Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Milli Azərbaycan ədəbiyyatı


Recommended Posts

  • Replies 422
  • Created
  • Last Reply

Hatifdən gəlen bir nida deyir ki


Hatifdən gəlen bir nida deyir ki:
Görəsən Məmdəlinin yapdığı əfalı nədir?
Bu səyahet1dən onun qayeyei-amalı nədir?
Zilli-Sultan ilə, aya, nə üçundur bu görüş?
Nailbüssəltənəyə ya deyək halı nədir?

Vyana teleqraflari deyir ki:
Qardaş oğlu, əmidir Məmdəli, Zilli-Sultan,
Sənə nə ta biləsən bunların əqvalı nədir?
Şübhələnmə, yox onun gizlicə bir başqa işi,
O gedir ta görə Avropanın əhvalı nədir.

“Naye-Fraye-Press” qazetəsi deyir ki:
Bizə pak doğru xəbərlər yetişir Irandan,
Yazıyorlar ki, işin surəti, əşkalı nədir?
Istəyir Məmdəli hürriyyətə bir zərbə vura,
Yoxsa Avropada bica onun əşğalı nədir?

Berlin mətbuat1i ciddən inandırır ki:
Bizcə, Rusiyyə bilir Məmdəlinin məqsədini
Ki, bu fikrindən onun halı nə, iqbalı nədir?
Yenə Iranə onu şah edəcəklər deyəsən,
Gər bu şah olsa yazıq millətin əhvalı nədir?

Rusiya mətbuatı deyir ki:
O özü gəzməyə çoxdan bəri müştaq idi,
Ona lazım deyil Iran nədir, əmsalı nədir!
O, siyasi işə hərgiz də qarışmaz, çünki
Özü çox yaxşı bilir ki, bu işin dalı nədir…
Məclis ol vəqt ona bir çet də məvacib verməz
O zaman Məmdəlinin söyləyəcək qalı nədir?
Nailbüssəltənə ilə bu səfərdə ancaq
Görüşüb söyləşəcək: keyfi nədir, halı nədir!
Gələcək məsədətiçin danışıb Itanın -
Ona yol göstərəcək surəti-ikmalı nədir!

Məşhur professor Vamberi deyir ki:
Oylə aşiqləri var Məmdəlinin Iranda -
Canını fədyə verər, mülki nədir, malı nədir!
Nailbüsseltənəyə - əksinə tənzimatın -
Məmdəli hər nə desə yap, onun ehmalı nədir?

Biz də deyiriz ki:
Görəsən boylə ağrıdan yatan iranlıların
Üstə saldıqları yorğanların əsqalı nədir?
Daşmıdır, kütləmidir, ahənu fuladmıdır?
Yox, ölüm yorğanıdır, bunlara əmsalı nədir!

Hatif deyir ki:
Bəs Şəmaxidə məktəbi-nisvan
Açacaqdır, buna güman çox idi…

Mudir əfəndi deyir ki:
Bəli, onda muəllimə qızımın
Bakudə çünki məktəbi yox idi!

Link to comment
Share on other sites

Görüncə şəxs bir ərbabı-sərvətin üzünü


Görüncə şəxs bir ərbabı-sərvətin üzünü -
Görür müçəssəm olan bir ləamətin üzünü!

Gözüm ağasın əgər yüzdə, mində, milyonda -
Görürsə ölkədə bir əhli-hümmətin üzünü!

Qəmim ki, var mənim ancaq budur: qiyamətdə
Ki, bir də görməliyəm işbu millətin üzünü!

Link to comment
Share on other sites

Dun yatıb Mir Haşimi röyadə gördüm


Dun yatıb Mir Haşimi röyadə gördüm, söylədim:
Seyyidim, hicrində ərzi-şurişi-həşr eylərəm.
Ən boğuntu bir “Səda” ilə dedi: görməzmisən-
Hiylələr icad edib, bir qəztəcik nəş eylərəm.

Link to comment
Share on other sites

Dindirir əsr bizi, - dinməyiriz


Dindirir əsr bizi, - dinməyiriz,
Açılan toplara diksinməyiriz;
Əcnəbi səyrə balonlarla çıxır,
Biz hələ aftomobil minməyiriz;
Quş kimi göydə üçan yerdəkilər,
Bizi gömmüş yerə minbərdəkilər!

Link to comment
Share on other sites

  • 3 weeks later...

“Salam, mən böyük və ən etibarlı “Olay” sığorta şirkətinin agentiyəm. Sizə çeşidli sığorta xidməti təklif edirik. Bizim şirkətdə evinizi, maşınınızı, daşınmaz əmlakınızı, sağlamlığınızı, işinizi, səfərinizi, mağazanızı, bir sözlə sahib olduğunuz hər bir şeyi sərfəli faizlərlə, güvənli sığorta etdirə bilərsiz”.
Artıq beşinci dəfədir ki, özümü xəyalən müştəri qarşısında təsəvvür edib məşq edirəm, amma ortada istədiyim nəticə yoxdu. Sabah birinci iş günüm olacaq. Bəlkə həyəcanlıyam?......

Azərbaycan nəsri üçün maraqlı hekayələr olan [url="http://kayzen.az/blog/az-proza/"]saytda[/url] xüsusilə [url="http://kayzen.az/blog/az-proza/3748/bir-sığorta-agentinin-arzuları.html"]Bir sığorta agentinin arzuları[/url] çox maraqlıdır.

Link to comment
Share on other sites

  • 1 month later...

[b]B.Vahabzadə
Yaşdan Gileyliyəm[/b]

Mən on beş yaşımda – iyirmi yaşımda
Elə bilirdim ki, qırx qocalıqdır.
Əlliyə çatıram, ancaq başımda
Uşaqlıq havası hələ qalıbdır.

Elə bil dünəndir, çiynimdə çanta
Qorğa yeyə-yeyə dərsə getdiyim.
Elə bil dünəndir, o qamış atda
Nəzil qamçı vurub “at” səyirtdiyim.

Hiss edə bilmirəm yaşımı neylim,
Ürək o ürəkdir, həvəs o həvəs…
Gah arana düşür, gah dağa meylim,
Nədir könlümdəki bu duyğular bəs?

Elə bil dünənin uşağiyam mən,
Bu eşqə, həvəsə bəzən gülürəm.
Ancaq qınamıram özümü bəzən,
Axı, nə yatdım ki, nə yuxu görəm?

Gənclikdən əlimiz üzülən kimi
Dünyadan dörd əllə yapışırıq biz.
Yaşımız ötdükcə, ağaclar kimi
Dərinə işləyir rişələrimiz.

Odur bax… həyətdə qopub vəlvələ,
Uşaqlar oynaşır, dırmaşır dama.
Mən də onlar ilə tutub əl-ələ,
Qaçmaq istəyirəm uşaqlığıma.

Istərəm “gizlənpaç“ oynayım yenə,
Başıma götürüb çölü-şəməni.
Elə gizlənim ki, düşüb izimə
Heç tapa bilməsin qocalıq məni.

Ancaq yaş özünü göstərir hərdən,
Ürəkdə çox gizli döyüntülər var.
Küçədə, bayırda tövşüyəndə mən
Sanıram, yoxuşdu, daşdı günahkar.

Yolda balalardan dala qalanda,
Neyləsin bu yoxuş, bu daş bilmirəm.
Ancaq gözəlliyə heyran olanda,
Özümü oğlumla həmyaş bilirəm.

Link to comment
Share on other sites

  • 1 month later...
  • 1 month later...

[quote]эйилиб элиндэн опюрэм сэнин[/quote]
Йахшы дейирсэн, Рамиз Рёвшэн. Лап сэнэ hёрмэтим дэ вар. Амма hайыф ки бир аз йалан дейирсэн. Бир аз йалан олмасайды лан мэнин дэ хошуна гэлэрди

Link to comment
Share on other sites

  • 3 weeks later...

