Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Milli Azərbaycan ədəbiyyatı


Recommended Posts

  • Replies 422
  • Created
  • Last Reply

[quote name='nikowka' timestamp='1288420077' post='7605910']
Gece xelvetce bize sevgili yar gelmiw idi,
Uzu aydan da gozel nazli NIGAR gelmiw idi...

Ter axib gul yanagindan bulud ortmuwdu ayi,
Onu duwmenmi qovub,konlu qubar gelmiw idi?

Ona men goz yetirib xelveti baxdim,baxdim..
Ovcunun ovlagina korpe wikar gelmiw idi..

Uyuyub her ikimiz rahet olub bir yatdiq,
Bextimin bagcasina gullu bahar gelmiw idi...

Dedi:-getmek demidir, soyle, ne istersen yar?
Bir opuw istedim ondan, yeri var, gelmiw idi...

Aglayib getdi o yar, goz yawi yandirdi meni..
Odlara yandi dilim, sanki werar gelmiw idi...

Ey, Nizami!-dedi,birden ayilib gordum o yox,
Deme royada bize cewmi-xumar gelmiw idi...


P.S. Bu qezeli uwaq vaxtindan ezber bilirem...hetta ali mektebde oxuyanda bu qezele gore meqbul da almiwam )))
[/quote]
:rroza:

Link to comment
Share on other sites

[b]Bəxtiyar Vahabzadə

Görən hara gedir ?[/b]

Qorxu kölgəsinə sığınmış bu gün
Sədaqət, diyanət, məhəbbət, Allah.
Yalan hakim olub, böhtan gözətçi,
Çürüyür zindanda həqiqət, Allah.

Əyri əyriliyi yeridir daşa,
Keçib əyrilikdə hamıdan başa.
Doğru həsrət qalıb isti bir aşa,
Görən hara gedir bu millət, Allah.

Həftələr dəyişdi, gönlər dəyişdi,
Tərəflər dəyişdi, yönlər dəyişdi.
Qiblələr dəyişdi, dinlər dəyişdi,
İtə ot verilir, ata ət, Allah.

Ünvanı dəyişib rəzalətin də,
Qaymaq da satılır şor qiymətində.
İndi sədaqətin səltanətində,
Əyləşib hökm edir xəyanət, Allah.

Ha çığır, ha bağır, yalan ayılmaz,
Yaxşını yamandan ayıran olmaz.
Satsan, üzünə də baxan tapılmaz,
Necə ucuzlaşıb ləyaqət, Allah.

Yalanlar həqiqət qiyafəsində,
Yeklər cövlan edir şeş xanəsində.
Oğrular, əyrilər zəmanəsində,
Əyrilik sayılır, fərasət, Allah.

Link to comment
Share on other sites

[b]Ramiz Rövşən

Ayrılıq
[/b]
Yene bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkədə xoşbətik, xəbərimiz yox.

Aradan nə qədər il keçib görən, -
Tanıya bilmədim, məni bağışla.
Mən elə bilirdim sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla!

...Sağımız-solumuz adamla dolu,
Qol-qola kişiler, qadınlar keçir.
Özünden xebersiz ömründe min yol
Özünü öldüren adamlar keçir.

keçir öz qanına batan adamlar,
Bir də ki, qan hanı?
Qan axı yoxdu...
Hamı günahkardı dünyada,
amma
Dünyada heç kəsin günahı yoxdu

Link to comment
Share on other sites

Neriman Hesenzade

Bu dünya nerdivandı,-
Qalxanda mehribandı,
Enende ne yamandı...
Görüşdük pillelerde,
Yolun yarısında biz.
O qalxırdı bu demde,
Men enirdim xebersiz.
Onu arzularına
Qaldırırdı nerdivan,
Meni xatirelere
Endirirdi
Bu zaman.
Birimiz-günçıxana,
Birimiz günbatana...
Qalxa bilmezdim daha,
Ne o güc,ne o taqet.
O da ene bilmezdi,-
Haqlı,haqsız
Vermişdi,oz hökmünü tebiet,
Gerek ya düşmeyeydi
Bu görüş heç araya.
Ya o evvel geleydi,
Ya men sonra dünyaya..

Link to comment
Share on other sites

[b]Ramiz Rövşən
Qoyun olmaq çətin şeymiş[/b]


Bu dünyanın əzabı çox,
Haqqından haqq-hesabı çox,
Qoyunundan qəssabı çox,
Qoyun olmaq çətin şeymiş.

Boynundan çatı sallanıb,
Bir çəngə ota aldanıb,
Yeyib, kökəlib, dadlanıb
Qoyun olmaq çətin şeymiş.

Kötüklər garalan yerdə,
Bıçaqlar can alan yerdə
Çobanlar qurd olan yerdə
Qoyun olmaq çətin şeymiş.

İt olub hürmədik Aya,
Yıxdı bizi abır-həya,
Qoyun olmaya-olmaya
Qoyun olmaq çətin şeymiş.

Link to comment
Share on other sites

Sevdiyim şeirlərin əksər hissəsi burda artiq yazılıb..... İcazənizlə, Nüsrət Kəsəmənlini yada salardıq.....


Etiraf

Fikirli gəlirəm, dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bəzən gec gəlirəm, yorğun gəlirəm
Bitirsən qapıda bənövşə kimi...

Bəlkə min suçumu bilmisən mənim,
Birini üzümə vurmamısan heç.
Eyhamla üzümə gülmüsən mənim,
Birce yol üzümə durmamısan heç.

Hər kəs taleyile gəlir həyata,
Demirəm, ürəyi yumşaq olmuşam.
Dəcəl uşaqlara mülayim ata,
Səninçün ən dəcəl uşaq olmuşam.

Sənsən dağlar kimi səbrlə dözən
Bəlkə tərəddüdlə çox döyüşmüsen.
İsti bir sevgiden yazmişam bəzən,
Soyumuş çayımı sən dəyişmisən...

Üzümdə kədərdən bir iz görəndə,
Şirinim olmusan, acım olmusan.
Qohumdan, tanışdan pis üz görəndə
Sən anam olmusan, bacim olmusan.

Bir kövrək şeirimdən gözlərin dolub,
Nə deyim, özgədən çox yazıb qələm.
Nə qədər düyünlü günümüz olub,
Düyünlü qaşını görməmişəm mən...

Bir əlin mətbəxdə qabda-qaşıqda,
Bir gözün istide, tüstüdə olub.
Bir əlin beşikdə oğul-uşaqda,
Bir gözün həmişə üstümdə olub.

Yollar çarpaz-çarpaz, yollar qarışıq...
Gecə yol gedirəm qulağı səsdə.
Bizim pəncərədən süzülən ışıq-
Gözümün nurudur yolumun üstə.

Fikirli gəlirəm, dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bəzən gec gəlirəm, yorğun gəlirəm
Bitirsən qapıda bənövşə kimi...

Link to comment
Share on other sites

Getmək istəyirsən ...

Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən səsin də yad olsun, barı.

