Archived

This topic is now archived and is closed to further replies.

nikowka

Azərbaycanın gözəl musiqisi

381 posts in this topic

[b]Qaval[/b]-dəf və dairəvi zərb alətlərindən, demək olar ki, ölçüsünün nisbətən böyük olması ilə fərqlənir. O, görkəminin zərifliyi və içəri tərəfdən bərkidilən halqalarla da başqalarından seçilir. Belə qənaətə gəlinir ki, bu zərb aləti dəf və dairənin təkmilləşmiş formasıdır. Qavalın oynaq səsi dalğa-dalğa havalanıb könülləri oxşayır, arzuları qanadlandırır. Məlum olduğu kimi, əsasən xanəndələr tərəfindən istifadə edilən qaval dairəvi quruluşa malik olub bir növ xəlbiri xatırladır. Adətən palıd, ərik və başqa möhkəm ağac növündən hazırlanan dairəvi ağac soğanağın bir üzünə nazik dəri çəkilir, içəri tərəfdən isə metal zınqırovlar bərkidilir. Başqa zərb aləti kimi, qaval da adətən çalınan zaman azca qızdırılır ki, dəri dartılıb yaxşı səslənsin.

[b]Ud[/b]-musiqi alətini özünəməxsus ustalıqla ifa etmiş, XVII əsrdə Orta Asiyada Yaşamış Dərviş Əli adlı məşhur musiqiçi uda daha çox üstünlük verərək, onu “bütün musiqi alətlərinin şahı” adlandırmışdır. Səsində əvəzolunmaz, təkraredilməz bir incəlik, rəvanlıq duyulan udun cazibədar səsinə valeh olan orta əsr müəllifləri onun dörd simini od, su, hava və torpaqla müqayisə etmişlər.

Ud Azərbaycanda da çox qədimlərdən səslənmiş, tar kimi ud da muğamlarımızın ifasında mühüm rol oynamışdır. Nizami Gəncəvinin zəmanəsində onun mənsub olduğu Azərbaycanda ud daha çox məşhur olduğundan, onun səsindəki qeyri-adi gözəllik əsərlərində dönə-dönə vəsf edilmişdir. XIII əsr Azərbaycan musiqişünası Əbdül Mömün Urməvi özünün “Kitabi-əl -ədvar” (“Mahnılar kitabı”) adlı əsərində udun meydana çıxması və onun xarakterik cəhətləri barədə ətraflı məlumat vermişdir. Udu musiqi alətlərinin ən şərəflisi hesab edən XV əsrin böyük alimi Əbdürrəhman Cami onun inkişaf tarixindən bəhs edərək əvvəlcə dörd simli olduğunu, X əsrdə isə Fərabinin ona beşinci sim əlavə etdiyini söyləmişdir. Ud musiqi alətinin daxili aləmini açıb bizə çatdıran dahi Azərbaycan mütəfəkkiri Məhəmməd Füzulinin “Həft-cam” əsərində ud haqqında qiymətli məlumata rast gəlinir.
Xalq mahnıları. Azərbaycan xalqının musiqi-poetik yaradıcılığının ən qədim və önəmli janrlarından olan mahnılarda onun pak,yüksək mənəviyyatı,daxili aləmi,arzuları,ümidləri parlaq şəkildə əks olunmuşdur.
[b]Azərbaycan xalq[/b] mahnıları mövzu və məzmunun müxtəlifliyinə,musiqi və poetik dilin aydınlığına, rəngarəngliyinə görə bir neçə janr qrupuna ayrılır. Onlardan əmək mahnılarını, mərasim mahnılarını,məişət (bura lirik mahnılar da daxildir) və tarixi mahnıları göstərmək olar.
Xalq yaradıcılığının ən qədim janrı əmək mahnılarıdır.Bu mahnılar arasında ən geniş yayılanları maldarlığa həsr olunmuş sayaçı mahnıları, əkinçiliklə məşğul olanlar arasında isə ən geniş yayılanları holavar əmək mahnılarıdır.Ən qədim mahnılara "Çoban avazı", "Tutu nənəm", "Sağım mahnısı", "Çiçək şumla yeri", "Şum nəğməsi" və başqalarını misal gətirmək olar.
Azərbaycan xalqının mahnı yaradıcılığının qədim növlərindən biri də mərasim mahnılarıdır.Xalqın bayram şənlikləri,toy və matəm mərasimləri adəti üzrə ənənəvi mahnılar ilə müşayiət olunmuş və bu mahnıların bir çoxu bu günə kimi xalq arasında yaşamaqdadır.Qədim dövrlərdə yaranmış və mövsüm mərasimlərində oxunan,günəşə, oda, yağışa və s. təbiət qüvvələrinə həsr edilmiş mahnılar bu qəbildəndir.Məsələn, "Günəş çıx, çıx, çıx!Kəhər atı min çıx" və yaxud "Yağış çağır", "Xıdır İlyas", "Səməni", "Kos-kosa", "Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş" xalq oyun və tamaşa mərasimləri ənənəvi mərasim mahnıları ilə zəngin olub müşayiət edilərdi.Bu mahnıların mətnini isə xalq ədəbiyyatının ən geniş forması olan bayatılar təşkil edirdi.
Məişət mahnıları da məzmununa,formasına və ifadə etdiyi hissələrə görə müxtəlif olaraq, uşaq mahnılarına, yumorlu və satiralı mahnılara və lirik mahnılara bölünürlər. Uşaq mahnıları, xüsusilə də anaların uşaqlara oxuduqları beşik mahnıları öz tarixi etibarilə məişət mahnılarının ən qədim növüdür. Beşik mahnılarına ninnilər, laylalar və oxşamalar daxildir.
Lirik mahnılar isə mahnı janrının ən zəngin və gözəl növüdür. Lirk mahnılar bu janrın həm də ən böyük hissəsini təşkil edir. Saf məhəbbət, sevgilinin gözəlliyinin vəsfi, ayrılıq, intizar, qəm, qüssə və s. hissələr lirik mahnıların məzmununun əsasını təşkil edir.
Lirik mahnı yaradıcılığı xalqın milli bədii özünüifadə vasitələrindən ən güclüsünə çevrilmişdir. Bu mahnıların bəziləri məzmununa görə nikbin, şad ruhda, bəziləri isə qəmli, kədərli ruhdadır. Birincilər üçün geniş melodiya, oynaq ritm, segah ladı səciyyəvidirsə, qəmli, kədərli ruhda olan məhəbbət mahnıları üçün "ah", "vay" kimi nidalar, "Bayatı-Şiraz"ın lad əsası, 6/8 və 3/4 ölçülərinin növbələşməsi və s. xasdır. Birinci qrup mahnılara "Gül oğlan", "Yar bizə qonaq gələcək", "Qoy gülüm gəlsin" və s. ikinci qrupa "Səndən mənə yar olmaz", "Onu demə, zalım yar" və s. mahnılar daxildir. Lirik mahnılar forma etibarilə də daha geniş və mürəkkəbdir. Onlar üçün kuplet forması, həmçinin mürəkkəb iki hissəli və rondo formasına bənzər forma, variantlı təzələnmənin təkrarı, sekventlik və s. xasdır.
0

Share this post


Link to post
Share on other sites
Azərbaycan xalqının mahnı yaradıcılığında vacib yeri həm də epik-tarixi və qəhrəmani mahnılar tutur. Hələ qədim dövrlərdən yaranmağa başlamış bu mahnılar ölkənin tarixində baş vermiş hər hansı tarixi hadisəyə və ya xalqın həyatında görkəmli rol oynamış xalq qəhrəmanlarına həsr edilmiş mahnılardır.


Koroğlu haqqında, onun sevgilisi Nigar və mübariz yoldaşları dəlilər, vəfalı atı Qırat haqqında silsilə mahnılar buna misaldır.


Qaçaq Nəbi, Qaçaq Kərəm, Qaçaq İsmayıl, Dəli Alı, Qanadlı Nağı və s. bu kimi qəhrəmanlar haqqında dastan və mahnılar yaranmışdı. Məsələn, "Gedən gəlmədi", "Piyada Koroğlu", "Qaçaq Nəbi" və b. bu cür mahnılardandır.


Rəqslər. Xalq arasında geniş yayılmış, sevimli mahnı janrı ilə bərabər Azərbaycan xalqının milli folklor musiqisinin vacib hissəsini rəqs musiqisi təşkil edir. Xalq rəqsləri Azərbaycan milli instrumental musiqimizin əsasıdır. Rəqslər xalq tərəfindən yaranıb əsrlərdən bəri şifahi halda nəsildən nəslə keçmişdi. Azərbaycan instrumental xalq rəqs musiqisi üçün melodiya zənginliyi, quruluşunun simmetrikliyi, diapozon müxtəlifliyi, tədrici inkişaf, təkrar, variasiya və sekvensiya metodu səciyyəvidir. Rəqslər özünəməxsus lad əsası, metro-ritmik xüsusiyyətləri və rəngarəng formaları ilə seçilirlər. Xalq mahnılarında olduğu kimi rəqslərdə də xalqın hissləri, duyğuları, xasiyyəti, temperamenti əks olunmuşdu.


Xalq rəqsləri arasında qadın rəqsləri özünün lirikliyi, zərifliyi, incəliyi ilə seçilirlər, məsələn: "Vağzalı", "Uzundərə". Elə rəqslər var ki, ancaq qadınlar tərəfindən ifa edilir, "Nəlbəki", "Ceyranı" kimi. Kişi rəqsləri üçün isə coşğun hisslər, cəld ritm, güc, temperament xasdır. Məsələn, "Qaytağı", "Cəngi", "Qazağı", "Xançobanı" və b.