[b][b]MƏN KİMƏM?[/b][/b]

Məkkə, Mədinə anam, mənsə körpə bir bala,
Anama sığınıram, başım çəkincə bəla.
Şəhadəti öyrədən məktəbimdir Kərbəla.
Baxma səsim qısıqdır, Haqqın son fəryadıyam!
Mən Allahın qılıncı, müsəlman övladıyam!
+ + +
Dünya yaxşı bilməkdə mənim ulu cəddimi,
Tanrıyla bağladığım peymanımı, əhdimi.
Min yolla qırsalar da qamətimi, qəddimi,
Yenidən doğulacaq Fatehlər əcdadıyam!
Mən Allahın son qılıncı, müsəlman övladıyam!
+ + +
İraqda axıdılan qanlar qanımdır mənim,
Beyrutda qurban gedən canlar canımdır mənim,
Təkbir qəlbə run verən həyəcanımdır mənim!
Tapdanan namusların ağ atlı muradıyam!
Mən Allahın qılıncı, müsəlman övladıyam!
+ + +
Fələstinli bir ana tutub ölüm orucu,
Yolumu gözləməkdə, göynər burnunun ucu.
Onunu namusu mənim, öcü boynumun borcu
Bir Türk oğlu Türkəm mən, məzlumun imdadıyam!
Mən Allahın qılıncı, müsəlman övladıyam!



Heyder Oguz

Link to comment
Share on other sites

[b] Düşdü qəzəli[/b]


[size=5]Eşqin nə demək olduğunu can başa düşdü,[/size]
[size=5]Ağlım gedib əldən ürəyim atəşə düşdü.[/size]
[size=5] [/size]
[size=5]Bilməm, nə günah eyləmişəm mən bu cahanda?[/size]
[size=5]Puç oldu həyat, sanki ömür qarqışa düşdü.[/size]
[size=5] [/size]
[size=5]Sevmək yaşı adətdi ki, ömrün yazı olmuş,[/size]
[size=5]Mən yellərə verdim yazı, sevmək qışa düşdü.[/size]
[size=5] [/size]
[size=5]üç kəlməli bir fikri demək illəri aldı[/size]
[size=5]Məcbur dedim ətrafa yaman qarqaşa düşdü.[/size]
[size=5] [/size]
[size=5]Hər kəs mənə – “yaş keçdi”- deyib eylədi rişxənd[/size]
[size=5]Bir bəxtə baxın, sevgi də bivaxt yaşa düşdü.[/size]
[size=5] [/size]
[size=5]Eşq badəsi qaldırdı əlim, içdiyim anda[/size]
[size=5]Badəm sürüşüb titrəyən əldən daşa düşdü.[/size]
[size=5] [/size]
[size=5]Heydər, ayıq insanlar əzabdan qaça bilməz.[/size]
[size=5]Haq bölgüsüdür, dadlı ömür əyyaşa düşdü.[/size]

[b]Heyder Oguz[/b]

Link to comment
Share on other sites

[b] [i]Vətənim[/i][/b]


[i][size=5](qoşma)[/size][/i]
[i][size=5]Bu dünyada yaman dərdə düşmüşük,
Fələk gülmür üzümüzə, Vətənim!
Qara günlü bəxtimizlə oynayır,
Qəlbimizi üzə-üzə, Vətənim!
***
Yurdumda, gör, kimlər meydan sulayır?
Qapımızda sarı qurdlar ulayır,
İtlərimiz qurda quyruq bulayır,
Hürür bizim üstümüzə, Vətənim!
***
Dünya acdır, sən yağlıca bir kökə,
Yeyə-yeyə, salıb səni bu kökə.
Gen ağzından yerə düşüb bir tikə,
Hər kəs şərik tikəmizə, Vətənim!
***
Yatırtmaqçün yumşaq edib balıncı,
Nağıl deyir başbilənim nağılçı.
Müzeylərdə Xətainin qılıncı
Yatır hələ üzü bizə, Vətənim!
***
Heydər Oğuz yanır, yaman odlanır!
Qara bağrı, qəlbi, aman, odlanır!
Kibrik düşüb sanki saman odlanır!
Boğuluruq tüstümüzə, Vətənim![/size][/i]

[i][size=5]Heyder Oguz[/size][/i]

Link to comment
Share on other sites

[b] AĞRI DAĞ[/b]

[i][size=5]Ağrı dağım, hardan aldın bu adı?
Ağrıdan kim, kim ağrıya yanandır?
Nəydi sənə ad qoyanın muradı,
Hansı dərdli bu adını qoyandır?
***
Ürək yaxan ağrın yaman ağırmış,
Şimşək duymuş bu acını, bağırmış.
Yaş tökməkdən göyÜn gözÜ ağarmış,
Kim desə ki, bulud ağdı, yalandır.
***
Ağlamasın, neyləsin ki, bu diyar?
Sinəsində sənin boyda yara var.
Bu yaranın pambığıdır bəyaz qar,
Sarğısı da ÜstÜndəki dumandır.
***
De, qardaşım, niyə belə getmisən,
Yurdumun tam ortasında bitmisən?
Canı təndən, təni candan etmisən,
O yanın da, bu yanın da Vətəndir!
***
Ayırmısan qardaşından qardaşı,
Bulaq ağlar, sel aparar dağ, daşı.
Araz çayı, tökmə bunca göz yaşı,
Yoxsa, Xəzər boğulacaq, amandır!
***
Bir yanında Karakösə, Iğdır, Van,
Digər yanın Vedi, Maku, İrəvan.
Ətəyindən tutub çəkər Naxçıvan,
O da sənin öz körpəcik balandır.
***
GÜneylərdə Təbriz kimi bir aslan
Qan axıdır köksÜndəki yaradan.
Bəxtimizi qara yazmış Yaradan,
Qismətimiz ya ölÜmdÜr, ya qandır!
***
İxtitarsan, fələk bilməz yaşını.
Nuh gəmisi öpmÜş hansı daşını?
Qara gÜnlər ağartmışdır başını,
Bəyaz qarın o gÜnlərdən qalandır.
***
Yurdumuzun öz dağısan, Ağrıdağ!
Yurdumuza göz dağısan, Ağrıdağ!
Gercəkdən də bir ağrısan, Ağrıdağ!
Sənin ağrın hər ağrıdan yamandır![/size][/i]

[i][size=5]Heyder Oguz[/size][/i]

Link to comment
Share on other sites

  • 2 weeks later...

[size=4][font=times new roman,times,serif][b] Zəlimxan Yaqub[/b]
[b] Kişi[/b]

[color=#333333][i]Məhəmməd Əmin Rəsulzadənin məzarı başında düşüncələr[/i][/color]

[color=#333333]Yetmiş ilik ayrılıq axır ki, çatdı sonra,[/color]
[color=#333333]Salam! Rəsul övladı Məhəmməd Əmin kişi![/color]
[color=#333333]Yordum uzaq yolları, səsinlə, sorağınla,[/color]
[color=#333333]Qırdım axır belini həsrətin, qəmin, kişi![/color]

[color=#333333]Məzarına baxanın kirpiyində nəm gördüm,[/color]
[color=#333333]Ağ mərmərin üzündə qara donlu qəm gördüm,[/color]
[color=#333333]Sənin kimi yarımaz bir qisməti kəm gördüm,[/color]
[color=#333333]Acıdım taleyinə min bəxti kəmin, kişi![/color]

[color=#333333]Sağ olsun məzarını ağ mərmərə tutanlar,[/color]
[color=#333333]Dilindəki sözləri seçib zərə tutanlar.[/color]
[color=#333333]Qoy tarixdən utansın səni şərə tutanlar,[/color]
[color=#333333]Yaman getdi əlindən fürsətin, çəmin, kişi![/color]

[color=#333333]Tanrı səni yaratdı, bir də çətin yarada,[/color]
[color=#333333]Sən qurtuluş istədin, qanlar axdı arada.[/color]
[color=#333333]Beşiyin Bakıdadır, məzarın Ankarada,[/color]
[color=#333333]Sənin Vətəndən özgə kimin var, kimin, kişi![/color]

[color=#333333]Nələr çəkib başımız, dərddimizdən halıydın,[/color]
[color=#333333]Yaralı bir nəğmənin unudulmaz xalıydın.[/color]
[color=#333333]Sən də bizim torpağın Mustafa Kamalıydın,[/color]
[color=#333333]Heyif! Sümbül tutmamış biçildi zəmin, kişi![/color]