Sən dəniz qoynuna tullanmış çiçək,
Üstünə dalğalar atılacaqdır.
Saxta məhəbbətin saxta sənəd tək
Nə vaxtsa üstündə tutulacaqdır.

Demirəm, sən uca bir dağsan, əyil
Demirəm, əlacım qalıbdır sənə.
Nə səndə məhəbbət qara pul deyil,
Nə mən dilənçiyəm, əl açım sənə.

Döşənim yollar tək ayaqlarına,
Sənə yalvarım mən, bu mumkun deyil.
Qoymaram qəlbim tək vuqarım sına,
Alçalıb, yaşamaq ömür--gün deyil!

Getmək istəyirsən, o yol, o da sən,
Bir cüt göz baxacaq arxanca sənin.
Getdinmi, geriyə dönmək istəsən,
Tikanlı yastığa dönəcək yerin.

Getmək istəyirsən nə danış nə din
Yox ol uzaqlartək dumanda, çəndə
Nəyimi sevmişdin diyə bilmədin
İndisə yüz eyib görürsən məndə

Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən səsin də yad olsun, barı.

Link to comment
Share on other sites

Biri vardı, biri yox...

Olan olub keçən keçib bəlkə də
İndi daha kövrəlməyin yeri yox
Ömrum boyu belə gəlib menimki
Əvvəlindən biri vardı, biri yox

Uzaqdaydı mən istəyən ocaqlar
Ürəyimdən gəlib keçdi sazaqlar
Atalıydı, analıydı uşaqlar
Bizim evdə biri vardı, biri yox

Gözlərimə doldurmuşam yağışı
Bir köynəkdə çıxarmışam mən qışı
Şalvar-pencək geyinirdi tay-tuşum
Məndə isə biri vardı biri yox

Qəlbim yandı ilk sevgimdən eşqimdən
Dara düşdüm əl ummadım heç kimdən
Məclislərdə can deyib can eşidən
Dostlarımın biri vardı biri yox

Üzüm güldü tələbəyəm deyəndə
Sıxılırdım dost penceyi geyəndə
Müəllimlə dil tapa bilməyəndə
Qiymətimin biri vardı, biri yox

Mən orduya nələr görüb getmişdim
Ürək alıb ürək girib getmişdim
İki qıza könül verib getmişdim
Qayıdanda biri vardı biri yox

Uzaq gəzdi əmi, dayı, bibilər
Söz arası mənə evlən dedilər
Nişan üçün iki şey istədilər
Məndə isə biri vardı,biri yox

Vaxt gələcək bu günü görəcəksən
Çox suala gözünü döyəcəksən
Vaxt gələcək sən özun deyəcəksən
Deyəcəksən, biri vardı, biri yox...

Link to comment
Share on other sites

Əli Kərimi yada salmamaq olmaz.....


Gözəl qız, sən saf susan,
İki qəlb arzususan.
Mənsə səni sevirəm
Susuzluğun od vurub köz kimi yandırdığı
Dodaq su sevən kimi.
O isə səni sevir
Rahatca bardaş qurub
?Kabab üstdən sərin su pis olmaz?-
Deyən kimi.
Gözəl qız, sən işıqsan,
Yurduma yaraşıqsan...
Mənsə səni sevirəm
Iynənin ucu boyda
İşığa həsrət qalan göz işıq sevən kimi.
O isə səni sevir
Bir şən mağarada, toyda
İşıqlardan yaranmış yaraşıq sevən kimi.
Danış, ucalsın səsin,
Qısılmasın nəfəsin.
Mən ki, səni sevirəm
Bakıdan, Daşkəsəndən
Gələn bir səda kimi,
Səs kimi,
Qüdrət kimi...
O isə səni sevir,
Gizli deyil ki səndən,
Bir otaq küncündəki qəmli sükunət kimi.
Bu mən, bu o, bu da sən,
De görək, nə deyirsən.
Amma yaxşı fikir ver bu iki məhəbbətə.
Daha heç nə demirəm:
Nöqtə, nöqtə və nöqtə...

Əli Kərim, 1953





Nə xoşbəxt imişəm bir zaman, Allah,
Xəbərim olmayıb bu səadətdən.
Nə xoşbəxt imişəm,
nə xoşbəxt,
xoşbəxt!
Bu gün eşitmişəm bunu həsrətdən.
Niyə yazmamışam o zaman, Allah,
Əlimə qələm də gəlməyir indi.
De, niyə aradan küləklər əsir?
Aramız, de, niyə belə sərindir?
İçdiyim o su da səadət imiş,
İşə getməyim də, qayıtmağım da.
Ona baxmağım da xoşbəxtlik imiş,
Onu yuxusundan ayıltmağım da.
Dünya başdan-başa səadət imiş,
Mənsə bu dünyanın qoynundayammış,
Dünya fırlanırmış sevinc gücüylə,
Bəs indi nə olub belə dayanmış?
Göylər səadətin çətiri imiş,
Torpaq da səadət məhvəri imiş.
Gecələr toranlı vüsal məskəni,
Hər səhər,
ruhumun səhəri imiş.
Dilin quruyaydı sənin, ay həsrət,
Sən bu gün könlümü tarımar etdin.
Ya bunu vaxtında deyəydin mənə,
Ya da ki lal olub heç dinməyəydin.
Dünya başdan-başa səadət imiş,
Görəsən, heç bir də olarmı yenə?
Dünya başdan-başa nə imiş dedin?


Qayıt

Həsrətin araya atdı dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun.
Qayıt, mənim gülüm, qayıt bu yerə,
Ey mənim istəyim, nə gəlməz oldun!

Ümidlər, arzular pəran-pərəndir,
Qəlbə təsəllidir xatirələrim.
Bir halımı soruş, könlümü dindir;
Axşamlar yadıma düşür səhərim.

Qayıt, mənim gülüm, yerbəyer elə
Dərdli səhərləri, gecələri sən.
Çaşıb başqa yolla keçirəm elə,
Düz öz qaydasınca küçələri sən.

Qayıt, yerinə qoy Ayı, Günəşi, -
Yenə olduğutək görüm həyatı
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, sahmana sal bu kainatı!

Link to comment
Share on other sites

[size="3"]Biri vardı biri yox, mənim də çox xoşladığım şerlərdəndir.

Həyatda mənə ən çox təsir edən və ən çox xoşuma gələ şer isə türk şeridir. Bəlkə xoşunuza gələr. Şerin əsas mövzusunun adı şerdə keçmir.

[/size][size="3"][b]SESSİZ GEMİ [/b]

Artık demir almak günü gelmişse zamandan,
Meçhule giden bir gemi kalkar bu limandan.

Hiç yolcusu yokmuş gibi sessizce alır yol;
Sallanmaz o kalkışta ne mendil ne de bir kol.

Rıhtımda kalanlar bu seyahatten elemli,
Günlerce siyah ufka bakar gözleri nemli.

Biçare gönüller, ne giden son gemidir bu.
Hicranlı hayatın ne de son matemidir bu.

Dünyada sevilmiş ve seven nafile bekler;
Bilmez ki, giden sevgililer dönmeyecekler.

