Archived

This topic is now archived and is closed to further replies.

_Consigliere_

Bayatılar

16 posts in this topic

Azərbaycan bölməsində "Xoşladığımız şerlər" mövzusu olduğuna baxmayaraq, fikirləşdim ki "Bayatılar" mövzusunu ayrıca açmaq daha məqsədəuyğun olardı :)

Xalqımızın gözəl gözəl bayatıları var. Getdik :)

Bu gələn yar olaydı
Əlində nar olaydı
İkimiz bir köynəkdə
Yaxası dar olaydı
--------------------------

Yar gələr, yaşa dolar
Ya ağlar, ya şad olar
Hicran sözün eşitcək
Gözləri yaşa dolar.
--------------------------

Ox dəydi yaralandım
Ürəkdən paralandım
Vətəndən ayrılmazdım
Zor ilən aralandım.
-------------------------

Əzizim, yazığam mən
Əl vurma, yazığam mən
Mən ölsəm sənə qurban
Sən ölmə, yazığam mən.
------------------------

Bu dağlar ulu dağlar
Çeşməli, sulu dağlar
Burda bir qərib ölmüş
Göy kişnər, bulud ağlar.
------------------------

Əzizim balamanı
Asta çal balamanı
Hamının balası gəldi
Bəs mənim balam hanı
0

Share this post


Link to post
Share on other sites
Çox gözəl mövzudur, Gagulya. Təşəkkür edirəm.
Bayatı folklorun ən geniş yayılmış janrlarındandır. Bayatıların çoxu məzmunca qəmli, kədərli və həzin olur. Qürbət sıxıntısı, ayrılıq, Vətən məhəbbəti ilə bağlı bayatılar daha çoxdur.

Əziziyəm, dilən gəz,
Bağda gülü dilən gəz.
Qürbətdə xan olunca,
Vətənində dilən gəz.
0

Share this post


Link to post
Share on other sites
Bundan başqa, Azərbaycan folklorunun ən qədim janrlarından olan bayatılar sadəlik və mürəkkəbliyin, aşkar və gizlinin, ilkinlik və çağdaşlığın qəribə vəhdətiylə müasir oxucunu heyrətə salır. Ancaq bu heyrətdən və bayatı müdrikliyinin ani dərkindən doğan hisslər ən munis duyğulardır. Bayatı təfsiri əslində mədəniyyət və dilimizin, özlüyümüzün dərki deməkdir

Əzizim yasəməni,
Dərmişəm yasəməni.
Getdin, arxaya baxdın,
Batırdın yasa məni
0

Share this post


Link to post
Share on other sites
Əzizim gələr keçər,
Ahular mələr keçər.
Oğulsuz anaların,
Qəlbindən nələr keçər?!


Halalar, ay halalar,
Qartal dağda balalar,
Qorxaq ölər, məhv olar,
İgid alar qalalar.
0

Share this post


Link to post
Share on other sites
Əzizinəm kasa dolmaz,
Fitnəsiz fasad olmaz.
Namərdə boyun əymə,
Mərd əli kasad olmaz.

Əziziyəm aslandı,
Qılınc qından aslandı,
Tülküdən aslan olmaz,
Aslan elə aslandı.

Kəm baxtı sönən qərib,
Qürbət ölən qərib,
Bəxtəvər günə düşdü,
Vətənə dönən qərib.

Payız qışdan əzəldi,
Yarpaq tökən xəzəldi,
Vətən viran da olsa,
O, cənnətdən gözəldi.
0

Share this post


Link to post
Share on other sites
Payız qışdan əzəldi,
Yarpaq tökən xəzəldi,
Vətən viran da olsa,
O, cənnətdən gözəldi.
0

Share this post


Link to post
Share on other sites
Əzizim, ayaz olmaz,
Buluddur ayaz olmaz.
Mən ki qəm oylağıyam,
Qəm məndən ayaz olmaz Əzizim, dolu gözlər,
Göy kişnər, dolu gözlər.
Mənə derlər ağlama,
Durarmı dolu gözlər

Əzizim, Alı mindi,
Düratı Alı mindi.
Koroğlu təki mən də,
Yar, qadan alım indi

Əzizim, ayaq sudan,
Üzər hey, ayaq sudan
Yarımı suda gördüm,
Kəsmərəm ayaq sudan.

Əzizinəm, gül, evin,
Gül qönçəli, gül evin.
Allah ilə qonşudur,
Peyğəmbərlən, bil evin.

Aşiqəm, ta İraqa,
Xoş gəldin ta İraqa.
Dost-dostun qədrini bilməz
Düşməsə ta iraqa.
0

Share this post


Link to post
Share on other sites
Qızılgüləm, dəstəyəm,
Bülbüləm, kol üstəyəm.
Əyil üzündən öpüm,
Ayrılaq, yol üstəyəm.