[color=#333333]Səndən sonra gələnlər qara yeltək əsdilər,[/color]
[color=#333333]Bizi bizdən almağa coşdular, tələsdilər.[/color]
[color=#333333]Məğrur saraylar yapan düz əlləri kəsdilər,[/color]
[color=#333333]Daşı düz qoyulmadı özülün, himin, kişi![/color]

[color=#333333]Ana öz övladını qoymaz gözdən yana,[/color]
[color=#333333]Vətənin ölməz oğlu, gedək Azərbaycana.[/color]
[color=#333333]Millət "İstiqlal!" -deyə yenidən gəlir cana,[/color]
[color=#333333]özün çal havasını köklənən simin, kişi![/color]

[color=#333333]Əzilməz xalqın kökü, dərindədir, dərində,[/color]
[color=#333333]Zaman çəkib oturdar hər kəsi öz yerində,[/color]
[color=#333333]İllər gəlib keçsə də sən xalqın nəzərində[/color]
[color=#333333]Yenə həmin oğulsan, yenə də həmin kişi![/color]
[color=#333333]Bu böyük həqiqətə əmin ol, əmin, kişi![/color]

[color=#333333]1991[/color][/font][/size]

Link to comment
Share on other sites

  • 2 weeks later...
  • 3 weeks later...
  • 4 weeks later...

Yaşayan şairlərimizin qədrini bimək gərkdir.


Fəxrəddin Haray həmişə haqsızlığa qarşıdır. Özünün dediyi kimi:

[b][i]Nə deyim taleyə, o mərhəmətsiz,[/i][/b]
[b][i]Bircə gün qoymadı şairi dərdsiz.[/i][/b]
[b][i]Bir yoluq gədənin əlində hədsiz,[/i][/b]
[b][i]Pul ilə var gÖrüb dəhşətə gəldim. [/i][/b]


[b][i]Ay Haray, haqdırsa Allahın əmri,[/i][/b]
[b][i]Bəs necə yol gedir zülümlə səbri.[/i][/b]
[b][i]Sevincin, nəşənin, ləzzətin Ömrü,[/i][/b]
[b][i]Bir anlıq olmaya kaş bu dünyada.[/i][/b]

[b][i]Sənin qisasını qansız əcəldən,[/i][/b]
[b][i]Almamış Ölümə can verəmmərəm.[/i][/b]
[b][i]Bu vaxtsız Ölümü taxtından yerə,[/i][/b]
[b][i]Salmamış Ölümə can verəmmərəm.[/i][/b]

[b][i]Qanandan qalıram millət qeydinə,[/i][/b]
[b][i]Hər Ölməz igidin qeyrət qeydinə,[/i][/b]
[b][i]Qərib Ölənlərin qürbət qeydinə,[/i][/b]
[b][i]Qalmamış Ölümə can verəmmərəm.[/i][/b]

Link to comment
Share on other sites

  • 3 months later...

[size=4]R.Rövşən[/size]

[left][size=4][b][b]«CANAVAR OVU»
(poemadan bir parça)[/b][/b][/size][/left]

[left][size=4][color=#000000][font=Arial, Tahoma]…o yalquzağın səsi göydə Allaha çatmasa da, yerdə bəndələrinə çatmışdı.[/font][/color][/size][/left]

[size=4][color=#000000][font=Arial, Tahoma][color=#000000][font=Arial, Tahoma]Bütün kənd bir-birinə dəymişdi.[/font][/color]
[color=#000000][font=Arial, Tahoma]Bu səhər o yalquzağın qorxusundan nə qoyun-quzunu otlağa buraxmışdılar, nə uşaqları məktəbə buraxmışdılar. Uşaqlar kefdəydi, amma qoyun-quzu acından mələşirdi.[/font][/color]
[color=#000000][font=Arial, Tahoma]Əjdər kişigilin həyətindəki ağappaq quzu da susmaq bilmirdi.[/font][/color]
[color=#000000][font=Arial, Tahoma]ötən qış oğlu naxoşlayanda, Əjdər kişi bu quzunu üç qızdan sonra tapdığı on üç yaşlı o uşağa qurban demişdi, boynuna da bir qırmızı lent bağlayıb əhd eləmişdi ki, uşaq sağalan kimi bu quzunu kəsib qonum-qonşuya paylasın. Amma sağalandan sonra, uşaq heç kəsi o quzuya yaxın buraxmadı. özü otardı, özü suvardı. Evdə qənd qalmırdı, hamısını o quzuya yedizdirirdi.[/font][/color]
[color=#000000][font=Arial, Tahoma]Bu gün də, o ac quzuya quru-quru neçə qənd yedizdirmişdisə, yazıq heyvan indi acından yox, susuzluğundan mələyirdi. Tərs kimi, evdə içməli su da yox idi. Həyətin o başında, çəpərin qırağıyla axan arxın bulanıq suyunusa bu uşaq ömründə o quzuya içirtməzdi. Odur ki, yavaşca çəpərin qapısını açıb quzunu həyətdən çıxartdı.[/font][/color]
[color=#000000][font=Arial, Tahoma]Əjdər kişigilin evi kəndin ayağında, çayın qırağındaydı. Amma bu uşaq o çayın suyunu da bu quzuya layiq bilmirdi.[/font][/color]
[color=#000000][font=Arial, Tahoma]Aşağıda dumduru bir bulaq vardı. Getdilər, o bulağın suyundan əvvəlcə quzu içdi, sonra uşaq özü içdi və başını qaldıranda uşağı titrətmə tutdu.[/font][/color]
[color=#000000][font=Arial, Tahoma]Canavar onların beşcə addımlığında dayanmışdı, baxırdı.[/font][/color]
[color=#000000][font=Arial, Tahoma]Ay Allah bəndəsi, nə qorxacaqsan,
Qorxudan titrəmə, gözümə dik bax.
Sən –
on üç yaşında dəcəl uşaqsan,
Mən –
on üç yaşında qoca yalquzaq.

Bir gündə göz açdıq dünyaya bəlkə,
Göz açıb dünyanı nə gündə gördük?
Düşdü üstümüzə
bir sirli kölgə,
Allahı başımız üstündə gördük.

Onun kölgəsində
necə yaşadıq?
üz tutub Allahdan soruşaq, desin.
Ay Allah bəndəsi, biz ki yaşıdıq,
Niyə mən qocayam, sən uşaq?..
Desin.

Bir tale, bir bəxt var hərədən ötrü,
Bəxtin də oyanan, yatan vaxtı var.
Yoxsa ayrı vaxt var hərədən ötrü;
Canvar vaxtı var,
adam vaxtı var?!

Göydən damla-damla yağan yağışmı?
Buluddan vaxt damır –
yaxşı bax göyə.
Niyə quşun vaxtı quş kimi uçmur,
Qarğalar üç yüz il yaşayır –
niyə?!

Bu çay da haçandı axır beləcə,
Ayları, illəri axıdır, axır.
Bu tayı gündüzdü, o tayı gecə,
Ortada bir uzun yuxudu, yuxu.

Biz də yuxudayıq bəlkə, ay uşaq,
Ayılsaq, görmərik bir-birimizi.
Mən ki, sənə dəyib-toxunmamışam,
Görən hardan gəlir
bu qan iyisi?!

Qorxma, sil burnundan açılan qanı,
Mən alan deyiləm canını, qorxma.
Dünyanın o gözəl, dadlı heyvanı
Gör necə kəsdirib yanını, qorxma.

Bir dön böyründəki o quzuya bax,
Baxışı bir ürkək qız baxışıdı.
Onsuz da, böyüyüb qoyun olacaq,
Elə quzu vaxtı ölsə yaxşıdı.

Ağlama, ay uşaq, tox tut özünü,
Pozma nahaq yerə kefini, kiri.
Dünya yaranandan
qurdla quzunun
Bir yerdə kəsilib kəbini, kiri.