Bir çok gidenin her biri memnun ki yerinden.
Bir çok seneler geçti; dönen yok seferinden


Yahya Kemal Beyatlı[/size]

Link to comment
Share on other sites

[b]Ramiz Rövşən
Gedək biz olmayan yerə[/b]


Gəl, əl-ələ tutub gedək,
Gedək biz olmayan yerə.
Hər dərdi unudub gedək
Dərdimiz olmayan yerə.

Burda qoyaq özümüzü,
Bu qırışan üzümüzü,
Bu köhnələn sözümüzü,
Gedək söz olmayan yerə.

Bir kimsə tutmasın xəbər
Gəl, çıxıb gedək birtəhər
Bu ev, bu küçə, bu şəhər,
Bu dəniz olmayan yerə.

...Atam oğlu, az çapala,
Sən deyən çətin tapıla,
Bu Ramizi kim aparar
Bu Ramiz olmayan yerə?!

Link to comment
Share on other sites

[quote name='ЛЕТО' timestamp='1288463135' post='7609166']
Vüqar, gözəl şeirdir, amma səhv etmirəmsə mövzumuz Azərbaycan ədəbiyyatına həsr olunub
[/quote]

tamamilə haqlısınız
amma gələcəkdə yaxınlığımızı nəzərə alaraq türk mədəniyyətinə həsr olunmuş mövzu, ya da bölmə açmaq olar

Link to comment
Share on other sites

[b]BABA PÜNHAN
BAKININ DƏRDİ VAR[/b]

Yorğundur, yatmayır haçandan Bakı,
Doyub yad ellidən, qaçqından Bakı.
Üzülüb, öləcək acından Bakı,
Məğrur görünsə də o can üstədir,
Bakının dərdi var Bakı xəstədir.

Yaltaqlar dəstəsi baş alıb gedir,
Qeyrət yavaş-yavaş boşalıb gedir,
Məktəbli qızlar da qaş alıb gedir,
Ərli də, ərsiz də bir həvəsdədir.
Bakının dərdi var, Bakı xəstədir.

Əsrlər itirdik illər içində,
Qanqallar bitirdik güllər içində,
Çaqqallar dolaşır ellər içində,
Aslanlar, pələnglər daş qəfəsdədir,
Bakının dərdi var, Bakı xəstədir.

O, Cıdır düzüyçün çadır ağlayır,
Çadır övladıyçün Cıdır ağlayır,
Namus itkin düşüb abır ağlayır,
Köməksiz qız-gəlin dəstə-dəstədir.
Bakının dərdi var, Bakı xəstədir.

Sən ey "Qız qalası" qalasan hələ,
Səni həmişə qız qalasan hələ,
Dərdini Pünhana qala sən hələ,
Ta ki, göz yollarda qulaq səsdədir,
Bakının dərdi var Bakı xəstədir.

[media]http://www.youtube.com/watch?v=gUo46YKwCGg[/media]

Link to comment
Share on other sites

[b]Nüsrət Kəsəmənli
Sonuncu vida[/b]

Bu da sonuncu gün. Sonuncu vida ,
Bu da ayrılığın sonuncu tini .
Quzum, hər görüşün son ucu vida ,
Görürdüm bu günü,
Səninlə görüşün birinci günü ...

Yolun uğurlu olsun deyirəm sənə ;
Qarşında ömür gün sınağı durur .
Nə deyim , bəlkə də yolunda yenə
Mənimtək bir sevda qonağı durur .
Gedirsən ,
Bu günü saxla yadında
Yaddaşın mən verən dərsi pozmasın .
Sən elə alış ki , sənin odunda
Ötəri qonaqlar qoy qızınmasın .
Qarşımda nə çəpər, nə də ki barı ...
Mənim də ömrümə beləcə gəldin .
Qəlbində bir çınqı od saxla barı
Bəlkə bir çırağı yandıra bildin .
Əyil !...
Məhəbbətin önündə əyil ,
Bəlkə bu dünyadan qopara səni .
Taleyin estafet ağacı deyil
Hərə bir mənzilə apara səni ...
Bir gün də sərbəstlik taxtı devrilib ,
Ömrünə gəlinlik illəri gələr .
Dünənin bir namərd dosta çevrilib
Sabah kəndirini doğraya bilər .
Bu da sonuncu gün, sonuncu vida,
Bu da ayrılığın sonuncu tini .
Quzum, hər görüşün son ucu vida,
Görürdüm bu günü,
Səninlə görüşün birinci günü ...

Link to comment
Share on other sites

[b]Ramiz Rövşən
Yavaş-yavaş sevdim səni[/b]


Yavaş-yavaş sevdim səni,
Hər gün bir az da sevdim.
Ən çox bu qış sevdim səni,
Qarda, ayazda sevdim.

Gör bir nə tez isinişdik
Havalar soyuyanda.
Adamlar qalın geyinib,
Ağaclar soyunanda.

Qar altından baş qaldıran
Çiçəktək sevdim səni.
İstisinə qızındığım
Ocaqtək sevdim səni.

Hələ bu cür sevməmişdim
Ömrüm boyu heç kimi.
Səni sevdim qar üstündə
Yem axtaran quş kimi.

Qorxa-qorxa bu sübh çağı
Nə baxırsan göyə sən?
Deyirsən ki, günəş çıxıb,
Qar əriyir deyəsən…

Link to comment
Share on other sites

[b]Məmməd Araz
Dünya sənin,dünya mənim...[/b]


Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da,qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik,
Dünya sənin,
dünya mənim,
dünya heç kimin…

Çevrəsindən çıxsa əgər sevda fırfıran,
Bir ümidin ətəyindən tutub da fırlan.
Eşidirsən:pıçıldayır yıxılan,duran:
Dünya sənin,
dünya mənim,
dünya heç kimin…

Bu get-gəllər bazarına dəvədi dünya,
Bu ömür-gün naxışına həvədi dünya.
Əbədiyə qəh-qəh çəkər əbədi dünya,
Dünya sənin,
dünya mənim,
dünya heç kimin…

Ayaq saxla,dövrənə bax ötəri belə,
Min illərdir Araz belə,Həkəri belə,
Axşamların,səhərlərin təkəri belə,
Dünya sənin,
dünya mənim,
dünya heç kimin…

Gülünclərə gülünc gələn bu ada güldüm,
Yüyəninə hər əl yetən bu ata güldüm.
Mən özümlə oynadığım şahmata güldüm…
Dünya sənin,
dünya mənim,
dünya heç kimin…

Link to comment
Share on other sites

[font="Arial"]
[b]Bəxtiyar Vahabzadə
Müsavat[/b]

Zülmətlə savaşlarda zəfər çaldığı gündən,
Qəlblərdə azadlıq odu yandırdı Müsavat. :urey:
Ulduz və hilal eylə ki, üç rəngə qovuşdu,
Boz qurdu könüllərdə oyandırdı Müsavat! :urey:


Meydan oxudu qan çiləyən dövrana qarşı,
Hər zalimə, hər nadana, hər hədyana qarşı.
Tüğyan elədi eyləki zülm insana qarşı,
Öz həddini zalimlərə qandırdı Müsavat! :urey:


