması mümkün deyil, - Salanqi bildirib.

Genetik ekspertizaya və vətənlərinə göndərmək üçün hətta meyitlərin hissələri belə qalmayıb.

Qubernator aviaqəzada həlak olanların ailələrinə, eləcə də bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib və onların kədərinə şərik olduğunu bildirib.

Azərbaycan Mülki Aviasiya Administrasiyası iyulun 6-na keçən gecə Əfqanıstanda Azərbaycanın "Silk Way" aviaşirkətinin təyyarəsinin qəzaya uğraması səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradıb. Bu barədə Trend-ə hadisənin araşdırılması üzrə komissiyanın üzvü, "Silk Way" aviaşirkətinin direktorunun müşaviri Adil Qasımov deyib.

Onun sözlərinə görə, Mülki Aviasiya Administrasiyası nümayəndələrinin daxil olduğu komissiyanınn üzvləri yaxın vaxtlarda qəzanın yerində araşdırılması üçün Əfqanıstana yola düşəcəklər.

Təyyarənin qəzaya uğradığı Əfqanıstanın Pərvənd qəzasının Siyah Gərd əyalətinin başçısı Əbdülhəlim Mücəddədinin Trend-ə bildirdiyinə görə, təyyarə Aksan kəndi yaxınlığında dağa çırpılıb. Bundan sonra regionda görünən yanğın baş verib. Yanan avialaynerdən alovun püskürməsini yerli sakinlər görüblər.

"Polisin və Pərvənd əyalətinin nümayəndələrindən ibarət istintaq qrupu yaradılıb, hazrıda onlar həlak olanların meyitlərini axtarırlar", - Mücəddədin deyib.

O, "Taliban"ın təyyarənin onlar tərəfindən vurulması ilə bağlı verdiyi bəyanatı təkzib edib.

Çərşənbə günü ISAF-ın rəsmi nümayəndəsi mayor Tim Ceyms Trend-ə bildirib ki, təyyarə beynəlxalq koalisiya qüvvələri (ISAF) ilə müqavilə üzrə işləyib.

Əfqanıstanın Hava Məkanının İdarə Edilməsi Xidmətinin məlumatına görə, iyulun 6-da saat 00:10-da (Bakı vaxtı ilə saat 02:10) Baqram aeroportu yaxınlığında yerə enməli olan "Silk Way"in yük təyyarəsilə ilə əlaqə kəsilir və radarlardan itir. Eyni zamanda, təyyarənin uçuşunu idarə edən dispetçer Kabil aeroportundan təxminən 25 kilometr məsafədə 4 kilometr yüksəlikdə alov gördüyü barədə məlumat verib.

Əlaqə kəsilənədək hava gəmisindən nasazlıq və ya qəza vəziyyəti ilə bağlı hər hansı bir məlumat daxil olmadığından onun havada naməlum obyektlə toqquşduğu ehtimal edilir.

----------

14:49

ABŞ-ın Əfqanıstandakı səfirliyi və hərbi komandanlıq şöbəsi Kabildə Azərbaycanın yük təyyarəsinin qəzasının araşdırılmasına kömək edəcək. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Bakıdakı səfirliyinin rəsmi nümayəndəsi Kis Bin bildirib. O deyib ki, ABŞ-ın Kabildəki səfirliyi habelə müşayiət əməliyyatlarına da cəlb ediləcək.

Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin hissələrinin, eləcə də həlak olanların cəsədlərinin axtarışına NATO qüvvələri də cəlb edilib. Bunu Trend-ə Azərbaycanın Əfqanıstanda akkreditə olunmuş Pakistandakı səfiri Daşqın Şikarov Əfqanıstan XİN-ə istinadən bildirib.

----------

14.09

Azərbaycanın Mülki Aviasiya Administrasiyası “Silk Way” şirkətinə məxsus təyyarənin Əfqanıstanda qəzaya uğramasının səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradıb. Bu barədə məlumatı Trend-ə komissiyanın üzvü, “Silk Way” şirkəti direktorunun müşaviri Adil Qasımov deyib. Onun sözlərinə görə, komissiyaya Mülki Aviasiya Administrasiyasının nümayəndələri və “Silk Way” şirkətinin mütəxəssisləri daxildirlər. Komissiya yaxın vaxtlarda Əfqanıstana yola düşəcək.

----------

13:43

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qəzada həlak olmuş şəxslərin şəxsiyyəti açıqlanıb. Onların adlarını "Silk Way" aviaşirkəti direktorunun məsləhətçisi Adil Qasımov açıqlayıb:

1. Təyyarənin komandiri Sergey Kuzmin (1969-cu il doğumlu)

2. İkinci pilot Oleq Marşihin (1979)

3. Şturman İqor Çjen (1966)

4. Bort mühəndisi Vladimir Şatobin (1969)

5. Bortradist Əhmədcan Hacayev (1955)

6. Bortoperator Elnur Mahmudov (1981)

7. Bortoperator Tapdıq Qəhrəmanov (1964)

8. Aviatexnik Əfqan Rəhimov (1980)

9. Aviatexnik Mehman Hüseynov (1962).

--------

13:33

Milli.Az xəbər portalının Trend-ə istinadən verdiyi məlumata görə, qəzaya uğramış təyyarənin "qara qutusu"nun axtarışları hadisənin baş verdiyi ərazinin ağır relyef quruluşuna malik olması üzündən çətindir. Bunu Kabil hava limanının uçuş xidmətinin sədr müavini Cavad Vahabzadə bildirib. O, əlavə məlumata malik olmadıqlarını söyləyib. Lakin təyyarənin yandığını və 9 heyət üzvünün həlak olduğunu təsdiqləyib.

Bu arada qəzaya uğramış təyyarənin qalıqlarının Kabilin təxminən 50 kilometrliyində tapıldığı xəbər verilir.

--------

12:47

Kabul Beynəlxalq Hava Limanının nümayəndəsi Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin “Taliban” tərəfindən vurulması barədə xəbərləri təkzib edib. Kabul Beynəlxalq Hava Limanının vitse-prezidenti Cəlal Vahab APA-ya açıqlamasında xəbəri təsdiqləmək üçün əlində kifayət qədər informasiya olmadığını bildirib: “Mənə bununla bağlı artıq müraciət ediblər. Lakin mən onu təsdiqləyə bilmərəm. Hələlik heç kim bu təyyarənin qəzaya uğramasına görə məsuliyyəti üzərinə götürməyib”.

C.Vahab qəzanın səbəblərinin hazırda araşdırıldığını və detalların bir qədər sonra məlum olacağını vurğulayıb.

--------

12:39

Əfqanıstanda qəzaya uğrayan “Silk Way” aviaşirkətinə məxsus Azərbaycanın yük təyyarəsi NATO-ya məxsus olmayıb, beynəlxalq koalisiya qüvvələri (ISAF) ilə müqavilə üzrə işləyib. Bu barədə Trend-ə ISAF-ın rəsmi nümayəndəsi mayor Tim Ceyms bildirib.

--------

12:16

Təyyarə qəzasında həlak olmuş şəxslərin 4-ü Azərbaycan vətəndaşıdır. Bunu Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Trend-ə bildirib. Səfir digər həlak olmuş şəxslərin Özbəkistan vətəndaşları olduğunu söyləyib. O, hələ ki həlak olmuş şəxslərin şəxsiyyəti haqda məlumata malik olmadığını bildirib.

--------

12:06

Qəzanın baş verdiyi əyalətin rəhbəri Abdulhalim Mucaddadi Trend-ə bildirib ki, qəzaya uğramış təyyarədəki heyət üzvlərinin hamısı həlak olub. Mucaddadi "Taliban"ın təyyarəni yaraqlıların vurduğuna dair bəyanatını təkzib edib.

--------

11:49

Milli.Az xəbər portalının Trend-ə istinadən verdiyi məlumata görə, qəzaya uğramış Azərbaycan təyyarəsini "Taliban" yaraqlıları vurub. Bunu hərəkatın nümayəndəsi Zabibdulla Mocahid Əfqanıstan KİV-nə açıqlamasında bildirib.

---------

11:42

Milli.Az xəbər portalı AP-yə istinadən bildirir ki, Pərvan vilayətinin qubernatoru Əbdül Bəşir Sələngi nəqliyyat təyyarəsinin "Taliban" hərəkatının yaraqlıları tərəfindən vurulduğunu istisna etməyib.

Siyah Gərd administrasiyasının rəhbəri Əbdül Halim isə bu açıqlamanı nə təsdiq, nə də təkzib edib.

"Əl Ərəbiyyə" bildirir ki, İl-76 nəqliyyat təyyarəsi Siyah Gərddəki Şəkər Dara dağına çırpılıb.

---------

11:27

Trend xəbər verir ki, Dövlət Mülki Aviasiya Administrasiyasının məlumatına gorə, Azərbaycan təyyarəsinin Əfqanıstanda havada naməlum obyektlə toqquşması ehtimal olunur.

Dövlət Mülki Aviasiya Administrasiyasının məlumatına gorə, Əfqanıstanın hava məkanı idarəetmə xidmətindən daxil olmuş məlumata görə 06 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşan Azərbaycanın "Silk Way" aviasiya şirkətinə məxsus İL-76 4K-AZ 55 təyyarəsi ilə rabitə ani olaraq kəsilmişdir və radarlarda görüntüsü itmişdir. Eyni zamanda Kabil hava limanının qülləsində gəminin uçuşunu idarə edən dispetçer hava limanından təxminən 25 km uzaqlıqda 4 km hündürlükdə havada işartı gördüyünü bildirmişdir.

Rabitə kəsilən ana qədər gəminin ekipajı tərəfindən hər hansı nasazlıq və ya qəza şəraiti barədə məlumat daxil olmadığından hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur, məlumatda bildirilir.

Bakı-Baqram marşrutu ilə uçuşu yerinə yetirən göstərilən təyyarə göyərtəsində cəmi 18 ton yüklə 05 iyul 2011-ci il tarixində yerli vaxtla saat 21:26-da Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb.

Yük qaldırma imkanı 40 ton olan İl-76 4K-AZ 55 təyyarəsi 2005-ci ildə istehsal olunub və sonuncu dəfə 2011-ci ilin fevral ayında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçib.

Təyyarənin göyərtəsində 9 ekipaj üzvü olub. Gəmi kapitanı 1969-cu il təvəllüdlü 4576 saat uçuş təcrübəsi olan pilot - Kuzmin Sergey Viktoroviç olub.

Göstərilən aviasiya hadisəsinin araşdırılması üçün komissiya yaradılır və Əfqanıstan aviasiya rəhbərliyi ilə razılaşdırılaraq hadisə yerinə mütəxəssislərin uçuşu planlaşdırılır. Hadisə ilə bağlı daha ətraflı məlumat komissiyanın araşdırmalarından sonra veriləcək.

---------

11:26

İlkin məlumata görə, Əfqanıstanın Parvan əyalətində qəzaya uğrayan təyyarə “Silkway” aviaşirkətinə məxsus yük təyyarəsi olub. Bu barədə ANS PRESS-ə Azərbaycanın Pakistandakı səfirliyinin konsulluq şöbəsindən məlumat verilib.

"Məlumata görə, təyyarədə 9 heyət üzvü olub. Onların yarısı Azərbaycan, yarısı isə Özbəkistan vətəndaşıdır. Onların taleyi barədə məlumat yoxdur. Səfirlik bu istiqamətdə araşdırmalar aparır", deyə qeyd olundu.

***

Milli.Az xəbər portalı "Associated Press"ə istinadən bildirir ki, Kabil beynəlxalq hava limanının direktoru Məhəmməd Yaqub Rəsuli AZAL təyyarəsinin heyətinin həlak olduğunu təsdiqləyib.

"Buna rəğmən, axtarışlar davam edir. Ümid edirik ki, qəzada sağ qalanlar ola bilər", - Rəsuli deyib.

---------

11:14

Milli.Az xəbər portalı "Associated Press"ə istinadən bildirir ki, Əfqanıstanın Pərvan vilayət administrasiyasının nümayəndəsi Seyid Səlim Ağanın dediyinə görə, qəzaya uğramış təyyarənin heyəti həlak olub.