Xalq arasında kollektiv rəqslər də mövcuddur. Onlardan çoxu əmək prosesini və məişət mərasimlərini müşayiət edirlər. Məsələn, "Halay" rəqsləri bu qəbildəndir. "Vağzalı" rəqsi isə adətən toy mərasimini müşayiət edir. Qadınlar və kişilər ilə birgə ifa olunan rəqslərdən "Yordu-yordu" rəqsidir. Qədim kollektiv rəqslərdən isə ən geniş yayılan "Yallı"dır ki, öz kökü və rişaləri ilə çox qədim dövrlərə gedib çıxır.
Aşıq yaradıcılığı. Azərbaycan musiqisinin professional şifahi ənənələrinə, muğamlarla bərabər, aşıqların müsiqi-poetik yaradıcılığı da daxildir. Aşıq-eşq sözündədir, yəni sənətə vurğunluq mənasındadır. Termin kimi təxminən XIV əsrdə yaranmışdı. Hələ qədim dövrlərdə meydana gəlmiş aşıq sənəti xalqın istək və arzularının tərənnümçüsü olduğu üçün xalq arasında çox sevimli və məşhur idi.


Öz əsası etibarilə demokratik mahiyyət daşıyan aşıq yaradıcılığının, məzmunu çox genişdir, müxtəlifdir və rəngarəngdir. Aşıq sənətinə qədim epik dastanlar, xalqın azadlığını, qəhrəmanlığını, tərənnüm edən mahnılar, satirik və yumoristik və həm də dostluğu, məhəbbəti vəsf edən mahnılar daxildir. Aşıq sənəti sintetikdir, yəni aşıq şeir yazır, musiqi bəstələyir həm də oxuyaraq sazda çalır və rəqs edir. Aşığı çox vaxt balaban və nəfəsli alətlər ansamblı da müşayiət edir. Lakin aşığın əsas musiqi aləti sazdır. Saz qədim Azərbaycan dartımlı simli musiqi alətidir. Alətin gözəl tembrinə görə sazı şairlər həmişə vəsf etmişlər. Aşıq yaradıcılığının ən geniş yayılmış janrı dastandır, xüsusilə də qəramani-epik dastanlar. Dastanlarda vokal-instrumental hissələr şerlə danışıq parçalarını əvəz edir.


XVI əsrin xalq qəhramanı, feodallara və xarici işğalçılara qarşı çıxmış cəsur, igid Koroğlu haqqında dastan məşhurdur. Bu dastanda "Koroğlu cəngisi", "Atlı Koroğlu", "Piyada Koroğlu", "Koroğlu" və b. aşıq mahnılarında Koroğlunun qəhramanlığı vəsf edilirdi. "Misri" mahnısı da qəhramani xasiyyət daşıyaraq aşıqların xüsusilə deyişməsi vaxtı ifa edilir. Deyişmədə iki, üç, hətta dörd aşıq iştirak edib, müəyyən mövzuda iprovizə edə bilərlər.


Aşıq yaradıcılığının lirik janrında tərifləmələr, "gözəlləmə"lər xüsusilə məşhurdur. Bu "gözəlləmə"lər həm sevimli, gözəl qadına, həm də qəhrəmana, məsələn, igid Koroğluya, onun əfsanəvi Qıratına həsr oluna bilər. Aşıqların mahnılarının bir hissəsi qəm, kədərlə doludur, "Yanıq Kərəmi", "Dilqəmi" kimi, digər hissəsi isə "Əfşarı", "Şərili" kimi oynaq hərarətli mahnılardır ki, aşıq lirikasının gözəl nümunələrinə aiddir.


Aşıq yaradıcılığında nəsihatəmiz mahnılardan ibarət ustadnamə janrı da maraqlıdır.


Milli poeziyanın janrları olan qoşma, müxəmməs, ustadnamə, qəfilbəndlə yanaşı,onun poetik formaları olan gəraylı, divani, qoşma, təcnis aşıqların sevimli formalarıdır. Bu formalar dastanlara da daxil ola bilərlər.


Aşıq yaradıcılığında ən geniş yayılmış şeir vəzni hecadır. Aşıq mahnılarının çoxunun quruluşu kuplet formasındadır. Hər kupletin əvvəlində instrumental giriş olur və hər kuplet bir-birindən instrumental solo ilə ayrılır.


Azərbaycan aşıqları müəyyən zonalara bölünmüşlər və bir-birindən öz yerli yaradıcılıq xüsusiyyətlərinə görə ayrılırlar. Məsələn, Göyçə, Gəncə, Kəlbəcər, Qazax, Tovuz, Borçalı, Şirvan, Səlyan aşıqları öz fərdi sənətkarlıqları ilə seçilirlər və aşıq sənətinin ənənələrini böyük əzmlə qoruyub saxlayırlar.


Qədim dövrlərdə və orta əsrlərdə aşıqlara "ozan", "varsaq", "dədə" deyirdilər.
0

Share this post


Link to post
Share on other sites
Müasir Azərbaycan aşıqlarının əcdadı olan qədim ozanların həyatına, məhəbbətinə, vətənpərvərliyinə, igidliklərinə həsr edilmiş ən qədim yazılı mənbə, yeddinci əsrə aid olan "Kitabi Dədə Qorqud" xalq dastanıdır.


1300 il öncə Dədəmiz Qorqud elimizdə, evimizdə əmin-amanlığın olmasını, ozanların çalışıb oxumasını arzulamışdı. Ona görə ki, ozan hər şeydən agah olan "ər comərdini, ər nakəsini" bilən müdrik ağsaqqaldı. Dədə Qorqud özü məhz belə ozan idi. Oğuz ozanlarının əsas musiqi aləti qopuz idi və mifoloji rəvayətlərə görə bu aləti icad edən və onun gözəl ifaçısı də Dədə Qorqud olub.


Tarixən, illər, əsrlər boyu Azərbaycanın ozan-aşıq musiqisinin musiqi folklorumuzun digər sahələrinə, növlərinə və sonralar da müasir dövrdə bəstəkarlarımızın yaradıcılığına təsiri böyük olmuşdu. İlk dəfə aşıq musiqisinin təkrarsız xüsusiyyətlərindən böyük profesionallıq və bacarıqla istifadə edən bəstəkarımız Ü.Hacıbəyov olmuşdu (özünün şah əsəri olan "Koroğlu" operasında). Müasir musiqinin texniki vasitələriylə aşıq musiqisinin xüsusiyyətlərini ustalıqla birləşdirən digər bəstəkarımız Qara Qarayev üçüncü simfoniyasının ikinci hissəsində onların gözəl vəhdətini yarada bilmişdir.

[b]Muğam[/b]. Azərbaycanın musiqi folklorunda mahnı, rəqs musiqisiylə bərabər xalqın şifahi professional ənənələrinin janrları da yaşayıb inkişaf edirdi. Onlardan ən önəmlisi muğamlar idi. Muğamlar Azərbaycanın, eyni zamanda Yaxın və Orta Şərq xalqlarının milli klassik musiqisinin zirvəsi, dərin, mürəkkəb məzmun, ideya, emosional məna daşıyan xalq vokal instrumental kompozisiyanın ən yüksək yaradıcılıq nümunəsidir. Qədim zamanlardan başlayaraq, əsrlər boyu muğamın tədricən inkişafı onun formalaşmasına, kamilləşməsinə səbəb olmuşdu. Şərq klassik musiqisində muğamat, muğam dəstgahı, (yəni siulin tamı, hərfi mənada komplekti), 12 muğamdan - Üşşaq, Nəva, Əbusəlik, Rast, İraq (Əraq), İsfahan, Zirəfkənd, Büzrük (Bozorq), Zəngulə, Rəhavi, Hüseyni, Hicaz, - 24 şöbədən, 48 guşədən, 6 avazdan, rəng və təsniflərdən ibarətdir. Azərbaycan musiqisində muğam termini iki mənada işlənir. Birinci - lad termininin eynidir. Hal-hazırda Azərbaycan xalq musiqisində 7 əsas lad, yaxud muğam: Rast, Şur, Segah, Çahargah, Şüştər, Bayatı-Şiraz, Humayun və əlavə bir sıra muğamlar mövcuddur. İkinci - muğam çox hissəli formaya malik son dərəcə mürəkkəb və maraqlı, yalnız özünəməxsus quruluşa malik musiqi əsəri mənasındadır. Muğamı formasına görə süita-rapsodiya, simfoniya ilə də müqayisə edirlər. Bu əsər özü bir lad, muğam üzərində qurulur və muğamın müəyyən edilmiş ciddi qayda-qanunları çərçivəsində inkişaf edir. Muğam ifaçıları isə xanəndə və onu müşayiət edən sazəndə dəstəsi (üçlük-tar, kamança, dəf) və yaxud solo insturumentalistlər özlərinin yaradıcılıq fantaziyası, bacarığı, istedadından asılı olaraq, əsrlər boyu bu muğam əsərinə müxtəlif dəyişikliklər, yeni çalarlar, xallar, zəngulələr və s. daxil etmişlər. Xanəndələr muğamları məşhur şairlərin - Xaqani, Nizami, Nəsimi, Füzuli və başqalarının lirik fəlsəfi qəzəlləri üstündə ifa edirlər.