İlhamını almış o, Vətən adlı gözəldən,
İman suyunu, çünki o içmişdi düz əldən.
Xalq namina haqq naminə vuruşlarda əzəldən
Ön cərgədə hər tilsimi sındırdı Müsavat! :urey:


Öndər dedi: - İstiqbal üçün dağ aşalım biz,
İstiqlala, istiqbala daim qoşalım biz,
Bir türk kimi islamlaşa, çağdaşlaşalım biz
Amalına bu xalqı inandırdı Müsavat! :urey:


Amalı təmiz, məqsədi aydın, üzü ağdır,
Ən ali məqamlarda qərəzlərdən uzaqdır.
Tarix şüuru-xalqımı millət yapacaqdır,
Haqqa dönəni haqqa tapındırdı Müsavat! :urey:


Düzlük şüarı daima çarpışdı yalanla,
Torpaqdan alıb qüdrəti, kökləndi zamanla.
Cənnət edəcək amala dönmüş bir imanla
Ünvanı Azərbaycan olan yurdu Müsavat! :urey:

[/font]

Link to comment
Share on other sites

[b]Vaqif Səmədoğlu
[/b]
Sənə "sevirəm" dedim
Salıb sındırdın məhəbbətimi...
Bir də "sevirəm" dedim.

Sənə "bağışla" dedim,
Salıb sındırdın günahımı...
Bir də "bağışla" dedim.

Sənə "məni unutnma" dedim,
Salıb sındırdın xatirələri.
Bir də "unutma" dedim.

Sənə həyatımı verdim,
Salıb sındırdın ömrümü...
Başqa ömür hardan verim?

Link to comment
Share on other sites

[size="2"][color="DarkSlateBlue"]Nə[/color][/size][color="DarkSlateBlue"][size="4"][size="2"] əcəb [b]Ramiz Rövşənin[/b] bu şeri yaddan çıxıb?[/size][/size][/color][b][color="DarkSlateBlue"][size="4"][b]
GÖY[/b] [b]ÜZÜ[/b] [b]DAŞ[/b] [b]SAXLAMAZ[/b] [/size]

[/color][/b][color="DarkSlateBlue"]Durub göy üzünə daş atan oğlan,
göy üzü daş saxlamaz.
Oğul belə baş saxlamaz, atam balası,
Kim qırxıb başını, salıb bu kökə?
Şalvarın, pencəyin özündən yekə,
Baxırsan, göy üzü gözündən yekə;
durub göy üzünə daş atan oğlan.
Hələ ki, başına-gözünə qıymaz,
atdığın daşları saxlar göy üzü.
Atdığın daşları tutub əlində,
səni illər boyu yoxlar göy üzü.
Qırxıq başın tüklənincə,
O dumduru gözlərin
Bulanınca, çirklənincə,
atdığın daşları saxlar göy üzü.
Yediyindən yeyərsən,
Geydiyindən geyərsən,
böyüyərsən, böyüyərsən, atam balası.
Gözlərin böyüyər sən böyüdükcə,
gözündə yaş böyüyər.
Əllərin böyüyər sən böyüdükcə,
gözündə yaş böyüdükcə,
göy üzündə
atdığın daş böyüyər.

Baxt gülsə üzünə bu yer üzündə,
ölümün ləngiyib gecikə bilsə,
O daşdan özünə bu yer üzündə
hasar çəkə bilsən, ev tikə bilsən,
Bir göy qurşağı tək ömrün uzansa,
baxtına hər cürə rəngdən düşəcək.
Bir gün bu dünyada qəbrin qazılsa
Bəlkə də, başdaşın göydən düşəcək.

...Durub göy üzünə daş atan oğlan,
göy üzü daş saxlamaz... [/color]

Link to comment
Share on other sites

Nədənsə Azərbaycan ədəbiyyatı deyəndə ağıla gələn şer olur.
Bizdə güclü romanistlər çox azdır. Çünki şer yazmaq roman, hekayə povest yazmaqdan asandır, mənim fikrimcə. Çünki burda süjet xətti lazımdır, şerdə isə yox. Hər halda süjet xətti və dərin obrazlar fikirləşib ortaya çıxarmaq qafiyə tapmaqdan çox çox çətin işdir.

Link to comment
Share on other sites

MIKAYIL MUSAFIQ

Zaman hər şeyin çarəsidir...

Sən məndən uzaqsan, mən səndən uzaq,
Uzaqdır sevimli gözlərin mənə.
Yaxındır telefon sayəsində baq,
Ürəkdən saçılan sözlərin mənə.

Neçin ruhlanmasın bu yeni şair,
Çapar gözləməyir canan elindən,
Çılğın arzuları eşqinə dair
Mərhəmət ummayır səba yelindən.

Əvət, böylə qalmaz yarın bu ölkə,
Telfonda fikrimi açarkən sənə,
Həsrətlə baxdığım üzün də bəlkə
Uzaqdan-uzağa görünər mənə.

Məhəbbətin dərin, xəyalın dərin,
Nə çıxar sözlərə könlümü versəm?!
Əslinə varmaqçın bu söhbətlərin,
Nolur gözlərini telfonda görsəm?!

Məni inandırmaz yoxsa bu sözlər,
Az iş gəlməmişdir qərib başıma.
İstərəm ürəyin aynası gözlər
Açıb həqiqəti qoysun qarşıma.

Əvət, böylə qalmaz yarın bu ölkə,
Telfonda fikrimi açarkən sənə,
Həsrətlə baxdığım üzün də bəlkə
Uzaqdan-uzağa görünər mənə.

Link to comment
Share on other sites

Mikayıl Müşviq

SEVGİLƏR


Sevgi vardır ki, dodaqlarda açar güllerini,
Sevgi vardır ki, biraz qar kimi, ruzgar kimidir.
Sevgi vardır oxudur qelbi de bülbüllerini,
Bele bir sevgi menim ruhumu oxşar kimidir.
Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür,
Ona yaxlaşmayalım çünki o zülmətlə dolu.
Sevgi vardır ki, düşər yerlərə daim sürünür,
Elə bir sevgi də min dürlü xəyalətlə dolu.
Sevgi vardır ki, bahardan bizə güllər gətirir,
İçə zəqqum və zəhər, qoxlama, qəlbin qanayar.
Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar.
Sevgi vardır bizə çox dadlı əməllər gətirir,
Fəqət həpsində qaranlıq gecələr kölgəsi var.
Sevgilərdə qarışıq bilməcələr kölgəsi var.

Link to comment
Share on other sites

Mikayıl Müşviq

ANA

Ana dedim, ureyimde yanar odlar sachildi,
Ana dedim, bir urperish hasil oldu canimda,
Ana dedim, qarshimda bir gozel sehne achildi,
Ana dedim, feqet onu gormez oldum yanimda.

Ana, Ana!.. Bu kelmenin vurgunuyam ezelden,
Onu gozel anlatamaz dushunduyum satirlar.
Ana olmaz bize her bir "yavrum" deyen gozelden,
Chunki onun xilqetinde ayrica bir fusun var.