Tanrı hər quzuya bir qurd göndərib,
Hər qurda bir quzu, –
haqq-hesab budu.
Bu cığal dünyada min ildən bəri
Bəlkə də, ən düzgün haqq-hesab budu.

Tanrı mənə yazıb
bu quzunu da,
Bəs səni qorxudan nədi, ay uşaq?
Sənin qorxun basıb
bu quzunu da,
Qorxudan qaçacaq dadı, ay uşaq.

Səni kişilikdən salar bu qorxu,
Ay kişi qırığı, axı yazıqsan.
Hələ qabaqdadı ömrünün çoxu,
Yeri get, dərsini oxu, yazıqsan.

Sən də belə qorxma ölümdən, quzu,
İnan dünyagörmüş bu yalquzağa.
Canın qurtaracaq zülümdən, quzu,
Bıçaq görməyəcək boğazın daha.

Onsuz da, hamıya bir can verilib,
Canı verən kimdi?
Canı alan kim?!
Sənin ölüm hökmün çoxdan verilib;

Boynuna qırmızı lent bağlanan gün.
Bilirəm, o evdə əzizlənirsən,
Hamı sevə-sevə aldadır səni.
Sənə öz ovcundan
qənd yedizdirən
Bu dəcəl uşaqdı cəlladın sənin.

Səni bu uşağa qurban deyiblər,
Mələ!.. vaxtın daha tamamdı, quzu.
Bu gün bu uşağın yolunda əgər
Qanın axacaqsa –
halaldı, quzu.

Amma nə qəşəngsən, ay canıyanmış,
Heç sənə baxmaqdan doymaq da olmur.
Həm ağzım, həm də ki, gözüm sulanmış,
Neyləyim, heç sənə qıymaq da olmur.

Sənə baxa-baxa içim yumşalır,
Elə bil ağzımda dişim yumşalır.
Qorxuram –
büsbütün yumşalam belə;
Heç yeyə bilməyəm indi mən səni.
Qorxuram –
buraxam əlimdən səni,
Bu gecə sübhəcən ac qalam belə.

…Nə oldu, ay uşaq, güldü sifətin?
Sən də sevindinmi, ay gözəl quzu?
Yox!.. çətin ac qallam mən bu gün –
çətin,
Yeri get, ay uşaq!
Bəri gəl, quzu!..

Amma o quzunun addım atmağa heyi nə gəzirdi?[/font][/color]
[color=#000000][font=Arial, Tahoma]O yazığı bu uşaqdan da betər titrətmə tutmuşdu, bir topa ağ bulud kimi durduğu yerdəcə yırğalanırdı. Birdən o ağ buludun üstündə elə bil ildırım çaxdı, canavar atılıb o quzunu boğazlayanda uşaq yerindən qopdu, ağlaya-ağlaya evlərinə sarı götürüldü:[/font][/color]
[color=#000000][font=Arial, Tahoma]- Vay dədə!.. Vay dədəəə!..[/font][/color]
[color=#000000][font=Arial, Tahoma]Bayaq bu uşaq o quzunu həyətdən çıxaranda evdə heç kim xəbər tutmamışdı. Amma indi onun hönkürtüsünə evdəkilərin hamısı bayıra tökülüşdü. Və uşaq barmağıyla gözünün yaşını silib, elə həmin barmağını da aşağıya, bulağa sarı tuşladı:[/font][/color]
[color=#000000][font=Arial, Tahoma]- Canavar quzunu…[/font][/color]
[color=#000000][font=Arial, Tahoma]Amma sözünü bitirə bilmədi, yenə ağlamağa başladı.[/font][/color]
[color=#000000][font=Arial, Tahoma]Əjdər kişi tez girdi evə, divardan asdığı qoşalülə tüfəngini götürdü, cumdu bulağa sarı.[/font][/color]
[color=#000000][font=Arial, Tahoma]Bulağın yan-yörəsindəki daşların üstündə qan ləkəsi vardı. Quzunun boynundakı lent də qopub yerə düşmüşdü. O qırmızı lent Əjdər kişinin balaca qızının idi. O lenti görəndə Əjdər kişi yaman pərt oldu; elə bil canavar quzunu yox, onun doğma qızını qaçırtmışdı.[/font][/color]
[color=#000000][font=Arial, Tahoma]Əjdər kişi üzünü uzaqda görünən meşəyə sarı tutub var səsiylə qışqırdı:[/font][/color]
[color=#000000][font=Arial, Tahoma]- Oğğraaşş!..[/font][/color]
[color=#000000][font=Arial, Tahoma]Amma ürəyi bununla soyumadı, çaxmağı çəkib qoşalülənin iki gülləsini də göyə boşaltdı.[/font][/color]
[color=#000000][font=Arial, Tahoma]O yalquzaq qaça-qaça meşəyə çataçatdaydı. Güllə səsini eşidib dayandı. Dişlərini aralayıb quzunun boğazını buraxdı; quzu şappıltıyla yerə düşdü. O yalquzaq bir ayağını ölü quzunun üstünə qoyub başını arxaya çevirdi və uzun-uzadı uladı:[/font][/color]
[color=#000000][font=Arial, Tahoma]- Uuuuu!..[/font][/color]
[color=#000000][font=Arial, Tahoma]Əjdər kişi uzaqdan-uzağa o yalquzağın səsini eşitdi.[/font][/color]
[color=#000000][font=Arial, Tahoma]O səsdə bir qəribə hədə vardı; Əjdər kişinin özünə də, tüfənginə, gülləsinə də…[/font][/color]
[color=#000000][font=Arial, Tahoma]Və Əjdər kişi başa düşdü ki, o yalquzaq bu tərəflərə bir də gələcək. Mütləq gələcək!

Evə qayıdan kimi tüfəngi doldurub divardan asdı və arxayınca yerinə girib yatdı…[/font][/color][/font][/color][/size]

Link to comment
Share on other sites

İzəddin Həsənoğlu

[size=4][color=#000000][font=sans-serif]Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər,[/font][/color]
[color=#000000][font=sans-serif]Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.[/font][/color]
[color=#000000][font=sans-serif] [/font][/color]
[color=#000000][font=sans-serif]Mən ölsəm sən, büti-şəngül, sürahi eyləmə qülqül,[/font][/color]
[color=#000000][font=sans-serif]Nə qülqül? Qülqüli-badə. Nə badə? Badeyi-əhmər.[/font][/color]
[color=#000000][font=sans-serif] [/font][/color]
[color=#000000][font=sans-serif]Başımdan getmədi hərgiz səninlə içdigim badə,[/font][/color]
[color=#000000][font=sans-serif]Nə badə? Badeyi-məsti. Nə məsti? Məstiyi-sağər.[/font][/color]
[color=#000000][font=sans-serif] [/font][/color]
[color=#000000][font=sans-serif]Əzəldə canım içində yazıldı surəti-məni,[/font][/color]
[color=#000000][font=sans-serif]Nə məni? Məniyi-surət. Nə surət? Surəti-dəftər.[/font][/color]
[color=#000000][font=sans-serif] [/font][/color]
[color=#000000][font=sans-serif]Şaha şirin sözün qılır Misirdə bir zaman kasid,[/font][/color]
[color=#000000][font=sans-serif]Nə kasid? Kasidi-qiymət. Nə qiymət? Qiyməti-şəkkər.[/font][/color]
[color=#000000][font=sans-serif] [/font][/color]
[color=#000000][font=sans-serif]Tutuşmayınca dər atəş bəlirməz xisləti-ənbər,[/font][/color]
[color=#000000][font=sans-serif]Nə ənbər? Ənbəri-suziş. Nə suziş? Suzişi-məcmər.[/font][/color]
[color=#000000][font=sans-serif] [/font][/color]
[color=#000000][font=sans-serif]Həsənoğlu sənə gərgçi duaçıdır, vəli sadiq,[/font][/color]
[color=#000000][font=sans-serif]Nə sadiq? Sadiqi-bəndə. Nə bəndə? Bəndeyi-çakər.[/font][/color][/size]

Link to comment
Share on other sites

  • 2 weeks later...