Muğam dəstgahlarında muğamın improvizasiya hissələri dəstgahın dəqiq metroritmik parçaları olan vokal təsnifləri və instrumental rəngləri ilə növbələşir. Azərbaycan muğamlarında başqa xalqların muğamlarından fərqli olaraq improvizə daha çoxdur, daha parlaqdır. Ona görə professional muğam ifaçıları həm də bu muğamların yaradıcısı kimi çıxış edirlər. Azərbaycanın instrumental vokal muğamlarının bir növü də zərbi-muğamlardır. Bura: "Heyratı", "Arazbarı", "Ovşarı", "Mənsuriyyə", "Simai-şəms", "Kərəmi", "Kəsmə-şikəstə", "Qarabağ şikəstəsi" daxildir. Bu muğamların əsas fərqləndirici xüsusiyyətləri ondan ibarətdir ki, xanəndənin vokal muğam improvizə partiyasının dəqiq metroritmik müşayiəti olur. Özü də müşayiətdə, sazəndələr triosunda əsas yer "dəf"ə və ya "dəf" ilə "nağara"ya verilir. Ölçü çox vaxt iki vurğulu olur. Zərbi muğamların vokal partiyası üçün yuxarı registrdə başlayan zəngin ornamentli melodiya xasdır.
0

Share this post


Link to post
Share on other sites
AZƏRBAYCAN MUĞAMI

Muğam sənəti Azərbaycanın professional musiqi mədəniyyətinin şifahi irsinin mühüm qismini təşkil etməklə, Azərbaycan xalqının mədəni ənələrində və tarixində dərin köklərə malikdir. Bu mədəni ənənənin Azərbaycanda köklərinin olması ölkədə onun daşıyıcılarının sayı, eləcə də onun Azərbaycan bəstəkarlarının, rəssamlarının, heykəltəraşlarının və şairlərinin tükənməz ilham mənbəyi olan milli mədəniyyətdə mühüm rolu ilə təsdiqlənir. Bir sıra ümumi, bədii cizgiləri Azərbaycan muğamını İran dəstgahları, özbək-tacik şaşmakomları, uyğur mukamları, hind raqaları, ərəb nubaları, türk təqsimləri ilə qohumlaşdırır və bütün bunlar Şərq musiqisinin ümumi-bədii ənənələrini təşkil edirlər. Bununla yanaşı, muğam sənəti azərbaycanlılar tərəfindən milli özünüdərk və özünü eyniləşdirmənin əsasını təşkil edən başlıca mədəni dəyərlərdən biri kimi qavranılır. Bu sənət Azərbaycan ərazisində yaşayan talışlar, dağlı yəhudilər, ermənilər, ləzgilər, gürcülər, avarlar kimi etnik qruplar arasında da populyardır.

Həm milli mədəniyyət üçün, həm də bütün bəşəriyyətin mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyəri, onun yüksək mənalılığı 2003-cü ildə YUNESKO kimi nüfuzlu beynəlxalq təsisat tərəfindən etiraf olunmuşdur. YUNESKO muğamı "bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərindən biri" elan etmişdir.

Azərbaycan musiqisində "muğam" termini eyni zamanda lad, melodiya və janr kateqoriyalarını bildirir. Bu termin lad mənasında azı yeddi yüzildir ki, mövcuddur. XIV yüzildə yaşamış görkəmli Azərbaycan musiqi nəzəriyyəçisi, ifaçısı və bəstəkarı olan Əbdülqadir Marağainin risaləsində O, orta əsrlərdə Yaxın və Orta Şərq musiqisində geniş yayılmış 12 əsas lada (Busəlik, Nəva, Üşşaq, Rast, İraq, İsfahan, Zirafkənd, Bozurq, Rəhavi, Hüseyni və Hicaz) münasibətdə tətbiq edilir. Hazırda Azərbaycan musiqisində təkcə yeddi əsas ladı (Rast, Şur, Segah, Çahargah, Bayatı-Şiraz, Humayun, Şüştər) deyil, həm də çoxsaylı tonal variantları (Mahur, Dügah, Bayatı-Qacar, Xaric Segah, Orta Segah, Mirzə Hüseyn Segahı, Yetim Segah və s.) da muğam adlandırırlar. Muğam termini geniş mənada, eləcə də başlıca ladların şöbələrinə də aid edilməklə, onları da ümumilikdə lad kimi əks etdirir.
Azərbaycanın çağdaş musiqi məişətində, habelə sərbəst vəznli melodiyaları da "muğam" adlandırırlar. Hərçənd ənənəvi muğam repertuarı müxtəlif tipləri - müəyyən vəzni olmayan improvizasiya xarakterli melodiyaları ("bəhrsiz hava"), takt vəzni ilə melodiyalar ("bəhrli hava") və qarışıq vəznli melodiyaları ("qarışıq bəhrli hava") özündə birləşdirsə də, musiqiçidən muğam ifa etməsi xahiş olunanda istisnasız olaraq "bəhrsiz hava" nəzərdə tutulur. Geniş yayılmış fikrə görə, muğamın melodik üslubu öz kökləri ilə Quranın ənənəvi oxunuşuna gedir, lakin bəzi alimlər bunun mənşəyini Avestanın himn ənənələrində görürlər. Bu iki nöqteyi-nəzər muğam melodik üslubunun mənşəyini müəyyən etməkdə haçalansa da, öz mənşəyinə görə sakral təzahür kimi qiymətləndirmədə üst-üstə düşürlər.
0

Share this post


Link to post
Share on other sites
Muğam - Azərbaycanın ənənəvi musiqisinin ən iri janrının ümumi adıdır, muğam formalarının bütün növlərinə şamil olunur, hərçənd onlardan hər birinin öz ayrıca adı mövcuddur. Bu janrı təmsil edən başlıca musiqi formaları - dəstgah (vokal-instrumental və ya sırf instrumental növlər), muğam (vokal-instrumental, solo-instrumental və solo-vokal növləri) və zərbi-muğamdır.

Azərbaycan musiqisində mövcud olan bütün muğam formaları arasında öz miqyasına və bədii ideyasına görə ən böyüyü dəstgahdır.


Vokal-instrumental dəstgahlar (dəstgahın ən erkən növü) Azərbaycanda XIX yüzildə əsasən Şuşa, Şamaxı, Bakı, Gəncə, Lənkəran, Şəki şəhərlərində geniş yayılmışdır. Dəstgahlar özünün ilk elmi təsvirini Azərbaycan alimi Mir Möhsün Nəvvab Qarabağinin "Vüzuh ül-ərqam" (1884) risaləsində tapmışdır. Buna baxmayaraq, dəstgahlar XX yüzilin 20-ci illərinədək sabit forma prinsiplərinə malik olmamışlar. Eyni bir dəstgah Qarabağ, Bakı və Şamaxı muğam ifaçılığı məktəbinin versiyalarında fərqli şəkillərdə ifa oluna bilərdi.


1922-ci ildə muğamın tədrisi Bakıda açılmış ilk Avropa tipli musiqi tədris müəssisəsinin dərs proqramına daxil edilmişdir. Tədris proqramının tərtibi sonda Azərbaycan dəstgahlarının strukturunda xeyli islahatlara və ənənəvi məhəlli məktəblərin nisbi unifikasiyasına gətirib çıxardı. Üzeyir Hacıbəyovun (1885-1948) göstərişinə əsasən, o vaxtın ən nüfuzlu musiqiçilər qrupu (Mirzə Fərəc Rzayev, Mirzə Mansur Mansurov, Əhməd xan Bakıxanov, Arsen Yaramışev, Seyid Şuşinski, Zülfi Adıgözəlov) dəstgahların ixtisar edilmiş tədris versiyalarını işləyib hazırladılar. 20-ci və 30-cu illərdə tədris versiyaları ilə yanaşı olaraq, böyük sənətkarların - o vaxtın ustadlarının genişləndirilmiş versiyaları da mövcudluğunu davam etdirirdi. Lakin sonralar ixtisar edilmiş versiyaların ifası konsert təcrübəsində, radio çıxışlarda, qrammofon yazılarında da mövqeyini möhkəmlətməyə başladı. XX yüzilin birinci onilliklərində Azərbaycan dəstgahlarının tərkibində ifa olunan bir çox melodiyalar 60-70-ci illərdə artıq unudulmuşdu.
Bir musiqi termini olaraq "dəstgah" termini "tonların, pillələrin komplekti və ya məcmusu" deməkdir. Bu formanın əsasında hər dəstgahda fərqli olan bir neçə müəyyən ladın - muğamların "komplekti" təşkil edir, məsələn, "Rast" dəstgahının tərkibinə daxil olan ladlar komplekti "Çahargah" dəstgahının ladlar komplektindən fərqlənir. Azərbaycan musiqisində dəstgah forması, başqa sözlə, lad siklinin tərkibi yalnız yuxarıda sadalanan əsas ladlara və onların tonal variantlarına malik ola bilər. Dəstgah formasının muğam formasından başlıca fərqi ondadır ki, dəstgahın musiqi formasının əsasında bir neçə fərqli lad-muğamların sistemi dayanır, halbuki muğam özü onun bütün mümkün tonal çalarları ilə birlikdə bir lad-muğam hüdudunda musiqi kompozisiyasından ibarətdir. Müvafiq olaraq dəstgahın və muğamların miqyasları fərqlənir (Bu qaydadan yeganə istisnanı Rahab muğamı təşkil edir, o öz tarixi təkamülü prosesində dəstgahdan muğama çevrilərək dəstgahın lad və kompozisiya prinsiplərini müəyyən dərəcədə qoruyub saxlamışdır).

Kompozisiyaların vokal-instrumental növləri adətən iştirakçılar heyəti tərəfindən ifa olunur. Onların sırasına mütləq müğənni-xanəndə daxildir, o özü qaval zərb alətində ifa edir, eləcə də tar və kamança ifaçıları daxildir. Muğamların və dəstgahların ifaçılarının bu heyəti "muğam triosu" adlanmaqla, Azərbaycanda XIX yüzilin sonlarından bəri daha geniş yayılıb, hərçənd çox zaman daha geniş heyətlər də ifa edirlər. Son illər Azərbaycanda musiqi təcrübəsinə dəstgahın bir solist-xanəndə tərəfindən ifası daxil olmuşdur.