Bağçasında sarı gül,
Yarı qönçə, yarı gül.
Niyə məndən küsmüsən?
Barı danış, barı gül.

Gəmim dəryada qaldı,
İşim fəryada qaldı.
Sən mənim baxtıma bax,
Yar sevdim, yada qaldı.

Bu yol yola tən deyil,
Yar burdan ötən deyil.
Qürbətdə xoş gün görsəm,
Yenə də vətən deyil.
0

Share this post


Link to post
Share on other sites
[quote name='_Consigliere_' timestamp='1301550640' post='8699336']
Azərbaycan bölməsində "Xoşladığımız şerlər" mövzusu olduğuna baxmayaraq, fikirləşdim ki "Bayatılar" mövzusunu ayrıca açmaq daha məqsədəuyğun olardı :)

Xalqımızın gözəl gözəl bayatıları var. Getdik :)

Bu gələn yar olaydı
Əlində nar olaydı
İkimiz bir köynəkdə
Yaxası dar olaydı
--------------------------

Yar gələr, yaşa dolar
Ya ağlar, ya şad olar
Hicran sözün eşitcək
Gözləri yaşa dolar.
--------------------------

Ox dəydi yaralandım
Ürəkdən paralandım
Vətəndən ayrılmazdım
Zor ilən aralandım.
-------------------------

Əzizim, yazığam mən
Əl vurma, yazığam mən
Mən ölsəm sənə qurban
Sən ölmə, yazığam mən.
------------------------

Bu dağlar ulu dağlar
Çeşməli, sulu dağlar
Burda bir qərib ölmüş
Göy kişnər, bulud ağlar.
------------------------

Əzizim balamanı
Asta çal balamanı
Hamının balası gəldi
Bəs mənim balam hanı
[/quote] menim rehmetlik nenem balamani yox balabani deyirdi. mence de bele olmalidi.sehf tutmaq kimi bawa duwmeyin
0

Share this post


Link to post
Share on other sites
Shifahi xalq edebiyyatinin en gozel novu... Bayatilar.
0

Share this post


Link to post
Share on other sites
Qaradi qawin ordek,
Yawildi bawin ordek
Hemiwe cut gezerdin .
Hani yoldawin ordek?
0

Share this post


Link to post
Share on other sites
Ezizinem bu da meni
Qul eyler bu da meni
Gor ne gune qalmiwam
Beyenmir bu da meni
0

Share this post


Link to post
Share on other sites
Bu daqlar ulu daqlar
Cewmwli sulu daqlar
Burda bir qerib olub
Goy kiwner, bulud aqlar
0

Share this post


Link to post
Share on other sites
[b]BAYATI[/b]- shifahi edebiyyatin en chox yayilmish[b] lirik sher[/b] novlerindendir.

Kulli Qarabagin abi-heyati
Nermi nazik bayatidir, bayati.

Burda yolum oldu tek,
Varmi bu yoldan oten.
Dunyada en shirin shey,
Bir anadir, bir veten.


Merd anadan merd ogul,
Yada aga, merde qul.
Qorxaq tohmet getirer,
Bash ucaldar merd ogul.


Men ashiq oda yaxar,
Qelyanin oda yaxar,
Dost dostunun yolunda,
Canini oda yaxar.


Men ashiq bilen olmaz,
Bu yerde gulen olmaz,
Shahin zulmu yuz olar,
Rehmini goren olmaz.
0

Share this post


Link to post
Share on other sites
Bayatıları çox sevirəm[img]http://img.dispute.az//public/style_emoticons/default/romashka.gif[/img]
Əzizim,baxdı yarım.
Baxdımın taxtı yarım.
ÜzÜndə göz izi var,
Sənə kim baxdı,yarım?

Mən aşiqəm,gÜl əllər.
Ağ biləklər,gÜl əllər.
Dəryaca ağlın olsun,
Yoxsul olsan,gÜlərlər.

Mən aşiqəm,Qarabağ.
Şəki,Şirvan,Qarabağ.
Aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.

Apardı tatar məni,
Qul kimi satar məni.
Yarım vəfalı olsa,
Axtarıb tapar məni.
0

Share this post


Link to post
Share on other sites
Əzizim,qəlbi nara.
Tutuşdu qəlbi nara.
Üzdə dost deyənlərin,
Get,öyrən,qəlbin ara.

Dəryalar tutdu məni.
Naqqalar uddu məni.
Əziz,istəkli dostum,
Nə tez unutdu məni?

Əziziyəm,dəryada.
Gəmim qaldı dəryada.
Ağıadım,göz yaşımdan,
Doldu,daşdı dərya da....
0

Share this post


Link to post
Share on other sites