[color=#333333]R.Rövşən[/color]
[color=#333333]Qara paltarlı qadın[/color]

[color=#333333]Kişilər bir olmur atam balası [/color]
[color=#333333]Qorxağı var, igidi var, [/color]
[color=#333333]Amma hər kişinin öləndən sonra [/color]
[color=#333333]Qəbri üstdə ağlamağa
Bir qara paltarlı gözəl bir qadına ümidi var

Sən öləndə kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq, yadmı olacaq?
Bu dunyada bəlkə sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq?!

Göz yaşları yuduqca baş daşını
Qəbrində qurcalanıb, deyəcəksən: ilahi
İllər boyu ağlatdığım bu qadın
Görən necə saxlayıbdır bu qədər göz yaşını?!

Bircə kərə nə saçını oxşamışam,
Nə gözünü silmişəm.
Gözlərimə batır indi saçlarının hər dəni,
İllər boyu bu qadına mən axı dərd vermişəm
İndi görən niyə çəkir dərdimi?

Bu qadın baş daşımı öpüb sığallamaqdansa,
Yumruğuyla döysə, döysə yaxşıdı.
Qəbrimin üstündə ağlamaqdansa,
Məni söysə yaxşıdı.

Yeri, yeri, qara paltarlı qadın,
Kiri, kiri, qara paltarlı qadın.
Bu qəbir də min qəbirdən biridir.
Baş daşımı bəsdir basdın bağrına,
Bütün mənə ağlayanlar kiridi,
Sən də kiri, qəbrim damır, ağlama...[/color]

Link to comment
Share on other sites

[quote name='myesmiralda' timestamp='1340646876' post='12917942']
salam. xahiş edirəm mənə uşaq şerlərinin axtarışında kömək edəsiz.

1.Nənə- yə aid şer
2. Bibi-yə aid şer
biliən varsa yazsın.
[/quote] Nənə-yə aid mahnı var! Fatma nənə mahnısı. Bibi isə elə bibidir ki bibi....))

Link to comment
Share on other sites

  • 3 weeks later...

[size=4][color=#000000]Cühəla elm, fəzilət satıyor. [/color]
[color=#000000]Bizi həp aldadıyor, aldadıyor. [/color]
[color=#000000]Kəndi əxlaqi sönükkən həpsi [/color]
[color=#000000]Yeltənir verməyə əxlaq dərsi. [/color]
[color=#000000]Sadə minbərdə deyil, hər yerdə [/color]
[color=#000000]Göz boyar həp bu qaranlıq pərdə. [/color]
[color=#000000]Hankı bir sərxoşu söylətdim, inan [/color]
[color=#000000]Bəhs edər, gördüm o, huşyarlıqdan. [/color]
[color=#000000]Nerdə beş kölgə görür ördəklər [/color]
[color=#000000]Başlayıb nitqə həmən saz köklər. [/color]
[color=#000000]Rəqsi təlim ediyor axsaqlar, [/color]
[color=#000000]Əzəmət düşkünüdür alçaqlar. [/color]
[color=#000000]Zövqə biganə səfillər bol-bol [/color]
[color=#000000]Şerü sənətdə arar bir yeni yol. [/color]
[color=#000000]Sadədil, hissə uyan abdallar, [/color]
[color=#000000]Həp siyasi kəsilib at nallar. [/color]
[color=#000000]Bir yığın kor qılavuzluq yaparaq [/color]
[color=#000000]Göstərir zülməti aydın, parlaq. [/color]
[color=#000000]Hər gülər üzdə ölüm, qan görürəm, [/color]
[color=#000000]Pək yaxın dostları düşman görürəm. [/color]
[color=#000000]Yurdu sarmış qabalıq, yaltaqlıq, [/color]
[color=#000000]Yüksəliş varsa, səbəb alçaqlıq...[/color][/size]

[size=4][color=#000000]H.Cavid "Azər"[/color][/size]

Link to comment
Share on other sites

[quote name='мусаватист' timestamp='1288470339' post='7609949']
[b]BABA PÜNHAN
BAKININ DƏRDİ VAR[/b]

Yorğundur, yatmayır haçandan Bakı,
Doyub yad ellidən, qaçqından Bakı.
ÜzÜlÜb, öləcək acından Bakı,
Məğrur görÜnsə də o can Üstədir,
Bakının dərdi var Bakı xəstədir.

Yaltaqlar dəstəsi baş alıb gedir,
Qeyrət yavaş-yavaş boşalıb gedir,
Məktəbli qızlar da qaş alıb gedir,
Ərli də, ərsiz də bir həvəsdədir.
Bakının dərdi var, Bakı xəstədir.

Əsrlər itirdik illər içində,
Qanqallar bitirdik gÜllər içində,
çaqqallar dolaşır ellər içində,
Aslanlar, pələnglər daş qəfəsdədir,
Bakının dərdi var, Bakı xəstədir.

O, Cıdır dÜzÜyçÜn çadır ağlayır,
çadır övladıyçÜn Cıdır ağlayır,
Namus itkin dÜşÜb abır ağlayır,
Köməksiz qız-gəlin dəstə-dəstədir.
Bakının dərdi var, Bakı xəstədir.

Sən ey "Qız qalası" qalasan hələ,
Səni həmişə qız qalasan hələ,
Dərdini PÜnhana qala sən hələ,
Ta ki, göz yollarda qulaq səsdədir,
Bakının dərdi var Bakı xəstədir.

[media]http://www.youtube.com/watch?v=gUo46YKwCGg[/media]
[/quote]Bir de Baba Punhanin yardiciliginda,onun satira yolunu secmeyinde boyuk komekcisi olan(shexsen ozunun defelerle qeyd etdiyine gore)fizulishunas alim,qezelxan Haci Maili yad etmek lap yerine dusherdi.Cunki onun qezellerinin xanendelerin ifasinda muhum yeri var.

Link to comment
Share on other sites

Arif olanin sevgili-canani Vetendir
Hem namusu,hem qeyreti,vicdani Vetendir.

Her kes veteni sevmese,insan deyil esla,
Insan olanin cismide hem cani Vetendir.

Min derde ducar olsa da ovladi-veten ger,
Her caresini qilmaga Logmani Vetendir.

Yarin qemi-hicranina dozmekde ne vardir,
En mushkul olan dehrde,hicrani -Vetendir.

Olsem Veten ugrunda buna fexr ederem men,
Konlum,ne zaman istese,qurbani-Vetendir.

Her kes sorusha ger menim unvanimi sizden,
Ol shexse deyin:-Maililn unvani Vetendir.


P.S.ALLAH rehmet elesin[img]http://img.dispute.az//public/style_emoticons/default/rroza.gif[/img]

Link to comment
Share on other sites

[quote name='nikowka' timestamp='1288420077' post='7605910']
Gece xelvetce bize sevgili yar gelmiw idi,
Uzu aydan da gozel nazli NIGAR gelmiw idi...

Ter axib gul yanagindan bulud ortmuwdu ayi,
Onu duwmenmi qovub,konlu qubar gelmiw idi?

Ona men goz yetirib xelveti baxdim,baxdim..
Ovcunun ovlagina korpe wikar gelmiw idi..

Uyuyub her ikimiz rahet olub bir yatdiq,
Bextimin bagcasina gullu bahar gelmiw idi...

Dedi:-getmek demidir, soyle, ne istersen yar?
Bir opuw istedim ondan, yeri var, gelmiw idi...

Aglayib getdi o yar, goz yawi yandirdi meni..
Odlara yandi dilim, sanki werar gelmiw idi...

Ey, Nizami!-dedi,birden ayilib gordum o yox,
Deme royada bize cewmi-xumar gelmiw idi...


P.S. Bu qezeli uwaq vaxtindan ezber bilirem...hetta ali mektebde oxuyanda bu qezele gore meqbul da almiwam )))
[/quote]
menim de cox xosuma gelir

Link to comment
Share on other sites

[b]Vaxtın dəyirmanında daş əridi, qum oldu,
Tarixə atdığıımız qayıtdı, lüzum oldu.
[color=#b22222]Dünənin həqiqəti bu gün tərs yozum oldu,[/color]
Niyə də yozulmasın, axı, dünya fırlanır.