Vokal-instrumental dəstgahı sabit musiqi ölçüsü (Dəraməd, Təsniflər, Rənglər) və sərbəst vəznli improvizasiya xarakterli hissələri (Bərdaşt, Mayə və Şöbət) birləşdirir. Bəzi dəstgahlarda, eləcə də hər iki melodiya tipini eyni zamanda uzlaşdıran hissələr də (Zərbi-Muğam) var. Praktik olaraq, Bərdaştdan başqa, dəstgahın bütün hissələri müstəqil kiçik musiqi formaları şəklində dəstgahdan kənarda da ifa oluna bilərlər. Dəstgahın tərkibində bu hissələrdən hər birinin müəyyən funksiyası və forması var. Dəraməd və Bəradşt - giriş xarakterli instrumental pyeslərdir. Üçüncü hissə, Mayə (ilkin təməl, xəmirin mayası kimi tərcümə olunur) - hər bir dəstgahda əsas və ən iri şöbədir. Dəraməd, Bərdaşt və Şöbət - vokal instrumental dəstgahın mütləq hissələridir, onun formasının hərəkətini və məntiqini müəyyən edir. Təsniflər (mahnı tipli vokal-instrumental melodiyalar) və Rənglər (əksərən rəqs xarakterli instrumental pyeslər) dəstgahı təbəqələşdirməklə ona bir gözəllik gətirir. Onların seçimi ifaçının istəyindən, zövqündən və bədii mənadan asılıdır.
0

Share this post


Link to post
Share on other sites
Dəstgahda şöbələrin növbələnmə qaydası melodiyanın tonikadan (Mayə) tonikanın yuxarı oktavasınadək, mütləq Mayəyə yekun qayıdışı ilə yüksəlişin pilləvari sırasını əmələ gətirir, bundan sonra dəstgah tamam olmuş sayılır. Dəstgahın dramaturgiyası insanın bir-birini əvəz edən ruhi vəziyyətinin sikli kimi canlanır, onların ardıcıllığı hər bir dəstgahda emosional zirvəyə istiqamətlənmişdir. Dəstgahın bədii konsepsiyası mənəvi azadlığa və təmizlənməyə gətirib çıxaran bir sıra emosional vəziyyətlərdən ("məqamlardan") keçirməklə, insan şəxsiyyətinin mənəvi yolu ideyasını təcəssüm etdirir. Bu yol insan ruhunun sosial bağlardan tədricən azad olunmasından, xarici aləmdən uzaqlaşmaqdan və daxili şəxsi duyğular və yaşantılar aləminə baş vurmaqdan keçir, bəzən bunun yüksək pilləsi duyğuların özünü büruzə verən ekstatik yaşantısı olur, bunun ardınca bütün bunlardan azad olma gəlir.

Muğam sənəti klassik poeziya ilə qırılmaz tellərlə bağlıdır.

Muğamlarda bir sıra melodiyalar məsnəvi, saqinamə, səmai, şəhraşub, dübeyti şer formalarının adlarını daşıyır ki, bu da həmin melodik formaların eyniadlı şer formaları ilə bağlılığını, yaxud, hətta ola bilsin onların mənşəyini göstərir. Vokal muğam melodiyaları əruzun Azərbaycan dilinin xüsusiyyətlərinə uyğunlaşdırılmış kvantitativ ölçüsündə yazılmış şerlərlə oxunur.

Klassik poeziya janrı olan qəzəl muğamlarda ifa olunan əsas şer formasıdır. Keçmişin xanəndələri orta əsr Azərbaycan şairlərindən Nizami Gəncəvi və Xaqani Şirvani (XII yüzil), İmadəddin Nəsimi (XIV yüzil), Şah İsmayıl Xətai və Məhəmməd Füzuli (XVI yüzil), Molla Pənah Vaqif (XVIII yüzil), Xurşid Banu Natəvan, Seyid Əzim Şirvaninin (XIX yüzil) qəzəllərinə daha çox üstünlük verirdilər. İndiki dövrün xanəndələri daha çox Əliağa Vahidin (XX əsr) - Azərbaycanın klassik şairlərindən sonuncusunun qəzəllərinə daha çox üz tuturlar.

Qəzəllərlə yanaşı, muğamlarda (əsas etibarilə zərbi-muğamlarda), eləcə də qoşma və ya bayatı poetik formalarında xalq şeirlərindən də istifadə edə bilərlər. Xanəndə özünün şer seçimində sərbəstdir, lakin bununla bərabər o, ifa etdiyi muğamın musiqi xarakterini də nəzərə almalıdır, məsələn, onun işıqlı musiqi koloritinə malik "Rast" muğamı üçün seçilən qəzəllər Ü.Hacıbəyovun verdiyi xarakteristikaya görə, "dərin kədər hissi" doğuran "Hümayun" muğamı, yaxud dini və matəm mərasimlərində tez-tez ifa olunan "Şüştər" muğamı üçün yararlı deyil.

XX yüzilin əvvəllərinədək Azərbaycan xanəndələri farsdilli şerlərlə muğam melodiyalarını ifa etmək ənənəsinə riayət edirdilər. Bu ənənəyə görkəmli Azərbaycan xanəndəsi Cabbar Qaryağdıoğlu (1861-1944) son qoydu. Onunla başlayaraq, muğamların Azərbaycan dilində ifası Azərbaycanda, eləcə də Azərbaycan muğamlarının çox geniş populyarlığa malik olduğu bütün Güney Qafqazda ənənəyə çevrildi.
Muğamın instrumental növlərinin əsasında vokal-instrumental növlərindəki formanı genişləndirmənin eyni struktur və prinsipləri dayanır, fərq yalnız bundadır ki, instrumental kompozisiyalarda bir qayda olaraq Dəraməd, Bərdaşt və Təsniflər ifa edilmirlər.


Muğamın instrumental növləri XX yüzilin əvvəllərində Azərbaycanda istedadlı instrumentali ifaçıların meydana gəlməsi və instrumental ifaçılığın çiçəklənməsi ilə geniş yayılmışdır. Azərbaycanda tarda aparılmış islahat da (Mirzə Sadıq Əsəd oğlu) xeyli rol oynadı ki, bunun nəticəsində bir zaman İrandan Azərbaycana gəlmiş bu musiqi aləti İran tarı ilə müqayisədə daha güclü, konsert səsi əldə etdi. Bizim günlərdə dəstgahlar digər ənənəvi alətlərdə, məsələn, kamançada, udda, kanonda (simli), zurnada, balabanda, neydə (nəfəsli) də solo ifa edilə bilərlər. XX yüzildən başlayaraq bəzi Avropa musiqi alətləri (klarnet, qoboy, qarmon) ənənəvi musiqiyə daxil olmuş və muğamların onlarda ifa edilməsi milli publika tərəfindən autentik qəbul edilir.


Janrın həm vokal-instrumental, həm də instrumental növləri ya lad sikli fomasında (dəstgah), ya da bir ladda bir hissəlik melodik improvizasiyada ifa edilə bilərlər.

Kiçik muğamlar (vokal-instrumental və instrumental növlər) - "Rahab", "Qatar", "Şahnaz", "Sarənc", "Bayatı-Kürd", "Nəva", "Dəşti", "Hicaz" və digərləri dəstgahlarla müqayisədə daha kiçikmiqyaslı müstəqil musiqi kompozisiyaları olmuşlar. Əgər dəstgahlar təsnifləri və rəngləri hesaba almasaq, 5-dən 10-12-dək şöbəni özündə birləşdirə bilərsə, muğamlar adətən 3-dən çox olmayan şöbələrdən ibarətdir. Yalnız 5 şöbədən ibarət olan "Rahab" muğamı istisna təşkil edir.


Vokal muğam (instrumental müşayiət olmadan) mərasim və ya matəmlərdə tətbiq edilir, qəzəl və qəsidə poetik formalarında yazılmış dini və ya matəm məzmunlu şerlərlə ifa olunur.


Zərbi-muğamlar (onlara ritmik muğamlar da deyilir) bir ladda bir hissəli vokal-instrumental kompozisiyadan ibarətdir və müstəqil kiçik muğam formaları qrupuna aid edilirlər. Bu janrın XIX yüzilin musiqi təsrübəsində bəlli olan 18 nümunəsindən hazırda "Qarabağ şikəstəsi", "Şirvan şikəstəsi", "Kəsmə şikəstə", "Zərbi-Simayi-Şəms", "Zərbi-Mənsuriyyə", "Arazbarı", "Ovşarı", "Maani", "Heyratı" öz populyarlığını qoruyub saxlamışdır. Bu kompozisiyaların xarakterik xüsusiyyətləri vəzn baxımdan sərbəst vokal melodiyalarının (adətən yüksək registrdə) ritmik instrumental müşayiətlə uyğunlaşdırılmasıdır. Lakin bu janrın müəyyən vəzn çərçivəsində saxlanan ("bəhrli hava") ayrıca sırf instrumental nümunələri də mövcuddur ("Heydəri").
0

Share this post


Link to post
Share on other sites
Muğam ifaçılığı mədəniyyəti
Muğam ifaçılığının yayılmasında və onun pprofessional şəkil almasında XIX yüzilin 20-ci illərindən XX yüzilin əvvəllərinə qədər Azərbaycan şəhərlərində yaranmış ədəbi və musiqi məclisləri böyük rol oynamışlar. Onlardan ən məşhuru Şuşada "Məclisi-Fəramuşan", "Məclisi-Üns", Musiqiçilər Cəmiyyəti, Şamaxıda "Beytüs-səfa" və Mahmud ağanın musiqi məclisi, Bakıda "Məcmə-üş-şüəra", Gəncədə "Divani-hikmət", Ordubadda "Əncümən-üş-şüəra", Lənkəranda "Fövcül-füsəha" idi. Bu məclislərdə şairlər, ədiblər, musiqiçilər, sadəcə ziyalı şəxslər, klassik poeziyanın və musiqinin sərrafları və biliciləri toplaşır, muğamları diqqətlə dinləyir, musiqinin və şerin incə ifası ətrafında müzakirələr aparırdılar. Məclis XIX yüzildə muğamların dinləyicilər qarşısında ifasının başlıca formalarından biri idi və bu ənənənin sönüb getməsi XX yüzilin əvvəllərində musiqi ifaçılığının konsert formasının üzə çıxmasıyla Azərbaycanda musiqi həyatının demokratikləşmə prosesi ilə bağlı olmuşdur. Lakin, məclislər muğamın diqqətlə dinlənilməsinin xüsusi mədəniyyətini, eləcə də muğamın ifasına yüksək bədii tələblər irəli sürən zövqlü, başadüşən dinləyici mühitini ("ariflər məclisi") formalaşdırmışdı. Məclislər özlüyündən XIX yüzil - XX yüzilin əvvəlində Azərbaycan musiqiçilərinin professional baxımdan kamilləşmələrində güclü stimul rolunu oynamışdı.