"Xilasedicilər hələ ki hadisə yerinə çatmayıblar. Qəza yerində böyük alovlar vardı. Yanğın xeyli davam etdi", - Səlim Ağa deyib.

AZAL təyyarəsinin dağa dəyərək qəzaya uğradığını qonşu Şinvari əyalətindəki polis zabiti Əbdul Şakur da təsdiqləyib.

***

Milli.Az xəbər portalının Trend-ə istinadən verdiyi məlumata görə, qəzanın baş verdiyini Azərbaycan Mülki Aviasiyasından təsdiqləyiblər. "AZAL"dakı mənbə bildirib ki, təyyarədə heyət üzvləri - 2 Azərbaycan, 6 Özbəkistan vətəndaşı olub.

---------

11:03

Milli.Az xəbər portalı "RİA Novosti"yə istinadən bildirir ki AZAL-ın nəqliyyat təyyarəsi Əfqanıstanın paytaxtı Kabildən şimalda, Pərvan vilayətində qəzaya uğrayıb.

Əfqanıstanın "Ariana" dövlət aviaşirkətindən verilən məlumata görə, çərşənbə axşamı Bakı vaxtı ilə təxminən 22.00 radələrində təyyarə Kurbad əyalətinin Siyah Gərd yaşayış məntəqəsində yerə düşüb.

"Təyyarənin yerə düşdüyü yer hələlik dəqiq müəyyənləşdirilməyib. Yerli polis və hərbçilər axtarışlar aparırlar", - "Ariana"nın təmsilçisi bildirib.

Kurband əyalətinin rəhbərliyinin nümayəndəsi isə bildirib ki, təyyarənin qəzaya uğradığı yerdə güclü yanğın olub.

ABŞ və beynəlxalq koalisiya qüvvələrinin Əfqanıstandakı hərbi kontingentinin nümayəndəsi, britaniyalı mayor Tim Ceyms isə bildirib ki, AZAL-ın təyyarəsi 3800 metr yüksəklikdə dağa çırpılıb.

"Bu nəqliyyat təyyarəsindən koalisiya qüvvələri istifadə etməyib. Qəza məkanında da yaraqlıların fəallığı müşahidə olunmayıb", - Ceyms deyib.

---------

10:57

Trend-in məlumatına görə, qəzaya uğramış təyyarənin göyərtəsində 8 heyət üzvü olub.

«Associated Press» isə xəbər verir ki, təyyarə dağa çırpılıb.

---------

10:38

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin yük təyyarəsi Əfqanıstan paytaxtı Kabildən şimalda yerləşən Pərvan əyalətində qəzaya uğrayıb. Bu barədə Əfqanıstanın dövlət aviaşirkəti "Ariana"nın nümayəndəsi Trend-ə məlumat verib.

Milli.Az

------------------

07.07.2011

12:29

Təyyarənin Əfqanıstan paytaxtından şərqdə qəzaya uğradığı dağlıq ərazi (Associated Press)

Əfqanıstan ordusunun əsgərləri təyyarənin qəzaya uğradığı ərazidə keşik çəkir (European Pressphoto Agency)

URL: http://www.milli.az/news/society/56692.html

Link to comment
Share on other sites

Bakıda "London taksiləri" hansı qaydaları pozur?

07 IYUL 2011 [12:39] - MİLLİ.AZ

Bir neçə gündür Bakı küçələrində sərnişinlərə xidmət göstərən "London taksiləri" ilə bağlı ilk şikayətlər eşidilməkdədir.

Milli.Az xəbər portalının məlumatına görə, Day.Az saytına şikayət yazmış oxuculardan biri deyir: "Bu günlərdə bu taksilərdən birinə əyləşərək Mərdəkana getdim. Ora çatdıqda taksidəki sayğacın söndürüldüyünü gördüm. Sürücüdən bunun səbəbini soruşduqda, bildirdi ki, "bu gün istirahət günü olduğu üçün sayğacdan istifadə etmir". Bu, nə dərəcədə düzgündür?"

Məsələyə Nəqliyyat Nazirliyinin rəsmisi Namiq Həsənov münasibət bildirib. O, deyib ki, sözügedən taksilərə "Baku-Taxi" MMC nəzarət edir: "Sərnişindaşıma ilə bağlı pozuntulara yol verildikdə, bu qurum sürücülərə qarşı ciddi tədbirlər görür. Bəzi hallarda sürücü işdən kənarlaşdırılır. Oxucunun şikayətinə gəlincə, qoy o, Nəqliyyat Nazirliyinə müraciət etsin və həmin avtomobilin nömrəsini bizə desin. Biz öz növbəmizdə faktı araşdıracağıq".

N.Həsənov istənilən halda, sərnişin aparılan zaman sayğacın işləməsinin vacib olduğunu söyləyib: "Əgər sayğac söndürülübsə, sürücü müvafiq cəzasını almalıdır. Onlara heç kim sərnişin daşınması zamanı sayğacı söndürmək ixtiyarını verməyib".

Milli.Az

URL: http://www.milli.az/news/society/56933.html

Link to comment
Share on other sites

Bu yayın ən super bası - VİDEO-TƏRCÜMƏ

07 IYUL 2011 [13:00] - MİLLİ.AZ

Milli.Az xəbər portalı sizə ən populyar mahnıları, onların orijinal ifadakı mətnini və həmin mətnin dilimizə tərcüməsini təqdim edir.

Nicki Minaj - Super Bass

This one is for the boys

with the booming system

Top down, AC with the cooler system

When he come up in the club, he be blazin' up

Got stacks on deck like he savin' up

And he ill, he real, he might gotta deal

He pop bottles and he got the right kind of bill

He cold, he dope,

he might sell coke

He always in the air, but he never fly coach

He a muthabeeeeepin trip, trip, sailor of the ship, ship

When he make it drip, drip kiss him on the lip, lip

That's the kind of dude I was lookin' for

And yes you'll get slapped

If you're lookin' ho

I said, excuse me you're a hell of a guy

I mean my, my, my, my you're like pelican fly

I mean, you're so shy and I'm loving your tie

You're like slicker than the guy with the thing on his eye, oh

Yes I did, yes I did

Somebody please tell em who the eff I is

I am Nicki Minaj, I mack them dudes up,

Back coupes up,

And chuck the deuce up

[Ester Dean, Nicki Minaj:]

Boy you got my heartbeat runnin' away

Beating like a drum and it's coming your way

Can't you hear that boom, badoom, boom, boom, badoom, boom, bass

Got that super bass boom, badoom, boom, boom, badoom, boom, bass

Yeah that's that super bass

Boom, badoom, boom, boom, badoom, boom, bass he got that super bass

Boom, badoom, boom, boom, badoom, boom, bass, he got that super bass

[Verse 2]

This one is for the boys in the polos

Entrepreneur niggas and the moguls

He could ball with the crew, he could solo

But I think I like him better when he dolo

And I think I like him better with the fitted cap on

He ain't even gotta try to put the mac on

He just gotta give me that look, when he give me that look

Then the panties comin' off, off, uh

Excuse me, you're a hell of a guy

you know I really got a thing for American guys

I mean, sigh, sickenin' eyes

I can tell that you're in touch with your feminine side

Yes I did, yes I did,

Somebody please tell him who the eff I is

I am Nicki Minaj, I mack them dudes up,

Back coupes up,

And chuck the deuce up

[Ester Dean, Nicki Minaj:]

Boy you got my heartbeat runnin' away

Beating like a drum and it's coming your way

Can't you hear that boom, badoom, boom, boom, badoom, boom, bass

Got that super bass boom, badoom, boom, boom, badoom, boom, bass

Yeah that's that super bass

Boom, badoom, boom, boom, badoom, boom, bass he got that super bass

Boom, badoom, boom, boom, badoom, boom, bass, he got that super bass

See I need you in my life for me to stay

No, no, no, no, no I know you'll stay

No, no, no, no, no don't go away

Boy you got my heartbeat runnin' away

Don't you hear that heartbeat comin' your way

Oh it be like, boom, badoom, boom, boom, badoom, boom, bass

Can't you hear that boom, badoom, boom, boom, badoom, boom, bass.

Nicki Minaj - Super Bass ("Super bas") - sətri tərcümə

Bu bənd gözəl stereosistemi olan

Oğlanlara həsr olunur,

Onların üstüaçıq və kondisionerli maşınları var.

O kluba girəndə, hamını alışdırır,

Onun o qədər pulu var ki, sanki pulları yığıb.

O dəlidir, o ən yaxşıdır, onun anlaşması,

O gözlərini açır və yaşıl əskinasları çıxarır,

O soyuqqanlıdır, o əladır.

O kokain sata bilərdi,

O həmişə təyyarələrdədir,

Amma heç zaman II sinifdə uçmur,

O lap əladır,

O gəmimin kapitanıdır,

O məni ehtiizaza gətirir və onu dodaqlarından öpürəm.

Məhz belə kişini axtarırdım,

Və siz, qancıqlar, göstərərəm sizə,

Bağışlayın, amma o əla oğlandır.

Deyirəm ki, o mənimdir, mənimdir, mənimdir - uç buradan,

Sən sadəsən və üstəlik, qalstukun da xoşuma gəlir,

Sən hətta bir gözü bağlı oğlandan da parlaqsan, oh!

Bəli, mən bunu etdim,

Kim olduğumu onlara başa salın,

Mən Niki Minajam, oğlanları yoldan çıxarıram,

Yanlarından keçəndə maşınlarının üstünü qaldırıb mənə daha yaxşı baxırlar

Və iki barmaqlarını qaldırıb məni salamlayırlar.

Əzizim, sənə görə ürəyim daha tez döyünür,

Yanımda olanda təbil təki döyünür,

Bəyəm sən bu basları eşitmirsən: "bum-badum, bum-bum-badum-bum"?

Eşidirsən bu super-bası: Bum-badum, bum-bum-badum-bum"?

Hə, bax, bu əsl super-basdır.

Bum-badum, bum-bum-badum-bum, o bu super-bası eşidir,

Bum-badum, bum-bum-badum-bum, o bu super-bası eşidir.

Bu bənd polodakı oğlanlar həsr olunur -

Biznesmenlərə və pullu kişilərə.

O komandada da, tək də oynaya bilər,

Amma o tək olanda daha çox sevirəm,

Düşünürəm ki, beysbolkada olanda daha yaxşı görünür,

Məni valeh etmək üçün çolx çalışması gərək deyil,

Yetər ki, mənə o cür baxsın.

Soyunmaq istəyim o baxışdan.

Sən sadəcə, əla oğlansan.

Bilirsimnizmi, əsr amerikalıları sevirəm,

Yəni o ahlar, şəhvətli gözlər,

Deyəsən, qadın yarım ilə bir düşünürəm,

Bəli, mən bunu etdim,

Kim olduğumu onlara başa salın,

Mən Niki Minajam, oğlanları yoldan çıxarıram,

Yanlarından keçəndə maşınlarının üstünü qaldırıb mənə daha yaxşı baxırlar

Və iki barmaqlarını qaldırıb məni salamlayırlar.

Əzizim, sənə görə ürəyim daha tez döyünür,

Yanımda olanda təbil təki döyünür,

Bəyəm sən bu basları eşitmirsən: "bum-badum, bum-bum-badum-bum"?

Eşidirsən bu super-bası: Bum-badum, bum-bum-badum-bum"?

Hə, bax, bu əsl super-basdır.

Bum-badum, bum-bum-badum-bum, o bu super-bası eşidir,

Bum-badum, bum-bum-badum-bum, o bu super-bası eşidir.

Anla, həyatımda olmağın gərəkdir,

Yox, yox, yox, yox, bilirəm ki, qalacaqsan,

Yox, yox, yox, yox, getmə!

Əzizim, sənə görə ürəyim daha tez döyünür,

Yanımda olanda təbil təki döyünür,

Bəyəm sən bu basları eşitmirsən: "bum-badum, bum-bum-badum-bum"?

Eşidirsən bu super-bası: Bum-badum, bum-bum-badum-bum"?

Milli.Az

URL: http://www.milli.az/news/video/56755.html

Link to comment
Share on other sites

Bakıda satılan qarpız və yemiş uşaqlar üçün məsləhət deyil

07 IYUL 2011 [13:09] - MİLLİ.AZ

Yayın əvvəlindən Bakı bazarlarında satılan qarpız və yemişlərdən 300-dən artıq nümunə götürülərək, analizə verilib.

Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, laboratoriyada tərəvəzlərin tərkibindəki nitratın miqdarı yoxlanılır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Nəzarət Toksikologiya Laboratoriyasının rəhbəri Yaqub İbrahimov bildirib ki, analiz zamanı qarpız və yemişlərdə nitratın miqdarının normada olduğu müəyyənləşib:

"Tərəvəzin tərkibində nitrat nomradan artıq olarsa, onun satışına icazə verilmir. Belə halla rastlaşarkən biz müvafiq qurumları bu haqda məlumatlandırırıq. Bu gün bazarlarda satılan qarpız və yemiş istifadəyə yararlıdır. Böyüklər onları yeyə bilər. Amma 7-8 yaşdan balaca uşaqlara bu tərəvəzlərin verilməsi məsləhət deyil. Yaxşı olar ki, uşaqlara qarpız və yemiş yedizdirilməsin".

Milli.Az

URL: http://www.milli.az/news/society/56940.html

Link to comment
Share on other sites

Bu məşhərdir, yoxsa? - VİDEO-FOTO

07 IYUL 2011 [13:14] - MİLLİ.AZ

Milli.Az xəbər portalı NBC-yə istinadən bildirir ki, ABŞ-ın Arizon ştatındakı Feniks şəhərində 80 kilometrnlik bir ərazidə hündürlüyü 3 kilometrə çatan toz fırtınası yüz minlərlə insanı qorxudub.

50 km/sürətlə hərəkət edən fırtına ağacları kökündən çıxarıb, aviauçuşları təxirə salıb və 8 min evi elektroenerjidən məhrum edib.

Fırtına Feniksin müxtəlif yerlərində yanğınlara da səbəb olub.

Milli.Az

URL: http://www.milli.az/news/video/56878.html

Link to comment
Share on other sites

Fəlakətə sürüklənən zavallı ölkə

11 IYUL 2011 [08:00] - MİLLİ.AZ

Ermənistanın indiki şəraitdə yalnız bir perspektivi var: acından ölənlər və səfillər dövlətinə çevrilmək...

Lev Tolstoy bütün xoşbəxt ailələrin bir-birlərinə bənzədiyini, bədbəxt ailələrin isə fərqli olduğunu demişdi. Rusiya və dünya ədəbiyyatının titanlarından sayılan şəxsin fikirləri bəlkə o vaxt mübahisə doğurardı - amma indi belə deyil. İndi dünyanın bütün zavallı ölkələri sanki kibertexnologiya vasitəsilə istehsal edilmiş mexanizmlər təki oxşarlardır.

Belə ölkələrin istisnasız olaraq hamısının əhalisi səfalət və yoxsulluq içində yaşayır, işsiz insanlar acından ölməmək üçün ölkəni tərk etməyə çalışır, mühacirət artır, rüşvətxorluq və korrupsiya dözülməz həddə çatır, hakimiyyət dairələri vətəndaşların və dövlətin rifahı ilə maraqlarını düşünmək əvəzinə, qanunsuz yollarla əldə etdikləri iqtidarda qalmaq üçün bütün vasitələrə əl atırlar.

Eyni zamanda, belə ölkələrin, habelə Ermənistanın düçar olduğu ağır böhranların əsas səciyyəvi xüsusiyyətləri ilə determinantları cəmiyyətin mənəvi fəlakəti (spirtli içkiləri və narkotiklərdən istifadə olunma səviyyəsinin yüksəlməsi, fahişəlik və xüsusilə ağır cinayətlərin statistikasının artımı və s.), ənənəvi mənəvi dəyərlərin korlaşması və zəifləməsidir.

Ermənistanda cinayətkarlığın artmasının başlıca səbəbləri insanların yaşam tərzinin çox aşağı olması, işsizlərin sayının artması, hakimiyyətlə sosial-iqtisadi sferalardakı sistem böhranlarıdır ki, bütün bunların nəticəsi cəmiyyətin gəlirlərin məbləği baxımdan kəskin qütbləşməsi, varlılarla kasıblar arasında uçurumun yaranmasıdır. Fəqət Ermənistanda cinayətkarlığın yalnız əhalinin ən yoxsul təbəqələrinə xas olduğunu, əhalinin sosial ədalətsizliyə reaksiyasının bir növü qismində təzahür etdiyini düşünmək sadəlövhlük olardı.

Prezident Serj Sarkisyanın hakimiyyət komandasındakı insanların hər şeyi edə biləcəkləri və bu əməllərə görə heç bir məsuliyyət daşımayacağını düşünməsi onların ardıcıllarının artmasına səbəb olur. Belə halların parlaq təzahürü iqtidardakı fərdlərin dazbaş mühafizəçiləri və ya onların əlaltıları arasındakı sürəkli "razborka"lardır. Münasibətlərin belə "aydınlaşdırılması" bütün hallarda ya yumruq-təpik davası, ya da atışma ilə müşayiət olunur.

Ermənistan cəmiyyətindəki başıpozuqluq və dünyanın bütün normal toplumlarında qəbul edilmiş mənəvi dəyərlərin əksəriyyətinin rədd edilməsinin, müəyyən mənada hüquqi nihilizmin təzahürlərindən biri də hakimiyyəti qəsb etmiş Serj Sarkisyan iqtidarına qarşı etirazların yalnız ölkənin paytaxtı Yerevanın mərkəzindəki meydanla məhdudlaşması, Ermənistanın əyalətlərində müxalifətin aksiyalarının çox zəif olması və elə rüşeymdəcə boğulmasına vətəndaşların apatik münasibətidir.

Ermənistanla Madaqaskar arasında məsafə xeyli böyük olsa da, bu iki ölkənin vəziyyəti oxşardır. Yeganə fərqlər turistlərin Madaqaskara həvəslə yollanması, bir də bu ada dövlətin rəhbərlərinin terrorizmi dövlət siyasəti seçməmələri və qonşu dövlətin ərazilərinin bir qismini işğal edərək çirkin əmələ hər vasitə ilə haqq qazandırmağa çalışmamasıdır.

Ermənistanın cəmi bir perspektivi var: bu da dünyanın ən pis iqtisadiyyatına malik ölkələr arasında Madaqaskardan öncəki yeri tərk edərək həmin ada dövləti də arxada qoymaqdır.

Nüfuzlu "The Forbes" jurnalı dünyanın əksər ölkələrindəki makroiqtisadi göstəriciləri və 2012-ci ilədək inkişaf proqnozlarını təhlil edərək belə qərara gəlib ki, postsovet ölkələri arasında iqtisadiyyatı ən ağır vəziyyətdə olan dövlət Ermənistandır.

Serj Sarkisyan iqtidarı "Forbes" jurnalının hesabatını "qərəzli" adlandıraraq Ermənistan iqtisadiyyatının sürətlə inkişaf etdiyini bildirib. Eyni zamanda, o da vurğulanır ki, Ermənistan ixracatını ilbəil artırır.

Lakin bir dəqiqə - Madaqskarla Ermənistan arasında nə kimi fərqlər var?

Madaqaskarın ixrac etməyə məhsulu çoxdur. Məsələn, vanil ixracatı baxımından Madaqaskar dünyada ilk yerdədir. Üstəlik, ada dövlət qəhvə, kakao tozu, paxlalılar, düyü, banan və araxis satır.

Bəs Ermənistan nə ixrac edir? Heç nə, çünki ermənilərin dünyaya təklif etmək üçün terrorçuluq, uydurma "qədim tarix", mazoxizmə bənzəyən ağlaşmalar və qondarma "soyqırım"dan savayı heç nəyi yoxdur.

Ermənilərin bəh-bəhlə təriflədikləri konyakları satılmır, çünki qiymət baha, keyfiyyət isə adi portveyn səviyyəsindədir. Üstəlik, indi postsovet dövlətlərinin istisnasız olaraq hamısında öz konyak istehsalı olduğundan ermənilərin bu tarakan dadı verən içkisini alan yoxdur. Ona görə də Ermənistanın əsas və bəlkə də yeganə ixracat məhsulu Yerevandakı anbarlarda yığılıb qalır, tozla örtülür.

Madaqaskar unikal təbiətə malik ada dövlətdir və ona görə də dünyanın müxtəlif ölkələrindən bu dövlətə sürəkli turist axını var. Madaqaskara turları dünyanın istənilən dövlətində almaq olar. Orada istirahət ucuzdur, üstəlik, geniş reklam olunur.

Bəs Ermənistanda? Bu ölkədə turizmin inkişafı üçün heç nə yoxdur. Yollar, istirahət və əyləncə məkanları, çox bahadan tutmuş, çox ucuza qədər müxtəlif otellər, üstəlik istirahət ənənəsi yoxdur.

Gürcüstan turizm potensialını dünyanın müxtəlif telekanallarında reklam etdirir.

Göründüyü kimi, Madaqaskarın belə, iqtisadi inkişaf üçün potensialı olduğu halda, Ermənistan barədə belə demək olmur.

Ermənistandakı dükanların piştaxtalarına nəzər salmaq yetər ki, yerli istehsal olan məhsulların ixrac mallarla müqayisədə praktiki olaraq alınmadığının şahidi olasan. Halbuki yerli istehsal ölkənin iqtisadi təhlükəsizliyinin sütunu, milli iqtisadiyyatın müstəqilliyini, onun stabillik və dayanıqlılığını təmin edən amil, sürəkli inkişafı şərtləndirən ünsürdür.

Ermənistan iqtisadiyyatı inkişaf və stabillikdən məhrumdur. Bu ölkənin iqtisadiyyatı inkişaf etmək əvəzinə, onun sağ qalmaq imkanları fasiləsiz azalır, habelə daxili və xarici problemlərə duruş gətirmək, uyğunlaşmaq vasitələri tükənir.

Bütün bunlar Ermənistan prezidenti Serj Sarkisyanın başçılıq etdiyi bandanı əsla maraqlandırmır. Bu dəstənin öz iqtisadiyyatı var. Həmin iqtisadiyyat isə Ermənistanın strateji obyektlərinin dəyər-dəyməzinə satışı, rüşvətxorluq və korrupsiyanın ən üst səviyyəyə çatdırılması, oliqopoliyanı varlandıra biləcək nə varsa - hamısının inhisarlaşdırılması hesabına fəaliyyət göstərir. Ölkədə elə bir dəhşətli biznes-mühit yaradılıb ki, yerli miqyasda iri biznesə malik iş adamları qonşu dövlətlərdə çalışmağa üstünlük verir.

Və ən nəhayət, Serj Sarkisyanın dəstəsi məhkəmələri öz hakimiyyətinin müti nökərinə çevirib.

Belə vəziyyət davam etdikcə, Ermənistan vətəndaşlarının tam əksəriyyəti ayağa qalxaraq bükülmüş qədlərini düzəltməyincə, Dağlıq Qarabağ və Azərbaycanın işğal edilmiş 7 rayonundan erməni qoşunlarının çıxarılmasını tələb etməyincə onları Sarkisyan oliqopoliyası sürü qismində idarə etməyə davam edəcək.

Novruz Sultanov

Milli.Az

URL: http://www.milli.az/news/politics/57253.html

Link to comment
Share on other sites

Ramiz Əzizbəyli: "Məni öldürmək istəyirdilər…" - MÜSAHİBƏ

11 IYUL 2011 [09:00] - MİLLİ.AZ

Ramiz Əzizbəyli uşaqlığı, Hippokrat andına sadiqliyi, Zeynəb Xanlarova ilə bağlı planları və s. barədə danışdı.

Xalq artisti, professor, Mədəniyyət və İncəsənət Universitetinin estrada və musiqili teatr rejissorluğu kafedrasının müdiri Ramiz Əzizbəylinin Milli.Az xəbər portalına müsahibəsi.

Ramiz Əzizbəylinin adı bir neçə obrazla assosiasiya olunur - bacarıqlı kinorejissor, teatrda və kinoda müxtəlif xarakterli rolların mahir ifaçısı olmaqdan əlavə, həm də mahnıları qulağayatımlı avazla ifa eləyən duyğusal bir sənətkar. O, teatr və kino sənətimizin ən yaxşı ənənələrini özündə daşıyan incəsənət xadimidir. Hər iki sahədə istedad və bacarığının təzahürlərini qədərində sərf etməyi bacaran Ramiz Əzizbəylinin həyat yolu "incəsənət xadimi" təyini ilə çox üzvi şəkildə səsləşir.