Bashqa alem yashamadim boyle gozel bichimde,
Onu kimse gozelliyin cilvesinde yaratmish,
Ana, ana... chichekli bir fidandir ki, ichimde,
Ta ezelden kok salaraq, ureyimde boy atmish.

O fidani be'zi vaqit istiyirem, cekerek
Qoparayim ureyimden, feqet onda varligim.
Sizildarken, sanki bir ses qopub ince ve titrek,
Bir lisanla soyleyir ki: - Mene deyme yazigim!

Cunki seni men besledim, men boyutdum, oxshadim,
Soylediyim sozler ki, var beshiyinin ustunde,
Oxudugum turkulerin kolgesidir, ovladim!
Mene mexsus vereqler var her kitabda, her dinde.

Ne dogru soz, yaziqlar ki, gormemishem onu men,
Diyorlar ki, Mushfiq, xeste bir tifildin, anani,
Baban kimi soyuq eller qucagin chekerken,
Yalniz aci feganlarin titredirdi her yani.

Indi mene her kes: - Anan, baban varmi? - soylese,
Deyirem ki, - Qapilmadim bir xulyaya, bir hisse -
Olan olmush, kechen kechmish, indi meni yashadan,
Bir muqeddes, bir semimi, emelim var tapdigim.

Inandigim bir qible var, o da her gun, her zaman,
Yorulmayan qollarimla, dushunerek yazdigim.
Bir alemdir, bir alem ki, semalari qipqizil,
Yuksekleri, alchaqlari, fezalari qipqizil.

Link to comment
Share on other sites

[quote name='hemishecavan' timestamp='1288605008' post='7616658']
Nədənsə Azərbaycan ədəbiyyatı deyəndə ağıla gələn şer olur.
Bizdə güclü romanistlər çox azdır. Çünki şer yazmaq roman, hekayə povest yazmaqdan asandır, mənim fikrimcə. Çünki burda süjet xətti lazımdır, şerdə isə yox. Hər halda süjet xətti və dərin obrazlar fikirləşib ortaya çıxarmaq qafiyə tapmaqdan çox çox çətin işdir.
[/quote]

romanist ədəbiyyat bizdə əsasən sovet dövründə təşəkkül tapıb ki, onun da üzərində güclü ideoloji basqı olub

Link to comment
Share on other sites

[b]Bəxtiyar Vahabzadə
Əl unutmur[/b]

Bu dünyanın nə yaxşısı, nə pisi,
Özümüzük dolaşdıran hər işi.
Əllərimdə əllərinin istisi,
Nə itiymiş əllərimin yaddaşı.

Mən istərəm ləngiməsin gələcək,
Sabahlma köprü salım bu gecə.
Səni mənə unutdura biləcək
Bir nəğməni hardan alım bu gecə?

Bir nəğmə ki, ürəyimdə mələyən
Duyğuları, ağrıları ovutsun.
Necə gedim öz–özümlə yola mən?
Əl unutmur,ürək necə unutsun?

Link to comment
Share on other sites

Ey ilham perisi, varsansa eger,
Bu axsam ustume qanadini ger!
Qanim bir heraret alsin qanindan
Cixim bu fikir burulganindan.
Isinsin azaciq bu das duygular
Olmayim bir evde besinci divar
Bu axsam o qeder tenhayam, tekem,
Bu axsam, ele bil ,yarilib sinem
Capilib, talanib mehebbet orda,
Qalmayib bir tike merhemet orda
Bu axsam sahibi olen bir tacam,
Kimse istemeyen bir ehtiyacam
Bu axsam fikrimle o qeder acam,
Lap butun geceni yesem, doymaram
Bu axsam qelbimden gelib keceni
Butun ulduzlara desem, doymaram
Bu axsam...ozumde yoxam bu axsam...
Bu axsam ozumde defn olunmusam
Bu axsam od yoxdu mehebbetimde,
Bir unvan, ad yoxdu mehebbetimde
Bir deniz, bir sahil temasini men
Bu axsam qelbimde gormurem, neden?..
Ilahi, dunyaya niye gelmisem?..
Hisslerim qelbimde ezilmis suse,
Esqim ciliklenmis bir parca kagiz
Kulekler, haraya aparirsiniz -
Aparin, aparin, aparin!
Amma tus etmiyin hissiz adma,
Onu qosa duran, onu iller boyu
Yanasi duran daslara verin!
Birge cop dasiyan, birge yuva quran
Quslara verin!
Qoy suya-torpaga hopulsun bu qem
Men nece sevildim, nece sevirem?!.
Sevib yasadigim anlar var idi
Fikrimde o vardi, onlar var idi
bir dagdim, sinemde ad idi onlar
Adice seyahhdi, yad idi onlar
Qelbimi gormeyi bacarmazdilar,
Sineme girmeyi bacarmazdilar,
Sinemde sen adli vulkanim vardi
Bilmezdik hansimiz hansi olardiq
Kim kimin qelbinden qopardi derdi,
Kim kimin qelbinde buz eriderdi.
Sevirdim, dag idim, sevirdim- vulkan
Bir ovuc kul qaldi, bir das o dagdan...
Ey Ilham perisi, varsansa eger,
Bu axsam ustume qanadini ger,
Mene mehebbetli bir negme getir,
Mehebbet imzali bir negme getir!
Oxuyum, oxuyum o yarim ucun,
Onu cehiz verim qizlarim ucun.
Ilahi, Ilahi qelbime bir sevgi gonder,
Ilahi, yaziqdir meni sevenler!

Memmed Araz.

Link to comment
Share on other sites

[b][b]
[/b][/b]Ən çox sevdiyim şerlərdən biri...[b][b]

CƏFƏR CABBARLI
[/b][/b]
[b][b]ANA[/b][/b]

Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,
Ürək süqut eləməz aldığı mətanətdən.
Ricavü xəvfə məkan vermərəm gər alimlər
Min il də vəz edələr dəhşəti-qiyamətdən.

Pələnglər tuta dövrüm, çəkinmərəm haşa,
Və ya ki, vəd edələr dövləti-cahanı mənə
Ki, bir kəsə baş əyib əczimi bəyan eləyim,
Əyilmərəm nə ki yer, versələr səmanı genə.

Yanımda gər dura cəllad əlində şəmşiri,
Ölüm gücilə mənə hökm edə olum təslim,
Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun
Gücilə xalqa həqiranə eyləyim təzim?

Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
Fəqət nə güclü, zəif bir vücud var, yahu,
Ki, hazıram yıxılıb xaki-payinə hər gün,
Öpüm ayağını əcz ilə, kimdir o? Nədir o?

[b]Ana[/b]! [b]Ana[/b]!.. o adın qarşısında bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir;
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Genə xəyal edərəm bəzmi-istirahətdir.

Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn!
Atıl cahana sən, ey ildırım, alış, parla!
Dayanma, taqi-səmavi, gurulda, çatla, dağıl!
Sən, ey günəş, yağışın yağdır, ey bulud, ağla!

Mənə əsər eylərmi bu? Mütləqa yox! Yox!- Yox!!!
Fəqət [b]Ana[/b]! O müqəddəs adın qabağında.
O pak bağrına bassın məni, desin layla,
Təbəssüm oynadaraq titrəyən dodağında.

Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,
Uçar səmalara hər aləmi-xəyalətdə.
Yatar, ölər bədənim, nitqdən düşər bir söz:
-[b]Ana[/b]… [b]Ana[/b]… Sənə mən rahibəm itaətdə!..

Link to comment
Share on other sites

[b]Bəxtiyar Vahabzadə

Saçlarıma dən düşür , dən düşür , yaman düşür ,
Hər baxanda anamın , ürəyinə qəm düşür .
Bu ağ saçlar ay ana , səni dərdə salmasın ,
Saçımın ağlığından qanın heç qaralmasın !

Alışıram gecələr , masa arxasında mən ,
Saçlarım da ağarır , qəlbimin atəşindən .
Sən demə ki balamın bəlkə gizli dərdi var ,
Vaxtsız ağaran saçın , özgə bir aləmi var !

Ölüm belə qəm deyil bu həyatı duyana ,
Mən bu ağ saçlarımla öyünürəm , ay ana !
Qara , şəvə saçları təbiət vermiş mənə ,
Mən güvənə bilmərəm onun bu töfhəsinə .
Zəhməti həyatımın ilk bəzəyi sanmışam ,
Ağ saçları həyatda mən özüm qazanmışam .
[/b]

Link to comment
Share on other sites

Vahid

Dəyişmişəm, gözəlim, indi sən deyən deyiləm!
Get, hər kiminlə gəzirsən gəz, inciyən deyiləm!
Çəkibdir ətrini biganə qönçəlikdə sənin,
Sen indi gültək açilsan da iyləyən deyiləm!
Məni şirin dil ilə bəs deyilmi aldatdın?
Zəmanə görmüşəm, axır iməkləyən deyiləm!
Əgər öləndə həyatım sənin əlində ola,
Düşüb qədəmlərinə minnət eyləyən deyiləm!
İndi get həsrətini başqa bir aşiq çəksin,
Bir de sevsəm səni, söz vermişəm, insan deyiləm!
Gəz dolan, seyr elə öz sevdiyin aşiqlər ilə,
Ürəyindən nə kecər, eylə peşiman deyiləm!
Özüm də Vahidəm, aləm bilir dəyanətimi,
Sənin kimi gedib əgyarə baş əyən deyiləm!
Vahidəm, indi sədaqətli gözəllər sevirəm,
Hər vəfasız gözəlin hüsnünə qurban deyiləm.

Link to comment
Share on other sites

ALLAH

İdrakda yol açmış gecədən gündüzə Allah,
Güldürməsən öz könlünü, gülməz üzə Allah.
Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş,
Qəlbin gözü yanmasa, görünməz gözə Allah.

Allah! Bilirik cism deyil, bəs nədir Allah?
Ən yüksək olan haqda, həqiqətdir Allah.
Dondunsa təkamül və gözəllik qabağında,
Dərk et bu, təəccübdə, bu heyrətdədir Allah.

Bildik, bilirik, gizlidir insadakı qüdrət,
Hər kəs onu fəhm etməsə, acizdir o, əlbət.
İnsanın əzəl borcudur insanlığa hörmət,
İnsanlığa hörmətdə, ləyaqətdədir Allah.

Gerçək də budur: gizlidir hər zərrədə vəhdət.
Bir zərrə ikən küllə qovuşmaq ulu niyyət.
Gördüklərimiz zahirdir, bətnə nüfuz et!
Bətndəki, cövhərdəki fitrətdədir Allah.

Fitrət də yatır sözdə, sözün öz yükü fikrim.
Seçmiş, seçəcək daima tükdən tükü fikrim.
Mən bir ağacam, yarpağı sözlər, kökü fikrim,
Sözlərdə deyil, sözdəki hikmətdədir Allah.

İnsan! Təpədən dırnağa sən arzu, diləksən,
Nəfsində duyumsuz, fəqət eşqində mələksən.
Zülmün üzünə haqq deyilən şilləni çəksən,
Şilləndə möhürlənmiş o qeyrətdədir Allah.

Cahil enər alçaqlığa, öz qəlbinə yenməz,
Vicdandan əgər dönsə də, xeyrindən o dönməz.
Zülmətdə, cəhalətdə, ədavətdə o görünməz,
İlqarda, sədaqətdə, məhəbbətdədir Allah.

Link to comment
Share on other sites

Ayağa dur Azərbaycan !!!

Nə yatmısan qoca vulkan, səninləyəm !
Ayağa dur. Azərbaycan, səninləyəm !
Səndən qeyri,
biz hər şeyi bölə billik.

Səndən qeyri,
Biz hamımız ölə billik.
Bu Şəhriyar harayıdır,
Bu Bəxtiyar harayıdır.
Ayağa dur Azərbaycan!
Bunu bizə zaman deyir,
Məzarından baş qaldıran baban deyir:
- Nər oğlu nər səninləyəm!
Səninləyəm silah tutan,
kulung tutan , yaba tutan,
Kösöy tutan nişanlı ər səninləyəm!
Səninləyəm qız atası,
Hanı nərən , hanı səsin?
Hani andın?
Yoxsa sən də yatmışlara, batmışlara,
Qeyrətini satmışlara xırdalandın?
Gözünü sil vətən oğlu,
Ayağa qalx!
Üfüqünə bir yaxşı bax,
Sərhədinə bir yaxşı bax,
Sərhədinin kəməndinə bir yaxşı bax!
Dur içindən qorxunu boğ,
Ölümünlə qalımını ayırd elə.
Dur içindən dovşanı qov,
Dur özünü Boz Qurd elə!
Varım - yoxum səninləyəm,
Azım - çoxum səninləyəm,
Şirin yuxum səninləyəm
Yıxın məni söz atından, -
Atın məni tank altına,
Əzin məni xıncım - xıncım,
Kəsmir əgər söz qılıncım.
Didin məni didim - didim,
Atın məni tank altına.
Qundaqdakı bir körpəni xilas edim.
Səninləyəm,
Sözü qəmli, özü dəmli
rəhbər adam!
1918 -də vuruşurdu
danışmirdı rəncbər atan,
rəncbər atam!
Oyat bizi ey yaradan səninləyəm !
Ya birmərrə yatırt bizi,
Ya birmərrə oyat bizi.
Ya yenidən yarat bizi!
Ey yaradan, səninləyəm!
Səninləyəm yatmış vulkan.
Səninləyəm!
Ayağa dur Azərbaycan,
Səninləyəm!

Link to comment
Share on other sites

Məndən ötdü, qardaşıma dəydi.