Məscidlər yanında rövzəxanlar məktəbi də (ayinlərdə musiqi repertuarının ifaçıları) müəyyən təhsil səviyyəsinə malik idilər. Burada yaxşı səsi olan oğlanlara muğamları savadlı tərzdə ifa etmək və klassik şerləri düzgün tələffüz etməyi öyrədirdilər. XX yüzilin 20-ci illərinədək bu məktəblər muğam ifaçılarının professional baxımdan kamilləşmələrinə yönəlik yeganə tədris ocağı idilər.


XX yüzilin 20-ci illərindən başlayaraq - sovet dövründə Azərbaycanda musiqi təhsili, o cümlədən muğamın tədrisi 3 mərhələli sistem üzərinə köçürüldü: məktəb - texnikum - konservatoriya. Beləliklə, muğam sənətinin tədrisi prosesi indi formal olaraq 14-15 il vaxt aparır. İfaçılar özləri hesab edirlər ki, professional yetkinlik musiqiçiyə 5-10 il praktik çıxışlardan tez olmayaraq çatmaq olar. Beləliklə, muğam ifaçısının ustad, yəni öz peşəsində əsl professional olmasından ötrü 20-25 il vaxt tələb olunur. Tələbin bu səviyyəsi özlüyündə muğamı şifahi ənənəli professional sənət səviyyəsinə qaldırır.


Muğamları ifa sənəti musiqiçidən müstəsna musiqi yaddaşı və duyumu, eləcə də improvizasiya məharəti, yəni bəstəkarlıq istedadı tələb edir. Peşəkar musiqiçi bütün mövcud muğam repertuarını bilməli, məşqlərsiz camaat qarşısında çıxış etməyi bacarmaqla istənilən muğamı ifa etməlidir. Xanəndə klassik poeziyanı və əruzun vəznlərini yaxşı bilməli, 2 oktavadan az olmayan səs diapazonuna malik olmalıdır. İnstrumental ifaçı (sazəndə) bir-birindən fərqlənən solo və akkompanent versiyalarda muğamı ifa etməyi bacarmalıdır. Muğam ifaçısı bu tələblərə cavab verəndə ustad sayılır.
0

Share this post


Link to post
Share on other sites
Həm keçmişdə, həm də indi muğam sənətinin tədrisi prosesi bilavasitə müəllimdən şagirdə ötürülməyin məlum formasında baş verir. Müəllim melodiyalardan parçaları ifa edir, tələbə onu tam yadında saxlayanadək təkrarlayır, bundan sonra növbə melodiyanın sonrakı fraqmentinə çatır və tələbə bütün melodiyanı bütövlükdə yadda saxlayanadək beləcə davam edir. Çox zaman tələbələr evdə onların əzbərlədikləri muğamlar yazılmış kompakt-disklərdən istifadə edir, eləcə də öyrəndikləri melodiyanı və müəllimin tövsiyələrini yazmaq üçün özləri ilə dərsə diktofon gətirirlər.


Muğam ifaçılığı mədəniyyəti parlaq musiqiçilərin - bütün Qafqazda və İranda məşhur olan xanəndələrin və sazəndələrin bir çox nəsillərinin yaradıcılıq nailiyyətlərindən formalaşmışdır. Keçmişin çox böyük sayda xanəndələrindən yalnız Mirzə Səttar, Hacı Hüsü, Məşədi İsi, Əbülhəsən xan Azər İqbal, Mirzə Muxtar Məmmədzadə, Cabbar Qaryağdı oğlu, Ələsgər Abdullayev, Əbdülbaqi Zülalov, Ağasəid Ağabalaoğlu, Mirtağı Mirbabayev, Məcid Behbudov, Keçəçi oğlu Məhəmməd, İslam Abdullayev, Məşədi Məmməd Fərzəliyev, Hüseynqulu Sarabski, Seyid və Xan Şuşinskilər, Bülbül, Zülfü Adıgözəlov kimi daha parlaq adları qeyd edə bilərik. Keçmişin daha parlaq sazəndələri sırasında tarzənlər Mirzə Sadıq Əsəd oğlu, Mirzə Fərəc Rzayev, Məşədi Cəmil Əmirov, Şirin Axundov, Məşədi Zeynal Haqverdiyev, Mirzə Mansur Mansurov, Qurban Pirimov, Bakıxanov qardaşları, Paşa Əliyev, Firuz Əlizadə, kamançaçılar İsmayıl Talışinski, Qılman Salahov, qarmonda ifaçı Abutalıb Yusifov, Kəmrabəyim, Əhəd Əliyev, Kərbəlayi Lətif, Teyyub Dəmirov, zurnaçı Əli Kərimov daha çox şöhrət qazanmışdılar.


Sovet dövründə muğam sənətini xanəndələr Əbülfət Əliyev, Qulu Əsgərov, Nəriman Əliyev, Həqiqət Rzayeva, Yavər Kələntərli, Zəhra Rəhimova, Cahan Talışinskaya, Fatma Mehrəliyeva, Rübabə Muradova, Şövkət Ələkbərova, Töhfə Əliyeva, Hacıbaba Hüseynov, Yaqub Məmmədov, tarzənlər Əhsən Dadaşov, Bəhram Mansurov, Baba Salahov, Kamil Əhmədov, Hacı Məmmədov, Həbib Bayramov, Məmmədağa Muradov, Əmirulla Məmmədbəyli, Xosrov Məlikov, Adil Gəray, Ənvər Mansurov, kamançaçılar Qılman Salahov, Tələt Bakıxanov, Elman Bədəlov, Ədalət Vəzirov, qarmançular Lətif Əliyev, Abutalıb Yusifov, Əhəd Fərzəli oğlu, Məşədi Əli, Teyyub Dəmirov, xalq musiqi ifaçıları Nadir Axundov, Ağasəf Seyidov, Firuzə Zeynalova qoruyub saxlamış və inkişaf etdirmişlər.


Xanəndələr İslam Rzayev, Arif Babayev, Əlibaba Məmmədov, Canəli Əkbərov, Ağaxan Abdullayev, Alim Qasımov, Mənsum İbrahimov, Səkinə İsmayılova, Qəndab Quliyeva, Mələkxanım Əyyubova, Zabit Nəbizadə, Zahid Quliyev, tarzənlər Ağasəlim Abdullayev, Vamiq Məmmədəliyev, Möhlət Müslümov, Firuz Əliyev, Sərvər İbrahimov, kamançaçılar Habil Əliyev, Mirnazim Əsədullayev, Şəfiqə Eyvazova, Fəxrəddin Dadaşov kimi ifaçılar və pedaqoqlar da Azərbaycan muğam ifaçılığı mədəniyyətinə böyük töhfələr vermişlər.
Azərbaycan musiqiçiləri müsəlman Şərqində ilk dəfə olaraq Avropaya qastrollara çıxmaqla və qrammofon valları yazdırmaqla muğam üçün qeyri-ənənəvi dinləyici auditoriyasına müraciət etməyə başlamışlar. İlk dəfə 1906-cı ildə "Qrammofon" ingilis Səhmdar Cəmiyyəti məşhur xanəndə Cabbar Qaryağdıoğlu və digər Azərbaycan musiqiçilərinin ifasında Azərbaycan musiqisini qrammofon vallarına yazmışdır. 1906-cı ildən 1914-cü ilə qədər olan dövrdə Avropanın bir neçə qrammofon səsyazma firması, o cümlədən Fransanın "Pate qardaşları" şirkəti, "Sport-Rekord" alman səhmdar cəmiyyəti, "Ekstrafon", "Konsert-Rekord", "Monarx-Rekord", "Qrammofon-Rekord", "Premyer-Rekord" Rusiya şirkətləri Azərbaycan muğamları, təsnifləri və rəngləri yazılmış onlarca val buraxmışlar.


Azərbaycanda sovet rejimi qurulduqdan sonra, xüsusən də 30-cu illərdən başlayaraq, musiqi mədəniyyəti tamamilə dövlətin nəzarəti altına keçir. Sovet dövlətinin yürütdüyü "dəmir pərdə" siyasəti uzun müddət Azərbaycan musiqisi üçün beynəlxalq musiqi məkanına çıxışı bağlamışdı. XX yüzilin əvvəllərndə, Şərq incəsənəti Qərb auditoriyasında maraq doğurduğu vaxtlarda Azərbaycan musiqiçiləri məlum siyasi vəziyyətə görə ona sərbəst çıxışa malik olmadıqları kimi sovet Şərqinin ənənəvi musiqiçiləri də belə bir çıxışa malik deyildilər. Müvafiq olaraq Qərbin bədii məkanında müsəlman Orta Şərqinin musiqi mədəniyyətlərindən daha çox yeri ərəb, İran və türk ənənəvi musiqisi tutmuşdur. Xarici mədəni məkanda Azərbaycan muğamının mövqeyinin itirilməsi ilə yanaşı, Azərbaycanın özünün daxilində də keçən yüzilin 20-30-cu illərin məlum şüarlarında ifadə olunmuş nihilist tendensiya ("doloy tar!", "doloy muğam") tədricən muğam sənətinin ictimai statusunu laxlatdı.


XX yüzilin 30-cu illərindən başlayaraq, 70-ci illərədək olan dövrdə Azərbaycan cəmiyyətində muğamata primitiv sənət kimi baxış tədricən möhkəmlənməyə başladısa da, hər halda cəmiyyətdə, onun müəyyən bir hissəsində muğamatın populyarlığını azaltmadı. Muğam sənətinə münasibət yalnız XX yüzilin 70-ci illərində, YUNESKO-nun himayəsi altında ənənəvi musiqinin ilk beynəlxalq simpoziumları və festivallarının (Moskva 1971, Alma-Ata 1973, Səmərqənd 1978, 1983) keçirilməsindən və bu hadisələrin sovet cəmiyyətində geniş əks-səda doğurmasından sonra dəyişməyə başlayır. Bu tədbirlər ənənəvi musiqi sənətinə marağın oyanmasına və ona yüksək dərəcəli professional sənət olaraq baxışların formalaşmasına rəvac verdi.