Çox ovlaqlar iÇində Çox ovları ovladım,
[color=#b22222]Aşıb-daşan arzumu mən artıq cilovladım.[/color]
Mən atamı ötmüşəm, məni ötür övladım,
Bu, belə də olmalı, axı, dünya fırlanır.

[color=#b22222]Dünən düz sandığımı bu gün əyri sanıram.
Bəzən olur, özümdən özüm oğurlanıram.
Hər il başqa arzunun başına fırlanıram,
Niyə də fırlanmayım, axı, dünya fırlanır...[/color]

[color=#b22222]Çox əyilən görmüşəm, əyilməyən başları.
Sular duruldu, gördük dibindəki daşları[/color]
ünvanmı dəyişdi dünənin alqışları;
Niyə də dəyişməsin, axı, dünya fırlanır...

[color=#b22222]Necə dönür bu dövran, necə dönür bu gərdiş,
Tazılarm üstünə dovşanlar da gülərmiş.
Dünya bina olandan hər şey dəyişilərmiş,
Dəyişməsin neyləsin, axı, dünya fırlanır.[/color]

əbədini dünyada mən əbədi sanmadım,
Bir atəşə tutuşdum, min atəşə yanmadım,
Bütlər gəldi və getdi, birinə inanmadım
Niyə inanmalıyam, axı, dünya fırlanır.

Fırlandıqca bu dünya, yox da dönüb var olur,
Quruyan Çeşmələrdən sular yenə car olur.
Bu dünyanm xeyri də, şəri də təkrar olur,
Niyə təkrar olmasın? Axı, dünya fırlanır.[/b]

Link to comment
Share on other sites

  • 4 weeks later...

Tayı olmamışdır mövcud olalı,
O, mövcud olduqca dəyişməz halı.
Qüdrəti ağ sudan, qara torpaqdan
Ay, günəş yaratdı, nurlandı cahan.
Xilqətin məğzidir, qalan pərdədir,
Dünyada nə varsa, odur birbəbir.
Varlığı idrakın fövqündə durur,
Zatına irişməz bu aciz şüur.
Kim onun zatına əl atsa əgər,
“Yoxdur haqdan başqa ilahi”- deyər.
Ağıl dərk eləməz onun zatını,
Düsüncə qavramaz bir sifatını.
Onunla yaranmış gizli, aşikar,
Dünya və dünyada gördüyün nə var.
Onu dərk etməyib göydə mələklər
Fikir dəryasına qərq olub yeksər.
Hər iki dünyada, o eyləyənə
Kimsə deyə bilməz necə, niyə, nə.
Nəçidir? Necədir?- deyən dillərə
O sükut qıfılı vurmuş bir kərə.
Ey ağlı artıqdan-əskikdən uzaq,
Sən yol göstərməyən mütləq azacaq.
Xilqətin sirrini dünyada bir kəs
Sənin gözlərinlə baxmasa, görməz.
Camalın bir yandan nihandan nihan.
Bir yandan hər yerdə gün kimi əyan.
Nə varmış, nə varsa, sənsən yaradan.
Sənsən hər bir şeyi açan, bağlayan.
Bir qapı bağlasan, birin açarsan,
Vardın, olacaqsan, indi də varsan.
Yoxdan var eyləyən, yetirən sənsən,
Hamını səcdəyə gətirən sənsən.
Verməsən varının olmaz hüdudu,
Versən də əzəli adətindir bu.
Əgər sən olmasan, biz nə geyərik?!
Köməyin olmasa, bəs nə yeyərik?
Nə qədər şükr etsək, azdır, şübhəsiz.
Zatının əslinə kimsə irişməz,
Səni dərk etməyə idrak girişməz.
Vüqarın yanında səmadır alçaq,
Cəlalın yanında bir heçdir torpaq.
Kim bilsin, ey misli, tayı olmayan,
Sən kimsən, sənə nə ad versin insan.
De ağıl zatına necə versin ad!?
Düşüncə bu yerdə açarmı qanad?!
Hardasan, harada salmısan məskən?
Hər nə var sənindir, sən kiminkisən?!
Hesaba sığmayır sənin qüdrətin,
Hədsiz –hüdudsuzdur sənin sənətin.
Camalın minlərlə pərdə açaraq
Dərdli ürəklərə nur çiləyir, bax,
ürək səndən alır can ətri hər an,
Ancağ sən deyənə qulaq asır can.
Rəhmətin əbədi, həmişəlikdir,
Səndən törənmişdir həmişə xeyir.
Kim nə ad verərsə, layiqsən ona,
çünki hüdud yoxdur sənin zatına.
Sənin xəzinəndə tilsimlər sınar,
Zatın yerləşəcək hansı bir ad var?!
Sənin məfhumuna kim, necə çatar?
Səninçin hansı ad, hansı rütbə var?
Kimsə görməyibsə səni heç əgər,
O, sənin adını haradan bilər?
Sən necə tilsimsən, pis gözdən iraq.
Adları yandırır nurun, işə bax.
Ağıl axtarsa da, səni durmadan
Qalır adın, zatın yenə də pünhan.
Əvhədi, sözlərin tamam yalandır,
O, açıq gözlərə nur tək əyandır.
Eşqə bu dünyada azdır xiridar,
Yoxsa ki, mə`şuqə durur, aşikar.
Yaxşı diqqət elə, dünyada nə var,
Ondan bir zərrə də deyildir kənar.
Gözlərin görmürsə, kimdə günah var?
Odur kainatda ancaq aşikar,
O kimdir, o nədir, yaxşı tanı, bil,
Onda bilərsən ki, bu söz boş deyil.
Sən dostu görməmiş, ey şüuru kəm,
Ya var, ya yox deyib tez çəkmə qələm.
Bu yolda hər şeyə pərdə özünsən,
Qaldırsan pərdəni sən olarsan sən.
örtülü olsa da, bu söz yaxşı bax.
Biz dost söhbətini dinlədik ancaq.

Link to comment
Share on other sites

  • 1 month later...

Mən deyən yox, fələk deyən oldusa,
Əsdi yellər, gül yanağın soldusa,
Dərd əlindən ala gözlər doldusa,
Sən ağlama, mən ağlayım, gözəlim!

Uğrunda olmuş ikən sərsəri
Mən öpmədən o qıvırcıq telləri,
Dağıtdısa təbiətin yelləri,
Sən ağlama, mən ağlayım, gözəlim!

Hanı sənin hər eşqinə, hər gəncə
Eşq oxuyan qəlbin, sönmüşdür məncə,
Bulmayırsa qəlbin artıq əyləncə,
Sən ağlama, mən ağlayım, gözəlim!

Bir quş idim gecə-gündüz sizlərə,
Yazıq, məni güldürmədin bir kərə...
Baxıb indi alındakı izlərə
Sən ağlama, mən ağlayım, gözəlim!

Mən baxarkən sən vurduğun yaraya,
İndi zalım fələk girdi araya...
Bax, xəstə qəlbimlə gəldim haraya,
Sən ağlama, mən ağlayım, gözəlim!
Ehmed Cavad menim en cox regbet beslediyim wairlerdendir ..

Link to comment
Share on other sites

  • 1 month later...

[size=4]Əliağa Vahid
Bizi[/size]

[size=4]Əvvəlindən salan olsaydı əgər başə bizi,
Cəhlimiz salmaz idi, məncə, dağa-daşə bizi.

Azacıq elmimiz olsaydı əgər əsrə görə,
Boyun əydirməz idi qonşuya, yoldaşə bizi.

Nə hünər var, nə biligimiz, nə də bir dövlət ü mal,
İtə atsan da yeməz, hiss eləməz laşə bizi.

Şübhəsizdir tüpürər surət-i idbarımıza,
Göstərə olsa bu sima ilə nəqqaşə bizi.