Dosye: Ramiz Əzizbəyli 1948-ci il iyulun 20-də Bakı şəhərində anadan olub. M.A.Əliyev adına İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirəndən sonra aktyor və rejissor kimi fəaliyyət göstərməkdədir. 1987-ci ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının "Debüt" studiyasında çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə özünü rejissor kimi təsdiqləyib. Bu film bir neçə beynəlxalq festivalda Azərbaycan kino sənətini uğurla təmsil edib, Kiyev şəhərində keçirilən Ümumittifaq Kinofestivalda "ən yaxşı rejissor debütünə görə" nominasiyasının qalibi olub.

Onun 1992-ci ildə çəkdiyi "Bəxt üzüyü" tammetrajlı bədii filmi isə müasir kino tariximizə yüksək bədii keyfiyyətli və ən yüksək kassa gəliri gətirən film kimi daxil olub. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin ənənəvi kinofestivalında xüsusi diploma layiq görülüb. Rejissorun 2006-cı ildə çəkdiyi "Yalan" bədii filmi Qarabağ müharibəsi mövzusunun ən uğurlu ekran həllindən biri hesab oluna bilər.

Ramiz Əzizbəyli aktyor kimi "Dərviş Parisi partladır", "Şeytan göz qabağında", "Gümüşgöl əfsanəsi", "Kişiləri qoruyun", "Bağ mövsümü", "Bəxt üzüyü", "Bəyin oğurlanması" filmlərində rol alıb. "Hacı Zeynalabdin Tağıyev", “Qızıl Buta” mükafatları laureatı Ramiz Əzizbəyli bu gün də yaradıcılıq axtarışlarından, müəllimlikdən, Azərbaycan radiosunda "Gəl, səhərim" verilişinin aparıcılarından biri olmaqdan savayı, ictimai işlərlə də məşğuldur, çoxlu sayda ictimai təşkilatın üzvü və rəhbərlərindən biridir.

"Bircə Həsənağa Turabov kimi böyük aktyor bunu etiraf etdi"

- Mənim bu sənətdəki fəaliyyətim 57-ci ilin fevralından başlayır. O vaxt doqquz yaşım olmasına baxmayaraq, AzTV-nin uşaq redaksiyasında adıma hətta müvəqqəti əmək kitabçası da açılmışdı. Əmək kitabçası müvəqqəti olsa da, redaksiyanın daimi üzvü idim. Azyaşlı olduğum üçün maaşımı özümə vermirdilər, poçta göndərirdilər, valideynlərim gedib götürürdülər. O illərdə verilişlər, teletamaşalar lentə yazılmırdı. Bir tamaşanı aylarla hazırlayıb bir dəfə canlı oynayırdıq. 59-cu ildə kinostudiyanın dublyaj redaksiyasına cəlb olundum. O vaxta qədər uşaq rollarını da böyüklər səsləndirirdilər. İlk dəfə uşaq obrazlarını səsləndirməyi mənə həvalə etdilər.

İndi xatırlayanda görürəm ki, uşaqlığım çox gur keçib. Televiziyadakı, kinostudiyadakı işimdən əlavə, "Bənövşə" uşaq xorunun, 26-lar adına Mədəniyyət Evində (indi həmin binada Respublika Bankı yerləşir), Qaqarin adına Pionerlər Sarayında (indiki T.İsmayılov adına Uşaq Yaradıcılıq Mərkəzi), Fioletov adına Tibb İşçilərinin Mədəniyyət Evində (Neftçilər prospekti, 77 ünvanındakı həmin bina sökülüb ) fəaliyyət göstərən dram dərnəklərinin üzvü idim. O vaxt mənimlə dram dərnəklərində olanlar mənim həvəsimə aktyorluq sənətini seçib görkəmli sənətkarlara çevrildilər. Bircə Həsənağa Turabov kimi böyük aktyor bir dəfə bunu etiraf etdi, dedi ki, mən başqa sənətin dalınca gedəcəkdim, bax, bu Ramizə baxıb aktyorluğu seçdim.

Məktəbli olanda bu qədər əlavə məşğuliyyət vaxtımın çox hissəsini alırdı, amma qəribədir ki, hər işi çatdırırdım. Oxuduğum 190 nömrəli məktəbdə də fəal şagird olduğum üçün "Artek"də də məni yaxşı tanıyırdılar. Rəsm dərnəyinə də gedirdim, qılıncoynatma, üzgüçülük, gimnastika, güləş, futbol, atçılıqla da məşğul olurdum. İndi səhhətimdəki nasazlıqlarla mübarizə aparmaqda bu fiziki hazırlıqlar öz rolunu oynayır. Yazıçılar Birliyinin üzvü olmağıma, keçən il "Cızma-qaralar" adlı bədii yaradıcılıq toplumun çapdan çıxmağına, bu gün də ictimai işlərə həvəsli olmağıma, film çəkəndə həm redaktor, həm də rəssam kimi iştirak etməyimə bütün bu məşğuliyyətlərin böyük təsiri olub. Valideynlərimə sonsuz minnətdaram ki, mənim üçün belə imkan yaradıblar.

Atamı on yaşım olanda itirmişəm. Ailənin kiçiyi olduğum üçün anam da, bacım da mənim inkişafım üçün bütün şəraiti yaradıblar. İncəsənət sahəsini seçdiyim üçün heç vaxt heç bir qadağa, sərhəd qoymayıblar. Əksinə, həmişə fəxr ediblər mənimlə. Çünki o vaxt televiziya yenicə yaranmışdı Azərbaycanda, mən də bu yeniliyin içində idim, hamı məni teleekrandan görüb tanıyırdı. Bu, doğmalarıma sonsuz qürur verirdi. Mən birinci dəfədir, özüm haqqında bu qədər danışıram. Heç vaxt uğurlarımı sadalamamışam, istedadlı, bacarıqlı olduğumu deməmişəm. Həmişə demişəm ki, mənim silahım mənim sadəliyim, səmimiyyətimdir.

- Orta məktəbi bitirəndə, görünür, başqa sahəyə üz tutmaq barədə heç düşünməmisiniz də...

- Elədir. Televiziyanın, kinonun, teatrın ab-havasında böyüdüyüm üçün başqa sahə haqqında düşünə bilməzdim.

"Ermənilər məni 72 saat nəm sementin üstündə yatırtdılar"

- Yəqin ki, o vaxtkı İncəsənət İnstitutuna dərhal qəbul olunmusunuz...

- Yox, təsəvvür edin ki, ixtisas fənnindən kəsildim. Çox sarsılmışdım. Belə olacağını təsəvvür etməzdim. Fikirləşirdim ki, əgər mən kəsilmişəmsə, bəs kimlər qəbul olunublar? Könüllü əsgər getməyi qərara aldım. Tiflisdə hərbi tibb məktəbini əla qiymətlərlə bitirdim. Təyinatımı Ermənistanın Leninakan şəhərinə verdilər. Oranın tibbi-sanitar hissəsinin baş tibbi təlimatçısı işdən çıxdığı üçün məni bu vəzifəyə təyin etdilər. Səkkiz ay işlədim bu vəzifədə. Ermənilərin bizi gözləri götürmədiklərini hələ o zaman gördüm. Hətta məni öldürmək istəyirdilər.

- Niyə?

- Qorxurdular ki, oradakı azərbaycanlılar birləşib bir qüvvəyə çevrilərlər. Hərbi hissədə Qubadan olan bir əsgər də var idi. Bir gün o, möhkəm sancılandı. Başa düşdüm ki, təcili əməliyyat olunmalıdır. Mərkəzi xəstəxanaya çatdırmaq üçün raport yazıb icazə istəməyə vaxt qalmamışdı, ölə bilərdi. Onda maşını icazəsiz götürüb oğlanı xəstəxanaya çatdırdım. Orada doğrudan da dedilər ki, bir az da gec çatsaydı, ölə bilərdi. Onunla bu vaxta qədər dostluq edirik. Nə isə, baş həkim bizim hissəyə məktub yazdı ki, baş tibbi təlimatçı əsgərin həyatını xilas etdiyi üçün mükafatlandırılmalıdır. Ermənilər bu göstərişi də özlərinə xas şəkildə yerinə yetirdilər.

- Necə yəni?

- Məni həm mükafatlandırdılar, növbədənkənar məzuniyyət verdilər, həm də cəzalandırdılar - məzuniyyətdən qayıdandan sonra 72 saat nəm sementin üstündə yatmalı oldum. Səbəb də maşını icazəsiz götürməyimi göstərdilər. Əslində isə bu, bəhanədən başqa bir şey deyildi. Onları qıcıqlandıran o idi ki, bir azərbaycanlı o birini xilas edib. Belə-belə işlər. 71-ci ilin mayında xidmətimi başa vurub Bakıya qayıtdım. Yenə İncəsənət İnstitutuna imtahan verdim və yenə də ixtisas fənnindən kəsildim.

Kinostudiyada fəhlə kimi işə başladım, mədəni-maarif fakültəsinin qiyabi şöbəsini bitirdim. "Mozalan"ın süjetləri o vaxt yenicə çəkilməyə başlayırdı. İndi bu jurnal haqqında danışanda yaradıcıları arasında mənim də adımı çəkirlər. Bu, doğrudan da belədir – "Mozalan"ın ilk dövrlərində də, sonralar da çox yaxından iştirak etmişəm. 39 yaşında "Debüt" studiyasında "Pirverdinin xoruzu" filmini çəkdim. İlk filmimin uğurlu alınması məni həvəsləndirdi.

"Bəxt üzüyü"nün çəkilişləri üçün verilmiş puldan bir az ayırıb saxlamışdım"

- Və siz bir neçə teatrda tamaşaya qoyulmuş Vaqif Səmədoğlunun "Bəxt üzüyü" komediyasının çox fərqli ekran həllini tapdınız. Beləliklə də kinomuzda kassa gəlirinə və bədii keyfiyyətlərinə görə ən çox tamaşaçı toplayan hadisə baş verdi. Nədənsə son illər belə filmlərin sayı xeyli azalıb, ikisindən biri olur - ya sırf kommersiya maraqları üstün gəlir, ya da bədii keyfiyyətlər. Çox vaxt isə heç biri olmur. Hər ikisinin bir vəhdətdə meydana çıxması üçün vəsait amilinin həlledici olması da artıq öz çəkisini itirib. Məncə, zövqün və sərbəst düşünmək keyfiyyətinin korşalmasıdır əngəl törədən.

- Başqa sözlə, peşəkarlığın olmaması. "Pirverdinin xoruzu" filmindən sonra Zeynəb Xanlarova haqqında bədii film çəkmək qərarına gəldim. Vəsait ayrıldı, yaradıcı heyət təsdiq olundu. Altı Şərq ölkəsində çəkilişlər aparacaqdım. 90-cı ilin 20 yanvar hadisəsi hər şeyi alt-üst etdi, hər birimizin ovqatı korlandı. Zeynəb xanım dedi ki, belə bir vaxtda mən qırmızı paltar geyinib şux mahnılar oxuya bilmərəm. Amma mən bu filmi mütləq çəkəcəm. Necə ki vaxtilə vokal sənətimizin ustadı Rəşid Behbudova, aktyorluq sənətimizin görkəmli sənətkarı Nəsibə xanım Zeynalovaya həsr olunmuş "Bəxtiyar" və "Qaynana" filmləri ekranlara çıxdı, Zeynəb xanımın da yaradıcılığı bədii ekran həllini tapmalıdır. Çünki Zeynəb xanım da öz ifa tərzi ilə dünya səviyyəsinə çıxmağı bacaran müğənnidir.

Qalır təşkilati məsələləri həll edib faktura etibarilə Zeynəb xanıma bənzəyən aktrisa tapmaq. "Bəxt üzüyü"nə gəldikdə isə mən bu filmi çəkəndə imkan vermədim ki, kimsə mənə mane olsun. Əsəri necə görürdümsə, elə də çəkdim. Vaqif Səmədoğlu deyirdi ki, bu, artıq təkcə mənim əsərim deyil, çünki Ramiz Əzizbəyli bu əsəri hər tərəfə döndərib, mövzunun görünən tərəflərini də göstərib, görünməyən tərəflərini də.