Ey daşlaşan, torpaqlaşan
ulu babam,
Bu günümdən dünənimə uzaqlaşan,
ulu babam,
Küləkləşən, dumanlaşan ruhunla sən
Ayağa dur səninləyəm !
Səs getməyən,
əl yetməyən
Qədim tarix dərəsindən
Səs ver mənim səsimə san:
Sənə gələn, səndən ötən
nəydi belə?
Səndən ötüb qardaşına dəydi belə?!
Bununlamı neçə dəfə
Ata-oğul qardaş hissi haçalandı,
Bir şəhərin,
Beş qardaşın xanlığına parçalandı ?!
O zamanmı biti bizim dilimizin
"sənin", "mənim" qabarı da?
O zamanmı bitdi bizim dilimizin
"Haralısan" damarı da?....
Səninləyəm, ulu babam?
Bu məsəli kimdi yazan?
Hansı soysuz ata idi,
Ataların imzasını
Çəkib ona möhür basan?!
Adınızı dastanlardan oğrayaram,
Ruhunuzu qıyma qıyma doğrayaram,
Qara Çoban,
Ulu Babək,
Dəli Domrul ,
Ey Xan Eyvaz ,
Giziroğlu Mustafabəy .
Əgər ki , siz
Bu məsələ qol çəkdiniz !
Sonra , sonra hansınızsa
Xalqa gələn bir qəzadan
Öz başını yana əydi ,
O qəza bir topa dönüb
Səttarxanın tifaqına
yaman dəydi ,
Məndən ötdü !...
Məndən ötdü !....
Sevincə bax , qeyrətə bax !
Bunu yazan xilqətə bax !
Məndən ötdü ...
Qulağımdan getmir bu səs ,
Zərbələri qardaşına ,
Sirdaşına ötürən kəs
Elə bil ki bax bu gecə
Qulağımın dibindəcə
Xətainin süqutuna qəh - qəh çəkdi .
Sonra , sonra
Səhərəcən başına yüzqədəh çəkdi .
O qəh -qəhin dalğasından ,
O məstliyi baş fırladan
Havasından qopan daşdı ----
Azərbaycan torpağında
Araz boyda şırım açdı .
Məndən ötdü .....
Bunu dedi Şəki xanı ,
Bunu dedi bakı xanı ,
Bunu dedi İbrahim xan ,
Fətəli xan , Kəlbəli xan ...
Qəza ötsün - məndən , - dedi ;
Ötən kimi mən dedi ;
Mən deyən bir ölkədə
Nə qədər xan .
Onlar mən -mən deyən yerdə
Sən olmadın Azərbaycan !
Səni səndən alıb belə
Yüz illərlə uyutdular ,
Səni səndə ələdilər .
Səni səndə üyütdülər .
Dibək oldun öz duzunla ,
öz daşınla .
Ögey oldun ,
doğma , ekiz qardaşınla ---
Məndən ötdüdeyənlərin qeyrətindən ,
Namusunu yeyənlərin qeyrətindən !
Ey daşlaşan , torpaqlaşan ulu babam !
Bu günümdən dünənimə uzaqlaşan ulu babam !
Ayağa dur !
Dəfn etdiyim məsələnin
Başdaşına
Bir təəssüf xatirəsi yazıb , yondur :
Səndən ötən mənə dəydi ,
Məndən ötən sənə dəydi ,
Səndən ,məndən ötən zərbə
Vətən , Vətən , sənə dəydi ...

Link to comment
Share on other sites

Azadlığı istemirem zerre zerre, qram qram
Qolumdaki zencirleri qıram gerek
Qıram! Qıram!
Azadlığı istemirem bir heb kimi, derman kimi
İsteyirem sema kimi!
Güneş kimi!
Cahan kimi!
Çekil!
Çekil, ey qesbkâr!
Men bu esrin gür sesiyem!
Gerek deyil sısqa bulaq.
Men ümmanlar teşnesiyem!

Xelil Rza UluTÜRK

Link to comment
Share on other sites

[quote name='мусаватист' timestamp='1288641802' post='7620559']
[b]Bəxtiyar Vahabzadə
Əl unutmur[/b]

Bu dünyanın nə yaxşısı, nə pisi,
Özümüzük dolaşdıran hər işi.
Əllərimdə əllərinin istisi,
Nə itiymiş əllərimin yaddaşı.

Mən istərəm ləngiməsin gələcək,
Sabahlma köprü salım bu gecə.
Səni mənə unutdura biləcək
Bir nəğməni hardan alım bu gecə?

Bir nəğmə ki, ürəyimdə mələyən
Duyğuları, ağrıları ovutsun.
Necə gedim öz–özümlə yola mən?
Əl unutmur,ürək necə unutsun?
[/quote]
* * *


Unutmaq isterem!.... ozum ozumden,
Bir daha ayrilib hacalanmayim.
Geceler yatiram bir fikirle men, 
Seni dushunmeyim seni anmayim!....

Bu ele qaygiki, bu ele qem ki,
Azdirar yuz illik yolundan seni, 
Seher de, axsham da duhsunurem ki, 
Gerek dushunmeyim hec zaman seni.

Unudar fikirde, xeyalda tekce 
Unutmaz urekde seven-seveni. 
Men ozum-ozume unut dedikce, 
Ozumu unudub tapiram seni....

Unudum deyirem, ancaq ne fayda,
Yadimdan cixmamish dushursen yada! 
Eshqimin Odunu sondure bilmir,
Qezebim sel kimi ashib dashsada...Bextiyar Vahabzade.


Link to comment
Share on other sites

[quote name='hemishecavan' timestamp='1288605008' post='7616658']
Nədənsə Azərbaycan ədəbiyyatı deyəndə ağıla gələn şer olur.
Bizdə güclü romanistlər çox azdır. Çünki şer yazmaq roman, hekayə povest yazmaqdan asandır, mənim fikrimcə. Çünki burda süjet xətti lazımdır, şerdə isə yox. Hər halda süjet xətti və dərin obrazlar fikirləşib ortaya çıxarmaq qafiyə tapmaqdan çox çox çətin işdir.
[/quote]
mən elə bu cür post yazacaqdım ki,gördüm siz məni qabaqlamısınız)) Tamamilə razıyam fikirlərinizlə.Nəzm bizdə alınır,amma nəsr yox.Düzünü desəm,heç o qədər də sevdiyim nəsr əsəri yoxdur milli ədəbiyyatımızda.
Məncə də,nəsr - ümumiyyətlə, düşünüb yazmaq daha çətindir.

Link to comment
Share on other sites

[quote name='A.Bagirova' timestamp='1288796574' post='7632824']
mən elə bu cür post yazacaqdım ki,gördüm siz məni qabaqlamısınız)) Tamamilə razıyam fikirlərinizlə.Nəzm bizdə alınır,amma nəsr yox.Düzünü desəm,heç o qədər də sevdiyim nəsr əsəri yoxdur milli ədəbiyyatımızda.
Məncə də,nəsr - ümumiyyətlə, düşünüb yazmaq daha çətindir.
[/quote]

Abbasqulu ağa Bakıxanov,İsmayıl bəy Qutqaşınlı,Mirzə Fətəli Axundzadə,Cəlil Məmmədquluzadə,Nəriman Nərimanov, Sultanməcid Qənizadənin nəsr əsərlərini oxumusuz?