XX yüzilin 90-cı illərindən başlayaraq Azərbaycan muğam sənəti dünyanın hər yerində dinləyicilərin, mütəxəssislərin və menecerlərin diqqətini get-gedə daha geniş şəkildə özünə cəlb etməyə başlayır. Azərbaycanın ənənəvi musiqiçiləri beynəlxalq festivallarda iştirak edir, dünyanın hər yerinə qastrollara çıxır, onların diskləri Qərbin ən iri səsyazma studiyalarında buraxılır.
0

Share this post


Link to post
Share on other sites
Muğam sənəti XX yüzil Azərbaycan bəstəkarlarının yaradıcılığına ilham verən qaynaq olmuş və olaraq qalır. 1908-ci ildən - Bakıda Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun Azərbaycanda professional musiqi teatrının başlanğıcı olan ilk operasının səhnəyə qoyulduğu tarixdən muğamlar Azərbaycan musiqisindən bir çox musiqi əsərlərinə və yeni janrlara həyat vermişdir. Sonuncular sırasında - muğam operası (Üzeyir və Ceyhun Hacıbəyov qardaşları və b.), simfonik və xor muğamları (Fikrət Əmirov, Niyazi, Süleyman Ələsgərov, Nazim Əliverdibəyov), sonata-muğam (Aqşin Əlizadə, Nəriman Məmmədov), caz-muğam (Vaqif Mustafazadə, Rafiq Babayev, Əzizə Mustafazadə) göstərilə bilər. Azərbaycan bəstəkarlarının ayrı-ayrı əsərlərinin bu gün də böyüməkdə olan çox uzun bir siyahısı muğam ənənələrinə əsaslanır.
[b]Rast [/b]- muğamın əsas növlərindən biri olub, bütün müsəlman ölkələrində mövcuddur.

Orta əsr musiqi elmində Rast ən birinci və bütün digər muğamların əsası sayılır. Musiqişünaslar Rastı “muğamların anası” adlandırmışlar. Rast Yaxın Şərq xalqlarının şifahi – professional musiqisində 12 əsas muğamdan biridir. Baxmayaraq ki, 12 klassik muğamdan bəziləri şöbə halına keçmiş, bəziləri isə kiçik həcmli muğam əhəmiyyətini kəsb etmişdir, qədim zamanlardan 12 muğamdan Rast öz əvvəlki mahiyyətini bu günədək qoruyub saxlamışdır.

Üzeyir Hacıbəyov “Azərbaycan xalq musiqisinin əsasları” kitabında muğamların dəyişikliyə uğradığını söyləyir. O, Rastı “indiyədək zamanın və hadisələrin sarsdıcı təsirinə qarşı möhkəm duran yeganə muğam” adlandırmışdır. Bakı, Şamaxı, Şuşanın özünəməxsus “muğam məktəbləri”ndə Rast dəstəgahının şöbə və guşələrinin həm say, həm də ardıcıllıq etibarilə müqayisə nəticəsində belə qənaətə gəlmək olur ki, əgər Bakı musiqi məclisində Rast dəstgahı 15, Şuşa məclisində 18, Şamaxıda 21-ə çatır:

Rast ailəsinə bir sıra muğamlar aiddir. “Mahur–Hindi”, “Orta Mahur”, “Bayatı–Qacar”, “Dügah” dəstgahları məhz Rastın variantlarıdır. Bu muğamlar öz quruluşu və musiqi məzmunu baxımından bir-birinə çox uyğundur.
[b]Şur[/b] - Azərbaycan musiqisində yeddi əsas muğamdan biridir.

Şur adlı muğama nə ərəb, nə türk, nə də Orta Asiya şifahi – professional musiqisində təsadüf edilmir. Bu ada həmçinin orta əsrlər cədvəllərində də rast edilmir. Şur təkcə İran və Azərbaycanda şifahi – professional musiqisinin bir dəstgahıdır. Şur Azərbaycanda əsas muğam dəstgahlarından ikincisidir. Muğam dəstgahları içərisində Şur ən sanballı, irihəcmli dəstgahdır.

Şur sözünün farsca bir mənası da eşq, sevgidir. Bu keyfiyyətə görə də həmin dəstgah dinləyicini şura gətirərək, xəyala daldırır, onu düşünməyə sövq edir. Eyni zamanda Şur dinləyicidə, şən, lirik, əhval – ruhiyyə oyadır.

Şur muğam adına qədim yazılı ədəbiyyatda – traktatlarda, şeirlərdə rast gəlinmir. Güman etmək olar ki, bugünkü Şur muğamının və eyni adlı lad-məqamın özülünü qədim klassik 12 muğamdan ibarət ”Nəva” adlı muğam-lad təşkil edir. Şurun 30-a yaxın hissəsi məlumdur.
[b]Seygah və ya Segah[/b] - Azərbaycan musiqisində yeddi əsas muğamdan biridir.

Segah 7 əsas muğamdan 3-cüsüdür. Segah məfhumu iki sözün birləşməsindən yaranmışdır. Se – üç, gah – mövqe, məkan deməkdir.

Segah Yaxın və Orta Şərqin başqa regionlarında da intişar tapmışdır. Lakin bu muğam başqa xalqlarda əsasən bir kökdə, bir variantda ifa edilir. “Orta Segah”, “Mirzə Hüseyn Segahı”, “Zabul Segah” məhz ümumilikdə Segahın müxtəlif variantlarıdır. Söz yox ki, Segah müxtəlif pərdələrdə, tonallıqlarda ifa olunmaqla onun dinləyiciyə bağışladığı təəssürat da müxtəlif olur. Hər bir Segah və variantının xarakteri, səslənməsi, yozumu, istinad pərdələrinin dəyişilməsi ilə əlaqədar başqa – başqadır.

Azərbaycanda Segah muğamının beş tonallıqda ifa olunması qəbul edilmişdir:
Kiçik oktavadakı “si” mayəli (Xaric Segah)
Birinci oktavadakı “mi” mayəli (Orta Segah) və kiçik oktavadakı “mi” mayəli (Zabul Segah)
Birinci oktavadakı “lya” mayəli (Mirzə Hüseyn Segahı)
Birinci oktavadakı “re” mayəli (Yalxın Segahı)
Birinci oktavadakı “sol” mayəli (Haşım Segah)

Onu da qeyd etmək olar ki, “do” mayəli Segah da var. Lakin onu dəstgah şəklində oxuyub – çalmaq mümükün olmadığı üçün Segahın bu növündən istifadə edilmir. Segah muğamının və onun variantlarının əsasını eyni adlı lad-məqam təşkil edir. Segaha aid bütün təsnif və şikəstələr, zalq mahnı və rəqsləri də Segah məqamına əsaslanır. Onu da deyək ki, başqa muğamlara nisbətən Segahda təsnif və rənglər, xalq mahnı və oyun havaları daha çoxdur.

“Azərbaycan xalq musiqisinin əsaları” monoqrfiyasında Üzeyir Hacıbəyov Segah muğamının estetik – psixoloji əhəmiyyətindən söz açarkən onun dinləyiciyə başlıca olaraq məhəbbət – sevgi bəxş etdiyini yazır.

Azərbaycanda Segahın bir neçə növdə olmasına baxmayaraq onun 3 növü geniş yayılmışdır. Bunlar : “Zabul – Segah”, “Mirzə Hüseyn Segahı”, “Xaric Segah”dır. ZABUL – SEGAH – Segahın geniş yayılmış qədim növü “Zabul Segah”dır. Ona eyni zamanda Orta” Segah”da deyilir. Onu da qeyd edək ki, “Zabul” özü də orta mövqe tutur. Çünki o orta registrdə çalınıb – oxunur.

“Zabul – Segah” dəstgahı 20 şöbə və guşədən ibarətdir.
0

Share this post


Link to post
Share on other sites
[b]Çahargah[/b] - Azərbaycan musiqisində yeddi əsas muğamdan biridir.

Çahargah sıra sayımı ilə 4-cü muğamdır. Çahargah sözü iki məfhumdan ibarətdir. Çahar – dörd, gah – məqam, yer deməkdir. Yaxın Şərq xalqalrının şifahi – professional musiqisində Çahargah geniş intişar tapmış muğamlardan biridir. Çahargahın mayə pərdəsi birinci oktavanın "do" səsindən ibarətdir.

Üzeyir Hacıbəyov hər bir muğamın bədii – ruhi təsir cəhətdən xarakterizə edərkən Çahargahın həyəcan və ehtiras hissi oyatdığını bildirir.

Mir Möhsun Nəvvab özünün əsərlərinin birində göstərir ki, Çahargah məqamı göy gurultusu ilə əlaqədar yaradılmışdır.

Çahargah muğamının təkibinə “Segah”, “Şur”, “Bayatı – Qacar” kimi muğamların lad – məqam əsasına uyğun gələn şöbə və guşələr də öz əksini tapmışdır. Bəzi şöbə və guşələrin hazırda aradan çıxmasına baxmayaraq, tarzən Mirzə Fərəcin cədvəlindəki şöbə və guşələrin adları isə həqiqətə daha çox uyğundur. O, bilavasitə Çahargah məqamına və onun intonasiya xüsusiyyətlərinə yaxın olan şöbə və guşələrin özündə birləşdirir.

Sonra Çahargahın təkibi dəyişmiş, o, bəzi guşələrdən azad olmuş və dəstgah daha da təkmilləşmiş quruluşunu artmışdır.

Çahargah muğam dəsgtahının inkişafı başqa dəstgahlar kimi eyni, adlı lad – məqamlar tədricən daha yüksək istinad pərdələrini tutmaqla əldə edilir. Bəmdən zilə qədər bu inkişaf prinsipi muğamda qabarıq şəkildə öz təcəssümü tapır. Onu qeyd etmək olar , ki Çahargahın oxuma diapazonu Şur dəstgahı kimi çox böyükdür – iki oktava yarım.