Kino elə şeydir ki, gərək rejissor nəzərdə tutduqlarını çəkməkdən qorxmasın, özünə güvənsin. Əgər fikirləşsə ki, yox, burada bu söz işlənməsin, kimsə nəyəsə işarə etdiyimi düşünər, burada bu obraz olmasın, kimsə özünü tanıya bilər, onda film yalnız uduzur. Filmin müəllifi rejissordur, ədəbi materialın müəllifi də, aktyorlar da ona arxalanmalıdırlar. Mən güclü aktyorların arxasında gizlənməyi qəbul etmirəm. "Yalan" filminə Mədəniyyət və İncəsənət Universitetindəki müəllim yoldaşlarımı, tələbələrimi də çəkmişdim.

Çox məşhur aktyorlarla işləyə, onların iddiasına dözə bilmirəm. Rejissor aktyorun şıltaqlığı ilə durub-oturmamalıdır. Aktyor nə qədər qüdrətli olsa da, başa düşməlidir ki, filmin tam mənzərəsini görən rejissordur. Yoxsa bəzi aktyorlar film boyu ön planda qalmaq istəyirlər. Bəs o biri aktyorlar, filmin ümumi mənzərəsi, bütöv ekran, ansambl anlayışları necə olsun? Görürsüz, mənim filmlərimdə çəkilən aktyorlar sonra başqa filmlərdə böyük rollar oynamayıblar. "Bəxt üzüyü"nün çəkilişləri üçün Sədrəddin Daşdəmirov adlı iş adamı vəsait ayırmışdı. Mən hər ehtimala qarşı həmin vəsaitdən bir az ayırıb saxlamışdım. Filmin çəkilişləri başa çatandan sonra o məbləği Sədrəddin bəyə verəndə dedi ki, öz aranızda bölüşdürün. Mən də o pulla çəkiliş qrupunun hər bir üzvünü mükafatlandırdım.

"Məşədi İbadın partiyasını ilk dəfə Üzeyir bəy bəstələdiyi kimi oxudum"

- Kinorejissorluqda belə uğurlu təcrübələrinizin olmasına baxmayaraq, cəmi üç film çəkmisiniz. Başqa təkliflər, təşəbbüslər olmadı?

- Təbii ki oldu. 97-ci ildə Ramiz Rövşən “Ölü kimdi, diri kim” adlı ssenari yazdı. Bütün məsələlər həll olunsa da, obyektiv və subyektiv səbəblərdən iş dayandı. Yaxşı ki “Yalan” filmi ilə problem yaranmadı. 2005-ci ildə Orxan Fikrətoğlunun ssenarisi əsasında çəkdiyim bu film müxtəlif nominasiyalar üzrə mükafatlar qazansa da, rejissorun əməyi nədənsə diqqətdən qaçıb. Özü də maraqlı burasıdır ki, hər mükafatın təqdimatından sonra çoxları mənə yaxınlaşıb deyir ki, əslində sənə də mükafat verilməliydi. Amma nominasiyaları müəyyənləşdirəndə mən yada düşmürəm.

- Kino sahəsində böyük islahatlar başlayıb, film istehsalı intensivləşib. Sizin də yeni ekran əsərləriniz olacaq?

- Mədəniyyət və Turizm Nazirliyinin ekspertlər şurasından keçmiş bir ssenarinin çəkilməsi mənə tapşırılıb. Hələlik adını açıqlaya bilmərəm. Bircə onu deyə bilərəm ki, bir neçə aya çəkilişlər başlayacaq.

- Bəs aktyor kimi hansı işlərinizi gözləyək?

- Oqtay Mirqasımın çəkdiyi “Qisas almadan ölmə” filmində baş rollardan birində çəkilirəm. Televiziyada isə Mirzə Fətəli Axundzadənin 200 illiyi münasibətilə Ramiz Həsənoğlu “Mürafiə vəkilləri”ni hazırlayır, mən Ağamərdan bəy rolunda çıxış edəcəm. Bundan başqa Anarın ssenarisi əsasında Mirzə Fətəlinin həyat və yaradıcılığı haqqında “Sübhün səfiri” adlı filmdə Hacı Qara rolunu oynayacam.

- Sizi teatr tamaşasında, Hüseynağa Atakişiyevin ən uğurlu quruluşlarından biri olan Gənclər Teatrının "Ər-arvad" səhnə əsərində görən tamaşaçı kimi deyə bilərəm ki, səhnə ilə də "yaxşı yola gedirsiniz". Bəs niyə teatrdakı rollarınız elə də çox deyil? Dəvət eləmirlər, ya özünüz istəmirsiniz?

- Teatrdakı rollarım doğrudan da çox deyil. “Ər-arvad”dan başqa, İrəvan teatrında “O olmasın, bu olsun” operettasında Məşədi İbadı oynamışam. İkisinin də rejissoru mənim dostum, rəhmətlik Hüseynağa Atakişiyev idi. Teatrlardan çox dəvətlər olur. Qəbul eləməməyimin bir neçə səbəbi var. Əvvəla, teatrdakı intensiv iş rejimi - günorta məşq, axşam tamaşa - məni yorur. İkincisi, dəvətləri çox vaxt ona görə qəbul etmirəm ki, truppanın digər üzvlərinin rollarına münasibəti məni qane etmir. Məşq zamanı özümü güclə saxlayıram ki, məsləhət, göstəriş verməyim. Özü də teatrda hansısa rolda çıxış eləyəndən sonra uzun müddət o obrazın təsiri altında qalıram, qəhrəmanımın sarsıntılarını ürəyimə salıram.

“Ər-arvad” tamaşasından sonra ürəyim ağrımağa başladı. Mənimki kinodur. Özü də rejissorluq. Burada özümü tam ifadə edirəm, lider oluram. 70-ci illərin axırında “muzkomediya”ya, Əsgərin partiyasını ifa eləməyə dəvət etdilər. Ariyanı oxudum, amma nədənsə məni xora götürdülər. Teatrın rəhbərliyinin bu hərəkəti yaman yer eləmişdi mənə. Amma “O olmasın, bu olsun” tamaşasında bacarığımı göstərə bildim. İlk dəfə olaraq Məşədi İbadın partiyasını orijinalda bəstələndiyi kimi oxudum. Məsələ burasındadır ki, Üzeyir bəyin partiyaları nadir hallarda dəqiq oxunur. Xüsusən, operettalarında. “Arşın mal alan”la “O olmasın, bu olsun” axı əslində operettadır.

Bizim Musiqili Komediya Teatrının aktyorlarının səs imkanları kifayət qədər olmadığı üçün bu əsərləri musiqili komediya adlandırırıq. Hüseynağa Atakişiyev İrəvan teatrında “O olmasın, bu olsun”u qoyanda ilk dəfə olaraq Məşədi İbadın partiyasını Üzeyir bəy bəstələdiyi kimi oxudum. Üzeyir bəy isə bu partiyanı o biri baş rollar olan Sərvərlə Gülnazın partiyası kimi lirik tonda bəstələyib. Məşqdə bu cür ifa eləyəndə rejissor da, musiqi rəhbəri Sərdar Fərəcov da vərdiş etmədiklərindən təəccüblənmişdilər.

- Bədii yaradıcılıq toplunuzu nəşr etdirmisiniz. Bəs diskinizi çıxartdırmaq fikriniz yoxdur?

- Mən paralel olaraq həm aktyor, həm də müğənni kimi fəaliyyət göstərmək fikrindən və imicindən uzağam. Ona görə yalnız kino musiqimizdən ibarət disk tərtib etmək istəyirəm.

- Son dövrdə çəkilən filmlərimizlə tanışsınız?

- Demək olar ki, yox. Təqdimatlara, premyeralara dəvət eləmirlər. Görünür, yaradıcı kontakta girmək istəmirlər.

Samirə Behbudqızı

Milli.Az

URL: http://www.milli.az/news/culture/57027.html

Link to comment
Share on other sites

Azərbaycanda hansı ali məktəb diplomunun vaxtı ixtisas üzrə işləməyəndə bitir?

11 IYUL 2011 [09:15] - MİLLİ.AZ

Hər bir şəxs müəyyən peşəyə sahib olmaq, karyera qurmaq üçün ali təhsil alır. Ali təhsili başa vurub diplom alandan sonra isə hər kəsə işləmək qismət olmur. Ali təhsil başa vuran şəxs bəzən diplomunu illərlə evdə “yatırtmaq”dan başqa çərəsi qalmır.

Bəs ali diplomlu şəxs öz ixtisası üzrə işləmirsə, ali təhsil haqqında diplomun vaxtı bitirmi? Əgər bitirsə, diplom sahibi nə etməlidir?

Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili söbəsinin müdiri İlham Mustafayev Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, hazırda belə bir qaydanın olmasından məlumatsızdır. Şöbə müdirinin sözlərinə görə, əvvəllər müəllim ixtisası alan şəxslər işləməyən zaman onun diplomunun vaxtı bitirdi. Həmin şəxs yenidən işləməsi üçün mütləq 1 il təkmilləşdirmə kursu keçməli idi. Ancaq, bir müddət əvvəl bu zərurət götürüldü.

"İndi hamı işə imtahanla qəbul olur. Kimin savadı varsa, imtahanı verib, işə qəbul ola bilər” - deyə İ.Mustafayev əlavə etdi.

İ.Mustafayev ixtisas üzrə işləməyən şəxslərin diplomunun vaxtının bitməsi ilə bağlı zərurətin tibb sahəsində olmasını istisna etmədi.

Səhiyyə Nazirliyinin kadrlar, elm və təhsil şöbəsindən Milli.Az xəbər portalına bildirildi ki, tibbi ali təhsil alan şəxs 5 ildən artıq işləmirsə, onun diplomunun vaxtı bitir. Həmin şəxs mütləq hazırlıq kursu keçməlidir. Bunun üçün həmin şəxs sənədlərini - diplomun, internatura vəsiqəsinin, şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının surətlərini Səhiyyə Nazirliyinin Kadrlar, elm və təhsil şöbəsinə təqdim etməlidir.

Texnikum təhsilli şəxslər də 5 il ixtisası üzrə işləmirsə, təkmilləşdirmə kursu keçməlidir. Sadəcə, həmin şəxslər təkmilləşdirmə kursunu 2 saylı Bakı Baza Tibb Kollecində keçə bilər.

Anar Məmmədov

Milli.Az

URL: http://www.milli.az/news/society/55787.html

Link to comment
Share on other sites

Azərbaycanlı müğənni Rəqsanənin, Günel Ələkbərovanın və Aygün Kazımovanın silikonlarından danışdı - MÜSAHİBƏ

11 IYUL 2011 [09:30] - MİLLİ.AZ

"Ancaq pis çıxmasın, mənim yoxumdur"

Azərbaycanı “Eurovision-2010” mahnı müsabiqəsində təmsil edən Səfurə Əlizadənin Milli.Az xəbər portalına müsahibəsi.

- Səfurə, yay günləri çox isti keçir. Dənizə gedirsən?

- Mən yuxudan gec durmağı çox sevirəm. Amma son zamanlar konsertə görə tez durub, işlərimi bitirib gedirəm dənizə. Dənizə getməyi vacib sayıram, çünki konsertdə yorğun görünməməliyəm.

- Səfurə üçün çimərlik geyimində insanlar arasında görünmək çətin deyil?

- Çətindir, ona görə də mən çox ehtiyatlı olmalıyam. Qorxuram ki, paparassilər məni tutub çəkərlər. Bundan isə heç xoşum gəlmir. Mən hər zaman ailəmlə birgə dənizə gedirəm. Bilirəm ki, məni kənardan izləyirlər. Buna baxmayaraq, dənizdə və çimərlik geyimində özümü çox yaxşı hiss edirəm. Ancaq çalışıram ki, başım üstümdə olsun. Birdən kənardan izləyib, çəkərlər.

- Səfurə, heç həmkarlarınla qaynayıb-qarışmırsan...