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • В Баку начинается строительство новой дороги
      С учетом перспективного развития города Баку Государственным агентством автомобильных дорог Азербайджана дается старт строительству новой автомобильной дороги от улицы Гасана Алиева до станции метро «Кероглу», параллельно проспекту Зии Буниядова.
      Об этом сообщили в госагентстве.
      Общая длина шестиполосной дороги составит 3896 метров с шириной полос 3,5 метра. На дороге будут построены четыре тоннеля и три подземных пешеходных перехода.
      В настоящее время от метро «Улдуз» в направлении улицы Алескера Гаибова ведутся работы по транспортировке тяжелой техники и оборудования на территорию.
      https://media.az/society/v-baku-nachinaetsya-stroitelstvo-novoj-dorogi
        • Upvote
        • Like
      • 30 replies
    • В Баку выставлена на продажу квартира по фантастической цене - ФОТО
      В Баку выставлена на продажу квартира по фантастической цене.
      Как сообщает Oxu.Az, соответствующая информация распространена на сайтах объявлений.
      Так, девятикомнатную квартиру площадью 555 кв.м предлагают покупателям за 12 млн манатов.
        В объявлении упоминается, что на указанном этаже расположена только одна квартира и соседей не будет.
      https://ru.oxu.az/society/866997
        • Confused
        • Haha
      • 96 replies
    • Где выгоднее отдыхать: в Азербайджане или за рубежом? - ОПРОС
      Baku TV провел опрос среди жителей столицы с целью узнать, где, по их мнению, выгодно отдыхать: в Азербайджане или за рубежом.
      Большинство участников опроса предпочло потратить деньги на отдых за границей.
      «Проживание в наших гостиницах обойдется в три раза дороже», - сказал один из опрошенных.
      Между тем сотрудники туристических компаний также отметили, что цены на отели за границей практически такие же, как у нас, а в некоторых случаях даже ниже.
      «Например, стоимость недельного тура на одного человека в Габалу начинается от 700 манатов. А тур на тот же период в Грузию обойдется от 500 манатов», - сказал один из них.
       
        • Haha
        • Like
      • 129 replies
    • Отомстил отцу за избиение матери: жуткие подробности убийства брата главы ИВ Лянкярана

      Долгое время подробности этого жуткого происшествия не разглашались ни во время следствия, ни в ходе судебного процесса. Судьи решили, что слушания должны проходить в закрытом режиме, без допуска СМИ.
      Однако Qafqazinfo удалось выяснить некоторые детали этой семейной трагедии. Согласно материала
        • Sad
      • 35 replies
    • Депутат: Некоторых женщин убивают за то, что они не считают мужей главой семьи
      В последнее время в Азербайджане растет число женщин, убитых своими мужьями.
      По данным расследования Bizim.Media, за последние два месяца Генеральная прокуратура зарегистрировала около 10 фактов убийства женщин их супругами. Эта печальная статистика актуализирует вопрос о необходимости прохождения парами психологического анализа перед вступлением в брак.
      Между тем заместитель председателя комитета по правам человека Милли Меджлиса Таир Керимли в своем заявлении Bizim.Media отметил, что не испытывает оптимизма относительно идеи обязательного психологического анализа для пар перед свадьбой.
      «Прохождение медицинского осмотра перед браком обязательно, поскольку только так можно выявить скрытые заболевания. Но психологический анализ в Азербайджане не применяется, да и за рубежом такой широкой практики нет, и то лишь в добровольном порядке», - отметил депутат.
      Что касается женщин, убитых мужьями, Таир Керимли полагает, что это происходит из-за вопросов чести.
      «Одна из главных причин заключается в том, что некоторые дамы, прикрываясь гендерным равенством, создают образ сильной женщины и не считают мужей главой семьи, а некоторые и вовсе идут по плохому пути. То есть зачастую убийства женщин происходят из-за вопросов чести», - сказал он.
      Депутат призвал стремиться к построению чистого общества, чтобы никому даже в голову не приходило сворачивать на плохой путь.
      «В советское время тоже были случаи убийства женщин мужьями на почве ревности. В любом случае я не поддерживаю идею применения психологического анализа перед браком на законодательном уровне. Это будет своего рода унижением для пары: как будто мы проверяем, в своем ли они уме», - заключил Т.Керимли.
      https://media.az/society/deputat-nekotoryh-zhenshin-ubivayut-za-to-chto-oni-ne-schitayut-muzhej-glavoj-semi
        • Facepalm
        • Confused
      • 54 replies
    • В районе метро Гара Гараева продаётся объект под новостройкой
      В Низаминском районе,около станции метро Г.Гараева, под новостройкой на 1-м этаже (18/1) продается объект общей площадью 65 кв.м. Очень интенсивный пешеходный и автомобильный трафик. Имеются все условия, развитая инфраструктура, паркинг и т.д. Все документы в порядке, купчая на нежилое помещение.Оплата 1%.   Цена 550000  манат     0552522225
      • 0 replies
    • Можно ли использовать пенсионные накопления до выхода на пенсию?
      Пенсионный возраст в Азербайджане является предметом многочисленных дискуссий.
      Для мужчин он составляет 65 лет, для женщин – 63,5 года. Возрастной предел для женщин увеличивается на шесть месяцев каждый год, начиная с 1 июля 2017 года. В 2027-м возраст выхода на пенсию для мужчин и женщин будет одинаковым - 65 лет.
      Как долго гражданин может прожить после выхода на пенсию - никто не знает. Таким образом, накопленный за годы работы пенсионный капитал можно будет получать в лучшем случае 10-15 лет.
      Почему мы не можем использовать накопления раньше, чем выйдем на пенсию? Обязательно ли нам ждать 65 лет, чтобы воспользоваться своим правом?
      Подробнее об этом - в сюжете İTV:
      https://media.az/society/mozhno-li-ispolzovat-pensionnye-nakopleniya-do-vyhoda-na-pensiyu
        • Like
      • 54 replies
    • AstraZeneca признала, что ее вакцина от COVID-19 может спровоцировать тромбоз
      Компания AstraZeneca признала, что ее вакцина против COVID-19 может вызвать редкое, но смертельное нарушение свертываемости крови.
      Фармацевтический гигант уже столкнулся с огромным количеством исков, поданных близкими тех, кто получил серьезные заболевания или умер в результате инъекции, сообщает Daily Mail.
      Отмечается, что юристы, представляющие десятки коллективных исков, говорят, что стоимость некоторых дел их клиентов может достигать 25 миллионов долларов (42,5 млн манатов), и настаивают на том, что вакцина фармацевтической фирмы является дефектным продуктом.
        Подчеркивается, что AstraZeneca в феврале признала, что ее вакцина может в очень редких случаях провоцировать состояние, называемое тромбозом с синдромом тромбоцитопении или TTS. Он может вызвать у пациентов образование тромбов, а также низкое количество тромбоцитов, что в некоторых случаях серьезно навредило тем, кто воспользовался вакциной, или даже привело к летальному исходу.
      Потенциальное осложнение было указано в качестве возможного побочного эффекта с момента выпуска вакцины, но признание AstraZeneca в феврале стало первым случаем, когда фармацевтический гигант сделал это в суде, сообщает Telegraph.
       
        • Facepalm
        • Confused
      • 452 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...