Çahargah parlaq, virtuoz, qəhrəmani xaraketerli, dərin dramatik məzmunlu bir dəstgahdır. Çahargahı tamam-dəstgah çalmaq hər tarzənin işi deyildir. Bu muğamı çalan tarzənin güclü biləyi, iti barmaqları olmaqla bərabər, həm də texniki ustalığı və ifaçılıq üsulları da olmalıdır. Çahargah major muğamdır. Burada heç bir yalvarış, sızıltı və inilti motivləri yoxdur. Bu, muğam üsyandır.

Ü.Hacıbəyov Çahargah muğamının öz əsərlərində necə istifadə etməsini bu cür şərh edir: "Musiqi boyaları ilə xalqın məzlum vəziyyətini, yaxud istismarçı siniflərin qəddarlığını ifadə etmək lazım olduqda mən Çahargah muğamını işlədirəm".
[b]Bayatı-Şiraz[/b] - - Azərbaycan musiqisində yeddi əsas muğamdan biridir.

Bayatı–Şiraz şifahi – professional musiqimizin əsas muğamlarındandır.

Bayatı–Şiraz adına həm müstəqil muğam dəstgahı, həm də eyniadlı məqam – lad mövcuddur. Bayatı–Şiraz dəstgahı, onun bütün təsnif və rəngləri, bir çox xalq mahnıları və rəqslər məhz Bayatı – Şiraz məqam – ladına əsaslanır.

Üzeyir Hacıbəyov Bayatı–Şiraz haqqında yazır: “Bədii – ruhi təsir cəhətdən... Bayatı – Şiraz dinləyicidə qəmginlik hissi oyadır.” Mirzə Fərəcin tərtib etdiyi muğam dəstgahları içərisində Bayatı – Şiraz dəstgahı 17 şöbə və guşədən ibarətdir:

Hazırda Bayatı – Şiraz muğam dəstgahının məcmususnu 8 şöbə və guşə təşkil edir.
Bərdaşt
Zil bayatı – Şiraz
Mayeyi – Bayatı – Şiraz
Xavarən
Nişibi – fəraz
Hüzzal
Bayatı – İsfahani
Dilruba


Bu dəstgah əsasında Fikrət Əmirov “Gülüstani – Bayatı – Şiraz” S.Ələsgərov “Bayatı – Şiraz” simfonik muğamalırını N.Əliverdibəyov isə “Bayatı – şiraz” xor muğamalarını yazmışdır.

[b]Şüştər[/b] - əsas Azərbaycan muğam dəstgahlarınına aiddir.

Şüştər termini bir muğam adı kimi yayılmışdır. Üzeyir Hacıbəyov Şüştər termini haqqında yazır ki, bədii – ruhi təsir cəhətdən ,ü.tər dinləyiciyə dərin kədər hissi oyadır. İnsan xəyala dalır, düşünür, hisslərə qapılır. Şüştərin musiqi axınına eyni zamanda dramatizm də xasdır.

Şüştər lad – məqam kimi də Azərbaycanda özünə təşəkkül tapmış 7 əsas muğamdan biridir. Bir çox xalq mahnı və rəqsləri, Şüştər muğam dəstgahı ilə əlaqədar olan çoxlu təsnif və rənglər, həmçinin “Ovşarı”, “Heydəri” kimi zərb – muğamlar məhz Şüştər ladına əsalanır.

19-cu əsrin sonlarında bu muğam dəstgahı 13 şöbə və guşəni özündə cəmləşdirirdi.

Hazırda geniş yayılmış və xanəndələrimizin repertuarında özünə layiqli yer tutmuş “Ovşarı”, “Heydəri”, “Mani” kimi vokal – instrumental zərb – muğamlar vaxtilə Şüştərin daxilində instrumental zərb – muğam kimi çalınıbmış.

Yuxarıda göstərilən Şüştər dəstgahının tərkibindəki “Osman – Gərayi”, “Qara kürd”, “Keşişoğlu” kimi hissələr şübhəsiz ki, aşıq musiqi yaradıcılığından götürülmüşdür.

Bundan əlavə Şüştərin muğam şöbələri də öz növbəsində inkişaf prosesində püxtələşmiş, cilalanmışdır. Nəticədə Ü.Hacıbəyovun rəhbərliyi ilə 1925-ci ildə “Muğam şurası” tərəfindən qəbul edilmiş proqrfamda “Şüştər” 8 şöbə və guşəni əhatə etmişdir.

Hazırda xanəndələr və sazəndələr tərəfindən ifa olunan Şüştər daha da cilalanmış və müstəqil muğam dəstgahlarından biri sayılır. Lakin başqa muğamlardan fərqli olaraq bu muğam az şöbədən ibarətdir.

Şüştər təkcə orta və zil tessituralı şöbə və guşələri özündə cəmləşdirir. Bu dəstgaha 5 şöbə və guşə daxildir.

Məlumdur ki, bütün muğam dəstgahlarında müqəddimə şöbəsi “Bərdaşt” olur. Şüştər bəzi muğam dəstgahlarının “Bərdaşt”larından onunla fərqlənir ki, onun “Bərdaçt”ı müəyyən ad daçıyır – “Əmiri”. Şüştər muğamının instrumaental şəkildə konsert ifası da dəb halını almışdır. Bu muğamının kamança və balaban musiqi alətlərində ifası geniş yayılmışdır.
0

Share this post


Link to post
Share on other sites
[b]Humayun[/b] - şifahi, professional Azərbaycan musiqisində əsas muğam dəstgahlarından yeddincisidir. Humayun Yaxın Şərq xalqlarının klassik musiqisinə daxil olan 24 şöbədən biridir.

Humayun sözü cənnət quşu, şahlıq quşu mənasını daşıyırsa, onun ikinci mənası uğurlu, səadətli deməkdir.

Üzeyir Hacıbəyov özünün fundamental əsəri olan “Azərbaycan xalq musiqisinin əsasları" kitabında Humayunu “Şüştər”lə müqayisə əsasında belə qənaətə gəlir ki, bədii – ruhi təsir cəhətdən Humayundinləyicidə nisbətən daha dərin kədər hissi oyadır.

19-cu əsrin sonlarında (Mirzə Fərəcin cədvəlində) Humayun dəstgahı 17 şöbə və guşəni özündə toplamışdır. Sonralar inkişaf nəticəsində Humayun başqa muğam dəstgahları kimi təkmilləşir, yığcamalşır, bəzi şöbə və guşəıərdən azad olur. Vaxtilə Azərbaycanda Humayun – “Qafqaz Humayunu” adı ilə məlum idi.

Humayun dəstgahının şöbə və guşələrindən söz açarkən hər şeydən əvvəl onu demək lazımdır ki, başqa muğam dəstgahlarından fərqlənərək Humayunda “Bərdaşt” olmur.
0

Share this post


Link to post
Share on other sites
[quote name='nikowka' timestamp='1288347357' post='7601110']
Ilk olaraq 1919-cu ilde böyük bestekar Üzeyir Hacıbeyov ve şair Ehmed Cavad terefinden tertib edilmiş "Azerbaycan marşı" ,1992-ci ilden Azerbaycan Respublikasinin Dovlet Hihni kimi taninan 1 eser ile bawlayaq..


Azerbaycan, Azerbaycan!
Ey qehreman övladın şanlı Veteni!
Senden ötrü can vermeye cümle hazırız!
Senden ötrü qan tökmeye cümle qadiriz!
Üç rengli bayrağınla mesud yaşa!
Minlerle can qurban oldu,
Sinen herbe meydan oldu!
Hüququndan keçen esger!
Here bir qehreman oldu!
Sen olasan gülüstan,
Sene her an can qurban!
Sene min bir mehebbet
Sinemde tutmuş mekan!
Namusunu hifz etmeye,
Bayrağını yükseltmeye,
Cümle gencler müştaqdır!
Şanlı Veten, şanlı Veten!
Azerbaycan, Azerbaycan!
[/quote]
Afərin
0

Share this post


Link to post
Share on other sites
[quote name='^^Paradise_Bird^^' timestamp='1288370318' post='7603633']
Azərbaycan xalq mahnılarını sevməmək olarmı heç? ))
Şəxsən mən çox sevirəm. Ən sevdiyim xalq mahnılarımız Sarı Gəlin, Evləri var ay aman Xanə Xanə, Qara Gilə və başqaları, çoxdu yəni, indi hamısı yadıma düşmür :D
[/quote]
Xalq mahnılarının hamısını sevirəm.
0

Share this post


Link to post
Share on other sites
[media]http://www.youtube.com/watch?v=C0JrkZXzZPg&feature=channel_video_title[/media]
Musiqi və ifa Ridvan Sədirxanov. Sözləri - Mikayıl Müşfiq
0

Share this post


Link to post
Share on other sites
http://www.youtube.com/watch?v=KUHs3W5VyWE
0

Share this post


Link to post
Share on other sites
http://www.youtube.com/watch?v=sOxQxnbDH4A
0

Share this post


Link to post
Share on other sites
http://www.youtube.com/watch?v=ImEkvKVOqEE
0

Share this post


Link to post
Share on other sites
http://www.youtube.com/watch?v=nqrATn9gvAg&feature=related
0

Share this post


Link to post
Share on other sites
[media]http://www.youtube.com/watch?v=c1sbq3wAWkQ&feature=channel_video_title[/media]
Rəsul Rza - Görmədim. Musiqi və ifa - Rizvan Sədirxanov.
0

Share this post


Link to post
Share on other sites
:rolleyes:

[media]http://www.youtube.com/watch?v=ty2s_KHosZk&feature=fvst[/media]
0

Share this post


Link to post
Share on other sites
[quote name='Boston' timestamp='1288382376' post='7604687']
http://www.youtube.com/watch?v=9yUH8NkLJZw
[/quote]
sesi cox gozeldir
0

Share this post


Link to post
Share on other sites
[quote name='disputka' timestamp='1306521022' post='9216538']
:rolleyes:

[media]http://www.youtube.com/watch?v=ty2s_KHosZk&feature=fvst[/media]
[/quote]
number one :aappll:
0