- Nə bilim. Çalışıram uzaqda qalım. Vaxtımın çoxunu Avropada keçirirəm və tam şou-biznesdən uzağam. İndi heç bu şou-biznesin içərisinə girmək istəmirəm də. Mənə belə daha rahatdır. Hər kəslə əlaqədə olmaq istəmirəm, öz işimlə məşğulam.

- Səfurəni heç bir müğənni ilə bir yerdə görmək mümkün deyil; dostun yoxdur?

- Elədir. Ancaq vaxtım olanda Aygün Kazımova, Tünzalə Ağayeva ilə əlaqə saxlayıram. Onların ikisi də mənə dəstək olurlar. Şou-biznes əhli ilə bir yerdə oturmaq məndə alınmır. Builki qalibimiz Nigarla da münasibətim çox yaxşıdır. Ancaq mənim heç nəyə vaxtım yoxdur. Hər zaman çıxışımı edib, qaçıram. Bir də axı mən toylara getmirəm. Onları az-az görürəm.

- Gəl, bir az da səmimi olaq. Səfurə hər zaman öz adını qorumağa çalışıb. Bəlkə şou aləmindən qaçmağının əsl səbəbi budur?

- Bəli, hər zaman qoruyuram. Heç vaxt istəmərəm ki, adım aşağı səviyyədə hallansın. Bunu tək öz adım üçün deyil, ailəm üçün də edirəm. İstəmərəm ki, pis hərəkətlə valideynlərimin başını aşağı edim. Mənim anam, bacım var. Bir də ki, anam bütün ömrünü mənə həsr edib. Çalışıram ki, özümü öz səviyyəmdən aşağı salmayım. Mənim çox sıx ətrafım var. Yalnız oradakı dostlarıma inanıb, nələrisə danışa bilərəm. Düzdür, mənim qorxacaq heç bir hərəkətim yoxdur. Bəlkə də qızlar qorxub, nələrisə danışmırlar. Ancaq mən belə deyiləm.

- Sirrini ən çox kiminlə bolüşürsən ki?

- Atamla. Ona hər şeyi danışa bilirəm - kimdən, hansı oğlandan xoşum gəlir. Papa məni başa düşür. O, mənim ən böyük dostumdur. Valideynlərim mənə inanırlar. Bəlkə elə buna görə onlar məni xarici ölkəyə rahatlıqla yola salırlar. Əgər mən onlara qarşı soyuq davranıb, nələrisə gizlətsəydim, inamlarını qazana bilməzdim. Onlar bilirlər ki, mənim pis hərəkətim yoxdur.

- Atana xoşuna gələn oğlandan danışırsan, bəs bizə?

- (gülür) Düzünü desəm, hazırda həqiqi mənada elə bir adam yoxdur. Olsa, niyə gizlədim ki?! Mən buna çox normal baxıram.

- Səmimiyyətinə inandıq. Ancaq hazırda sevgilisi olan xanım müğənnilər bunu danırlar. Niyə, bu o qədər pis işdir?

- Xeyir. Mən heç zaman gizlətmərəm. Olsa, mütləq deyəcəm. Ancaq gizlədənlərə də yaxşı baxmıram. İnsanların gözündən pərdə asmağa dəyməz. Yaxşısı budur, düzünü de, heç kim də sənin dalınca danışmasın. Sevgilin olanda, nə olar ki?

- Onda bəlkə ilk sevgindən danışasan?

- Oy, 9 yaşımda olub (gülür). Ancaq dəqiq yadımda deyil, o, mənimlə paralel sinifdə oxuyurdu, yoxsa bir sinif yuxarıda. Ancaq onun kimliyi yadımdadır. Çünki bu, ilk sevgi idi.

- Həmkarların şəxsi həyatlarını gizlətməklə yanaşı, qalmaqalla gündəmdə qalmağa da çalışırlar.

- Mən, ümumiyyətlə, bilmirəm ki, qalmaqal nə deməkdir. Əgər kimsə mənim haqqımda danışsa belə, ona cavab vermərəm. Hər kəs bilir ki, mən qalmaqaldan uzaq insanam. Qoy kimlər nə istəyirlər, desinlər, susacağam. Bu yaxınlarda bir jurnalda oxudum ki, Səfurə dodağına silikon qoydurub. Özü də yazıblar, ““Eurovision”-un ən gözəl iştirakçısı xarici görünüşündə dəyişiklik edib, dodaqlarına silikon qoydurub”. Maraqlıdır, əgər mən gözələmsə, niyə silikon qoydurum? Hər kəs məni belə sevib. Mən çıxıb qalmaqal da edərdim. Bu söhbəti əlimdə bayraq edərək, gedib düz məhkəməyə qədər çıxa bilərdim. Ancaq etmədim. Çünki mənə qalmaqal lazım deyil.

- Dodaqlarını silikon edən müğənnilərimizi tanıyırsan?

- Bəli, çoxu edib. Rəqsanədə silikondur. Günel Ələkbərovada lap çoxdur. Bir də elə Aygün xanım Kazımovada da silikondur. Mən buna pis baxmıram. Məsələn, mənim də burnum pis olsaydı, mütləq əməliyyat elətdirərdim. Çünki səhnədə səslə yanaşı, gözəllik də lazımdır. Axı insanlar mənim səsimlə birgə, xarici görünüşümə də baxırlar. Bəlkə kiminsə düzəlişə ehtiyacı var. Ancaq pis çıxmasın, mənim yoxumdur. Özümü tərifləmək fikrində deyiləm. Bu sözü başqa insanlar da deyir.

- Hər zaman plastik əməliyatlara maraqlı olan müğənnilərin bu xəstəliyinin sənə də keçməsi ehtimalı var? Məsələn, Aygün Kazımova ilə Rəqsanə bu sahədə bəlkə də rekord qırıblar.

- Bəlkə də müəyyən yaşa çatdıqdan sonra olar. Ancaq çalışaram ki, o yaşa catanda belə olmayım. Yəni heç bir əməliyyata ehtiyacım olmasın. Madonnanın 50 yaşı var. Amma o, çox gözəldir. Çünki o, səhərlər durub, gedir idmana, məşq edir. Meyvə ilə qidalanır. Sağlam həyat tərzi sürür. Mən çalışacam ki, o yaşa çatanda da formada olum. İndi özümdə hansısa xoşagəlməz bir şeyi görəndə, tez əl-ayağa düşürəm. Əgər qarnım çıxırsa, tez bir zamanda pəhrizə başlayıram. Mən çox yeyirəm, ancaq çox kökəlmirəm. Yeməyi çox sevirəm və arıqlayan kimi başlayıram yemək yeməyə. Çünki həyatımı az da olsa gözəl keçirmək istəyirəm. Yeyib, kef edim də bir az (gülür).

- Geyimlərinə görə cəsarətli xanım hesab olunursan...

- Bəli, mən cəsarətliyəm, həm də çox. Ancaq çox açıq-saçıq geyinən də deyiləm. Mən çox qısa şortlar geyinmişəm. Lakin mən belə məsələlərə başqa prizmadan yanaşıram. Uşaqlıqdan baletə və uzgüçülüyə getmişəm. Axı niyə biz kimisə çimərlik paltarında görəndə təəccüblənmirik? Amma səhnədə bir az açıq geyinənə pis baxırlar. Bizimkilər sadəcə, öyrəşməyiblər. Nə olsun ki, mən qısa geyinirəm? Ancaq özümü elə aparıram ki, mənə yaxınlaşmağa belə qorxurlar.

Məni sevənlər kifayət qədərdir. Sevməyənləri isə məcbur edə bilmərəm. Məni sevməyənlərə nifrət də etmirəm. Çünki bu, çox normaldır. Düzdür, hərdən olur ki, bəzi insanlar ağızlarının danışığını bilmirlər, hərəkətlərinə fikir vermirlər, təhqir edirlər. Ancaq mən buna görə əsəbləşmirəm. Hər kəs öz tərbiyəsini göstərir. Kim nə deyir desin, ancaq mən heç kimə fikir və cavab vermirəm. Çünki mənim öz səviyyəm var. Məhz elə buna görə də mən bu gün səhnədəyəm.

Mən səhnədə olmalıyam. Müğənnini səhnədə tamaşaçı sevgisi saxlayır. Almaniyaya dəvət alan yeganə müğənni oldum. Çünki məni ora tamaşaçı sevgisi, məktubu çağırırdı. Mənim orada fanatlarım var. Açın “youtube” səhifəsini, baxın. Əgər məni sevməsəydilər, onda orada, xarici kanallarda çıxışlarım olmazdı. Çox uzatmadan demək istəyirəm ki, mən xaricdə çıxış edən və sevilən müğənniyəm. Pərəstişkarlarım olmasaydı, mən bu gün sevilməzdim. Anam olmasaydı, bu gün belə geyinməzdim. Çünki bütün geyimlərimi anam tikir. O olmasa, mən düşüb dükanlara geyim seçərdim.

- Bəlkə sən xarici ölkələri yerli müğənnilərimizdən daha çox gəzdiyin üçün onlardan yan keçirsən?

- Bilirsən, səviyyəsini saxlamaq müğənninin özündən asılıdır. Hər kəsə ağılla yanaşmaq lazımdır. Düzünü deyim, mən qısa geyinirəm. Ancaq nə qədər də qısa geyinsəm, özümü səviyyəli aparıram. Geyim insana heç nə edə bilməz. Əsası özünü aparmaqdır. Məsələn, Beyons çimərlik geyimində gəzir. Nə olsun? O mənim ən çox sevdiyim müğənnidir. Onu özümə ideal seçmişəm.

- Özünü ona oxşadırsan?

- Yox, oxşatmıram. Mən, sadəcə, onun yolu ilə getmək istəyirəm. Eybi yox, qoy mən əziyyət çəkim. Ancaq onun kimi olum. Bu gün Beyonsu görənlər ah çəkirlər, hörmətlə qarşılayırlar. Onun bu günə qədər heç bir pis hərəkəti olmayıb. Prodüserləri valideynləri olub. Heç vaxt ailəsindən ayrı qalmayıb. Sonra da çox gözəl ailə qurdu. Düzdür, mən Riannanı da çox sevirəm. Ancaq Beyons başqa aləmdir. O, özünə çox hörmət qoyur.

- Xəbərin var ki, həmkarın Arzum da onun böyük pərəstişkarıdır? O, hətta deyir ki, "Azərbaycanın Beyonsu mənəm".

- O "Beyonsdur", mən isə Səfurə. Baxın, Beyons Tina Törneri necə sevir, mən də onu elə sevirəm. Mən Beyonsu təkrarlamaq istəmirəm. İstəmirəm ki, səhər səhnəyə çıxanda desinlər ki, bu, Beyonsdur. Beyonsun fanatları özlərini ona oxşadırlar. Mənimkilər də səhər özlərini mənə bənzətsinlər.

Mələk

Milli.Az

URL: http://www.milli.az/news/showbiz/56843.html

Link to comment
Share on other sites

"Bulqariya" faciəsi: ölənlərin sayı 104-ə çata bilər - FOTO

11 IYUL 2011 [09:45] - MİLLİ.AZ

Volqa çayında batmış teploxoddakı sərnişinlərin çoxunun boğulub öldüyü güman olunur.

Milli.Az xəbər portalı "RİA Novosti"yə istinadən bildirir ki, Rusiyanın Tatarıstan respublikasında batmış "Bulqariya" teploxodununda böyük sayda boğulmuş insanlar tapılıb. Gəminin göyərtəsindəki cəsədlərin sayı indiyədək itkin düşmüş sayılan sərnişinlərin sayına, yəni 104 nəfərə bərabər ola bilər. Rusiya Fövqəladə Hallar Nazirliyinin regional mərkəzindən verilən məlumata görə, həlak olmuş sərnişinlərlə bağlı informasiya fasiləsiz yenilənir.

İndiyədək 8 nəfərin, o cümlədən 1 uşağın boğulub öldüyü təsdiqlənib.

Rusiya FHN-nin Privoljsk mərkəzinin rəisi İqor Panşinin dediyinə görə, dalğıclar bütün gecəni çalışıblar.

"Səhər açılanda gəminin tryumları, restoranları, barları və musiqi zalını işıqlandırdıq. Orada çoxlu adam var. Bu adamlar arasında sağ qalmışlar yoxdur", - Panşin deyib.