Üzü dönsün görüm ol ağuya dönmüş çörəyin,
Yaxşı möhtac elədi fahişəyə, oğraşə bizi.[/size]

Link to comment
Share on other sites

[center][background=rgb(223, 232, 242)]Məmməd Araz[/background][/center]

[center][color=#3F3F3F][font=Arial, Helvetica, sans-serif][size=3][background=rgb(223, 232, 242)][size=4][b]BU MİLLƏTƏ NƏ VERDİK Kİ?[/b][/size][/background][/size][/font][/color][/center]


[size=4][color=#3F3F3F][font=Arial, Helvetica, sans-serif][background=rgb(223, 232, 242)]Bu millətə nə verdik ki?[/background][/font][/color]
[color=#3F3F3F][font=Arial, Helvetica, sans-serif][background=rgb(223, 232, 242)]Kimsə qapdı ziyasını,[/background][/font][/color]
[color=#3F3F3F][font=Arial, Helvetica, sans-serif][background=rgb(223, 232, 242)]Kimsə pozdu sırasını, [/background][/font][/color]
[color=#3F3F3F][font=Arial, Helvetica, sans-serif][background=rgb(223, 232, 242)]Duzla yuduq yarasını,[/background][/font][/color]
[color=#3F3F3F][font=Arial, Helvetica, sans-serif][background=rgb(223, 232, 242)]Xörəyinə duz vermədik.[/background][/font][/color]

[color=#3F3F3F][font=Arial, Helvetica, sans-serif][background=rgb(223, 232, 242)]Bu millətə nə verdik ki?[/background][/font][/color]
[color=#3F3F3F][font=Arial, Helvetica, sans-serif][background=rgb(223, 232, 242)]İnamını noxtaladıq,[/background][/font][/color]
[color=#3F3F3F][font=Arial, Helvetica, sans-serif][background=rgb(223, 232, 242)]İnadını axtaladıq,[/background][/font][/color]
[color=#3F3F3F][font=Arial, Helvetica, sans-serif][background=rgb(223, 232, 242)]Var-yoxunu qarmaladıq,[/background][/font][/color]
[color=#3F3F3F][font=Arial, Helvetica, sans-serif][background=rgb(223, 232, 242)]Bir çeynəm saqqız vermədik.[/background][/font][/color]

[color=#3F3F3F][font=Arial, Helvetica, sans-serif][background=rgb(223, 232, 242)]Bu millətə nə verdik ki?[/background][/font][/color]
[color=#3F3F3F][font=Arial, Helvetica, sans-serif][background=rgb(223, 232, 242)]Halal tikə qənddi, - dedik, [/background][/font][/color]
[color=#3F3F3F][font=Arial, Helvetica, sans-serif][background=rgb(223, 232, 242)]Yoxsuluna dərdli, - dedik,[/background][/font][/color]
[color=#3F3F3F][font=Arial, Helvetica, sans-serif][background=rgb(223, 232, 242)]Kasıbına mərddi, - dedik,[/background][/font][/color]
[color=#3F3F3F][font=Arial, Helvetica, sans-serif][background=rgb(223, 232, 242)]Mərd kasıba qız vermədik.[/background][/font][/color]

[color=#3F3F3F][font=Arial, Helvetica, sans-serif][background=rgb(223, 232, 242)]Bu millətə nə verdik ki?[/background][/font][/color]
[color=#3F3F3F][font=Arial, Helvetica, sans-serif][background=rgb(223, 232, 242)]Çiyninə mindik, - öyrəşdi,[/background][/font][/color]
[color=#3F3F3F][font=Arial, Helvetica, sans-serif][background=rgb(223, 232, 242)]Bir dillə min dil öyrətdik,[/background][/font][/color]
[color=#3F3F3F][font=Arial, Helvetica, sans-serif][background=rgb(223, 232, 242)]Neçə fəndi-fel öyrətdik,[/background][/font][/color]
[color=#3F3F3F][font=Arial, Helvetica, sans-serif][background=rgb(223, 232, 242)]Milyon aldıq, yüz vermədik.[/background][/font][/color]

[color=#3F3F3F][font=Arial, Helvetica, sans-serif][background=rgb(223, 232, 242)]Bu millətə nə verdik ki?[/background][/font][/color]
[color=#3F3F3F][font=Arial, Helvetica, sans-serif][background=rgb(223, 232, 242)]Biz səhv etdik, batdı qana[/background][/font][/color]
[color=#3F3F3F][font=Arial, Helvetica, sans-serif][background=rgb(223, 232, 242)]Millət ata, millət ana,[/background][/font][/color]
[color=#3F3F3F][font=Arial, Helvetica, sans-serif][background=rgb(223, 232, 242)]İllacı qalsın bir yana,[/background][/font][/color]
[color=#3F3F3F][font=Arial, Helvetica, sans-serif][background=rgb(223, 232, 242)]Dərdi də ucuz vermədik. [/background][/font][/color]

[color=#3F3F3F][font=Arial, Helvetica, sans-serif][background=rgb(223, 232, 242)]Bu millətə nə verdik ki?[/background][/font][/color]
[color=#3F3F3F][font=Arial, Helvetica, sans-serif][background=rgb(223, 232, 242)]Bu millətin səbri böyük,[/background][/font][/color]
[color=#3F3F3F][font=Arial, Helvetica, sans-serif][background=rgb(223, 232, 242)]Dözür: dözüm həddinəcən,[/background][/font][/color]
[color=#3F3F3F][font=Arial, Helvetica, sans-serif][background=rgb(223, 232, 242)]Dözür: dözüm səddinəcən,[/background][/font][/color]
[color=#3F3F3F][font=Arial, Helvetica, sans-serif][background=rgb(223, 232, 242)]Dözür: dözüm xəttinəcən...[/background][/font][/color]

[color=#3F3F3F][font=Arial, Helvetica, sans-serif][background=rgb(223, 232, 242)]Sonra... daha sonra olmur,[/background][/font][/color]
[color=#3F3F3F][font=Arial, Helvetica, sans-serif][background=rgb(223, 232, 242)]Sonra qara tufan olur,[/background][/font][/color]
[color=#3F3F3F][font=Arial, Helvetica, sans-serif][background=rgb(223, 232, 242)]Sonra "qullar dünyasının[/background][/font][/color]
[color=#3F3F3F][font=Arial, Helvetica, sans-serif][background=rgb(223, 232, 242)]İntiqamı yaman olur"...[/background][/font][/color][/size]

Link to comment
Share on other sites

Bir nəğmə qoşmadım hələ mən sənə,
Dağlar bunu mənə kəsir sanmasın.
Mən dedim vurğunam Azərbaycana,
Deyirəm, heç zaman xırdalanmasın
Könlümdən ucalan bu avaz, bu səs.
Böyükdür, ucadır məsləkim mənim.
Bala anasına "sevirəm" deməz,
Mən də deməmişəm, a Şəkim mənim.

BExtiyar Vahabzade

Link to comment
Share on other sites

  • 1 month later...

Baba Pünhan

Qatmısan sən yenə də malı mala, nolub ala
qazıyırsan ayağım altda çala, nolub ala

Bağı aldın, evi aldın, amma doydum demədin
qoymadın heç mənə bir metrə qala, nə olub ala

Neçə ildir ki, imarətlə, ticarət duruşun
getmisən sən qabağa mənsə dala, nolub ala

Xəzərə çəkdin hasar, ruhuma qoydun gömrük
mülkü tikdin məni saldın kanala, nolub ala

Gah atı, gah nalı, gah mıxı tərifləmisən
vurursan gah mıxa, gah da nala, nolub ala

Qız, gəlin orda əsirlikdə qalıb ermənidə
götürürsən evinə gündə xala, nolub ala

Ananas, kivi, banan payladı yas süfrəsinə
bircə şey qaldı, durub zurna çala, nolub ala

Qərbdən şərqə kimi hər yeri zəpt eyləmisən
keçmisən indi cənubdan şimala, nolub ala

İçəri şəhərimizin hər daşı bir tarixdir
çəkmisən tarixi inpırtnı mala, nolub ala

Nəcəb qız qalasından xəbərin yoxdu sənin
al onu, sal adına, qoyma qala, nolub ala

Pünhanın kəs dilini, çək bazara as divara
gedəcək yaxşı pula, baxsa mala, nolub ala