Share this post


Link to post
Share on other sites
http://www.youtube.com/watch?v=WMCzbXO-5eU
0

Share this post


Link to post
Share on other sites
[media]http://www.youtube.com/watch?v=plrPRj6EWK4&feature=channel_video_title[/media]
Musiqi və ifa -Rizvan Sədirxanov , sözləri - Haşim bəy Saqib
0

Share this post


Link to post
Share on other sites
Ahmet Şafak Azərbaycan mahnısı ilə ağladır tamaşaçıları

http://www.youtube.com/watch?v=LuD5dWTWLgw&feature=share
0

Share this post


Link to post
Share on other sites
[media]http://www.youtube.com/watch?v=C-DzLzgew1w[/media]
0

Share this post


Link to post
Share on other sites
[media]http://www.youtube.com/watch?v=vRxKJMJWpls&feature=player_embedded[/media]
0

Share this post


Link to post
Share on other sites
http://www.youtube.com/watch?v=G-UVwvqVGWg&feature=related

:)))
0

Share this post


Link to post
Share on other sites
Eldar Mənsurov "Bayatılar" ümumiyyətcə onun bütün kompozisiyaları şedevrdir
0

Share this post


Link to post
Share on other sites
Bu gün müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyovun doğum günüdür. http://az.wikipedia.org/wiki/%C3%9Czeyir_Hac%C4%B1b%C9%99yov
Üzeyir bəy bilsəydi ki, banisini qoyduğu musiqimizdə necə Üzeyirlər peyda olub..qayıdıb bir də gələrdi bu dünyaya musiqimizi səhmana salmaq üçün.
Ad günün mübarək dahi insan! :rroza:

P.S.Saytların birində bir yazı oxudum: musiqimizi Üzeyir yaratdı, Üzeyir də öldürdü..
0

Share this post


Link to post
Share on other sites
[b]"Fizuli Kantatasi"[/b] dinləməkdəm heç axt doymayacağım bir musiqi əsəri.


Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?

Qamu bimarinə canan dəvayi-dərd edər ehsan.
Neçin qılmaz mənə dərman, məni bimar sanmazmı?

Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən
Desəm, ol bivəfa bilmən, inanarmı, inanmazmı?

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?

Güli-rüsxarinə qarşu gözümdən qanlı axar su,
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?

Degildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil səni görcək utanmazmı?

Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?
0

Share this post


Link to post
Share on other sites
[quote name='Pari***' timestamp='1316340008' post='10029350']
Bu gün müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyovun doğum günüdür. [url="http://az.wikipedia.org/wiki/%C3%9Czeyir_Hac%C4%B1b%C9%99yov"]http://az.wikipedia....C4%B1b%C9%99yov[/url]
Üzeyir bəy bilsəydi ki, banisini qoyduğu musiqimizdə necə Üzeyirlər peyda olub..qayıdıb bir də gələrdi bu dünyaya musiqimizi səhmana salmaq üçün.
Ad günün mübarək dahi insan! :rroza:

P.S.Saytların birində bir yazı oxudum: musiqimizi Üzeyir yaratdı, Üzeyir də öldürdü..
[/quote]
Pari, canim menim..!! mehz menim bu movzumda, ele bu yazi ile cixiw etmeyin meni cox sevindirdi..ureyimden xeber verdi....eslinde men bu gun ayrica bir movzu acmaq istedim, sadece problemler ortaya cixdigindan imkanim olmadfi..

amma Azerbaycan medeniyyetine qiymet vermeyi bacarn insanlar, bu gunu isterm istemez yada salmali idiler...!!! bu insanin daxili dunyasinin eksidir...cunki musiqi bizim ruhumuzun menevi qidasidir...eger biz azerbaycanliyiqsa..azerbaycan dilinde danwir, duwunur, hiss edir, sevirikse demek azerbaycan musiqisinin de yaranmasini qeyd etmeliyik..cunki bu musiqi dogulmasaydi, demek bizim ruhumuz suni qidalarla dogular..boyuyer...ve mehv olardi.....


Allah Uzeyir Beye rehmet elesin....! :rroza: :rroza:

0

Share this post


Link to post
Share on other sites
[media]http://www.youtube.com/watch?v=RaDolOINyPQ&feature=player_embedded[/media]
Rəngdir

Musiqi - Rizvan Sədirxanov, Sözləri - Haşim bəy Saqib, Ifa - Javid Samadov, Solo "Rəngdir" - Yulia Motorina, Aranjiman - Emil Minyaşev, Mətn - Rafael Hüseynov, Oxuyur - Rasim Balayev
0

Share this post


Link to post
Share on other sites
[url="http://www.youtube.com/watch?v=87FxoXkLhWY"]http://www.youtube.com/watch?v=87FxoXkLhWY[/url]
0

Share this post


Link to post
Share on other sites
Karifeylerimizin mahnilarin beyeniram xususenda Oqtay Agayev...
0

Share this post


Link to post
Share on other sites
[b] [size=4]Koma vəziyyətində olan görkəmli muğam ifaçısı Qədir Rüstəmovun səhhəti daha da pisləşib.[/size][/b]

[size=4]İstanbulun “Acıbadem” Xəstəxanasının reanimasiya şöbəsində 20 günə yaxındır ki,koma vəziyyətində olan görkəmli muğam ifaçısı, xalq artisti [b]Qədir Rüstəmov[/b]un səhhəti getdikcə pisləşir. Bunu APA-ya açıqlamasında sənətkarın həyat yoldaşı, hazırda Türkiyədə sözügedən xəstəxanada olan [b]Fatma Rüstəmova[/b] deyib. Onun sözlərinə görə, Qədir Rüstəmovun səhhətində heç bir irəliləyiş yoxdur: “Vəziyyəti hər gün daha da pisləşir. ölüm-qalım mübarizəsi aparır. Həkimi dedi ki, ümid Allaha qalıb. Biz də oturmuşuq xəstəxanada hər an şad xəbər alacağımızı səbirsizliklə gözləyirik”.
F. Rüstəmova bayram günlərini xəstəxanada keçirdiklərini və Qədir Rüstəmovun bayramda bu vəziyyətdə olmasına çox kədərləndiyini bildirib: “Bu bayram günlərində də əlimizi Allaha açıb yalnız Qədirə dua etmişik. Bizim üçün ən böyük hədiyyə onun səhhətinin yaxşılaşması olar. Hamımız o ana ümid edirik. Sadəcə, həkimlər elə demir”.[/size]

[size=4]Qədir Rüstəmovun adı gələndə ilk növbədə yada Sona bülbüllər düşür. Azərbaycan musiqisi daha bir sənətkarı itirmək astanasındadır, Allah şəfa versin.[/size]
0

Share this post


Link to post
Share on other sites
[url="http://www.youtube.com/watch?v=eROeSWk3wDg"]http://www.youtube.com/watch?v=eROeSWk3wDg[/url]
0

Share this post


Link to post
Share on other sites
[url="http://www.youtube.com/watch?v=rbrY2zEiZkA&feature=related"]http://www.youtube.com/watch?v=rbrY2zEiZkA&feature=related[/url]
0

Share this post


Link to post
Share on other sites
[url="http://www.youtube.com/watch?v=fn6-y2cHBeM&feature=related"]http://www.youtube.com/watch?v=fn6-y2cHBeM&feature=related[/url]
0

Share this post


Link to post
Share on other sites
Azərbaycan musiqisi deyende ilk növbədə yadda muğamlarimiz düşür,bu muğamları bütün dünyada tanitmaq qarşımızda duran əsas məsələ olmaldır
0

Share this post


Link to post
Share on other sites
Əgər mümkündürsə göndərin xahiş edirəm.Çox sağ olun. Təşəkkür edirəm.
0

Share this post


Link to post
Share on other sites
Ən çox sevdiyim mahnıdı
[url="http://www.youtube.com/watch?v=81CHd8RJv9E"]http://www.youtube.com/watch?v=81CHd8RJv9E[/url]
0

Share this post


Link to post
Share on other sites
[quote name='Passion Lady' timestamp='1327659377' post='11164483']
Ən çox sevdiyim mahnıdı
[media]http://www.youtube.com/watch?v=81CHd8RJv9E[/media]
[/quote]
Bu mahnının möhürünü Azər Zeynalov vurub. çox ürəkdən oxuyur. Mahnının sözləri Sevil Əliyeva`ya məxsusdur mən bilən...
0

Share this post


Link to post
Share on other sites
İlk dəfə eşidəndə ki, bu mahnının ifaçısı Flora Kərimovadır, inanmamışdım.. İfaçının məharəti buna deyərəm!.. Uşaq ləhçəsi ilə oxuduğu mahnı uşaqdan böyüyə hamı tərəfindən sevildi..
Sözləri: Ramiz Rövşən
Musiqisi: Oqtay Rəcəbov
[media]http://www.youtube.com/watch?v=lZIdlixjN3U[/media]
0

Share this post


Link to post
Share on other sites
[quote name='TheJoshaki' timestamp='1327745111' post='11176407']
İlk dəfə eşidəndə ki, bu mahnının ifaçısı Flora Kərimovadır, inanmamışdım.. İfaçının məharəti buna deyərəm!.. Uşaq ləhçəsi ilə oxuduğu mahnı uşaqdan böyüyə hamı tərəfindən sevildi..
Sözləri: Ramiz Rövşən
Musiqisi: Oqtay Rəcəbov
[media]http://www.youtube.com/watch?v=lZIdlixjN3U[/media]
[/quote]
Mən çox üzr istəyirəm! Bu mahnının musiqisi və ifası YOUTUBE saytında səhv gedir ada məxsusdur. Mən də ordan götürüb bura yazmışdım.
[size=5][b]Mahnının musiqisi : Ramiz Mirişli[/b][/size]
[size=5][b]İfaçısı : Sevil Allahverdiyeva (Sevil - kvartetinin üzvü)[/b][/size]
0

Share this post


Link to post
Share on other sites
Ruhumuzu oxshayan besteleri ile daim musiqi tariximizde yashayacaq xalqimizin bestekari Elza Ibrahimova dunyasini deyishmishdir.Allah rehmet etsin (((
0

Share this post


Link to post
Share on other sites