Jump to content
  • entries
    5
  • comments
    5
  • views
    833

Çatdı 1; Dəydi 2; Mindi 3


Sərxan Həşimov

1,140 views

Lazım olan vəsaitlər:

1. Banka bağlamaq üçün lazım olan qapaqlar (biz buna daha çox krışka deyirdik)

2. Zamaska və ya qır

3. 1 və 2-in ərsəyə gəlməsi üçün lazım olmayan saqqız şəkilləri

Düzəldilmə qaydasl:

1. Zamaskanı əldə edirsən. Ya pulla satın alırsan, ya da binaların arasından eşələyib, çıxarırsan. Zamaskanın alternativi qırdır. Qırı isə ən yaxşı halda kərpic zavodların ərazisindən əldə etmək olar. Asfalt çəkilən zaman əkişdirsən də, pis olmaz :).

2. Zamaskanı krışkanın içinə yerləşdirirsən. Daha sonra hamar yerdə onu tərsinə çevirib, üstündən ayaqla bərk-bərk vurursan.

3. Əlavə olaraq, şüşə butulka qapaqlarından bəzək də verə bilərsən. Dəmir qapağı mərkəzdə yerləşdirib, 2. proseduru təkrar edirsən.

4. Hazırdır

Bütün bunlardan sonra ortaya 90-ların ən çox sevilən oyuncağı-salka çıxacaq. Salka-səhv eşitmədiniz. Sanka, bitka kimi versiyaları da mövcuddur. Ancaq mənim ən çox yadımda qalan salka ifadəsi olub. İllər öncə hər kəsin cibində gəzdirdiyi sevimli bir "oyuncaq" idi o. iki nəfər, dörd nəfər (iki ikiyə) oynaya bilərdi bu oyunu (Oyunun adı da oyuncağa müvafiq olaraq, salka-salka adlanırdı). Bu oyun adamdan dəqiqlik, koordinasiya və bir az da cığallıq :) tələb edirdi. Qaydası da belə idi ki, iki oyunçu bir-birinə qarşı oynadığı zaman salka sonuncu oyunçunun salkanı "vızıldatmasından" sonra o biri salkaya çatsa idi 1, dəysə idi 2, minsə idi 3 edirdi. Bu rəqəmlər isə donikləri (donit də deyilirdi) ifadə edirdi. Doniklər 90-larda məşhur olan Turbo saqqızından çıxan maşın şəkilləri idi.

İndi fikirləşəndə salka-salka oyununun bir az idman yönündən, bir az da baş qata biləcək yaradıcı sosial oyun olduğunu iddia etmək olar. Düzdür, həyətlərdə adam çox olduğu zaman bu oyunu oynamaq çətin olurdu. Əsasən bezdelnik arvadlar deyinirdilər :). Maşınlar da maneçilik yaradırdı hərdən. Geniş yerdə(stadion, məsələn), günün elə vaxtı olsun ki, heç kim olmayan vaxtlarda salkanın ayrıca ləzzəti olardı. Amma hayıf ki, İndiki Uşaqlar Bilməz bunu....

0 Comments


Recommended Comments

There are no comments to display.

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
×
×
  • Create New...