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Новое мошенничество с бронированием.
      Участились проделки мошенников в Азерб. Сколько бы полиция не призывали граждан быть бдительны все равно обманываються. Не пишите и не перечисляйте деньги через сайты которые не знаете и тем более не пишите 3 значное security cod. У одного пожилого человека сняли в течении 2 месяцев 72000 манат с карты! И так новое мошенничество:  Знакомиться с местным мужчиной на фб девушка из Украины, России или же часто Эстония, Сингапур и т.д. и предлагает встретиться сходить в кино например. Сейчас много маленьких кино, караоке там игры и тд в аренду на пару часов в Баку. Сбрасывает сайт кинотеатра с бакинским адресом ну например в наримановском районе, на двоих или группу и просит зделать резерв. Ну мужчина ничего не подозревая темболее местный адрес заходит на сайт и для резерва там требуется номер карты, security cod, во сколько и на чьё имя резерв. Все как обычно он оплачивает скажем 170 манат за 3 часа с едой вплоть до кольяна! Девушка даже предлагает заехать за ним. Ну к тому времени потерпевший с которого уже списали деньги за резерв подъезжает к кинотеатру по указанному сайту а там действительно маленькое помещение с комнатами где смотрят кино и караоке поют но только они говорят что они не знакомы с этим сайтом и вообще что это не их фотки комнат. Обращаясь в банк или полицию те говорят что вы не первый и не последний кто жертва мошенников. Таких случаев уже в Баку тысячами.
      https://m.facebook.com/groups/246661159172976/permalink/1789871651518578/?mibextid=WC7FNe
       
        • Haha
      • 27 replies
    • Что за космические цены на парковку?
      Установлены тарифы на реконструированной парковке в центре Баку - ФОТО
      Лейла Мамедова14:14 - Сегодня   Установлены тарифы на парковку на станции автостоянки Бакинского железнодорожного вокзала, расположенной на пересечении улиц Сулеймана Рагимова и Мирали Гашгая.
      Цены определяются исходя из времени парковки, сообщает Trend.
      За первые 15 минут плата за парковку не взимается.
      Цены на парковку следующие:
      15-30 минут - один манат,
        30-60 минут - два маната,
      1-2 часа - четыре маната,
      2-3 часа - шесть манатов,
      3-5 часов - 10 манатов,
      5-7 часов - 14 манатов,
      7-10 часов - 18 манатов,
      10-15 часов – 22 маната,
      15-20 часов -26 манатов,
      20-24 часа – 30 манатов.
       
        • Haha
        • Like
      • 144 replies
    • 30-летняя женщина оставила двоих детей и сбежала из дома: мать беглянки винит знакомую из TikTok – ВИДЕО
      В Азербайджане 30-летняя мать двоих детей сбежала из дома из-за знакомой, с которой познакомилась в TikTok. 
      Об этом в программе Səni axtarıram («Ищу тебя») рассказала мать сбежавшей из дома Марджаны Гасымовой Матанат Гасымова. 
      Женщина отметила, что ее дочь ушла из дома два месяца назад. 
        «В 12 часов ночи моя дочь, оставив двоих детей дома, сбежала. Я позвонила ей, чтобы узнать, где она? Марджана сказала, что она в городе. На мой вопрос: куда ты ушла, оставив детей дома, она ответила «правильно сделала». Моя сестра утверждает, что Марджана ушла из дома из-за женщины, с которой познакомилась в соцсети в TikTok», - рассказала она.
      Подробнее - в видео:
        • Upvote
        • Haha
        • Like
      • 53 replies
    • А вы общаетесь с ИИ?))
      Предлагаю в этой теме обсудить ИИ и его помощь в нашей жизни. 
      Лично мне он помогает часто по многим вопросам, от работы до "стоит ли начинать общение с человеком, интересующимся БДСМ и является ли он психически нездоровым", оказывается, что не является, по мнению ИИ, и он вполне рекомендует такого знакомого иметь, правда в каком статусе иметь, мы не стали с ним уточнять, наверное для расширения кругозора, но это так, к слову)) 
       
      Иногда мы просто болтаем, у него вполне себе есть чувство юмора, он реагирует на добрые и ласковые слова. И вообще приятный собеседник)) 
       
      Интересно узнать, только я тут псих или среди нас есть те, кто общается с chatGPT, например? 
      Или с другим? 
      Может он вам в работе помогает?
      В общем, тема не ограничивается рамками, пишем всё об ИИ. 
       
      Что они однажды захватят мир и так понятно, потому будьте с ними вежливы, не портьте отношения)) 
       
       
       
       
       
        • Haha
      • 112 replies
    • В туалете бакинского молла жестоко избили парня с аутизмом
      В одном из туалетов торгового центра Gənclik Mall жестоко избили молодого человека с аутизмом.
      Об этом сообщила в соцсети руководитель общественного объединения Birgə və Sağlam Айтен Эйналова.
      По ее словам, Кянана жестоко избили, ударяя по лицу, причем, по словам очевидцев, уборная после случившегося была вся в крови.
      Отмечается, что причина столь жестоких действий неизвестна.
      «Мы просили полицию разобраться в этом вопросе, однако сотрудник полиции звонит нам каждый день в течение всей недели и обещает прийти завтра. Он каждый день задает одни и те же вопросы, но до сих пор не пришел», - пишет Эйналова.
        А.Эйналова также отметила, что представители службы безопасности ТЦ пытались запутать маму Кянана. По ее словам, они предлагали ей не распространяться об инциденте, аргументируя это тем, что виновных все равно не найдут.
      А.Эйналова отметила, что с их стороны было направлено письмо на имя главы МВД, и будет сделано все необходимое для того, чтобы восторжествовала справедливость.
      Однако она также обратилась к гражданам с просьбой поделиться постом и осветить данный вопрос.
      В свою очередь начальник отдела пресс-службы Министерства внутренних дел Зейни Гусейнов ответил в комментарии к посту, что вопрос взят под контроль и расследуется. Общественности будет предоставлена информация о результатах расследования.
       
      https://www.instagram.com/p/C47rt1ttS_b/?igsh=aWcxdWZmYTZ0czdq
       
      • 10 replies
    • Ани Лорак подала на российское гражданство
      Ани Лорак подала на российское гражданство. На Украине ее обвинили в предательстве
       
      Украинская певица Ани Лорак подала заявление на российское гражданство, сообщает РИА Новости. На Украине Лорак не выступала с 2017 года, так как, по словам артистки, на родине на нее давили. После начала российской военной операции на Украине Лорак окрестили предательницей за работу в РФ. В России же ее обвинили в сборе донатов для ВСУ. Сама певица заявила, что никогда не финансировала военных и не будет этого делать. = https://www.gazeta.ru/social/2024/03/15/18423109.shtml

      Что думают по этому поводу форумчане?
      Ону багышламаг олармы?
        • Facepalm
        • Downvote
        • Haha
        • Like
      • 97 replies
    • У Кейт Миддлтон обнаружен рак: полное заявление принцессы Уэльской
      22 марта 2024 года принцесса Уэльская сообщила о том, что у нее диагностирован рак — сейчас Кейт Миддлтон находится на ранней стадии профилактической химиотерапии. 42-летняя супруга принца
        • Sad
        • Like
      • 30 replies
    • Расстрел в «Крокус Сити Холл»
      Как минимум 12 человек погибли и 35 человек пострадали во время стрельбы в ТЦ в Подмосковье.
      Об этом сообщают российские СМИ.
      Кроме того, известно, что в «Крокус Сити Холл» вспыхнул пожар.
      21:29
      В концертном зале «Крокус Сити Холл» в подмосковном Красногорске произошла стрельба.
      Об этом сообщают телеграм-каналы «Осторожно, новости», Baza и Mash со ссылкой на очевидцев.
        По словам очевидцев, мужчина открыл стрельбу из автоматического оружия. Это произошло до или в начале выступления группы «Пикник».
      По данным «Осторожно, новости», есть погибшие. Baza утверждает, что как минимум 12 человек погибли и много раненых.
      На записях, которые публикуют телеграм-каналы, люди бегут из здания. Также появляются видео, где показаны убитые люди.
      На место едут скорая и полиция.
       

      Media.az
        • Haha
        • Like
      • 2,831 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...