Hadisə yerində xilasetmə işləri ilə 377 nəfər məşğul olur və 97 dalğıc işləyir. Hələlik araşdırmalar katerlərlə aparılır. Lakin yaxın saatlarda 2 Mi-28 helikopteri də axtarışlara qoşulacaq.

Panşinin dediyinə görə, güclü külək axztarışları çətinləşdirir. Bundan başqa, dalğıclar üçün daha bir çətinlik teploxoddan sızmış yanacaqdır.

1955-ci ildə Çexoslovakiyada tikilmiş ikigöyərtəli "Bulqariya" teploxodu dünən Volqa çayında qasırğa və güclü yağış zamanı batıb. Gəmi Bulqar şəhərindən Kazana gedirdi.

Artıq aydındır ki, teploxodda reqlamentdən artıq sərnişin olub. Teploxodda sərnişinlərin maksimal sayı 120 nəfər nəzərdə tutulsa da, orada 199 sərnişinin olduğu güman edilir.

Bu günədək 80 nəfər xilas edilib.

Mütəxəssislərin dediklərinə görə, gəmi limandan ayrılanda artıq sağ böyrü üstə əyilməyə başlayıbmış.

Farvaterin dəyişməsi ilə bağlı "Bulqariya" manevr edəndə isə dalğalar onu basıb. Bundan sonra gəmi 8 dəqiqə ərzində batıb.

Milli.Az

URL: http://www.milli.az/news/world/57480.html

Link to comment
Share on other sites

Bakının avtomobil bazarında son qiymətlər - SİYAHI

11 IYUL 2011 [10:19] - MİLLİ.AZ

Milli.Az xəbər portalı Day.Az saytına istinadən Bakının maşın bazarında avtomobillərin son qiymətlərini təqdim edir.

Milli.Az

Avtomobillər

Buraxılış ili

Qiyməti

1

VAZ (2107)

2003

3200 $

2

VAZ (21099)

1996

3500 $

3

VAZ (21011)

1977

1500 $

4

Niva

2010

11000 $

5

VAZ (2115)

1999

4000 $

6

Daewoo (Nexia)

2008

8000 $

7

Daewoo (Espero)

1997

4000 $

8

Chevrolet (Lacetti)

2007

10500 $

9

Chevrolet (Cruze)

2010

18500 $

10

Chevrolet (Aveo)

2005

7500 $

11

BMW (525)

1997

9000 $

12

BMW (320)

1992

4500 $

13

BMW (X5)

2003

26000 $

14

Peugeot (307)

2002

8000 $

15

Peugeot (206)

2005

7000 $

16

Subaru (Forester)

2008

24000 $

17

Subaru (Impreza)

2007

12500 $

18

Mercedes (E240)

2003

23000 $

19

Mercedes (C230)

2005

19000 $

20

Mercedes (C200)

1999

11000 $

21

Mercedes (E320)

1993

7000 $

22

Mercedes (C180)

1995

7700 $

23

Mitsubishi (Pajero io)

2002

14000 $

24

Volkswagen (Touareg)

2004

26000 $

25

Ssang Yong (Rexton)

2005

19500 $

26

Toyota (RAV4)

2007

23000 $

27

Toyota (Corolla)

2008

14000 $

28

Toyota (Prado)

2007

27500 $

29

Hummer (H3)

2005

27000 $

30

Fiat (Doblo)

2003

10000 $

31

Hyundai (SantaFe)

2006

15000 $

32

Hyundai (Accent)

2001

6000 $

33

Hyundai (Tucson)

2008

17000 $

34

Hyundai (Elantra)

2007

14000 $

35

Hyundai (Getz)

2008

11000 $

36

Opel (Vectra)

1996

5500 $

37

Opel (Astra)

1992

3800 $

38

Opel (Zafira)

2000

10500 $

39

KIA (Sportage)

2006

15000 $

40

KIA (Optima)

2005

12000 $

URL: http://www.milli.az/news/economy/57494.html

Link to comment
Share on other sites

Azərbaycanlı kolleksioner üçün lüks seyf hazırlanıb - FOTO

11 IYUL 2011 [11:12] - MİLLİ.AZ

Bu seyfdə 210 qol saatı saxlamaq olar.

Milli.Az xəbər portalı "Planetluxus"a istinadən bildirir ki, Almaniyanın məşhur seyf istehsalçısı olan "Döttling" şirkəti eksklüziv "Bel-Air" kolleksiyasına daha bir model əlavə edib.

Azərbaycandan olan və adının açıqlanmasını istəməyən müştəri üçün "Döttling" bahalı qol saatları kolleksiyasının saxlanması üçün xüsusi seyf hazırlayıb.

Bahalı qol saatları kolleksiyasının saxlanacağı seyf "A Magnus for Azerbaijan" ğadlanır.

Əl işi olan seyfdə yalnız gizli mexanizmi işə salandan sonra açılan məxfi ğölmə də var.

Yüksək etibarlılıq səviyyəsinə malik seyfdə səssiz siqnalizasiya və xəbərvermə sistemi var.

Seyfin içi bahalı ağaclarla bəzədilib və işıqlanan 5 pəncərəli bölmə ilə təchiz edilib.

Seyfin 10 bölməsində xüsusi, əllə tikilmiş döşəkçələr də var. Həmin bölmələrdə 210 saat yerləşdirmək olar.

Seyfin qiyməti barədə heç bir açıqlama verilmir.

Milli.Az

URL: http://www.milli.az/news/interest/57491.html

Link to comment
Share on other sites

Türkiyədə daha bir böyük klubun prezidenti həbs edildi - VİDEO

11 IYUL 2011 [10:58] - MİLLİ.AZ

Türkiyədə danışılmış futbol oyunları ilə bağlı istintaq çərçivəsində ikinci dalğa başlayıb. Milli.Az xəbər portalının “Cihan” agentliyinə istinadən verdiyi məlumata görə, “Trabzonspor” klubunun prezidenti Sadri Şener də İstanbulda həbs edilib. Klub prezidenti bu səhər tibbi müayinədən keçirilib və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb.

Polis əməkdaşları tərəfindən İdarəyə aparılarkən Sadri Şener jurnalistlərə qısa açıqlamasında heç nədən xəbəri olmadığını bəyan edib.

Milli.Az

URL: http://www.milli.az/news/sport/57509.html

Link to comment
Share on other sites

Azərbaycanda 60 abituriyent I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanından qovulub

11 IYUL 2011 [10:31] - MİLLİ.AZ

Ali məktəblərin I ixtisas qrupu üzrə dünən keçirilən qəbul imtahanlarında imtahan qaydalarını pozduğuna görə 60-a yaxın abituriyent imtahandan xaric olunub, onların nəticələri ləğv olunub.

Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. Onun sözlərinə görə, həmin şəxslərdən 1 nəfər başqasının yerinə imtahana girmək istəyib, 2-si imtahana mobil telefonla keçməyə, qalanları isə köçürməyə cəhd göstərib. I ixtisas qrupu üzrə oğlanların sayı qızlara nisbətən üstünlük təşkil etdiyindən imtahan zamanı qaydaları pozanlar III ixtisas qrupunun imtahanlarına nisbətən çox olub.

Elnur Nağızadə deyib ki, imtahan təlimata uyğun keçirilib, hazırda abituriyentlərin cavab kartlarının emalı gedir və protokollar oxunur. İmtahanın nəticələrinin sabah açıqlanması nəzərdə tutulur.

Milli.Az

URL: http://www.milli.az/news/society/57503.html

Link to comment
Share on other sites

Gürcüstandan Azərbaycana gələn qatar qəzaya uğradı - YENİLƏNİB

11 IYUL 2011 [10:34] - MİLLİ.AZ

Yük qatarının iki vaqonu relsdən çıxıb və aşıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov isə APA-ya açıqlamasında aşan vaqonların Azərbaycana məxsus olmadığını deyib. “Əgər vaqonlar “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus olsaydı, dərhal bizə məlumat verilərdi. Hazırda bizdə belə bir məlumat yoxdur”, - Nadir Əzməmmədov bildirib.

----------

09:58

Gürcüstanın Şida Kartli bölgəsinin Kasp rayonunda iki vaqonun xətdən çıxması nəticəsində qatar qəzaya uğrayıb. AzərTAc-ın məlumatına görə, vaqonlar boş olub. İtki və insan tələfatı yoxdur.

Qatarın Gürcüstanın Poti limanından Azərbaycana hərkət etdiyi bildirilir.

Milli.Az xəbər portalı bildirir ki, qəza 11 iyul gecəsi Miriani kəndinin yaxınlığında baş verib. Yük qatarının iki vaqonu relsdən çıxıb və aşıb.

Milli.Az

URL: http://www.milli.az/news/society/57487.html

Link to comment
Share on other sites

Azərbaycanda leysan və dolu gözlənilir

11 IYUL 2011 [10:39] - MİLLİ.AZ

Həftənin ilk günlərində Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava müşahidə ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, günün ikinci yarısında 10-14 m/s-dək mülayimləşəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 29-33° isti, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24° isti olacaq.

İyulun 12-də havanın arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi 8-13 m/s, arabir 15-17 m/s çatacaq. Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-32° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bu gün əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacaq.

İyulun 12-13-də də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 5-10 m/s, arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-34° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.

Milli.Az

URL: http://www.milli.az/news/society/57507.html

Link to comment
Share on other sites

Eldar və Nigara Türkiyədə mükafat verildi - FOTO

11 IYUL 2011 [11:16] - MİLLİ.AZ

“Eurovision-2011” mahnı müsbaiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal Türkiyədə mükafat alıblar. Milli.Az xəbər portalının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, mükafat Azərbaycan təmsilçilərinə Zonquldak vilayətinin Eregli qəsəbəsində keçirilən 18-ci Beynəllaxlq Sevgi, Sülh, Dostluq Festivalı çərçivəsində təqdim edilib. Eldar və Nigar “Sevgi, sülh və dostluq mükafatı”nı almaq üçün səhnəyə Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə çıxıblar.

Qəsəbənin bələdiyyə başçısı Halil Posbıyık mərasimdəki çıxışında Türkiyə və Azərbaycan türklərinin qardaş olduğunu bildirib. “Biz tək millət, iki dövlətik. Eldar və Nigar Avropada bütün millətlərin önündə Türkiyə bayrağı ilə səhnəyə çıxaraq iki ölkənin qardaşlığını nümayiş etdirdi”, - bələdiyyə başçısı deyib.

Milli.Az

URL: http://www.milli.az/news/showbiz/57496.html

Link to comment
Share on other sites

Azərbaycanlı müğənni toylara getmək üçün ansambl yığır

11 IYUL 2011 [11:24] - MİLLİ.AZ

Populyar müğənni Nura Suri yaxın vaxtlarda toylarda tam proqramla iştirak etmək niyyətindədir.

Milli.Az xəbər portalının məlumatına görə, o, bunu Day.Az saytına müsahibəsində bildirib.

Hazırda toylarda yarım saat üçün 1000 dollar qonorar aldığını deyən ifaçı toylarda tam proqramla iştirak etmək üçün ansambl yağır.

Həmkarlarının toy qiymətlərinə də münasibət bildirən Nura konkret olaraq Röyanın yarım saat üçün 5000, Elnurun 3000 manat qonorar almasını normal sayır:

"Röya çoxlu konsert verir, yeni mahnılar alır və onun xərcləri böyükdür. Bunu Elnur haqda da söyləmək olar. Mənsə pulumu uşaqlarıma xərcləyirəm. Sayıram ki, pulu yeni mahnı almaqdansa, uşaqlara xərcləmək yaxşıdır".

Milli.Az

URL: http://www.milli.az/news/showbiz/57504.html

Link to comment
Share on other sites

Rəşad Sadıqov "Streymur"la oynamayacaq?

11 IYUL 2011 [11:29] - MİLLİ.AZ

Azərbaycan yığmasının kapitanı, "Qarabağ"ın lideri Rəşad Sadıqov zədələnib. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçu komandasının son məşqində ayaq əzələsini dartdığından bir müddət istirahət etməli olacaq.

Bu üzdən Sadıqovun UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Farer adalarının "Streymur" klubu ilə ilk oyunu buraxması da mümkündür. Bu barədə son qərarı komandanın həkimləri və baş məşqçi Qurban Qurbanov verəcək.

Qeyd edək ki, "Qarabağ"ın "Streymur"la ilk oyunu iyulun 14-də səfərdə keçiriləcək.

Milli.Az

URL: http://www.milli.az/news/sport/57492.html

Link to comment
Share on other sites

Məşhur aktrisa botoks etdirmədiyini belə göstərdi - FOTO

11 IYUL 2011 [11:39] - MİLLİ.AZ

Amerikalı aktrisa və model Meqan Foksun gözəlliyini plastik cərrahiyyəyə borclu olduğu barədə mətbuatda çox yazılır. Bir çoxları əmindirlər ki, Hollivud ulduzu üzündə ideal dəriyə sahib olmaq üçün botoksdan istifadə edib. Bu iddiaları təkzib etməkdən yorulan Meqan Foks isə çıxış yolunu üzündə botoksun olmadığını göstərən fotolarını yaymaqda görüb.

Meqan Foks fotolarda gözlərini qıyır, qaşqabağını tökür və əlavə edir ki, botoksu olanlar bu hərəkətləri edə bilməzlər.

Milli.Az

URL: http://www.milli.az/news/interest/57519.html

Link to comment
Share on other sites

Bakıda ağır yol qəzası: 1 ölü, 3 yaralı

11 IYUL 2011 [11:47] - MİLLİ.AZ

Bakıda ağır yol qəzası baş verib.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, Mir Cəlal küçəsində İsmayıl İsmayılovun idarə etdiyi "Range Rover" markalı avtomobillə Məcid Rəsulovun idarə etdyi “Nissan Qasqai” markalı avtomobil toqquşub. Nəticədə “Nissan”ın sürücüsü Məcid Rəsulov, sərnişinləri Mariya Səmədova, Məleykə İdrisova və Südabə İdrisova xəstəxanaya yerləşiriliblər.

Südabə İdrisova xəstəxanada ölüb.

Milli.Az

URL: http://www.milli.az/news/criminal/57525.html

Link to comment
Share on other sites

Ermənilər Azərbaycanın daha iki mədəniyyət nümunəsini oğurlayıblar - VİDEO

11 IYUL 2011 [11:50] - MİLLİ.AZ

Azərbaycan mədəniyyəti və musiqisinin ermənilər tərəfindən özününküləşdirilməsi prosesi davam edir. APA-nın məlumatına görə, bu dəfə incəsənət oğrusu rolunda Ermənistanı “Eurovision-2009” müsabiqəsində təmsil etmiş İnqa və Anuş bacılarıdır. Bacılar Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyası əsasında çəkilmiş eyniadlı filmdəki hamam səhnəsində ifa olunan mahnıya klip çəkdiriblər. Azərbaycana məxsusluğu bütün dünya tərəfindən qəbul olunan filmdəki bu mahnı erməni musiqisi kimi təqdim olunur. Bacılar bu mahnıya erməni dilində sözlər də yazdırıblar. Onların ifasında bu mahnı “Yerevan, Yerevan” adlanır.

Elə həmin video-çarxda bacıların növbəti təxribata da yol verdikləri məlum olur. Azərbaycanın milli rəqsi olan “Naz eləmə”ni də özününküləşdirlən İnqa və Anuş bu musiqimizə də erməni dilində sözlər yazdırıblar. Video-çarxdan da göründüyü kimi, bacılar oğurladıqları mahnıya klip də çəkiblər. Mahnını isə “Yerevancan” sözləri ilə bitirirlər.

Qeyd edək ki, təqdim etdiyimiz videoçarx Azərbaycanın internet istifadəçiləri tərəfindən hazırlanıb.

Milli.Az

URL: http://www.milli.az/news/video/57523.html

Link to comment
Share on other sites

Bakı bulvarında "çağırılmamış qonaq" - FOTO

11 IYUL 2011 [12:07] - MİLLİ.AZ

Bakı bulvarında sahil boyu dənizdə ağac qırıntıları üzür.

Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, bu, Əl Oyunları Sarayından Bayraq Meydanınadək olan ərazidə aparılan tikinti işlərilə əlaqədardır.

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib ki, bəzi işlər bilavasitə dənizdə aparıldığından ağac qırıntıları və digər inşşat tullantıları suya tökülüb və dalğa onu bulvar sahillərinə gətirib.

N.Məcidov artıq dənizdə təmizləmə işlərinə başlanıldığını, tezliklə məsələnin öz həllini tapacağını söyləyib.

Milli.Az

Foto: Day.Az

URL: http://www.milli.az/news/society/57529.html

Link to comment
Share on other sites

"Neftçi"nin Çempionlar Liqasındakı potensial rəqibləri bəlli oldu

15 IYUL 2011 [15:10] - MİLLİ.AZ

Xəbər verdiyimiz kimi, bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilir.

Milli.Az xəbər portalının uefa.com saytına istinadən verdiyi məlumata görə, püşkatma Bakı vaxtı ilə saat 15:00-da start götürüb.

Artıq UEFA iştirakçıları qruplara da ayırıb. Nəticədə ÇL-dəki təmsilçimiz "Neftçi"nin potensial rəqibləri məlum olub.

Ötən oyunda 3:0 hesabı ilə məğlub olan "Neftçi" rəqibi Zaqreb "Dinamo"sunu keçdiyi halda "Moqren" (Çernoqoriya) - "Liteks" (Bolqarıstan), "Slovan" (Slovakiya) - "Tobol" (Qazaxıstan), "Maribor" (Sloveniya) - "Düdelanj" (Lüksemburq), XİK (Finlandiya) - "Banqor Siti" (Uels), "Şemrok Rovers" (İrlandiya) - "Flora" (Estoniya) cütlüklərinin qaliblərindən biri ilə düşəcəyi bildirilirdi.

Milli.Az xəbər portalının məlumatına görə, "Neftçi"nin potensial rəqibləri "XİK" (Finlandiya) və "Banqor Siti" (Uels) klubları oldu. "Dinamo" (Zaqreb) - "Neftçi" cütlüyünün qalibi XİK (Finlandiya) - "Banqor Siti" (Uels) cütlüyünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları iyulun 26-27-si və avqustun 2-3-ü keçiriləcək.

Milli.Az

URL: http://www.milli.az/news/sport/58348.html

Link to comment
Share on other sites

  • 1 month later...
05.09.2011 12:11

Bu gün səhər saatlarında Bakı metrosunda həyəcanlı anlar yaşanıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, metronun “Nərimanov” stansiyasında görmə qabiliyyətini itirmiş şəxs relslərin üstünə yıxılıb. Dərhal platformada olan daha bir mülki geyimli şəxs yıxılan şəxsi xilas etmək üçün qatarların hərəkət zolağına tullanıb. Bu zaman isə qatar metro xəttinin tunelindən stansiyaya doğru irəliləyib. Metropolitendə hərəkətə nəzarət edən qadının xüsusi alətlə verdiyi işarələrdən sonra qatar relslər üstündə donub qalmış iki nəfərə 15-20 metr qalmış dayanıb.

Hadisəni izləyən insanlarda dərin həyəcan yaradan anlardan sonra hər iki şəxs qatarın hərəkət zolağından çıxarılıb.

Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsindən həmin şəxslərin adlarını açıqlaya bilməyəcəklərini deyiblər. Bildirilib ki, hadisə zamanı yıxılan şəxs gözdən əlildir. Onu xilas etməyə tullanan nəfər isə polis işçisi olub.

Link to comment
Share on other sites

05.09.2011 12:09

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu həftə oğlu Tale Heydərov üçün toy edəcək. Toy mərasimi sentyabrın 9-da “Buta Palace”da baş tutacaq. Toyda Azərbaycanın dövlətin və hökumət rəsmiləri ən yüksək səviyyədə təmsil olunacaqlar. Bundan başqa, Kəmaləddin Heydərovun dostları, qohumlar, Tale Heydərovun İngiltərədən və digər ölkələrdən olan ən yaxın dostları iştirak edəcək.

Məlumatlara görə, toyun idarə olunması üçün xüsusi ssenari hazırlanıb. Bundan başqa, toyda əsasən yerli sənətçilər və bir neçə qrup iştirak edəcək.

Qeyd edək ki, T. Heydərovun əslən Sabirabaddan olan sadə və ziyalı bir ailənin qızı ilə evləndiyi bildirilir. Gəlin rəssamdır, anası ali məktəblərin birində müəllimə işləyir, atası isə vəfat edib.

Qeyd edək ki, T. Heydərov Kəmaləddin Heydərovun iki oğlundan biridir. O, İngiltərədə London İqtisadiyyat məktəbində beynəlxalq münasibətlər və tarix üzrə bakalavr, Birkbek kollecində isə təhlükəsizlik və qlobal idarəetmə üzrə magistr dərəcəsinə malikdir.

Hazırda “Qəbələ” Futbol Klubunun və “Avropa-Azərbaycan Cəmiyyəti”nin (The European Azerbaiyan Society) prezidentidir. Bundan başqa, ailənin mənsub odluğu biznes strukturlarının idarə olunmasında əsas şəxsdir. Tale Heydərov hələ tələbə olduğu vaxtlardan digər məmur övladlarından fərqli olaraq özünü müsbət yöndən, vətənpərvər bir gənc kimi göstərməyi bacarıb. Belə ki, o, İngiltərədə böyük diaspor fəaliyyəti ilə məşğul olub. Onun rəhbərliyi altında bu ölkədə Azərbaycanın diasporu adına bir çox işlər həyata keçirilib.

Bu yaxınlarda isə sözügedən fəaliyyətinə görə Azərbaycan prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

mənbə: qafqazinfo.az

My link

Link to comment
Share on other sites

05.09.2011 00:58

Bakıda ölümlə nəticələnən dəhşətli yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindənAPA-ya verilən məlumata görə, hadisə sentyabrın 4-də saat 09.30 radələrində Bakının Nizami rayonu, Babək prospekti 2224-cü məhəllənin yaxınlığında qeydə alınıb.

Keşlə qəsəbə sakini, 1979-cu il təvəllüdlü Əzizov Ramin Vilayət oğlu idarə etdiyi «Mercedes» markalı, 90 KU 420 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyada - Keşlə qəsəbə sakini, 1957-ci il təvəllüdlü Şahverdiyeva Svetlana Ağalar qızını, sonra isə idarəetməni itirərək yolun kənarında dayanan, təxminən 45-50 yaşlı və 25-27 yaşlı, adları məlum olmayan iki piyadanı vurub. Qəza nəticəsində hər üç piyada yerindəcə ölüb.

Qəzaya səbəb olan «Mersedes» markalı avtomobilin sürücüsü saxlanılıb, araşdırmalar davam etdirilir.

Link to comment
Share on other sites

Miladi: 06 sentyabr 2011

Hicri: 08 Şəvval 1432

İlin 249-ci günü

İlin sonuna 116 gün qalır

1860-cı ildə Nobel Sülh mükafatını qazanmış ilk qadın Ceyn Adams anadan olub

1901-ci ildə ABŞ prezidenti Vilyam Makkenli sui qəsdə məruz qalaraq ağır yaralanıb və 8 gün sonra ölüb

1959-cu ildə ilk “Barbie” oyuncağı satışa çıxarılıb

1962-ci ildə İqdırda baş vermiş zəlzələdə 5 min ev uçub, 25 min nəfər ölüb

1980-ci ildə Sovet birlikləri Cənubi Koreyaya aid “Boeing-747” təyyarəsini vurdu, 249 nəfər öldü

1991-ci ildə Rusiyanın ikinci böyük şəhəri Sankt Peterburqun adı bərpa olunub

1994-cü ildə Azərbaycan Respublikası Komor (Qəmər) adaları ilə diplomatik əlaqələr qurub

1995-ci ildə Fransa ilə oyunda Azərbaycan millisi 10:0 məğlub olub

1997-ci ildə şahzadə Diana dəfn olunub və bu mərasimdə 2 milyona yaxın insan iştirak edib

1980 - Sovyetler Birliği, Güney Kore Havayolları'na ait Boeing 747 uçağını düşürdü, 249 kişi öldü.

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Like
      • 21 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 29 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 12 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Haha
        • Like
      • 92 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Like
      • 696 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...